Məhkəmə qərarları › İş №1(091)-95/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-95/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-95/2025 13.03.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Yevlax rayonunun Aeroport qəsəbəsində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 150.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxslərə zor tətbiq etməklə təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdə gecə saat təxminən 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal ünvan 2 ünvanında kirayədə yaşadığı mənzildə əvvəldən tanıdığı Zərərçəkmiş şəxs1 onunla qeyri-təbii, yəni anal yolla cinsi əlaqədə olmağı təklif etmiş, lakin sonuncunun buna icazə vermədiyini görüb cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə evin yataq otağında Zərərçəkmiş şəxs1 qarşı qəsdən zor tətbiq etməklə fiziki ağrı yetirərək sonuncunun əllərini tutub müqavimət göstərməsinin qarşısını alaraq üzü üstə yatağa uzadıb Zərərçəkmiş şəxs1 əynində olmuş alt paltarını aşağı çəkib öz cinsi orqanını gərilmiş vəziyyətdə Zərərçəkmiş şəxs1 arxa keçəcək dəlik nahiyəsinə zorla daxil edərək Zərərçəkmiş şəxs1 qarşı qəsdən zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, 29 iyun 2024-cü il tarixdə gecə saat 04 radələrində Yevlax rayonunun Aeroport qəsəbəsində yerləşən fərdi yaşayış evinin yataq otağında arvadı Zərərçəkmiş şəxs2 ilə arasında sonuncunun ona Zərərçəkmiş şəxs1 evə nə üçün gətirməsini və ona yatmağa imkan verməməsini deyərək irad bildirməsinə görə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən yumruq zərbələri ilə Zərərçəkmiş şəxs2 sol ayağına vuraraq sonuncuya sol budun yuxarı və orta 1/3-nin yan səthinin şişkinlik fonunda iri ölçülü qançırı ilə nəticələnən Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Bundan əlavə, o, 29 iyun 2024-cü il tarixdə gecə saat 04 radələrində Yevlax rayonunun Aeroport qəsəbəsində yerləşən evinin zal otağında Zərərçəkmiş şəxs1 ilə mübahisə etdikdən sonra arvadı Zərərçəkmiş şəxs2 yatdığı yataq otağına gələrək sonuncuya onunla qeyri-təbii, yəni anal yolla cinsi əlaqədə olmağı təklif etmiş, lakin Zərərçəkmiş şəxs2 buna icazə və razılıq vermədiyini görüb öz cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə evin yataq otağında Zərərçəkmiş şəxs2 qarşı qəsdən zor tətbiq etməklə fiziki ağrı yetirərək sonuncunun əllərini zorla tutub müqavimət göstərməsinin qarşısını alaraq üzü üstə yatağa uzadıb Zərərçəkmiş şəxs2 əynində olmuş alt paltarını aşağı çəkib öz cinsi orqanını gərilmiş vəziyyətdə Zərərçəkmiş şəxs2 arxa keçəcək dəlik nahiyəsinə zorla daxil edərək Zərərçəkmiş şəxs2 qarşı qəsdən zor tətbiq etməklə təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan savayı, o, 29 iyun 2024-cü il tarixdə gecə saat 06 radələrində Yevlax rayonunun Aeroport qəsəbəsində yerləşən evinin zal otağında tanışı Zərərçəkmiş şəxs1 onunla qeyri-təbii yolla, yəni anal yolla və ağız nahiyəsindən oral yolla cinsi əlaqədə olmağı təklif etmiş, lakin sonuncunun buna icazə və razılıq vermədiyini görüb öz cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə evin zal otağında Zərərçəkmiş şəxs1 qarşı qəsdən zor tətbiq etməklə fiziki ağrı yetirərək sonuncunun əllərini zorla tutub müqavimət göstərməsinin qarşısını alıb Zərərçəkmiş şəxs1 divana uzadaraq əynində olmuş alt paltarını aşağı çəkib öz cinsi orqanını gərilmiş vəziyyətdə əvvəlcə Zərərçəkmiş şəxs1 arxa keçəcək dəlik nahiyəsinə daxil edərək onunla seksual xarakterli digər zorakılıq hərəkətləri etdikdən sonra gərilmiş cinsi orqanını Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyindən çıxarıb sonuncunun ağız boşluğuna qəsdən daxil edərək oral yolla seksual xarakterli digər zorakılıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs1 qarşı qəsdən zor tətbiq etməklə təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam, CM-in 150.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə isə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etsə də ifadə verməkdən imtina etmiş, qeyd olunan səbəbdən onun həmin ifadələri elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun arvadıdır, Zərərçəkmiş şəxs1 isə təxminən 4 ay müddətdir tanımışdır. O, arvadı Zərərçəkmiş şəxs2 döyməmiş və sonuncuya qarşı hər hansı seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. O, Zərərçəkmiş şəxs1 bəyəndiyi üçün sonuncu ilə ailə həyatı qurmaq istəmiş və bu məqsədlə əvvəlcə mobil telefonla danışmağa başlamışlar, sonradan isə birlikdə yaşamağa qərar vermişlər. Təxminən 10 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində Zərərçəkmiş şəxs1 ilə kirayə ev tutub yaşamağa başlamışlar və həmin evdə yaşadıqları müddətdə bir neçə dəfə sonuncu ilə könüllü olaraq təbii yolla cinsi əlaqədə olmuşlar. 18 iyun 2024-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhərində, “Kristal-1” yaşayış kompleksində yaşadıqları evdə olarkən o, Zərərçəkmiş şəxs1 ilə təbii yolla cinsi əlaqədə olmağa başlamış, bu zaman sonuncu yataq otağında yerləşən çarpayıda üzü üstə uzanmış və həmin vaxt sonuncuya qeyri-təbii yolla, yəni arxa nahiyədə yerləşən anus dəliyi vasitəsilə cinsi əlaqədə olacaqları barədə heç nə deməmişdir. Cinsi əlaqədə olan zaman o, öz gərginləşmiş cinsiyyət orqanını sonuncunun arxa nahiyədə yerləşən anus dəliyinə daxil edərək cinsi əlaqəni davam etdirmiş və təxminən 3-4 dəqiqə sonra sonuncu ayağa qalxaraq onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o, cinsi istəyini tamamlayıb orqazm ola bilməmiş, daha sonra isə əsəbləşib Zərərçəkmiş şəxs1 baş və ayaq nahiyələrinə sillə zərbələri vuraraq sonuncunu döymüşdür. Bundan sonra onun dəvəti ilə Zərərçəkmiş şəxs1 28 iyun 2024-cü il tarixdə onun Yevlax rayonunun Aeroport qəsəbəsində yerləşən evinə gəlmiş, bu zaman ailə üzvləri sonuncu ilə olan münasibətinə son qoymasını tələb etmişlər və bu səbəbdən də aralarında mübahisə baş versə də o, sonuncudan ayrılmayacağını bildirmişdir. Daha sonra 29 iyun 2024-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 ilə birlikdə yataq otağında olan çarpayıya uzanmışlar və bu zaman sonuncu onun bədənini və cinsiyyət orqanını öpüb onu ehtiraslandırmışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, lakin sonuncu menstruasiya olduğunu bildirdiyi üçün sonuncu ilə təbii yolla cinsi əlaqədə ola bilməmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 ilə oral qaydada cinsi əlaqdə olmaq istəmiş, lakin sonuncu razılaşmamışdır. Buna baxmayaraq, həmin vaxt onun cinsi ehtirası yüksək səviyyədə olduğu və hər nə yolla olursa olsun cinsi istəyini təmin etməyi fikirləşdiyi üçün Zərərçəkmiş şəxs1 cinsi əlaqədə olacağını demiş və bu zaman sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq sonuncunu döymüşdür. Ardınca isə o, zalda qoyulmuş divana uzanmış və Zərərçəkmiş şəxs1 saçından tutaraq məcburi qaydada gərginləşmiş cinsiyyət orqanını sonuncunun ağız nahiyəsinə daxil etmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 bir neçə dəfə onun cinsiyyət orqanını ağız nahiyəsindən çıxartsa da o, sonuncunun əllərindən və saçından tutaraq yenidən cinsiyyət orqanını sonuncunun ağız nahiyəsində daxil etmiş və təxminən 3-5 dəqiqə sonra orqazm olaraq spremasını sonuncunun qarın nahiyəsinə boşaltmışdır. Onun Zərərçəkmiş şəxs1 döyməsini və xəsarət yetirməsini həmin vaxt evdə olan anası Şahid1 və arvadı Zərərçəkmiş şəxs2 görmüşlər, lakin Zərərçəkmiş şəxs1 ilə məcburi qaydada oral yolla cinsi əlaqdə olmasını görməmişlər. Daha sonra o, yuxulamış, yuxudan oyandıqda Zərərçəkmiş şəxs1 polis şöbəsinə şikayət etməsi ona məlum olmuş və bir müddət sonra Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gələrək onu polis şöbəsinə dəvət etmişlər. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2014-cü ildə evlənmiş, 25 oktyabr 2023-cü il tarixdə isə boşanmış və Abşeron rayonu, Xırdalan qəsəbəsi, “AAAF” park yaşayış kompleksi, bina 25, giriş 8, mənzil 36 ünvanında övladları ilə birlikdə yaşamağa başlamışdır. 28 mart 2024-cü il tarixdə “TikTok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş və bir müddət sonra mobil telefonla və “WhatsApp” tətbiqi vasitəsilə danışmağa başlamışlar. Bir müddət sonra Təqsirləndirilən şəxs onunla evlənəcəyini demiş və onu görüşmək üçün Yevlax rayonunun Aeroport qəsəbəsində yaşayan xalasının evinə dəvət etmişdir. O, təxminən 2024-cü ilin aprel ayının əvvəllərində dəqiq xatirində qalmayan tarixdə Təqsirləndirilən şəxs Yevlax rayonunun Aeroport qəsəbəsində yaşayan xalası Yasəmən Hüseynovanın evinə gəlmiş və bir gün orada qalmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs xalası Yasəmən Hüseynova da evdə olmuş və bu zaman o, təbii yolla Təqsirləndirilən şəxsla könüllü olaraq cinsi əlaqədə olmuşdur. Bundan sonra o, Abşeron rayonunda yerləşən yaşadığı evə qayıtmış, təxminən bir ay sonra yenidən Təqsirləndirilən şəxs dəvəti ilə Yevlax rayonunun Aeroport qəsəbəsində yaşayan xalası Yasəmən Hüseynovanın evinə gəlmiş və bir gün orada qalmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs xalası Yasəmən Hüseynova da evdə olmuş və bu zaman o, təbii yolla Təqsirləndirilən şəxsla könüllü olaraq cinsi əlaqədə olmuşdur. Bundan sonra o, Abşeron rayonunda yerləşən yaşadığı evə qayıtmış, əvvəlcə Mətlə Hüseynovun subay olduğunu düşünmüş, lakin sonradan sonuncu ona evli olduğunu demişdir. O, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsilə danışmış və söhbət əsnasında sonuncu onu qəbul edəcəyini demişdir. O, 2024-cü ilin may ayında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs Yevlax rayonunun Aeroport qəsəbəsində yerləşən evinə getmiş, üç gün müddətində orada qalmış və həmin müddətdə könüllü olaraq təbii yolla sonuncu ilə cinsi əlaqədə olmuş, bundan sonra isə Abşeron rayonunda yerləşən yaşadığı evə qayıtmışdır. 15 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonuna gələrək Xırdalan qəsəbəsində yerləşən “Kristal 1” yaşayış kompleksində olan 10-cu binanın 2-ci girişində yerləşən 69 nömrəli mənzili kirayəyə tutmuş və onlar orada birlikdə yaşamağa başlamışlar. 18 iyun 2024-cü il tarixdə saat təxminən 03-05 radələrində Təqsirləndirilən şəxs onunla anus dəliyi vasitəsilə anal yolla cinsi əlaqədə olmağı təklif etmiş, lakin o, heç vaxt anal qaydada cinsi əlaqədə olmadığını, anal qaydada cinsi əlaqədə olmaq istəmədiyini və bunu pis qəbul elədiyini deyib sonuncunun bu təklifi ilə razılaşmamışdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs anal qaydada cinsi əlaqədə olacağını ona deyib onun baş və ayaq nahiyələrinə sillə və yumruq zərbələri vuraraq onu döymüş, daha sonra isə onun sağ qolunu burub saxlamaqla onun üzərinə çıxıb qeyri-təbii yolla, yəni anus dəliyi vasitəsilə anal yolla onunla məcburi qaydada cinsi əlaqədə olmuş və sonda orqazm olaraq spermasını onun arxa keçəcək dəliyinə boşaltmışdır. Bundan sonra o, oradan qaçmağı planlaşdırmış, lakin Mətləb Hüseyov onun evdən gedəcəyini başa düşdüyü üçün həmin tarixdə axşam vaxtı ona məxsus olan 01 (bir) ədəd “REDMİ 12 NOT S” markalı və 01 (bir) ədəd “REDMİ 9 NOT” markalı smartfon tipli mobil telefonlarını və 50 manat məbləğində pulunu götürüb evi tərk etmiş, ardınca isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra o, 20 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxsla mobil telefonda danışaraq onun telefonlarını qaytarmasını xahiş etmiş, sonuncu isə ona mobil telefonları gəlib özünün aparmasını dediyi üçün 28 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Yevlax rayonunun Aeroport qəsəbəsində yerləşən evinə getmişdir. Orada olarkən Təqsirləndirilən şəxs onun 01 (bir) ədəd “REDMİ 12 NOT S” markalı və 01 (bir) ədəd “REDMİ 9 NOT” markalı smartfon tipli mobil telefonlarını və 50 manat məbləğində pulunu ona qaytarmış və həmin tarixdə orada qalmışdır. 28 iyun 2024-cü il tarixdə saat təxminən 03-05 radələrində orada olarkən Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla, yəni anus dəliyi vasitəsilə anal yolla məcburi qaydada cinsi əlaqədə olmaq istəmiş, lakin o, buna etiraz etdikdə sonuncu onun saçından tutub öz gərginləşmiş cinsiyyət orqanını onun arxa nahiyəsində yerləşən anus dəliyinə daxil edərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa başlamış və sonra o, qəflətən qışqırdığı üçün cinsiyyət orqanını çıxartmışdır. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs onunla oral qaydada cinsi əlaqədə olmaq istəmiş, lakin o, buna etiraz etdikdə sonuncu evin hamam otağına gedib 1 kiloqram həcmi olan şüşə materiallı balonu sındıraraq balonun sınmış şüşəsi ilə əlini və qolunu kəsməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs2 ona yatmasını və Təqsirləndirilən şəxs bilərəkdən belə hərəkətlər etməsini ona demiş, o da Zərərçəkmiş şəxs2 sözünə əsasən zalda qoyulmuş divana uzanmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs da hamamdan zala gəlib paltarlarını soyunub çılpaq vəziyyətdə divanda uzanıb cinsiyyət orqanını ağız nahiyəsinə daxil etməsini ona təklif etmiş, lakin o, razılaşmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs onu mətbəxə apararaq onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq onu döymüş, daha sonra isə onun baş nahiyəsi tərəfdə dayanıb saçından tutaraq onu yuxarıya doğru qaldıraraq dizlərini yerə qoyub cinsiyyət orqanını ağız nahiyəsinə daxil etməsini ona təklif etmiş, lakin o, yenidən razılaşmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs saçından tutub onu sürüyərək zala aparmış, zalda divarda quraşdırılmış kondisionerin alt hissəsinə yerə yastıq qoyaraq yenidən cinsiyyət orqanını ağız nahiyəsinə daxil etməsini ona demiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs2 və anası Şahid1 bu məsələyə müdaxilə etmişlər və ardınca isə o, yataq otağında Zərərçəkmiş şəxs2 yanında uzanmışdır. Bir müddət keçdikdən sonra 29 iyun 2024-cü il tarixdə səhər saat 06 radələrində Təqsirləndirilən şəxs onun saçından tutaraq məcburi qaydada gərginləşmiş cinsiyyət orqanını onun ağız nahiyəsinə daxil etmiş, bu zaman o, bir neçə dəfə sonuncunun cinsiyyət orqanını ağız nahiyəsindən çıxarsa da, sonuncu onun əllərindən və saçından tutaraq yenidən cinsiyyət orqanını onun ağız nahiyəsinə daxil etmiş və təxminən 3-5 dəqiqə sonra orqazm olaraq spermasının bir hissəsini onun ağız nahiyəsinə, bir hissəsini isə öz paltarına boşaltmışdır. Təqsirləndirilən şəxs ona qarşı qanunsuz hərəkətlər etməsini həmin vaxt evdə olan sonuncunun anası Şahid1 və arvadı Zərərçəkmiş şəxs2 görmüşlər. Təqsirləndirilən şəxs yuxuladıqdan sonra o, həmin tarixdə saat təxminən 07 radələrində sonuncunun arvadı Zərərçəkmiş şəxs2 köməkliyi ilə evi tərk etmiş və polis şöbəsinə gedərək bu barədə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxsla nikahda olduğu dövrdə əri ilə arxa keçəcək vasitəsilə cinsi əlaqədə olmuşdur. Hadisə baş verən zaman o, öz otağında olmuş, bu zaman əri ilə Zərərçəkmiş şəxs1 arasında mübahisə başlamış, bundan sonra əri onun yanına gəlib onunla cinsi əlaqədə olmaq istədiyini demiş, lakin o, razılıq verməmişdir. Daha sonra əri ona təpik zərbəsi vurub otağı tərk etmiş, lakin həmin vaxt o, xəsarət almamışdır. Əri Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etsə də ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmiş və ibtidai istintaq zamanı əsəbi olduğu üçün ərinin ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini demişdir. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, sonuncu ilə 2010-cu ildə evlənmişdir və birlikdə ünvan 3 ünvanında yaşayır. Təqsirləndirilən şəxs ona qarşı bir neçə dəfə zorakılıq hərəkətləri etmiş, 07 yanvar 2024-cü il tarixdə onu yerə yıxaraq onun saçlarını qırxmış, uşaqlarının gözü qarşısında onu döymüş, lakin o, qorxduğu üçün polis şöbəsinə şikayət etməmişdir. O, Zərərçəkmiş şəxs1 2024-cü il aprel ayında tanımış və həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadıqları evə gətirərək sonuncu ilə münasibətinin olduğunu bildirmişdir. O, dəfələrlə buna etiraz etiraz etmiş, lakin Mətləb Hüeynov hər dəfə onu nalayiq ifadələrlə təhqir edərək döymüşdür. 28 iyun 2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 yaşadıqları evə gəlmiş, bu zaman o, sonuncudan gəlməsinin səbəbini soruşmuş, sonuncu isə Təqsirləndirilən şəxs dəvəti ilə gəldiyini və tanış olmalarını qeyd edəcəklərini demişdir. 29 iyun 2024-cü il tarixdə saat təxminən 01 radələrində evdə olarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə mübahisə etməyə başlamış, daha sonra isə sonuncunun saçından tutaraq döyməyə başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun otağına gəlib saçından sürüyərək qonaq otağına aparmış və cinsi əlaqədə olmasını demişdir. Bundan bir müddət sonra 29 iyun 2024-cü il tarixdə saat təxminən 04 radələrində Təqsirləndirilən şəxs onu döyməyə başlamış və onun yuxulamasına icazə verməyəcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yanına gedərək sonuncu ilə qeyri-təbii yolla, yəni anus dəliyi vasitəsilə anal yolla məcburi qaydada cinsi əlaqədə olmaq istəmiş, lakin sonuncu etiraz etdikdə Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs1 döyməyə başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs cinsi istəyini təmin edə bilmədiyi üçün onun yanına gəlmiş və onun saçından tutub öz gərginləşmiş cinsiyyət orqanını onun arxa nahiyəsində yerləşən anus dəliyinə salaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa başlamış, lakin o, qəflətən qışqırdığı üçün cinsiyyət orqanını çıxarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qonaq otağına keçərək həmin tarixdə saat təxminən 04 radələrində Zərərçəkmiş şəxs1 ilə oral qaydada cinsi əlaqədə olmaq istəmiş, lakin sonuncu buna etiraz etdikdə Təqsirləndirilən şəxs evin hamam otağına gedib 1 kiloqram həcmi olan şüşə materiallı balonu sındıraraq balonun sınmış şüşəsi ilə əlini və qolunu kəsməyə başlamışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 yatmasını və Təqsirləndirilən şəxs bilərəkdən belə hərəkətlər etməsini demişdir. Onun sözünə əsasən Zərərçəkmiş şəxs1 zalda qoyulmuş divana uzanmış, bir qədər sonra Təqsirləndirilən şəxs da hamamdan zala gəlib paltarlarını soyunub çılpaq vəziyyətdə divanda uzanıb cinsiyyət orqanını ağız nahiyəsinə daxil etməsini Zərərçəkmiş şəxs1 təklif etmiş, lakin sonuncu razılaşmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs həmin tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 mətbəxə apararaq sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq döymüş, daha sonra isə sonuncunun saçından tutaraq yuxarıya doğru qaldırıb dizlərini yerə qoyub cinsiyyət orqanını ağız nahiyəsinə daxil etməsini Zərərçəkmiş şəxs1 təklif etmiş, lakin sonuncu yenidən razılaşmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 saçından tutub sürüyərək zala aparmış və zalda divarda quraşdırılmış kondisionerin alt hissəsinə yerə yastıq qoyaraq yenidən sonuncuya cinsiyyət orqanını ağız nahiyəsinə daxil etməsini demişdir. Bir müddət keçdikdən sonra 29 iyun 2024-cü il tarixdə səhər saat 06 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 saçından tutaraq məcburi qaydada gərginləşmiş cinsiyyət orqanını sonuncunun ağız nahiyəsinə daxil etmiş, bu zaman sonuncu bir neçə dəfə Təqsirləndirilən şəxs cinsiyyət orqanını ağız nahiyəsindən çıxarsa da, sonuncu Zərərçəkmiş şəxs1 əllərindən və saçından tutaraq yenidən cinsiyyət orqanını sonuncunun ağız nahiyəsinə daxil etmiş və təxminən 3-5 dəqiqə sonra orqazm olaraq spermasının bir hissəsini sonuncunun ağız nahiyəsinə, bir hissəsini isə öz paltarına boşaltmışdır. Təqsirləndirilən şəxs yuxuladıqdan sonra həmin tarixdə saat təxminən 07 radələrində onun köməkliyi ilə Zərərçəkmiş şəxs1 evi tərk etmiş və polis şöbəsinə gedərək bu barədə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax rayonunun Aeroport qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs2 isə onun gəlinidir və həmin şəxslər 2010-cu ildə ailə həyatı qurmuşlar. Zərərçəkmiş şəxs1 isə tanımır. Zərərçəkmiş şəxs1 əvvəllər bir neçə dəfə yaşadıqları evə gəlmiş, bu zaman o, Təqsirləndirilən şəxs bunun səbəbini soruşmuş, sonuncu isə Zərərçəkmiş şəxs1 ilə tanışlığının olmasını və sonuncunun qonaq gəldiyini ona demişdir. Sonuncu dəfə Zərərçəkmiş şəxs1 28 iyun 2024-cü il tarixdə günorta saatlarında yenidən yaşadıqları evə gəlmiş və bu zaman o, əsəbləşdiyi üçün evi tərk edib Yevlax rayonunun Aeroport qəsəbəsində yaşayan bacısı Yasəmən Hüseynovanın yaşadığı evə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun bacısı, Təqsirləndirilən şəxs isə bacısının əridir və adları qeyd edilən şəxslər 2010-cu ildə ailə həyatı qurmuşlar. Zərərçəkmiş şəxs1 isə tanımır. Bacısı Zərərçəkmiş şəxs2 deməsinə əsasən 29 iyun 2024-cü il tarixdə gecə vaxtı Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs2 döyərək sağlamlığına yüngül zərər vurması, habelə sonuncu ilə zorla arxa nahiyədən anal yolla cinsi əlaqədə olmaqla sonuncuya qarşı seksual xarakerli zorakılıq hərəkətlər etməsi ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 iyun 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 00:24-də Zərərçəkmiş şəxs1 070 840-00-48 mobil telefon nömrəsi vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək Təqsirləndirilən şəxs onu öldürməklə hədələməsi, mobil telefonu baxmaq adı ilə götürüb qaytarmaması, evdə olan ona məxsus olan 100 manat pulu və oğluna məxsus olan mobil telefonu aparması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzildə iradəsinə zidd olaraq onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olması, ona məxsus olan və 500 manat dəyəri olan mobil telefonu, övladına məxsus olan və 300 manat dəyəri olan mobil telefonu və 50 manat nağd pulu oğurlaması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 19 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal ünvan 2 ünvanıdır. Baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 iyun 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 04:30-da şəxsiyyətinin gizli qalmasını istəyən şəxs mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək Təqsirləndirilən şəxs qışqırması və arvadını döyməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonunun Aeroport qəsəbəsində ona qarşı zor tətbiq edərək və öldürməklə hədələyərək məcburi qaydada öz gərginləşmiş cinsiyyət orqanını onun ağız nahiyəsinə daxil edib aral yolla onunla cinsi əlaqəda olaraq ona qarşı seksual xarakerli zorakılıq hərəkətləri etməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 01 iyul 2024-cü il tarixli 397 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizası zamanı onun bədən səthində onun travma almasını göstərən obyektiv məhkəmə-tibbi əlamətlər (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilməmişdir. Onun düz bağırsağının selikli qişasında 29 iyun 2024-cü il tarixdə küt alətin (əşyanın), ola bilsin gərginləşmiş (ereksiya halında) kişi tənasül üzvünün düz bağırsağa yeridilməsi nəticəsində əmələ gəlmiş xəsarət-qançır aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 03 iyul 2024-cü il tarixli 412 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb ekspertizası zamanı onda “Sol budun yuxarı və orta 1/3-nin yan səthinin şişkinliyi fonunda iri ölçülü qançır” diaqnozu ilə, 29 iyun 2024-cü il tarixdə küt alətin (alətlərin) təsirindən əmələ gəlmiş və səhhətin qısa müddətə pozulmasına səbəb olduğu üçün bu əlamətə görə dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 03 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Yevlax şəhəri, Aeroport qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin zal və yataq otaqlarıdır. Baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialın cinayət işinə əlavə edilməsi haqqında 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində araşdırılan material həmin tarixdə onun barəsində araşdırılan cinayət işinə birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 iyul 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona qarşı zorakılıq edərək onun razılığı olmadan onunla qeyri-təbii yolla cinsi əlaqədə olması və onu döyərək ona xəsarət yetirməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 iyul 2024-cü il tarixli 488 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb ekspertizası zamanı onun bədən səthində onun travma almasını göstərən obyektiv məhkəmə-tibbi əlamətlər (qançır, sıyrıq və s.) aşkar edilməmişdir. Onda qıfabənzər çuxurun, şüavari büküşlərin hamarlaşmasının və sfinktorun tonusdan düşməsinin aşkar olunması onunla mütəmadi olaraq qeyri-təbii yoll cinsi əlaqədə olunduğunu göstərir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 150.2.5-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin CM-in digər maddəsinə tövsif edilməsi haqqında 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 150.2.5-ci maddəsindən həmin Məcəllənin 128 və 150.2.5-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 128 və 150.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 15 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 27 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 29 iyun 2024-cü il tarixdə saat 04 radələrində arvadı Zərərçəkmiş şəxs2 əvvəlcə şəxsi münasibətlər zəminində döyməsi, daha sonra isə sonuncu ilə qeyri-təbii yolla, yəni anus dəliyi vasitəsilə cinsi əlaqədə olmaqla, sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 134, 177, 221.1, 150.2.1, 150.2.3 və 150.2.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirib CM-in 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam, CM-in 150.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə isə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsində 18 iyun 2024-cü il tarixdə gecə saat təxminən 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal ünvan 2 ünvanında kirayədə yaşadığı mənzildə öz cinsi orqanını gərilmiş vəziyyətdə Zərərçəkmiş şəxs1 arxa keçəcək dəlik nahiyəsinə zorla daxil edərək sonuncuya qarşı qəsdən zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etdiyini, 29 iyun 2024-cü il tarixdə gecə saat 04 radələrində Yevlax rayonunun Aeroport qəsəbəsində yerləşən fərdi yaşayış evinin yataq otağında arvadı Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış mübahisə vaxtı qəsdən yumruq zərbələri vuraraq sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vuran bədən xəsarətləri yetirdiyini və 29 iyun 2024-cü il tarixdə gecə saat 06 radələrində Yevlax rayonunun Aeroport qəsəbəsində yerləşən evinin zal otağında cinsi orqanını gərilmiş vəziyyətdə Zərərçəkmiş şəxs1 ağız boşluğuna zorla daxil edərək sonuncuya qarşı qəsdən zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etdiyini etiraf etsə də 29 iyun 2024-cü il tarixdə gecə saat 04 radələrində Yevlax rayonunun Aeroport qəsəbəsində yerləşən evinin zal otağında öz cinsi orqanını gərilmiş vəziyyətdə arvadı Zərərçəkmiş şəxs2 arxa keçəcək dəlik nahiyəsinə zorla daxil edərək sonuncuya qarşı qəsdən zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmədiyini və 29 iyun 2024-cü il tarixdə gecə saat 06 radələrində Yevlax rayonunun Aeroport qəsəbəsində yerləşən evinin zal otağında cinsi orqanını gərilmiş vəziyyətdə Zərərçəkmiş şəxs1 arxa keçəcək dəlik nahiyəsinə zorla daxil edərək sonuncuya qarşı qəsdən zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmədiyini qeyd etmiş, məhkəmə istintaqı zamanı isə ifadə verməkdən imtina etmiş və məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilmədiyi hissədə qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri ilə də Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi həmin xüsusatlar təkzib olunmuşdur. Həmçinin ibtidai istintaq zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə aparılan zaman ifadələrində qeyd etdikləri xüsusatları sonuncunun üzünə demişlər. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraiti ilə bağlı ibtidai istintaq zamanı özünü təqsirli bilmədiyi hissədə qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünümüdafiə xarakterli ifadə hesab edir. Əksinə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb birinin digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Eləcə də qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində 29 iyun 2024-cü il tarixdə Yevlax rayonunun Aeroport qəsəbəsində yerləşən evinin yataq otağına olan zaman əri Təqsirləndirilən şəxs cinsi orqanını gərilmiş vəziyyətdə onun arxa keçəcək dəlik nahiyəsinə zorla daxil edərək ona qarşı qəsdən zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etdiyini desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə əri Təqsirləndirilən şəxsla nikahda olduğu dövrdə ərinin arxa keçəcək vasitəsilə onunla cinsi əlaqədə olduğunu, hadisə baş verən zaman öz otağında olduğunu, bu zaman əri ilə Zərərçəkmiş şəxs1 arasında mübahisənin başladığını, bundan sonra ərinin onun yanına gəlib onunla cinsi əlaqədə olmaq istədiyini dediyini, lakin razılıq vermədiyini, daha sonra ərinin ona təpik zərbəsi vurub otağı tərk etdiyini, lakin həmin vaxt xəsarət almadığını, əri Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etsə də ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmədiyini və ibtidai istintaq zamanı əsəbi olduğu üçün ərinin ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini dediyini qeyd etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşaraq hesab edir ki, adı qeyd edilən şəxs əri olduğuna görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına istiqamətlənmiş ifadə vermişdir. Çünki adı qeyd olunan şəxs sonradan ibtidai istintaq zamanı verdiyi ifadəsinin dəyişdirilməsi ilə bağlı müraciət etməmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə adı qeyd olunan şəxsin ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadəsinin, eləcə də digər zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxslərə zor tətbiq etməklə təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 06 fevral 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmiş, qeyd olunanlar nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilmiş və adı qeyd olunan şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 150.2.5-ci maddəsi ilə tövsifi düzgündür. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 150.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməl başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 150.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən notariat qaydasında təsdiq edilmiş 15 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış 06 fevral 2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonunun Aeroport qəsəbəsində yaşamışdır, 15 oktyabr 2012-ci ildə doğulmuş Mətin Hüseynov və 09 mart 2014-cü ildə doğulmuş Ramiz Hüseynov onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 150.2.5-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 26 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 27 iyul 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 26 iyul 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 26 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 avqust 2024-cü il tarixli 570 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik keçirməməsi səbəbindən o, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və həmin əməli idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. O, hal-hazırda da öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək imkanındadır. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür, onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 29 iyul 2024-cü il tarixli PHŞ-4364/24 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində dindirilməsini əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsini əks etdirən bir ədəd, şübhəli şəxs Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasını əks etdirən bir ədəd olmaqla, ümumilikdə beş ədəd videogörüntünün köçürüldüyü beş ədəd disk həmin tarixdə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində dindirilməsini əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsini əks etdirən bir ədəd, şübhəli şəxs Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasını əks etdirən bir ədəd olmaqla, ümumilikdə beş ədəd videogörüntünün köçürüldüyü beş ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 26 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində dindirilməsini əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsini əks etdirən bir ədəd, şübhəli şəxs Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasını əks etdirən bir ədəd olmaqla, ümumilikdə beş ədəd videogörüntünün köçürüldüyü beş ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar