Məhkəmə qərarları › İş №1(091)-96/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-96/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-96/2021 22.12.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, X8 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxx 1991-ci ildə Oğuz rayonunun Şirvanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Oğuz rayonunun Şirvanlı kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda X4 saxlanılan Təqsirləndirilən şəxs2 və xx xxxxx 1981-ci ildə Oğuz rayonunun Şirvanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Oğuz rayonunun Şirvanlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda X4 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 bibisi oğlu Oğuz rayonunun Şirvanlı kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin yaz aylarında Oğuz rayonu, Xalxal inzibati ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan ərazinin 100 metr şərqində yerləşən meşə sahəsində 36 kvadrat metr ərazidə qanunsuz olaraq külli miqdarda, yəni 165 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib xüsusi qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, xx.xx.2020-ci il tarixdə Oğuz Rayon Polis Şöbəsinin (bundan sonra RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin narkotik tərkibli çətənə bitkiləri olan yerin qarşısında Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının “Dayan, polisdir” və “Ayaz və Novruz, sizi tanıdıq, təslim olun” tələbinə məhəl qoymayaraq, əlində olan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq gəzdirdiyi 1 ədəd PH-1193 nömrəli, Rusiya dövlətində zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli, odlu silah ilə qeyrimüəyyən istiqamətə atəş açmış, həmin vaxt polis əməkdaşları da havaya 2 dəfə xəbərdarlıq atəşi açdıqdan sonra Təqsirləndirilən şəxs1 hadisə yerindən qaçmış, lakin qeyd olunan tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs2 hadisə yerində, Təqsirləndirilən şəxs1 isə saat 06 radələrində Oğuz rayonu Şirvanlı kəndi ərazisində saxlanılaraq Oğuz RPŞ-yə gətirilmiş, həmin şəxslər şübhəli şəxs qismində tutulduqdan sonra hadisə yerinə baxış keçirilmiş, hadisə yerindən Təqsirləndirilən şəxs2 məxsus qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq gəzdirdiyi 1 ədəd PH-1193 nömrəli, Rusiya dövlətində zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli, odlu silah, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş daraqda hər birində 7 və 8 ədəd patron olmaqla, ümumilikdə zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, atəş üçün yararlı 15 ədəd patron, bundan başqa PH-1193 nömrəli, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı silahdan atılmış 1 ədəd giliz, 1 ədəd “Night Vision” markalı, 1077 nömrəli gecəgörmə cihazı, 1 ədəd yun materialından hazırlanmış papaq tipli maska və 1 ədəd əlcəyin sağ tayı, həmçinin polis əməkdaşına məxsus 1 ədəd CM-3216M nömrəli, Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı yivli odlu silahdan atılmış 2 ədəd giliz götürülmüş, daha sonra həmin yerin yaxınlığında, Oğuz rayonu, Xalxal inzibati ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan ərazinin 100 metr şərqində yerləşən meşə sahəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq birgə əkib xüsusi qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etdikləri, hündürlükləri 70 sm-dən 150 sm-dək, ümumi təmiz çəkiləri 13 kiloqram 50 qram olan 165 ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkiləri, daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə baxış keçirilən zaman həyətindəki gül topasının dibindən 1 ədəd sarı rəngli sellofan torbada içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 91,31 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 dayısı oğlu Oğuz rayonu, Şirvanlı kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin yaz aylarında Oğuz rayonu, Xalxal inzibati ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan ərazinin 100 metr şərqində yerləşən meşə sahəsində 36 kvadrat metr ərazidə qanunsuz olaraq külli miqdarda yəni, 165 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib xüsusi qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, xx.xx.2020-ci il tarixdə Oğuz RPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin narkotik tərkibli çətənə bitkiləri olan yerin qarşısında Təqsirləndirilən şəxs2, polis əməkdaşlarının “Dayan, polisdir” və “Ayaz və Novruz, sizi tanıdıq, təslim olun” tələbinə məhəl qoymayaraq əlində olan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirdiyi 1 ədəd PH-1193 nömrəli, Rusiya dövlətində zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli, odlu silah ilə qeyri-müəyyən istiqamətə atəş açmış, həmin vaxt polis əməkdaşları da havaya 2 dəfə xəbərdarlıq atəşi açdıqdan sonra Təqsirləndirilən şəxs1 hadisə yerindən qaçmış, lakin qeyd olunan tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs2 hadisə yerində, Təqsirləndirilən şəxs1 isə saat 06 radələrində Oğuz rayonu Şirvanlı kəndi ərazisində saxlanılaraq Oğuz RPŞ-ya gətirilmiş, həmin şəxslər şübhəli şəxs qismində tutulduqdan sonra Oğuz rayonu, Xalxal inzibati ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan ərazinin 100 metr şərqində yerləşən meşə sahəsinə baxış keçirilmiş, həmin ərazidən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq birgə əkib xüsusi qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etdikləri, hündürlükləri 70 sm-dən 150 sm-dək, ümumi təmiz çəkiləri 13 kiloqram 50 qram olan 165 ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkiləri, bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə baxış keçirilən zaman həyətindəki fındıq ağaclarından birinin dibindən sellofan torbada içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 36,88 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, digər fındıq ağacının dibindən isə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1 ədəd 185352 nömrəli, 1960-cı il buraxılışlı, Tula istehsallı, 16 kalibrli, TOZ-B modelli, hamar, qoşalüləli, odlu, yivsiz, qundağı və lüləsi kustar üsulla kəsilmiş və halhazırda öz təyinatını itirmiş, texniki cəhətdən atəşə yararlı silah və həmin silahın içərisində 16 kalibrli ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararsız 02 ədəd gilizlər aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, 31 iyul 2020-ci il tarixdə, axşam saatlarında Ayazla birlikdə Qəbələ rayonuna getmişlər. Qəbələdən axşam saatlarında yaşadığı Şirvanlı kəndinə qayıtmışdır. Evə qayıdanda ona evdən heyvanların örüşdən gəlmədiyini demişlər. O da heyvanları axtarmaq üçün gecə saat 12 radələrində evdən çıxmışdır. Əvvəlcə heyvanları kəndin ərazisində axtarmış, lakin tapa bilməmişdir. Heyvanları axtaranda həmkəndlilərini də görmüş, onlardan da soruşmuşdur. Sonra isə heyvanların örüşə aparıldığı yerə doğru getmişdir. Kəndin yuxarı hissəsində otlaq sahəsinin kənarı ilə heyvanları axtarmış, həmin ərazidə xeyli gedəndən sonra 7-8 nəfər polis əməkdaşları ilə qarşılaşmışdır. Həmin polis əməkdaşlarını əvvəlcədən tanımış, onlarla ünsiyyəti olmuşdur. Həmin vaxt polis əməkdaşları ona meşədə narkotik tərkibli bitkilər əkilən ərazi olduğunu, həmin ərazinin onun olduğunu və onu tutmağa gəldiklərini bildirmişlər. O, əvvəlcə polislərin onunla zarafat etdiklərini düşünmüş, həmin polis əməkdaşlarından biri onu neçə müddətdir ki, izlədiyini demişdir. Həmin vaxt polislərdən hansısa arxadan qollarını tutmuş, qandal vurmuş və başına meşok keçirmişdir. Həmin vaxt 7-8 dəfə atəş səsi eşitmiş və onu yerə uzatmışlar. Sonra onu yerdən qaldırmışlar, lakin ona nə baş verdiyi barədə heç nə deyən olmamışdır. Səhərə qədər onu həmin yerdə əlləri bağlı və başında meşokla saxlamışlar. Səhərə yaxın Oğuz RPŞ-nın rəisi və bir neçə nəfər polis əməkdaşı gəlmişlər. Ortaq tanışları vasitəsilə əvvəlcədən polis şöbəsinin rəisi ilə münasibəti olmuşdur. Rəis ondan nə məsələ olduğunu soruşmuş, o da cavab olaraq nə baş verdiyini bilmədiyini demişdir. Oğuz RPŞ-nın rəisi məsələni aydınlaşdırmaq üçün onu polis şöbəsinə aparmalarını tapşırmışdır. Polis şöbəsinə aparandan sonra rəisin otağında onunla söhbət etmiş, həmin vaxt yanlarında rəisinin müavini də olmuşdur. Rəislə söhbət edən zaman rəis ona silahı boynuna götürməyi bildirmiş, o da buna etiraz etmişdir. Bundan sonra rəis ona söz vermişdir ki, silahın onun olduğunu etiraf etsə, qalan məsələləri özü həll edəcək. Həmçinin, rəis ona meşə ərazisində narkotik tərkibli bitkilər əkildiyini və həmin bitkilərin onun tərəfindən əkildiyini demiş, o da rəisə həmin ərazinin kimin olduğunu bilmədiyini və həmin ərazidə onu görənin olmadığını demişdir. Rəis ona silahı boynuna götürməyi, məhkəmədən də onu qurtaracağını bildirmişdir. Səhər saat 9-10 radələrində polis şöbəsinə evdə olan qonaqlarını və Ayazı da gətirdiklərini bilmişdir. Rəis ondan silahı boynuna götürməyi, bunu ondan xahiş etdiyini, əks halda polis şöbəsinə problem yaradacağını bildirmişdir. O, silahın onun olduğunu qəbul etmiş, ancaq narkotik vasitəni qətiyyən qəbul etmədiyini bildirmişdir. Bundan sonra müstəntiq onun adından izahat yazmış, o da oxumuş və silahın mərhum atasına məxsus olduğunun qeyd edildiyini görmüşdür. İzahatda yazılanlarla razılaşıb imzalamışdır. Daha sonra polis rəisinin müavininin otağına keçmiş, orada oturub söhbət edən zaman əməliyyatın rəisi içəri daxil olmuş və rəisin ona kömək edə bilməyəcəyini, onu aparmaqları üçün banditizmin əməkdaşlarının gəldiyini bildirmişdir. Daha sonra ifadəsinin davamında bildirmişdir ki, ona gecə polis əməkdaşlarına atəş açdığı, üstündə maska olduğu bildirilmiş, lakin o, heyvanlarını axtaran vaxt kənd camaatından soruşub örüşə doğru getmişdir. Onu həmin vaxt görənlər olmuş, hər kəsdən heyvanlarını görən olub-olmadığını soruşmuşdur. Həyətinə narkotik vasitə qoymuşlar. O, ittiham olunduğu heç bir maddə ilə günahkar olmadığını, ona şər atıldığını bildirmişdir. O, anası və qardaşı ilə birlikdə yaşayır. Aşkar olunan qeyri-qanuni əşyaların hər hansı birində onun və ailə üzvlərinin hər hansı birinin barmaq izi olarsa, ən ağır cəza çəkməyə razıdır. Təqsirləndirilən şəxs2 ona verilən sualları cavablandırarkən isə bildirmişdir ki, polis əməkdaşları onu saxladıqları zaman ona heç nə izah etməmişlər. Saxlamaqlarının səbəbi ona sonradan məlum olmuşdur. O, narkotik tərkibli bitkilər əkilən ərazini görməmiş, həmin ərazidən xəbəri olmamışdır. Oğuz RPŞ-nın rəisi ilə münasibəti olmuş, ortaq tanışları vasitəsilə aralarında münasibət yaranmışdır. Rəis ona narkotik vasitənin və digər əşyaların ona məxsus olmadığını bildiyini demiş, lakin silahı boynuna almağı ondan xahiş etmiş, bir sıra vədlər verərək onu aldatmışdır. O da ona görə silahı qəbul etmiş, rəislə razılaşmışdır. Bundan sonra silahın atasına məxsus olduğu qeyd olunmuşdur. Silahdan başqa qeyd olunan digər əşyalardan gecə görmə cihazını, maskanı isə inandırıcı olması üçün ibtidai istintaq orqanı əlavə etmişdir. Daha sonra bildirmişdir ki, onunla birlikdə həyətə daxil olan polis əməkdaşları həyəti gəzəndən dərhal sonra yol qapısından girən kimi qarşıda əkilmiş gülün dibindən sellofanı götürüb ondan nə olduğunu soruşmuşlar. O da həmin sellofanın nə olduğunu bilmədiyini, açıb içinə baxmalarını demişdir. Həmin vaxt polis əməkdaşları ona sellofanın içində narkotik vasitə olduğunu bildirmişlər. Evinə və həyətində olan əlavə tikililərə baxış keçirilməmiş, polis əməkdaşları ancaq evin eyvanında şəkil çəkmişlər. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilərkən verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, ona məxsus 1 ədəd “Makarov” tapança, 2 daraq, 1 ədəd gecəgörmə cihazı və 1 ədəd papaq tipli maska var. Daraqlarının birində 8 ədəd, digərində isə 7 ədəd patron olmuşdur. “Makarov” tapançası, daraq və patronlar mərhum atası X9 ona yadigar qalmışdır, yəni mərhum atası həmin silahı, darağı və patronları yaşadıqları evin həyətində torpağa basdırmış, o da həmin tapança, daraq və patronları ov etmək məqsədilə üzərində götürmüşdür. xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində gecə görmə cihazını götürmüş, qeyd etdiyi maskanı cibinə qoyaraq, tapançanı və patronlarla birlikdə daraqları götürərək ov etmək üçün Oğuz rayonu Şirvanlı kəndi ərazisində yerləşən meşəyə getmişdir. Həmin vaxtdan təxminən 30 dəqiqə sonra meşə ərazisində olarkən uzaqdan səs gəldiyini görmüşdür. O, həmin vaxt gecəgörmə cihazını başına keçirmiş və gələnlərin polis əməkdaşları olduğunu bilmişdir. Bundan sonra polis əməkdaşları üzərinə işıq salmış, o da irəli çıxıb onlara özünü göstərmişdir. Orada onun üzərində silah olduğunu polis əməkdaşları bilmiş və o, silahı polis əməkdaşlarına vermiş, polis əməkdaşları isə onu polis şöbəsinə gətirmişlər. O, narkotik tərkibli çətənə kollarını əkməmiş və narkotik vasitədən istifadə etməmişdir. Onda silah, patron, gecəgörmə cihazı və maska olmasından heç kəsin xəbəri olmamışdır. Ova tək getmiş, yanında heç kəs olmamışdır. Həmin vaxt mobil telefonu yanında olmamış, telefonundan ondan başqa qardaşı Samir istifadə etmişdir. Maska papaq tipli olduğu üçün soyuq olmasın deyə başına taxmışdır. Gecəgörmə cihazını 2 il əvvəl Oğuz rayonunda tanımadığı Gürcüstan vətəndaşından 200 dollar müqabilində, maskanı isə 4 il əvvəl Bakı şəhərində yerləşən “Ovçular” mağazasından almışdır. Təqsirləndirilən şəxs2 ifadəsi elan olunduqdan sonra ona verilən sualları cavablandırarkən bildirmişdir ki, qeyd olunan ifadəni o, polis rəisi ilə razılaşandan sonra vermişdir. İfadə onu aldadaraq alınmış və həmin ifadədə qeyd olunanlar onun sərbəst ifadəsi olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, 2020-ci ilin avqust ayında səhər saatlarında Gəncə şəhərinə getməli olmuşdur. Səhər saat 6-7 radələrində evdən çıxmış, qapıda dayısı oğlu Novruzun maşınını görmüşdür. Bir gün qabaq Novruzdan ehtiyac olsa maşını ona verməsi barədə xahiş etmiş, o da problem olmadığını bildirmişdir. Maşının nə vaxt gətirildiyindən onun xəbəri olmamışdır. Səhər Siyavuşgilə gedəndə ona zəng gəlmiş, polis əməkdaşları olduğunu, onun qapısında olduqlarını bildirmişdir. O da evdə olmadığını, Gəncə şəhərinə getdiyini demişdir. Ona evə qayıtmağını tapşırmışlar. O da qayıdıb evə tərəf gələn zaman mağaza tərəfdə polis əməkdaşlarının olduğunu görmüşdür. 3-4 maşın onun üstünə tərəf gələrək maşını saxlamışlar. Polis əməkdaşları maşından düşmüşlər və onun ciblərini axtarmağa başlamışlar. Ondan Novruzun maşınını onun idarə edib-etmədiyini soruşmuşlar. O da Novruzun maşınını idarə etmədiyini, maşının həyətdə olduğunu bildirmişdir. Ondan maşının açarını istəmişlər. O da açarın onda olmadığını bildirmişdir. Novruzun polis şöbəsində olduğunu, maşını da polis şöbəsinə aparacaqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmiş, həyətdə maşının yanında açarı axtarmış, ancaq tapmamışdır. Maşının açarının harada olduğunu və maşını kimin sürdüyünü bilmədiyini demişdir. Həyətdə maşının mühafizəsi üçün əməkdaş qalmış, onu isə polis şöbəsinə aparmışlar. Orada da polis şöbəsinin rəisinə 3 nəfər şəxslə Gəncə şəhərinə getməli olduğunu demiş, ölkədə mövcud olan karantin qaydalarına görə onlarla gedəcək şəxslərdən birinin polis əməkdaşı olduğunu bildirmişdir. Həmin əməkdaşa zəng edib ondan Ayazı tanıyıbtanımadığını soruşmuşlar. O da Ayazı tanıdığını və Gəncə şəhərinə gedəcəklərini bildirmişdir. Bundan sonra rəis onu aparmağı tapşırmışdır. Vüsal adlı polis əməkdaşı ona sillə vurmuş, onu başqa otağa aparıb orada əllərini bağlamış və onu ağacla döymüşlər. Ona narkotik vasitənin Novruzun olduğunu, Novruzla birlikdə olduğunu, bəhanəylə Gəncə şəhərinə qaçdığını demişlər. Onu ağacdan asmış, Samir və Coşqun adlı polis əməkdaşları onu döymüşlər. Otaqda 7-8 nəfər polis əməkdaşı olmuşdur. O da öz etirazını bildirmiş, maşını sürmədiyini demişdir. Hal-hazırda rəhmətə gedən polis əməkdaşı onu 6 ay izlədiyini bildirmişdir. Vüsal adlı polis əməkdaşı 5 dəfə onun əməliyyatından qaçdığını, axır ki, onu tutduqlarını bildirmişdir. Samir adlı polis əməkdaşı ona həyətində narkotik vasitə və silah olduğunu bildirmiş, o da həyəti axtara biləcəklərini demişdir. Bundan sonra yaşadığı ünvana baxış keçirmək istədiklərini bildirmiş və o baxış keçirilməsinə etiraz etməmişdir. Baxış keçirmək üçün ərizə yazmış və imzalamışdır. Polis şöbəsindən çıxmamışdan qabaq onu narkotik əkilən əraziyə aparmayacaqlarını bildirmişlər. Bundan sonra polis şöbəsindən kəndə gedərkən polis əməkdaşlarının onun yaşadığı ev istiqamətində getmədiklərini görmüş, hara getdiklərini soruşan zaman həmin yerdə onu yox, Novruzu düşürəcəklərini bildirmişlər. Daha sonra onu meşə ərazisinə aparmışlar. Hava qaralan vaxt onu yaşadığı ünvana aparmışlar. Həyətdə xeyli adamlar olmuşdur. Həyətdə şəkil çəkilmiş, təhqiqatçı Elçin həyətin aşağısına doğru getməyə başlamışdır. O da polis əməkdaşları ilə birlikdə gedən zaman birdən polis əməkdaşı “dayan, bu silah sənin deyil?” demişdir. O da “bu cür silah olar, açın baxın görək nədir” demişdir. Həmin vaxt açıb baxanda göy rəngli narkotik vasitə olduğunu görmüşdür. Sonra arxadan gələn polis əməkdaşı ona əlində olan silahı göstərib, “bu silah sənin deyil?” demişdir. O da onlara silahın onun olmadığını bildirmişdir. O, polis əməkdaşlarından videoçəkiliş olmasını tələb etmiş, ancaq çəkiliş olmamışdır. Həyətin qabağına gəlmiş, anasının və atasının qarşısında Qurana əl basaraq silahın və narkotik vasitənin ona məxsus olmadığını, kimin olduğunu da bilmədiyini bildirmişdir. Daha sonra yenidən polis şöbəsinə qayıtmışlar. Orada Ceyhun adlı əməliyyatçı ona bildirmişdir ki, “biz bilirik ki, sənin deyil, ancaq aşkar olunanları sizinkilər qoyub”. O da kimin nə etdiyini bilmədiyini demişdir. O, bu işin Oğuz RPŞ tərəfindən araşdırılmağını istəmədiyini bildirmişdir. Daha sonra polis şöbəsində video çəkiliş olmuş, həmin vaxt o, narkotik vasitənin ona məxsus olmadığını, kimə məxsus olduğunu da bilmədiyini demişdir. Onun çəkiliş zamanı dediklərini bəyənmədikləri üçün 2-3 dəfə yenidən çəkiliş etmişlər. O, çəkilişi izləyən zaman onun danışığının verilmədiyini görmüşdür. İfadəsinin davamında isə bildirmişdir ki, narkotik vasitə və silah ona məxsus olmamış, kimin olduğunu da bilməmişdir. Belə işlərlə məşğul olan olmamışdır. Onun 2 hektar həyətyanı sahəsi var. Polis əməkdaşları heç yeri axtarmadan ancaq həyətində olan fındıq ağacı tərəfə gedərək ora baxmışlar. Sanksiya verilən zaman da hakimə döyüldüyünü bildirmişdir. X5 Oğuz Rayon Prokurorluğunun əməkdaşı Aftandil adlı müstəntiq gələrək onun Oğuz RPŞ-da döyülməsi ilə bağlı araşdırma aparıldığını bildirmiş və ondan bu barədə izahat almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, oğlu hərbi xidmətə çağırılmışdır. Milli ordunun Gəncə şəhərində yerləşən hərbi hissəsində xidmət etmiş, hələ andiçməsi olmamışdır. Ayaz da əvvəllər hərbiçi olduğundan oğlu ilə maraqlana bilməsi üçün Ayazdan tanış tapmasını xahiş etmişdir. Ayazın tanıdığı bir nəfər hərbi qulluqçu oğlunun olduğu həmin hərbi hissədə xidmət etmişdir. O da həmin hərbi hissədə Ayazın tanışı olduğu üçün oğlunu görməyə Ayazla birlikdə getmək barədə qərarlaşmışdır. Lakin Ayaz tutulduğu üçün gedə bilməmişlər. Şahid5 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, hərbi hissəyə o, Ayaz və polis əməkdaşı Rüstəm birlikdə getmək barədə qərarlaşmışlar. Hava isti olduğuna görə tez getmək istəmişlər. Rüstəm polis əməkdaşı olduğu üçün işdən icazə almalı olmuşdur, Gəncə şəhərinə gedəcəkləri saatı isə əvvəlcədən planlaşdırmamışlar. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid qismində dindirilən Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, həmin şəxslər onun həmkəndliləridir. Onlarla qohumluq əlaqəsi, aralarında ədavət və ya düşmənçilik olmamış, hər ikisi ilə yaxşı münasibəti olmuşdur. Onun oğlu Şahin Camalzadə 2020-ci ilin iyul ayında hərbi xidmətə getmişdir. O, milli ordunun Gəncə şəhərində yerləşən hərbi hissəsinə düşmüş, hələ andiçməsi olmamışdır. Ayaz da əvvəllər hərbiçi olduğu üçün ondan xahiş etmişdir ki, tanış tapsın ki, uşaqla maraqlana bilsin. Ayaz onun tanımadığı şəxslə telefonla danışmış və onlar qərara gəlmişlər ki, Gəncə şəhərinə gedib oğluna baş çəksinlər. Lakin həmin vaxt pandemiya ilə əlaqədar Gəncə şəhəri karantinə alınmış və şəhərə giriş-çıxış bağlı olmuşdur. Ona görə də xx.xx.2020-ci il tarixdə Oğuz RPŞ-da işləyən həmkəndlisi Şahid2 zəng edərək sabahı gün təxminən saat 11 radələrində onlarla birlikdə Gəncə şəhərinə getməyini xahiş etmişdir. O və Ayaz həmin, gün saat 12 radələrində kənddə Rüstəmlə görüşmüşlər. Rüstəm onlarla birlikdə xx.xx.2020-ci il tarixdə Gəncə şəhərinə getməyə razılıq vermişdir. Lakin Rüstəm onlara demişdir ki, səhər işə gedib rəhbərlikdən icazə alacaq və yola dəqiq saat neçədə çıxa biləcəkləri barədə özü onlara məlumat verəcək. xx.xx.2020-ci il tarixdə səhər saatlarında isə o, Ayaz və qohumu Novruzun gecə polislər tərəfindən tutulduğunu eşitmişdir. Şahid5 həmçinin ifadəsində Şahid2la etdiyi söhbət zamanı Ayazın da orada olduğunu, Rüstəm icazə alandan sonra onlara xəbər edəcəyini və bundan sonra yola düşəcəklərini Ayazın bildiyini, Təqsirləndirilən şəxs1 onunla və Şahid2la birlikdə Gəncə şəhərinə getmək üçün xx.xx.2020-ci il tarixdə, saat 05:30 radələrində küçəyə çıxması barədə göstərdiklərinin doğru olmadığını, Ayazın Gəncəyə getmək üçün ondan xəbər gözlədiyini, Rüstəm ona nə vaxt gedəcəklərini dedikdən sonra onun zəng edib Ayaza məlumat verməli olduğunu və Ayazın onun zəngini gözlədiyini, onların ümumiyyətlə Gəncəyə xx.xx.2020-ci il tarixdə, saat 05:30 radələrində getmək barədə danışmadıqlarını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Oğuz RPŞ-nın müvəqqəti saxlama yerinin (MSY) mühafizə üzrə polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, Ayaz tutulmamışdan 3-4 gün qabaq Siyavuş onlarla görüşmüş, oğlunun hərbi xidmətdə olduğunu, Ayazın da hərbiçi dostları olduğunu demiş və hərbi xidmətə oğlunun yanına getmək istədiyini bildirmişdir. Onu da özləri ilə aparmaq barədə aralarında danışıq olmuşdur. Ayaz tutulduğu gün səhər Gəncəyə getməli olmuşlar. O, səhər polis şöbəsinə gedəndə Ayazın tutulduğunu bilmişdir. Şahid2 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, aralarında Gəncə şəhərinə getmək üçün saat planlaşdırılmamış, o, işdən icazə alandan sonra Gəncə şəhərinə getməyi qərarlaşdırmışlar. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun həmkəndliləridir, həmin şəxslərlə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. xx.xx.2020-ci il tarixdə həmkəndlisi Siyavuş ona məxsus mobil telefona zəng edərək oğlu Şahinin Gəncə şəhərində hərbi xidmətdə olduğunu demiş, xx.xx.2020-ci il tarixdə təxminən 11 radələrində onlarla birgə Gəncə şəhərinə getməyini xahiş etmişdir. Siyavuş həmkəndlisi olduğu üçün onun xahişini qəbul etmiş və bildirmişdir ki, səhər işə gedib şöbə rəhbərliyindən icazə alar, əgər rəhbərlik icazə versə gedərlər. Həmçinin o, Siyavuşla qeyd olunan tarixdə saat 12 radələrində yaşadığı kənddə görüşərkən yanlarına Təqsirləndirilən şəxs1 də gəlmiş və onlar birgə razılaşaraq xx.xx.2020-ci il tarixdə, təxminən saat 11 radələrində Gəncə şəhərinə birlikdə getməyi qərara almışlar. Həmçinin onlara bildirmişdir ki, işə gedəcək və rəhbərlikdən icazə alıb Gəncə şəhərinə nə vaxt çıxmaları barədə dəqiq vaxt deyəcəkdir. Təqsirləndirilən şəxs1 adı ona məlum olmayan hərbi xidmət yoldaşı Siyavuşun oğlu Şahinin hərbi xidmətdə olduğu hərbi hissədə zabit işləmiş, ona görə Ayaz Siyavuşla birlikdə Şahinin hərbi xidmətinə nəzarət etməsini xahiş etmək üçün onlarla birlikdə getməli olmuşdur. xx.xx.2020-ci il tarixdə Oğuz RPŞ-yə işə gələndə Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə şübhəli bilindiyi üçün yaşadığı kəndin ərazisində tutulduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Oğuz RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 01 avqust 2020-ci il tarixdə Oğuz rayonu, Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Oğuz rayonu Tayıflı kəndi ərazisindəki meşə sahəsində narkotik tərkibli çətənə bitkilərinin qanunsuz olaraq əkib-becərmələri və kultivasiya etmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə saat 03 radələrində əməliyyat qrupu yaradılmış və birlikdə Oğuz rayonu, Tayıflı kəndi ərazisindəki meşəlik sahəyə getmişlər. Onlar narkotik tərkibli çətənə kolları əkilən sahəyə yaxınlaşanda qırmızı rəngli işıq yandığını görmüşlər. Həmin vaxt polis əməkdaşı Şahid12 özü ilə apardığı gecə fənərini həmin qırmızı işığın üstünə tutmuş, bu zaman iki nəfər şəxsin yerdə uzanıqlı vəziyyətdə dayandıqlarını görmüşdür. Həmin vaxt atəş açılmışdır. Bundan sonra yanlarında olan polis əməkdaşlarından Şahid13 ucadan qışqıraraq “Novruz, Ayaz sizi tanıdıq, təslim olun” demişdir. Daha sonra o, öz xidməti silahı ilə havaya atəş açmış, bu zaman Ayaz hadisə yerindən qaçmış, Təqsirləndirilən şəxs2 əllərini gecə görmə cihazından çəkmişdir. O, “təslim olun” demişdir. Təqsirləndirilən şəxs2 isə “dayan atmayın təslim oluram” demişdir. Bundan sonra olanlar barədə rəhbərliyə məruzə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 polis şöbəsinə təhvil vermişlər. Şahid7 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 meşənin girişində kolluğun içərisində olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görünüşləri zahirən uyğun olmuş, Novruzun bir əlində silah, bir əlində isə gecəgörmə cihazı və maska olmuşdur. Həmçinin, bildirmişdir ki, Novruz onlara ilkin olaraq ov etmək üçün meşəyə gəldiyini, sonra isə heyvanları itdiyini demişdir. Daha sonra isə sahədə narkotik əkildiyindən xəbərdar olduğunu və narkotik əleyhinə olduğuna görə burada narkotik əkənləri gözlədiyini, onları tutub təhvil verəcəyini bildirmişdir. Onlar şöbəyə məruzə edəndən sonra Ayazın saxlanılması üçün əməliyyat qrupu yaradılmış, bundan sonra Ayaz da kəndin mərkəzində saxlanılmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı Oğuz rayonu, Şirvanlı kəndindəki evinə baxış keçirilən zaman evin həyətindəki gül topasının dibindən sellofan torbada narkotik vasitə qurudulmamış marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Oğuz RPŞ-nın İTB-nin polis sahə nəfəri Şahid14 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında evdə olan zaman səhər saat 7-8 radələrində Oğuz RPŞ-nın növbətçi hissəsindən onun mobil telefonuna zəng gəlmiş və tədbir olduğunu, Oğuz RPŞ-nın İctimai təhlükəsizlik bölməsinin rəisi Natiq müəllimlə danışmalı olduğu bildirilmişdir. O da Natiq müəllimin istifadəsində olan mobil nömrəyə zəng etmiş, ona Şirvanlı kəndinə gəlməli olduğu tapşırılmışdır. O, Şirvanlı kəndinə gəlmiş, orada onu Natiq müəllim qarşılamış və Təqsirləndirilən şəxs1 yaşadığı ünvana getməli olduqlarını demişdir. Natiq müəllimlə birlikdə Ayazın yaşadığı ünvana getmişlər. Evdə Ayazın anasının olduğunu görmüşlər. Ayazın anası onun evdə olmadığını, əsgər yanına getməli olduğunu demişdir. O da Ayazın anasından onun mobil nömrəsini götürmüş və Ayaza zəng etmişdir. Ayazın yerini soruşan zaman Ayaz ona ya məktəb qabağında, ya da ki, mağazanın qabağında olduğunu bildirmişdir. O, Ayaza olduğu yerdə dayanmasını bildirmişdir. Bundan sonra onlar Ayazın olduğu yerə getmiş və Natiq müəllim Ayazın polis şöbəsinə aparılmalı olduğunu bildirdiyi üçün Ayazı Oğuz RPŞ-ya aparmışlar. Bu işlə bağlı başqa heç bir tədbirdə iştirak etməmişdir. Şahid14 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid qismində dindirilən Şahid14 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 rayon sakinləri kimi üzdən tanısa da, onlarla heç bir münasibəti və ədavəti olmamışdır. xx.xx.2020-ci il tarixdə, gecə saatlarında Oğuz RPŞ-dan həyəcan siqnalı verilmişdi. Həmin vaxt onlara Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirmələri ilə bağlı tədbir keçirildiyi, Təqsirləndirilən şəxs2 üzərindən silah aşkar edildiyi, həmin silahla atəş açdığı, Təqsirləndirilən şəxs1 isə hadisə yerindən qaçdığı, sonradan polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 “Ford” markalı avtomobilinin Təqsirləndirilən şəxs1 yaşadığı Oğuz rayonunun Şirvanlı kəndində yerləşən evi istiqamətində getməsini görmələri barədə məlumat verilmişdir. Belə olub gecə saat 05:30 radələrində o, İTB-nin rəisi Şahid15la birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinin qarşısında “Ford” markalı avtomobil olmuşdur. Onları Ayazın ailə üzvləri qarşılamışlar. Onlar Ayazın evdə olmadığını, təxminən yarım saat əvvəl evdən çıxdığını, onun əsgər yanına getməli olduğunu demişlər. Ailə üzvlərindən Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsini götürmüşdür. O, həmin həyətdən özünə məxsus 070 777 74 49 nömrsindən Təqsirləndirilən şəxs1 070 300 62 72 nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs1 telefona cavab verəndə özünü təqdim edib harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs1 Gəncə şəhərinə, əsgər yanına getdiyini, lakin hələ kənddə olduğunu demişdir. Bundan sonra telefonu söndürmüş, həyətlərindən çıxdıqdan sonra yenidən Təqsirləndirilən şəxs1 zəng edib yerini soruşmuşdur. Ayaz da ona Qumlaq kəndi istiqamətində yolun kənarı ilə getdiyini bildirmişdir. Onlar həmin yolu gəlsələr də yolda Təqsirləndirilən şəxs1 görməmişlər. Yenidən Qumlaq kəndi istiqamətində geri qayıdıb bir qədər irəlilədikdən sonra Təqsirləndirilən şəxs1 yol kənarında görmədiyi üçün yenidən ona zəng edib dəqiq yerini soruşmuşdur. Təqsirləndirilən şəxs1 “bir az da qabağa gəlin görəcəksiniz, yolun kənarı ilə gedirəm” demişdir. Onlar bir az da qabağa gedəndə Təqsirləndirilən şəxs1 yolun kənarında olduğunu görmüşlər. Onun yanında avtomobili saxlayıb polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 də heç nə deməyib avtomobilə əyləşmiş və onu polis şöbəsinə gətirmişlər. Şahid14 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı evə yol Oğuz rayon Qumlaq kəndindən keçməklə gedir. Onlar da həmin istiqamətdə, yəni Qumlaq kəndindən keçməklə Oğuz rayonunun Şirvanlı kəndinə, Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısına gəlmişlər. X17 yaşadığı evə gedərkən yolda o və başqa bir şəxs olmamışdır. Ayazın ora haradan gəlməsini onlar dəqiq bilməmişlər. Yəqin ki, onlar keçəndə Təqsirləndirilən şəxs1 gizlənmiş, sonradan isə çıxaraq hərəkətini davam etdirmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evlə onu aşkar etdikləri yer arasındakı məsafə isə təxminən 200-250 metr olmuşdur. Şahid14 ona ünvanlanan sualları cavablandırarkən isə bildirmişdir ki, hadisə bir il qabaq olduğu üçün hal-hazırda bəzi məqamları tam xatırlaya bilmir. O, ibtidai istintaq zamanı 01 avqust 2020-ci il tarixdə, gecə saatlarında Oğuz RPŞ-dan həyəcan siqnalı verilməsi, həmin vaxt onlara Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirmələri ilə bağlı tədbir keçirilməsi, Təqsirləndirilən şəxs1 hadisə yerindən qaçması, sonradan polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 “Ford” markalı avtomobilinin Təqsirləndirilən şəxs1 yaşadığı Oğuz rayonunun Şirvanlı kəndində yerləşən evi istiqamətində getməsini görmələri barədə məlumat verilməsi kimi ifadə verməmişdir. Onun narkotik tərkibli çətənə bitkilərinin əkilməsi barədə məlumatı olmamış, ona səhər saatlarında növbətçi hissədən zəng gəlmiş və tədbir olduğu bildirilmişdir. Həmin vaxt onun tədbir barədə soruşmaq ixtiyarı olmamış, hadisə barədə ona sonradan məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Oğuz RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə, gecə saat 2-3 radələrində evdə olan zaman növbətçi hissədən 2-3 dəfə istifadəsində olan mobil telefona zəng gəlmiş, o zəngə cavab verməmişdir. Sonra əməliyyatçı Şahid7 zəng gəlmişdir. Daha sonra isə növbətçi polis maşını onun yaşadığı ünvana gəlmiş və ona polis şöbəsinə çağırıldığı deyilmişdir. O da polis şöbəsinə getmiş, şöbənin qapısının qabağında Şahid7 görmüşdür. Şahid7 ona tədbir olduğunu, getməli olduqlarını bildirmişdir. Onlar maşınla bir qədər gedəndən sonra kəndin girişində maşını saxlayıb piyada getməyə davam etmişlər. Həmin vaxt onlar 5 nəfər polis əməkdaşı olmuşlar. İşıqsız halda irəliləmişlər. Kanal kimi yerə düşmüş və hərəkət etmişlər. Qabaqda polis əməkdaşları Samir, Vüsal və Fəzail hərəkət etmişlər. Şahid12 sonra arxada o, olmuşdur. Həmin yerə çatanda Şahid12 sol tərəfdən qırmızı işıq göründüyünü demişdir. Əlində olan əl fənərini salanda bir nəfər şəxsin oturmuş halda gecəgörmə cihazı ilə baxdığını görmüşdür. Fəzail “tanıdım səni, Novruz” demişdir. Həmin vaxt Novruz başını aşağı salmış və gecəgörmə cihazı Novruzun başından düşmüşdür. Novruz əlinə silahı götürən kimi o, Pərvizlə birlikdə yerə yıxılmış və Novruz atəş açmışdır. Atəş açandan sonra Samir 2 dəfə havaya atəş açmışdır. Ondan sonra Novruz “atəş açmayın, təslim oluram” demişdir. Bu hadisə 20 saniyə içində olmuşdur. Bundan sonra onlar Novruza yaxınlaşmışlar. Onun Novruzla arasında məsafə olmuşdur. Təqsirləndirilən şəxs2 yaxın olan Şahid7 olmuşdur. Ona görə də Novruza birinci yaxınlaşan Samir olmuşdur. Samirdən sonra Fəzail Novruza yaxınlaşmışdır. Novruz silahını Pərvizə vermiş, Pərviz silahı saxlamışdır. Şahid7 tədbirin rəhbəri kimi şöbəyə məruzə etmiş, şöbədən hadisə yerinə rəis və digər əməkdaşlar gəlmişlər. Bundan sonra onlar getmişlər. Sonradan müstəntiqin iştirakı ilə hadisə yerində olan əşyalar qablaşdırılıb götürülmüşdür. Şahid1 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, onlar hadisə yerinə gedərkən ən qabaqda Samir və Fəzail olmuş, işıq düşən zaman o, bir nəfərin uzanıqlı, digərinin isə çökmüş formada dizləri üstə olduğunu görmüş, Fəzail “Novruz sizi tanıdıq, qaçmayın” demiş, sonradan Fəzail onun sualına cavab olaraq qaçan şəxsin Ayaz olduğunu, üzdən gördüyünü, meşə istiqamətində getdiyini, ona görə də qaçmayın dediyini bildirmişdir. O, özü də kiminsə qaçdığını, bir nəfərin isə qaldığını görmüşdür. Həmçinin, bildirmişdir ki, Novruzun üstündə hərbi formada gödəkçə, əlində əlcək olmuş, əlcəyin baş barmaq tərəfi açıq formada olmuşdur. O, Novruzun başında gecəgörmə cihazı və papaq formasında taxdığı maska olduğunu görmüş, maska Novruzun üzündə olmadığından üzü açıq olmuşdur. Novruz onlara “sizi gözləmirdim başqa adam gözləyirdim” demişdir. Novruz onlara burada narkotik əkildiyini, ona görə də həmin adamı gözlədiyini, gələndə həmin adamı polisə təslim edəcəyini bildirmişdir. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs2 narkotik əkilən əraziyə girməkdən imtina etmişdir. Novruza heç bir təsir təzyiq olmamış, o, sərbəst halda dayanmışdır. O, həm Ayazın yaşadığı ünvanda, həm də ki, Novruzun yaşadığı ünvanda olmuşdur. Onlar birlikdə Novruzun yaşadığı ünvana getmişlər. Novruzun yaşadığı ünvanda onlardan qabaq hansısa polis əməkdaşının olduğunu görməmiş, onlar Novruzla bir yerdə həyətə daxil olmuşlar. O, Təqsirləndirilən şəxs2 həyətindən əşyanın tapıldığını görməmiş, əşya tapılanda onlar evdə olmuşlar. Lakin o, Təqsirləndirilən şəxs2 həyətindən tapılan sellofan torbaya baxış zamanı içində yaşıl rəngli marixuana olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Oğuz RPŞ-nın MSY-nin polis nəfəri Şahid13 ifadəsində göstərmişdir ki, 01 avqust 2020-ci il tarixdə gecə saatlarında Oğuz RPŞ-ya əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış və onlar hadisə yerinə getmişlər. Hadisə yerinə çatanda polis əməkdaşı fənər tutmuş və həmin vaxt qırmızı işıq düşdüyünü görmüşlər. Lakin qırmızı işığın kim tərəfindən salındığını görə bilməmişlər. O, Novruz ayağa qalxıb enəndə onu tanımış və “Novruz səni tanıdım, təslim ol” demişdir. Novruz da onun səsindən tanımış və “təslim oluram” demişdir. Novruza yaxınlaşmışlar. Novruz tərkisilah edilmiş, Novruzun əlində gecəgörmə cihazı və maska olmuşdur. Şahid Fəzail Məmmədov ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Novruz onlara silahı təhvil vermiş və silahın atasına məxsus olduğunu demişdir. Novruzun sifəti açıq olmuş, maska alnında, gecəgörmə cihazı isə başında olmuşdur. Novruz onlara narkotik əkildiyindən xəbərdar olduğunu, buna görə də əkən şəxsləri polisə təhvil vermək üçün dayanıb gözlədiyini bildirmişdir. Onlar hadisə yerində olanda səs gəlmiş və yanlarında olan polis əməkdaşlarından kimsə orada Ayazın da olduğunu demişdir. O, həmin vaxt qaranlıq olduğu üçün ətrafda Novruzdan başqa heç kimi görməmişdir. Hadisə yerində olan polis əməkdaşlarından kimsə oradan qaçan şəxsin Ayaz olduğunu dediyi üçün o da Ayazın hadisə yerindən qaçmaması üçün onun adını çəkmişdir. Şahid13 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanısa da, onlarla heç bir münasibəti və ədavəti olmamışdır. xx.xx.2020-ci il tarixdə Oğuz rayonu Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Oğuz rayonu Tayıflı kəndi ərazisindəki meşə sahəsində narkotik tərkibli çətənə bitkilərinin qanunsuz olaraq əkib-becərmələri və kultivasiya etmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar həmin tarixdə saat 03 radələrində CAB-ın əməliyyat müvəkkilləri Şahid7, Şahid1, Oğuz RPŞ-nin İTB-nin sahə polis nəfərləri Şahid12 və Şahid3 ilə birlikdə Oğuz rayonu Tayıflı kəndi ərazisindəki meşəlik sahəyə getmişlər. Onlar narkotik tərkibli çətənə kolları əkilən sahəyə çatmağa təxminən 20-30 metr qalmış yaxınlıqda qırmızı rəngli işıq yandığını görmüşlər. Həmin vaxt Şahid12 özləri ilə apardıqları gecə fənərini həmin qırmızı işığın üstünə tutmuş, bu zaman iki nəfər şəxsin yəni əvvəllər tanıdığı Oğuz rayonu Şirvanlı kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yerdə uzanıqlı vəziyyətdə dayandıqlarını, həmin şəxslərdən Təqsirləndirilən şəxs2 başında papaq, gözündə isə gecə görmə cihazı ilə onlara baxdıqlarını görmüşlər. Bundan sonra o, ucadan qışqıraraq “Novruz, Ayaz sizi tanıdıq, təslim olun” demişdir. Daha sonra Şahid7 yenidən həmin şəxslərə “dayan polisdir” deyərək xəbərdarlıq etmişdir. Bu zaman onlarla birlikdə tədbirdə iştirak edən Şahid12 gecə fanarını Təqsirləndirilən şəxs2 üzünə salmış, Təqsirləndirilən şəxs2 əllərini gecə görmə cihazından çəkmiş və yerdən tapançanı götürüb görmədikləri istiqamətə bir dəfə atəş açmışdır. Bundan sonra Şahid7 xidməti tapançası ilə iki dəfə havaya xəbərdarlıq atəşi açmışdır. Həmin vaxt orada olan şəxslərdən Təqsirləndirilən şəxs1 hadisə yerindən qaçmış, Təqsirləndirilən şəxs2 isə “dayan atmayın təslim oluram” demişdir. Onlar Təqsirləndirilən şəxs2 yaxınlaşmış və bu zaman onlara aydın olmuşdur ki, Təqsirləndirilən şəxs2 atəş açdığı silah “Makar” tipli tapançadır. Bundan sonra olanlar barədə rəhbərliyə məruzə edərək narkotik tərkibli çətənə bitkiləri əkilmiş sahəyə giriş yerində Oğuz rayon Şirvanlı kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə rastlaşdıqlarını, həmin şəxslərdən Təqsirləndirilən şəxs2 “Makar” tipli tapança ilə atəş açdığını, Təqsirləndirilən şəxs1 isə hadisə yerindən qaçdığını bildirmişlər. Həmin narkotik tərkibli çətənə kolları əkilən sahəyə giriş bir tərəfdəndir, onlar adlarını qeyd etdiyi şəxslərlə giriş yerinin qarşısında rastlaşmışlar, həmin şəxslər narkotik tərkibli çətənə kolları əkilən sahəyə təxminən 20-30 metr aralıda dayanmışlar, narkotik tərkibli çətənə kolları əkilən sahənin ətrafı kollarla əhatə olunmuş, həmin yerə giriş yalnız bir tərəfdəndir, qalan yerlər sıx kolluq olduğundan oraya digər tərəfdən girmək mümkünsüzdür. Təqsirləndirilən şəxs2 ilə söhbət zamanı o, yaxınlıqda narkotik tərkibli çətənə kolları əkildiyini, ona görə həmin çətənə kollarını əkən şəxsləri müəyyən etmək üçün gözətçi durduqlarını, həmin şəxsləri özünə məxsus silahla atıb öldürəcəyini demişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs2 tərk silah edərək polis şöbəsinə gətirmək istəyərkən, digər polis işçilərinin də Təqsirləndirilən şəxs1 küçədən tutaraq polis şöbəsinə gətirdiklərini görmüşdür. Onlar hər iki şəxsi, yəni Ayaz Balakiyevi və Təqsirləndirilən şəxs2 eyni vaxtda polis şöbəsinə təhvil vermişlər. Bundan sonra həmin şəxslər şübhəli şəxs qismində tutularaq üzərlərində şəxsi axtarış aparılmış, hadisə yerinə və yaşadığı ünvanlara baxış keçirilmişdir. Axtarış və baxış keçirilməsində isə o, iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Oğuz RPŞ-nın İTB-nin polis sahə nəfəri Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 01 avqust 2020-ci il tarixdə, gecə saat 3 radələrində istifadəsində olan mobil telefona polis şöbəsindən zəng gəlmiş və polis şöbəsinə getmişdir. Orada gözləyən 5 nəfər əməkdaşla birlikdə Şirvanlı kəndi ərazisinə bir maşında yığışıb getmişlər. Sahənin içi ilə meşəlik əraziyə getmiş, çaylağı keçəndə meşə kənarında qırmızı işıq görmüşlər. Polis əməkdaşlarından ən axırda o olmuşdur. Qırmızı işığı görəndə hamı dayanmış, Şahid12 əl fənəri olmuşdur. Onlar məlumat əsasında əraziyə gedəndə 2 nəfər şəxsin həmin ərazidə olduğunu və onların saxlanılması üçün həmin əraziyə getdiklərini bilmişlər. Pərviz qırmızı işığın üstünə əl fənəri ilə işıq salanda onlar orada bir nəfər şəxsin yerdə torpağın üzərində uzanıqlı vəziyyətdə olduğunu görmüş, həmin şəxsin kimliyi məlum olmamışdır. Qabaqda gedən polis əməkdaşları bir nəfərin də qaçdığını söyləmişlər. O, qaçan şəxsi görməmiş, ancaq ondan qabaqda gedən əməkdaşlar olduğu üçün onlar görə bilmişlər. Onlar işıq salan vaxt əlində silah, başında gecəgörmə cihazı, bir də qara rəngli papaq formalı taxılmış maskalı şəxsi görmüşlər. Bu zaman atəş açılmışdır. Həmin vaxt polis əməkdaşlarından da xəbərdarlıq atəşi açılmış və “dur polisdir” deyə yüksək səslə səslənilmişdir. Onlar zəncirvari şəkildə dayanmışlar. Bu zaman Şahid13 “atmayın Novruzdur, tanıdım” demişdir. Həmin vaxt Novruz da heç bir hərəkət etmədən dayanmış, onları gözləmişdir. Onlar Novruza yaxınlaşaraq orada onu saxlamışlar. Ondan sonra əməkdaşlardan Samir polis şöbəsinə məruzə etmiş, dərhal həyəcan siqnalı verilmiş, bütün əməkdaşlar əraziyə gəlmişlər. Daha sonra ərazini orada qalan polis əməkdaşlarına tapşırıb, Təqsirləndirilən şəxs2 ilə birlikdə polis şöbəsinə getmişlər. Novruz onun qolunda qandala bağlı vəziyyətdə polis şöbəsinə aparılmışdır. Şahid3 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, tədbirin başqa hissəsində iştirak etməmiş, ancaq Novruzun saxlanılıb, polis şöbəsinə aparılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs2 təsir-təzyiq edən, işgəncə verən olmamış, Novruz özü də heç bir müqavimət göstərməmişdir. Daxil olan əməliyyat məlumatına əsasən, ərazidə kimlərin olduğunu bilmiş, 2 nəfər şəxsin ərazidə olduğu onlara deyilmiş, həmin şəxslərin Novruz və Ayaz olması barədə məlumatı olmuşdur. O, şəxsən ərazidə Ayazı görməmiş, oradan kiminsə qaçdığını görməmişdir. Ondan qabaqda olan əməkdaşlar bir nəfərin qaçdığını demiş, ona əsasən qaçan şəxsin Ayaz olduğunu bilmişlər. Novruzu da saxlayandan sonra qaçan şəxsin Ayaz olduğu tam aydın olmuşdur. Novruzdan götürülən əşyalar ərazidə qalmış, həmin əşyalar barədə sonradan məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Oğuz RPŞ-nın İTB-nin polis sahə nəfəri Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında şöbədən ona zəng gəlmiş, əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış, onlar Şirvanlı ilə Tayıflı kəndinin arasında olan meşəlik əraziyə getmişlər. O, tədbirdə iştirakçı kimi iştirak etmişdir. Əməliyyatın rəhbəri Şahid7 olmuşdur. Əkin ərazisini keçib getmişlər. Qaranlıq olmuş, gecə saat 3-4 radələri olmuşdur. Əməliyyat tədbiri olaraq bir xətt üzrə hərəkət etmişlər. Heç bir rabitə vasitəsindən istifadə etməmişlər. O ən arxada olmuş, üzərində xidməti fənər olmuşdur. Bir az gedəndən sonra sıxlıq əraziyə çatanda qırmızı işıq düşdüyünü görmüşlər. Fənər işığını salanda 2 nəfərin tərpəndiyini görmüşlər. Onlar dayanan yerdən Novruzgilin dayandığı yer hündür olmuş, həmin yerdən atəş açılmışdır. Atəşin hansı tərəfə açıldığını bilməmişdir. Qabaqda olan əməkdaşlar Fəzail və Qurban olmuşdur. Onlar Novruzun olduğunu tanımışlar. Fəzail “atma polisdir” demişdir. Onlar Novruza yaxınlaşmışlar. Novruzun başında gecəgörmə cihazı, maska, əlində isə silah olmuşdur. Silahı da Novruz ona vermişdir. Onun bu əməliyyatda işi rəisin göstərişinə əsasən Novruzun mühafizəsini təşkil etmək olmuşdur. Novruzdan götürülənləri ərazidə qoymuş, onu polis şöbəsinə gətirmişlər. O, Təqsirləndirilən şəxs2 yanında onun mühafizəsini təşkil etmişdir. Şahid12 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ərazidə kiminsə qaçdığını o da görmüş, ancaq fərd olaraq kim olduğunu bilməmişdir. O, ərazidə şəxsən Ayazı görməmişdir. Ona əvvəlcədən əməliyyat məlumatı barədə bildirilməmiş, hadisə yerinə çatana qədər onun hadisə barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 hadisə yerinə baxış zamanı narkotik əkilən ərazini tanımadığını, narkotikin onun olmadığını bildirmiş və həmin əraziyə girməkdən imtina etmişdir. O, Novruzun yaşadığı evdən, həyətdən nəsə aşkar olunduğunu görməmiş, Novruzun yaşadığı ünvanda keçirilən baxışda onun yanında olmuş, onun işi Novruzun mühafizəsini təşkil etmək olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Oğuz RPŞ-nın İTB-nin bölmə rəisi Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2020-ci ilin avqust ayında ona növbətçi hissədən zəng gəlmiş, məlumat daxil olduğu bildirilmiş, buna əsasən hadisə yerinə getmişlər. Daha sonra Ayazın yerini müəyyən etmək lazım olduğuna görə Şahid14la Ayazın yaşadığı ünvana getmişlər. Ayaz evdə olmamışdır. Ayazın anası onun evdə olmadığını demişdir. Ayaza zəng edəndə Ayaz əsgər yanına getdiyi demişdir. Bundan sonra onlar yolda Ayazı götürüb, polis şöbəsinə aparmışlar. Şahid15 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Ayazı yoldan götürdükləri yer evdən 100-150 metr məsafədə olmuş, Ayaz kəndin girişində, asfalt yolun kənarında onları gözləmişdir. Ayaz polis şöbəsinə aparılmağının səbəbini bilməmiş və onu polis şöbəsinə aparmaqlarına etiraz etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, evdə istirahət etdiyi zaman gecə həyacan siqnalı verilmişdir. O, Qumlaq kəndinə çatanda polis əməkdaşlarını yolda görmüşdür. Təqsirləndirilən şəxs1 onun qonşusu olmuşdur. İndiyə kimi Ayazın ailəsində belə hal görməmişdir. O, həyacan siqnalından sonra yola çıxanda küçənin başında maşın dayandığını görmüş, ancaq nə maşını olduğunu bilməmişdir. Piyada halda Qumlaq kəndinə getmişdir. Polis şöbəsində hadisə barədə bilmiş, sonra polis əməkdaşları ilə birlikdə meşəyə hadisə yerinə getmişdir. Şahid4 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, yolda Təqsirləndirilən şəxs1 maşınını və Ayazın polislər tərəfindən aparıldığını görməmişdir. O, gecə Təqsirləndirilən şəxs1 qapısının qabağında küçədə işıqları yanılı halda dayanan maşın görmüş, qaranlıq olduğundan maşının markasını görməmişdir. Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun həmkəndliləridir, onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2020-ci il tarixdə, saat 04:30 radələrində istirahət vaxtlarında polis şöbəsindən verilmiş həyəcan siqnalı ilə bağlı yaşadığı Oğuz rayonunun Şirvanlı kəndində yerləşən evindən çıxaraq Oğuz RPŞ-ya gedərkən həmin gün, saat 04:50 radələrində yolda həmkəndlisi Təqsirləndirilən şəxs2 məxsus Ford markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısından keçərək Təqsirləndirilən şəxs1 yaşadığı evə getdiyini görmüşdür. Belə ki, o digər polislərlə Oğuz rayonunun Qumlaq kəndi ərazisində rastlaşaraq birlikdə polis şöbəsinə getməli idi. Həmin vaxt onun yanında heç kəs olmamış, o tək olmuş, həmçinin qeyd edilən avtomobilin hava qaranlıq olduğundan kim tərəfindən idarə edilməsini görməmişdir. Sonradan polis şöbəsində olarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsində şübhəlidirlər, qeyd edilən tarixdə, saat 04 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərini əkibbecərdikləri yerdən 30 metr kənarda saxlanılarkən Təqsirləndirilən şəxs2 Makarov tapançasından atəş açmış, Təqsirləndirilən şəxs1 isə hadisə yerindən qaçmışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, o, maşının hərəkətdə olduğunu görməmiş, ibtidai istintaq zamanı da gördüyü kimi ifadə vermiş və məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Oğuz şəhəri ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşmış və onu polis şöbəsinə dəvət etmişlər. Orada olarkən ona hal şahidi qismində iştirak edəcəyi məlum olmuşdur. Həmin vaxt orada ondan başqa digər hal şahidi Şahid17 da olmuşdur. Bundan sonra Oğuz rayonunun Tayıflı kəndi ərazisində yerləşən meşə sahəsinə baxış keçirilməsində iştirak etmişdir. Orada əkilmiş narkotik tərkibli bitkilər çıxarılaraq qablaşdırılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda baxış keçirilməsində iştirak etmiş, həmin ünvana baxış keçirilərkən onlar hal şahidləri olaraq kənarda dayandıqları üçün orada nə aşkar olunduğunu görməmişdir. Şahid10 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirildiyini xatırlamır. Narkotik tərkibli bitkilər əkilmiş əraziyə baxış keçirilində Təqsirləndirilən şəxs1 də iştirak etmiş və o, əkilmiş narkotik tərkibli bitkilər barədə məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilmiş silah fındıq ağacı tərəfdən tapılmışdır. Həmin silah polis əməkdaşları tərəfindən axtarış zamanı aşkar edilmişdir. Həmin vaxt hava qaranlıq olmuş, o və digər hal şahidi kənarda dayanmışlar. O, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan başqa nəsə aşkar edilməsini xatırlamır, həyətdən narkotik vasitə tapıldığını görməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumamış, ancaq ona göstərilən yerə imza etmişdir. Şahid10 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, həmin şəxslə heç bir münasibəti olmamış, onunla ədavət və ya düşmənçiliyi, həmçinin qohumluq münasibəti yoxdur. 01 avqust 2020-ci il tarixdə, saat 13 radələrində Oğuz şəhəri ərazisində olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və bir nəfərin üzərində şəxsi axtarış aparılarkən hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O razılıq verdikdən sonra polis əməkdaşları ilə birlikdə Oğuz RPŞ-ya gəlmişdir. Ondan başqa əvvəlcədən tanıdığı Şahid17 da hal şahidi qismində dəvət edilmişdir. Orada ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra onların, polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Axtarış aparılması ilə əlaqədar protokol tərtib edilmiş, onlar da protokolun doğru tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Daha sonra öz razılığı ilə Oğuz rayonunun Tayıflı kəndi ərazisində yerləşən meşə sahəsinə baxış keçirilməsində iştirak etmişdir. Həmin sahəyə baxış keçirilməsində o və digər hal şahidi, polis əməkdaşları, aqronom, Təqsirləndirilən şəxs1 və onun vəkili iştirak etmişdir. Həmin məşə sahəsindən 165 ədəd çətənə kolları aşkar edilmiş, aqronom həmin çətənə kollarına qulluq göstərildiyini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 isə həmin çətənə kollarından xəbəri olmadığını, kim tərəfindən əkilməsi barədə məlumatı olmadığını bildirmişdir. Daha sonra həmin kollar yerindən çıxarılmış, qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, onlar da protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra isə o, öz razılığı ilə Təqsirləndirilən şəxs1 yaşadığı evə və həyətinə baxış keçirilməsində iştirak etmişdir. Həmin ünvana baxış keçirilərkən evin həyətindəki fındıq ağacının dibindən 1 ədəd TOZ 8 markalı, 16 kalibirli, 1960-cı il buraxılışlı, 183352 nömrəli, lüləsi və qundağı kəsilmiş silah və üzərində 2 ədəd atılmış patron aşkar edilmişdir. Həmin aşkar olunmuş silah qablaşdırılaraq götürülmüşdür. Daha sonra baxış zamanı digər fındıq ağacının dibindən qara rəngli sellofan torbada bükülmüş narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar kütlə və qurudulmamış marixuanaya oxşar bitki kütləsi aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 aşkar edilmiş həmin kütlənin və silahın ona aid olmadığını bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş, o və baxış zamanı iştirak edən digər şəxslər protokolla tanış olub onun doğru tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Şahid10 ifadəsi elan olunduqdan sonra ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda həyətdə ancaq silah tapıldığını görmüş, narkotik vasitə olduğunu görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 Cirman oğlu ifadəsində göstərmişdir ki, o, yolda olarkən polis əməkdaşları ona yaxınlaşmış, polis şöbəsinə getməyi təklif etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis maşınında şöbəyə getmişdir. Şahid17 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, onu polis şöbəsindən narkotik əkilən əraziyə aparmışlar. Həmin ərazidə Ayaz da olmuşdur. Ayaz ərazidə olanların onunla bir əlaqəsinin olmadığını demişdir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda həyətdə 150-200 nəfər adam olmuş, polis əməkdaşları da içəridə olmuşlar. Birinci Ayaz həyətə daxil olmuş, onlar da Ayazın arxasınca həyətə daxil olmuşlar. Ayazın valideynlərinin əlində Quran kitabı olmuş, Ayaz valideynlərinə yaxınlaşmış və Qurana and içərək təqsiri olmadığını bildirmişdir. Bundan sonra onun səhhətində narahatçılıq yaranmışdır. O, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda həyətdəki fındıq ağacı tərəfdən polis əməkdaşları tərəfindən nəsə tapıldığını bilmiş, lakin həmin vaxt səhhətində narahatlıq yarandığından özündə olmamışdır. Şahid17 Cirman oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid17 Cirman oğlu mahiyyət etibarı ilə Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunandan sonra ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 həyətindən aşkarlanan əşyalar ona göstərilməmiş, o, həmin vaxt ancaq ona təqdim olunan sənədə imza etmişdir. O, həyətdə narkotik vasitə aşkar olunduğunu görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, atası xəstə olduğuna görə aptekə getmiş, aptekdən çıxanda polis şöbəsində işləyən həmkəndlisi görmüş, kəndə getmək üçün onun maşınına əyləşmişdir. O da ona polis şöbəsinə gedəcəyini demişdir. Onlar polis şöbəsinə getmişlər. Orada hal şahidi qismində iştirak etməyi təklif olunmuş, o da razı olmuşdur. Sonra onu meşəlik yerə aparmışlar. Həmin vaxt da səhhəti yaxşı olmamışdır. Orada silah görmüş, Novruzdan silahın ona məxsus olub-olmadığını soruşan zaman Novruz silahın ona məxsus olmadığını bildirmişdir. Həmin vaxt onun başı ağrıdığına görə hadisələri tam xatırlamamışdır. Sonra onu Novruzun yaşadığı ünvana aparmışlar. Evdə keçirilən baxış zamanı qeyri-qanuni heç nə aşkar olunmamışdır. O, həyətdə qapı tərəfdə kənarda dayanmış, həyətdə polis əməkdaşları axtarış aparmışlar. Sonra bir nəfər polis əməkdaşı yüksək səslə “burda var” deyə səslənmiş, o, nə olduğunu bilməmişdir. O, polis əməkdaşının əlində nəsə olduğunu görmüş, ancaq baxmadığına görə nə olduğunu bilməmişdir. Şahid9 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda olarkən həyətdə səs-küy olduğunu, hər kəsin bir-birinə qarışdığını görmüş, kənara, qapı tərəfə getmiş, camaat olan tərəfə getməmişdir. Sonra polis əməkdaşları nəsə tapdıqlarını demişlər, onu da çağırmışlar. Həmin vaxt hava da qaranlıq olmuşdur. Ona sellofanı göstərmişlər, ancaq o, həmin sellofanda nə olduğunu bilməmişdir. Şahid9 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, hal-hazırda X26 İstismar İdarəsinin Oğuz rayon şöbəsində nəzarətçi-çilingər işləyir, Oğuz rayon Sincan, Tərkeş və Dəymədərə kəndlərinə nəzarət edir. 2014-cü ilə qədər isə Qumlaq, Şirvanlı və Tayıflı kəndlərinə nəzarət etmişdir. Təqsirləndirilən şəxs2 da həmin ərazidə abonent olduğu üçün tanımışdır, həmin şəxslə ədavət və ya düşmənçiliyi, həmçinin qohumluq münasibəti yoxdur. 01 avqust 2020-ci il tarixdə Oğuz şəhəri ərazisində olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və bir nəfərin üzərində şəxsi axtarış aparılarkən hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O razılıq verdikdən sonra polis əməkdaşları ilə birlikdə Oğuz RPŞ-ya gəlmişdir. Ondan başqa tanımadığı bir nəfər də hal şahidi qismində dəvət edilmişdir. Orada ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmiş, daha sonra onların, polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Axtarış aparılması ilə əlaqədar protokol tərtib edilmiş, onlar da protokolun doğru tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Daha sonra, saat 15 radələrində öz razılığı ilə Oğuz rayonunun Tayıflı kəndi ərazisində yerləşən meşə sahəsinə baxış keçirilməsində iştirak etmişdir. Hadisə yerinə baxış zamanı həmin yerdən bir ədəd üzərindəki daraqda 7 ədəd patron olan makar tipli tapança, bir ədəd maska, bir ədəd “Night Vision” markalı gecəgörmə cihazı və bir ədəd içərisində 8 ədəd patron olan tapança darağı, bir ədəd papaq formalı maska aşkar olunmuşdur. Silahın olduğu yerdən dörd metr aralıda 1 ədəd giliz, 20 metr aralıda 1 ədəd giliz, sonuncu gilizdən 1,6 metr aralıda digər bir ədəd giliz aşkar olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 tapançanın atasına məxsus olduğunu, atası öldükdən sonra tapançanı, əlavə darağı və 15 ədəd patronu yaşadığı evin həyətini qazan zaman yerdən tapdığını, gilizlərin heç birinin ona məxsus tapançadan atılmadığını, ona məxsus tapançanın darağında 7 ədəd patron, əlavə darağında isə 8 ədəd patron olduğunu, patronların hər birinin yerində olduğunu, həmin yerə ov etmək üçün gəldiyini, ov etmək üçün heç bir icazəsi olmadığını, ov etmək üçün gəlsə də heç bir ov atmadığını, həmin tapançadan ümumiyyətlə atəş açmadığını, gecəgörmə cihazını isə Gürcüstan vətəndaşından Oğuz rayonunda 2 il bundan qabaq 200 dollara aldığını, maskanı isə 4 il bundan qabaq Bakı şəhərindən xatırlamadığı “ovçular” mağazasından aldığını bildirmişdir. Daha sonra həmin ərazidən 1 ədəd hərbi parçadan hazırlanmış əlcək aşkar olunmuşdur. Həmin vaxt baxışda iştirak edən Təqsirləndirilən şəxs2 aşkar olunmuş əlcəyin də ona məxsus olduğunu, həmin əlcəyi də Bakı şəhərindən xatırlamadığı “ovçular” mağazasından aldığını bildirmişdir. Bundan sonra qeyd edilən əşyalar maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, onlar da imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər, Təqsirləndirilən şəxs2 isə protokolu imzalamaqdan imtina etmişdir. Daha sonra öz razılığı ilə Təqsirləndirilən şəxs2 yaşadığı Oğuz rayonu, Şirvanlı kəndindəki evinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdən heç bir şey aşkar olunmasa da, evin həyətindəki gül topasının dibindən sellofan torbada narkotik vasitə qurudulmamış marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitənin özünə məxsus olmadığını bildirmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş, o və baxışda iştirak edən digər şəxslər həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etsələr də, Təqsirləndirilən şəxs2 protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, onu polis şöbəsinə hal şahidi qismində iştirak etməyi üçün dəvət etmişlər. Polis əməkdaşları onu hadisə yerinə aparmışlar. Daşlıq, çaylıq ərazi olan hadisə yerində bir ədəd tapança, 2 ədəd güllə, bir də maska görmüşdür. Şahid11 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, latın qrafikalı Azərbaycan əlifbasını bilmir. O, Təqsirləndirilən şəxs2 həyətindən aşkar olunan narkotik vasitəni görməmiş, polis əməkdaşları onun yanında Novruzu sorğu-sual etməmişlər. Şahid11 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O, həmin ifadəsində mahiyyət etibarı ilə Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o 31 iyul 2020-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Qəbələ rayonuna getməli olmuş, lakin avtomobili nasaz vəziyyətdə olduğuna görə Novruzdan Ford markalı minik avtomobilini ona verməyi xahiş etmişdir. O, Novruzun avtomobilini istifadə etdikdən sonra avtomobili geri gətirib Ayazgilin qapısına qoymuş, oradan da getmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində ondan Novruzun maşınını sorğu-sual etmişlər. Onu iki gün polis şöbəsində saxladıqdan sonra buraxmışlar. Şahid6 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, ona avtomobili Ayazın qapısında saxlamağı Novruz demiş, o, maşını Ayazın evinə çatmağa 200-300 metr məsafədə yolda saxlamışdır. Onu polis əməkdaşları evdən götürüb maşının yanına gətirəndə hava təzə işıqlanmış, orada olan polis əməkdaşlarından 4-5 nəfər maşının yanında olmuşdur. Təxminən 20 nəfər polis əməkdaşının isə içəridə fındıq bağı tərəfdə gəzdiklərini görmüşdür. O, Ayazgilin evinin qabağında, polis əməkdaşlarının yanında 2-3 dəqiqə dayanmış, həmin vaxt heç nə eşitməmiş, ancaq fındıq bağında polis əməkdaşlarının nəsə axtardıqlarını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, o 2014-cü ilin oktyabr ayından Oğuz Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Oğuz RPŞ-dan narkotik tərkibli çətənə bitkiləri əkilən sahəyə baxış keçirilməsində iştirak etmək üçün dəvət edilmişdir. Şəxslərin saxlandıqları əraziyə həmsərhəd ərazidən təxminən 50-100 metr məsafədə narkotik tərkibli bitkilər əkilən əraziyə rast gəlmişlər. Narkotik tərkibli bitkilər sərt kolluq ərazidə əkilməsinə baxmayaraq, yüksək səviyyədə qulluq göstərilməmiş, yəni narkotik tərkibli bitkilər alaq otlarından təmizlənsə də, kultivasiya olmamışdır. Saxlanılan şəxslər əkinin onlar tərəfindən aparılmadığını bildirərək, sənədləri imzalamaqdan imtina etmişlər. Şahid16 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 2001-2005-ci illərdə X28 Universitetində aqroekologiya ixtisası üzrə təhsil almışdır, əvvəllər Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə əkin ustası işləmişdir. 2014-cü ilin oktyabr ayından isə Oğuz Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır, onlarla heç bir münasibəti və ədavəti olmamışdır. xx.xx.2020-ci il tarixdə Oğuz RPŞ-da narkotik tərkibli çətənə bitkiləri əkilən sahəyə baxış keçirilməsində iştirak etmək üçün dəvət edilmişdir. İlk əvvəl onlar narkotik tərkibli bitkilər əkilən yerin yaxınlığına gəlmişlər. Həmin yerə Təqsirləndirilən şəxs2, müdafiəçinin, hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin yerdən bir ədəd üzərindəki daraqda 7 ədəd patron olan makar tipli tapança, bir ədəd maska, bir ədəd “Night Vision” markalı gecə görmə cihazı və bir ədəd içərisində 8 patron olan tapança darağı, bir ədəd papaq formalı maska aşkar olunmuşdur. Silahın olduğu yerdən dörd metr aralıda 1 ədəd patron gilizi və silahın olduğu yerdən 20 metr aralıda 1 ədəd giliz, həmin gilizdən 1,6 metr aralıda digər bir ədəd giliz aşkar olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 həmin gilizlərin heç birinin ona məxsus tapançadan atılmadığını, ona məxsus tapançanın darağında 7 ədəd patron, əlavə darağında isə 8 ədəd patron olduğunu, patronların hər birinin yerində olduğunu, tapançanın atasına məxsus olduğunu, atası öldükdən sonra tapançanı, əlavə darağı və 15 ədəd patronu yaşadığı evin həyətini qazan zaman tapdığını, həmin yerə ov etmək üçün gəldiyini, ov etmək üçün heç bir icazəsi olmadığını, ov etmək üçün gəlsə də heç bir ov atmadığını, həmin tapançadan ümumiyyətlə atəş açmadığını, gecə görmə cihazını isə Gürcüstan vətəndaşından Oğuz rayonunda 2 il bundan qabaq 200 dollara aldığını, maskanı isə 4 il bundan qabaq Bakı şəhərindən xatırlamadığı “ovçular” mağazasından aldığını bildirmişdir. Daha sonra baxış zamanı narkotik tərkibli çətənə kolları əkilən əkin sahəsinə doğru 10 metr irəli gedərkən 1 ədəd hərbi parçadan hazırlanmış əlcək aşkar olunmuşdur. Həmin vaxt baxışda iştirak edən Təqsirləndirilən şəxs2 aşkar olunmuş əlcəyin ona məxsus olduğunu, hadisə zamanı əlcəyin əlində olduğunu, daha sonra əlcəyi gecə saatlarında tulladığını, həmin əlcəyi də Bakı şəhərindən xatırlamadığı “ovçular” mağazasından aldığını bildirmişdir. Həmin yerdən 30 metr aralıda narkotik tərkibli çətənə kollarının əkildiyi əkin sahəsi olsa da, Təqsirləndirilən şəxs2 həmin əkin sahəsinə baxış keçirilən zaman iştirak etməkdən imtina etmişdir. Bundan sonra qeyd edilən əşyalar maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür.Protokol tərtib edilmiş, onlar da protokolun doğru tərtib edildiyi imzaları ilə təsdiq etmişlər. Daha sonra hal şahidləri, müdafiəçi, polis əməkdaşları və Təqsirləndirilən şəxs1 iştirakı ilə narkotik tərkibli çətənə kollarının əkildiyi yerə baxış keçirilmişdir. Həmin yerə çatarkən orada 165 ədəd çətənə kollarının olduğunu görmüşlər. O, həmin kollara baxıb onlara aqrotexniki qaydada xüsusi qulluq göstərildiyini, yəni diblərinin boşaldıldığını, suvarıldığını və alaq otlarından təmizləndiyini müəyyən etmişdir. Daha sonra həmin kollar yerindən çıxarılmış və qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin çətənə kollarından xəbəri olmadığını, kim tərəfindən əkilməsi barədə məlumatı olmadığını bildirmişdir. Protokol tərtib edilmiş, onlar da protokolun doğru tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Daha sonra tərəfindən rəy tərtib edilərək müstəntiqə təqdim edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs1 yaşadığı Oğuz rayonu, Şirvanlı kəndindəki evinə baxış keçirməyə getmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdən heç bir şey aşkar olunmasa da, evin həyətindəki fındıq ağacının dibindən 1 ədəd TOZ 8 markalı, 16 kalibirli, lüləsi və qundağı kəsilmiş silah və üzərində 2 ədəd atılmış patron aşkar edilmişdir. Həmin aşkar olunmuş silah qablaşdırılaraq götürülmüşdür. Daha sonra baxış zamanı digər fındıq ağacının dibindən qara rəngli sellofan torbada bükülmüş narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar kütlə və qurudulmamış marixuanaya oxşar bitki kütləsi aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 aşkar edilmiş həmin kütlənin və silahın ona aid olmadığını bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş, o və baxış zamanı iştirak edən digər şəxslər protokolla tanış olub onun doğru tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Ən sonda isə Təqsirləndirilən şəxs2 yaşadığı Oğuz rayonu, Şirvanlı kəndindəki evinə baxış keçirməyə getmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdən heç bir şey aşkar olunmasa da, evin həyətindəki gül topasının dibindən sellofan torbada narkotik vasitə qurudulmamış marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitənin özünə məxsus olmadığını bildirmişdir. Həmin kütlə də polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və protokol tərtib edilmiş, onlar da protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şahid16 ona ünvanlanan suallara cavab olaraq tərtib etdiyi rəyi müdafiə etdiyini bildirmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilməsi mümkün olmayan Şahid8 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Oğuz rayon Şirvanlı kənd sakinləri kimi tanısa da, həmin şəxslərlə heç bir münasibəti olmayıb. Onlarla ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə gecə saatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün Oğuz RPŞnin əməkdaşları tərəfindən saxlanılmışdır. O, əvvəlcə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Axtarış aparılması ilə əlaqədar protokol tərtib edilmiş, onlar da protokolun doğru tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Sonradan Oğuz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerində Təqsirləndirilən şəxs2 tapança, onun güllələri və sair əşyalar, həmçinin Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz əkib becərdikləri 165 ədəd çətənə bitkisi aşkar edilərək götürülmüşdür. O, sonradan Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilərkən iştirak etmişdir. Həmin ünvana baxış keçirilərkən evin həyətindəki fındıq ağacının dibindən 1 ədəd TOZ 8 markalı, 16 kalibirli, 1960-cı il buraxılışlı, 183352 nömrəli, lüləsi və qundağı kəsilmiş silah və üzərində 2 ədəd atılmış patron aşkar edilmişdir. Həmin aşkar olunmuş silah qablaşdırılaraq götürülmüşdür. Daha sonra baxış zamanı digər fındıq ağacının dibindən qara rəngli sellofan torbada bükülmüş narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar kütlə və qurudulmamış marixuanaya oxşar bitki kütləsi aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 aşkar edilmiş həmin kütlənin və silahın ona aid olmadığını bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş, o və baxış zamanı iştirak edən digər şəxslər protokolla tanış olub onun doğru tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, qardaşı Bakı şəhərindən ona zəng edərək Ayazla Novruzun polislər tərəfindən aparıldığını demişdir. O da Ayazgilə getmiş, orada polis əməkdaşlarının dayandığını görmüş, polis əməkdaşları ona həyətə daxil olmağa icazə verməmişlər. O da bunları maşınında olan registratorla qeydə almışdır. Oradan Novruzgilə getmiş, Novruzgildə qohumların toplaşdığını görmüşdür. Heç kim nə baş verdiyini bilməmişdir. Təxminən günorta saatlarında onlara günortadan sonra Ayazla Novruzu kəndə gətirəcəkləri bildirilmişdir. Onlar da olduqları yerdə Ayazla Novruzu gözləmişlər. Daha sonra polis maşınlarının səsini eşidib, Ayazgilə getmişlər. Çoxlu maşınlar olduğunu görmüş Ayazı polis maşınında gətirmişlər. Onları yaxına qoymadıqları üçün kənardan baxmışlar. Sonra onlara Novruzgilə gedəsi olmayacaqları bildirilmiş, lakin onlar Novruzgilə qayıdanda həmin maşınların Novruzun yaşadığı ünvanda da olduqlarını görmüşdür. Polislər Novruzgilin qapısını açanda, o həyətdə çoxlu polis əməkdaşlarının olduğunu görmüşdür. Novruzu da evə çıxartmışlar. Həyətdə olan polis əməkdaşları nəsə “tapdıq” deyib qışqırmışlar. Qasım Umarlı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda olarkən qeydə alınan videogörüntülər onun tərəfindən çəkilmişdir. O, 10 nəfər polis əməkdaşının Təqsirləndirilən şəxs2 ilə birlikdə evdə olduğunu, 15-20 nəfər polis əməkdaşının isə həyətdə yarımtikili tərəfdə olduqlarını görmüşdür. Digər polis əməkdaşları isə həyətdə gəzmişlər. Həmçinin, polis əməkdaşlarının özləri ilə gətirdikləri mülki geyimdə də şəxslər olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, Ayazın qonşusudur. 01 avqust 2020-ci il tarixdə qardaşıgildən gələndə, səhər saat 10-11 radələrində Ayazgilin həyətində Novruzun maşınının dəmir qapıdan içəridə olduğunu, dəmir qapının bağlı olduğunu və maşının yanında 2 nəfər polis əməkdaşının olduğunu görmüşdür. O da nə baş verdiyini polis əməkdaşlarından soruşanda ona aid məsələ olmadığı bildirilmişdir. Bundan sonra o, həmin yerdən uzaqlaşmışdır. Göstərilənlərlə yanaşı, cinayət işinin materiallarında olan 01 avqust 2020-ci il tarixli raportdan görünür ki, Oğuz RPŞ-nın əməliyyat aparatına daxil olmuş məlumata əsasən, Oğuz rayonunun Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Oğuz rayonunun Tayıflı kəndinin meşə ərazisində narkotik vasitə olan çətənə kollarının əkilb becərilməsində şübhəlidir. Cinayət işinin materiallarında olan 01 avqust 2020-ci il tarixli raporta əsasən, xx.xx.2020-ci il tarixdə, saat 08 radələrində Oğuz rayonunun Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Balakişiyev X3 meşə ərazisində narkotik vasitə olan çətənə kolları əkib becərməkdə şübhəli olduqları üçün Oğuz rayonunun Tayıflı kəndində saxlanılıb polis şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan 01 avqust 2020-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Oğuz rayonunun Tayıflı kəndi ərazisində, meşə sahəsinə baxış keçirilmiş, baxış zamanı hadisə yerindən Təqsirləndirilən şəxs2 aid 1 ədəd PH-1193 nömrəli Rusiya dövlətində zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli odlu silah, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş daraqda hər birində 7 və 8 ədəd patron olmaqla, ümumilikdə zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, atəş üçün yararlı 15 ədəd patron, bundan başqa PH-1193 nömrəli, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı silahdan atılmış 1 ədəd giliz və polis əməkdaşına məxsus 1 ədəd CM-3216M nömrəli, Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli odlu silahdan atılmış 2 ədəd giliz, 1 ədəd “Nigh Vision” markalı, 1077 nömrəli gecəgörmə cihazı, 1 ədəd yun materialından hazırlanmış papaq tipli maska və 1 ədəd əlcəyin sağ tayı aşkar olunaraq götürülmüşdür. Daha sonra həmin yerin yaxınlığında, hadisə yerindən 30 metr məsafədə narkotik tərkibli çətənə kollarının əkildiyi sahə yerləşmiş, Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə kollarının əkildiyi sahədən xəbərsiz olduğunu, həmin sahəyə baxış zamanı iştirak etməyəcəyini bildirmişdir. Qeyd edilən əkin sahəsinə giriş bir tərəfdən mümkün olmuş, digər tərəfdən sahəyə giriş mümkünsüz olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 həmin əkin sahəsinin giriş yerindən polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Hadisə yerindən aşkar edilən əşyalar sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan 01 avqust 2020-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Oğuz rayonu, Tayıflı kəndi ərazisindəki meşə sahəsinə gələrək baxış keçirilmişdir. Baxış keçirilən yer meşə sahəsinin ortasıdır. Həmin yerə giriş yalnız bir tərəfdəndir. Həmin meşə sahəsi avtomobil yolundan 1 km aralıda yerləşir. Baxış keçirilən əraziyə isə giriş kolluq və ağaclıq sahənin içərisindən keçir. Həmin giriş yeri Təqsirləndirilən şəxs2 polis əməkdaşları ilə rastlaşdığı yerdir. Girişdən girdikdən sonra təxminən 30 metr məsafədə hər bir tərəfi kolluqlarla örtülmüş, təxminən 36 kv metr sahəni əhatə edən içərisində 165 ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitki olan sahə vardır. Həmin çətənə kollarına oxşar bitkilər metrə ilə ölçüldükdə, hündürlükləri 70-150 sm qədər müxtəlif ölçülərdə olduğu müəyyən olunmuşdur. Baxışda iştirak edən aqronom Şahid16 həmin kolların xüsusi qaydada aqrotexniki qulluq göstərilmiş narkotik tərkibli çətənə kolları olduğunu bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin çətənə kollarından xəbəri olmadığını, Təqsirləndirilən şəxs2 ilə birlikdə əkmədiyini, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə olmadığını bildirmişdir. Daha sonra çətənə kolları çıxarılaraq qablaşdırılmışdır. Həmin yerdən başqa iş üçün əhəmiyyət kəsb edən əşya aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan 01 avqust 2020-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Oğuz rayonunun Şirvanlı kəndində yerləşən evinin həyətindəki fındıq ağaclarından birinin dibindən qundağı və lüləsi kəsilmiş halda olan 1 ədəd 185352 nömrəli, 1960-cı il buraxılışlı, Tula istehsallı, 16 kalibrli, TOZ-B modelli, hamar, qoşalüləli, lüləsi kustar üsulla kəsilmiş silah və həmin silahın içərisində 16 kalibrli ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş 02 ədəd gilizlər, digər fındıq ağacının dibindən qara rəngli sellofan torbada narkotik tərkibli çətənə bitkilərinin toxumlarına oxşar kütlə və narkotik vasitə qurudulmamış marixuanaya oxşar bitki kütləsi aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 aşkar olunan silahın ona məxsus olmadığını, aşkar olunmuş bitki kütləsinin ona aid olmadığını bildirmişdir. Bundan sonra aşkar olunmuş silah və bitki kütləsi maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan 01 avqust 2020-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Oğuz rayonunun Şirvanlı kəndində yerləşən evinin həyətində olan gül topasının dibindən narkotik vasitə qurudulmamış marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 01 avqust 2020-ci il tarixli rəydən görünür ki, Oğuz Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Şahid16 xx.xx.2020-ci il tarixli rəyinə əsasən, baxış zamanı kənarları böyürtkən kolları ilə əhatə olunmuş sahədə xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə, 165 ədəd narkotik tipli çətənə bitkisinə bənzər bitkilərin becərilməsi aşkar edilmişdir. Bitkilərin dibləri yumşaldılmış, peyin verilmişdir. Aşkarlanmış bitkilərin ən böyüyünün hündürlüyü 1,50 metr, kiçiyi isə 70 sm olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 994-70-378-00-00 saylı nömrədən əldə edilən məlumatların köçürüldüyü 1 ədəd DVD diskə sonuncunun və Müdafiəçi1 iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 994-70-378-00-00 saylı nömrədən xx.xx.2020-ci il tarixdə, saat 22:54-də 51-582-99-99 saylı nömrəyə zəng edilmiş, 52 saniyə danışıq olmuş, həmin vaxt anten dairəsi Oğuz rayonunun Sincan kəndi göstərilmişdir. Bundan sonra saat 23:02 radələrinədək olan GPRS məlumatlarında anten dairəsi ardıcıl olaraq Yeni Dzaxlı/Qəbələ, Oğuz rayonunun Xaçmaz Qışlaq kəndi, Oğuz rayonunun Sincan bələdiyyəsi ərazilərində qeydə alınmışdır. Saat 23:02-də yenidən 51-582-99-99 saylı nömrə ilə 18 saniyə danışıq olmuş, həmin vaxt anten dairəsi Oğuz rayon Xaçmazqışlaq kəndi kimi qeydə alınmışdır. Saat 23:11-dək GPRS məlumatları Oğuz rayonunun Xaçmazqışlaq kəndi, Qəbələ rayonunun Nic kəndi, Oğuz rayonunun Ərmənət kəndində qeydə alınmışdır. Saat 23:11-də 55-785-35-05 saylı nömrə ilə 60 saniyə danışıq olmuş, həmin vaxt anten dairəsi Oğuz rayonunun Ərmənət kəndi ərazisində qeydə alınmışdır. Həmin danışıqdan sonra xx.xx.2020-ci il tarixə saat 00:07 radələrinədək olan GPRS məlumatları Oğuz rayonu ərazisində müxtəlif stansiyalarda qeydə alınmışdır. xx.xx.2020-ci il tarixdə saat 00:07-də 55-785-35-05 saylı nömrə ilə 64 saniyə danışıq olmuş, anten dairəsi Oğuz rayonunun Xalxalqışlaq kəndi qeydə alınmışdır. Sonrakı GPRS məlumatları Oğuz rayonunun Xal-xalqışlaq və Tayıflı kəndləri kimi qeydə alınmışdır. Saat 01:06-da 70-601-71-71 saylı nömrə ilə 24 saniyə danışıq olmuş, anten dairəsi Oğuz rayonunun Xal-xalqışlaq kəndində qeydə alınmışdır. Saat 01:10-da yenidən 70-601-71-71 saylı nömrə ilə 122 saniyə danışıq olmuş, anten dairəsi Oğuz rayonunun Xal-xalqışlaq kəndində qeydə alınmışdır. Saat 01:21-dək olan GPRS məlumatları Oğuz rayon Xalxalqışlaq və Ərmənət kəndində qeydə alınmış, Saat 01:21-də yenidən 70-601-71-71 saylı nömrə ilə 165 saniyə danışıq olmuş və anten dairəsi Oğuz rayonunun Kərimli kəndində qeydiyyata alınmışdır. Saat 01:30-dək GPRS məlumatları ardıcıl olaraq Oğuz rayonunun Tayıflı kəndi və Oğuz rayonunun Xal-xalqışlaq kəndində qeydə alınmışdır. 01:30-da 70- 300-62-72 saylı nömrədən zəng daxil olmuş, 25 saniyə danışıq olmuş, həmin vaxt anten dairəsi Oğuz rayonunun Xal-xalqışlaq kəndində qeydiyyata alınmışdır. Saat 01:31-də 70- 601-71-71 saylı nömrə ilə 33 saniyə danışıq olmuş, anten dairəsi Oğuz rayonunun Xalxalqışlaq kəndində qeydə alınmışdır. Saat 01:35-də yenidən 70-601-71-71 saylı nömrə ilə 6 saniyə danışıq olmuş, anten dairəsi Oğuz rayonunun Tayıflı kəndində qeydə alınmışdır. Bundan sonra olan GPRS məlumatlarında anten dairəsi Oğuz rayonunun Tayıflı kəndində qeydə alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 994-70-300-62-72 saylı nömrədən əldə edilən məlumatların köçürüldüyü 1 ədəd DVD diskə sonuncunun və Müdafiəçi2 iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin nömrədən xx.xx.2020-ci il tarixdə, saat 22:32-də 51-582-99-99 saylı nömrəyə zəng edilmiş, 20 saniyə danışıq olmuş, həmin vaxt anten dairəsi Xaçmazqışlaq kəndində qeydə alınmışdır. 01 avqust 2020-ci il tarixdə, saat 00:59-da 50-300-62-72 saylı nömrəyə zəng edilmiş 133 saniyə danışıq olmuş, anten dairəsi Oğuz rayonunun Ərmənət kəndində qeydə alınmışdır. Saat 01:30-da yenidən 70-378-00-00 saylı nömrəyə zəng edilmiş, 25 saniyə danışıq olmuş, anten dairəsi Oğuz rayonunun Tayıflı kəndində qeydə alınmışdır. Saat 05:17-də 717 xidmətindən daxil olmuş SMS zamanı anten dairəsi Oğuz rayonunun Ərmənət kəndində qeydə alınmışdır. Saat 05:30-da ********* saylı nömrədən daxil olmuş zəng zamanı 15 saniyə danışıq olmuş və anten dairəsi Oğuz rayon Tayıflı kədində qeydə alınmışdır. Saat 05:53-də, 05:56-da və 05:57-də 70-777-74-49 saylı nömrədən daxil olmuş zəngələr zamanı müvafiq olaraq 35, 11 və 13 saniyə danışıq olmuş, həmin vaxt anten dairəsi birinci zəngdə Oğuz rayonunun Tayıflı kəndində, ikinci zəngdə Oğuz rayonunu Xalxalqışlaq kəndində, üçüncü zəngdə Oğuz rayonunun Tayıflı kəndində qeydə alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 994-50-300-62-72 saylı nömrədən əldə edilən məlumatların köçürüldüyü 1 ədəd DVD diskə Təqsirləndirilən şəxs2 və Müdafiəçi1 iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 994-50-300-62-72 saylı nömrəyə xx.xx.2020-ci il tarixdə, saat 21:45-də, saat 21:46-da və saat 21:48-də 4 dəfə Şahid6 adına olan 994-51-582-99-99 saylı nömrədən zənglər daxil olmuş, danışıqlar olmamış və anten dairəsi qeydə alınmamışdır. Saat 21:49-da və saat 21:11-də yenidən sonuncu nömrədən zəng daxil olmuş, müvafiq olaraq 28 və 48 saniyə danışıq olmuş, həmin vaxtlarda 994-50-300-62-72 saylı nömrənin anten dairəsi Qəbələ rayonunun Kötüklü kəndi kimi qeydə alınmışdır. Saat 22:47-də yenidən 994-51-582-99-99 saylı nömrədən zəng daxil olmuş, 64 saniyə danışıq olmuş, anten dairəsi “Qebele ray. Nic kendi. Yemishanli kend yolu. Yemishanli kend yolu.” kimi qeydə alınmışdır. Saat 23:04-də 994-51-582-99-99 saylı nömrəyə çıxış zəngi qeydə alınmış, danışıq olmamış, anten dairəsi yenə də “Qebele ray. Nic kendi. Yemishanli kend yolu. Yemishanli kend yolu.” kimi qeydə alınmışdır. Saat 23:04 yenidən 994-51-582-99-99 saylı nömrədən zəng daxil olmuş, 149 saniyə danışılmış, anten dairəsi “Oguz ray. Sincan kendi. Xachmazqishlaq kend yolu.” kimi qeydə alınmışdır. xx.xx.2020-ci il tarixdə, saat 00:42-də X1 adına olan 994-55-785-35-05 saylı nömrədən zəng daxil olmuş, 65 saniyə danışılmış, anten dairəsi “Oguz ray. Qumlaq kendi. Qumlaq kend yolu.” kimi qeydə alınmışdır. Saat 00:59-da Təqsirləndirilən şəxs2 öz adına olan Təqsirləndirilən şəxs1 istifadə etdiyi 994-70-300-62-72 saylı nömrədən zəng daxil olmuş, 133 saniyə danışılmış, anten dairəsi “Oguz ray. Qumlaq kendi. Qumlaq kend yolu.” kimi, qarşı tərəfin anten dairəsi isə “Oghuz rayonu, Armanat kandi” kimi qeydə alınmışdır. Bundan sonra saat 05:34-də, 05:38-də və 05:41-də X11 adına olan 994-51-888-08-48 saylı nömrədən zənglər daxil olmuş, danışıq olmamış, anten dairəsi “Oguz ray. ermenet kendi. ermenet kuchesi.” kimi qeydə alınmışdır. GPRS və Normal yeniləmələrlə anten dairəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 994-50-300-62-72 saylı nömrənin anten dairəsi xx.xx.2020-ci il tarixdə, saat 22:11-də “Qebele ray. Kotuklu kendi”, saat 22:12-də “Qebele ray. Bum kendi.”, saat 22:42-də “Oguz ray. Xachmaz kendi. Xachmaz kend yolu.”, saat 22:47-dən saat 23:04-dək “Qebele ray. Nic kendi. Yemishanli kend yolu. Yemishanli kend yolu.”, saat 23:14-dək “Oguz ray. Sincan kendi. Xachmazqishlaq kend yolu.”, saat 23:17-dək “Oguz ray. Yaqublu kendi. Yaqublu kuchesi.”, saat 23:19-dək “Oguz ray. Kerimli kendi.”, saat 23:22-dən 23:35-dək “Oguz ray. Qumlaq kendi. Qumlaq kend yolu.”, xx.xx.2020-ci il tarixdə, saat 00:03-də “Oguz ray. Oguz sheh. Abdurehman esgerov kuchesi 2.”, saat 00:06-dan 00:59-dək “Oguz ray. Qumlaq kendi. Qumlaq kend yolu.”, saat 01:24-də “Oguz ray. Oguz sheh. Abdurehman esgerov kuchesi 2.”, saat 01:27-də “Oguz ray. Qumlaq kendi. Qumlaq kend yolu”., saat 01:32-də “Oguz ray. Oguz sheh. Heyder Əliyev kuchesi 73.”, saat 01:39-da “Oguz ray. Qumlaq kendi. Qumlaq kend yolu.”, saat 05:34-dən saat 06:06-dək “Oguz ray. ermenet kendi. ermenet kuchesi.” kimi qeydə alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş 21 yanvar 2021-ci il tarixli **********09 nömrəli məktubdan görünür ki, müraciət əsasında Xidmətin tabeliyində "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilərək, GPS aləti vasitəsilə ölçmə işləri aparılmış və döngə nöqtələrinin koordinatları götürülmüşdür. Kameral şəraitdə elektron kadastr məlumat bazasına əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə göstərilən torpaq sahəsi 198 kvadrat metr olmaqla Xalxal inzibati ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlıdır. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə narkotik tərkibli çətənə bitkiləri əkilən əraziyə Oğuz rayonunun Xal-xal bələdiyyəsinin sədr müavini X6 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin Oğuz rayon şöbəsinin mühəndisi X2 iştirakları ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş sxemdə göstərilən 198 kvadrat metr olmaqla Xal-xal inzibati ərazi dairəsinin hüdudları daxilində xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı sahənin kənarındakı su kanalından 100 metr şərqdə yerləşir. Həmin ərazi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin Oğuz rayon şöbəsinin DWJ-elektron baza məlumatlarında (aqrar islahatın elektron xəritəsi), həmçinin Oğuz rayon Xal-xal bələdiyyəsinin xəritəsində yoxlanılarkən meşə ərazisinə aid olduğu, bələdiyyə və ya xüsusi mülkiyyətə aid olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2020-ci il tarixli 20/381R nömrəli rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş 01 ədəd 185352 nömrəli silah, zavod üsulu ilə Tula silah zavodunda 1960-cı ildə istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşalüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir – obrezidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 02 ədəd gilizlər, 16 kalibrli ov silahlarından atəş açmaq üçün üçün nəzərdə tutulmuş ov patronunun bir hissəsidir – boş atılmış gilizləridir. Hal-hazırda atəş üçün yararsızdırlar, həmin gilizlər 185352 nömrəli TOZ-B modelli silahdan atılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2020-ci il tarixli 20/380R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd CM-3216M nömrəli silah Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibirli PM modelli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tapançanın hissələri və mexanizmləri üzərində heç bir kustar üsulla əlavə dəyişiklik edilməmişdir. - Tədqiqata təqdim olunmuş 01 ədəd daraq, zavod üsulu ilə istehsal olunmuşdur, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuşdur, həmin kalibirli Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. - Tədqiqata təqdim olunmuş 02 ədəd gilizlər, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibirli olmaqla, həmin kalibirli Makarov (PM), steçkin (APS) konstruksiyalı və həmin kalibirli PA-63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir-atılmış gilizləridir. Həmin gilizlər tədqiqata təqdim edilmiş 9 mm kalibirli CM- 3216M nömrəli Makarov konstruksiyalı PM modelli tapançadan atılmışdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd PH-1193 nömrəli silah, Rusiya dövlətində zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş 9 mm kalibirli PM modelli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tapançanın hissələri və mexanizmləri üzərində heç bir kustar üsulla əlavə dəyişiklik edilməmişdir. - Tədqiqata təqdim olunmuş 02 ədəd daraq, zavod üsulu ilə istehsal olunmuşdur, 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidirdarağlarıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdırlar. - Tədqiqata təqdim olunmuş ümumi sayı 15 ədəd olan patronlar, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibirli olmaqla, həmin kalibirli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və kalibirli PA-63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. - Tədqiqata təqdim olunmuş 01 ədəd giliz, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibirli olmaqla, həmin kalibirli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və həmin kalibirli PA-63 modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir-atılmış gilizidir. Həmin gilizlər tədqiqata təqdim edilmiş 9 mm kalibirli PH-1193 nömrəli Makarov konstruksiyalı PM modelli tapançadan atılmışdır. - Tədqiqata təqdim olunmuş 9 mm kalibirli CM-3216M və PH-1193 nömrəli Makarov konstruksiyalı PM modelli tapançalardan eksperemental qaydada atılmış güllə-gilizlər və tədqiqata təqdim edilmiş ümumi sayı 03 ədəd olan 9x18 mm kalibirli gilizlər, DİN KTİ-nin “güllə-giliz” kartotekasında olan digər açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə “ARSENAL” avtomatlaşdırılmış ballistik identifikasiya sistemi vasitəsi ilə yoxlanıldı. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X22 tərəfindən verilmiş 02 avqust 2020-ci il tarixli, 17/475 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əkib-becərdikləri narkotik tərkibli çətənə bitkilərinə bənzər kollar.” sözləri yazılmış 03 (üç) ədəd sintetik kisələrinin içərisində hündürlükləri 70 sm-dən 150-dək, ümumi təmiz çəkiləri – 13 kiloqram 050 qram olan 165 (bir yüz altmış beş) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şahid16 xx.xx.2020-ci il tarixli rəyinə əsasən, 165 (bir yüz altmış beş) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış sellofan torbanın içərisindəki təmiz çəkisi – 91,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən aşkar olunmuş...” sözləri yazılmış sellofan torbanın içərisindəki təmiz çəkisi – 36,88 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamıuş marixuanadır. Həmin sellofan torbanın içərisində təmiz çəkisi – 28,96 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş çətənə bitkiləri və qurudulmamış marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan Gəncə şəhəri narkoloji dispanserindən daxil olmuş ambulator məcburi narkoloji-tibbi yoxlamanın 29 sentyabr 2020-ci il tarixli, 855 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Gəncə şəhəri narkoloji dispanserindən daxil olmuş ambulator məcburi narkoloji-tibbi yoxlamanın 29 sentyabr 2020-ci il tarixli, 856 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 14 yanvar 2021-ci il tarixli 17/26 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2...meşə sahəsində çətənə bitkilərini əkib becərdiyi yerdən götürülmüş torpaq nümunələri...” sözləri yazılmış 01(bir) ədəd polietilen torbanın içərisindəki 03 (üç) ədəd sellofan torbalardakı torpaq nümunələrindən əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edildi. Tədqiqata təqdim olunmuş, torpaq nümunələrindən aşkar edilmiş çətənə bitkisinin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim olunmuş, torpaq nümunələrinin münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Oğuz Rayon Mərkəzi X14 Şəxsdən daxil olmuş 19 yanvar 2021-ci il tarixli 186 və 187 nömrəli arayışlardan, həmçinin 21 yanvar 2021-ci il tarixli 22 və 23 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Oğuz RMX-nın Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Oğuz Rayon İcra Hakimiyyəti başçısının Qumlaq inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2020-ci il tarixli, 10-25/730 və 10-25/731 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 Oğuz rayonu, Şirvanlı kəndində pasport qeydiyyatında olmaqla öz ailəsi ilə yaşamışdır. Oğuz RİH başçısının Qumlaq inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2020-ci il tarixli, 10-25/732 və 10-25/733 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında pasport qeydiyyatında olmaqla Oğuz rayonu, Şirvanlı kəndində öz ailəsi ilə yaşamışdır. Oğuz RİH başçısının Qumlaq inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 2014-2016-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində MAHXQ rütbəsində xidmət etmişdir. Tapşırılan işin öhdəsindən gəlir, işgüzardır, fiziki və əqli cəhətdən sağlamdır. Təqsirləndirilən şəxs1 barəsində Qumlaq İƏD üzrə nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Oğuz RİH başçısının Qumlaq inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olur. Tapşırılan işin öhdəsindən gəlir, işgüzardır, fiziki və əqli cəhətdən sağlamdır. Təqsirləndirilən şəxs2 barəsində Qumlaq İƏD üzrə nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Umarlı X12 rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 il islah işləri (20%) cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzası icra edildiyindən qeydiyyatdan çıxarılmışdır. Bundan başqa AR DİN BDYPİ tərəfindən barəsində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə araşdırma aparılmış, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən işə xitam verilmişdir və məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 01 avqust 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 13:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 01 avqust 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 13:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Oğuz Rayon Məhkəməsinin 03 avqust 2020-ci il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər biri barədə 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, hazırkı hökmdə sadalanan sübutları məcmu halında qiymətləndirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən ittihamları təsdiq edir və bununla bağlı istintaq orqanının gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 153cü maddəsinin mənasına görə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, 01 avqust 2020-ci il tarixdə Oğuz RPŞ-nın əməliyyat aparatına Oğuz rayonunun Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Oğuz rayonunun Tayıflı kəndinin meşə ərazisində narkotik vasitə çətənə kollarının əkib becərilməsində şübhəli olmaları barədə əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən, xx.xx.2020-ci il tarixdə, saat 08:00 radələrində Oğuz rayonunun Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Balakişiyev X3 meşə ərazisində narkotik vasitə olan çətənə kolları əkib becərməsində şübhəli olduqları üçün Oğuz rayonunun Tayıflı kəndində saxlanılıb, polis şöbəsinə gətirilmişlər. 01 avqust 2020-ci il tarixdə Oğuz rayonunun Tayıflı kəndi ərazisində meşə sahəsində baxış keçirilmiş, baxış zamanı hadisə yerindən Təqsirləndirilən şəxs2 aid 1 ədəd PH-1193 nömrəli, Rusiya dövlətində zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli, odlu silah, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş daraqda hər birində 7 və 8 ədəd patron olmaqla, ümumilikdə zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, atəş üçün yararlı 15 ədəd patron, bundan başqa PH-1193 nömrəli, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı silahdan atılmış 1 ədəd giliz və polis əməkdaşına məxsus 1 ədəd CM-3216M nömrəli, Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli, odlu silahdan atılmış 2 ədəd giliz, 1 ədəd “Nigh Vision” markalı, 1077 nömrəli gecəgörmə cihazı, 1 ədəd yun materialından hazırlanmış papaq tipli maska və 1 ədəd əlcəyin sağ tayı aşkar olunaraq götürülmüşdür. 01 avqust 2020-ci il tarixdə Oğuz rayonu, Tayıflı kəndi ərazisindəki meşə sahəsinə gələrək baxış keçirilmiş, baxış keçirilən giriş yer Təqsirləndirilən şəxs2 polis əməkdaşları ilə rastlaşdığı yer olmuş, girişdən girdikdən sonra təxminən 30 metr məsafədə hər biri tərəfi kolluqlarla örtülmüş təxminən 36 kv metr sahəni əhatə edən içərisində 165 ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitki olan sahə olmuşdur. 01 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı Oğuz rayonunun Şirvanlı kəndində yerləşən evinə baxış keçirilmiş, evin həyətindəki fındıq ağaclarından birinin dibindən qundağı və lüləsi kəsilmiş halda olan 1 ədəd 185352 nömrəli, 1960-cı il buraxılışlı, Tula istehsallı, 16 kalibrli, TOZ-B modelli, hamar, qoşalüləli, lüləsi kustar üsulla kəsilmiş silah və həmin silahın içərisində 16 kalibrli ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş 02 ədəd gilizlər, digər fındıq ağacının dibindən qara rəngli sellofan torbada narkotik tərkibli çətənə bitkilərinin toxumlarına oxşar kütlə və ümumi təmiz çəkisi 36,88 qram olan narkotik vasitə qurudulmamış marixuanaya oxşar bitki kütləsi aşkar edilərək götürülmüşdür. 01 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Oğuz rayonunun Şirvanlı kəndində yerləşən evinin həyətində olan gül topasının dibindən ümumi təmiz çəkisi 91,31 qram narkotik vasitə qurudulmamış marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” adlı İİİ siyahısının 2-ci bəndinə əsasən, çətənə növlü bitkilərin 3-15 ədədi (6-30 hissəsi) xeyli miqdar, 16 ədədi (31 hissəsi) isə külli miqdar hesab olunur. Narkotik vasitələrə aid birinci siyahının 12-ci bəndinə əsasən isə beynəlxalq adı Marixuana-Kannabis olan narkotik vasitənin (qurudulmayan halda) şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 25 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2500 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun verdiyi anlayışlar baxımından, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması (mad. 1.0.7), həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi (mad. 1.0.8), həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi (mad. 1.0.9), məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır (mad. 1.0.10). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışlarına verdiyi izaha əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin toplanmasıdır (Qanunun 1.0.6-cı maddəsi). "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" 18 iyun 1999-cu il tarixli 686-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 7-ci bəndində isə göstərilir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 6 iyul 2021-ci il tarixli qərarında isə qeyd olunmuşdur ki, şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi prosesi çərçivəsində onları (onların hissələrini) toplamaqla yanaşı, Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hərəkətlərə yol verərsə, yəni həmin Məcəllənin 237-ci maddəsi ilə onun əməllərini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətləri cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həm də Məcəllənin digər müvafiq maddələri ilə tövsif edilməlidir. Başqa sözlə, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 8-ci bəndində odlu silaha anlayış verilərək deyilir ki, odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurqular və soyuq silah həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinə və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlanılması üzərində nəzarət haqqında» 1978-ci il 28 iyun tarixli Avropa Konvensiyasının müddəalarına əsasən odlu silah və döyüş sursatına – a) Avtomatik silah; b) Yarımavtomatik mexanizmli, yenidən doldurma tələb edən mexanizmli və ya tək-tək atəş açan mexanizmli qısalüləli silah; c) Yarımavtomatik mexanizmli və ya yenidən doldurulma tələb edən mexanizmli minimum bir yivli lüləli mexanizmli uzunlüləli silahı; ç) Yivli lüləsi birdən az olmayan təkatılan uzunlüləli silah; d) Əl reaktiv qranatomyotlar (qumbara atanlar), e) Hücum və ya müdafiə oqnemyotları (odsaçanlar), ə) Yay tipli atıcı mexanizmli silah aiddir. Odlu silahlara, həmçinin yivli lüləsi olan müxtəlif növ tapançalar, minaatanlar, təyyarə vuran toplar və bu bəndin «a-ə» yarımbəndlərində göstərən xüsusiyyətlərə malik olan digər silahlar da aiddirlər. «Qısalüləli» termini, lüləsinin uzunluğu 30 santimetrdən çox olmayan və ya ümumi uzunluğu 60 santimetrdən az olan silahlara aiddir (qərarın 3-cü bəndi). CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cinayət-prosessual qanunvericiliyinin istinad olunan müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında CMP-in 125-ci maddəsinin müddəalarına əsasən, məhkəmə istintaq orqanının hazırki iş üzrə əldə etdiyi sübutları mötəbər və qanuni hesab edir. Məhkəmə kollegiyası gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin ayrıayrılıqda CM-in 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə kollegiyasının iclasında “heyvanları axtarmaq üçün gecə saat 12 radələrində evdən çıxması, narkotik tərkibli bitkilər əkilən ərazini görməməsi, həmin ərazidən xəbərinin olmaması, həyətinə narkotik vasitə qoyulması, Oğuz RPŞ-nın rəisi ilə münasibətinin olması, rəisin narkotik vasitənin və digər əşyaların ona məxsus olmadığını bildiyini deməsi, lakin silahı boynuna almağı ondan xahiş etməsi, bir sıra vədlər verərək onu aldatması, buna görə də silahı qəbul etməsi, rəislə razılaşması, bundan sonra silahın atasına məxsus olduğunu bildirməsi, silahdan başqa qeyd olunan digər əşyalardan gecəgörmə cihazını, maskanı isə inandırıcı olması üçün ibtidai istintaq orqanının əlavə etməsi” barədə səsləndirdiyi fikirlər, həmçinin, digər Təqsirləndirilən şəxs1 məhkəmə kollegiyasının iclasında “Gəncə şəhərinə getmək üçün səhər evdən çıxması, narkotik vasitə və silahın ona məxsus olmaması, kimin olduğunu da bilməməsi, belə işlərlə məşğul olan olmaması, Oğuz RPŞ-da təsir və təzyiqə məruz qalması, döyülməsi” barədə göstərdiyi xüsusatlar heç bir sübutla öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxslərin qeyd etdiyi xüsusatlarla bağlı məlumat araşdırılması üçün Oğuz Rayon Prokurorluğuna göndərilmiş və Oğuz Rayon Prokurorluğu tərəfindən qəbul olunan xx.xx.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 Oğuz RPŞ-nın əməkdaşları tərəfindən ona zor tətbiq olunması və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı 14 yanvar 2021-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırılmış 01 C-21 nömrəli material üzrə qəbul olunmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında 21 yanvar 2021-ci il tarixli qərar nəzərə alınmış, Təqsirləndirilən şəxs1 Oğuz RPŞ-nın əməkdaşları tərəfindən qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftara və döyülərək işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmamış və həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə iclasında səsləndirdikləri xüsusatların işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşməməsi qənaətinə gəlir və həmin xüsusatları müdafiə xarakterli ifadələr kimi qəbul edir. Bütün bunlar məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslərin hər birinin ayrıayrılıqda qeyd olunan dəlillərinin heç bir əsası yoxdur. Ümumilikdə, sübutlar arasında uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin məhkəmə istintaqı zamanı qeyd etdiklərini məhkəmə kollegiyası əvvəlcədən düşünülmüş müdafiə taktikası kimi qəbul edir və hesab edir ki, onların məhkəmə istintaqı zamanı bildirdikləri müdafiə xarakterli əsaslandırmalardır və bunlar təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Şahid qismində ifadə vermiş şahidlər Şahid10, Şahid17 Cirman oğlu, Şahid9, Şahid11 və Şahid16 ibtidai istintaq zamanı verdikləri ifadələrlə məhkəmə kollegiyasının iclasında verdikləri ifadələr arasında olan ziddiyyətli hallara tənqidi yanaşan məhkəmə kollegiyası, onların sonradan ifadələrini təqsirləndirilən şəxslərin xeyrinə dəyişdirmələrini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təsirindən yaranması, bu yolla təqsirləndirilən şəxslərə təəssübkeşlik nümayiş etdirərək, ibtidai istintaq zamanı əldə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla öz təsdiqini tapmış işin faktiki hallarının dəyişdirilməsi və nəticədə təqsirləndirilən şəxslərin vəziyyətinin yüngülləşdirilməsinə yönələn əsassız cəhdlər kimi qiymətləndirir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarından bəziləri ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmişlər, bəziləri isə hadisə bir il qabaq olduğu üçün hal-hazırda bəzi məqamları tam xatırlaya bilmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası hadisədən xeyli müddət keçməsini və keçən müddət ərzində polis əməkdaşlarının başqa bu kimi tədbirlərdə iştirak etmələrini nəzərə alaraq, hesab edir ki, bu kimi amillər onların hadisəni olduğu kimi təsvir etmələrinə mane ola bilər. Ona görə də həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələr daha mötəbər sübutlar kimi qəbul edilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X10 və X7 ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, həmin ifadələrdə təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülmüş ittihamlarda təqsirsiz olmalarına dəlalət edən hər hansı halın olması müəyyən edilmir. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir (CPM-in 124.1-ci maddəsi). Ancaq bu şahidlərin ifadəlrində ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar görünmür. Ona görə də bu ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi disklərdə olan məlumatların sübut kimi qəbul olunması məsələsinə gəlincə, məhkəmə kollegiyası bu məlumatları da mötəbər sübut kimi qəbul edə bilmir. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda (CPM-in 125.2-ci maddəsi). İstinad olunan məlumatlar isə qanunvericiliyin tələb etdiyi tərzdə əldə edilmədiyi üçün sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin törətdiyi əməllərdə cinayət tərkibi vardır. Onların bu əməldə təqsirsiz olması barədə özünün və müdafiəçilərinin gətirdiyi bütün dəlillər əsassızdır. Düzgün olaraq təqsirləndirilən şəxslərin hər birinə ayrı-ayrılıqda CM-in 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin ayrıayrılıqda CM-in 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də onların hər birinə ayrıayrılıqda CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə uyğun olaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə verilmiş xasiyyətnamələrdə müsbət səciyyələndirilmələrini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq cəza məsələsinə gəlincə, məhkəmə kollegiyası bu məsələ üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarı). Digər tərəfdən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olaraq qrup yaradıb, ağır cinayətlər kateqoriyasına aid, qəsdən, qanunsuz olaraq külli miqdarda, yəni 165 ədəd narkotik tərkibli çətənə bitkilərini əkmiş, həmin çətənə bitkilərinin yetişməsi üçün xüsusi qaydada aqrotexniki qaydada qulluq göstərmiş və kultivasiya etmişlər. Bundan əlavə, xx.xx.2020-ci il tarixdə Oğuz RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin narkotik tərkibli çətənə bitkiləri olan yerin qarşısında Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının “Dayan, polisdir” və “Ayaz və Novruz, sizi tanıdıq, təslim olun” tələbinə məhəl qoymayaraq, əlində olan qanunsuz olaraq üzərində saxlayaraq gəzdirdiyi Makarov konstruksiyalı, yivli, odlu silahla qeyri-müəyyən istiqamətə atəş açmış, həmin vaxt polis əməkdaşları da havaya 2 dəfə xəbərdarlıq atəşi açdıqdan sonra Təqsirləndirilən şəxs1 hadisə yerindən qaçmış, lakin qeyd olunan tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs2 hadisə yerində, Təqsirləndirilən şəxs1 isə saat 06 radələrində Oğuz rayonunun Şirvanlı kəndi ərazisində saxlanılaraq Oğuz RPŞ-ya gətirilmişlər. Hadisə yerinə baxış keçirilərkən oradan Təqsirləndirilən şəxs2 məxsus qanunsuz 1 ədəd Makarov konstruksiyalı, yivli odlu silah, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş daraqda hər birində 7 və 8 ədəd patron olmaqla, ümumilikdə zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, atəş üçün yararlı 15 ədəd patron, Makarov konstruksiyalı silahdan atılmış 1 ədəd giliz, 1 ədəd “Night Vision” markalı gecəgörmə cihazı, 1 ədəd yun materialından hazırlanmış papaq tipli maska və 1 ədəd əlcəyin sağ tayı, daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə baxış keçirilən zaman həyətindəki gül topasının dibindən 1 ədəd sarı rəngli sellofan torbada satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq midarda, ümumi təmiz çəkisi 91,31 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə baxış keçirilən zaman həyətindəki fındıq ağaclarından birinin dibindən sellofan torbada satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 36,88 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana, digər fındıq ağacının dibindən isə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1 ədəd 16 kalibrli, TOZ-B modelli, hamar, qoşalüləli, odlu, yivsiz, qundağı və lüləsi kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş, texniki cəhətdən atəşə yararlı silah və həmin silahın içərisində 16 kalibrli ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararsız 02 ədəd gilizlər aşkar edilərək götürülmüşdür. İşin qeyd olunan halları təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cəmiyyət üçün nə qədər təhlükəli olmasına dəlalət edir. Bundan başqa, məhkumluğu olmasa da, Umarlı X12 Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 il islah işləri (20%) cəzasına məhkum edilib, xx.xx.2016-cı ildə cəzasının icra edilməsi ilə cəzadan azad edilmiş, CM-in 263.1-ci maddəsilə isə barəsində araşdırma aparılaraq, xx.xx.2019-cu il tarixdə CPM-in 39.1.11-ci maddəsinə əsasən işinə xitam verilmiş şəxsdir. Belə olan halda, məhkəmə kollegiyası CM-in ədalət prinsipi baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri maddələrin sanksiyaları çərçivəsində azadlıqdan məhrum etmə növündə cəzalarının təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini cəzanın islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. İşdən görünür ki, təqsirləndirilən şəxslərin ittiham olunduqları CM-in 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsinə görə, iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə görə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.1-ci (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və CM-in 237.2.3-cü (külli miqdarda törədildikdə) maddələrinə görə isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətlərini, cəzаnı yüngülləşdirən halların olmasını, ağırlaşdıran hаllаrın olmamasını, hаbelə təyin olunmuş cəzаnın onların islаh olunmаsınа və аilələrinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, Təqsirləndirilən şəxs2 CM-in 228.1-ci maddəsilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsilə doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.1 və 237.2.3-cü maddələrilə isə dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs1 CM-in 228.1-ci maddəsilə bir il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsilə altı ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.1 və 237.2.3-cü maddələrilə isə dörd il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın islah təsiri baxımından da əsaslı sayıla bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Belə ki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın başlanğıcı onların şübhəli şəxs qismində tutulduqları xx.xx.2020-ci il tarixdən hesablanmalı, təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər biri barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cinayət işinin materiallarında olan narkoloji ekspertizanın rəyində əks olunanlar əsas götürülərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalı, işi üzrə maddi sübut olub saxlanılması üçün Oğuz RPŞ-nın təminat hissəsinə verilən Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 1 ədəd PH- 1193 nömrəli, Rusiya dövlətində zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli, odlu silah, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş daraq, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9x18 mm kalibrli, atəş üçün yararlı 07 ədəd patron, PH-1193 nömrəli, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı silahdan atılmış 1 ədəd giliz, həmçinin polis əməkdaşına məxsus 1 ədəd CM-3216M nömrəli, Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli, odlu silahdan atılmış 2 ədəd giliz, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş 1 ədəd 185352 nömrəli, 1960cı il buraxılışlı, Tula istehsallı, 16 kalibrli, TOZ-B modelli, hamar qoşalüləli, odlu, yivsiz, qundağı və lüləsi kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş, texniki cəhətdən atəşə yararlı silah və həmin silahın içərisində 16 kalibrli ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararsız 02 ədəd gilizlər, həmçinin 1 ədəd “Night Vision” markalı, 1077 nömrəli gecəgörmə cihazı CM-in 99-1.1.1-ci maddəsinə əsasən, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli, 1 ədəd yun materialından hazırlanmış papaq tipli maska və 1 ədəd əlcəyin sağ tayı, 03 ədəd sintetik kisədə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 13 kq, 46,70 qram çəkidə 165 ədəd narkotik tərkibli çətənə bitkiləri, həmin bitkilərin əkildiyi yerdən 3 ayrı-ayrı yerdən 03 ədəd sellofana yığılmaqla bir ədəd polietilen torbada qablaşdırılmış torpaq nümunələri və Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş 1 ədəd sellofan torbada ekspertiza tədqiqatından sonra qalıq qalmış 36,86 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd sellofan torbada ekspertiza tədqiqatından sonra qalıq qalmış 91,29 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana məhv edilməlidir. Cinayət işi üzrə yetmiş manat əlli iki qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən otuz beş manat iyirmi altı qəpik olmaqla tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 CM-in 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-in 228.1-ci maddəsi ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq altı il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 CM-in 228.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-in 228.1-ci maddəsi ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq beş il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Oğuz RPŞ-nın təminat hissəsinə verilən Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 1 ədəd PH-1193 nömrəli, Rusiya dövlətində zavod üsulu ilə 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli odlu silah, 2 ədəd zavod üsulu ilə istehsal olunmuş daraq, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9x18 mm kalibrli, atəş üçün yararlı 07 ədəd patron, PH-1193 nömrəli, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı silahdan atılmış 1 ədəd giliz, həmçinin polis əməkdaşına məxsus 1 ədəd CM-3216M nömrəli, Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, Makarov konstruksiyalı, yivli odlu silahdan atılmış 2 ədəd giliz, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş 1 ədəd 185352 nömrəli, 1960-cı il buraxılışlı, Tula istehsallı, 16 kalibrli, TOZ-B modelli, hamar qoşalüləli, odlu, yivsiz, qundağı və lüləsi kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş, texniki cəhətdən atəşə yararlı silah və həmin silahın içərisində 16 kalibrli ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararsız 02 ədəd gilizlər, həmçinin 1 ədəd “Night Vision” markalı, 1077 nömrəli gecəgörmə cihazı CM-in 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. 1 ədəd yun materialından hazırlanmış papaq tipli maska və 1 ədəd əlcəyin sağ tayı, 03 ədəd sintetik kisədə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 13 kq, 46,70 qram çəkidə 165 ədəd narkotik tərkibli çətənə bitkiləri, həmin bitkilərin əkildiyi yerdən 3 ayrı-ayrı yerdən 03 ədəd sellofana yığılmaqla bir ədəd polietilen torbada qablaşdırılmış torpaq nümunələri və Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş 1 ədəd sellofan torbada ekspertiza tədqiqatından sonra qalıq qalmış 36,86 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd sellofan torbada ekspertiza tədqiqatından sonra qalıq qalmış 91,29 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana məhv edilsin. İş üzrə yetmiş manat əlli iki qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən otuz beş manat iyirmi altı qəpik olmaqla tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar