Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-93/2021 06.04.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, xx xxxxx 1994-cü il tarixdə Ucar rayonunun Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ucar rayonunun Qazyan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxxx 1980-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ucar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 09 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Ucar rayonunun Qazyan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2020-ci il tarixdə axşam saatlarında yaşadığı Ucar rayonunun Qazyan kəndində həmkəndlisi Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan narkotik vasitə olan qurudulmuş marixuana əldə edib müəyyən miqdarını istifadə etməklə yanaşı qalanını üzərində saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə saat 03 radələrində Qazyan kəndinin ərazisində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq, sərnişin qismində əyləşdiyi həmkəndlisi X7 etibarnamə əsasında idarə etdiyi "Vaz 21-070" markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə Ucar Rayon Polis Şöbəsinə gətirilib RPŞ-nin həyətində həmin avtomaşına baxış keçirilən zaman avtomaşının qabaq sağ oturacağının arxasında ayaqlığın üzərindən ona məxsus 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9,37 qram, avtomaşının qabaq sağ oturacağının üzərindən 01 (bir) ədəd 01 (bir) manatlıq pul əskinasına bükülmüş halda təmiz çəkisi 1,17 qram, həmçinin avtomaşının qabaq sağ oturacağı ilə sağ qapı arasında qalan boşluqdan narkotik vasitəni çəkmək üçün istifadə etdiyi 01 ədəd 01 litrlik plastik, içərisində cüzi miqdarda çətənə bitkisinin hissəcikləri olan "Coca cola" qabı, eləcə də həmin tarixdə Ucar Rayon Polis Şöbəsində şəxsi axtarış istintaq hərəkəti aparılan zaman əynində olan 01 (bir) ədəd qara rəngli cins şalvarın sağ yan cibindən təmiz çəkisi 0,06 qram olmaqla hər üçü eyni tərkibə malik ümumilikdə 10,60 qram çəkidə qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda yaşadığı Qazyan kəndinin ərazisində yabanı halda rast gəldiyi çətənə bitkisinin bir neçə ədəd toxumunu özündə saxlamış, 2020-ci ilin may ayının əvvəllərində dəqiq tarixi istintaqa məlum olmayan günlərin birində Ucar rayonunun Qazyan kəndi ərazisində yaşadığı evinin yaxınlığında yerləşən kolkos, yulğunluq sahəsində 2 ədəd boya qablarında həmin çətənə bitki toxumlarının əkilməsi üçün münbit şərait yaratmış, sonra isə tərkibində narkotik maddələr olan ümumilikdə 02 ədəd çətənə bitkisinin toxumlarını həmin qablarda qanunsuz olaraq əkərək, peyin və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirmiş, 2020-ci ilin iyul ayının axırlarında dəqiq tarixi istintaqa məlum olmayan günlərin birində gecə saatlarında həmin bitkiləri əkibbecərdiyi qabları ilə birlikdə yaşadığı ünvana gətirmiş, yolda gələrkən bitkiləri əkmiş olduğu qabları naməlum istiqamətə tullamış, bitkiləri isə yaşadığı ünvana gətirərək həyətyanı sahəsində olan mal tövləsinə sərməklə qurutmuş, lazımsız hesab etdiyi hissələrini həyətində yandırmış, qalan yararlı bitki hissələrindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 4 kiloqram 510,6 qram çəkidən artıq miqdarda hazırladığı narkotik vasitə olan qurudulmuş marixuananı Ucar rayonunun Qazyan kəndindəki yaşadığı evdə otaqların birində 2 ədəd sellofan torbalarda saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə gecə saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs1 öz ovucu tutduğu qədər sellofan torbaya dolduraraq pay vermiş, xx xxxxxxx 2020-ci il tarixdə saat 03 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncuya məxsus sərnişin qismində əyləşdiyi avtomaşından ümumilikdə 10,6 qram çəkidə eyni tərkibə malik qurudulmuş marixuana aşkar edildiyindən Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən tutulmasını xx xxxxxxx 2020-ci il tarixdə eşitdiyi üçün yaşadığı evin otağında gizlətdiyi həmin sellofan torbaların yerini dəyişərək evinin mətbəxində olan soyuducunun aşağı hissəsinə yerləşdirmiş, xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı evin mətbəxində soyuducuda gizlətdiyi 01 (bir) ədəd açıqgöy rəngli sellofan torbada saxladığı 3 kiloqram 360 qram çəkidə və həmin yerdə 01 (bir) ədəd digər qara rəngli sellofan torbada saxladığı 1 kiloqram 140 qram çəkidə olmaqla ümumilikdə külli miqdarda, yəni 4 kiloqram 500 qram çəkidə olan eyni tərkibə malik qurudulmuş marixuanalar aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinə uyğun ifadə verməklə bildirmişdir ki, onun üzərindən aşkar olunan narkotik vasitələri Bakı şəhərindən gələrkən kənd sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 gördüyü zaman onun da narkotik vasitə istifadəçisi olduğunu bildiyindən ondan xahiş edib almış, həmin narkotik vasitələrdən bir dəfə gizli şəkildə istifadə etmiş, ikinci dəfə istifadə etmək istəyən zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. O da aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, özünü yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin iyul ayında itmiş danalarını axtardığı zaman 2 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolunu görmüş və onları öz evinə gətirmişdir. Həmin çətənə kolunun yarpaqlarını qurudub onlardan istifadə etmişdir. Ancaq onların istifadə üçün yararsız olduğunu gördüyündən, onlardan yalnız siqareti olmadıqda istifadə etmişdir. Təqsirləndirilən şəxs1 əvvəldən tanımış və yaxın münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs1 ondan əvvəlcə siqaret istəmiş, lakin özündə siqaret olmadığını, narkotik tərkibli bitki yarpağı olduğunu bildirmiş və çəkmək üçün ona vermişdir. Bundan sonra polis əməkdaşları onu tutmuşdur. Onlara narkotik vasitənin yabanı halda bitən çətənə kollarından əldə etdiyini demiş, evində olan 2 paket narkotik vasitəni polisə təqdim etmişdir. Narkotik vasitələri əldə etdiyi yabanı halda bitən çətənə kollarını tapdığı yeri polis əməkdaşlarına göstərmişdir. Onun evində yalnız 2 paket narkotik vasitə olmuş, lakin həmin narkotik vasitənin çəkisi ittiham aktında göstərildiyi qədər olmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində onun polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitələrin çəkisi ilə bağlı hissədə fərqli və ziddiyyətli məqam olduğundan məhkəmə istintaqı zamanı onun ifadəsinin həmin hissəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, o, soyuducuda gizlətdiyi narkotiki baxış iştirakçılarına təqdim etmişdir. Aşkar edilmiş həmin narkotiklər elektron tərəzidə çəkilmişdir. Çəkiləri dəqiq olaraq yadında qalmamışdır. Lakin 2 sellofanın birlikdə çəkisi 4 kiloqramdan yuxarı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ona uyğun ifadə verdi və ifadəsində göstərdi ki, Ucar rayonunun Qazyan kənd sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan Ucar Rayon Polis Şöbəsinin rəisinin əmrinə əsasən əməliyyat-istintaq qrupu yaradılmış və xx xxxxxxx 2020-ci il tarixdə Ucar rayonunun Qazyan kəndi ərazisinə getdikdə yolda qırmızı rəngli Vaz 21070 markalı **-EU-*** dövlət qeydiyyat nişanlı Qazyan kənd sakini X7 idarə etdiyi avtomaşında şübhəli şəxs olan Təqsirləndirilən şəxs1 görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və sərnişin qismində əyləşdiyi avtomaşına, eləcə də üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bundan sonra Ucar RPŞ-yə gəlmişlər və Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmiş, eləcə də avtomaşına baxış keçirmək məqsədi ilə 2 nəfər hal şahidi dəvət edilmişdir. Onlara da hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs1 az əvvəl onun üzərində narkotik vasitə olduğunu, üzərində olan narkotiki avtomaşına atdığını, narkotikin satışı ilə məşğul olmasa da, narkotikdən arabir istifadə etdiyini qeyd etmişdir. Bundan sonra avtomaşına baxış keçirilmiş və narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 izahatında aşkar edilmiş narkotik vasitəni həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs2 aldığını bildirdiyi üçün sonuncunun yaşadığı ünvana 2 nəfər hal şahidinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin mətbəxində olan soyuducunun aşağı hissəsindən biri göy və digəri isə qara rəngli olmaqla 2 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanalar aşkar edilmişdir. Onların ümumi çəkisi təxminən 4 kq olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4 Müddəlif oğlu və Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Ucar rayonunun Qazyan kənd sakini Təqsirləndirilən şəxs2 kənd sakini kimi tanımış, xx xxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman hal şahidi qismində iştirak etmişdir. Həmin zaman onun yaşadığı evin mətbəxində olan soyuducunun aşağı hissəsindən narkotik vasitə olan qurudulmuş marixuanalar aşkar edilmiş və ümumi çəkisi 4 kq-dan artıq olmuşdur. Məhkəmə istintaqı zamanı şahid X3 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və onun şahid X11 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid X4 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid X27 rayonunun Qazyan kənd sakini Təqsirləndirilən şəxs1 tanımadığını, həmin şəxslə heç bir düşmənçiliyi və ya ədavətinin olmadığını, xx xxxxxxx 2020-ci il tarixdə saat 03 radələrində Ucar şəhərində Ucar rayon Polis Şöbəsinin qarşısından keçərkən Polis Şöbəsinin əməkdaşlarının yaxınlaşaraq Şöbənin inzibati binasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Ucar rayonunun Qazyan kənd sakini Təqsirləndirilən şəxs1 sərnişin qismində əyləşdiyi qırmızı rəngli Vaz 21070 markalı **-EU-*** dövlət qeydiyyat nişanlı Qazyan kənd sakini olan X10 məxsus avtomobilə baxış keçiriləcəyini, həmçinin Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçiriləcəyini və həmin şəxsin yaşadığı ünvana baxış keçirəcəklərini, buna görə də, hal şahidi qismində iştirak etməsini təklif etdiklərini, onun polis əməkdaşlarının təklifi ilə razılaşaraq Ucar rayon Polis Şöbəsinə getdiyini, onunla yanaşı digər bir şəxsin də hal şahidi qismində iştirak etmək üçün Polis Şöbəsinə dəvət edildiyini, Polis Şöbəsinin həyətində qeyd etdiyi avtomobilə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs1 əyləşdiyi oturacağın üzərindən 2 ədəd olmaqla 1-i qızılı və 1-i göy olmaqla xırda bükümlər, eləcə də 1 ədəd 1 Azərbaycan manatı bükümü, həmin oturacaqla skamya arasında olan boşluqda 1 ədəd plastik Coca-cola qabı, həmçinin həmin oturacağın arxasında rezin ayaqlığın üzərində 1 ədəd şəffaf rəngli sellofanda büküm aşkar edildiyini, Təqsirləndirilən şəxs1 1 Azərbaycan manatında və 1 ədəd şəffaf sellofan bükümlərdə qurudulmuş marixuana, qızılı və göy kağız bükümlərində isə həmin bitkiyə aid toxumları olduğunu, 1 litrlik plastik Coca-cola qabını isə "Arqo" markalı siqaret tapmadığından narkotiki çəkmək üçün düzəltdiyini və istifadə etdiyini bildirdiyini, aşkar edilmiş həmin predmetlərin elektron tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırıldığını, çəkilərinin yadında qalmadığını, baxış davam etdirilsə də, başqa cinayət xarakterli əşya və ya iz aşkar edilmədiyini, daha sonra protokol tərtib edildiyini, bütün iştirakçıların imzaladıqlarını, eləcə də az sonra keçirilən şəxsi axtarış zamanı iştirak etmək üçün müdafiəçinin də dəvət edildiyini, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1, eləcə də ona və digər hal şahidinə hüquq və vəzifələrinin izah edildiyini, daha sonra polis əməkdaşları, o və digər iştirakçılarla birlikdə şübhəli şəxs qismində tutulmuş şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirildiyini, axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən narkotik tərkibli kütlə aşkar edildiyindən həmin qara rəngli şalvarın müvafiq qaydada qablaşdırılıb götürüldüyünü, başqa hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilmədiyindən axtarışın yekunlaşdırıldığını, axtarış zamanı Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının suallarına cavab olaraq bir daha avtomaşından aşkar edilmiş maddələrin ona məxsus olduğunu bildirdiyini, bundan sonra axtarışın yekunlaşdırılaraq müvafiq qaydada protokol tərtib edildiyini, bütün iştirakçılar, o cümlədən özü tərəfindən protokolun imzalandığını, bununla yanaşı, o və digər iştirakçılar tərəfindən Təqsirləndirilən şəxs1 Qazyan kəndindəki yaşadığı ünvana baxış keçirildiyini, Təqsirləndirilən şəxs1 baxışın keçirilməsinə etirazının olmadığını qeyd etdiyini, baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilmədiyini, müvafiq protokol tərtib edilərək protokolun bütün iştirakçılar, o cümlədən özü tərəfindən imzalandığını, avtomobilə baxış, şəxsi axtarış və yaşayış ünvanına baxış zamanı hər hansı qanun pozuntusuna rast gəlmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid X2 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və onun şahid X8 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə gecə saat 03 radələrində polis əməkdaşları Qəzyan kəndi ərazisində xidmətdə olarkən VAZ-2107 markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil və onun sürücüsü şübhə doğurduğuna görə, həmin avtomobildə olan sürücü və digər şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində avtomobildə olan sürücünün X16, digər şəxsin isə Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. (cild 01, iş vər. 4) Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 həmkəndlisi X7 idarə etdiyi və ona məxsus VAZ-2107 markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 5) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Avtomaşına baxış keçirilməsi və götürmə haqqında protokol”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə avtomaşına baxış keçirilmiş və baxış keçirilən zaman avtomaşının qabaq sağ oturacağının arxasında ayaqlığın üzərindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9,37 qram, avtomaşının qabaq sağ oturacağının üzərindən 01 (bir) ədəd 1 (bir) manatlıq pul əskinasına bükülmüş halda təmiz çəkisi 1,17 qram qurudulmuş marixuanalar, həmçinin avtomaşının qabaq sağ oturacağı ilə sağ qapı arasında qalan boşluqdan narkotik vasitəni çəkmək üçün istifadə edilən 1 ədəd 1 litrlik plastik, içərisində cüzi miqdarda çətənə bitkisinin hissəcikləri olan "Coca-cola" qabı aşkar edilərək götürülmüşdür. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 9-17) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında protokol”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1, müdafiəçinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə Ucar Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış istintaq hərəkəti aparılan zaman əynində olan 1 (bir) ədəd qara rəngli cins şalvarın sağ yan cibindən təmiz çəkisi 0,06 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin iş üçün əhəmiyyət kəsb etdiyinə görə Təqsirləndirilən şəxs1 məxsus şalvar götürülmüş və müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 38-41) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X14 Bölməsinin məhkəmə-bioloji ekspertizası üzrə xx xxxxxxx 2020-ci il tarixli 17/573 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “ X7 idarə etdiyi VAZ-21070 markalı, **-EU-*** d.q.n avtomobildən Təqsirləndirilən şəxs1 məxsus sellofan torbada.. kütlə..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 9,37 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “ X7 idarə etdiyi VAZ-21070 markalı, **-EU-*** d.q.n avtomobildən Təqsirləndirilən şəxs1 məxsus bir manatlıq pul əskinasına bükülmüş... kütlə..." sözləri və imzalar yazılmış zərfin içərisindəki; - 01(bir) ədəd bir manatlıq pul əskinasına bükülmüş halda, təmiz çəkisi 1, 17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, - 01(bir) ədəd göy rəngli və 01 (bir) ədəd gümüşü rəngli kağız bükümlərdə, ümumi təmiz çəkiləri - 0,06 qram olan 04 (dörd) ədəd bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə "... Təqsirləndirilən şəxs1 əynindən götürülmüş bir ədəd qara rəngli cins şalvar...." sözləri və imzalar yazılmış sellofan torbanın içərisindəki 01 (bir) ədəd qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilmiş, təmiz çəkisi 0,06 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd şəffaf sellofan bükümdə, 01 (bir) ədəd bir manatlıq pul əskinasının içərisində və 01 (bir) ədəd qara rəngli cins şalvarın sağ yan cibində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “ X7 idarə etdiyi VAZ-21070 markalı, **-EU-*** d.q.n avtomobildən Təqsirləndirilən şəxs1 istifadə etdiyi ehtimal olunan bir ədəd butulka...." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd plastik butulkadan aşkar edilmiş cüzi miqdarda olan bitki hissəcikləri çətənə (kannabis) bitkisinin hissəcikləridir. Ekspert qarşısında qoyulmuş "Coca-cola qabından narkotik çəkmək üçün istifadə edilmişdirmi" sualı ekspert zəruri biliyindən kənara çıxdığı üçün cavablandırılmamışdır. (İ cild, 67-70) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs2 ərizə verərək yaşadığı evə və həyətyanı sahəyə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 01, iş vər. 87) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2, müdafiəçinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmiş, baxış nəticəsində evin mətbəxində soyuducuda gizlətdiyi 01 (bir) ədəd açıq-göy rəngli sellofan torbada saxladığı 3 kiloqram 360 qram çəkidə və həmin yerdə 01 (bir) ədəd digər qara rəngli sellofan torbada saxladığı 1 kiloqram 140 qram çəkidə olmaqla ümumilikdə külli miqdarda, yəni 4 kiloqram 500 qram çəkidə olan eyni tərkibə malik qurudulmuş marixuanalar aşkar olunaraq götürülmüşdür. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 88-94) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X14 Bölməsinin məhkəmə-bioloji ekspertizası üzrə xx xxxxxxx 2020-ci il tarixli 17/577 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə "....Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş ... narkotik vasitəyə oxşar kütlə...." sözləri yazılmış sellofan torbanın içərisindəki 01 (bir) ədəd açıq-göy rəngli sellofan torbada, təmiz çəkisi - 3 kq 360 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə "....Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş ... narkotik vasitəyə oxşar kütlə...." sözləri yazılmış digər sellofan torbanı açdıqda içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi - 1 kq 140 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 02 ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, 02 ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar ilə 01 (bir) ədəd şəffaf sellofan bükümdə, 01(bir) ədəd 1 manatlıq pul əskinasının içərisində və 01 (bir) ədəd qara rəngli cins şalvarın sağ yan cibində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. (İ cild, i.v.156-159) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarına əlavə edilmiş “Ucar rayon Mərkəzi Xəstəxanası” X23 xx xxxxxxx 2020-ci il tarixli 1258 nömrəli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 RMXnin Poliklinika Şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda deyildir. (İ cild, i.v.237) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məcburi ambulator – məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə 588/267 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs2 sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq o, iş üzrə əhəmiyyətli halları düzgün qavraya bilərdi. Təqsirləndirilən şəxs2 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkətlər etməyə meyilli deyildir. Təqsirləndirilən şəxs2 yaşı və intellektual inkişafı nəzərə alınmaqla o, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs2 törətdiyi hüquqa zidd hərəkətlərdən əvvəl, baş vermiş cinayət hadisəsi zamanı və cinayət hadisəsindən sonra adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. (İİ cild, i.v.44-46) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1020 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v.47) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1021 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v.48) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası, cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qarşı CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın, Təqsirləndirilən şəxs2 qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı hökmdə sadalanan sübutları məcmu halında qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittihamları tam təsdiq edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları araşdıraraq onun məhkəmə istintaqı zamanı narkotik maddələrin çəkisi ilə bağlı qeyd etdiklərinin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırmanın ilkin mərhələsində heç bir təsir və təzyiq olmadan hal şahidlərinin iştirakı ilə verdiyi ifadəsinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlir. Ona görə də, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini əsaslı və işin faktiki hallarına uyğun ifadə kimi qəbul edərək məhz həmin ifadənin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Odur ki, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs2 məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməl CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməl isə CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən təqsirli şəxs tərəfindən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ucar rayonunun Qazyan kəndində qeydiyyatdadır və subay olmaqla anası ilə birlikdə həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs1 haqqında Ucar rayonu İcra Hakimiyyəti başçısının Qazyan kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır. (cild 01, iş vər.84-86) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ucar rayonunun Qazyan kəndində qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs2 haqqında Ucar rayonu İcra Hakimiyyəti başçısının Qazyan kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır. (cild 02, iş vər.226--228) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş AZE № 11295956, AZE № 11295955, AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2017ci il təvəllüdlü X5 adlı azyaşlı övladları vardır. (cild 02, iş vər. 16-18) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (İ cild, i.v.257) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamə və müvafiq hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə Ucar rayon məhkəməsi tərəfindən CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 09 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (İ cild, i.v.258-259, 262-268) Cinayət işinin materiallarına əlavə edilmiş Ucar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxx 2021-ci il tarixli 168 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə Ucar rayon məhkəməsi tərəfindən CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 09 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm xx xxxxx 2019-cu il tarixdə Şöbəyə daxil olmuş, xx xxxxx 2019-cu ildə Təqsirləndirilən şəxs2 Şöbəyə çağrılaraq qeydiyyata götürülmüş və cəzasının əvvəli həmin vaxtdan hesablanmışdır. xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulanadək məhkum Təqsirləndirilən şəxs2 hökmlə təyin edilmiş 01 il 09 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasından 01 il 06 ay 07 gününü çəkmiş, cəzasının çəkilməmiş hissəsi 03 ay 07 gün təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs1 səmimi peşmançılığını, ibtidai istintaqın gedişinə köməklik etməsini, yaşadığı ərazi üzrə müsbət səciyyələnməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, şəxs tərəfindən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, ağırlaşdıran halın olmamasını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda əvvəllər də cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə və ya götürülməməsinə baxmayaraq həmin əməllərdən nəticə çıxarmadan yenidən qəsdən cinayət əməlini törətdiyini əsas götürərək hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə cəzanın məqsədinə nail oluna bilər. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Ucar rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi CM-nin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunan cəzaya birləşdirilməli və Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 30-31) Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx xxxxxxx 2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Ucar RPŞ-nin MSY-dən azad edilmişdir. (cild 01, iş vər. 151-152) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət onun cəzasına hesablanaraq CM-nin 69.3-cü maddəsinin tələbləri çərçivəsində bir günün iki günə hesabı ilə hesablanmaqla çıxılmalı və Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Həmçinin onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməli, cəzanın icrası yaşadığı yer üzrə Ucar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 üzərinə icra edilməsi məcburi olan vəzifələr də qoyulmalıdır. Cinayət işinin materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 110-111) Cinayət işinin materiallarında olan “həbs qətimkan tədbirinin seçilməsi haqqında” Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 4(063)-26/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Həbs müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vər.201-203) Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, o cümlədən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ekspert rəyini əsas tutaraq Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmasını məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1020 nömrəli rəyini əsas tutaraq və CM-nin 93.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini zəruri hesab edir. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmasını məqsədə müvafiq hesab edir. CM-nin 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 03 (üç) ədəd kağız paketdə - tədqiqatdan sonrakı vəziyyətdə - ümumi təmiz çəkisi - 10,48 qram qurudulmuş marixuanalar, 0,06 qram 04 (dörd) ədəd narkotik tərkibli bitkiyə aid toxumlar, 1 ədəd 1 litrlik narkotik çəkmək üçün xüsusi düzəldilmiş Coca-cola qabı və həmçinin Təqsirləndirilən şəxs2 məxsus tədqiqatdan sonrakı vəziyyətdə - 01 ədəd kağız torbada və 01 (bir) ədəd sellofan torbada olmaqla ümumi təmiz çəkisi 4 kq 499,90 qram qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 (bir) ədəd sellofan torbada olmaqla 01 (bir) ədəd cins şalvar Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə 71,94 (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Ucar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Ucar rayonunun hüdudlarını tərk etməmək, axşam saat 2200-dan səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı hökmlə təyin edilən 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına Ucar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən təyin olunmuş 01 il 09 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 (üç) ay 07 (yeddi) günü həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 01 (bir) ay 18 (on səkkiz) gün azadlıqdan məhrumetmə kimi müəyyən edilərək qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il 01 (bir) ay müdətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 03 ədəd kağız paketdə - tədqiqatdan sonrakı vəziyyətdə ümumi təmiz çəkisi - 10,48 qram qurudulmuş marixuanalar, 0,06 qram 04 ədəd narkotik tərkibli bitkiyə aid toxumlar, 1 ədəd 1 litrlik narkotik çəkmək üçün xüsusi düzəldilmiş Cocacola qabı və həmçinin Təqsirləndirilən şəxs2 məxsus tədqiqatdan sonrakı vəziyyətdə - 01 ədəd kağız torbada və 01 ədəd sellofan torbada olmaqla ümumi təmiz çəkisi 4 kq 499,90 qram qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd sellofan torbada olmaqla 01 ədəd cins şalvar Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə 71,94 (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-93/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-93/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver