Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-95/2023 23.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1988-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax şəhəri, M.Əliyev küçəsi mənzil 66-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq bir ədəd soyuq silah hesab edilən ov bıçağını, habelə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 5,291 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində qanunsuz saxlayaraq gəzdirməklə ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin və Yevlax RPŞ-nin əməkdaşları tərəfindən 28 oktyabr 2022-ci il tarixdə həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 1430-da qeyd edilən ünvanda saxlanılaraq Yevlax RPŞ-nin inzibati binasına gətirilmiş, orada saat 1524-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli idman şalvarının sol yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,291 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlamış narkotik vasitə heroin və içərisində narkotik vasitə heroinin izləri olan bir ədəd silindrik formalı kağız büküm, həmçinin, həmin tarixdə saat 16:25-dən etibarən idarə etdiyi “AUDİ” markalı, **-EL-*** qeydiyyat nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə keçirilən baxış zamanı avtomobilin sürət dəyişmə hissəsindəki saxlanc yerindən bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 oktyabr 2022-ci il tarixdə yaşadığı Yevlax şəhəri ərazisində olarkən Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilmiş, orada ona əvvəlcə üzərinə silah götürməsi təklif olunmuşdur. Ailə üzvləri ilə təhdid olunduğuna görə kiminsə narahat olmaması üçün razılaşdıqdan sonra ona hər hansı bir silah təqdim etmək təklif olunmuş, onda silah olmadığını bildirdikdən sonra fiziki zora məruz qalmışdır. Qandalla əlini bağladıqdan sonra polislər onu yerə yıxaraq yumruqla vurduqdan sonra və yenə də ailə üzvləri ilə təhdid edildiyinə görə polis əməkdaşları ilə razılaşaraq polis əməkdaşlarının əvvəlcədən onun cibinə qoyduqları bükümü təqdim edərək özünə məxsus olduğunu və təsadüfən yerdən tapdığını bildirmişdir. İşgəncəyə məruz qalarkən üz nahiyəsində olan xəsarətlə bağlı çəkiliş zamanı sual verərkən guya övladı ilə oynayarkən həmin xəsarəti aldığını bildirmiş, lakin həmin xəsarəti polis əməkdaşları ona yetirmişlər. Sonradan avtomaşınında aşkar olunmuş ov bıçağı da ona məxsus olmamış, polis əməkdaşlarının təzyiq və təsirlə deməsinə görə həmin bıçağın da özünə məxsus olmasını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı ilkin verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 27 oktyabr 2022-ci il tarixdə Yevlax şəhərində yerləşən 3 saylı orta məktəbin yaxınlığından keçən zaman yerdə gördüyü bir bükümü götürüb içərisinə baxan zaman içərisində narkotik vasitə olan heroin olduğunu görmüş, özü də həmin maddədən istifadə etdiyinə görə həmin bükümü cibinə qoyaraq üzərində saxlamışdır. 28 oktyabr 2022-ci il tarixdə yaşadığı ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi “Audi” markalı **-EL-*** nömrə nişanlı avtomobilin yanında dayanan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Yevlax Rayon Polis Şöbəsinin işçiləri ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu və buna görə də Yevlax Rayon Polis Şöbəsinin İnzibati binasına getməsini bildirmişlər. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan idman şalvarının sol yan cibindən tapdığı bir bükümdə olan narkotik vasitə olan heroini və bir ədəd trubkanı təqdim etmişdir. Aşkarlanmış maddə ekspertiza tədqiqatı üçün götürülüb qablaşdırılmış, onlar da həmin zərfi imzalamışlar. Həmin maddə barədə sorğu edilərkən həmin maddənin narkotik vasitə olan heroin olduğunu və tutulduğu gündən bir gün əvvəl Yevlax şəhərində yerləşən 3 saylı məktəbin yaxınlığında yerdən təsadüfən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra özünə məxsus olan Audi markalı avtomaşına baxış keçirilən zaman avtomaşının salonundakı qoltuqaltı hissədən bir ədəd bıçaq aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Həmin predmet barədə sorğu edilən zaman həmin bıçağı təxminən on gün əvvəl Yevlax şəhərində yerləşən ovçular dükanından məişətdə istifadə etmək məqsədi ilə əldə edib maşında saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2022-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Baş İdarənin əməliyyat müvəkkili Şahid1, Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid3la PPXnin polis nəfəri Şahid4 ilə birlikdə 28 oktyabr 2022-ci il tarixdə saat 1430-da Yevlax şəhəri, Yeni Yevlax küçəsi 3 ünvanının yaxınlığında “Audi” markalı avtomobilin yanında dayanan Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Yevlax Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sol yan cibindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu bir ədəd sellofan bükümü və bir ədəd silindrik formalı kağız bükümü təqdim etmiş, həmin bükümlər qablaşdırıldıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı aşkar olunan kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl Yevlax şəhərində yerləşən 3 saylı məktəbə yaxın ərazidə taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını, bundan əlavə, idarə etdiyi yuxarıda qeyd olunan avtomobildə də bir ədəd bıçaq olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirdiyi xüsusatla əlaqədar sonuncunun idarə etdiyi avtomobilə keçirilmiş baxış zamanı avtomaşının salonunun dirsək altı hissəsindəki saxlanc yerindən bir ədəd qatlanan tipli bıçağı çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bıçaq da qablaşdırılaraq götürülmüş, əlavə saxlanılması qanunla qadağan edilən heç bir predmet və əşya aşkar edilməmişdir. Əməliyyat tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, sonuncu hər şeyi səmimi olaraq özü etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyən Şahid1, Yevlax rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 və Post Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 oktyabr 2022-ci il tarixli 6/6277 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə..., şübhəli şəx: Təqsirləndirilən şəxs-imza, Müdafiəçi: S.Bəkirova-imza; iştirakçılar: dörd imzalar, Qablaşdırıldı: B.Haqverdiyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 5,291 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 01 (bir) ədəd silindrik formalı kağız bükümün içərisində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər maddələrlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6442 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kriminalistik ekspertizasının 21 noyabr 2022-ci il tarixli 3/1538 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsuslu ilə hazırlanan bir ətərfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov biçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır, üzərində əlavə və dəyişiklik edilməmişdir. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əyinində olan boz rəngli sol yan cibindən bir ədəd bükümdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli baxış və götürmə protokolundan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxsn məxsus olan Audi markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonundakı qoltuqaltı hissəsindən bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 27 may 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMCdən daxil olmuş xx.xx.2023-cü il tarixli BKC/LGL-2001/23 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsindən ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2021-ci il tarixdə “salam qardas,inaninrsan, beyaxkinan qaqana balaca bir sey dusdu.sen canin qaqani yaddan cixarma, gecede qabaxdadi nagarajam bilmirem” sözlərini yazmış, bundan başqa, Təqsirləndirilən şəxs ***-***-**-** saylı GSM nömrə istifadəçisinin “Qaqa gelsen 20 m yarim 4m taksiue vererem kimi yigiram teli baglidi yada deyir seher goturecem qadanalaram seyit senede meti vererem eliye bilsen meni yigarsan”, ***-***-**-** saylı GSM nömrə istifadəçisinin “derman atdim dunen ama nesem var gelende cekerik...olum qabagind qaqa dermani saat nece olsa bugun hel edek qadani alim qaqa...dede danissan eger 3dene de derman de gor varidisa vuqara 3dene derman lazimdi 30m natiq verir onu da ver pul cox girsensin hem xeyirimiz deysin...deyersen mene...Qaqa bugun hecne elememisem...Pisin pisiyem...Seher axsama 5 yene vererem...”, ***-***-**-** saylı GSM nömrə istifadəçisinin “...5 lik var seherde 10 na qoyub 05 goturum dermani atanda de oldu kirve...SEYİD MENEM RESAD QAQA TURUBQAN VARSA VERDA MENE DEDE... Varsa nolar məndə ağrıdan cxhg...Seyid əlinə düşsə nolar 3 4 tusdü məndə ver nolar məni aydan çıxar…Qaqa turupqan var gelim ver mene nolar agridayam...”, ***-***-**-** saylı GSM nömrə istifadəçisinin “...30m verecek sene...sende kimese guya veresisen dede gotur hem dunenki pulu ver hem yarim al evdeyem men...qaqa temani goturende derman isinibde deda”, ***-***-**-** saylı GSM nömrə istifadəçisinin “...25 MANAT YADA Kİ 20 MANAT PUL VAR DEYİRDİMKİ BES BORCUMNAN VERİM YARİDA AYNON İSDİYİRDİM NECE GUNDU USAQLAR CİXARDİR MENİ AQRİDAN CET MET MENE NEYNİCEK EY QAQA...YARİ LAZİMDİ QAQA MEN HAZİRAM XEBERİNİ GOZDUYUREM…AYNONU OZUME GOTURMUREM BAX HANSİ YEKEDİ ONU VER…15 MANAT PUL VAR MEZAHİRNEN GELİM GORUSEK QAQA İMKAN VAR QADANALİM QAQA YAMAN AQRİYİRAM BU GUN HECNE ELEMEMİSEM”, ***-***-**- ** saylı GSM nömrə istifadəçisinin “...15m duzub qoşsam maşın əgər varındisa tanış tunus mənə yarim götürüb gətirə bilersen düşüb tez götürə bilərdim bax hele derman adinnnan al”, ***-***-**-** saylı GSM nömrə istifadəçisinin “Qaqa bugun patpres cekdim deye colanin hamsini icib qurtarmisam abi sende qalibsa gelim mene yarim letir cola verda gece susuz qalmiyim sabah 5 kimi men 20 letir verecem sene arxayin ol abi qadan alaram gor imkan varsa he de gelim taksiynen...15 pul var 2-3 dene nese eliye bilmisense gelim”, ***-***-**-** saylı GSM nömrə istifadəçisinin “DOQUZ MANATİM VAR LOMKADAN CARTLAYİRAM EL TUT NE OLAR SEYİT” mətnli qısa mesaj yazmaları məlum olmuşdur. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 479 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, M.Əliyev küçəsi, mənzil 66-da yaşamaqla himayəsində xx.xx.2019-cu ildə doğulmuş Muxtar Seyidov və xx.xx.2019-cu ildə doğulmuş Zəhra Seyidova adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10757 nömrəli məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, ünvan 4 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 02 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin birlikdə qeydiyyatdan keçməmişdir. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 28 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1430-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon prokurorluğunun 23 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdaərsinin əməkdaşları tərəfindən təzyiq və təsirə məruz qalması məlumatı əsasında toplanmış matreiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs CMin 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun evinə qoyulması, polis əməkdaşlarının təzyiq və təsiri nəticəsində aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını bildirməsinə dair ifadəsini özünü müdafiə xarakterli məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qəbul dir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı video çəkilişlə dəvət edilmiş müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitələrin özünə məxsus olmasını bildirmiş, müdafiəçisinin ona dəfələrlə ünvanladığı suallara cavab verərkən də ona qarşı heç bir təsir-təzyiq olmadığını, sifətində olan xəsarəti isə evində uşağı ilə oynayarkən ehtiyatsızlıqdan həmin xəsarəti aldığını göstərmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilən zaman da ona qarşı hər-hansı bir qanunsuzluğa yol verilməsi barədə məhkəməyə bu barədə bəyan etməmişdir. Sonradan Təqsirləndirilən şəxs müxtəlif dövlət orqanlarına ərizə ilə müraciət edərək polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmasını göstərsə də prokurorluq orqanları tərəfindən bu fakt da araşdırılaraq preyudisial əhəmiyyət daşıyan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə aid sms yazışmalara keçirilən baxış protokolundan onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən dəlillərin aşkar olunması da onun məhkəmə zamanı verdiyi ifadəsinin işin hallarına uyğun gəlməyən obyektiv ifadələr olmadığını bir daha təsdiq edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin CM-in 228.4 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən cinayətin aləti olan 01 ədəd (bir) ədəd ov bıçağı xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah və Sursat Anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 156 AZN (yüz əlli altı manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 156 AZN (yüz əlli altı manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılan 5,191 qram çəkidə narkotik vasitə heroin, bir ədəd içərisində narkotik vasitə heroinin izləri olan silindrik formalı kağız büküm məhv edilsin, iki ədəd DVD disk və bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayətin aləti olan 01 (bir) ədəd ov bıçağı xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah və Sursat Anbarına təhvil verilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-95/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-95/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver