Məhkəmə qərarları › İş №1(091)-90/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-90/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-90/2022 27.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, X15 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin X16 hüquqi varisi, zərərçəkmiş azyaşlı X10 isə qanuni nümayəndəsi X19, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1969-cu ildə Qəbələ rayonunun Bum qəsəbəsində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Qəbələ rayonunun Bum qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə, digər zərərçəkmiş şəxslərin sağlamlığına ağır, az ağır və yüngül dərəcəli xəsarətlər yetirilməsinə, eləcə də avtomobillərini zədələyərək sahiblərinə maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə, saat 16:30 radələrində Ağdaş-Zarağan yolunun Qəbələ rayonunun Savalan kəndindən keçən 19-cu kilometrliyində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan X17 məxsus etibarnamə əsasında idarə etdiyi Mersedes Benz E 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə saatda 60-65 kilometr sürətlə hərəkətdə olarkən “X49” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni, Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi əsasında idarə etməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmamalı, avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, yolun ortasında olan “1.1” ağ bütöv üfüqi nişanlama xəttini kəsib keçməməli və bununla əks hərəkət zolağı ilə qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda, adı çəkilən qanunun 36.1.3-cü maddəsinin yuxarıda göstərilən tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, sadalanan yol hərəkəti qaydalarını pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmaqla avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməmiş, avtomobili nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan idarə edərkən “X49” Azərbaycan Respublikası Qanununun 69.7.1-ci maddəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, həmin maddənin tələblərini kobudcasına pozaraq, əks istiqamətli nəqliyyat axınlarının “1.1” üfüqi nişanlanma xətti ilə ayrılmasını nəzərə almadan həmin bütöv ağ xətti kəsib avtomobilini bütov ağ xətdən 1,3 metr sol əks hərəkət zolağına, yəni nəqliyyat vasitələrinin Ağdaş rayonu istiqamətində axınının hərəkət hissəsinə çıxartmaqla qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmış, bu zaman avtomobilinin sağ yan hissəsi əks istiqamətli hərəkət zolağında öz hərəkət yolu ilə hərəkətdə olan sürücü X1 hüququ olmaqla idarə etdiyi VAZ 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlığından VAZ 21074 markalı avtomobilin ön sərnişin oturacağında olan sərnişin, zərərçəkmiş xx.xx.1964-cü il təvəllüdlü X11 açıq kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyinin qişalarına və toxumasına qansızma, kəllə əsası sümüklərinin sınığı, başın yumuşaq toxumasının əzilmiş-cırılmış yarası, sol bud sümüyünün aşağı 1/3-nin, sağ qamış sümüyünün yuxarı 1/3-nin açıq qəlpəli yerdəyişən sınığı, sol budun ön aşağı 1/3-nin, sağ diz oynağının iç səthinin əzilmişcırılmış yarası, alının, üzün sol və sağ tərəfinin, alt çənənin ön səthinin, üzün sağ tərəfinin, sağ baldırın ön orta 1/3-nin, sol baldırın ön aşağı 1/3-nin və bel nahiyəsinin sıyrıqları kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərdən hadisə yerində ölməsinə, VAZ 21074 markalı avtomobilin sürücüsü, zərərçəkmiş xx.xx.1990-cı il təvəllüdlü X20 daxili qanaxma, ağ ciyərin və qara ciyərin cırılması, qabırğaların çoxsaylı sınıqları, bağırsaqların müsariqəsinə qansızma və müsariqənin cırılması, böyrək ətrafı nahiyənin hematoması, travmatik və kəskin qan itirmədən sonra törənən şok, burun sümüklərinin qəlpəli sınığı, üst dodağın, alt çənənin, hər iki diz oynağının ön səthinin və döş qəfəsinin ön səthinin sıyrıqları kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən Qəbələ rayon diaqnostika mərkəzində ölməsinə, VAZ 21074 minik markalı avtomobilin arxa oturacağında olan sərnişin, zərərçəkmiş xx.xx.2019-cu il təvəllüdlü X16 qapalı kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin qişalarına və toxumasına qansızma, başın yumuşaq toxumasının əzilmiş-cırılmış yarası, başın sağ ənsə-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gicgah, sağ budun içəri aşağı 1/3-nin, sol bayır topuğun sıyrıqları, sağ diz oynağının iç səthinin və sağ baldırın içəri aşağı 1/3-nin qançırları kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən Qəbələ rayon diaqnostika mərkəzində ölməsinə, VAZ 21074 markalı avtomobilin arxa oturacağında olan sərnişin, zərərçəkmiş xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin qapalı travması, sağdan İ, İİ, İİİ, İV, V qabırğaların, soldan İİ, İİİ, İV, Vİ qabırğaların sınığı, sol mil, sol və sağ dirsək sümüyünün qapalı yerdəyişən sınığı, sağ bud sümüyünün aşağı 1/3-nin açıq, sol bud sümüyünün orta 1/3-nin, sol baldır sümüklərinin orta 1/3-nin qapalı yerdəyişən sınığı, alının, sol göz ətrafının dərialtı hematoması, sol gözün qüzehli qişasına qansızma, alt çənənin sıyrığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, VAZ 21074 markalı avtomobilin arxa oturacağında olan sərnişin, zərərçəkmiş xx.xx.2013-cü il təvəllüdlü X5 bazu sümüyünün və sağ qamış sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, alının sol qaşüstü hissəsinin, burunun və alt çənənin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti, VAZ 21074 markalı avtomobilin arxa oturacağında olan sərnişin, zərərçəkmiş xx.xx.1997ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol bazu sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı, sol V qabırğanın sınığı və üzün sıyrılmış yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti, Mersedes Benz E 200 minik markalı avtomobilin ön oturacağında olan sərnişin, zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 alın nahiyəsinin dərialtı hematoması, sağ gözün qişasına qansızma, sağ göz ətrafının, sağ bazunun bayır orta və aşağı 1/3-nin, hər iki kürək nahiyəsinin qançırı, sol və sağ diz oynağının ön səthinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətinin yetirilməsinə, ehtiyatsızlığından iki və daha çox, yəni üç nəfər şəxsin ölümünə, həmçinin zərərçəkmiş X26 məxsus VAZ 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə 5100 manat (beş min bir yüz manat) maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 may 2021-ci il tarixdə, saat 16:30 radələrində nəqliyyat vasitəsini idarə etmək barədə olan etibarnamə əsasında idarə etdiyi Mersedes Benz E 200 minik markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək Zarağan- Ağdaş yolunun Qəbələ rayonunun Savalan kəndindən keçən hissəsi ilə üzü Qəbələ rayonunun Zarağan kəndi istiqamətində yolun sağ hərəkət zolağı ilə təxminən 60 km/saat sürətlə üzü Qəbələ şəhəri istiqamətində hərəkətdə olmuşdur. Avtomobili özü idarə edirmiş, ön oturacaqda isə qardaşı Zərərçəkmiş şəxs3 oturmuşdur. Avtomobildə başqa sərnişin olmamışdır. Həmin vaxt Ağdaş rayonundan Qəbələ rayonuna qayıdırmışlar. Savalan kəndinin mərkəzində hərəkətdə olan zaman təxminən 90 metr məsafədən ağ rəngli VAZ 21074 markalı avtomobilin onun avtomobilinin hərəkət yoluna, yəni özünün əks hərəkət zolağı ilə düz avtomobilinin üzərinə təxminən 150 km/saat sürətlə gəldiyini görmüş, VAZ 21074 markalı avtomobilin onun avtomobilinin üzərinə gəldiyini görüb hadisədən yayınmaq üçün dərhal avtomobilini yolun sağına, daşlıq ehtiyat yola çıxarmış, avtomobilinin yan sağ iki təkəri daşlıq yola çıxmış, sol iki təkəri isə asfalt örtükdə qalmışdır. Avtomobilini söndürməmiş, mühərrik işlək vəziyyətdə olmuşdur. Bu zaman VAZ 21074 markalı avtomobilin hələ də yüksək sürətlə onun hərəkət yolunda avtomobilinin üzərinə gəldiyini görmüş, VAZ 21074 markalı avtomobillə öz avtomobilinin üzbəüz toqquşacağını bilmiş, buna görə avtomobilini yolun asfalt örtüyünə, yəni öz hərəkət zolağına qaytarmaq məqsədilə avtomobilinin ön təkərlərini asfalt örtüyə qaytarmış, bu zaman artıq VAZ 21074 markalı avtomobil onun avtomobilinə çatmış, VAZ 21074 markalı avtomobilin ön tərəfi onun avtomobilinin hərəkət yolunda sağ yan tərəfindən zərbə ilə onun avtomobilinə çırpılmış, avtomobili zərbənin təsirindən üzü Qəbələ şəhəri istiqamətində yolun solundakı yoxuşluq hissədə boş zonaya düşmüşdür. Ağır xəsarətlər aldığı üçün bundan sonra baş verənləri xatırlaya bilməmiş, bir müddət sonra xəstəxanada ayılmışdır. Təqsirləndirilən şəxs toqquşmanın onun avtomobilinin hərəkət yolunda baş verdiyini, yağ axıntıları, qırıntılarının isə zərbənin təsirindən əks yola düşə biləcəyini, avtomobilinin əks yola çıxmadığını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2021-ci il tarixli 8/1397 nömrəli rəyi ilə tanış olduğunu lakin, həmin rəylə razı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, qəzanın qarşısını almaq üçün avtomobili daşlı-çınqıllı yola sürmüş və surəti azaltmışdır. Sonra maşını orta xəttə çəkmiş, lakin orta xətti əks tərəfə keçməmişdir. VAZ 21074 markalı avtomobilin ötüb keçməsi üçün imkan yaratmışdır. Qəzadan yayınmaq üçün əvvəlcə daşlı-çınqıllı yola çıxmışdır. O idarə etdiyi avtomobil hadisə zamanı dayandırmamış, yalnız pedaldan ayağını götürərək sürəti azaltmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 05 may 2021-ci il tarixdə, saat 16:30 radələrində qardaşı Təqsirləndirilən şəxs məxsus Mersedes Benz E 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonundan bəzi təsərrüfat mallarını alıb qayıdarkən avtomobilin qabaq oturacaqda sərnişin kimi oturmuşdur. Avtomobili qardaşı Tərlan idarə etmiş və avtomobildə onlardan başqa heç kim olmamışdır. Qəbələ rayonunun Savalan kəndində üzü Qəbələ şəhəri istiqamətində öz hərəkət yolunda təxminən 60 km/saat sürətlə hərəkətdə olmuşlar. Həmin gün yağış yağdığından qardaşı maşını yavaş sürmüşdür. Savalan kəndindəki çayın üzərindəki dar körpüdən keçmiş və təxminən 150-200 metr Qəbələ şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman təxminən 300 metr məsafədən yolun onlara aid hissəsində avtomobilləri ilə üzbəüz Qəbələ şəhəri istiqamətindən ağ rəngli bir avtomobilin idarəetməni itirmiş formada oynayaraq, yüksək sürətlə onların üzərinə gəldiyini görmüşdür. Həmin avtomobil öz yolundan çıxıb, ağ xətti keçərək onların hərəkət yoluna keçmişdir. Bunu görən Tərlan yol nəqliyat hadisəsindən yayınmaq məqsədi ilə dərhal avtomobilinin sürətini daha da aşağı salaraq idarə etdiyi avtomobili sağa, yəni öz yollarına bitişik yolun daşlı-çınqıllı ehtiyat hissəsinə çıxarmışdır. Lakin ağ rəngli avtomobilin sürətlə onların avtomobilinin qarşı tərəfinə gəldiyini görəndə, Tərlan avtomobilini asfalt yola qaytarmaq istəmişdir, belə ki, əgər Tərlan avtomobili elə həmin yerdə saxlasaydı ağ rəngli avtomobillə onların avtomobili qabaq-qabağa toqquşacaqmış. Çünki, ağ rəngli VAZ 21074 markalı avtomobil onların olduğu ehtiyat hissəyə, üzərlərinə gəlmişdir. Sağ tərəfdə hündür torpaq təpələr olduğundan, Tərlan avtomobilinin qabaq tərəfini təxminən 50-55 sm öz hərəkət zolağının asfalt örtüyə çıxarmış, bu zaman ağ rəngli VAZ 21074 markalı avtomobilin iki təkəri sağ tərəfi üstə fırlanmış, VAZ 21074 markalı avtomobilin qabaq sağ tərəfi onların avtomobilinin sağ ortasından zərbə ilə vurmuş, nəticədə zərbənin təsirindən avtomobilləri sürüşərək onları təqribən 20 metr qarşıya atmış, avtomobilləri Ağdaş rayonu istiqamətində yolun sağındakı beton dirəyi sındırıb yoxuşdan aşağı düşmüş, ancaq avtomobilləri aşmamış, hadisə nəticəsində özü və qardaşı Tərlan xəsarətlər almışlar. Onu və Tərlanı xəstəxanaya gətirmişlər, ancaq kimin onaları xəstəxanaya gətirməsini xatırlamır. Sonradan hadisə nəticəsində VAZ 21074 markalı avtomobildə olan 3 nəfərin öldüyünü, 3 nəfərin isə xəsarət aldığını bilmişdir. Hadisə yerində onların qarşı tərəfində əlavə şəxs və ya avtomobil görməmiş, onlardan arxada isə təxminən 80-100 metr məsafədə VAZ 21099, yaxud VAZaz 015 markalı rus avtomobilinə bənzər avtomobil olduğunu, həmin avtomobilin rəngini və dövlət qeydiyyat nişanını xatırlamadığını, arxadan gələn avtomobilin hadisə yerində dayanıbdayanmadığını bilmədiyini, hadisənin baş verməsinə səbəb qarşıdan gələn Vaz 21074 markalı avtomobilin yüksək sürətlə oynayıb üzərlərinə gəlməsi olduğunu, toqquşma yerinin onların hərəkət yolunda asfaltdan sağda təxminən 50-60 sm daşlı çınqıllı ehtiyat hissədə baş verdiyini, Vaz 21074 markalı avtomoblin hərəkət sürətinin çox yüksək, öz hesabına görə təxminən 140 km/saat olduğunu, Vaz 21074 markalı avtomobildə olan sərnişinlərin toqquşmanın onların hərəkət yolunda baş verməsi barədə dediklərinin həqiqətə uyğun olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, qəza saat 16-17 radələrində baş vermişdir. Hava çiskinli, asfalt yol isə nisbətən yaş olmuşdur. Qarşıdan gələn avtomobili təxminən 100-110 metr məsafədən görmüşdür. Onların içərisində olduqları avtomobilin surəti 40-50 km/saat olmuşdur. Qarşıdan avtomobilin gəldiyini görəndən sonra Təqsirləndirilən şəxs avtomobili sol istiqamətə-orta xəttə tərəf çəkmişdir. Vaz 21074 markalı avtomobil idarəetməni itirmişdir. Qəzanın qarşısını almaq üçün Təqsirləndirilən şəxs avtomobili anında saxlamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil orta xəttdən qarşı hərəkət zolağına keçməmişdir. Vaz 21074 markalı avtomobil onların maşınının sərnişin tərəfdən arxa qapısına dəymişdir. Zərərçəkmiş şəxs3 avtomobildə qabaq oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil dayanmışdır. Hadisədən sonra o, xəstəxanaya aparılmışdır. Vaz 21074 markalı avtomobili ilk dəfə görəndə həmin avtomobil Təqsirləndirilən şəxs hərəkət zolağında olmuş və onların üzərinə hərəkət etmişdir. Buna görə də Təqsirləndirilən şəxs avtomobili daşlı-çınqıllı yola tərəf sürmüşdür. Daha sonra öz yoluna qayıtmışdır. Vaz 21074 markalı avtomobil təkrar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkət zolağına qayıtmışdır. Bu zaman Təqsirləndirilən şəxs avtomobili sola, orta düz xəttə tərəf sürərək saxlamışdır. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, maşınla hərəkətdə olan zaman sərt döngələri keçəndən sonra yol onu tutduğu üçün özünü pis hiss eləmiş və həyat yoldaşına maşını kənara sürüb saxlamağı demişdir. X58 maşını saxlamış və o maşından düşərək biraz hava almış, su içmişdir. Özünü yaxşı hiss edəndən sonra yola davam etmişlər. Maşın təzə hərəkət etməyə başlamışdır ki, tünd rəngli bir maşının onların üzərinə doğru şığıdığını görmüşdür. Həmin vaxt sürücünün arxasında olan oturacaqda oturmuş və yola baxmışdır. Hadisə anından yalnız həmin maşının onların maşınına dəydiyini və səs-küy baş verdiyini xatırlayır. Hadisədən bir gün sonra xəstəxanada özünə gəlmiş və hadisə ilə bağlı başqa heç nə xatırlamır. Zərərçəkmiş şəxs1 daha sonra ona verilən sualları cavablandıran zaman bildirmişdir ki, qara rəngli maşının bizim maşının üzərinə şığıdığını gördüm deyəndə, yəni digər maşının yüksək sürətlə anidən üzərimizə doğru gəldiyini nəzərdə tuturam. Onların maşını öz hərəkət zolağında, yolun sağ tərəfilə hərəkətdə olmuşdur. Qara rəngli maşının sürətlə gəldiyini görmüş və qışqırmağa başlamışdır. Hava yağışlı olduğu və maşın sürüşdüyü üçün toqquşma yan tərəfdən baş vermişdir. Onların maşını çox sürətlə hərəkət etməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olmamış, ancaq qarşı tərəfin Zərərçəkmiş şəxs2 sağalmasına kömək etməsini tələb etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs heç vaxt bağışlamayağını da bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Zərərçəkmiş şəxs2 bildirmişdir ki, yolun sağ hərəkət zolağı ilə edən zaman yol kənarında dəmiryolunun olduğunu görmüş və maşında öz aralarında bu haqda söhbət etmişlər. Bu zaman sürətlə gələn qara rəngli maşın qəfil onların qarşısına çıxmışdır. Bundan sonra nə baş verdiyini xatırlamır. Hadisə baş verən zaman hava yağışlı olmuşdur. Yağışın yağdığını hiss etmiş, özünə gələndə isə polislərin onun üzünə su vurduqlarını görmüşdür. Xəstəxanada olan zaman qayınatasının səsini eşidib oyanmış, bir müddət sonra təkrar özündən getmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs2 ona verilən sualları cavablandıran zaman bildirmişdir ki, maşının arxa tərəfində ortada oturduğu və yolun kənarında yerləşən dəmiryolu haqqında söhbət etdikləri üçün yolu aydın görmüşdür. Onların VAZ 21074 markalı maşınlarının öz hərəkət zolağında olmasını dəqiq xatırlayır. Digər Mersedes markalı maşının sürətlə və sürüşərək onlara tərəf hərəkət etdiyini görmüşdür. Həmin maşının nə qədər vaxt ərzində o vəziyyətdə gəldiyini bilməmişdir. Mersedes markalı maşının VAZ 21074 markalı maşının hansı tərəfindən dəydiyini xatırlamır. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxlərə 42000 manata qədər yardım edilmişdir. Lakin onun bundan sonra iki dəfə əməliyyata ehtiyacı var, təqsirləndirilən tərəf isə verdikləri vədə əməl etməmişdir. Ona görə də qarşı tərəflə barışmamış və şikayətçidir. O, təkrar iki dəfə əməliyyat olunmalıdır. Həmin əməliyyatların xərcinin çəkilməsini tələb edir. Məhkəmə çıxışları səsləndikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 replika hüququndan istifadə edərək bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə ölmüş zərərçəkmiş şəxslər X21 və X20 hüquqi varisi X35 ifadəsində bildirmişdir ki, hadisəni birbaşa görməmişdir, baş vermiş hadisə barədə sonradan xəbəri olmuşdur. Onun ailə üzvlərindən sağ qalan yalnız bacısı Zərərçəkmiş şəxs2 olmuşdur. Bacısının vəziyyəti çox ağırdır. O, Zərərçəkmiş şəxs2 müalicə olunaraq sağalmasını istəmiş, bacısı Mehribana Məmmədovaya baxaraq, ona qulluq etdiyini bildirmişdir. Bacısının müalicəsinin davam etdirilməsi üçün köməklik edilməsini xahiş etmişdir. Daha sonra o, verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Lakin bacısının müalicəsi davam etdiyi üçün, yenə də təqsirləndirilən şəxs tərəfindən onlara köməklik edilməsini istəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxs X16 hüquqi varisi, zərərçəkmiş azyaşlı X10 qanuni nümayəndəsi X19 isə ifadəsində göstərmişdir ki, o, hadisə baş verən zaman hadisə yerində olmamışdır. Həyat yoldaşı və Zərərçəkmiş şəxs2 dediyinə əsasən, bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobili yüksək surətlə idarə edərək qəza törətmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs1 gec-gec görmüşdür. Digər Zərərçəkmiş şəxs1 da ona Zərərçəkmiş şəxs2 dediklərini demişdir. Daha sonra Ramil Məmmədov ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs avtomobili yüksək surətlə idarə edərək bu qəzanı törətməsini desələr də, avtomobilin hərəkət və dayanma istiqamətini xatırlamamışlar. O, Zərərçəkmiş şəxs3la həyat yoldaşı olan Zərərçəkmiş şəxs2 müalicəsinə köməklik etmək və onun sağalmasına nail olmaq üçün barışığa gəlmiş və Zərərçəkmiş şəxs3 ona növbəti əməliyyatlarda da kömək edəcəklərini demişdir. Lakin Zərərçəkmiş şəxs3 növbəti əməliyyatların keçirilməsi üçün onlara köməklik etməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyil, lakin zərərçəkmiş şəxs Mehriban Məmədovanın müalicəsi davam etdiyi üçün təqsirləndirilən şəxsdən yenə də maddi yardım göstərilməsini tələb etmişdir. Zərərçəkmiş şəxs3 ona otuz bir min manat məbləğində köməklik göstərmiş və bu puldan digər Zərərçəkmiş şəxs1 atası Rövşən Yusifova da vermişdir. Hadisə zamanı 3 nəfər, onun qızı Dəniz Məmmədli dünyasını dəyişmiş, yoldaşı isə ağır xəsarətlər almışdır. Həyat yoldaşı olan Zərərçəkmiş şəxs2 bundan sonra iki dəfə əməliyyat olunmalı, lakin təqsirləndirilən şəxs son vaxtlar onlarla maraqlanmır, arvadının müalicəsi üçün isə xeyli pul tələb olunur. Əgər təqsirkar tərəf gələcəkdə də onların bütün müalicə xərclərini ödəyərsə, şikayətçi olmayacaq, lakin hazırda Təqsirləndirilən şəxsla barışmamış və onlardan şikayətçidir. Məhkəmə çıxışları səsləndikdən sonra zərərçəkmiş şəxs X16 hüquqi varisi, zərərçəkmiş azyaşlı X10 isə qanuni nümayəndəsi Ramil Məmmədov replika hüququndan istifadə edərək bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, onda şəkər xəstəliyinə meyillilik olduğuna görə, Qəbələ rayonunda aptekdə tapa bilmədiyi üçün 05 may 2021-ci il tarixdə, səhər saatlarında Qəbələ şəhərindən tanımadığı bir avtomobillə Ağdaş rayonuna aptekə getmişdir. Həmin gün Ağdaş şəhərində “dördyol” deyilən yerdə markasını Vaz 21015 və ya Vaz 2110 markalı avtomobil kimi, asfalt rəngli olmasını xatırladığı avtomobilin qabaq oturacağında əyləşmişdir ki, yaşadığı ünvana qayıtsın. Ancaq həmin avtomobilin dövlət qeydiyyat nişanını xatırlamamış, sürücüsünü də tanımamışdır. İçəridə bir nəfər tanımadığı yaşlı qadın isə arxa oturacaqda oturmuşdur. Həmin gün güclü yağış yağırmışdır. Saat 16:30 radələrində Qəbələ rayonunun Savalan kəndində, üzü Qəbələ şəhəri istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olan zaman qarşılarında qara rəngli Mersedes markalı avtomobilin hərəkət etdiyini görmüş, həmin avtomobil də onlarla eyni istiqamətində hərəkətdə olmuşdur. Avtomobillər arasında təxminən 80 metr məsafə olmüşdur. Mersedes markalı avtomobili Savalan kəndinə çatanda görmüş, əvvəlcədən qarşılarında hərəkətdə olmasını görməmişdir. Mersedes markalı avtomobil də elə təxminən 60-70 km/saat sürətdə olmuşdur. Bu zaman qarşılarında gedən Mersedes markalı avtomobil təxminən 20 sm yolun sağ ehtiyat hissəsinə çıxmış, anidən də geri, öz yoluna qayıtmışdır. Qarşı yoldan ağ rəngli bir Vaz 21074 markalı avtomobilin hərəkət etdiyini görmüş, artıq Mersedes və Vaz 21074 markalı avtomobil arasında məsafə qısalmış, aralarında təxminən 80 metr məsafə olmuşdur. Bu zaman toqquşma olacağına görə qorxaraq başını tutmuş və həmin an güclü zərbə səsi eşitmişdir. Baxanda Vaz 21074 markalı avtomobilin yolun ortasında, üzü Ağdaş istiqamətində sol zolaqda, Mersedes markalı avtomobili isə Ağdaş istiqamətində yolun sağında, yoxuşdan aşağıda dayanmasını görmüşdür. Belə hadisələrdə çox narahat olduğuna görə sürücüdən avtomobili saxlamamağını xahiş etmiş, elə sürücü də saxlamaq istəməmiş, buna görə də hərəkətə davam edərək oradan çıxıb getmişlər. Kimlərin xəsarət aldığını və ya öldüyünü bilməmişdir. O, daha sonra ifadəsində Vaz 21074 markalı avtomobili onların yoluna meyillənmiş gördüyünü, buna görə də toqquşma olacağından qorxub başını tutduğunu, ancaq Vaz 21074 markalı avtomobili özünə əks istiqamətli yolda, yəni Qəbələ şəhəri istiqamətindəki yolda görmədiyini, gördüyü müddətdə Mersedes markalı avtomobilin əks yola çıxmadığını, öz yolunda olduğunu, ancaq toqquşma anını görmədiyi üçün sonradan çıxıb-çıxmadığını bilmədiyini, yol nəqliyyat hadisəsi üzrə toqquşmanın Mersedes və ya Vaz 21074 markallı avtomobilin hərəkət yolunda baş verməsini görmədiyini, bu barədə nəsə deyə bilmədiyini, çünki toqquşma anına baxa bilmədiyini, Mersedes markalı avtomobilin sürətini azaldaraq qismən yolun sağına qədər çıxıb sonra anidən yenə də öz yoluna, yəni asfalta qayıtdığını, hadisənin nə səbəbə baş verməsini izah edə bilmədiyini, təxminən 2 ay əvvəl Nic bazarında bu hadisəni gördüyünü, bunu da Mersedes markalı avtomobilin sürücüsünün oğlu, Şamo adlı şəxsin eşidib və onunla söhbət edərək gördüklərini istintaqa da bildirməsini xahiş etdiyini, buna görə də hadisə barədə ifadə vermək qərarına gəldiyini, təxminən 1 il əvvəl Mersedes markalı avtomobilin sürücüsü Tərlanın qardaşı Fərhadın oğlu Eyvazın avtomobilini qoşaraq öz avtomobili ilə çıxartdığını, bu səbəbdən Eyvazı tanıdığını, sərnişini olduğu avtomobilin sürücüsünü və içərisində olan sərnişini tanımadığını, avtomobilin sürücüsünün taksi fəaliyyəti göstərmədiyini, sadəcə yol ötdüyü və yağış yağdığı üçün onu da maşınına mindirdiyini və buna görə ondan pul da almadığını bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verəndən sonra o, hadisə yerində qalmamışdır. Nic bazarında olan zaman ətrafdakılar söhbət edərkən eşitmiş və bu hadisəni gördüyünü onlara demişdir. Şahid toqquşma anını görmüş, qəzanın yolun ortasında olduğunu demişdir. Vaz 21074 markalı avtomobili onların yoluna meyillənmişdir. Buna görə də, Mersedes markalı avtomobilin sürücüsü sürətini azaldaraq qismən yolun sağına qədər çıxıb sonra yenə də öz yoluna qayıtmışdır. Mersedes markalı avtomobilin surəti təxminən 60 km/saat olmuşdur. Şahid hadisədən uzun müddət sonra ifadə vermişdir. Mersedes markalı avtomobilin arxası ilə təxminən 500 metr hərəkət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 05 may 2021-ci il tarixdə, saat 16:30-17:00 radələri aralığında Savalan kəndində kəndin Qəbələ rayonu istiqamətində girişində, yol kənarında olarkən, Ağdaş rayonu istiqamətində təcili tibbi yardım maşınının keçdiyini görmüş, ona görə hadisə baş verdiyini bilmişdir. Piyada təcili tibbi yardım avtomobillərinin getdiyi istiqamətə, yəni Ağdaş rayonu istiqamətində getməyə başlamış, təxminən 300 metr piyada getdikdən sonra uzaqdan Ağdaş istiqamətində avtomobillərin və adamların toplaşdığını, təcili yardım avtomobillərinin də orada dayandıqlarını görmüşdür. Onda yol nəqliyyat hadisəsinin baş verdiyini bilmiş, maraqlanmaq üçün oraya yaxınlaşmış və təqribən 600 metr məsafə də gedərək oraya, adamların toplaşdığı yerə gəlib çatmışdır. Orada Ağdaş-Zarağan magistral yolunda Ağdaş şəhəri istiqamətində bir dənə 23 seriyası ilə ağ rəngli Vaz 21074 markalı avtomobilin asflat örtük üzərində üzü yarım Qəbələ şəhəri istiqamətində dayandığını, Vaz 21074 markalı avtomobilin sağ yan və ön tərəfinin əhəmiyyətli dərəcədə əzildiyini, salonun sıxılmış vəziyyətdə olduğunu, əlavə olaraq Ağdaş şəhəri istiqamətində, yolun sağında boş sahədə bir dənə də qara-badımcanı rəngdə 90 seriyası ilə Mersedes markalı avtomobilin asflatdan təxminən 20-25 metr məsafədə dayanmasını görmüş, Mersedes markalı avtomobilin sağ yan tərəfi əzilmiş vəziyyətdə olmuşdur. Oraya adlarını xatırlamadığı adamlar yığılmış, Vaz 21074 markalı avtomobilin salonunun qarşı ön oturacağında 55-60 yaşlı bir qadın sıxılıb hərəkətsiz qalmış, onun ölməsi artıq bilinmişdir. Həmin vaxt artıq təcili tibbi yardım avtomobilləri yola düşmüş, ancaq təcili tibbi yardım avtomobili ilə kimlərin aparıldığını bilməmişdir. Yerdə bir nəfər 30- 35 yaşlı kişi qan içində ağır xəsarətlərlə dayanmış vəziyyətdə olmuş, xəsarət alanların çox olduğunu və onların xəstəxanaya aparıldığını bilmişdir. Hadisə yerinə çoxlu sayda adamlar toplaşmış, ancaq həmin şəxslərin kimliyini xatırlamır. Çünki, yol ötən avtomobillər çox olmuşdur. Az sonra oraya Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin əməkdaşları gəlmiş, Vaz 21074 markalı avtomobilin sürücüsünü də oradan başqa avtomobillə Qəbələ xəstəxanasına aparmışlar. FHN-nin xilasetmə xidməti tərəfindən Vaz 2107 markalı avtomobilin sıxılmış hissələri kəsilərək ölmüş qadın maşından yerə düşürülmüş və çexola bükülüb sonradan təcili yardım avtomobili ilə götürülmüşdür. Qısa zamanda polis əməkdaşları gəlmiş, onlardan müstəntiq ona və orada olan həmkəndlisi Mətləb adlı şəxsə özünü təqdim edərək, hadisə yerinin müayinə edilərək baxış keçiriləcəyini bildirib ondan və Mətləbdən keçiriləcək baxışda hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar da könüllü olaraq buna razılıq vermişlər. Ondan və Mətləbdən yol nəqliyyat hadisəsi törətmiş şəxsləri tanıyıb-tanımadıqları soruşulduqda, tanımadıqlarını bildirmişlər. Müstəntiq tərəfindən ona və Mətləbə hüquq və vəzifələri izah edilmiş, sonra orada müstəntiq onun və digər hal şahidi Mətləbin, həmçinin orada olan digər polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxışa başlamış və müəyyən edilmişdir ki, hadisədən öncə Vaz 21074 markalı avtomobil Ağdaş rayonu istiqamətində, Mersedes markalı avtomobil isə Qəbələ şəhəri istiqamətində asfalt örtüklə hərəkətdə olmudur. Baxış zamanı müstəntiq tərəfindən toqquşmanın Ağdaş rayonu istiqamətində, yolun sağ hərəkət zolağında, yəni VAZ 21074 markalı avtomobilin hərəkət yolunda baş verdiyi müəyyən edilmişdir. Belə ki, VAZ 21074 markalı avtomobilin hərəkət yolunda toqquşmadan sonrakı izlər, toqquşmadan qalma həmin yerdə yağ, benzin axıntısı izləri aşkar görünmüşdür. Metrə ilə Ağdaş şəhəri istiqamətində ölçüldükdə toqquşma yerindən yolun ortasına kimi məsafə ölçüldükdə 1 metrdən artıq, yolun sağına kimi isə 2 metrdən artıq olduğu müəyyən edilmiş, Mersedes markalı avtomobilin hərəkət yolunda isə toqquşmadan sonrakı hər hansı iz, toqquşmadan qalmaya xarakterik heç bir izlər olmamışdır. Həmçinin, baxış zamanı hadisə yerində qeyd edilən avtomobillərə məxsus heç bir tormoz izi aşkar edilməmiş, əlavə olaraq müstəntiq tərəfindən metrə ilə çoxlu sayda digər ölçmə, müayinə işləri də aparılmış, ancaq həmin ölçüləri tam olaraq xatırlamır. Sadəcə olaraq toqquşma yerinin VAZ 21074 markalı avtomobilin yolunda olduğunu bilmişdir. Şahid2 baxış zamanı Mersedes markalı avtomobilin içərisindəki sürücü və ön sərnişin oturacağının açılmış hava yastıqlarında olan qana oxşayan qırmızı rəngli ləkələrdən polislər tərəfindən nümunələr götürüldüyünü, möhürlənib qablaşdırıldığını, həmçinin, müstəntiq tərəfindən Vaz 21074 markalı və Mersedes markalı avtomobilin sürücü oturacağının çexolları, üzlüyü kəsilərək qablaşdırılıb götürüldüyünü, sonra müstəntiq tərəfindən hadisə yerinin fotoşəkillərinin, sxeminin tərtib edildiyini, baxış haqqında protokolun yazıldığını, orada iştirak edən polis əməkdaşlarına, ona, digər hal şahidi Mətləbə ucadan oxunduğunu, protokol düzgün tərtib edildiyindən, özü və həmin şəxslər tərəfindən imzalandığını, hadisə yerində çoxlu sayda avtomobillərin olduğunu, belə ki, həmin yol magistral yol olduğundan orada avtomobillərin tıxac yaratdığını, yolun bağlandığını, yol ötən avtomobillərin yolun sağ və sol hərəkət hissələrinə palçığa çıxıb sonra asfalta qayıtdıqlarını, buna görə də hdisə yerində palçıqlı bir iz olduğunu, həmin izin oradan yol ötən avtomobillərin və yaxud da yol nəqliyyat hadisəsində iştirak etmiş avtomobillərin izi olduğunu bilmədiyini, hadisə vaxtı yol kənarında kimsənin olması barədə məlumatının olmadığını, hadisənin necə baş vermə mexanizmi barədə də məlumatının olmadığını və bu barədə sonradan da heç nə eşitmədiyini bildirmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Vaz 21074 markalı qəzadan sonra öz yolunda dayanmışdır. Toqquşma anını görməmişdir. Hadisə yerində protokola qol çəkmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İsmiyev X3 Mübariz Savər oğlunun göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qəbələ Rayon Polis Şöbəsinin (bundan sonra Qəbələ RPŞ) Dövlət yol polisi bölməsinin inspektoru Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs Qəbələ rayonunun Bum qəsəbə sakinləri kimi tanıyır, onlarla heç bir ədavəti yoxdur. Göyçay rayon sakini Nəsib Yusifovu isə tanımır. 05 may 2021-ci il tarixdə Qəbələ RPŞ-da olan zaman, saat 16:30 radələrində Qəbələ RPŞ-nın növbətçi hissəsindən Kürd kəndinə qonşu Savalan kəndinin Ağdaşa yaxın olan hissəsində, təxminən Savalan kəndinin mərkəzində yol nəqliyyat hadisəsi baş verdiyi bildirilmiş, oraya yaxınlaşmağını istəmişlər. Qəbələ RPŞ-nın DYPB-nin rəisi Aydın Heydərovla birgə xidməti avtomobili ilə yola düşmüş, Savalan kəndinin Ağdaş rayonu istiqamətində olan hissəsinə yaxınlaşdıqda, Ağdaş-Zarağan magistral yolunda Ağdaş şəhəri istiqamətində ağ rəngli Vaz 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin asflat örtük üzərində üzü Qəbələ şəhəri istiqamətində dayanmasını, Vaz 21074 markalı avtomobilin sağ yan və ön tərəfinin əhəmiyyətli dərəcədə əzilməsini, salonun sıxışmış vəziyyətdə, həmçinin həmin avtomobilin sağ yan hissəsində çexola bükülmüş vəziyyətdə bir qadın meyitinin olduğunu görmüş, xəsarət almış başqa şəxslər olmamışdır. Orada xəsarət almış şəxslərin təcili tibbi yardım avtomobili ilə dərhal xəstəxanaya aparıldığını bilmiş, bundan başqa Ağdaş şəhəri istiqamətində yolun sağında bir dənə də qara-badımcanı rəngdə Mersedes E 240 markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin asflatdan təxminən 20-25 metr məsafədə üzü Qəbələ şəhəri istiqamətində dayanmışdır. Mersedes markalı avtomobilin sağ yan tərəfi əzilmiş vəziyyətdə olmuşdur. Hadisə yerində Qəbələ RPŞ-nın əməkdaşları və müstəntiqi olmuşlar. Müstəntiq tanımadığı iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerini müayinə etmiş, orada adlarını xatırlamadığı adamlar yığılmış, hadisə yerinə baxış zamanı hadisədən öncə Vaz 21074 markalı avtomobilin Ağdaş rayonu istiqamətində, Mersedes markalı avtomobilin isə Qəbələ şəhəri istiqamətində asfalt örtüklə hərəkətdə olduğu müəyyən edilmişdir. Baxış zamanı toqquşmanın Ağdaş rayonu istiqamətində yolun sağ hərəkət zolağında, yəni Vaz 21074 markalı avtomobilin hərəkət yolunda baş verdiyinin müəyyən edildiyi, toqquşmadan sonrakı iz, toqquşmadan həmin yerdə qalmış yağ, benzin axıntıları izləri aşkar görünmüşdür. Metrə ilə Ağdaş şəhəri istiqamətində ölçüldükdə, toqquşma yerindən yolun ortasına kimi məsafənin 1,30 metr olduğu müəyyən edilmişdir. Mersedes markalı avtomobilin isə hərəkət yolunda toqquşmadan sonrakı hər hansı iz, toqquşmadan qalmaya xarakterik heç bir izlər olmamışdır. Həmçinin, baxış zamanı hadisə yerində qeyd edilən avtomobillərə məxsus heç bir tormoz izi olmamışdır. Bundan əlavə, olaraq müstəntiq tərəfindən metrə ilə çoxlu sayda digər ölçmə, müayinə işləri də aparılmış, sadəcə olaraq toqquşma yerinin Vaz 2107 markalı avtomobilin yolunda olduğunu xatırlamışdır. Baxış zamanı həmçinin, orada Mersedes markalı avtomobilin içərisindəki sürücü və ön sərnişin oturacağının açılmış hava yastıqlarında olan qana oxşayan qırmızı rəngli ləkələrdən kriminalist tərəfindən nümunələr götürülmüş, möhürlənib qablaşdırılmışdır. Eyni zamanda, müstəntiq tərəfindən Vaz 21074 markalı və Mersedes markalı avtomobilin sürücü oturacağının çexolları, üzlüyü kəsilərək götürülüb qablaşdırılmışdır. Bundan sonra müstəntiq tərəfindən hadisə yerinin fotoşəkillər çəkilmiş, sxem tərtib edilmiş, baxış haqqında protokol yazılmış, orada iştirak edən polis əməkdaşlarına, hal şahidlərinə ucadan oxunmuş, düzgün olduğundan imzalanmışdır. Şahid4 hadisə yerində çoxlu sayda avtomobillərin olduğunu, havanın yağışlı, yerin isə palçıqlı olmasından yol ötən avtomobillərin yolun sağ və sol hərəkət hissələrinə palçığa çıxıb sonra asfalta qayıtdıqlarını, buna görə də hadisə yerində olan palçıqlı izin oradan yol ötən avtomobillərin və yaxud da yol nəqliyyat hadisəsində iştirak etmiş avtomobillərin izi olduğunu bilməmiş, ona görə toqquşmanın Vaz 21074 markalı avtomobilin hərəkət yolunda baş verməsi qənaətinə gəlmişdir. Belə ki, Vaz 21074 markalı avtomobilin hərəkət yolunda toqquşmadan sonrakı izlər, yəni toqquşmadan qalma yağ, benzin axıntı izlərinin aşkar göründüyünü, Mersedes markalı avtomobilin isə hərəkət yolunda toqquşmadan sonrakı hər hansı iz, toqquşmadan qalmaya xarakterik heç bir izlər olmamış, hadisə yerində yol kənarında birbaşa olaraq kimlərin olmağını bilmədiyini, ancaq hadisənin necə baş vermə mexanizmi barədə məlumatının olmadığını, bu barədə sonradan nəsə eşitmədiyini bildirmişdir. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, müstəntiq hadisə yerində idi. Avtomobillərin toqquşma yerini və toqquşma anını görməmişdir. O, hadisə yerinə gedənə qədər hadisə baş vermişdir. Hal şahidlərinin olmasına fikir verməmişdir. Toqquşmadan sonrakı iz, yağ, benzin axıntıları izləri Vaz 21074 markalı avtomobilin ətrafına dağılmış vəziyyətdə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Qəbələ RPŞ-nın PPXB-nin polis nəfəri Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun olaraq bildirmişdir ki, Qəbələ rayon Bum qəsəbə sakini Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs həmkəndliləridir, onlarla normal münasibətləri vardır. Göyçay rayon sakini Nəsib Yusifovu isə tanımır. 05 may 2021-ci il tarixdə Qəbələ rayon Kürd kəndində iş yoldaşı Şahid6 ilə postda xidmətdə olmuşdur. Həmin gün saat 16:30 radələrində Qəbələ RPŞ-nın növbətçi hissəsindən Kürd kəndilə qonşu Savalan kəndinin Ağdaşa yaxın olan hissəsində, təxminən Savalan kəndinin mərkəzində yol nəqliyyat hadisəsinin baş verməsi bildirilmiş, oraya yaxınlaşmaları istənilmişdir. Ona görə Yusiflə Savalan kəndinin Ağdaş rayonu istiqamətində olan hissəsinə yaxınlaşanda, Ağdaş-Zarağan yolunda, magistral yolda Ağdaş şəhəri istiqamətində ağ rəngli Vaz 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin asflat örtük üzərində üzü Qəbələ şəhəri istiqamətində dayandığını, Vaz 21074 markalı avtomobilin sağ yan və ön tərəfinin əhəmiyyətli dərəcədə əzilməsini, salonun sıxışmış vəziyyətdə olmasını görmüşdür. Bundan başqa, Ağdaş şəhəri istiqamətində, yolun sağında bir dənə də qara-badımcanı rəngdə Mersedes E 240 markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin asflatdan təxminən 20-25 metr məsafədə üzü Qəbələ şəhəri istiqamətində dayanmasını görmüş, Mersedes markalı avtomobilin sağ yan tərəfi əzilmiş vəziyyətdə olmuşdur. Dərhal hadisə yerinin mühafizəsi üçün tədbirlər görməyə başlamışlar. Oraya adlarını xatırlamadığı adamlar yığılmış, təcili tibbi yardım avtomobilləri də hadisə yerində olmuşdur. Vaz 21074 markalı avtomobilin salonunun qarşı ön oturacağında 55-60 yaşlı bir qadın sıxılıb hərəkətsiz qalmışdır. Həmin qadının ölməsi artıq bilinmişdir. Orada yerdə artıq bir nəfər azyaşlı körpə qız, 2 nəfər cavan qadın, bir nəfər 6-7 yaşlı oğlan uşağı, bir nəfər də, təxminən 30-35 yaşlı kişi olmuşdur. Ölən adam bir nəfər orada qeyd etdiyi qadın olmuşdur. Digərləri hələ sağ olmuş, ancaq hamısının ağır xəsarətlər aldıqları hiss edilmişdir. Həmçinin, hadisə yerinə X13 xilasetmə xidməti də gəlmiş, xəsarət almış azyaşlı uşaqları, 2 nəfər gəlini, oradakı şəxslərlə birgə Vaz 21074 markalı avtomobildən çıxarıb təcili tibbi yardım avtomobilinə yerləşdirmişlər. Yusif isə oraya toplaşmış digər şəxslər, xilasetmə xidməti ilə birgə Vaz 21074 markalı avtomobilin sükanı arxasından təxminən 30- 32 yaşlı bir kişini, sürcünü çıxarıb onu yol kənarına qoymuşdur. Hadisə yerində çoxlu sayda yol keçən avtomobillər dayanmış, adamlar düşmüş və hadisəyə baxan, kömək edən şəxslər olmuş, ancaq həmin şəxlərin kimliyini xatırlamır. Xilasetmə xidməti Vaz 21074 markalı avtomobilin ön oturacağında olan və ölmüş orta yaşlı bir qadını avtomobilin hissələrini kəsərək bayıra çıxartmışlar. Həmin vaxt Mersedes markalı avtomobilin yanında isə 55-60 yaşlı iki nəfər kişi olmuşdur. Onları da oradakı şəxslər yerə düşürmüş, həmin şəxslərdən biri Tərlan, digəri isə qardaşı Fərhad olmuşdur. Onlar da xəsarətlər almışlar. Onları da oradan xəstəxanaya aparmışlar. Oraya qısa zamanda Qəbələ RPŞ-nın Yol patrul xidməti əməkdaşları və müstəntiq gəlmiş, müstəntiq orada hadisə yerində olan iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxışa başlamışdır. Həmin şəxslər Savalan kənd sakinləri olduqlarını demişlər. Baxış zamanı hadisədən əvvəl Vaz 21074 markalı avtomobilin Ağdaş rayonu istiqamətində, Mersedes markalı avtomobilin isə Qəbələ şəhəri istiqamətində asfalt örtüklə hərəkətdə olması müəyyən edilmişdir. Baxış zamanı müstəntiq tərəfindən toqquşmanın Ağdaş rayonu istiqamətində, yolun sağ hərəkət zolağında, yəni Vaz 21074 markalı avtomobilin hərəkət yolunda baş verməsi müəyyən edilmişdir. Belə ki, toqquşmadan sonrakı iz, toqquşmadan qalma həmin yerdə yağ, benzin axıntıları izləri aşkar görünmüşdür. Metrə ilə Ağdaş şəhəri istiqamətində ölçüldükdə toqquşma yerindən yolun ortasına kimi məsafə 1,30 metr, yolun sağına kimi isə 2,20 metr olmuşdur. Mersedes markalı avtomobilin isə hərəkət yolunda toqquşmadan sonrakı hər hansı iz, toqquşmadan qalmaya xarakterik heç bir izlər olmamışdır. Baxış zamanı hadisə yerində qeyd edilən avtomobillərə məxsus heç bir tormoz izləri də olmamışdır. Bundan əlavə, müstəntiq tərəfindən metrə ilə çoxlu sayda digər ölçmə, müayinə işləri də aparılmış, ancaq həmin ölçüləri tam xatırlamır. Baxış zamanı orada olan Mersedes markalı avtomobilin içərisindəki sürücü və ön sərnişin oturacağının açılmış hava yastıqlarında olan qana oxşayan qırmızı rəngli ləkələrdən kriminalist tərəfindən nümunələr götürülmüş, möhürlənib qablaşdırılmışdır. Həmçinin, müstəntiq tərəfindən Vaz 2107 və Mersedes markalı avtomobillərin sürücü oturacağının çexolları, üzlüyü kəsilərək götürülüb qablaşdırılmış, sonra müstəntiq tərəfindən hadisə yerinin fotoşəkilləri çəkilmiş, sxem tərtib edilmiş, baxış haqqında protokol yazılmış, orada iştirak edən polis əməkdaşlarına, hal şahidlərinə ucadan oxunmuş hal şahidləri və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hadisə yerində çoxlu sayda avtomobillərin olduğunu, magistral yol olduğundan orada avtomobillərin tıxacının yarandığını, yolun bağlandığını, havanın yağışlı, yerin palçıqlı olduğunu, həmin vaxt digər yol ötən avtomobillərin yolun sağ və sol hərəkət hissələrinə palçığa çıxıb sonra asfalta qayıdıqlarını görmüşdür. Buna görə də hadisə yerində olan palçıqlı avtomobil izinin oradan yol ötən avtomobillərin və yaxud da yol nəqliyyat hadisəsində iştirak etmiş avtomobillərin izi olduğunu bilmədiyini, hadisənin baş vermə mexanizmi barədə məlumatının olmadığını bildirmişdir. Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə yerinə gedənə qədər hadisə baş vermişdir. Hal şahidləri hadisə zamanı iştirak etmişlər. Müstəntiq ölçümə və. s işlərlə məşğul olmuşdur. Toqquşma anını görməmişdir. Hadisə ilə bağlı məlumatı növbətçi hissədən almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qəbələ RPŞ-nın PPXB-nin polis nəfəri Şahid6 Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qəbələ RPŞ-nın PPXB-nin komandir müavini Şahid7 ifadəsində göstərmişdir ki, 05 may 2021-ci il tarixdə xidmətdə olan zaman, saat 16:30 radələrində Qəbələ RPŞ-nın növbətçi hissəsindən Kürd kəndinə qonşu Savalan kəndinin Ağdaşa yaxın olan hissəsində, təxminən Savalan kəndinin mərkəzində yol nəqliyyat hadisəsinin baş verməsi bildirilmiş, oraya yaxınlaşması bildirilmişdir. Az sonra həmin yerə xidməti avtomobili ilə gəlmişdir. Savalan kəndinin Ağdaş rayonu istiqamətində olan hissəsinə yaxınlaşdıqda, Ağdaş-Zarağan magistral yolunda Ağdaş şəhəri istiqamətində ağ rəngli Vaz 2107 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin asflat örtük üzərində üzü Qəbələ şəhəri istiqamətində dayanmasını, Vaz 21074 markalı avtomobilin sağ yan və ön tərəfinin əhəmiyyətli dərəcədə əzilməsini və salonun sıxışmış vəziyyətdə olduğunu görmüşdür. Həmçinin, həmin avtomobilin sağ yan hissəsində çexola bükülmüş vəziyyətdə bir qadın meyiti olmuşdur. Xəsarət alan başqa şəxslər olmamışdır. Lakin orada xəsarət almış şəxslərin təcili tibbi yardım avtomobili ilə dərhal xəstəxanaya aparıldığını bilmişdir. Bundan başqa, Ağdaş şəhəri istiqamətində yolun sağında bir dənə də qara-badımcanı rəngdə Mersedes E 240 markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobil asflatdan təxminən 20-25 metr məsafədə üzü Qəbələ şəhəri istiqamətində dayanmışdır. Mersedes markalı avtomobilin sağ yan tərəfi əzilmiş vəziyyətdə olmuşdur. Hadisə yerində Qəbələ RPŞ-nın əməkdaşları və müstəntiqi olmuşlar. Müstəntiq tanımadığı iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerini müayinə etmiş, orada adlaya xatırlamadığı adamlar yığılmışdır. Müstəntiq tərəfindən hadisə yerinə baxış zamanı hadisədən öncə Vaz 21074 markalı avtomobilin Ağdaş rayonu istiqamətində, Mersedes markalı avtomobilin isə Qəbələ şəhəri istiqamətində asfalt örtüklə hərəkətdə olması müəyyən olunmuşdur. Baxış zamanı müstəntiq tərəfindən toqquşmanın Ağdaş rayonu istiqamətində yolun sağ hərəkət zolağında, yəni Vaz 21074 markalı avtomobilin hərəkət yolunda baş verməsi müəyyən edilmiş, toqquşmadan sonrakı iz, toqquşmadan qalma həmin yerdə yağ, benzin axıntıları izləri aşkar görünmüşdür. Metrə ilə Ağdaş şəhəri istiqamətində ölçüldükdə toqquşma yerindən yolun ortasına kimi məsafə ölçüldükdə 1,30 metr, yolun sağına kimi isə 2,20 metr olduğu müəyyən edilmişdir. Mersedes markalı avtomobilin isə hərəkət yolunda toqquşmadan sonrakı hər hansı iz, toqquşmadan qalmaya xarakterik heç bir izlər olmamışdır. Həmçinin, baxış zamanı hadisə yerində qeyd olunann avtomobillərə məxsus heç bir tormoz izləri olmamışdır. Əlavə olaraq müstəntiq tərəfindən metrə ilə çoxlu sayda digər ölçmə, müayinə işləri də aparılmışdır. Baxış zamanı Mersedes markalı avtomobilin içərisindəki sürücü və ön sərnişin oturacağının açılmış hava yastıqlarında olan qana oxşayan qırmızı rəngli ləkələrdən kriminalist tərəfindən nümunələr götürülmüş, möhürlənib qablaşdırılmışdır. Müstəntiq tərəfindən Vaz 21074 və Mersedes markalı avtomobillərin sürücü oturacağının çexolları, üzlüyü kəsilərək götürülüb qablaşdırılmışdır. Bundan sonra müstəntiq tərəfindən hadisə yerinin fotoşəkilləri çəkilmiş, sxem tərtib edilmiş, baxış haqqında protokol yazılmış, hal şahidləri və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hadisə yerində çoxlu sayda avtomobillər olmuşdur. Hadisə baş verən yer magistral yol olduğundan, orada avtomobillərin tıxacı yaranmış, yol bağlanmışdır. Hava isə yağışlı, yer palçıqlı olduğundan, digər yol ötən avtomobillər yolun sağ və sol hərəkət hissələrinə palçığa çıxıb sonra asfalta qayıtdıqlarından, hadisə yerində palçıq izləri olmuşdur. Ancaq həmin izlərin yol ötən avtomobillərin və yaxud yol nəqliyyat hadisəsində iştirak etmiş avtomobillərin izi olduğunu deyə bilmir, baş vermiş hadisənin mexanizmi barədə məlumatı yoxdur. Şahid7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, müstəntiq, kriminalist və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Müstəntiq tərəfindən yolun eni, uzunluğu və. s ölçülmüş və o, yolun enini, uzunluğunu və. s ölçüldüyünü görmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumuş və təsdiq etmişdir. Hadisə baş verən zaman o, Qəbələ rayonunun ərazisində xidmətdə olmuşdur. Hadisənin necə baş verdiyini isə bilavasitə görməmişdir, hadisədən sonra gördüklərini demişdir. Qəza baş verəndən sonra yağ və benzin dağıntıları bütün yola dağılmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təxminən saat 14:30-da Qəbələyə getmək üçün öz maşını ilə evdən çıxmışdır. Qəbələ istiqamətində hərəkətdə olan zaman yolda avtoqəza olduğunu görmüş, lakin qəza anını və qəzanın necə baş verdiyini görməmişdir. Hadisə yerində dayanmış və qəzaya uğramış VAZ-21074 markalı maşının arxa şüşəsini çıxararaq zərərçəkmişlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maşının içərisindən çıxarmışdır. Onlarla yanaşı, iki balaca uşağı da maşından çıxarmışdır. Daha sonra isə polisə və təcili tibbi yardıma zəng vuraraq onlara hadisə barədə məlumat vermişdir. Şahid8 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, toqquşma anını görməmişdir. Həmçinin, hadisə yerində ondan başqa kənd camaatından bir neçə nəfərin olduğunu xatırlamışdır. Lakin o, hadisə yerinə çatanda hələ orada polis və tibb işçiləri, habelə FHN-in işçiləri olmamış, onları hadisə yerinə özü çağırmışdır. Hadisə yerində olan şəxsləri tanımamışdır. Hadisə yerində başqa maşının olmasını da görməmişdir. İdarə etdiyi maşından qabaqda daha sürətlə gedən hər hansı bir maşın görmədiyini bildirmişdir. VAZ-21074 markalı maşın öz hərəkət zolağında, arxa hissəsi təxminən 20-30 sm orta xəttdən o biri tərəfə keçmiş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxsin idarə etdiyi avtomobillin orada olub-olmaması ilə bağlı suala cavab olaraq isə bildirmişdir ki, hadisədən bir ildən çox vaxt keçdiyindən, xatırlamır, ibtidai istintaq zamanı bu barədə demişdirsə, elədir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, bu iş üzrə şahid qismində ona görə dindirilməmişdir ki, Təqsirləndirilən şəxs həbs olunduğunu bilməmişdir. Hadisə 5 may 2021-ci ildə baş vermişdir. O, piyada maqazinə kontur almaq üçün getmiş, kontur alıb qayıdarkən hadisə yerinə 100-200 metr qalmış xəttin üzərində Vaz 21074 markalı avtomobilin yüksək surətlə gəldiyi görmüş və yolun kənarına çəkilmişdir. Vaz 21074 markalı avtomobil öz yolu ilə getməmişdir. Avtomobilin ona çatmasına təxminən 60-70 metr qalmış Vaz 21074 markalı avtomobil öz yoluna keçmişdir. Mersedes markalı avtomobilə bir qədər qalmış Vaz 21074 markalı avtomobil oynamış və Mersedes markalı avtomobilin üzərinə getmişdir. Bu an Mersedes markalı avtomobil ağ xəttin üzərində tormoz vermiş, Vaz 21074 markalı avtomobil Mersedes markalı avtomobili arxa hissədən vurmuşdur. Qəzadan sonra Vaz 21074 markalı avtomobil fırlanaraq üzü Qəbələyə doğru dayanmışdır. Mersedes markalı avtomobil isə quyuya düşmüşdür. O, maşına tərəf getmiş, yaralıları görmüş lakin, qandan qorxduğu üçün evə getmişdir. Şahid X32 ona verilən suallara cavab olaraq bildirmişdir ki, toqquşma anını görmüşdür. İfadə vermək üçün kimsə ona təsir etməmişdir. Qəbələyə getmiş, hadisə barədə söhbət düşmüş və bu haqqda maraqlanan zaman Təqsirləndirilən şəxs tutulduğunu demişdilər. Vaz 21074 markalı avtomobilin surəti təxminən 100 km/saatdan çox olarmış. Mersedes markalı avtomobil orta xəttin üzərində dayanmışdır. Yolun ortasındakı xətt açıq aydın görünürmüş. Mersedes markalı avtomobil qara, Vaz 21074 markalı avtomobil isə ağ rəngli olmuşdur. Vaz 21074 markalı avtomobildə neçə nəfərin olduğunu bilməmişdir. Hadisə zamanı hava çiskinli, yol isə nəm olmuşdur. Şahid qismində ifadə vermək üçün getmək istəmiş, tanıdığı şəxs ona işin artıq məhkəmədə olduğunu demişdir. Əlavə şahid qismində ifadə vermək istədiyi üçün ərizə yazmış, ərizəni pul olmadığı üçün Zərərçəkmiş şəxs3 göndərmişdir. Həmin ərizə məhkəmədən başqa digər orqanlara da göndərilmişdir. Ərizələri özü öz xətti ilə yazmışdır. Xəsarət alanların Bum qəsəbəsindən olmasını bilməmişdir. Göstərilənlərlə yanaşı, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Üzləşdirmə zamanı təqsirləndirilən şəxs Tərlan Yusifov ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ilə şahid qismində olan Zərərçəkmiş şəxs3 arasında keçirilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadələrində göstərdiyi xüsuatları Zərərçəkmiş şəxs3 üzünə deyərək təsdiq etmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş cinayət işi üzrə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2021-ci il tarixdə, saat 15:30-dan xx.xx.2021-ci il saat 16:45-dək aktiv olduğu anten şəbəkələri, Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrədən xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, mesajların məzmunu, daxil olan və çıxan zənglərin anten dairələrinin siyahısı, daxil olan və çıxan zənglərin sahiblərinin anket məlumatlarının saxlanıldığı 01 ədəd CD diskə baxış keçirilmişdir. Daxil olmuş 01 ədəd CD diski kompüterin prosessorunun disk qutusuna daxil etdikdə, diskin adının 23646 olduğu görünür. Baxış zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə, saat 14:54:00 radələrində Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrə “Mingəçevir” anten şəbəkəsində, 16:52:00 radələrində isə “Bum” adlanan anten şəbəkədə mövcud olmuşdur. Bu hal Şahid1 hadisə baş verən vaxtda, yəni təqribən həmin gün saat 16:30 radələrində Ağdaş-Zarağan yolunun 19-cu kilometliyinə yaxın ərazidə ola bilməsinə uyğun gəlir. Daha sonra Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə daxil olan və çıxan zənglərin siyahısına baxış keçirdikdə cinayət işi üzrə təqsirləndirilən şəxsin yaxın qohumu, qardaşı, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 adına olan və istifadə etdiyi ***-***-**-** saylı nömrədən zəng olunaraq 176 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 22:03:31 radələrində zəng olunaraq 65 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 21:38:31 radələrində zəng olunaraq 31 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 17:19:40 radələrində zəng olunaraq 95 saniyə danışıq olduğu müəyyən edildi. Həmçinin, Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə cinayət işi üzrə təqsirləndirilən şəxsin yaxın qohumu, oğlu X22 xx.xx.2021-ci il tarixdə, saat 13:53:19 radələrində zəng edilərək 126 saniyə danışıq olduğu müəyyən edilmişdir. Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə daxil olan və çıxan zənglərin siyahısına baxış keçirilən zaman, həmçinin istifadəsində olan ***-***-**-** saylı nömrəsinə daxil olan və çıxan mesajların məzmununa baxış zamanı isə iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X25 X53 Qəbələ rayon şöbəsindən daxil olmuş mərhum X21 barəsində olan xx.xx.2021-ci il tarixli 14 nömrəli meyitin ekspertizası rəyinə əsasən:

1. X2 meyitində açıq kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyinin qişalarına və toxumasına qansızma, kəllə əsası sümüklərinin sınığı, başın yumuşaq toxumasının əzilmiş-cırılmış yarası, sol bud sümüyünün aşağı 1/3-nin, sağ qamış sümüyünün yuxarı 1/3-nin açıq qəlpəli yerdəyişən sınığı, sol budun ön aşağı 1/3-nin, sağ diz oynağının iç səthinin əzilmiş-cırılmış yarası, alının, üzün sol və sağ tərəfinin, alt çənənin ön səthinin, üzün sağ tərəfinin, sağ baldırın ön orta 1/3-nin, sol baldırın ön aşağı 1/3-nin və bel nahiyəsinin sıyrıqları kimi xəsarəti vardır.

2. X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 05 may 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sərnişində əmələ gələ bilərlər.

3. X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər küt alətin (əşyaların) təsirindən törənmişlər. Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir.

4. X11 ölümünə səbəb baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur və hadisə vaxtı aldığı xəsarətlərlə birbaşa səbəbli əlaqəsi vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş mərhum X33 barədə olan 28 may 2021-ci il tarixli 15 nömrəli meyitin ekspertizası rəyinə əsasən:

1. Mərhum X4 meyitində qapalı kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin qişalarına və toxumasına qansızma, başın yumuşaq toxumasının əzilmişcırılmış yarası, başın sağ ənsə-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gicgah, sağ budun içəri aşağı 1/3-nin, sol bayır topuğun sıyrıqları, sağ diz oynağının iç səthinin və sağ baldırın içəri aşağı 1/3-nin qançırları kimi xəsarəti vardır.

2. Mərhum X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 05 may 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sərnişində əmələ gələ bilərlər.

3. Mərhum X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər küt alətin (əşyaların) təsirindən törənmişlər. Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. 4.Mərhum X4 ğlümünə səbəb baş beyin qişalarına qansızma və baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur və hadisə vaxtı aldığı xəsarətlərlə birbaşa səbəbli əlaqəsi vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş mərhum X36 barəsində olan xx.xx.2021-ci il tarixli 16 nömrəli meyitin ekspertizası rəyinə əsasən:

1. X20 meyitində daxili qanaxma, ağ ciyərin və qara ciyərin cırılması, qabırğaların çoxsaylı sınıqları, bağırsaqların müsariqəsinə qansızma və müsariqənin cırılması, böyrək ətrafı nahiyənin hematoması, travmatik və kəskin qan itirmədən sonra törənən şok, burun sümüklərinin qəlpəli sınığı, üst dodağın, alt çənənin, hər iki diz oynağının ön səthinin və döş qəfəsinin ön səthinin sıyrıqları kimi xəsarəti vardır.

2. X6 bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 05 may 2021-ci il tarixdə baş verən yol nəqliyyat hadisəsi zamanı sürücüdə əmələ gələ bilərlər.

3. X6 bədəni üzərində aşkar edilmiş xəsarətlər küt alətin (əşyaların) təsirindən törənmişlər. Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir.

4. X20 ölümünə səbəb daxili orqanların zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan şok olmuşdur və hadisə vaxtı aldığı xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır.

5. X6 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə tibbi kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsiredici maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Zərərçəkmiş şəxs2 barəsində olan 244 nömrəli canlı şəxsin ekspertizası rəyinə əsasən:

1. Zərərçəkmiş şəxs2 bədəni üzərində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin qapalı travması, sağdan İ, İİ, İİİ, İV, V qabırğaların, soldan İİ, İİİ, İV, Vİ qabırğaların sınığı, sol mil, sol və sağ dirsək sümüyünün qapalı yerdəyişən sınığı, sağ bud sümüyünün aşağı 1/3-nin açıq, sol bud sümüyünün orta 1/3-nin, sol baldır sümüklərinin orta 1/3-nin qapalı yerdəyişən sınığı, alının, sol göz ətrafının dərialtı hematoması, sol gözün qüzehli qişasına qansızma, alt çənənin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 05 may 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş X23 barədə olan xx.xx.2021-ci il tarixli 243 nömrəli canlı şəxsin ekspertizası rəyinə əsasən:

1. X10 bədəni üzərində sağ bazu sümüyünün və sağ qamış sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, alının sol qaşüstü hissəsinin, burunun və alt çənənin əzilmişcırılmış yarası kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 05 may 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 barədə olan xx.xx.2021-ci il tarixli 245 nömrəli canlı şəxsin ekspertizası rəyinə əsasən:

1. Zərərçəkmiş şəxs1 bədəni üzərində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol bazu sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı, sol V qabırğanın sınığı və üzün sıyrılmış yarası kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 05 may 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli 175 nömrəli canlı şəxsin ekspertizası rəyinə əsasən:

1. Təqsirləndirilən şəxs bədəni üzərində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, hər iki ağ ciyərlərin atelektazı, alının sağ qaşüstü nahiyəsinin, boyunun sol və sağ hissələrinin geniş əzilmiş-cırılmış yaraları, üzün hər iki tərəfinin, sol bazunun bayır aşağı 1/3-nin, sol saidin iç səthinin, sol diz oynağının ön səthinin sıyrıqları və döş qəfəsinin sağ yarısının qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 05 may 2021-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs3 barəsində olan xx.xx.2021-ci il tarixli 176 nömrəli canlı şəxsin ekspertizası rəyinə əsasən:

1. Zərərçəkmiş şəxs3 bədəni üzərində alın nahiyəsinin dərialtı hematoması, sağ gözün qişasına qansızma, sağ göz ətrafının, sağ bazunun bayır orta və aşağı 1/3-nin, hər iki kürək nahiyəsinin qançırı, sol və sağ diz oynağının ön səthinin sıyrıqları kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 05 may 2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 21/369 R nömrəli rəyə əsasən, tədqiqata təqdim edilmiş:

1. Mersedes Benz E 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü yerinin bir ədəd hava yastığı kəsiyi və ön sağ sərnişin oturacağının iki ədəd hava yastığı kəsikləri üzərində olan qırmızı rəngli qanabənzər ləkələr insan qanıdır.

2. Mersedes Benz E 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü yerinin bir ədəd hava yastığı kəsiyi üzərində olan qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur.

3. Mersedes Benz E 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilinön sağ sərnişin oturacağının iki ədəd hava yastığı üzərində olan qan nümunələri Zərərçəkmiş şəxs3 məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X25” Hüquqi Şəxsdən daxil olan Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2021-ci il tarixli 1278/K nömrəli məhkəmə kimyəvi rəyinə əsasən, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçnin, tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası X34 Bölməsinin təqdim etdiyi 04 avqust 2021-ci il tarixli 17/552 nömrəli materialların məhkəmə ekspertizası “lifli materialların tədqiqi” rəyinə əsasən: Tədqiqata təqdim edilmiş VAZ21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün oturacaq və söykənəcək hissələrinin səthləri üzərində və X26 məxsus 01 ədəd cins şalvarın, 01 ədəd idman gödəkçəsinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş VAZ 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün söykənəcək hissəsinin səthi üzərində tapılmış açıq-boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X26 məxsus 01 ədəd idman gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş VAZ 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün oturacaq hissəsinin səthi üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X26 məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X26 məxsus 01 ədəd cins şalvarın və 01 ədəd idman gödəkçəsinin səthləri üzərindən tapılmış qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə VAZ 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş sürücü oturacağını üzlüyünün hissələrinin səthi üzərindən geyim əşyalarının tərkib liflərinə uyğun liflərin və geyim əşyalarının səthləri üzərindən sürücü oturacağı üzlüyünün hissələrinin tərkib liflərinə uyğun liflərin aşkar edilməsinə əsasən sürücü oturacağı üzlüyünün hissələri ilə geyim əşyalarının qarşılıqlı təmasda olması halı mümkündür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası X34 Bölməsinin təqdim etdiyi 05 avqust 2021-ci il tarixli 17/553 nömrəli materialların məhkəmə ekspertizası “lifli materialların tədqiqi” rəyinə əsasən: Tədqiqata təqdim edilmiş Mersedes Benz E 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün oturacaq və söykənəcək hissələrinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Geyim əşyalarının tərkib və sürücü oturacağı üzlüyünün kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Mersedes Benz E 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün söykənəcək hissəsinin səthi üzərində tapılmış boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Mersedes Benz E 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün oturacaq hissəsinin səthi üzərindən tapılmış tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Mersedes Benz E 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün oturacaq və söykənəcək hissələrinin səthləri üzərində Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd cins şalvarın və 01 ədəd gödəkçənin tərkib lif mikrohissəcikləri aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserindən daxil olmuş 24 noyabr 2021-ci il tarixli 1415 nömrəli rəyə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş və həmin Dispanser tərəfindən təqdim edilmiş 11 oktyabr 2021-ci il tarixli 604 nömrəli məhkəmə psixiatrik rəyinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qəbələ RPŞ-nın DYPB-nin polis kapitanı Ruslan Rəhimovun xx.xx.2021-ci il tarixli raportuna əsasən, Təqsirləndirilən şəxs adına X8 “C” kateqoriyalı AC709781 nömrəli (xx.xx.2015-xx.xx.2025) sürücülük vəsiqəsi qeydə alınmış, sürücülük hüququ məhdudlaşdırılmamışdır. Eyni zamanda, həmin arayışda Ağdaş-Zarağan yolunun 19-cu kilometrliyində maksimum sürət həddinin 60 km/saat müəyyən edildiyi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli maddi sübutun tanınması, saxlanması və depozitə verilməsi barədə qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş təqdim olunan pul vəsaitlərinin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 yol nəqliyyat hadisəsi nəticəsində Vaz 21074 markalı avtomobilin sürücüsü Nəsib Yusifovun, həmçinin sərnişinləri X21 və X16 ölməsi, digər sərnişinlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X10 müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəmək məqsədi dəymiş ziyanın bir qismini, yəni 1000 (bir min) manat pul vəsaitini zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinə təqdim etsə də, həmin şəxslər pul vəsaitlərini qəbul etmədiklərinə görə istintaqa təqdim etmişdir. Həmin pul vəsaitinin götürülməsi ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Qəbələ RPŞ-nın depozit hesabına verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X44 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X39 daxil olmuş 3/519 nömrəli məktuba əsasən, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 Qəbələ RMX PHŞ-in poliklinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda deyillər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Bum qəsəbəsi üzrə inzibati ərazi nümayəndəliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli 290 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1969cu ildə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olmaqla, həmin qəsəbədə qeydiyyatdadır və yaşayır. Ailə üzvləri arvadı 1970-ci il təvəllüdlü X24, oğlu 1994-cü il təvəllüdlü X27 və oğlu 1998-ci il təvəllüdlü X18 ibarətdir. Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs Bum qəsəbəsində yaşadığı müddət ərzində nümunəvi davranışı ilə seçilməsi, qəsəbə sakinlərinin dərin hörmətini qazanması, qəsəbənin ictimai işlərində yaxından iştirak etməsi, nümayəndəlik tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, yaxşı təşkilatçılıq qabiliyyətinə malik olan bir şəxs olması göstərilmişdir. Təqsirləndirilən şəxs ifadələrin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş, əksi çıxarılıb protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş və məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə 2 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxs Təyyar Yusiflinin ona qarşı irəli sürülən cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin (təqsirləndirilən şəxsin qardaşı olan zərərçəkmiş şəxs Fərhad Eyyubun ifadəsi istisna olmaqla) və şahidlərin ifadələri (müfadiə tərəfinin təqdim etdikləri şahidlərin ifadələri istisna olmaqla), ekspert rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə, bir-birini tamamlayır və bu sübutlar arasında heç bir ziddiyyət müəyyən olunmur. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə zərərçəkmiş şəxs Fərhad Eyyubun ifadəsi istisna olmaqla) və şahidlərin ifadələri (müfadiə tərəfinin təqdim etdikləri şahidlərin ifadələri istisna olmaqla), məhkəmə istintaqı zamanı qeyd etdikləri və heç bir sübutla təsdiqini tapmayan fikirləri məhkəmə kollegiyası əvvəlcədən düşünülmüş müdafiə taktikası kimi qəbul edir və hesab edir ki, onların məhkəmə istintaqı zamanı bildirdikləri müdafiə xarakterli əsaslandırmalardır və bunlar təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.4-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsinə heç bir şübhə yoxdur. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında “Savalan kəndinin mərkəzində hərəkətdə olan zaman təxminən 90 metr məsafədən ağ rəngli VAZ 21074 markalı avtomobilin onun avtomobilinin hərəkət yoluna, yəni özünün əks hərəkət zolağı ilə düz avtomobilinin üzərinə təxminən 150 km/saat sürətlə gəldiyini görməsi, VAZ 21074 markalı avtomobilin onun avtomobilinin üzərinə gəldiyini görüb hadisədən yayınmaq üçün dərhal avtomobilini yolun sağına, daşlıq ehtiyat yola çıxarması, VAZ 21074 markalı avtomobillə öz avtomobilinin üzbəüz toqquşacağını bilib, buna görə avtomobilini yolun asfalt örtüyünə, yəni öz hərəkət zolağına qaytarmaq məqsədilə avtomobilinin ön təkərlərini asfalt örtüyə qaytarması, bu zaman artıq VAZ 21074 markalı avtomobilin onun avtomobilinə çatması, VAZ 21074 markalı avtomobilin ön tərəfinin onun avtomobilinin hərəkət yolunda sağ yan tərəfindən zərbə ilə onun avtomobilinə çırpılması, toqquşmanın onun avtomobilinin hərəkət yolunda baş verməsi, yağ axıntıları, qırıntılarının isə zərbənin təsirindən əks yola düşməsi, avtomobilinin əks yola çıxmaması” barədə göstərdiyi xüsusatlar heç bir sübutla öz təsdiqini tapmamışdır. Əksinə, hadisə zamanı VAZ 21074 markalı avtomobildə olmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid8 ibtidai istintaq və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrdən, hadisə yerinin sxemindən, ifadənin yerində yoxlanması istintaq hərəkətindən, hadisədən sonra çəkilmiş fotoşəkillərdən, ekspert rəylərindən və cinayət işinin materiallarında olan digər sübutlardan müəyyən olunur ki, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan üç nəfərin ölümünə, digər dörd nəfərin isə sağlamlığına ağır, az ağır və yüngül dərəcəli xəsarətlər yetirilməsinə, eləcə də avtomobillərini zədələyərək sahiblərinə maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin baş vermiş hadisədə təqsirli olmaması barədə dəlillərinə gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs və hadisə vaxtı təqsirləndirilən şəxsin avtomobilində olmuş təqsirləndirilən şəxsin qardaşı olan Zərərçəkmiş şəxs3 yol nəqliyyat hadisəsinin VAZ 2107 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında deyil, onlara məxsus Mersedes Benz E 200 markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında baş verməsi barədə irəli sürdükləri xüsusat digər sübutlarla müqayisə edilib təhlil olunduqda öz təsdiqini tapmır. Belə ki, həm təqsirləndirilən və onun qardaşı olan zərərkəkmiş şəxsin, həm də onların təşəbbüsü ilə dindirilmiş şahidlər Şahid1 və X32 hadisənin VAZ 2107 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında deyil, onlara məxsus Mersedes Benz E 200 markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında baş verməsini bildirsələr də, hadisədən bilavasitə sonra əldə edilmiş və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlar, yəni hadisədən sonra VAZ 2107 markalı avtomobilin öz hərəkət zolağında qəzaya uğramış vəziyyətdə dayanması, avtomobillərin toqquşmasından sonra həmin yerdə qalmış yağ və benzin axıntısı izlərinin, toqquşma nəticəsində avtomobillərdən qopub düşən ehtiyat hissələrinin qırıntılarının olması onu göstərir ki, hadisə məhz VAZ 2107 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında baş vermişdir. X40 E 200 markalı avtomobilin hərəkət zolağında baş verməsini iddia edən şəxslərin ifadələrində olan ziddiyyətlərin olması və bu fərziyyənin hadisənin real mexanizmi ilə aşkar surətdə uzlaşmaması da onu göstərir ki, bu dəlillərin heç bir əsası yoxdur. Təqsirləndirilən şəxs ifadəsində “Savalan kəndinin mərkəzində hərəkətdə olan zaman təxminən 90 metr məsafədən ağ rəngli VAZ 21074 markalı avtomobilin onun avtomobilinin hərəkət yoluna, yəni özünün əks hərəkət zolağı ilə düz avtomobilinin üzərinə təxminən 150 km/saat sürətlə gəldiyini, ...Avtomobilin sürətini azaltdığını, lakin söndürmədiyini, mühərrikin işlək vəziyyətdə olduğunu” bildirmişdir. Onunla eyni vaxtda avtomobildə olan Zərərçəkmiş şəxs3 isə ifadəsində göstərmişdir ki, “...təxminən 300 metr məsafədən yolun onlara aid hissəsində avtomobilləri ilə üzbəüz Qəbələ şəhəri istiqamətindən ağ rəngli bir avtomobilin idarəetməni itirmiş formada oynayaraq, yüksək sürətlə onların üzərinə gəldiyini görmüşdür”. Zərərçəkmiş şəxs3 verilən suallara cavab olaraq isə bildirmişdir ki, “...Qarşıdan gələn avtomobili təxminən 100-110 metr məsafədən görmüşdür. ...Qəzanın qarşısını almaq üçün Tərlan avtomobili anında saxlamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil orta xəttdən qarşı hərəkət zolağına keçməmişdir. ...Vaz 21074 markalı avtomobil təkrar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkət zolağına qayıtmışdır. Bu zaman Təqsirləndirilən şəxs avtomobili sola, orta düz xəttə tərəf sürərək saxlamışdır”. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə, saat 16:30 radələrində Ağdaş-Zarağan yolunun Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində idarə etdiyi Mersedes Benz E 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə X20 idarə etdiyi VAZ 21074 minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsinə dair ifadəsində göstərdiyi xüsusatları yerində dəqiqləşdirməsi təklif edilmiş, Təqsirləndirilən şəxs həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar ifadəsində göstərdiyi xüsusatları yerində göstərə biləcəyini bildirib, edilmiş təkliflə razılaşmış, sonra o, saat 10:00-da MSY-nin avtomobilinə əyləşmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkətində iştirak edən digər şəxslər Qəbələ RPŞ-nın qarşısında xidməti və şəxsi avtomobillərə əyləşib, Təqsirləndirilən şəxs haraya getmək lazım olduğu soruşulduqda, o, Qəbələ rayonunun Savalan kəndi ərazisinə gedib həmin kəndin mərkəzindən təxminən 300-400 metr qarşıda dayanmaq lazım olduğunu bildirmiş, istintaq hərəkəti iştirakçıları Təqsirləndirilən şəxs göstərdiyi marşrut üzrə hərəkət etmiş, avtomobillər Ağdaş-Zarağan yolunun Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən 19-cu kilometrliyində bir qədər sağa döngəli hissəni keçən kimi X7 evinin yanında Təqsirləndirilən şəxs dayanmağı təklif edib, həmin yerin qeyd olunan yol nəqliyyat hadisəsi yeri olduğunu bildirmiş, cinayət işinin materiallarına baxdıqda da, Təqsirləndirilən şəxs hadisə yerini düzgün göstərdiyi müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri bir daha təsdiq etdiyini qeyd edərək, xx.xx.2021-ci il tarixdə, saat 16:30 radələrində həmin yerlə üzü Qəbələ şəhəri istiqamətində idarə etdiyi Mersedes Benz E 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə, təxminən 60 km/saat sürətlə öz hərəkət zolağı ilə hərəkətdə olduğunu, həmin vaxt avtomobilin qabaq sağ oturacağında qardaşı Zərərçəkmiş şəxs3 oturduğunu, yolun solunda yerləşən Elşən adlı şəxsə məxsus evi göstərib, həmin evin yanına çatdıqda qarşıdan onunla əks istiqamətə gələn ağ rəngli Vaz 21074 markalı avtomobilin onun hərəkət yoluna çıxdığını, toqquşmadan yayınmaq məqsədi ilə avtomobilinin sürətini təxminən 30-35 km/saat sürətə kimi salaraq, yolun sağındakı asfalt örtüyə bitişik ehtiyat hissəyə çıxartdığını, lakin tam dayanmadığını, həmin yolla aşağı sürətlə hərəkət etdiyini, bu vaxt Vaz 2107 markalı avtomobilin yüksək sürətlə onun hərəkət yolu ilə avtomobilinin üzərinə gəldiyini, avtomobillərin ön hissələrinin bir-biri ilə toqquşacağına görə öz yoluna, yəni asfalt örtüyə qayıtmaq istədiyini, avtomobilinin ön hissəsinin qismən asfalt örtüyə çıxartdığını (qabaq sol təkəri və qismən sağ təkəri) bu vaxt Vaz 21074 markalı avtomobilin onun hərəkət yolunda hərəkəti davam etdirib yolun ehtiyat hissəsində, yəni üzü Qəbələ şəhəri istiqamətində yolun sağında asfalt örtükdən bir qədər kənarda onun avtomobilinin sağ tərəfindən vurduğunu, avtomobilinin zərbənin təsirindən yolun əks istiqamətindəki yoxuşdan aşağı düşdüyünü, Vaz 21074 markalı avtomobilin isə Ağdaş rayonu istiqamətində yolun sağında asfalt örtüyün üzərində üzü Qəbələ rayonu istiqamətində dayandığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs hadisənin baş vermə mexanizmi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları hadisə yerində dəqiqləşdirmək təklif edilmiş, o, hadisə zamanı idarə etdiyi Mersedes Benz E 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma baş verməmişdən əvvəl hərəkət etdiyi istiqaməti və hərəkət zolağını, deməsinə görə Vaz 21074 markalı avtomobilin yüksək sürətlə onun hərəkət yoluna çıxdığını gördüyü yeri, toqquşmadan yayınmaq üçün yolun sağındakı ehtiyat hissəyə çıxdığı yeri, avtomobillərin toqquşduğu yeri, toqquşmadan sonra hər iki avtomobilin yolun hərəkət hissəsinə nəzərən yerləşdikləri yeri göstərmişdir. Təqsirləndirilən şəxs göstərdiyi nöqtələrə və qeydlərə əsasən ölçmə işləri aparılmış, həmin göstərilən nöqtələrə və qeydlərə əsasən hadisədən əvvəl idarə etdiyi avtomobil Qəbələ şəhəri istiqamətinə öz hərəkət zolağı ilə, onunla toqquşan avtomobil isə əks istiqamətə, yəni, Ağdaş rayonu istiqamətinə hərəkətdə olmuş, Təqsirləndirilən şəxs Vaz 21074 markalı avtomobilin onun hərəkət yoluna çıxdığını gördüyü yerdən həmin an Vaz 21074 markalı avtomobilin yerləşdiyi yerə qədər məsafə 75 metr, Təqsirləndirilən şəxs təqdim etdiyi avtomobillərin toqquşma yerindən Vaz 21074 markalı avtomobilin onun hərəkət yolu ilə hərəkət etdiyini bildirdiyi yer arasındakı məsafənin isə 50 metr təşkil etdiyi, Təqsirləndirilən şəxs Vaz-2107 markalı avtomobilin onun yoluna çıxdığını gördüyü andan toqquşma yerinə kimi ehtiyat hissə ilə 25 metr məsafə qət etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs toqquşma yerinin üzü Qəbələ rayonu istiqamətində yolun sağında asfalt örtükdən kənarda olduğunu bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi toqquşma yeri ölçüldükdə asfalt örtükdən, yəni, yolun sağından 50 sm məsafədə yerləşdiyi, müəyyən edilmişdir. İfadələrin yerində yoxlanılması zamanı yol nəqliyyat hadisəsi baş vermiş yerdə toqquşmadan qalma hər hansı bir izlər aşkar edilməmişdir. İfadənin yerində yoxlanması istintaq hərəkəti zamanı o, hadisə mexanizmi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları yerində yoxlanılarkən bir daha təsdiq etsə də, Təqsirləndirilən şəxs hadisə mexanizmi ilə bağlı ifadəsində və ifadəsi yerində yoxlanılarkən göstərdiyi xüsusatların cinayət işinin materiallarına əlavə edilmiş kompleks məhkəmə yol nəqliyyat hadisələri və trasoloji ekspertizasının 27 iyul 2021-ci il tarixli 8/1397 saylı ekspert rəyinə, 05 may 2021-ci il tarixdə hadisə yerinə keçirilmiş baxış zamanı əldə edilmiş məlumatlara əsasən real hadisə mexanizminə uyğun olmadığı görünür. Müdafiə tərəfinin vəsatəti ilə dindirilən şahidlər Şahid1 və Tərlan Qasımovun ifadələrinə gəlincə, qeyd olunmalıdır ki, cinayət işinin istintaqını aparan müstəntiq 06 may 2021-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə hadisənin şahidi olmuş şəxslərin dairəsinin müəyyənləşdirilərək ifadələrinin alınması üçün istintaqa təqdim edilmələri istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə əməliyyat tapşırığı vermiş və əməliyyat tapşırığına cavab olaraq Qəbələ RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Rübail Əbdürəhmanov raportla bildirmişdir ki, daxil olmuş əməliyyat tapşırığı üzrə müvafiq əməliyyat-axtarış tədbirlərikeçirilməsinə baxmayaraq, hadisənin şahidi olmuş şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, hadisə baş verən ərazinin yaxınlığında olan evlərdə və ya ticarət obyektlərində hər hansı bir müşahidə kameralarının olması müəyyən olunmamışdır. Müstəntiqin əməliyyat tapşırığı ilə müəyyən edilməmələrinə, bu şəxslərin təqsirləndirilən şəxslə eyni rayonda yaşamalarına baxmayaraq, hadisədən xeyli müddət sonra şahid qismində dindirilmələri barədə təşəbbüs göstərmələri, Zərərçəkmiş şəxs3 məxsus ***-***-**-** saylı nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng olunaraq 176 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 22:03:31 radələrində 65 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 21:38:31 radələrində 31 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 17:19:40 radələrində 95 saniyə danışığın olması, bundan əlavə, Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə cinayət işi üzrə təqsirləndirilən şəxsin yaxın qohumu, oğlu X22 xx.xx.2021-ci il tarixdə, saat 13:53:19 radələrində zəng edərək 126 saniyə danışması onu deməyə əsas verir ki, Cahandar Ağababyev görmədiyi hadisə barədə müdafiə tərəfinin təkidi ilə şahid qismində ifadə vermişdir. O da qeyd olunmalıdr ki, cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Şahid1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Şahid1 xx.xx.2021-ci ildə, saat 16:30 radələrində Ağdaş-Zarağan yolunun Qəbələ rayonu Savalan kəndi ərazisindən keçən hissəsində sərnişin qismində olduğu markasını dəqiq xatırlamadığı avtomobildə olarkən Mersedes markalı və VAZ 21074 markalı avtomobilin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsinə dair ifadəsində göstərdiyi xüsusatları yerində dəqiqləşdirməsini təklif ediilmiş, Şahid1 həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar ifadəsində göstərdiyi xüsusatları yerində göstərə biləcəyini bildirmiş və ona edilmiş təkliflə razılaşmışdır.Bundan sonra saat 11:00-da Şahid1 ifadəsini yerində yoxlamaq üçün Qəbələ RPŞ-nin DYPB-nin avtomobilinə əyləşmiş, Şahid1 haraya getmək lazım olduğu soruşulduqda, o Qəbələ rayonu Savalan kəndi ərazisinə gedib həmin kəndin mərkəzindən təxminən 300 metr qarşıda dayanmaq lazım olduğunu demiş, istintaq hərəkəti iştirakçıları Şahid1 bildirdiyi marşrut üzrə hərəkət etmiş, avtomobillər Ağdaş- Zarağan yolunun Qəbələ rayonu Savalan kəndi ərazisindən keçən 19-cu kilometrliyində bir qədər sağa döngəli hissəni keçəndən sonra X7 evinin yanında Şahid1 dayanmağı təklif edib həmin yerin qeyd olunan yol nəqliyyat hadisəsi yeri olduğunu bildirmişdir. Cinayət işinin materiallarına baxdıqda da aydın olur ki, Şahid1 hadisə yerinə düzgün göstərmişdir. Sonra Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etdiyini qeyd edərək xx.xx.2021-ci il tarixdə, saat 16:30 radələrində Ağdaş-Zarağan yolunun Qəbələ rayonunun Savalan kəndindən keçən 19-cu kilometrliyində üzü Qəbələ şəhəri istiqamətini təqdim edərək hadisə baş verən zaman markasını və dövlət qeydiyyat nişanını, sürücüsünü tanımadığı avtomobildə Qəbələ şəhəri istiqamətində hərəkətdə olduğunu, Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes markalı avtomobilin onun qarşısı ilə eyni istiqamətində hərəkətdə olduğunu bildirmiş, daha sonra Şahid1 Mersedes markalı avtomobilin bir qədər yolun sağına ehtiyat hissəyə çıxdığı yeri və sərnişin qismində olduğu avtomobildən yol nəqliyyat hadisəsinin iştirakçısı olan Vaz 21074 markalı avtomobili gördüyü yeri təqdim etmiş, Şahid1 təqdim etdiyi xüsusatlar üzrə ölçmə işləri aparılan zaman Mersedes markalı avtomobillə Şahid1 sərnişin olduğu avtomobili arasında məsafənin 30 metr olan zaman Merdesdes markalı avtomobil qismən yolun sağına ehtiyat hissəyə çıxmış, Şahid1 Vaz 21074 markalı avtomobili gördüyü yerdən isə Vaz 21074 markalı avtomobilin olduğu yerə qədər məsafə 201 metrdir. Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes markalı avtomobilinin yolun sağına çıxdığı yerlə isə Vaz 21074 markalı avtomobili gəldiyini gördüyü yerə ara məsafə 171 metrdir. İfadələrin yerində yoxlanılması zamanı Şahid1 Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes markalı avtomobilin yolun sağına çıxdığını göstərdiyi yerlə Təqsirləndirilən şəxs özünün ifadələrinin yerində yoxlanılması zamanı avtomobilini yolun sağına çıxartdığını təqdim etdiyi yer arasında 84 metr məsafə fərqi, Şahid1 Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes markalı avtomobilin yolun sağına çıxdığını göstərdiyi yerlə yol nəqliyyat hadisəsi üzrə toqquşma yerinə kimi məsafə 95 metr, Şahid1 toqquşmadan sonra Vaz 21074 markalı avtomobilin dayandığı yerlə hadisədən sonra baxış zamanı Vaz 21074 markalı avtomobilin dayandığının aşkar edildiyi yer arasında 24 metr məsafə fərqi vardır. İfadələrin yerində yoxlanılması zamanı Şahid1 Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes markalı avtomobilin hadisədən sonra yolun sağında və ya solunda dayanmasını, həmçinin, yol nəqliyyat hadisəsi üzrə toqquşmadan əvvəl əli ilə başını tutub aşağı tutduğuna görə toqquşma yerini görmədiyini bildirmişdir. İfadələrin yerində yoxlanılması zamanı Şahid1 Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes markalı avtomobilin hadisədən sonra yolun sağında və ya solunda dayanmasını, həmçinin, yol nəqliyyat hadisəsi üzrə toqquşmadan əvvəl əli ilə başını aşağı tutduğuna görə toqquşma yerini görmədiyini bildirmiş, Şahid1 hadisədən öncə Vaz 21074 markalı avtomobilin Mersedes markalı avtomobilin hərəkət yoluna meyilləndiyini bildirsə də, hadisə yerində Vaz 21074 markalı avtomobili gördüyü yeri təqdim edərkən onun öz hərəkət zolağında hərəkətdə olduğunu bildirmiş və Vaz 21074 markalı avtomobilin olduğu öz hərəkət zolağını təqdim etmişdir. İfadələrin yerində yoxlanılması zamanı yol nəqliyyat hadisəsi baş vermiş yerdə toqquşmadan qalma hər hansı bir izlər aşkar edilməmişdir. İfadənin yerində yoxlanması istintaq hərəkəti zamanı Şahid1lə Təqsirləndirilən şəxs hadisə yerində təqdim etdikləri məlumatlarla əhəmiyyətli ziddiyyətlərin olması aşkar görünür. Məhkəmə kollegiyası müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş digər şahid Tərlan Qasımov barədə də eyni qənaətə gəlir və hesab edir ki, Tərlan Qasımov da müdafiə tərəfinin təkidi və xahişi ilə şahidi olmadığı hadisə barədə ifadə vermişdir. Həmin şəxslər iş üzrə əhəmiyyət kəsb edən hallardan xəbərdar olmadıqları üçün verdikləri ifadələr də hadisənin real mexanizmi ilə üst-üstə düşmür. Çünki, onlar hadisənin baş verməsini bilavasitə görməmişlər. Ona görə də bu ifadələr mötəbər sübutlar kimi qəbul edilə bilməz. Bunlardan əlavə, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 27 iyul 2021-ci il tarixli 8/1397 nömrəli kompleks məhkəmə yol nəqliyyat hadisələri, trasoloji ekspertizası rəyindən görünür ki: 1.2.3. Nəqliyyat vasitələri arasında ilkin kontak anında toqquşma Mersedes Benz E 200 markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapı hissəsi ilə Vaz 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapı hissəsi arasında, təxminən 40-50 dərəcə bucaq altında baş vermişdir. Hadisədən əvvəl Vaz 21074 markalı avtomobil Ağdaş rayonu istiqamətində, Mersedes Benz E 200 markalı avtomobil isə Qəbələ şəhəri istiqamətində qarşı-qarşıya trayektoriya üzrə hərəkətdə olmuşlar. Toqquşma yerinin kordinatlarına və ilkin kontak anında avtomobillərin bir-birinə nəzərən qarşıqlıqlı vəziyyətlərinə əsasən, toqquşma anında Mersedes Benz E 200 markalı avtomobil Vaz 21074 markalı avtomobilin hərəkət zolağına çıxmış vəziyyətdə olmuşdur.

4. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Vaz21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X20 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü N.Ş.Yusifovun Vaz 21074 markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 65 km/saat sürətlə idarə etdirməsi şraitində onun hərəkətlərində “X49” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.

5. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Mersedes Benz E 200 markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərinə “X49” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü T.T.X48 E 200 markalı avtomobili müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “X49” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü T.T.X48 E 200 markalı avtomobili yaşayış məntəqəsində 60km/saatdan artıq, yəni 65 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “X49” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəninin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.

6. İstintaq tərəfindən müəyyən edildiyi kimi, toqquşma yerinin Vaz 21074 markalı avtomobilin hərəkət zolağında, yəni Ağdaş rayonu istiqamətində sağ hərəkət zolağında, hərəkət hissəsinin sağ kənarından sola doğru 2,2 metr məsafədə yerləşməsi nəzərə alınmaqla, Mersedes Benz E 200 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 ifadələrində göstərdikləri hadisə mexanizmi real hadisə mexanizminə uyğun deyildir, Vaz 21074 markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində göstərdikləri hadisə mexanizmi isə real hadisə mexanizmi ilə ziddiyyət təşkil etmir. Qeyd olunanlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 26 noyabr 2021-ci il tarixli 8/2621 nömrəli komisyon məhkəmə yol nəqliyyat hadisələri, trasoloji ekspertizası rəyində isə göstərilir ki: 1.2.3. Nəqliyyat vasitələri arasında ilkin kontak anında toqquşma Mersedes Benz E 200 markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapı hissəsi ilə VAZ-21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapı hissəsi arasında təxminən 40-50 dərəcə bucaq altında baş vermişdir. Hadisədən əvvəl VAZ-21074 markalı avtomobil Ağdaş rayonu istiqamətində, Mersedes Benz E 200 markalı avtomobil isə Qəbələ şəhəri istiqamətində qarşı-qarşıya trayektoriya üzrə hərəkətdə olmuşdurlar. Toqquşma yerinin kordinatlarına və ilkin kontak anında avtomobillərin bir-birinə nəzərən qarşıqlıqlı vəziyyətlərinə əsasən toqquşma anında Mersedes Benz E 200 markalı avtomobil VAZ-21074 markalı avtomobilin hərəkət zolağına çıxmış vəziyyətdə olmuşdur.

4. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X20 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü N.Ş.Yusifovun VAZ-21074 markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 65 km/saat sürətlə idarə etdirməsi şraitində onun hərəkətlərində “X49”Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.

5. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Mersedes Benz E 200 markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərinə “X49” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü T.T.X48 E 200 markalı avtomobili müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X49” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü T.T.X48 E 200 markalı avtomobili yaşayış məntəqəsində 60km/saatdan artıq, yəni 65 km/saat sürətlə hərəkət etdirdiyindən, onun hərəkətlərində “X49” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəninin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 6.7. İstintaq tərəfindən müəyyən edildiyi kimi, toqquşma yerinin Vaz 21074 markalı avtomobilin hərəkət zolağında, yəni Ağdaş rayonu istiqamətində sağ hərəkət zolağında, hərəkət hissəsinin sağ kənarından sola doğru 2,2 metr məsafədə yerləşməsi nəzərə alınmaqla, Mersedes Benz E 200 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadələrində, ifadələrinin yerində yoxlanılması zamanı göstərdikləri və həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 ifadəsində göstərdikləri hadisə mexanizmi real hadisə mexanizminə uyğun deyildir, VAZ-21074 markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində göstərdikləri hadisə mexanizmi isə real hadisə mexanizmi ilə ziddiyyət təşkil etmir. Müdafiə tərəfi yol nəqliyyat hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olmaması barədə istintaqa müstəqil ekspert (mütəxəssis) X12 tərəfindən verilmiş 07 dekabr 2021-ci il tarixli 33 nömrəli mütəxəssis rəyi təqdim etmiş və Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamda təqsirlilik məsələsinin həll edilməsi zamanı məhz həmin rəyin mötəbər sübut kimi əsas götürülməsini, digər ekspert rəylərinin isə mötəbər sübut kimi qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: - şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; - ekspertin rəyi; - maddi sübutlar; - istintaq və məhkəmə hərəkətlərinin protokolları; - digər sənədlər. Göründüyü kimi, cinayət prosessual qanunla müəyyən edilən sübutlar siyahısında mütəxəssis rəyi sübut növü kimi nəzərdə tutulmamışdır. Ona görə də bu rəy təqsirləndirilən şəxsin təqsirlilik məsələsinə təsir edən sübut kimi qəbul oluna bilməz. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs qarşı CM-in 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi ilə bağlı irəli sürülən ittihamı təsdiq edir və bununla əlaqədar istintaq orqanının gəldiyi nəticə əsaslıdır. Təqsirləndirilən şəxsin qardaşı olan iş üzrə Zərərçəkmiş şəxs3, müdafiə tərəfinin təəbbüsü ilə şahid qismində ifadə vermiş Cahandar Ağababyev və Tərlan Qasımovun ifadələrinə tənqidi yanaşan məhkəmə kollegiyası, həmin ifadələrin müdafiə tərəfindən göstərilən təzyiq və təsirlərdən yaranması, bu yolla təqsirləndirilən şəxsə təəssübkeşlik nümayiş etdirərək, ibtidai istintaq zamanı əldə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla öz təsdiqini tapmış işin faktiki hallarının dəyişdirilməsi və nəticədə təqsirləndirilən şəxsin vəziyyətinin yüngülləşdirilməsinə yönələn əsassız cəhdlər kimi qiymətləndirir və mötəbər sübutlar kimi qəbul etmir. Göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Onun bu əməldə təqsirsiz olması barədə özünün və müdafiəçilərinin gətirdiyi bütün dəlillər əsassızdır. Düzgün olaraq ona CM-in 263.1.4-cü maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 263-1.4-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası məsələyə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Eyni zamanda, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması.. və sair kimi hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törədib-törətməməsi məsələsini aydınlaşdırmaq məqsədi ilə Qəbələ Rayon Məhkəməsinə və Qəbələ Rayon Polis Şöbəsinə müvafiq sorğu göndərilmiş və cavablar alınmışdır. Qəbələ Rayon Məhkəməsindən məhkəmə kollegiyasına daxil olmuş məktubda bildirilmişdir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı Qəbələ Rayon Məhkəməsinin icraatında 3(025)-106/2018 saylı inzibati xəta haqqında iş olmuşdur. Məhkəmənin 14 fevral 2018-ci il tarixli 3(025)-106/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasi İXM-in 529.3-cü maddəsi əsasında 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. Təqsirləndirilən şəxs 14 mart 2018-ci ildə vəsatətlə məhkəməyə müraciət edərək, MMX ******* nömrəli xx.xx.2017-ci il tarixli və MMX ******* nömrəli xx.xx.2017-ci il tarixli qərarlar üzrə hesablanmış cəriməni ödədiyini və hazırda heç bir cərimə borcunun olmadığını bildirib, Azərbaycan Respublikasi İXM-in 529.3-cü maddəsinə əsasən, Qəbələ Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli 3(025)-106/2018 saylı inzibati xəta haqqında iş üzrə qərara xitam verilməsini xahiş etmişdir, məhkəmənin 14 mart 2018-ci il tarixli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli 3(025)-106/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilmişdir. Bununla yanaşı, Qəbələ RPŞ-nın 06 iyul 2022-ci il tarixli 11/144-18810-1222 nömrəli məktubu ilə məhkəmə kollegiyasına ünvanlanmış məktuba əlavə olunmuş inzibati xəta haqqında elektron protokol və qərarların surətlərindən görünür ki, Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs məxsus AC709781 (kateqoriya C) nömrəli sürücülük vəsiqəsində DİN-in mərkəzi məlumat sistemində xx.xx.2016-cı il tarixdə İXM-in 328.2-ci (Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə) maddəsi, xx.xx.2017-ci il tarixdə 2 dəfə İXM-in 328.2, xx.xx.2018-ci il tarixdə İXM-in 332.2-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsi, xx.xx.2018-ci il tarixdə İXM-in 328.1, xx.xx.2018-ci il tarixdə İXM-in 328.1ci (Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə) maddəsi, xx.xx.2019-cu il tarixdə İXM-in 339.1-1 (Nəqliyyat vasitəsini “X49” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə), xx.xx.2019-cu il tarixdə İXM-in 327.2 (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə), xx.xx.2020-ci il tarixdə İXM-in 328.1-ci (Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə) maddəsi ilə barəsində inzibati protokol tərtib edilmişdir. İşdən görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-4-cü (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda), maddəsində nəzərdə tutulan cinayət əməli törətmiş şəxsdir. Həmin maddənin sanksiyasında, yuxarıda qeyd olunan əməlin törədilməsinə görə, beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Ona görə də, təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-in 263-1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin olunması məqsədə müvafiq hesab edilir. Göstərilənlərlə yanaşı, o da qeyd olunmalıdır ki, zərərçəkmiş şəxs X16 hüquqi varisi, zərərçəkmiş azyaşlı X10 qanuni nümayəndəsi Ramil Məmmədov və təqsirləndirilən şəxsin qardaşı, eyni zamanda Zərərçəkmiş şəxs3 ifadələrindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 ona qırx min manatdan artıq məbləğində köməklik göstərmişdir. Hazırda Zərərçəkmiş şəxs1 istisna olmaqla digər zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmışlar və ona qarşı şikayətləri yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 59.1.12-ci maddəsinə əsasən, Zərərçəkmiş şəxs1 istisna olmaqla, digər zərərçəkmiş şəxslərlə və onun yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə görə isə yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və Təqsirləndirilən şəxs xəstəliyini (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən göndərilmiş tibbi sənədlərə əsasən) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət xarakterinə görə ağır cinayətlər kateqoriyasına mənsub olub, CM-in Xüsusi hissəsinin hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər fəslində yer alır. Onun qeyd olunan cinayət əməli nəticəsində X36, X21 və X33 ölmüş, Zərərçəkmiş şəxs2 ağır, X23 və Zərərçəkmiş şəxs1 az ağır, Zərərçəkmiş şəxs3 yüngül dərəcəli bədən xəsarəti almış, bunlardan əlavə, zərərçəkmiş X26 məxsus VAZ 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə 5100 manat məbləğöndə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 müalicəsi bu gün də davam etdirilir və verilən məlumata əsasən, onun yenə də əməliyyata ehtiyacı vardır. Təqsirləndirilən şəxs şəxsiyyətinə nəzər saldıqda müəyyən olunan hal ondan ibarətdir ki, zərərçəkmiş şəxslər və ölmüş zərərçəkmiş şəxslərin hüquqi varislərinə maddi yardım göstərilsə də və onların şikayət və tələbləri olmasa da, ancaq yenə də Zərərçəkmiş şəxs2 müalicəsinin davam etdirilməsinə maddi yardım edilməsi istənilir, Zərərçəkmiş şəxs1 isə onunla barışmamışdır, həmçinin təqsirləndirilən şəxs əməlinə tənqidi yanaşmır. Digər tərəfdən, o da işdən görünür ki, Təqsirləndirilən şəxs bundan əvvəl dəfələrlə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətmiş, barəsində inzibati xəta haqqında protokol və qərarlar qəbul edilərək cərimə olunmuşdur. Belə vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 263-1.4-cü maddəsilə təqsirli bilinib yeddi il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-in 263-1.4-cü maddəsilə yeddi il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı faktiki həbsə alındığı andan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ilə barışmadığı üçün məhkəmə kollegiyası ona cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiqini qanuni hesab etmir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. CM-in 45.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrumetmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-in 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan beş yüz qırx üç manat səksən səkkiz manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan hadisə baş verən zaman Mercedes Benz E 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürüsücü Təqsirləndirilən şəxs və sərnişini Zərərçəkmiş şəxs3 əyinində olan paltarlar, avtomobilin sürücü oturacağının üzlüyü və Qəbələ şəhəri, Z.Əliyeva küçəsində yerləşən "xxxx" MMC-nin həyətində duracaqda saxlanılan Mercedes Benz E 200 minik markalı avtomobil müvafiq olaraq Tərlan və Zərərçəkmiş şəxs3lara, hadisə baş verən anda VAZ 21074 minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X20 əyinində olan paltarlar və avtomobilinin sürücü oturacağının üzlüyü məhv edilməli, Qəbələ şəhəri Z.Əliyeva küçəsində yerləşən "xxxx" MMC-nin həyətində duracaqda saxlanılan VAZ 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil Nəsib Yusifovun hüquqi varisinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi nəticəsində Vaz 21074 markalı avtomobilin sürücüsü Nəsib Yusifovun, həmçinin sərnişinləri X21 və X16 ölməsi, digər sərnişinlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X10 müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar dəymiş ziyanı ödəmək məqsədilə Qəbələ RPŞ-nın depozit hesabında saxlanılan bir min manat Zərərçəkmiş şəxs3 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə,

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib dörd il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdən 06 may 2022-ci il tarixədək həbsdə olduğu yeddi ay iyirmi üç gün onun cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq dörd il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı il on ay yeddi gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı tarixdən, yəni 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X14 yerləşdirilməsi üçün X9 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş dörd il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş dörd il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan beş yüz qırx üç manat səksən səkkiz qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Mercedes Benz E 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürüsücü Təqsirləndirilən şəxs və sərnişini Zərərçəkmiş şəxs3 əyinində olan paltarlar, avtomobilin sürücü oturacağının üzlüyü və Qəbələ şəhəri, Z.Əliyeva küçəsində yerləşən "xxxx" MMC-nin həyətində duracaqda saxlanılan Mercedes Benz E 200 minik markalı avtomobil müvafiq olaraq Tərlan və Zərərçəkmiş şəxs3lara, hadisə baş verən anda VAZ 21074 minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X20 əyinində olan paltarlar və avtomobilinin sürücü oturacağının üzlüyü məhv edilsin, Qəbələ şəhəri Z.Əliyeva küçəsində yerləşən "xxxx" MMC-nin həyətində duracaqda saxlanılan VAZ 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil Nəsib Yusifovun hüquqi varisinə qaytarılsın. Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi nəticəsində Vaz 21074 markalı avtomobilin sürücüsü Nəsib Yusifovun, həmçinin sərnişinləri X21 və X16 ölməsi, digər sərnişinlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X10 müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar dəymiş ziyanı ödəmək məqsədilə Qəbələ RPŞ-nın depozit hesabında saxlanılan bir min manat Zərərçəkmiş şəxs3 qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi vaxtdan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar