Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-92/2022 05.07.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamını müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X8, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs zərərçəkmiş şəxsin nümayəndəsi: Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1966-cı ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəki şəhəri Q.Məmmədli küçəsi ev 68-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Şəki Penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 oktyabr 2021-ci il tarixdə, saat 1920 radələrində idarə etdiyi özünə məxsus “VAZ 21214 - NİVA” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Şəki şəhəri, Qazi Məmmədli küçəsindən N.Nərimanov küçəsi istiqamətində hərəkətdə olarkən ünvan 1 ünvanda yaşayan qonşusu, xx.xx.1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi “FORD TRANSİT” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşıdan gəldiyini görüb sonuncunun hərəkət zolağına çıxaraq öz avtomobilinin uzaq vuran işıqlarını yandırıb üzərinə getməklə sonuncunun yol verməsini tələb etmiş, Zərərçəkmiş şəxs qəzadan yayınmaq üçün maşını sağ tərəfə çəkməsinə baxmayaraq həmin avtomobillərin yan güzgülərinin Şəki şəhəri, Q.Məmmədli küçəsində 63 nömrəli evin qarşısında toqquşmasından və hər ikisi maşınlarını saxlayıb maşından düşdükdən sonra, o, özünü Zərərçəkmiş şəxs üstün tutaraq, təhlükəli şəraiti özünün yaratmasına baxmayaraq ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq sonuncuya ucadan “qızmısan ha, qudurmusan ha” deyib, Zərərçəkmiş şəxs yol verməməsini bəhanə edərək heç bir səbəb olmadan ona qəsdən xuliqanlıq niyyətilə bədən xəsarəti yetirmək qərarına gəlib idarə etdiyi nəqliyyat vasitəsinin saxlanc yerində əvvəlcədən saxladığı soyuq silah hesab edilməyən mətbəx bıçağını axtararkən Zərərçəkmiş şəxs maşınlara zərər dəymədiyi və yanında arvadı Şahid1 olduğu üçün hadisə ilə bağlı növbəti gün görüşmək barədə təklifini rədd edərək həmin bıçağı götürüb Şahid1 ərini sinə nahiyəsindən qucaqlayıb oradan uzaqlaşdırmağa çalışdığını görüb sonuncuya xüsusi iztirab və əzab verəcəyini dərk edərək, müstəsna dərəcədə rəhmsizlik göstərib, xüsusi amansızlıqla arvadının gözü qarşısında Zərərçəkmiş şəxs qəsdən əlində tutduğu bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən beş dəfə zərbə vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bir ədəd qarın boşluğuna nüfuz edən, böyük piyliyin zədələnməsi ilə daxili qanaxmaya səbəb olan deşilmiş-kəsilmiş yarası və bir ədəd döş qəfəsinin sol yarısından döş boşluğuna nüfuz edən hemopnevmotoraksa səbəb olan deşilmiş-kəsilmiş yarası xəsarətləri olmaqla, cəmi iki ədəd, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bir ədəd sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası xəsarəti olmaqla, cəmi bir ədəd, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol bazunun və sağ budun dəri tamlığını pozmayan səthi kəsilmiş yaraları xəsarətləri olmaqla, cəmi iki ədəd, ümumilikdə beş bıçaq xəsarəti yetirmiş, həmin anda Zərərçəkmiş şəxs onun üz nahiyəsinə bir dəfə yumruqla vurması nəticəsində aldığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan üst və alt dodağın əzilmiş-cırılmış yaraları aldıqdan və oraya gələn qonşusu Şahid4 həmin yerə gələrək hər ikisinə qonşu olmalarında baxmayaraq dava etmələrinə görə öz iradını bildirdikdən sonra oğlu Şahid2la birlikdə özünə məxsus avtomobilə minərək həmin yerdən uzaqlaşmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayında oğlu Elnur polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt oğlunu saxlayanlar arasında qonşusu Zərərçəkmiş şəxs oğlu da olmuşdur. Buna görə Muradla aralarında narazılıq yaranmış və mübahisə etmişlər. 17 oktyabr 2021-ci il tarixdə Murada məxsus olan Ford Transit markalı avtomaşını sonunucunun evinin qarşısında olmamasını görüb özünün idarə etdiyi Niva markalı avtomaşınla stadion tərəfə hərəkət etmiş, təxminən 40 metr getdikdən sonra Muradın idarə etdiyi avtomaşın qarşıdan gələrək onun avtomaşınına yaxınlaşmış və avtomaşınların güzgüləri bir-birinə dəymişdir. Avtomaşından düşdükdən sonra Murad ona yaxınlaşaraq yumruqla onu vurmağa başlamış, bundan sonra özünün avtomaşınına tərəf gedərək orada qabaq sağ oturacaqda yerdə olan bıçağı götürüb Murada təxminən üç dəfə vurmuşdur. Sonra oraya gələn oğlu ilə birlikdə avtomaşına minərək oradan uzaqlaşmışdır. Muradı bıçaqla vurub öldürməyə imkanı olmuş, lakin buna baxmayaraq özü könüllü hadisə yerindən uzaqlaşmışdır. Muradı bıçaqla vuran zaman sonuncunun arvadı orada olmamış, Murada ağır dərəcəli bədən xəsarəti yetirdiyinə görə özünü CM-in 126.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 17 oktyabr 2021-ci il tarixdə saat 1920 radələrində idarə etdiyi Niva markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib evindən çıxanda ətrafa boylanıb Muradgilin avtomaşının olmadığı görmüş, buna görə də o, “dağ dibi” adlanan yola çıxmaq istəmişdir. Muradgilin evinin qarşısını keçdikdən sonra “dağ dibi” yolundan ara məhləyə qonşusu Muradın idarə etdiyi Ford markalı ağ rəngli avtomobilin döndüyünü görmüş, Murad yolla ona tərəf üzbəüz gəlmişdir. Həmin yol dar olmamaqla iki maşın qarşı-qarşıya hərəkət edə bilsə də Murad yolun ortasında avtomaşını saxlamışdır. Muradın idarə etdiyi avtomaşına çatanda qəza olmaması üçün avtomaşını sağ istiqamətə götürmüş, ancaq o, avtomobili ilə Muradın avtomobilinin yanına çatanda Muradın avtomobilinin sol hissəsi onun avtomobilinin sol güzgüsünə dəymişdir. Həmin vaxt onun avtomobilinin güzgüsü içəriyə doğru qatlandığından avtomaşını saxlamış, heç bir qapıda işıq yanmadığına görə küçə tam qaranlıq olmuşdur. Avtomobildən düşmədən güzgünü açmış, həmin vaxt Murad onun avtomaşınına yaxınlaşaraq onu təhriq etməyə başlamışdır. Ucadan qışqıraraq Murada “neyləyirsən? Bu nə hərəkətdir?” demiş, Murad isə onu təhqir etməyə davam edib ona “keçən səfər səni Sədir əlimdən aldı, səni yaşatmayacam” deyərək ona 4-5 dəfə yumruq atmaqla, həmin yumruqlar onun baş və üz nahiyəsinə dəymişdir. Həmin gün özünə məxsus bağda işləməkdən gəldiyi üçün sağ tərəfdə sərnişin oturacağının qabağında, ayaq altında bıçaq, toxa, və alaq alətləri olmuşdur. Muradın zərbələrindən özünü müdafiə etmək üçün həmin ayaq altından nəsə götürməyə çalışıb əlini atmışdır. Həmin vaxt ümumi uzunluğu 24 sm, tiyəsinin uzunluğu təxminən 13 sm, qara rəngli dəstəyinin uzunluğu təxminən 11 sm olan mətbəxdə işlədilən, arabir də bağında işlətdiyi bıçağı sağ əlinə götürüb avtomobildən düşmüşdür. Avtomaşından düşən kimi Murad ona bir yumruq və bir təpik vurmuş, həmin zərbələrdən o, yerə yıxılmışdır. Yerə yıxılan zaman sağ əlindəki bıçaq onun sol əlini kəsmiş, tam dikəlmədən əlindəki bıçaqla Murada xəsarətlər yetirməyə başlamışdır. Muradın yumruqlarından artıq özünü müdafiə edə bilmədiyini görüb sağ əlində olan bıçaqla zərbə vurmuş, hadisə vaxtı Murad onu bir neçə dəfə vurduqdan sonra özünü itirərək özündə olmamışdır. Murada təxminən 2-3 bıçaq zərbəsi vurmuş, bıçaqla zərbə vurmaqda məqsədi Muradı özündən aralamaq, özünü müdafiə etmək olmuşdur. Murada 2- 3 dəfə bıçaqla zərbə vurduqdan sonra Murad yenə də onu vurmağa davam etmiş, həmin vaxt hadisə yerindən uzaqlaşmaq istəmişdir. Həmin vaxt Muradın arvadı Könül, anası Hürü və Məhərrəm adlı yaşlı qonşuları Muradı qolundan tutub arxaya aparmış, bu zaman o, keçib avtomaşınına əyləşmişdir. Murada zərbələr endirdiyi bıçağı da maşının sağ ayaq altına atmış, avtomobili işə salanda oğlu Elnur gəlib avtomaşına oturmuşdur. Elnur ona “ata bu nə məsələdir?” deyə soruşmuş, o da oğluna “həmişəki kimi. Murad mənə yol keçməyə qoymurdu” demişdir. Elnur ona evə getməsini demiş, o da avtomobili idarə edib evə gəlmişdir. Onlar maşınla hadisə yerindən aralaşan zaman Murad yumruq və təpiklə maşını vurmuş, həmin avtomaşını dağ dibi istiqamətində sürüb yuxarı istiqamətdə gedərək “Akel petrol” yanacaq doldurma məntəqəsinin yanındakı yola daxil olub çay qırağı ilə yaşadığı evə getmişdir. Evdə Elnur sol əlinin barmağına nə olduğunu soruşanda bıçaq kəsdiyini demiş, həmçinin hadisə vaxtı əlində olan bıçaqla Murada iki dəfə bıçaq vurduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları gələrək hadisə ilə bağlı onu Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirmişlər. Muradı bıçaqla vuraraq xəsarətlər yetirməkdə məqsədi özünü müdafiə etmək və sonuncunun özündən uzaqlaşdırmaq olmuşdur. Onun Muradı öldürmək niyyəti olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayında qonşusu Səlahəddin ona zəng vuraraq onun polisdə işləyən oğlunun Səlahəddinin oğlunu rayon Polis Şöbəsinə apardığını deməklə ona öz narazılığını bildirdikdən sonra oğlundan hadisənin mahiyyətini öyrənib Səlahəddinə zəng vuraraq baş verənlərin sonuncunun oğlunun dediyi kimi olmadığını, Səlahəddinin oğlunun yolda mübahisə etdiyinə görə rəhbərliyin göstərişi əsasında polis şöbəsinə apardığını bildirmişdir. Bundan sonra bir dəfə qonşuluqda olan yas mərasimində Səlahəddinə salam verərkən sonuncu onun salamını almamış, bunun üstündə aralarında mübahisə yaranmışdır. 17 oktyabr 2021-ci il tarixdə arvadı Könül ilə birlikdə idarə etdiyi Ford Transit markalı avtomaşınla yaşadığı evə qayıdarkən yolda onun avtomaşınının güzgüləri Səlahəddinin avtomaşınının güzgüləri ilə bir-birinə dəymiş, bundan sonra Səlahəddin avtomaşından düşərək ona tərəf gələrək ona nəyə görə avtomaşını adam kimi idarə etmədiyni bildirmişdir. Səlahəddinə vicdanı olmasını, düzgün danışmasını bildirmiş, sonra avtomaşına yaxınlaşıb orada heç bir zərər olmadığını görmüşdür. Səlahəddinə çıxıb getməsini bildirmiş, sonuncu ona “qudurmusan ha” demişdir. Səlahəddinə yenə də çıxıb getməsini bildirmiş, sonuncu onun sözlərinə məhəl qoymayaraq avtomaşınına tərəf gedib avtomaşından nə isa axtarmağa başlamışdır. Həmin vaxt arvadı Könül onu tutub saxlayaraq arxaya tərəf çəkmiş, bu zaman Səlahəddin avtomaşından götürdüyü bıçaqla arvadının yanında onu bir neçə dəfə bıçaqla vurmuşdur. Beşinci zərbədən sonra Səlahəddinə bir dəfə yumruqla zərbə vurmuş, bundan sonra Səlahəddin yerində səndələyərək zərbə ilə vurmasını dayandırmışdır. Həmin vaxt qonşuladı Şahid4 oraya yaxınlaşaraq onların hər iksinə öz iradını bildirmiş, sonra Səlahəddinin oğlu Elnur da oraya gəlmişdir. Həmin vaxt anası Hürü küçənin işığını yandırmış, anası da onlara da öz iradını bildirmişdir. Anası ona yaxınlaşan zaman qan içində olduğunu görüb qışqırmağa başlamış, bu zaman Səlahəddin oğlu Elnurla avtomaşına minərək oradan “Dağ dibi” adlanan tərəfə hərəkət etmişlər. Səlahəddin təxminən 40-50 metr qabağa hərəkət etdikdən sonra yüksək sürətlə geriyə qayıtmış, avtomaşının güzgüsü ona dəymişdir. Arvadı onu kənara çəkməsə avtomaşının qabaq hissəsi ona dəyəcəkmiş. Səlahəddin onu öldürmək istəmiş, oba vaxtında tibbi yardım göstərildiyinə görə həyatdan məhrum edilməmişdir. Təqsirləndirilən şəxslə barışmamış, barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında Şəki şəhər ərazisində fəaliyyət göstərən 17 nömrəli orta məktəbin bufetini həyat yoldaşı Könül ilə birlikdə işlətmək məqsədilə götürmüş, xx.xx.2021-ci il tarixdə həmin bufetin açılışının olması nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində bufetdə həyat yoldaşı Könül ilə təmizlik işləri aparıb qurtardıqdan sonra və həmin işdə onlara köməklik edən Vüqar adlı qonşusunu idarə etdiyi Ford markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla küçələrinin “dağ dibi” adlanan ərazidən giriş hissəsində yaşadığı evin qarşısında düşürdükdən sonra arvadına üstündə pulun az olduğunu, 11 saylı orta məktəbin qarşısına gedib orada olan bankomatdan anası Hürüyə məxsus kartdan pul çıxarmalarını, un, şəkər tozu və digər əşyalar alıb sabah müəllimlər üçün tort bişirib aparmalarını demişdir. Bu zaman Səlahəddingilin yaşadığı evin qarşısında ağ rəngli Niva markalı maşın olduğunu görmüş, küçə istiqamətində hərəkət edərkən həmin avtomaşın uzaq vuran işıqlarını yandıraraq sürətlə onun hərəkətdə olduğu zolaqda onun avtomaşınına tərəf gəlməyə başlamışdır. Yaşadığı evin darvazasından çay istiqamətində təxminən 2-3 metr keçdikdə həmin Niva markalı avtomobilin güzgüsü ilə onun avtomaşınının güzgüsü yüngülcə toqquşmuş, sol yan güzgüdən baxarkən Niva markalı avtomaşının dayandığını, içəridən qonşusu Səlahəddinin aşağı düşərək onlara tərəf gəldiyini görmüşdür. Həmin vaxt arvadı Könül ona “gəl gedək, mərdiməzardır” sözlərini desə də o, Səlahəddinlə danışmaq üçün avtomaşından düşmüşdür. Arvadı da həmin vaxt avtomaşından düşüb onun yanına gəlmiş, Səlahəddin yüksək səslə ona niyə üstünə sürdüyünü, adam kimi sürməsini dedikdə Səlahəddinə heç olmasa bir dəfə vicdanlı olub düzünü danışmasını demişdir. Bundan sonra Səlahəddinin avtomaşınının güzgüsünə baxmağa getdərkən Nivanın güzgüsünə heç bir zərər dəymədiyini görmüşdür. Səlahəddinə avtomaşını sürüb getməsini, avtomaşına zərər toxunmadığını, ayıb olduğunu, arvadının yanında olduğunu, söz söhbət olmamasını demişdir. Onun bu sözündən sonra Səlahəddin bir qədər onun üstünə gələrək ona “qızmısan ha, qudurmusan ha” sözlərini deyərək onunla dava salmaq istəmişdir. Səlahəddinə arvadının yanında olduğunu, sabah görüşüb söhbət etmələrini bir daha təkrar etmiş, Səlahəddin ona əli ilə işarə verərək öz yanına çağırıb “bura gəl” demişdir. Səlahəddinin yanına, Niva markalı avtomaşının ön qapısına tərəf getmiş, Səlahəddin həmin vaxt öz maşınının sürücü oturacağında yarımçıq əyləşib nəsə axtarmışdır. Səlahəddinin sol ayağı çöldə, sağ ayağı isə avtomaşının içərisində olmuş, avtomaşının “bardaçok” adlanan hissəsində nə isə axtararaq ona “getmə, gözlə” sözlərini demişdir. Səlahəddinə arvadının yanında olduğunu, hazırda getmələrini, sabah görüşüb söhbət etmələrini desə də Səlahəddin “yox, getmə, gözlə” deyib onu gözlətmişdir. Səlahəddinin axtardığı şeyi tapa bilmədiyini görüb oradan uzaqlaşmaq istəmiş, arvadı Könül də onun qolundan tutub dayanmadan getmələrini xahiş etmişdir. Həmin vaxt bir-iki addım geri çəkildikdə arvadı Könül qabaq hissədən onu qucaqlayıb getmələrini xahiş etmiş, arvadına “mən də bilirəm Səlahəddin mərdiməzardır” sözlərini demək istəyən zaman qəflətən başı sağ istiqamətdə atılmış, nə baş verdiyini anlamadan Səlahəddin dayanmadan onun arvadının böyründən ona bir neçə dəfə zərbə endirmişdir. Səlahəddinin ona zərbə endirdiyini hiss etsə də nə ilə vurduğunu anlamamış, sonradan Səlahəddinin bıçaqla onun sol qoltuq altına zərbə endirdiyini bilmişdir. Bıçaq daxildə boğaz sümüyünə kimi dirənmiş, həmçinin qarın və ayaq nahiyəsinə bir neçə xəsarət yetirmişdir. Səlahiddinin onu vurduğunu deyib Könülü qolundan tutub kənara çəkmiş, həmin vaxt Səlahəddinin əlində olan əşya ilə onun üstünə hücum çəkdiyini görmüşdür. Səlahəddinin əlində nə olduğunu dəqiq görə bilməmiş, elə bu vaxt o, sağ yumruğunu göstərmiş, Səlahəddin həmin yumruqdan başını sol tərəfə qaçırtsa da o, sol yumruğu ilə Səlahəddinin üz nahiyəsinə zərbə endirmişdir. Həmin vaxt Səlahəddin əlindəki əşya ilə onun sağ qarın nahiyəsinə soxsa da onun yumruq zərbəsi ilə əlindəki əşyanı ona tam soxa bilməmişdir. Səlahəddin üzünə atdığı yumuruğun təsirindən bir neçə addım geri gedib arxın digər tərəfinə keçmişdir. Səlahəddin arxı keçib yerində dayanmış və həmin vaxt sonuncunun oğlu Elnur qaça-qaça atasının yanına gəldikdən sonra Səlahəddin öz oğluna “sənin də üstünə maşın sürüb də, sən də denən də, niyə demirsən” sözlərini dedikdən sonra Elnur da onun üstünə qışqırmağa başlamışdır. Bu vaxt onun arvadı Könül Elnura səslənib atasını aparmasını xahiş etmiş, həmin vaxt onun anası Hürü də küçəyə çıxıb küçənin işığını yandırdıqdan sonra ona və Səlahəddinə söylənməyə başlamışdır. Anası onun yanına gəlib əlindən tutub evə aparmaq istəyəndə əli qana bulaşdığı üçün ona yerinin qan olmasını demiş, o da bədəninə baxanda hər yerinin isti olduğunu və ondan dayanmadan qan axdığını gördükdə Səlahəddin ona dəfələrlə bıçaqla zərbələr endirdiyini başa düşmüşdür. Səlahəddin qaçıb avtomaşının sükanı arxasında oturmuş, oğlu Elnur da Səlahəddinin dalınca qaçıb sərnişin yerində əyləşmişdir. Səlahəddin əvvəlcə “dağ dibi” istiqamətində təxminən 40-50 metr sürdükdən sonra avtomaşını geri döndərərək onun üstünə tərəf sürətlə sürməyə başlamış, onun ölmədiyini görüb avtomaşını onun üstünə sürməklə onu öldürmək istəmişdir. Həmin vaxt maşının uzaq vuran işıqları da yanılı olmuş, maşın ona yaxılaşan vaxt arvadı Könül onun qabağına tullandığı üçün biraz məsafə qalmış Səlahəddin maşını saxlamışdır. Könül onu kənara çəkib yoldan çıxarmaq istəyən zaman Səlahəddin sürətlə avtomaşını onun üstünə sürüb həmin avtomaşının sağ güzgüsü ilə onun sağ böyür nahiyəsinə xəsarət yetirmiş, avtomaşının güzgüsü ona dəyən kimi onun sağ əli avtomatik olaraq maşının pəncərəsinə çırpılmışdır. Səlahəddin avtomaşını saxlamadan sürüb uzaqlaşmış, o, aldığı zərbədən səndələsə də yerə yıxılmamışdır. Öz avtomaşınına gedib mühərriki söndürmüş, sonra evinin həyətinə girmişdir. Həmin vaxt onun anası və arvadı qışqırmağa davam etmiş, həyətə girəndə arvadı ona qarnındakı yaranın üstünə örtməsi üçün dəsmal vermişdir. Elə həmin ərəfədə arvadıgil onun sol tərəfindən də qan axdığını demiş, köynəyin düyməsini açıb həmin nahiyəyə baxdıqda ordan qan fışqırdığını görmüşdür. Sol əlini sinəsinə tərəf qapadaraq qanaxmanın azalmasına çalışmış, həmin vaxt arvadı qonşuları Allahyargilin həyətinə gedib Allahyarı köməyə çağırmışdır. Özü də üstündəki pulu və plastik kartı anasına təhvil verib küçəyə çıxmış, həmin vaxt Allahyar maşınla gəlib onu götürüb Şəki RMX-na çatdırmışdır. O, xəstəxanada əməliyyat olunmuş, bir neçə gün reanimasiya şöbəsində müalicə olunmuş, o, ayıldıqdan sonra həkimlər ona sol qoltuq nahiyəsindən aldığı zərbə zamanı bıçağın boğaz nahiyəsindəki sümüyə dirənməsəymiş şah damarını kəsə biləcəyini demişlər. Həmçinin həmin bıçaq zərbəsi daxildə ürəyinin 3-4 sm yuxarısından keçmişdir. Təqsirləndirilən şəxs həmin zərbəni ona yetirməklə onu öldürmək istəmiş, lakin xoşbəxtlikdən həmin zərbə onun ürəyinə xəsarət yetirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Güləmməd qızı ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 1930 radələrində yaşadıqları evdə tək olarkən oğlu Muradla gəlini Könülün hələ də evə gəlmədiklərinə görə narahat olmuş, həmin gün onlar quracaqları işə görə tədbirlər görməli olmuşlar. Havanın qaraldığını görüb yaşadıqları evdən həyətlərinə çıxanda küçədən səslər eşitməyə başlamış, qaça-qaça özünü darvazaya çatdırıb küçənin işığını yandırmışdır. Darvazadan çölə çıxdıqda oğluyla Səlahəddin arasında mübahisə düşdüyünü görmüş, elə həmin vaxt orada Muradla Səlahəddinin hər ikisinə qışqıraraq “ayıb olsun, utanın, xəcalət çəkin, qonşusunuz, söz bir dəfə olar” sözlərini deyib oğlu Muradın qolundan tutub həyətlərinə salmaq istəmişdir. Murada toxunan zaman sonuncudan qaynar qan axdığını bilmiş, Murad işıq altında bədəninə baxıb Səlahəddin tərəfindən bıçaqla vurulduğunu demişdir. Səlahəddinin bıçaqla oğlunu bir neçə dəfə vurub qaçdığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2021-ci il tarixdə yaşadığı evdə olarkən küçədən səs-küy gəldiyini eşidib çölə çıxarkən onlara məxsus Niva markalı avtomaşının qonşuları Muradın evinin qarşısında olduğunu görmüş, avtomaşınlarına tərəf gedən zaman ilk olaraq əlində bıçaq atası Səlahəddini görmüş, həmin vaxt atasının baş barmağı kəsilmişdir. Həmin vaxt orada olan qonşuları Şahid4 atası və orada olan qonşuları Zərərçəkmiş şəxs öz iradını bildirmiş, Muradın anası və arvadını orada görməmişdir. Zərərçəkmiş şəxs onları həmin küçədə yaşamalarına imkan verməyəcəyini bildirmiş, sonra atası avtomaşının sükanı arxasına oturaraq o da avtomaşında qabaqda oturduqdan sonra birlikdə oradan uzaqlaşmışlar. Atası avtomaşını mağazanın qarşısına sürüb ona mağazadan salfetka almasını bildirmişdir. Evlərinə qayıtdıqdan sonra polis əməkdaşları gəlib atasını aparmışlar. Atası ona Muradın atasını təhqir etdiyinə görə bıçaqla vurduğunu bildirmişdir. Atası ilə Muradın münasibətəri Muradın polisdə işləyən oğlunun onu rayon polis şöbəsinə aparmasından sonra yaranmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş X2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 1930 radələrində yaşadığı evin həyətində özünə məxsus VAZ2107 markalı maşının təkərlərini qaraldarkən küçədə səs-küy eşitsə də əvvəlcə əhəmiyyət verməmiş, kiməsə qonaq gəldiyini düşünmüşdür. Səs-küyün davam etdiyini görüb qapıdan boylandıqda onlara məxsus Niva markalı avtomaşınının Muradgilin yaşadığı evin darvazasının qarşısında dayandığını görüb qaçaraq özünü oraya çatdırmışdır. Atasının yanına çatdıqda Nivanın işığı atasına tərəf olduğu üçün atasının əlində bıçaq olduğunu, sol əlinin kəsildiyini, dodağında xəsarət olduğunu və yerdə qanlar olduğunu görmüşdür. Həmin vaxt Murad arxın digər tərəfində ayaqüstə dayanmış, Murad qaranlıq tərəfdə dayandığı üçün sonuncunun qanlı olmasını görməmişdir. Muradla atasının arasında isə Məhərrəm adlı şəxs dayanaraq atasıgili aralamağa çalışmışdır. Məhərrəm kişi ona atasını avtomaşına oturdub oradan aparmasını dedikdən sonra atasını avtomaşına otuzdurub, özü də avtomaşına oturduqdan sonra atası avtomaşını dağ dibi istiqamətində sürüb “VİP Karvan” adlı restorana çatmamış “Moskva market” adlı dükanın yanında saxlamışdır. O, dükana girib yaş salfetka alıb atasının yarasını bağlamış, daha sonra “Kosmos” adlı çay evinin yaxınlığında yol kənarında avtomaşını saxlayıb atasının əlindəki qanaxmanı saxlamağa çalışsalar da bu mümkün olmamışdır. Daha sonra o, sükana əyləşib avtomaşını çay kənarı ilə yaşadıqları evə sürüb atasını evə qoymuş, dərhal gedərək aptekdən lazımi tibbi vasitələri alıb evə gəlmişdir. Atasının əlini sarıdıqdan sonra nə baş verdiyini soruşmuş, atası ona Muradı 2-3 dəfə bıçaqla vurduğunu demişdir. O, nəyə görə Murada bıçaqla xəsarət yetirdiyini soruşduqda atası ona Muradın avtomaşını atasının üstünə sürdüyünü, söyüş söydüyünü və atasını yumruqla vurduğunu və dözməyib Muradı bışaqla vurduğunu demişdir. Biraz sonra polis əməkdaşları yaşadıqları evə gələrək onun atasını Şəki ŞRPŞ-nə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 1930 radələrində hava qaralan vaxt bacısı evinə getmək üçün Murad və Səlahəddinin yaşadıqları evin yerləşdiyi Qazi Məmmədli küçəsindən keçərkən təxminən 50-60 metr qarşıda səs-küy olduğunu görüb həmin yerə yaxınlaşmış, Muradın yaşadığı evin qarşısına çatdıqda Səlahəddinlə Muradın mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Səlahəddin idarə etdiyi Niva markalı avtomaşının yanında arxın digər tərəfində dayanmış, Niva markalı avtomaşın üzü Nərimanov küçəsinə tərəf dayanmışdır. Murad isə arxın digər tərəfində yolun ortasında dayanmış, Muradın yanında arvadı Könülün sonuncunu tutaraq Səlahəddinə tərəf getməyə qoymamışdır. Elə həmin an sonradan Səlahəddinin oğlu Elnur olduğunu bildiyi bir nəfər cavan oğlan da qaçaraq onun yanına gəlmiş, bir ağsaqqal kimi Muradla Səlahəddinə nəsihət verərək sakitləşmələrini, axşam vaxtı məhlədə səs-küy salmamalarını, çıxıb evlərinə getmələrini demişdir. Həmin vaxt Səlahəddin öz avtomaşınına yaxınlaşıb sükan arxasına keçən zaman o da öz yoluna davam etmişdir. Oradan bir qədər aralaşdıqdan sonra Muradın yanındakı qadının qışqıraraq “ay Murad üstündə qan var” sözlərini eşitmiş, həmin vaxt arxaya çönüb baxdıqda Niva markalı avtomaşının “dağ dibi” adlanan istiqamətdə getdiyini görüb öz yoluna davam etmişdir. Həmin vaxt Səlahəddini kimsə saxlamamış, hər ikisi sərbəst şəkildə qarşı-qarşıya durmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə yemək yeyərkən birdən həyətin qapısı döyülmüş, evdən çıxıb həyətin qapısına tərəf gedən zaman qapını döyən qonşusu Könülün onu evlərinə çağırdığına görə özünə məxsus VAZ 2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili işə salıb Könülgilin yaşadığı evin qarşısına sürmüşdür. Ora çatdıqda Muradın yaşadığı evin həyət qapısının qarşısında dayandığını, üst-başının qan içində olduğunu görmüşdür. Murad və Könül onun maşınının arxa hissəsində oturan kimi avtomaşını xəstəxanaya sürmüşdür. Yolda olarkən qonşuları Səlahəddinin bıçaqla Murada xəsarətlər yetirdiyini bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 27 oktyabr 2021-ci il tarixli 604 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: qarnın ön divarının qarın boşluğuna nüfuz edən, böyük piyliyin zədələnməsi ilə daxili qanaxmaya səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısından döş boşluğuna nüfuz edən hemopnevmotoraksa (döş boşluğunda qanın və havanın olması) səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası, sol sağrı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun və sağ budun dəri tamlığını pozmayan iki ədəd səthi kəsilmiş yaraları, gövdənin arxa səthində sağ bel nahiyəsinin dərialtı hematoması və yumşaq toxumalarının əzilməsi. Bu xəsarətlərdən: qarnın ön divarının qarın boşluğuna nüfuz edən, böyük piyliyin zədələnməsi ilə daxili qanaxmaya səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qafəsinin sol yarısından döş boşluğuna nüfuz edən hemopnevmotoraksa (döş boşluğunda qanın və havanın olması) səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası, sol sağrı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun və sağ budun dəri tamlığını pozmayan səthi kəsilmiş yaraları iti deşici-kəsici əşyanın və ya alətin (əşyaların və ya alǝtlərin) təsirindən amələ gəlmişdir, təqdim olunmuş bıçağın təsirindan əmələ gəlməsi istisna edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciat etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2021-ci il tarixinə uyğundur. Gövdənin arxa səthində sağ bel nahiyəsinin dərialtı hematoması və yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə əmələ gəlməsi mümkündür, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2021-ci il tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol bazunun və sağ budun dəri tamlığını pozmayan iki ədəd səthi kəsilmiş yaraları sağlamlığa zərər vurmayan xəsarətlar olduğu üçün dərəcəsi təyin edilmir. Qarnın ön divarının qarın boşluğuna nüfuz edən, böyük piyliyin zədələnməsi ilə daxili qanaxmaya səbəb olan bir (01) ǝdəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısından döş boşluğuna nüfuz edən hemopnevmotoraksa (döş boşluğunda qanın və havanın olması) səbəb olan bir (01) ədəd, ümumilikdə iki (02) ǝdəd deşilmiş-kəsilmiş yarası ayrı-ayrılıqda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər; sol sağrı nahiyəsinin bir (01) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 20 oktyabr 2021-ci il tarixli 610 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: üst və alt dodağın əzilmiş-cırılmış yaraları və sol baldırın əzilmiş sıyrılmış yarasının izi bərk-küt əşyanın təsirindən törənmişdir, sol əlin İ barmağının kəsilmiş yarası iti kəsici əşyanın təsirindən törənmişdir, bıçağın təsirindən əmələ gəlməsi istisna edilmir. Bu xəsarətlərdən üst və alt dodağın əzilmiş-cırılmış yaraları xəsarətlərin döyülmə zamanı yumruqla vurma nəticəsində əmələ gəlməsi istisna edilmir, bu xəsarətlərin törənmə müddəti qərarda qeyd edilən xx.xx.2021-ci il tarixinə uyğundur; bu xəsarǝtlər hər ikisi birlikdə ayrı-ayrılıqda dərəcəsinə görǝ sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sol baldırın əzilmiş-sıyrılmış yarasının izinin xarakter xüsusiyyətlərinə görə demək olar ki, bu xəsarət müayinədən 1,5 ilə qədər müddətə uyğun gəlir, bərk-küt əşyanın təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş kompeks məhkəməbioloji və məhkəmə-trasoloji ekspertizasının 18 yanvar 2022-ci il tarixli, 26/2022-MTKŞ №li rəyindən görünür ki, ekspertizaya teqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yaxalığında bir ədəd, köynəyin sol qolun arxa səthində bir ədəd; maykanın ön səthinin sağ nahiyəsində bir ədəd və şalvarın arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsi, idman şalvarı ve köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya teqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön səthinin sağ yaxalığında aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə; köynəyin sol qolun arxa səthində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol bazu üzərində aşkar edilmiş bir ədəd səthi kəsilmiş yarası ilə; şalvarın arxa səthinin sol yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol sağrı nahiyəsində olan bir ədəd deşilmişkəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədəninin döş qəfəsinin sol yarısında bir ədəd, sol bazunun və sağ budun dəri tamlığını pozmayan səthi kəsilmiş yaraları onun paltarı üzərində öz əksini tapmamışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş kompeks məhkəməbioloji və məhkəmə-trasoloji ekspertizasının 19 yanvar 2022-ci il tarixli, 34/2022-MTBŞ №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- O-alfa,beta/İ/. X1 ABO sistemi üzrə qan qrupu-A-beta/H//İV/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus cins şalvar, tamlığı pozulmuş köynək, mayka, bir ədəd bıçaq üzərindəki ləkələrdə və hadisə yerindən 07 ədəd kosmetik çubuğun uclarındakı pambığa hopdurulmuş maddə ləkələrində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti tədqiq olunduqda «H» antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Göstərilən maddi sübutlar üzərindəki ləkələrdə təqsirləndirilən şəxs X1 qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim olunan təqsirləndirilən şəxs X3 məxsus idman gödəkcəsi, köynək üzərindəki ləkələrdə və hadisə yerindən 02 ədəd kosmetik çubuğun uclarındakı pambığa hopdurulmuş maddə ləkələrində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti tədqiq olunduqda yalnız «A» və H antigenləri alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə təqsirləndirilən şəxs X3 məxsus ola bilər. Bu ləkələrdə Zərərçəkmiş şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Tədqiqata təqdim olunmuş S.İsmayılova məxsus idman şalvarı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-soyuq silahlar ekspertizasının 02 dekabr 2021-ci il tarixli 17/822 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə lifli materialların kriminalistik ekspertizasının 04 dekabr 2021-ci il tarixli 17/821 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkçənin səthi üzərindən tapılmış qəhvəyimtil-mavi rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın səthi üzərindən tapılmış tünd-göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 719 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməli törədərkən öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya xəstəxanasının xx.xx.2021-ci il tarixli 1163 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Şəki “Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 04 noyabr 2021-ci il tarixli, 1367/1 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yaşayan xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Şəki RMX” PHŞ-nin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti “Nöyülbulaq” məhəllə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışından və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 3 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2021-ci il tarixdə saat 2235-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş Şəki rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli həbs qətimkan tədbirinin seçilməs haqqında haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğunun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu CM-in 29, 120.2.2 və 29, 120.2.4-cü maddələrindən həmin Məcəllənin xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə sağlamlığa qəsdən ağır xəsarət yetirilmə nəzərdə tutan 126.2.3 və 126.2.4-cü maddələrinə tövsif edilməlidir. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs bıçaqla vurarkən sonuncunu öldürmək niyyəti olmamış, sonuncunun həyat üçün vacib olan orqanlarına məqsədli şəkildə vurmamış, qarşılıqlı dava zamanı zərərçəkmişin də fəal hərəkətlər etdiyi anda təqsirləndirilən şəxsin endirdiyi zərbələr qeyriixtiyari olaraq zərərçəkmişin qarın və sinə nahiyyəsindən dəymişdir. Təqsirləndirilən şəxs həmin xəsarətləri qonşusu Zərərçəkmiş şəxs ilə aralarında olan qarşılıqlı dava-dalaş zamanı yetirməsi, eyni zamanda xəsarəti yetirdikdən sonra orada qalması və onun Zərərçəkmiş şəxs öz niyyətini davam etdirib həyatdan məhrum etməsinə bütün imkanlara malik olması və heç kimin mane olmadığı halda buna cəhd etməməsi də bir daha təsdiq edir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində hadisə yerinə yaxınlaşan zaman Təqsirləndirilən şəxs və zərər çəkmiş Zərərçəkmiş şəxs hər ikisinin ayaqüstə qarşı-qarşıya küçədə olan arxın əks tərəfində dayandıqlarını və onları həmin vəziyyətdə görüb hər ikisinə öz iradını bildirdiyini göstərmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticədə Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs özünü müdafiə etmək məqsədilə onun üz nahiyəsinə bir dəfə yumruqla vurması nəticəsində aldığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan üst və alt dodağın əzilmiş-cırılmış yaraları təsirindən bir neçə addım geriyə getməsi, bununla da Zərərçəkmiş şəxs müqavimət göstərməsini onun iradəsindən asılı olmayan hal kimi qəbul edilməsini məhkəmə tərkibi yolverilən hesab etmir. Bundan başqa iş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində tutduğu bıçaqla vurmaq imkanı olmuş, onun zərərçəkmiş şəxsi öldürmək imkanı olmuş, buna baxmayaraq avtomaşınına oturub hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin faktiki olaraq zərərçəkmiş şəxsi qarşı-qarşıya durduqları halda və həmin vaxt orada heç kimin ona aktiv mane olmadığı bir şəraitdə zərbələr endirmək imkanı olduğu halda öz hərəkətlərini dayandırıb oradan uzaqlaşması onun zərər çəkmiş şəxsi birbaşa qəsdlə öldürmək niyyəti ilə ona xəsarət yetirməsi qənaətinə gəlməyi istisna edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs qarın və sinə nahiyyəsindən zərbələri sonuncu ilə qarşılıqlı dava-dalaş zamanı, qaranlıq hava şəraitində yetirmiş və həmin zərbələri məqsədyönlü şəkildə vurmamışdır. Çünki hadisə zamanı orada olan şahidlər də küçədə işıqlanma olmadığına görə qaranlıq olduğunu və görmənin məhdud olduğunu göstərmişlər. Şərh edilənlərdən, xüsusən də Şahid4 ifadəsindən də göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ölümünə səbəb ola biləcək ictimai təhlükəli nəticənin baş verməsindən qabaq öz hərəkətlərini dayandırmış və Zərərçəkmiş şəxs xəsarətlər yetirərkən həmin xəsarətlərin zərərçəkmişin ölümünə səbəb olmasını arzu etməmişdir. Belə olan halda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi birbaşa qəsdlə öldürmək niyyəti ilə ona bıçaq zərbələri endirməsi qənaətinə gəlmək olmur. Cinayət qanunvericiliyinin və bəhs olunan Plenum Qərarının mövqeyindən isə görünür ki, cinayət etməyə cəhd yalnız birbaşa qəsdlə törədilə bilər. Odur ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülməsini məhkəmə kollegiyası düzgün hesab etmir. Beləliklə, məhkəmə cinayətin obyektiv cəhətini müəyyən edərək bu qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “VAZ 21214 - NİVA” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şəki şəhəri Qazi Məmmədli küçəsindən N.Nərimanov küçəsi istiqamətində hərəkətdə olarkən ünvan 1 ünvanda yaşayan qonşusu Zərərçəkmiş şəxs idarə etdiyi “FORD TRANSİT” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğuna görə sonuncu ilə arasında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirmək üçün idarə etdiyi avtomaşının qabaq oturacağındakı ayaqaltında olan bir ədəd bıçağı götürüb həmin vaxt fəal hərəkətlər edən Murada bıçaqla qəsdən xuliqanlıq niyyəti və xüsusi amansızlıqla zərbələr endirmiş və sonra Zərərçəkmiş şəxs yerə yıxılmadığı, öz müvazinətini itirmədiyi halda heç kim onu dayandırmadığı və ya zərbələrin qarşısını ala biləcək fiziki müdaxiləsi olmadığı halda öz hərəkətlərini dayandırıb hadisə yerində qalmış, oraya gələn oğlu Elnur İsmailovla birlikdə “VAZ 21214 - NİVA” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınına minərək oradan kənarlaşmış, bundan sonra Zərərçəkmiş şəxs orada olan yaxın qohumları tərəfindən xəstəxanaya aparılmışdır. Göründüyü kimi cinayətin obyektiv cəhətinin təhlili, yəni Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs qəsdən öldürməyə bütün imkanları olduğu halda xəsarətlər yetirdikdən sonra öz hərəkətlərini dayandırması onu göstərir ki, bu hallarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs birbaşa qəsdlə öldürmək niyyəti ilə sonuncuya bıçaq zərbələri endirmək qənaətinə gəlməyi istisna edir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs özünü müdafiə etmək məqsədilə Təqsirləndirilən şəxs üz nahiyəsinə bir dəfə yumruqla vurması nəticəsində sonuncunun aldığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan üst və alt dodağın əzilmiş-cırılmış yaraları təsirindən bir neçə addım geriyə getməsi, bununla da Zərərçəkmiş şəxs müqavimət göstərməsinə dair Təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəb kimi qəbul edilə bilməz. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bir dəfə yumuruq zərbəsi vurduqdan sonra sonuncu yerə yıxılmamış, özünü itirməmiş, bıçaq əlindən yerə düşməmişdir. Şahid4 da ifadəsində Təqsirləndirilən şəxs və Səməd Muradovu gördüyü zaman hər ikisinin ayaq üstə qarşı-qarşıya durduqlarını göstərmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, oğlu Şahid2, qonşuları Şahid4 və Şahid3 Güləmməd qızının gəldiyini görüb özünü itirərək yetirdiyi xasərətlər nəticəsində Zərərçəkmiş şəxs öləcəyini və hadisə yerinə gələnlərin onu görərək sonuncunu onun öldürdüyünü biləcəklərini düşünərək oğlu Şahid2 idarə etdiyi avtomaşına minib hadisə yerindən uzaqlaşması Təqsirləndirilən şəxs iradəsini sındıran hallar kimi qəbul olunması yolverilməzdir. Belə ki, işin bütün faktiki halları, o cümlədən yuxarıda sadalanan obyektiv cəhətin xüsusatları, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra onun qarşısını alacaq digər şəxslərin olmadığını bilməsi və orada olan şəxslərin aktiv şəkildə ona müdaxilə etməməsi, özünün könüllü şəkildə oğlu Şahid2la birlikdə avtomaşına minərək oradan uzaqlaşması onun Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti ilə birbaşa qəsdlə həyatdan məhrum etmək üçün xəsarət yetirmək və iradəsindən asılı olmayaraq öz niyyətini başa çatdıra bilməməsi qənaətinə gəlməyi mümkünsüz edir. Məhkəmə həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin özünə məxsus avtomobilə minərək avtomobili Şəki şəhəri, N.Nərimanov küçəsi istiqamətində idarə edərkən Zərərçəkmiş şəxs ölmədiyini, yəni sonuncunu qəsdən həyatdan məhrum etməyə yönələn qəsdinin başa çatmadığını görüb cinayətkar əməlinə davam edib qəsdini başa çatdırmaq məqsədilə təxminən 40 metr sonra geri dönüş edib avtomobili həmin vaxt ayaq üstə küçənin kənarına doğru getmək istəyən sonuncunun üzərinə sürüb onu maşınla vurub öldürmək istəyərkən Şahid1 ərinin sol qolundan tutub dartaraq onu yolun kənarına çıxarması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilmədən avtomobilin sağ güzgüsü ilə Zərərçəkmiş şəxs bel nahiyəsindən qəsdən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan gövdənin arxa səthində sağ bel nahiyəsinin dərialtı hematoması və yumşaq toxumalarının əzilməsi xəsarətləri yetirməsini də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qəsdən öldürməyə cəhd etmə kimi qiymətləndirmişdir ki, bununla da məhkəmə kollegiyası razılaşa bilmir. Belə ki, Təqsirləndirilən şəxs yüksək təhlükə mənbəyi olan avtomaşınla Zərərçəkmiş şəxs daha ağır dərəcəli bədən xəsarəti yetirərək sonuncunu öldürmək imkanı daha real olmuş, eyni zamanda Zərərçəkmiş şəxs həmin vaxt aldığı xəsarətin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti olması da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətində olmadığını bir daha təsdiq edir. Çünki Təqsirləndirilən şəxs istintaqın gəldiyi qənaətə görə Zərərçəkmiş şəxs öldürmək niyyətində olmuş olsa Zərərçəkmiş şəxs avtomaşının qabaq hissəsi ilə vurub sonuncunu həyatdan məhrum etmədiyini görüb avtomaşını saxlayaraq yenidən öz niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs üzərinə gedərdi. Lakin Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşması onun bir daha Zərərçəkmiş şəxs öldürmək, yəni qəsdən onu həyatdan məhrum etmək niyyətində olmadığını bir daha təsdiq edir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs əməli qəsdən adam öldürməyə cəhd kimi tövsif edilə bilməz. Belə olan halda onun əməli maddi tərkibli cinayət olan qəsdən sağlamlığa ağır xəsarət yetirmək kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun arvadı Şahid1 gözləri qarşısında, yəni sonuncuya və zərərçəkmiş şəxsə iztirab verməklə eyni zamanda heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə icra etməsi isə qəsdən sağlamlığa ağır zərər vurmanı xüsusi amansızlıqla törətdiyini göstərir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurarkən sonuncunun arvadı Könül Muradovanın orada olmamasına dair ifadəsini məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qəbul edir. Belə ki, aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Könül Muradova əri Muradın idarə etdiyi avtomaşında qabaqda oturmaqla, hadisənin baş verməsinə səbəb olan avtomaşınların toqquşmasından başlayaraq Muradla Səlahəddinin davalarında orada olmuş, hətta hadisə zamanı ərini oradan kənarlaşdırmağa çalışmışdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən vuraraq xəsarət yetirməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, avtomaşınları bir-birilə toqquşduqdan sonra məhz Təqsirləndirilən şəxs avtomaşından düşərək Zərərçəkmiş şəxsla mübahisə yaratmış, həmçinin onun Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsinə səbəb olan avtomaşınların güzgülərinin bir-birinə dəyməsi və avtomaşınlara ciddi zərər dəyməməsi də məhkəmə tərəfindən onlar arasında baş vermiş mübahisəni əsaslı səbəb kimi qəbul edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 2-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 126.2.3 və 126.2.4-cü maddələrinə tövsif edilməklə o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs mülki iddia verərək 5000 manat maddi, 10000 manat mənəvi ziyanın və müdafiəçiyə ödənilmiş 1200 manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını xahiş etmişdir. Həmin mülki iddiaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, mülki iddiaçı onun qeyd etdiyi məbləğləri təsdiq edən hər hansı sübut təqdim etmədiyindən onun verdiyi mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 102,54 AZN (yüz iki manat əlli dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Şəki Rayon Prokurorluğunda saxlanılan cins şalvar, göy rəngli uzunqol köynək və ağ rəngli mayka zərər çəkmiş zərərçəkmiş Zərərçəkmiş şəxs, tünd göy rəngli idman şalvarı, göy rəngli uzunqol köynək və boz rəngli uzunqol idman gödəkçə Təqsirləndirilən şəxs qaytarılmalı, 01 ədəd bıçaq, hadisə yerindən götürülmüş qan nümunələrinin hopdurulduğu 09 ədəd pambıq tamponlar məhv edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 oktyabr 2021-ci il tarixdən hesablansın. Mülki iddiaçı Zərərçəkmiş şəxs 5000 manat maddi, 10000 manat mənəvi ziyanın və müdafiəçiyə ödənilmiş 1200 manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasına dair mülki iddiası baxılmamış saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 102,54 AZN (yüz iki manat əlli dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Şəki Rayon Prokurorluğunda saxlanılan cins şalvar, göy rəngli uzunqol köynək və ağ rəngli mayka zərər çəkmiş zərərçəkmiş Zərərçəkmiş şəxs, tünd göy rəngli idman şalvarı, göy rəngli uzunqol köynək və boz rəngli uzunqol idman gödəkçə Təqsirləndirilən şəxs qaytarılsın, 01 ədəd bıçaq, hadisə yerindən götürülmüş qan nümunələrinin hopdurulduğu 09 ədəd pambıq tamponlar məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi vaxtdan) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-92/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-92/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver