Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-90/2025 27.05.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1989-cu il tarixdə Ağdaş rayonu, Ərəbocağı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Ağdaş Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 6 ay 11 günlük hissəsini çəkməmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağdaş rayonu, Ərəbocağı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, satış məqsədi ilə xeyli miqdarda psixotrop maddə əldə edərək saxlayıb daşımış, təkrarən satış məqsədilə narkotik vasitə hazırlayıb saxlamışdır. Belə ki, o, 2023-cü ilin dekabr ayında istintaqa məlum olmayan mənbədən və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 1,538 qram təşkil edən psixotrop maddə metamfetamin əldə edib daşıyaraq Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən yaşadığı evdə saxlamış, bundan başqa, təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hazırlamaq məqsədilə cinayətkar niyyətinə uyğun olaraq qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin mart ayının sonunda Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində torpağa əkmiş, həmin toxumlardan inkişaf etmiş 05 (beş) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, bundan sonra 2024-cü ilin iyun ayının ortalarında həmin bitkilərin yarpaqlarının bir hissəsini toplayaraq qurutmaqla qanunsuz olaraq təkrarən satış məqsədi ilə 2.54 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana hazırlayıb yaşadığı həmin evdə saxlamış, 22 iyul 2024-cü il tarixdə saat 12:03də Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan evin həyətyanı sahəsinə saat 12:03-dən saat 12:50-dək keçirilmiş baxış zamanı torpağa əkilmiş 05 ədəd, uzunluqları 72 sm-dən 124 sm-dək, təmiz çəkisi 435 qram olan yaş vəziyyətdə, əkilib-becərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüş, həmin tədbirlərin davamı kimi evin yataq otağına baxış keçirilən zaman masanın üzərindən 10 ədəd kağız bükümlərdə eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,35 qram, 0,26 qram, 0,25 qram, 0,26 qram, 0,21 qram, 0,25 qram, 0,29 qram, 0,19 qram, 0,28 qram, 0,20 qram olmaqla ümumi təmiz çəkisi 2,54 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həyətyanı sahəsindəki yardımçı tikiliyə baxış keçirən zaman həmin yerdə olan qış gödəkçəsinin sağ ön cibindən 01 (bir) ədəd kiçik ölçülü plastik qabın içərisindən 04 ədəd sellofan, 01 ədəd sellofana bükülmüş kağız və 01 ədəd kağıza bükülmüş sellofan bükümlərdə eyni tərkibli, ayrıayrılıqda təmiz çəkiləri 0,339 qram, 0,287 qram, 0,131 qram, 0,278 qram, 0,304 qram, 0,199 qram olmaqla ümumi təmiz çəkisi 1,538 qram təşkil edən xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələri ilə təqsirli bilərək göstərdi ki, onun evindən 5 dənə çətənə bitkisi, az miqdarda qurudulmuş marixuana və metamfetamin aşkar olunmuşdur. Üç dənə mesaja görə ona əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Əslində məsələ ondan ibarətdir ki, kəndlərində polis əməkdaşları qanunsuz olaraq 6 nəfəri tutaraq 12000 manat pul almışlar, o da kənd camaatı ilə birlikdə gedərək həmin pulu onlardan geri almış, bundan sonra polislər tutulan şəxsləri də buraxmışlar. Bu məsələyə görə polisin onunla ədavəti olmuş, polis müavini onu tutduracağını bildirmiş və həqiqətən də tutdurmuşdur. Telefonundan aşkar olunan mesajlara görə ona heç olmasa Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülə bilərdi, amma o, heç bir narkotik vasitəni və ya psixotrop maddənin təkrar satmadığı halda ona təkrar satışla bağlı ağır ittiham irəli sürülmüşdür. Satışla bağlı ittiham irəli sürüləndən sonra sənədləri imzalamaqdan imtina etmişdir. Evindən aşkar olunan çətənənin, psixotrop maddənin və qurudulmuş marixuananın ona məxsus olduğunu etiraf edir, amma o, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, onları öz istifadəsi üçün əldə etmişdir. Ona mesaj göndərən şəxslər nakotik vasitə istifadəçiləridir. Polis müavini ona “səni bir aya tutacayıq” dediyi üçün onun üzərində nəsə bir oyun qurulduğunu başa düşmüş, buna görə də ona mesaj yazan şəxslərin polisin adamı olub-olmadığını müəyyən etmək üçün yalandan onlara cavab mesajları yazaraq gəlmələrini istəmişdir. Həmin şəxslər gələndən sonra onların öz dostları olduğunu görmüş, işlətdiyi kafedə onlarla oturub pivə içmişdir. Narkotik vasitələri və psixotrop maddələri özünün istifadə etdiyi miqdara uyğun olaraq gözəyarı bükümlərə bölmüş, hər dəfə bir büküm olmaqla gündə 3-4 dəfə qurudulmuş marixuana, gündə bir dəfə isə 0,1 qram metamfetamin çəkmişdir. Əvvəllər idmanla məşğul olmuş, iki ildir ki, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Əvvəlcə metamfetamini, sonra isə marixunanı əldə etmişdir. Qurudulmuş marixuananı həyətində əkdiyi çətənə bitkilərindən əldə etmiş, metamfetamini isə tutulmamışdan təxminən 15 gün əvvəl əldə etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təsir və təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında bəzi ziddiyyətlər olduğundan həmin ifadə məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə verdiyi ifadəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələr və psixotrop maddələr qəbul edir. Ağdaş rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və hal-hazırda cəzasını çəkir. Təxminən bir il əvvəl Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən su kanalının kənarındakı kolluq sahədən 5 ədəd narkotik vasitə çətənə bitkisinin toxumunu tapmış və əkmək üçün özündə saxlamışdır. 2024-cü ilin mart ayının sonunda həmin 5 ədəd toxumu fərdi yaşayış evinin həyətyanı sahəsində əkmişdir. Həmin toxumlara aqrotexniki qaydada qulluq etmiş, diblərinə su, gübrə vermişdir. Daha sonra həmin toxumlardan çıxan çətənə bitkisi kollarına da aqrotexniki qaydada qulluq etmişdir. 5 ədəd çətənə bitkisi kollarını şəxsi istifadəsi üçün əkmişdir. 22 iyul 2024-cü il tarixdə saat təxminən 12:03 radələrində fərdi yaşayış evinin qarşısında olan zaman Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları yanına gəlmiş və onun yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkməkdə, həmçinin evində narkotik vasitələr və odlu silah saxlamaqda şübhəli olduğunu bildirərək Ağdaş rayon məhkəməsinin qərarı ilə fərdi yaşayış evinə və onun həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Polis əməkdaşları ilə razılaşmış və fərdi yaşayış evinin həyətyanı sahəsində çətənə kolları əkdiyini deyərək kolları təqdim edəcəyini bildirmişdir. Bundan sonra həyətyanı sahəsinə daxil olunmuş və o, çətənə kollarını təqdim etmişdir. Bundan sonra həmin bitkilərə aqronom tərəfindən baxış keçirilmiş və ilkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin speksifik qoxusundan da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları torpaqdan çıxarılmış, hər biri yerə qoyulmuş və 05 ədəd olması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları təhqiqatçı tərəfindən metrə ilə ölçülmüş və tərkibində narkotik maddələr olan bitkinin ən kiçiyinin uzunluğunun 72 sm və ən böyününün uzunluğunun 124 sm olması müəyyən edilmişdir. Daha sonra həmin bitki kolları 01 ədəd sintetik kisəyə qablaşdırılmış və üzəri möhürlənmişdir. Zərf özü və digər iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan sonra fərdi yaşayış evinin yataq otağına gəlinmiş və orada olan masanın üzərindən 1 ədəd kiçik sellofan paketin içərisindən 8 ədəd kağız bükümdə və həmin masanın üzərində 2 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin kağız bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, kağız zərfə qablaşdırılmış və üzəri möhürlənmişdir. Zərf özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra fərdi yaşayış evinin həyətyanı sahəsində sağ tərəfdə yerləşən yardımçı tikiliyə gəlinmiş və orada olan qış gödəkçəsinin sağ yan cibindən narkotik vasitə qəbul etmək üçün istifadə etdiyi 1 ədəd kağız parçası, həmin gödəkçənin sağ ön cibindən 1 ədəd kiçik ölçülü plastik qabın içərisindən 04 ədəd sellofan bükümdə, 1 ədəd sellofana bükülmüş kağız bükümdə və 01 ədəd kağıza bükülmüş sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Baş təhqiqatçı tərəfindən həmin bükümlər elektron tərəzidə çəkilmiş, ağ rəngli kağız zərfə qablaşdırılmış və üzəri Daxili İşlər Nazirliyinin “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Fərdi yaşayış evindən və onun həyətyanı sahəsindən odlu silah aşkar olunmamışdır. Daha sonra Ağdaş Rayon Polis Şöbəsinə aparılaraq şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxtı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd cib dəsmalı, sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və 8 ədəd 1 manatlıq pul əskinazını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Təqdim etdiyi “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən baş təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qablaşdırılmış və üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqdim etdiyi 8 ədəd 1 manatlıq pul əskinazları və 1 ədəd cib dəsmalı onun özünə qaytarılmışdır. Narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadə məqsədilə saxladığını, heç kimə satmadığını və satış məqsədinin olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış yekunlaşmış, özü və iştirak edən şəxslər protokolu imzalamışlar. Ağdaş rayonu Ərəbocağı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkdiyi 5 ədəd çətənə kolu, həmçinin 10 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və 6 ədəd bükümdə psixotrop maddə metamfetamin ona məxsusdur. O, çətənə kollarını 2024-cü ilin mart ayının sonunda həyətyanı sahəsində əkmiş və qulluq etmişdir. Həmin kolların yarpaqlarından qurudub şəxsi istifadəsi üçün fərdi yaşayış evində saxlamışdır. Psixotrop maddə metamfetamini də şəxsi istifadəsi üçün saxlamışdır. Metamfetamini 2023-cü ilin dekabr ayında Bakı şəhəri, Sabunçu rayonu ərazisində yolda piyada hərəkət edən zaman zibilliyin kənarında 1 ədəd sellofan bükümdə tapmışdır. Həmin bükümü özü ilə götürüb fərdi yaşayış evinə gətirib ayrıca bükümlərə bükmüşdür. Həmin bükümlərin üzərindən bir qədər istifadə etmişdir. Onun əkdiyi çətənə kollarını, qurudulmuş marixuananı və metamfetamini satmaq niyyəti olmamışdır. Evindən aşkar olunmuş qurudulmuş marixuananın üzərindən müəyyən qədər götürüb istifadə etmişdir. Ona qarşı heç bir fiziki güc və ya psixoloji təsir tətbiq edilməmişdir. Çətənə kollarının yarpaqlarını 2024-cü ilin iyun ayının ortalarında yığıb fərdi yaşayış evinin həyətyanı sahəsində əl arabasının içərisinə yığıb qurutmuşdur. O, az miqdarda narkotik vasitə və qurudulmuş marixuana qəbul etmişdir. Buna görə də evindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini istifadə etdiyi miqdara uyğun olaraq kiçik bükümlərə büküb saxlamışdır. Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə verdiyi ifadəsində eyni məzmunlu ifadə vermiş, eyni zamanda əvvəllər heç kimə narkotik vasitə və psixotrop maddə satmadığını bildirmiş, ona məxsus mobil telefona baxış keçirən zaman “WhatsApp” ani mesajlaşma proqramında adı “X11” kimi qeyd olunmuş ***-***-**-** mobil nömrə sahibi ilə, adı “Nagi Teze” qeyd olunmuş ***-***-**- ** mobil nömrə sahibi ilə, adı “Abubekir” olaraq qeyd olunmuş ***-***-**-** mobil nömrə sahibi ilə, ***-***-**-** mobil nömrə sahibi ilə, +994 10 *** ** ** saylı mobil nömrə sahibi ilə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı yazışmalarının aşkar olunması barədə suala cavab verməkdən imtina etmişdir (cild 1, iş vərəqə 82-88, 173-175). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, Ağdaş Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş rayonu, Ərəbocağı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. 22 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi, həmçinin yaşadığı ünvanda odlu silah və narkotik vasitələr saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə Ağdaş Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmişdir. 22 iyul 2024-cü il tarixdə saat 12:00-13:00 radələrində Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ərəbocağı kəndi ərazisində yerləşən evinin qarşısına gəlmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs evinin qarşısında olmuşdur. Baş təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi, həmçinin yaşadığı ünvanda odlu silah və narkotik vasitələr saxlayıb-saxlamamasını soruşmuşdur. Təqsirləndirilən şəxs da evinin həyətində çətənə bitkisi əkdiyini deyərək həmin bitkiləri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə onun evinin həyətinə daxil olmuşlar və onun göstərdiyi istiqamət üzrə gedərək çətənə bitkisinə bənzər kolların əkildiyi yerə çatmışlar. Həmin yerdə ümumilikdə 5 ədəd çətənə bitkisi aşkar etmişlər. Bundan sonra aqronom həmin bitkilərə baxış keçirərək həmin bitkilərin çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq olunduğunu, diblərinin yumşaldıldığını və sulandığını bildirmişdir. Bundan sonra həmin 5 ədəd bitki kolları torpaqdan çıxarılmış, onların uzunluğu ölçüldükdə bitkinin ən kiçiyinin uzunluğunun 72 sm, ən böyününün uzunluğunun isə 124 sm olması müəyyən edilmişdir. Daha sonra həmin bitki kolları 01 ədəd sintetik kisəyə qablaşdırılmış və kisənin üzəri Daxili İşlər Nazirliyinin “№ 111” möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamaması soruşulmuş, sonuncu da evində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsla birlikdə onun evinin yataq otağına daxil olmuşlar və orada masanın üzərində sellofan paketin içərisindən 08 ədəd kağız büküm və masanın üzərində kənarda 02 ədəd kağız büküm aşkar etmişlər. Həmin bükümlər açılaraq baxış keçirildikdə onların içərilərində yaşıl rəngli spesifik iyə malik olan qurudulmuş bitki kütlələrinin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitki kütləsinin marixuana olduğunu bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra bir ədəd kağız zərfə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Bundan sonra həyətə baxış keçirilməsi davam etdirilmiş, evin həyətində sağ tərəfdə olan yardımçı tikilidə köhnə qış gödəkçəsinin sağ ön cibindən kiçik ölçülü plastik qabın içərisindən ümumilikdə 6 ədəd büküm və həmin gödəkçənin sağ yan cibindən narkotik vasitə qəbul etmək üçün istifadə edilən kağız parçası aşkar edilmişdir. Həmin bükümlər açılaraq baxış keçirilmiş və içərilərində şəffaf rəngli kristal halında psixotrop maddəyə bənzər kütlələrin olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Ağdaş Rayon Polis Şöbəsinə aparılaraq şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin olunmuşdur. X9 Sadıqovun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd cib dəsmalını, sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu və 8 ədəd 1 manatlıq pul əskinazı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, onun üzərindən başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd cib dəsmalı və 8 ədəd 1 manatlıq pul əskinazları iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış yekunlaşmış, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Onlara daxil olmuş ilkin məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmasa da, sonradan onun narkotik vasitələrin satışı ilə məşğul olması təsdiq olunmuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş Rayon Polis X10 Xidməti Bölüyünün polis nəfəri Şahid5 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o müharibə iştirakçısıdır, Təqsirləndirilən şəxs da onun yanına gəmiş, əziyyətini çəkmişdir. Müharibəyə getməmişdən bir gün əvvəl Təqsirləndirilən şəxs Füzuli rayonun Alxanlı kəndində əsgərlərə lazım olan bəzi ərzaqları, əşyaları avtomobillə onlara təhvil verərkən onunla tanışlığı yaranmış, həm də onlar Şəmkir rayonunda “Özgürinşaat” şirkətində bir yerdə işləmişlər. O, kiçik ticarətlə məşğul olduğuna görə Təqsirləndirilən şəxs qarpız alıb satmışdır. Qarpıza “hoqqa” dedikləri üçün Samirə mesaj yazaraq “hoqqa var?” deyə soruşmuş, Samir də olmadığını bildirmişdir. Həmin mesaja görə onu çağırıb izahat almışlar. Samirlə öz aralarında olan bir məsələyə görə qarpıza “qarpız” yox “hoqqa” demişlər. Müharibə vaxtı Kəlbəcər rayonunda siqaret tapmadıqlarına görə narkotik vasitə olan marixuananı qurudub istifadə etmiş, onun aludəçisinə çevrilmiş, müharibədən qayıtdıqdan sonra bununla bağlı tutulmuş və cəzasını çəkib qurtarmışdır. Hal-hazırda narkotik vasitələrdən istifadə etmir. Müharibədən gələndən sonra istifadə etdiyi narkotik vasitə Kəlbəcərdən özü ilə gətirdiyi narkotik vasitə olmuşdur. Belə ki, o, Kəlbəcər rayonunda meşədə yabanı halda bitən 27 dənə çətənə kolu tapmış, onu siqaret əvəzi qurudub çəkməyin mümkün olduğunu öyrənərək onları qurudub çəkmişdir. O, heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə almamış, sonuncunun narkotik vasitə istifadəçi olubolmadığını bilməmiş, bu barədə aralarında heç vaxt söhbət olmamışdır. O, hazırda da qarpız alıb satmaqla məşğul olur. Təqsirləndirilən şəxs yaşadığı Ərəbocağı kəndi qarpız əkini ilə məşğuldur və orada qarpız ucuz olur. O, əvvəllər də Samirdən qarpız aldığı üçün qarpızın qiymətini bilmiş, buna görə də mesajda qarpızın qiyməti ilə bağlı heç nə soruşmamışdır. O, Təqsirləndirilən şəxs cəmi 3 dəfə olmaqla hər dəfə 1 ton və ya 1,5 ton qarpız almışdır. Həmin çəkidə qarpızı “Vaz 21015” markalı və atasına məxsus “Vaz 21099 ” markalı avtomobillərlə gətirmişdir. Həmin çəkidə qarpızı avtomobilin baqajına və üstünə yığaraq yerləşdirə bilmişdir. Təqsirləndirilən şəxs aldığı qarpızı Ağdaş rayonunun Ləki qəsəbəsində yaşadığı evin qarşısında işlətdiyi balaca dükanda satmışdır. Təqsirləndirilən şəxs 1 ton qarpızı təxminən 100-150 manata almışdır. Qarpızın kiloqramı bəzən 15 qəpik, bəzən 20 qəpik, bəzən isə 25 qəpik olmuşdur. Qarpızı kiloqramla və tonla aldığı halda nəyə görə Təqsirləndirilən şəxs yazdığı mesajda "...qaqa hoqa var varsa dənəylə pul vurub gəlim...” yazaraq hoqqanı dənə ilə istəməsinin səbəbini izah edə bilmir. Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etmiş və buna görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hal-hazırda ayağında elektron qolbaq daşıyır. Təqsirləndirilən şəxs ilə 2021-ci ildən Şəmkir şəhərində tikinti şirkətində bir yerdə işləmişdir. Həmin vaxtdan Təqsirləndirilən şəxsla ünsiyyəti yaranmışdır. Təqsirləndirilən şəxsla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onun Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması ilə bağlı məlumatı olmuşdur. İkinci Qarabağ müharibəsində iştirak edən zaman travma aldığından bədənində ağrılar olmuşdur. Buna görə də narkotik vasitə qəbul etmişdir ki, ağrıları kəsilsin. Təqsirləndirilən şəxs bir-iki dəfə narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Təqsirləndirilən şəxs da ona kiçik bükümlərdə narkotik vasitə qurudulmuş marixuana vermişdir. Belə ki, Təqsirləndirilən şəxs ona həmin narkotik vasitəni əlbəəl verməmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri Ağdaş şəhəri ərazisində müəyyən yerlərə qoymuş, o da həmin yerdən narkotik vasitəni götürmüşdür. Təqsirləndirilən şəxs onunla yaxın ünsiyyəti olduğu üçün pul almamışdır. 16 iyul 2024-cü il tarixdə bədəninə ağrılar olduğu üçün narkotik vasitə qurudulmuş marixuana almaq üçün Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədə olan “WhatsApp” ani mesajlaşma proqramında “Qaqa salam budasan, səhər görüşə bilərik bro? Qaqa imkan olsa məni yığda qaqa hoqa var varsa dənəylə pul vurub gəlim hə yox yaz qaa” məzmunlu mesaj yazmışdır. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs ona “WhatsApp” ani mesajlaşma proqramında səsli zəng edərək narkotik vasitə qurudulmuş marixuanasının olmadığını bildirmiş və sağollaşaraq mobil telefonunu söndürmüşdür (cild 1, iş vərəqə 124- 127). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Ağdaş rayonunda şirkət vasitəsilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxsla tanışlığı belə yaranmışdır ki, sonuncu taksi sifarişi vermiş, o da sifarişi qəbul edərək Təqsirləndirilən şəxs Ağdaş şəhərinə aparmışdır. Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsini götürərək şirkətə ehtiyac olmadığını, taksi lazım olanda birbaşa onun şəxsi nömrəsinə zəng edəcəyini bildirmişdir. Bir dəfə Samiri taksi ilə aparanda sonuncu ondan otdan, yəni narkotik vasitə qurudulmuş marixuanadan istifadə edib-etmədiyini soruşmuş, o da arabir istifadə etdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə çıxardaraq birlikdə çəkməyi təklif etmiş və onlar maşını saxlayaraq yolun qırağında birlikdə həmin narkotik vasitəni çəkmişlər. Bundan sonra o, “WhatsApp” proqramında bir neçə dəfə Təqsirləndirilən şəxs yazaraq ot, yəni marixuana istəmişdir. Belə ki, bir dəfə narkotik vasitə istəyən zaman Samir narkotik vasitə olmadığını bildirmişdir. Bir neçə gün sonra yenidən Samirə yazaraq narkotik vasitə istədikdə, sonuncu narkotik vasitə olduğunu deyərək gəlməsini bildirmişdir. Amma o, narkotik vasitəni götürmək üçün gedəndə Təqsirləndirilən şəxs narkotik vasitə olmadığını, onu yoxlamaq üçün yalandan narkotik vasitə olduğunu dediyini bildirmiş və ona heç nə verməmişdir. O, heç vaxt Təqsirləndirilən şəxs metamfetamin istəməmişdir. Təqsirləndirilən şəxs “das var” məzmunlu mesaj yazmasının, sonuncunun həmin mesaja “belə yazmada qaqa” cavabını yazmasının səbəbini, eyni zamanda “daş” deyəndə nəyi nəzərdə tutduğunu bilmir. Təqsirləndirilən şəxs yol qırağında birlikdə istifadə etdikləri narkotik vasitədən başqa ona narkotik vasitə verməmiş və satmamışdır. O, narkotik vasitəyə görə Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul ödəməmişdir. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında bəzi ziddiyyətli məqamlar olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2024cü ilin əvvəllərindən Mingəçevir şəhərində yerləşən “0222” taksi şirkəti ilə aralarında olan razılaşmaya əsasən Ağdaş şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2024-cü ilin may ayında günorta saatlarında mobil telefonuna Ağdaş rayonu, Ərəbocağı kəndindən sifariş gəlmişdir. Həmin sifariş əsasında Ağdaş rayonu, Ərəbocağı kəndinə gəlmişdir. Həmin vaxt əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Təqsirləndirilən şəxs taksiyə əyləşmiş və onu Ağdaş şəhərinə qeyd elədiyi ünvana gətirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs lazım olan vaxtı onu evlərinə aparıb-apara bilməyəcəyini soruşmuş, o da heç bir problem olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun mobil nömrəsini istəmişdir. Ona istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni vermişdir. Həmin vaxtdan etibarən mütəmadi olaraq Təqsirləndirilən şəxs bir neçə dəfə Ağdaş şəhərinə gətirmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs avtomobili ilə Ağdaş şəhərinə gətirən zaman ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşdur. Hərdənbir narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərində 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu deyərək ona istifadə etməyi təklif etmiş, o da razılaşmışdır. Bundan sonra avtomobilini Ağdaş rayonu, Şəkili kəndi ərazisində yolun kənarına verib saxlamış və onlar ikisi narkotik vasitə qurudulmuş marixuana qəbul etmişlər. Təqsirləndirilən şəxs Ağdaş şəhərinə gətirmişdir. 30 iyun 2024-cü il tarixdə narkotik vasitə qəbul etmək istəmişdir. Bunun üçün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədə olan “WhatsApp” ani mesajlaşma proqramı ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrənin “WhatsApp” ani mesajlaşma proqramına “alo qaqam nagarsan ot var” məzmunlu mesaj yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs ona “yox qaqa” məzmunlu mesaj yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs “das var” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs da ona “belə yazmada qaqa” məzmunlu mesaj yazmışdır. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs “WhatsApp” ani mesajlaşma proqramında səsli zəng edərək neçə büküm narkotik vasitə qurudulmuş marixuana istədiyini soruşmuşdur. 01 ədəd büküm narkotik vasitə qurudulmuş marixuana istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu evlərinə çağırmışdır. 30 iyun 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən evinin qarşısına gəlmişdir. Təqsirləndirilən şəxsla evlərinin qarşısında görüşmüşdür. Təqsirləndirilən şəxs 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı ona vermişdir. Təqsirləndirilən şəxsla danışan zaman o, 01 ədəd bükümü ona 10 manata satacağını bildirmişdir. Razılaşmış və 01 ədəd bükümü aldıqdan sonra 10 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Daha sonra sağollaşaraq Ağdaş rayonu, Aşağı Ləki kəndinə gəlmiş və 01 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmişdir. Daha sonra 01 iyul 2024-cü il tarixdə yenə də narkotik vasitə qurudulmuş marixuana qəbul etmək üçün Təqsirləndirilən şəxs “WhatsApp” ani mesajlaşma proqramında “alo yeməyə nəsə olacaq” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs da ona “xeber edjem” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs “oldu qaqam noldu” məzmunlu mesaj yazmışdır. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs “WhatsApp” ani mesajlaşma proqramında ona səsli zəng edərək neçə büküm narkotik vasitə qurudulmuş marixuana istədiyini soruşmuşdur. 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu evlərinə çağırmışdır. 01 iyul 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən evinin qarşısına gəlmiş və onunla görüşmüşdür. Təqsirləndirilən şəxs ona 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana vermiş və o da həmişəki kimi 10 manat pul vermişdir. Narkotik vasitəni götürdükdən sonra Ağdaş rayonu, Aşağı Ləki kəndinə gəlmiş və yaşadığı küçədə həmin bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı qəbul etmişdir. Bundan başqa, 07 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs “WhatsApp” ani mesajlaşma proqramında “qaqam nagarsan nə var nə yox ata. Samirə sarayındayam didim bidən gəlib sənin pivəni içib gedərdim. İmkan var gəlməyə?” “imkan varsa tez gelim qayidim” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs da ona “qaqa yoxdu hecne” məzmunlu mesaj yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs “Bilem se çox gelem dedim axsam amma qaqam vallah alınmadı imkan varsa məni tek qoyma” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs da bir neçə dəqiqə sonra ona “WhatsApp” ani mesajlaşma proqramında səsli zəng edərək neçə büküm narkotik vasitə qurudulmuş marixuana istədiyini soruşmuşdur. 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu evlərinə çağırmışdır. 07 iyul 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs evlərinin qarşısına gəlmişdir. Təqsirləndirilən şəxs ona 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana vermişdir. Təqsirləndirilən şəxs 10 manat pul vermişdir. Bundan sonra sağollaşıb Ağdaş rayonu, Aşağı Ləki kəndinə gəlmiş və həmin bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı istifadə etmişdir (cild 1, iş vərəqə 119-123). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxsla aralarında heç bir alqı-satqı olmamışdır. Bir dəfə içkili vəziyyətdə Təqsirləndirilən şəxs səsli mesaj göndərmiş, amma nə barədə səs göndərdiyini xatırlamamışdır. Həmin səs barədə Polis Şöbəsində məlumatı olmuşdur. O, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, onu Bakı şəhərində Papanin deyilən yerdən əldə etmişdir. Amma artıq 24 aydır ki narkotik vasitədən isifadə etmir. Təqsirləndirilən şəxs idmançı kimi tanımış, onun narkotik vasitələrdən istifadə edib-etmədiyini bilməmişdir. İçkili vəziyyətdə nəyə görə məhz Təqsirləndirilən şəxs səs ataraq ondan narkotik vasitə istəməsinin səbəbini bilmir. Müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs narkotik vasitə istəməsi ilə bağlı yazdığı mesajların heç biri yadında deyil, o bilər ki, həmin mesajları içkili vəziyyətdə yazmışdır. O, heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onunla uşaqlıq vaxtlarından dostdur. Özü narkotik vasitələrdən istifadə etmiş və buna görə də məhkum olunmuşdur. Təqsirləndirilən şəxsla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini və onda narkotik vasitə olmasını bilmişdir. Buna görə də narkotik vasitə qurudulmuş marixuana istifadə etmək üçün xx.xx.2024-cü il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədə olan “WhatsApp” ani mesajlaşma proqramına “sən cana dərd var ürəyə də boğma var nagarsan nə var nə yox hə gör nə deyirəm nətər eləyək gəlif səni görərdim bidənə yarım elə bil karopka şey lazım idi mə yaxşıdan da nətə eliyim özün gəlirsən yoxsa mən gəlim” səsli mesaj göndərmişdir. Təqsirləndirilən şəxs da ona “ə dilxorçuluqdu qaqa biraz sakitçilikdi özüm saxlamışam bir ay iki ay sakit olmaq lazımdı çox pisdi vəziyyət” məzmunlu mesaj yazmışdır. Həmin vaxt bilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə yoxdur. Həmin axşamı Təqsirləndirilən şəxsla Ağdaş şəhəri ərazisində görüşmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəsinin olmadığını bildirmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə yenidən narkotik vasitə qəbul etmək istəmişdir. Buna görə də yenidən “WhatsApp” ani mesajlaşma proqramında “salam qaqa qaqa nese duz qos elemek olur?” “yaxsı men Bakıya getmeliyem tez alınır pulu vurub gelim” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs da: “vur tek gel” məzmunlu mesaj yazmışdır. Həmin vaxtı içkili olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxsla “WhatsApp” ani mesajlaşma proqramında danışmışdır. O, Bakı şəhərinə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə ala bilməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs “2 dene yarı eliye bilirsen mene gelib göturum” məzmunlu mesaj yazmış, lakin ona həmin tarixdə mesaj yazmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona “WhatsApp” ani mesajlaşma proqramında səsli zəng edərək 01 bükümdə narkotik vasitə vasitə qurudulmuş marixuanasının olduğunu bildirmiş və Ağdaş şəhərinə gələcəyini bildirmişdir. Axşam saatlarında Ağdaş şəhərində yerləşən yaşadığı küçədə Təqsirləndirilən şəxsla görüşmüş və ona 01 bükümdə narkotik vasitə qurudulmuş marixuana vermiş, lakin Təqsirləndirilən şəxsla dost olduğu üçün ondan pul istəməmiş və Təqsirləndirilən şəxs pul verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs sağollaşaraq getmiş və həmin bükümü özü tək qəbul etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs “salam ay ogul yatmamısan” mumkunduse elaqe saxlada Birezden yol cıxacam komeklik eleda mene yarıdan zaddan niye cavab vermirsen ay men deyen” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs da ona “qaqa qiraqdayam dilxorculuqdu senol” məzmunlu mesaj yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs “Mene xeber ele isler duzelende qaqa duzeldi işin? Vezyet yaman pisdi” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs da ona “oldu” məzmunlu mesaj yazdı və daha sonra “WhatsApp” ani mesajlaşma proqramında səsli zəng etmiş və narkotik vasitəsinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 128-131). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Baxış keçirilməsi haqqında 22 iyul 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmuş diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə saat 12:03-dən 12:50dək Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ərəbocağı kəndi ərazisində yerləşən evinə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi, həmçinin yaşadığı ünvanda odlu silah və narkotik vasitələr saxlayıb-saxlamaması soruşulmuş, Təqsirləndirilən şəxs da evinin həyətində narkotik tərkibli çətənə bitkisi əkdiyini və həmin bitkiləri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə evinin həyətinə daxil olunmuş və onun göstərdiyi istiqamət üzrə gedildikdən sonra çətənə bitkisinə bənzər kolların əkildiyi yerə çatmışlar. Təqsirləndirilən şəxs ümumilikdə torpağa 05 ədəd tərkibində narkotik maddələr olan bitki əkdiyini, həmin bitkilərə hər gün aqrotexniki qaydada qulluq etdiyini, suladığını və diblərini boşaltdığını bildirmişdir. Bundan sonra həmin bitkilərə Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin, Ağdaş rayon Mərkəzinin rəisi X3 tərəfindən baxış keçirilmişdir. İlkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin speksifik qoxusundan çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları torpaqdan çıxarılmış, hər biri yerə qoyulmuş və bir daha da 05 ədəd olması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları baş təhqiqatçı tərəfindən metrə ilə ölçülmüş və tərkibində narkotik maddələr olan bitkinin ən kiçiyinin uzunluğunun 72 sm və ən böyününün uzunluğunun 124 sm olması müəyyən edilmişdir. Daha sonra həmin bitki kolları 01 ədəd sintetik kisəyə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamamasını soruşulmuş, Təqsirləndirilən şəxs da evində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evin yataq otağına daxil olunmuşdur. Masanın üzərində sellofan paketin içərisindən 08 ədəd kağız büküm və masanın üzərində kənarda 02 ədəd kağız büküm aşkar olunmuşdur. Həmin kağız bükümlər açılaraq baxış keçirilmiş və içərilərində yaşıl rəngli spesifik iyə malik olan qurudulmuş bitki kütlələrinin olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkilərinin müvafiq olaraq 0,55 qram, 0,43 qram, 0,51 qram, 0,58 qram, 0,56 qram, 0,44 qram, 0,58 qram, 0,51 qram, 0,59 qram və 0,49 qram olması müəyyən edilmişdir. Sonra həmin bükümlər 01 ədəd kağız zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanaraq, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra evin digər otaqlarına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Bundan sonra həyətə baxış keçirilməsi davam edilmişdir. Evin həyətində sağ tərəfdə olan yardımçı tikilidə köhnə qış gödəkçəsinin sağ ön cibindən kiçik ölçülü plastik qabın içərisindən 04 ədəd sellofan büküm, 1 ədəd sellofana bükülmüş kağız büküm və 01 ədəd kağıza bükülmüş sellofan büküm olmaqla ümumilikdə 06 ədəd büküm və həmin gödəkçənin sağ yan cibindən narkotik vasitə qəbul etmək üçün istifadə edilən kağız parçası aşkar edilmişdir. Həmin bükümlər açılaraq baxış keçirilmiş və içərilərində şəffaf rəngli kristal halında psixotrop maddəyə bənzər kütlələrin olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və kağız bükümlərin çəkisinin müvafiq olaraq 0,26 qram və 0,38 qram olması, sellofan bükümlərin çəkisinin isə müvafiq olaraq 0,38 qram, 0,36 qram, 0,31 qram və 0,40 qram olması müəyyən edilmişdir. Sonra həmin 06 ədəd büküm və 01 ədəd kağız parçası 01 ədəd kağız zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir (cild 1, iş vərəqə 17-21). Şəxsi axtarış və götürmə keçirilməsi haqqında 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Polis Şöbəsinə aparılaraq şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olubolmaması soruşmuş və əgər varsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd cib dəsmalı, sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və 8 ədəd 1 manatlıq pul əskinazını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində baş təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd kağız zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar 01 ədəd cib dəsmalı və 08 ədəd 1 manatlıq pul əskinazları iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra şəxsi axtarış yekunlaşmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirak edən şəxslər protokolu imzalamışlar. Həmin istintaq hərəkəti zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 42-44). Mütəxəssis (aqronom) tərəfindən tərtib olunmuş 22 iyul 2024-cü il tarixli rəydən görünür ki, Ağdaş rayonu, Ərəbocağı kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsindən 5 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Uzunluğu 72 sm-dən 124 sm-dək olan çətənə bitkilərinin dibləri yumşaldılmış, suvarılmış və aqrotexniki qaydada qulluq edilmişdir (cild 1, iş vərəqə 22). Materialların məhkəmə ekspertizası və məhkəmə-bioloji ekspertizasının xx.xx.2024cü il tarixli 3-16-16/2-17/654 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış kağızda “Vət Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş 05 ədəd bitki..” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, 05 (beş) ədəd, uzunluqları 72 sm-dən 124sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 435,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X5 22 iyul 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərində “Vət Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kağız bükümlərdə kütlə...” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 10 (on) ədəd kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,35 qram, 0,26 qram, 0,25 qram, 0,26 qram, 0,21 qram, 0,25 qram, 0,29 qram, 0,19 qram, 0,28 qram, 0,20 qram, ümumi təmiz çəkisi 2,54 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, 05 (beş) ədəd çətənə bitkiləri ilə 10 (on) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Vət Təqsirləndirilən şəxs evinin həyətində olan anbar kimi istifadə olunan yerdən aşkar olunmuş...” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisində 01 (bir) ədəd plastik qabdakı 04 (dörd) ədəd sellofan və 02 (iki) ədəd kağız bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,339 qram, 0,287 qram, 0,131 qram, 0,278 qram, 0,304 qram, 0,199 qram, ümumi təmiz çəkisi 1,538 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlərdir. Ekspert tədqiqatından sonra çətənə bitkilərinin qalıq çəkisi 434,9 qram, marixuanaların qalıq çəkisi 2,34 qram, metmfetaminlərin qalıq çəkisi 1,238 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 107 manat 91 qəpik müəyyən edilmişdir (cild 1, iş vərəqə 53-57). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 avqust 2024-cü il tarixli 1372 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 159) “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X6 daxil olan 29 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində “Psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır (cild 1, iş vərəqə 144). Mobil telefona baxış keşirilməsi haqqında 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, “Samsung Galaxy A5” markalı mobil telefona yüklənmiş “WhatsApp” ani mesajlaşma proqramına baxış keçirən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrə altında istifadə etdiyi “WhatsApp” ani mesajlaşma mobil tətbiqi vasitəsinə baxış zamanı aşağıdakı məzmunda yazışmalar olduğu müəyyən olundu: Adı “X11” kimi qeyd olunmuş ***-***-**-** mobil nömrə sahibi ilə: xx.xx.2024-cü il tarixdə: “X11”:“alo qaqam nagarsan ot var” Təqsirləndirilən şəxs:“yox qaqa” “X11”:“das var” Təqsirləndirilən şəxs:“belə yazmada qaqa” xx.xx.2024-cü il tarixdə: “X11”:“alo yeməyə nese olacaq” Təqsirləndirilən şəxs:“xeber edjem” “X11”:“oldu qaqam noldu” xx.xx.2024-cü il tarixdə: “X11”:“qaqam nagarsan nə var nə yox ata. Samirə sarayındayam didim bidən gəlib sənin pivəni içib gedərdim. İmkan var gəlməyə?” “imkan varsa tez gelim qayidim” Təqsirləndirilən şəxs:“qaqa yoxdu hecne” “X11”:“Bilem se çox gelem dedim axsam amma qaqam vallah alınmadı imkan varsa məni tek qoyma” Adı “Nagi Teze” qeyd olunmuş ***-***-**-** mobil nömrə sahibi ilə: xx.xx.2024-cü il tarixdə “Nagi Teze”:“Qaqa salam budasan, səhər görüşə bilərik bro? Qaqa imkan olsa məni yığda qaqa hoqa var varsa dənəylə pul vurub gəlim hə yox yaz qaa” ***-***-**-** mobil nömrə sahibi ilə: xx.xx.2024-cü il tarixdə ***-***-**-**:“sən cana dərd var ürəyə də boğma var nagarsan nə var nə yox hə gör nə deyirəm nətər eləyək gəlif səni görərdim bidənə yarım elə bil karopka şey lazım idi mə yaxşıdan da nətə eliyim özün gəlirsən yoxsa mən gəlim” Təqsirləndirilən şəxs:“ə dilxorçuluqdu qaqa biraz sakitçilikdi özüm saxlamışam bir ay iki ay sakit olmaq lazımdı çox pisdi vəziyyət” xx.xx.2024-cü il tarixdə ***-***-**-**:“salam qaqa qaqa nese duz qos elemek olur?” ***-***-**-**::“yaxsı men Bakıya getmeliyem tez alınır pulu vurub gelim” Təqsirləndirilən şəxs:“vur tek gel” xx.xx.2024-cü il tarixdə ***-***-**-**:: “salam qaqa ay qaqa ne oldu seheeden senen xeber gözduhurem cıxmamısan hele Şaiqin yanından ay qa teelfon evde olub zeng elemisen seherden seni gözduyurem qaqa nagarım men evdeyem gelim” xx.xx.2024-cü il tarixdə ***-***-**-**::“Bu nedi ey mene vermisen paketsiz tereziye qoymusam 02 gelmedi pulu borc xerc birteher tapıram niye bele edirsen ki buna bax xerc birteher tapıram niye bele edirsen ki buna bax burda hec 20 manatlıq yoxdu anasın ****** başım çönecek pis çönecekda deyimiyinda mene başımı sakit girleyiremda mene elaq saxlada” xx.xx.2024-cü il tarixdə ***-***-**-**:“2 dene yarı eliye bilirsen mene gelib göturum” xx.xx.2024-cü il tarixdə ***-***-**-**:“salam ay ogul yatmamısan” mumkunduse elaqe saxlada Birezden yol cıxacam komeklik eleda mene yarıdan zaddan niye cavab vermirsen ay men deyen” Təqsirləndirilən şəxs:“qaqa qiraqdayam dilxorculuqdu senol” ***-***-**-**::“Mene xeber ele isler duzelende qaqa duzeldi işin? Vezyet yaman pisdi” Adı “Abubekir” olaraq qeyd olunmuş ***-***-**-** mobil nömrə sahibi ilə: xx.xx.2024-cü il tarixdə “Abubekir”: “nagarsan qaqa salamatçılıqdı? Daş var? Mən olmağına Bakıdayam keçən dəfə gəlmişdim yox idin dostumnan paltar dükanı işlədən məni tanıyırda o gəlib sənə dəyə bilər qaqa? Sənə özü utanır zəng vurmağa” “30 maati var yarimnan azca awagi vere bilirsen? Təqsirləndirilən şəxs: “Ə ağlı özün burdasansa şey ele yox heç kimi kurs eleme sən başa dönüm sən canı yiyim özün gələrsənsə gəl qaqa sən canı heç kimi kurs eleme vəzyət pisdi” “Abubekir”: “Qaqa özüm quran haqqı Bakıdayam. Ə qaa narahatçılıq yoxduye mən sən nətər tanıyırsane uda eledi. U təkdi də yəni. Heç kimnən şeyi olan şey dölü. Düm təkdi. Ə onun heç bir qorxusu yoxdu da yəni. Mən Ağdaşda heç kimi sənə demərəm ki, şey eleyib. Buna özüm qədər cavabdehəm qaqa. Çox yaxın şeydidə O keçən dəfə mən sənnən gəldiyim yerdə oturduğumuz uşaq dölüye yəni. Başqa uşaqdı. Başqa söhbət ola bilməz yəni. Yəni mən nətərəm oda elədi qaqa. Qaa bilsən nətər elə onu qapıya bir yerə tulla paşqanı heç səni istəyirsən görməsin” xx.xx.2024-cü il tarixdə “Abubekir”: “Qaqa yanimda adam var idi daniwammirdim o uwag. Havax gelir hara getcek etrafli yaz görek” bildirmiş Təqsirləndirilən şəxs:“12 de 1 de deyib xeber edecek sen goturerdin bilerdim sendedi dalwide getire birsense ozun getir ama sabah axwama kimi hereket edib senede pul verim yox eger sende alinmirsa görek eter edek” “Abubekir”: “gedib goturum qaqa ama men 5 10 manata benzim pulu atarsan men gedib o uwaga catim cunki indi mehtiabaddayam birden benzinim catmaz dalwisini daniwarig sabah tezden iwler var ama gunortadan sora gelmek olar ne getirirlerko” Təqsirləndirilən şəxs:“Yox seher ele ele mende olsun qaqam hamidan borc elemiwem daniwa birsenn” “Abubekir”: Bu nicat zad vermirki mali me yigmiwdiki 1 sata harasa gedek gelek men ogededen coxdan elaqeni kesmiwem hechara aparmirdim indi bilmədim eyni dvijeniyada dolsuzki” xx.xx.2024-cü il tarixdə “Abubekir”: “Salam aleykum nagarsan qaqa yetim soz soruwcam me yazarsan tez caparax daniwa bilsen yığım? Kennden pulunnan 2 3 dənə tapmag olur? Anawa yig meni gozduyurem toya gedesiyem elim catmir hechara” Təqsirləndirilən şəxs:“yoxdu qaqa vallahi hecne” +994 10 *** ** ** saylı mobil nömrə sahibi ilə: xx.xx.2024-cü il tarixdə +994 10 811 72 96:“Nagarsan qaqa navar ne yox qaqa gor ne deyirem ey nolar o şeylerin pulunu calışrıgönnqeder imkan olsa tez vurarsan bu iranlının pulunu vurum teze malı gelib gorum goture t” xx.xx.2024-cü il tarixdə +994 10 811 72 96:“Samir sabahın xeyir olsun qa samir menen elae saxla qaqa sroşnu varoxunu ******veziyetim yaxşı deyil borcum xercim var bizim aramızda bir defe haqesab oldu sen mende 60 manatın qaldı bir kelme isdemeyine verdim incitmedim seni nolat sende meni başa duş neslini sikim borcum cocdu mal vermiler qaqa pisdik elemedim ki onun icine zibil durmuşdudaozumde isdiyende var idi Allahaqı prosu size soz dedim ki gelirem ona gore vermedim atkaz eledim yox bele vermiyecensr o pulu mene frlatdınsa qoydunsa smol bir kelme dinen ki anar ***** o pulu sene qoydum senol sene ikinci kelme disem qehbeyem ama başa dus meni gor neye soyuş soydum ki direnmişem men dunenen buradı varyoxunu *****siqret ala bilmemişem cibime pulum olmuyub deye men sene qa hormetden yanaşmışam hrmişe hormet elemişem srne sen niye mene belr hormetsizdik saymamazrıx eleyisen ay qa zeyifliyime gore yoxsa tekem deye mene bu hereket olunurmene danış qa bugun pul vermeliyem mene bit soz de” (cild 1, iş vərəqə 105-118). İş üzrə əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi ilə məşğul olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri müxtəlif şəxslərə satması barədə məlumatlar daxil olmuş, həmin şəxslərdən konkret olaraq üçü müəyyən olunsa da, başqa şəxsləri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni, narkotik vasitələrin toxumunu, psixotrop maddə metamfetamini naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, onun hər hansı şəxslərlə əlbir olması müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmiş, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istifadə etmək və satış məqsədilə saxlamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda və başqa yerlərdə odlu silah saxlaması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olsa da, onun odlu silah saxlamasını müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 149). Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ərəbocağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1996-cı ildə Ağdaş rayonu Ərəbocağı kənd tam orta məktəbinin birinci sinifinə getmiş, 2007-ci ildə həmin məktəbi bitirmiş, 2008-ci ilin yanvar ayında hərbi xidmətə getmiş, xidməti borcunu 2010-cu ilin iyul ayında bitirdikdən sonra doğulub başa çatdığı Ərəbocağı kəndinə qayıtmışdır. Təqsirləndirilən şəxs bir müddət Rusiya Federasiyasında yaşamışdır. O, Ərəbocağı kəndində yaşadığı müddətdə bir neçə dəfə adı belə işlərdə halanmış və rayon polis şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdir (cild 1, iş vərəqə 148). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş, ekspert tədqiqatından sonra qalıq çəkisi 434,9 qram təşkil edən 05 (beş) ədəd çətənə (kannabis) bitkisi, qalıq çəkisi 2,34 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və qalıq çəkisi 1,238 qram təşkil edən psixotrop maddə metamfetamin, “Samsung Galaxy A5” markalı mobil telefon maddi sübut qismində tanınaraq saxlanılması üçün Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs evinə baxış və üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən 02 ədəd disk isə maddi sübut kimi tanınaraq cinayət işində saxlanılmışdır (cild 1, iş vərəqə 67-69; cild 2, iş vərəqə 40-57). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmış və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 1, iş vərə 100-104, 145-146). Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 06 may 2025-ci il tarixli məktubdan görünür ki, Ağdaş rayon məhkəməsinin 1(014)-122/2022 saylı xx.xx.2022-ci il Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatına 01 fevral 2023-cü il tarixdə daxil olmuş, xx.xx.2023-cü il tarixdə məhkum qeydiyyata götürülmüş, xx.xx.2023-cü il tarixdə məhkuma ENV-sı tətbiq edilmişdir. Hazırda məhkum Təqsirləndirilən şəxs cəzasından 1 il 5 ay 15 gününü çəkmiş, onun çəkilməmiş 6 ay 11 gün cəzası qalmışdır (cild 1, iş vərəqə 150). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş hesab olunur. Göründüyü kimi, az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadığı üçün onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bununla belə, həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Qeyd olunan Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 21-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 5 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, 0,15 qramdan 2 qramadək çəkidə psixotrop maddə metamfetamin və 3-15 ədəd çətənə bitkisi xeyli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs qurudulmuş marixuananı və metamfetamini satış məqsədilə əldə etməməsinə, kənddə olan bir məsələyə görə polisin onunla ədavəti olduğuna görə onu tutduqlarına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini xeyli miqdarda əkib yetişdirərək kultivasiya etməsini, həmçinin satış məqsədi ilə psixotrop maddə metamfetamin əldə edərək saxlaması və daşımasını, təkrarən satış məqsədilə qurudulmuş marixuana hazırlamasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - mötəbərliyi şübhə altına alına bilməyən videoçəkilişlə aparılmış baxış və götürmə istintaq hərəkətləri, şahidlərin ifadələri, ekspertiza rəyi, narkotik vasitələrin satışı ilə bağlı onun telefonunda aşkar olunmuş mesajlar, 2,54 qram qurudulmuş marixuananı 10 ədəd bükümə, 1,538 qram metamfetamini isə 6 ədəd bükümə ayırması, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirkləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrip maddələri təkrar satmadığına dair ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə psixotrop maddəni və qurudulmuş marixuananı təkrar satma ilə bağlı deyil, satış məqsədi ilə xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlama və daşıma, təkrarən satış məqsədilə qurudulmuş marixuana hazırlama ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində psixotrop maddə olan metamfetamini 2023-cü ilin dekabr ayında Bakı şəhəri, Sabunçu rayonu ərazisində yolda piyada hərəkət edən zaman zibilliyin kənarında bir ədəd sellofan bükümdə taparaq fərdi yaşayış evinə gətirib ayrıca bükümlərə bükdüyünü, çətənə kollarını 2024-cü ilin mart ayının sonunda həyətyanı sahəsində əkdiyini, çətənə kollarının yarpaqlarını isə 2024-cü ilin iyun ayının ortalarında yığıb fərdi yaşayış evinin həyətyanı sahəsində əl arabasının içərisinə yığıb qurutduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin həmin ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni sübut kimi qəbul edir. Qeyd olunanlar Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə olan metamfetamini əldə edərək saxladıqdan və daşıdıqdan sonra, təkrarən satış məqsədilə qurudulmuş marixuana hazırlamasını təsdiq edir. Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə müxtəlif vaxtlarda və müxtəlif mənbələrdən əldə edərək Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətdiyindən onun əməli Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının 14-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Şəxsin satış məqsədilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə - Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Əvvəllər Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə cinayət törətmiş şəxs tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya Cinayət Məcəlləsinin 234.4.1-ci və ya 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi və ya Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və ya 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməlidir. Belə hallarda əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur Məhkəmə iş üzrə Şahid2 Təqsirləndirilən şəxs mesaj yazaraq “hoqqa” istəyərkən qarpızı nəzərdə tutduğuna, heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə almadığına, bu barədə aralarında heç vaxt söhbət olmadığına dair ifadəsini, Şahid1 Təqsirləndirilən şəxs heç vaxt metamfetamin istəməməsi, yalnız qurudulmuş marixuna istəməsinə, Şahid3 Təqsirləndirilən şəxs narkotik vasitə istəməsi ilə bağlı göndərdiyi çoxsaylı mesajları içkili vəziyyətdə göndərdiyinə görə heç birini xatırlamamasına dair ifadələrinə tənqidi yanaşır və onların həmin ifadələrini tanışları və dostları olan Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qəbul edir. Həmin şahidlərin ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A5” markalı mobil telefona baxış zamanı “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə şahidlər Şahid2, Şahid1 və Şahid3 məxsus mobil telefon nömrələrindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif tarixlərdə kriminal aləmdə işlədilən terminlərdən istifadə edilməklə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair çoxsaylı sms yazışmaların və səsli mesajın göndərildiyi, Təqsirləndirilən şəxs da həmin mesajlara müvafiq cavablar verdiyi müəyyən olunmuşdur. Həmin mesajların məzmunundan müəyyən olunmuşdur ki, həmin şəxslər narkotik vasitə və psixotrop maddə almaq üçün Təqsirləndirilən şəxs müraciət etmişlər. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci və 237.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həm də Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 (altı) ay 11 (on bir) günlük hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 03 (üç) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, onun ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağdaş Rayon Məhkəməsinin 24 iyul 2024-cü tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəqə 34-35, 93-97). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 iyul 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 434,9 qram təşkil edən 05 (beş) ədəd çətənə (kannabis) bitkisi, qalıq çəkisi 2,34 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və qalıq çəkisi 1,238 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, “Samsung Galaxy A5” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs evinə baxış və üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 107 manat 91 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ay 11 (on bir) günlük hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 3 (üç) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 3 (üç) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 22 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Ağdaş rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 434,9 qram təşkil edən 5 (beş) ədəd çətənə (kannabis) bitkisi, qalıq çəkisi 2,34 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və qalıq çəkisi 1,238 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin; - “Samsung Galaxy A5” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın; - Təqsirləndirilən şəxs evinə baxış və üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 107 (yüz yeddi) manat 91 (doxsan bir) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-90/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-90/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver