Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-92/2025 10.03.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X10, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 1991-ci ildə Şəki rayonunun Bideyiz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəki rayonunun Çayqaraqoyunlu kəndində qeydiyyatda olmaqla, Şəki rayonunun Bideyiz kəndində yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 və xx xxxxxx 1972-ci ildə Şəki rayonunun Bideyiz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şəki rayonunun Bideyiz kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs pulunu satdıqdan sonra verəcəyini vəd etməklə uydurma və yalan vədlər verərək inandırıb, etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, 2023-cü ilin may ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə, Şəki şəhəri, S.Rəhman və S.Mümtaz küçələrinin kəsişməsində yerləşən mərkəzi bazarda sonuncunun işlədiyi mağazadan yeddi min manat dəyərində qızıl-zinət əşyalarını götürərək, həmin qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satmaqla pulunu ələ keçirib, Zərərçəkmiş şəxs, ümumilikdə xeyli miqdarda, yəni yeddi min manat dəyərində maddi ziyan vurmaqla, qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs3 və sonuncunun anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 mərhum atasından guya miras qalmış torpaq sahələri və evlərin olduğunu bildirməklə, həmin torpaq sahələrini və evləri ona satacağını vəd etməklə, uydurma və yalan vədlər verərək inandırıb, etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, Zərərçəkmiş şəxs Şəki şəhəri Asan Xidmət mərkəzinin yaxınlığında yerləşən, Şəki bələdiyyəsinə məxsus 0,18 və 0,06 ha torpaq sahələrini, Şəki şəhəri, Marxal istirahət kompleksinin yaxınlığında, B.Vahabzadə küçəsində yerləşən Şəki bələdiyyəsinə məxsus 0,0232 ha torpaq sahəsini, ünvan 2 ünvanında yerləşən Şahid2 məxsus fərdi yaşayış evini, Şəki şəhəri 12 nömrəli məktəbin yanında, N.Nərimanov küçəsində yerləşən Şahid1 məxsus 85 saylı fərdi yaşayış evini göstərməklə, Təqsirləndirilən şəxs3 və sonuncunun anası Təqsirləndirilən şəxs2 da həmin torpaq sahələrinin və evlərin özlərinə məxsus olmasını, Rəsanənin atasından miras qaldığını, sənədlərini qaydaya saldıqdan sonra ona satacaqlarını və sənədləşmə işinin aparılması üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirməklə, həmçinin Təqsirləndirilən şəxs2 mərhum ərinin bank hesabında pullarının olduğunu bildirməklə, Təqsirləndirilən şəxs3 özünü bank əməkdaşı «Leyla» kimi təqdim edərək, bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlayıb, Təqsirləndirilən şəxs2 mərhum ərinin bank hesabındakı pulların onun hesabına köçürüləcəyini bildirməklə, Təqsirləndirilən şəxs2 birgə törətdikləri əməli pərdələmək üçün notarial qaydada xx.xx.2023-cü il tarixli etibarnamə verməklə, 2023-cü ilin may ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisindən Təqsirləndirilən şəxs1 nömrəsini verdiyi kart hesabına köçürdüyü 230 (iki yüz otuz) manat, xx.xx.2023-cü il tarixdə əməllərini pərdələmək üçün Təqsirləndirilən şəxs2 ilə notarial qaydada kredit müqaviləsi əsasında verdiyi 7500 (yeddi min beş yüz) manat, xx.xx.2023-cü il tarixdə əməllərini pərdələmək üçün onunla Oğuz rayonunda notarial qaydada kredit müqaviləsi əsasında verdiyi 4000 (dörd min) manat, xx.xx.2023-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 221 (iki yüz iyirmi bir) manat, xx.xx.2023-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 1000 (bir min) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 57 (əlli yeddi) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 10 (on) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 100 (bir yüz) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 40 (qırx) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində verdiyi 855 (səkkiz yüz əlli beş) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində verdiyi 880 (səkkiz yüz səksən) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində verdiyi 413 (dörd yüz on üç) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində verdiyi 2200 (iki min iki yüz) manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ayrı-ayrı vaxtlarda Şəki şəhəri ərazisində verdiyi 274 (iki yüz yetmiş dörd) manat, 730 (yeddi yüz otuz) manat, 530 (beş yüz otuz) manat, 467 (dörd yüz altmış yeddi) manat, 1475 (bir min dörd yüz yetmiş beş) manat, 3942 (üç min doqquz yüz qırx iki) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində verdiyi 2470 (iki min dörd yüz yetmiş) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 80 (səksən) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində verdiyi 4500 (dörd min beş yüz) manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ayrı-ayrı vaxtlarda Şəki şəhəri ərazisində verdiyi 3700 (üç min yeddi yüz) manat və 3450 (üç min dörd yüz əlli) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 50 (əlli) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 500 (beş yüz) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 610 (altı yüz on) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 160 (bir yüz altmış) manat, 06 fevral 2024-cü il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Şəki store ticarət mərkəzində Zərərçəkmiş şəxs 7000 (yeddi min) manat, 09 fevral 2024-cü il tarixdə Şahid3 yaşadığı ünvan 4 ünvanındakı fərdi yaşayış evinin həyətində Şahid3 vasitəsilə 2000 (iki min) manat, 14 fevral 2024-cü il tarixdə Şahid3 yaşadığı ünvan 4 ünvanındakı fərdi yaşayış evinin həyətində Şahid3 vasitəsilə 3000 (üç min) manat, 19 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanındakı fərdi yaşayış evinin qarşısındakı küçədə Şahid3 vasitəsilə 4000 (dörd min) manat, bundan təxminən bir neçə gün sonra, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanındakı fərdi yaşayış evinin həyətində Şahid3 vasitəsilə 4000 (dörd min) manat olmaqla, cəmi külli miqdar təşkil edən 53.444 (əlli üç min dörd yüz qırx dörd) manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə külli miqdarda, yəni 60.444 (altmış min dörd yüz qırx dörd) manat dəyərində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 və özünün anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs özünün mərhum atasından guya miras qalmış torpaq sahələri və evlərin olduğunu bildirməklə, həmin torpaq sahələrini və evləri ona satacağını vəd etməklə, uydurma və yalan vədlər verərək inandırıb, etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, Zərərçəkmiş şəxs Şəki şəhəri Asan Xidmət mərkəzinin yaxınlığında yerləşən, Şəki bələdiyyəsinə məxsus 0,18 və 0,06 ha torpaq sahələrini, Şəki şəhəri, Marxal istirahət kompleksinin yaxınlığında, B.Vahabzadə küçəsində yerləşən Şəki bələdiyyəsinə məxsus 0,0232 ha torpaq sahəsini, ünvan 6 ünvanında yerləşən Şahid2 məxsus fərdi yaşayış evini, Şəki şəhəri 12 nömrəli məktəbin yanında, N.Nərimanov küçəsində yerləşən Şahid1 məxsus 85 saylı fərdi yaşayış evini göstərməklə, anası Təqsirləndirilən şəxs2 və özü həmin torpaq sahələrinin və evlərin özlərinə məxsus olmasını, atasından miras qaldığını, sənədlərini qaydaya saldıqdan sonra ona satacaqlarını və sənədləşmə işinin aparılması üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirməklə, həmçinin mərhum atasının bank hesabında pullarının olduğunu bildirməklə, özünü bank əməkdaşı «Leyla» kimi təqdim edərək bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlayıb, Təqsirləndirilən şəxs2 mərhum ərinin bank hesabındakı pulların onun hesabına köçürüləcəyini bildirməklə, Təqsirləndirilən şəxs2 birgə törətdikləri əməli pərdələmək üçün notarial qaydada xx.xx.2023-cü il tarixli etibarnamə verməklə, 2023-cü ilin may ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisindən Təqsirləndirilən şəxs1 nömrəsini verdiyi kart hesabına köçürdüyü 230 (iki yüz otuz) manat, xx.xx.2023-cü il tarixdə əməllərini pərdələmək üçün Təqsirləndirilən şəxs2 ilə notarial qaydada kredit müqaviləsi əsasında verdiyi 7500 (yeddi min beş yüz) manat, xx.xx.2023-cü il tarixdə əməllərini pərdələmək üçün Təqsirləndirilən şəxs1 ilə Oğuz rayonunda notarial qaydada kredit müqaviləsi əsasında verdiyi 4000 (dörd min) manat, xx.xx.2023-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 221 (iki yüz iyirmi bir) manat, xx.xx.2023-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 1000 (bir min) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 57 (əlli yeddi) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 10 (on) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 100 (bir yüz) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 40 (qırx) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 855 (səkkiz yüz əlli beş) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 880 (səkkiz yüz səksən) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 413 (dörd yüz on üç) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 2200 (iki min iki yüz) manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ayrı-ayrı vaxtlarda Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 274 (iki yüz yetmiş dörd) manat, 730 (yeddi yüz otuz) manat, 530 (beş yüz otuz) manat, 467 (dörd yüz altmış yeddi) manat, 1475 (bir min dörd yüz yetmiş beş) manat, 3942 (üç min doqquz yüz qırx iki) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 2470 (iki min dörd yüz yetmiş) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 80 (səksən) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 4500 (dörd min beş yüz) manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ayrı-ayrı vaxtlarda Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 3700 (üç min yeddi yüz) manat və 3450 (üç min dörd yüz əlli) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 50 (əlli) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 500 (beş yüz) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 610 (altı yüz on) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 160 (bir yüz altmış) manat, Təqsirləndirilən şəxs1 06 fevral 2024cü il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Şəki store ticarət mərkəzində Zərərçəkmiş şəxs aldığı 7000 (yeddi min) manat, 09 fevral 2024-cü il tarixdə Şahid3 yaşadığı ünvan 4 ünvanındakı fərdi yaşayış evinin həyətində Şahid3 vasitəsilə 2000 (iki min) manat, 14 fevral 2024-cü il tarixdə Şahid3 yaşadığı ünvan 4 ünvanındakı fərdi yaşayış evinin həyətində Şahid3 vasitəsilə 3000 (üç min) manat, 19 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanındakı fərdi yaşayış evinin qarşısındakı küçədə Şahid3 vasitəsilə 4000 (dörd min) manat, bundan təxminən bir neçə gün sonra, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanındakı fərdi yaşayış evinin həyətində Şahid3 vasitəsilə 4000 (dörd min) manat olmaqla, cəmi külli miqdar təşkil edən 53.444 (əlli üç min dörd yüz qırx dörd) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə külli miqdarda, yəni 53.444 (əlli üç min dörd yüz qırx dörd) manat dəyərində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qızı Təqsirləndirilən şəxs3 və sonuncunun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs özünün mərhum ərindən guya miras qalmış torpaq sahələri və evlərin olduğunu bildirməklə həmin torpaq sahələrini və evləri ona satacağını vəd etməklə uydurma və yalan vədlər verərək inandırıb, etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, Zərərçəkmiş şəxs Şəki şəhəri Asan Xidmət mərkəzinin yaxınlığında yerləşən, Şəki Bələdiyyəsinə məxsus 0,18 və 0,06 ha torpaq sahələrini, Şəki şəhəri, Marxal istirahət kompleksinin yaxınlığında, B.Vahabzadə küçəsində yerləşən Şəki bələdiyyəsinə məxsus 0,0232 ha torpaq sahəsini, ünvan 6 ünvanında yerləşən Şahid2 məxsus fərdi yaşayış evini, Şəki şəhəri 12 nömrəli məktəbin yanında, N.Nərimanov küçəsində yerləşən Şahid1 məxsus 85 saylı fərdi yaşayış evini göstərməklə, Təqsirləndirilən şəxs3 və özü həmin torpaq sahələrinin və evlərin özlərinə məxsus olmasını, ərindən miras qaldığını, sənədlərini qaydaya saldıqdan sonra ona satacaqlarını və sənədləşmə işinin aparılması üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirməklə, həmçinin mərhum ərinin bank hesabında pullarının olduğunu bildirməklə, Təqsirləndirilən şəxs3 özünü bank əməkdaşı «Leyla» kimi təqdim edərək, bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlayıb, onun mərhum ərinin bank hesabındakı pulların onun hesabına köçürüləcəyini bildirməklə, özü birgə törətdikləri əməli pərdələmək üçün notarial qaydada xx.xx.2023-cü il tarixli etibarnamə verməklə, 2023-cü ilin may ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisindən Təqsirləndirilən şəxs1 nömrəsini verdiyi kart hesabına köçürdüyü 230 (iki yüz otuz) manat, xx.xx.2023-cü il tarixdə əməllərini pərdələmək üçün özü ilə notarial qaydada kredit müqaviləsi əsasında verdiyi 7500 (yeddi min beş yüz) manat, xx.xx.2023-cü il tarixdə əməllərini pərdələmək üçün Təqsirləndirilən şəxs1 ilə Oğuz rayonunda notarial qaydada kredit müqaviləsi əsasında verdiyi 4000 (dörd min) manat, xx.xx.2023-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 221 (iki yüz iyirmi bir) manat, xx.xx.2023-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 1000 (bir min) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 57 (əlli yeddi) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 10 (on) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 100 (bir yüz) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 40 (qırx) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 855 (səkkiz yüz əlli beş) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 880 (səkkiz yüz səksən) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 413 (dörd yüz on üç) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 2200 (iki min iki yüz) manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ayrı-ayrı vaxtlarda Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 274 (iki yüz yetmiş dörd) manat, 730 (yeddi yüz otuz) manat, 530 (beş yüz otuz) manat, 467 (dörd yüz altmış yeddi) manat, 1475 (bir min dörd yüz yetmiş beş) manat, 3942 (üç min doqquz yüz qırx iki) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 2470 (iki min dörd yüz yetmiş) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 80 (səksən) manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 4500 (dörd min beş yüz) manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ayrı-ayrı vaxtlarda Şəki şəhəri ərazisində Təqsirləndirilən şəxs1 verdiyi 3700 (üç min yeddi yüz) manat və 3450 (üç min dörd yüz əlli) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 50 (əlli) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 500 (beş yüz) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 610 (altı yüz on) manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 160 (bir yüz altmış) manat, Təqsirləndirilən şəxs1 06 fevral 2024-cü il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Şəki store ticarət mərkəzində Zərərçəkmiş şəxs aldığı 7000 (yeddi min) manat, 09 fevral 2024-cü il tarixdə Şahid3 yaşadığı ünvan 4 ünvanındakı fərdi yaşayış evinin həyətində Şahid3 vasitəsilə 2000 (iki min) manat, 14 fevral 2024-cü il tarixdə Şahid3 yaşadığı ünvan 4 ünvanındakı fərdi yaşayış evinin həyətində Şahid3 vasitəsilə 3000 (üç min) manat, 19 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanındakı fərdi yaşayış evinin qarşısındakı küçədə Şahid3 vasitəsilə 4000 (dörd min) manat, bundan təxminən bir neçə gün sonra, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanındakı fərdi yaşayış evinin həyətində Şahid3 vasitəsilə 4000 (dörd min) manat olmaqla, cəmi külli miqdar təşkil edən 53.444 (əlli üç min dörd yüz qırx dörd) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə külli miqdarda, yəni 53.444 (əlli üç min dörd yüz qırx dörd) manat dəyərində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs1 CM-in 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli hesab etmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Zərərçəkmiş şəxs bazarda işlədiyi üçün tanımışdır. Bir neçə dəfə ondan qızıl alaraq, satmış və pulu vaxtında vermişdir. Axırıncı dəfə Zərərçəkmiş şəxs 7000-7500 manatlıq qızıl zinət əşyaları almış, onları satmış, amma satandan sonra pulu qaytarmamışdır. Həmin pul müqabilində Təqsirləndirilən şəxs2 Şəki Asan Xidmət mərkəzinə apararaq, 7500 manat borc müqaviləsi bağlatmışdır. Nəriman da pulu orada olan təhlükəsizlik kamerasının altında vermişdir. Nəriman bir müddət sonra ona zəng vuraraq, həmin 7500 manat pula görə 4000 manat xeyirinin olmasını istəmişdir. Nəriman haradansa 4000 manat pul tapmış, 4000 manatı da torpağın rəsmiləşdirilməsi üçün birlikdə Oğuz rayonuna gedərək, orada Nərimanla borc müqaviləsi bağlamışdır. Onun qurduğu planda Gülüş və Rəsanənin əli olmamışdır. Guya o, Nərimana demişdir ki, Təqsirləndirilən şəxs2 ölmüş ərinin adına bankda 455.000 manat pul var. Həm bu pulu bankdan götürmək, həm də torpaq sahələrini rəsmiləşdirmək üçün Zərərçəkmiş şəxs pul vermişdir. O, Gülüş və Rəsanənin yanında pul almamışdır. Verilən pulları da ona məxsus kart hesabına göndərmişdir. Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadədə demişdir ki, Zərərçəkmiş şəxs vurduğu ziyan 40.000- 45.000 manat aralığındadır. Bağladığı borc müqaviləsində borc verən Nəriman, borc alan isə Təqsirləndirilən şəxs2 olmuşdur. Bankda depozitdən pulu Gülüş götürmüş, Nəriman isə vermişdir. Torpaqları göstərərkən, Gülüş xanım orada onların yanında olmamışdır. Əslində, Təqsirləndirilən şəxs2 ölmüş ərinin adına bankda 455.000 manat pul olmamışdır. Onu özündən demişdir. Bankda pulun olmasını Nərimana deyəndə, Gülüş yanlarında olmamışdır. Leyla xanım adlı birini tanımamış, Nərimana yalandan Leyla adı vermişdir. Gülüş və Rəsanəni 2020-ci ildən tanımışdır. Onlar alış-veriş üçün qızıl mağazasına gəlmiş və orada tanış olmuşlar. Hətta, əvvəllər Gülüş və Rəsanəyə də Nərimana göstərdiyi torpaq sahələrini göstərmişdir. Torpaqlar Marxal yolunun üstündə və Şəki Asan Xidmət Mərkəzinin yaxınlığında yerləşir. Gülüş və Rəsanə həmin torpağın qarşılığında ona 7000 manat vermişlər. O, Rəsanəyə həmin torpaqların sənədsiz olduğunu demişdir. Gülüş və Rəsanənin verdiyi pulu hələ də qaytarmamışdır. Gülüş və Rəsanə satdığı torpaqları Nərimana göstərmişdir. Nəriman dayının qayınanasından əlbəəl pul almamışdır. İki fərdi yaşayış evini pulların qarşılığında Nəriman dayıya verəcəyini demişdir. Nəriman dayı evlərə baxanda, Gülüş və Rəsanə kənddə olmuşlar. Gülüş və Rəsanə həmin evdə yaşamış, amma onun evi satması barədə məlumatları olmamışdır. 7000 manatlıq qızıl zinət əşyalarını götürəndə, onların pulunu qaytarmayacağını bilmişdir. Rəsanə və Gülüşə torpaq satıb, onları aldadanda Rəsanə ilə münasibəti olmamışdır. Onları aldatmasının səbəbi pula olan ehtiyacı olmuşdur. Onları aldadandan sonra Rəsanə ilə arasında münasibət başlamışdır. Həmin torpağı Nəriman dayıya göstərmiş və Nəriman dayı sənədləşmə işləri üçün ona pul vermişdir. Torpaqları fərqli-fərqli günlərdə göstərmişdir. O, Rəsanə və Gülüşü də aldatmışdır. Dəymiş ziyanı ödəmək və pulu qaytarmaq istəyir. Əməlindən peşmandır. O, Rəsanə və Gülüşü bu işə cəlb etməsəydi, onlar belə bir şey etməzdilər. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Şəki şəhərində bazar adlanan ərazidə atası Kərimin qızıl mağazasında işləyərkən, Nəriman da bazarda qızıl mağazası işlətmişdir. 2023-cü ilin may ayından sonra isə Nərimanla daha yaxın münasibəti olmuşdur. Nərimandan bir neçə dəfə öz müştəriləri üçün gümüş və qızıl əşyaları alıb, pulunu ödəmişdir. Nərimandan bir neçə dəfə gümüş əşyaları alıb, pulunu qaytardığı üçün onun inamını qazanmışdır. May ayında borcları çoxaldığı üçün borcunu ödəməkdən ötrü Nərimandan nisyə qızıl alıb, satmaq qərarına gəlmişdir. Ona görə də Nərimandan 7000 manat dəyərində qızıl zinət əşyalarını nisyə alaraq, ona bir ay müddətində pulunu qaytaracağını demişdir. Nərimandan əvvəllər də bir neçə dəfə qızıl və gümüş əşyaları aldığı üçün ona inanıb, həmin 7000 manat qızıl zinət əşyalarını ona nisyə vermişdir. Qızılları ondan götürüb, bir hissəsini lom qiymətinə, bir hissəsini isə öz dəyərindən ucuz qiymətə satıb borclarını ödəmişdir. Bir ay ərzində Nərimanın pulunu qaytara bilməmişdir. Nərimandan ona vaxt verməsini xahiş etsə də, o, şikayət edəcəyini demişdir. Bir neçə saat sonra Nəriman ona zəng edərək, “sənə bir şərtlə vaxt verərəm, belə ki, aylıq maaş alan tanışınla həmin pula görə rəsmi müqavilə bağlayaq, əlimdə rəsmi sənədim olsun” demişdir. Təqsirləndirilən şəxs2 və qızı Təqsirləndirilən şəxs3 2022-ci ilin qış aylarında tanımışdır. Belə ki, atası Kərimə məxsus qızıl mağazasında işləyən zaman Rəsanə həmin mağazaya gəlib, gümüş boyunbağı sifariş etmişdir. Həmin boyunbağını ona hazırlatmış və həmin vaxtlardan onunla münasibəti yaranmışdır. Daha sonra anası Gülüşlə də münasibəti yaranmışdır. Gülüşün əlilliyə görə təqaüd alması barədə məlumatı olmuşdur. Ona görə də Gülüşə Nəriman adlı şəxsə borcu olduğunu, qaytara bilmədiyi üçün ondan şikayət edəcəyini demiş və onun əvəzinə Nərimanla borc müqaviləsi bağlamasını xahiş etmişdir. Gülüş razı olmuşdur. xx.xx.2023-cü il tarixdə Şəki Asan Xidmət Mərkəzində Nəriman ona olan 7000 manat borca görə 500 manat da artıq olmaqla, Gülüşlə 7500 manatlıq borc müqaviləsi bağlamış və 7500 manat pulu Gülüşə vermişdir. Ofisdən ayrıldıqda isə elə Asan Xidmət Mərkəzinin inzibati binasında həmin 7500 manat pulu Gülüşdən götürüb, cibinə qoymuşdur. Təxminən bir həftə sonra Nəriman yenidən ona zəng edib, ondan nisyə aldığı qızıllara görə onu ziyana saldığını, həmin qızılların pulu ilə xeyli işlər görüb, həmin pul ilə əlavə 4000 manat qazanacağını deyərək, ondan əlavə pul istəmişdir. Nərimana pulu olmadığını deyərək, 4000 manatlıq borc müqaviləsi bağlamaq barədə təklif etmiş və gələcəkdə həmin pulu da ona verəcəyini demişdir. Nəriman razı olmuşdur. xx.xx.2023-cü il tarixdə Oğuz rayonunun natoriat ofisində Nəriman ona rəsmi borc müqaviləsi ilə 4000 manat pul vermiş, elə həmin ofisdə də 4000 manat pulu ondan alıb, cibinə qoymuşdur. Həmin vaxt Gülüş və Rəsanə də onların yanında olmuşlar. Çünki, əvvəl Nəriman müqaviləni Rəsanə ilə bağlayacağını demiş, lakin Rəsanənin sənədində problem olduğu üçün Nəriman müqaviləni onunla bağlamışdır. Nərimanla söhbət zamanı Nəriman ona “Gülüşlə Rəsanə sənə inanırlar, özləri də saf adamlardılar, Gülüş sənin borcuna görə mənimlə müqavilə bağladı. Maraqlan gör, adlarına mülk, pul varsa adımıza sənədləşdirib, özümüzə götürək, mən sənə bu işlərdə pul verəcəm” demişdir. Nərimanın sözlərindən sonra o, Nərimanın pulu olduğunu düşünmüş, ona görə də Nərimana zəng edib, Gülüşün adına ev, torpaq və bank hesablarında 200.000 manatdan artıq pul olduğunu demişdir. Nəriman inanmış və ona həmin torpaqları, evləri və pulları öz adlarına sənədləşdirməsini təklif etmişdir. Aralarındakı söhbət zamanı Nəriman pulları ələ keçirdikdən sonra avtosalon açıb işlətmələrini demişdir. Bundan sonra o, Nərimana sənədləşmə işlərinə görə pul lazım olacağını dedikdə, o, lazım olan pulları ona verəcəyini bildirmişdir. Bundan sonra Şəki şəhəri, köhnə uşaq xəstəxanasının yaxınlığında yerləşən və Gülüşlə Rəsanənin kirayə yaşadıqları, Şəki şəhəri, N.Nərimanov küçəsində, məktəbin yaxınlığında yerləşən tanışı Rəsanənin və anası Gülüşün kirayədə yaşadığı fərdi yaşayış evini göstərib, həmin mülkləri onun adına sənədləşdirəcəyini, qazanc əldə edəcəklərini, lakin sənədləşmə işlərinə görə əvvəlcədən müəyyən qədər pul verməsini demişdir. Nəriman razı olmuş və torpaq sahələrinə baxmaq istədiyini dedikdə, o, Rəsanəyə və Gülüşə onlarla birlikdə gedib, həmin torpaqları Nərimana göstərmələrini təklif etmişdir. Çünki, Nərimana torpaqların Gülüşə və Rəsanəyə məxsus olduğunu demişdir. Onlar da buna razı olmuşlar. Gülüş, Rəsanə və Nərimanla birlikdə əvvəlcə Şəki Asan Xidmət Mərkəzinin yaxınlığındakı, əvvəllər Gülüşə və Rəsanəyə göstərdiyi torpaq sahəsinin yanına getmişlər. Nərimana həmin torpağın onlara məxsus olduğunu, lakin ona satacaqlarını demişdir. Gülüşlə Rəsanə də Nərimana həmin torpağı onların adına sənədləşdirəcəyini, lakin artıq torpağı istəmədiklərini, Nərimanın adına sənədləşdirilməsinə razı olduqlarını demişlər. Bundan sonra birlikdə Marxal yolunun üstündəki çayın kənarında yerləşən torpaq sahəsinin yanına getmişlər. Orada da Rəsanə və Gülüş torpaq sahəsinin Nərimanın adına sənədləşdirilməsinə razı olduqlarını demişlər. Beləliklə, Nəriman həmin torpaqların Rəsanə və Gülüşə məxsus olduğuna inanmışdır. Həmin vaxtdan sonra o, mülklərin sənədləşməsi üçün pul lazım olduğunu deyib, Nərimandan müxtəlif məbləğlərdə pul almağa başlamışdır. Nərimandan pul almaq üçün onu inandırmaqdan ötrü, guya bankda Gülüşün hesabında olan pulların onun adına sənədləşmə prosesinin getdiyi, sənədlərin bankda olduğunu demiş və bir neçə dəfə Rəsanəni ona bankın əməkdaşı olan “Leyla” adlı şəxs kimi təqdim edərək, telefonla danışdırmışdır. Rəsanədən isə Nərimanla danışıb, özünü bankın əməkdaşı Leyla adlı şəxs kimi təqdim etməsini, ona sənədlərin hazırlanması barədə deməsini xahiş etmişdir. Rəsanə danışmaq istəmədikdə isə ona Nərimanla danışıb, inandırmadığı halda Nərimanın ondan şikayət edəcəyini, onu tutacaqlarını demişdir. Belə olduqda Rəsanə Nərimanla danışmağa razı olmuşdur. Hətta o, istifadəsində olan mobil telefonla tanımadığı qadının şəkli ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankının siyasət və korperativ idarəetmə rəhbəri X6” adına isimlik hazırlayıb Nərimana göndərmiş və bankdan həmin şəxsin onunla danışdığını deyərək, inandırmışdır. Nərimana bank işlərinə görə onun öz adına mobil nömrələr lazım olduğunu deyərək, Azercell və Bakcell operatorlarından Nərimana öz adına mobil nömrələr aldırıb, özünə götürmüşdür. Həmin nömrələri hazırda xatırlamır, amma bir müddət özü istifadə etmişdir. Nərimanı inandırmaq üçün bir neçə dəfə onun adına olan və özünün istifadə etdiyi ***-***- **-** saylı nömrədən Nərimanın istifadəsində olan ***-***-**-** saylı nömrəyə mesaj mətnlər göndərmişdir. Həmin mesaj mətnlərdə **********649934 saylı hesaba 460 manat pul köçürülməsi, həmçinin guya 45000 manat hesabatının götürülməsi barədə qərar verildiyi, onun ********* saylı hesabat kodunun olduğunu qeyd etmişdir. Nəriman ona rüsumların köçürülmə qaydasını bilmədiyini dedikdə, ona pulları onun adına olan “Unibanka” məxsus son rəqəmləri 4295 9290 olan kartın hesabına köçürməsini demiş, Nəriman da həmin kart hesabına 2024-cü ilin yanvar-mart aylarında hissə-hissə olmaqla, müxtəlif məbləğlərdə pul köçürmüşdür. Nəriman ona verdiyi pulların çoxunu onun adına olan kart hesabına köçürməklə, ona vermişdir. Bu ilin əvvəllərində ona pul lazım olduğu üçün yenidən Nərimana bank prosesləri ilə bağlı pul lazım olduğunu deyib, ondan 7500 manat pul istəmiş, o da maddi imkanı zəif olduğu üçün qayınanası Şahid3 bankdan pul götürüb, ona verəcəyini demişdir. Daha sonra Nərimanla birlikdə “Unibankın” qarşısına getmiş, Mehriban bankdan çıxıb, onların yanına gələrək, bankdan kredit götürdüyünü demişdir. Daha sonra birlikdə “Şəki Store” ticarət mərkəzinə gedərək, orada Meriban çantasından çoxlu sayda pulları çıxarıb 7500 manatını Nərimana vermiş və qalan pulları çantasına qoymuşdur. O, Nərimana pulu onun kartına vurmasını demiş və onu inandırmaq üçün bankdan həmin pulu onun hesabından çıxarıb, sənəd işlərinə görə rüsumları ödəyəcəklərini demişdir. Nəriman 7500 manat pulu onların yanında onun adına olan “Unibanka” məxsus 5243 7544 4295 9290 saylı kart hesabına köçürmüşdür. Həmin vaxtdan sonra da bir neçə dəfə ona pul lazım olduğu üçün Nərimandan sənəd işləri adı ilə pullar almışdır. Həmin pulların məbləğini xatırlamır. Nəriman pulları onun kart hesabına köçürməklə ona vermişdir. O, Nərimandan pulları hissə-hissə aldığı üçün dəqiq məbləği xatırlamır, təxminən 40000 manat pul almış, həmçinin Nərimandan 7000 manat dəyərində qızıl və gümüş əşyaları nisyə alıb, pulunu verməmişdir. Nərimandan aldığı pulların hamısını şəxsi xərclərinə ödəmiş, həmçinin Rəsanədən də pullar alaraq geri qaytarmamışdır. O, Zərərçəkmiş şəxs 2023-cü ilin may ayından 2024-cü ilin mart ayınadək olan müddətdə Şəki şəhəri ərazisində, ümumilikdə təxminən 40000 manat pulu tanışı Gülüş və Rəsanəyə məxsus ev və torpaq sahələrini, həmçinin Gülüşün bank hesabında olan pulları onun adına sənədləşdirəcəyinə söz verərək aldığını, həmin pulları hissə-hissə aldığını, bundan başqa Nərimandan 7000 manat dəyərində qızıl və gümüş əşyaları nisyə alıb, pulunu vermədiyini, Mehribandan pul almadığını, bir dəfə “Şəki Store” ticarət mərkəzinin içərisində onun yanında Şahid3 Nərimana 7500 manat pul verdiyini, Nərimanın da həmin pulu onun kart hesabına köçürdüyünü, pulları aldığı tarixi və pulların məbləğini dəqiq xatırlamadığını, bu işdə heç kimin ona köməklik etmədiyini, bir dəfə tanışı Rəsanənin Zərərçəkmiş şəxs ilə danışaraq sənədlərin hazırlanması barədə ona dediyini, Zərərçəkmiş şəxs pulların çox hissəsini Şəki şəhərində “Akel” Petrolun yanındakı mağazada yerləşən ödəmə terminalından, “Şəki Store” mağazasında yerləşən ödəmə terminalından, “Əliəhməd” şirniyyat evinin içərisindəki ödəmə terminalından, N.Nərimanov küçəsində yerləşən mağazanın içərisindəki ödəmə terminalından onun yanında onun adına olan "xxxx"a məxsus 5243 7544 4295 9290 nömrəli plastik kart hesabına köçürdüyünü, Zərərçəkmiş şəxs aldığı pulların müqabilində heç bir iş görmədiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adına ev və hər hansı torpaq sahəsinin, eyni zamanda bank hesablarında pul olub-olmaması barədə məlumatı olmadığını, Nərimandan pul almaq üçün ona Gülüşə məxsus mülklərin olması barədə deyərək, inandırdığını, Zərərçəkmiş şəxs aldığı pulların çox hissəsini kafe və restoranlarda xərclədiyini, qalan hissəsinə isə özünə paltar aldığını, hazırda həmin pulların hamısını xərclədiyini bildirmişdir (İ cild, iş vər. 118- 122, İİ cild, iş vər. 231-235). Məhkəmə istintaqı zamanı ifadə verən digər Təqsirləndirilən şəxs3 bildirmişdir ki, CM-in 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli hesab edir. Belə ki, bu işdə bilmədən əlləri olmuşdur. Belə ki, onlar boyunbağı düzəltdirmək üçün zərgər axtararkən, orada Asiflə tanış olmuş və boyunbağını düzəltdirib getmişlər. Eyni zamanda, kirayə qalmaq üçün ev də axtarmışlar. Ev axtararkən Asif ona ev tapa biləcəyini bildirmişdir. Asif ev tapmaqda onlara kömək etmişdir. Asifə öz evlərini satıb, onun pulu ilə torpaq sahəsi almaq istədiklərini bildirmişlər. Sonra evlərini satmış və pulu Asifə vermişlər. Aldıqları torpaq sahəsi onlara göstərilmiş, lakin torpağın sənədi verilməmişdir. Torpaq sahəsinin sənədi gəlmədikdə, pullarının geri qaytarılmasını istəmişlər, ancaq pul qaytarılmamışdır. Onların heç kimə sənədsiz torpaq sahəsi satmaq niyyətləri olmamışdır, amma həmin əraziləri göstərmişlər. Onların heç nədən xəbərləri olmamışdır. Nəriman dayını torpaq məsələsini həll edən şəxs kimi tanımışlar. Nəriman dayıdan Asifin nə qədər borcu olduğunu soruşduqda, “7000 manat idi, ondan sonra 2-3 dəfə məndən pul alıbdır” deyə, cavab vermişdir. Onun bunlardan xəbəri olmamışdır. Nəyə görə aldığını soruşduqda, Asif “Demə, demə” deyərək, Nəriman dayını susdurmaq istəmişdir. Asif anasına “Mənə kömək et. Sənin kartın var, ora düşməlidir. Sənin kartınla VÖEN açılmalıdır” demişdir. Anası ilə o da getmişdir. Asif onların narahat olmamalarını, onlara heç bir zərərin olmadığını bildirmişdir. VÖEN açmışlar və Asif anasına “Gəl gedək. Açdırdığım VÖEN-nin üç aydır ki, vaxtı bitib. Onu bağlatdıraq, yoxsa sənin kartından pul tutular. VÖEN pulu yığılar, sonra mənim xəbərim olmaz” demişdir. Asif onlara nə demişdirsə, ona inanmışlar. Nəriman dayıya Asifin göstərdiyi torpaq sahələri bundan əvvəl Asifin almaq üçün onlara göstərdiyi və buna görə pul verdikləri yerlər olmuşdur. Təqsirləndirilən şəxs3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ittiham aktını oxumuşdur, ancaq orada onlar deyən kimi yazılmamışdır. İfadəsi ona oxunmuş və ifadəsini imzalamışdır. Asif və Nəriman dayı anasına və ona “Torpaq işinə görə gedək. Sizin orada yazılası işiniz var” demişlər. Asif ona Nəriman dayıya özünü Leyla xanım kimi təqdim etməsini və oraya pulun çatdırılmalı olduğunu bildirməsini istəmişdir. Asiflə Nəriman dayı 12 nömrəli məktəb və Xan sarayı tərəfdə kirayədə yaşadığı evə gəlmişlər. Asifin Nəriman dayıdan pul aldığını bilməmişdir. Asif aldığı pullardan heç vaxt ona verməmiş, əksinə dəfələrlə ondan pul almışdır. Asif ilk dəfə onlara torpaq sahəsi təqdim edib, pul almışdır. Asifin onlara da borcu vardır. Nəriman dayının Asifə pul verdiyinin şahidi olmamışdır. Ancaq Asif telefonla danışan zaman bəzi söhbətləri eşitmişdir. Asif onu əmin etmişdir ki, həmin torpaqlar onlarındır. Amma onların sənədi olmamışdır. Nəriman dayıya torpağı satdıqlarını deməmişlər. Anasının Nəriman dayı ilə bağladığı müqaviləni görməmiş, onlara heç bir sənəd verməmişlər. Torpaq sahəsini Marxal yolunda və Asan Xidmət tərəfdə göstərmişdir. Asifə 3500 manatı bir torpaq sahəsi üçün vermişdir. Digər torpaq sahəsi ilə bağlı Asif onlara “Bura da mənimdir. Tanış var, düzəldib sizə sənədini verəcəm” demişdir. Ev tikmək üçün bir torpaq sahəsi istəmişdir. Asif ona “Uşaqlarımız var, onların gələcəyi var. Bunu da alaq, pulunu yavaş-yavaş, köməkli ödəyərik” demişdir. Asif onlara heç bir pul verməmişdir. Torpağın sənədini almamışlar deyə, həmin yerdə tikinti işləri apara bilməzdilər. Asif onlara iki torpaq sahəsini bir gündə göstərmiş və torpaq sahələrinin qiymətini deməmişdir. Asif onlara maddi cəhətdən heç bir kömək etməmişdir, ancaq mənəvi kömək göstərmişdir. Yəni, onlara kirayə ev tapmaqda kömək etmişdir. Asif onlara heç bir pul xərcləməmişdir, əksinə müəyyən vaxtlarda ondan pul istəmişdir. Asif ondan həm torpaq sahəsinə, həm də Nəriman dayıya görə pul almışdır. Asif ondan torpaq sahəsinə görə 3500 manat almışdır. Bundan başqa, özünə və Nəriman dayıya pul lazım olduğunu deyib, hissə-hissə olmaqla, 4000 manat da bir almışdır. Asif, yəqinki kirayədə yaşadıqları evləri Nəriman dayıya öz evi kimi təqdim edib, satmaq istəmişdir. Lakin o, Nəriman dayının evində olarkən bunu bilmişdir. Nəriman dayı ondan ev satması barədə soruşduqda, ona evi satacağını demişdir. Lakin o, Çayqaraqoyunlu kəndində yerləşən evi nəzərdə tutmuşdur. Nəriman dayı ondan və anasından Marxal yolundakı ərazini satıb-satmadığını soruşduqda, Asif torpağı ona göstərsə də, hələ adına sənədləşmədiyini demişdir. Onların üçü də Nəriman dayını həm Marxal yolundakı, həm də Asan Xidmət ərazisindəki torpaq sahəsinə aparmışlar. Nəriman dayıya bu torpaqların onlara məxsus olduğunu demişlər. Asif ondan özünü Mərkəzi Bankın əməkdaşı Leyla xanım kimi təqdim etməsini istəmişdir. Zərərçəkmiş şəxs torpaqların onlara göstərilən yerlər olduğunu, ancaq sənədinin olmadığını bildirmişlər. Torpaqların sənədi olmamışdır, amma pulunu verdiyinə görə onların olduğunu demişdir. Həmin torpağın satılmasına razı olduğunu və sənədləşmənin onun adına olunacağını demişdir. Asifin yalan danışmasını Nəriman dayının yoldaşı mart ayının əvvəlində onlara gələn vaxt başa düşmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. 2008-ci ildə Çayqaraqoyunlu kənd sakini X11 ilə rəsmi ailə həyatı qurmuş, birgə nikahdan üç qız, bir oğlan övladı dünyaya gəlmişdir. xx.xx.2021-ci il tarixdə əri Mikayıl ölmüş, xx.xx.2022-ci ildə isə baş vermiş yol nəqliyyat hadisəsi zamanı oğlu Elşad dünyasını dəyişmişdir. Həmin vaxtdan sonra övladları ilə birlikdə Bideyiz kəndində atası evində yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs1la 2022-ci ilin dekabr ayının sonlarında tanış olmuş və qeyrirəsmi ər-arvad münasibətləri olmuşdur. Həmin münasibətdən xx.xx.2024-cü ildə oğlu dünyaya gəlmişdir. Hazırda Asif istintaq təcridxanasında saxlanılsa da, övladı onun yanındadır. 2022-ci ilin dekabr ayında Şəki şəhərində “bazar” adlanan ərazidə qızıl mağazasından özünə boyunbağı alarkən, Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Həmin vaxtdan Asiflə münasibəti yaranmış və Asif onunla ailə həyatı qurmaq istədiyini demişdir. 2023-cü ilin əvvəllərində sosial yardım sənədlərini hazırlamaq üçün, həmçinin qızı Səbinə Şəki şəhərində hazırlaşdığına görə Şəki şəhərində kirayə evdə qalmaq qərarına gəlmişlər. Bu işdə Asif onlara köməklik etmiş və birinci dəfə “beşmərtəbə” adlanan yaşayış binasında onlara kirayə ev tapmışdır. Övladları ilə birlikdə orada bir müddət yaşamış, anası Gülüş də hərdən onlarla birlikdə qalmışdır. Asif də qonaq kimi gəlmişdir. Asif ilə münasibəti yaxşı olduğu üçün Asifə Şəki şəhərində torpaq almaq istədiyini demişdir. Asif isə onlara torpaq tapacağını bildirmişdir. 2023-cü ilin may ayında Çayqaraqoyunlu kəndində yerləşən ər evini, sentyabr ayında isə əkin sahəsini satmışdır. X36 Xidmət Mərkəzinin yaxınlığında və Marxal yolunun üstündə, çayın kənarında 0,06 ha torpaq sahəsi tapdığını deyərək, anası Gülüşlə onu həmin yerə aparıb, boş torpaq sahəsini göstərərək, həmin torpaqları onun adına sənədləşdirəcəyini demişdir. Bundan sonra Asif hissə-hissə olmaqla guya torpaq sənədləşdirməsinə görə ondan 3500 manat pul almışdır. Bundan başqa, Asif tez-tez ondan özünə və Nərimana pul lazım olduğunu deyərək, hissə-hissə olmaqla, 4000 manata yaxın borc pul almışdır. Hətta bir neçə dəfə Asif Nərimanla birlikdə yaşadığı evə gələrək, ondan pul almışlar. Asif onlara Xan Sarayının yaxınlığında həyət evi tapmışdır. Orada yaşamağa başlamışlar. Asif Nərimanı həmin evə də gətirmişdir. Evi ona göstərərək, satacağını demişdir. Bir neçə ay orada qaldıqdan sonra Asif onlara 12 saylı tam orta məktəbin yanında kirayə ev tapmış, onlar həmin evə köçüb, orada yaşamağa başlamışlar. Asif kirayədə qaldığı evlərin hamısını Nərimana göstərərək, evin onlara məxsus olduğunu, satmaq istədiklərini demişdir. Nəriman isə ondan ev satdığını soruşduqda, o, Nərimana ev satdığını demiş, lakin Çayqaraqoyunlu kəndində yerləşən evi nəzərdə tutmuşdur. Bir gün Asif evə gələrək, Asan Xidmətin yanında onlara tapdığı torpaq sahəsini Nərimana sataraq, ondan aldığı 7000 manat pulu qaytaracağını demiş və onlardan onunla birlikdə gedərək, Nərimana həmin yeri göstərmələrini xahiş etmişdir. Anası Gülüşlə buna razı olmuşlar. Birlikdə Asan Xidmət Mərkəzinin yaxınlığında yerləşən həmin Asifin ona göstərdiyi torpaq sahəsinə getmişlər. X31 həmin torpaq sahəsinin onlara məxsus olduğunu, satmaq istədiyini demişdir. O isə heç nə deməmişdir. Asiflə Nəriman bir qədər söhbət etdikdən sonra birlikdə Şəki şəhəri Marxal yolunun üstündə, çayın kənarında yerləşən əraziyə getmişlər. Asif həmin yerdə yanacaqdoldurma məntəqəsindən təxminən 200 metr aralıda boş torpaq sahəsini Nərimana göstərərək, həmin ərazinin də onlara məxsus olduğunu demişdir. Nəriman isə ondan və anasından torpağı satıb-satmadıqlarını soruşduqda, o, torpağı Asif ona göstərsə də, hələ adına sənədləşmədiyini demişdir. Nəriman ondan həmin torpağın onun adına sənədləşməsinə razı olduğunu soruşduqda, o, etiraz etmədiyini bildirmişdir. Asif əvvəldən onlara Nərimana torpaqların onlara məxsus olması barədə deməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Asif müqavilə bağlamaq lazım olduğunu dedikdə, birlikdə Şəki Asan Xidmət Mərkəzinə getmişlər. O, Asan Xidmətin həyətində dayanmışdır. Asif, anası Gülüş və Nəriman içəri daxil olmuş, bir qədər sonra çölə çıxdıqda anası hansısa müqaviləyə imza etdiyini, orada Nərimanın ona pul verib, sonra isə pulu geri götürdüyünü demişdir. Asifdən və Nərimandan nə baş verdiyini soruşduqda onlar hər ikisi aralarında olan müqavilənin müddətini uzatdıqlarını demişlər. Həmin ilin oktyabr ayının 23-də Asif yenidən sənədlərə imza etmək lazım olduğunu deyərək, anası Gülüşü də evdən götürüb, Oğuz rayonu üzrə notariat ofisinə gedəcəklərini bildirmiş, o da heç nə soruşmadan onlarla birlikdə getmişdir. X29 arasında müqavilə bağlanmış və Nəriman Asifə 4000 manat pul vermişdir. Sonra maşına əyləşəndə, Asifdən nə üçün Nərimandan pul aldığını soruşduqda, Asif yenidən müqavilənin vaxtını uzatdıqlarını, həmin 4000 manat pulun isə Nərimanda olduğunu demişdir. Nəriman da maşına əyləşdikdə, Asif ondan pulu soruşduqda, Nəriman 4000 manat pulun öz cibində olduğunu demişdir. Daha sonra o, yaşadığı evə qayıtmışdır. 2024-cü ilin aprel ayının əvvəllərində isə Zərərçəkmiş şəxs ona Asifin onun gah 35000, gah 60000 manat pulunu ələ keçirdiyini demişdir. Bundan başqa, Asif ona Nərimana hansısa sənəd hazırladığını demiş və Nərimanı inandırmaq üçün ona zəng edib, özünü bankın əməkdaşı kimi təqdim edərək sənədlərin hazırlanması barədə deməsini istəmişdir. O, razı olmadıqda isə Asif Nərimandan pul alacağını, ona olan borclarını da qaytaracağını dediyi üçün o, Nərimana istifadəsində olan ***-***-**-** saylı nömrədən zəng edərək özünü Mərkəzi Bankın əməkdaşı “Leyla” kimi təqdim etmiş və ona sənədlərin hazır olacağını, bunun üçün isə müəyyən məbləğdə pul ödəməsini demişdir. Nəriman ona inanmışdır. Lakin sonradan Asifin Nərimandan pul alıbalmaması barədə məlumatı olmamışdır. Asiflə Nəriman telefonla danışarkən Asifin Nərimana onun və anası Gülüşün adına bankın hesabında pulları olduğunu, onlardan xəbərsiz həmin pulları onun adına keçirməsini demişdir. Nəriman isə razılığını bildirərək, bu barədə heç kimə heç nə deməyəcəyini və Asifdən pulları onun adına keçirməsini istəmişdir. Şəki şəhəri ərazisində evi və torpağının olmadığını, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ələ keçirdiyi pullardan heç bir qazanc əldə etmədiyini, Asifin ona pul vermədiyini, Təqsirləndirilən şəxs1 3500 manat pulu 2023-cü ilin yanvar ayından may ayınadək olan müddətdə hissə-hissə olmaqla, ondan Şəki şəhərində kirayədə yaşadığı evdə aldığını, Çayqaraqoyunlu kəndində yerləşən ər evini sataraq, həmin pulu əldə etdiyini, həmçinin sosial yardım aldığını, Təqsirləndirilən şəxs1 ona torpaq təşkil etmədiyini, həmçinin pulunu qaytarmadığını, Təqsirləndirilən şəxs1 bundan əlavə ondan 3500 manat borc pul da aldığını, sosial yardım almaq üçün kirayə yaşadığı evin sahibi ilə kirayə müqaviləsi bağlamaq lazım olduğuna görə özünə sənədləri olan və sahibi kirayə müqaviləsinə razılıq verən ev axtardığından, əvvəllər yaşadığı evlərin sahibləri ilə müqavilə bağlaya bilmədiyi üçün kirayə yaşadığı evləri tez-tez dəyişdiyini, Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq, özünü bankın əməkdaşı kimi təqdim etməsi barədə anası Təqsirləndirilən şəxs2 məlumatının olmadığını, torpaq sahələrini Zərərçəkmiş şəxs göstərən zaman isə anası Təqsirləndirilən şəxs2 onların yanında olsa da, o, Zərərçəkmiş şəxs torpaq və ev satacağı barədə söz vermədiyini, Nərimanla bütün danışıqları Təqsirləndirilən şəxs1 apardığını bildirmişdir (İİ cild, iş vər 117-120). Məhkəmə istintaqı zamanı digər Təqsirləndirilən şəxs2 CM-in 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli hesab etmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini bildirərək göstərmişdir ki, onlar Asifi boyunbağı alan zaman tanımışlar. Sonra yaxınlıqları olmuş, nəvələrinə sosial yardım düzəltmək, kirayə ev tapmaq üçün kömək edəcəyini bildirmişdir. Ona görə ona inanmışlar. Asif onlara torpaq sahəsi alacağını deyib, həmin yerləri göstərmiş, onlar da gedib baxmışlar. Onlar torpağa pul verdikləri üçün həmin torpağın onların olduğunu zənn etmişlər. Dram teatrın yanında yerləşən beşmərtəbədə yaşayan vaxt Asif zəng edib, həyətə düşmələrini demiş, onlar da düşmüşlər. Düşəndə Asifin bir şəxslə dayandığını görmüşlər. Asif Rəsanədən evi satıb-satmadığını soruşduqda, o “Hələ satmamışıq” deyə, cavab vermişdir. Zərərçəkmiş şəxs “Evi satmaq üçün biraz tələsə bilərsiniz?” demişdir. Onlar Nərimanı torpaq satan şəxs kimi tanımışlar. Ona görə “Çalışarıq, tez sataq” demişlər. Evə getdikdən sonra Asifə zəng edib, həmin şəxsin kim olduğunu soruşduqda, o, “Nəriman dayıya borcum var. Siz evinizi satıb, mənə kömək edərsiniz” demişdir. Onlar sosial yardım düzəltməyə çalışmış, ancaq alınmamışdır. Asifə inanmışlar, bilməmişlər ki, Asif onlara yalan danışar. Qızı Rəsanə kənddə olarkən Asiflə Nəriman onlara gəlib, etibarnamə lazım olduğunu və iş düzəltdiklərini bildirmişlər. Torpağının və evinin olmadığını dedikdə, onlara sadəcə etibarnamə lazım olduğunu bildirmişlər. Nərimanla Asif onu Şəki Asan Xidmətə aparmışlar. Asan Xidmətin əməkdaşı ondan nə üçün gəldiyini soruşduqda, heç nə deməmişdir, Nəriman ona etibarnamə lazım olduğunu bildirmişdir. Nə üçün etibarnamə istədiklərini soruşduqda, o, yenə də heç nə deməmişdir. Nəriman evini və torpağını kiməsə etibar etmək üçün gəldiyini bildirmişdir. Lakin əməkdaşlar onu ya məcbur gətirdikləri, ya da heç nədən xəbərinin olmadığını başa düşüb, onlara etibarnamə verməmişlər. Sonra Asif onu kəndə aparmışdır. İki gündən sonra yenidən Asif və Nəriman Oğuzdan etibarnamə almaq üçün onu aparmaq üçün kəndə gəlmiş və ona “Sən razı ol. Evinə, torpağına baxan olmaz. Bircə etibarnamə lazımdır” demişlər. Oğuza getmiş, orada bir-iki kəlmə demiş, etibarnaməni almış və Nəriman etibarnaməni cibinə qoymuşdur. Sonra qayıtmışlar. Asif yenə onlara gəlib, Nərimanın torpaq sənədini düzəldə bilmədiyini, torpağın pulu karta vurulacağı üçün kartın alınacağını və Qəbələyə getməli olduqlarını bildirmişdir. O, qızı Rəsanə, Nəriman və X30 Ximətə getmiş və Asif oradan iki kart alıb, qayıtmışdır. Kartın birini ona verib, torpağın pulunun karta vurulacağını bildirmişdir. Kartın birini də Nərimana vermişdir. Sonra isə evə qayıtmışlar. Asif onlara torpaq sahəsi göstərmiş və həmin sahəyə sənəd alınacağını deyib, onları Asan Xidmətə aparmışdır. Nəriman Asan Xidmətin qarşısında olanda Asif onunla nəsə danışmış və Nəriman maşınla gedib, 10 dəqiqədən sonra qayıtmışdır. Sonra o, Nəriman və Asif Asan Xidmətə daxil olmuşlar. Asif ona “Narahat olma, Nəriman dayı ilə aramızda müqavilə var, onun vaxtını uzadacayıq. Sənlik heç nə yoxdur” demişdir. Gedib əyləşmiş, Nəriman cibindən 7500 manat çıxarmış və sənədlərə qol çəkmişlər. Nərimana “Pulu götürün” dedikdə, “Yox, götürmürəm. Sən götür” demişdir. Pulu götürüb, bir-iki addım gəlmiş, Nəriman pulu kobudcasına ondan alıb, cibinə qoymuşdur. Təqsirləndirilən şəxs2 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, qızı Rəsanənin Asiflə hansı münasibətdə olduğunu bilmişdir. Asif onlara gəlib-getmişdir. Nərimana torpaq sahəsini Asif göstərmiş və torpağın sənədinin olmadığını qeyd etmişlər. Nəriman sənədi alıb, sonra torpaq sahəsini satacağını bildirmişdir. Asif onu torpağın sənədini düzəltmək adı ilə borc müqaviləsi bağlamağa aparmışdır. Asif onlara torpaq sahəsi alacağını demişdir. Torpaq sahələri təzə xəstəxana və Xan sarayının yanındakı ərazilərdə yerləşir. Həmin torpaqlar üçün qızı 3500 manat vermiş, o isə sadəcə, gedib baxmışdır. Nərimana “Asif bizə torpağı göstərib, pulunu da vermişik. Torpağın sənədi olmadığı üçün satmırıq. Sənədi alıb, sizin adınıza çevirərik” demişdir. Asiflə Nəriman yenə onlara gəlmiş və Oğuza gedib, müqavilə bağlayacaqlarını bildirmişlər. Torpaq sahəsinin pulunu vermişlər deyə, torpağın da onların olduğunu zənn etmişlər. Nərimana torpaq sahəsini aldıqlarını və sənədinin olmadığını demişlər. Sənədi düzələrsə, torpaq sahəsini verə biləcəklərini bildirmişlər. İndiyə kimi torpaq işləri ilə maraqlanmamışdır. Pulu Asifə vermələrilə bağlı əllərində sənəd yoxdur. Kənddə torpaq sahələri yoxdur. Nəriman bir dəfə Asiflə onların yaşadığı kəndə gəlmişdir. Nəriman qol çəkdirib, ondan zorla 7500 manat pul almış, ona isə “Sən almısan” deyir. Nərimana etibarnamə vermişdir. Onu ora Asif aparmışdır. Mülkiyyətində daşınmaz əmlak yoxdur. Asif ona demişdir ki, sən narahat olma, sadəcə etibarnamə lazımdır. Etibarnaməni isə nə üçün verdiyini bilmir. İbtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilir. Rəsmi olaraq heç yerdə işləmir, İİ qrup əlildir. Təqsirləndirilən şəxs3 onun qızıdır, hazırda övladları ilə birgə Bideyiz kəndində onunla yaşayır. 2022-ci ilin noyabr-dekabr ayında Şəki şəhərində bazar adlanan ərazidə qızı Rəsanəyə qızıl mağazasından boyunbağı alarkən Təqsirləndirilən şəxs1 ilə tanış olmuşlar. Həmin vaxtdan Asiflə münasibətləri yaranmışdır. Asif qızı Rəsanə ilə ailə həyatı qurmaq istədiyini demişdir. Qızı Rəsanənin əri Mikayıl Həşimov bir neçə il əvvəl öldüyü üçün Rəsanə övladları ilə birlikdə onun yanında yaşayır. 2023-cü ilin əvvəllərində qızı Rəsanəyə sosial yardım sənədlərini hazırlamaq üçün Şəki şəhərinə gəlib, kirayə evdə qalmaq qərarına gəlmişlər. Bu işdə Asif onlara köməklik etmiş, birinci dəfə beş mərtəbələr adlanan yaşayış binasında onlara kirayə ev tapmışdır. Qızı Rəsanə övladları ilə birlikdə orada bir müddət yaşamışlar. O da tez-tez onlara baş çəkmişdir. Asif də qonaq kimi həmin ünvana gəlmişdir. Asif ilə münasibətləri yaxşı olduğu üçün Asifə Şəki şəhərində torpaq almaq istədiklərini demişlər. Asif isə onlara torpaq tapacağını bildirmişdir. Bunun üçün isə hissə-hissə olmaqla, Rəsanədən 7000 manat pul almışdır. Asif hər dəfəsində Asan Xidmət Mərkəzinin yanında 0,06 ha torpaq sahəsi tapdığını deyərək, Rəsanədən müəyyən qədər pul almışdır. Bundan başqa, Rəsanə və o, Asifə hərdən öz xərclərini ödəmək üçün də pul vermişlər. Asif bir dəfə Rəsanəyə və ona Asan Xidmət Mərkəzinin yaxınlığında boş torpaq sahəsi göstərərək həmin yeri onlara alacağını demişdir. O isə Təqsirləndirilən şəxs1 sənədsiz torpaq almayacağını, sənədlərini tezliklə hazırlamasını demişdir. 2023-cü ilin may ayında Asif yanında bir nəfər şəxslə evə gələrək, evi həmin şəxsə satacağını demiş və evi ona göstərmişdir. O, heç nə deməmişdir. Həmin şəxs Zərərçəkmiş şəxs olmuşdur. Nərimanı həmin vaxtlarda tanımışdır. Daha sonra Asif onlara Xan sarayının yaxınlığında həyət evi tapmış, qızı Rəsanə övladları ilə birlikdə orada yaşamağa başlamışlar. O da tez-tez onlara baş çəkmişdir. Asif Nərimanı həmin evə də gətirmişdir. Evi ona göstərərək, satacağını demişdir. Bir neçə ay orada qaldıqdan sonra Asif onlara 12 saylı tam orta məktəbin yanında kirayə ev tapmış, Rəsanə və övladları həmin evə köçüb, orada yaşamağa başlamışlar. Bir gün Asif evə gəlib, Asan Xidmətin yanında onlara tapdığı torpaq sahəsini Nərimana sataraq, Rəsanədən aldığı 7000 manat pulu qaytaracağını demiş və onlardan onunla birlikdə gedib, Nərimana həmin yeri göstərmələrini xahiş etmişdir. O, razı olmuşdur. Rəsanə, Asif və Nərimanla birlikdə Asan Xidmət Mərkəzinin yaxınlığında yerləşən həmin Asifin ona göstərdiyi torpaq sahəsinə getmişlər. X31 həmin torpaq sahəsinin ona məxsus olduğunu, satmaq istədiyini demişdir. O isə heç nə deməmişdir. Asiflə Nəriman bir qədər söhbət etdikdən sonra birlikdə Şəki şəhəri Marxal yolunun üstündə çayın kənarında yerləşən əraziyə getmişlər. Asif həmin yerdə yerləşən petroldan təxminən 200 metr aralıda boş torpaq sahəsini Nərimana göstərib, həmin ərazinin də ona məxsus olduğunu, guya əri öldükdən sonra sənədləşdirə bilmədiklərini demişdir. Nəriman isə ondan torpağı satıbsatmadığını soruşduqda, o, torpağın onlara məxsus olduğunu və satdığını demişdir. Çünki, Asif əvvəldən ona torpaqların ona məxsus olduğunu deməsini, özünün isə Nərimandan pul alacağını demişdir. Lakin həmin torpaq sahəsi onun olmamış, həmin yeri tanımamışdır. Daha sonra Asifgil Rəsanə ilə onu evə aparmışlar. xx.xx.2023-cü il tarixdə Bideyiz kəndində yaşadığı evdə olarkən, Asif zəng edərək sənəd işləri ilə bağlı şəhərə gəlmək lazım olduğunu deyib, hazırlaşmasını bildirmişdir. Daha sonra Nərimanla Asif avtomobillə onu yaşadığı evdən götürmüşlər. Şəki Asan Xidmət Mərkəzinə gəlmişlər. Asifdən nə üçün gəldiklərini soruşduqda, o, işləri olduğunu demişdir. Beləliklə, notariusa yaxınlaşmışlar. Orada Nərimanla aralarında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə görə o, Nərimandan 7500 manat pulu almış və müqaviləyə imza etmişdir. Lakin elə Asan Xidmətin inzibati binasında Nəriman həmin pulu ondan almışdır. O, Asifdən və Nərimandan nə baş verdiyini soruşduqda, onlar “sən qarışma, bizlikdi” demişlər. Daha sonra yaşadığı evə getmişdir. Həmin ilin oktyabr ayının 23-də Asif, Rəsanə və Nəriman Bideyiz kəndinə, onun yaşadığı evə gələrək, ona Oğuz rayonu üzrə notariat ofisinə getmək lazım olduğunu demişlər. O, heç nə soruşmamış və onlarla birlikdə getmişdir. Orada Rəsanənin sənədində çatışmazlıq olduğu üçün Asiflə Nəriman arasında müqavilə bağlanmış və Nəriman Asifə 4000 manat pul vermişdir. Daha sonra yaşadığı evə qayıtmışdır. 2024-cü ilin aprel ayının əvvəllərində isə Nəriman Bideyiz kəndinə, onun yaşadığı evə gələrək, onu aldatdıqlarını, 60.000 manat pulunu ələ keçirdiklərini demiş və pulu tələb etmişdir. O isə ondan pul almadığını, Asifin ələ keçirdiyi puldan qazanc əldə etmədiyini, pullarını Asifdən istəməsini demişdir. O, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaşayış evlərini göstərərkən heç nə demədiyini, torpaq sahələrini göstərdikdə isə Asif həmin torpağın onlara məxsus olduğunu dedikdə, Nəriman ondan və Rəsanədən torpağı almasına etirazlarının olub-olmadığını soruşarkən o, Nərimana etirazının olmadığını demişdir. Çünki, həmin torpaq sahəsini əvvəlcədən Asif onlara göstərib, onların olmasını bildirdiyini, lakin sənədi olmadığından sənədsiz torpaq istəmədiyini, yaşadığı kənddə ona məxsus 0,24 ha torpaq sahəsinin olmadığını, Zərərçəkmiş şəxs bu barədə heç nə demədiyini, Şəki regional Asan Xidmət Mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 3M-529 nömrəli kredit müqaviləsində “Təqsirləndirilən şəxs2” sözlərinin qarşısındakı imza və qeydlərin ona məxsus olduğunu, özü tərəfindən icra edildiyini, Təqsirləndirilən şəxs1 ona sənəd işlərini həll etdiyini, onun imzasının lazım olduğunu dediyi üçün müqaviləyə imza edib, 7500 manat pulu Nərimandan götürdüyünü, müqavilə bağlanıb, pulu aldıqdan bir neçə dəqiqə sonra Asan Xidmət Mərkəzinin inzibati binasında Zərərçəkmiş şəxs pulun hamısını ondan aldığını, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ələ keçirdiyi pullardan heç bir qazanc əldə etmədiyini, Təqsirləndirilən şəxs1 ona pul vermədiyini, X2 onun əri olduğunu, İbrahimin heç bir bank hesabı olmadığını, bu barədə Nərimana heç nə demədiyini, qızı Təqsirləndirilən şəxs3 da torpaqları və evləri Nərimana göstərərkən onların yanında olduğunu, Rəsanənin Nərimana zəng edib, özünü Mərkəzi Bankın əməkdaşı kimi təqdim edərək guya onun ərinin hesabında olan pulları Zərərçəkmiş şəxs hesabına köçürülməsi üçün sənədləşmə işlərinin aparıldığı barədə dediyini, lakin Rəsanənin heç bir yerdə işləmədiyini bildirmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ifadələrini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli onların ibtidai və məhkəmə istintaqı zamanı verdikləri qismən etirafedici ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokollar, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə istintaq hərəkətlərinin protokolları, eləcə də işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadə verən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, zərgər Kərimin oğlu Təqsirləndirilən şəxs1 əvvəllər də ondan qızıl alıb, pulunu vermişdir. Axırıncı dəfə o, telefonla danışa-danışa gəlmiş, ondan 7000 manatlıq qızıl almış və “Gətirib, pulunu verəcəm. Doktora aparıram” demişdir. O da razılaşaraq o dəyərdə qızılı vermişdir. Daha sonra, axşam verəcəm, bir həftəyə verəcəm deyə-deyə durmuşdur. Bir həftə bir ay olmuş, amma Asif pulu verməmişdir. Bir ay sonra Asifin yanına gedərək, “qızılları hara vermisən? Kimə vermisən?” demiş, o da onu bir qadının yanına aparmışdır. Qadın Şəki Şəhər İcra Hakimiyyətinin yanında yerləşən diş poliklinikasında işləmişdir, adını bilməmişdir. Qadınla danışmış, qadın torpağı olduğunu, onu satacağını və ayın sonuna kimi qızılın pulunu verəcəyini demişdir. Həmin ay bitmiş, amma onun pulunu verməmişdir. O, yenə Asifin yanına getmiş və “nə oldu? Pulumu niyə vermir? Məni qızılı verdiyin adamın yanına apar” demişdir. Asif onu Gülüş və Təqsirləndirilən şəxs3ların yanına aparmış və “qızıl bunlardadır” demişdir. Gülüş və Təqsirləndirilən şəxs3lar da yanacaqdoldurma məntəqəsinin yanında bir, Asan Xidmət Mərkəzinin yanında isə iki torpaq sahəsini ona göstərmişlər ki, həmin torpaq sahələrini satıb, pulu verəcəklər. Orada razılaşmışlar və hətta Təqsirləndirilən şəxs2 orada ondan halallıq da istəmişdir. Bir müddət sonra pulu niyə vermədiklərini soruşmuş və ona sənədləşmə işlərini görmək üçün pullarının olmadığını demişlər. Həmçinin, evi də onun adına sənədləşdirəcəyini və satış zamanı iştirak edəcəyini bildirmişdir. Bu şərtlə razılaşmış və sənədləşmə işlərini görmək üçün Gülüşə 7500 manat vermişdir. Gülüş ona kağız da vermişdir. Gülüş ona Mülküm adlı ərindən torpaq sahəsi qaldığını, ərinin öldüyünü və elektron yolla onun adına keçirəcəyini demişdir. Elektron vasitələrdən elə də məlumatlı olmadığı üçün bu şəxslər onu aldatmışlar. Sonra, Gülüş ona Mülkümün adına kənddə 24 hektar torpaq sahəsi olduğunu, həmin və digər torpaq sahələrinin hamısının bir yerdə elektron formada rəsmiləşdirilməli olduğunu bildirmişdir. O, pulu Gülüşə vermək istəmişdir, Asifə yox. Oğuz rayonu üzrə notariat ofisinə getmişlər və orada Rəsanənin şəxsiyyət vəsiqəsinin deaktiv olması müəyyən edildiyi üçün məcbur olub, Asiflə rəsmi kredit müqaviləsi bağlayıb, ona orada 4000 manat vermişdir. Həmin vaxtdan sonra Asif o mülklərin sənədləşdirilməsi üçün pul lazım olduğunu deyib, qətnamə və digər sənədlərin gəldiyini bildirərək, müxtəlif məbləğlərdə pul almağa başlamışdır. Guya həmin sənədləri bankdan “Leyla” adlı şəxs göndərmişdir. Asifdən Leyla adlı bank əməkdaşı ilə tanış olmaq istədiyini tələb etmiş, lakin Asif ona “Azərbaycan Respublikasının Mərkəzi Bankının siyasət və kooperativ idarəetmə rəhbəri X6” sözləri yazılan adına isimlik hazırlayıb, qadın şəkli göndərərək, telefonda danışan bank əməkdaşının həmin şəxs olduğunu demişdir. Şəkili və isimliyi görəndən sonra inanmış və gələn kart ödənişlərini, rüsumları və. s ödəmişdir. Arabir Leyla xanımla da danışmışdır. O bir dəfə Leyla ilə danışıb, ödənişləri etməyəcəyini və pulunu geri istədiyini demiş, Asif isə ona “Nəriman dayı, dövlət rüsumları olduğu üçün geri qaytarılmır. Ya işini sona qədər davam etdir, ya da ödəniş qayıtmır” deyə cavab vermişdir. O, yenə də ödənişlərə davam etmişdir. Hətta ödənişlər üçün maşınını belə satmışdır. Onlar N.Nərimanov küçəsində yerləşən 12 saylı tam orta məktəbin yanında və başqa yerdə yerləşən evlərinin olduğunu, sənədlərin düzəldiyini və onun adına sənədləşdirəcəklərini demişlər. Evin açarını belə ona vermişlər. Açarları polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxtlar qızı tələbə olduğu üçün yoldaşı onun yanında olmuşdur. O, evə qayıdan kimi olanları ona demiş və dalaşmışlar. Sonra arvadı ona demişdir ki, gedək Bakı şəhərinə, Leylanı tapaq. Asifə dəfələrlə demişdir ki, Leyla ilə görüşək. O, hər dəfə bəhanələr gətirmişdir. Yoldaşı ilə Mərkəzi Banka gedib, polislərə yaxınlaşmış və orada Leyla xanımla görüşmək istədiklərini bildirəndə, polislər onlara demişlər ki, burada belə biri işləmir. Bundan sonra bu işlərin fırıldaq olduğunu başa düşüb, Şəkiyə qayıtmışlar. Asif elektron işləri görmək üçün onun adına nömrələr almışdır. Onunla əlaqə saxlayan “Leyla” xanımın və digər nömrələri yoxladanda, nömrələrin hamısının öz adına olduğu bəlli olmuşdur. Nömrələrin hamısını ləğv etdirmişdir. Hər bir nömrənin hesabında 60 manatdan artıq borc da olmuşdur. Onları da ödəmişdir. Bu məsələ ilə bağlı Asifin atası Kərimlə danışmış, o, “oğlum mənim də başıma belə işlər açıb, polisə şikayət vermək istəyirsənsə ver” demiş, bundan sonra polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, ona göstərdikləri evlərdə Gülüş və Təqsirləndirilən şəxs3lar olmuşlar. Evdə olan məişət əşyaları işlək vəziyyətdə olmaqla, iki uşaq da olmuşdur. Asifi Kərimin oğlu kimi tanımışdır. Asiflə dərin münasibəti olmamışdır. Əvvəllər Asifə ən çoxu 1000 manat dəyərində qızıl zinət əşyası vermişdir. Asif əvvəllər də konkret vaxt deməmişdir, belə ki, o, zinət əşyalarını ondan götürmüş və satıb, pulunu gətirmişdir. Hadisələr uzanmamış, Asifə olanları gedib atasına deyəcəyini bildirmişdir. Asif ona “atama bu barədə nəsə desən, məndən pul gözləmə. Atam bilər, sən bilərsən” demişdir. O, Kərimin dükanına gəlmiş və vitrində 5-6 qızılın olduğunu, heç bir şeyin olmadığını görmüşdür. Sonra atasına nəsə deməmiş, Asifin sözünə inanmışdır. 7500 manatı Şəki Asan Xidmət Mərkəzində vermişdir. Verdiyi pulu onlardan almamışdır. Asan Xidmət Mərkəzində deyilmişdir ki, pulu qaytaranda belə sənədləşdirib qaytarılmalıdır. Pulları Asifin kartına göndərmişdir. Asifə məxsus bank kartı onda olmuşdur. O, elə bilmişdir ki, kart onda olsa belə, kartdan pulu çəkmək olmur. Amma mobil proqram vasitəsilə kartda olan pulları çıxartmışdır. Pulları Asifə hissə-hissə və əlbəəl təqdim etmişdir. Qəbzlərin, sənədlərin hamısını polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs2 da onunla birlikdə olmuşdur. Asif onu Təqsirləndirilən şəxs2 qaldığı bina evinə aparmış və qızılı ona verdiyini demişdir. Orada torpaqlardan söhbət düşmüşdür. Sonra Asan Xidmət Mərkəzinin yanında torpaq sahələrinə baxmağa getmiş və Təqsirləndirilən şəxs2 həmin torpaqların ərinə məxsus olduğunu demişdir. Onlar torpaqla bağlı orada qiymət danışmamışlar. Gülüş və Təqsirləndirilən şəxs3larla onun pul söhbəti olmamışdır. Pulla bağlı Asiflə danışmışdır. Asiflə pul danışıqlarından xanımların xəbərlərinin olub-olmamasını bilmir. Asif onun adına müxtəlif nömrələr almışdır. Nömrələri o alıb, Asifə vermişdir. Asifə Bakı şəhərinə getməsi üçün 3000 manat verməmişdir. Torpaqlara dair ona sənəd vermişlər, amma sənədlərdən nəsə başa düşməmişdir. Təqsirləndirilən şəxs3 pul, qızıl və digər zinət əşyası verməmişdir. Təqsirləndirilən şəxs3 nəsə vəd etməmişdir. Rəsanəni torpağı satıb, pulu ona verəcəyi məsələsi ilə tanımışdır. Sonra notariusa getmişlər. Pulların Rəsanəyə çatıb-çatmamasını bilmir. Rəsanə evin və torpağın özünə məxsus olduğunu deyərək, onu aldatmışdır. Rəsanə və Təqsirləndirilən şəxs2 ona təqdim olunan evdə yaşadıqları üçün evin onların olduğunu zənn etmişdir. Leyla adı ilə danışan xanımın Təqsirləndirilən şəxs3 olduğunu bilməmişdir. Polis şöbəsində üzləşmə zamanı Rəsanə Leyla xanımın adından danışmasını boynuna almışdır. Rəsanə və Təqsirləndirilən şəxs2 onu ev sahibi kimi qarşılamışlar. Onlar hər iki evin onlara qaldığını demişlər. Təqsirləndirilən şəxs3 sənəd də gətirmişdir ki, evlər atasından qalmışdır. Niyə elektron yolla sənədləşdirmə aparıldığını soruşduqda, Rəsanə ona “atamdan qalan evdir” demişdir. Evin yanındakı evin əmisinə məxsus olduğunu demişdir. Ondan sənədin surətini ala biləcəyini demiş, lakin razı olmamışlar. Onlardan evin nömrəsini soruşmuş, lakin evin nömrəsini bilməmişlər. Qaz çeklərini istəmiş, verməmişlər. Asifin pulunun olmadığını biləndə, ona torpağın satıb, pulu verəcəklərini demişlər. Xanımları əvvəllər tanımamışdır. Xanımlarla onu Asif tanış etmişdir. O, Asifə “qızılları kimə vermisənsə, məni onun yanına apar” deyəndə, Asif onu xanımların yanına aparmışdır. Rəsanə və Gülüşlə görüşəndə, onlar pulunun olmadığını, lakin torpaqlarının olduğunu, torpağı satıb, onun pulunu verəcəklərini demişlər. Onlar qaldıqları evdən əvvəl torpaq sahələrinin olduğunu demişlər. Eyni gündə ona 3 yerdə olan torpaqları göstərmişlər. O, müstəntiqə şəkilləri təqdim etmişdir. Gülüş və Rəsanə torpaqların onlara məxsus olduğunu demişlər. Bunlarla razılaşandan sonra torpaqların qiyməti ilə maraqlanmışdır. Ona hər bir torpağın 7-10 min manat qiymətinin olduğunu demişlər. Onlar torpaqları öz adlarına rəsmiləşdirmək üçün əvvəlcə ondan 7500 manat almışlar. Eyni şeyi təkrarlamamaq üçün torpağı öz adına rəsmiləşdirmək istəmişdir. Ona bütün torpaqların hamısını bir yerdə elektron yolla rəsmiləşdirməli olduğunu demişlər. Torpaqları rəsmiləşdirmək üçün Təqsirləndirilən şəxs2 7500 manat pul vermişdir. Sonra 24 hektar torpaq sahəsi ortaya çıxmışdır. O, torpaqları rəsmiləşdirmək üçün Təqsirləndirilən şəxs1 4000 manat vermişdir. Asif ondan 7000 manat dəyərində qızıl almış, digər məbləğləri isə torpaqları rəsmiləşdirmək adı ilə almışdır. Torpaq sahələrini alandan sonra satıb, əlavə gəlir əldə etmək fikri olmamışdır. 2023-cü ildən polisə şikayət edənə kimi bu hadisələr davam etmişdir. Bu işlərin təşkilatçısı Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la əlbir işləmişlər. Evdə olanda, sənədləri düzəldəndə, telefonla danışanda Rəsanə iştirak etmişdir. Rəsanə Leyla adı ilə ona zəng vurmuşdur. Torpaq sahəsini göstərəndə, Gülüş orada olmuş və halallıq vermişdir. Torpaq sahəsini göstərəndə, Gülüş ərinin torpağı olduğunu demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının 10 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmışdır. Onlardan heç bir şikayəti və tələbi yoxdur. Həmçinin, mülki iddiadan da imtina etmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs ifadəsinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onun ifadələri ardıcıldır, digər ifadələrlə uzlaşır, hadisənin baş vermə mexanizmi təqsirləndirilən şəxslərin göstərdikləri hallarla üst-üstə düşür. Bu ifadələr hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur. Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxslərə böhtan atılması üçün əsaslar görmür. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək demişdir ki, bazar adlanan ərazidə paltar satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs qızı Aynurənin əridir. 2024-cü ilin yanvar ayının sonlarında kürəkəni Nəriman ona Asif adlı şəxsə sənəd işləri ilə bağlı, təxminən 40.000 manat pul verdiyini, lakin sənədlərin hazır olmadığını, bunun üçün rüsum ödənilməsindən ötrü əlavə pul lazım olduğunu demiş və ondan bu işdə ona köməklik etməsini xahiş etmişdir. O, Asiflə ətraflı danışmaq üçün Nərimana demişdir ki, Asifi evə çağırsın. Nərimanın zəngindən sonra Asif Nərimanın yaşadığı evin qarşısına gəlmiş və evin giriş qapısının qarşısında Asiflə görüşmüşlər. Asifdən nə üçün Nərimandan pul aldığını soruşduqda, o, evlərin sənədləşmə işlərinin başa çatmasına az qaldığını, müəyyən ödənişlər lazım olduğunu deyərək, 20.000 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs1 pulunun olmadığını dedikdə, o, bankdan kredit götürməsini təklif etmişdir. Belə olduqda, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Şəki filialına kredit üçün müraciət etmiş və həmin gün bankdan 18220 manat kredit götürmüşdür. Daha sonra bankdan çıxıb, Asiflə görüşmüşdür. Həmin vaxt Nəriman da onların yanında olmuşdur. Asif pulların hamısını istəsə də, hamısını verməmişdir. Belə olanda, Asif 7000 manatı kart hesabına köçürməsini demişdir. Onlar birlikdə “Şəki Store” ticarət mərkəzinə getmiş və orada pulların arasından 7000 manatı Nərimana vermişdir. Nəriman da həmin pulları Asifə vermişdir. Asif isə onların yanında həmin 7000 manatı öz adına olan kart hesabına köçürmüşdür. Nəriman ondan pulları nə üçün öz hesabına keçirdiyini soruşduqda, Asif bank əməliyyatlarının əvvəlcədən onun adına olan kartla aparıldığı üçün həmin pulların da onun hesabından çıxarılıb, rüsumlara ödəniləcəyini demişdir. Asif pulları hesabına köçürdükdən sonra ona “ola bilsin ki, əlavə rüsum lazım olmadı” demişdir. Daha sonra Nərimanla evə getmişlər. Təxminən üç gün sonra Asif Nərimanın yaşadığı evə gələrək, əlavə 2000 manat lazım olduğunu demişdir. Nərimanda pul olmadığı üçün o, evin həyətində Asifə 2000 manat vermişdir. Təxminən 5 gün sonra Asif yenidən Nərimana zəng edərək, sənəd işlərinə görə 3000 manat lazım olduğunu dediyi üçün o, Nərimana Asifin evinə gəlib, orada pulları ondan almasını demişdir. Asif də onun yaşadığı evə gələrək, həyətdə 3000 manatı ondan almışdır. Təxminən 4-5 gün sonra Asif yenidən 4000 manat istəmiş və o, Nərimanın yaşadığı evin qarşısındakı küçədə, axşam saatlarında 4000 manatı Asifə vermiş və Asif pulu götürüb, getmişdir. Bundan bir neçə gün sonra Asif yenidən zəng edərək, əlavə 4000 manatın da lazım olduğunu dediyi üçün o, Nərimanın yaşadığı evin həyətində 4000 manatı Asifə vermişdir. Asif artıq sənədləşmə işlərinin başa çatdığını, tezliklə pulları qaytaracağını deyib, getmişdir. Lakin sonradan Asifin Nərimanı və onu aldadıb, pulları ələ keçirdiyi məlum olmuşdur. Ona görə də o, Asifdən pulları tələb etdikdə, Asif onu Şəki şəhərində 12 saylı tam orta məktəbin yaxınlığında yerləşən fərdi yaşayış evlərindən birinə apararaq həmin evi tezliklə 70.000 manata satacağını, onlardan aldığı 60.000 manat pulu isə qaytaracağını demişdir. Lakin vədinə əməl etmədiyi üçün Nəriman Asif barədə şikayət etmişdir. O, Asifin 2024-cü ilin fevral-mart aylarında hissəhissə olmaqla, cəmi 20.000 manat pulu ondan Şəki şəhərində özlərinə məxsus fərdi yaşayış evini sənədləşdirib satacağına, ondan sonra Nərimandan və ondan aldığı pulları qaytaracağına söz verərək aldığını, evi satdıqdan sonra Nərimana 40.000 manat, ona isə 20.000 manat pul verəcəyinə söz verdiyini, Təqsirləndirilən şəxs1 Nərimana məxsus 40.000 manatın geri qayıtmasından ötrü kreditlə pul əldə edib, Asifə verdiyini, Asifin pullar ona verilmədiyi halda Nərimanın əvvəl ödədiyi pulların da batacağını və geri qaytarılmayacağını dediyi üçün pullar qaytarılsa, krediti vaxtından əvvəl ödəyib, qurtaracağını düşündüyünü bildirmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək demişdir ki, evini kirayə vermək istəmişdir. Həmin vaxt Asif ona demişdir ki, evi kirayə vermək istəyirsənsə, kirayə qalmaq istəyənlər var. Asif özünü əmlakçı (makler) kimi təqdim etmişdir. Gülüş və Rəsanə ilə birlikdə iki uşaq gətirmiş, o da razılaşmışdır. Kirayə müqaviləsi bağlamaq üçün Rəsanədən şəxsiyyət vəsiqəsini istəmiş, amma o, hər dəfə müxtəlif bəhanə ilə vəsiqəsini verməmişdir. Rəsanə 1-2 ay evdə qalmış, sonra belə məsələ ortaya çıxmışdır. Polis şöbəsindən zəng vuraraq, onu evin sənədi ilə birlikdə şöbəyə dəvət etmişlər. Şöbədə Nəriman kişinin şəklini göstərib, onu tanıyıb-tanımadığını soruşmuşlar. O, həmin şəxsi tanımadığını demişdir. Daha sonra evin kimə məxsus olduğunu soruşanda, sənədləri göstərib, onun evi olduğunu bildirmişdir. Polis şöbəsində ona evin satıldığını demişlər. O da heç kimə evin satılmadığını demişdir. Daha sonra ona verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, evin kirayə verilməsi üçün birinci Asiflə əlaqə saxlamışdır. Onlar təxminən 2-3 ay onun evində qalmışlar. Evin pulunu Asif vermiş, evdə Rəsanə xanım, onun uşaqları qalmış, Asif də gəlib getmişdir. Gülüş orada qalmamış, arabir gəlmişdir. ünvan 8 ünvanında yerləşən ev özünə məxsus olmuşdur. Asif və digərləri bu barədə ona nəsə deməmişlər. Ev sahibi kimi evə gəlib getmişdir. Təqsirləndirilən şəxs1 həbsdə olduğu üçün evin kirayə pulunu bir dəfə Təqsirləndirilən şəxs3 vermişdir. Evin satılması və Zərərçəkmiş şəxs göstərilməsi ilə bağlı məlumatı olmamışdır. Bu barədə polis şöbəsində bilmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı bildirmişdir ki, ünvan 9 ünvanı onun adınadır və özünə məxsusdur. 2023-cü ildə həmin evi kirayə vermək qərarına gəlmiş və bu barədə bir neçə tanış və qohumlarına bildirmişdir. 2023-cü ilin oktyabr-noyabr aylarında, dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs3 yanında bir nəfər qadın və üç uşaqla həmin ünvana gəlmişdir. Yanındakı qadının anası Gülüş, azyaşlı uşaqların isə öz övladları olduğunu demişdir. O, ailəliklə uzun müddət ona məxsus həmin ünvanda yaşamaq istədiklərini bildirmişdir. Razılaşdıqdan sonra Rəsanə və Gülüş evə baxmış və elə həmin gün evə yerləşmişlər. Təqsirləndirilən şəxs3 özünə sosial yardım almaq üçün sənədlər hazırladığını demişdir. Təxminən iki gün sonra iki nəfər tanımadığı şəxs (kişi) həmin evin həyətinə və otaqlara baxmışlar. Rəsanə sosial yardım üçün sənəd hazırladığını dediyinə görə o, həmin şəxslərin aidiyyəti orqanın əməkdaşları olduğunu düşünmüşdür. Təxminən üç gün sonra Rəsanə bir neçə günlük kəndə gedib qayıdacaqlarını deyərək, evin qapılarını bağlayıb, övladları ilə birgə evdən çıxmışdır. Təxminən on beş gün keçməsinə baxmayaraq, Rəsanə və ailə üzvləri evə gəlməmişlər. Evin istilik sistemi işlək halda qaldığından və işıqları yanılı olduğu üçün Rəsanəyə zəng edib, maraqlandıqda o, müxtəlif bəhanələr gətirmişdir. O, Rəsanə və ailə üzvlərinin evə gəlməyəcəyini başa düşmüşdür. Həmin vaxtdan sonra da onları görməmişdir. O, özünə məxsus ünvan 9 ünvanını ümumiyyətlə satmaq barədə düşünmədiyini, bu barədə heç kimə heç nə demədiyini, Təqsirləndirilən şəxs1 tanımadığını, sonuncunun bir dəfə həmin ünvana Rəsanənin yanına gəlməsi barədə məlumatı olduğunu bildirmişdir (İ cild, i/v 242-244). Məhkəmə kollegiyası iş üzrə şahidlərin ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, bir-birilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxslərin göstərdiyi hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, şahidlər tərəfindən təqsirləndirilən şəxslərə böhtan atılması üçün əsaslar görmür. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, və şahidlərin) ifadələri ilə istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Eyni zamanda, şahid ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Cinayət işinin başlanması və icraata götürülməsi haqqında Şəki Şəhər-Rayon Polis Şöbəsinin 16 aprel 2024-cü il tarixli 552 nömrəli qərarı ilə. Həmin qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs pulunu sataraq sonradan verəcəyini vəd etməklə, 2023-cü ilin may ayının əvvəllərində, Şəki şəhəri ərazisində 7000 manat dəyərində qızıl-zinət əşyalarını, həmçinin Şəki şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən fərdi yaşayış evlərinin və torpaq sahələrinin guya qeyri rəsmi nikahla yaşadığı Təqsirləndirilən şəxs3 və sonuncunun anası Təqsirləndirilən şəxs2 məxsus olmasını bildirməklə, onun adına sənədləşdirəcəyi barədə uydurma və yalan vədlər verərək, inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, vahid niyyətlə 2023-cü ilin may ayından 2024-cü ilin mart ayınadək olan müddətdə, istintaqla müəyyən olunmamış günlərdə Şəki şəhəri ərazisində bir hissəsini öz adına olan plastik kart hesabına köçürtməklə, qalan hissəsini nəğd şəkildə Zərərçəkmiş şəxs, 20000 (iyirmi min) manat məbləğində olan hissəsini isə sonuncunun qayınanası Şahid3 vasitəsi ilə Şəki şəhəri ərazisində ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə külli miqdarda, yəni 60.444 (altmış min dörd yüz qırx dörd) manat dəyərində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 barədə CM-in 178.3.2-ci maddəsilə cinayət işi başlanılmışdır (İ cild, iş vər. 1). Şəki ŞRPŞ-nın məsul növbətçisi, polis leytenantı Həsən Həsənovun 07 aprel 2024-cü il tarixli raportu ilə. Həmin raportda bildirilir ki, xx.xx.2024-cü il tarixdə, saat 17:03-də Şəki şəhəri, Ə.Cəfərov küçəsi, ev 64-də yaşayan Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə (**********) ***-***-**-** nömrəli telefon nömrəsindən zəng edərək, iş qurmaq məqsədilə Təqsirləndirilən şəxs1 60 min manat pul verməsi və aldadılmasını aşkar etməsi barədə məlumat vermişdir (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əlbir olan şəxslər) (İ cild, iş vər.5). Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsi ilə. Ərizədə qeyd olunur ki, o, əvvəllər tanıdığı Asif adlı şəxsə torpaq sənədləşməsi üçün rüsumları ödəmək məqsədilə 2023-cü ilin may ayından bu vaxta kimi hissə-hissə olmaqla, ümumilikdə 60.000 manat vermiş, lakin torpaq sənədləşməsi qeydə alınmamış və verdiyi pulu geri qaytarmamışdır. Odur ki, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (İ cild, iş vər. 6). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 25 oktyabr 2024-cü il tarixli arayışı ilə. Həmin arayışda bildirilir ki, Təqsirləndirilən şəxs3 barədə Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında və ƏMDK tərəfindən - təqdim edilmiş elektron bazada məlumat yoxdur. Qeyd: Ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən, Təqsirləndirilən şəxs3 adına paylı mülkiyyətdə (4 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Bideyiz kəndində JN-121A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinə əsasən, 0,40 ha həyətyanı torpaq sahəsinin olduğu aşkar edilmişdir (İ cild, iş vər. 16). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışıla. Həmin çıxarışdan görünür ki, Şəki rayonunun Çayqaraqoyunlu kəndində X7 məxsus 0,7143 ha torpaq sahəsi olmuşdur (İ cild, iş vər. 17). Şübhəli şəxsin tutulması haqqında 16 aprel 2024-cü il tarixli protokolla. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 aprel 2024-cü il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur (İ cild, iş vər. 91-92). Təqdim etmə, götürmə baxış keçirilməsi haqqında 27 iyul 2024-cü il tarixli protokolla. Həmin protokolda göstərilir ki, 01 ədəd diskin içərisində olan VİD-20241028-WA0004 adlı fayl açıldı. Həmin fayl açıldıqda Təqsirləndirilən şəxs1 görüntüsü müəyyən edildi. Həmçinin, Şahid3 videoçəkilişdə yer alan digər şəxslərin Zərərçəkmiş şəxs arvadı Aynur və oğlu Namiq olduğunu, video çəkiliş zamanı Təqsirləndirilən şəxs1la danışan şəxsin isə özü olduğunu, həmçinin kürəkəni Zərərçəkmiş şəxs də onların yanında olduğunu bildirdi. Şahid3 Təqsirləndirilən şəxs1 onu və kürəkəni Nərimanı aldatdığını, bankdan 20.000 manat kreditlə pul götürərək ona verdiyini deyir, Təqsirləndirilən şəxs1 isə pulu ondan götürməsini təsdiq edir. Bundan sonra Şahid3 Təqsirləndirilən şəxs1 ondan və Zərərçəkmiş şəxs aldığı pulları qaytaracağına dair söz verdiyini soruşduqda, Təqsirləndirilən şəxs1 söz verdiyini deyərək, təsdiq edir. Şahid3 Təqsirləndirilən şəxs1 onları aldadaraq, altmış min manat pullarını aldığını deyir, Təqsirləndirilən şəxs1 isə ayın 23-ü Zərərçəkmiş şəxs 7200 manat pul verəcəyini deyərək, mobil telefonu cibindən çıxarıb, “Leyla” adlı şəxsə zəng vuracağını bildirir (İİ cild, iş vər. 14). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32 12 saylı Şəki Ərazi İdarəsinin 03 iyun 2024-cü il tarixli 3-21-3-39/2-2422/2024 nömrəli məktubu ilə. Həmin məktubdan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 12 saylı Şəki Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən hazırda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (İ cild, iş vər. 199). 15 iyul 2024-cü il tarixli üzləşdirmə protokolu ilə. Həmin protokoldan müəyyən olunur ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 üzləşdirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək, Təqsirləndirilən şəxs3 və onun anası Təqsirləndirilən şəxs2 Şəki şəhərində yerləşən fərdi yaşayış evlərini və torpaq sahələrini ona göstərib, özlərinə məxsus olduğunu deyərək, onu inandırdıqlarını, həmçinin Rəsanənin özünü bankın əməkdaşı kimi təqdim edərək, rüsum adı ilə onun pulunun ələ keçirilməsində bilavasitə iştirak etdiyini bir daha onun üzünə qarşı demişdir (İ cild, iş vər. 219-222). 19 iyul 2024-cü il tarixli üzləşdirmə protokolu ilə. Həmin protokoldan müəyyən olunur ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 üzləşdirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək, Təqsirləndirilən şəxs2 qızı Təqsirləndirilən şəxs3 ilə birlikdə Şəki şəhərində yerləşən fərdi yaşayış evlərini və torpaq sahələrini ona göstərib, özlərinə məxsus olduğunu deyərək, onu inandırdıqlarını, həmçinin Gülüş və Rəsanənin Asiflə birlikdə ona əvvəlcə 38000 manat, sonralar isə guya məbləğin artdığını və daha çox pul köçürüləcəyini deyib, rüsum adı ilə ondan pul aldıqlarını bir daha onun üzünə qarşı demişdir (İ cild, iş vər. 223-225). 28 oktyabr 2024-cü il tarixli üzləşdirmə protokolu ilə. Həmin protokoldan müəyyən olunur ki, iş üzrə Şahid3 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilmiş və üzləşdirmə aparılarkən Şahid3 istintaq zamanı verdiyi ifadəni Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək, Təqsirləndirilən şəxs1 kürəkəni Zərərçəkmiş şəxs aldadaraq, ona ev və torpaq sahələri təşkil edəcəyinə söz verərək, ondan xeyli miqdarda pul alıb, sənədləşmə işlərinə görə əlavə pul lazım olduğunu demiş, o da Nərimanın Asifə verdiyi pullar qayıtsın deyə, lazım olan sənədlərin hazırlanması üçün Təqsirləndirilən şəxs1 20.000 manat verdiyini, lakin Asifin onları aldadaraq pullarını ələ keçirdiyini və onlara qarşı dələduzluq etdiyini başa düşdüyünü Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir (İİ cild, iş vər. 175-178). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 28 oktyabr 2024-cü il tarixli protokolla. Həmin protokoldan görünür ki, 28 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılmış və bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, ondan aldığı müxtəlif məbləğlərdə pulların müqavilində ona satacağına söz vermiş Şəki şəhəri, M.F.Axundov küçəsi, dalan 2, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gedilmiş, Şahid2 məxsus olan həmin ünvana çatdıqda, Təqsirləndirilən şəxs1 fərdi yaşayış evini göstərərək, 2023-cü ildə dəqiq xatırlamadığı ayda tanışları Təqsirləndirilən şəxs3 övladları və anası Təqsirləndirilən şəxs2 ilə birlikdə bir neçə gün həmin ünvanda yaşadıqlarını, o isə tanışı Zərərçəkmiş şəxs pul almaq üçün onu inandırmaq məqsədilə sonuncunu həmin ünvana gətirib, evin otaqlarını və həyətini ona göstərərək, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məxsus olması barədə ona dediyini, sənədlərini hazırladıqdan sonra evi ona satacağı və ya evi satıb, onun pulunu qaytaracağı barədə söz verdiyini və həmin vaxt Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da bu ünvanda olduqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs satacağına söz verərək, göstərdiyi digər yaşayış evini və torpaqları da göstərə biləcəyini dediyi üçün birlikdə Şahid1 məxsus Şəki şəhəri, N.Nərimanov küçəsi, 85 saylı fərdi yaşayış evinin qarşısına gedilmiş və Təqsirləndirilən şəxs1 evin giriş qapısını göstərərək, 2023-cü ilin sonlarından 2024-cü ilin aprel ayınadək tanışları Təqsirləndirilən şəxs3 övladları və anası Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin ünvanda yaşadıqlarını, özünün də mütəmadi olaraq həmin ünvana, onların yanına gəldiyini, tanışı Zərərçəkmiş şəxs pul almaq üçün onu inandırmaq məqsədilə sonuncunu həmin ünvana gətirib, evi ona göstərərək, guya almaq üçün onu inandırmaq məqsədilə sonuncunu həmin ünvana gətirib, evi ona göstərərək, guya tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məxsus olması barədə ona dediyini, sənədlərini hazırladıqdan sonra evi ona satacağı və ya evi satıb onun pulunu qaytaracağı barədə söz verdiyini bildirmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da bu ünvanda olduqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs söz verdiyi torpaq sahələrini göstərməsi üçün Şəki şəhəri, 118-ci kvartala gedilmiş və Təqsirləndirilən şəxs1 asfalt yolun kənarında yerləşən və ətrafı fərdi yaşayış evləri ilə əhatələnmiş boş torpaq sahəsini göstərərək, dəqiq xatırlamadığı vaxtda tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs ilə birlikdə həmin ünvana gəldiklərini, Zərərçəkmiş şəxs torpaq sahəsini göstərərək, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məxsus olması barədə ona dediyini, daha sonra isə sənədləri hazır olduqdan sonra həmin torpaq sahəsini ona satacağı barədə söz verdiyini bildirmişdir. Bundan sonra xidməti avtomobilə əyləşib, Şəki şəhəri, B.Vahabzadə küçəsində üzü “Marxal” İstirahət Mərkəzi istiqamətdə gedərkən yolun sol kənarında yerləşən, bir tərəfi beton hasarla hörülmüş boş torpaq sahəsinə gedilmiş və Təqsirləndirilən şəxs1 həmin əraziyə çatdıqda boş torpaq sahəsini göstərərək, dəqiq xatırlamadığı vaxtda tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs ilə birlikdə həmin ünvana gəldiklərini, Zərərçəkmiş şəxs torpaq sahəsini göstərərək, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məxsus olması barədə ona dediyini, daha sonra isə sənədləri hazır olduqdan sonra həmin torpaq sahəsini ona satacağı barədə söz verdiyini bildirmişdir. İfadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən əmlakları Zərərçəkmiş şəxs göstərərək, sənədlərin hazırlanması adı ilə ondan hissə-hissə olmaqla, təxminən 35000-40000 manat pul aldığını bildirmişdir (İİ cild, iş vər. 182-188). Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 22 iyul 2024-cü il tarixli protokolla. Həmin protokolda göstərilir ki, Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə ona ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərməsi təklif olunmuş və Zərərçəkmiş şəxs təkliflə razılaşdığı üçün ünvan 11 ünvana çatdıqda, Zərərçəkmiş şəxs evi göstərərək, 2023-cü ildə Təqsirləndirilən şəxs1 onu həmin ünvana gətirdiyini, fərdi yaşayış evini ona göstərərək, sənədlərini hazırladıqdan sonra evi ona satacağını və ya evi satıb, onun pulunu qaytaracağını dediyini bildirmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da bu ünvanda olduqlarını, yaşayış evinin onlara məxsus olduğunu dediklərini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ona satacağına söz verərək göstərdiyi digər yaşayış evini və torpaqları da göstərə biləcəyini dediyi üçün birlikdə Şəki şəhəri, N.Nərimanov küçəsi, 85 saylı evin qarşısına gedilmişdir. Zərərçəkmiş şəxs evin giriş qapısını göstərərək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qeyd olunan vaxtlarda həmin ünvanda yaşadıqlarını, həmin şəxslərin fərdi yaşayış evini ona göstərərək, sənədlərini hazırladıqdan sonra evi ona satacaqlarına dair söz verdiklərini bildirmişdir. Bundan sonra Şəki şəhəri, 118-ci kvartala gedilmiş və Zərərçəkmiş şəxs asfalt yolun kənarında yerləşən və ətrafı fərdi yaşayış evləri ilə əhatələnmiş boş torpaq sahəsini göstərərək, Təqsirləndirilən şəxs1 həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məxsus olması barədə ona dediyini, daha sonra isə sənədləri hazır olduqdan sonra həmin torpaq sahəsini ona satacaqları barədə söz verdiyini, Rəsanə və Gülüşdən soruşduqda isə, onlar torpağın ona satılmasına etiraz etmədiklərini bildirmişlər. Bundan sonra Şəki şəhəri, B.Vahabzadə küçəsində üzü “Marxal” İstirahət Mərkəzi istiqamətdə gedərkən yolun sol kənarında yerləşmiş, bir tərəfi beton hasarla hörülmüş boş torpaq sahəsinə gedilmişdir. Zərərçəkmiş şəxs həmin əraziyə çatdıqda boş torpaq sahəsini göstərərək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin torpaq sahəsini ona göstərərək, özlərinə məxsus olduğunu dediklərini, sənədləri hazır olduqdan sonra göstərilən torpaq sahəsini ona satacaqlarına söz verdiklərini bildirmişdir. Diskə baxış keçirilməsi haqqında 23 oktyabr 2024-cü il tarixli protokolla. Həmin protokolda göstərilir ki, diskdə olan zenglerin mexsusluq tarixcheleri_MSİSDN_555378410 adlı fayl açıldıqda 01-ci səhifədə nömrələrin məxsusluğu barədə məlumatların olduğu müəyyən edildi: -********** KƏRİM RƏCƏBOV (6572271 1UQ0EPR 1031,8,,ŞƏKİ şəh., ŞƏHRİYAR KÜÇ ev.45 - ********* MƏTANƏT MƏHƏRRƏMOVA 18017306 0ZJ43RU 1031,8, ŞƏKİ şəh., Ə.HAQVERDİYEV KÜÇ, ev. 81. - ********* Zərərçəkmiş şəxs 14592521 xxxxxxx 1031,50,,Şəki ş, Cəfərov k, ev 64. Zenglerin mexsusluq tarixcheleri_MSİSDN ********** adlı fayl açıldıqda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ********* saylı mobil nömrəyə gələn və göndərilən zəng nömrələrinin məxsusluğu barədə məlumatların olduğu müəyyən edildi. - Mushteri zenglerinin detallashmasi_MSİSDN_555378410 adlı fayl açıldıqda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ********* saylı mobil nömrədən çıxan və daxil olan zənglər, SMS mətnlər və internet istifadəsi barədə məlumatların qeyd olunduğu müəyyən edilmişdir. - Mushteri zenglerinin detallashmasi_.MSİSDN_555827011 adlı fayl açıldıqda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ********* saylı mobil nömrədən çıxan və daxil olan zənglər, SMS mətnlər və internet istifadəsi barədə məlumatların qeyd olunduğu müəyyən edilmişdir. SMS detallashmasi_MSİSDN_555378410 adlı fayl açıldıqda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ********* saylı mobil nömrəyə gələn və gedən SMS-lərin olduğu müəyyən edilmişdir. Baxış zamanı aşağıdakı SMS mətnlərinin olduğu müəyyən edildi: - xx.xx.2024: 16:15:54 1.1.**********10 1.1.**********17 - X20 X33 X9 X3 r X4 X17 X24. -“xx.xx.2024 15:13:23 xx.xx.2024 15:13:23 1.1.**********10 1.1.**********17 - X20 OGLU XAİW OLUNUR NOTARİAT EHTİBARNEMENİ TESDİQ EDEN SENETİ ONLİNE PORTALDAN KECİRESİNİZ. - xx.xx.2024 17:05:40 1.1.**********10 1.1.**********17-X20 OGLU 415 MANAT ZERURİ OLAN SENETLERİN ODENİWİNİ ODEDİKDEN SONRA xx.xx.20240 TARİXDE MİNGECEVİR ABB BANKİNA YAXİNLAWİB 485.000 MANAT PUL VESAİTİNİZİ ELDE BİLERSİNİZ. -xx.xx.2024 15:15:38 1.1.**********10 1.1.**********17 X20 OGLU xx.xx.2024 TARİXDE PUL KOCURME PRASESİNİZ SONLANDİRALACAQDİR. xx.xx.2024 12:44:19 xx.xx.2024 12:44:19 1.1.**********61 1.1.**********10 Bank pul vəsaitini cəlb etmək və qaytarma, ödəniş, müddətlilik şərt ləri ilə öz adından yerləşdirmək üçün yaradılımış idarədir. . . Banklar. xx.xx.2024 12:44:29 1.1.**********61 1.1.**********10 pul əmanətlərini qəbul edir və yerləşdirir. kreditləri cəlb edir və verir, müştərilərin və korrespondent bankların tapşırığı ilə hesablaşmalar aparır və onlara kassa xidmətini həyata keçirir. .. . Banklar. xx.xx.2024 12:46:01 1.1.**********10 1.1.**********17 Bank pul vəsaitıni cəlb etmək və qaytarma, ödəniş, müddətlilik şərtləri ilə öz adından yerləşdirmək üçün yaradılmış idarədir... Banklar qanunvericiliyə zidd olmayan və öz nizamnamələrində nəzərdə tutulan pul əmanətlərini qəbul edir və yerləşdirir, kreditləri cəlb edir və verir, müştərilərin və korrespondent bankların tapşırığı ilə hesabdan başqa əməliyyatları da apara bilərlər. - xx.xx.2024 16:40:27 xx.xx.2024 16:40:27 1.1.**********10 1.1.**********17 X20 OGLU ABB FİLİALİNA 460 ODEMEYİNİZ TELEB OLUNUR. - xx.xx.2024 16:44:25 1.1.**********10 1.1.**********17 XAİW OLUNUR SON 1 SAT ERZİNDE **********649934 HESABATİNA ODEYİN. - xx.xx.2024 16:03:47 xx.xx.2024 16:03:47 1.1.**********10 1.1.**********17 X20 OGLU 45.000 MANAT HESABATİNİZİN GOTURULMESİ xx.xx.20240 TARİXDE QERARA ALİNDİ. - xx.xx.2024 16:06:48 xx.xx.2024 16:06:48 1.1.**********10 1.1.**********17 xx.xx.2024 TARİXDE 45000 MANATİNİZİ ELDE EDECEKSİZ. - xx.xx.2024 16:11:27 xx.xx.2024 16:11:27 1.1.**********10 1.1.**********17 HESABATİNİZ QEBUL OLUNDU. - xx.xx.2024 10:23:49 1.1.**********10 1.1.**********11 X20 OGLU ********* HESAB KODUNUZDUR. SMS detallashmasi_MSİSDN_555827011 adlı fayl açıldıqda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə ********* saylı mobil nömrəyə gələn və gedən SMS mətnlərin olduğu müəyyən edilmişdir. Baxış zamanı aşağıdakı SMS mətnlərinin olduğu müəyyən edildi: - xx.xx.2024 10:23:49 1.1.**********10 1.1.**********11 X20 OĞLU ********* HESAB KODUNUZDUR. "xxxx" ASC tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 məxsus bank hesabından çıxarışla. Həmin çıxarışdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs1 adına olan xxxxxxxxxxxx9290 nömrəli kart hesabına, ümumilikdə 32.305,43 (otuz iki min üç yüz beş manat qırx üç qəpik) manat məbləğində pul daxil olmuşdur (İİ cild, iş vər. 55-62). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə qarşı dələduzluq etmələri cinayət əməlini törətməkdə təqsirlərini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onların əməllərini CM-in 178.3.2-ci maddəsilə tövsif etməyə imkan verir. Çünki, Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs pulunu satdıqdan sonra verəcəyini vəd etməklə uydurma və yalan vədlər verərək inandırıb, etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, 2023-cü ilin may ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə, Şəki şəhəri, S.Rəhman və S.Mümtaz küçələrinin kəsişməsində yerləşən mərkəzi bazarda sonuncunun işlədiyi mağazadan yeddi min manat dəyərində qızıl-zinət əşyalarını götürərək, həmin qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satmaqla pulunu ələ keçirmiş, daha sonra isə qəsdən, təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs3 və onun anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 mərhum atasından guya miras qalmış torpaq sahələri və evlərin olduğunu bildirməklə, həmin torpaq sahələrini və evləri ona satacağını vəd etməklə, uydurma və yalan vədlər verərək inandırıb, etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, Zərərçəkmiş şəxs Şəki şəhəri Asan Xidmət mərkəzinin yaxınlığında yerləşən, Şəki bələdiyyəsinə məxsus 0,18 və 0,06 ha torpaq sahələrini, Şəki şəhəri, Marxal istirahət kompleksinin yaxınlığında, B.Vahabzadə küçəsində yerləşən Şəki bələdiyyəsinə məxsus 0,0232 ha torpaq sahəsini, ünvan 2 ünvanında yerləşən Şahid2 məxsus fərdi yaşayış evini, Şəki şəhəri 12 nömrəli məktəbin yanında, N.Nərimanov küçəsində yerləşən Şahid1 məxsus 85 saylı fərdi yaşayış evini göstərməklə, Təqsirləndirilən şəxs3 və onun anası Təqsirləndirilən şəxs2 da həmin torpaq sahələrinin və evlərin özlərinə məxsus olmasını, Rəsanənin atasından miras qaldığını, sənədlərini qaydaya saldıqdan sonra ona satacaqlarını və sənədləşmə işinin aparılması üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirməklə, həmçinin Təqsirləndirilən şəxs2 mərhum ərinin bank hesabında pullarının olduğunu bildirməklə, Təqsirləndirilən şəxs3 isə özünü bank əməkdaşı «Leyla» kimi təqdim edərək, bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlayıb, Təqsirləndirilən şəxs2 mərhum ərinin bank hesabındakı pullarının onun hesabına köçürüləcəyini bildirməklə, Təqsirləndirilən şəxs2 ilə birgə törətdikləri əməli pərdələmək üçün notarial qaydada xx.xx.2023-cü il tarixli etibarnamə verməklə, 2023-cü ilin may ayının əvvəllərində, istintaqla dəqiq müəyyən olunmamış gündə Şəki şəhəri ərazisindən Təqsirləndirilən şəxs1 nömrəsini verdiyi kart hesabına köçürdüyü 230 manat, xx.xx.2023-cü il tarixdə əməllərini pərdələmək üçün Təqsirləndirilən şəxs2 ilə notarial qaydada kredit müqaviləsi əsasında verdiyi 7500 manat, xx.xx.2023-cü il tarixdə əməllərini pərdələmək üçün onunla Oğuz rayonunda notarial qaydada kredit müqaviləsi əsasında verdiyi 4000 manat, xx.xx.2023-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 221 manat, xx.xx.2023-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 1000 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 57 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 10 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 100 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 40 manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində verdiyi 855 manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində verdiyi 880 manat, xx.xx.2024cü il tarixdə Şəki şəhəri ərazisində verdiyi 413 manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində verdiyi 2200 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ayrı-ayrı vaxtlarda Şəki şəhəri ərazisində verdiyi 274 manat, 730 manat, 530 manat, 467 manat, 1475 manat, 3942 manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində verdiyi 2470 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 80 manat, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri ərazisində verdiyi 4500 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ayrı-ayrı vaxtlarda Şəki şəhəri ərazisində verdiyi 3700 manat və 3450 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 50 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 500 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 610 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" tərəfindən verilmiş özünə məxsus 5243 7544 4295 9290 nömrəli kart hesabına Şəki şəhəri ərazisindən göndərdiyi 160 manat, 06 fevral 2024-cü il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Şəki store ticarət mərkəzində Zərərçəkmiş şəxs 7000 manat, 09 fevral 2024-cü il tarixdə Şahid3 yaşadığı ünvan 4 ünvanındakı fərdi yaşayış evinin həyətində Şahid3 vasitəsilə 2000 manat, 14 fevral 2024-cü il tarixdə Şahid3 yaşadığı ünvan 4 ünvanındakı fərdi yaşayış evinin həyətində Şahid3 vasitəsilə 3000 manat, 19 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanındakı fərdi yaşayış evinin qarşısındakı küçədə Şahid3 vasitəsilə 4000 manat, bundan təxminən bir neçə gün sonra, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanındakı fərdi yaşayış evinin həyətində Şahid3 vasitəsilə 4000 manat olmaqla, cəmi külli miqdar təşkil edən 53.444 manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə külli miqdarda, yəni 60.444 (altmış min dörd yüz qırx dörd) manat dəyərində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 və özünün anası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs özünün mərhum atasından guya miras qalmış torpaq sahələri və evlərin olduğunu bildirməklə, həmin torpaq sahələrini və evləri ona satacağını vəd etməklə, uydurma və yalan vədlər verərək inandırıb, etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, Zərərçəkmiş şəxs Şəki şəhəri Asan Xidmət mərkəzinin yaxınlığında yerləşən, Şəki bələdiyyəsinə məxsus 0,18 və 0,06 ha torpaq sahələrini, Şəki şəhəri, Marxal istirahət kompleksinin yaxınlığında, B.Vahabzadə küçəsində yerləşən Şəki bələdiyyəsinə məxsus 0,0232 ha torpaq sahəsini, ünvan 6 ünvanında yerləşən Şahid2 məxsus fərdi yaşayış evini, Şəki şəhəri 12 nömrəli məktəbin yanında, N.Nərimanov küçəsində yerləşən Şahid1 məxsus 85 saylı fərdi yaşayış evini göstərməklə, anası Təqsirləndirilən şəxs2 və özü həmin torpaq sahələrinin və evlərin özlərinə məxsus olmasını, atasından miras qaldığını, sənədlərini qaydaya saldıqdan sonra ona satacaqlarını və sənədləşmə işinin aparılması üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirməklə, həmçinin mərhum atasının bank hesabında pullarının olduğunu bildirməklə, özünü bank əməkdaşı «Leyla» kimi təqdim edərək bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlayıb, Təqsirləndirilən şəxs2 mərhum ərinin bank hesabındakı pulların onun hesabına köçürüləcəyini bildirməklə, Təqsirləndirilən şəxs2 birgə törətdikləri əməli pərdələmək üçün notarial qaydada xx.xx.2023-cü il tarixli etibarnamə verməklə, cəmi külli miqdar təşkil edən 53.444 manat pulunu alıb, ələ keçirməklə, Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə külli miqdarda, yəni 53.444 manat dəyərində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 isə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qızı Təqsirləndirilən şəxs3 və sonuncunun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs özünün mərhum ərindən guya miras qalmış torpaq sahələri və evlərin olduğunu bildirməklə həmin torpaq sahələrini və evləri ona satacağını vəd etməklə uydurma və yalan vədlər verərək inandırıb, etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb, Zərərçəkmiş şəxs Şəki şəhəri Asan Xidmət mərkəzinin yaxınlığında yerləşən, Şəki bələdiyyəsinə məxsus 0,18 və 0,06 ha torpaq sahələrini, Şəki şəhəri, Marxal istirahət kompleksinin yaxınlığında, B.Vahabzadə küçəsində yerləşən Şəki bələdiyyəsinə məxsus 0,0232 ha torpaq sahəsini, ünvan 6 ünvanında yerləşən Şahid2 məxsus fərdi yaşayış evini, Şəki şəhəri 12 nömrəli məktəbin yanında, N.Nərimanov küçəsində yerləşən Şahid1 məxsus 85 saylı fərdi yaşayış evini göstərməklə, Təqsirləndirilən şəxs3 və özü həmin torpaq sahələrinin və evlərin özlərinə məxsus olmasını, ərindən miras qaldığını, sənədlərini qaydaya saldıqdan sonra ona satacaqlarını və sənədləşmə işinin aparılması üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirməklə, həmçinin mərhum ərinin bank hesabında pullarının olduğunu bildirməklə, Təqsirləndirilən şəxs3 özünü bank əməkdaşı «Leyla» kimi təqdim edərək, bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlayıb, onun mərhum ərinin bank hesabındakı pulların onun hesabına köçürüləcəyini bildirməklə, özü birgə törətdikləri əməli pərdələmək üçün notarial qaydada xx.xx.2023-cü il tarixli etibarnamə verməklə, cəmi külli miqdar təşkil edən 53.444 manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə külli miqdarda, yəni 53.444 (əlli üç min dörd yüz qırx dörd) manat dəyərində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 “ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs vurduğu ziyanın 40.000-45.000 manat aralığında olması barədə dəlillərini əsaslı hesab etmir, çünki cinayət işində olan yazılı sübutlar, Zərərçəkmiş şəxs və Şahid3 ifadələri və təqsirləndirilən şəxsin iş üzrə ziyanın tam ödənilməsinə dair təqdim etdiyi yazılı ərizə ziyanın məhz 60.444 manat olmasını təsdiq edir. Məhkəmə kollegiyası digər Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü qismən təqsirli hesab etməsi, onların heç kimə sənədsiz torpaq sahəsi satmaq niyyətlərinin olmaması, heç nədən xəbərlərinin olmaması, Asif onlara dediklərinə inanmaları, Zərərçəkmiş şəxs Asifin göstərdiyi torpaq sahələrinin bundan əvvəl Asifin almaq üçün onlara göstərdiyi və buna görə pul verdikləri yerlər olması, Asif ona Zərərçəkmiş şəxs özünü Leyla xanım kimi təqdim etməsini və oraya pulun çatdırılmalı olduğunu bildirməsini istəməsi, Asifin aldığı pullardan heç vaxt ona verməməsi, Asifin onu həmin torpaqların onların olmasına əmin etməsi, Zərərçəkmiş şəxs torpağı satdıqlarını deməmələri, Asifin onlara maddi cəhətdən heç bir kömək etməməsi, heç bir pul xərcləməməsi, Zərərçəkmiş şəxs evi satacağını deyəndə, Çayqaraqoyunlu kəndində yerləşən evi nəzərdə tutduğunu, Zərərçəkmiş şəxs ondan və anasından Marxal yolundakı ərazini satıb-satmadığını soruşduqda, hələ torpağın adına sənədləşmədiyini deməsi, zərərçəkmiş şəxsdən alınan pulların hamısının Təqsirləndirilən şəxs1 tərəfindən ələ keçirilməsi barədə dəlillərinə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, elə Təqsirləndirilən şəxs3 öz ifadəsində bildirmişdir ki, onların üçü də Zərərçəkmiş şəxs həm Marxal yolundakı, həm də Asan Xidmət ərazisindəki torpaq sahəsinə aparmış və Zərərçəkmiş şəxs bu torpaqların onlara məxsus olduğunu demişlər. Digər tərəfdən, Təqsirləndirilən şəxs3 özünü bank əməkdaşı kimi təqdim edib, Zərərçəkmiş şəxs ilə danışması və onu müəyyən ödənişləri etməyə inandırması və buna nail olması, bu yolla Təqsirləndirilən şəxs1 həmin ödənişləri ələ keçirməsi onu deməyə əsas verir ki, o, Təqsirləndirilən şəxs1la bir qrup üzvü kimi əlbir olub, Zərərçəkmiş şəxs pulunu ələ keçirilməsində bilavasitə iştirak etmişdir. Qrup halında törədilmiş dələduzluq cinayətində şəxslərin hansı məbləğdə pulu ələ keçirmələrindən asılı olmayaraq, əməldə artıq dələduzluq cinayətinin tərkibi yaranmış olur. Ona görə də Təqsirləndirilən şəxs3 gətirdiyi dəlillərin heç bir əsası yoxdur və özünümüdafiə xarakteri daşıyır. İş üzrə digər Təqsirləndirilən şəxs2 məhkəmə kollegiyasının iclasında özünü ona qarşı irəli sürülən ittihamda təqsirli hesab etmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, Asifə inandıqlarını, Asifin onlara yalan danışdığına inanmadıqlarını, Asiflə Nərimanın onlara gəlib, etibarnamə lazım olduğunu və iş düzəltdiklərini bildirdikdə torpağının və evinin olmadığını deməsini, Asif və Nərimanın etibarnamə almaq üçün onu Oğuza aparıb orada etibarnaməni almalarını, Nərimana torpaq sahəsini Asifin göstərməsini, Asifin onu torpağın sənədini düzəltmək adı ilə borc müqaviləsi bağlamağa aparmasını, Nərimana etibarnamə verməsini, onu Asifin ora aparmasını, etibarnaməni nə üçün verdiyini bilmədiyini bildirsə də, ibtidai istintaqı zamanı ifadə verərkən CM-in 178.3.2ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bildiyini, Asifin yanında bir nəfər şəxslə evə gələrək, evi həmin şəxsə satacağını deyib, evi ona göstərməsini, bu zaman Asifə heç nə demədiyini, həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu, daha sonra Asifin onlara Xan sarayının yaxınlığında həyət evi tapdığını, Asifin Nərimanı həmin evə də gətirib, evi ona göstərərək, satacağını dediyini, Asan Xidmətin yanında onlara tapdığı torpaq sahəsini Nərimana sataraq, Rəsanədən aldığı 7000 manat pulu qaytaracağını demiş və onlardan onunla birlikdə gedib, Nərimana həmin yeri göstərmələrini xahiş etməsini və Asifin bu təklifi ilə razı olduğunu, Rəsanə, Asif və Nərimanla birlikdə Asan Xidmət Mərkəzinin yaxınlığında yerləşən Asifin ona göstərdiyi torpaq sahəsinə gedərək, orada Asifin Nərimana həmin torpaq sahəsinin ona məxsus olduğunu, satmaq istədiyini, onun isə bu zaman heç nə demədiyini, Asiflə Nərimanın sonra birlikdə Şəki şəhəri Marxal yolunun üstündə, çayın kənarında yerləşən əraziyə getdiklərini və Asifin həmin yerdə yerləşən, petroldan təxminən 200 metr aralıda boş torpaq sahəsini Nərimana göstərib, həmin ərazinin də ona məxsus olduğunu, guya əri öldükdən sonra sənədləşdirə bilmədiklərini dedikdə, Nərimanın ondan torpağı satıb-satmadığını soruşduğunu, Nərimana o, torpağın onlara məxsus olduğunu və satdığını dediyini, çünki Asifin əvvəldən ona torpaqların ona məxsus olduğunu dediyini, lakin həmin torpaq sahəsinin onun olmadığını, həmin yeri tanımadığını, xx.xx.2023-cü il tarixdə Şəki Asan Xidmət Mərkəzinə gələrək, orada Nərimanla aralarında kredit müqaviləsi bağladığını və həmin müqaviləyə görə Nərimandan 7500 manat alaraq müqaviləyə imza etdiyini, həmin ilin oktyabr ayının 23-də Asif, Rəsanə və Nərimanla Oğuza, notariat ofisinə gedərək Asiflə Nəriman arasında müqavilə bağlandığını və Nərimanın Asifə 4000 manat verdiyini, 2024-cü ilin aprel ayının əvvəllərində isə Nərimanın qızı Rəsanə ilə yaşadığı Bideyiz kəndinə gələrək, onu aldatdıqlarını, onun 60.000 manat pulunu ələ keçirdiklərini deyərək, pulunu tələb etdiyini, Nərimana ondan pul almadığını, Asifin ələ keçirdiyi puldan qazanc əldə etmədiyini, pullarını Asifdən istəməsini dediyini, Asifin Nərimana yaşayış evlərini göstərərkən heç nə demədiyini, torpaq sahələrini göstərdikdə isə Asif həmin torpağın onlara məxsus olduğunu dedikdə, Nəriman ondan və Rəsanədən torpağı almasına etirazlarının olub-olmadığını soruşarkən, Nərimana etirazının olmadığını dediyini, yaşadığı kənddə ona məxsus 0,24 ha torpaq sahəsinin olmadığını, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ələ keçirdiyi pullardan heç bir qazanc əldə etmədiyini, Asifin ona pul vermədiyini, qızı Rəsanənin də torpaqları və evləri Nərimana göstərərkən onların yanında olduğunu, Rəsanənin Nərimana zəng edib, özünü Mərkəzi Bankın əməkdaşı kimi təqdim edərək, onun ərinin hesabında olan pulları Zərərçəkmiş şəxs hesabına köçürülməsi üçün sənədləşmə işlərinin aparıldığı barədə dediyini, lakin Rəsanənin heç bir yerdə işləmədiyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı digər Təqsirləndirilən şəxs1 xahişi ilə qızı Təqsirləndirilən şəxs3 ilə birlikdə ona aid olmayan evlərin və torpaq sahələrinin onlara məxsus olduğunu bildirməklə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 yalanlarına inandırmış, beləliklə qabaqcadan əlbir olan qrupun üzvü kimi törədilən konkret cinayət əməlinin birgə icraçısı olmuşdur. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 təqsirsiz olması barədə dəlillərinə tənqidi yanaşır və bunları özünümüdafiə cəhdi kimi qiymətləndirir. CM-in 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər (2-ci bənd). Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb, bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (3-cü bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 6 may 2022-ci il tarixli qərarında göstərilir ki, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Mövcud yanaşmalardan birinə görə, iştirakçılığın “qabaqcadan əlbir olan bir qrup” formasında mümkünlüyü yalnız birgə icraçıların iştirakı ilə əlaqələndirilir və iştirakçılığın bu formasının zəruri əlaməti kimi onların hərəkətlərinin “məkan və zaman ümumiliyi” əlaməti zəruri hesab edilir. Yəni, cinayət əməlinin tövsifedici əlaməti kimi “qabaqcadan əlbir olan bir qrup” dedikdə, cinayətin iki və daha çox şəxs tərəfindən birgə (eyni vaxtda və yerdə) icra edilməsi nəzərdə tutulur. Digər mövqeyə görə, cinayət hüquq normasında tövsifedici əlamət kimi göstərilmiş qabaqcadan əlbir olan bir qrup şəxs anlayışı hər hansı formada iştirakçılığı deyil, məhz qabaqcadan əlbir olan dəstənin cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakını nəzərdə tutur. Məsələn, əməl o halda Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilə bilər ki, özgənin əmlakını gizli olaraq talamada dəstə üzvlərindən ən azı iki nəfər iştirak etmiş olsun. Cinayətin obyektiv cəhətinin bir nəfər tərəfindən icra edildiyi, digər iştirakçıların isə başqa funksiyaları yerinə yetirdiyi halda, cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs əlaməti üzrə deyil, Məcəllənin 177.1-ci maddəsinə müvafiq olaraq tövsif edilməlidir. Daha bir yanaşmaya əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs anlayışı həm birgə icraçılığı, həm də rolların bölgüsünə əsaslanan iştirakçılığı ehtiva edir. Yəni, iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs forması birgə icraçıların hərəkətləri ilə yanaşı, birgə icraçı sayılmayan digər iştirakçıların hərəkətləri ilə də baş verir. Cinayət Məcəlləsinin 33.3-cü maddəsində cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisinin törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi təsbit edilmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin göstərilən maddəsinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələbi adıçəkilən cinayət iştirakçılarının birləşməsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini təşkil etməməsindən və onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Yəni təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. İşdən göründüyü kimi, hər üç təqsirləndirilən şəxs üçün vahid cinayətkar nəticə, habelə əməllə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə mövcud olmuş, cinayət əməli qabaqcadan əlbir olan bir qrup formasında, icraçıların birgə iştirakı ilə eyni məkanda və zamanda törədilmişdir. Yəni, cinayət təqsirləndirilən şəxslər tərəfindən birgə (eyni vaxtda və yerdə) icra edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ibtidai və məhkəmə istintaq zamanı, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 isə ibtidai istintaq zamanı CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları, üzləşdirmə protokolları və digər sübutlarla təsdiqini tapmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərini CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməmələrini qeyd etmələri onların təqsirsiz olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Çünki, aparılmış istintaqla onların digər Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs kimi CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri tam sübuta yetirilmiş və onların gətirdikləri dəlillər cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilmişdir. Cinayət işində olan Şəki Rayon Psixiatriya Xəstəxanasının 25 aprel 2024-cü il tarixli 370 nömrəli və Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin 24 aprel 2024-cü il tarixli 367 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində və Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin qeydiyyatda yoxdur (İ cild, iş vər. 151-152). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X32n xx.xx.2024-cü il tarixli 420 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, iş vər.40-42). Şəki Rayon Psixiatriya xəstəxanasının 01 avqust 2024-cü il tarixli 709 nömrəli, “Şəki Rayon Mərkəzi Xəstəxanası” X21 05 avqust 2024-cü il tarixli 18-1-71/2-1144/2024 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində ”Şəki Rayon Mərkəzi Xəstəxanası” X32n Poliklinika şöbəsinin narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdurlar (İİ cild, iş vər. 21, 24). Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 psixiatr və narkoloqda uçotda olmaları, anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntularının olması barədə məlumatlar yoxdur, buna görə də məhkəmədə onların psixi tamlığına şübhə yaranmır. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq onlara CM-in 178.3.2-ci maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında onların həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətmələri tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza təyin etmə məsələsinə gəlincə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Bu prinsipdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-in 178.3.2 (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, cəzalandırılmalıdırlar. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi) və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CMin 58.3-cü maddəsi). Cinayət işinin materiallarında olan (İ cild, iş vər.157) və məhkəmədə tədqiq edilmiş DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəlki məhkumluğu yoxdur Bundan başqa, məhkəmədə tədqiq edilmiş Şəki ŞİH başçısının “Şərbablar” məhəlləsi nömayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 192 nömrəli arayışdan, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan və “Qax Rayon Mərkəzi Xəstəxanası” X32 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2013-cü il təvəllüdlü X18, xx.xx.2017-ci ildə doğulmuş X19 və xx.xx.2024-cü ildə doğulmuş Amil adlı uşaqları vardır (İ cild, iş vər. 197, İİ cild, iş vər. 121, İV cild, iş vər.124). Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 həqiqətən çox mehriban, əxlaqlı, tərbiyəli, mülayim xarakterli biridir. Ailədə, qonşular arasında özünə hörmət qazanmış şəxsdir. Onda indiyə kimi pis vərdişlərinin olması, kiminləsə söz-söhbətinin olması, kiminləsə dalaşması barədə məlumat olmamışdır. Hamı ilə çox mülayim davranmış, ehtiyacı olanlara kömək göstərməsi gənclərə nümunə olası biri kimi tanınmış, hamı tərəfindən sevilmişdir (İ cild, iş vər.198). Eyni zamanda, zərərçəkmiş şəxsin ifadəsindən və məhkəməyə təqdim etdiyi yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan tam ödənilmiş və o, Təqsirləndirilən şəxs1la barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Həmçinin, verilmiş mülki iddiadan da imtina edir. Məhkəmə kollegiyası CM-in 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulan ziyanı tam ödəyib, onunla barışmasını və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən peşman olduğunu bildirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin materiallarında olan (İİ cild, iş vər. 23) və məhkəmədə tədqiq edilmiş DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəlki məhkumluğu yoxdur. Bundan başqa, məhkəmədə tədqiq edilmiş Şəki ŞİH başçısının Baş Küngüt İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 227 nömrəli arayışdan, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan və “Qax Rayon Mərkəzi Xəstəxanası” X32 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2016-cı il təvəllüdlü X12, xx.xx.2021-ci il təvəllüdlü X13 və xx.xx.2024-cü ildə doğulmuş Amil adlı uşaqları vardır (İİ cild, iş vər. 15, İV cild, iş vər. 123). Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bideyiz kəndində anadan olub, Çayqaraqoyunlu kəndində qeydiyyatdadır. O, Çayqaraqoyunlu kəndində ərdə olmuş, əri vəfat etdikdən sonra, 2022-ci ildə Bideyiz kəndinə ata-anasının yanına gəlmişdir. Hazırda Bideyiz kəndində müvəqqəti yaşayır. Kənddə yaşadığı müddət ərzində özünü mədəni, işgüzar vətəndaş kimi göstərmiş, davranışı ilə kənd əhalisi arasında hörmət qazanmışdır. Hal-hazırda rəsmi olaraq heç yerdə işləmir, kənddə təsərrüfat işləri ilə məşğul olur. Orta təhsillidir. Bu günədək nümayəndəliyə onun haqqında heç bir şikayət və ərizə daxil olmamışdır (İİ cild, iş vər.17). Eyni zamanda, zərərçəkmiş şəxsin ifadəsindən və məhkəməyə təqdim etdiyi yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan tam ödənilmiş və o, Təqsirləndirilən şəxs3 ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Həmçinin, verilmiş mülki iddiadan da imtina edir. Məhkəmə kollegiyası CM-in 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs3 himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulan ziyanı tam ödəyib, onunla barışmasını və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunanlarla bərabər, DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəlki məhkumluğu yoxdur (İİ cild, iş vər. 22). Bundan başqa, məhkəmədə tədqiq edilmiş Şəki ŞİH başçısının Baş Küngüt İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 225 nömrəli arayışdan və ƏƏSMN-in Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməsinə dair xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən olunur ki, Quluyeva X1 qeydiyyatda olmaqla yaşayır və müddətsiz ümumi xəstəlikdən İİ qrup əlildir (İİ cild, iş vər.18, İV cild, iş vər. 113). Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bideyiz kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. Kənddə yaşadığı müddət ərzində özünü mədəni, işgüzar vətəndaş kimi göstərmiş, davranışı ilə kənd əhalisi arasında hörmət qazanmışdır. Kəndin sayılıb seçilən sakinlərindəndir. Hal-hazırda rəsmi olaraq heç yerdə işləmir, İİ qrup əlildir, kənddə təsərrüfat işləri ilə məşğul olur. Orta təhsillidir. Bu günədək nümayəndəliyə onun haqqında heç bir şikayət və ərizə daxil olmamışdır (İİ cild, iş vər. 20). Eyni zamanda, zərərçəkmiş şəxsin ifadəsindən və məhkəməyə təqdim etdiyi yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan tam ödənilmiş və o, Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Həmçinin, verilmiş mülki iddiadan da imtina edir. Məhkəmə kollegiyası CM-in 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulan ziyanı tam ödəyib, onunla barışmasını və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, İİ qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslərin əməllərində CM-in 61-ci (Cəzanı ağırlaşdıran hallar) maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşdən göründüyü kimi, təqsirləndirilən şəxslər xarakterinə görə CM-in 15-ci maddəsinə əsasən, ağır hesab olunan cinayət əməli törətmiş, zərərçəkmiş şəxsə, ümumilikdə 60.444 manat ziyan vurmuş və həmin ziyanı tam ödəmişlər. Bundan əlavə, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslə barışıq əldə etmiş, onunla barışmışlar. Təqsirləndirilən şəxs1 peşman olmasını təzahür etdirə bilmişdir. Başqa sözlə, məhkəmə kollegiyası onun zərərçəkmiş şəxsə dəyən ziyanın tam ödənilməsini təmin edib, zərərçəkmiş şəxslə barışmasını törətdiyi əməldən doğurdan da peşmançılıq çəkməsinin təzahürü kimi müşahidə etmişdir. Məhkəmə kollegiyası törədilən əməlin ictimai təhlükəliliyi ilə bağlı isə qeyd edir ki, ictimai təhlükəlilik əməlin ictimai münasibətlərə ziyan yetirən xüsusiyyətidir. Bu əlamət cinayətin sosial mahiyyətini ifadə edir, bu və ya başqa əməlin nə üçün cinayət hesab edilməsi sualına cavab verir. İctimai təhlükəlilik cəmiyyətin həyatına ziyan yetirir. İctimai təhlükəlilik əməlin baş verdiyi zamandan, məkandan, əməlin üsulundan, şəraitdən də asılı ola bilər və ilk növbədə cinayətin yetirdiyi ziyanla müəyyən edilir. Təqsirləndirilən şəxslərin törətdikləri əməl məkan və üsul baxımından ümumi təhlükəli, zərərçəkmiş şəxsin mülkiyyətinə yetirilən ziyan baxımından külli miqdar hesab olunur. CM-in 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Belə vəziyyətdə məhkəmə kollegiyası CPM-in 346.1.11-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslərə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğunu müzakirə edərkən belə qənaətə gəlir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, CM-in 60-cı (Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz) maddəsi və ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq, törətdikləri cinayət əməlinə görə Təqsirləndirilən şəxs1 CM-in 178.3.2-ci maddəsilə təqsirli bilinib, beş il altı ay, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaları qanuni, əsaslı və ədalətlidir. CM-in 73-1.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. Ancaq təqsirləndirilən şəxslər ziyanın əlli faizini dövlət büdcəsinə ödəyə bilməmişlər. Ona görə də məhkəmə kollegiyası onların cinayət məsuliyyətindən azad edilməsi məsələsini müzakirə edə bilmir. Məhkəmə kollegiyası CPM-in 346.1.12-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın çəkilməli olub-olmaması məsələsini müzakirə edərkən isə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza çəkmədən də islah olunmaları mümkündür. Ona görə də onlara cəza şərti olaraq tətbiq edilə bilər. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, tədqiq olunan sübutlara əsasən, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağı vardır, zərərçəkmiş şəxsə vurulan ziyanı tam ödəmiş, onunla barışmış və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur, əməlindən peşmandır, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. O, əvvəllər heç bir məhkumluğu olmayan şəxsdir. Digər Təqsirləndirilən şəxs3 himayəsində üç azyaşlı uşağı vardır, zərərçəkmiş şəxsə vurulan ziyanı tam ödəyərək, onunla barışmış və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. O, əvvəllər heç bir məhkumluğu olmayan şəxsdir. Həmçinin, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulan ziyanı tam ödəmiş, onunla barışmış və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. 53 yaşında İİ qrup əlildir, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. O, əvvəllər heç bir məhkumluğu olmayan şəxsdir. CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Göründüyü kimi, qanunverici şərti məhkumetmənin təyin edilməsi üçün zəruri şərt olaraq məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasını müəyyən etmişdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Belə olan halda, məhkəmə kollegiyаsı CM-in 70.2-ci mаddəsinə uyğun olаrаq, törədilmiş cinаyətin xаrаkterini, ictimаi təhlükəlilik dərəcəsini, cəzаnı yüngülləşdirən hаllаrın olmasını, cəzаnı аğırlаşdırаn hаllаrın olmаmаsını nəzərə аlaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı çəkmədən də islah olunmasını mümkün hesab edir. Göründüyü kimi, qanunverici şərti məhkumetmənin təyin edilməsi üçün zəruri şərt olaraq məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair 22 sentyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, onu da qeyd etmək lazımdır ki, şərti məhkum etmə xüsusi cinayət-hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Şərti məhkum etmə CM-in 70.1-ci maddəsinə görə beş əsas cəzaya münasibətdə (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddət azadlıqdan məhrum etmə) tətbiq edilir. Şərti məhkum etmədə məhkum ona müəyyən olunmuş sınaq müddəti daxilində öz davranışı ilə islah olunmasını sübut etməlidir. Şərti məhkum etmə zamanı məhkəmə qeyd olunan cəzalardan birini təyin edir və ikinci mərhələdə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq həmin cəzanı şərti hesab edir və məhkuma sınaq müddəti müəyyən edir (6 aydan 5 ilədək). Beləliklə, şərti məhkum etmə zamanı ümumi qaydalarla təyin edilən cəza məhkumluq yaradır, lakin cəza real icra olunmur. Şərti məhkum olunmuş şəxs ittiham hökmünün qüvvəyə mindiyi andan məhkum sayılır. Şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşayiət olunur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şərti məhkumetmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza icra olunmasa da, təyin olunan cəza qanunla müəyyən olunmuş xüsusi formada şərti həyata keçirilir. İşdən görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(075)-32/2024 nömrəli qərarı ilə əvvəli 16 aprel 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barədə 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hazırda da o, həbsdədir (İ cild, iş vər.134-141). Digər təqsirləndirilən şəxslər barədə isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. CPM-in 346.1.20-ci maddəsinə uyğun olaraq, təqsirləndirilən şəxslər barədə qətimkan tədbirini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Zərərçəkmiş şəxsin mülki iddiasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi əvvəlki məhkəmə iclasında məhkəmə kollegiyasına iddia ərizəsi təqdim edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində ona dəymiş 67.444 manatın və ödənilmiş 271,33 manat dövlət rüsumunun cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsi barədə qərar verilməsini xahiş etsə də, Zərərçəkmiş şəxs 10 mart 2025-ci il tarixdə məhkəmə kollegiyasına yazılı ərizə ilə müraciət edərək verilmiş mülki iddiadan imtina etdiyini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. Çünki, CPM-in 186.2-ci maddəsində göstərilir ki, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Beləliklə, iş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Göstərilənlərə əsasən və CPM-in 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 70-ci maddəsinə uyğun olaraq, 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası dörd il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barədə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddətində Təqsirləndirilən şəxs1 davranışına nəzarət onun yaşayış yeri üzrə Şəki Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. CM-in 70.5-ci mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişdirməmək, qanuna və cəmiyyət maraqlarına uyğun olmayan hərəkətlərdən çəkinmək, ictimai faydalı əməklə məşğul olmaq, zərərli vərdişlərdən çəkinmək, asudə vaxtını səmərəli keçirmək, davranışına nəzarət edən orqanın çağırışlarına vaxtında gəlmək və nümunəvi davranışı ilə islah olunmasını sübut etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 70-ci maddəsinə uyğun olaraq, 5 il müddətə azadlıqdan məhrum etmə cəzası üç il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddətində Təqsirləndirilən şəxs3 davranışına nəzarət onun yaşayış yeri üzrə Şəki Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. CM-in 70.5-ci mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs3 üzərinə davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişdirməmək, davranışına nəzarət edən orqanın çağırışlarına vaxtında gəlmək və nümunəvi davranışı ilə islah olunmasını sübut etmək vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 70-ci maddəsinə uyğun olaraq, 5 il müddətə azadlıqdan məhrum etmə cəzası üç il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddətində Təqsirləndirilən şəxs2 davranışına nəzarət onun yaşayış yeri üzrə Şəki Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. CM-in 70.5-ci mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişdirməmək, davranışına nəzarət edən orqanın çağırışlarına vaxtında gəlmək və nümunəvi davranışı ilə islah olunmasını sübut etmək vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən elan olunduğu andan iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov Günay Aşurova
Məhkəmə qərarları › İş №1(091)-92/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-92/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver