Məhkəmə qərarları › İş №1(091)-91/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-91/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-91/2022 26.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri X9, X1 və X5 iştirakları ilə xx.xx.1998-ci ildə Tərtər rayonu Hüsənli kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Tərtər rayonu, Hüsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs3 xx.xx.1986-ci ildə Bərdə rayonu Şahvəllər kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Bərdə rayonu Şahvəllər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1987-ci ildə Bərdə rayonu Şahvəlilər kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Bərdə rayonu Şahvəlilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 2021-ci ilin yay aylarında Mingəçevir şəhərində yaşayan dayısı qızı Şahid1 ona fotoşəklini göstərdiyi, sonradan isə Mingəçevir şəhərində qohumunun toy məclisində şəxsən özünün gördüyü, xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə ailə qurmaq məqsədi ilə onu oğurlamaq qərarına gəlmiş, cinayətkar niyyəti barədə Şahid1 bildirməsə də, 2021-ci ilin sentyabr ayının ortalarında sonuncuya Zərərçəkmiş şəxs ilə görüşüb, ona hisslərini etiraf etmək istədiyini bildirib, aralarında belə bir görüş təşkil etməsini Şahid1 xahiş etmiş, Zərərçəkmiş şəxs oğurlamaq niyyətindən xəbərsiz olan Şahid1 onunla Zərərçəkmiş şəxs arasında görüş təşkil edəcəyinə çalışacağını bildirib, 26.09.2021-ci il tarixdə istifadəsində olan mobil nömrənin “WhatsApp” proqramı vasitəsi ilə onun istifadəsində olan mobil nömrənin “WhatsApp” proqramına 27.09.2021-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs ilə birlikdə Mingəçevir şəhərində «Şəhidlər Xiyabanına» birlikdə gedərək şəhidlərin qəbirlərini ziyarət edəcəklərini, sonra isə Zərərçəkmiş şəxs bildirmədən sonuncu ilə şəhərdə hərəkət marşrutu barədə məlumat verərək aralarında görüş təşkil edə biləcəyini ona bildirdikdən sonra, o, Zərərçəkmiş şəxs oğurlamaq məqsədi ilə 26.09.2021-ci il tarixdə Bərdə rayonu, Şahvəlilər kəndində yaşayan dayısı oğlanları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ertəsi gün ailə qurmaq məqsədi ilə oğurlamaq planı barədə məlumatlandırmış və cinayətkar niyyətini həyata keçirməkdən ötrü onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarında olan razılığa əsasən 27.09.2021-ci il tarixdə səhər saat 11-12 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ 21010» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə o, avtomobilin ön sərnişin oturacağında, Təqsirləndirilən şəxs2 isə arxa oturacağında əyləşdikdən sonra yaşadığı Tərtər rayonu, Hüsənli kəndindən Mingəçevir şəhərinə gəlmiş, dayısı qızı, cinayətdən məlumatsız olan Şahid1 ilə aralarında “WhatsApp” proqramı vasitəsi ilə aparılan yazışma zamanı sonuncuya Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə Mingəçevir şəhərinə gəldikləri barədə məlumat vermədən və Şahid1 sonuncunun Zərərçəkmiş şəxs ilə birlikdə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən körpünün altından keçən torpaq yolda dəmiryolu relslərinin yanı ilə piyada hərəkət etdiklərini öyrəndikdən sonra, həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs1 avtomobili Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən körpünün altından keçən torpaq yola sürdürmüş, orada Şahid1, Şahid5, habelə bacısı X6 ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs yaxınlığında avtomobili Təqsirləndirilən şəxs1 saxlatdırıb, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 əyləşdiyi avtomobilin arxa sağ qapısını, o isə əyləşdiyi avtomobilin qabaq sağ qapısını açaraq hər ikisi avtomobildən qəfil və gözlənilməz olaraq yerə düşüb, Təqsirləndirilən şəxs2 Şahid1 arxasında qorxaraq gizlənən Zərərçəkmiş şəxs qolundan və ağzından tutaraq sonuncunun iradəsinə zidd olaraq avtomobilin salonuna məcburi qaydada yerləşdirməklə və avtomobildən enmək cəhdlərinin qarşısını almaqla Zərərçəkmiş şəxs hər iki bazu və said nahiyələrində çox saylı qançırlar olmaqla dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, o isə ətrafda olan Şahid5 və X3 Həsənovaya kömək etmə cəhdlərinin qarşısını alaraq, Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək iradəsi ziddinə müqavimətini qırmaqla Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə yaşadığı Tərtər rayonu, Hüsənli kəndində yerləşən evinə apararaq Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışdır. Təqsirləndirilən şəxs1 Tərtər rayonu, Hüsənli kəndində yaşayan dayısı oğlu Təqsirləndirilən şəxs3 ailə qurmaq istədiyi Mingəçevir şəhər sakini, xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 təklifi ilə Mingəçevir şəhərindən oğurlamaq məqsədi ilə sonuncu və Bərdə rayonu, Şahvəlilər kəndində yaşayan əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə 26.09.2021-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarında olan razılığa əsasən 27.09.2021-ci il tarixdə səhər saat 11- 12 radələrində onun idarə etdiyi «VAZ 21010» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 onun avtomobilində arxa oturacaqda, Təqsirləndirilən şəxs3 isə ön sərnişin oturacağında əyləşdikdən sonra Təqsirləndirilən şəxs3 yaşadığı Tərtər rayonu, Hüsənli kəndindən Mingəçevir şəhərinə gəlmiş, Təqsirləndirilən şəxs3 verdiyi istiqamətə əsasən o, avtomobili Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən körpünün altından keçən torpaq yol istiqamətinə sürüb bir qədər getdikdən sonra həmin gün saat 13 radələrində Naxçıvan küçəsində yerləşən körpünün altından keçən torpaq yolda dəmiryol relslərinin yanı ilə onun (Təqsirləndirilən şəxs1) cinayətdən məlumatsız olan bacısı Şahid1, Şahid5, habelə bacısı X6 ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs yaxınlığında avtomobili saxladıqdan sonra, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 avtomobilin arxa sağ qapısını, Təqsirləndirilən şəxs3 isə avtomobilin qabaq sağ qapısını açaraq hər ikisi avtomobildən qəfil və gözlənilməz olaraq yerə düşüb, Təqsirləndirilən şəxs2 Şahid1 arxasında qorxaraq gizlənən Zərərçəkmiş şəxs qolundan və ağzından tutaraq sonuncunun iradəsinə zidd olaraq avtomobilin salonuna məcburi qaydada yerləşdirməklə və avtomobildən enmək cəhdlərinin qarşısını almaqla Zərərçəkmiş şəxs hər iki bazu və said nahiyələrində çox saylı qançırlar olmaqla dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs3 isə ətrafda olan Şahid5 və X3 Həsənovaya kömək etmə cəhdlərinin qarşısını alaraq, Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək iradəsi ziddinə müqavimətini qırmaqla onun idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs3 yaşadığı Tərtər rayonu, Hüsənli kəndində yerləşən evinə apararaq Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışdır. Təqsirləndirilən şəxs2 Tərtər rayonu, Hüsənli kəndində yaşayan dayısı oğlu Təqsirləndirilən şəxs3 ailə qurmaq istədiyi Mingəçevir şəhər sakini, xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 təklifi ilə Mingəçevir şəhərindən oğurlamaq məqsədi ilə sonuncu və Bərdə rayonu, Şahvəlilər kəndində yaşayan əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə 26.09.2021-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarında olan razılığa əsasən 27.09.2021-ci il tarixdə səhər saat 11- 12 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ 21010» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə o, avtomobilin arxa oturacağında, Təqsirləndirilən şəxs3 isə ön sərnişin oturacağında əyləşdikdən sonra Təqsirləndirilən şəxs3 yaşadığı Tərtər rayonu, Hüsənli kəndindən Mingəçevir şəhərinə gəlmiş, Təqsirləndirilən şəxs3 verdiyi istiqamətə əsasən Təqsirləndirilən şəxs1 avtomobili Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən körpünün altından keçən torpaq yol istiqamətinə sürüb bir qədər getdikdən sonra həmin gün saat 13 radələrində Naxçıvan küçəsində yerləşən körpünün altından keçən torpaq yolda dəmiryolu reslərinin yanı ilə onun (Təqsirləndirilən şəxs2) cinayətdən məlumatsız olan əmisi qızı Şahid1, Şahid5, habelə bacısı X6 ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs yaxınlığında avtomobili Təqsirləndirilən şəxs1 saxlatdıqdan sonra, aralarında olan razılığa əsasən o, avtomobilin arxa sağ qapısını, Təqsirləndirilən şəxs3 isə avtomobilin qabaq sağ qapısını açaraq hər ikisi avtomobildən qəfil və gözlənilməz olaraq yerə düşüb, o, Şahid1 arxasında qorxaraq gizlənən Zərərçəkmiş şəxs qolundan və ağzından tutaraq sonuncunun iradəsinə zidd olaraq avtomobilin salonuna məcburi qaydada yerləşdirməklə və avtomobildən enmək cəhdlərinin qarşısını almaqla Zərərçəkmiş şəxs hər iki bazu və said nahiyələrində çox saylı qançırlar olmaqla dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs3 isə ətrafda olan Şahid5 və X3 Həsənovaya kömək etmə cəhdlərinin qarşısını alaraq, Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək iradəsi ziddinə müqavimətini qırmaqla Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs3 yaşadığı Tərtər rayonu, Hüsənli kəndində yerləşən evinə apararaq Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona CM-in 144.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin yay aylarında Mingəçevir şəhərində yaşayan dayısı qızı Şahid1 ona sonuncunun qonşusu olan Zərərçəkmiş şəxs şəklini göstərərək əxlaqlı və ailə həyatı qurmaq üçün layiqli qız olduğunu demişdir. Mehribanın şəklini gördükdən sonra sonuncunu bəyənmiş, Gülnarın deməsinə görə Mehriban da onun şəklini görüb, bəyənmişdir. 25 iyul 2021-ci il tarixdə Mingəçevir şəhərində dayısı qızı Vüsalənin ögey oğlunun toy məclisində iştirak edən zaman Mehribanın da orada olduğunu görmüş, toy məclisi başa çatan zaman o, Mehribana yaxınlaşaraq sonuncunu çox bəyəndiyini və Mehribanla ailə qurmaq istədiyini demişdir. Mehriban da ondan xoşu gəldiyini, onu tanımaq istədiyini bildirmişdir. Bundan sonra o, bu haqda valideynlərinə xəbər vermiş, valideynləri də Mehribanın evinə elçi gedəcəklərini demişlər. Mehribanın telefonu olmadığına görə sonuncu ilə əlaqə yarada bilməmiş, 2021-ci ilin sentyabr ayında o, dayısı qızı Gülnara “Whatsapp” vasitəsi ilə yazaraq onunla Mehribanı görüşdürməsini xahiş etmişdir. Gülnara Mehribanla bir-birilərini sevdiklərini, lakin Mehribanın telefonu olmadığı üçün sonuncu ilə əlaqə yarada bilmədiyini bildirmişdir. Gülnar isə ona görüşməkdənsə Mehribana elçi göndərməsini məsləhət bilmiş, lakin o, Gülnara toy etmək üçün maddi çətinliklərinin olduğunu, yekun olaraq Mehribanla üz-üzə görüşüb sonuncuya ailə qurmaq məqsədi ilə qoşulub getməyi təklif edəcəyini, razı olsa Mehribanı evinə aparacağını demişdir. Uzun söhbətdən sonra Gülnar onunla Mehribanın görüşünü təşkil edəcəyini, lakin bunun üçün əlverişli vəziyyətin yaranmalı olduğunu demişdir. 26 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Gülnar ona mesaj yazaraq, 27.09.2021-ci il tarixdə Mehriban və sonuncunun bacısı ilə Mingəçevir şəhəri, «Şəhidlər Xiyabanına» gedəcəklərini və ona istəsə gələ biləcəyini bildirmiş, o da Gülnara Mingəçevir şəhərinə gələcəyini demişdir. Avtomobili olmadığı üçün Tərtər rayonundan Mingəçevir şəhərinə getmək üçün dayısı oğlu Ədalətdən onu özünə məxsus «VAZ 2110» markalı avtomobillə Mingəçevir şəhərinə aparmasını xahiş etmiş, Ədalət də buna etiraz etməmişdir. Ədalət onsuz da Mingəçevir şəhərində olan arvadı Nübarın yanına getməli olmuş, Ədalət hazırlaşdıqdan sonra o, dayısı oğlu Bayrama da onlarla birlikdə yol yoldaşı kimi getməyi təklif etmişdir. 27.09.2021ci il tarixdə onlar Mingəçevir şəhərinə ilk öncə Ədalətin qayınatasının evinə getmiş, saat 13 radələrində Gülnar ona “Whatsapp” vasitəsilə mesaj yazaraq Mehriban ilə birgə evə qayıtdığını bildirmişdir. Bundan sonra o, Ədalət və Bayrama getmək lazım olduğunu bildirmiş, Ədalət Nübara onların Mingəçevir şəhər ərazisində işləri olduqlarını və Nübara zəng vurub xəbər edən zaman evin arxa tərəfində olan Dəmiryol vagzalının qarşısına çıxmasını demişdir. Nübar da razılaşmışdır. Bundan sonra o, Bayram və Ədalət sonuncuya məxsus «Vaz 21010» markalı avtomobillə Gülnargilin yaşadığı evə gedən körpünün altında olan dəmiryol relslərinin yanına getmiş və avtomobildə Mehribangilin gəlməsini gözləmişlər. Həmin vaxt Gülnarla “Whatsapp” proqramı vasitəsi ilə yazışarkən Gülnar ona Mehriban, Mehparə və yanlarında olan Günel adlı qızla birlikdə evə tərəfə gəldiklərini demişdir. O, avtomobildə arxa oturacaqda, Bayram isə qabaq oturacaqda əyləşmişdir. Gülnar, Mehriban, Mehparə və yanlarında sonradan adının Günel olduğunu bildiyi bir qız uşağının gəldiyini görmüş, Ədalət avtomobili qeyd etdiyi şəxslərin yanında saxladıqdan sonra o, avtomobildən yerə düşüb Gülnarla salamlaşmışdır. Həmin vaxt X15 görüb, onların nə səbəbə gəldiklərini soruşmuş, Mehriban isə onu görən kimi sakit şəkildə heç bir söz demədən Ədalətin avtomobilinin arxa sol tərəfinə keçib orada əyləşmişdir. Həmin vaxt Mehribana qarşı nə o, nə Ədalət, nə də ki, Bayram tərəfindən heç bir təzyiq göstərilməmiş, bundan sonra onlar oradan gedib Ədalətin arvadı Nübarı dəmiryol vagzalının qarşısından götürdükdən sonra Tərtər rayonu Hüsənli kəndinə yaşadıqları evə getmişlər. Nübar onun Mehribanı sevdiyini bilsə də lakin Mehribanın onunla qaçacağı barədə məlumatı olmamış, ona görə də avtomobildə olarkən Nübar narahat şəkildə ondan və əri Ədalətdən Mehribanın avtomobildə «nə gəzdiyini» soruşmuşdur. Həmin vaxt Ədalət Nübara acıqlanaraq məsələyə qarışmamasını tapşırmış, bundan sonra Nübar heç bir söz deməmişdir. Hüsənli kəndində yaşadıqları evə çatdıqdan sonra bir müddət oturub çay içmiş, sonra Mehribanı mərhum bibisinin və hazırda kimsənin yaşamadığı Münasibin evinə aparmışlar. O da qızla bərabər orada gözləmiş, hətta Mehriban çay dəmləyib ona vermişdir. Bir müddət sonra Mehribanın anası, xalası, xalası qızı və Xətai adında qohumunun onlara gəldiyini bilmiş, Mehirbanın qohumları onlarda bir müddət oturub çay içəndən sonra Mehribanı görmək üçün əmisi evinə gəlmişlər. Oraya gələndə qohumları Mehribanı danışdırmaq istədiklərini bildirmiş, həmin vaxt Mehriban anası Ətrabəyə könüllü gəldiyini demişdir. Ətrabə xeyir-dua verəndən sonra Mehribanın yanına xalası girmiş, sonra isə xalası qızı Mehribanın yanına girərək sonuncu ilə bir qədər söhbət etdikdən sonra Mehribanın qolundan tutaraq bayıra çıxarıb toy məclisi təşkil edilən gün atasını Mehribanı çıraq başına fırlayıb sonra onlara verəcəklərini demişlər. Həmin şəxslərə toy günü Mehribanı özü gətirəcəyini desə də, Mehribanın qohumları onun bu təklifini qəbul etməmiş, bundan sonra o və Mehriban tərəfdən olan adlarını bilmədiyi və tanımadığı qadınlar arasında əlbəyaxa dava düşmüşdür. Bir müddət sonra isə onlar sakitləşmişlər. Mehribanın qohumları da Mehribanın qolundan tutub zorla avtomobilə əyləşdirib Mingəçevir şəhərinə aparan zaman səhəri gün evlərinə gəlməyi tapşırmışlar. Səhəri gün onlar Mehribangilin evinə getsələr də qohumları Mehribanı ona verməyəcəklərini demiş və onlardan şikayət etdiklərini öyrənmişlər. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona CM-in 144.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26.09.2021-ci il tarixdə axşam saatlarında bibisi oğlu Şəmil ona zəng vurub Mingəçevir şəhərində qız bəyəndiyini və həmin qızla görüşmək və ailə qurmaq məqsədi ilə Mehribanı gətirmək lazım olduğunu bildirmişdir. Şəmildən qızın kim olmasını soruşduda sonuncu ona qızın Mingəçevir şəhərində yaşayan əmisi qızı Vüsalənin qonşusu olduğunu, qızı hadisədən 2 ay əvvəl Mingəçevir şəhərində «Sevinc» şadlıq sarayında toyda gördüyünü və orada qızdan xoşu gəldiyini bildirdiyini, lakin, qızın bu sözlərin qarşılığında ona heç bir söz demədiyini bildirmişdir. Şəmil ona Mingəçevir şəhərinə getdiyi vaxtlarla 2-3 dəfə əmisi qızı Vüsalənin yaşadığı evin yaxınlığında istədiyi həmin qızla danışdığını bildirmişdir. Şəmildən qızın ona qoşulub gəlməyə razı olubolmadığını soruşmuş, Şəmil isə Mehribanın da onu bəyəndiyini, lakin, toy etmək üçün imkanı olmadığını bildirmişdir. Şəmildən kim ilə gedəcəklərini soruşduqda sonuncu digər əmisi oğlu Təqsirləndirilən şəxs1 avtomobili ilə gedəcəklərini bildirmişdir. 27.09.2021-ci il tarixdə saat 11 radələrində o, əmisi oğlu Ədalət və Şəmil Ədalətə məxsus «VAZ 21010» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhərinə çataraq ilk olaraq Ədalətin qaynatasının evinə getmişlər. Yol boyu Şəmil telefon ilə mesajlaşmış, Ədalətin arvadı Nübarın atası Telman xəstə olduğu üçün Nübar Mingəçevir şəhərində yaşayan atasının evində olmuşdur. Ədalətin qaynatasının evində bir qədər oturduqdan sonra saat 13 radələrində Şəmil onlara artıq getmək lazım olduğunu bildirmiş, onlar evdən çıxan zaman Ədalətin arvadı Nübara Mingəçevir şəhər ərazisində 1 saatlıq işləri olduğunu bildirib zəng etdikdə sonuncuya dəmiryol vagzalının qarşısına çıxmasını demişlər. Bundan sonra onlar Mingəçevir şəhəri, ”Qres” deyilən yerdə körpünün altı ilə relslərin yanında olan torpaq yola getmiş və orada avtomobildə Mehribanın gəlməsini gözləmişlər. Avtomobildə gözləyən zaman Şəmil Mehribanın bir neçə dəqiqə sonra gələcəyini demiş, həmin vaxtı o, avtomobildə ön oturacaqda, Şəmil isə arxa oturacaqda əyləşmişdir. Bir qədər sonra körpü tərəfdən dörd nəfər qadının uzaqdan gəldiyini görmüş, Şəmil Mehribanı onlara göstərib Ədalətə avtomobili həmin şəxslərin yanına sürməsini demişdir. Ədalət avtomobili həmin şəxslərin yanına sürüb saxladıqdan sonra onlar dörd nəfər qadından birinin əmisi qızı Gülnar, digərinin Mehriban olduğunu görmüşlər. Lakin digər iki nəfər qızı isə tanımamışdır. Ədalət avtomobili saxlayan zaman Şəmil arxa qapını açıb avtomobildən enərək Mehribana yaxınlaşıb “mənəm” dedikdən sonra Mehriban sakitcə Şəmillə birlikdə avtomobilə əyləşmişdir. Həmin vaxt Gülnar onu və Ədaləti görüb onların orada nə etdiklərini soruşmuş, onlar isə buna heç bir cavab verməmişlər. Ədalət avtomobili bir qədər sürdükdən sonra saxlamış və Mehirbandan şəxsiyyət vəsiqəsinin üzərində olub-olmadığını soruşduqda Mehriban vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Həmin vaxt Ədalət Mehribana qələm və vərəq verərək könüllü gəlməyi barədə ərizə yazmasını xahiş etmiş, Mehriban da tərəddüd etmədən könüllü gəlməsi barədə ərizə yazmışdır. Bundan sonra Ədalət arvadı Nübara zəng vurub dəmiryol vağzalının qarşısına çıxmasını xahiş etmiş, bir müddət sonra onlar dəmiryol vağzalının qarşısından Nübarı götürmüşlər. Nübar avtomobilə arxa oturacaqa əyləşən zaman nə baş verdiyini soruşmuş, Ədalət isə Nübara sakit durmasını, hər şeyi sonra izah edəcəyini bildirmişdir. Onlar ilk öncə Tərtər rayonu, Hüsənli kəndinə bibisi Şamamanın evinə getmiş, bibisi Şamama onları qarşılamışdır. X16 avtomobildə görüb Şəmilin Mehribanı ailə qurmaq məqsədi ilə gətirdiyini başa düşmüş və bundan sonra onları xoş qarşılamış və onlar evə keçmişlər. Daha sonra o, yaşadığı Bərdə rayonu, Şahvəlilər kəndinə getmişdir. Ailə üzvlərinə bu barədə dedikdən sonra ailə üzvləri onu danlamış, saat 17 radələrində bibisi Şamama ona zəng edib Mehribanın valideyni və qohumlarının gəldiyini və Mehribanı bibisi Şamamanın rəhmətlik baldızının evinə aparacaqlarını demişdir. Həmin günü axşam saatlarında o, ailə üzvləri ilə birlikdə bibisi Şamamanın baldızının evinə Mehribanı görmək üçün getmişlər. Onlar həmin ünvana çatan zaman artıq Mehribanın sonradan adının Ətrabə olduğunu bildiyi anası, xalası qızı, adını sonradan Bəxtilə olduğu bildiyi xalası, adını sonradan bildiyi Mələk, adını sonradan bildiyi Mətləb və Mehribanın adını sonradan Nəsimi olduğunu bildiyi xalası oğlu Nəsimini görmüşdür. Həmin şəxslər hamısı qonaq otağında əyləşmiş, Mehribanın xalası qızı Bəxtilə Mehriban ilə çöldə danışmaq istədiyini bildirmişdir. Lakin, bibisi Şamama Bəxtiləyə nə söhbət etmək istəyirsə onların yanında etməsini xahiş etmiş, bundan sonra aralarında narazılıq yaranmış və Şəmilin bacısı Ülviyyə ilə Bəxtilə arasında saçyoldu düşmüşdür. İlkin olaraq Bəxtilə Ülviyyənin saçından tutub dartmış, sonra isə Ülviyyə Bəxtilənin saçından dartmışdır. Bunu görüb Şəmilin anası və bacısı Bəxtilə Mehribanı itələyib mətbəxə keçirmiş, evdə çox səs-küy olduğundan və səs-küyə qonşular yığışdığından Şəmil Mehribanın ailəsi ilə birlikdə getməli olduğunu demiş, bundan sonra Mehriban və ailə üzvləri öz avtomobillərinə minib getmişlər. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-in 144.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26.09.2021-ci il tarixdə axşam saatlarında bibisi oğlu Şəmil ona zəng vurub Mingəçevir şəhərində Mehriban adlı qız bəyəndiyini və həmin qızla görüşmək və ailə qurmaq məqsədi ilə sonuncunu Mingəçevir şəhərindən Tərtər rayonu, Hüsənli kəndində gətirmək lazım olduğunu bildirmişdir. Şəmildən qızın kim olduğunu soruşduqda sonuncu ona qızın Mingəçevir şəhərində yaşayan əmisi qızı Vüsalənin qonşusu olduğunu, qızı iki ay əvvəl Mingəçevir şəhərində «Sevinc» şadlıq sarayında toyda görüb bəyəndiyini həmin toyda qıza ondan xoşunun gəldiyini, lakin Mehribanın ona heç bir söz demədiyini, Mingəçevir şəhərinə gələn zaman 2-3 dəfə əmisi qızı Vüsalənin yaşadığı evin ətrafında qızla danışdığını bildirmişdir. Həmin vaxt Şəmildən qızın qoşulub gəlməyə razı olubolmadığını soruşduqda Şəmil Mehribanın ona qoşulub gəlməyə razı olduğunu demişdir. Həmin vaxt Şəmil Mehribanın da onu bəyəndiyini, lakin toy etmək üçün imkanı olmadığını bildirmişdir. Şəmildən kim ilə gedəcəklərini soruşduqda Şəmil əmisi oğlu Bayramın da onlarla birlikdə gedəcəyini demişdir. 27.09.2021-ci il tarixdə səhər saatlarında Bayram onların Bərdə rayonu Şahvəlilər kəndində yaşadıqları evə gəlmiş, bundan sonra o və Bayram ona məxsus «VAZ 21010» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tərtər rayonu, Hüsənli kəndinə gedib bibisi oğlu Şəmili yaşadığı evdən götürüb Mingəçevir şəhərinə yola düşmüşlər. Saat 11 radələrində artıq Mingəçevir şəhərinə çatmış, yolda olarkən Şəmil Mehribanın «Şəhidlər Xiyabanına» gedəcəyini, saat 13 radələrində Mingəçevir şəhəri, “Qres” deyilən yerdə körpünün altında Mehribanla görüşəcəyini bildirmişdir. Onlar Mingəçevir şəhərinə gələn zaman ilk öncə Mingəçevir şəhəri, Dəmiryolvağzalı ilə üzbəüz yaşayan qaynatası Telmanın yaşadığı evə getmiş, həmin vaxt arvadı Nübar qayınatası 1 həftə əvvəl xəstələndiyi üçün atasının evinə getmişdir. Təxminən saat 1230-a kimi qayınatası Telmanın evində oturmuş, saat 13 radələrində Şəmil artıq vaxta az qaldığını və getməli olduqlarını demişdir. Bundan sonra onlar qayınatasının evindən çıxmışlar. Çıxmamışdan əvvəl o, arvadı Nübara Şəmil və Bayramla Mingəçevir şəhər ərazisində işlərinin olduğunu, Nübara zəng vuran zaman dəmiryol vagzalı tərəfdən yola çıxmasını bildirmişdir. Həmin vaxt ona məxsus avtomobildə Bayram ön oturacaqda, Şəmil isə arxa oturacaqda əyləşmişdir. Bundan sonra o, Şəmilin dediyi yerə, yəni Mingəçevir şəhəri “Qres” deyilən yerdə körpünün altında olan torpaq yola sürmüş, onlar həmin körpünün altına avtomobili verən zaman yolun birtərəfli torpaq yol olduğunu görmüş və qızın körpüdən düşən vaxtı görmələri üçün avtomobili bir qədər irəli sürüb geniş yerdə döndərmiş və əks istiqamətdə həmin yolu bir qədər geriyə qayıdıb avtomobili saxlayıb qızı gözləməyə başlamışlar. Mehriban körpüdən düşən vaxt sonucunu görə bilmələri üçün avtomobili əlverişli səmtdə saxlamışdır. Saat 13 radələrində Şəmil Mehribanın körpüdən düşüb piyada gəldiyini göstərmiş, həmin vaxt Mehribanın yanında 3-4 nəfər qadın olduğunu uzaqdan görmüşdür. Şəmil Mehribanın qara paltar geyindiyini bildirib göstərmiş, Mehriban və yanında olanlar onlara yaxınlaşan zaman o, bacısı Gülnarın da orada olduğunu görmüşdür. Şəmilin göstərişi ilə o, avtomobili Mehriban və yanındakıların yaxınlığına sürüb orada saxlamışdır. Avtomobili Mehribangilin bərabərliyində saxladıqda Mehriban və sonuncunun yanında olanlar avtomobilinin sağ tərəfində qalmışlar. O və Bayram avtomobili saxlayan zaman avtomobildən düşməmiş, Şəmil arxa otracaqdan qapını açıb yerə düşmüşdür. Həmin vaxt Gülnar ondan və Bayramdan Şəmil ilə gəlməsinin səbəbini soruşmuş, Gülnarın sualını cavabsız qoymuşlar. Həmin vaxt Şəmil Mehribana çevrilib qorxma “mənəm” sözünü deyərək avtomobildə arxada oturmağı təklif etmişdir. Bundan sonra Mehriban könüllü halda avtomobildə arxa oturacaqda əyləşmiş, bundan sonra Şəmil də Mehribanın yanında əyləşmişdir. Mehribanın yanında olan şəxslər isə sakitcə durub baxmış, avtomobili sürüb həmin yerdən çıxan zaman Mehribandan şəxsiyyət vəsiqəsinin üzərində olub-olmadığını soruşmuşdur. Mehirban isə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmiş, bundan sonra avtomobili saxlayaraq Mehirbana kağız qələm verib özünün könüllü gəlməsi barədə ərizə yazmasını demişdir. Mehirban da ərizə yazaraq könüllü şəkildə onlarla getdiyini bildirmiş və həmin ərizəni Şəmilin vasitəsi ilə ona vermişdir. Bundan sonra o, Nübara zəng vurub dəmiryol vağzalının qarşısna çıxmasını bildirmiş, dəmiryol vağzalının yanında saxlayan zaman Nübar avtomobilin arxa qapısını açıb Şəmil və Mehribanın yanında əyləşmişdir. Nübar avtomobilə əyləşdikdə Mehribanı orada görüb ondan nə baş verdiyini soruşduqa Nübara acıqlanmış və bu barədə sonra izah verəcəyini bildirmişdir. Bundan sonra o, avtomobili Tərtər rayonu Hüsənli kəndinə bibisi Şamamanın evinə sürmüş, yol gedən zaman onlar sadəcə olaraq «Allah xoşbəxt eləsin» sözlərini demişlər. Tərtər rayonu Hüsənli kəndində çatan zaman bibisi Mehribanı görüb vəziyyəti başa düşmüş və onları xoş qarşılayaraq sonra evə keçirmişdir. Mehriban Nübarı tanıdığı üçün Nübardan yanında qalmasını xahiş etmiş, daha sonra o, yaşadığı Bərdə rayonu, Şahvəlilər kəndinə qayıtmışdır. Axşam tərəfi Mehribanın qohumları Mətləb atası Şahlara zəng vurub Mehribanın valideyn və qohumlarının Mehribanı görmək üçün Mingəçevir şəhərindən çıxıb Tərtər rayonu Hüsənli kəndinə gəldiklərini bildirdikdən sonra o, atası Şahlar, anası İntizar bibisi Şamamanın Tərtər rayonu Hüsənli kəndində olan evinə getmişlər. Həmin vaxt bibisi Şamama evdə əri Mədətlə birlikdə olmuş, bir qədər sonra Mehribanın anası Ətrabə, xalası qızı Bəxtilə, xalası Mələk, hamının Xətai kimi tanıdığı xalası oğlu Nəsimi və Mətləb gəlmişdir. Həmin şəxslər evdə «xeyir dua» vermək üçün Mehribanla görüşmək istədiklərini, Mehribanı görüb getmək istədiklərini dedikdə Mehribanı həmin şəxslərə göstərməyə razılaşmışlar. Günorta saatlarında Şəmil Mehribanı mərhum bibisinin evinə apardığı üçün onlar Mehribanın qohumlarını Mehribanın yanına aparmışlar. Bibisinin evinə çatan zaman Mehribanın anası, xalası və xalası qızı otağa keçib Mehribanla görüşmüş, bir qədər sonra Mehribanın xalası qızı Bəxtilə Mehribanın əlindən tutub otaqdan çıxaraq Mehribanın bir xahişinin olduğunu demişdir. Onlar həmin xahişin nədən ibarət olduğunu soruşduqda Bəxtilə Mehribanın öz atası evinə gedib el adətinə uyğun gəlin gəlmək istədiyini bildirmişdir. Həmin vaxt Şəmilin anası və bacısı, habelə orada olan digər qohumlar buna narazılıqlarını bildirmiş, həmin vaxt Şəmilin bacısı Ülviyyə ilə Bəxtilə arasında əlbəyaxa dava düşmüş və onlar birbirilərinin saçını yolmağa başlamışlar. Bundan sonra Bəxtilə ilə Mehribanı itələyib mətbəxə keçirmiş, evdə çox səs-küy olduğundan və səs-küyə qonşular yığışdığı üçün Şəmil Mehribanın evinə getməli olduğunu demiş, ona görə də Mehriban və ailə üzvləri öz avtomobillərinə minib getmişlər. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 sentyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadıqları evdə anasına kömək edən zaman qonşuluqda yaşayan Vüsalə adlı şəxsin əmisi qızı Gülnar adlı qadın onun kiçik bacısı Şahid3 «Whatsapda» mesaj yazaraq birlikdə Mingəçevir şəhərində «Şəhidlər Xiyabanına» və orada imam ehsanı vermək istədiyini bildirmiş, onlar da razılaşmışlar. Gülnar Mehparəyə mesaj yazan zaman bacısına onu və daha kimi istəsələr dəvət edə biləcəklərini bildirmişdir. Onlar da razılaşmış və evdən çıxan zaman həm qonşuları, həm də qohumları Güneli özləri ilə birlikdə aparmışlar. Saat 11 radələrində yaşadıqları evdən çıxıb yolun kənarında asfalt yolda gözləyən zaman Gülnar onların yanına gəlmiş və onlar birlikdə Mingəçevir şəhəri «Şəhidlər Xiyabanına» getmişlər. Şəhidlərin qəbrini ziyarət etdikdən sonra geri qayıtmaq üçün o, Gülnar, bacısı Mehparə və Günel 7 nömrəli marşrut avtobusuna minmiş, Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən «Uğur» marketin qarşısında olan duracağa çatan kimi Gülnar telefonla kiminləsə yazışmışdır. O, bacısı Mehparə və Günel «Uğur» marketin yanında olan duracaqda düşmək istəsələr də Gülnar özünü pis hiss etdiyini və növbəti duracağa qədər onunla birgə getməsini təklif etdiyinə görə onlar da razılaşaraq Gülnarın dediyi duracaqda avtobusdan düşdükdən sonra Gülnar özünü pis hiss etdiyi üçün onun yaşadığı tərəfdən evə getmək üçün həmin istiqamətdə getmişdir. Yolda Gülnarın yenə də telefonla kiminləsə yazışmış, Mingəçevir şəhəri, Təbriz küçəsinin sonunda Naxçıvan küçəsinə birləşən yerdə olan körpünün altından keçən dəmiryol relsləri ilə getdikləri zaman qarşıdan Gülnarın qardaşı Ədalətin avtomobilinin gəldiyini görmüşdür. Ədalət avtomobili onların qarşılarında saxlamış, lakin, özü avtomobildən yerə düşməmişdir. Avtomobilin ön oturacağından adını sonradan bildiyi Şəmil, arxa oturacağından isə adını sonradan bildiyi Bayram adlı şəxslər yerə düşmüş, sonradan həmin şəxslərin Gülnarın qohumları olması ona məlum olmuşdur. Həmçinin sonradan Gülnarın yazışdığı şəxsin də Şəmil olduğu ona məlum olmuşdur. Həmin vaxtadək Şəmil ilə heç bir əlaqəsi və danışığı olmamış, sonuncunu tanımamışdır. Şəmil və Bayram avtomobildən düşdükdən sonra onlara yaxınlaşmış, həmin şəxslərin niyyətini anlayıb Gülnarın arxasına keçmişdir. Lakin buna məhəl qoymayan Bayram Gülnarın arxasına keçib, onu qucaqlamış, bunu görən Gülnar üzünü Bayrama tutub «Şəmilnən Mehriban görüşüb danışmalı idi, siz niyə burdasınız?» sualını verdikdə, sonuncu Gülnara heç bir cavab verməmişdir. Bayram onu buraxmadığı üçün o, haray salaraq anasını səsləmiş, həmin vaxt Gülnar Bayramı və Şəmili ona qarşı etdikləri hərəkətlərdən çəkindirməyə çalışsa da, sonuncular Gülnarın sözlərinə fikir vermədən, Bayram onun qışqırmağının qarşısını almaqdan ötrü bir əli ilə ağzından tutub, digər əli ilə onu dartaraq Ədalətin idarə etdiyi avtomobilin arxa oturacağına salmışdır. Həmin vaxt bacısı Mehbarə və tanışları Günel Bayrama yaxınlaşıb ona kömək etmək istədikdə Şəmil Günel və Mehbarənin qarşısını almışdır. Sonra Şəmil avtomobilə qabaq oturacağa əyləşmiş və Ədalət avtomobili oradan sürətlə sürüb oradan uzaqlaşmışdır. Bayram onu məcburi qaydada avtomobilə otuzdurduqda sağ əli əzilmişdir. Ədalət avtomobili iti sürətlə idarə etdikdən qısa müddət sonra avtomobili dəmiryol vagzlının qarşısında saxlamış və sonradan tanıdığı Ədalətin həyat yoldaşı Nübar da avtomobilə arxa oturacaqda, yəni onunla Bayramın yanında əyləşmişdir. Nübarı onunla qonşulquda yaşayan Vüsaləgilə gedib-gələn vaxtdan tanımış, Nübar avtomobilə əyləşdikdən sonra təəccüblü şəkildə üzünü əri Ədalətə, həmçinin Bayramla Şəmilə tutaraq onun avtomobildə nə gəzdiyini soruşmuşdur. Həmin vaxt Ədalət Nübara onların işinə qarşımamağını söyləmiş, Nübar onun məcburi qaydada avtomobilə mindirilib-mindirilmədiyini soruşmuşdur. Nübara məcburi qaydada, yəni iradəsinə zidd olaraq qaçırıldığını deyib, onu buraxmaları üçün yalvarmağa başladıqda Nübar baş verənlərə etiraz edərək, onun evinə qaytarılmasını Ədalətdən tələb etməyə başlamışdır. Lakin, həmin vaxt Ədalət yüksək səslə Nübara sakit durmasını, məsələyə evdə aydınlıq gətirəcəklərini bildirmişdir. Avtomobildə gedən söhbətlərdən onu Tərtər rayonu, Hüsənli kəndində aparacaqlarını başa düşmüşdür. Yol gedən zaman Ədalətə zəng gəlmiş, Ədalət telefona cavab verib danışdıqdan sonra danışmaq üçün telefonunu ona vermişdir. Telefona cavab verdikdə Gülnarın zəng etdiyini görmüş və ondan nə səbəbə görə ona qarşı belə bir hərəkət etdiyini soruşmuşdur. Gülnar telefonda ona qaçırılacağını bilmədiyini, sadəcə onunla Şəmilin arasında görüş təşkil etmək niyyətində olduğunu, Şəmilin onu qaçırmaq barədə heç bir söz demədiyini, məsələnin bu vəziyyətə gəlib çıxacağını qabaqcadan bilmədiyini bildirmişdir. Eyni zamanda danışıq zamanı Gülnar ona Şəmilin özünün və onun ailəsinin yaxşı ailə olduğunu, vəziyyət belə alınsa da Şəmillə ailə qursa peşman olmayacağımı bildirmişdir. Telefonda Gülnara etiraz edərək Şəmili tanımadığını və sonuncu ilə ailə qurmaq istəmədiyini demişdir. Bundan sonra o, telefonu Gülnarın qardaşı Ədalətin üstünə atmış, Tərtər rayonu Hüsənli kəndinə çatdıqdan sonra Ədalət avtomobili hansısa fərdi yaşayış evinin həyətinə salmış, həmin həyət evinin Şəmilgilin valideynlərinin evi olduğunu başa düşmüşdür. Həmin vaxt avtomobildən düşmək istəməmiş, Nübar ona artıq gəldiyini və düşüb məsələyə sakit şəkildə aydınlıq gətirməyi məsləhət görmüşdür. Avtomobildə oturmağın mənasız olduğunu görüb avtomobildən düşmüş, onun qarşısına sonradan tanıdığı Şəmilin anası gələrək bundan sonra ona fərdi yaşayış evinə aparmışlar. Orada onu ilk öncə qonaq otağına dəvət etmiş, qonaq otağında tanımadığı çoxlu şəxslər olmuşdur. Orada hamı, əsasən də qadınlar ondan özünün Şəmilə qoşulub könüllü gəlməyi barədə ərizə yazmasını xahiş etmiş, Şəmil ilə ailə qurmaq niyyətində olmadığını və gələcəkdə də belə bir fikrə düşməyəcəyini bildirmişdir. Bundan sonra orada olan qadınlar ondan könüllü gəlməyi barədə ərizə yazmağını daha da təkidlə xahiş etməyə başlamış, bir neçə dəqiqə sonra isə onu başqa yerə aparacaqlarını bildirmişlər. Bir qədər sonra Bayram onu idarə etdiyi ağ rəngli «VAZ 2107» markalı avtomobillə, Şəmilin anası, Şəmilin bacısı, Ədalətin arvadı Nübar, həmçinin Şəmilin özü ilə birlikdə Tərtər rayonunda Şəmilin bibisi evinə aparmışdır. Evdə olan zaman orada olan şəxslər yenə də ondan ərizə yazmasını xahiş etmiş, Şəmil yanına gəlib onu heç kimə verməyəcəyini demişdir. Şəmilə narazılığını bildirdikdə isə Şəmil sillə ilə onun üzünə vurmuşdur. Ərizə yazmadığı üçün Şəmil və onun qohumlarının daha da aciz vəziyyətə düşdüklərini görüb könüllü gəlmək barədə ərizəni valideynlərini çağırmaları və onun valideynlərinə təhvil vermələri şərti ilə yazacağını demişdir. Bundan sonra orada olan tanımadığı şəxslərdən hansısa onun olduğu yataq otağına qələm və kağız gətirmiş, orada ona şərtini qəbul edəcəklərini, yəni valideynlərinə məlumat verəcəklərini söz verib, ərizə yazmağını bir daha xahiş etmişlər. Bundan sonra o, məcbur qalıb və orada olan şəxslərə inanaraq Şəmil ilə könüllü gəlməsi barədə ərizə yazmışdır. Bundan sonra o, və Nübar fərdi yaşayış evinin həyətində oturmuş, ona yemək gətirsələr də yemək yeməmişdir. Daha sonra Ədalət gələrək qohumlarının onun dalınca gəldiklərini demişdir. Bundan sonra Ədalət avtomobilinə əyləşib çıxıb getmiş, təxminən yarım saat sonra anası Ətrabə, xalası Mələk, xalası oğlu Xətai, xalası qızı Bəxtilə və qonşuları Mətləb oraya gəlmişlər. Qohumları dalınca gələn zaman evdə o, Nübar və azyaşlı uşaqlar olmuşdur. Xalası qızı Bəxtilə ondan təklikdə könüllü gəlib-gəlmədiyini soruşan zaman Bəxtiləyə onu məcbur şəkildə gətirdiklərini bildirmiş, bir müddət sonra Şəmilin bir çox qohumu həmin evə gəlmişdir. Onun məcburi gətirildiyini bilən xalası qızı Bəxtilə onu möhkəm qucaqlamış, Bəxtilə və xalası oğlu onu aparacaqlarını bildirdikdə onun qohumları ilə Şəmilin yaxınları və qohumları arasında mübahisə yaranmışdır. Həmin vaxt Şəmilin ata-anası onu saxlamağa çalışmış, xalası qızı Bəxtilə isə onu möhkəm qucaqlamış və heç kimə verməmişdir. Həmin vaxt əlbəyaxa dava düşmüş, Şəmilin qohumları onu və qohumlarını vurmuşlar. Lakin, onlar bir təhər imkan edib küçəyə çıxmış və orada dayanmış Xətainin avtomobilinə əyləşdikdən sonra Mingəçevir şəhərinə qayıtmışlar. Mingəçevir şəhərinə çatan kimi birbaşa polis şöbəsinə gələrək şikayət etmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, sonunculara qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 27.09.2021-ci il tarixdə Gülnar ona Watsapda mesaj yazaraq onu və bacısı ilə birgə Mingəçevir Şəhidlər xiyabanına gedib orada ehsan vermək istədiyini bildirmiş və onların da Gülnarla birgə getmələrini demiş, onlar Gülnarın bu təklifi ilə da razılaşmışlar. O və Mehriban evdən çıxan zaman qonşuları Günelə bu barədə demiş və Günel onlarla birgə getmişdir. Bundan sonra o, Günel, və Mehriban saat 11 radələrində evdən çıxıb duracağa tərəf getmiş və Gülnarla duracaqda görüşüb birgə Şəhidlər Xiyabanına ziyarət etmək üçün getmişlər. Onlar «Şəhidlər Xiyabanında» şəhidləri ziyarət etdikdən sonra o, Gülnar, Günel və Mehriban 7 nömrəli marşurt avtobusuna minmiş, Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən “Uğur” marketin qarşısında olan duracağa çatan kimi Gülnar telefon ilə kimləsə mesajlaşmışdır. O, Günel və Mehriban Uğur marketin yanında olan duracaqda düşmək istəyən zaman Gülnar özünü pis hiss etdiyini və bundan sonra olan duracaqda birgə düşməyi təklif etmiş, onlar da razılaşmışlar. Növbəti duracaqda onlar birlikdə avtobusdan düşmüş və Gülnar özünü pis hiss etdiyi üçün birlikdə yaşadığı evə yola salıb oradan da öz yaşadıqları evə gedəcəklərini nəzərdə tutmuşlar. Mingəçevir şəhəri, Təbriz küçəsinin sonunda Naxçıvan küçəsinə birləşən yerdə olan körpünün altı ilə piyada gedən zaman qarşıdan boz rəngli avtomobil gəlib onların qarşısında saxlamış, lakin avtomobili idarə edən Gülnarın qardaşı Ədalət avtomobilin mühərrikini söndürməmişdir. Avtomobilin ön oturacağından adını sonradan bildiyi Şəmil adlı şəxs, arxa sağ tərəf oturacaqdan isə sonradan adının Bayram olduğunu bildiyi şəxs aşağı düşmüşdür. Həmin şəxslər avtomobildən enib onlara yaxınlaşmış, lakin, avtomobili idarə edən Ədalət avtomobildən yerə düşməmişdir. Bayram və Şəmil avtomobildən düşüb onlar tərəf gələn zaman Mehriban həmin şəxslərdən qorxub Gülnarın arxasına keçmişdir. Həmin vaxt Bayram Mehribana yaxınlaşıb sonuncunu qucaqlamış, Mehriban isə “ay mama“ deyib qışqırmağa başlamışdır. Bayram Mehribanın səsini eşidən olmaması üçün ağzından tutub əli ilə bağlamış, sonra Mehribanı avtomobilin arxa oturacağına itələyib salmışdır. Bacısına kömək etmək istəyən zaman Şəmil onların qarşısını kəsmiş, həmin vaxt onun yanında olan Günel də Mehribana kömək etmək istədikdə Bayram avtomobilin arxa oturacağına Şəmil isə qabag sağ oturacağa oturduqdan sonra Ədalət avtomobili sürətlə sürüb hadisə yerindən uzaqlaşmışdır. O və Günel Gülnarın üzərinə qışqıraraq “nə üçün belə elədin” dedikdə Gülnar onlara heç bir söz deyə bilməmişdir. O əmisi Eyyuba zəng vurub baş vermiş hadisəni danışmış, əmisi isə ona yolun kənarında gözləmələrini demişdir. Onlar yolun kənarına çıxdıqdan sonra əmisi Eyyub onları öz avtomobili ilə götürüb onları evə aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 12 sentyabr 2021-ci il tarixdə öncə Şəmil onların yaşadıqları evə qonaq gələrək qonuşuluğunda yaşayan və uzaq qohumları olan Mehribanı yay aylarında Mingəçevir şəhərində toya gələn zaman görüb bəyəndiyini və Mehriban ilə üzbəüz görüşüb söhbət etdiyini ona demişdir. Şəmilin sözlərindən o, Mehribanın da Şəmili istədiyini anlamışdır. Zərərçəkmiş şəxs bacısı Şahid3 ilə onun oğlu Surac 87 nömrəli Kəlbəcər rayon tam orta məktəbdə birgə oxuduğuna görə Mehparə ilə münasibəti yaxşı olmuş və ara-sıra istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Mehparənin istifadəsində olan xatırlamadığı mobil nömrəyə “Whatsapp”-da tez-tez mesajlar yazmışdır. 26.09.2021-ci il tarixdə Mehparə ona mesaj yazaraq ertəsi gün bacısı Mehribanla birlikdə Mingəçevir şəhərində «Şəhidlər Xiyabanına» getmək istədiklərini və onun da getmək istəyibistəmədiyini soruşduqda o, 27.09.2021-ci il tarixdə «Şəhidlər Xiyabanına» gedəcəyini bildirmişdir. Söhbət zamanı o, Şahid5 adlı tanışlarının da «Şəhidlər Xiyabanına» gedəcəyini bilmişdir. Həmin vaxtadək bibisi oğlu Təqsirləndirilən şəxs3 onu təklikdə Mehribanla görüşdürməsini xahiş etmiş, Mehribanla görüşüb sonuncu ilə ailə qurmaq istədiyini təklikdə deyəcəyini, Mehriban razı olacağı təqdirdə ailə qurmaq məqsədi ilə getməyi Mehribana təklif edəcəyini ona bildirmişdir. Mehribanın da Şəmilə qarşı hisslərinin olduğunu Şəmil ona dedikdən sonra o, «Şəhidlər Xiyabanına» getmək üçün Mehriban, Mehparə və Günellə görüşəcəkləri gün, yəni 27.09.2021-ci il tarixdə Şəmil ilə Mehribanı görüşdürmək qərarına gəlmişdir. Bu məqsədlə 26.09.2021-ci il tarixdə istifadəsində olan mobil nömrənin “Whatsapp” proqramında Şəmilin nömrəsinə yazaraq 27.09.2021-ci il tarixdə saat 11-də Mehriban və Mehribanın bacısı Mehparə ilə Mingəçevir şəhəri «Şəhidlər Xiyabanına» gedəcəklərini, habelə Şəmilə Mehribanla görüş təşkil edə biləcəyini demişdir. Bacısının yanında Şəmil ilə görüşdürməməsi üçün bu haqda Mehribana heç bir söz deməmişdir. 27.09.2021-ci il tarixdə saat 11 radələrində o, Mehriban, sonuncunun bacısı Mehparə və onlarla birlikdə olan Günel adında qızla şəhərdə görüşmüş və dördü birgə Mingəçevir «Şəhidlər Xiyabanına» ziyarət etmək üçün getmişlər. Ziyarət başa çatdıqdan sonra Mehribangil onlarla birlikdə evlərinə getməyi təklif etmiş, lakin, o, qayınanasının evdə xəstə olduğunu, ona görə də Mehribangilə gedə bilməyəcəyini bildirmişdir. Bundan sonra o, Günel, Mehparə və Mehriban 7 nömrəli marşrut avtobusuna minmiş, avtobusda olarkən o, Şəmil ilə Mehribanı görüşdürmək üçün istifadəsində olan mobil telefonda olan “Whatsapp” proqramı vasitəsi ilə Şəmilin istifadəsində olan telefon nömrəsinə mesaj yazaraq Mehribanla birlikdə olduğunu demişdir. «Şəhidlər Xiyabanına» gedərkən də o, Şəmilə mesaj yazaraq Mehribanla birlikdə olacağını, fürsət düşən kimi isə məlumat verəcəyini demişdir. Əvvəlcədən danışdıqları üçün Şəmil yaşadığı Tərtər rayonundan Mingəçevir şəhərinə gəlmiş, lakin, kiminlə birlikdə gəldiyini bilməmişdir. Mehriban, Mehparə və Günel ilə birlikdə 7 saylı marşrut avtobusunda gedərkən Şəmilə mesaj yazıb getdikləri istiqaməti bildirmişdir. Şəmil Mehribandan ayrılmamasını və avtobusdan enən kimi olduqları yeri deməsini xahiş etmişdir. Ona görə də Günel, Mehparə və Mehriban “Uğur” marketin yanında olan duracaqda düşmək istəyən zaman Mehribangilə yalandan özünü pis hiss etdiyini və növbəti duracağa qədər, yəni onun evinin yerləşdiyi şəhərin Naxçıvan küçəsində yerləşən körpünün altında düşəcəyini deyib, Mehribangilin də onunla birlikdə getmələrini xahiş etmişdir. Mehribangil onunla birlikdə getməyə etiraz etməmiş, Növbəti duracaqda hamısı birlikdə avtobusdan enmişlər. Mehribangil onu evə yola salmaq üçün piyada onun yaşadığı ev istiqamətinə tərəf getmiş, həmin vaxt o, Şəmilə mesaj yazaraq Mehribanla piyada getdikləri istiqamət barədə məlumat vermişdir. Bundan sonra onlar dördü yolu keçərək körpünün altı ilə dəmiryol relsinin yanında olan torpaqyol ilə piyada getmiş, təxminən 5-10 dəqiqə sonra boz rəngli avtomobil onlara tərəf yaxınlaşmışdır. Avtomobil onların yanına çatıb dayandıqda, avtomobili qardaşı Ədalətin idarə etdiyini görmüş, Ədalətin oraya gələcəyini əvvəlcədən bilməmişdir. Həmin vaxt Şəmilin Tərtər rayonundan Mingəçevir şəhərinə Ədalət və avtomobildə olan digər bibisi oğlu Bayramla birlikdə gəldiyini anlamışdır. Bayramla Ədalətə üz tutub «Şəmilnən Mehriban görüşüb, söhbət etməli idi. Bəs siz niyə gəlmisiniz?» sualını vermiş, lakin Ədalətlə Bayram ona heç bir cavab verməmişdir. Bir qədər sonra Şəmil avtomobildən enmiş, Şəmilə onlara getməyi təklif etmişdir. Lakin, Şəmil elə onlardan qayıtdığını deyərək sonra Mehribanla salamlaşmış, həmin vaxt Şəmil Mehribanı sevdiyini, sonuncu ilə ailə qurmaq istədiyini deyib, Şəmil ilə birlikdə getmək istəyib-istəmədiyini soruşmuşdur. Mehriban da heç bir söz demədən özü könüllü şəkildə Ədalətin idarə etdiyi avtomobilə əyləşmiş, bundan sonra Ədalət avtomobili oradan sürüb getmişdir. Onunla Mehparə və Günel isə yoluna davam edin getmişlər. Yolboyu Mehparə həmin avtomobildə olan şəxslərin kim olduğunu soruşmuş, o isə avtomobildə olanların onun qohumları olduğunu bildirmişdir. Mehparə ona gərək Mehribanın getməsinə imkan verməməsini deyən zaman Mehparəyə özünün də baş verən hadisənin təsiri altında olduğunu, yəqin ki, Mehribanın razılığı olduğu üçün sakitcə avtomobilə əyləşib getdiyini bildirmişdir. Bundan sonra Mehparə yolboyu anası tərəfindən “öldürüləcəyini” demişdir. Sonra Mehribanın anası onun yanına gəlib, hadisənin necə olduğunu soruşduqda o, Ətrabəyə hadisə barədə ətraflı məlumat vermiş və Mehribanın qoşulub qaçdığı şəxsin onların Tərtər rayonunda yaşayan qohumları olduğunu, yaxşı ailə olduğunu demişdir. Sonradan bildiyinə görə həmin gün Mehribanın anası qohumları ilə birlikdə Tərtər rayonuna Şəmilgilə gedib Mehribanı evə qaytarmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2021-ci il tarixdə atası Telmanın xəstəliyi ilə əlaqədar əri Ədalət onu Mingəçevir şəhərinə atası Telmanın yaşadığı evə gətirmiş və həmin vaxtdan atasının yanında qalmışdır. 27.09.2021-ci il tarixdə səhər saatlarında Ədalət özünə məxsus «VAZ 21010» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu Bərdə rayonuna aparmaq üçün gəlmiş, həmin vaxt Ədalətin bibisi oğlu Şəmil və əmisi oğlu Bayram da gəlmişlər. Saat 13 radələrində Şəmil, Bayram və Ədalət sonuncuya məxsus avtomobilə əyləşib Mingəçevir şəhərində bəzi işlərinin olduqlarını bildirmiş, Ədalət ona zəng edən zaman dəmiryol vagzalının qarşısına çıxmasını bildirmişdir. Təxminən 40 dəqiqə sonra Ədalət ona zəng vurub işlərini bitirdiklərini və ona dəmiryol vagzalının qarşısına çıxmasını demiş, atası Telmanla görüşüb əri Ədalətlə Bərdə rayonuna geri qayıtmaq üçün dəmiryol vagzalının qarşısına çıxmışdır. Təxminən 5 dəqiqə sonra Ədalət avtomobili onun yanında saxlamış və o, avtomobilin arxa qapısını açıb əyləşən zaman arxada Şəmil və əvvəlcədən tanıdığı Şəmilin bəyəndiyi qız olan Mehribanın oturduğunu görmüşdür. Mehribanın avtomobildə onlarla birgə nə işi olduğunu soruşan zaman Ədalət ona sakit durmasını və evdə ona hər şeyi izah edəcəyini bildirmişdir. Lakin o, artıq Mehribanın Şəmilnən ailə qurmaq məqsədi ilə getdiyini anlamışdır. Yolda bu barədə heç bir söhbət etməmiş, yol boyu heç kim danışmamışdır. Onlar Tərtər rayonuna çatdıqdan sonra ilk olaraq Şəmilgilin evinə getmiş, orada Şəmilin anası onları görüb Şəmilin Mehribanı evlənmək məqsədi ilə gətirdiyini başa düşərək onları xoş qarşılamışdır. Mehriban ondan yanında qalmasını xahiş etdiyinə görə Mehirbanı tək qoymamış və sonuncunun yanında qalmışdır. Bir qədər Şəmilgilin evində qaldıqdan sonra onlar daha sonra Şəmilin mərhum bibisinin evinə getmişlər. Axşam saatlarında Mehribanın qohumları gəlib Mehribanı aparacaqlarını bildirmiş və bu zaman mübahisə yaranmışdır. Bundan sonra Şəmilin valideyinləri və Şəmil çox səs-küy olduğunu görüb Mehirbana getməsini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 27.09.2021-ci il tarixdə o, evə gələn zaman qızları Mehriban və Mehparə evdə olmamış, Mehparayə zəng vurub harada olduğunu soruşduqda sonuncu ona Mehriban ilə Şəhidlər Xiyabanına getdiyini bildirmişdir. Saat 14 radələrində onlarla qonuşulqda yaşayan Günel və qızı Mehparə evə gələrək tanımadığı şəxslərin Mehribanı güclə avtomobilə əyləşdirib qışqırda-qışqırda apardıqlarını demişdir. Hadisənin necə baş verdiyini soruşduqda X4 geri qayıdan zaman Naxçıvan küçəsində olan körpününü yanında duracaqda düşdükdən sonra körpünün altı ilə torpaq yol ilə piyada gedərkən qarşılarını avtomobil kəsdiyini və avtomobildən enən şəxslərin Mehribanı avtomobilə zorla əyləşdirib apardıqlarını demişdir. Mehparə Mehribanı qaçıran şəxslərin Gülnarı tanıdıqlarını bildirmişdir. Mehparə Gülnarın avtomobildən düşən şəxslərə “siz nə gəzirsiz burda Mehribanla Şəmil söhbət etməliydi” dediyini dedikdən sonra Gülnarın yaşadığı evə gedib Gülnardan həmin şəxslərin kim olduğunu soruşduqda sonuncu ona Mehribanı qaçıran şəxsin Tərtər rayonu Hüsənli kədində yaşayan qohumu Şəmil adlı şəxs olduğunu, lakin əvvəlcədən Mehirbanın qaçırılacağından xəbəri olmadığını bildirmişdir. Bundan sonra o, ağlayaraq yaşadığı evə geri dönmüş, bundan sonra onlarla qonşuluqda yaşayan Mətləbin Tərtər rayonunda qohumları olduğundan maraqlanmasını demiş, Mətləb Tərtərdə olan qohumları ilə danışdıqdan sonra qızını Mətləbin uzaq qohumu olan Şamamanın oğlu Şəmilin qaçırtdığını bilmişlər. Bundan sonra onlar yəni o, Xətai, Mələk, Bəxtilə və Mətləb Şəmilin yaşadığı Tərtər rayonu Hüsənli kəndində Şamamanın yaşadığı evə getmişlər. Onları orada Şəmilin anası Şamama, atası Mədət, qohumları Şahlar qarşılamış, həmin şəxslərə qızı Mehribanı görmək istədiyini bildirmişdir. Həmin şəxslər ilk öncə narazı olsalar da daha sonra razılaşmışlar. Həmin şəxslərə qızı razı olduğu halda qızı ilə görüşüb gedəcəyini bildirmişdir. Bundan sonra Mehirbanı başqa yerdə saxladıqlarını bildirdib onları başqa evə aparmışlar. Həmin evdə qızı Mehriban ilə görüşmüş və qızına hansı səbədən qaçdığını soruşduqda qızı Mehriban ona zorla gətirildiyini bildirmişdir. Daha sonra Bəxtilə keçib Mehribanla görüşmüş və ikisi birgə otaqdan çıxmışlar. Bəxtilə həmin şəxslərə Mehribanın atası evinə gedib xeyir-dua aldıqdan sonra gələcəyini bildirmiş, həmin vaxt Bəxtilə Mehribanın əlindən tutmuşdur. Bəxtilə başı ilə Nəsimiyə işarə etmiş, bundan sonra həmin şəxslər qızı verməyəcəklərini bildirmişlər. Bu vaxt evdə səs-küy düşmüş və Bəxtilə ilə Bayram arasında mübahisə yaranmışdır. Orada olan tanımadığı şəxslər onu, bacısı Mələyi, bacısı qızı Bəxtilə və bacısı oğlu Nəsimini evdən çıxmaq istəyən zaman əlləri ilə vurmuşlar. Həmin evdən Mehribanı çıxartdıqdan sonra öz yaşadıqları evə gəlmişlər. Məhkəmə tibbi ekspertizasının 30.09.2021-ci il tarixli, 644 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - hər iki bazu və said nahiyələrində çoxsaylı qançırlar, küt əşyanın (alərin) təsirindən əmələ gəlmiş, yetirilmə müddəti qərarda göstərilən 27.09.2021-ci il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilmir. Məhkəmə-psixiatrik ekspertizasının 22.12.2021-ci il tarixli, 788 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs3 hazırkı cinayət əməlini törədərkən, yəni 27.09.2021-ci il tarixdə öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək qabiliyyətinə malik olmuşdur, yəni anlaqlı olmuşdur. Məhkəmə-psixiatrik ekspertizasının 22.12.2021-ci il tarixli 786 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədərkən, yəni 27.09.2021-ci il tarixdə öz hərəkətlərini öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik qabiliyyətinə malik olmuş, yəni anlaqlı olmuşdur. Məhkəmə-psixiatrik ekspertizasının 22.12.2021-ci il tarixli 787 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən, yəni 27.09.2021-ci il tarixdə öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik qabiliyyətinə malik olmuşdur, yəni anlaqlı olmuşdur. Cinayət işinə əlavə olunmuş məhkumluğa dair Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə cavablardan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 30 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 1900-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 30 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 2020-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 30 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 2210-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə Mingəçevir şəhər Məhkəməsinin 02 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə Mingəçevir şəhər Məhkəməsinin 02 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə Mingəçevir şəhər Məhkəməsinin 02 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şahvəlilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X10 ailə üzvləri ilə birlikdə Bardə rayonu Şahvəlilər kəndində yaşayır, himayəsində 23.03.2010-cu ildə doğulmuş Nəriman Quluzadə və 24.10.2014-cü ildə doğulmuş Hüseyn Quluzadə adlı azyaşlı uşaqları vardır və yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şahvəlilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X12 ailə üzvləri ilə birlikdə Bardə rayonu Şahvəlilər kəndində yaşayır, himayəsində 09.03.2011-ci ildə doğulmuş Babək Quluyev adlı azyaşlı uşağı vardır və yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Hüsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri ilə birlikdə Tərtər rayonu Hüsənli kəndində yaşayır və yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti yoxdur və təqsirləndirilən şəxslərlə barışmışdır. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların təqsirli olaraq ittiham olunduqları cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduqları əməllər istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, müdafiə tərəfi təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməyərək müdafiəsi üçün gətirdiyi hallar, yəni Zərərçəkmiş şəxs zorla qaçırmamalarına və sonuncnunun özü könüllü olaraq getməsinə dair göstərdikləri məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında tam təkzib olunur. Məhkəmənin belə qənatə gəlməsinə iş materiallarında olan məhkəmə-tibb ekspertizasının rəyləri, zərərçəkmiş şəxs, şahid ifadələri və işdə olan digər sənədlər əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, onlar, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidirlər. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, gənc olması, ilk dəfə cinayət törətməsi, törətdiyi əməlindən peşiman olması, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, ilk dəfə cinayət törətməsi, törətdiyi əməlindən peşiman olması, himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, ilk dəfə cinayət törətməsi, törətdiyi əməlindən peşiman olması, himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təqsirləndirilən şəxslərə cəza təyin edilməsi məsələsinə gəldikdə isə məhkəmə tərkibi hesab edir ki, yuxarıda sadalanan təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallarınn məcmusu, o cümlədən onların zərərçəkmiş şəxsi azad etmələri üçün hər-hansı bir şərt irəli sürməmələri, sonuncunu evlənmək məqsədilə oğurlamaqla təqislərndirilən şəxs Təqsirləndirilən şəxs3 yeni bir ailə qurmasına yardım etməyə cəhd etmələri onların ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edilir və CM-nin 62-ci maddəsinə uyğun olaraq müstəsna hal hesab edilərək təqsirləndirilən şəxslərı CM-nin 144.2.3-cü maddəsi ilə CM-nin 62.1-ci maddəsi tətbiq olunmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəzanı təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olması onların barəsində ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin CM-nin 8-ci maddəsində nəzərdə tutulan ədalət prinsipinə əsasən onların şəxsiyyətinə uyğun olmamaqla yanaşı, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan şəxsin islah edilməsinə xidmət etmir. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxslərə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq təqsirləndirilən şəxslərə onların təqslirli bilindikləri CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasından az həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin onların şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları 30 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 30 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 30 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 30 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar