Məhkəmə qərarları › İş №1(091)-90/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-90/2021

01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-90/2021 01.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax Vəkil Bürosunun vəkili X8, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx.xx.1982-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, Yevlax rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə Şəki rayon məhkəməsinin qərarı ilə 03 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Yevlax şəhəri F.Kərimov küçəsi 125-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X12 Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 02 radələrində yaşadığı Yevlax şəhəri F.Kərimov küçəsi 125 saylı evdə vintaçanla şkafın vintlərini bərkidən zaman anası Şahid4 ona nə üçün gecə vaxtı səs-küy saldığını deyərək irad tutmasına görə onun ünvanına nalayiq söyüş söyüb mübahisə etdikdən sonra evdən küçəyə çıxmış, qardaşı Zərərçəkmiş şəxs onun arxasınca evdən küçəyə çıxaraq Təqsirləndirilən şəxsla söhbət edib ona gecə saatları olduğu üçün evə qayıtmağını deyən zaman sonuncu heç bir əsaslı səbəb olmadan yaşadığı evin qarşısındakı küçədə istintaqla müəyyən edilməyən deşicikəsici lətlə Zərərçəkmiş şəxs qarın boşluğuna qəsdən bir dəfə vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran böyük piyliyin və köndələn çənbər bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən xuliqanlıq niyyətilə ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşı olmaqla münasibətləri normal olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə saat 02 radələrində yaşadıqları evdə paltar dolabının şurupu açıldığı üçün vintaçanla açılan şurupu bərkidən vaxt anası ilə mübahisə edərək evdən çölə çıxaraq yaşadıqları küçənin döngəsində dayanmışdır. Qardaşı Ramil onun arxasınca gələrək ona evə getməyə dəvət etmiş, qardaşına evə getməyəcəyini bildirmişdir. Ramil isə bir neçə dəfə təkrar evə getməsinə israr etdikdə əsəbləşərək əlindəki vintaçanla bir dəfə qardaşı Ramilin qarın nahiyyəsinə vuraraq qaçıb getmişdir. Vintaçanı qaçıb gedərkən küçədə yolun kənarına tullamış, həmin gecə yaşadığı evə getməmişdir. Səhəri gün qohumlardan Ramilin xəstəxanaya aparıldığını və cərrahiyyə əməliyyatı olunduğunu öyrənmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 02 radələrində yaşadıqları evdə olarkən qardaşı Amil anası ilə mübahisə edərək evdən çıxıb küçəyə getmiş, həmin vaxt anası ona Amilin arxasınca gedib evə qaytarmasını bildirmişdir. Amilin arxasınca küçəyə çıxarkən sonuncunun küçənin döngəsində yerə əyilib torpağı əli ilə eşələdiyini görmüş, qardaşına yaxınlaşıb evə getməli olduqlarını bildirmişdir. Amil evə getmək istəmədiyini bildirdikdən sonra aşağı əyilib Amilin qolundan tutaraq ayağa qaldırmaq istəmiş, həmin vaxt Amil qəflətən əlindəki vintaçanla onun qarın nahiyyəsinə bir dəfə zərbə ilə vuraraq ondan aralaşıb qaçıb getmişdir. Həmin vaxt Amil vintaçanı da özü ilə götürüb aparmış, qarın nahiyyəsində ağrılar hiss edərək görə tez evə qayıtmışdır. Evdə Amilin onu vintaçanla qarın nahiyyəsinə vuraraq qaçıb getdiyini bildirmiş, əvvəlcə həmin xəsarətin ciddi olmadığını düşünmüş və ona görə anası özü tibbi yardım göstərməsi üçün həmin xəsarətin üstünə yod vuraraq spirtlə silib sarğı qoymuşdur. O, gecə yatmış, səhərə yaxın qarın nahiyyəsində güclü ağrılar başlamışdır. Həmin vaxt anasıgili oyadaraq qarın nahiyyəsində güclü ağrılar olduğunu bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 07 radələrində anasıgil onu tibbi yardım almaq üçün Yevlax şəhər mərkəzi xəstəxanasına aparmış, xəstəxanada həkimlər onu müayinə etdikdən sonra aldığı xəsarətin daxilə keçdiyini və təcili cərrahi əməliyyat edilməli olduğunu bildirmişlər. Qardaşı Amilin onu son zamanlar yaranmış psixi problemləri səbəbindən vurmuşdur. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 02 radələrində Amil yaşadıqları evdə onunla mübahisə etməyə başlamış, Amili sakitləşdirmək istəsə sonuncu sakitləşməyərək evdən çıxıb getmişdir. Amil evdən çıxandan sonra digər oğlu Ramilə Amilin arxasınca gedib evə gətirməsini tapşırmışdır. Oğlu Ramil də Amilin arxasınca küçəyə çıxmış, bir qədər sonra Ramil evə qayıdaraq Amil tərəfindən qarın nahiyyəsindən vinataçanla vurulduğunu bildirmişdir. Ramilin qarın nahiyyəsinə baxanda qan axdığını görmüş, tibbi yardım göstərmək məqsədilə yod və spirt gətirərək qan axan yeri silib bint ilə sarımışdır. Səhər tezdən Ramil yuxudan oyanaraq narahat olduğunu bildirdikdən sonra əri Ərzumanla birlikdə Ramili Yevlax şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər Ramili müayinə edib aldığı xəsarətə görə daxili qanaxması olduğu üçün təcili cərrahi əməliyyat edilməli olduğunu bildirmişlər. Bundan sonra həkimlər Ramili əməliyyat otağına apararaq cərrahi əməliyyət etmişlər. Oğlu Amil son zamanlar psixi gərginliklər keçirmiş, bu səbəbdən də Ramili vintaçanla vurub xəsarət yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 oğlu eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 02 radələrində əri Amilin evin birinci mərtəbəsində anasıgilnən mübahisə etdiyini eşitmiş, lakin uşaqları ilə oraya getməmişlər. Bir qədər sonra sakitcilik olmuş, səhəri gün yuxudan durub həyətə düşəndə əri Amilin mübahisədən sonra gecə küçəyə çıxıb getdiyini, həmin vaxt qaynı Ramilin evə gətirmək üçün onun ərinin arxasınca küçəyə çıxıb ərini evə gətirmək istəyən zaman ərinin vintaçan ilə qaynı Ramilin qarın nahiyyəsinə vuraraq xəsarət yetirdiyini və sonra qaçıb getdiyini eşitmişdir. Həmin gün səhər saatlarında Ramil özünü pis hiss etdiyi üçün qaynanası Rəfiqə və qaynatası X11 şəhər mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər Ramili müayinə edərək aldığı xəsarətə görə daxili qanaxması olduğu üçün təcili cərrahi əməliyyat olunmasını bildirmişlər. Bundan sonra həkimlər Ramili əməliyyat otağına apararaq cərrahi əməliyyət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X10 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 614 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət- böyük piyliyin və köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayət olunan qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (alətlərin), ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3/1913 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yeri və ölçüsü verilib. Həmin zədə kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə qeyd edilən xassəyə malik olan bıçaq tiyələri də aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlə ona məxsus köynəyin üzərində olan zədə uyğunluq təşkil edir və üst-üstə düşürlər. Məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 663 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgilər) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və içtimai təhlükəliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmə narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 01 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx xxxxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Abışov X7 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 03 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. CM-in 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Cinayət işinə əlavə edilmiş Yevlax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Yevlax rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 03/02 nömrəli məktubdan görünür ki, Şəki rayon məhkəməsinin 7(075)-74/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 11 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını xx.xx.2020-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X4 rayon Narkoloji Kabineti tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 2302 nömrəli arayışdan görünür ki, Abışov X7 rayon narkoloji kabinetində xx.xx.2016-cı ildən qeydiyyatda durur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabineti tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 1519 nömrəli arayışdan görünür ki, Abışov X7 rayon psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxsla barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Eyvlax rayon İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə ərazi dairəsi üzrə nümayədəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Yevlax şəhəri F.Kərimov küçəsi 125 saylı evdə yaşamaqla himayəsində 2008-ci ildə anadan olmuş Həsən Abışov adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 126.2.4-cü maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cınayətın residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 110 AZN (yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd köynək məhv edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasınə məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Yevlax Polis Şöbəsində saxlanılan 01 ədəd köynək məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surətini Təqsirləndirilən şəxs aldığı) andan 20 (iyirmi) gün müddətində X12 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar