Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-94/2022 12.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1984-cü ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16.03.2006-cı tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 120.2.1-ci maddəsi ilə təqsirli bilinib 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Mingəçevir şəhər Məhkəməsinin 11.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yevlax rayonu Marzılı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 3400 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuananı əldə edərək yaşadığı Yevlax rayonu Havarlı ərazi dairəsinin Marzılı kəndində yerləşən fərdi yaşayış evində yataq otağında çarpayının alt hissəsində saxlamış, DİN-nin BNMİ-nin X8 Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 20 oktyabr 2021-ci il tarixdə saat 1530 dəqiqədən saat 1555 dəqiqəyədək olan müddət ərzində Marzılı kəndində yerləşən həmin evə videoçəkilişlə keçirilmiş baxış zamanı yataq otağındakı çarpayının alt hissəsində bir ədəd sintetik kisədə Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə əldə edib saxladığı cəmi külli miqdarda 3400 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları onun yaşadığı evə basqın edərək evdə olan hər şeyi dağıtmağa başlamış, sonra isə anasını döymüşlər. Onun yaşadığı evdə qurudulmuş marixuana olmamış, evində tapılan narkotik vasitəni polis əməkdaşları onun evinə qoymuşlar. Anasına qarşı təzyiq olduğuna görə evində aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını boynuna almış, hadisə baş verən zaman evində 1 qram heroin olsa da polis əməkdaşları onu saxladıqdan sonra həmin narkotik vasitə yoxa çıxmışdır. Polis əməkdaşları ilə heç bir qərəzli münasibətləri olmamış, sonuncuların təzyiqi altında narkotik vasitənin özünə məxsus olmasına dair ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən bir həftə əvvəl Yevlax rayonu Varvara kəndindən yaşadığı kəndə gələrkən yolun kənarından 1 ədəd sintetik torba görərək həmin torbanı açıb içərisinə baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş və özü istifadə etmək üçün aparıb yaşadığı evdə yataq otağında çarpayının alt hissəsində gizlətmişdir. 20 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evin həyət darvazası döyüldükdən sonra darvazanı açan zaman qapını döyən şəxslərin Narkotiklərlə Mübarizə Baş İdarənin Qərb X5 əməkdaşları olduğunu görmüş, polis əməkdaşları ona narkotik vasitələrin saxlamasında və satışında şübhəli olduğunu deyərək evə baxış keçirmək istədiklərini bildirmişlər. Yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmış, həmin vaxt bir nəfər polis əməkdaşı da videokamera vasitəsi ilə çəkiliş aparmışdır. Polis əməkdaşlarını yaşadığı evdə yataq otağına apararaq yataq otağında çarpayının alt hissəsində saxladığı 1 ədəd sintetik kisədə olan qurudulmuş marixuananı təqdim etmişdir. Polis əməkdaşları həmin sintetik kisənin ağzını açaraq içərisindəki kütləyə baxaraq sintetik kisə ilə birlikdə elektron tərəzidə çəkmiş, çəkisi 3395 qram olmuşdur. Sonra həmin kisədəki narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, aşkar olunan narkotik vasitəni şəxsi istehlak məqsədilə saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Müabrizə Baş İdarəsinin Qərb X5 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləyən Şahid1 Xəqani oğlu ifadəsində göstərmişdir ki, 20 oktyabr 2021-ci il tarixdə Yevlax rayonu Marzılı kəndində yaşayan qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edərək yaşadığı evdə saxlaması, həmin narkotik vasitənin istehlakı və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsaında BNMİnin Qərb X4 sürücü-polis nəfəri işləyən Şahid2, operator-polis nəfəri işləyən Şahid3 və təhqiqatçı Şahid4 ibarət təhqiqat-əməliyyat qrupu ilə birlikdə saat 15 radələrində Yevlax rayonu Marzılı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə gedərək qapını açmış Aqilə özlərini təqdim etdikdən sonra videoçəkiliş vasitəsilə evinə baxış keçiriləcəyini bildirmişlər. Aqil evinə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə etirazı olmadığını bildirirək bu barədə ərizə yazmış, bundan sonra baxış keçirilən zaman Təqsirləndirilən şəxs yataq otağında çarpayının alt hissəsindən 1 ədəd sintetik kisəni çıxardıb təqdim edərək həmin kisədə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs və sonuncunun ailə üzvlərinə qarşı heç bir zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə Baş İdarəsinin Qərb X4 sürücü-polis nəfəri işləyən Şahid2 və operator-polis nəfəri işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 Xəqani oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 21 oktyabr 2021-ci il tarixli 16/1114 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş, 01 (bir) ədəd sintetik kisədə, təmiz çəkisi – 3400 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli 1471 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16.03.2006cı tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 120.2.1-ci maddəsi ilə təqsirli bilinib 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Mingəçevir şəhər Məhkəməsinin 11.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli qərarı ilə 02 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuş, 09.09.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. CM-in 18.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusilə ağır cinayətə görə cəzasını çəkib qurtardığı gündən səkkiz ildən az vaxt keçdiyinə görə onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi müəyyən olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Marzılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş 20 oktyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Yevlax rayon məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması, evində 1 qram heroin olması, aşkar olunmuş narkotik vasitə olan marixuananın təzyiq altında özünə məxsus olmasını bildirməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs video çəkilişlə aparılan baxış zamanı və şübhəli şəxs kimi dindirilərkən heç bir kənar təsir olmadan aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, həmin ifadələrində narkotik vasitəni satış məqsədi olmadan şəxsi istehlak məqsədilə saxladığını bildirmişdir. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, təqsirləndirilən şəxs Narkotiklərlə Mübarizə Baş İdarəsinin X8 Şöbəsi tərəfindən materiallar Yevlax rayon Polis Şöbəsinə verilən zaman, həmçinin Yevlax rayon Polis Şöbəsində də təqsirləndirilən şəxs kimi dindirilən zaman və barəsində Yevlax rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilən zaman da artıq iddia etdiyi kimi onu tutmuş polis əməkdaşlarının ona təsir imkanlarının olmadığı vaxtda eyni məzmunlu ifadə vermişdir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həmin ifadəsinə tənqidi yanaşaraq onun ibtidai araşdırma zamanı verdiyi ifadəsinin işin hallarına daha uyğun gələn ifadə kimi qəbul edir. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı narkotik vasitəni satış məqsədi olmadan saxlamasına dair hissədə də tənqidi yanaşaraq həmin ifadəni özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Çünki təqsirləndirilən şəxs tərəfindən 3400 qram miqdarında marixuananın şəxsi istehlak üçün saxlanılmasına dair dəlilləri məhkəmə üçün inandırıcı görünmür. Yuxarıda göstərilən səbəblərə görə məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən oğlunun cəzasını ağırlaşdıran hal cinayətlərin xüsusilə təhlükəli residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə nəzərə alır ki, CM-in 65.2-ci maddəsinə əsasən xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiriləməməli, cəzasının əvvəli həbsə alındığı 20 oktyabr 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.4-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 30,40 AZN (otuz manat qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 oktyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 30,40 AZN (otuz manat qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 3399,8 qram qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-94/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-94/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver