Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-93/2024 06.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), hakimlər Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, dul, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən binanın 34 №-li mənzilində olarkən binanın həyətində oynayan və qonşuluğunda yaşayan, on dörd yaşına çatmayan - xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs gördükdə, ona qarşı şəfqət hissləri oyanmış, ona görə də onu yaşadığı mənzilin pəncərəsindən səsləyərək mənzilinə gəlməsini təklif etmiş, Zərərçəkmiş şəxs bundan imtina etdikdə o, həyətə düşərək Zərərçəkmiş şəxs əlindən tutub, sonuncunun azyaşlı olduğuna görə hər hansı bir müqaviməti ilə üzləşməyəcəyini yəqin bildiyi halda, yaşadığı ünvan 2 ünvanında yerləşən binanın 34 №-li mənzilinə aparılmasına nail olub, orada qonaq otağına keçirmiş, yaş xüsusiyyətləri, intellektual inkişaf səviyyəsinə görə ona qarşı törədilən qanunazidd əməlin faktiki xarakterini və mənasını qismən dərk etməklə, ona qarşı törədilmiş əməlin mənasını «ayıb» kimi qiymətləndirən, habelə psixi, yaş xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətində olmayan, bununla da Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olmasından istifadə edərək, onu mənzilin qonaq otağında olan divana əyləşdirib, cinsi ehtirasını ödəmək məqsədi ilə ilkin olaraq Zərərçəkmiş şəxs dodaqlarından öpmüş, sonra əynindəki donunu bir qədər aşağı hissədən yuxarı qaldırıb, sinəsindən və cinsiyyət orqanından öpüb, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-in 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, mağazadan çörək alıb evinə doğru gedirmiş. Evinə çatana yaxın iki balaca qız tum yeyirlərmiş. O da onlara demişdir ki, buraları zibilləməsinlər, gedib başqa tərəfdə oynasınlar. Həmin qız uşağı ondan soruşmuşdur ki, top durur sizdə? Belə düşünür ki, nəvəsi onun evinə gələn vaxt bu qız uşaqları ilə top oynayıbmış. Öz-özünə düşünmüşdür ki, yəqin nəvəsi bu qızla da top oynayıbmış. Qıza demişdir ki, bəli top durur. Həmin vaxt qız ona demişdir ki, verərsiz topla oynayaq. O da demişdir ki, niyə vermir. Bundan sonra evə doğru qalxmışdır. Onun arxasıyca da qız qalxmışdır. İttiham aktında yazılıb ki, güya o, qızı pəncərədən çağırmış və qız gəlməmişdir. Bundan sonra güya aşağı düşüb qızın əlindən tutub evə qaldırmışdır. Belə bir şey mümkündürmü? O, ağsaqqal adamdır. Onun 64 yaşı var. Qız onun nəvəsinin yaşındadır. Hadisələr ittiham aktında yazıldığı kimi cərəyan etməmişdir. Belə ki, qız onun arxasıyca evə gəlmişdir. O da topu götürən vaxt görmüşdür ki, top boşalmışdır. Topu qıza vermiş və demişdir ki, bala top boşalıb, atana verərsən topu doldurar. Qız həmin vaxt topun boş olduğunu və istəmədiyini ona demişdir. Bundan sonra qız çıxıb getmişdir. Hadisə məhz belə cərəyan etmişdir. O, ittiham aktını oxuyan vaxt dəhşətə gəlmişdir. Onun eləmədiyi qeyri-etik hərəkətlər ittiham aktında göstərilmişdir. O, pislik etməmişdir. Qız uşağı ondan top istəmişdir. O da topu ona vermək istəmişdir. O, xəcalətindən ölürmüş. Cinayət törətmədiyi halda onun boynuna qoymaq istəyirlərmiş. Qohum-əqrəba arasında biyabır olmuşdur. Hətta bu işlə bağlı özünə qəsd etmək istəmişdir. Onun 64 yaşı var. Xəstə adamdır. Dərmanlarla yaşayır. Şəkər xəstəsidir. Belə bir hadisəni o, törətməmişdir. Onun bu işdə heç bir günahı yoxdur. Ədalətli qərar verib onun azadlığa buraxılmasını xahiş etmişdir. Onun oğlu ikinci Qarabağ müharibəsində iştirak etmişdir. Oğlu müharibədə fəal iştirak etdiyinə görə dövlət tərəfindən medal almışdır. O, oğlunun başını aşağı etməz. Ona kömək edilməsini xahiş edir. Törətmədiyi cinayətə görə cəzalanmaq istəmir. Onun heç bir günahı yoxdur. Onun kürəkəni təhqiqatçıdır. İşi aparan müstəntiq ona demişdir ki, kürəkəni ilə ədavəti vardır. Müstəntiq işi qərəzli aparmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, nəvəsi onlara gələn vaxt, yəqin ki, Aylin onunla top oynamışdır. Ona görə də, Aylin onlarda top olduğunu bilmişdir. Birinci evə o, qalxmışdır. Sonra görmüşdür ki, qız arxasıyca qalxırmışdır. Qız evə girməmişdir. O, gedib topu gətirmişdir. Top boşalmışdır. Qız ona demişdir ki, top boş olduğu üçün istəmir. Sonra qız çıxıb getmişdir. Bir müddət sonra qızın atası evinə gəlmişdir. Ondan heç nə soruşmadan üstünə hücum eləmişdir. Qızın atası ona demişdir ki, qızı burada nə gəzir? Heç fikrini izah edə bilməmişdir. Qızın atası onu vurmağa başlamışdır. Qızın atası evə gələn vaxt, qız orada olmamışdır. Qızın ifadəsi ilə tanış olmuşdur. İttiham aktına olmayan hadisələri yazmışdırlar. İttiham aktına niyə belə yazıldığını bilmir. Qızın ailəsi ilə qərəzli münasibəti olmamışdır. O, heç qızın ailəsini tanımır. Qız onların evdəki əşyaları tanıya bilməz. Çünki heç vaxt onların evdə olmamışdır. Qız onun evdə top olduğunu bilmişdir. Çünki nəvəsi onların evə gələn vaxt onunla top oynamışdır. Qız top boş olduğu üçün istəməmiş və çıxıb getmişdir. 5-10 dəqiqə sonra qızın atası gəlmişdir. Atası gələn kimi qapını döymüşdür. Qapını açan vaxt heç nə demədən ona yumruq atmış və o, yerə yıxılmışdır. O yerə yıxılan vaxt, qızın atası onu vururmuş. Həmin vaxt sol gözündən xəsarət almışdır. Polis şöbəsinə birinci şikayəti qızın atası vermişdir. Polisdə olan vaxt ona demişdirlər ki, o, niyə şikayət etmir? O da cavab vermişdir ki, hazırda özündə deyil. Qızın atası onu döydükdən sonra, onu ekspertizaya aparmışlar. Qızın atası onu döyən vaxt, onu polisə şikayət edəcəyini deməmişdir. Həmin vaxt o vəziyyətdə olmamışdır. Polisə dəvət olunan vaxt bildirmişdir ki, qızın atası tərəfindən döyülmüşdür. Qız və anası ilə polis şöbəsində üzləşmişdir. Həmin vaxt qız demişdir ki, o, bu adamı tanımır və belə bir hadisə baş verməmişdir. Özünü bu hadisə ilə bağlı təqsirli bilmir. Qızın atası və anasının niyə belə bir hərəkət etdiyini bilmir. Onun onlarla düşmənçiliyi olmamışdır. Polis şöbəsinə ayın üçü ərizə vermişdir. Hadisə günü içki qəbul etməmişdir. Ancaq döyüldükdən sonra vəziyyəti yaxşı olmamış və ağrıları olmuşdur. Buna görə də, axşam yatmazdan əvvəl spirtli içki qəbul etmişdir. Mütəmadi olaraq spirtli içki qəbul etmir. Sadəcə xeyir işlərdə və məclislərdə içki qəbul edir. Zərərçəkmiş şəxsin atasını tanımamışdır. Ola bilsin ki, zərərçəkmiş şəxsin atası heç nə başa düşməmiş, yəni anlaşılmazlıq olmuşdur. Qızın atası heç onu dinləməmişdir. Onların evə gəlmiş və onu vurmağa başlamışdır. Topu balkondan götürüb qıza gətirmişdir. Topu balkondan qıza göstərməmişdir. Topu götürüb həyətə düşməmişdir. Qız evin qapısına qədər gəlmişdir. Qız ondan top istəyən vaxt yanında başqa bir qız uşağı olmuşdur. Uşaqlar ondan oynamaq üçün top istəmişdir. Topu ondan Aylin istəmişdir. Digər qız uşağı pilləkəndə oturmuşdur. Zərərçəkmiş şəxs evə daxil olmamışdır. Zərərçəkmiş şəxsin ailəsi ilə barışıq əldə etmişdir. Onlar da onunla barışmışdırlar. Məhkəmə istintaqı zamanı mütəxəssisin (müəllim) və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən X10 ibtidai istintaq zamanı verdiyi ifadələrə uyğun ifadə verərək göstərmişdir ki, Mingəçevir şəhəri 3 saylı orta məktəbin 3-cü sinif şagirdidir. Atası Nemət usta, anası Güllü isə «Express Bank»ın Mingəçevir filalında işləyir. Özündən kiçik 6 yaşında qardaşı vardır. Yay tətillərində anası hər gün səhər saat 09:00-da işə getdikdən sonra atası Nemət saat 10-11-ə qədər onlara nəzarət etmiş, sonra isə öz işlərinin arxası ilə getmişdir. Atası işə gedəndən sonra nahara kimi qardaşı ilə düşüb həyətdə oynamış və anasının işdən evə gəlməsini gözləmişlər. Anasını gözləyən zaman həyətə düşən başqa uşaqlarla oyun oynamışlar. Sonradan adını bildiyi Yusif də binada başqa blokada yaşayır. Həyətdə uşaqlarla oynayan zaman həmin kişini tez-tez görmüşdür. 02 senytabr 2023-cü il tarixdə uşaqlarla oynayan zaman Yusif yanlarına gəlmiş, onu qucağına götürüb üzündən öpərək «allah səni kəsməsin!» deyib onlarla futbol oynamağa başlamışdır. Futbol oynayan zaman içkli olduğundan yıxılmışdır. Sonra isə o, ayağa qalxıb evinə getmişdir. Səhəri gün yəni, 03 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində həyətdə rəfiqələri ilə oynamışdır. Sonra isə yanında rəfiqələrindən yalnız Yağmur qalmışdır. Yağmurla Yusifin blokunun qarşısında oynayan zaman Yusif zibil atmaqdan gəlmişdir. Yusif onu qucaqlayıb öpdükdən sonra isə evinə çıxmışdır. Evinin eyvanından baxaraq əl edib yanına çağırsa da, onun yanına getməmişdir. Yağmur Yusifin onu çağırmasını görüb oradan qaçıb skameykada oturmuşdur. O isə yorulduğundan orada yerində qalmışdır. Aradan 2-3 dəqiqə keçmiş Yusif həyətə düşüb ona yaxınlaşmışdır. Sağ əlindən tutaraq onu bloka tərəf aparmışdır. Həmin vaxt qorxduğundan qışıqıra bilməmiş və onun əlindən qaçmağa cəhd etməmişdir. Yusif onu yaşadığı mənzilə gətirmişdir. Qapıdan içəri girəndən sonra birbaşa sağdan 2-ci otağa aparıb onu divanda əyləşdirmişdir. Özü isə əynində olan yaşıl rəngli koftanı çıxarıb dizi üstə xalçanın üstündə əyləşmişdir. Əynindəki güllü donu qaldıraraq əvvələcə sinəsindən, sonra isə dodağından, daha sonra isə donunu qaldırıb cinsiyyət dodağından öpmüşdür. Sonra ondan xoşu gəlməsini demişdir. Qorxduğundan və gücü çatmadığından, həmçinin mənzildən qaçmağın mümkün olmadığından ona heç nə deməmişdir. Həmin vaxt həyətdən anası Güllünün səsi gəlmişdir. Bundan başqa atasının addım səsləri eşidilmişdir. Yusif bunu eşidib və hiss edib mənzildən çıxmağı, evdə olanlar barədə heç kimə heç nə deməməyi və tək olanda mənzilinnə gəlməyi göstəriş vermişdir. Bundan sonra mənzilin qapısından çıxan kimi atası qapının qarışısında görmüşdür. Atası mənzildə nə etməyi barədə sual verəndə ona Yusifin əlindən tutub onu mənzilinə gətirməsini, bədəninin müxtəlif yerlərini öpməsini, bu barədə valideynlərinə heç bir söz deməməyi göstəriş verməsini, həmçinin tək qalanda onun yanına gəlməyini istəməsini dedikdə atası hirslənərək onun qapısını döymüşdür. Yusif qapını açanda qapını birinci örtmək istəsə də, atası qapını itələyib açmışdır. Sonra isə Yusifi döymüşdür. Onu da götürüb evə gəlmişdir. Evdə olanları anasına da danışdıqdan sonra hadisə yerini anası Güllü ilə birlikdə göstərmişdir. Təqsirləndirilən şəxs onunla təbii və ya qeyri təbii yollacinsi əlaqədə olmamış, sadəcə əlindən tutub evinə gətirmiş, bədəninin müxtəlif yerlərindən öpmüşdür. Yusifin ona nə etmək istəməsinin bilmir. Belə şeyləri başa düşmür. Yusfin ona qarşı etdiyi hərəkətin eyib olmasını zənn edib atasına bu barədə demişdir. Həmin gün Yusifdən nəvəsinə aid topu oynamaq üçün istəməmiş və Yusif ona topu göstərməmişdir. Çünki, özünün göy rəngdə topu vardır. Qeyd olunan gün Təqsirləndirilən şəxs onu öpdükdə Yağmur həmin şəxsin kim olmasını soruşduqda ona Yusifin atasının dostu olmasını deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrə uyğun ifadə verərək göstərmişdir ki, fərdi işlərlə məşğul olub ailəsini dolandırır. Arvadı Güllü isə «Express Bank»ın Mingəçevir filialında işləyir. Aylin və Fərid adında övladları vardır. Yay tətillərində arvadı Güllü hər gün səhər saat 09-da işə getdikdən sonra uşaqlara saat 10-11-ə qədər özü baxır. Sonra isə öz işlərinin dalı ilə gedəndən sonra nahara kimi uşaqları düşüb həyətdə digər uşaqlarla birlikdə oynayıb analarının işdən evə gəlməsini gözləyirlər. Uşaqlar analarını gözləyən zaman həyətə düşən başqa uşaqlarla oyun oynayırlar. Təqsirləndirilən şəxs binada başqa blokda yaşayır. Onu həyətdə görsə də, sonradan 03 sentyabr 2023-cü il tarixdə tanımışdır. Qızı Aylinin deməsindən 02 sentyabr 2023-cü il tarixdə Aylin uşaqlarla oynayan zaman Yusif yanlarına gəlib Aylini qucağına götürüb üzündən öpərək «allah səni kəsməsin!» kəlməsini deyərək onlarla futbol oynamağa başlamasını, futbol oynayan zaman içkili olduğundan büdrəyərək yıxılmasını öyrənmişdir. Bundan sonra o, ayağa qalxıb evinə getmişdir. Səhəri gün yəni, 03 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində evdə olan zaman arvadı Güllü eyvandan qızı Aylini səsləmişdir. Aylin cavab verməyəndə arvadı qonşuluqdakı Yağmuru çağırıb Aylinin harada olmasını soruşanda Yağmur «Aylini bir nəfər baba evə apardı!» sözünü işlətmiş, həyacanlı olaraq arvadına «bir dənə baba kimdir?» sualını verəndə arvadı «o bir baba qonşuluqda yaşayan Yusif kişi ola bilər!» deyə-deyə qızını səsləmişdir. Aylinin cavab vermədiyini görüb Yusifin evinə tərəf getmişdir. Yusifin yaşadığı bloka daxil olub ikinci mərtəbəyə qalxanda qızının Yusifin mənzilindən çıxaraq qapını örtdüyünü görmüşdür. Qızının qolundan tutaraq tanımadığı adamın evində nə etdiyini soruşduqda Yusifin əlindən tutub onu mənzilinə gətirməsini üzündən, dodağından və boğazından öpməsini, bu barədə valideynlərinə heç bir söz deməməyi göstəriş verməsini, həmçinin tək qalanda onun yanına gəlməyi istəməsini açıqlamışdır. Bərk hirslənib Yusifin mənzilin qapısını döymüş, Yusif qapını açanda onu görüb tez örtmək istəmişdir. Həmin vaxt onun ağzından spirtli içki iyi də gəlmişdir. Yusfin onu içəri buraxmamaq istəməməsi artıq şübhə yaratmışdır. Güc tətbiq edib qapını itələyərək açmış. İçəri daxil olaraq əlləri və ayaqları ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Sonra isə evə gəlmişdir. Az müddət keçmiş polis əməkdaşları gəlib onu şöbəyə aparmışlar. Orada artıq hər şeyin bəlli olmasını görüb polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan isə Yusifin əvvəlcə qızını eyvandan çağırıb evinə dəvət etməsini, qızı mənzilə çıxmaqdan imtina etdikdə isə düşüb onun əlindən tutaraq mənzilə aparmasını, orada öz koftasını soyunaraq qızını divana əyləşdirib dodağından, sinəsindən və cinsiyyət dodağından öpməsini, qızına o və arvadı evdə olmayanda yanına gəliməyini, baş verənlər barədə kimsəyə bir söz deməməyini tapşırması ona bəlli olmuşdur. Sonradan qızı iştirakı ilə videoçəkilişlə dindirilmişdir. Təqsirləndirilən şəxs sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirməyinizin səbəbi qızı Aylini zorla evinə aparıb, qızının azyaşlı və köməksiz vəziyyətdə olmasından istifadə edərək qızına qarşı seksual xarakterili digər zorakılıq hərəkətləri etməsi olmuşdur. Təqsirləndirilən şəxs qızı ilə təbii və ya qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. Yusif qızının dodağından, sinəsindən və cinsiyyət dodağından öpmüşdür. Qızını döyməyibdir, sadəcə əlindən tutub mənzilinə aparmışdır. Qızı Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətlərin faktiki xarakterini dərk etməmişdir. Təqsirləndirilən şəxs həmin gün qızının ondan nəvəsinə aid topu oynamaq üçün istədikdə topu Aylinə göstərməsi, qızının isə topun boş olmasını görüb topu götürməyərək yenidən həyətdə oynamağa davam etməsi söhbətləri yalandır. Qızının onun mənzilindən çıxmasını öz gözləri ilə görmüşdür. Həyətdə olacağı halda Yağmurdan qızının yerini soruşmağa heç bir ehtiyac olmamasına əmindir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrə uyğun ifadə verərək göstərmişdir ki, «Express Bank»ın Mingəçevir filialında böyük mütəxəssis vəzifəsində işləyir. Əri Nemət isə fərdi evlərdə təmir işləri görür. Birgə nikahdan Aylin və Fərid adında iki azyaşlı övladları vardır. Adəti üzrə yay tətilləri zamanı hər gün səhər saat 09:00-da işə getdikdən sonra uşaqlara saat 10-11-ə qədər əri Nemət baxır. Nemət öz işlərinin ardınca gedəndən sonra nahara qədər uşaqları düşüb həyətdə digər uşaqlarla birlikdə oynayıb onun işdən evə gəlməyini gözləyirlər. Təqsirləndirilən şəxs binada başqa blokda yaşayır. Onu bir neçə dəfə həyətdə görsə də, ilkin vaxtlar onu tanımamışdır. Sonradan 03 sentyabr 2023-cü il tarixdə məlum hadisələrdən sonra onu tanımışdır. Qızı Aylinin evdə danışmasından 02 sentyabr 2023-cü il tarixdə Aylin uşaqlarla oynayan zaman Yusif yanlarına gəlib qızı Aylini qucağına götürüb üzündən öpərək «allah səni kəsməsin!» deməsini, onlarla futbol oynamağa başlamasını futbol oynayan zaman içkili olduğundan büdrəyərək yıxılmasını, ayağa qalxıb evinə getməsini öyrənmişdir. Səhəri gün yəni, 03 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində ev işləri ilə məşğul olan zaman Aylini həyətdə görməyərək eyvandan qızını səsləmişdir. Aylin cavab verməyəndə Yağmuru səsləyib Aylinin harada olmasını soruşanda Yağmur yaşadıqları mənzilin eyvanından cavab verərək «onu bir nəfər baba evə apardı!» sözünü işlədəndə bunu əri Nemət də eşidib həyacanlı olaraq «bir dənə baba kimdir?» soruşduqda ona təxminən «o bir baba qonşuluqda yaşayan Yusif kişi ola bilər!» demişdir. Qızının cavab vermədiyini görən əri Nemət Yusifin evinə tərəf getmişdir. Aradan 10 dəqidən çox vaxt keçmiş Nemətlə Aylin evə daxil olmuşlar. Həmin vaxt Nemət həyacanlı olmuşdur. Nemətdən nə baş verməsini soruşanda o, bütün baş verənləri danışmışdır. Onun və qızı Aylinin danışdıqlarından əri Nemətin Yusifin yaşadığı bloka daxil olub ikinci mərtəbəyə qalxanda qızının Yusifin evindən çıxmasını görməsi, Aylinin qolundan tutaraq tanımadığı adamın evində nə etdiyini soruşduqda Aylinin Yusifin onun əlindən tutub mənzilinə gətirməsini, otağa salıb divanda əyləşdirdikdən sonra donun çıxarıb üzündən, dodağından və cinsiyyət dodağından öpməsini, bu barədə valideynlərinə heç bir söz deməməyi göstəriş verməsini, həmçinin tək qalanda onun yanına gəlməyi istəməsini ərinə deməsini öyrənmişdir. Əri qızının danışıqlarından bərk hirslənib Yusifin mənzilinin qapısını döymüşdür. Yusif qapını açanda ərini görüb qapını tez örtmək istəmişdir. Yusifin onu içəri buraxmamaq istəməməsi artıq şübhə yaratmışdır. Nemət güc tətbiq edib qapını itələyərək açmışdır. Nemət içəri daxil olaraq əlləri və ayaqları ilə Yusifin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Sonra isə qızını da götürüb evə gəlmişdir. Az müddət keçmiş polis əməkdaşları gəlib ərini şöbəyə aparmışlar. Orada artıq hər şeyin bəlli olmasını görüb o, da polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan isə qızının onun iştirakıyla izahatı alınmışdır. İzahatı alınan zaman Yusif kişinin əvvəlcə qızını zibil atmağa gedən zaman görüb üzündən öpməsi, sonra isə evə çıxaraq eyvandan çağırıb mənzilinə dəvət etməsi, Aylin imtina etdikdə isə yanına gələrək onun əlindən tutaraq mənzilə aparması, orada öz koftasını soyunaraq qıznı divana əyləşdirib dodağından, sinəsindən və cinsiyyət dodağından öpməsi, əri Nemətin gəlməsini hiss edərək qızına o və əri evdə olmayanda yanına gəliməyini, baş verənlər barədə kimsəyə bir söz deməməyi tapşırıb mənzildən buraxmasını bir daha dəqiqləşdirmişdir. Sonradan qızı onun iştirakı ilə videoçəkilişlə hadisə yerində baxış keçirilməsində iştirak etmiş, işi ilə bağlı istintaqa gedə bilmədiyi üçün Alin əri Nemətin iştirakı ilə videoçəkilişlə dindirilmişdir. Sonradan əri Nemət Yusifə xəsarət yetirdiyindən məsuliyyətə cəlb olunduğuna görə qızına qanuni nümayəndə təyin olunmuşdur. Əri Şahid1 Təqsirləndirilən şəxs sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirməyinin səbəbi qızı Aylini zorla evinə aparıb qızının azyaşlı və köməksiz vəziyyətdə olmasından istifadə edərək qızına qarşı seksual xarakterli əxlaqsız hərəkətlər etməsi olmuşdur. Təqsirləndirilən şəxs qızı ilə təbii və ya qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. Onun dodağından, sinəsindən və cinsiyyət dodağından öpmüşdür. Qızını döyməyibdir, sadəcə mənzilə çıxmaqdan imtina etdikdən sonra əlindən tutub evinə gətirmişdir. Köməksiz vəziyyətindən də istifadə edib ona qarşı seksual xarakterli əxlaqsız hərəkətlər etmişdir. Qızı Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətlərin faktiki xarakterini dərk etməmişdir. Ağlı hələ o dərəcədə inkişaf etməmişdir ki, bu cür münasibətləri başa düşsün. Təqsirləndirilən şəxs ifadəsində qızının ondan nəvəsinə aid topu oynamaq üçün istədikdə topu Aylinə göstərməsi, qızının isə topun boş olmasını görüb topu götürməyərək yenidən həyətdə oynamağa davam etməsi yalandır. Hər şey onun və qızının dediyi kimi baş vermişdir. Nemət Aylinin onun evindən çıxmasını gözləri ilə görmüşdür. Qızının öz topu vardır. Başqasından da top istəməyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı mütəxəssis (müəllim) və qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Mingəçevir şəhəri 3 saylı orta məktəbin 3 D sinifində oxuyur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onunla eyni binada yaşayırlar. Onlar qonşudurlar. Aylinlə eyni məktəbdə oxusalar da, Aylin azərbaycan, o isə rus sektorunda təhsil alır. O, tez-tez həyətdə onunla və sonuncunun qardaşı Fəridlə oynayır. 03 sentyabr 2023-cü il tarixdə saat təxminən 17 radələrində həyətdə Aylinlə oynayan zaman onun qardaşı Fərid evə çıxmış, həyətdə isə Aylinlə oynamışdır. Həmin vaxt Yusif yanından keçərək zibil aparıb atandan sonra gəlib Aylini qucaqlayaraq üzündən öpüb getmişdir. Yusif kişi Aylini öpüb gedəndə Aylindən onun kim olmasını soruşduqda Yusifin xx.xx.2023-cü il tarixdə onunla futbol oynamasını demişdir. Sonra isə 2-ci mərtəbdə Yusifin Aylini əli ilə çağırmasını görüb həmin kişini kim olmasını bir də soruşanda Aylin onun atasının dostu olmasını demişdir. Həmin vaxt Yusif kişi pəncərədən ona əl edə-edə evinə çağırdıqda bunu görüb qorxudan Aylindən aralanıb qaçaraq blokun qarşısındakı skameykda oturmuş və həmin tərəfə baxmamışdır. Sonra isə başını qaldırıb Aylinlə dayandığı və Yusifin onu çağırdığı yerə baxanda artıq Aylini orada görməyib daha da qorxmuş, evə çıxıb Aylinin həyətdə görmədiyini onun validenylərinə demək istəsə də, atası Nemət evdə olduğundan utanıb öz evlərinə çıxmışdır. Anası qapını açandan sonra evə girmişdir. Sonra isə anası Güllünün qızı Aylini və onu səsləməsini eşidərək eyvana çıxmışdır. Ona «bir baba Aylinə əl edib evinə çağırdı» dedikdən sonra Güllü «qızımızı oğurladılar!» ifadələrini işlətmişdir. Bundan sonra isə atası Nemətin həyətə düşüb Aylini səsləməsini eşitmişdir. Həmin vaxt evdə oturmuşdur. Səhəri gün, Aylinlə həyətdə oynayan zaman Aylin Yusifin onu eyvandan səsləyəndə yanına getmədiyinə görə həyət düşüb əlindən tutaraq onu evinə aparmasını desə də, Yusifin ona nə isə etməsi barədə heç bir söz deməmişdir o, da soruşmamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmin gün Aylin ondan nəvəsinə aid topu oynamaq üçün istədikdə topu ona göstərməsi, topun boş olmasını görüb topu götürməyərək yenidən həyətdə oynamağa davam etməsini bildirməsi yalandır. Belə ki, onun Aylinin qolundan tutub mənzilə aparmasını görməmişdir. Bunu sonradan Aylingildən eşitmişdir. Top məsələsi yalandır. Özlərinin topu vardır. Həmin vaxt topu Aylinin qardaşı Fəridə evə aprması üçün vermişlər. Təqsirləndirilən şəxs Aylinə top göstərməmişdir. Aylini pəncərədən evinə çağıranda qorxub oradan qaçmışdır. Bundan sonra heç Aylinin də həyətdə oynamasını görməmişdir. Əgər o, həyətdə olsa idi, onunla oynayacağı həqiqətə uyğundur. Həmin vaxt heç Aylinlə ondan başqa həyətdə heç kim olmamış, evə çıxanda həyətdə nəinki Aylin heç bir uşaq olmamışdır. Şahid2 qızı Zərərçəkmiş şəxs harada olmasın soruşanda ona «onu bir baba evinə apardı!» cavabını verməsinə gəldikdə həmin vaxt həyəcanlı olduğundan Şahid2 nə deməyini xatırlamır. Yusifin eyvandan Aylini səsləyib mənzilinə çağırmasını görəndən sonra qorxub oradan qaçmışdır. Yusifin Aylinin əlindən tutub mənzilinə aparmasını isə öz gözləri ilə görməmişdir. Bunu Aylindən eşitmişdir. Aylin də hər şeyi düz danışır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat təxminən 17:00 radələrində qonşusu “Şahid1” adlı şəxsin heç bir səbəb olmadan yaşadığı adresə gəlib onu döyərək xəsarətlər yetirdiyini bildirmiş və ona köməklik göstərilməsini xahiş etmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, Şahid1 həmin tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat təxminən 17:00 radələrində qonşuluqda yaşayan “Yusif” adlı şəxsin 2015-ci il təvəllüdlü övladı Zərərçəkmiş şəxs yaşadığı mənzilə salaraq ona qarşı əxlaqsız hərəkətlər etməsini bildirmiş və “Yusif” adlı şəxsin barəsində tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 04 sentyabr 2023-cü il tarixli 916 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (cild 01, iş vər. 12). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 25). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə Mingəçevir ŞPŞ-yə Mingəçevir RMX-dən Mİngəçevir şəhəri 20 Yanvar 37/49 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs döş qəfəsi və sol gözündə əzilmə xəsarətləri alması barədə məlumat verilmişdir (cild 01, iş vər. 36). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə video çəkiliş və fotoçəkiliş tətbiq edilməklə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisənin Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 37/49 ünvanında yerləşən binanın 34 №-li mənzilində yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətlərini əks etdirən foto şəkillər və 01 ədəd DVD diskə köçürülmüş video görüntülər müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 40-48). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Mingəçevir RMX-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli “arayışlar”dan görünür ki, Təqsirləndirilən şəxs sözügedən xəstəxananın psixo-nevroloji və narkoloji dispanserində qeydiyyatda durmur (cild 01, iş vər. 74-75). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 103-104). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 112). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş “ərizə”dən görünür ki, Şahid1 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxs barəsində aparılan cinayət işinə xitam verilməsini xahiş etdiyini bildirmişdir (cild 01, iş vər. 114). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş “ərizə”dən görünür ki, Şahid2 oğlu ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxs barəsində aparılan cinayət işinə xitam verilməsini xahiş etdiyini bildirmişdir (cild 01, iş vər. 116). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 2 X3 daxil olarkən aparılmış tibbi müayinəsi ilə bağlı sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs sol saidin ön nahiyyəsində 01 ədəd kəsilmiş yara, hər iki göz ətrafı nahiyyədə tünd bənövşəyi rəngdə qançır və sol gözün içində hematoma aşkar olunmuşdur. O, xəsarəti xx.xx.2023-cü il tarixdə tutulan zaman aldığını bildirmişdir. Diaqnoz: kəsilmiş yara və qançır (cild 01, iş vər. 121-122). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş izahatın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinin MSY-dən 2 X3 gətirildiyini, həmin təcridxanaya daxil olan zaman təcridxananın həkimi tərəfindən tibbi müyainədən keçirildiyini, tibbi müayinə zamanı hər iki gözünün ətrafında qançır xəsarətlərinin və sol qolunda kəsilmiş yara aşkar olunduğunu, hər iki gözündə olan xəsarətləri xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində yaşadığı evin həyətində cinayət hadisəsi zamanı aldığını, qoluna aşkar edilmiş kəsilmiş yaraları Mingəçevir Şəhər Polis X1rkən istintaqın düzgün aparılmadığına görə etiraz əlaməti olaraq olaraq üzərində olan eynəyin şüşəsini qıraraq həmin şüşə ilə sol qoluna xəsarətlər yetirdiyi bildirmişdir (cild 01, iş vər. 123). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, CM-in 150.3.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:50 radələrində Mingəçevir Şəhər Polis X8 Yerində üzərinə baxış keçirilən zaman hər iki gözünün hematoma xəsarəti aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bu xəsarətin xx.xx.2023-cü il tarixdə qonşusu tərəfindən yetirildiyini bildirmişdir (cild 01, iş vər. 124). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 612 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: sağ 9-cu, sol 8-9-10-cu qabırğalarda az yerdəyişən qapalı sınıqlar, hər iki gözlərinin ətrafında döş qəfəsinin ön səthində sağda, sağ yanağında qançır, sol gözünün ağlı qişasında qansızma küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan, sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan digər xəsarət: sol biləyin bükümə mil əzələ vətərinin tam kəsilməsi iti əşyanın, ola bilsin şüşənin kəsici kənarının təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundur, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan, sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Xəsarət özünün bədənində əli çatan nahiyyəsində, özü tərəfindən yetirilə bilər (cild 01, iş vər. 125-126). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs sol biləyinə şüşə parçası ilə xəsarət yetirməsi barədə daxil olmuş məlumat üzrə Mingəçevir şəhər prokurorluğundan araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır (cild 01, iş vər. 127-128). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 609 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X6 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, tamdır. Zərərçəkmiş şəxs qeyri təbii yolla cinsi əlaqədə olunmanın əlamətləri aşkar 129-131). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 612 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs olunun məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:-sağ 9-cu, sol 8-9-10-cu qabırğalarda az yerdəyişən qapalı sınıqlar, hər iki gözlərinin ətrafında döş qəfəsinin ön səthində sağda, sağ yanağında qançır, sol gözünün ağlı qişasında qansızma küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilimə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozulduğundan, sağlamlığa az ağır zərər vurmaya aiddirlər (cild 01, iş vər. 130-131). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-3/1442 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd donun, bir ədəd köynəyin, bir ədəd şalvarın səthində trasoloji zədə yoxdur (cild 01, iş vər. 173). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Mingəçevir Şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsinin təqdim etdiyi xasiyyətnamə və arayışdan görünür ki, Məmmədov X7 şəhəri 20 Yanvar küçəsi 37/49 mənzil 34 ünvanında yaşayır, oğlu X5 himayəsində saxlayır və yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 247-248). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş materialların məhkəmə lifli ekpretizasının 13 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 6/4881 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edildmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən donun üzərindən aşkar edilmiş qara rəngli poliestr kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər (cild 01, iş vər. 01-06). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 Gəncə Ambulator şöbəsinin 11 oktyabr 2023-cü il tarixli 650 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və (və ya) hərəkətlərini idarə edə bilmişdir, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətdikdən sonra və hal-hazırda psixi xəstəlikdən əzab çəkmir. O, hal-hazırda öz əmlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Aparılmış psixoloji müayinə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlər: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma aşkarlanmışdır. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən adi psixi emosional halda olmuşdur (cild 01, iş vər. 07-10). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 Gəncə Ambulator şöbəsinin 14 noyabr 2023-cü il tarixli 719 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs cinayət əməllərinə məruz qalarkən hər hansı psixi pozuntudan, xəstəlikdən əziyyət çəkməmişdir. Onda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması olmamışdır. Zərərçəkmiş şəxs ona qarşı törədilən qanunsuz hərəkətlərin faktiki xarakterini və mənasını qismən dərk etmişdir. O, ona qarşı törədilmiş əməli «ayıb» deyə xarakterizə edir. Hazırki, mərhələdə Zərərçəkmiş şəxs hər hansı cinayət əməli şamil edilmədiyindən istintaq tərəfindən qoyulmuş 2-ci sualın son hissəsinə (o, anlaqlı olmuşdurmu?) cavab vermək mümkün deyildir. Zərərçəkmiş şəxs cinayət əməli törədildikdən sonra, hal-hazırda psixi xəstəlikdən əziyyət çəkmir. O, baş vermiş hadisənin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək iqtidarında deyildir. Hazırki mərhələdə Zərərçəkmiş şəxs qarşı hər hansı cinayət əməli şamil edilmədiyindən məcburi müalicəyə ehtiyacı olubolması sularına cavab vermək mümkün deyildir. Aparılmış psixoloji müayinə aşağıdakı nəticələri vermişdir:
1. Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma.
2. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətindədir.
3. Zərərçəkmiş şəxs baş vermiş hadisələri baş vermiş hadisələri qismən qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiliyyətindədir.
4. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkətlər etməyə və ifadə verməyə meyilli deyildir.
5. Zərərçəkmiş şəxs hadisələri və şəxsləri özündən uydurmağa meyilli deyildir.
6. Zərərçəkmiş şəxs psixi, yaş xüsusiyyətlərindən, intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını qismən anlaya bilər o, həmin hərkətləri «ayıb» deyə xarakterizə edir.
7. Zərərçəkmiş şəxs psixi, yaş xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətində olmamışdır (cild 01, iş vər. 11- 14). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığından onun barəsində CMin 298-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir (cild 02, iş vər. 62-71). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları (ekspertiza rəyini) və irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Şahid1 və onun azyaşlı qızı Aylini eyni binada yaşasa da, əvvəllər onları tanımamışdır. Onlarla aralarında hər hansı ədavət və ya qohumluq əlaqəsi olmamış, qonşu kimi münasibətləri yaranmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. İşin mübahisəli hallarına gəldikdə isə qeyd edilməlidir ki, ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən binanın 34 nömrəli mənzilində olarkən binanın həyətində oynayan və qonşuluğunda yaşayan, on dörd yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs gördükdə, ona qarşı şəfqət hisləri oyanmış, ona görə də onu yaşadığı mənzilin pəncərəsindən səsləyərək mənzilinə gəlməsini təklif etmiş, Zərərçəkmiş şəxs bundan imtina etdikdə o, həyətə düşərək Zərərçəkmiş şəxs əlindən tutub, sonuncunun azyaşlı olduğuna görə hər hansı bir müqaviməti ilə üzləşməyəcəyini yəqin bildiyi halda, yaşadığı ünvan 2 ünvanında yerləşən binanın 34 nömrəli mənzilinə aparılmasına nail olub, orada qonaq otağına keçirmiş, yaş xüsusiyyətləri, intellektual inkişaf səviyyəsinə görə ona qarşı törədilən qanunazidd əməlin faktiki xarakterini və mənasını qismən dərk etməklə, ona qarşı törədilmiş əməlin mənasını «ayıb» kimi qiymətləndirən, habelə psixi, yaş xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətində olmayan, bununla da Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olmasından istifadə edərək, onu mənzilin qonaq otağında olan divana əyləşdirib, cinsi ehtirasını ödəmək məqsədi ilə ilkin olaraq Zərərçəkmiş şəxs dodaqlarından öpmüş, sonra əynindəki donunu bir qədər aşağı hissədən yuxarı qaldırıb, sinəsindən və cinsiyyət orqanından öpüb, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Yuslif Məmmədov irəli sürülmüş ittihamla razılaşmayaraq və həmin ittihamı bütövlükdə mübahisələndirərək bildirmişdir ki, o, Aylini tanımır, sonuncuya qarşı cinayət törətməmiş, ibtidai istintaq orqanı ona qarşı qərəzli olmaqla azyaşlı Zərərçəkmiş şəxs həqiqətə uyğun olmayan verdiyi məlumatlar əsasında ona qanunsuz və əsassız ittiham elan etmiş, ona görə də ona qarşı irəli sürülmüş ittiham qanunsuz və əsassızdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını, eləcə də ittihamın şər və böhtandan ibarət olmasını onunla əsaslandırmışdır ki, o, mağazadan çörək alıb gələrkən iki balaca qız uşağının tum yediyini görmüş və onlara irad tutmuşdur. Zərərçəkmiş şəxs ona yaxınlaşaraq nəvəsinin topunu istəmiş və o, həmin topu evdən götürərək Aylinə atasının həmin topu doldurmasını bildirmiş, Zərərçəkmiş şəxs isə topu istəməyərək geri qayıtmışdır. Bundan sonra Aylinin atası Neymət Məmmədov onun evinə gələrək onu döymüşdür. Göstərilənlərə görə də onun nə Neymət Məmmədovun ailə üzvləri ilə, nədə ki, Zərərçəkmiş şəxs ilə hər hansı bir münasibəti olmamış və onun barəsində əsasız olaraq cinayət məsuliyyətinin başlanmasına səbəb Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşlarını görür. Təqsirləndirilən şəxs yuxarıda göstərilən məzmunda ifadə verməklə ittihamı mübahisələndirsə də, iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, həmçinin iddia etdiyi halların həqiqət olmasını sübuta yetirə bilməmişdir. Bunun əksinə olaraq yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, şahidlər Neymət Məmmədov, Şahid2, eləcə də yetkinlik yaşına çatmayan Şahid3 məhkəmə istintaqında ifadə verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən binanın 34 nömrəli mənzilində olarkən binanın həyətində oynayan və qonşuluğunda yaşayan, Zərərçəkmiş şəxs gördükdə, ona görə də onu yaşadığı mənzilin pəncərəsindən səsləyərək mənzilinə gəlməsini təklif etmiş, Zərərçəkmiş şəxs bundan imtina etdikdə o, həyətə düşərək Zərərçəkmiş şəxs əlindən tutub yaşadığı ünvan 2 ünvanında yerləşən binanın 34 nömrəli mənzilinə aparmış, orada qonaq otağına keçirmiş, yaş xüsusiyyətləri, intellektual inkişaf səviyyəsinə görə ona qarşı törədilən qanunazidd əməlin faktiki xarakterini və mənasını qismən dərk etməklə, ona qarşı törədilmiş əməlin mənasını «ayıb» kimi qiymətləndirən, habelə psixi, yaş xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətində olmayan Zərərçəkmiş şəxs mənzilin qonaq otağında olan divana əyləşdirib ilkin olaraq Zərərçəkmiş şəxs dodaqlarından öpmüş, sonra əynindəki donunu bir qədər aşağı hissədən yuxarı qaldırıb, sinəsindən və cinsiyyət orqanından öpərək Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv tərəfinə aid olan hərəkətləri icra etmişdir. Cinayət işi üzrə keçirilmiş Materialların məhkəmə lifli ekpretizasının 13 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/4881 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edildmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən donun üzərindən aşkar edilmiş qara rəngli poliestr kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Beləliklə, yuxarıda göstərilən nəticəni həm məcmu, həm də ayrı-ayrılıqda yoxlayıb və hüquqi qiymət verib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 03 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən binanın 34 nömrəli mənzilində olarkən binanın həyətində oynayan və qonşuluğunda yaşayan, on dörd yaşına çatmayan - xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs gördükdə, ona qarşı şəfqət hisləri oyanmış, ona görə də onu yaşadığı mənzilin pəncərəsindən səsləyərək mənzilinə gəlməsini təklif etmiş, Zərərçəkmiş şəxs bundan imtina etdikdə o, həyətə düşərək Zərərçəkmiş şəxs əlindən tutub, sonuncunun azyaşlı olduğuna görə hər hansı bir müqaviməti ilə üzləşməyəcəyini yəqin bildiyi halda, yaşadığı ünvan 2 ünvanında yerləşən binanın 34 nömrəli mənzilinə aparılmasına nail olub, orada qonaq otağına keçirmiş, yaş xüsusiyyətləri, intellektual inkişaf səviyyəsinə görə ona qarşı törədilən qanunazidd əməlin faktiki xarakterini və mənasını qismən dərk etməklə, ona qarşı törədilmiş əməlin mənasını «ayıb» kimi qiymətləndirən, habelə psixi, yaş xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətində olmayan, bununla da Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olmasından istifadə edərək, onu mənzilin qonaq otağında olan divana əyləşdirib, cinsi ehtirasını ödəmək məqsədi ilə ilkin olaraq Zərərçəkmiş şəxs dodaqlarından öpmüş, sonra əynindəki donunu bir qədər aşağı hissədən yuxarı qaldırıb, sinəsindən və cinsiyyət orqanından öpüb, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Belə olduğu təqdirdə məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif edir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət hüququ nəzəriyyəsinə görə seksual xarakterli zorakılıq hərəkətləri – cinsi ehtirası pozğun formada təmin etməyə yönələn hərəkətləri ehtiva edir. Bu cinayətin obyektiv cəhəti fiziki zor tətbiq etməklə hədələmə və ya belə bir zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərin edilməsində ifadə olunur. Burada fiziki zor tətbiq etmə dedikdə, qadının, onun yaxın qohumu olan şəxsin əl-qolunu, ayaqlarını bağlamaqla, döyməklə, bədənin müxtəlif nahiyələrinə zərbələr endirməklə, habelə sair fiziki ağır yetirməklə zərərçəkmiş şəxsə seksual xarakterli zorakılıq hərəkətlərin edilməsi başa düşülür. Zor tətbiq etməklə hədələmə isə zərərçəkmiş şəxsə, onun yaxın qohumlarına fiziki zor tətbiq ediləcəyi ilə onları qorxutmada ifadə oluna bilər. Hədə sözlə bildirilməklə, yaxud silah nümayiş etdirməklə və sair formada həyata keçirilə bilər. Zor tətbiq etməklə hədələmə zərərçəkmiş şəxsin göstərəcəyi müqaviməti əvvəlcədən neytrallaşdırmağa yönəlir. Tətbiq edilən hədə real və bilavasitə həyata keçirilə bilən olmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasında həmin əməl törədilən vaxt 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxs ilə barışması və yaşının çox olması Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 150.3.3-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 sentyabr 2023-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Mingəçevir şəhər Polis şöbəsinin saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd üzərində göy, çəhrayı, ağ, yaşıl və s. rəngdə gül təsvirləri olan, ön hissəsində dörd ədəd düyməyə malik don, həmçinin Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd göy rəngli, bir döş cibə malik, yaxalıq hissədə iki düymə ilgəyi olan qısaqol köynək və 1 (bir) ədəd qara rəngli, üzərində ağ rəndə yazıları olan, iki yan cibə malik idman şalvarı məhv edilməlidir. İş üzrə 166 (yüz altmış altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Mingəçevir ŞPŞ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd üzərində göy, çəhrayı, ağ, yaşıl və s. rəngdə gül təsvirləri olan, ön hissəsində dörd ədəd düyməyə malik don, həmçinin Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd göy rəngli, bir döş cibə malik, yaxalıq hissədə iki düymə ilgəyi olan qısaqol köynək və 1 (bir) ədəd qara rəngli, üzərində ağ rəndə yazıları olan, iki yan cibə malik idman şalvarı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 166 (yüz altmış altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Tural Əfəndizadə
Hakimlər: Bilal Məmmədov
Xaliq Məmmədov