Məhkəmə qərarları › İş №1(091)-93/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-93/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-93/2022 26.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X7, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Yevlax şəhəri Pişəvəri küçəsi ev 3-də qeydiyyatda olmaqla Yevlax şəhəri M.Hüseynzadə küçəsi ev 74-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdə saat 17 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə yaşadığı Yevlax şəhəri M.Hüseynzadə küçəsi 74 saylı evin həyətində arvadı Şahid2 əvvəllər əxlaqsız hərəkətlər etməsini əsas gətirərək ailə münasibətləri zəminində sonuncu ilə mübahisə edib arvadının əxlaqsız hərəkətlərlə məşğul olmasını aydınlaşdırmaq məqsədilə qaynatası Zərərçəkmiş şəxs arvadı Şahid2 vasitəsilə mobil telefonla zəng etdirib yaşadığı evə dəvət edəndən sonra arvadı Şahid2 onu nalayiq söyüşlərlə söyməsinə görə əlində olan soyuq silah hesab olunmayan təssərrüfat məişət təyinatlı alət olan çapacaq ilə Şahid2 baş nahiyyəsinə bir dəfə qəsdən vuraraq ona ənsə nahiyyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyyənin, bel nahiyyəsinin, sağ alt çənənin qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirmiş, bundan sonra Şahid2 həyətdəki hamam otağına apararaq sonra əlindəki çapacağı yerə atıb orada onun başının qanını su ilə yuyan zaman həmin hamam otağına gəlmiş qaynatası Zərərçəkmiş şəxs ona “kişi deyilsən nə üçün arvadına şər atıb bu vəziyyətə salırsan” deyib təhqir etməsinə görə sonuncu ilə mübahisə edərək hamamdan əli ilə götürdüyü soyuq silah hesab olunmayan məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs qarın boşluğuna qəsdən bir dəfə vuraraq ona böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən deşilmişkəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan ağır zərər vuran bədən xəsarəti yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş, həmin ifadəsində isə göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həm qaynatası, həm də dayısı olmqla münasibətləri normal olmuşdur. 20 ildir Şahid2 ilə ailə həyatı qurmuş, birgə nikahdan iki uşaqları olmuşdur. 20 aprel 2021-ci il tarixdə telefonunda sosial şəbəkələrə baxarkən orada olan şəkili arvadı Ülviyyəyə oxşatmış və bunun üstündə aralarında narzılıq yarandığına görə Ülviyyə ondan Polis Şöbəsinə şikayət etmişdir. Buna görə Yevlax rayon Məhkəməsinin qərarına əsasən 5 gün inzibati qaydada həbs edilmiş, həbsdən çıxdıqdan sonra ailə üzvüləri ilə birlikdə anası Kifayətin yaşadığı Yevlax şəhəri M.Hüseynzadə küçəsi 74 saylı evə köçərək orada yaşamışlar. 15.07.2021-ci il tarixdə saat 16 radələrində evə gedərkən yolda iki ədəd 8 faizlik enerji işkisi alıb içəs də sərxoş olmamış, saat 17 radələrində evə çatmışdır. Həmin vaxt evdə arvadı Ülviyyə və anası Kifayət olmuş, evin həyətində Ülviyyə ilə köhnədən olan əxlaqsızlıq məsələsi ilə bağlı arasında mübahisə düşmüşdür. Mübahisə zamanı biri-birlərini təhqir etmiş, Ülviyyəyə zəng edib atasını onların həyətinə çağırmasını demişdir. Ülviyyə də bu barədə atasına zəng edərək onlara gəlməsini bildirmiş, həmin vaxt Ülviyyənin onu təhqir etməsinə görə həyətdən götürdüyü çapacaq ilə Ülviyyənin baş nahiyyəsinə bir dəfə vurub xəsarət yetirmişdır. Ülviyyənin başı qanadığına görə sonuncunun qolundan tutub hamama aparmış, əlindəki aləti hamama ataraq Ülviyyəyə başının qanın yumasını demişdir. Ülviyyə başının qanın yuyarkən anası Kifayət də oraya gələrək ona iradını bildirmişdir. Az sonra qaynatası Nizami gəlmiş, hamamda ona “sən kişi deyilsən nə üçün arvadına şər atıb bu vəziyyətə salırsan” deyərək onu nalayiq söyüşlərlə təhqir etmişdir. Sonra Nizami onun üstünə yeriyib onu vurmaq istəyərkən oradan götürdüyü cib bıçağı ilə bir dəfə Nizaminin qarın nahiyyəsinə vurmuşdur. Nizami qarnını tutduğuna görə geri çəkilmiş, bu vaxt oraya gələn polis əməkdaşı ondan bıçağı alaraq onu polis şöbəsinə aparmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğlu olmaqla təxminən 20 il əvvəl həm də qızı Şahid2 ilə evlənmişdir. 2021-ci ilin aprel ayında Kamal işdən evə gələrəkən telefonunda pozğun şəkillər taparaq Ülviyyəyə oxşatdığını bildirmiş və bunun üstündə Ülviyyə ilə mübahisə etmişdir. Bu barədə onun məlumatı olmuş, Kamalgilə gedərək sonuncuya iradını bildirib qızını götürüb evinə aparmışdır. Ülviyyə bu barədə şikayət etdiyinə görə Kamal Yevlax rayon məhkəməsinin qərarı ilə 5 gün inzibati qaydada həbs olunmuş, həbsdən çıxdıqdan bir neçə gün sonra Ülviyyə yenidən Kamalın yanına qayıtmışdır. 15 07.2021-ci il tarixdə saat 17 radələrində evdə olarkən qızı Ülviyyə ona zəng edərək onun bacısı evinə gəlməsini bildirdikdən sonra bu barədə polis şöbəsinə zəng edib məlumat vermiş, az sonra ona Kamalgilin yaşadığı küçənin polis sahə rəisi zəng edib, həmin ünvana gəldiyini və onu gözləməsini bildirmişdir. Oğlu Əşrəflə birlikdə Kamalgilə getmiş, polis əmkdaşlarının gəldiyini görüb polislərdən qabaq həyətə girmiş və qızı Ülviyyənin evin hamamında olduğunu bilib hamama girmişdir. Kamal ilə Ülviyyənin hamamda olduğunu, Ülviyyənin başından xəsarət aldığını görüb, Kamala «sən kişi deyilsən nə üçün arvadına şər atıb bu vəziyyətə salırsan» deyərək Kamala tərəf getmiş, həmin vaxt Kamal bıçaqla onun qarın nahiyyəsindən bir dəfə vurmuşdur. Bu vaxt oraya gələn polis əməkdaşı Kamalın əlindən bıçağı alaraq sonuncunu polis şöbəsinə aparmışlar. Polis Şöbəsinə gedib şikayət etdikdən sonra aldığı xəsarətlə bağlı X3 müraciət etmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncuya qarşı ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğlu olmaqla sonuncu ilə təxminən 20 il əvvəl ailə həyatı qurmuş, birgə nikahlarından iki uşaqları olmuşdur. 20 aprel 2021-ci il tarixdə Kamal evə gələrək telefonunun sosial şəbəkəsində əxlaqsız qadın şəkli göstərərək ona məxsus olduğunu iddia etmiş, bunun üstündə onunla mübahisə edərək dalaşdığına görə atası Nizami onlara gəlib onu atası evlərinə aparmışdır. Kamalın hərəkətindən əsəbləşdiyinə görə polis şöbəsinə şikayət etmiş və şikayəti əsasında Yevlax rayon məhkəməsinin qərarına əsasən Kamal 5 gün çüddətinə inzibati qaydada həbs edilmişdir. Kamal həbsdən çıxdıqdan sonra sonuncunun yanına qayıtmış və ailə üzvüləri ilə birlikdə qaynanası Kifayətin yaşadığı Yevlax şəhəri M.Hüseynzadə küçəsi 74 saylı evə köçərək orada yaşamağa başlamışlar. 15.07.2021-ci il tarixdə saat 17 radələrində Kamal içkili vəziyyətdə evə gələrək onunla yenə sosial şəbəkədə olan şəkilin kimə məxsus olması barədə onunla mübahisə edərkən telefonu ona verib atasına zəng edib onlara gəlməsini demişdir. O, da atasına zəng edərək onlara gəlməsini bildirmiş, bundan sonra Kamal həyətdən götürdüyü dəmir parçası ilə onun baş nahiyyəsinə bir dəfə vurduğuna görə onun başı qanamışdır. Kamal başının qanadığını görüb onu hamama aparmış və başının qanını yumasını demişdir. Başının qanını yuyub dəsmal ilə quruluyarkən atası Nizami hamama daxil olmuş və onun başının xəsarət aldığını görüb Kamala “sən kişi deyilsən nə üçün arvadına şər atıb bu vəziyyətə salırsan” deyib Kamalın üstünə gedərkən Kamal oradan götürdüyü bıçaqla atasının qarın nahiyyəsindən bir dəfə vurmuşdur. Atası qarnını tutduğuna görə Kamal geri çəkilmiş, bu vaxt oraya gələn polis əməkdaşı Kamaldan bıçağı alaraq sonuncunu polis şöbəsinə aparmışdır. Atası polis şöbəsinə gedib şikayət etsə də o, Kamaldan şikayətçi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi işləyən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 iyul 2021-ci il tarixdə saat 17 radələrində xidmətdə olarkən X6 Qasımovun telefon nömrəsi ona verilərək həmin şəxsə zəng etməsini bildirmişlər. Nizam Qasımova zəng etdikdən sonra sonuncu ona ünvan 1 ünvana gəlməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs həmin əraziyə yaxın olduğunu və onu gözləyib birlikdə oraya getməsini bildirmiş, həmin ünvana çatmasına təxminən 20 metr qalmış sonradan tanıdığı Nizami adlı şəxsin evin həyətinə daxil olduğunu görmüşdür. O da ünvana çataraq həyətə daxil olmuş və evin həyətində səs eşitdiyi üçün hamama girərkən Zərərçəkmiş şəxs əli ilə qarnını tutduğunu görmüşdür. Həmin vaxt əvvəldən tanıdığı Təqsirləndirilən şəxs əlində bıçaq olmuş, o, bıçağı Kamalın əlindən aldıqdan sonra sonuncunun bıçaqla Nizaminin qarnından vurduğunu bilmişdir. Sonra Kamalın bir qədər qabaq hamamda olan çapacaqla arvadı Ülviyyənin başına vurub xəsarət yetirdiyini bilmiş, ona görə bıçağı və çapacağı götürüb Kamal ilə birlikdə Polis Şöbəsinə gətirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 17 iyul 2021-ci il tarixli 436 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - böyük piyliyin zədələnməsi müşaiət olunan qarının ön divarının daxilə nüfuz edən deşilmiş kəsilmiş yarası olmuşdur. Bu xəsarət deşici kəsici alətin (əşyanın), ola bilsin bıçağın tiyəsinin təsirindən törənmişdir. Törənmə müddəti 15.07.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətlərə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aidir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 17\696 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı tupist bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiаtrik ekspertizanın 30.10.2021-ci il tarixli 2543 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, pisixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs təsvir edilən hadisəni törədən zaman hər hansı psixi xəstəlik əlamətləri qeyd edilməyib. Təqsirləndirilən şəxs ona ittiham edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş 15.07.2021-ci il tarixli 147 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Xalq Məhkəməsinin 27.10.1997-ci il tarixli hökmü ilə CM(köhnə redaksiyada)-in 186, 23-1-ci maddələri ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 02 il 06 ay azadlıqdan şərti məhrum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 12.05.1998-ci il tarixli amnistiya qərarına əsasən azad edilmiş, Yevlax rayon Məhkəməsinin 12.11.2009-cu il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinı əsasən cinayət işinin icraatına xitam verilmiş, Yevlax rayon Məhkəməsinin 29.09.2013-cü il tarixli hökmü ilə CM-in 221.1, 315.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 70 maddəsi tətdiq edilməklə 02 il sınaq müddəti ilə 01 il 06 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilmişdir. CM-in 18.4-cü maddəsinə əsasən müddət keşdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyən edilmir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 15 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2205-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax rayon Məhkəməsinin 17 iyul 2021-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri Aeroport qəsəbəsində yaşamaqla himayəsində 22.02.2007-ci ildə doğlunmuş İbrahim Şahbazlı adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 15 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, və CM-in 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi olan 30,60 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq və bir ədəd çapacaq məhv edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şühəli şəxs kimi tutulduğu 15 iyul 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 30,60 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq və bir ədəd çapacaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar