Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-95/2020 08.07.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə X12 Məhkəməsi Sədrlik edən hakim: Əliyev Rəşad Şəmşir oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Hüseynov Rəşid İnqilab oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Şəki şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri,Şəki şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1970-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayon Pirəzə kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.4.2-ci maddəsi ilə, xx.xx.1987-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində üç azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X12 Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi X12 Məhkəməsinə daxil olmuşdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, 2020-ci ilin yanvar ayının əvvələrində istintaqa məlum olmayan mənbədən satış məqsədilə 200.43 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib satış məqsədilə qanunsuz olaraq yaşadığı evində saxlamış, həmin narkotik vasitədən bir kibrit qutusunda təmiz çəkisi 9.68 qram narkotik vasitə olan marixuananı xx.xx.2020-ci il tarixdə saat 20 radələrində 30 manata yaşadığı Ağdaş rayon Pirəzə kəndindəki evinin qarşısındakı küçədə tanışı Ağdaş rayon Orta Ləki kənd sakini Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satmışdır. Bundan başqa o, təkrarən həmin narkotik vasitədən bir ədəd kibrit qutusunda, təmiz çəkisi 3,49 qram narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2020-ci il tarixdə 20 radələrində 25 manata Ağdaş rayon Pirəzə kəndindəki evinin qarşısındakı küçədə tanışı Ağdaş rayon Orta Ləki kənd sakini Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satmış, 1 kağız bükümdə olan 7,41 qram narkotik vasitə olan qurudulmuş marixuananı isə həmin tarixdə sonuncuya pay vermişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq saxladığı bir ədəd sellofan torbada təmiz çəkisi 174.97 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 4.88 qram ümumi təmiz çəkisi 179.85 qram olan qurudulmuş marixuana yaşadığı Ağdaş rayon Pirəzə kəndində yerləşən evinin həyətindən, həmçinin xx.xx.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 2020-ci ilin yanvar ayının əvvələrində satdığı 9,68 qram narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs2 avtomaşınından, xx.xx.2020-ci il tarixdə satdığı 3,49 qram və pay verdiyi 7,41 qram narkotik vasitə olan qurudulmuş marixuana onun üzərindən aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 234.1-cimaddəsi ilə ittiham verilmişdir ki, ondan ötrü ki, o, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Ağdaş rayon Pirəzə kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısında küçədə Təqsirləndirilən şəxs1 bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 9.68 qram olan qurudulmuş marixuananı 30 manata satın almış və həmin narkotik vasitə olan marixuanaları ayıraraq bir kibrit qutusunda və bir ədəd kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq özünə məxsus olan etibarnamə əsasında idarə etdiyi Mersedes-Benz 190 markalı **-LE-*** qeydiyyat nişanlı avtomobilində saxlamış və həmin narkotik vasitə xx.xx.2020-ci il tarixdə saat 1750 radələrində Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən Ağdaş RPŞ-nin inzibati binasının həyətində avtomobilindən aşkar edilərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs2 təkrarən xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Ağdaş rayon Pirəzə kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısında küçədə Təqsirləndirilən şəxs1 bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,49 qram olan qurudulmuş marixuananı 25 manata satın almış, həmçinin Əfqan Abdullayein həmin vaxt ona qarşılıqsız olaraq pay verdiyi bir ədəd kağız bükümdə təmiz çəkisi 7.41 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı iki yerə ayıraraq, ümumilikdə şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 10.90 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamış və həmin narkotik vasitə olan qurudulmuş marixuanalar xx.xx.2020-ci il tarixdə saat 1715 radələrində Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən Ağdaş RPŞ-nin inzibati binasında onun üzərində aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclası zamanı dövlət ittihamçısı vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Vəsatətdən və cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı aşağıdakı kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın. Azərbaycan Respublikası CPM-nin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası CPM-nin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirlən şəxsin öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq hüququnu təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (bundan sonra Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-in 303.3.1 və 303.3.6-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmamasıkobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 114.1.4-cü maddəsinə əsasən müdafiəçinin qanuni mənafeyini müdafiə etdiyi təasirləndirilən və ya şübhəli şəxsin, həmçinin təmsil etdiyi zərər çəkmiş şəxs, mülki iddiaçı, yaxud mülki cavabdehin qanuni mənafeyi ilə ziddiyyət təşkil edən şəxsə hüquqi yardım göstərməsi onun cinayət prosesində iştirakını istisna edən haldır. Cinayət işi materiallarından görünür ki, Ağdaş rayonu Orta Ləki kənd sakini Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutularkən onun hüquqlarının müdafiəsi üçün fərdi qaydada fəaliyyət göstərən vəkil X5 cinayət prosesinə buraxılmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 3,69 qram, 3,72 qram və 3,49 qram narkotik vasitə olan marixuananı xx xxxxxx 2019-cu il tarixdə Ağdaş rayonu Pirəzə kənd sakini Təqsirləndirilən şəxs1 25 manata, avtomaşınından aşkar olunmuş 5,37 qram və 4,31 qram narkotik vasitə olan marixuananı isə təxminən 3-4 gün əvvəl Təqsirləndirilən şəxs1 30 manata aldığını göstərmiş, həmin məlumat əsasında Ağdaş rayonu Pirəzə kənd sakini Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutularkən onun da hüquqlarının müdafiəsi üçün vəkil qismində fərdi qaydada fəaliyyət göstərən vəkil X5 cinayət prosesinə buraxılmışdır. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərkən onun ərizəsi əsasında fərdi qaydada fəaliyyət göstərən vəkil X2 onun müdafiəçisi kimi iştirakına xitam verilmiş və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X1 həvalə edilmişdir. xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərkən ona təqim edilmiş bütün istintaq sənədlərini imzalamaqdan imtina etmişdir. xx xxxx 2020-ci il tarixdə cinayət işinin materialları ilə tanış olma mərhələsində Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Ehtibar Abdullayevin fəaliyyətinə xitam verilməsini xahiş etmiş, həmin ərizə əsasında Ehtibar Abdullayevin cinayət prosesində iştirakına xitam verilməklə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 onun hüquqlarının müdafiəsi üçün cinayət prosesinə buraxılmışdır. Vəkil Müdafiəçi1 iştirakı ilə təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olma istintaq hərəkəti keçirildikdən sonra iş üzrə tərtib edilmiş ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edildikdən sonra məhkəməyə göndərilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edən vəkil qismində onun cinayət törədilməsində aidiyyətini ifşa edici ifadə verməklə qanuni mənafeyi arasında ziddiyyət yaranmış Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Ehtibar Abdullayev işə buraxılmaqla onun müdafiə hüququ pozulmuşdur. Məhkəmə sonradan Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün digər vəkilin işə buraxılması məsələsinə gəldikdə isə belə hesab edir ki, burada Təqsirləndirilən şəxs1 səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı məhdudlaşdırılmışdır. Belə ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 xx xxxx 2020-ci il tarixdə iş üzrə icraata müdafiəçi qismində buraxılsa da sonuncunun cinayət prosesində iştirakı ancaq həmin tarixdə cinayət işinin materialları ilə tanış olmaqla məhdudlaşmış, bunula da təqsirləndirilən şəxsin öz səmərəli müdafiəsini qurmaq üçün hüquqlarını müdafiə edən vəkillə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququ pozulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx xxxx 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “b” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır”. Bəhs olunan bəndin “c” yarımbəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək, müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Qanunla həmin hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadığı halda CPM-in 303.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməli olması müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri başa çatdığına görə dövlət ittihamçısı həbs müddətinin daha 01(bir) ay müddətinə uzadılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2.2-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndidirlən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarılması haqqında qəraraı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndidrilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası CPM-in 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas hesab olunduğundan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.4.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayətişiüzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, həmçinin cinayət işi üzrə ibtidai araşdırmanı aparmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdaş rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis baş leytenantı X4, İstintaq bölməsinin müstəntiqi, polis mayoru X10 tərəfindən yol verilən kobud qanun pozuntularına görə barəsində xüsusi qərar çıxarılmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 299-301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ:
1. Dövlət ittihamçısının vəsatəti təmin edilsin.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
3. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri daha 01 (bir) ay müddətə - yəni xx xxxxxx 2020-ci il tarixə kimi uzadılsın.
4. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə, dövlət ittihamçısına göndərilsin.
5. Ağdaş rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı X4, İstintaq bölməsinin müstəntiqi, polis mayoru X10 barəsində xüsusi qərar çıxarılsın və aidiyyatı üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin.
Hakimlər: (sədrlik edən) Rəşad Əliyev
(məruzəçi) Bilal Məmmədov Rəşid Hüseynov