Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-95/2022 13.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: Şahid3 Söhrab oğlu, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1987-ci ildə Balakən rayonu Qaysa kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının ortalarında Balakən rayonunun Meşəşambul kəndinin ərazisindən axan Mazım çayına balıq tutmağa getdiyi zaman həmin çayın kənarında kolluqda yabanı halda bitmiş 2 (iki) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən hissələrini yığıb həmin yerdəcə sərib qurudaraq qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə ümumi təmiz çəkisi 576,07 qram olan, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 2 gün sonra həmin narkotik vasitəni daşıyaraq yaşadığı Balakən rayonu Meşəşambul kəndində yerləşən evin həyətinə gətirib 6 (altı) ədəd bir kiloqramlıq ölçüdə olan və 1 (bir) ədəd daha kiçik ölçüdə şüşə qablara bölüb dolduraraq yaşadığı evin həyətindəki it saxlamaq üçün nəzərdə tutulmuş tikilinin döşəmə hissəsinin altında qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə gizlədib saxlamış, 13 dekabr 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı evin həyətindəki it saxlamaq üçün nəzərdə tutulmuş tikilinin döşəməsinin altında şüşə qablara bölüb gizlətdiyi narkotik vasitə-qurudulmuş marixuananın üzərindən təmiz çəkisi 1,07 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuananı götürüb bir ədəd kağız salfetə büküb əynindəki şalvarın sol yan cibinə qoyub qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə saxlayaraq daşımışdır. Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 13 dekabr 2021-ci il tarixdə saat 2105-dən 2210-dək olan müddət ərzində Təqsirləndirilən şəxs Balakən rayonu Meşəşambul kəndində yerləşən yaşadığı ünvana baxış keçirilən zaman onun qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq evin arxa hissəsində yerləşən, itin saxlanılması üçün nəzərdə tutulan tikilinin döşəmə hissəsinin altında 6 ədəd bir kiloqramlıq şüşə qablarda və 1 ədəd kiçik ölçülü şüşə qabda gizlədərək saxladığı təmiz çəkisi 575 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Kahayev X6 RPŞ-yə gətirilərək şübhəli şəxs qismində tutulub 15 dekabr 2021-ci il tarixdə saat 0125-dən 0150-dək olan müddət ərzində üzərində şəxsi axtarış keçirilərkən qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq üzərində kağız salfetə büküb saxladığı təmiz çəkisi 1,07 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuana əynindəki şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının ortalarında Balakən rayonu Meşəşambul kəndindən axan Mazım çayına balıq tutmağa getdiyi zaman çayın kənarında kolluqda 02 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərini görüb həmin bitkilərin yararlı hissələrini yığıb tapdığı yerin yanında gün düşən yerə qurumaq üçün sərmişdir. İki gün sonra həmin yerə qayıdaraq artıq qurumuş narkotik vasitə olan marixuananı yaşadığı evin həyətinə gətirmiş, ailə üzvlərindən gizli olaraq həmin narkotik vasitəni 06 ədəd bir kiloqramlıq şüşə qablara və bir ədəd kiçik ölçülü şüşə qaba yığıb evin arxasındakı itin saxlanılması üçün nəzərdə tutulmuş tikilinin döşəməsinin karton örtüyünün altında gizlədib saxlamışdır. Şüşə qablarda gizlədib saxladığı narkotik vasitədən 13 dekabr 2021-ci il tarixdə bir neçə çəkimlik götürüb bir ədəd salfet kağızına büküb şəxsi istifadəsi üçün əynindəki şalvarın cibinə qoyub günorta radələrində Qabaqçöl qəsəbəsinə getmiş, həmin narkotik vasitədən bir dəfə istifadə etmiş, qalanını cibində saxlamışdır. 13 dekabr 2021-ci il tarixdə axşam radələrində yaşadığı evə qayıtdıqda həyətdə polis əməkdaşlarının olduğunu görüb gizlətdiyi narkotik vasitəni aşkar etdiklərini fikirləşmiş, buna görə də qaçıb gizlənmişdir. Polis əməkdaşları çıxıb getdikdən sonra evə qayıtdıqda ailə üzvləri ona polis əməkdaşlarının gizlətdiyi narkotik vasitəni aşkar edərək götürdüklərini bildirmişlər. 15 dekabr 2021-ci il tarixdə gecə radələrində yaşadığı evdə olduğu zaman polis əməkdaşları yaşadığı evə gəlib onu polis şöbəsinə gətirmişlər. Orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibində saxladığı bir ədəd salfet kağızı bükümündə olan qurudulmuş marixuananı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkildikdə çəkisinin 3,41 qram olduğu müəyyən edilmiş və bir ədəd kağız zərfə qablaşdırılb möhürlənib götürülmüşdür. Narkotik vasitəni satış məqsədi ilə deyil şəxsi istifadəsi üçün saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Balakən rayon X4 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 13 dekabr 2021-ci il tarixdə saat 0920-də şəxsiyyətinin gizli qalmasını xahiş edən şəxs Balakən rayon X7 Hissəsinə zəng edərək Balakən rayonu Meşəşambul kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evin həyətində xeyli miqdarda narkotik vasitələr saxlaması barədə verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Meşəşambul kəndində getmiş, Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün sonuncunun yaşadığı Meşəşambul kəndində yerləşən fərdi yaşayış evinin qarşısından digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs çağırdıqda sonuncunun anası Bəsirət Qaralova və bacısı Xacay Kahayeva evin yol qapısının qarşısına çıxaraq Təqsirləndirilən şəxs evdə olmadığını, 13.12.2021-ci il tarixdə günorta saat 13 radələrində evdən çıxaraq getdiyini, lakin qayıtmadığını bildirmişlər. Bəsirət Qaralova yaşadığı evin həyətyanı sahəsinə və evinə polis əməkdaşlarının baxış keçirmələrinə etirazının olmadığını bildirərək bu barədə ərizə təqdim etmiş, Təhqiqatçı tərəfindən onun, CAB-nin əməliyyat müvəkkili Şahid1, X2 baş inspektoru Sadiq Vəzirovun, Bəsirət Qaralovanın və Xacay Kahayevanın iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman fərdi yaşayış evinin arxa hissəsində yerləşən 3 tərəfi setka hasar və arxa hissəsi karton materialdan olan içərisində itin saxlanıldığı yerin üstü quru ot ilə örtülmüş döşəmə hissəndəki karton materialı, örtüyü qaldırmışdır. Bəsirət Qaralovanın göstərdiyi karton (faner) örtüyü onunla köməkli qaldırdıqda orada quyunun qazıldığı, quyunun üzərinin taxta reykalarla hörüldüyü, həmin taxta reykaların aralarında böyrü üstə 6 ədəd 1 kiloqramlıq şüşə bankaların və bir ədəd 1 kiloqramlıq bankalardan daha kiçik ölçüdə şüşə bankanın qoyulduğu müəyyən olunmuşdur. Bəsirət Qaralova həmin bankaların içərisində olan bitki kütlələrinin nə olmasını bilmədiyini, bankanın içindəkiləri birinci dəfə gördüyünü, oğlunun banka ilə arada nəsə iş gördüyünü bildirmişdir. Bankaların içərisinə baxdıqda onların içərisində spesifik iyə malik olan narkotik vasitə-qurudulmuş marixuanaya oxşar quru bitki kütlələrinin olması müəyyən olunmuşdur. 1 kiloqramlıq bankalardan 2 ədəd bankanın ağzı ağ rəngli rezin qapaq, digər 4 ədəd bir kiloqramlıq bankaların ağzı isə dəmir qapaqlarla bağlanmışdır. 1 ədəd bir kiloqramdan balaca olan yarımçıq vəziyyətdə doldurulmuş narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütlələrinin olduğu bankanın ağzı isə qırmızı rəngdə dəmir qapaqla bağlanmışdır. Aşkar edilmiş 6 ədəd 1 kiloqramlıq bankalarda və bir ədəd daha daha kiçik ölçülü bankada olan narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütləsi təhqiqatçı tərəfindən bir ədəd ağ sellofan torbaya boşaldılaraq elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 590 qram olduğu müəyyən edilmişdir. Qeyd edilən sellofan torba bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Həmçinin içərisində narkotik vasitə- qurudulmuş marixuanaya oxşar bitki kütlələri olan 6 ədəd bir kiloqramlıq və bir ədəd kiçik ölçülü şüşə qab bir ədəd sellofan torbaya qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs yaşadığı iki otaqdan ibarət kürsülü evə baxış keçirilən zaman evin içərisindən hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon X4 Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 15 dekabr 2021-ci il tarixdə gecə 02 radələrində Balakən rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir ədəd kağız salfet bükümü çıxardıb stolun üzərinə qoymuşdur. Kağız salfetin içərisində yaşıl rəngli qurudulmuş bitki kütləsi olmuş, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin marixuana olduğunu bildirmişdir. Həmçinin həmin marixuananı 13 dekabr 2021-ci il tarixdə yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilən zaman aşkarlanmış narkotik vasitənin üzərindən şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 1 (bir) ədəd salfet kağızı bükümündə olan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkildikdə çəkisi 3,41 qram olmuş, Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya narkotik vasitə aşkar olunmamışdır. Aşkar edilmiş 01 ədəd salfet kağızı bükümündə olan narkotik vasitə –qurudulmuş marixuanaya oxşar bitki kütləsi 01 ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon X8 Təhlükəsizlik Bölməsinin polis nəfəri işləyən Şahid5 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 14 dekabr 2021-ci il tarixli 17/852 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yardımçı tikilidən aşkar edilmiş ....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 575 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Axtarış və götürmə zamanı aşkar edilən 6 ədəd 1 kiloqramlıq şüşə qablarda və 1 ədəd kiçik ölçülü şüşə qabda olan qurudulmuş marixuanalar ümumilikdə 01 (bir) ədəd sellofan torbaya doldurulduğundan həmin obyektlərin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 15 dekabr 2021-ci il tarixli 17/857 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd salfet kağızı bükümündə, təmiz çəkisi – 1,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin salfet kağızı bükümünün içərisindəki, təmiz çəkisi 0,84 qram olan digər bitki mənşəli kütlə isə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki kütləsi..” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd salfet kağızı bükümündə olan qurudulmuş marixuana ilə üzərində ”Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yardımçı tikilidən aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 19 yanvar 2022-ci il tarixli 77 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 13 dekabr 2021-ci il tarixli baxış kemirilməsi haqqında protokoldan və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Meşəşambul kəndindəki evində itin saxlanıldığı yerin döşəmə hissəsində üzəri taxta ilə örtülmüş dayaz quyuda içərisində narkotik vasitə marixuana olan 6 ədəd 1 kiloqramlıq şüşə bankalar və bir ədəd xırda şüşə banka aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 15 dekabr 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən salfet bükülüdə 3,41 qram çəkidə narkotik vasitə olan marixuana aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Kahayev X6 rayon Məhkəməsinin 20.11.2015-ci tarixli hökmü ilə CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.09.2016-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs az ağır cinayətə görə cəzasını çəkib qurtardığı gündən iki ildən artıq vaxt keçdiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 13 yanvar 2022-ci il tarixli 22 nömrəli arayışdan görünür ki, Kahayev X6 rayonu Meşəşambul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. İş materiallarına əlavə edilmiş 15 dekabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0110-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni satış məqsədi olmadan saxlamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş narkotik vasitənin ayr-ayrı şüşə bankalarda saxlanması, narkotik vasitənin miqdarı və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiriləməməli, cəzasının əvvəli həbsə alındığı 15 dekabr 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranan narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 15 dekabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Balakən Rayon Polis Şöbəsində saxlanılan 575,92 qram narkotik vasitə-qurudulmuş marixuana, 6 (altı) ədəd bir kiloqramlıq ölçüdə olan və 1 (bir) ədəd daha kiçik ölçüdə şüşə qablar məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranan narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-95/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-95/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver