Məhkəmə qərarları › İş №1(091)-92/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-92/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-92/2021 22.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Vəkil Bürosunun vəkili X4, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə, xx xxxx 2005-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, E.Rzayev adına tam orta məktəbin 7-ci sinif şagirdi, əvvəllər məhkum olunmamış, Şamaxı şəhəri, Mədrəsə qəsəbəsi, N.Nərimanov küçəsi 31-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X9 Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində İsmayıllı rayonunun Basqal qəsəbəsinin ərazisində yerləşən, əmək müqaviləsi olmadan qeyri rəsmi ofisiant işlədiyi “Fəxrəddin” adlı istirahət mərkəzində həmin istirahət mərkəzini işlədən Şahid1 Bəhrəm oğlu ilə söhbət edərkən, sonuncu sağ əlini onun boyun nahiyəsinə toxundurub çay dəmləyib birlikdə içmələrini təklif etmiş, həmin vaxt istirahət mərkəzinə müştəri qismində gəlmiş İsmayıllı rayonunun Zeyvə kənd sakini Zərərçəkmiş şəxs ona Şahid1 əlini boynuna toxundurmasının pis hərəkət olduğunu deməsi səbəbindən aralarında mübahisə yaranmış, o, mübahisəyə aydınlıq gətirmək və orada olan kənar şəxslərin mübahisəni görməmələri üçün Zərərçəkmiş şəxslə birlikdə istirahət mərkəzindən 400 metr aralıda, İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisinə aid Muğanlı-İsmayıllı yolunun kənarına getmiş, söhbət zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətdiyindən, əsəbləşərək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar sonuncudan qisas almaq məqsədi ilə şalvarının sağ yan cibindən istintaqla müəyyən edilməyən qatlanmayan mətbəx bıçağını çıxarıb həmin bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq sonuncuya qarın boşluğuna nüfuz edib, qara ciyərin sağ payının, mədənin ön divarının, kiçik əyrilik nahiyələrinin, köndələn bağırsağın kəsilmiş-deşilmiş yaraları, periton arxasına köndələn və qalxançənbər bağırsaqlara böyük həcmli hematomalar kimi dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı rayonu Basqal qəsəbəsinə “Fəxrəddin” adlanan istirahət mərkəzinə gələrək orada gündəlik yeddi manat müqabilində ofisiant işləməyi razılaşmışdır. Həmin gün günorta saat 12 radələrində istirahət mərkəzində onunla birlikdə işləyən Vüqarın qohumu Zərərçəkmiş şəxs oraya gəlmiş, həmin gün axşama qədər bir neçə müştəriyə xidmət göstərərək yola salmışdır. Saat 20 radələrində istirahət mərkəzinin həyətində mətbəxə yaxın yerdə oturub çay içməyə hazırlaşarkən Vüqar sağ əli ilə onun boynunun arxa nahiyyəsinə toxunub “kələ get çay gətir” deyə bildirmiş, həmin vaxt yanlarında olan Məhəbbət Vüqarın əlini onun başının arxa nahiyyəsinə apardığına görə ona bunun pis hərəkət olduğunu və “yaxşı oğlana” yaraşan hərəkət olmadığını demişdir. Məhəbbətə orada özlərinin olduğunu, kənar adamın olmadığını, Vüqarın da onunla zarafat etdiyini, ərk edərək onunla bu cür zarafat etdiyini demişdir. Məhəbbət yenə də mübahisəni davam etdirərək ona “sən get beş nəfər oğlannan soruş gör bu nə hərəkətdi?” deyə bildirmişdir. Məhəbbətin mübahisəni davam etdirdiyini görüb Vüqarın onunla zarafatına pis baxanın ünvanına nalayiq ifadə işlətmişdir. Həmin vaxt kafedə olan müştərilər kafenin 17 manat hesabını digər ofisiant Hacalıya vermiş, Hacalı da pulu gətirib Vüqara verdikdən sonra sonuncu istirahət mərkəzinə əlavə ərzaq lazım olduğu üçün çıxıb yaxın ərazidəki marketə getmişdir. Hacalı müştərilərin durduğu stolu yığışdırmağa başlamış, əllərindəki məcməyi ilə boşqabları gətirib mətbəxə boşaltmışdır. Məhəbbətin Hacalıya onun arxasınca danışdığını, guya onun uşaq olduğunu, ona baş qoşmaq istəməməsi barədə sözlərini, həmçinin “mənə nəsə edənin gərək yeddi başı olar” kimi sözlər də işlətdiyini eşitmişdir. Məhəbbətin bu sözləri ona pis təsir etdiyindən qarşısı açıq mətbəxdən Məhəbbətin yanına gələrək sonuncuya niyə onun dalınca danışmasının səbəbini soruşmuşdur. Məhəbbət yenə də “mənə heç kim heç nə edə bilməz, gərək o, adamın yeddi başı olar” kimi sözlərini təkrar etmişdir. Məhəbbətə Vüqarın onunla zarafat etməsinə nəyə görə pis baxdığını soruşduqda sonuncu “az əvvəl Vüqarın onunla zaratat etməsinə pis baxanın ünvanına söydüyü söyüşün Məhəbbətə gəldiyini, heç kimin sonuncuya söyüş söyə bilməyəcəyini demişdir. Məhəbbət bu sözdən sonra onun ailəsinin, nəslinin ünvanına nalayiq ifadələr işlətdiyindən mətbəxə keçərək stolun üzərindən qatlanmayan tünd sarı rəngli tutacağı olan, tiyəsi təxminən 10 sm olan mətbəx bıçağını götürüb şalvarının altına salmış və mətbəxdən çıxdıqdan sonra Məhəbbətə oradan aralaşaraq söhbətlərini kənarda etməyi demişdir. İstirahət mərkəzinin içərisində meşəliyə doğru Məhəbbətlə birlikdə aralaşıb sonuncuya bir daha Vüqarın onunla zarafat etdiyini, bu hərəkəti nəyə görə pis başa düşdüyünü soruşduqda Məhəbbət onun sözlərinə əhəmiyyət verməyib “sən kimsən, mənə heç nə edə bilmərsən, mənə nəsə edənin başına oyun açaram” deyə kobud və nalayiq ifadələr işlətmişdir. Məhəbbətə istirahət mərkəzinin həyətində olduqlarını, ona görə də kafedən kənara çəkilməyi təklif etmişdir. Məhəbbət ona heç nə edə bilməyəcəyini deyərək onunla birlikdə Muğanlı-İsmayıllı yolunun kənarı ilə Şamaxı istiqamətindən 100 metr getdikdən sonra “Şöhlətoğlu” istirahət mərkəzinin qarşısı ilə piyada getməyə başlamışdır. Məhəbbətə yenə də ona qarşı səhv söz işlətdiyini dedikdə sonuncu özünü haqlı hesab edərək onun səhv olduğunu demişdir. Məhəbbətlə piyada gedib Bakı istiqamətində yolun sol kənarına keçib yenə də düzgün hərəkət etmədiyini başa salmağa çalışarkən sonuncu bu dəfə onu ünvanına nalayiq ifadə işlətmişdir. Məhəbbət ünvanına nalayiq ifadələr işlətdiyinə görə fiziki cəhətdən sonuncunun döyməyə gücü çatmadığı üçün yolnan axırıncı avtomaşın keçdikdən sonra sağ cibindən bıçağı sağ əlinə götürüb sağdan sola Məhəbbətin qarın nahiyəsindən 1 dəfə zərbə vurmuşdur. Bıçaq Məhəbbətin qarın nahiyəsində qalmış və sonuncu qışqırmağa başlamışdır. Məhəbbətin tanışı və uzaq qohumu Vüqarın gəlib onu tapıb döyəcəyini fikirləşib meşəyə qaçmış, mobil telefonu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Təxminən 5-10 dəqiqə sonra DİN-nin 102 xidmətinə təkrar zəng edərək meşəlik ərazidə olduğunu bildirmiş, təxminən 1 saatdan sonra İsmayıllı RPŞ-nin əməkdaşları onu yolun qırağından götürüb İsmayıllı RPŞ-nə aparmışılar. Törətdiyi əməldən peşimandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində çay içmək üçün İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən və qohumu Vüqarın işldiyi “Fəxrəddin” istirahət mərkəzinə gəlmiş, həmin vaxt adlarını sonradan bildiyi Rəvan və Hacalı adlı şəxslər də istirahət mərkəzində olmuşlar. Həmin gün istirahət mərkəzinə tanımadığı müştərilər gəlibgetmiş, Vüqar, Rəvan və Hacalı həmin şəxslərə xidmət göstərmişlər. Həmin gün saat 20 radələrində o, Məhəbbət, Hacalı və Rəvan istirahət mərkəzinin qarşısında olarkən Şahid1 əlini Rəvanın boyun nahiyəsinə aparıb “bir çay gətir içək” demiş, həmin vaxt Rəvana Vüqarın əlini Rəvanın boyunun arxasına sillə vurmağının pis hərəkət olduğunu demişdir. Rəvan bu hərəkətin pis olmadığını, Vüqarla aralarında zarafatlarının olduğunu bildirmiş, bir neçə dəfə bu barədə aralarında mübahisə baş vermişdir. Rəvana yenə də əli boyun nahiyəsinə aparıb vurmağın pis hərəkət olduğunu, camaat arasında “peysər” söyüşü olduğundan əlin peysərə aparılmağın pis hərəkət olduğunu nəzərdə tutmuşdur. Rəvan həmin hərəkəti pis başa düşənin ünvanına nalayiq ifadə işlətmiş, o, da Rəvanın ünvanına nalayiq ifadə işlətmiş və söyüş söydüyünə görə Rəvanı vurmaq istədikdə Vüqar buna imkan verməmişdir. Rəvan ona istirahət mərkəzindən kənarlaşmalarını bildirmiş, Rəvan istirahət mərkəzinin aşağısına tərəf getməmişdən əvvəl mətbəxə tərəf gedib sonra onunla birlikdə təxminən 50-55 metr məsafədə istirahət mərkəzinin alt hissəsinə getmişlər. Rəvan bir daha ona Vüqarın zarafat etdiyini, bu hərəkəti nəyə görə pis başa düşdüyünü ondan soruşmuş, yaşca ondan balaca olaraq onu səhv çıxarmasından əsəbiləşib Rəvana “mənə heç nə edə bilmərsən, sən kimsən, başına oyun açaram, get işinlə məşğul ol” deyib ünvanına kobud və nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Rəvan ona istirahət mərkəzinin həyəti olduğu üçün kafedə olan müştərilərdən kimlərinsə onların mübahisələrini görə və eşidə biləcəyini deyib istirahət mərkəzidnən kənara çıxmaqlarını və kənarda söhbət etmələrini təklif etmişdir. Rəvana hara istəyirsə gedə biləcəyini, sonuncudan qorxmadığımı deyərək kafedən Muğanlı-İsmayıllı yolunun kənarı ilə Şamaxı istiqamətindən “Şöhlətoğlu” istirahət mərkəzinin qarşısı ilə piyada gedərkən Rəvan ona yenə də səhv söz işlətdiyini bildirmiş, o, isə Rəvana özünün düzgün hərəkət etmədiyimi bildirmişdir. Artıq təxminən 300-400 metr “Fəxrəddin” istirahət mərkəzindən uzaqlaşdıqdan sonra Rəvan onunla yanyana piyada gedə-gedə onun başa düşmədiyini, onunla normal danışdığını demiş, əsəbiləşdiyindən Rəvana az əvvəl kafedə Vüqarın əlini boynuna aparmasına görə həmin hərəkətə pis baxanın ünvanına söyüş söydüyü üçün həmin söyüşün ona ünvanlandığını görüb o, da təkrar Rəvanın ünvanına nalayiq ifadə işlətmişdir. Bundan sonra Rəvan qəflətən sağ tərəfdən bıçaqla qarın nahiyəsindən 1 dəfə vurmuş və ondan aralaşıb meşəyə qaçmışdır. Qışqıraraq biçağı qarnından çıxarıb meşəyə tərəf atmış, hadisədən qan itirdiyindən özündən getmiş və yerdə uzanmışdır. Təxminən 5-10 dəqiqə sonra Şahid1 yanına gələrək yolnan keçən adını bilmədiyi şəxsin idarə etdiyi “Nissan” markalı avtomobili saxladıb onu İsmayıllı RMX-na gətirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Bəhrəm oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə axşam saatlarında Şamaxı rayonu Mədrəsə qəsəbəsində yaşayan tanışı Təqsirləndirilən şəxs “Vatsap” proqramı vasitəsi ilə ona mesaj yazaraq maddi imkanı zəif olduğundan işlətdiyi istirahət mərkəzində iş tapmasında köməklik etmsini xahiş etmiş, sonuncuya səhəri gün istirahət mərkəzinə gəlməsini bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə günorta saatlarında Rəvan işlətdiyi istirahət mərkəzinə gələrək gündəlik 7 manat müqabilində orada ofisant kimi işləməyə razılaşmışdır. Həmin gün saat 12 radələrində İsmayıllı rayonunun Zeyvə kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs kafeyə gəlmiş, Rəvandan başqa Ağsu rayonundan olan Hacalı adlı şəxs də ofisant kimi işləmişdir. Həmin gün yeməkxanaya bir neçə müştəri gələrək həmin müştərilərə xidmət göstərmişlər. Saat 20 radələrində istirahət mərkəzinin həyətində mətbəxin qarşısında o, Məhəbbət, Hacalı və Rəvan söhbət edərkən sağ əlini Rəvanın sağ çiyin nahiyyəsinə aparıb “kələ bir çay dəmlə oturub içək” demişdir. Bu zaman Məhəbbət Rəvana onun əlini sağ çiyninə, nisbətən boyun nahiyəsinə apardığına görə həmin hərəkətin pis olduğunu bildirmiş, Rəvan isə Məhəbbətə onunla zarafatı olduğunu, buna görə də əlini çiyin nahiyəsinə apardığını bildirmişdir. Həmin vaxt istirahət mərkəzində olan müştəri toyuq yeməyi sifarişi verdiyi üçün o, atına minib yaxınlıqdakı marketə getmişdir. Təxminən 10-15 dəqiqə sonra istirahət mərkəzinə qayıtdıqda Hacalıdan Rəvanın və Məhəbətin harada olduğunu soruşduqda Hacalı hər ikisinin Muğanlı-İsmayıllı yoluna çıxıb Bakı istiqamətində piyada getdiklərini bildirmişdir. Rəvanla Məhəbbətin mübahisə etmək üçün istirahət mərkəzindən uzaqlaşdıqlarını fikirləşməmiş, lakin sonuncuların gəlmədiyini görüb həmin istiqamətdə piyada təxminən 400-500 metr getmişdir. Məhəbbətin Bakı istiqamətində yolun sol kənarında ayaq üstə dayandığını görüb nə baş verməsini soruşmuşdur. Məhəbbət ona vurulduğunu demiş, Məhəbbətin qarın nahiyəsinin qanadığını görüb yoldan keçən tanımadığı şəxsin idarə etdiyi qara rəngli “Nissan” markalı avtomobili saxlatdıraraq Məhəbbəti həmin şəxsin avtomobili ilə İsmayıllı RMX-na aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində oğlu Məhəbbətin bıçaqlanmasını və tibbi yardım almaq üçün İsmayıllı RMX-na aparıldığını eşitmişdir. İsmayıllı RMX-na getdikdən sonra oğlu Məhəbbətin Rəvan adlı şəxs tərəfindən bıçaqla vurularaq xəsarət aldığını bilmişdir. Məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 434 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-qarın boşluğuna nüfuz edib, qara ciyərin sağ payının, mədənin ön divarının, kiçik əyrilik nahiyyələrinin, köndələn bağırsağın kəsilmiş-deşilmiş yaraları, periton arxasına köndələn və qalxançənbər bağırsaqlara böyük həcmli hemotamoları deşici kəsici alət (böyük tiyəli bıçaq) təsirindən kənar şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə tibbi kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 577- 2020/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd deşilmişkəsilmiş zədə aşkar olundu. Bu zədəd kafi tilikli ülgücü, kafi itilikli ucu və özünü zəif biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə və onun bədəni üzərində olan qarın boşluğuna nüfuz edib qaraciyərin sağ payı, mədənin ön divarı, kiçik əyrilik nahiyyələri və köndələn bağırsağın kəsilmiş-deşilmiş yaraları yerləşməsinə görə bir-biri ilə nisbi olaraq uyğunluq təşkil edir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində aşkar olunmuş deşilmiş-kəsilımiş zədənin yerləşməsinə görə demək olar ki, zədənin yetirildiyi anda zədəni yetirən alətlə Zərərçəkmiş şəxs müxtəlif qarşılıqlı duruş vəziyətində ola bilərdilər. Məhkəmə tibbi-bioloji ekspertizasının x xxxxxx 2020-ci il tarixli 897-2020/MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Belə olan halda bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 563/254A nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törtədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarajkterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflik problemlərinin olması və başqaları ilə mqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətindədir, o yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət X8 Bölmələrini X5 rayon X3 Hüquqi Şəxsindən alınmış xx xxxxxxx 2020-ci il tarixli 907 nömrəli arayışdan görünür ki, Şamaxı rayonu Mədrəsə qəsəbəsi, N.Nərimanov küçəsi ev 31-də yaşayan, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nin Narkoloji və Ruhi-Əsəb kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli prtokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2150-da könüllü İsmayıllı rayon Polis Şöbəsinə gələrək təqsirini boynuna almışdır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbiri seçmək haqqında xx xxxxxxxx 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Mədrəsə qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli, 305 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Mədrəsə qəsəbəsi N.Nərimanov küçəsi 31 nomrəli evdə yaşayır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs təhsil aldığı Şamaxı rayon E.Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxsla barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cı maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması, könüllü olaraq polis orqanına gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış və təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməldən səmimi peşimançılıq keçirməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəza şərti tətbiq edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 uyun tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) da nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 1.cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 3. Yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış və təhsil aldığı yerdən müsbət xаrаkterizə оlunması, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirməsi, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması və ən əsası onun cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs оğlunа 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs оğlunun üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs оğlunun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və təhsili ilə əlaqədar yaşadığı yeri dəyişdirməmək, qanuni nümayəndəsinin razılığı olmadan saat 22-dən saat 07-ə kimi yaşadığı mənzili tərk etməmək, spirtli içkiləri qəbul etməmək vəzifələri qoyulmаlıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan əvvəlki xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddəti çıxılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə kimi şübhəli kimi tutularaq həbsdə olduğu 02 (iki) gün müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və təhsili ilə əlaqədar yaşadığı yeri dəyişdirməmək, qanuni nümayəndəsinin razılığı olmadan saat 22-dən saat 07-ə kimi yaşadığı mənzili tərk etməmək, spirtli içkiləri qəbul etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan –Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli şalvar və 1 ədəd qara rəngli qısaqol köynək sahibinə qaytarılsın, Zərərçəkmiş şəxs məxsus 1 ədəd tünd göy rəngli qısaqol köynək məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində X9 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar