Məhkəmə qərarları › İş №1(091)-95/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-95/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-95/2024 06.05.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X20, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Bərdə rayonunun Qaratəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Masallı Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasının çəkilməmiş hissəsi Bərdə Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən 01 il azaldılmış, qeyd olunan cəzasının çəkilməmiş 04 ay 17 günü Bərdə Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ilə 02 ay 08 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Bərdə Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 09 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzasının çəkilməmiş 07 ay 13 günü Tərtər Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 02 il 04 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə rayonunun Qaratəpə kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X9 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarına pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə saat 08 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, həmin maddələrin tələblərinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol maddənin təsiri altında nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli olduğu halda, bunlara əməl etməyərək alkoqollu içkilərin qəbulu nəticəsində yüngül dərəcəli sərxoş halda idarə etdiyi «Toyota Camry» markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin Şahid3 prospekti ilə asfalt yolla şəhərin Yevlax rayonunun Xaldan qəsəbəsi istiqamətində 88 km/saat sürətlə hərəkət etdirərkən Mingəçevir şəhərinin Şahid3 prospekti ilə Puşkin küçəsinin kəsişməsindəki yol ayrıcında asfalt yolda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, həmin maddənin tələblərinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitəsini stop-xətt qaşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayandırmalı olduğu halda, buna əməl etməyib gəldiyi 88 km/saat sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, svetoforun qırmızı işığında yolayrıcına daxil olaraq həmin vaxt Mingəçevir şəhərinin Puşkin küçəsindən Şahid3 prospektinə daxil olan Şahid1 idarə etdiyi “Mercedes Benz” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən dəyərək toqquşub idarə etməni itirərək idarə etdiyi “Toyota Camry” markalı avtomobil əks hərəkət zolağına keçərək əks hərəkət zolağında şəhərin çıxacağı istiqamətində hərəkətdə olan piyada X7 idarə etdiyi avtomobilin arxa hissəsi ilə vuraraq Xəyyam Hüseynova dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan sol baldırın yumşaq toxumalarının didilib dağılması ilə müşayiət olunan sol baldır sümüklərinin çoxsaylı açıq-qəlpəli yerdəyişən sınıqları, sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqlarının əmələ gəlməsi ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 ağır zərər vurulmasına səbəb olan və Xəyyam Hüseynovun hər iki aşağı ətrafların açıq çoxqəlpəli yerdəyişən sınıqları nəticəsində inkişaf edən posttravmatik şokdan hadisə yerində ölməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, həmin maddənin tələblərinə əsasən hadisədən sonra zərərçəkən şəxsə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər verməli olduğu halda, bunlara əməl etməyərək yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3 və 264-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək ifadəsində göstərmişdir ki, cinayət işinin materiallarında sərxoş vəziyyətdə avtomobili idarə etməsi qeyd olunsa da o, spirtli içkini bir gün əvvəl axşam vaxtı qəbul etmiş və hadisənin baş verdiyi tarixdə polis əməkdaşları tərəfindən yoxlanılan zaman sərxoş olması müəyyən olunmuşdur. Bu zaman polis əməkdaşları avtomobili cərimə meydançasına aparacaqlarını dedikləri üçün və avtomobildə qadın cinsli şəxs olduğuna görə avtomobili idarə edərək həmin yerdən uzaqlaşmağa çalışmış, həmin vaxt polis əməkdaşları onu təqib etmiş, yol polisi əməkdaşları ilə arasında 5 metr məsafə olmuş və polis əməkdaşları onu ötüb keçməyə çalışsalar da o, icazə verməmişdir. Məhz polis əməkdaşları onu təqib etdikləri üçün o, svetoforun qırmızı işığında keçmiş və yol-nəqliyyat hadisəsi də bu səbəbdən baş vermişdir. Əvvəlcə şəxsi avtomobillə vurmasından məlumatsız olmuş, avtomobildən düşdükdə isə orada olan şəxslər artıq şəxsin öldüyünü demişlər. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, zərərçəkmiş şəxsə komək etmiş, lakin şəkərli diabet xəstəsi olduğu üçün səhhəti pisləşmiş, oradan xəstəxanaya getmiş və qorxduğu üçün hadisə yerindən qaçmışdır. Hadisədən sonra xəstəxanaya, səhhəti normallaşdıqdan sonra isə oradan da Bakı şəhərinə getmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 03 may 2023-cü il tarixdə yaşadığı Bərdə rayonunda keçirilən məclisdə spirtli içki qəbul etmişdir. Bundan sonra 04 may 2023-cü il tarixdə saat 01 radələrində əvvəlcədən tanıdığı Şahid2 ilə telefon vasitəsilə danışmış və görüşmək barədə razılaşmışlar. Daha sonra atası Baxşeyiş Məmmədova məxsus olmaqla tam saz vəziyyətdə olan, etibarnamə əsasında və sürücülük vəsiqəsi ilə idarə etdiyi “Toyota Camry” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonuna getmiş, orada Şahid2 ilə görüşmüş və birlikdə Mingəçevir şəhərinə getmişlər. Qeyd olunan tarixdə saat təxminən 08 radələrində Mingəçevir şəhəri, İslamzadə küçəsində avtomobili idarə edərkən yol-patrul xidmətinin əməkdaşları işarə edib onun idarə etdiyi avtomobili saxlatmışlar və söhbət əsnasında o, spirtli içki qəbul etdiyini bildirmişdir. Bundan sonra yol-patrul xidmətinin əməkdaşlarından biri onun avtomobilinin yanında qalmış, digəri isə onunla birlikdə Mingəçevir Şəhər Narkoloji Dispanserinə getmiş, orada sərxoşluğu müayinə olunduqdan sora yol-patrul xidmətinin əməkdaşı ilə birlikdə yenidən avtomobilin yanına qayıtmışlar. Daha sonra ona avtomobilin cərimə meydançasına aparılacağı bildirilmiş, o da qeyd olunan səbəbdən avtomobilin sükanının arxasına əyləşmiş və avtomobili idarə edib Mingəçevir şəhəri, Şahid3 prospektinə çıxmışdır. Bu zaman yolpatrul xidmətinin avtomobilinin onun idarə etdiyi avtomobili təqib etdiyini görmüş, yol-patrul ximəti əməkdaşlarından yayınmaq və Mingəçevir şəhərini tərk etmək üçün idarə etdiyi avtomobilin sürətini artırmışdır. Mingəçevir şəhəri, Şahid3 prospekti ilə Puşkin küçəsinin kəsişməsinə çatmağa bir qədər qalmış svetoforun sarı işığının yandığını görüb hərəkətini davam etdirərək 80-90 km/saat sürətlə avtomobili idarə edərək yolayrıcını keçmək istəmiş, hərəkəti üçün təhlükə svetoforun sarı işığında keçmək istəyərkən, lakin yolayrıcına çatarkən qırmızı işığın yandığı vaxtda yola daxil olduğu anda yaranmışdır. Bu zaman o, yolayrıcına daxil olduqda digər istiqamətdə “Mercedes Benz” markalı digər avtomobilin də yolayrıcına daxil olduğunu görüb avtomobili bir qədər sola istiqamətləndirmiş, lakin idarə etdiyi avtomobil “Mercedes Benz” markalı avtomobillə toqquşmuş, o, avtomobilin idarə etməsini itirmiş, idarə etdiyi avtomobil əks hərəkət zolağına keçərək səkidəki ehtiyat torpaq sahəsinə çıxaraq dayanmışdır. O, avtomobildən çıxmış və bu zaman idarə etdiyi avtomobilin “Mercedes Benz” markalı avtomobillə toqquşmasından sonra əks hərəkət zolağında olan piyadanı vurması ona məlum olmuşdur. Hadisənin təsirindən özünü itirmiş, zərərçəkmiş şəxsin qohumları ilə qarşılaşmamaq üçün hadisə yerindən aralaşıb taksi fəaliyyəti ilə məşğul olan şəxsin idarə etdiyi avtomobilə əyləşib Bərdə rayonuna getmiş, sonradan isə zərərçəkmiş şəxsin ailə üzvlərinə köməklik göstərmək məqsədilə müxtəlif yollar axtarmış, qeyd olunanlara görə də istintaq orqanına vaxtında gəlib təslim olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, mərhum X13 onun əri olmuşdur. Mərhum əri X22 Şəhər Mərkəzi Bazarında fəhləliklə məşğul olmuş və 04 may 2023-cü il tarixdə səhər saatlarından evdən çıxıb Mingəçevir Şəhər Mərkəzi Bazarına getmişdir. Saat təxminən 08 radələrində onun istifadəsində olan mobil telefon nömrəsinə zəng olunaraq əri X17 Şəhər Mərkəzi Bazarın qarşısındakı yolayrıcında yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil tərəfindən vurulduğu və ərinin aldığı xəsarətlərdən hadisə yerində öldüyü bildirilmişdir. Bundan sonra o, Mingəçevir şəhərində yerləşən meyitxanaya getmiş və orada olan zaman 04 may 2023-cü il tarixdə saat 08 radələrində Mingəçevir şəhəri, Şahid3 prospekti ilə A.S.Puşkin küçəsinin kəsişməsindəki yolayrıcında sürücü Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə idarə etdiyi “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü Şahid1 idarə etdiyi “Mercedes Benz” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması, “Toyota Camry” markalı avtomobilin idarəetməni itirib əks hərəkət zolağına keçərək əks hərəkət zolağında şəhərin çıxacağı istiqamətdə hərəkətdə olan əri Xəyyam Hüseynovu vurması, nəticədə ərinin aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, tam saz vəziyyətdə olan, etibarnamə əsasında və sürücülük vəsiqəsi ilə idarə etdiyi “Mercedes Benz E 320” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib 04 may 2023-cü il tarixdə saat 08 radələrində Mingəçevir Şəhər Mərkəzi Bazarına gedərkən Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi ilə Şahid3 prospektinin kəsişməsinə çatıb sol və sağ tərəflərə baxmış və onun hərəkəti üçün svetoforun yaşıl işığının, Şahid3 prospektində isə svetoforun qırmızı işığının yandığını görmüşdür. Bu zaman o, sol tərəfə baxdıqda yolun səkiyə yaxın zolağında olan avtomobilin svetoforun yaxınlığındakı stop xəttin bərabərliyində avtomobili dayandırdığını görmüş və Mingəçevir şəhəri, Şahid3 prospektinə daxil olaraq 5-10 km/saat sürətlə hərəkətini davam etdirmişdir. Şahid3 prospektindəki yolun mərkəzini digər hərəkət zolağına keçərkən qəflətən Şahid3 prospekti ilə şəhərin çıxacağı istiqamətində hərəkətdə olan “Toyota Camry” markalı avtomobilin yüksək sürətlə svetoforun qırmızı işığında yolayrıcına daxil olub idarə etdiyi avtomobilə tərəf gəldiyini görmüş və hərəkəti üçün təhlükə “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə svetoforun qırmızı işığında yolayrıcına çıxıb əks hərəkət zolağına keçdiyi zaman yaranmışdır. “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürəti təxminən 100 km/saat-dan yuxarı olduğundan o, təhlükənin yaranmasını anidən görmüş, təhlükənin yarandığını görüb dərhal tormozdan istifadə etmiş, lakin hadisənin tam qarşısını ala bilməmiş və idarə etdiyi “Mercedes Benz E 320” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi toqquşmuşdur. Nəticədə “Toyota Camry” markalı avtomobil idarə etməni itirərək fırlanıb əks hərəkət zolağına keçmiş və əks hərəkət zolağında araba sürən şəxsi vurduqdan sonra ehtiyat torpaq sahəyə keçərək dayanmışdır. Bundan sonra o, idarə etdiyi avtomobili hadisə yerində saxlayıb avtomobildən bayıra çıxmış, daha sonra isə hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə saat təxminən 05 radələrində onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmiş və onu Bərdə şəhərinə dəvət etmişdir. O da sonuncunun bu təklifi ilə razılaşmış, taksi fəaliyyəti ilə məşğul olan tanımadığı şəxsin idarə etdiyi avtomobillə Bərdə şəhərinə getmiş, orada Təqsirləndirilən şəxsla görüşüb sonuncunun idarə etdiyi avtomobilə əyləşmiş və birlikdə Mingəçevir şəhərinə gedərkən yolda Təqsirləndirilən şəxs təklifi ilə psixotrop maddə metamfetamin qəbul etmişlər. Həmin tarixdə saat təxminən 07 radələrində Mingəçevir şəhərinin ərazisində Kür çayının yaxınlığında olarkən X33 əməkdaşının tələbi ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlamış, daha sonra sonuncu yol polisi əməkdaşlarının avtomobili ilə bilmədiyi istiqamətdə getmiş və bir müddət sonra isə qayıtmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasında əyləşmiş, X33 əməkdaşlarının avtomobili cərimə meydançasına aparacaqlarını bildirmiş, başqa çıxış yolunun olmadığını, getməli olduqlarını ona demiş və avtomobilin mühərrikini işə salıb avtomobili idarə edərək mərkəzi yola çıxmışdır. Avtomobilin sürətinə əsasən Təqsirləndirilən şəxs avtomobili şəhər ərazisində icazə verilən 60 km/saat-dan daha artıq sürətlə idarə etdiyini hiss etmiş, sonuncu svetoforun qırmızı işığı yandığı hallarda belə avtomobili dayandırmamış və hərəkətinə davam etmişdir. Hadisə yerinə çatana qədər yol polisi əməkdaşlarının onları təqib edib-etməməsini dəqiqləşdirmək üçün o, avtomobilin salonundan arxaya baxmış, lakin yol polisi avtomobili onların arxasında görünməmişdir. Bundan sonra o, qabaq tərəfə dönərkən qəflətən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hər hansı maneə ilə toqquşduğunu hiss edib dərhal əli ilə baş nahiyəsini tutmuş və özünü itirmiş, bir neçə saniyə sonra isə artıq əyləşdiyi avtomobilin yol-nəqliyyat hadisəsi törədərək ehtiyat torpaq sahəyə çıxması, Təqsirləndirilən şəxs avtomobildə olmaması və ətrafa digər şəxslərin toplaşması ona məlum olmuşdur. Bundan sonra o, avtomobildən çölə çıxmış, daha sonra isə hadisə yerinə gəlmiş polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Mingəçevir ŞPŞ-nin Dövlət Yol X29-Patrul Xidmətinin inspektoru vəzifəsində işləyir. 03 may 2023-cü il tarixdə saat 09 radələrindən 04 may 2023-cü il tarixə saat 09 radələrinədək Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat-istintaq qrupunun üzvü kimi Mingəçevir Şəhər Polis X31 X29- Patrul Xidməti inspektoru Şahid4 ilə birlikdə Mingəçevir şəhəri, İslamzadə küçəsində xidmət aparan zaman “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili işarə edib saxlatmış, avtomobilin sürücüsü yaxınlaşdıqda həmin şəxsdən spirtli içki qoxusunun gəldiyini hiss etmiş və onun təklifi ilə sürücü Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinə aparılmışdır. Orada müayinə olunarkən Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olması müəyyən olunmuş, həmin yerdə sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə inzibati protokol tərtib etmiş, daha sonra birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxladıqları Mingəçevir şəhəri, İslamzadə küçəsinə geri qayıtmışlar və orada Təqsirləndirilən şəxs avtomobilin cərimə meydançasına yerləşdiriləcəyi bildirilmişdir. Bundan sonra o, bəzi əşyalarını götürəcəyini deyib avtomobilə yaxınlaşmış, daha sonra qapını açıb avtomobilə əyləşərək kiliddən istifadə edərək qapıları bağlamış, ardınca isə avtomobilin mühərrikini işə salıb avtomobili idarə edərək Minəçevir şəhəri, Şahid3 prospektinə çıxmışdır. Onlar da dərhal avtomobilə əyləşib həmin avtomobilin arxası ilə hərəkət etməyə başlamışlar, lakin Təqsirləndirilən şəxs qeyd olunan avtomobili yüksək sürətlə hərəkət etdirərək bütün svetoforlarda qırmızı işıqda keçdiyi üçün sürücünün hadisə törədəcəyindən qorxub avtomobilin sürətini azaltmışlar və göstərilən avtomobili kifayət qədər ara məsafəsi saxlamaqla müşayiət etməyə davam etmişlər. Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Şahid3 prospekti ilə A.S.Puşkin küçəsinin kəsişməsində yolayrıcına çatarkən yenə də svetoforun qırmızı işığında hərəkətini davam etdirmiş, A.S.Puşkin küçəsindən Şahid3 prospektinə daxil olan “Mercedes Benz” markalı avtomobillə toqquşmuş, nəticədə idarəetməni itirib çevrilərək əks hərəkət zolağında yolun kənarında olan piyadanı vurmuşdur. Onlar hadisə yerinə çatdıqda piyadanın artıq ehtiyat torpaq sahədə olması, “Toyota Camry” markalı avtomobilə yaxınlaşdıqda isə sürücünün avtomobildə olmaması, hadisə yerindən qaçması və həmin avtomobildə bir nəfər qadın cinsli şəxsin olması ona məlum olmuşdur. Bundan sonra hadisə yerinə əməliyyat-istintaq qupunun üzvləri gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Namik oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış 04 may 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 07:25-də Mingəçevir Şəhər Polis Şöbəsinə zəng olunaraq Mingəçevir şəhəri, Şahid3 prospekti ilə Puşkin küçəsinin kəsişməsində piyadanın vurulması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış 04 may 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 07:35-də “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən svetoforun qadağanedici qırmızı işığının tələblərinə əməl etməmiş, “Mercedes Benz” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra avtomobil piyadanı vurmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış 04 may 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 07:45-də “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı və Mercedes Benz E 320” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində ərazidən keçən piyadanın vurulması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 may 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 07:45-də Mingəçevir Şəhər Mərkəzi X1 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 04 may 2023-cü il tarixli 786 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoşluq aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş inzibati xəta haqqında 04 may 2023-cü il tarixli ******* nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə etməklə sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol verdiyinə görə həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış 04 may 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ağır yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə bir nəfər piyada ölmüşdür. Hadisə zamanı sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etmiş və hadisə baş verdikdən sonra avtomobili tərk edərək ərazidən uzaqlaşmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 04 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 08 radələrində Mingəçevir şəhəri, Şahid3 prospekti ilə A.S.Puşkin küçəsinin kəsişdiyi yolayrıcında asfalt yolda sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahid1 idarə etdiyi “Mercedes Benz E 320” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşduqdan sonra “Toyota Camry” **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməni itirib əks hərəkət zolağına çıxaraq əks hərəkət zolağında yolun kənarında hərəkətdə olan piyada X7 vurması və Xəyyam Hüseynovun aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir. Toqquşma nöqtəsi Mingəçevir şəhəri, Şahid3 prospektində “Toyota Camry” markalı avtomobilin hərəkət istiqamətində əks hərəkət zolağında qoşa xətdən 2 metr məsafədə yerləşir. “Mercedes Benz E 320” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma nöqtəsində dayanıqlı vəziyyətdədir. Toqquşma nöqtəsindən X5 meyitinədək 20 metr, “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilədək isə 35 metrdir. Protokola hadisənin baş vermə sxemi və fotoşəkillər əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 263-1.3 və 264-cü maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 21 may 2023-cü il tarixli 29 nömrəli rəyindən görünür ki, mərhum X5 meyitinin məhkəmə-tibb ekspertizası zamanı onda “sol baldırın yumşaq toxumalarının didilib dağılması ilə müşayiət olunan sol baldır sümüklərinin çoxsaylı açıqqəlpəli yerdəyişən sınıqları, sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları nəticəsində inkişaf edən posttravmatik şok” diaqnozu ilə, 04 may 2023-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində, yəni hərəkətdə olan avtomobilin hərəkətdə olan piyadanı vurması nəticəsində əmələ gələ bilən, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürüldükdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid və ölümlə birbaşa səbəbli əlaqəsi olan xəsarətlər aşkar edilmişdir. Onun ölümünə səbəb hər iki aşağı ətrafların açıq çoxqəlpəli yerdəyişən sınıqları nəticəsində inkişaf edən posttravmatik şok olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Onun hər iki aşağı ətraflarının üzərindən avtonəqliyyat vasitəsinin keçməsinə xarakterik xəsarətlər vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X33 İdarəsindən daxil olmuş 16 iyun 2023-cü il tarixli 3-13-16/2-78215/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2017-ci il tarixdə (13 aprel 2027-ci il tarixədək etibarlı olan) AE seriyalı, 224438 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Mingəçevir şəhəri, Şahid3 propekti ilə A.S.Puşkin küçəsinin kəsişdiyi yolayrıcında quraşdırılmış svetoforlara baxış keçirilmişdir. “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətində, yəni Mingəçevir şəhəri, Şahid3 prospektində svetoforun qırmızı işığının qalma müddəti 30 saniyə, sarı işığının qalma müddəti 4,5 saniyə, yaşıl işığının qalma müddəti isə 26 saniyədir. “Mercedes Benz E 320” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətində, yəni Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində svetoforun qırmızı işığının qalma müddəti 30 saniyə, sarı işığının qalma müddəti 4,5 saniyə, yaşıl işığının qalma müddəti isə 23 saniyədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri və video-texniki ekspertizasının 05 oktyabr 2023-cü il tarixli 8/2245-4/1271 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd “Verbatim” markalı DVD-R disklərə yazılmış videoyazılara görə “Toyota Camry” markalı avtomobilin bilavasitə hadisə yeri yaxınlığından götürülmüş və tədqiqi hissədə göstərilmiş hesablama cisimləri arasındakı məsafədə orta sürəti V=88 km/saat, “Mercedes Benz E320” markalı avtomobilin bilavasitə hadisə yeri yaxınlığından götürülmüş və tədqiqi hissədə göstərilmiş məsafədə orta sürəti isə V=19 km/saat olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Toyota Camry” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Toyota Camry” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 88 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2023-cü il tarixli 1700 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təhlükə yaranan zaman, yəni “Mercedes Benz E 320 markalı”, **-NK- *** dövlət qeydiyyat nişanlı avtomobilin yolayrıcına daxil olduğunu gördüyü zaman öz hərəkəti üçün svetoforun qırmızı işığının yandığını, “Mercedes Benz E 320 markalı”, **- NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolayrıcına daxil olduğunu gördüyü zaman idarə etdiyi avtomobillə avtomobil yolunun mərkəzində olan qoşa xətti kəsərək əks hərəkət zolağına keçməyə başladığını və toqquşmadan yayına biləcəyini düşünərək tormozdan istifadə etmədən əks hərəkət zolağına keçərək hərəkətini davam etdirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 idarə etdiyi “Mercedes Benz” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkəti üçün təhlükə yaranan zaman, yəni “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili sol tərəfdən svetoforun qırmızı işığında yolayrıcına daxil olduğunu gördüyü an tormozdan istifadə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, təhlükə yaranan andan toqquşma nöqtəsinədək “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil 30,2 metr məsafə qət etmişdir. Təhlükə yarandığı zaman “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün svetoforun qırmızı işığı, “Mercedes Benz E 320” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün isə i svetoforun yaşıl işığı yanmışdır. Təhlükə yarandığı zaman, yəni “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı markalı avtomobilin hərəkəti üçün qırmızı işığın yandığı zaman “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil svetofordan 12 metr məsafədə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 idarə etdiyi “Mercedes Benz” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Şahid3 prospektində tormozdan istifadə etdiyi yer müəyyən edilmiş, Şahid1 hərəkəti üçün təhlükə yarandığı an onun idarə etdiyi “Mercedes Benz” markalı, **- NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arasında 7,5 metr məsafə olması, hərəkəti üçün təhlükə yarandığı andan “Mercedes Benz” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormozdan istifadə etməklə toqquşma nöqtəsinədək 1,3-1,5 metr məsafə qət etməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 dekabr 2023-cü il tarixli 8/3343 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə mövcud yol-nəqliyyat hadisəsində “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükəli şərait yaranmamışdır. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Toyota Camry” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Toyota Camry” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 88 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsinə CM-in 143-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263-1.3 və 264-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AC seriyalı, 901660 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə dair çıxarışdan görünür ki, “Toyota Camry” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X10r. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş etibarnaməyə dair çıxarışdan görünür ki, 13 aprel 2017-ci il tarixdə X18 tərəfindən Təqsirləndirilən şəxs 13 aprel 2027-ci il tarixədək etibarnamə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BB seriyalı, 128114 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X19r. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 20 sentyabr 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X23 tərəfindən Şahid1 07 may 2023-cü il tarixədək “Mercedes Benz E 320” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək səlahiyyəti verilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26.1-ci maddəsinə əsasən isə cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-in 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 26.3-cü maddəsinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarına pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində CM-in 263-1.3 və 264-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini demiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan maddələr ilə özünü təqsirli bilmədiyini qeyd etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində 03 may 2023-cü il tarixdə yaşadığı Bərdə rayonunda keçirilən məclisdə spirtli içki qəbul etdiyini, 04 may 2023-cü il tarixdə idarə etdiyi “Toyota Camry” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonuna getdiyini, orada Şahid2 ilə görüşdüyünü, birlikdə Mingəçevir şəhərinə getdiklərini, qeyd olunan tarixdə saat təxminən 08 radələrində Mingəçevir şəhəri, İslamzadə küçəsində avtomobili idarə edərkən yol-patrul xidmətinin əməkdaşlarının işarə edib onun idarə etdiyi avtomobili saxlatdıqlarını, söhbət əsnasında spirtli içki qəbul etdiyini bildirdiyini, bundan sonra yol-patrul xidmətinin əməkdaşlarından birinin onun avtomobilinin yanında qaldığını, digərinin isə onunla birlikdə Mingəçevir Şəhər Narkoloji Dispanserinə getdiyini, orada sərxoşluğu müayinə olunduqdan sora yol-patrul xidmətinin əməkdaşı ilə birlikdə yenidən avtomobilin yanına qayıtdıqlarını, daha sonra ona avtomobilin cərimə meydançasına aparılacağının bildirildiyini, qeyd olunan səbəbdən avtomobilin sükanının arxasına əyləşdiyini, avtomobili idarə edib Mingəçevir şəhəri, Şahid3 prospektinə çıxdığını, bu zaman yol-patrul xidmətinin avtomobilinin onun idarə etdiyi avtomobili təqib etdiyini gördüyünü, yol-patrul ximəti əməkdaşlarından yayınmaq və Mingəçevir şəhərini tərk etmək üçün idarə etdiyi avtomobilin sürətini artırdığını, Mingəçevir şəhəri, Şahid3 prospekti ilə Puşkin küçəsinin kəsişməsinə çatmağa bir qədər qalmış svetoforun sarı işığının yandığını görüb hərəkətini davam etdirərək 80-90 km/saat sürətlə avtomobili idarə edərək yolayrıcını keçmək istədiyini, svetoforun qırmızı işığı yandığı vaxtda yolayrıcına daxil olduqda digər istiqamətdə “Mercedes Benz” markalı digər avtomobilin də yolayrıcına daxil olduğunu görüb avtomobili bir qədər sola istiqamətləndirdiyini, lakin idarə etdiyi avtomobilin “Mercedes Benz” markalı avtomobillə toqquşduğunu, avtomobilin idarə etməsini itirdiyini, idarə etdiyi avtomobilin əks hərəkət zolağına keçərək səkidəki ehtiyat torpaq sahəsinə çıxaraq dayandığını, avtomobildən çıxdıqdan sonra idarə etdiyi avtomobilin “Mercedes Benz” markalı avtomobillə toqquşmasından sonra əks hərəkət zolağında olan piyadanı vurmasının ona məlum olduğunu, hadisənin təsirindən özünü itirdiyini, zərərçəkmiş şəxsin qohumları ilə qarşılaşmamaq üçün hadisə yerindən aralaşıb taksi fəaliyyəti ilə məşğul olan şəxsin idarə etdiyi avtomobilə əyləşib Bərdə rayonuna getdiyini, sonradan isə zərərçəkmiş şəxsin ailə üzvlərinə köməklik göstərmək məqsədilə müxtəlif yollar axtardığını və qeyd olunanlara görə də istintaq orqanına vaxtında gəlib təslim olmadığını qeyd etmişdir. Hadisə vaxtı avtomobildə olan Şahid2 isə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs ilə 04 may 2023-cü il tarixdə Bərdə şəhərində görüşüb sonuncunun idarə etdiyi avtomobilə əyləşərək Mingəçevir şəhərinə getdiklərini, həmin tarixdə saat təxminən 07 radələrində Mingəçevir şəhərinin ərazisində Kür çayının yaxınlığında olarkən X33 əməkdaşının tələbi ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxladığını, daha sonra sonuncunun yol polisi əməkdaşlarının avtomobili ilə bilmədiyi istiqamətdə getdiyini, bir müddət sonra qayıtdığını, bundan sonra Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasında əyləşdiyini, X33 əməkdaşlarının avtomobili cərimə meydançasına aparacaqlarını bildirdiklərini, başqa çıxış yolunun olmadığını və getməli olduqlarını ona dediyini, avtomobilin mühərrikini işə salıb avtomobili idarə edərək mərkəzi yola çıxdığını, avtomobilin sürətinə əsasən Təqsirləndirilən şəxs avtomobili şəhər ərazisində icazə verilən 60 km/saat-dan daha artıq sürətlə idarə etdiyini hiss etdiyini, svetoforun qırmızı işığı yandığı hallarda belə avtomobili dayandırmadığını, hərəkətinə davam etdiyini, hadisə yerinə çatana qədər yol polisi əməkdaşlarının onları təqib edib-etməməsini dəqiqləşdirmək üçün avtomobilin salonundan arxaya baxdığını, lakin yol polisi avtomobilinin onun əyləşdiyi avtomobilin arxasında görünmədiyini, bundan sonra qabaq tərəfə dönərkən qəflətən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hər hansı maneə ilə toqquşduğunu hiss etdiyini, dərhal əli ilə baş nahiyəsini tutduğunu, özünü itirdiyini, bir neçə saniyə sonra isə artıq əyləşdiyi avtomobilin yol-nəqliyyat hadisəsi törədərək ehtiyat torpaq sahəyə çıxmasının, Təqsirləndirilən şəxs avtomobildə olmamasının və ətrafa digər şəxslərin toplaşmasının ona məlum olduğunu qeyd etmişdir. Bununla bağlı qeyd etmək zəruridir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol maddələrin istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməmək mexaniki nəqliyyat vasitəsinin sürücüsünün vəzifəsidir. Bu Qanunun 37-ci maddəsinin İV hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndində nəzərdə tutulmuş hallarda yol-nəqliyyat hadisəsi yerini tərk edə bilər. Bu Qanunun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz) hərəkət etməlidirlər. Bu Qanunun 60-cı maddəsinin İİ hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7-1-ci maddəsinə əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. Habelə CM-in 264-cü maddəsinin “Qeyd” hissəsinə əsasən zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol-nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur Göründüyü kimi, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, o, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, yuxarıda qeyd olunan normativ-hüquqi aktların tələblərini pozması nəticəsində qeyd olunan hadisə baş vermiş, bundan sonra isə zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar olmayan səbəbdən yol-nəqliyyat hadisəsi yerini tərk etmişdir. Yuxarıda təsvir olunanlarla bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək özünü təqsirli bilməyib həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə göstərilən xüsusatla bağlı Təqsirləndirilən şəxs qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması və ya yüngülləşdirilməsi üçün verildiyini hesab edir və belə qənaətə gəlir ki, həmin ifadələr sonuncunun təqsirsizliyini təsdiq edən sübut növü kimi qəbul edilə və onun bəraətinin əsasını təşkil edən dəlil rolunu oynaya bilməz. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri CM-in 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini ehtiyatsızlıqdan törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə CM-in 263-1.3-cü maddəsində göstərilən cinayət əməli ağır, CM-in 264-cü maddəsində göstərilən cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 may 2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X21 məhkəməyə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonunun Qaratəpə kəndində yaşayır, 19 iyul 2022-ci ildə doğulmuş Zəhra Məmmədova və 19 oktyabr 2023-cü ildə doğulmuş Zeynəb Məmmədova onun himayəsindədir, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, X3 şəhəri, Şahid3 prospekti, ev 84, mənzil 23 ünvanında yaşayır, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən X14 və X4 adına tərtib olunmuş doğum haqqında şəhətnamələrin surətlərindən görünür ki, həmin şəxslərin atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Masallı Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmünün, Bərdə Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarının, Bərdə Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarının, Bərdə Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmünün, Tərtər Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmünün surətlərindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 12 oktyabr 2023-cü il tarixli 18/01 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasının çəkilməmiş hissəsi Bərdə Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən 01 il azaldılmış və qeyd olunan cəzasının çəkilməmiş 04 ay 17 günü Bərdə Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ilə 02 ay 08 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Bundan başqa o, Bərdə Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü ilə CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinərək 09 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzasının çəkilməmiş 07 ay 13 günü Tərtər Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 02 il 04 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd olunan hökm və hökmün icrası barədə göstəriş Bərdə Rayon İcra və Probasiya Şöbəsinə 21 fevral 2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə qeydiyyata alınmış, lakin Təqsirləndirilən şəxs cəzaçəkmə qaydalarına əməl etmədiyi üçün 05 may 2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinə təqdimat verilmiş, sonuncu məhkəmə prosesinə gəlmədiyi üçün Bərdə Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarı ilə axtarış elan edilərək tutulmasına dair qərar qəbul olunmuş, məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzasının 02 ay 27 gününü çəkmiş və cəzasının çəkilməmiş hissəsi 02 il 09 ay 03 gün təşkil edir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli 02 nömrəli Qərarının 5-ci bəndinin a yarımbəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan həmin cəza məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməzlər. Odur ki, Təqsirləndirilən şəxs CM-in 263.1-3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törədənədək cəzasını çəkib qurtarmasa da əvvəllər törətdiyi cinayət əməllərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, habelə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzası sonradan azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edildiyindən, azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza hesab olunduğundan və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzası sonradan məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyi halda həmin şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilmədiyindən onun sonradan qeyd olunan cinayət əməllərini törətməsi cinayətlərin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların olmasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 263-1.3-cü maddəsində göstərilən cinayət əməli ağır, CM-in 264-cü maddəsində göstərilən cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş axtarışda olan şəxsin tutulması haqqında 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhərində saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 19 iyul 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay olmaqla 19 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun tutulduğu 19 iyul 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Habelə cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və həmin cəzasının çəkilməmiş hissəsi 02 il 09 ay 03 gün təşkil edir. Bununla bağlı qeyd olunmalıdır ki, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, CM-in 67.1-ci maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 09 ay 03 günü CM-in 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 01 (bir) il 04 (dörd) ay 17 (on yeddi) gün müəyyən olunaraq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona əsas cəza ilə yanaşı CM-in 263-1.3 və 264-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan “Toyota Camry” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi X11, “Mercedes Benz” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə qanuni sahibi Şahid1 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 428 (dörd yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Bununla bağlı məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, məhkəmə yolnəqliyyat hadisələri və video-texniki ekspertizasının 05 oktyabr 2023-cü il tarixli 8/2245- 4/1271 nömrəli və 05 dekabr 2023-cü il tarixli 8/3343 nömrəli rəyləri Təqsirləndirilən şəxs ilə yanaşı həmçinin Şahid1 təqsirləndirildiyi cinayət işi üzrə sübut növü olduğundan həmin 428 (dörd yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza tədqiqatının dəyərinin yarısı, yəni 214 (iki yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmalıdır. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 428 (dörd yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs 214 (iki yüz on dörd) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəza əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 09 (doqquz) ay 03 (üç) günü Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 01 (bir) il 04 (dörd) ay 17 (on yeddi) gün müəyyən olunaraq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 19 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il 06 (altı) ay müddətə şamil edilsin. Cinayət işi üzrə maddi sübut olan “Toyota Camry” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi X11, “Mercedes Benz” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə qanuni sahibi Şahid1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 428 (dörd yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs 214 (iki yüz on dörd) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar