Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-94/2023 06.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Zərəçəkmiş şəxsin hüquqi varisi X5 iştirakları ilə, xx xxxx 1989-cu ildə Balakən rayonu, Sarıbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Balakən rayonu, Sarıbulaq kəndində qeydiyyatda olmaqla Tərtər rayonu, Kəbirli kəndində yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili sürücülük hüququ olmadan idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına və zərərçəkmiş şəxs X1 ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə saat 02:56 radələrində Şəki-Qax avtomobil yolunun Qax rayonunun Qanlıqobu adlanan ərazisindən keçən 28-ci kilometrliyində, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə etdiyi VAZ-21099 markalı, **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə 82.9 km/saat sürətlə Qax şəhəri istiqamətindən Şəki rayonu istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hisəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək idarəetməni itirib avtomobili yolun sağ kənarında yerləşən radar qurğusunun dayağına vurmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi VAZ-21099 markalı avtomobilin salonunda olan sərnişlər Zərərçəkmiş şəxs “sağ qaşüstü nahiyədə və hər iki diz oynaqları nahiyəsində sıyrıqlar, sağda İİ-İİİ qabırğaların qapalı yerdəyişməyən sınığı” ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, X2 isə “sağ alın-təpə və sağ göz qapaqlarının əzilmişcırılmış yarası, sağ alın təpə-gicgah sümüklərinin basılmış qəlpəli sınıqları, sərt qişanın cırılması, baş beynin əzilməsi, qansızması və beyin detritlərinin evakuasiyası ilə müşayiət olunan ağır açıq kəllə beyin travması, sağ said sümüklərinin sınığı, ağciyələrin kontuziyası, pnevmotoraks ilə” müşayiət edilən və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətləri yetirmiş və sonuncu aldığı xəsarətlərdən 14 noyabr 2022-ci il tarixdə təxminən saat 14:25 radələrində Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasında ölmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünə məxsus olan və sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ-21099 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətə başlamazdan əvvəl avtomobilin saz vəziyyətdə olub-olmadığı yoxlamış, avtomobildə heç bir texniki problem olmamış və avtomobil tam saz vəziyyətdə olmuşdur. Həmin avtomobil ilə 13 oktyabr 2022-ci il tarixdə saat 02:00 radələrində arvadı Rəqsanə Həsənova, övladları Şahid2, Yusif Sabirov, Şahid3, qaynanası Şahid1 və həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə Balakən rayonu, Sarıbulaq kəndindən çıxıb yaşadıqları Tərtər rayonu, Kəbirli kəndinə qayıdan zaman qaynanası Şahid1 avtomobilin ön oturacağında, arvadı Rəqsanə Həsənova, övladları Şahid2, Yusif Sabirov, Şahid3 və həmkəndlisi Zərərçəkmiş şəxs isə avtomobilin arxa oturacağında əyləşmişlər. Həmin tarixdə saat 03 radələrində Qax rayonunda yerləşən Qanlıqobu adlanan ərazidə təxminən 60-70 km/saat sürətlə hərəkətdə olan zaman yolun kənarında yerləşən nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan radar qurğusuna az qalmış avtomobilin qabaq sağ təkəri partlamış, o, idarəetməni itirmiş, bu zaman əyləci sıxmamış, nəticədə avtomobil yolun sağ kənarına doğru istiqamətlənərək radarın quraşdırıldığı dirəyə dəyib dayanmışdır. Hadisə nəticəsində o, Rəqsanə Həsənova və Zərərçəkmiş şəxs xəsarət almışlar və bundan sonra hadisə yerinə gəlmiş polis və X18 Stansiyasının əməkdaşları xəsarət almış şəxsləri Qax Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Sonradan arvadı Rəqsanə Həsənova xəstəxanada vəfat etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 oktyabr 2022-ci il tarixdə saat 02:00 radələrində həmkəndliləri Rəqsanə Həsənova, Şahid2, Yusif Sabirov, Şahid3, Şahid1 və Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun idarə etdiyi VAZ-21099 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən rayonu, Sarıbulaq kəndindən çıxıb yaşadıqları Tərtər rayonu, Kəbirli kəndinə qayıdan zaman o, Rəqsanə Həsənova, Şahid2, Yusif Sabirov və Şahid3 avtomobilin arxa oturacağında, Şahid1 isə avtomobilin ön oturacağında əyləşmişdir. Həmin gün saat 03 radələrində avtomobildə yatmış vəziyyətdə olduğu üçün hadisəni görməmiş, yuxudan ayıldıqda isə artıq xəstəxanada olması ona məlum olmuşdur. Orada olan zaman tibb bacısından nə baş verdiyini soruşmuş, sonuncu əyləşdiyi avtomobilin yol-nəqliyyat hadisəsi törətdiyini ona bildirmiş və sonradan isə Təqsirləndirilən şəxs hadisə zamanı avtomobilin idarəetməsini itirdiyini öyrənmişdir. Hadisə nəticəsində o da xəsarət almasına baxmayaraq, təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində göstərmişdir ki, əyləşdikləri avtomobil ilə Qax rayonunda yerləşən Qanlıqobu adlanan ərazidə 60-70 km/saat sürətlə hərəkətdə olan zaman avtomobilin qabaq sağ təkəri partlamış, nəticədə avtomobil yolun sağ kənarına doğru istiqamətlənərək radarın quraşdırıldığı dirəyə dəyib dayanmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum Rəqsanə Həsənova onun qızıdır. 13 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində qızı Rəqsanə Həsənova kürəkəni Təqsirləndirilən şəxs məxsus və sonuncunun idarə etdiyi VAZ-21099 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmkəndlisi Zərərçəkmiş şəxs, nəvələri Şahid2, Yusif Sabirov və Şahid3 və arvadı Şahid1 ilə birlikdə Balakən rayonundan Tərtər rayonuna qayıdan zaman Qax rayonunda yerləşən Qanlıqobu adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə qızı Rəqsanə Həsənova xəsarət aldığından əvvəlcə Qax Rayon Mərkəzi Xəstəxanasında, daha sonra isə Bakı şəhərində yerləşən Respublika Klinik xəstəxanasında müalicə olunmuş, aparılmış tibbi müdaxilələrə baxmayaraq qızı Rəqsanə Həsənova 14 noyabr 2022-ci il tarixdə Respublika Klinik Xəstəxanasında vəfat etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. 13 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində qızı Rəqsanə Həsənova, nəvələri Şahid2, Yusif Sabirov və Şahid3, həmkəndlisi Zərərçəkmiş şəxs və kürəkəni Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun idarə etdiyi VAZ-21099 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən rayonu, Sarıbulaq kəndindən çıxıb yaşadıqları Tərtər rayonu, Kəbirli kəndinə qayıdan zaman o, avtomobilin ön oturacağında, Zərərçəkmiş şəxs, Rəqsanə Həsənova, Şahid2, Yusif Sabirov və Şahid3 isə avtomobilin arxa oturacağında əyləşmişlər. Həmin gün saat 03 radələrində avtomobildə yatmış vəziyyətdə olduğu üçün hadisəni görməmiş, yuxudan ayıldıqda isə artıq yol-nəqliyyat hadisəsinin baş verməsi və nəticədə Rəqsanə Həsənovanın xəsarət alması ona məlum olmuşdur. Bundan sonra hadisə yerinə gəlmiş polis və X18 Stansiyasının əməkdaşları xəsarət almış şəxsləri Qax Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. X8 xəstəxanada vəfat etmişdir. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində göstərmişdir ki, əyləşdikləri avtomobil ilə Qax rayonunda yerləşən Qanlıqobu adlanan ərazidə 60-70 km/saat sürətlə hərəkətdə olan zaman avtomobilin qabaq sağ təkəri partlamış, nəticədə avtomobil yolun sağ kənarına doğru istiqamətlənərək radarın quraşdırıldığı dirəyə dəyib dayanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman maşında yatmış vəziyyətdə olduğu üçün hadisənin necə baş verdiyini xatırlamır. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində göstərmişdir ki, əyləşdikləri avtomobil ilə Qax rayonunda yerləşən Qanlıqobu adlanan ərazidə 60-70 km/saat sürətlə hərəkətdə olan zaman avtomobilin qabaq sağ təkəri partlamış, nəticədə avtomobil yolun sağ kənarına doğru istiqamətlənərək radarın quraşdırıldığı dirəyə dəyib dayanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt yatmış vəziyyətdə olduğu üçün hadisənin necə baş verdiyini görməmişdir. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində göstərmişdir ki, əyləşdikləri avtomobil ilə Qax rayonunda yerləşən Qanlıqobu adlanan ərazidə 60-70 km/saat sürətlə hərəkətdə olan zaman avtomobilin qabaq sağ təkəri partlamış, nəticədə avtomobil yolun sağ kənarına doğru istiqamətlənərək radarın quraşdırıldığı dirəyə dəyib dayanmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş X13 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımında yol-patrul xidməti inspektoru vəzifəsində işləyir. 13 oktyabr 2022-ci il tarixdə saat təxminən saat 03:00 radələrində xidmət etdiyi tağımda yol-patrul xidməti inspektoru vəzifəsində işləyən polis baş serjantı Şahid5 ilə birlikdə xidmətdə olan zaman Şəki-Qax avtomobil yolunun Qax rayonunda yerləşən Qanlıqobu adlanan ərazisindən keçən 28-ci km-də yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş və həmin məlumata əsasən qeyd olunan əraziyə getmişlər. Oraya çatdıqda Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21099 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonundan Tərtər rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun sağ kənarında yerləşən nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan radar qurğusunun quraşdırıldığı dirəyə vurması, nəticədə həmin avtomobildə olan sərnişin X1 müxtəlif bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına aparılması ona məlum olmuşdur. Daha sonra hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol və sxem tərtib olunmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində şahid X6 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 03 radələrində Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən 28-ci km-də, 1989-cu ildə doğulmuş, Tərtər rayonu, Kəbirli kəndində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 21099 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili radar qurğusunun quraşdırıldığı dirəyə vurması nəticədə avtomobildə olan sərnişin X4 xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 13 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Şəki-Qax avtomobil yolunun 28-ci km-də, Qax rayonunda yerləşən Qanlıqobu adlanan ərazidə baş vermişdir. Hadisə baş verən yerdə yolun hərəkət hissəsi asfalt örtüklü, quru və düzdür. Hadisə yerində yolun hərəkət hissəsinin eni 7 metr, zolaqların sayı 2, hər zolağın eni isə 3,5 metrdir. Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat oxunu ayırmaq üçün uzununa düz nişanlanma xətti vardır. Yolda işıqlandırılma yoxdur. VAZ-21099 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun Şəki rayonu istiqamətində sağ kənarda yerləşən radar qurğusunun quraşdırıldığı dirəyə dəymişdir. Avtomobilin radar qurğusunun quraşdırıldığı dirəyə dəydiyi yerdən dayandığı yerə kimi məsafə 17 metr, dayandığı yerdən yol nişanına kimi olan məsafə 3 metrdir. Hadisədən sonra avtomobil yola perpendikulyar vəziyyətdə, Şəki rayonu istiqamətində dayanmışdır. Hadisə yerində həmin avtomobilə məxsus 35 metr tormoz izi vardır. Protokola müvafiq olaraq hadisənin baş vermə sxemi və fotoşəkillər əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə nəticəsində VAZ-21099 markalı, **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadı, qabaq sağ qapısı, arxa sağ qapısı, bel hissələri və s. deformasiyaya uğramışdır. Avtomobil texniki cəhətdən normal vəziyyətdə olmuşdur. Protokola fotoşəkillər əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Avtomobilə baxış keçirilməsi və götürmənin aparılması haqqında” 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə nəticəsində VAZ-21099 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanadı təkərin üzərinə çökmüş vəziyyətdədir. Avtomobilin qabaq sağ qanadı, sağ qabaq və arxa qapıları və hissələri deformasiyaya uğramış, buferin qabaq hissəsi qopmuş, üst bel hissəsi isə batmış vəziyyətdədir, sağ qabaq təkəri cırılmış və boşalmışdır. Protokola fotoşəkillər əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Baş X22 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsindən daxil olmuş 18 oktyabr 2022-ci il tarixli, 016-136515-1222 nömrəli məktubdan görünür ki, Qeydiyyat-İmtahan İdarəsinin uçot bazasının məlumatlarına əsasən xx xxxx 1989-cu il tarixdə doğulmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertinin 19 oktyabr 2022-ci il tarixli, 29 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “sağ qaşüstü nahiyədə və hər iki diz oynaqları nahiyəsində sıyrıqlar, sağda İİ-İİİ qabırğaların qapalı yerdəyişməyən sınığı” diaqnozu ilə bərk küt əşyanın (əşyaların) təsirindən, yəni qərarın təsviri hissəsində qeyd edilən müddətdə və şəraitdə, eləcə də yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 13 oktyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmiş, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertinin 14 noyabr 2022-ci il tarixli, 99/MEŞ nömrəli rəyindən görünür ki, mərhum X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı onda “sağ alın-təpə və sağ göz qapaqlarının əzilmiş-cırılmış yarası, sağ alın təpə-gicgah sümüklərinin basılmış qəlpəli sınıqları, sərt qişanın cırılması, baş beynin əzilməsi, qansızması və beyin detritlərinin evakuasiyası ilə müşayiət olunan ağır açıq kəllə beyin travması, sağ said sümüklərinin sınığı, ağciyələrin kontuziyası, pnevmotoraks” diaqnozu ilə bərk küt əşyanın (əşyaların) təsirindən, yəni qərarın təsviri hissəsində göstərilən 13 oktyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmiş, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər aşkar edilmişdir. Xəsarətlərlə ölüm arasında bilavasitə səbəbli əlaqə vardır və ölümün bilavasitə səbəbi ağır açıq kəllə beyin travması ilə əlaqədar baş beynin əzilməsi, qansızması, yumşalması və dekortikasiyası olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, mərhum X1 meyitinə baxış keçirilərkən bədəni üzərində xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat CM-in 263-1.2-ci maddəsindən CM-in 263-1.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 8/2939- 8/2963 nömrəli rəyindən görünür ki, VAZ-21099 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təqdim olunmuş qabaq sağ təkərinin pokrışkası üzərində partlamağa xarakterik zədələr yoxdur və pokrışkanın üzərində olan zədələr kəsilmə xarakterlidir. Qabaq sağ təkərin üzərində olan zədələr avtomobilin maneəyə dəyməsi nəticəsində yaranmışdır və avtomobilin qabaq sağ təkərinin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. Rəyin tədqiqi hissəsində aparılmış hesabatdan məlum olur ki, mövcud yol şəraitində avtomobilə məxsus 38 metr uzunluğunda tormoz izinə uyğun onun tormozlamadan əvvəlki hərəkət sürəti 82,9 km/saata uyğundur. Lakin rəyin tədqiqi hissəsinə əsasən avtomobilin hadisədən əvvəlki real hərəkət sürəti hesabatla tapılmış 82,9 km/saatdan artıq olmuş və onun nə qədər artıq olmasını ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hisəssinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 12 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 24 yanvar 2023cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AD seriyalı, 681097 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-21099 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X10r. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X15 tərəfindən Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixədək VAZ-21099 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətləri verilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Həmçinin CM-in 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26-cı maddəsinə əsasən isə cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-in 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 26.3-cü maddəsinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsləsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili sürücülük hüququ olmadan idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına və zərərçəkmiş şəxs X1 ölümünə səbəb olmuşdur. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunamlıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində hadisədən bilavasitə əvvəl avtomobilin qabaq sağ təkərinin partlaması nəticəsində idarəetməni itirərək avtomobili yolun sağ kənarında olan radarın quraşdırıldığı dirəyə vurduğunu bildirmişdir. Hadisə vaxtı avtomobildə olan Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid3 və Şahid1 isə ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə verərək hadisənin avtomobilin qabaq sağ təkərinin partlaması səbəbindən avtomobilin yolun sağ kənarında olan radarın quraşdırıldığı dirəyə dəyməsi nəticəsində baş verdiyini bildirmişlər. Lakin həmin şəxslər məhkəmə istintaqı zamanı verdikləri ifadələrində hadisə baş verən zaman yatmış vəziyyətdə olduqlarını və hadisənin necə baş verdiyini görmədiklərini qeyd etmişlər. Eyni zamanda yol-nəqliyyat hadisələri ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 8/2939-8/2963 nömrəli rəyində də VAZ-21099 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təqdim olunmuş qabaq sağ təkərinin pokrışkası üzərində partlamağa xarakterik zədələrin olmadığı və pokrışkanın üzərində olan zədələrin kəsilmə xarakterli olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Həmçinin hadisə vaxtı avtomobildə olan Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid3 və Şahid1 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində hadisə baş verən zaman yatmış vəziyyətdə olduqlarını və hadisənin necə baş verməsindən məlumatlarının olmadığını bildirmələri, eləcə də ibtidai istintaq zamanı verdiklərini ifadələrinin bir-birinə sözbəsöz oxşar olması onların məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin daha inandırıcı və daha mötəbər olmasını sübut edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hadisə vaxtı avtomobildə olan Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid3 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələri Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edən sübut növü kimi qəbul edilə və onun bəraətinin əsasını təşkil edən dəlil rolunu oynaya bilməz, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, o, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, nəticədə qeyd olunan hadisə baş vermişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 263-1.3-cü maddəsi ilə tövsif edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsierləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş 01 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 ibtidai istintaq orqanına müraciət edərək baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 01 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına müraciət edərək baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonunun Kəbirli kəndində yaşayır və yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən Şahid3, Şahid2 və X7 adına tərtib olunmuş doğum haqqında şəhətnamələrin surətlərindən görünür ki, həmin şəxslərin atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən, Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli hökmünün və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qərarının surətlərindən görünür ki, Sabirov X11 Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli hökmü ilə CM-in 221.3 və 315.1-ci maddələri ilə təqsirli bilinib 02 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş 06 aylıq hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənildiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətlərin residivi kimi qəbul edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, himayəsində azyaşlı uşaqlarının olmasını isə CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, hadisənin baş vermə mexanizmini, onun hadisədən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxs və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, eyni zamanda CM-in 60cı maddəsinin tələblərini və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmənin bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələnməsi, hadisə nəticəsində arvadının ölməsi, zərərçəkmiş şəxs və ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışması, zərərçəkmiş şəxsin və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmaması, himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxs və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəməsi kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmənin Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməli olmasını məqsədəmüvafiq hesab edir. CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə müəyyən vəzifələri qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişdirməmək vəzifələri qoyulmаlıdır. Sınаq müddəti dövründə Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilməlidir. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 22-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cinayət işinin materiallarında olan 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara əsasən, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan VAZ-21099 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin və həmin avtomobilin təkərinin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinin Şəki-Qax yolunun 24-cü km-dən 28-ci km-dək videonəqliyyat sistemi vasitəsilə qeydə alınmış nəqliyyat vasitələri barədə məlumatların olmasını əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 200 (iki yüz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınаq müddəti ilə şərti hesаb edilsin. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan VAZ-21099 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin və həmin avtomobilin təkərinin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinin Şəki-Qax yolunun 24-cü km-dən 28ci km-dək videonəqliyyat sistemi vasitəsilə qeydə alınmış nəqliyyat vasitələri barədə məlumatların olmasını əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-94/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-94/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver