Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-91/2024 20.02.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakı ilə xx xxxxxxxx 1988-ci ildə Ağdam rayonu Xıdırlı kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Ağdam rayonu Əhmədavar kəndində qeydiyyatda olmaqla Oğuz rayonu “Xalxal-Qışlaq kənd fermasında” məcburi köçkün kimi məskunlaşıb yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etmiş və onların hissələrini toplayaraq qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlamış, 29 sentyabr 2023-cü il tarixdə saat 0705 radələrində DİN BNMİ-nin QBRŞ-nin və Oğuz RPŞnin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Oğuz rayonunda “Xalxal qışlaq kənd ferması” adlanan ərazidə saxlanılaraq Oğuz RPŞ-yə gətirilməklə şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli, qolları boz rəngli, ciblərinin üstündə və alt hissəsində boz rəngləri olan uzunqol gödəkçənin sol yan cibindən 3 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 8,16 qram, 10,15 qram və 8,66 qram olmaqla cəmi 26,97 qram çəkidə, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Oğuz rayonunda, “Xalxal qışlaq kənd ferması” adlanan yerdə yerləşən evinə və həyətyanı sahəsində baxış keçirilərkən evin qarşısında dəmir torla kənarları bağlanmaqla eyvan kimi istifadə edilən yerdən 1 ədəd sellofan torbanın və 2 ədəd şüşə balonun içərisindən 120 ədəd kibrit qutusunda və 1 ədəd sellofan bükümdə qablaşdırmaqla saxladığı ümumilikdə 1041,34 qram çəkidə, evin yaxınlığında ətrafı böyürtkən kolları ilə əhatə olunmuş yerdən 3 ədəd sintetik kisəyə yığmaqla saxladığı müvafiq olaraq 4950,0 qram, 3640,0 qram və 2115,0 qram çəkidə olmaqla, ümumilikdə külli miqdar hesab edilən 11 kiloqram 773,31 qram çəkidə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və sonuncu yerdən qanunsuz olaraq külli miqdarda əkib yetişdirməklə kultivasiya etdiyi budaqları kəsilməyən, kökləri torpaqda olan 19 ədəd və budaqları kəsilməklə torpaqdan çıxarılmış, kökü və gövdəsi olan 21 ədəd, cəmi 40 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik tərkibli çətənə bitkilərini öz istifadəsi üçün əkmiş, 10 ilə yaxındır ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Əvvəl Bakı şəhərində yaşamış, sonra atasıgilin yaşadığı Oğuz rayonuna gəlmişdir. Özündə olan 40 ədəd narkotik tərkibli çətənə bitkisini əkmiş, sonra polis əməkdaşları onu saxlamışlar. Aşkar olunan 11 kq 773 qram narkotik vasitədən 1 kq ona məxsus olmuş, üç ədəd sintetik kisədə aşkar olunmuş 4 kq 900 qram, 3 kq 600 qram və 2 kq 115 qram narkotik vasitələr ona aid olmamışdır. Həmçinin üzərindən aşkar olunmuş üç ədəd kibrit qutusundakı marixuana onun üzərində olmamış, ola bilsin ki, ona məxsus olan digər 120 ədəd kibrit qutularının içərisindən hansısa polis əməkdaşı həmin üç dənə kibrit qutusunu onun üzərinə qoymuşdur. Üç ədəd sintetik kisədə olan narkotik vasitəni isə kimsə budaqlarla birlikdə onun əkdiyi sahədən yığaraq oraya qoymuşdur. Lakin onun həmin kisələrdən və içərisindəki narkotik vasitədən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında narkotik vasitə istifadəçisi olduğu üçün yaşadığı evin yaxınlığında olan böyürtkən kollarının arasını təmizləyərək əvvəl istifadə etdiyi narkotik vasitələrdən yığdığı toxumları həmin əraziyə səpmiş, çətənə bitkiləri çıxdıqdan sonra həmin bitkiləri mütəmadi olaraq suvarmaqla diblərini alaq otlarından təmizləmiş və sair qaydada aqrotexniki qaydada qulluq etmişdir. Əkdiyi narkotik tərkibli çətənə bitkilərinin dəqiq sayını bilməsə də, 40-dan çox olduğunu bilmiş, tutulmamışdan təxminən bir ay əvvəl həmin çətənə bitkilərinin bəzilərini kökündən çıxarmaqla, bəzilərini isə budaqlarını kəsib qurutmağa başlamışdır. Qurudaraq əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın bir hisəsini kibrit qutularına yığmış, bir hissəsini isə kisələrə yığaraq çətənə bitkilərini əkdiyi yerdə saxlamışdır. Qurudulmuş marixuananı kibrit qutularına, kibrit qutularını isə iki ədəd şüşə balonun və bir ədəd sellofan kisənin içərisinə yığmış, hamısını çətənə bitkisindən yığaraq qurutduğunu bilmək üçün kibrit qutularının üzərinə nömrələr yazmışdır. Həmin şüşə balonları və sellofan torbanı yaşadığı evin giriş qapısının qarşısında dəmir tor ilə bağlanaraq eyvan kimi istifadə etdiyi yerə qoymuş, narkotik vasitə istifadəçisi olduğuna görə hər zaman üzərində istifadə etmək üçün narkotik vasitə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində yaşadığı ərazidə olan zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasında şübhəli olduğunu bildirərək onu Oğuz RPŞ-nə dəvət etmişlər. Oğuz rayon Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli, qolları boz rəngli, ciblərinin üstündə və alt hissəsində boz rəngləri olan uzunqol gödəkçəsinin sol yan cibindən içərisində narkotik vasitə marixuana olan üç ədəd kibrit qutusunu təqdim etmişdir. Sorğu-sual zamanı üzərindən aşkar olunmuş üç ədəd kibrit qutusunun içərisində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni özü əkdiyini, şəxsi istifadə ilə əlaqədar üzərində gəzdirdiyini, heç kimə satmadığını, vermədiyini, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər əşya aşkar edilməmiş, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş üç ədəd kibrit qutusunun içərisində açıq şəkildə qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkilərinin 35,76 qram qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə müvafiq qaydada qablaşdırılaraq götürülmüş, həmçinin sorğu zamanı fərdi yaşayış evində əlavə olaraq qurudulmuş marixuana, bundan başqa kultivasiya etdiyi tərkibində narkotik maddələr çətənə bitkilərinin olduğunu bildirmişdir. Yaşadığı evə keçirilən baxış zamanı evin qarşısında dəmir tor ilə bağlanmış yerdə, iki ədəd balonun və bir ədəd sellofan torbanın içərisində kibrit qutularına yığdıqdan sonra saxladığı qurudulımuş marixuanaları təqdim etmiş, sonra həmin şüşə balonların və sellofan torbanın içərisində olan kibrit qutuları masanın üzərinə düzülmüşdür. Həmçinin əlavə olaraq şüşə balonun içərisində bir ədəd sellofan kəsiyində saxladığı narkotik vasitə qurudulmuş marixuana masanın üzərinə qoyulmuş, həmin 120 ədəd kibrit qutularına baxış keçirilmiş, sorğu zamanı təqdim etdiyi kibrit qutularının və sellofan kəsiyin içərisində olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, şəxsi istifadə üçün kultivasiya etdiyi çətənə bitkilərindən yığaraq əldə etdiyini bildirmişdir. Sellofan torbaya yığılaraq çəkilmiş, ümumi çəkilərinin 1400 qram olduğu müəyyən edilmiş, ardınca bir ədəd kisəyə yığılaraq müvafiq qaydada qablaşdırıldıqdan sonra götürülmüşdür. Daha sonra fərdi yaşayış evindən təxminən 100-150 metr məsafədə yerləşən çətənə bitkilərini kultivasiya etdiyi yerə baxış keçirilən zaman budaqları onun tərəfindən kəsilmiş kökü torpaqda olmaqla uzunluqları 33-300 sm olan, əlavə olaraq tərəfindən torpaqdan çıxarılaraq budaqları kəsilib qurudulmuş, kökləri üzərində olan çətənə bitkisinin gövdələri aşkar edilmişdir. Budaqları kəsilməyən, kökləri torpaqda olan çətənə bitkilərinin sayı 19, budaqları kəsilmiş, kökləri və gövdəsi olan çətənə bitkilərinin sayı isə 21 ədəd olduğu müəyyən edilmişdir. Aşkar olunan çətənə kolları müvafiq qaydada qablaşdırıldıqdan sonra götürülmüş, həmin əraziyə baxış zamanı ona məxsus, rəsmi sənədləri olmayan, tək lüləli, 16 kalibrli ov tüfəngi də aşkar olunmaqla qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsində baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2023-cü il tarixdə Ağdam rayonu, Əhmədavar kəndində qeydiyyatda olmaqla, Oğuz rayonu, Xalxal qışlaq kəndi fermada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi və yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməliyyat müvəkkili Şahid3, polis nəfəri Şahid4, Oğuz RPŞ-nin CAB-nin əməliyyat müvəkili Şahid5lə birlikdə 29 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs yaşadığı yerin yaxınlığında saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Oğuz RPŞ-nin inzibati binasına gətirmişlər. Oğuz rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolları boz rəngli uzunqol gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu və ümumi çəkisinin 35,76 qram olduğu üç ədəd kibrit qutusunu çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin üç ədəd kibrit qutularındakı kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı özü əkibbecərdiyini, narkotik vasitədən özünün istifadəsi məqsədilə götürüb üzərində saxladığını bildirmişdir. Narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs fərdi yaşayış evində əlavə olaraq qurudulmuş marixuana və kultivasiya etdiyi tərkibində narkotik vasitə marixuana kolları olduğunu da bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvana baxış keçirilən zaman fərdi yaşayış evinin qarşısında eyvan kimi isifadə olunan yerdən 2 ədəd şüşə balon və bir ədəd sellofan torba aşkar olunmuşdur. Şüşə balonların və sellofan torbanın içərisində olan 120 ədəd üzərləri nömrələnmiş kibrit qutuları masanın üzərinə tökülmüş və kibrit qutuları açılaraq içərilərinə baxıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Aşkar olunan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və kibrit qutuları ilə birlikdə ümumi çəkisinin 1400 qram olması müəyyən edilmişdir. Həmin əşyalar qablaşdırılaraq götürüldükdən sonra Təqsirləndirilən şəxs kültivasiya etdiyi narkotik vastələrin yerinin olduğu ərazini göstərmək təklif olunmuşdur. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən 100-150 metr məsafədə sağ tərəfdə ətrafı böyürtkən kolları ilə əhatə olunmuş, təmizlənərək narkotik tərkibli bitkilərin əkilməsi üçün şərait yaradıldığı müəyyən edilmişdir. Həmin əraziyə baxış keçirilərkən 3 ədəd sintetik kisənin içərisində çəkiləri müvafiq olaraq 3770, 5105 və 2370 qram olmaqla qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, daha sonra həmin ərazidə kökləri torpaqda olan budaqları kəsilmiş kökü torpaqda olan uzunluqları 33-300 sm olmaqla 19 ədəd, əlavə olaraq torpaqdan çıxarılaraq budaqları kəsilib qurudulmuş, kökləri üzərində olan narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilər, həmçinin budaqları üzərində olan yaşıl rəngli narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilər aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Aqronom-mütəxəssis Şahid2 həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmiş, eyni zamanda əraziyə baxış keçirilərkən 1 ədəd 1857-ci il istehsalı 16 kalibrli C19758 nömrəli tək lüləli ov tüfəngi qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməliyyat müvəkkili Şahid3, polis nəfəri Şahid4, Oğuz rayon Polis Şöbəsinin əməliyyat müvəkili Şahid5 və ifadəsi elan olunaraq tədqiq edilmiş aqronom-mütəxəssis Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla sonuncunun narkotik vasitə istifadəçisi olmasını sonradan bilmiş, 29 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində yaşadıqları evdə olarkən oğlu Əsgər həmin ərazidən polis əməkdaşları tərəfindən saxlanılaraq, Oğuz rayon Polis Şöbəsinə aparılmışdır. Sonra oğlu Əsgərin iştirakı ilə polis əməkdaşları tərəfindən yaşadıqları evə baxış keçirilən zaman Əsgər evin eyvan hisəsindən 2 ədəd şüşə balon və 1 ədəd sellofan torba çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin şüşə balona və sellofan torbaya baxış keçirilərkən icərisindən çoxlu sayda kibrit qutuları həmin kibrit qutularının içərisində yaşıl rəngli bitki olmasını lakin sonradan bildiyi marixuana olduğunu bilmişdir. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və kimdən əldə etməsi barədə heç bir məlumatı olmamışdır. İstifadəsində olmuş 1 ədəd 1857-ci il istehsalı 16 kalibrli C19758 nömrəli tək lüləli ov tüfəngi mərhum atasından ona miras qalaraq həmin tüfəngdən olduğu ərazidə vəhşi heyvanlardan qorunmaq üçün istifadə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 29 sentyabr 2023-cü il tarixli 17/724 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəı olan qurudulmuş marixuanaya bənzər kütlə.” Sözlər, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 03(üç) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 8,16 qram, 10,15 qram və 8,66 qram, ümumi çəkiləri -26,97 qram olan bitki mənşəli kütlələr tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim olunmuş, üzərinə yapışdırlmış “Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar olunmuş norkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” sözlər adlar və imzalar yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə və 120 (bir yüz iyirmi) ədəd kibrit qutularında, ümumi çəkiləri -1041,34 qram olan biki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bikisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırlmış kağızda “içərisində norkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” sözlər adlar və imzalar yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə və 120 (bir yüz iyirmi) ədəd kibrit qutularında, ümumi çəkiləri -3640 qram olan biki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bikisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırlmış kağızda “içərisində norkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” sözlər adlar və imzalar yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki, təmiz çəkisi -2115,0 qram olan biki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bikisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “içərisində norkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” sözlər adlar və imzalar yazılmış 01 (bir) ədəd göy rəngli polietilen bağlamanın içərisindəki, uzunluqları 33 sm-dən 300 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri -76 kiloqram olan 40 (qırx) ədəd biki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bikiləridir. Aqronom (mütəxəssis) Şahid2 29 sentyabar 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş ümumilikdə 123 (bir yüz iyirmi üç) ədəd kibrit qutularında, 01 (bir) ədəd sellofan bükümdə və 03 (üç) ədəd sintetik kisələrdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 23 noyabr 2023-cü il tarixli 1863 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış keçirilməsinə dair 29 sentyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolları boz rəngli uzunqol gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu ümumilikdə çəkisi 35,76 qram olan üç ədəd kibrit qutusu aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsinə dair 29 sentyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin evin qarşısında eyvan kimi isifadə olunan yerdən içərisində ümumilikdə 1400 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu 120 ədəd kibrit qutusunun olduğu iki ədəd şüşə balon və bir ədəd sellofan torba, yaşayış evindən 100-150 metr məsafədə sağ tərəfdə ətrafı böyürtkən kolları ilə əhatə olunmuş, təmizlənərək narkotik tərkibli bitkilərin əkilməsi üçün şərait yaradılan ərazidə 3 ədəd sintetik kisənin içərisində çəkiləri müvafiq olaraq 3770, 5105 və 2370 qram olmaqla qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, həmin ərazidə kökləri torpaqda olan budaqları kəsilmiş kökü torpaqda olan 19 ədəd, əlavə olaraq torpaqdan çıxarılaraq budaqları kəsilib qurudulmuş, kökləri üzərində olan ümumilikdə 21 ədəd narkotik tərkibli çətənə bikilərinə bənzər bitkilərin gövdələri, həmçinin budaqları üzərində olan yaşıl rəngli narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilər aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Ağdam rayon Xıldırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Oğuz rayon X1 şöbəsinin xx.xx.2023-cü il tarixli 18-1-64/2-920/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ruhi əsəb və Narkoloji kabinetlərdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 29 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0810-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 30 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirsə də həmin narkotik vasitələri 120 ədəd kibrit qutusunda ayrı-ayrılıqda saxlaması, həmçinin narkotik vasitənin miqdarı onun həmin aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə saxladığını bir daha təsdiq edir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs onun üzərindən çıxan üç kibrit qutusunda olan narkotik vasitənin onun üzərində olmaması, eyni zamanda yaşadığı evin yaxınlığındakı üç ədəd kisədə olan marixunananın ona məxsus olmamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs aşkar olnumuş şitillərin, kibrit qutularında və şüşə bankalarda aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu bildirmiş, lakin məhkəmə bioloji ekspertizasının rəyi ilə ümumilikdə 123 (bir yüz iyirmi üç) ədəd kibrit qutularında, 01 (bir) ədəd sellofan bükümdə və 03 (üç) ədəd sintetik kisələrdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eyni olduğu müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3 və 237.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Oğuz Rayon Polis Şöbəsində saxlanılan 11 kq 760,61 qram narkotik vasitə olan qurudulmuş marixuana, 76 kq 397,0 qram çəkidə 40 ədəd çətənə bitkiləri məhv edilməli, üç ədəd CD-disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 29 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda alınsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Oğuz Rayon Polis Şöbəsində saxlanılan 11 kq 760,61 qram narkotik vasitə olan qurudulmuş marixuana, 76 kq 397,0 qram çəkidə 40 ədəd çətənə bitkiləri məhv edilsin, üç ədəd CD-disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-91/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-91/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver