Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-92/2023 06.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakları ilə, xx xxxx 1979-cu ildə Ucar rayonunun Çiyni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək ünvan 2mış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 11 kiloqram 218 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 460 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda – 18,4 qram olan narkotik vasitə metadon dərman preparatlarını əldə edib yaşadığı Ucar rayonu, Nəsimi küçəsi, ev 104 ünvanına daşımaqla orada saxlamış, həmin narkotik vasitə qurudulmuş marixuananın 16,145 qramını dörd ədəd kibrit qutusuna bölərək üzərində saxlamaqla daşımış, həmçinin o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, saz vəziyyətdə və atəş açmaq üçün yararlı revolver sistemli, yivli odlu silah tapançanı və zavod üsulu ilə istehsal edilmiş, pistonları yandan alışan, 5,6 mm kalibrli döyüş sursatı hesab edilən 03 ədəd patronu qanunsuz olaraq əldə edib daşımaqla Ucar rayonu, Nəsimi küçəsi, ev 104 ünvanında gizlətməklə qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 şöbəsinin əməkdaşları tərəfindən 23 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 23:50-də yaşadığı ünvan 3 ünvana sonuncunun razılığı və iştirakı ilə 23 sentyabr 2022-ci il tarixdə saat 23:55-dən keçirilən baxış zamanı qeyd edilən yaşayış evinin həyətində torpağa basdırılmış bir ədəd sellofan torbada külli miqdarda – 2100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd plastik qabda ayrılıqda çəkiləri 440 qram, 220 qram və 235 qram olmaqla ümumilikdə külli miqdarda 895 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan torbada 03 ədəd kibrit qutusunda ayrılıqda çəkiləri 3,786 qram, 4,188 qram və 4,111 qram olmaqla ümumilikdə 12,015 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, iki ədəd elektron tərəzi, içərisində narkotik vasitə qurudulmuş marixuananın izləri olan metal qab, bir ədəd sellofan torbada 460 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda – 18,4 qram olan narkotik vasitə metadon dərman preparatları və 5,6 mm kalibrli revolver sistemli yivli odlu silah tapança və 5,6 mm kalibrli döyüş sursatı hesab edilən 03 ədəd patron, həmçinin yaşadığı evin eyvanında yerləşən dəmir çənin içərisindən bir ədəd sellofan torbada külli miqdarda – 8195 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Ucar Rayon Polis Şöbəsinə gətirilmiş və orada xidməti otaqların birində 24 sentyabr 2022-ci il tarixdə saat 02:50-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sol yan cibindən dörd ədəd bükümdə ayrılıqda çəkiləri 3,966 qram, 4,222 qram, 3,745 qram və 4,212 qram olmaqla ümumilikdə külli miqdarda – 16,145 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 228.1-ci maddəsi ilə tam, 234.4.3-cü maddəsi ilə isə qismən, yəni CMin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ucar rayonunun Gəraybəyli kəndində olan zaman 80 qram narkotik vasitə qurudulmuş marixuananın olduğunu görüb satış məqsədi olmadan, özü istifadə etmək məqsədilə götürmüş və yaşadığı evə gətirərək evin həyətində silahın yanında saxlamış, metadon həblərini isə Muğan ərazisində yolun kənarından taparaq götürmüşdür. 24 sentyabr 2022-ci il tarixdə saat 23:55-də evin həyətinə çatmamış polis əməkdaşları ona yaxınlaşıb qandal vasitəsilə qollarını bağlayaraq məcburi qaydada avtomobilə əyləşdirmiş və yaşadığı evə aparmışlar. Orada olan zaman polis əməkdaşları onu döymüş və çəkisi 12 kq-a yaxın narkotik vasitənin ona məxsus olması barədə ifadə verməsini tələb etmişlər. Ona qarşı irəli sürülmüş ittihamda qeyd olunmuş yalnız 80 qram marixuana və 460 ədəd metadon həblərinin ona məxsus olmasına baxmayaraq polis əməkdaşları tərəfindən təsirə və hədəyə məruz qalması səbəbindən çəkisi 12 kq-a yaxın olan narkotik vasitə qurudulmuş marixuananın da özünə məxsus olmasını bildirmişdir. Əvvəllər qızıl-zinət əşyalarının alğısatqısı ilə məşğul olduğu üçün iki ədəd elektron tərəzi həmin vaxtdan onda qalmış, qeyd olunan elektron tərəziləri narkotik vasitənin çəkisini müəyyən etmək üçün əldə etməmiş və bu məqsədlə istifadə etməmişdir. Saxlanılan zaman üzərində narkotik vasitə olmamış və üzərindən aşkar olunmuş qurudulmuş marixuana polis əməkdaşları tərəfindən bilavasitə üzərinə baxış keçirilməmişdən və videoçəkiliş aparılmamışdan əvvəl onun üzərinə yerləşdirilmişdir. Heç kəsə narkotik vasitə satmamış, yalnız özü istifadə etmək üçün əldə etmişdir. İbtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı heç kimə, o cümlədən müdafiəçisinə məlumat verməmişdir. Revolver sistemli, yivli odlu silah tapança və həmin silah üçün nəzərdə tutulmuş üç ədəd döyüş sursatı babasına məxsus olmuş və sonuncu vəfat etdikdən sonra həmin evdə qalmışdır. Əməlindən peşmandır və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən bir ay əvvəl Ucar rayonunun Gəraybəyli kəndinin ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən yığıb qurudaraq bir hissəsini yaşadığı evə gətirib kisədə evin eyvanındakı dəmir çəlləyin içərisində, bir hissəsini isə yaşadığı evin həyətində torpağın altında saxlamışdır. Bundan əlavə o, təxminən bir-iki ay əvvəl Astara rayon sakini, hər xidmət müddətində tanış olduğu Tural adlı şəxslə Qazax-Bakı avtomobil yolunun Muğan yaşayış məntəqəsindən keçən hissəsində, yolun kənarında görüşüb 1200 manata öz istifadəsi üçün 460 ədəd narkotik vasitə metadon həbləri və 18-20 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana alıb əldə edərək üzərində yaşadığı ünvana gətirmişdir. Həmin həbləri, eləcə də 1984-cü ildə vəfat etmiş babasından yadigar qalan bir ədəd kustar üsulla düzəldilmiş naqan tipli tapançanı, həmin tapançaya aid üç ədəd patronu yaşadığı evin həyətində torpağın altında saxlamışdır. 23 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı fərdi yaşayış evinin həyətində olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər, barəsində tərtib olunmuş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla onu tanış edib qanunsuz olaraq yaşadığı ünvanda külli miqdarda narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirmişlər və yaşadığı ünvana baxış keçirilməsinin zəruri olduğunu qeyd etmişlər. O isə polis əməkdaşlarına etiraz etməmiş, bu barədə ərizə yazaraq təqdim etmiş və həmin ərizə əsasında yaşadığı ünvanda videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış keçirilən zaman yaşadığı ünvanda narkotik vasitə və ya qanunsuz hər-hansı predmetin olub-olmaması ondan soruşulmuş, o isə qanunsuz saxladığı əşyaların yaşadığı evin həyətində torpağın altında və yaşadığı evin eyvanındakı dəmir çəlləyin içərisində olduğunu bildirmişdir. Daha sonra o, bel ilə həmin yeri qazıb torpağın altından bir ədəd böyük, iki ədəd digər sellofan torbaları və üç ədəd plastmas qabları çıxarıb təqdim etmişdir. Həmin torbalara və plastmas qablara baxış keçirərkən bir ədəd böyük sellofan torbadan, üç ədəd plastmas qablardan, eləcə də bir ədəd digər sellofan torbanın içərisində olan üç ədəd kibrit qutusundan yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunmuşdur. İçərisində üç ədəd kibrit qutusu olan sellofan torbanın içərisində olan bir ədəd sellofan torbacıqda narkotik tərkibli çətənə bitkisinin toxumlarına bənzər maddələr, iki ədəd elektron tərəzi, narkotik vasitənin siqaretə doldurulmasında və xırdalanmasında istifadə olunan iki ədəd alət, istifadə olunmamış xeyli boş şəffaf rəngli sellofan torbacıqlar aşkar olunmuşdur. Digər bir ədəd sellofan torbanın içərisində olan iki ədəd sellofan torbanın birində cəmi 460 ədəd narkotik vasitə metadon həbləri, digər sellofan torbada isə odlu silah və üç ədəd patron aşkar olunmuşdur. Bundan sonra o, yaşadığı evin eyvanında olan dəmir çəlləyin içərisindən bir ədəd polietilen kisəni çıxarıb yerə qoyaraq içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, həmin kisəyə baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olduğu aşkar olunmuşdur. Daha sonra həmin aşkar olunan predmetlər qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Ucar Rayon Polis Şöbəsinə gəlmişlər və müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman üzərində saxladığı dörd ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı cibindən çıxarıb təqdim etmiş və həmin narkotik vasitələr müvafiq qaydada qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, üzərində şəxsi axtarış aparılan zaman və yaşadığı ünvana baxış keçirilərkən ona qarşı hər-hansı təzyiq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Xəqani oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbənin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 sentyabr 2022-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında raportla Şöbənin rəhbərliyinə məruzə olunmuş, Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 23 sentyabr 2022-ci il tarixli qərar çıxarılmış, ondan, habelə BNMİ QBRŞ-nin əməkdaşları – polis nəfəri Şahid2, polis nəfəri Şahid3 və təhqiqatçı X2 ibarət əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 23 sentyabr 2022-ci il tarixdə saat 23:50 radələrində Ucar şəhəri, Nəsimi küçəsi, ev 104 ünvanının qarşısında Təqsirləndirilən şəxs oxşar şəxsi saxlayıb özlərini təqdim etdikdən sonra saxlanılmış şəxsin Təqsirləndirilən şəxs olması onlara məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs müvafiq qərarla tanış edildikdən sonra qanunsuz olaraq yaşadığı ünvanda külli miqdarda narkotik vasitə və psixotrop maddələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirmişlər və yaşadığı ünvana baxış keçirilməsinin zəruri olduğunu qeyd etmişlər. Təqsirləndirilən şəxs isə polis əməkdaşlarına etiraz etməmiş, bu barədə ərizə yazaraq təqdim etmiş və həmin ərizə əsasında yaşadığı ünvanda videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış keçirilən zaman yaşadığı ünvanda narkotik vasitə və ya qanunsuz hər-hansı predmetin olub-olmaması ondan soruşulmuş, o isə qanunsuz saxladığı əşyaların yaşadığı evin həyətində torpağın altında və yaşadığı evin eyvanındakı dəmir çəlləyin içərisində olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bel ilə həmin yeri qazıb torpağın altından bir ədəd böyük, iki ədəd kiçik sellofan torbaları və üç ədəd plastmas qabları çıxarıb təqdim etmişdir. Həmin torbalara və plastmas qablara baxış keçirilərkən bir ədəd böyük sellofan torbadan, üç ədəd plastmas qablardan, eləcə də bir ədəd digər sellofan torbanın içərisində olan üç ədəd kibrit qutusundan yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunmuşdur. İçərisində üç ədəd kibrit qutusu olan sellofan torbanın içərisində olan bir ədəd sellofan torbacıqda narkotik tərkibli çətənə bitkisinin toxumlarına bənzər maddələr, iki ədəd elektron tərəzi, narkotik vasitənin siqaretə doldurulmasında və xırdalanmasında istifadə olunan iki ədəd alət və istifadə olunmamış xeyli boş şəffaf rəngli sellofan torbacıqlar aşkar olunmuşdur. Digər bir ədəd sellofan torbanın içərisində olan iki ədəd sellofan torbanın birində cəmi 460 ədəd narkotik vasitə metadon həbləri, digər sellofan torbada isə odlu silah və üç ədəd patron aşkar olunmuşdur. Bundan sonra o, yaşadığı evin eyvanında olan dəmir çəlləyin içərisindən bir ədəd polietilen kisəni çıxarıb yerə qoyaraq içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, həmin kisəyə baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olduğu aşkar olunmuşdur. Daha sonra həmin aşkar olunan predmetlər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələrin marixuana olduğunu, həmin narkotik vasitələri yaşadığı rayonun Gəraybəyli kəndinin ərazisində qəbiristanlıqdan yığdığını, yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən bir ay əvvəl özünün istifadəsi üçün yığıb əldə etdiyini, çətənə bitkisinin toxumlarını gələn il əkmək məqsədilə saxladığını, iki ədəd aləti narkotik vasitənin xırdalanmasında və siqaretə doldurulmasında istifadə etdiyini, elektron tərəzidən narkotik vasitənin miqdarını bilmək üçün istifadə etdiyini, odlu silah və patronların 1984-cü ildə vəfat etmiş babasından yadigar qaldığını, 460 ədəd metadon həblərini isə öz istifadəsi üçün Astara rayon sakini, hərbi xidmət müddətində tanış olduğu Tural adlı şəxsdən 1200 manat verərək aldığını bildirmişdir. Bundan sonra Ucar Rayon Polis Şöbəsinə gəlmişlər və Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən dörd ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etmiş və həmin narkotik vasitələr müvafiq qaydada qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 Xəqani oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid1 Xəqani oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin X8 şöbəsinə ünvan 2yan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 sentyabr 2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, ünvan 2yan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən qeyd edilən yaşayış evinin həyətindəki torpağın altından və evin eyvanında yerləşən dəmir çənin içərisindən bir ədəd polietilen kisədə, bir ədəd sellofan torbada, 03 ədəd plastik qabda, 03 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana, iki ədəd elektron tərəzi, narkotik vasitənin doldurulmasında və xırdalanmasında istifadə olunması ehtimal olunan 02 ədəd əşya, bir ədəd sellofan torbada 460 ədəd narkotik vasitə metadon həbləri, bir ədəd sellofan torbacıqda narkotik tərkibli çətənə bitkisinin toxumlarına bənzər toxumlar, bir neçə ədəd boş sellofan torbacıqlar, 01 ədəd odlu silah revolver sistemli tapança, 03 ədəd patron aşkar edilərək götürülmüş və o, saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 sentyabr 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə saat 23:50-də Ucar rayonu, ünvan 4 ünvana baxış keçirilən zaman və götürmə aparılarkən qeyd edilən yaşayış evinin həyətində torpağa basdırılmış bir ədəd sellofan torbada 2100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd plastik qabda ümumilikdə 895 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd kibrit qutusunda ümumilikdə 12,015 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, iki ədəd elektron tərəzi, içərisində narkotik vasitə qurudulmuş marixuananın izləri olan metal qab və 460 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı 18,4 qram olan narkotik vasitə metadon həbləri, 01 ədəd sellofan torbada odlu silah revolver sistemli tapança, 03 ədəd patron, həmçinin yaşadığı evin eyvanında yerləşən dəmir çənin içərisindən bir ədəd sellofan torbada 8195 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsinin və götürmə aparılmasının əks olunduğu videogörüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 04 ədəd bükümdə 16,145 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu videogörüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24 sentyabr 2022-ci il tarixli 7/1092 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri yazılmış kağız paketdə 04 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,966 qram, 4,222 qram, 3,745 qram və 4,212 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində, eyvandakı dəmir çəlləyin içərisindən aşkar olunmuş” sözləri yazılmış sintetik torbada təmiz çəkisi 8195 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində torpaqdan aşkar olunmuş” sözləri yazılmış sintetik torbada bir ədəd sellofan torbada təmiz çəkisi 2100 qram, üç ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri: 440 qram, 220 qram və 235 qram, 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,786 qram, 4,188 qram və 4,111 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş iki ədəd sintetik torbada və bir ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş metal qabın içərisində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 24 sentyabr 2022-ci il tarixli 6/5496 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı” sözləri olan kağız yapışdırılmış bir ədəd torbadakı 46 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda 460 ədəd olan açıq-qəhvəyi rəngli dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 18,4 qram təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 25 oktyabr 2022-ci il tarixli 3/1330 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, revolver sistemli, yivli odlu silahdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik “ТОЗ-8” (“ТОЗ-8м”), “ТОЗ-11”, “ТОЗ-16”, “ТОЗ-21-1”, “ТОЗ-18”, “ТОЗ-29” və s. modelli idman-ov tüfəng və karabinlərində, “ТОЗ-35”, “ИС-1” markalı idman tapançalarında, habelə digər yivli odlu silahlarda, həmçinin tədqiqata təqdim edilmiş silahda istifadə etmək üçün nəzərdə tutulmuş patronlardır – döyüş sursatlarıdır, atəşə yararlıdırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 dekabr 2022-ci il tarixli 7365 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” X12 daxil olmuş 12 oktyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 dekabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 228 və 234.4.3-cü maddələrinə tövsif edilmiş və barəsində CM-in 206, 234.1, 234.4.1 və 237-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 dekabr 2022-ci il tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana və 13-cü bəndinə əsasən təmiz halda 1,6 qram və daha artıq çəkidə narkotik vasitə metadon külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 23 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs saxlanılmış və göstərilən tarixdə onun ərizəsi əsasında həmin şöbənin əməkdaşlarının iştirakı ilə onun ünvan 5 ünvanında yerləşən evinə baxış keçirilmiş və bu zaman narkotik vasitə qurudulmuş marixuana, iki ədəd elektron tərəzi, içərisində narkotik vasitə qurudulmuş marixuananın izləri olan metal qab və 460 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı 18,4 qram olan narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Götürülmüş maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa, 24 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, həmin tarixdə müdafiəçi ilə təmin edilmiş və üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 23 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən və 24 sentyabr 2022-ci il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılarkən və narkotik vasitələr aşkar edilən zaman CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsləsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmiş, saxlamış və daşımış, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuana və metadonu və iki ədəd elektron tərəzini əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə marixuana və metadonun, iki ədəd elektron tərəzinin aşkar edilməsini, aşkarlanmış narkotik vasitələrin çoxlu sayda bükümlərdə, metadonun və qurudulmuş marixuananın çəkisinin isə çox olmasını, hər bir bükümdə olan kütlənin və həblərin istifadə üçün yararlı olmasını, aşkarlanmış marixuana və metadonun müxtəlif növdə olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan marixuananı və metadonları əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs, 25 sentyabr 2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində qeyd olunanları etiraf etsə də 22 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində ona elan edilən ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd etmiş, habelə məhkəmə istintaqı zamanı da aşkar edilmiş marixuananın yalnız 80 qramının ona məxsus olduğunu, qalan hissəsinin isə polis əməkdaşları tərəfindən onun həyətinə yerləşdirildiyini, polis əməkdaşları tərəfindən təsirə və hədəyə məruz qalması səbəbindən çəkisi 12 kq-a yaxın olan narkotik vasitə qurudulmuş marixuananın və içərisində narkotik vasitə qurudulmuş marixuananın izləri olan metal qabın da özünə məxsus olmasını bildirdiyini, əvvəllər qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olduğu üçün iki ədəd elektron tərəzinin həmin vaxtdan onda qaldığını, qeyd olunan elektron tərəziləri narkotik vasitənin çəkisini müəyyən etmək üçün əldə etmədiyini, bu məqsədlə istifadə etmədiyini, saxlanılan zaman üzərində narkotik vasitənin olmadığını, üzərindən aşkar olunmuş qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən bilavasitə üzərinə baxış keçirilməmişdən və videoçəkiliş aparılmamışdan əvvəl onun üzərinə yerləşdirildiyini, heç kəsə narkotik vasitə satmadığını və yalnız özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, habelə 22 dekabr 2022-ci il tarixdə ibtidai istintaq zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, iş materiallarında olan sübutlar (baxış keçirilməsi, şəxsi axtarış aparılması haqqında protokollar, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin iş materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı bir qeyd aparılmamışdır. Eyni zamanda ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı, habelə 22 dekabr 2022-ci il tarixdə ibtidai istintaq zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin 24 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs, 25 sentyabr 2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrinin, eləcə də şahid ifadələrinin və başqa sübutların iş materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri Azərbaycana Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə az ağır və ağır cinayət kateqoriyalarına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2yır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, aşkar olunan narkotik vasitənin kütləsinin çox olmasını nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 228.1-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 234.4.3-cü maddəsində göstərilən cinayət əməli isə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan 24 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və azadlığı məhdudlaşdırıldığı 23 sentyabr 2022-cü il tarixdə saat 23:50-dən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan 25 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2022-ci il tarixli qərarı ilə əvvəli 23 sentyabr 2022-ci il tarixdə saat 23:50-dən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 23 sentyabr 2022-ci il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materialarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq olunmasına zərurət yoxdur, lakin yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məqsədəmüvafiqdir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Eyni zamanda, CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 11 kiloqram 217,63 qram narkotik vasitə qurudulmuş marixuana, iki ədəd elektron tərəzi, içərisində narkotik vasitə qurudulmuş marixuananın izləri olan metal qab və 456 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd 5,6 mm kalibrli revolver sistemli yivli odlu silah və 02 ədəd 5,6 mm kalibrli patron xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınaraq DİN-in silah-sursat anbarına təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını, yaşadığı ünvana baxış keçirilməsini əks etdirən iki ədəd, habelə "xxxx" MMCdən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 200 (iki yüz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 234 (iki yüz otuz dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 11 kiloqram 217,63 qram narkotik vasitə qurudulmuş marixuana, iki ədəd elektron tərəzi, içərisində narkotik vasitə qurudulmuş marixuananın izləri olan metal qab və 456 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd 5,6 mm kalibrli revolver sistemli yivli odlu silah və 02 ədəd 5,6 mm kalibrli patron xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınaraq Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını, yaşadığı ünvana baxış keçirilməsini əks etdirən iki ədəd, habelə "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 234 (iki yüz otuz dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-92/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-92/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver