Məhkəmə qərarları › İş №1(091)-90/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-90/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-90/2024 17.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X29, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X25, Mülki iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan, “Müdafiəçi1 və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Oğuz rayonu, Mollalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Oğuz rayonu, Mollalı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs həmkəndlisi və tanışı olan xx.xx.1990-cı il təvəllüdlü X10 3000 (üç min) manat məbləğində borcunun olması ilə əlaqədar sonuncunun onu və ailə üzvlərini təhqir etməsi səbəbi ilə aralarında yaranmış narazılığa aydınlıq gətirilməsi məqsədi ilə Toğrul Kərimovun təklifi ilə xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində Oğuz rayonu, Mollalı kəndinin yuxarı hissəsində yerləşən meşəlik ərazidə sonuncu ilə görüşmüş, eyni məsələ ilə bağlı aralarında yaranmış mübahisə zamanı Toğrul Kərimovun onun və ailə üzvlərinin ünvanına nəlayiq söyüşlər söyməsi nəticəsində sonuncunu öldürmək qərarına gəlmiş və bu məqsədlə Toğrul Kərimovun əlində olmuş zavod üsulu ilə X15 şəhərində, “Fabrique Nationale” zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 12 kalibrli, qəlibi 7508 №-li, xarici çaxmaqlı, qoşalüləli ov tüfəngini onun əlindən alaraq, onun qarın nahiyyəsinə təpik vurub yerə yıxdıqdan sonra, sonuncunun ayağa qalxdığını görüb onun qarın nahiyyəsinin ön sol divarına bir dəfə atəş acmaqla daxili qanaxma, qanaxmadan sonrakı şok, bağırsaqların və bağırsaqların müsariqəsinin, aşağı müsariqə arteriyasının və qalça arteriyasının, qarının sol ön divarından qarın boşluğuna nüfuz edən, çanağın sağ qalça nahiyyəsindən qalça sümüyünü dəlb çıxan yaraları ilə müşayiət olunan ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, nəticədə Toğrul Kərimov yerə yıxılmış, daha sonra cinayət əməlini davam etdirərək həmin silahın lülə hissəsindən hər iki əli ilə tutaraq silahın qundaq hissəsi ilə sonuncunun baş nahiyyəsinə bir dəfə zərbə endirərək başın sol təpə-gicgah nahiyyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Toğrul Kərimovu şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, daha sonra isə törətdiyi cinayət əməlini gizlətmək məqsədi ilə Toğrul Kərimovun meyitini yaxınlıqdakı ərazidə torpaq səthi üzərində qazılmış quyuya atıb üzərini torpaqla basdırmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, sentyabrın 11-i kəndin mərkəzinə çıxmışdır. Toğrul Kərimov kəndin avtobus dayanacağında oturmuş və marketin açılmasını gözləmişdir. O da oraya tərəf getmişdir. Onun işlədiyi fermada almalı olduğu pulu olmuşdur və zəng edib danışmışdır. X18 və başqa iki nəfər oturmuşdur. O, onların yanına gedəndə ondan siqaret istəmişlər. O, onların hərəsinə bir dənə siqaret vermişdir. Daha sonra o, çayxananın yanına getmişdir. X26 yanına gəlmiş və başlayıb ağlına gələn, başqa-başqa söhbətlər etmişdir. Toğrul öz ailəsi, əmiləri və başqa problemləri ilə bağlı söhbətlər etmişdir. Market açılmış və onlar marketə gedib su almışlar. Onun Toğrula borcu olmuşdur və Toğrul ondan borcu istəmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində o, Toğruldan 3000 manat pul almışdır. 2023-cü ilin avqustsentyabr aylarında o, 500 manat pulu Toğrula vermişdir və 2500 manat borclu qalmışdır. Toğrul borcla əlaqəli onunla danışmışdır və o, fındıq yığıb satanda pulu verəcəyini bildirmişdir. Onlar su içmişlər, söhbət etmişlər və o, getmişdir. Toğrul ona saat 2-də dediyi yerdə olmağını demişdir. O da razılaşmışdır. O, ifadəsində dediyi ona borcu olan adamdan 250 manat götürmüş, həmçinin evdən də 50 manat götürüb saat 02-də Toğrulun dediyi yerə getmişdir. O, Toğrulun dediyi yerə saat 2-də getmiş, ona zəng vurub harada olduğunu soruşanda dediyi yerdə olduğunu demiş və 5 dəqiqə keçməmişdir ki, həmin yerə gəlmişdir. Toğrul ora gələndə o, yerdə oturmuşdur. O, ayağa durmuş və Toğrulla görüşmüşlər. Ondan pulu gətirdiyini soruşduqda, cibindən 300 manatı çıxarmış və ona uzatmışdır. O ondan bunun nə olduğunu soruşduqda, o, ona olan borcunun bir hissəsini olduğunu demiş, qalanın isə fındıq satıb sentyabrın axırlarına kimi qaytaracağını bildirmişdir. Toğrul ona demişdir ki, pulu cibinə qoysun, lazım olar. O da pulu cibinə qoymuşdur. Ona demişdir ki, gəl gedək. Hara getdiklərini soruşduqda, o tərəfə, meşəyə tərəf gedəcəklərini demişdir. Meşə tərəfə 300 metr getmişlər. Yolun kənarında fındıq ağacı və kolluq olan yerə çatanda Toğrul dayanmış və o, bundan 5-6 metr irəliyə keçmişdir. Toğrul üzünü kol tərəfə çevirmişdir. O, Toğrula çevrilmiş ki, desin gəlir mi? Görmüşdür ki, koldan tüfəngin qundağı görsənir. Toğrul silahı çıxarıb ona tərəf tutmuşdur. Toğrul ona söyüşlər söyməyə başlamışdır. Onu, ailə üzvlərini, uşağını söymüşdür. Ümumiyyətlə, söyülməmiş yerini qoymamışdır. 10 metr qabağa gedəndə balaca yol var imiş və oranı kolluq basmışdır. Orada çoxdan qazılmış torpaq koması görmüşdür. Ora palçıqlı olmuşdur. Oraya getmiş və Toğrul tərəfə çevirlmişdir. Toğrul yenə ona təhqiramiz söyüşlər söyməyə başlamışdır. O, demişdir ki, belə hərəkətlər etməsin. Toğrul nəsil-kök, uşaq-körpə, hamısına söymüşdür. O, pula görə belə hərəkətlər etməməyini demişdir. Bundan əvvəl də polis onları saxlamışdır. O, CM-in 234.1-ci maddəsi ilə, Toğrul isə 234.2ci maddəsi ilə tutulmuşdur. Onlar tutulandan sonra o, ondan uzaqlaşmışdır. Onun fikrincə Toğrul bundan acıqlı qalmışdır. Torpaq komasına çatanda çevrilmiş, tüfəngi ona dirəmişdir. Toğrulun gözündə çəplik olmuşdur. O, Toğrulun tüfəngin qoşa çaxmağına baxmasını gördükdə, tüfəngin lüləsindən tutub çəkməyə başlamışdır və onun qarnına təpik vurmuşdur. Bu zaman Toğrul səndələyən kimi, yıxılan kimi olmuşdur. Tüfəngi dartanda əlində açılmışdır və yerə yıxılmışdır. Həmin vaxtda nə etmişdirsə, bilməmişdir. Hadisə 11-i günü olmuş, o, 14-ü polis şöbəsinə gedib təslim olmuşdur. 3 gün ərzində o, yemək yeyə bilməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, tüfəngin lüləsindən dartanda tüfəng əlində açılmışdır. Qarnına təpik vurandan sonra silah tam onun əlinə keçmişdir. Tüfəngi Toğrula tərəf çevirmiş, o isə ayağa qalxıb tüfəngin lüləsindən tutub dartanda silah əlində açılmışdır. Əli tətikdə olmuşdur. O, bilməzmiş ki, silah açılacaqdır. O, kənddə yaşamışdır və tüfənglə rəftar qaydalarını bilmir. Hərbi xidmətdə olduğu üçün avtomatla rəftar qaydalarını bilir, lakin tüfənglə rəftar qaydalarını bilmir. Toğrulu öldürmək niyyəti olmamışdır. Əli tətikdə ona görə olmuşdur ki, başqa tutmağa yer olmamışdır. Qeyri-iradi əl tətikdə tutulur. Silahı ancaq belə tuta bilərmiş. Silahı Toğrula tərəf tuşlamışdır. O, silahı ona tərəf çevirmişdir ki, sakit dursun. Onu qorxutmaq istəmişdir. Toğrul silahı ondan almaq istəyəndə silah açılmışdır. Yer dar olduğundan silahı uzağa ata bilməmişdir. Qazılmış yeri Toğrul ona göstərib demişdir ki, onu öldürüb buraya basdıracaqdır. Toğrulun son vaxtı ağlının özünü idarə etmədiyini qohumları da təsdiq edə bilər. O, qorxduğu üçün təcili yardıma zəng vurmamışdır. Hadisə vaxtı özünü itirmişdir və təcili yardıma zəng edə bilməmişdir. Nə edəcəyini bilməmişdir. O, 3 gün bir loxma çörək yeməmişdir. Elektron nəzarət vasitəsini qırıb kənara atmışdır. Elektron nəzarət vasitəsi onlara bir yerdə vurulmuşdur və ona görə bunu qırmaq ağlına gəlmişdir. Toğrul ona, kənd sakini Namiq Bayramova, onun həyat yoldaşına, nəslinəkökünə təhqiramiz söyüşlər söymüşdür. O, hadisə baş verdikdən sonra şok vəziyyətinə düşmüşdür və evə gedib paltarını dəyişmişdir. O, hadisə vaxtı üzərində olan paltarları müstəntiqə təqdim etmişdir. Baş verən hadisə ayın 14-ü günü səhər yadına düşmüşdür. Toğrul ona 2022-ci ilin fevral ayının əvvəlində borc pul vermişdir. Toğrulla o fevral ayının 14-də tutulmuşdur. Toğrulla aralarında məsafə 1 metrdən az olduğu üçün o, başqa heç nə edə bilməmişdir. Toğrul yerdən duran kimi lülədən tutmuşdur. Onun Toğrulu öldürmək niyyəti olmamışdır. Atəş açılandan sonra silahın qundağı ilə Toğrulun başına zərbə endirmişdir. O, bu hərəkətlərə şok vəziyyətində yol vermişdir. Toğrulun ona söydüyü söyüşlərə və ona qarşı işlətdiyi ifadələrə görə özünü ələ ala bilməmişdir. Özünü hadisədən sonra idarə edə bilmədiyindən və artıq gözü qaraldığından o, Toğrulu basdırmış və üzərini torpaqlamışdır. Onun Toğrulu basdırandan silahı atana kimi müddət təxminən 4-5 dəqiqə olmuşdur. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı müdafiəçinin də iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət yarandığından, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs həmin ifadəsində göstərmişdir ki, o, Oğuz rayonunun Mollalı kəndində ailəsi ilə birlikdə yaşamış və fəhlə işləmişdir. X1 ilə əvvələr münasibətləri normal olmuş, aralarında hər hansı narazılıq olmamışdır. O, 2022-ci ilin fevral ayında qarğıdalı bitkisi əkmək üçün X1ndan 3000 manat pulu borc almışdır. Həmin pulu 2022-ci ilin dekabr ayına kimi qaytaracağına vəd vermişdir. Lakin həmin pulu ehtiaclarına sərf etdiyindən həmin il qarğıdalı bitkisi əkə bilməmişdir. 2022-ci ilin sentyabr ayında Toğruldan aldığı 3000 manat puldan 500 manatını sonuncuya geri qaytarmışdır. Sonradan maddi imkanının aşağı olması səbəbindən qalan 2500 manat pulu Toğrula geri qaytara bilməmişdir. 2023-cü ilin əvvəllərindən Toğrul hər dəfəsində onu və ailə üzvlərini təhqir edərək pulu qaytarmalı olduğunu ona demişdir. O, da Toğrula 2023-cü ilin sentyabr ayının sonlarına kimi Mollalı kəndindəki fındıq bağından fındığı yığıb sataraq qalan borcunu ödəyəcəyinə söz vermişdir. Lakin, Toğrul hər dəfə onu kənddə görəndə onu, ailə üzvlərini təhqir edərək onu və ailə üzvlərini öldürəcəyi ilə hədələmişdir. 2023-cü ilin avqust ayının sonlarında dəqiq xatırlamadığı tarixdə Toğrul onun mobil telefonuna zəng edərək onu Mollalı kəndində “Qaraçay” adlanan çayın yanına çağırmış və orada üzərində olan bıçağı çıxardaraq onu öldürəcəyi ilə hədələmişdir. Lakin yanında fəhlə işlədiyi Mollalı kənd sakini Bəhram adlı şəxsi görərək bıçağı yığışdırmışdır. Sonra da Toğrul hər dəfəsində zəng edərək onu təhqir etmiş, öldürəcəyi ilə hədələmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Mollalı kəndinin mərkəzində Mehman adlı şəxsin mağazasının qarşısında X20 ilə arasında mübahisə yaranmışdır. Belə ki, Toğrul yenədə ondan qalan 2500 manat pulu geri istəmişdir. O, Toğrula 2023-cü ilin sentyabr ayının sonuna kimi pulu geri qaytacağını demişdir. Toğrul orada ona “si...m sənin varyoxunu, sənin körpəni si...m, sənin arvadını gözünün qabağında si...cəm” söyüşlərini söyərək təhqir etmişdir. Lakin o, Toğrula olan borcunu maddi imkanının aşağı olması ilə əlaqədar indiyə kimi geri qaytara bilmədiyini demişdir. Toğrul orada həmin gün saat 14 radələrində Mollalı kəndinin “yapalaq” adlandırılan meşəlik ərazisində görüşməli olduqlarını ona demişdir. O, Oğuz rayonu, Mollalı kəndində Saleh adlı şəxsin fermasında fəhlə işləmişdir və Salehin ona 250 manat borcu qalmışdır. Həmin gün o, Salehdən 250 manatı almış və evdən də 50 manat pul götürərək Toğrulun dediyi “yapalaq” adlandırılan meşəlik əraziyə getmişdir. Ora çatanda Toğrul onun mobil telefonuna zəng edərək harda olduğunu soruşmuş, o, da Toğrula “yapalaq” adlandırılan meşəlik ərazidə olduğunu demişdir. Həmin telefon danışığından təxminən 10 dəqiqə sonra Toğrul yuxarıda qeyd etdiyi yerə gəlmişdir. Toğrul onunla salamlaşdıqdan sonra pulu gətirib-gətirmədiyini ondan soruşmuş, o da cibindən 300 manat pulu çıxardaraq Toğrula uzatmışdır. Toğrul 300 manat pulu götürməyərək “qoy cibinə lazımın olar” sözlərini demiş, sonra isə meşəlik ərazi tərəfə getməli olduqlarını bildirmişdir. O, Toğrulun arxası ilə meşəlik əraziyə getmişdir. Onlar çayı keçdikdən sonra Toğrul kolun içindən odlu silah (ov tüfəngi) çıxarmışdır. Sonra Toğrulun silahı götürdüyü yerdən təxminən 40 metrdə meşənin sıx yerinə getdikdən sonra sonuncu dayanmasını istəmiş, bu zaman o, orada qazılmış quyu olduğunu görmüşdür. Toğrul silahı ona tərəf tutaraq borcunu vaxtında verə bilmədiyi üçün onu təhqir etməyə başlamışdır. O, Toğrul ilə mülayim danışaraq silahı aşağı salmasını istəmiş, Toğrul isə onu təhqir edə-edə ona tərəf yaxınlaşmışdır. Toğrul yenə də, ona və ailə üzvlərinə ünvanlanan nəlayiq söyüşlər işlədib onu öldürəcəyini demişdir. Toğrul gözləri ilə tüfəngin çaxmağına baxan zaman o, fürsətdən istifadə edib cəld tərpənərək tüfəngin lüləsindən tutub silahı özü tərəfə var gücü ilə çəkərək və Toğrulun qarın nahiyyəsinə təpiklə vuraraq silahı sonuncunun əlindən alıb Toğrula tərəf tuşlamışdır. Həmin vaxt isə Toğrul arxaya gedərək büdrəmiş, daha sonra Toğrul onun üzərinə doğru gələrək əlini silahın lüləsinə atmışdır. O, da Toğrulun qarın nayiyəsinə bir dəfə atəş açmış, Toğrul atəşin təsirindən “Aay” deyərək sol yanı üstə yerə yıxılmışdır. Bundan sonra o, silahı çevirmiş və silahın lülə hissəsindən tutaraq tüfəngin qundağı ilə Toğrulun baş nahiyəsinə bir dəfə var gücü ilə zərbə vurmuşdur. Zərbənin təsirindən tüfəng qundaq hissəsindən qırılmışdır. Sonra o, Toğrulu sürüyərək oradakı qazılmış quyuya atmışdır. O, Toğrulun şalvarının çibindən telefonu və məhkumluğu ilə əlaqədar ayağına bağlanmış elektron nəzarət vasitəsini açaraq götürmüşdür. Sonra Toğrulun üstünə qazılmış quyudan çıxan torpağı tökmüşdür. Daha sonra tüfəngin qırılmış hissəslərini götürərək hadisə yerindən təxminən 250 metr məsafədə su arxına atmış və yaşadığı evə getmişdir. O, xx.xx.2023-cü il tarixdə qardaşı Şahid1 zəng edərək Bakı şəhərindən yaşadıqları Mollalı kəndinə gəlməsini demişdir. Həmin gün axşam saatlarında qardaşı Elvin evə gəlmişdir. O, xx.xx.2023-cü il tarixdə səhər qardaşı Elvinə və əmisi Şahid5 baş vermiş hadisəni danışmış, onlar da ona təslim olmalı olduğunu demişlər. O, həmin gün səhər saat 09:00-da Oğuz RPŞ-yə gələrək törətdiyi cinayət hadisəsi barədə məlumat vermişdir. Hadisə 11 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində Oğuz rayonunun Mollalı kəndində meşəlik ərazidə baş vermişdir. Hadisə vaxtı orada ondan və Toğruldan başqa heç kim olmamışdır. Yuxarıda qeyd etdiyi meşəlik ərazidə Toğrul silahı ona tuşlamışdır. Həmin vaxt qorxu keçirmişdir. Toğrulun əlindən silahı aldıqdan sonra Toğrulu öldürmək üçün atəş açmışdır. O, Toğrulun ayağa durmasından qorxaraq tüfəngin qundağı ilə sonuncunun baş nahiyəsinə zərbə vurmuşdur. Həmin tüfəng qundağı taxta materialdan olan şabalıdı rəngdə qoşalülə ov tüfəngi olmuşdur. Hadisə vaxtı Toğrulun əynində qara cins şalvar, qara ayaqabı, qara gödəkçə olduğunu xatırlayır. Onun hadisə vaxtı əynində qara rəngli cins şalvar, göy rəngli sviter olmuşdur. Hadisə baş verən gün spirtli içki qəbul etməmişdir. O, Toğrul Kərimova atəş açdıqdan sonra təslim olmaq fikrində olmamış, bu səbəbdən də hadisəni gizlətmək istəmişdir. Həmiçinin Toğrulun meyitini vəhşi heyvanlar yeməsin deyə meyiti basdırmışdır. O, Toğrul Kərimovu bastıran zaman artıq sonuncu ölmüşdür. O, Toğrul Kərimovun meyitini basdırdığı yerin aşkar olunmaması üçün Toğrulun şalvarının çibindən mobil telefonu və məhkumluğu ilə əlaqədar ayağında bağlanmış elektron nəzarət vasitəsini açaraq götürmüş və Mollalı kəndinin ərazisindən keçən “Türyançay” çayına atmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X25 ibtidai istintaq zamanı veriyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Oğuz rayonu, Mollalı kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olur. Toğrul Kərimov onun doğma qardaşıdır. X42 17 sentyabr 2002-ci il tarixdə dünyasını dəyişmişdir. Anası dünyasını dəyişdikdən sonra atası X43 rayonu, Laza kənd sakini Səmayə Rəşidova ilə ailə həyatı qurmuşdur. 14 dekabr 2017-ci il tarixdə atası Söhbət Kərimov dünyasını dəyişmişdir. Qardaşı Toğrulun narkotik vasitə istifadə etdiyinə görə analığı Səmayə onlarla yaşamaqdan imtina edərək getmişdir. Təqsirləndirilən şəxs onun həmkənlisidir. Onun Təqsirləndirilən şəxsla həmkəndli kimi münasibəti yaxşı olmuşdur. Həmçinin qardaşı Toğrul həmkəndlisi Təqsirləndirilən şəxs qardaşı Elvinin uşaqlarının kirvəsidir. Ona görə qardaşı Toğrul Pərvingilin evinə tez-tez getmişdir. Toğrulla Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə narkotik vasitə istifadə etdiklərinə görə tutulmuş və Oğuz rayon məhkəməsinin qərarı ilə Pərvin 2 il 6 ay, Toğrul isə 2 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər və bu cəza ilə əlaqədar onların ayağına elektron nəzarət vasitəsi bağlanmışdır. Bu hadisədən sonra onun Təqsirləndirilən şəxsla münasibətləri soyuqlaşmışdır. X31 münasibətləri yaxşı olmuşdur. Qardaşı Toğrul azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildikdən sonra ayağına bağlanmış qollbağa görə işləyə bilməmişdir. Çünki həmin cəza ilə əlaqədar Toğrul müəyyən saatlarda evi tərk edə bilməmişdir. Qardaşı Toğrul son vaxtlar onun sözlərinə qulaq asmamışdır. O, Toğrulun narkotik vasitə istifadə etdiyini hiss etmişdir. Qardaşı Toğrul son vaxtlar özünü idarə edə bilməmişdir. Toğruldan Mollalı kənd sakinləri ona şikayətlər etmişlər. O, hadisə baş verməmişdən təxminən 10 gün əvvəl Toğrulun telefonla Pərvinlə danışdığını eşitmiş, həmin danışıq zamanı Toğrul Pərvinə “sən sukasan, sən məni satmısan” sözlərini demişdir. Son vaxtlar o, Toğrula öyüd-nəsihət verə bilməmişdir. Toğrulun ona xəsarət yetirəcəyindən ehtiyat etmişdir. Dəflərlə o, Toğrulla mübahisə etdikdən sonra qorxusundan yaşadıqları evə getməmiş, Mollalı kəndində işlədiyi çayxanada yatmışdır. Mollalı kənd sakinlərinin Toğruldan şikayət etmələrini qardaşı Toğrula deyəndə, yəni Toğrula öyüd-nəsihət verəndə Toğrul onu təhqir etmişdir. O, Toğrulu sonuncu dəfə xx.xx.2023-cü il tarixdə günorta saatlarında görmüşdür. Həmin saatlarda Toğrul onun işlədiyi çayxanada olmuşdur. Toğrul çayxanadan getdikdən sonra sonuncunu görməmişdir. xx.xx.2023-cü il tarixdə səhər Toğrulun istifadə etdiyi ***-***-**-** və ***-***- **-** nömrələrinə zəng etsə də, Toğrulun telefonuna zəng çatmamışdır. xx.xx.2023-cü il tarixdən qardaşı Toğrulu soraqlaşmağa başlamışdır. Lakin Toğruldan xəbər çıxmamışdır. O, xx.xx.2023-cü il tarixdə Şahid1 zəng edərək Toğrulu soruşmuş, Elvin isə Toğrulu görmədiyini demişdir. xx.xx.2023-cü il tarixdə də səhər 07 radələrində Təqsirləndirilən şəxs zəng etmiş, Pərvin də Toğruldan xəbərinin olmadığını ona demişdir. Toğrula nəsə olduğunu fikirləşmədiyindən və polisə xəbər edəcəyi təqdirdə Toğrulun onunla dalaşacağından ehtiyat etdiyindən polisə xəbər verməmişdir. xx.xx.2023-cü il tarixdə əmisi oğlu İntiqam onun mobil telefonuna zəng edərək Toğrulu Təqsirləndirilən şəxs ov tüfəngindən atəş açaraq öldürməsi barədə məlumat vermişdir. Toğrulun silahı olmamış, həmin qoşalülə ov tüfənginin kimə məxusus olması ona məlum deyildir. Pərvinin Toğrula borcu olmasından onun xəbəri olmamışdır. O, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Mollalı kəndində işlətdiyi çayxanaya gəlmişdir. Həmin saatlarda Toğrulla həmkənlisi Pərvini işlədiyi çayxananın qarşısında yerləşən marketdə görmüşdür. Toğrulla Pərvin marketdən çıxdıqdan sonra marketin qarşısında söhbət etmişlər. O, həmin gün işlədiyi çayxanada olmuşdur. Həmin gün gecə saat 23 radələrində çayxananı bağlayıb Mollalı kəndində yaşadıqları evə getmişdir. O, Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 və Şahid8 Yaşar Kərimovla eyni məzmunlu oxşar ifadələr verərək, sonuncunun göstərdiyi xüsusatlarlı bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Oğuz rayonu, Mollalı kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. X20 isə həmkəndlisidir. X44 münasibətləri Toğrulun onun qardaşı Pərvinlə narkotik vasitə istifadə etdiklərinə görə tutulduğu vaxta kimi yaxşı olmuşdur. Həmin hadisədən sonra o, Toğrul Kərimovla münasibətləri kəsmişdir. X11 uşaqlarının kirvəsidir. Ona görə də, Toğrul əvvəllər onların evinə tez-tez gəlmişdir. Toğrul narkotik vasitələrdən istifadə etdiyi üçün məsuliyyətə cəlb olunandan sonra o, Toğrula ailələrindən uzaq gəzməsini tapşırmışdır. Çünki qardaşı X33 narkotik vasitə istifadə etdiklərinə görə tutulduqdan sonra Toğrul Pərvinin onu satdığını demişdir. Qardaşı Pərvin və Toğrul narkotik vasitə istifadə etiklərinə görə Oğuz rayon məhkəməsinin qərarı ilə Pərvin 2 il 6 ay, Toğrul isə 2 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər və bu cəza ilə əlaqədar onların ayağına elektron nəzarət vasitəsi bağlanmışdır. Toğrul ayağında olan qolbağa görə Oğuz rayonunu tərk edə bilmədiyindən buna görə Pərvini günahlandırmışdır. Son vaxtlar Toğrul qardaşı Pərvinin ünvanına nəlayiq söyüşlər söymüşdür. Bir neçə dəfə Toğrul onu da, təhqir etmişdir. Toğrul son vaxtlar özündə olmamışdır. Bu hadisədən təxminən 15 gün əvvəl Toğrul Mollalı kənd sakinlərinə bıçaqla hücum etmişdir. O və qardaşı X34 özündə olmadığını, hərəkətlərinə və sözlərinə nəzarət edə bilmədiyini bildiklərindən sonuncuya baş qoşmamışlar. O, dəfələrlə Pərvinə Toğrulun mərdiməzar uşaq olduğunu deyərək sonuncuya yaxın getməməsini tapşırmışdır. Lakin, Toğrul qardaşı Pərvindən əl çəkməmiş, hər dəfə zəng edib Pərvini harasa çağırmışdır. O, Pərvinin Toğrulla görüşdükdən sonra fikirli olduğunu hiss etmişdir. O, 2023-cü ilin sentyabr ayının əvvələrində Oğuz rayonu, Mollalı kənd sakini Zaur Mustafayevlə əlaqə saxlayaraq ona iş tapmasını xahiş etmişdir. Zaur ona işlədiyi “Veysəloğlu” şirkətinə işə qəbul ola biləcəyini demişdir. O, xx.xx.2023-cü il tarixdə günorta saatlarında işləmək üçün Bakı şəhərinə getmişdir. O, Bakı şəhərinə çatmağa az qalmış Toğrulun əmisi oğlu İmranla əlaqə saxlayaraq onların evlərinə gələcəyini demişdir. Həmin gecəni İmrangilin evində qalmışdır. xx.xx.2023-cü il tarixdə səhər 08 radələrində Toğrulun bibisi oğlu Tarzan ilə birlikdə “Veysəloğlu” şirkətinə getmişdir. Ora çatdıqdan sonra qardaşı Pərvin onun mobil telefonuna zəng edərək işə qəbul olunub-olunmadığını soruşmuşdur. O, Pərvinə hələ işə qəbul olunmadığını demişdir. Pərvin onun Bakı şəhərində işləməyinə razı olmadığını demiş və evlərinə qayıtmasını istəmişdir. O, həmin gün günorta saatlarında Bakı şəhərindən çıxmışdır və həmin gün saat 18 radələrində yaşadığı Mollalı kəndinə gəlmişdir. O, Pərvinə hansı səbəbdən onu Bakı şəhərindən geri çağırdığını soruşmuşdur. Pərvin isə ona baş vermiş hadisəni danışmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində Pərvin ona xx.xx.2023-cü il tarixdə saat 14 radələrində X28 kəndində meşəlik ərazidə aralarında mübahisə yarandığını, Toğrulu odlu silahla (ov tüfəngi) atəş açaraq vurduğunu, daha sonra tüfəngin qundağı ilə də bir dəfə Toğrulun başına zərbə vuraraq öldürdüyünü və həmin yerdə basdırdığını demişdir. O, da bu barədə əmisi Şahid5 məlumat vermiş, əmisi Saleh də onların evinə gəlmişdir. Pərvin baş vermiş hadisəni Salehə də danışmış və Saleh Pərvinə təslim olmalı olduğunu demişdir. Sonra qardaşı Pərvin Oğuz RPŞ-yə gedərək hadisə barədə məlumat vermişdir. Pərvin ona həmin silahın hadisə baş verən yerə Toğrul Kərimov tərəfindən aparıldığını, orada Toğrulun həmin silahı Pərvinə tuşlayaraq onu təhqir etdiyini, həmin vaxt Pərvin cəld tərpənərək Toğrulun əlindən silahı alıb Toğrulun qarın nahiyəsinə atəş açdığını, daha sonra tüfəngin lülə hissəsindən tutub qundaq hissəsi ilə Toğrulun başına zərbə vuraraq öldürdüyünü demişdir. O, həmin silahın kimə məxsus olduğunu bilmir. Onun öz adına “Eleqant” adlı altıatılan ov tüfəngi vardır. Onun əvvələr öz adına 12 kalibirli, alt-üst qoşalülə ov tüfəngi olmuşdur. Həmin silahı təxminən bir il əvvəl Mollalı kənd sakini Məmmədəmin Rəsulzadəyə bağışlamışdır. X38 basdırdığı quyunun sonuncu tərəfindən qazdığını ona demişdir. Pərvinin Toğrula borcu olmasından xəbəri olmamışdır, bu barədə Pərvin ona heç nə deməmişdir. O, xx.xx.2023-cü il tarixdə günorta yeməyini yedikdən sonra Bakı şəhərinə getmişdir. Həmin vaxt Pərvin evdə olmamışdır. O, evdən çıxanda sağollaşmaq üçün qardaşı Pərvinə zəng etmiş, lakin Pərvinin mobil nömrəsinə zəng çatmamışdır. O, İsmayıllı rayonu ərazisində olan zaman təxminən saat 17 radələrində Pərvin ona zəng edərək harada olduğunu soruşmuşdur. O, Pərvinə artıq yolda olduğunu, Bakı şəhərinə getdiyini demişdir. Pərvin də ona “yaxşı yol” deyərək hadisə barədə heç nə deməmişdir. O, Toğrul Kərimovda silah olmasını eşitməmişdir. Mollalı kəndində 12 kalibirli qoşalülə ov tüfəngi olan şəxs tanımamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Oğuz rayonu, Mollalı kəndində oğlu Şahid1, gəlinləri Şahid3, Şahid4 və nəvələri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun doğma oğludur. 1991-ci ildə Əlfəddin Məmmədovla ailə həyatı qurmuşdur. Onların bu nikahlarından iki övladları dünyaya gəlmişdir. Əri Əlfəddin 26 fevral 2020-ci il tarixdə qəfil ürəktutmasından ölmüşdür. Toğrul Kərimov onun oğlu Elvinin uşaqlarının kirvəsidir. Toğrul onların evinə tez-tez gəmişdir. Toğrulun onun övladları Pərvin və Elvinlə dostluq münasibətləri olmuşdur. Toğrulun valideyinləri dünyasını dəyişdiyinə və subay olduğuna görə o, həmişə Toğrulu evlərinə dəvət etmişdir. Toğrulla oğlu Pərvinin natkotik vasitə istifadə etdiklərinə görə tutulduğu vaxtdan sonra oğlu X39 münasibətləri kəsmişdir. O, oğlu Pərvinə də Toğruldan uzaq gəzməsini tapşırmışdır. Belə ki, Oğuz rayon məhkəməsinin qərarı ilə Pərvin 2 il 6 ay, Toğrul isə 2 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər və bu cəza ilə əlaqədar onların ayağına elektron nəzarət vasitəsi bağlanmışdır. Həmin hadisədən sonra Toğrul demək olar ki, onların evlərinə gəlməmişdir. X14 əl çəkməmişdir. Belə ki, Toğrul gecə-gündüz bilmədən Pərvinə zənglər etmişdir. Onun ürəyində narahatçılıq olduğuna görə Pərvin cox şeyi ona danışmamışdır. Son vaxtlar X24 görüşdükdən, telefonla danışdıqdan sonra gərgin olduğunu hiss etmişdir. Lakin Pərvin ona heç nə danışmamışdır. Son vaxtlar Toğrulun Mollalı kəndində bir neçə nəfərə ilişdiyini, hədə-qorxu gəldiyini eşitmişdir. X11 bacısı qızı Rəqsanəni istəmişdir. Lakin bacısı Arzu qızı Rəqsanəni Toğrula verməyəcəyini demişdir. Bundan sonra Toğrul əmisi oğlu Kamilin əsgər yığıncağında ona “qızı mənə vermədiniz, məni reklam etdiniz, qızı Şöhrətə verdiniz, məndə zəif oğlan deyiləm, məndə bildiyimi edəcəm” sözlərini demişdir. O, bu sözdən sonra Toğrulun psixoloji problemi olduğunu fikirləşmişdir. Lakin Toğrulun ona hədə-qorxu gələrək belə sözlər deməsini övladlarına deməmişdir. Çünki Toğrulla övladları arasında dava-dalaş olmasından qorxmuşdur. xx.xx.2023-cü il tarixdə o, Mollalı kəndində yaşadıqları evdə olmuşdur. Həmin gün oğlu Elvin Bakı şəhərinə işləmək üçün getmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə Pərvinin arvadı Cəmilə Qəbələ rayonu, Mirzəbəyli kəndinə anasına fındıq yığmağa kömək etmək üçün getmişdir. xx.xx.2023-cü il tarixdə Cəmilə Qəbələ rayonu, Mirzəbəyli kəndində olmuşdur. xx.xx.2023-cü il tarixdə Pərvinin səhər saat təxminən 09 radələrində evdə olduğunu xatırlayır. Sonra o, ev işləri ilə məşğul olduğundan Pərvinin hara getdiyini bilməmişdir. xx.xx.2023-cü il tarixdə səhər tezdən Pərvin evdə hamını çağıraraq onlara sözü olduğunu demişdir. Pərvin onlara hadisə törətdiyini, vicdan əzabı çəkdiyini, belə yaşaya bilməyəcəyini, təslim olmağa gedəcəyini demişdir. Sonra Pərvin xx.xx.2023-cü il tarixdə günorta saatlarında X28 kəndində meşəlik ərazidə aralarında mübahisə yarandığını, Toğrulu odlu silahla (ov tüfəngi) atəş açaraq vurduğunu, daha sonra tüfəngin qundağı ilə də bir dəfə Toğrulun başına zərbə vuraraq öldürdüyünü və həmin yerdə basdırdığını demişdir. Sonra oğlu Elvin əmisi Şahid5 məlumat vermişdir. Saleh onlara gəlmiş və Pərvin baş vermiş hadisəni Salehə danışmışdır. X54 RPŞ-nə gedərək hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid4 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmaqla tədqiq edilmiş və onların Şahid2 ifadəsinə oxşar məzmunlu ifadələr verməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, o, Oğuz rayonu, Dəymədağıl kəndində yaşayır və Oğuz rayon icra hakimiyyəti başçısının Sincan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və mərhum X6 rayonu, Mollalı kənd sakinləridir. O, Təqsirləndirilən şəxs və Toğrul Kərimovu əvvəldən tanımışdır. Məmmədov X2 yaşadığı müddətdə sonuncu barəsində heç vaxt nümayəndəliyə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs Mollalı kəndində yaşadığı müddətdə müsbət xarakterizə olunmuşdur. X49 barəsində dəfələrlə Mollalı kənd sakinlərindən nümayəndəliyə şifahi şikayətlər daxil olmuşdur. Sonuncu dəfə Mollalı kənd sakinləri Toğrul Kərimovdan şikayət edəndə o, Toğrul Kərimovun mobil telefon nömrəsini alaraq sonuncu ilə əlaqə saxlamışdır. O, telefonda Toğrula təhqir etdiyi şəxsin müharibə iştirakçısı, qazi olduğunu deyərək sonuncuya öyüd-nəsihət vermişdir. Toğrul isə telefonda ona “sən dövlət işçisisən ged öz işlərinlə məşğul ol, rekertin işinə qarışma, başını ağrıdaram” sözlərini demişdir. O, yenədə bu cür əməllərdən çəkinməsini desə də, Toğrul onun sözlərinə əhəmiyyət verməmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Pərvinin əmisi Şahid5 onun mobil telefonuna zəng edərək onunla vacib işi olduğunu demişdir. O, da Salehə Sincan kənd icra nümayəndəliyinə gəlməsini tapşırmışdır. Saleh Sincan kənd icra nümayənəliyinə qardaşı oğlu Pərvinlə gəlmişdir. Pərvin ona xx.xx.2023cü il tarixdə X28 kəndində meşəlik ərazidə aralarında mübahisə yarandığını, Toğrulu odlu silahla (ov tüfəngi) atəş açaraq öldürdüyünü və həmin yerdə basdırdığını demişdir. Həmçinin Pərvin polisə gedərək təslim olmaq istədiyini ona bildirmişdir. O, dərhal Oğuz rayon icra hakimiyyətinə, polis şöbəsinə məlumat vermiş və Pərvini Salehin avtomobili ilə Oğuz RPŞ-yə gətirmişlər. Pərvin Oğuz RPŞ-də baş vermiş hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə törənən vaxt məlumatı olmamışdır. Hadisədən sonra 14 sentyabr tarixində Pərvin onu zəng edərək yanına çağırmışdır. Bundan sonra hadisə barədə ona məlumat vermişdir. O da onu icra nümayəndəliyinə aparmışdır. Pərvin ona demişdir ki, Toğrul onu meşəyə çağırmışdır. Sonra aralarında mübahisə yaranmışdır. Bu vaxt Toğrul kolluqdan tüfəngi götürüb onun üstünə gəlmişdir. Pərvin tüfəngi Toğrulun əlindən almaq istəmişdir. Elə bu vaxt atəş açılıb və güllə Toğrula dəymişdir. Pərvin ona Toğrulu tüfəngin qundağı ilə vurması barədə heç nə deməmişdir. Pərvin ona hadisənin baş vermə səbəbi barədə heç bir məlumat verməmişdir. Hadisənin baş vermə səbəbini Pərvindən soruşmamışdır. Mərhum Toğrulla münasibəti normal olmuşdur. Toğrulun son vaxtlardakı vəziyyəti barədə məlumatı olmamışdır. Pərvinlə Toğrulun münasibəti həmişə yaxşı olmuşdur. Əvvəllər Pərvin və Toğrul cinayət məsuliyyətinə cəlb olunmuşdurlar. Pərvin və Toğrulun əvvəllər hansı səbəbə görə cinayət məsuliyyətinə cəlb olunduqlarını bilmir. Əgər səhv etmirsə, narkotik üstündə tutulmuşdurlar. Elan edilən ifadəsində göstərilənləri təsdiq etmişdir. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığından, sonuncunun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, o, Oğuz rayonu, Mollalı kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs onun qardaşı oğludur. X20 isə həmkəndlisidir. X44 münasibətləri həmkəndli kimi yaxşı olmuşdur. X21rdaşı oğlu Elvinin uşaqlarının kirvəsidir. Pərvin və Toğrul narkotik vasitə istifadə etiklərinə görə Oğuz rayon məhkəməsinin qərarı ilə Pərvin 2 il 6 ay, Toğrul isə 2 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər və bu cəza ilə əlaqədar onların ayağına elektron nəzarət vasitəsi bağlanılmışdır. Həmin hadisədən sonra o, Pərvinə Toğruldan uzaq gəzməsini tapşırmışdır. Lakin o, çox vaxt Toğrulla Pərvini bir yerdə görmüşdür. O, Toğrulla Pərvinin arasında dava-dalaş, söz-söhbət, ədavət, düşmənçilik olmasını görməmişdir. Həmçinin Toğrulun son vaxtlar özündə olmadığını, kənd sakinləri ilə dalaşdığını, hədə-qorxu gəldiyini eşitmişdir. xx.xx.2023-cü il tarixdə səhər tezdən qardaşı oğlu Elvin onun mobil telefonuna zəng edərək onlara gəlməyini istəmişdir. O, dərhal Elvingilin evinə getmişdir. Pərvin ona xx.xx.2023-cü il tarixdə X28 kəndində meşəlik ərazidə aralarında mübahisə yarandığını, Toğrulu odlu silahla (ov tüfəngi) atəş açaraq vurduğunu, daha sonra tüfəngin qundağı ilə də bir dəfə Toğrulun başına zərbə vuraraq öldürdüyünü və həmin yerdə basdırdığını demişdir. Həmçinin Pərvin polisə gedərək təslim olmaq istədiyini bildirmişdir. O, Sincan kənd icra nümayəndəsi Şahid6 zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra o, Pərvinlə birlikdə Sincan kəndinə Şahid6 yanına getmişdir. Pərvin baş vermiş hadisəni Azərə də danışmışdır. Daha sonra o, Pərvin və Azər Oğuz RPŞ-yə gəlmişlər, Pərvin hadisə barədə polisə məlumat vermişdir. Şahid5 sonra ifadəsində Pərvin ona həmin silahın hadisə baş verən yerə Toğrul Kərimov tərəfindən aparıldığını, orada Toğrul həmin silahı Pərvinə tüşlayaraq onu təhqir etməsini, həmin vaxt Pərvin cəld tərpənərək Toğrulun əlindən silahı alaraq Toğrulun qarın nahiyyəsinə ataş açdığını, daha sonra tüfəngin lülə hissəsindən tutaraq qundaq hissəsi ilə Toğrulun başına zərbə vuraraq öldürdüyünü demişdir. O, həmin silahın kimə məxsus olduğunu bilmir. Pərvin Toğrulu basdırdığı quyunun sonuncu tərəfindən qazdığını ona demişdir. O, Toğrul Kərimovda silah olmasını eşitməmişdir. Həmçinin Mollalı kəndində 12 kalibirli qoşalülə ov tüfəngi olan şəxs tanımadığını, bu qeyd etdiklərindən başqa həmin hadisə ilə əlaqədar heç nə bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı mülki iddiaçının nümayəndəsi Nümayəndə bildirmişdir ki, təqsirləndirilən şəxsi probasiya işləri ilə bağlı tanımışdır. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs tərəflərindən cəza çəkdiyi müddət ərzində daşımalı olduğu “attenti” elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Bununla bağlı Ədliyyə Nazirliyinə 2277,40 manat ziyan dəymişdir. Maliyyə arayışından məlum olmuşdur ki, həmin elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manatdır. Mülki iddianı müdafiə edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri 15 saylı RMTM-nin Xaçmaz meşəbəyiliyinin 11 saylı meşə dolayının 95-ci kvartalıdır. Təqsirləndirilən şəxs Mollalı kəndinin yuxarı hissəsində yerləşən meşəlik əraziyə girməmiş Toğrul Kərimovla xx.xx.2023-cü il tarixdə meşənin yaxınlığında açıqlıq sahədə görüşdükləri yeri göstərmişdir. Daha sonra meşəyə gedən yolu göstərərək Toğrul Kərimovun təklifi ilə həmin yol ilə meşənin içəri hissəsinə getdiklərini bildirmişdir. Meşəlik ərazidə gedən zaman Toğrul Kərimovun fındıq ağacının dibindən kolun içərisindən qoşalülə ov tüfəngini götürdüyü yeri, X48la getdiyi cığır yolu göstərək həmin istiqamətdə getdiklərini, təxminən 73 metr getdikən sonra həmin cığırın sol istiqamətində Toğrul Kərimovun istəyi ilə dayandıqları yeri göstərmişdir. Həmin yerdə torpaq səthi nəmişgən, palçıqlıqdır. Həmin yerdə qoşalülə ov tüfənginin çaxmaq hissəsi aşkar edilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin yerdə həmkədlisi Toğrul Kərimovu öldürdükdən sonra basdırdığı yeri göstərmişdir. Qoşalülə ov tüfənginin çaxmaq hissəsi aşkar edildiyi yerdən Toğrul Kərimovun meyitinin aşkar edildiyi quyunun baş hissəsinə qədər məsafə 95 sm-dir. Həmin yerdə torpaq qatı təxminən 15 sm qazıldıqda Toğrul Kərimovun meyiti aşkarlanmışdır. Həmin quyunun uzunluğu 2 metr, eni 80 sm, dərinliyi isə 60 sm-dir. Sonra Təqsirləndirilən şəxs həmkənlisi Toğrul Kərimovu qətlə yetirdiyi silahı hadisə yerindən təxminən 250 metr məsafədə açıqlıq sahədə su arxına atdığını demişdir. Həmin su arxına baxış zamanı 12 kalibrli 7508 nömrəli qoşalülüə ov tüfənginin hissələri (qundaq, silahın qəlibi, sağ çaxmaq, lülə, silahın lüləaltı yasdığı), onun içərisində 01 ədəd giliz aşkarlanmış və müvafiq qaydada qablaşdırılaraq götürüldür. Təqsirləndirilən şəxs daha X48un üzərindən “Redmi Note 8” markalı mobil telefonu və azadlığın məhdudlaşdırılması cəzasına görə bağlanmış elektron nəzarət vasitəsini meyiti basdırdığı yerin aşkar olunmaması üçün götürdüyünü, həmin mobil telefonu və elektron nəzarət vasitəsini hadisə yerindən təxminən 5 km məsafədə olan Mollalı kəndinin ərazisindən keçən “Türyançay” çayının körpüsündən həmin çaya atdığı yeri göstərmişdir. lakin həmin çay yatağına baxış zamanı Toğrul Kərimova məxus mobil telefon və elektron nəzarət vasitəsi aşkar edilməmişdir (cild 01, i.v. 10-18). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i/v 52). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, o, ifadəsi yerində yoxlanılarkən təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək X12 hansı qaydada öldürdüyünü və bundan sonra etdiyi hərəkətləri bildirmiş, cinayət baş vermə yerini, cinayəti törədəndən X48un meyitini bastırdığı yeri, cinayətin törədilməsində istifadə etdiyi aləti, yəni ov tüfəngini gizlətdiyi yeri göstərmişdir (cild 01, i.v. 65-71). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Meyitə baxış keçirilməsi haqqında” 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı X3 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli uzunqol köynək, bir ədəd boz rəngli qolu qısa köynək, bir ədəd qara rəngli cins şalvar üzərindəki bel kəməri ilə birlikdə, bir ədəd boz rəngli alt tumanı, bir cüt qara rəngli corab və bir cüt qara rəngli ayaqqabı, həmçinin onun dırnaq və tük nümunələri, eləcə də meyitin müayinəsi zamanı bədənin müxtəlif yerlərindən çıxarılmış tıxac (pıj) və karteç qurğuşunu müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 01, i.v. 19-25). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 97-98). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 06 nömrəli ekspert rəyində göstərilmişdir ki, X3 meyitində daxili qanaxma, qanaxmadan sonrakı şok, bağırsaqların, bağırsaqların müsariqəsinin, aşağı müsariqə arteriyasının və qalça arteriyasının, qarının sol ön divarından qarın boşluğuna nüfuz edən, çanağın sağ qalça nahiyyəsindən qalça sümüyünü dəlb keçən odlu silah (güllə) yaralanması kimi xəsarəti, qarın boşluğunda və sağ qalça nahiyyəsində yad çismlər plastik tıxac (pıj) və metal qəlpələr, başın sol təpəgicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, onurğanın döş şöbəsinin sıyrıqları kimi xəsarəti vardır. Daxili qanaxma, qanaxmadan sonrakı şok, bağırsaqların və bağırsaqların müsariqəsinin, aşağı müsariqə arteriyasının və qalça arteriyasının, qarının sol ön divarından qarın boşluğuna nüfuz edən, çanağın sağ qalça nahiyyəsindən qalça sümüyünü dəlb çıxann yaraları içərisi metal güllə ilə doldurulmuş odlu silahdan açılan atəşin təsiri nəticəsində, başın sol təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası küt alətin(əşyaların) təsirindən onun ölümündən qısa müddət əvvəl qərarda göstərilən tarixdə yəni 11 sentyabr 2023-cü ildə törənə bilərlər və hər iki xəsarətlər həyatidir. Onurğanın döş şöbəsinin sıyrıqları həyati deyillər, həmin xəsarətlər (sıyrıqlar) küt alətin (əşyaların-kol və ağac budaqlarının) təsirindən onun ölümündən sonra törənməsinə uyğun gəlir. Qeyd olunan həyati xəsarətlər ümumilikdə ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Bədən xəsarətlərinin ayrı-ayrılıqda ağırlıq dərəcəsinə görə daxili qanaxma, qanaxmadan sonrakı şok, bağırsaqların və bağırsaq müsariqəsinin, aşağı müsariqə arteriyasının və qalça arteriyasının, qarının sol ön divarından qarın boşluğuna nüfuz edən, çanağın sağ qalça nahiyyəsindən qalça sümüyünü dəlb çıxan yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə, başın sol təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. X3 meyitində aşkar edilmiş xəsarətlərdən daxili qanaxma, qanaxmadan sonrakı şok, bağırsaqların və bağırsaq müsariqəsinin, aşağı müsariqə arteriyasının və qalça arteriyasının, qarının sol ön divarından qarın boşluğuna nüfuz edən, çanağın sağ qalça nahiyyəsindən qalça sümüyünü dəlb çıxan yaraları odlu silahdan açılan atəşin təsiri nəticəsində törənmişdir. X3 meyitində aşkar edilmiş xəsarətlər-daxili qanaxma, qanaxmadan sonrakı şok, bağırsaqların və bağırsaq müsariqəsinin, aşağı müsariqə arteriyasının və qalça arteriyasının, qarının sol ön divarından qarın boşluğuna nüfuz edən, çanağın sağ qalça nahiyəsindən qalça sümüyünü dəlb çıxan yaraları odlu silah yaralanması içərisi metal güllə ilə doldurlumuş odlu silahdan açılan atəşin təsirindən törənməsinə uyğun gəlir. X3 meyitində aşkar edilmiş xəsarətlər-daxili qanaxma, qanaxmadan sonrakı şok, bağırsaqların və bağırsaq müsariqəsinin, aşağı müsariqə arteriyasının və qalça arteriyasının, qarının sol ön divarından qarın boşluğuna nüfuz edən, çanağın sağ qalça nahiyyəsindən qalça sümüyünü dəlb çıxan yaraları odlu silahdan açılan bir atəşin təsiri nəticəsibdə törənmişdir. X3 meyitində aşkar edilmiş odlu silah yaralanması xarakter xüsusiyyətlərinə və morfoloji əlamətlərinə görə atəş yaxın məsafədən açımasına uyğun gəlir. Atəş zamanı güllənin giriş dəliyi qarının ön sol divarında, çıxış dəliyi yəni qəlpənin birinin çıxış dəliyi isə çanağın sağ arxa qalça və bir qədər omaya yaxın hissəsində yerləşmişdir. X3 meyitində aşkar edilmiş xəsarətlər yerləşmə nahiyələrinə, formasına və digər morfoloji xüsusiyyətlərinə görə özü-özünə yetirməsi inkar olunur. Ekspertizaya bir neçə parçalara bölünmüş və yararsız vəziyyətində 12 kalibirli ov odlu silahı təqdim edilmişdir. Təqdim edilən həmin odlu silah bütov, tamlığı pozulmadan və atəşə yararlı vəziyyətində olduğu halda xəsarətlər həmin kalibirli silahdan törənə bilər. X3 meyitində aşkar edilmiş odlu silahdan törənən xəsarətlərdə atəşin istiqaməti soldan sağa, yuxarıdan bir qədər aşağıya və öndən bir qədər arxaya olmuşdur. Atəşin istiqamətinə, yerləşmə nahiyyələrinə, formasına və digər morfoloji əlamətlərinə görə onun həmin xəsarətləri ayaq üstə olduğu zaman törənməsinə uyğun gəlir. Başın sol təpə-gicgah nahiyyəsindəki xəsarət ona ayaq üstə, oturmuş və ya yarı oturmuş vəziyyətində yetirilə bilər. X3 meyitində aşkar edilmiş odlu silahdan törənən xəsarətlərdə atəşin istiqaməti (yara kanalına görə) soldan sağa, yuxarıdan bir qədər aşağıya və öndən bir qədər arxaya olmuşdur. Yara kanalının istiqaməti boyunca bağırsaqlar, bağırsaq müsariqəsi, aşağı müsariqə arteriyası, qalça arteriyası və çanağın sağ qalça sümüyünü dəlib çıxmışdır. X3 meyitində aşkar edilən xəsarətlər-daxili qanaxma, qanaxmadan sonrakı şok, bağırsaqların və bağırsaq müsariqəsinin, aşağı müsariqə arteriyasının və qalça arteriyasının, qarının sol ön divarından qarın boşluğuna nüfuz edən, çanağın sağ qalça nahiyəsindən qalça sümüyünü dəlb keçən yarası və başın sol təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası həyati olub onun ölümündən qısa müddət əvvəl qərarda göstərilən tarixdə və şəraitdə yəni 11 sentyabr 2023-cü ildə törənə bilərlər. Onurğanın döş şöbəsinin sıyrıqları həyati deyillər və həmin xəsarətlər onun ölümündən sonra törənməsinə uyğun gəlir. Onun ölümü qərarda göstərilən tarixdə və şəraitdə yəni 11 sentyabr 2023-cü ildə aldığı odlu silahdan açılan atəş nəticəsində törənən həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətlərindən qısa müddət sonra törənməsinə uyğun gəlir. X3 meyiti üzərində olan xəsarətlər ekspertizanın təyin edilməsi haqqında tərtib edilmiş qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə yəni 11 sentyabr 2023-cü ildə törənə bilər. X3 cinsiyyət orqanlarında o cümlədən arxa keçəcək(anus dəliyi) nahiyəsində hər hansı bir xəsarət o cümlədən arxa keçəcək vasitəsi ilə cinsi əlaqədə olunmaya dair xəsarət və əlamətlər aşkar edilmədi. Onun arxa keçəcək nahiyəsindən götürülmüş tamponun məhkəmə tibbi tədqiqi zamanı sperma aşkar edilməmişdir. X3 meyitinin götürülmüş qanda və sidikdə məhkəmə tibbi kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. X3 ölümünə səbəb bağırsaqların, bağırsaqların müsariqəsinin, aşağı müsariqə arteriyasının və qalça arteriyasının zədələnməsi nəticəsində baş verən kəsgin daxili qanaxma olmuşdur. Ölümü ilkin inkişaf etmiş meyit əlamətlərinin inkişaf səviyyəsinə və işə dair toplanmış məlumtlara əsasən o cümlədən qərarda göstərilən tarixdə yəni 11 sentyabr 2023-cü ildə baş verməsinə uyğun gəlir (cild 01, i.v. 219-225). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 73 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ diz oynağının ön səthinin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunan vaxtdan, yəni 14 sentyabr 2023-cü il tarixdən 2-3 (iki-üç) gün əvvəl törənə bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Təqsirləndirilən şəxs bədəni üzərində qeyd edilən xəsarət müxtəlif şəraitlərdə, o cümlədən kənar şəxs tərəfindən vurulan zaman ona ayaq üstə, oturmuş, yarı oturmuş və uzanmış vəziyyətdə yetirilə bilər (cild 01, i.v. 115-116). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 735/2023-MTBŞ nömrəli rəyindən görünür ki, X8 ABO sistemi üzrə qan qrupu – Balfa/İİİ/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu – B/İİİ/. Ekspertizaya təqdim olunan 01 ədəd pıj, 02 ədəd metal qırıntısı, T.Kərimova məxsus 02 ədəd köynək və dırnaq nümunələri üzərində insan qan ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız “B” antigeni alındı. Bu qan ləkələri – Balfa/İİİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X10 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, bir cüt ayaqqabı, dırnaq və tük numunələri, X10 məxsus bir cüt corab, trusik, gödəkcə, şalvar, bir cüt ayaqqabı və tük numunələri, 01 ədəd giliz və qoşalülə ov tüfənginin ayrılmış 5 hissəsi (qundaq, lüə, qundaq yatağı, çaxmaq və metal hissə) üzərində qana şübhəli ləkələr aşkar olunmadı (cild 02, i.v. 93-100). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 550-2023/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum X10 məxsus gödəkcənin ön səthinin sol yaxalığında bir ədəd; uzunqol köynəyin ön səthinin sol nahiyəsində bir ədəd və qısaqol köynəyin ön səthinin sol nahiyəsində bir ədəd aşkar edilmiş dəlib-keçən zədə patronu qurğuşun tərkibli mərmi (qırmalarla) doldurulmuş odlu silah zədələnməsinin giriş dəliyidir, atəşin əlavə faktorlarının təsir etdiyi məsafədən açılmış atəş nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş mərhum X10 məxsus tumanın bel kənarının sol nahiyəsində aşkar edilmiş cırılma zədəsi, tumanın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş mərhum X10 məxsus şalvar, corab və ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş X3 bədəninin qarının sol ön divarından qarın boşluğuna nüfuz edən dəlib keçən odlu silah (güllə) yaralanması, ona məxsus gödəkçə və iki ədəd köynəyin ön səthinin sol nahiyyəsində olan bir ədəd zədəsi ilə yerləşməsinə görə nisbi olaraq üst üstə düşürlər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək, şalvar və ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır (cild 02, i.v. 86-92). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 30 oktyabr 2023-cü il tarixli 3-16-16/2-3\1524, 3/1533, 3/1539 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 (bir) ədəd silah qundağının, 1 (bir) ədəd silah lüləsinin, 1 (bir) ədəd silah qəlibinin, 1 (bir) ədəd silah çaxmağının, 1 (bir) lüləaltı yastığının səthində papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. - Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd predmet zavod üsulu ilə Belçikada Herstal şəhərində, “Fabrique Nationale” zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 12 kalibrli, qəlibi 7508 №-li, xarici çaxmaqlı, qoşalüləli ov tüfəngin hissələridir. Üzərlərində istehsal ilinə dair hər - hansı nişan olmadığından onların istehsal ilini müəyyən etmək mümkün deyildir. “1” rəqəmi ilə işarələnmiş predmet silahın qundağıdır, “2” rəqəmi ilə işarələnmiş predmet həmin silahın qəlibidir (vurucu- buraxıcı mexanizm daxil olmaqla) üzərində atəş dilçəyi “şeptalo” adlanan detal mövcud deyil, “3 ” rəqəmi ilə işarələnmiş predmet silahın sağ çaxmağıdır, “4” rəqəmi ilə işarələnmiş predmet silahın lüləsidir, “5” rəqəmi ilə işarələnmiş predmet silahın lüləaltı yastığıdır, hissələrin üzərində onların təyinatını dəyişdirən hər – hansı əlavə və ya dəyişikliklər edilməmişdir. Silahının vurucu – buraxıcı mexanizminin funksional əhəmiyyət kəsb edən atəş dilçəyi “şeptalo” adlanan detalı, silahın sağ çaxmağın üzərində və sol çaxmağın ümumiyyətlə mövcud olmadığından, həmin hissələri bütöv şəkildə yığıldığı halda belə nasazdır, atəş açılması üçün yararsızıdır, həmçinin tətiyini çəkmədən ondan öz-özünə atəş açıb – açmamasını, tətiyinə hansı qüvvə ilə təsir etdikdə ondan atəş açıldığının, öldürücü-məhvetmə gücünün müəyyən edilməsi, eləcə də eyniləşdirmə tədqiqatı üçün eksperimental atılmış gilizlərin əldə edilməsi mümkün deyildir. Həmin modeldən olan, ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 12 kalibrli patronlardan istifadə etməklə 20- 30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və həmin məsafələrə uyğun olaraq hədəfdə (o cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə qüvvəsinə malik olurlar. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, patronun atəşlə ayrılmış hissəsidir – gilizidir, döyüş sursatı hesab edilmir, eyniləşmə tədqiqatı üçün yararlıdır. Təqdim edilmiş “Fabrique Nationale” zavodunda istehsal edilmiş 7508 №-li ov silahın hissələri bütöv şəkildə olmadığından, nasaz, atəş açılması üçün yararsız vəziyyətdə olduğundan, eyniləşdirmə tədqiqatı üçün eksperimental atılmış gilizlərin əldə edilməsi mümkün olmadığından, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd 12 kalibrli gilizin “Fabrique Nationale” zavodunda istehsal edilmiş 7508 №-li, ov silahından atılıb atılmamasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş 1 (bir) ədəd gilizin kalibri və təqdim edilmiş “Fabrique Nationale” zavodunda istehsal edilmiş 7508 №-li ov silahın kalibri 12-ci kalibr olmaqla eynilik təşkil edirlər. - Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd metal predmet müxtəlif kalibrli, yivsiz, odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış - güllənin hissələridir. Təyinatına uyğun olaraq, həmin karteçin digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 12 kalibrli patrondan, o cümlədən tədqiqata təqdim edilmiş 1 (bir) ədəd gilizdən istifadə olunmaqla təqdim edilmiş 12 kalibrli, “Fabrique Nationale” zavodunda istehsal edilmiş 7508 №-li qoşalüləli ov tüfəngindən də atəş açılması mümkündür, lakin güllə hissələrinin üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, predmetlərin hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün, onların təqdim edilmiş 1 (bir) ədəd 12 kalibrli gilizdən istifadə edilməklə, 12 kalibrli, “Fabrique Nationale” zavodunda istehsal edilmiş 7508 №-li qoşalüləli ov tüfəngindən, habelə başqa hansısa konkret bir silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd plastmas predmet 12 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir – tıxacdır (“konteyner” tipli). Təyinatlarına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə təqdim edilmiş 12 kalibrli gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla təqdim edilmiş 12 kalibrli, 12 kalibrli, “Fabrique Nationale” zavodunda istehsal edilmiş 7508 №-li qoşalüləli ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onun təqdim edilmiş 12 kalibrli, 12 kalibrli, “Fabrique Nationale” zavodunda istehsal edilmiş 7508 №-li qoşalüləli ov tüfəngindən, eləcə də başqa hər hansı konkret silahdan atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş silahın lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan sonuncu təmizlənmədən sonra atəş açılmışdır. Müvafiq elmi metodika olmadığından açılan atəş(lər)in vaxtını müəyyən etmək mümkün deyil. - Tədqiqata təqdim edilmiş X3 meyitinə baxış keçirilərkən onun əynində olmuş bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli uzunqol köynək, bir ədəd boz rəngli qolu qısa köynək, bir ədəd qara rəngli cins şalvar üzərindəki bel kəməri ilə birlikdə, bir ədəd boz rəngli alt tumanı, bir cüt qara rəngli corab və bir cüt qara rəngli ayaqqabı, həmçinin onun dırnaq, tük nümunələri və sağ və sol əlin əl-barmaq izləri, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli cins şalvar, bir ədəd yaşıl rəngli uzunqol köynək və bir cüt qara rəngli ayaqqabı, həmçinin onun dırnaq nümunələri və sağ və sol əlin əl-barmaq izləri, sağ və sol əllərindən götürülmüş (biləkdən barmaqların ucunadək) pambıqla sürtmə izləri, 01 ədəd “TOZ” markalı, 12 kalibirli, qoşalülə ov tüfənginin hissələri (qundaq, bala qundaq, çaxmaq, lülə), onun içərisindən çıxarılmış 01 ədəd giliz üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi (cild 02, i.v. 56-63). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə lifli materialların tədqiqi ekspertizasının 27 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 6/5183 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X10 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin novu və rəngi rəyin 1N-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X10 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri arasında X10 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş T.S.Kərimovun və Təqsirləndirilən şəxs sağ və sol əl barmaqlarının dırnaqlarından kəsilərək götürüldüyü qeyd edilən dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin bir-birlərinə məxsus geyim əşyalarının lif mikrohissəcikləri yoxdur (cild 02, i.v. 48-52). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 682 nömrəli rəyinin psixiatrik ekspertizaya aid hissəsindən görünür ki, hadisədən əvvəl və hadisə anında Təqsirləndirilən şəxs anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə anında hərəkətlərinin faktiki xarakterini dərk etmiş, özünü idarə etmiş və hadisəni faktiki qavramışdır. Hazırda Təqsirləndirilən şəxs heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi aşkar edilmir. Onda anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən olunmur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Habelə həmin rəyin psixoloji ekspertizaya aid hissəsindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt probleminin olması, başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur, bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (pxisoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur (cild 02, i.v. 81-85). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Oğuz rayonu, Mollalı kəndinin mərkəzində yerləşən marketdə quraşdırılmış videomüşahidə kamrelarının qeydə aldığı görüntülərə baxış keçirilməsi haqqıda 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:23:10-dan video müşahidə görüntüləri başlayır, CD-R diskində səslər qeydə alınmamışdır. Baxış keçirildikdə X13 10:26:08-də Oğuz rayonu, Mollalı kəndinin mərkəzində yerləşən marketə daxil olduğu, 10:26:35-də X8 və Təqsirləndirilən şəxs birgə həmin marketə daxil olduqları müşahidə edilir. Video görüntüdən Toğrul Kərimovun 01 ədəd “Bizon” markalı içki və siqaret paçqası aldığı, qardaşı Yaşar Kərimovun şirniyat alaraq birgə 10:27:25-də marketdən çıxdıqları və Təqsirləndirilən şəxs kontur alaraq 10:30:14-də marketdən çıxması müşahidə edilir. Baxış keçirilən CD-R diskdə “A06_**********2546” faylda xx.xx.2023-cü il tarixdə saat 10:25:47 dan video müşahidə görüntüləri başlayır, CD-R diskində səslər qeydə alınmamışdır. Baxış zamanı marketin qarşısında ağ rəngli, **-HA-*** dövlət qeydiyyat nişanlı, “Ford” markalı avtomobilin dayandığı müşahidə edilir. Baxış keçirildikdə X13 10:26:05-də marketə daxil olduğu, 10:26:25-də X8 və Təqsirləndirilən şəxs marketə daxil olduqları müşahidə olunur. 10:26:25-də X40 Kərimovun marketdən birgə çıxdığı, daha sonra Yaşar Kərimovun həmin yerdən uzaqlaşdığı, Toğrul Kərimovun isə aldığı “Bizon” markalı içkini içə-içə marketin sol küncünə getdiyi və əlindəki içkini yerə qoyduğu, siqaret yandırarq aşağı çökərək siqaret çəkdiyi müşhidə olunur. 10:30:15-də Təqsirləndirilən şəxs marketdən çıxaraq Toğrul Kərimov tərəfə getdiyi, aşağı çökərək Toğrul Kərimovla söhbət etdikləri, 10:35:30-da həmin yerdən duraraq təxminən 5 metr aralıda söhbələrini davam etdikləri və 10:59:32-də Təqsirləndirilən şəxs və Toğrul Kərimovun oradan uzaqlaşdıqları video müşahidə vasitəsi ilə qeydə alınmışdır (cild 01, i.v. 101-102). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokola əsasən mərhum Toğrul Kərimovun sağlığında istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət aralarığında telefon zənglərinə dair məlumatların əks olunması görünür. Baxış keçirdikdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə Toğrul Kərimovun istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2023-cü il tarixdən başlayaraq cəmi 32 dəfə müxtəlif müddətlərdə telefon danışıqlarının olması, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 13:42:56-da isə mərhum Toğrul Kərimovun istifadəsində olmuş ***-***-**-** nömrəli abonentdən Pərvin Məmədovun istifadəsində olmuş ***-***-**-** saylı nörməyə zəng edilərək aralarında 27 saniyə danışığın olması və qeyd olunan nömrələr arasında sms ismarıcların daxil olmadığı müəyyən olunmuşdur (cild 02, i.v. 79). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilməsinə dair xx.xx.2023-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və X10 məxsus ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə baxış zamanı xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixədək olan müddət ərzində sonuncunun Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif müddətlərdə telefon danışıqlarının olması və qeyd olunan nömrələr arasında sms ismarıcların daxil olmadığı müəyyən olunmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və X10 məxsus ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə baxış zamanı xx.xx.2023-cü il tarixdə həmin mobil nömrələr arasında danışıqların aparılması müəyyən edilməmişdir (cild 02, i.v. 77). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına cavab olaraq Oğuz RPŞ-dən xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs normal həyat tərzi keçirdiyi, ailə üzvləri və başqa şəxslərilə münasibətləri, eləcədə X20 ilə hadisədən əvvəl aralarında hər hansı bir narazılıq, dava-dalaş, ədavət düşmənçilik münasibətləri olmaması müəyyən olunmuşdur. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmkəndlisi X50 rayonu, Mollalı kəndinin yuxarı hissəsində yerləşən meşəlik ərazidə ov tüfəngindən atəş açaraq öldürməsi zamanı onların yanında heçkim olmamışdır. Həmçinin keçirilmiş əməliyyat təbdirləri nəticəsində Təqsirləndirilən şəxs atəş açdığı 12 kalibirli qoşalülə ov tüfəngini meşəlik əraziyə Toğrul Kərimov və ya Təqsirləndirilən şəxs tərəfindən aparılması müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs istifadə etdiyi 12 kalibirli, qoşalülə ov tüfəngini haradan, nə vaxt əldə etməsi, həmin tüfəngin əvvələr hansı məqsədlərlə istifadə etməsi və qeyd olunan ov tüfəngi kimə məxsus olması, kim tərfindən əldə edilməsi ilə əlaqədar keçirilmiş əməliyyat-axtrış tədbirləri nəticəsində iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar əldə olunmamışdır. Əməliyyat-axtarış tədbirləri zamanı qeyd olunan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs köməklik edən, yəni cinayəti digər iştirakçıları ( təhrikçi, köməkçi, təşkilatçı və digər icraçı) müəyyən edilməmişdir. Cinayətdə istifadə olunan 12 kalibirli 7508 nömrəli qoşalüləli ov tüfəngi Oğuz RPŞ-də qeydiyyata alınmamış, qeydiyyatsız ov tüfəngi olmuşdur (cild 02, i.v. 80). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş İctimai Təhlükəsizlik idarəsinin xx.xx.2023-cü il tarixli 3-13-13/2-31551/2023 nömrəli məktubundan görünür ki, DİN-in mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş məlumat sistemində 12 kalibrli, 7508 nömrəli ov tüfəngi barədə məlumat yoxdur (cild 02, i.v. 76). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Oğuz RPŞ-dən daxil olmuş 3/3-101/2-983/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Oğuz RPŞ-nin İQ-da xx.xx.1992-ci il təvəllüdlü Oğuz rayonunun Mollalı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, xx.xx.1990-cı il təvəllüdlü Oğuz rayonunun Mollalı kəndində qeydiyyatda olmaqla yaşayan X20 barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılmış və xx.xx.2022-ci il tarixdə qeyd edilən cinayət işinin istintaqı tamamlanaraq yekun ittiham aktı ilə birlikdə Oğuz rayon Məhkəməsinə göndərilmişdir (cild 01, i.v. 168). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Oğuz rayon Mərkəzi xəstəxanasından daxil olmuş 18-1-64/2-778/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Oğuz rayonu, Mollalı kənd sakinləri Təqsirləndirilən şəxs və X6 RMX-nın Poliklinika şöbəsinin “narkoloji” kabinetində xx.xx.2022-ci il tarixdən “F12.2 Aslılıq sindromu” diaqnozu ilə qeydiyatdadırlar. Oğuz RMX-nın Poliklinika şöbəsinin “Rui-əsəb” kabinetində qeydiyyatda yoxdurlar, alkoqolizmə görə müraciət etməmişlər (cild 01, i.v. 156). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Oğuz RPŞ-dən daxil olmuş 3/3-101/2-10139/2023 nömrəli xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 330.2.1 və 32.2, 331.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, barəsində CM-in 66.3 və 70-ci maddəsi tətbiq edilərək 1 il sınaq müddəti müəyyən edilməklə əsas cəzası şərti hesab edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Oğuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 01, i.v. 204-209). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Oğuz RPŞ-dən daxil olmuş 3/3-101/2-10139/2023 nömrəli xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X6 rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddısi ilə təqsirli bilinərək 10 ay 15 gün müddətinə islah işləri cəzasına cəzasına məhkum edilmişdir. X4 Oğuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 01, i.v. 204-209). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Oğuz rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 95-p nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Oğuz rayon Məhkməsinin 11 oktyabr 2022-ci ltarixli 1(054)-7/2018 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxslər Oğuz rayonu, Mollalı kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və eyni hökümlə Oğuz rayonu, Mollalı kəndində yaşayan X20 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixə çəkilməmiş cəzası 1 il 8 ay 14 gün, X8 11 sentyabr 2023-cü il tarixə çəkilməmiş cəzası 1 il 1 ay 17 gün təşkil edir (cild 01, i.v. 218). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Oğuz rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (anası, qardaşı, qardaşı arvadı, qardaşı qızı, arvadı, xx.xx.2016-cı il təvəllüdlü oğlu X27 və xx.xx.2020-ci il təvəllüdlü oğlu X22 ilə) birlikdə həqiqətən Mollalı kəndində yaşayır və onun barəsində vətəndaşlar tərəfindən nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Oğuz rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışlarından və xasiyyətnamədən görünür ki, X20 vəfat edənədək Oğuz rayonu, Mollalı kəndində yaşamış və Mollalı kəndində yaşadığı müddətdə onun barəsində nümayəndəliyə kənd sakinləri tərəfindən şifahi şikayət daxil olmuş və həmin vətəndaşlar dərhal Oğuz rayon polis şöbəsinə yönləndirilmişlər (cild 01, i.v. 169-175). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 120.2.2, 120.2.4, 123.1 və 228.1-ci maddələri ilə cinayət təqibinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmişdir (Cild 01, i/v 109-135). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin müdafiəçisi sübutlara dair öz etirazını bildirməsə də, müdafiə tərəfi Təqsirləndirilən şəxs etdiyi hərəkətləri şok (affekt) vəziyyətində olduğunu bildirərək məhkəmə istintaqında mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində tüfəngi Toğrula tərəf çevirməsi, Toğrul isə ayağa qalxıb tüfəngin lüləsindən tutub dartanda silahın əlində açılması, əli tətikdə olması, onun silahın açıla biləcəyini bilməməsi, Toğrulu öldürmək niyyəti olmaması, onu qorxutmaq istəməsi və Toğrul silahı ondan almaq istəyəndə silahın açılması barədə göstərdiyi Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı cinayət işində hadisənin bir başa iştirakçısı və şahidləri mərhum X20 və Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs iş üzrə verdiyi ifadələrinə gəldikdə isə kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsi qiymətləndirilərkən ona üstünlük vermək və ya etinatsız yanaşmaq olmaz və belə yanaşma obyektiv həqiqətin müəyyən edilməsinə mane ola bilər. Habelə məhkəmə kollegiyası nəzərə alır ki, Təqsirləndirilən şəxs işin gedişatı ilə bilavəsitə maraqlı olan şəxsdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, o, Toğrulun tüfəngin qoşa çaxmağına baxmasını gördükdə, tüfəngin lüləsindən tutub çəkməyə başlamış və onun qarnına təpik vurmuşdur. Bu zaman Toğrul səndələyən kimi, yıxılan kimi olmuşdur. Silahı Toğrula tərəf tuşlamışdır. O, silahı ona tərəf çevirmişdir ki, sakit dursun. Habelə Təqsirləndirilən şəxs məhkəmə istintaqında dindirilərkən göstərmişdir ki, tüfəngi Toğrula tərəf çevirmiş, o isə ayağa qalxıb tüfəngin lüləsindən tutub dartanda silah əlində açılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Toğrul silahı ondan almaq istəyəndə silahın açıldığını bildirmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək belə qənaətə gəlir ki, Toğrul Kərimovun əlində olmuş qoşalüləli ov tüfəngini onun əlindən alaraq, onun qarın nahiyyəsinə təpik vurub yerə yıxdıqdan sonra, sonuncunun ayağa qalxdığını görüb onun qarın nahiyyəsinə atəş açmış, atəş açılma nəticəsində Toğrul Kərimov yerə yıxılmış, Təqsirləndirilən şəxs kriminal əməlini davam etdirərək həmin silahın lülə hissəsindən hər iki əli ilə tutaraq silahın qundaq hissəsi ilə Toğrul Kərimovun baş nahiyyəsinə bir dəfə zərbə endirmiş və Toğrul Kərimovu şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə qəsdən öldürmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs öz hərəkətlərinin ictimai təhlükəliliyini, həmin hərəkətlərinin ictimai təhlükəli nəticələr doğuracağını dərk etmiş, həmin hərəkəti törətməyi və hərəkətin doğuracağı ictimai təhlükəli nəticəni arzu etmiş, həmçinin həmin hərəkəti etməyə qətiyyət yaradan, hərəkətində maddiləşmiş və dərk etmiş olduğu marağına və məqsədinə doğru istiqamətlənmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs hadisədən dərhal sonrakı hərəkətləri onun öz hərəkətlərinə və onların nəticəsində baş verən zərərli nəticələrə münasibətini əks etdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs arzu etdiyi kriminal nəticəni öz idrakında dəqiq təsvir etmiş və əldə etdikdən sonra təkcə cinayəti törədərkən istifadə etdiyi predmeti deyil, X32a məxsus mobil telefon və onun ayağında olan elektron nəzarət vasitəsini tam dərk edərək götürmüş və məhv edərək cinayət əməli ilə baş vermiş kriminal nəticəni gizlətməyə çalışmışdır. xx.xx.2023-cü il tarixli 682 nömrəli rəyin məhkəmə psixoloji ekspertizaya aid hissəsindən görünür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt probleminin olması, başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur, bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (pxisoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Həmçinin həmin rəyin məhkəmə psixiatrik ekspertizaya aid hissəsindən görünür ki, hadisədən əvvəl və hadisə anında Təqsirləndirilən şəxs anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə anında hərəkətlərinin faktiki xarakterini dərk etmiş, özünü idarə etmiş və hadisəni faktiki qavramışdır. Hazırda Təqsirləndirilən şəxs heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi aşkar edilmir. Onda anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən olunmur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Habelə cinayət işi materiallarına əlavə edilmiş 29 sentyabr 2023-cü il tarixli “Oğuz rayon Mərkəzi Xəstəxanası” PHŞ-in məktubdan görünür ki, Oğuz rayonu, Mollalı kənd sakinləri Təqsirləndirilən şəxs və X6 RMX-nın Poliklinika şöbəsinin “narkoloji” kabinetində xx.xx.2022-ci il tarixdən “F12.2 Aslılıq sindromu” diaqnozu ilə qeydiyatdadırlar. Oğuz RMX-nın Poliklinika şöbəsinin “Rui-əsəb” kabinetində qeydiyyatda yoxdurlar, alkoqolizmə görə müraciət etməmişlər. Göründüyü kimi təqsirləndirilən şəxs Pərvin Məmədov hadisə ilə bağlı göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən həmkəndlisi və tanışı olan xx.xx.1990-cı il təvəllüdlü X10 3000 (üç min) manat məbləğində borcunun olması ilə əlaqədar sonuncunun onu və ailə üzvlərini təhqir etməsi səbəbi ilə aralarında yaranmış narazılığa aydınlıq gətirilməsi məqsədi ilə Toğrul Kərimovun təklifi ilə xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində Oğuz rayonu, Mollalı kəndinin yuxarı hissəsində yerləşən meşəlik ərazidə sonuncu ilə görüşmüş, eyni məsələ ilə bağlı aralarında yaranmış mübahisə zamanı Toğrul Kərimovun onun və ailə üzvlərinin ünvanına nəlayiq söyüşlər söyməsi nəticəsində sonuncunu öldürmək qərarına gəlmiş və bu məqsədlə Toğrul Kərimovun əlində olmuş zavod üsulu ilə X15 şəhərində, “Fabrique Nationale” zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 12 kalibrli, qəlibi 7508 №-li, xarici çaxmaqlı, qoşalüləli ov tüfəngini onun əlindən alaraq, onun qarın nahiyyəsinə təpik vurub yerə yıxdıqdan sonra, sonuncunun ayağa qalxdığını görüb onun qarın nahiyyəsinin ön sol divarına bir dəfə atəş açmaqla daxili qanaxma, qanaxmadan sonrakı şok, bağırsaqların və bağırsaqların müsariqəsinin, aşağı müsariqə arteriyasının və qalça arteriyasının, qarının sol ön divarından qarın boşluğuna nüfuz edən, çanağın sağ qalça nahiyyəsindən qalça sümüyünü dəlb çıxann yaraları ilə müşayiət olunan ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, nəticədə Toğrul Kərimov yerə yıxılmış, daha sonra cinayət əməlini davam etdirərək həmin silahın lülə hissəsindən hər iki əli ilə tutaraq silahın qundaq hissəsi ilə sonuncunun baş nahiyyəsinə bir dəfə zərbə endirərək başın sol təpə-gicgah nahiyyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Toğrul Kərimovu şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, daha sonra isə törətdiyi cinayət əməlini gizlətmək məqsədi ilə Toğrul Kərimovun meyitini yaxınlıqdakı ərazidə torpaq səthi üzərində qazılmış quyuya atıb üzərini torpaqla basdırmışdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının (bundan sonra – Qərar) 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməli həqiqətən törədildiyindən Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməlidir və bu cinayətlərin törədilməsində məhz Təqsirləndirilən şəxs təqsirlidir. Belə ki, qeyd edilən cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri, ifadənin yerində yoxlanması və digər istintaq hərəkətlərinin protokolları, habelə işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddələrində nəzərdə tutulan cinayət əməli qəsdən törətmiş, törədilmiş cinayət əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması və cinayəti törətdikdən sonra könüllü olaraq təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir və nəzərə alır. İbtidai araşdırma belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları yoxdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 46-cı bəndinin sonuncu abzasında qeyd edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutları tədqiq edərək belə qənayətə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayətin odlu silahdan istifadə etməklə törətməsini onun əməlində cəzanı ağırlaşdıran haldır. Məhkəmə killegiyası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin odlu silahdan istifadə etməklə törətməsini müəyyən edir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində həmin Məcəllənin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, yalnız azadlıqdan məhrum etmə növündə cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində göstərilən cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü ilə təyin olunmuş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 08 ay 14 gün hissəsi 02 günə 01 gün hesablanmaqla, yəni 10 ay 07 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddiaya gəldidkə isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində göstərilən cinayətlərin törədilməsi sübuta yetirildiyindən və həmin cinayət əməli nəticəsində vurulmuş ziyanla bağlı mülki iddia verildiyindən mülki iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş mülki iddia təmin edilməli, yəni Təqsirləndirilən şəxs 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 qəpik məbləğində maddi ziyan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalıdır. Məhkəmənin mülki iddia ilə bağlı hissədə gəldiyi nəticə, həmçinin “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə də uyğundur. Belə ki, qeyd edilən qərarın 65-ci bəndində göstərilmişdir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPMin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Sözügedən qərarın 67-ci bəndində göstərilmişdir ki, Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə bir daha belə nəticəyə gəlir ki, X53 Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli hökü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş 24 noyabr 2022-ci il tarixdə Toğrul Kərimovun üzərinə cəza çəkdiyi müddət ərzində daşımalı olduğu “attenti” elektron nəzarət vasitəsi taxılmışdır. Nəzarət vasitəsi 01 ədəd mobil nəzarət qurğusu, 01 ədəd qolbaq 01 ədəd adapterdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən Toğrul Kərimovun üzərində olan Ədliyyə Nazirliyinə məxsus “attenti” elektron nəzarət vasitəsinin qolbağını çaya atmış və bununlada Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. Mülki iddia üzrə qeyd olunan hallar Ədliyyə Narziliyinin Maliyyə və Təminat İdarəsinin maliyyə arayışı və cinayət işi materialları ilə tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub və Oğuz rayon prokurorluğunda saxlanılan otağında saxlanılan bir ədəd giliz, X8 meyitinə baxış keçirilərkən onun əynində olmuş bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli uzunqol köynək, bir ədəd boz rəngli qolu qısa köynək, bir ədəd qara rəngli cins şalvar üzərindəki bel kəməri ilə birlikdə, bir ədəd boz rəngli alt tumanı, bir cüt qara rəngli corab və bir cüt qara rəngli ayaqqabı, həmçinin onun dırnaq, tük nümunələri və əl-barmaq izləri, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli cins şalvar, bir ədəd yaşıl rəngli uzunqol köynək və bir cüt qara rəngli ayaqqabı, həmçinin onun dırnaq, tük nümunələri və əl-barmaq izləri, sağ və sol əllərindən götürülmüş (biləkdən barmaqların ucunadək) pambıqla sürtmə izləri və X8 meyitinin müayinəsi zamanı bədənindən çıxarılmış tıxac (pıj) və karteç qurğuşunu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və 03 ədəd diskin iş materiallarında olması nəzərə alınmalıdır. Həmçinin cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi zavod üsulu ilə X15 şəhərində, “Fabrique Nationale” zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 12 kalibrli, qəlibi 7508 №-li, xarici çaxmaqlı, qoşalüləli ov tüfənginin hissələri (qundaq, silahın qəlibi, sağ çaxmaq, lülə, silahın lüləaltı yasdığı) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 538 (beş yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 538 (beş yüz otuz səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 08 ay 14 gün hissəsi 02 günə 01 gün hesablanmaqla 10 (on) ay 07 (yeddi) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (mülki iddiaçı) tərəfindən verilmiş mülki iddia təmin edilsin və 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, ümumilikdə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq (mülki iddiaçı) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilsin. İş üzrə maddi sübut olan və Oğuz rayon prokurorluğunda saxlanılan otağında saxlanılan bir ədəd giliz, X8 meyitinə baxış keçirilərkən onun əynində olmuş bir ədəd qara rəngli gödəkcə, bir ədəd qara rəngli uzunqol köynək, bir ədəd boz rəngli qolu qısa köynək, bir ədəd qara rəngli cins şalvar üzərindəki bel kəməri ilə birlikdə, bir ədəd boz rəngli alt tumanı, bir cüt qara rəngli corab və bir cüt qara rəngli ayaqqabı, həmçinin onun dırnaq, tük nümunələri və əl-barmaq izləri, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli cins şalvar, bir ədəd yaşıl rəngli uzunqol köynək və bir cüt qara rəngli ayaqqabı, həmçinin onun dırnaq, tük nümunələri və əl-barmaq izləri, sağ və sol əllərindən götürülmüş (biləkdən barmaqların ucunadək) pambıqla sürtmə izləri və X8 meyitinin müayinəsi zamanı bədənindən çıxarılmış tıxac (pıj) və karteç qurğuşunu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və 3 ədəd diskin iş materiallarında olması nəzərə alınsın. Habelə Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi zavod üsulu ilə X15 şəhərində, “Fabrique Nationale” zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 12 kalibrli, qəlibi 7508 №-li, xarici çaxmaqlı, qoşalüləli ov tüfənginin hissələri (qundaq, silahın qəlibi, sağ çaxmaq, lülə, silahın lüləaltı yasdığı) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə 538 (beş yüz otuz səkkiz) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar