Məhkəmə qərarları › İş №1(091)-90/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-90/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-90/2023 27.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X4, X1 iştirakları ilə, xx xxxx 1952-ci ildə Gürcüstan Respublikası, Qurcaan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Zaqatala rayonunun Fındıqlı kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X6 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə Zaqatala rayonu, Fındıqlı kəndi ərazisində yerləşən özünə məxsus fındıq bağında olan zaman qonşuluqdakı Zaqatala rayonu, Car kənd sakini X9 mülkiyyətində olan fındıq bağında gözətçi işləyən X20 onun fındıq bağına gəlmiş, 02 noyabr 2022-ci il tarixdə birlikdə spirtli içki qəbul etdikdən sonra özünü tərifləməsinə görə aralarında yaranmış mübahisə ilə əlaqədar üzrxahlıq edib yenidən birlikdə içki içməyi təklif etmiş, E.D.Xəlilovun əllərinin əsdiyini müşahidə edərək səhvindən nəticə çıxardığını fikirləşib fındıq bağında evinin qarşısındakı çardağın altında yerləşən masaya dəvət etmiş, həmin vaxt 250 qram spirtli içki olan arağı birlikdə içdikdən sonra E.D.Xəlilovun əlavə araq içmək üçün qardaşından pul almasına dair xahişi ilə X18 zəng edərək Elxan Xəlilovun ona 10 manat borclu olduğunu bildirib K.D.Xəlilovun Zaqatala rayonu, Fındıqlı kəndində yerləşən evinə gedərək 2 ədəd 5 manatlıq olmaqla 10 manat pul almış, bundan sonra kənd mağazasından 5 manata “Каспиская легенда водка классическая” əmtəə nişanlı, 0,5 L həcmli spirtli içki olan araq alıb qayıdaraq E.D.Xəlilovla birlikdə həmin araqdan da 250 qram içmiş, eyni gün saat 14 radələrində birlikdə yeyib-içən zaman E.D.Xəlilov yenidən özünü tərifləməyə başlayaraq onun danışmasına imkan vermədiyindən bu xarakterinə görə ondan xoşu gəlmədiyi üçün E.D.Xəlilova yeyib-içməyi bitirib getməsini dedikdə sonuncu nəyə görə qovulduğunu soruşmuş, onu qovmaq niyyətinin olmadığını, kifayət qədər içki içdiyini deyərək getməsini bildirməsinə əhəmiyyət vermədiyi üçün E.D.Xəlilovu oturduğu stuldan qaldırsa da, E.D.Xəlilov sərxoş olduğu üçün dizi üstə yerə çökmüş, bundan sonra onu qaldırıb, yarımçıq qalmış araq şüşəsini də götürərək çardağın sonuna qədər aparmış, araq şüşəsini ona verib getməsini tələb etdikdə E.D.Xəlilov yenidən geri qayıtmaq istəyərkən sonuncunu kürəyindən var gücü ilə itələsə də yıxılmamış və geri dönərək onu öldürəcəyini dedikdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan E.D.Xəlilovun bu ifadəsini özü üçün bəhanə etməklə onu öldürmək qərarına gələrək ətrafda heç kimin olmamasından istifadə edib öz cinayətkar niyyətini həyata keçirmək üçün E.D.Xəlilovu öldürəcəyini deyərək əvvəlcə sifət nahiyyəsinə yumruqla vurmağa başlamış, bu zaman E.D.Xəlilovun əlindəki araq şüşəsi yerə düşmüş, zərbələrindən müvazinətini itirib yerə yıxılmasına baxmayaraq E.D.Xəlilovu yumruq və təpiklə vurmağa davam etmiş, bu zaman onun yerdə olan bir qədər əvvəl əlindən düşmüş şüşəyə doğru iməklədiyini görüb cəld tərpənərək həmin araq şüşəsini yerdən götürməklə baş nahiyəsinə bir dəfə vurduqda şüşə sındığından yenidən başına və üzünə dayanmadan yumruqla və təpiklə zərbələr endirməyə davam edib E.D.Xəlilovun ölümünə səbəb olan dərəcəsinə görə canlı şəxslərdə təyin edildiyi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid qapalı kəllə-beyin travması sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən basılmış sınığı nəticəsində baş vermiş baş beyin toxumasına, yan mədəciklərə və yumşaq beyin qişasına qansızmalar, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid burun sümüklərinin qapalı yerdəyişən sınıqları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol göz ətrafında, sol gicgah və sol yanaq nahiyələrini əhatə edən hematoma, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən alnın, sağ göz ətrafının, burnun qançırı xəsarətlərini yetirib X13 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək və özünü CM-in 120.1ci maddəsi ilə deyil, 126.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, X23 rayonu, Fındıqlı kəndində yaşadığı müddətdə tanımış, aralarında şəxsi ədavət və düşmənçilik olmamış, bir neçə dəfə birlikdə spirtli içki qəbul etmişlər. Spirtli işçi qəbul edən zaman Elxan Xəlilov adam öldürdüyünü dediyi üçün və özünü təriflədiyinə görə bu onun xoşuna gəlməmiş və sonuncunu evindən qovmuşdur. 04 noyabr 2022-ci il tarixdə Elxan Xəlilov ondan üzrxahlıq edib birlikdə spirtli içki qəbul etməyi təklif etmiş, o isə sonuncunun səhvindən nəticə çıxardığını fikirləşib evinə dəvət etmişdir. Birlikdə spirtli içki qəbul edən zaman Elxan Xəlilov yenidən özünü tərifləmiş, bu isə onda narazılıq doğurmuş və sonuncuya evi tərk etməsini bildirmişdir. Bu zaman Elxan Xəlilov onu qovmasının səbəbini soruşduqda o, sonuncuya belə bir niyyətinin olmadığını və kifayət qədər spirtli içki qəbul etmələri səbəbindən getməsini təklif etmişdir. X5 məhəl qoymadığı üçün o, sonuncunu oturduğu stuldan qaldırmış və bu zaman Elxan Xəlilov sərxoş olduğu üçün dizi üstə yerə yıxılmışdır. Bundan sonra o, Elxan Xəlilovu ayağa qaldıraraq içərisində spirtli içki qalmış şüşəni sonuncuya vermiş və getməsini bildirmişdir. Elxan Xəlilov yenidən geri qayıtmaq istədikdə o, sonuncunu geri çevirib kürəyindən itələmiş, X32 yerə yıxılmamışdır. Daha sonra Elxan Xəlilov geri dönərək onu öldürəcəyi ilə hədələmiş və cavab olaraq o, Elxan Xəlilova öldürəcəyini deyib sifətinə yumruqla zərbələr vurmağa başlamışdır. Zərbələrin təsirindən Elxan Xəlilovun əlindəki şüşə yerə düşmüş və sonuncu müvazinətini itirib yerə yıxılmışdır. Bundan sonra o, yenidən Elxan Xəlilovu vurmağa davam etmiş, bu zaman sonuncunun bir qədər əvvəl əlindən yerə düşmüş şüşəyə doğru hərəkət etdiyini görüb Elxan Xəlilovdan əvvəl şüşəni götürüb həmin şüşə ilə sonuncunun başının arxa hissəsinə bir zərbə vurmuşdur. Dalaşma zamanı Elxan Xəlilova zərbələr endirən zaman sonuncu ona zərbələr vurmamasını və onu buraxmasını bildirsə də o, sonuncunun bu sözlərinə məhəl qoymayaraq sonadək döyəcəyini bildirmiş və Elxan Xəlilov ayağa qalxmaq istəsə də buna imkan verməyərək dayanmadan sonuncunun başına və sifətinə yumruq və təpik zərbələri endirməyə davam etmişdir. Elxan Xəlilov üzü üstə yerdə uzanmış vəziyyətdə olduğu üçün bir müddət sonra başını qaldırdıqda ağız və burun nahiyələrindən xeyli qanın axdığını, artıq nəfəs almadığını görmüş və sonuncunun öldüyünə əmin olmuşdur. Bundan sonra o, yaşadığı evə gedərək baş vermiş hadisə barədə ailə üzvlərinə məlumat vermişdir. Elxan Xəlilova zərbələr endirən zaman məqsədi sonuncunu öldürmək deyil, döymək olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X24 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum Elxan Xəlilov onun qardaşıdır. 04 noyabr 2022-ci il tarixdə qardaşı Elxan Xəlilov ona zəng edərək Təqsirləndirilən şəxs 10 manat pul verməsini xahiş etmiş və o da bununla razılaşaraq qeyd olunan məbləğdə pulu yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Bundan bir müddət sonra həmin tarixdə saat təxminən 15 radələrində Təqsirləndirilən şəxs oğlu Şahid2 onun yaşadığı evə gələrək atası ilə X19 rayonu, Fındıqlı kəndində yerləşən fındıq bağında mübahisə etdiklərini bildirmiş və dərhal hadisənin baş verdiyi yerə getdikdə qardaşı Elxan Xəlilovun baş hissəsinin qana bulaşmış halda tərpənməz şəkildə torpağın üzərində uzanmış vəziyyətdə olduğunu görüb öldüyünü başa düşmüşdür. Bundan sonra o, Şahid2 təcili tibbi yardım stansiyasına və polisə zəng edərək baş vermiş hadisə barədə məlumat verməsini xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum Elxan Xəlilov onun atasıdır. 04 noyabr 2022-ci il tarixdə əmisi Kamil Xəlilov onunla əlaqə saxlayaraq atasının öldürülməsi barədə məlumat vermişdir. Bundan bir qədər sonra o, kənd sakinlərindən bu hadisə barədə soruşmuş, bu söhbətdən atası X25 Burqandinovun öldürməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X16 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Elxan Xəlilovu və Təqsirləndirilən şəxs Zaqatala rayonu, Fındıqlı kənd sakinləri kimi tanımışdır. 04 noyabr 2022-ci il tarixdə Zaqatala şəhərində olan zaman kənd sakinləri arasında gedən sözsöhbətdən Təqsirləndirilən şəxsla Elxan Xəlilovun spirtli içki qəbul etdikdən sonra mübahisə etmələri və mübahisə zamanı Təqsirləndirilən şəxs Elxan Xəlilovu döyərək öldürməsi ona məlum olmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, Elxan Xəlilov isə hadisədən bir müddət əvvəl onların bağı ilə qonşuluqda yerləşən bağda gözətçi işləməyə başlamışdır. Atası Təqsirləndirilən şəxsla Elxan Xəlilov bir neçə dəfə spirtli içki qəbul etmişlər. 04 noyabr 2022-ci il tarixdə təxminən 14-15 radələrində atası Təqsirləndirilən şəxs yaşadıqları evə gələrək Elxan Xəlilovu öldürdüyünü bildirmiş və bu barədə polisə xəbər verilməsini xahiş etmişdir. Bundan sonra o, dərhal evdən çıxaraq hadisə barədə məlumat vermək üçün rayon polis şöbəsində işləyən Sərxanın mobil telefon nömrəsini öyrənmək məqsədilə sonuncunun bibisinin yaşadığı evə gedən zaman Elxan Xəlilovun qardaşı Kamil Xəlilovla rastlaşmış və hadisə barədə sonuncuya məlumat vermişdir. Bundan sonra o, Kamil Xəlilova birlikdə hadisənin baş verdiyi bağa getmələrini təklif etmiş, sonuncu isə idarə etdiyi motosikletlə gələcəyini demişdir. Daha sonra o, idarə etdiyi avtomobillə bağa çatdıqda Elxan Xəlilovun orada olan birmərtəbəli tikilinin çardağının giriş hissəsində yerdə üzü üstə, hərəkətsiz şəkildə, uzanıqlı halda olduğunu, nəfəs almadığını, başının alt hissəsinin qana bulaşmış vəziyyətdə olduğunu görmüş və sonuncunun öldüyünü başa düşmüşdür. Bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş verdiyi yerə gəlmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrində Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 noyabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 17:20-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Zaqatala Rayon Polis Şöbəsinə 1970-ci ildə doğulmuş X11 Zaqatala rayonu, Fındıqlı kəndinin ərazisində yerləşən fındıq sahəsində olan zaman ölməsi və sonradan xəstəxanaya gətirilməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 noyabr 2022-ci il tarixli məlumatdan görünür ki, həmin tarixdə Zaqatala rayonu, Fındıqlı kəndinin ərazisində yerləşən fındıq sahəsində 1970-ci ildə doğulmuş X11 üzərində xəsarətlər olan meyitinin aşkar olunması barədə Zaqatala rayon prokurorluğuna məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 04 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zaqatala rayonu, Fındıqlı kəndinin ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus fındıq sahəsidir. Fındıq sahəsində bir mərtəbəli tikili vardır, həmin tikilinin sol tərəfində isə çardaq quraşdırılmışdır. Qeyd olunan çardağın giriş hissəsində üzü üstə uzanmış vəziyyətdə kişi cinsli meyit vardır. Meyitin hər iki əli, sifəti və baş hissəsi qana bulaşmış haldadır. Meyitin sol ayağından 210 sm məsafədə yerləşən fındıq ağacının dibində şüşə qırıntıları vardır. Həmin qırıntılar “Каспиская легенда водка классическая” əmtəə nişanlı, 0,5 L həcmli spirtli içki olan araq şüşəsinə aiddir. Şüşə qırıntılarından birinin üzərində qanabənzər ləkələr, çardağa daxil olduqda orada olan dolabın üzərində isə üç ədəd plastmasdan, bir ədəd şüşədən hazırlanmış butulka aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması haqqında 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 04 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, X2 meyitinə baxış keçirilən zaman meyitin üzərində olan paltarların qanabənzər mayeyə bulaşmış vəziyyətdə olduğu müəyyən olundu. Burun şişkin və deformasiyalıdır, burun çəpəri bir qədər sola doğru əyilmişdir. Xarici burun dəlikləri qanabənzər mayeyə bulaşmışdır. Sol xarici qulaq keçəcəyindən qanlı ifrazat xaric olur. Meyitin alın nahiyəsində ortada 8,0x4,5 sm ölçüdə qeyri-müəyyən formalı, qırmızımtıl-çəhrayımtıl rəngli qançır vardır. Sağ göz ətrafında 5,0x5,0 sm ölçüdə, oval formada, qırmızımtıl-çəhrayımtıl rəngli qançır vardır. Sol göz ətrafından sol gicgah nahiyəsinə doğru uzanan 13,6x6,0 sm ölçüdə dəri səviyyəsindən yuxarıda yerləşmiş, əllədikdə hərəkətli hematoma sahəsi vardır. Burun bütövlükdə şişkin və qançırlıdır. Əllədikdə sol gicgah nahiyəsində və burun sümüyündə sümük xırçıltısı eşidilir. Meyitin bədən səthində digər xəsarətlər aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə vaxtı X2 üzərində olmuş paltarlara baxış keçirilən zaman hərbi kamuflyajın, qolsuz gödəkçənin, cins şalvarın, uzunboğaz koftanın və papağın üzərində qanabənzər ləkələr aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş könüllü təqdim edilmiş paltarların götürülməsi haqqında 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olmuş paltarlara baxış keçirilən zaman şalvarın və bir cüt ayaqqabının üzərində qanabənzər ləkələr aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertinin 29 noyabr 2022-ci il tarixli 21 nömrəli rəyindən görünür ki, X2 ölümünə səbəb qapalı kəllə-beyin travması, sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən basılmış sınığı nəticəsində baş beyin toxumasına, yan mədəciklərə və yumşaq beyin qişasına qansızmalar olmuşdur. X2 ölümü meyitin meyitxanada müayinəsindən 5-7 saat əvvəl baş verməyə uyğun gəlir. X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı qapalı kəllə- beyin travması, baş beyin toxumasına, yan mədəciklərə və yumşaq beyin qişasına qansızmalar, sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən basılmış sınığı, sol göz ətrafında, sol gicgah və sol yanaq nahiyələrini əhatə edən hematoma, burun sümüklərinin qapalı yerdəyişən sınıqları, alnında, sağ göz ətrafında və burnunda qançır xəsarətləri aşkar edilmişdir. X2 bədənində aşkar edilmiş xəsarətlər həyatidir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 04 noyabr 2022-ci il tarixdə başına araq şüşəsi ilə vurulmaqla, sifətinə isə yumruq və təpiklə zərbələr endirilməklə əmələ gələ bilərlər, dərəcəsinə görə qapalı kəlləbeyin travması, sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən basılmış sınığı, baş beyin toxumasına, yan mədəciklərə və yumşaq beyin qişasına qansızmalar canlı şəxslərdə təyin edildiyi kimi birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, burun sümüklərinin qapalı yerdəyişən sınıqları canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sol göz ətrafında, sol gicgah və sol yanaq nahiyələrini əhatə edən hematoma isə canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, alnında, sağ göz ətrafında, burnunda qançır isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,4 %0 (promilli faiz) etil spirti aşkar edilmişdir. Qanda 0,4 %0 (promilli faiz) etil spirtinin olması onun ölümündən əvvəl praktik ayıq olmasını göstərir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 22 dekabr 2022-ci il tarixli 603/MTKŞ-2022 nömrəli rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus cins şalvarın sağ ayağının ön səthində bir ədəd cırılmış zədə var. Bu zədə küt mexanizmlə, paltarın həmin nahiyəsinin kəskin dartılması, o cümlədən ilişib dartılması nəticəsində törənməyə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus cins şalvarın sağ ayağının ön səthində bir ədəd, sol ayağının ön səthində bir ədəd sürtülmüş-cırılmış zədələr var. Bu zədələr küt mexanizmlə, şalvarın həmin nahiyələrinin hər hansı bir səthlə qarşılıqlı təsiri (sürtülməsi) nəticəsində törənməyə uyğun gəlir. Təqdim edilmiş mərhum X14 məxsus gödəkçənin (buşlatın) sol qolunun arxa səthində iki ədəd dəlib-keçməyən cırılmış zədələr, qolsuz gödəkçənin ön səthinin sağ yarısındakı cibin üzərində bir ədəd sökülmüş zədə var. Bu zədələr küt yaranma mexanizminə malik zədələrdir, paltarın həmin nahiyələrinin kəskin dartılması nəticəsində törənməyə uyğun gəlir. Təqdim edilmiş paltarların üzərində olan zədələrin yetirilmə şəraitinin, o cümlədən qarşılıqlı mübarizəyə xarakterik olub-olmamasının qiymətləndirilməsi istintaq orqanının səlahiyyətinə aiddir. Təqdim edilmiş şüşə qırıntılarının tam olaraq təşkil etdiyi 0,5 L həcmli spirtli içki olan araq şüşəsi soyuq silah hesab olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 21 dekabr 2022-ci il tarixli 758/2022-MTBŞ nömrəli rəyindən görünür ki, X11 ABO sistemi üzrə qrup göstəricisi AB/H/(İV)-dür. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi A(İİ)RH+-dir. Ekspertizaya təqdim edilmiş E.D.Xəlilova məxsus buşlat, cins şalvar, qolsuz jilet, uzunboğaz kofta, bir ədəd papaq, qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus cins şalvar, rezin kişi ayaqqabısı, müəyyən miqdarda torpaq nümunələri, şüşə qırıntıları və bir ədəd pambıq tamponun üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A”, “B” və “H” antigenləri alındı. Aqqlyuntininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda AB/H/(İV) qruplu şəxsə, o cümlədən də X14 məxsus ola bilər. Lakin ləkələrdə qanın qarışıq olduğu halında isə Abeta (İİ) qruplu şəxsin, o cümlədən də Təqsirləndirilən şəxs qarışıq qanının olması inkar olunmur (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa və qanında müşayiətçi “H” antigeni varsa). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 dekabr 2022-ci il tarixli 742/263 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Şəki Rayon Psixiatriya Xəstəxanasından verilmiş 18 noyabr 2022-ci il tarixli 1188 nömrəli arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün həkim-psixiatra müraciət etməməsi, psixiatriya müəssisələrində qeydiyyatda durmaması (Şəki Rayon Psixiatriya Xəstəxanasından verilmiş 18 noyabr 2022-ci il tarixli 1188 nömrəli arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, tənqidi funksiyaların saxlanılması, onda kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, onda müşahidə edilən emosiya pozuntusunun (ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi və s.) az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur, bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərini nəzərə alaraq o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilmişdir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 120.1-ci maddəsindən CM-nin 120.2.2-ci maddəsinə tövsif edilmiş və barəsində CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 04 noyabr 2022-ci il tarixli 588 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 14 noyabr 2022-ci il tarixli PHŞ-6.78-2-2022-340 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və X3 RMX PHŞ-nin Narkoloji, Psixiatrik, Onkoloji, Nevroloji və Vərəm xəstəlikləri kabinetlərində qeydiyyatda deyillər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 18 noyabr 2022-ci il tarixli 1188 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və X8 Rayon Psixiatriya Xəstəxanasında dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayonu, Fındıqlı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X3 şəhəri, Səlahəddin Kazımov küçəsi, ev 129 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsləsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirib həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində özünü CM-in 120.2.2-ci maddəsi ilə deyil, CM-in 126.3-cü maddəsi ilə təqsirli bilərək Elxan Xəlilova zərbələr endirən zaman məqsədinin sonuncunu öldürmək deyil, döymək olduğunu qeyd etmiş, həmçinin 04 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində mübahisə vaxtı Elxan Xəlilova öldürəcəyini dediyini etiraf etsə də sonradan 31 yanvar 2023-cü il tarixdə verdiyi ifadəsində həmin hissədən imtina edərək sonuncuya bu sözləri demədiyini bildirmiş, lakin məhkəmə istintaqı zamanı ona ünvanlanmış suala cavab olaraq dolayısı ilə hadisə zamanı Elxan Xəlilova sonuncunu öldürəcəyini dediyini etiraf etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs ifadələrinə əsasən Elxan Xəlilov xüsusilə spirtli içki qəbul etdiyi anlarda özü haqda yüksək fikirdə olmuş, özünü müsbət xarakterizə etməyə meyilli olmuş və qeyd olunanlar onun xoşuna gəlmədiyi üçün sonuncunu evindən qovmuşdur. X27 üzrxahlıq etdiyi üçün o, sonuncunun səhvindən nəticə çıxardığını fikirləşib bağışlamış və yenidən birlikdə spirtli içki qəbul etməyə razı olmuşdur. Lakin 04 noyabr 2022-ci il tarixdə birlikdə spirtli içki qəbul edən zaman Elxan Xəlilov yenidən özünü təriflədiyi üçün bu hal onda yenidən narazılıq doğurmuş, sonuncuya evi tərk etməsini bildirmiş, X5 məhəl qoymadığı üçün o, sonuncunu özü kənarlaşdırmaq qərarına gəlmiş və bu məqsədlə Elxan Xəlilovu oturduğu stuldan qaldıran zaman sonuncu sərxoş olduğu üçün dizi üstə yerə yıxılmışdır. Bundan sonra o, Elxan Xəlilovu ayağa qaldıraraq getməsini bildirmiş, kürəyindən itələmiş və bu zaman Elxan Xəlilov onu öldürəcəyi ilə hədələdiyinə görə o, Elxan Xəlilova öldürəcəyini deyib sifətinə yumruqla zərbələr vurmağa başlamışdır. Zərbələrin təsirindən Elxan Xəlilov müvazinətini itirib yerə yıxılsa o, yenidən sonuncuya qarşı zor tətbiq etməyə davam etmiş, ardınca sonuncunun orada olan şüşəyə doğru hərəkət etdiyini görüb həmin şüşəni götürərək qeyd olunan şüşə ilə sonuncunun başının arxa hissəsinə bir zərbə vurmuş, Elxan Xəlilovun yalvarışlarına baxmayaraq o, buna məhəl qoymayıb sonuncunun başına və sifətinə yumruq və təpik zərbələri endirməyə davam etmiş, nəticədə Elxan Xəlilov zərbələrin təsirindən hadisə yerində ölmüşdür. Bununla bağlı qeyd etmək zəruridir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 3-cü bəndinə əsasən, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Göründüyü kimi, Elxan Xəlilovun onu öldürəcəyi ilə hədələməsinə cavab olaraq Təqsirləndirilən şəxs da Elxan Xəlilova sonuncunu öldürəcəyini demiş və bu niyyətini həyata keçirmək məqsədilə əvvəlcə Elxan Xəlilovun baş nahiyəsinə yumruq zərbələri vurmuş, ardınca şüşə ilə zərbə endirmiş, daha sonra isə yumruq və təpik zərbələri vurmağa davam etmişdir. Bununla yanaşı, məhz cinayətin üsulu kimi yumruq və təpik zərbələri ilə yanaşı şüşədən istifadə edilməsi, yetirilən bədən xəsarətlərinin sayı, həyat üçün mühüm orqan olan baş nahiyəsinə çoxsaylı zərbələr endirilməsi, zərərçəkmiş şəxsin özü haqda yüksək fikirdə olması və bu halların Təqsirləndirilən şəxs qıcıq yaratması sonuncunun Elxan Xəlilovu qəsdən öldürməsinə dəlalət edir. Digər tərəfdən isə yaranmış mübahisə vaxtı Təqsirləndirilən şəxs Elxan Xəlilovun özünü müsbət xarakterizə edən ifadələr işlətməsini bəhanə edərək hər hansı əsaslı səbəb olmadan sonuncunu öldürməsi onun məhz xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməsini təsdiq edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin niyyəti ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun hadisədən sonrakı hərəkətlərini və yaşının çox olmasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 120.2.2-ci maddəsində göstərilən cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 04 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarından görünür ki, əvvəli 04 noyabr 2022-ci il tarixdə saat 19:00-dan hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 04 noyabr 2022-ci il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirin tətbiq olunmasına zərurət yoxdur. İş üzrə mülki iddianın və xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Zaqatala rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış keçirilən zaman pambığa hopdurulmaqla götürülmüş bir ədəd nümunə və torpaq səthindən qaşınaraq götürülmüş nümunə, “Каспиская легенда водка классическая” əmtəə nişanlı spirtli içki olan araq şüşəsinin qırıntıları, “Питер” əmtəə nişanlı spirtli içki olan araq şüşəsi, iki ədəd şüşə stəkan, “Argo” əməə nişanlı siqaret və alışqan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd papaq, bir ədəd kürk, bir ədəd cins şalvar, bir ədəd uzunboğaz kofta, bir ədəd hərbi naxışlı qısaqol kofta, bir ədəd tuman, bir ədəd alt şalvarı, bir cüt corab və bir cüt rezin materialdan hazırlanmış ayaqqabı Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs X11 əynində olmuş bir ədəd papaq, bir ədəd hərbi kamuflyaj (buşlat), bir ədəd uzunboğaz kofta, bir ədəd idman şalvarı, bir ədəd qolsuz gödəkçə, bir ədəd cins şalvar, bir ədəd qara rəngli qısaqol kofta, bir cüt rezin materialdan hazırlanmış ayaqqabı, ona məxsus olan “Nokia” markalı mobil telefon və 5 manat pul əskinası zərərçəkmiş şəxsin hüquqi varisi X12ytarılmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə maddi sübut olan və Zaqatala rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış keçirilən zaman pambığa hopdurulmaqla götürülmüş bir ədəd nümunə və torpaq səthindən qaşınaraq götürülmüş nümunə, “Каспиская легенда водка классическая” əmtəə nişanlı spirtli içki olan araq şüşəsinin qırıntıları, “Питер” əmtəə nişanlı spirtli içki olan araq şüşəsi, iki ədəd şüşə stəkan, “Argo” əməə nişanlı siqaret və alışqan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd papaq, bir ədəd kürk, bir ədəd cins şalvar, bir ədəd uzunboğaz kofta, bir ədəd hərbi naxışlı qısaqol kofta, bir ədəd tuman, bir ədəd alt şalvarı, bir cüt corab və bir cüt rezin materialdan hazırlanmış ayaqqabı Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs X11 əynində olmuş bir ədəd papaq, bir ədəd hərbi kamuflyaj (buşlat), bir ədəd uzunboğaz kofta, bir ədəd idman şalvarı, bir ədəd qolsuz gödəkçə, bir ədəd cins şalvar, bir ədəd qara rəngli qısaqol kofta, bir cüt rezin materialdan hazırlanmış ayaqqabı, ona məxsus olan “Nokia” markalı mobil telefon və 5 manat pul əskinası zərərçəkmiş şəxsin hüquqi varisi X12ytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar