Məhkəmə qərarları › İş №1(091)-91/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-91/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-91/2023 29.03.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərşəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Balakən rayonu Talalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05 aprel 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 01 sentyabr 2010-cu il tarixli qərarı ilə cəzasının müddəti 10 ilə endirilmiş və 16 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunla nəzərdə tutulmuş qaydada götürülməmiş, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissəsə CM) 126.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə saat 13 radələrində Balakən rayonu Hənifə kəndində yaşayan xalası oğlu Şahid1 yaşadığı evin həyətində sonuncunun qardaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı sonuncunun baş və kürək nahiyələrinə üç ədəd taxta stulu qəsdən ardıcıl vuraraq Zərərçəkmiş şəxs qəsdən burnun sıyrığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan 01 ədəd xəsarət, həmçinin sol orta təpədə 01 ədəd yara çapığı, sol təpənin arxa hissəsində 01 ədəd yara çapığı, sağ təpənin arxa hissəsində 01 ədəd yara çapığı, sol aşağı gicgahda 1,0x0,2 sm səthi yara izi, baş-beyinin yüngül dərəcəli əzilməsi, sol ənsə payında hematoma - qan yığımı, sol gicgah payında subdural hematoma - kontuzion ocaqlar, sol təpə payında epidural hematoma, hər iki alın və sol təpə payının hemorragik kontuziyası, sol təpə sümüyünün xətti sınığı, postravmatik ensofalopatiya ilə nəticələnən dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 avqust 2022-ci il tarixdə saat 13 radələrində Balakən rayonu Hənifə kəndində yaşayan xalası oğlu Şahid1 evinin həyətində sonuncunun qardaşı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı o, sol əli ilə Novruzun sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. O, hadisə zamanı Novruzun baş nahiyəsinə stulla vuraraq xəsarət yetirməmişdir. Novruzun baş nahiyəsində olan həmin xəsarətləri hansı şəraitdə alması barədə heç nə deyə bilməz. O, həmin hadisədən bir neçə gün sonra Zərərçəkmiş şəxs içkili halda atdan yıxılaraq xəsarət aldığını eşitmişdir. Onun fikrincə Novruzda əmələ gələn xəsarətlər sonuncunun atdan yıxılması nəticəsində əmələ gəlmişdir. Məhkəməistintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsindən xəbəri yoxdur, müstəntiq ona təqdim edib, o da həmin ifadəni oxumadan imzalayıb. Əslində o, Zərərçəkmiş şəxs sözügedən xəsarəti yetirməyib. O, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün ona qarşı qərəz olub və törətmədiyi cinayəti onun üstünə yıxıblar. Xalası oğlu Şahid1 həyat yoldaşı Rahibə ilə heç bir münasibəti olmamışdır. Aralarında olan mübahisə də həmin məsələ ilə bağlı olmamışdır. O, yalnız bir dəfə sol əli ilə Zərərçəkmiş şəxs yavaş yumruq vurmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu halların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və o, həmin ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər hər hansı psixi xəstəliklər keçirməmişdir. Hazırda heç bir yerdə işləmir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05 aprel 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 01 sentyabr 2010-cu il tarixli qərarı ilə cəzasının müddəti 10 ilə endirilmiş və 16 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Novruz və Şahid1 qardaşları hər ikisi onun doğma xalası oğludur. 19 avqust 2022-ci il tarixdə axşam saatlarında xalası oğlu Şahid1 onunla əlaqə saxlayaraq həmin gün səhər saatlarında qardaşı Novruz tərəfindən yaşadığı Hənifə kəndində yerləşən evinin həyətyanı sahəsində döyüldüyünü və həmin vaxt Novruzun onun ünvanına nalayiq söyüş söydüyünü bildirmişdir. Buna görə o, Novruza zəng edərək harada olduğunu soruşmuş, Novruz da digər qardaşı Mübarizin Hənifə kəndində yerləşən bağında olduğunu bildirmişdir. O, yaşadığı evdən çıxıb Novruzun olduğu yerə getmiş, orada Novruzdan nə üçün onun ünvanına söyüş söydüyünü soruşmuş, Novruz isə qardaşı Ramilin yalan danışdığını, onun ünvanına söyüş söymədiyini bildirmişdir. O da daha bu barədə heçnə danışmadan oradan yaşadığı evə qayıtmışdır. Səhəri gün, yəni 20 avqust 2022-ci il tarixdə günorta saatlarında xalası oğlu Şahid1 qaynı Tural Bayramov ona zəng edərək harada olduğunu soruşmuş, o da iş yerində olduğunu bildirmişdir. Həmin ərəfələrdə o, Balakən şəhəri ərazisində fəaliyyət göstərən şiriniyyat sexində işləyirmiş. Bir qədər sonra Tural Bayramov onun iş yerinə getmişdir. O, Tural Bayramovu uşaqlıqdan tanıyır, həm qohum kimi, həm də rayon sakini kimi aralarında yaxın münasibət var. Tural iş yerinə gedib onunla görüşdükdən sonra demişdir ki, onun xalası oğlu Novruz zəng edərək bacısı, yəni onun xalası oğlu Ramilin arvadı Rahibə ilə onun arasında yaxın münasibət olduğunu bildirmişdir. Həmçinin, Novruz Turala demişdir ki, guya o, Turalla aralarında olan dostluq münasibətindən istifadə edərək sonuncunun bacısı Rahibə ilə yaxınlıq edir. Həmin vaxt o, bunun mümkün olmadığını, Novruzun əyyaş olduğunu və ağzına gələn yalanı danışdığını Turala bildirmiş, Tural isə cavabında ona demişdir ki, Novruz bunu sübut edə biləcəyini deyib. Bundan sonra Tural onun yanında Novruza zəng edərək məsələyə aydınlıq gətirmək üçün sonuncunu qardaşı Ramilin yaşadığı ünvana dəvət etmiş, daha sonra Tural və o, iş yerindən birbaşa xalası oğlu Ramilin yaşadığı evə getmişlər. Həmin vaxt onlar məsələni Ramilə və arvadı Rahibəyə danışmışlar və məsələyə aydınlıq gətirmək üçün Norvuzu da oraya dəvət etdiklərini bildirmişlər. Həmin vaxt bir neçə qadın və kişi Ramilin həyətində fındıq yığırmışlar. Talalar kənd sakini kimi tanıdığı X12 da həmin vaxt Ramilin həyətində fındıq yığırmış. X6 Tural Bayramovla münasibəti olduğuna görə, X12 işini yarımçıq qoyub onların yanına gəlmişdir. Beləliklə, X12, Tural Bayramov, Ramil, sonuncunun arvadı Rahibə və o, həyətdə oturub Novruzun gəlməsini gözləmişlər. Təxminən saat 13 radələrində Novruz oraya gəlmiş, sonuncu həyətə daxil olub onların yanına gələndə Tural söhbətə başlayıb Novruzdan tələb etmişdir ki, bacısı Rahibə ilə onun arasında münasibət olması barədə dediyi sözə aydınlıq gətirsin və bunu sübut etsin. Həmin vaxt Novruz onunla Rahibə arasında münasibət olduğunu Ramilgilin qonşusu olan Gültaman adlı qadından eşitdiyini bildirmişdir. Buna görə Rahibə gedib həmin Gültaman adlı qadını həyətə çağırmış və həmin qadından onların arasında münasibət olması barədə Novruza və ya digər hər hansı bir şəxsə nəsə bir söz danışıb-danışmaması barədə sual vermişdir. Bu zaman Gültaman adlı qadın Norvuzun üzünə tüpürərək sonuncunun yalan danışdığını, Rahibəni namuslu qadın kimi tanıdıqlarını, ümumiyyətlə belə bir söhbəti ilk dəfə eşitdiyini və Novruzun öz arvadına ləkə yaxan bir insan olduğunu bildirmişdir. Bundan sonra o, sağ əli ilə Novruzun çənəsindən tutub geri itələmiş, bu kimi iyrənc əməllərinə, insanlara şər-böhtan atmasına, insanların arxasınca söyüş söyməsinə, insanların namusuna ləkə yaxmasına son qoymasını tələb etmişdir. O, arxasını Novruza çevirib getmək istəyən zaman anidən qışqırıq səsləri baş vermiş, buna görə o, cəld geri çevriləndə Novruzun əlindəki təxminən 20 santimetr uzunluğunda, parıltılı dəmir tiyəsi olan mətbəx bıçağı ilə onun üzərinə gəldiyini görmüş, həmin vaxt X15rşısına keçib onu bıçaqla vurmasıma mane olmuş və bıçağı Novruzun əlindən almağa çalışmışdır. X20 əlbəyaxa olmuşlar və hər ikisi yerə yıxılmışlar. Buna baxmayaraq Novruz bıçağı əlindən buraxmamış və yerdən ayağa qalxıb bıçaqla onun üstünə hücum çəkmişdir. Həmin vaxt o, Novruzu özündən uzaqlaşdırmaq üçün həyətdəki stullardan birini götürüb sonuncunun başına vurmaq istəmişdir. O, stulu vuran zaman Novruz başını aşağı əymiş və stul sonuncunun kürəyinə dəyib sınmışdır. Lakin bunun heç bir faydası olmamış və Novruz əlindəki bıçaqla yenidən onun üstünə getmişdir. Buna görə o, həyətdəki stullardan birini də götürüb Novruzun başına vurmaq istəyəndə sonuncu yenə başını qorumuş və ikinci stul da kürəyinə dəyib sınmışdır. Lakin bunun da heç bir faydası olmamış və Novruz əlindəki bıçaqla yenə onun üstünə getmişdir. Həmin vaxt xalası oğlu Ramil arvadı Rahibəni tutub qorumuş, X12 isə heç bir müdaxilə etmədən, yəni Novruzu saxlamağa çalışmadan kənardan dayanıb baxmışdır. X24 mane olmaq, yəni sonuncunu tutub saxlamaq və bıçağı əlindən almaq istəmiş, lakin Tural da qorxusundan çox yaxına gedə bilməmişdir. Buna görə o, məcbur olub həyətdəki stullardan birini də, yəni 3-cü stulu götürüb Novruzun başına bir dəfə vurmuşdur. Həmin vaxt Novruz yerə yıxılmış və sonuncunun baş nahiyəsindən qan axmağa başlamışdır. Həmin stullar köhnə olduğuna görə, hər 3 stul sınıb yararsız vəziyyətə düşmüşdür. Buna baxmayaraq Novruz ayağa qalxmağa çalışmışdır. O, Novruzun ayağa qalxmağa çalışdığını görüb sol ayağı ilə sonuncunun sifətindən geri itələmiş və ayağa qalxmasına mane olmuşdur. Daha sonra o, Novruzun bıçaq olan əlini və qolunu tutub saxlamış, Tural isə Novruzun əlindən bıçağı almışdır. Həmin vaxt Ramilgilin qonşuluğunda yaşayan adını bilmədiyi qadın səs-küyə görə oraya gələrək onlara iradını bildirmiş, bundan sonra Tural və o, Ramilin həyətindən çıxıb yaşadıqları evə getmişlər. Sonradan ona məlum olmuşdur ki, Novruz aldığı xəsarətlərlə bağlı Balakən rayon Xəstəxanasına getmiş və orada həkimlərə atdan yıxılaraq xəsarət aldığını bildirmişdir. Bir neçə gündən sonra isə Novruzun hadisə ilə bağlı Polis Şöbəsinə müraciət etdiyi ona məlum olmuşdur. O da həbs olunmaqdan qorxduğuna görə Bakı şəhərinə getmiş və bir müddət orada qaldıqdan sonra yaşadığı Balakən rayonu Talalar kəndinə qayıtmışdır. Əlavə olaraq bildirmişdir ki, xalası oğlu Zərərçəkmiş şəxsla onun arasında əvvəllər hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Hadisə zamanı xalası oğlu Zərərçəkmiş şəxs ondan başqa heç kim vurmamışdır. Hadisə zamanı xalası oğlu Zərərçəkmiş şəxs ondan başqa heç kimin üstünə bıçaqla hücum çəkməmişdir. Hadisə zamanı xalası oğlu Zərərçəkmiş şəxs heç kimi bıçaqla vuraraq xəsarət yetirməmişdir. Münaqişə bitdikdən sonra o, Zərərçəkmiş şəxs hər hansı bir yardım göstərməmişdir. Hadisə zamanı o, narkotik vasitələrin və ya spirtli içkinin təsiri altında olmamışdır. O, “Akula” ləqəbi ilə tanınan Ruslan adlı şəxsi Balakən rayon sakini kimi tanıyır, lakin Ruslanla hər hansı bir yaxın münasibəti yoxdur. Hadisə zamanı Ruslan orada olmamışdır. Hadisə zamanı xalası oğlu Ramilin həyətində fındıq yığan kişi və qadın fəhlələr olmuşdur. Lakin o, həmin fəhlələri tanımır və fəhlələrin baş vermiş münaqişəni görüb-görmədiklərini bilmir. 20 avqust 2022-ci il tarixdə saat 13 radələrində xalası oğlu Şahid1 yaşadığı evin həyətində baş vermiş mübahisə və münaqişə ümumilkdə təxminən 15 dəqiqə davam etmişdir. Xalası oğlu Zərərçəkmiş şəxs uşaq vaxtından idmanla məşğul olduğuna görə sonuncunun bədən əzəzələri çox güclüdür. Həmçinin, hadisə zamanı onun Novruzun kürək və baş nahiyələrinə vurduğu stullar köhnə, sınıq-salxaq stullar olmuşdur. Həmin stullar adətən Ramilin həyətində yağışın, qarın altında qaldığına görə taxtaları çürüyüb kefiyyətsiz hala düşmüşdürlər. Ola bilsin buna görə Novruzun kürək nahiyəsində xəsarət əmələ gəlməmişdir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı Şahid1 evində Təqsirləndirilən şəxsla aralarında mübahisə yaransa da, bu məsələ qardaşı arvadı Rahibə ilə bağlı olmamışdır. Həmin vaxt ona heç kim xəsarət yetirməmişdir. Ordan çıxıb öz atına minib gedərkən yolda atdan yıxılmışdır. Sonra xəstəxanaya müraciət etmiş, orda da atdan yıxıldığını bildirmişdir. Məhkəməistintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsindən xəbəri yoxdur, müstəntiq ona təqdim edib, o da həmin ifadəni oxumadan imzalayıb. Əslində Təqsirləndirilən şəxs ona sözügedən xəsarəti yetirməmişdir. O özü atdan yıxılıb xəsarət almışdır. Ona görə də, zərərçəkmiş şəxsdən şikayətçi deyil. Onu əbəs yerə tutublar. Odur ki, məhkəmədən onun azadlığa buraxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və o, həmin ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Hənifə kəndində ailə üzvləri ilə birikdə yaşayır. O, 20 avqust 2022-ci il tarixdə təxminən saat 12:30 radələrində yaşadığı evin həyətində işləyən zaman onunla eyni kənddə, yəni Balakən rayonu Hənifə kəndində yaşayan qardaşı Şahid1 qaynı Tural Bayramov ona zəng edərək, onu qardaşı Ramilin yaşadığı evə çağırmışdır. O da razılşaraq atına minib qardaşı Ramilin evinə getmişdir. O, təxminən saat 13 radələrində oraya çatanda atını Ramilin həyətinin giriş qapısının qarşısında saxlamış və atdan düşüb həyətə daxil olmuşdur. O, həyətə daxil olanda qardaşı Ramilin və sonuncunun arvadı Şahid2, xalası oğlu Təqsirləndirilən şəxs, qardaşı Ramilin qaynı X10 və Turalın dostu olan Balakən rayonu Talalar kənd sakini X6 həyətdə oturduqlarını görmüşdür. O, sonunculara yaxınlaşanda qardaşının qaynı Tural Bayramov ayağa qalxıb onun üstünə gəlmiş və bacısı Rahibə haqqında yayılan şayiələrə aydınlıq gətirməsini tələb etmişdir. Bu zaman onu oraya “razborkaya” çağırdıqlarını başa düşmüşdür. Çünki o, qardaşının arvadı Rahibə ilə xalası oğlu İntiqamın arasında münasibət olması barədə kənddə söz-söhbətlər eşitmişdir. Həmin vaxt Turalgil ona demişlər ki, belə bir söz-söhbət varsa, buna aydınlıq gətir. O da həmin şayiələri qonşulardan eşitdiyini bildirmişdir. Bundan sonra Rahibə gedib qonşuluqda yaşayan Gültaman adlı qadını həyətə çağırmış və sonuncudan özü haqqında yayılan şayiələr olub-olmadığını soruşmuşdur. Gültaman adlı qadın da Rahibə haqqında hər hansı bir şayiə eşitmədiyini bildirmiş və oradan çıxıb yaşadığı evə getmişdir. Bundan sonra Tural və İntiqam qızışıb onun üstünə getmişlər, Tural əli ilə onun sinəsindən itələyərək demişdir ki, “şərəfin olsun. Bu nə söhbətlərdi edirsən, utanmırsanmı?” Həmin vaxt səhv etmirsə Turalın dostu olan X12 da onun üstünə gedin əli ilə sinəsindən itələmişdir. O, Turalgilin bu hərəkətlərinə görə İntiqama söyüş söyərək bu məsələnin, söz-söhbətlərin doğru olubolmadığını ən yaxşı İntiqamın özünün bildiyini, ondan istədiyi cavabı İntiqamın özünün verməsini bildirmişdir. Buna görə onların arasında olan sözlü mübahisə daha da gərginləşmiş və İntiqam əli ilə onun çənəsindən tutub geri itələmişdir. O da cavabında əli ilə İntiqamın sinəsindən geri itələmişdir. Bu zaman İntiqam həyətdə olan taxta stullardan birini götürüb onun başına vurmaq istədikdə o, başını aşağı əyib zərbədən qorunmuş, stul onun kürəyinə dəymişdir. Həmin vaxt təsadüfən üzərində bıçaq olduğu yadına düşmüş, İntiqamın onu döyəcəyini düşünüb sonuncunu qorxudub özündən uzaqlaşdırmaq məqsədi ilə bıçağı cibindən çıxarıb İntiqama tərəf tutmuş və ondan uzaq durmasını bildirmişdir. Bu zaman Tural araya girib bıçağı onun əlindən almağa çalışmışdır. Nəticədə onlar çəkişərək yerə yıxılmışlar. O, yerdən ayağa qalxanda İntiqam onun üstünə gedərək həyətdəki stullardan birini də götürüb onun baş nahiyəsinə vurmuşdur. Zərbənin təsirindən onun gözləri qaralmış, başında güclü ağrılar hiss etmiş və əlləri ilə üzünü tutmuşdur. Elə həmin vaxt gözlərini açanda İntiqam yenidən stulla onun başına bir zərbə vurmuşdur. Bu zərbədən sonra əlini başına apardıqda əllərinin qana bulaşdığını, yəni başında yara əmələ gəldiyini bilmişdir. Həmin zaman səhhəti pisləşmiş, müvazinətini itirmiş və yerə yıxılmışdır. O, yaxınlıqda olan altıaçığın qarşısındakı dəmir hasara söykənərək yerdə oturmuşdur. O, bir daha əlini başına apardıqda başında şiddətli ağrıların olduğunu və başından fasiləsiz olaraq qan axdığını görmüşdür. Elə bu zaman qonşuluqda yaşayan Gülbahar adlı qadın həyətə daxil olub onu göstərərək “bu nə məsələdir, nə edirsiniz, bunun vəziyyəti nədir belə, bunu kim bu hala salıb?” deyə qışqırmış və onun yanına getmişdir. Həmin vaxt dəqiq kim olduğunu bilmədiyi şəxs Gülbahar adlı qadınla birlikdə onun üzünü su ilə yumuşlar və başını dəsmalla sarımışlar. Bir müddət sonra o, özünü biraz yaxşı hiss etdiyi üçün küçəyə çıxıb atına minmiş və oradan yaşadığı evə getmişdir. Onun bildiyi qədərilə həmin vaxt artıq Tural, İntiqam və X12 qardaşı Ramilin həyətindən çıxıb getmişdirlər. O, yaşadığı evə getdikdən sonra atını həyətdə saxlayıb müayinə və müalicə olunmaq üçün taksi avtomobili ilə Balakən rayon Mərkəzi Xəstəxanasına getmişdir. Lakin o, xalası oğlu Təqsirləndirilən şəxs şikayətçi olmamaq üçün Xəstəxanada döyülərək xəsarət aldığını deyil, atdan yıxılaraq xəsarət aldığını bildirmişdir. Çünki, İntiqamın gəlib ondan üzr istəyəcəyini, onunla barışacağını və onun xəstəxana xərclərini ödəyəcəyini düşünmüşdür. Lakin, hadisənin üzərindən bir neçə gün keçməsinə baxmayaraq İntiqam gəlib ondan üzr istəməmiş, onunla barışmaq üçün heç bir addım atmamış və onun xəstəxana xərclərini ödəməmişdir. Buna görə o, 30 avqust 2022-ci il tarixdə şikayət ərizəsi ilə Balakən rayon Polis Şöbəsinə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, qardaşı Ramilin həyətinə daxil olan zaman orada olan Tural, İntiqam və X6 onu həmin yerə razborka üçün çağırdıqlarını başa düşmüşdür. Çünki, həmin vaxt Tural onun üstünə gedərək bacısı Rahibə barədə yayılan şayiələrə aydınlıq gətirməsini tələb etmişdir. Tural onun üstünə gedərək sinəsindən onu arxaya itələmiş, səhv etmirsə həmin zaman X12 da onu qolundan və ya çiynindən yan tərəfə itələmişdir. Bir müddət aralarında davam edən sözlü mübahisədən sonra İntiqam həmin yerdə olan stulları götürüb onun baş və kürək nahiyələrinə zərbələr endirmişdir. Eyni zamanda aralarında baş verən sözlü mübahisə zamanı orada olan X12 da Tural və İntiqam tərəfdən çıxış edərək sonuncuların sözlərini təsdiq edib ondan düzgün danışmasını tələb etmişdir. Buna görə də o, Tural, İntiqam və X6 onu döydüklərini bildirmişdir. Lakin, qardaşı Ramil ümumiyyətlə hadisəyə müdaxilə etməmiş, onu vurmamış və ona xəsarət yetirməmişdir. Sadəcə olaraq qardaşı Ramilin İntiqamın onu döyməsinə göz yummasına görə əsəbləşib Ramilin də onu döyməsini bildirmişdir. Onun bədənində aşkar edilmiş - sol orta təpədə 01 ədəd yara çapığı, sol təpənin arxa hissəsində 01 ədəd yara çapığı, sağ təpənin arxa hissəsində 01 ədəd yara çapığı, sol aşağı gicgahda 1,0x0,2 sm səthi yara izi, baş-beyinin yüngül dərəcəli əzilməsi, sol ənsə payında hematoma - qan yığımı, sol gicgah payında subdural hematoma kontuzion ocaqlar, sol təpə payında epidural hematoma, hər iki alın və sol təpə payının hemorragik kontuziyası, sol təpə sümüyünün xətti sınığı, postravmatik ensofalopatiya və burnun sıyrığı xəsarətlərini 20 avqust 2022-ci il tarixdə qardaşı Ramilin yaşadığı evin həyətində baş vermiş münaqişə zamanı xalası oğlu Təqsirləndirilən şəxs stullarla onu vurması nəticəsində almışdır. Həmçinin, burun sümüklərinin yerini dəyişmiş sınıqları, burun çəpərinin əyriliyi və tənəffüsün kompensator pozulması xəsarətlərini təxminən 15 il əvvəl yaşadığı evin həyətində yıxıldığı zaman burnunun taxtaya dəyməsi nəticəsində almışdır. Həmin vaxt da maddi imkanı olmadığı üçün burnunda yaranmış həmin xəsarətlərlə bağlı heç bir tibb müəssisəsinə və ya həkimə müraciət etməmişdir. Bir daha bildirir ki, məhkəmətibbi ekspertizasının rəyində göstərilən xəsarətləri 20 avqust 2022-ci il tarixdə qardaşı Ramilin yaşadığı evin həyətində baş vermiş münaqişə zamanı xalası oğlu Təqsirləndirilən şəxs stullarla onu vurması nəticəsində almışdır. Tural Bayramov və X12 isə sözlü mübahisə zamanı əsəbi formada ondan söhbətə aydınlıq gətirməsini tələb edib onun sinəsindən və qolundan kənara itələmişlər. İntiqam da onun fikrincə Tural və Nurəddinin özü tərəfdən çıxış etdiyini düşünərək onun müqavimət göstərməyəcəyini başa düşmüş və buna görə stullarla onu bir neçə dəfə vurmuşdur. Hadisə zamanı Tural Bayramov konkret olaraq onun bədəninin hər hansı nahiyəsinə vurub xəsarət yetirməmişdir. Sadəcə olaraq bir neçə dəfə əli ilə onu arxaya itələmişdir. Belə demək mümkündürsə, Turalla onun arasında sadəcə itələşmə olmuşdur. Hadisə zamanı Tural Bayramovun əlində hər hansı bir kəsici-deşici və ya küt alət olmamışdır. Hadisə zamanı X1 olaraq onun bədəninin hər hansı nahiyəsinə vurub xəsarət yetirməmişdir. Onun bildiyinə görə X12 ümumiyyətlə mübahisəyə qoşulmamış, xatırladığı qədəri ilə hadisə zamanı bir dəfə əli ilə onu itələmişdir. X3 olaraq Tural və İntiqamın dediklərini təsdiq edərək sonuncuların sözlərinə cavab verməsini ondan tələb etmişdir. Həmin hadisə çox uzun davam etmədiyindən və hərə bir ağızdan bir söz dediyi üçün o, kimin nə danışdığını dəqiq xatırlamır. Hadisə zamanı X6 əlində hər hansı bir kəsici-deşici və ya küt alət olmamışdır. O, hadisə zamanı üzərində olan bıçaqla, əli və ya ayağı ilə heç kimi vurub xəsarət yetirməmişdir. O, atədən bağda, sahədə təsərrüfat işləri ilə, heyvandarlıqla məşğul olduğuna görə, təsərrüfat işləri ilə məşğul olan zaman istifadə etdiyi bıçaq bəzi vaxtlarda üzərində olur. Həmin bıçaq həddindən artıq könnə bir bıçaqdır, o, həmin bıçaqdan adətən həyətində kol-kos təmizləmək, kəndir kəsmək və ya göyərti yığmaq üçün istifadə edir. O, 20 avqust 2022-ci il tarixdə təxminən saat 13 radələrində yaşadığı evdən çıxıb qardaşı Ramilin evinə gedən zaman həmin bıçaq üzərində olmuşdur. Hadisə zamanı, yəni qardaşı Ramilin həyətində aralarında baş vermiş münaqişə zamanı xalası oğlu İntiqam həyətdə olan taxta stullardan birini götürüb onun başına vurmaq istədikdə o, başını aşağı əyib zərbədən qorunmuş, stul onun kürəyinə dəymişdir. Həmin vaxt təsadüfən üzərində bıçaq olduğu onun yadına düşmüş, İntiqamın onu döyəcəyini düşünüb sonuncunu qorxudub özündən uzaqlaşdırmaq məqsədi ilə bıçağı cibindən çıxarıb İntiqama tərəf tutmuş və ondan uzaq durmasını bildirmişdir. O, həmin bıçaqla İntiqamı və ya başqa kimisə vurub xəsarət yetirməmişdir. O, hadisə zamanı müvazinətini itirib yerə yıxılandan sonra bıçağı kimsə onun əlindən almışdır. Çünki o, bir müddət sonra ayılıb özünə gələndə artıq bıçaq onun əlində olmamışdır. O, ayılıb özünə gələndən sonra da Gülbahar adlı qadının yardımı ilə başını sarıyıb oradan yaşadığı evə getmişdir. Sonradan da bıçağın harada və ya kimdə olması ilə maraqlanmamışdır. Hazırda həmin bıçağın harada və ya kimdə olduğunu bilmir, buna görə də həmin bıçağı istintaqa təqdim edə bilmir. Yuxarıda qeyd etdiyi kimi, hadisə zamanı üzərində bıçaq olması İntiqam birinci stulla onu vurduqdan sonra yadına düşmüş və o, sadəcə olaraq xalası oğlu İntiqamı qorxudub özündən uzaqlaşdırmaq məqsədi ilə bıçağı cibindən çıxarmışdır. Onun İntiqamı qorxutmaqdan başqa bir məqsədi olmamışdır. Ola bilər ki, hadisə zamanı onun əlindəki bıçaq ehtiyatsızlıqdan Rahibənin qoluna toxunub cızmışdır. Çünki, hadisə zamanı orada hamı bir-birinə yaxın məsafədə olmuşdur. Lakin onun bıçaqla kiməsə xəsarət yetirmək məqsədi olmamışdır. O, bıçaqla kiməsə xəsarət yetirmək istəsəydi bunu edə bilərdi, çünki onun buna imkanı olmuşdur. Yuxarıda qeyd etdiyi kimi, hadisə zamanı o, sadəcə olaraq xalası oğlu İntiqamı qorxudub özündən uzaqlaşdırmaq məqsədi ilə bıçağı cibindən çıxarmışdır. Onun İntiqamı qorxutmaqdan başqa bir məqsədi və bıçaqla kimisə vurub xəsarət yetirmək fikri olmamışdır. Hadisə zamanı xalası oğlu Təqsirləndirilən şəxs ona əlavə xəsarət yetirmək imkanı olmuşdur. Lakin sonuncu zərbədən sonra onun başından qan axmağa başlayanda və o, müvazinətini itirib yerə yıxılanda İntiqam daha onu vurmamışdır. Hadisə zamanı xalası oğlu Təqsirləndirilən şəxs həyətdə olan taxta stullardan birini götürüb onun başına vurmaq istədikdə o, başını aşağı əyib zərbədən qorunmuş və stul onun kürəyinə dəymişdir. Lakin o, həmin vaxt kürək nahiyəsindən heç bir ciddi xəsarət almamış, sadəcə olaraq kürəyində yüngül ağrılar hiss etmişdir. Ola bilsin ki, həmin stul köhnə və kefiyyətsiz olmuş, ya da ki, İntiqamın onun kürəyinə vurduğu zərbə elə də şiddətli olmamışdır. O, ilkin izahat verərkən hadisə zamanı qardaşı Ramilin evinin həyətində olan tanımadığı şəxsin “Akula” ləqəbli Ruslan adlı şəxs olduğunu düşünmüşdür. Çünki onun tanıdığı “Akula” ləqəbli Ruslan adlı şəxs xarici görkəmindən hadisə yerində olmuş X8 oxşayır. Buna görə də o, X6 “Akula” ləqəbli Ruslan adlı şəxs olduğunu bilmişdir. Lakin sonradan həmin şəxsin Ruslan yox, qardaşı Ramilin həyətində fındıq yığan və qardaşının qaynı Tural Bayramovun dostu olan Balakən rayonu Talalar kənd sakini X12 olduğunu bilmişdir. O, məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2022-ci il tarixli 223 nömrəli rəyində göstərilən xəsarətləri 20 avqust 2022-ci il tarixdə qardaşı Ramilin yaşadığı evin həyətində baş vermiş münaqişə zamanı xalası oğlu Təqsirləndirilən şəxs stullarla onu vurması nəticəsində almışdır. Tural Bayramov və X6 isə hadisə zamanı İntiqamı sakitləşdirmək əvəzinə onunla aqressiv şəkildə rəftar edərək söhbətə aydınlıq gətirməsini tələb edirmişlər. Turalın və X6 bu hərəkətləri də onun fikrincə İntiqamı daha da cəsarətləndirmiş və İntiqam onun müqavimət göstərməyəcəyini başa düşmüşdür. Bu səbəbdən də İntiqam onun baş və kürək nahiyələrinə stullarla zərbələr vurub ona xəsarət yetirmişdir. Buna görə də o, məhkəmə-tibbi ekspertizasında tibbi müayinədən keçən zaman xalası oğlu İntiqam, Tural və X12 tərəfindən döyüldüyünü bildirmişdir. Onun zənnincə hadisə zamanı İntiqam tək olsaydı onu belə rahatlıqla döyə bilməzmiş. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olaraq pul qazanıb ailəsini dolandırır. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Təxminən 17 avqust 2022-ci il tarixdə Novruz onların həyətindən fındıq yığan zaman o, sonuncuya irad bildirərək daha ailəsinin böyüdüyünü, özlərinin pula ehtiyacı olduğunu bildirmiş və daha onların həyətindən fındıq yığmasına son qoymasını tələb etmişdir. Həmin vaxt Novruz onun sözlərinə əsəbləşərək arvadı Şahid2 rüsvay edəcəyini bildirmiş və onların həyətindən çıxıb getmişdir. 20 avqust 2022-ci il tarixdə təxminən saat 13 radələrində onlar yaşadıqları evin həyətyanı sahəsində fındıq yığan zaman xalası oğlu Təqsirləndirilən şəxs və qaynı X17 onun yaşadığı evə gəlmişlər. Həmin vaxt qaynı Tural Bayramov ona bildirmişdir ki, onun qardaşı Novruz təxminən iki gün əvvəl zəng edərək onun arvadı, yəni öz bacısı Şahid2 ilə onun xalası oğlu Təqsirləndirilən şəxs arasında münasibət olduğunu bildirmiş, o da bu söhbəti İntiqama danışmış və bu məsələyə aydınlıq gətirmək üçün Novruzu da onun yaşadığı evə dəvət etmişdir. Həmin vaxt qaynı Turalın tanışı olan Balakən rayonu Talalar kənd sakini X12 da digər fəhlələr kimi onun həyətində fındıq yığırmış. X6 qaynı Turalla yaxın münasibəti olduğuna görə, X12 işini yarımçıq qoyub onların yanına gəlmişdir. Beləliklə, X12, qaynı Tural Bayramov, xalası oğlu Təqsirləndirilən şəxs, onun arvadı Şahid2 və o, həyətdə oturub Novruzun gəlməsini gözləmişlər. Bir neçə dəqiqədən sonra qardaşı Novruz onun yaşadığı evin həyətinə daxil olmuş və onların yanına gəlmişdir. Bundan sonra qaynı Tural Bayramov söhbətə başlayıb qardaşı Novruzdan tələb etmişdir ki, Rahibə ilə İntiqamın arasında münasibət olması barədə dediyi sözə aydınlıq gətirsin və bunu sübut etsin. Həmin vaxt Novruz onun arvadı Rahibə ilə xalası oğlu İntiqamın arasında münasibət olduğunu qonşuları Gültaman adlı qadından eşitdiyini bildirmişdir. Buna görə arvadı Rahibə gedib qonşuları Gültaman adlı qadını həyətə çağırmış və məsələni Gültaman adlı qadına danışaraq bu barədə Novruza və ya digər hər hansı bir şəxsə nəsə bir söz deyib-demədiyini soruşmuşdur. Gültaman adlı qadın isə Novruzun yalan danışdığını, onun arvadı Rahibəni namuslu qadın kimi tanıdıqlarını, ümumiyyətlə belə bir söhbəti ilk dəfə eşitdiyini bildirmiş və həyətdən çıxıb getmişdir. Bundan sonra qaynı Tural əsəbləşərək Novruza iradını bildirmiş və əli ilə Novruzun sinəsindən geri itələmişdir. Həmçinin, xalası oğlu İntiqam Novruza “yalandan niyə şayiə yaymısan? şərəfsizlik etmə, dediyin sözlərin arxasında dayan və sübut et” deyərək əli ilə sonuncunun sifətindən tutub geri itələmişdir. Bu zaman Novruz da əli ilə İntiqamın sinəsindən geri itələmiş və həmin vaxt İntiqam həyətdəki taxta stulun birini əlinə götürüb Novruzun başına vurmaq istəmişdir. Lakin Novruz başını qoruduğu üçün stul sonuncunun başına dəyməmişdir. Daha sonra Novruz cibindən bıçaq çıxarıb İntiqama tərəf tutmuş və ondan uzaq durmasını bildirmişdir. Həmin vaxt qaynı Tural araya girib Novruzun əlindən bıçağı almaq istəyəndə çəkişib ikisi də yerə yıxılmışlar. Bundan sonra Novruz ayağa qalxanda İntiqam həyətdən götürdüyü ikinci taxta stulu Novruzun başına vurmuş və Novruz əllərini üzünə tutub dayanmışdır. Bu zaman İntiqam həyətdən üçüncü stulu götürüb Novruzun başına vurmuş, həmin vaxt Novruz müvazinətini itirib yerə yıxılmış və sonuncunun başından qan axmağa başlamışdır. Novruz yerə yıxıldıqdan sonra qaynı Tural Novruzun əlindən bıçağı alıb öz cibinə qoymuşdur. Daha sonra səs-küyü eşidib gələn Gülbahar adlı qonşuları yardım göstərib Novruzun başını dəsmalla sarımış və Novruz küçəyə çıxıb atına minərək oradan getmişdir. Bundan sonra xalası oğlu İntiqam, qaynı Tural və X12 həyətdən çıxıb getmişlər. Həmin vaxt qaynı Tural qardaşı Novruzun bıçağını da özü ilə götürüb aparmışdır. Sonradan ona məlum olmuşdur ki, qardaşı Novruz müayinə və müalicə olunmaq üçün Balakən rayon Mərkəzi Xəstəxanasına getmiş, lakin xəstəxanada xalası oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığını deyil, atdan yıxılaraq xəsarət aldığını bildirmişdir. 01 sentyabr 2022-ci il tarixdə Balakən RPŞ-nə dəvət olunanda ona məlum olmuşdur ki, qardaşı Novruz hadisə zamanı aldığı xəsarətlərlə bağlı Balakən RPŞ-nə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, hadisə zamanı qardaşı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməmişdir. Qardaşı Zərərçəkmiş şəxs bildirdiyi həmin xüsusat doğru deyil, hadisə zamanı qardaşı Novruzu sadəcə xalası oğlu Təqsirləndirilən şəxs döymüşdür, Novruzu İntiqamdan başqa heç kim vurmamış və xəsarət yetirməmişdir. Tural sadəcə olaraq Novruzla sözlü mübahisə edərək onun arvadı Rahibə barədə dediyi sözlərə aydınlıq gətirməsini tələb etmişdir. Həmçinin, hadisə zamanı X2 vurmamış və xəsarət yetirməmişdir. Sadəcə olaraq X5 və İntiqamın sözlərinə təkan verərək Novruzdan bir neçə dəfə düzgün danışmasını tələb etmişdir. X12 başqa hər hansı bir hərəkət etməmişdir. O, hadisəyə müdaxilə etməmişdir. Çünki, hadisə baş verməmişdən əvvəl onun evinə gələn qaynı Tural və xalası oğlu İntiqam məsələyə özlərinin aydınlıq gətirəcəklərini, onun və arvadı Rahibənin söhbətlərə müdaxilə etməmələrini bildirmişlər, eyni zamanda Zərərçəkmiş şəxs onun qardaşı, Tural qaynı, İntiam isə xalası oğlu olduğuna görə o, həmin mübahisəyə müdaxilə etmədən kənarda dayanıb söhbətin başa çatmasını gözləmişdir. Həmçinin, İntiqam Novruza birinci və ikinci stulu vuran zaman Novruzun kənardan ciddi xəsarətinin olduğu görünməmiş, buna görə də o, həmin stulların kefiyyətsiz olduğundan Novruzun bədəninin bərk hissələrinə dəyərək sındığını düşünmüş, lakin üçüncü dəfə İntiqam stulla Novruzun başına vurduqda Novruzun başından qan gəlmişdir. Onun fikrincə həmin vaxta kimi İntiqam da Novruza ciddi xəsarət yetirdiyini düşünməmişdir. Çünki, Novruzun başından qan gələndə İntiqam da qorxmuş və Novruzla mübahisə edib sonuncuya xəsarət yetirməyi dayandırmışdır. Hadisə zamanı orada onlardan başqa onun həyətindən fındıq yığmaq üçün köməyə gələn Tülü kənd sakini Eldar adlı şəxs, həmçinin Hənifə kənd sakinləri Hürü və Nəzakət adlı qadınlar olmuşdur. Lakin o, həmin şəxslərin hadisənin şahidi olub-olmadıqlarını bilmir. 20 avqust 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı evin həyətində baş vermiş mübahisə və münaqişə ümumilkdə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə zamanı xalası oğlu Təqsirləndirilən şəxs qardaşı Norvuz Həbilovu vuraraq xəsarət yetirdiyi stullar illərdir həyətdə yağışın, qarın altında qaldığına görə artıq taxtaları çürüyüb kefiyyətsiz vəziyyətə düşmüşdür. Buna görə də, hadisə zamanı İntiqam həmin stullarla Novruzu vuranda stullar hissələrə bölünmüşdür. O, hadisənin səhəri günü həyətin zibillərini təmizləyib yandıranda həmin stulların hissələrini də ocağa atıb yandırmışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 20 avqust 2022-ci il tarixdə öz evlərində olan zaman Təqsirləndirilən şəxsla ərinin qardaşı Zərərçəkmiş şəxs arasında mübahisə yaransa da, orda heç kim bir-birinə xəsarət yetirməmiş, Zərərçəkmiş şəxs onların həyətindən çıxıb öz atına minərək getmişdir. Sabahı gün isə eşitmişdir ki, Zərərçəkmiş şəxs atdan yıxılaraq xəsarət almışdır. Məhkəməistintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsindən xəbəri yoxdur, müstəntiq ona təqdim edib, o da həmin ifadəni oxumadan imzalayıb. Onunla Təqsirləndirilən şəxs heç bir münasibəti olmamış və həmin söhbətə görə heç bir mübahisə yaranmamışdır. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və o, həmin ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Hənifə kəndində əri Şahid1 və iki azyaşlı övladları ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun əri Ramilin doğma qardaşıdır. Təxminən 17 avqust 2022-ci il tarixdə Novruz onların həyətindən fındıq yığan zaman əri Ramil ona irad bildirərək daha ailələrinin böyüdüyünü, özlərinin pula ehtiyacları olduğunu bildirmiş və daha onların həyətindən fındıq yığmasına son qoymasını tələb etmişdir. Həmin vaxt Novruz onun əri Ramilin sözlərinə əsəbləşərək onu rüsvay edəcəyini bildirmiş və onların həyətindən çıxıb getmişdir. 20 fevral 2022-ci il tarixdə günorta saatlarında onlar yaşadığı evin həyətyanı sahəsində fındıq yığan zaman ərinin xalası oğlu Təqsirləndirilən şəxs və onun qardaşı Tural Bayramov onların yaşadığı evin həyətinə gəlmişlər. Həmin vaxt qardaşı Tural bildirmiş ki, qaynı Novruz təxminən iki gün əvvəl ona zəng edərək onunla İntiqamın arasında münasibət olduğunu bildirmiş, o da bu söhbəti İntiqama danışmış və bu məsələyə aydınlıq gətirməsi üçün Novruzu da onların yaşadığı evə dəvət etmişlər. Həmin vaxt qardaşı Turalın tanışı olan Balakən rayonu Talalar kənd sakini Natiq adlı şəxs də digər fəhlələr kimi onların həyətində fındıq yığırmış. Natiq adlı şəxsin qardaşı Turalla yaxın münasibəti olduğuna görə, Natiq işini yarımçıq qoyub onların yanına gəlmişdir. Beləliklə, Natiq adlı şəxs, qardaşı Tural, İntiqam, əri Ramil və o həyətdə oturub Novruzun gəlməsini gözləmişlər. Bir neçə dəqiqədən sonra Novruz onların həyətinə daxil olmuş və yanlarına gəlmişdir. Bu zaman qardaşı Tural söhbətə başlayıb Novruzdan tələb etmiş ki, onunla İntiqamın arasında münasibət olması barədə ona dediyi sözə aydınlıq gətirsin və bunu sübut etsin. Həmin vaxt Novruz onunla İntiqamın arasında münasibət olmasını onun qonşuları Gültamam adlı qadından eşitdiyini bildirmişdir. Buna görə o gedib qonşusu Gültamam adlı qadını həyətlərinə çağırmış, məsələni ona danışaraq bu barədə Novruza və ya digər hər hansı bir şəxsə nəsə bir söz deyib-demədiyini soruşmuşdur. Gültamam adlı qadın isə Novruzun yalan danışdığını, onun barəsində ümumiyyətlə belə bir söhbət eşitmədiyini bildirmiş və həyətdən çıxıb getmişdir. Bundan sonra qardaşı Tural əsəbləşərək Novruza iradını bildirmiş və əli ilə Novruzun sinəsindən geri itələmişdir. Həmçinin, İntiqam Novruza demiş ki, “yalandan niyə şayiə yaymısan? şərəfsizlik etmə, dediyin sözlərin arxasında dayan və sübut et”. Daha sonra İntiqam əli ilə Novruzun sifətindən geri itələmişdir. Novruz da İntiqamın sinəsindən geri itələyəndə İntiqam həyətdəki taxta stulun birini götürüb Novruzun başına vurmaq istəmişdir. Lakin Novruz başını aşağı əyib özünü qoruduğu üçün stul onun başına dəyməmişdir. Bundan sonra Novruz cibindən bıçaq çıxarıb İntiqama tərəf tutmuş və ondan uzaq durmasını bildirmişdir. Həmin vaxt qardaşı Tural araya girib Novruzun əlindən bıçağı almaq istəyəndə onlar çəkişib ikisi də yerə yıxılmışlar. Novruz ayağa qalxanda İntiqam həyətdən götürdüyü ikinci taxta stulu Novruzun başına vurmuş və Novruz əllərini üzünə tutub bir neçə saniyə dayanmışdır. Bu zaman İntiqam həyətdən üçüncü stulu götürüb Novruzun başına vurmuş, həmin vaxt Novruz müvazinətini itirib - yerə yıxılmış və onun başından qan axmağa başlamışdır. Novruz yerə yıxıldıqdan sonra qardaşı Tural Novruzun əlindən bıçağı alıb öz cibinə qoymuşdur. Daha sonra səs-küyü eşidib gələn Gülbahar adlı qonşusu yardım göstərib Novruzun başını sarımış və Novruz küçəyə çıxıb atına minərək oradan getmişdir. Bundan sonra İntiqam, qardaşı Tural və Natiq adlı şəxs onların həyətindən çıxıb getmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “şifahi ərizə” prtokolundan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə Balakən Rayon Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Balakən rayonu Hənifə kəndində yaşayan qardaşı Şahid1 yaşadığı evin həyətində aralarında baş vermiş mübahisə zamanı xalası oğlu Təqsirləndirilən şəxs və qeyriləri tərəfindən döyülərək xəsarət almışdır. Odur ki, qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan 08 sentyabr 2022-ci il tarixli, “Hadisə yerinə baxış keçirilməsi” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə saat 12:20 dəqiqədən saat 12:52 dəqiqəyədək olan müddət ərzində Zərərçəkmiş şəxs qardaşı Şahid1 Balakən rayonu Hənifə kəndində yaşadığı evin həyətinə, yəni hadisə yerinə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, hadisə yeri şikayətçi Zərərçəkmiş şəxs qardaşı Şahid1 Balakən rayonu Hənifə kəndində yaşadığı fərdi yaşayış evinin həyətidir. Darvazadan həyətə daxil olduqda təxminən 20 metr irəlidə, həyətin sağ tərəfində kürsüsüz birmərtəbəli fərdi yaşayış evi yerləşir. Evə çatmağa bir neçə metr qalmış həyətdə xurma ağacı var. Baxış zamanı Zərərçəkmiş şəxs həmin ağacın altını əli ilə əyani şəkildə göstərib bildirmişdir ki, 20 avqust 2022-ci il tarixdə saat 13 radələrində xalası oğlu Təqsirləndirilən şəxs onu həmin yerdə döyərək xəsarət yetirmişdir. Belə ki, o, 20 avqust 2022-ci il tarixdə qardaşı Şahid1 qaynı Tural Bayramovun çağırışına əsasən həmin yerə getmiş, orada xalası oğlu Təqsirləndirilən şəxs onunla əvvəlcə sözlə mübahisə etmiş, daha sonra İntiqam ağacın altında olan taxta stulun üçünü ardıcıl olaraq götürüb onun başına vurmuşdur. Lakin ilk iki həmlədə o, başını qoruduğuna görə xəsarət almamış, xalası oğlu İntiqam sonuncu, yəni üçüncü stulu onun başına vuranda özünü qoruya bilməmiş və stul onun başına dəymişdir. Zərbənin təsirindən onun baş sümüyü sınmış və bir anlıq huşunu itirib ağacın yanında yerə yıxılmışdır. Lakin nə qardaşı Şahid1, nə qardaşının arvadı Şahid2, nə sonuncunun qardaşı Tural Bayramov, nə də həmin vaxt hadisə yerində olan və Turalın dostu olan şəxs ona yardım etməmiş, qardaşı ilə qonşuluqda yaşayan Gülbahar adlı qadın səs-küyə görə hadisə yerinə gələrək ona yardım göstərib başını dəsmalla sarımış, daha sonra o, qardaşının həyətindən çıxıb yaşadığı evə getmişdir. Baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edəcək hər hansı əşya, vasitə və ya predmet aşkar aşkar edilərək götürülməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur (cild 01 i. Vər. 30-35). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2022-ci il tarixli 223 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər: a) Sol orta təpədə 01 ədəd yara çapığı, sol təpənin arxa hissəsində 01 ədəd yara çapığı, sağ təpənin arxa hissəsində 01 ədəd yara çapığı, sol aşağı gicgahda 1,0x0,2 sm səthi yara izi, baş-beyinin yüngül dərəcəli əzilməsi, sol ənsə payında hematoma - qan yığımı, sol gicgah payında subdural hematoma - kontuzion ocaqlar, sol təpə payında epidural hematoma, hər iki alın və sol təpə payının hemorragik kontuziyası, sol təpə sümüyünün xətti sınığı, postravmatik ensofalopatiya, b) Burnun sıyrığı, v) Burun sümüklərinin yerini dəyişmiş sınıqları, burun çəpərinin əyriliyi, tənəffüsün kompensator pozulması --- bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, a) və b) bəndində göstərilənlər qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 20 avqust 2022-ci ildə yetirilə bilərdilər, dərəcəsinə görə a) bəndində göstərilənlər birlikdə və ayrı-ayrılıqda onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər, b) bəndində göstərilən xəsarət isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 01, iş vər. 51-52). Cinayət işi materiallarında olan kompleks məhkəmə-ambulator psixiatrik və psixoloji ekspertizasının 12 yanvar 2023-cü il tarixli 11 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi aşkar edilmir. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür, həmin əməli törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs yaddaş pozuntusu ilə bağlı hər hansı problem müşahidə olunmur. Təqsirləndirilən şəxs özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri yoxdur. Təqsirləndirilən şəxs əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur (cild 2, iş vər. 40-43). Cinayət işinin materiallarında olan Balakən rayon Mərkəzi Xəstəxanasından alınmış 14 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs MRX-nin poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdur. (cild 01, iş vər. 192). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 126.2.1 və 126.2.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 59-80). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı sonuncunun baş və kürək nahiyələrinə üç ədəd taxta stulu qəsdən ardıcıl vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid (işdə olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) olan bədən xəsarəti yetirmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli özünün ibtidai istintaqın ilkin dövründə verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, o cümlədən ekspertizanın rəyləri və işdə olan biridigərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs stulla vuraraq xəsarət yetirməməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, şəxs cinayət məsuliyyətindən yayınmaq üçün bu formada ifadə verir. Odur ki, məhkəmə həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və əsaslı saymır. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə verdiyi etirafedici ifadəsi iş materialları ilə üst-üstə düşdüyündən, məhkəmə həmin ifadəni əsaslı sayır və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Zərərçəkmiş şəxsin atdan yıxılıb xəsarət alması barədə, Şahid2 isə həyətlərində davadalaşın olmaması, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə stulla vuraraq xəsarət yetirməməsi barədə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası həmin ifadələrə də tənqidi yanaşaraq bildirir ki, həm zərərçəkmiş şəxs, həm də Şahid2 təqsirləndirilən şəxslə yaxın qohumluq münasibətlərinə malik olan şəxslərdir. Odur ki, bu hal həmin şəxslərin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Habelə, zərərçəkmiş şəxsin aldığı xəsarətlərə dair şübhə doğurmayan məhkəmə tibbi ekspertizasının rəyi mövcuddur ki, həmin rəyə əsasən onun həmin xəsarətləri atdan yıxılaraq alması istisna olunur. Hər iki şəxs ibtidai istintaq zamanı iş üzrə obyektiv, işin hallarına uyğun ifadə versə də, məhkəmə istintaqı zamanı həmin ifadələri təsdiq etməmişlər. Məhkəmə kollegiyası şəxslərin hər birinin ibtidai istintaq zamanı verdiyi ifadələrini yuxarıda qeyd edilən səbəbdən əsaslı sayır, ona görə də, təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayon Talalar kəndində qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə (anası və bacısı) birlikdə yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində Balakən RİHB-nin Talalar kənd inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 01, iş vər. 26-28). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmaması CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05 aprel 2010-cu il tarixli hökmünə əsasən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 01 sentyabr 2010-cu il tarixli qərarı ilə cəzasının müddəti 10 ilə endirilmiş və 16 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş Hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 106-107). Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükləli residivi müəyyən edilir. Belə ki, CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05 aprel 2010-cu il tarixli hökmünə əsasən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 01 sentyabr 2010cu il tarixli qərarı ilə cəzasının müddəti 10 ilə endirilmişdir. Həmin cinayət əməlləri ağır cinayət sayıldığından və CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 06 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən və ya üzərindən qanuna uyğun qaydada götürülmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Həmçinin, təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddini müzakirə edərkən məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd edilən CM-in 59.1.12-ci maddəsində göstərilən yüngülləşdirici hal olsa da, ona CM-in 60-cı maddəsinin tətbiq edilməsi üçün əsas mövcud deyildir. Belə ki, CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivi müəyyən olunduğundan, ona CM-in 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmədən cəza təyin olunacaqdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 131). Cinayət işinin materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(019)-68/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 165-167). Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına daxil edilməklə cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut, məhkəmə məsrəfinin, mülki iddianın olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Xaliq Məmmədov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar