Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-93/2023 11.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X16, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X21 zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə, zərərçəkmiş şəxsin hüquqi varisi: X7 iştirakları ilə, xx.xx.1980-ci ildə Yevlax rayonu Qoyunbinəsi kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 2030 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq alkoqollu içkidən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan X2 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “X24” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı əlavənin 3-cü hissəsinin 3-cü bəndinin) tələblərinə zidd olaraq istismar qaydalarını pozmaqla avtomobilin qabaq sol farasının işığı yanmadan nasaz vəziyyətdə idarə etməklə Yevlax rayonunun Malbinəsi kənd yolu ilə yolun 1-ci km-də Malbinəsi kəndi istiqamətində «Yol hərəkəti haqqında» Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərini pozaraq yol nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış yolda avtomobili 110 km/saat sürətlə idarə edərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə almadan, ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olmasına və həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olmadan, əks istiqamətdən nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə almadan, əks istiqamətdən hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkətinə üstünlük vermədən təhlükəsiz keçib getməsini təmin etməyərək, əks istiqamətdən öz yolu ilə hərəkətdə olan nəqliyyat vasitəsinin təhlükəsiz şəraitdə keçib getməsini gözləmədən onunla eyni istiqamətdə hərəkətdə olan istintaqa məlum olmayan avtomobili ötmə əməliyyatı edərək qarşı əks hərəkət zolağına çıxmaqla qarşıdan əks istiqamətlə öz hərəkət zolağı ilə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2106” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vurmaqla toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-2106” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1966-cı il təvəllüdlü X3 qapalı kəllə beyin travması, kəllə tağı sümüklərinin xətti sınığı, subaraxnoidal qansızma, sol İV-Vİİİ qabırğaların qapalı, sol baldır sümüklərinin 1/3-nin açıq-qəlpəli sınıqları xəsarətləri ilə müşayət olunan, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran bədən xəsarətləri yetirilərək ölməsinə, “VAZ-2106” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs səhhətinin uzun müddətə pozulmasına səbəb olan sağlamlığına AZ AĞİR zərər vuran sol bud sümüyünün qapalı qəlpəli sınığı xəsarəti yetirilməsinə, həmin avtomobildə olan sərnişinlər, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.2020-ci il təvəllüdlü X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vuran sol baldırın orta 1/3-nin yan səthinin qançırı, sol qamış sümüyünün yuxarı 1/3-nin yerini dəyişməyən sınığı xəsarətləri yetirilməsinə, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1969-cu il təvəllüdlü Şahid4 sağlamlığının qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vuran təpə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası xəsarətləri yetirilməsinə, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1971-ci il təvəllüdlü Şahid3 səhhətinin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vuran sol budun yuxarı 1/3-nin yan səthinin iri ölçülü, sağ bazunun orta 1/3-nin yan səthinin, sağ sağrının, sol gözüstü nahiyənin qançırı xəsarətləri yetirilməsinə səbəb olan alkoqollu içkidən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitəsinin istismar qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Yevlax rayonu Malbinəsi kəndində yerləşən kafedə avtomobil ustası işləyən tanışı Ramin ilə birlikdə 0,7 litr spirtli içki araq içdikdən sonra saat 16 radələrində qardaşı Teymura zəng edərək oraya gəlib onu evə aparmasını bildirmiş, 15-20 dəqiqə sonra Teymur oraya gəlib onu öz avtomobilinə əyləşdirərək yaşadığı evə aparmışdır. Təxminən 1 saat yaşadığı evdə qaldıqdan sonra qonşuluqdakı mağazadan 0,5 litr spirtli içki olan araq alaraq dayısı oğlu Anarın evinə gedərək sonuncu ilə birlikdə həmin spirtli içkini içmişlər. Saat 1830 radələrində sərxoş olduğundan dayısı oğlu Anar Teymura zəng edərək gəlib onu götürməsini bildirdikdən 5-10 dəqiqə sonra Teymur digər qardaşı Turalla birlikdə oraya gələrək onu “Nissan Maxima” markalı avtomobilinə əyləşdirmiş, bacısı Şahid5 baş çəkmək istədiyi üçün qardaşları Teymur və Turala onu Yevlax şəhərinə bacısının evinə aparmalarını istəmişdir. Teymur və Tural da onunla razılaşaraq birlikdə ona məxsus olan “Nissan Maxima” markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı kənddən Yevlax şəhərinə getmişlər. Təxminən 30 dəqiqə bacısına məxsus olan evdə oturub çay içib söhbət etdikdən sonra yaşadıqları kəndə qayıtmaq üçün özünə məxsus olan “Nissan Maxima” markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Yevlax şəhərindən çıxaraq Bərdə rayonu istiqamətində yaşadığı kəndə doğru hərəkət etməyə başlamışdır. İdarə etdiyi avtomobil ilə yaşadığı Yevlax rayonu Malbinəsi kənd istiqamətinə dönmə əməliyyatı həyata keçirərək dəmir yolu relsinin üzərindən keçdikdən təxminən 300- 400 metr sonra qarşıda hərəkət edən markasını, rəngini və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ötmək istədiyi üçün əks hərəkət zolağına çıxmış, bu zaman əks tərəfdən öz yolu ilə gələn “VAZ 2106” markalı avtomobilin yoluna çıxmışdır. Sərxoş olduğundan və avtomobili yüksək sürətlə idarə etdiyindən qarşıdan öz yolu ilə hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin yoluna çıxmış və nəticədə toqquşma baş vermişdir. Toqquşmadan sonra o, idarəetməni itirdiyindən avtomobili toqquşma nöqtəsindən təxminən 50-60 metr Malbinəsi kəndi isitqamətinə hərəkət etmiş və yolun Malbinəsi kəndi istiqamətinə baxdıqda sol tərəf ehtiyyat hissəsində dayanmışdır. Hadisə zamanı onun baş nahiyəsi avtomobilin ön alın şüşəsinə dəyərək baş nahiyəsindən xəsarət almışdır. Yol nəqliyyat hadisəsi baş verən gün və hadisə zamanı onun avtomobilinin qabaq sol tərəf farasının işığı yanmamış, avtomobili 100-110 km/saat sürətlə hərəkət edərək onunla eyni istiqamətdə hərəkətdə olan markasını xatırlamadığı avtomobilin arxasına yanaşmışdır. Avtomobili ilə markasını xatırlamadığı avtomobilin arasında təxminən 3 metrlik məsafə olmuş, idarə etdiyi avtomobilin surəti yüksək olduğundan onunla eyni istiqamətdə hərəkətdə olan avtomobilin arxa hissəsindən vuracağını düşünərək həmin avtomobili ötmək qərarına gəlmiş və ani olaraq idarə etdiyi “Nissan Maxima” markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobili yolun əks hərəkət zolağına çəkmişdir ki, bu zaman da qarşıdan öz yolu ilə hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin sol ön hissəsindən vurmuşdur. Yol-nəqliyyat hadisəsi baş verən zaman onun qardaşı Teymur idarə etdiyi avtomobilin ön sərnişin oturacağında, Tural isə avtomobilin arxa oturacağında Teymurun arxasında əyləşmişdir. Məhkəmədə şahid qismində dindirlmiş Şahid2 və ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxs X3 hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, 01 noyabr 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən qardaşı Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşını ilə qəzaya düşdüyünü eşitdiyinə görə Yevlax Rayon Mərkəzi Xəstəxanasına gedərkən xəstəxanada anası Həqiqət Məhərrəmovanın ona məxsus olan və qardaşı Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olduğu zaman qarşıdan gələn “Nissan Maxima” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti haqqında qaydanı pozması nəticəsində avtomaşınların toqquşması, nəticədə anası Həqiqət Məhərrəmovanın ölməsi və digər sərnişinlərin xəsarət almasını bilmişdir. “Nissan Maxima” markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxsla barışmamış, sonuncunun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 1810-da xalası Şahid3, mərhum anası Həqiqət Məhərrəmova, xalasının əri Şahid4 və azyaşlı oğlu Çərkəz Məhərrəmli onun idarə etdiyi “VAZ 2106” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax şəhərindən Yevlax rayonu Qaraməmmədli kəndinə xalası X4 yaşadığı evə bir həftə sonra baş tutacaq yas mərasiminə hazırlıqla bağlı getmiş, 1-2 saat Yevlax rayonu Qaraməmmədli kəndində qaldıqdan sonra yaşadığı Yevlax şəhərinə getmək üçün yola düşmüşlər. İdarə etdiyi avtomobilin ön sərnişin oturacağında xalasının əri Şahid4, avtomobilin sol tərəfdən arxa sərnişin oturacağında mərhum anası Həqiqət Məhərrəmova, sağ tərəfdə arxa sərnişin oturacağında xalası Şahid3 və mərhum anasının sağ dizinin üzərində azyaşlı oğlu Çərkəz Məhərrəmli əyləşmiş, saat 2030 radələrində Yevlax rayonu Malbinəsi kənd yolu ilə Yevlax- Bərdə yolu istiqamətində hərəkətdə olan zaman anidən qarşıdan öz yolu ilə hərəkətdə olan markasını xatırlamadığı avtomobilin arxasından sonradan markasının “Nissan- Maxima” olduğunu bildiyi avtomobil çıxaraq onun hərəkət zolağında hərəkətdə olan zaman idarə etdiyi “VAZ 2106” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Toqquşma nəticəsində zərbənin təsirindən idarə etdiyi “VAZ 2106” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil fırlanaraq yolun öz hərəkət hissəsində sağ tərəfində üzü Malbinəsi kəndi istiqamətində dayanmış, anası X8 avtomobilin arxa şüşəsindən yerə düşərək hadisə yerində ölmüşdür. Hadisə zamanı xalası Şahid3, xalasının əri Şahid4 və azyaşlı oğlu Çərkəz Məhərrəmli müxtəlif dərəcəli bədən xəsarətləri almış, onun sol bud sümüyü qırılmışdır. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək X6 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxs X5 qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 01 noyabr 2022-ci il tarixdə əri Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X13 idarə etdiyi “Nissan Maxima” markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin Yevlax rayonu Malbinəsi kənd yolunda toqquşması nəticəsində qayınanası Həqiqət Məhərrəmovanın ölməsi, əri Pərvin və hadisə zamanı avtomobildə olan azyaşlı oğlu Çərkəz Məhərrəmlinin az ağır bədən xəsarəti alması barədə onun sonradan məlumatı olmuş, hadisə zamanı avtomobildə olmamışdır. Oğlunun xəsarət alması ilə bağlı təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində qardaşları Teymur, Tural və Samir sonuncuya məxsus olan “NİSSAN MAXİMA” markalı avtomobil ilə ona baş çəkmək üçün onun Yevlax şəhərində kirayədə yaşadığı evə gəlmiş, 1 saat sonra Samir və digər qardaşları evdən çıxarkən Samir Teymura avtomobili özünün idarə edəcəyini deyərək Teymurdan özünə məxsus olan “NİSSAN MAXİMA” markalı avtomobilin açarını istəmişdir. Teymur Samirə sərxoş olduğu üçün avtomobilin açarını vermək istəməsə də Samir səs-küy salaraq avtomobilin açarını qətiyyətlə istədiyindən Teymur məcbur qalaraq avtomobilin açarını Samirə vermişdir. Samirin sərxoş olduğunu görərək bir neçə dəfə ona avtomobili idarə etməməsini desə də Samir ona məhəl qoymamış və sürücü oturacağına əyləşmişdir. Teymur və Tural da avtomobilə əyləşdikdən sonra Samir özünə məxsus olan “NİSSAN MAXİMA” markalı avtomobilini idarə edərək onun yaşadığı küçədən çıxıb getmiş, təxminən 1 saat sonra Samirin ölümlə nətəcilənən yol-nəqliyyat hadisəsi törətməsindən onun məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 10 noyabr 2022-ci il tarixli 33 nömrəli rəyində göstərilmişdir ki, X3 meyitində aşkar edilmiş xəsarətlər-qapalı kəllə beyin travması, kəllə tağı sümüklərinin xətti sınığı, subaraxnoidal qansızma, sol İV-Vİİİ qabırğaların qapalı, sol baldır sümüklərinin orta 1/3-nin açıq-qəlpəli sınıqları bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa AĞİR zərə vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb qapalı kəllə beyin travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-1,5 saat əvvəl baş verdiyini göstərir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının 12 noyabr 2022-ci il tarixli 748 nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında rəyində göstərilmişdir ki, X5 bədənində aşkar edilmiş xəsarətlər-sol baldırın orta 1/3-nin yan səthinin qançırı, sol qamış sümüyünün yuxarı 1/3-nin yerini dəyişməyən sınığı bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 15 noyabr 2022-ci il tarixli 750 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sol bud sümüyünün qapalı qəlpəli sınığı bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 751 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər- sol alın qabarının şişkinliyi və sıyrığı, sağ dirsəyin sıyrığı, sol bazunun yuxarı 1/3-nin ön səthinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlməsi xx.xx.2022-ci il il tarixə uyğun gəlir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomobilin maneəyə dəyərək kəskin tormozlanması nəticəsində avtomobildə sürücü qismində əyləşmiş şəxsin salonda olan hissələrə-cihazlar panelinə, ön külək şüşəsinə çırpılması zamanı törənməsi istisna edilmir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətlər görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 09 dekabr 2022-ci il tarixli 8/3256 nömrəli rəyində göstərilmişdir ki, “X24” markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili qabaq sol farasının işığı yanmadan, yəni nasaz vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı Əlavənin 3-cü hissəsinin 3-cü bəndinin) tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. “VAZ 2106” markalı avtomobilin öz hərəkət zolağı ilə 80 km/saat sürətlə hərəkətdə olması, qarşıdan əks istiqamətdə 110 km/saat sürətlə hərəkətdə olan “X24” markalı avtomobilin qarşı sol hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin sürücüsü Pərviz Məhərrəmovun hərəkəti üçün təhlükə yaratması, toqquşmanın “VAZ 2106” markalı avtomobilin hərəkət zolağında baş verməsi, təhlükə yaranan anda avtomobillər arasında 10 metr məsafə olması və belə şəraitdə sürücü Pərin Məhərrəmovun hərəkəti üçün təhlükənin kiçik müddətdə davam etməsi şəraitində “VAZ 2106” markalı avtomobilin sürücüsü Pərviz Məhərrəmovun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə 01 noyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Yevlax rayonu Malbinəsi kənd yolunun 1-ci km-də baş vermiş, yolun sağ hərəkət hissəsinin sağ kənarında üzü Malbinəsi kəndi istiqamətində “VAZ-2106” markalı, **-BN-*** qeydiyyat nişanlı avtomobil dayanmaqla avtomobilin sol yan tərəfi əzilmiş vəziyyətdə olmuş, yolun sağ hərəkət hissəsinin sağ kənarında üzü Malbinəsi kənd yoluna dioqanal şəkildə “Nissan Maxima” markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobil dayanaraq avtomobilin sol yan və ön tərəfi əzilmiş vəziyyətdə olmuşdur. Həmin baxış protokolu ilə “Nissan Maxima” markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ-2106” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma nöqtəsi Yevlax-Bərdə-Ağdam yolu (Yevlax şəhəri) istiqamətində yolun sağ hərəkət hissəsinin, sağ kənarından 1,6 metr mərkəzinə doğru məsafədə yerləşdiyi müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 01 noyabr 2022-ci il tarixli, 708 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan Yevlax RQİ və TBŞ tərəfindən verilən xx.xx.2022-ci il tarixli 309-4127-1222 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adında DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilən xx.xx.2022-ci il tarixli 160850-1222 tarixli məktubundan görünür ki, “X24” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə saat 2030-da Yevlax-Bərdə yolu ilə Bərdə rayonu istiqamətində hərəkətdə olarkən “Nömrətanıma” kamerası tərəfindən çəkilmiş foto şəklindən həmin avtomobilin sol tərəf farasının işğının yanmadığı aşkar edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X9 rayon Narkoloji Kabinetinin 15 noyabr 2022-ci il tarixli 1868 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Narkoloji Kabinetində qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 15 noyabr 2022-ci il tarixli PHŞ-7896/22 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Yevlax rayon İcra Hakimiyyəti Başçısının Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1197 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Qoyunbinəsi kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan 037163 nömrəli vəsiqənin surətindən gürünür ki, Təqsirləndirilən şəxs İİ qrup hərbi xidmət əlilidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsinə dair 07 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə Məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmənin belə qəna Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə-tibb və məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyləri və iş materiallarında olan digər sənədlər əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəzalar təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, İİ qrup əlil olması, özünün də yol nəqliyyat hadisəsi nəticəsində dərəcəsi təyin edilməyən bədən xəsarətləri almas, onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı həbsə alındığı andan hesablanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə edərək məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 128 AZN (yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə müki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 11 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 128 AZN (yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan «NİSSAN MAXİMA» markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, «VAZ 2106 » markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunsun, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-93/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-93/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver