Məhkəmə qərarları › İş №1(091)-96/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-96/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-96/2022 06.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxx 2001-ci il tarixdə Balakən rayonunun Qazma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Balakən rayonunun Qazma kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Balakən rayonunun Hənifə kəndi ərazisində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə - dalaşma zamanı rayonun Qazma kənd sakini Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayının əvvəllərində Balakən rayon bazarından satın alaraq əldə edib üzərində gəzdirdiyi deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı, qatlanan tipli ov bıçağı ilə qəsdən zərbələr vurub sonuncuya döş qəfəsinin sol yan səthində ortada bir ədəd yara, sol orta kürək nahiyəsində üç ədəd yaralar, sağ mil biləyin arxa səthində bir ədəd yara olmaqla birlikdə və ayrı-ayrılıqda onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən cəmi beş ədəd xəsarət, eləcə də sonuncunun döş qəfəsinin arxa aşağı səthindən daxilə keçib dalağın zədələnib cərrahi götürülməsinə və diafraqmanın zədələnməsinə səbəb olan bir ədəd yaradan ibarət dərəcəsinə görə onun həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən bir ədəd xəsarət yetirərək qəsdən sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs faktiki olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə versə də, CM-nin 126.1 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə təxminən saat 22:00 radələrində yaşadığı Balakən rayonunun Qazma kəndində yerləşən “Dost Qapısı” adlı kafedə qonşusu və dostu olan Şahid2lə birlikdə oturub çay içmişlər. Bir qədər sonra həmkəndliləri olan Emrah və Elmin, onların ardınca isə Şahmar kafeyə gələrək onların masasında əyləşmişlər. Beşi birlikdə çay içib söhbət edən zaman Emrah Hənifə kənd sakinləri tərəfindən döyüldüyünü, gedib onu döyən şəxslərlə söhbət etmək istədiyini bildirmiş və birlikdə gedib söhbət etməyi onlara təklif etmişdir. Hənifə kəndi yaşadıqları Qazma kəndi ilə qonşu kənd olduğuna görə Emrahı döyən şəxslərlə böyük ehtimalla tanış çıxacaqlarını, münaqişəni sülh yolu ilə həll edəcəklərini düşünmüş və birlikdə gedib söhbət etməyə razılaşmışdır. Onun kimi digər uşaqlar da birlikdə getməyə razı olmuşlar. Onlar təxminən saat 22:30 radələrində birlikdə kafedən bayıra çıxmışlar və piyada Hənifə kəndinə yollanmışlar. Onlar kafedən çıxanda Emrah kiməsə zəng edərək nəsə danışmış, lakin Emrahın kimə zəng etməsini və nə barədə danışmasını bilməmişdir. Bir qədər getdikdən sonra Şahmar onlardan ayrılıb yaşadığı evə getmişdir. Onlar təxminən 20-25 dəqiqədən sonra Hənifə kəndi ərazisinə çatanda təxminən 15 nəfərə yaxın tanımadığı cavan uşaqlar Emraha yaxınlaşmışlar. Emrah da həmin uşaqların onlara kömək məqsədi ilə gəldiklərini bildirmiş və Emrah onlardan ayrılıb həmin uşaqlara qoşularaq Hənifə kəndində yerləşən avtobus dayanacağında dayanmış tanımadığı 03 nəfər şəxsə tərəf getmişdir. Emrahgil dayanacaqda dayanmış həmin 03 nəfərin yanına çatanda Emrah və yanında olan şəxslərdən biri həmin 03 nəfəri döymüşlər. Bundan sonra Emrahgil və döyülən 03 nəfər şəxs oradan qaçaraq uzaqlaşmışlar. Buna görə Əhliman, Elmin və o özü oradan yaşadıqları Qazma kəndinə doğru piyada yollanmışlar. Həmin vaxt saat 23:00 radələri olmuş, o da mobil telefonuna baxa-baxa təxminən 20 metr irəlidə getmiş, Əhlimanla Elmin isə onun arxasınca gəlmişlər. Onlar bir qədər uzaqlaşdıqdan sonra arxa tərəfdən bir ağ rəngli VAZ 2107 markalı avtomobil gəlib onun qarşısını kəsmiş və həmin avtomobildən tanımadığı 05 nəfər şəxs yerə düşərək əllərində olan dəyənəklərlə onun üstünə hücum çəkmişlər. Buna görə geri qayıdıb Əhlimangilə tərəf qaçmış və həmin 05 nəfər şəxsə səslənərək sakit olmalarını, dava-dalaşa lüzum olmadığını bildirmişdir. Lakin həmin şəxslər onun sözlərinə məhəl qoymadan üstlərinə gələrək yerdən götürdükləri daşları onlara tərəf atmağa başlamışlar. Bu zaman Elmir oradan qaçıb uzaqlaşmışdır. Həmin şəxslərin atdıqları daşlardan biri onun sağ döş nahiyəsinə, biri isə sol bud nahiyəsinə dəymiş və o zərbənin təsirindən müvazinətini itirib yerə yıxılmışdır. Həmin şəxslərdən üçü onu yerə yıxılmağından istifadə edərək üstünə gəlib əllərində olan dəyənəklərlə, təpik və yumruqlarla onun bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döyməyə başlamışlar. Digər iki nəfər isə Əhlimanı tutub döyməyə başlamışlar. Həmin şəxslərin başına zərbələr endirə bilməsinlər deyə yerdə əlləri ilə baş nahiyəsini qorumuşdur. Həmin vaxt nə qədər yalvarsa da, həmin şəxslər onu döyməkdən əl çəkməmişlər. Buna görə çıxılmaz vəziyyətdə qalmış əynindəki gödəkçənin sağ yan cibində gəzdirdiyi özünə məxsus sapı və tiyəsi qara rəngli olan qatlanan cib bıçağını çıxarıb onu döyən şəxslərdən birinin qarın boşluğunun sağ nahiyəsinə təxminən 03 zərbə vurmuşdur. Bundan sonra həmin üç nəfər şəxs onu buraxıb geriyə doğru qaçmağa başlamışlar. Ayağa qalxanda artıq Əhliman onun yanına gəlmişdir. Həmin vaxt Əhlimana həmin şəxslərdən birini bıçaqla vurduğunu, buna görə həmin şəxslərin onu buraxıb qaçdıqlarını bildirmişdir. Bundan sonra Əhlimanla o həmin şəxslərin getdiyi istiqamətin əksinə gedərək oradan uzaqlaşmışlar. Həmin qarışıqlıqda dava-dalaş olan yerdə özünə məxsus olan mobil telefonu da düşürmüşdür. Yaşadıqları Qazma kəndinə çatanda artıq 24 oktyabr 2021-ci il saat təxminən 00:30 radələri olmuşdur. Üzərində gəzdirdiyi bıçağı yaşadığı evin yaxınlığında bir yerdə gizlətmək istəmişdir. Lakin, Əhliman bıçağı küçəyə qoymamağı üçün ondan alaraq özü ilə yaşadığı evə aparacağını və səhəri gün ona qaytaracağını bildirmişdir. O da razılaşaraq özünə məxsus bıçağı Əhlimana vermişdir. Həmin vaxt Əhliman etiraf edərək dava-dalaş zamanı üzərində gəzdirdiyi özünə məxsus bıçaqla həmin şəxslərdən birini vurduğunu ona demişdir. Bundan sonra Əhlimanla sağollaşıb ayrılmış və oradan yaşadığı evə getmişdir. Evə getdikdən sonra baş verənləri atası Cəmil Abdullayevə danışmış, dava-dalaş zamanı özünü müdafiə etmək məqsədi ilə bir nəfəri bıçaqla vurduğunu və bıçağı kolluğa atdığını demişdir. Atası isə onun hərəkətinə nə reaksiya verəcəyini bilməmiş və səhər böyük ehtimalla onu polis əməkdaşlarının gəlib aparacaqlarını bildirmişdir. Beləliklə, səhər radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı evə gələrək onu polis şöbəsinə aparmışlar. Hadisə vaxtı onun zərərçəkmiş şəxsi qəsdən bıçaqla vurmaq kimi bir fikri olmamış, yalnız özünü müdafiə etmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halların nəzərə alınmasını və barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə təxminən saat 21:00 radələrində yaşadığı evdən çıxıb piyada gəzən zaman həmkəndliləri və tanışları olan Faiq Bayramovun və Şahid1, həmçinin Şahinin qohumu olan tanışı Şahid3 “4 yol” adlanan yerdə dayanıb söhbət etdiklərini görmüşdür. Onlara yaxınlaşıb görüşmüş və dördü “4 yol” adlanan yerdə dayanıb söbhət edən zaman onlardan bir qədər aralıda dayanmış VAZ 21015 markalı avtomobilin içərisindən əvvəllər tanımadığı 03 nəfər şəxslər düşərək onlara yaxınlaşmışlar. Həmin vaxt Şahinlə Elnur sərxoş vəziyyətdə olmuşlar. Həmin şəxslər onlara yaxınlaşan kimi Faiqi kənara çəkib narkotik vasitə satıb-satmadığını soruşmuşlar. Faiq isə narkotik vasitə satmadığını, bu kimi işlərdən uzaq olduğunu bildirmişdir. Bu zaman Elnur söhbətə müdaxilə edərək Faiqi müdafiə etməyə başlamışdır. Buna görə həmin şəxslərlə onların arasında sözlə mübahisə baş vermişdir. Lakin mübahisə zamanı həmin şəxslərlə aralarında hər hansı dava-dalaş və ya münaqişə baş verməmişdir. Onlar bir qədər sözlə mübahisə etdikdən sonra həmin tanımadığı şəxslərdən biri Şahinin istifadə etdiyi mobil telefon nömrəsini özündə qeyd etmiş, daha sonra həmin şəxslər özlərinin də içkili vəziyyətdə olduqlarını bildirmişlər və səhəri gün ayıq vəziyyətdə görüşüb bu məsələyə aydınlıq gətirməyi təklif etmişlər. Onlar da həmin şəxslərlə razılaşaraq normal şəkildə sağollaşıb ayrılmışlar və həmin şəxslər oradan çıxıb getmişlər. Bundan sonra Şahin kənddə toy olduğunu, toya baxmağa getmək üçün Elnurla evdən çıxdıqlarını bildirmiş və birlikdə gedib toya baxmağı onlara təklif etmişlər. Buna görə Faiq, Şahin, Elnur və o birlikdə kənddəki toya baxmağa getmişlər. Təxminən 01 saatdan sonra toy şənliyi yekunlaşdığı üçün dördü, yəni Faiq, Şahin, Elnur və o toydan çıxıb birlikdə yaşadıqları evə doğru yollanmışlar. Onlar “4 yol” adlanan yerə çatanda Şahin kiməsə zəng edərək “4 yol” adlanan yerə gəlməsini bildirmişdir. Elə bu zaman təxminən 15 nəfər tanımadığı şəxslər onlara yaxınlaşmışlar, lakin həmin vaxt hava şəraiti qaranlıq olduğu üçün həmin şəxslərin üzlərini dəqiq görməmişdir. Həmin şəxslər onlara yaxınlaşanda artıq Faiq oradan qaçmış və Şahin, Elnur və o orada qalmışlar. Həmin şəxslər onlara yaxınlaşan kimi dalaşmaq istəyənin kim olduğunu soruşmuşlar. Onlar isə dalaşmaq fikirlərinin olmadığını demişlər və məsələyə aydınlıq gətirmək istəmişlər. Bu zaman həmin şəxslərdən biri “Şahin kimdir?” deyə sual vermişdir. Şahin də cavabında “Şahin mənəm” deyə cavab vermişdir. Bu zaman həmin şəxslərdən bir neçəsi onu, bir neçəsi Şahini, bir neçəsi isə Elnuru dövrəyə alıb döyməyə başlamışlar. Həmin şəxslər onları döydükdən sonra qaçaraq ordan uzaqlaşmışlar. Bundan sonra Şahin qonşuları Ağasəlimə zəng edərək döyüldüklərini bildirmişlər və Ağasəlimi “4 yol” adlanan yerə çağırmışlar. Təxminən 05 dəqiqədən sonra Ağasəlim idarə etdiyi VAZ 2107 markalı avtomobillə onların yanına gəlmiş, həmin vaxt digər qonşuları Ceyhun da Ağasəlimin yanında olmuşdur. Ağasəlim çatan kimi Şahin, Elnur və o Ağasəlimin idarə etdiyi avtomobilin arxa oturacağına əyləşmişlər və avtomobili Qazma kəndi istiqamətinə sürməsini bildirmişlər. Onlar bir qədər yol getdikdən sonra yolun kənarı ilə 04 nəfər şəxsin piyada getdiyini görmüşlər və həmin şəxslərin onları döyən şəxslərdən bir neçəsi olduğunu deyərək Ağasəlimə avtomobili saxlamasını bildirmişlər. Ağasəlim avtomobili saxlayan kimi onlar, yəni Şahin, Elnur və o avtomobildən düşüb həmin şəxslərin üstünə getmişlər. Bu zaman həmin şəxslərdən biri geri dönüb qaçaraq oradan uzaqlaşmışdır. Digər tanımadığı bir şəxs isə hadisə ilə heç bir əlaqəsi olmadığını, sadəcə olaraq evinə getdiyini bildirmişdir. Ağasəlimlə Ceyhun isə sonradan avtomobildən yerə düşmüşlər, lakin onların kimləsə dalaşdıqlarını görməmişdir. Beləliklə, qalan 02 nəfər şəxslə onların arasında münaqişə baş vermişdir. Həmin vaxt saat 23:00 radələri olmuşdur. Münaqişə zamanı Şahinlə o nisbətən arxada olan, sonradan adının Əhliman olduğunu bildiyi şəxslə dalaşmağa başlamışlar. Daha sonra o Şahini tək qoyub digər şəxslə, yəni sonradan adının İbrahim olduğunu bildiyi şəxslə dalaşmağa getmişdir. İbrahimə çatıb onu vuranda bədəninin sol tərəfindən kəskin ağrı hiss etmiş və İbrahimin onu bıçaqla vurduğunu anlayıb yerə oturmuşdur. Həmin vaxt Şahin bıçaqla vurulduğunu deyərək Ağasəlimi yanına çağırmışdır. Bu zaman Əhliman və İbrahim oradan qaçıb getmişlər. Bundan sonra o Ağasəlimi səsləyərək bıçaqla vurulduğunu demişdir. Şahin avtomobilin arxa oturacağına əyləşmiş, Ağasəlim də cəld kömək edərək onu aparıb avtomobilin ön sərnişin oturacağına qoymuş və avtomobili sürüb onun yaşadığı evin qarşısına getmişdir. Həmin vaxt anası bayıra çıxıb onların yaralı vəziyyətdə olduqlarını görmüşdür. Daha sonra Ağasəlim avtomobili sürüb onları, yəni Şahinlə onu qısa müddət ərzində Balakən rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə qardaşı İlkin Doşanovun arvadı Aynurə Doşanovanın doğum günü ilə əlaqədar sonuncunun Kortala kəndində yaşayan qardaşı Şahid3 qardaşı İlkinin evinə qonaq gəlmişdir. Təxminən saat 20:00 radələrində qardaşı İlkinin evində qardaşı, qaynı Elnur və o yeyib-içmişlər. Həmin vaxt onlar yeməklə birlikdə 02 butulka spirtli içki, yəni araq içmişlər. Həmin tarixdə təxminən saat 21:00 radələrində həmkəndlisi və tanışı Faiq Bayramov ona zəng edərək kənddə toy olduğunu bildirmiş və birlikdə gedib toya baxmağı təklif etmişdir. O da razılaşaraq birlikdə gedib toya baxmağı Elnura təklif etmişdir. Bundan sonra Elnurla birlikdə evdən çıxıb piyada Faiqin yaşadığı ünvana doğru yollanmışlar. Onlar Faiqin yaşadığı evin yaxınlığına, “4 yol” adlanan yerə çatanda Faiqin orada dayandığını görmüşlər. Faiqlə görüşüb söhbət edən zaman təsadüfən həmkəndlisi və tanışı olan Zərərçəkmiş şəxs onların yanına gəlmişdir. Elnur onların kəndə mütəmadi gəlib-getdiyinə görə X9 əvvəlcədən tanımışlar. Dördü “4 yol” adlanan yerdə dayanıb söbhət edən zaman kənarda dayanmış VAZ 21015 markalı avtomobilin içərisindən 03 nəfər tanımadığı şəxslər düşərək onlara yaxınlaşmışlar. Həmin şəxslər onlara yaxınlaşan kimi Faiqi kənara çəkib söhbət etməyə başlamışlar. Həmin vaxt o da həmin şəxslərin yanına getmişdir. Həmin şəxslər Faiqdən narkotik vasitə satıb-satmamasını soruşmuşlar. Faiq isə narkotik vasitə satmadığını, bu kimi işlərdən uzaq olduğunu demişdir. Bu zaman Elnur yanlarına gəlib söhbətə müdaxilə edərək Faiqi müdafiə etməyə başlamışdır. Buna görə həmin şəxslərlə aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı həmin şəxslərlə onların aralarında çəkişmə olsa da, lakin dava-dalaş baş verməmişdir. Onlar bir qədər sözlə mübahisə etdikdən sonra həmin tanımadığı şəxslərdən biri istifadə etdiyi mobil telefon nömrəsini özündə qeyd etmiş, həmin vaxt özlərinin də içkili olduğunu, səhəri gün ayıq başla bir yerdə oturub çay içərək bu söhbətə aydınlıq gətirəcəklərini bildirmiş, onlar normal şəkildə sağollaşıb oradan ayrılmışlar və həmin şəxslər oradan çıxıb getmişlər. Bundan sonra Faiq, Orxan, Elnur və o birlikdə toya baxmağa getmişlər. Təxminən 01 saatdan sonra, onlar toya baxan zaman tanımadığı və hazırda yadında qalmayan nömrədən onun mobil telefonuna zəng gəlmiş, zəngə cavab verəndə tanımadığı bir oğlan harada olduğunu soruşmuşdur. O da cavabında toyda olduğunu bildirmiş və həmin şəxsdən kim olduğunu soruşmuşdur. Lakin həmin şəxs ona kim olduğunu deməmiş, “gələndə kim olduğumu biləcəksən” deyə cavab verərək danışığı bitirmişdir. Bundan təxminən 10 dəqiqə sonra toy şənliyi yekunlaşdığı üçün dördü, yəni Faiq, Orxan, Elnur və o toydan çıxıb birlikdə yaşadıqları evə doğru yollanmışlar. Onlar “4 yol” adlanan yerə çatanda ona zəng edən şəxsə zəng edərək olduqları yeri demiş, toy yerinə deyil, “4 yol” adlanan yerə gəlməsini bildirmişdir. Elə bu zaman təxminən 15 nəfər tanımadığı şəxslər onlara yaxınlaşmışlar, lakin həmin vaxt hava şəraiti qaranlıq olduğu üçün həmin şəxslərin üzlərini dəqiq görməmişdir. Həmin şəxslər onlara yaxınlaşanda artıq Faiq oradan qaçmış və Orxan, Elnur və o orada qalmışlar. Həmin şəxslər onlara yaxınlaşan kimi dalaşmaq istəyənin kim olduğunu soruşmuşlar. O da dalaşmaq fikirlərinin olmadığını, məsələnin nədən ibarət olduğunu bilmədiklərini demişlər. Bundan sonra həmin şəxslərdən biri “Şahin kimdir?” deyə sual vermişdir. O da cavabında “Şahin mənəm” deyə cavab vermişdir. Bu zaman arxadan baş nahiyəsinə kimsə yumruq zərbəsi vurmuş və o zərbənin təsirindən irəli əyilib başını tutmuşdur. Daha sonra həmin şəxslərdən bir neçəsi onu dövrəyə alıb döyməyə başlamışlar. Eyni zamanda həmin şəxslərdən bir neçəsi Orxanı, bir neçəsi isə Elnuru döyməyə başlamışlar. Həmin şəxslər onları təxminən 05 dəqiqə ərzində döydükdən sonra qaçaraq ordan uzaqlaşmağa başlamışlar. Bundan sonra Orxanın mobil telefonu ilə qonşusu Ağasəlimə zəng edərək döyüldüklərini bildirmiş və sonuncunu “4 yol” adlanan yerə çağırmışdır. Təxminən 05 dəqiqədən sonra Ağasəlim idarə etdiyi VAZ 2107 markalı avtomobillə onların yanına gəlmiş, həmin vaxt digər qonşusu Ceyhun da Ağasəlimin yanında olmuşdur. Orxan, Elnur və o Ağasəlimin idarə etdiyi avtomobilin arxa oturacağına əyləşmişlər və avtomobili Qazma kəndi istiqamətinə sürməsini bildirmişlər. Onlar bir qədər yol getdikdən sonra yolun kənarı ilə 04 nəfər şəxsin piyada getdiklərini görmüşlər və həmin şəxslərin onları döyən şəxslərdən bir neçəsi olduğunu deyərək avtomobili saxlamasını Ağasəlimə bildirmişlər. Ağasəlim avtomobili saxlayan kimi onlar, yəni Orxan, Elnur və o avtomobildən düşüb həmin şəxslərin üstünə getmişlər. Bu zaman həmin şəxslərdən biri geri dönüb qaçaraq oradan uzaqlaşmışdır. Digər tanımadığı bir şəxs isə hadisə ilə heç bir əlaqəsi olmadığını, sadəcə olaraq evinə getdiyini bildirmişdir. Ağasəlimlə Ceyhun isə sonra avtomobildən yerə düşmüşlər. Beləliklə, qalan 02 nəfər şəxslə onların arasında münaqişə baş vermişdir. Həmin vaxt saat 23:00 radələri olmuşdur. Münaqişə zamanı Orxanla o nisbətən arxada olan, sonradan adının Əhliman olduğunu bildiyi şəxslə dalaşmağa başlamışlar. Daha sonra Orxan onu tək qoyub digər şəxsin üstünə hücum çəkmişdir. O da Əhliman adlı şəxsin sinəsindən itələyib özündən uzaqlaşdıraraq Orxangilin yanına getmək istəmişdir. Bu zaman sol qolunun kəsildiyini və qolumdan qan axdığını hiss etmişdir. Dərhal qışqırıb Ağasəlimi çağırmış və bıçaqla vurulduğunu bildirmişdir. Bu zaman həmin şəxslər qaçıb oradan getmişlər. Daha sonra avtomobilə tərəf gedəndə Orxanın yerdə oturub-durduğunu görmüşdür. Həmin vaxt Orxan da digər şəxs tərəfindən bıçaqla vurulduğunu ona demişdir. Bundan sonra o avtomobilin arxa oturacağına əyləşmiş, Ağasəlim də cəld Orxanı gətirib ön sərnişin oturacağına qoymuş və avtomobili sürüb onları Orxangilin evinin qarşısına aparmışdır. Həmin vaxt Orxanın anası bayıra çıxıb onları yaralı vəziyyətdə görmüşdür. Daha sonra Ağasəlim avtomobili sürüb onları tez Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 Mirzə oğlu ifadəsində göstərmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə axşam saat 23 radələrində yaşadığı evdə olduğu zaman tanışı və həmkəndlisi olan Zərərçəkmiş şəxs ona zəng edərək digər həmkəndlisi olan Şahid4 zəng etdiyini, lakin ona zəng çatmadığını bunun üçün də Ceyhunu taparaq onunla birlikdə Hənifə kəndi ərazisində yerləşən Həsənləroba adlanan yerə gəlmələrini bildirmişdir. Bundan sonra o, Ceyhuna zəng edərək harada olduğunu soruşduqda kənd ərazisində Fuad adlı şəxsin yaşadığı evdə yeyib içdiyini bildirmişdir. O da Ceyhuna «yola çıx gəlirəm» deyərək Fuadın yaşadığı evin qarşısına getmişdir. Ceyhun ona məxsus avtomaşına əyləşmiş, bu zaman Ceyhuna həmkəndliləri olan Zərərçəkmiş şəxs zəng etdiyini və Həsənləroba adlanan yerə gəlmələrini onlardan xahiş etdiyini bildirmişdir. Ceyhun da onunla razılaşaraq «gedək» demişdir. Bundan sonra idarə etdiyi avtomaşınla Həsənləroba adlanan yerə getmişlər. Yolun kənarında Orxan, Şahin və Elnurun olduğunu görüb maşını saxlamışdır. Onların hər üçü avtomobilin arxa sərnişin oturacağında əyləşmişlər. Həmin zaman onlar ona avtomaşını Qazma istiqamətinə sürmələrini bildirmişlər. Təxminən 30-40 metr irəliyə getdikdən sonra yolun kənarında 4 nəfər şəxsin piyada hərəkət etdiyini gördükdə arxada oturan Orxan, Şahin və Elnur qışqıraraq «bunlardı saxla» demişlər. Maşını saxlayana kimi qapını açdıqlarına görə qapıları açdıqlarından maşını tez saxlamışdır. Maşın dayanar dayanmaz Orxan, Şahin və Elnur maşından düşərək, Orxan və Şahin yolun kənarında olan 4 nəfər şəxsin üzərinə doğru qaçmışlar. Ceyhun isə maşından aşağı düşüb maşının qarşısına keçmiş və qışqıraraq «etməyin eləməyin nə məsələdi» desədə artıq piyada hərəkətdə olan şəxslərin onlara doğru daş atmalarını görüb maşından aşağı düşüb qapını açıb arxasında dayanmışdır ki, ona daş dəyməsin. Orxan, Şahin və Elnur maşından aşağı düşdükdə yolun kənarında hərəkətdə olan 4 nəfər şəxs maşının qarşısı ilə Qazma kəndi istiqamətinə qaçmağa başlamışlar. Çünki Orxan, Şahin və Elnur maşından düşən zaman qışqıraraq Orxan və Şahin onların üstünə qaçmışlar. Orxan və Şahin yolun kənarında olan şəxslərlə qarışıb dava etməyə başladıqları zaman kimin kimə vurmasını bilməmişdir. Çünki ondan təxminən 30-40 metr qarşıda olduqları və havanın qaranlıq olduğu üçün kimlərin olmasını və kimin kimə vurmasını görə bilməmişdir. Elə həmin zaman Şahin ucadan qışqıraraq «məni qolumdan bıçaqladılar» demişdir. Qaçaraq Şahinin yanına çatdığı zaman Orxanın da bıçaqlandığını bildirmişdir. Şahinin yanına getdikdə sol qolunun kəsildiyini və qan gəldiyini görmüşdür. Şahinə tez maşına oturmasını bildirdikdə Şahin maşına yaxınlaşıb arxa sərnişin oturacağına əyləşmişdir. Zərərçəkmiş şəxs yaxınlaşdıqda isə onun yerdə oturmuş vəziyyətdə olduğunu görüb onu qucaqlayaraq avtomaşının ön sərnişin oturacağında oturacağı arxaya açaraq oturtmuşdur. Orxan ona bıçaqlandığını bildirmişdir. Orxana «bilirəm» demiş, çünki Şahin ona Orxanın da bıçaqlandığını bildirmişdir. Orxan yaşadığı evə getmək istədiyini bildirdiyi üçün avtomaşını Orxanın yaşadığı evin qarşısına sürmüşdür. Bu zaman Orxan anası Qahirəyə zəng etdikdə anası küçəyə gəlmişdir. Bu zaman Orxan «pis oldum» deyərək oturduğu yerdən irəliyə doğru əyilmişdir. O da Orxanın əynindəki koftanı qaldırdıqda bel nahiyyəsində böyük yara olduğunu görmüşdür. Orxana müdaxilə etməyin mümkünsüz olduğunu görüb onlara tezliklə xəstəxanaya getməli olduqlarını bildirərək avtomaşını Balakən Rayon Mərkəzi Xəstəxanasına sürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə axşam saat 19 radələrində Fuadın evinin həyətində tanışları olan Kərim, Azər və Təbriz adlı şəxslərlə birlikdə oturmuşlar. Yeyib içərək spirtli içki qəbul etmişlər. Həmin zaman qonşusu olan Ağasəlim ona zəng edərək harada olduğunu soruşmuşdur. O da Ağasəlimə Fuadın yaşadığı evdə olduğunu bildirmişdir. Ağasəlim «oraya gəlirəm» deyərək yola çıxmağını bildirərək təxminən 5 dəqiqə sonra həmin yerə gəlmişdir. Bu zaman o evin giriş qapısına çıxaraq Ağasəlimin VAZ 21074 markalı maşınının qabaq sərnişin oturacağına əyləşmişdir. Çünki Ağasəlimi evin həyətinə yeyib içməyə dəvət etsə də gəlməmişdir. Bundan sonra isə Ağasəlim ona digər həmkəndliləri olan Orxanın ona zəng etdiyini, ona zəng çatmadığı üçün onu da götürüb kənd ərazisindəki «Həsənləroba» adlanan yerə gəlmələrini bildirdiyini demişdir O da Ağasəlimə «gedək» demişdir. Bundan sonra isə onlar Ağasəlimin avtomobili ilə Orxanın onlara bildirdiyi Hənifə kəndi ərazisində yerləşən «Həsənləroba» adlanan yerin yaxınlığına getmişlər. Orada bir neçə ara küçəyə girib çıxsalar da Orxanın harada olduğunu tapa bilməmişlər. Bir müddət gəzdikdən sonra isə yolun kənarında Elnur, Şahin və Orxanın olduğunu görmüşlər. Ağasəlim maşını saxladıqdan sonra Elnur, Şahin və Orxan maşının arxa sərnişin oturacağında oturmuşlar və Ağasəlimə irəliyə, yəni Qazma kəndi istiqamətinə sürməsini bildirmişlər. Başqa nə isə deməmişlər. Bundan sonra isə onlar hərəkətlərini davam etdirib təxminən 30 metr irəlidə yolun kənarında piyada hərəkətdə olan 4 nəfər şəxsi göstərib «bizimlə dava edən bunlardır» deyərək Elnur, Şahin və Orxan avtomaşını saxlamalarını bildirmişlər. Ağasəlim maşının sürətini azaldıb saxlamaq vəziyyətinə gətirdiyi zaman, yəni maşın aşağı sürətlə hərəkətdə olduğu zaman arxa sərnişin oturacağında oturmuş Elnur, Şahin və Orxan maşından aşağı düşüb, Şahin və Orxan həmin 4 nəfər şəxsin üstünə getmişlər. Bu zaman Ağasəlim isə idarə etdiyi avtomaşını bir az irəli sürərək saxlamışdır. O da avtomaşından aşağı düşmüş və maşının qarşısında olduğu yerdə dayanmışdır. Ondan təxminən 30-40 metr irəlidə isə Şahin və Orxan yolun kənarında olan iki nəfər şəxslə mübahisə etməyə başlamışlar. O, mübahisəyə müdaxilə etməmişdir. Daha sonra isə həmin iki nəfər şəxs arxaya qaçaraq oradan uzaqlaşan zaman onlara qışqıraraq «niyə dava edirsiniz» demişdir. Həmin şəxslər də oradan qaçaraq uzaqlaşmışlar. Bu zaman Elnurla əvvəllər tanıdığı İlkin adlı şəxsin yolun kənarında söhbət etdiklərini görmüşdür. O, İlkindən dava edənlərin kim olduğunu soruşduqda İlkin həmin şəxsləri tanımadığını və həmin şəxslərlə birlikdə olmadığını bildirmişdir. Bundan sonra isə Ağasəlim ona telefonla zəng edərək Orxanla Şahini xəstəxanaya apardığını, onların bıçaqlandığını, vəziyyətlərinin yaxşı olmadığını bildirmişdir. Həmin zaman isə Şahin və Orxanın bıçaqlandığını və onlara kimlərin bıçaqla xəsarət yetirmələrini görməmişdir. Çünki o, əvvələcədən oraya gəlməzdən əvvəl spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuşdur və baş verən hadislərin nə olmasını anlaya bilməmişdir. Bundan sonra isə Elnur və İlkinlə yaxınlıqdakı əsas yola tərəf gedərək yol maşını ilə rayon mərkəzi xəstəxanasına getmişlər. Xəstəxanada olduqları zaman Orxan və Şahinin bıçaq xəsarətləri aldıqlarını və xəstəxanada onlara ilkin tibbi yardım göstərildiyini bilmişdir. Bundan sonra isə oradan çıxaraq yaşadığı evə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə təxminən saat 21:00 radələrində bacısıgilin evinə qonaq getmiş, orada kürəkəni İlkin Doşanov, İlkinin qardaşı Şahid1 ilə birlikdə yeyib-içmişlər. Yeməklə birlikdə 02 butulka spirti içki, yəni araq içmişlər. Təxminən saat 22:00 radələrində Şahin kənddə toy şənliyi olduğunu bildirmiş və ona birlikdə toya gedib baxmağı təklif etmişlər. O da Şahinlə birlikdə toya baxmağa getmək üçün razılaşmışdır. Bundan sonra Şahin dostu və həmkəndlisi olan Orxan adlı şəxsə zəng edərək sonuncuya da toya getməyi təklif etmişdir. Bir neçə dəqiqədən sonra Orxan da Şahingilin yaşadığı ünvana gəlmiş və üçü piyada toy yerinə yollanmışlar. Toy yerinə çatdıqdan təxminən 15 dəqiqə sonra toy bitmiş və buna görə onlar yenidən piyada evə tərəf yollanmışlar. Həmin vaxt Şahinə zəng gəlmiş və sonuncu telefonda danışan zaman kimləsə mübahisə etməyə başlamışdır. Danışığını bitirdikdən sonra Şahindən kimlə danışdığını soruşmuşdur. Şahin isə uşaqlarla mübahisə etdiyini və uşaqların gələcəyini bildirmişdir. O da Şahinə içkili vəziyyətdə olduqlarını, kimləsə mübahisə etməyin zamanı olmadığını bildirmiş və evə getməyi xahiş etmişdir. Hənifə kəndinin ərazisindəki “4 yol” adlanan yerə çatanda təxminən 20 nəfər cavan uşaqlarla üzbəüz gəlmişlər və həmin uşaqlar Şahinin qarşısını kəsmişlər. Buna görə o qabağa keçib məsələni aydınlaşdırmaq və onları sakitləşdirmək istəmişdir. Bu zaman həmin uşaqlardan biri, sonradan adının Əhliman olduğunu bildiyi şəxs qəflətən onun sağ gözünün alt nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Əli ilə üzünü tutan zaman həmin uşaqlar onu, eləcə də, Şahini və Orxanı döyməyə başlamışlar. Buna görə onlar qışqırmağa başlamışlar və həmin uşaqlar qaçaraq oradan uzaqlaşmışlar. Bundan sonra Şahin dostu və həmkəndlisi olan Ağasəlim adlı şəxsə zəng edərək hadisə yerinə çağırmışdır. Təxminən 05 dəqiqədən sonra Ağasəlim Hənifə kənd sakini olan və Şahinin qonşusu olan Ceyhun adlı şəxslə birlikdə hadisə yerinə gəlmişdir. Həmin vaxt Ağasəlim ağ rəngli VAZ 2107 markalı avtomobil idarə etmiş, Ceyhun isə ön sərnişin oturacağında əyləşmişdir. Avtomobil onların yanında dayanan kimi Şahin, Orxan və o arxa oturacağa əyləşmişlər və Ağasəlim Şahinin göstərişi ilə avtomobili Qazbinə kəndi istiqamətinə sürməyə başlamışdır. Onlar bir qədər getdikdən sonra Şahin yolun kənarı ilə piyada gedən 04 nəfər şəxsi göstərib onları döyənlərin həmin şəxslər olduğunu demiş və avtomobili saxlamasını Ağasəlimə bildirmişdir. Buna görə Ağasəlim həmin şəxsləri keçən kimi avtomobili saxlamışdır. Avtomobil dayanan kimi Orxan, Şahin, Ceyhun və o avtomobildən yerə düşmüşlər. Həmin vaxt Orxan və Şahin həmin şəxslərin üstünə hücum çəkmişlər. O da həmin 04 nəfərdən birinə, sonradan adının İlkin olduğunu bildiyi şəxsə yaxınlaşaraq nə üçün dava-dalaş etmələrinin səbəbini soruşmuş, İlkin isə onun hadisə ilə heç bir əlaqəsinin olmadığını, sadəcə olaraq oradan keçdiyini bildirmişdir. Bu zaman X5 avtomobilə mindirdiyini görmüşdür. Ağasəlimdən nə baş verdiyini soruşanda sonuncu Orxanla Şahinin bıçaqlandığını, digər şəxslərin isə qaçıb getdiklərini bildirmişdir. Daha sonra Ağasəlim avtomobili cəld sürüb Orxangili oradan xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə təxminən saat 22:00 radələrində Balakən rayonu Qazma kəndində yerləşən “Dost Qapısı” adlı kafedə tanışları Əhliman, İbrahim, Şahmar və Əmrahla birlikdə oturub çay içərək söhbət etmişlər. Beşi birlikdə çay içib söhbət edən zaman Əmrah Hənifə kənd sakinləri tərəfindən döyüldüyünü, gedib onu döyən şəxslərlə söhbət etmək istədiyini bildirmiş və birlikdə gedib söhbət etməyi onlara təklif etmişdir. Həmin vaxt İbrahim Hənifə kəndinin onların yaşadıqları Qazma kəndi ilə qonşu kənd olduğunu, Əmrahı döyən şəxslərlə böyük ehtimalla tanış çıxacaqlarını, problemi danışıq yolu ilə həll edəcəklərini bildirmiş və nəticədə birlikdə gedib Əmrahı döyən şəxslərlə söhbət etməyə razılaşmışlar. Onlar təxminən saat 22:30 radələrində birlikdə kafedən bayıra çıxmışlar və piyada Hənifə kəndi istiqamətinə yollanmışlar. Onlar kafedən çıxanda Əmrah kiməsə zəng edərək nəsə danışmış, lakin o Əmrahın kimə zəng etməsini və nə barədə danışmasını bilməmişdir. Onlar təxminən 25 dəqiqədən sonra Hənifə kəndi ərazisinə çatanda təxminən 15 nəfərə yaxın tanımadığı cavan uşaqlar Əmraha yaxınlaşmışlar. Əmrah da həmin uşaqların onlara kömək məqsədi ilə gəldiklərini bildirmiş və Əmrah onlardan ayrılıb həmin uşaqlara qoşularaq Hənifə kəndində yerləşən avtobus dayanacağında dayanmış tanımadığı 03 nəfər şəxslərə tərəf getmişdir. Əmrahgil dayanacaqda dayanmış 03 nəfərin yanına çatanda Əmrah və yanında olan şəxslərdən bir neçəsi həmin 03 nəfəri döymüşlər. Bundan sonra Əmrahgil və döyülən 03 nəfər şəxslər oradan qaçaraq uzaqlaşmışlar. Nəticədə Şahmar, İbrahim, Əhliman və o orada tək qalmışlar. Daha sonra Şahmar onlarla sağollaşıb oradan yaşadığı evə getmiş, Əhliman, İbrahim və o da oradan yaşadıqları Qazma kəndi istiqamətinə yollanmışlar. Həmin vaxt İbrahim onlardan təxminən 20 metr irəlidə getmiş, Əhlimanla o isə bir yerdə İbrahimin arxasınca getmişlər. Onlar bir qədər uzaqlaşdıqdan sonra arxa tərəfdən bir ağ rəngli VAZ 2107 markalı avtomobil gəlib onların qarşısını kəsmiş və həmin avtomobildən tanımadığı 05 nəfər şəxslər yerə düşərək əllərində olan dəyənəklərlə onların üstünə hücum çəkmişlər. Buna görə İbrahim geri qayıdıb onlara tərəf qaçmış və həmin 05 nəfər şəxslərə səslənərək sakit olmalarını, dava-dalaşa lüzum olmadığını bildirmişlər. Lakin həmin şəxslər isə İbrahimin sözlərinə məhəl qoymadan üstlərinə gələrək yerdən götürdükləri daşları onlara tərəf atmağa başlamışlar. Bu zaman qaçaraq oradan uzaqlaşmış və yaşadığı evə getmişdir. 24 oktyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı evə gələrək onu Balakən RPŞ-nə dəvət etmişlər, o da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, VAZ 2107 markalı avtomobillə gələn 05 nəfər şəxslərlə İbrahimgilin arasında dava-dalaş baş verib və onlar bir-birilərinə xəsarət yetiriblər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, Balakən rayonu Hənifə kənd sakini olan və əvvəlcədən tanıdığı “Faiq” adlı şəxsin rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmişdir. Buna görə 23 oktyabr 2021-ci il tarixdə təxminən saat 20:30 radələrində “Dayıoğlu” deyə müraciət etdiyi rayon sakini ilə əlaqə saxlayaraq, Faiqlə görüşüb söhbət etmək məqsədi ilə Hənifə kəndinə getmək istədiyini demişdir və Hənifə kəndi ərazisində yerləşən “4 yol” adlanan yerə gəlməsini ondan xahiş etmişdir. Bundan sonra yaşadığı evdən çıxaraq Hənifə kəndinə yollanmışdır. Hənifə kəndi ərazisində yerləşən “4 yol” adlanan yerə çatanda “Dayıoğlu” deyə müraciət etdiyi şəxsin orada olduğunu, yanında da “Maqomed” kimi tanıdığı rayon sakinin olduğunu görmüşdür. “Maqomed” kimi tanıdığı şəxsi oraya dəvət etməmiş, onu “Dayıoğlu” deyə müraciət etdiyi şəxs özü ilə oraya gətirmişdir. Həmin vaxt Faiqin “4 yol” adlanan yerdə Hənifə kənd sakinləri Şahin və Orxan adlı şəxslərlə, sonradan adının Elnur olduğunu bildiyi şəxslə və adını bilmədiyi, tanımadığı digər bir şəxslə dayandığını görmüşdür. Faiqgil cəmi 05 nəfər olmuşlar. Onlara yaxınlaşıb söhbət etmək məqsədi ilə Faiqi kənara çəkmiş, həmin vaxt Şahin də onların yanına gəlmişdir. Faiqlə sakit bir tərzdə söhbət edərək ondan narkotik vasitə satıb-satmadığını soruşmuşdur. Faiq isə narkotik vasitə satmadığını, bu kimi işlərdən uzaq olduğunu bildirmişdir. Onlar sakit bir tərzdə söhbət edən zaman Elnur adlı şəxs yanlarına gəlib söhbətə müdaxilə edərək Faiqi müdafiə etməyə və onunla söyüşlə danışmağa başlamışdır. Buna görə aralarında sözlə mübahisə baş vermiş, mübahisə zamanı Elnur və Şahin onu çəkişdirməyə başlamışlar. Bu zaman onunla gedən şəxslər araya girərək onları ayırmışlar və mübahisənin daha da böyüməsinə mane olmuşlar. Onlar həmin yerdən bir qədər uzaqlaşdıqdan sonra “Dayıoğlu” deyə müraciət etdiyi və “Maqomed” kimi tanıdığı şəxslər bir taksi avtomobili saxlayıb oradan getmişlər. O da piyada yaşadığı Qazma kəndinə doğru yollanmışdır. Yolda gedərkən həmkəndlisi və dostu olan İbrahimə zəng edərək harada olduğunu soruşmuş, sonuncu da yaşadıqları Qazma kəndində yerləşən “Dost Qapısı” adlı kafedə olduğunu bildirmişdir. Buna görə o birbaşa həmin kafeyə getmişdir. Kafeyə çatanda İbrahimin orada həmkəndlisi olan Əhlimanla oturub çay içdiyini görmüşdür. İbrahimgillə görüşüb masaya əyləşəndən bir qədər sonra digər həmkəndliləri Elmin və tanışları Şahmar da gəlib onların masasında əyləşmişlər. Onlar beşi birlikdə çay içib söhbət edən zaman Hənifə kənd sakinləri tərəfindən döyüldüyünü, yenidən gedib həmin şəxslərlə söhbət etmək istədiyini bildirmiş və birlikdə gedib söhbət etməyi İbrahimgilə təklif etmişdir. Həmin vaxt İbrahim Hənifə kəndinin onların yaşadıqları Qazma kəndi ilə qonşu kənd olduğunu, onu döyən şəxslərlə böyük ehtimalla tanış çıxacaqlarını, problemi danışıq yolu ilə həll edəcəklərini bildirmiş və birlikdə gedib onu döyən şəxslərlə söhbət etməyə razılaşmışlar. Onlar təxminən saat 22:30 radələrində birlikdə kafedən bayıra çıxmışlar və piyada Hənifə kəndi istiqamətinə yollanmışlar. Kafedən çıxanda Elminin mobil telefonunu alıb Şahinə zəng edərək harada olduğunu soruşmuş və onunla söhbət etmək istədiyini bildirmişdir. Şahin də onu Hənifə kəndində yerləşən bağça tərəfə çağırmışdır. Danışığı bitirib telefonu Elminə qaytarmış, lakin Elmingil onun kimlə və nə barədə danışdığını bilməmişlər. Onlar təxminən 25 dəqiqədən sonra Hənifə kəndində yerləşən bağça tərəfə çatanda yenidən Şahinə zəng etmiş, həmin vaxt Şahin onunla kobuş şəkildə və şöyüşlə danışaraq “4 yol” adlanan yerdə olduqlarını bildirmiş və onu həmin yerə çağırmışdır. Onlar təxminən saat 22:55 radələrində “4 yol” adlanan yerə qayıdanda “Dayıoğlu” deyə müraciət etdiyi şəxsin orada olduğunu, yanında isə təxminən 5-6 nəfər tanımadığı şəxslərin olduğunu görmüşdür. İbrahimgil həmin şəxslərin kim olduqlarını ondan soruşmuşlar, o da həmin şəxslərin onlara kömək məqsədi ilə gəldiklərini bildirmişdir. Həmin vaxt Şahin, Orxan və Elnur “4 yol” adlanan yerdə dayanmışdılar. Orxan onların çox olduqlarını görən kimi cəld oradan uzaqlaşmışdır. Həmin vaxt o İbrahimgildən ayrılıb “Dayıoğlu” deyə müraciət etdiyi və onun yanında olan tanımadığı şəxslərə qoşularaq Şahinlə Elnurun yanına getmişdir. X8 yanına çatanda yenidən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Şahinin sinəsinə bir yumruq zərbəsi vurmuş və yanında olan tanımadığı uşaqlardan bir neçəsi Şahini döyməyə başlamışlar. Həmin vaxt Elnur onun üstünə hücum çəkmiş, o da Elnurun üz nahiyəsinə bir yumruq zərbəsi vurmuş və yanında olan tanımadığı uşaqlardan bir neçəsi də Elnuru döyməyə başlamışlar. Şahinlə Elnur qışqırıb səs-küy yaratdıqlarına görə onlar, yəni o, “Dayıoğlu” deyə müraciət etdiyi şəxs və onun yanında olan tanımadığı şəxslər qaçaraq oradan uzaqlaşmışlar. Lakin İbrahim, Əhliman, Şahmar və Elmin orada qalmışlar. Oradan uzaqlaşdıqdan sonra yaşadığı evə gedib yatmışdır. 24 oktyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı evə gələrək onu Balakən RPŞ-nə dəvət etmişlər, o da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, dava-dalaşdan sonra o hadisə yerindən qaçandan sonra Şahingillə İbrahimgilin arasında münaqişə baş vermiş və onlar bir-birilərinə xəsarət yetirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, Şahid2 onun oğludur. Hazırda Laçın rayonunda həqiqi hərbi xidmət keçir. 14 oktyabr 2021-ci il tarixdə həqiqi hərbi xidmət keçdiyi hərbi hissədən N günlük məzuniyyətə buraxılaraq evə gəlmişdir. 23.10.2021-ci il tarixdə axşam radələrində Əhliman kəndə gəzməyə çıxmışdı. Bir müddət sonra məzuniyyətə gəldiyinə görə yaşadıqları evə ona baş çəkməyə qonaqlar gəlmişlər. Əhlimana zəng edərək qonaqların gəldiyini deyib evə tez gəlməsini bildirmişdir. Əhliman ona kənd uşaqları ilə birlikdə Bedağar kənd məcidinin yuxarı tərəfində olan çayxanada olduğunu bildirərək evə tez gələcəyini demişdir. Əhliman gecikdiyinə görə qonaqlar da çıxıb getmişlər. 23.10.2021-ci il tarixdə saat təxminən gecə 23-23:30 radələrində Əhliman evə qayıtmışdır. Evə girdikdə əlində iki ədəd qara rəngli cib bıçağı olmuşdur. Bıçaqlardan biri digərinə nisbətən daha böyük olmuşdur. Əhliman həmin bıçaqları ona göstərdikdə «nə bıçaqlardı?» deyə soruşmuşdur. Əhliman ona qonşu Cəmilin oğlu İbrahimlə birlikdə dava etdiklərini, bıçaqların da birinin İbrahimə məxsus olduğunu, digərinin isə, yəni daha kiçik ölçüdə olan bıçağın isə özünə məxsus olduğunu demişdir. Bıçaqları evə gətirdiyinə görə Əhlimanı danlamış və bıçaqları həyətdəki «toyuq hininin üstünə at» demişdir. Əhliman aparıb bıçaqları toyuq hininin üstünə atmışdır. Əhliman 25.10.2021-ci il tarixdə səhər saat 09:00-da hərbi hissədə olmalı olmuşdur. Lakin 23.10.2021-ci il tarixdə bıçaqları atdıqdan sonra Əhliman ona həmin gecə çıxıb hərbi hissəyə getmək istədiyini bildirmişdir. Əhlimana icazə verməmiş, bu hadisə ilə bağlı səhər polis əməkdaşları gələrsə onlara izahat verdikdən sonra gedə biləcəyini demişdir. Əhlimandan həmin bıçaqlarla hər hansı bir şəxsə xəsarət yetirib-yetirmədiyini soruşduqda ona dava vaxtı əlindəki bıçağı bir nəfər tanımadığı şəxsin qoluna vurduğunu, lakin bıçağın həmin şəxsin qolunu nə dərəcədə kəsdiyini bilmədiyini demişdir. Ertəsi günü, yəni 24.10.2021-ci il tarixdə polis əməkdaşları gəldikdə Əhliman həmin gecə hinin üstünə atdığı hər iki bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 26 aprel 2021-ci il tarixdə həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Laçın rayonunda yerləşən N saylı hərbi hissənin əsgəridir. N oktyabr 2021-ci il tarixdə ona verilən məzuniyyətə görə yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən evinə gəlmişdir. Mahiyyəti üzrə bildirmək istəyir ki, 23 oktyabr 2021-ci il tarixdə axşam saat 19 radələrində həmkəndlisi və dostu olan Təqsirləndirilən şəxslə telefonla danışdığı zaman zəngləşərək kənd ərazisində yerləşən Dost qapısı adlı kafeyə çağırmışdır. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxslə Dost Qapısı adlı kafedə görüşüb otaqda oturub çay içib söhbət etməyə başlamışlar. Biraz keçmiş İbrahimin dostu Əmrah və tanışı Elmin adlı şəxslə birlikdə kafeyə gələrək onların oturduqları masada əyləşmişdir. Bir az sonra da adının sonradan Şahmar olaraq bildiyi Əmrahın tanışı kafeyə gələrək onlarla eyni masada əyləşmişdir. Onlar beşi birlikdə çay içib söhbət edən zaman Əmrah Hənifə kənd sakinləri tərəfindən döyüldüyünü, gedib onu döyən şəxslərlə söhbət etmək istədiyini bildirmiş və birlikdə gedib söhbət etməyi onlara təklif etmişdir. Hənifə kəndi onların yaşadıqları Qazma kəndi ilə qonşu kənd olduğuna görə, onlar Əmrahı döyən şəxslərlə böyük ehtimalla tanış çıxacaqlarını, münaqişəni sülh yolu ilə həll edəcəklərini düşünmüş və birlikdə gedib söhbət etməyə razılaşmışlar. Onlar təxminən saat 22:30 radələrində birlikdə kafedən bayıra çıxmışlar və piyada Hənifə kəndinə yollanmışlar. Onlar kafedən çıxanda Əmrah kiməsə zəng edərək nəsə danışmış, lakin Əmrahın kimə zəng etməsini və nə barədə danışmasını bilməmişdir. Onlar rayonun Hənifə kəndi ərazisində yerləşən yanan bağça adlanan yerin yaxınlığına piyada getmişlər. Onlar təxminən 25 dəqiqədən sonra həmin yerə çatmışlar. Həmin vaxt İbrahim mobil telefonuna baxa-baxa onlardan təxminən 20 metr irəlidə getmişdir. O, Əmrah və Elmin isə biryerdə İbrahimin arxasınca getmişlər. Bir qədər getdikdən sonra Şahmar onlardan ayrılıb yaşadığı evə getmişdir. Onlar Hənifə kəndi ərazisinə çatanda təxminən 15 nəfərə yaxın tanımadığı cavan uşaqlar onlara yaxınlaşmışlar. Əmrah oraya gəlmiş həmin şəxslərin tanışları olduğunu bildirmişdir. Həmin şəxslərdən heç birini tanımamışdır. Onlar elə həmin yerə çatdıqları zaman Əmrah və onun tanışları yaxınlıqdakı avtobus dayanacağında dayanmış üç nəfər tanımadığı şəxsin üzərinə gedərək onları döyməyə başlamışlar. Həmin zaman kim tərəfindən kimin vurulmasını bilməmişdir. Çünki Əmrahdan başqa onun yanında olan şəxslərin kim olmalarını bilməmişdir. Həmçinin Əmrah və tanışlarının döymüş olduğu üç nəfər şəxsin də kim olduqlarını bilməmişdir. Bundan sonra isə o, İbrahim, Əmrah və Elmin oradan uzaqlaşaraq piyada yaşadıqları evə qayıtmaq üçün yola düşmüşlər. Həmin zaman Əmrah tanışları ilə oradan uzaqlaşmış, yəni hərəsi bir istiqamətə getmişdir. Onlar, yəni o, İbrahim və Elmin piyada olaraq oradan uzaqlaşaraq evlərinə doğru piyada hərəkət etmişlər. Həmin zaman Balakən şəhəri istiqamətindən dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ-21074 markalı avtomaşın gələrək onların yanında dayanmış və içərisindən təxminən 5 nəfər şəxs aşağı düşmüşdür. Həmin şəxslərin əllərində ağac dəyənək və daş olmuşdur. həmin şəxslər maşından düşdükdən sonra onlara yaxınlaşaraq daş və ağacla vurmağa başlamışlar. Elmin isə VAZ 21074 markalı avtomaşın onların yanında dayandığı zaman oradan qaçaraq uzaqlaşmışdır. Həmçinin VAZ 21074 markalı avtomaşın yanlarında dayandığı zaman adını sonradan Şahid3 olaraq bildiyi şəxs üzərinə əlində daşla gəlmişdir. O da Elnurun sağ gözündən bir dəfə yumruqla vurmuşdur. Elnur adlı şəxs isə o vurduqdan sonra yerə yıxılmışdır. Daha sonra isə tanımadığı şəxs onu yerə yıxdırmış və Elnurla birlikdə onu yerdə təpiklə vurmağa başlamışlar. Həmçinin maşınla gəlib aşağı düşən şəxslərdən təxminən 3 nəfər də İbrahimin üzərinə gedərək onu döyərək yerə yıxdırmışlar. Onu yerdə döyən şəxslərdən biri onun boğazından tutaraq yerdə sürümüş, digəri isə ona yumruq və təpiklə vuraraq onu döymüşlər. Artıq həmin şəxslərin onu döydüyünü, digər tərəfdə isə təxminən 3 nəfər şəxsin də İbrahimi döydüyünü görmüş və döyüləcəyindən qorxaraq əynindəki şalvarın arxa sağ cibində saxladığı qatlanan cib bıçağını çıxarıb onu boğazından tutub yerdə sürüyən,sonradan adını Şahin olaraq bildiyi şəxsin qollarından vurmağa başlamışdır ki, onu buraxsın. Həmin zaman Şahin onun əynində olan isti gödəkcənin boğaz hissəsindən tutaraq onu boğmuşdur. O da boğulacağından qorxaraq bıçağı cibindən çıxardaraq Şahinin qollarından vurmağa başlamışdır. Bu zaman Şahin onu buraxmışdır. O da oradan qaçaraq uzaqlaşmağa başlamışdır. Həmin zaman İbrahim də onu döyən şəxslərin əlindən çıxa bildiyi üçün birlikdə yaşadıqları kənd istiqamətinə doğru qaçmağa başlamışlar. Bu zaman da həmin şəxslər onların arxasınca söyüşlər söyərək əllərindəki daşları arxalarınca atmışlar. Onlar da oradan uzaqlaşıb yaşadıqları evə doğru gəlmişlər. Bu zaman İbrahim ona özünü döyən şəxslərdən birinə üzərində olan bıçaqla xəsarət yetirdiyi üçün onu da buraxdıqlarını bildirmişdir. O da İbrahimə onu döyən şəxslərin birinin qoluna bıçaqla xəsarət yetirdikdən sonra da özünü buraxdıqlarını bildirmişdir. Bundan sonra isə İbrahim əlindəki bıçağı yaşadığı evə yaxınlaşan zaman ona verərək «bıçağı götür sabah mənə verərsən» demişdir. O da İbrahimin hadisə vaxtı istifadə etdiyi bir ədəd qara rəngli qatlanan cib bıçağını götürüb özündə olan qara rəngli qatlanan cib bıçağı ilə birlikdə yaşadığı evə aparmışdır. Evə getdikdə atası Məhərrəmə hadisə barədə danışmış, yəni, Hənifə kəndi ərazisində hadisə baş verdiyini, tanışı olan İbrahimlə birlikdə oraya getdiyini və orada uşaqların onları qoyub qaçdığı üçün üzərində olan balaca qatlanan cib bıçağı ilə Şahin adlı şəxsi vurduğunu bildirmişdir. Əlində olan iki ədəd qatlanan cib bıçağını atasına göstərib nə edəcəyini soruşmuşdur. Atası Məhərrəm də bıçaqları itirməyini bildirmişdir. O da bıçaqları evinin həyətində yerləşən toyuq hininin üzərinə atmışdır ki, kiminsə əlinə keçməsin. Həmin bıçaqlar hal hazırda da həmin yerdədir. Onları da təqdim edə bilər. O, İbrahim, Əmrah, Şahmar və Elminlə birlikdə rayonun Hənifə kəndi ərazisində yerləşən yanan bağça adlanan yerə getdikdə Əmrahı oraya çağıran şəxslərdən tanımadığı şəxslər söhbət etdikləri zaman narkotik vasitənin alqı-satqısı ilə bağlı yaranmış problemlərdən danışmışlar. Buna görə də Əmrahın dostları tanımadığı şəxslərlə görüşüb narkotik alan zaman narkotik alverini edən şəxslərin «bariqa» olduqlarını bildirdikləri və «bariqa»ya pis baxdıqlarını dedikləri üçün də aralarında narazıçılıq yarandığını və dava -dalaş olduğunu bilmişlər. Bu zaman da onun bildiyi qədəri ilə narkotik satan şəxslərin Əmrahın tanışını vuraraq dişini sındırdığını bilmişdir. Həmçinin həmin zaman avtobus dayanacağında dayanmış üç nəfər şəxsin narkotik satan şəxslər olduğunu fikirləşmişdir. Çünki, Əmrah və onlar həmin yerə çatdıqları zaman orada olan Əmrahın təxminən 10-15 nəfər dostu dayanacaqdakı üç nəfər şəxsin üzərinə hücum edərək onları döymüşlər. Bundan sonra isə həmin üç nəfər döyülən şəxs oradan qaçıb getmişdir. Sonradan isə İbrahimlə onlar evə qayıdan zaman VAZ 21074 markalı avtomaşın qarşılarına gələrək saxlamışdır. Həmin avtomaşında Əmrah və tanışlarının döydükləri 3 nəfər şəxslərin olduğunu görmüşdür. Sonradan oraya gəlmiş VAZ 21074 markalı avtomaşında olan şəxslər onları döydüklərini düşünərək üstlərinə gəlmişlər və onlara qarşı nalayiq ifadələr işlətmişlər. Həmin şəxslər onların üstünə hücum edərək onları döymək istədikləri zaman Əmrah və tanışları ilə həmin şəxslərin arasında baş tutmuş söhbətdən məlumatlarının və aidiyyətlərinin olmadığını bildirsələr də dediklərinə məhəl qoymadan onları döyməyə başlamışlar. Həmin şəxslər onların üstünə gələn zaman da Elmin oradan qaçaraq getmişdir. Həmin yerdə sadəcə İbrahimlə qalmışdır. Həmçinin bildirmək istəyir ki, bıçaqla qoluna xəsarət yetirdiyi şəxsin Şahin adlı şəxs olduğunu sonradan bilmişdir. Digərlərinin isə kim olmasını bilməmişdir. Çünki həmin şəxslərdən heç birini tanımır. Onu döyən 2 nəfər şəxslərdən əynindəki isti gödəkcə ilə boğazından tutub boğan Şahinin qoluna xəsarət yetirmişdir. Əmrah və tanışları rayonun Hənifə kəndi ərazisində yerləşən «yanan bağça» adlanan yerin yaxınlığındakı avtobus dayanacağında dayanmış üç nəfər şəxsi döyən zaman o və onunla birlikdə oraya getmiş Şahmar, Elmin və ya İbrahim hadisəyə ümumiyyətlə müdaxilə etməmişlər. Onlar həmin zaman kənarda dayanıb baş verənlərə baxmışlar. Çünki onların arasında əvvəldən olmuş hadisədən məlumatları olmamışdır. Buna görə də nə baş verdiyini anlaya bilməmişlər. Əmrah və onun tanışlarının rayonun Hənifə kəndi ərazisində yerləşən «yanan bağça» adlanan yerin yaxınlığındakı avtobus dayanacağında dayanmış üç nəfər şəxsi döyən zaman Əmrahdan onun tanışlarından və ya döyülən üç nəfər şəxsdən heç birini əvvəlcədən tanımamışdır. Əmrah və tanışları avtobus dayanacağında dayanmış üç nəfər şəxsi təxminən 1-2 dəqiqə ərzində döymüşlər. Onlar həmin zaman qarşılıqlı olaraq bir-birlərinə qarşı nalayiq ifadələr işlətmişlər. Olduqları yerə gəlmiş, VAZ- 21074 markalı avtomobillə onların qarşısını kəsib üzərlərinə gələn şəxslərin kim olmalarını əvvəlcədən bilməmişdir. Çünki həmin şəxsləri tanımamışdır. VAZ 21074 markalı avtomobillə gəlmiş şəxslərlə onların aralarında dava təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. VAZ 21074 markalı avtomobillə gəlmiş şəxslər maşından düşüb üstlərinə doğru gəldikləri zaman onlara qarşı ucadan nalayiq ifadələr işlətmişlər. Həmçinin İbrahimlə onların əlindən qaçaraq uzaqlaşıb getdikləri zaman onların arxasınca söymüşlər. Hadisə zamanı istifadə etdiyi bir ədəd qara rəngli qatlanan cib bıçağını Balakən şəhəri ərazisində yerləşən bazardan hazırda xatırlamadığı mağazadan təxminən 1 il əvvəl 10 manata almışdır. Həmin bıçağı üzərində gəzdirməkdə hər hansı bir məqsədi olmamışdır. Sadəcə olaraq bıçağı hərbi xidmətdən qayıtdığı zaman yaşadığı evdə yataq otağındakı paltar dolabında saxladığı yerdən götürüb əynindəki şalvarın cibinə qoyaraq saxlamışdır. Bir daha qeyd edir ki, bıçağı üzərində saxlamaqda hər hansı bir məqsədi olmamışdır. Hadisə zamanı istifadə etdiyi bir ədəd qara rəngli qatlanan cib bıçağını 23 oktyabr 2021-ci il tarixdə yaşadığı evdən çıxıb «Dost qapısı» adlanan kafedə İbrahimlə görüşmək üçün getdiyi zaman götürərək üzərində saxlamışdır. Həmin bıçağı üzərində saxlamağı ilə bağlı ümumiyyətlə heç kimin məlumatı olmamışdır. Hadisə zamanı istifadə etdiyi bir ədəd qara rəngli qatlanan cib bıçağını üzərində gəzdirməsi ilə bağlı heç kimin məlumatı olmamışdır. İbrahimin üzərində bıçaq gəzdirməsi ilə bağlı onun məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Balakən rayonu Hənifə kəndində yaşayan dostu Ramazanın evində aparılan təmir işlərinə kömək etməyə getmişdir. Onlar axşam saatlarında işlərini bitirdikdən sonra Ramazanın evində axşam yeməyi yemişlər. Həmin tarixdə təxminən saat 22:45 radələrində Ramazanın evindən çıxıb piyada yaşadığı evə doğru yollanmışdır. Hənifə kəndinin ərazisi ilə piyada gedərkən ondan təxminən 10-15 metr arxada 03 nəfər tanımadığı şəxslər getmişlər. Həmin vaxt bir VAZ 2107 markalı avtomobil gəlib onların yanında dayanmış, avtomobildən düşən tanımadığı şəxslər onun və ondan arxada olan uşaqların üstünə hücum çəkmişlər. Bu zaman avtomobillə gələn şəxslərlə ondan arxada gələn şəxslər arasında nəsə bir mübahisə olduğunu anlamış və dərhal onun məsələ ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Ona yaxınlaşan şəxs sonradan adının Elnur olduğunu bildiyi şəxs olmuşdur. Həmin vaxt avtomobillə gələn şəxslərlə onlan arxada gələn şəxslər arasında dava düşmüşdür. O bir qədər aralıda olduğuna görə dalaşan şəxslərin kimlər olduğunu, kimin kimlə dalaşdığını, məsələnin nədən ibarət olduğunu bilməmiş və kənarda dayanıb seyr etməyə başlamışdır. Dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. Daha sonra avtomobillə gələn şəxslərdən üçü avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Ondan arxada gələn şəxslər də qaçaraq oradan uzaqlaşmışlar. Hadisə yerində isə o, ona yaxınlaşan Elnur adlı şəxs və əvvəlcədən tanıdığı Hənifə kənd sakini Ceyhun adlı şəxs qalmışlar. Ceyhun da onu sonradan görmüşdür. Yəni, hadisə yerində onlar üçü qalanda Ceyhun ona yaxınlaşıb kim olduğunu soruşmuş və həmin vaxt birbirilərini üzdən tanımışlar. O da yaşadığı evə getdiyini Ceyhuna bildirmişdir. Həmin vaxt aralarında olan söhbət əsnasında ona məlum olmuşdur ki, ondan arxada piyada gələn uşaqlar dava-dalaş zamanı avtomobillə gələn uşaqlardan ikisini bıçaqla vuraraq xəsarət yetirmişlər və xəsarət alan uşaqlar xəstəxanaya aparılıb. Bundan sonra üçü piyada “4 yol” adlanan yerə doğru hərəkət edən zaman yerdə bir mobil telefonun işığının yanıbsöndüyünü görmüş, həmin telefonun dava-dalaşda iştirak edən uşaqlardan birinin olduğunu anlamış və götürüb özündə saxlamışdır. Daha sonra Elnurgil Balakən rayon xəstəxanasına getmək üçün taksi avtomobili saxlamışlar, o da avtomobilə əyləşib onlarla birlikdə xəstəxanaya getmişdir. Orada ona məlum olmuşdur ki, dava-dalaş nəticəsində Hənifə kənd sakinləri Orxan və Şahin adlı şəxslər xəsarət almışlar. Bir qədər sonra yerdən tapdığı telefona zəng gəlmiş, o da həmin zəngə cavab verərək adının İlkin olduğunu bildirmişdir. Yəni, telefonu sahibinə qaytarmaq məqsədi ilə kim olduğu barədə məlumat vermişdir. Hadisədən təxminən 02 gün sonra Qazma kənd sakini Emrah adlı şəxs ona yaxınlaşaraq hadisə zamanı yerdən tapdığı mobil telefonun Qazma kənd sakini İbrahim adlı şəxsə məxsus olduğunu bildirmişdir. O da Emrah adlı şəxsdən aldığı məlumatlar əsasında gedib İbrahimin yaşadığı evi tapmışdır. Həmin vaxt İbrahimin atası Cəmil kişi ona telefonun qutusunu, həmçinin, telefonun yaddaşında olan fotoşəkilləri göstərərək həmin telefonun onun oğlu İbrahimə məxsus olduğunu sübut etmişdir. Buna görə tapdığı mobil telefonu Cəmil kişiyə təhvil vermişdir. Şahid Şahid8 həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə Hənifə kəndi ərazisində baş vermiş dava-dalaşda iştirak etməmişdir və hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Hadisə zamanı heç kimi vurub xəsarət yetirməmişdir. Sadəcə olaraq kənardan dayanıb dava-dalaşı seyr etmişdir. Tərəflər arasında olan münaqişənin səbəbini bilməmişdir. Hadisə zamanı kiminsə əlində bıçaq olmasının şahidi olmamışdır. Cinayət işinin materiallarında olan 24.10.2021-ci il tarixli “Raport”un surətindən görünür ki, həmin tarixdə gecə saat 01:15-də Balakən Rayon Mərkəzi Xəstəxanasından həkim Əliyev Balakən Rayon Polis Şöbəsinə zəng edərək 1995-ci il təvəllüdlü Balakən rayon Hənifə kənd sakini Şahid1 sol sol saidin aşağı hissəsinin vətərlərinin, əzələlərin, sinirin üzülməsi ilə müşahidə olunan kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya müraciət etməsi barədə məlumat vermişdir (cild 01, iş vər. 3). Cinayət işinin materiallarında olan 24.10.2021-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə gecə saat 04:12-də Balakən Rayon Mərkəzi Xəstəxanasından həkim S.Abbasov Balakən Rayon Polis Şöbəsinə zəng edərək 1996-cı il təvəllüdlü Balakən rayon Hənifə kənd sakini Zərərçəkmiş şəxs sol tərəf döş qəfəsinin, qarın boşluğuna keçən kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya müraciət etməsi barədə məlumat vermişdir (cild 01, iş vər. 5). Cinayət işinin materiallarında olan 24.10.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış 24.10.2021-ci il tarixdə saat 04:40-dan 05:25-dək olan müddət ərzində Balakən rayonu Hənifə kəndinin ərazisində keçirilmişdir. Balakən rayonu Hənifə kənd sakinləri Şahid1 və Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri ilə Balakən MRX-ya daxil olmaları barədə Balakən MRX-dan daxil olmuş ilkin şifahi məlumat əsasında hər iki şəxsin xəsarət aldıqları Blakən rayonu Hənifə kəndinin ərazisinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Balakən rayonu Hənifə kəndində dörd yol ayrıcından, yəni “dörd yol” adlandırılan ərazidən Balakən şəhəri- Hənifə kəndi istiqamətində sağ tərəfdəki yoldan içəriyə doğru təxminən 300 metr getdikdən sonra asfalt yol örtüyünün üzərində qanabənzər ləkələr var. Qeyd edilən qanabənzər ləkələr təxminən 45-50 metr məsafəyə qədər uzanmışdır. Yolun hər iki tərəfində bir-birindən uzaq məsafədə yerləşən fərdi yaşayış evlərinin dəmir lövhələrdən düzəldilmiş və kubik daşlarından tikilmiş hasarları yerləşir. Fərdi yaşayış evləri yoldan xeyli içəridə yerləşir. Yolda işıq dirəkləri yoxdur. Baxış keçirilən zaman kənar heç bir şəxs küçəyə çıxmamışdır. Hadisə yerinə baxış süni işıqlandırma şəraitində keçirilmişdir. Hadisə yerindən qan nümunələri götürülmüşdür. Hadisə yerində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa heç bir əşya, predmet aşkar edilməmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (cild 01, iş vər. 8-13). Cinayət işinin materiallarında olan 24.10.2021-ci il tarixli “Götürmə və baxış keçirmə haqqında” protokoldan görünür ki, Şahid2 təqdim etdiyi hadisə zamanı istifadə etdiyi Şahid1 xəsarət yetirmiş olduğunu bildirdiyi bir ədəd bıçağın dəstəyi və tiyəsi qara rəngli olmaqla qatlanandır, bıçağın tiyəsində qanabənzər ləkələr vardır. Həmçinin Şahid2 təqdim etdiyi, tanışı Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirdiyi bir ədəd bıçağın dəstəyi və tiyəsi qara rəngli qatlanandır, bıçağın tiyəsində qanabənzər ləkələr vardır. Götürmə təbii işıq şəraitində keçirildi. Götürülən iki ədəd qatlanan cib bıçaqları müvafiq qaydada qablaşdırıldı. Götürmə və baxış zaman çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (cild 01, iş vər. 45-51). Cinayət işinin materiallarında olan 24.10.2021-ci il tarixli “Götürmə və baxış keçirmə haqqında” protokoldan görünür ki, götürmə və baxış 24.10.2021-ci il tarixdə saat 06:00dan 06:35-dək olan müddət ərzində Balakən Mərkəzi Rayon Xəstəxanasında keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Şahid1 məxsus olan bir ədəd təqdim olunmuş qara rəngli yun puloverin sol qolunun üzərində qanabənzər ləkələr vardır. Baxış zamanı puloverin üzərində kəsik yerləri aşkarlanmamışdır. Zərərçəkmiş şəxs məxsus olan, təqdim olunmuş bir ədəd qara rəngli qış koftası, bir ədəd qara rəngli dəri gödəkçə və bir ədəd qara rəngli cins şalvara baxış keçirilmişdir. Baxış zamanı qara rəngli dəri gödəkçənin üzərinin qanabənzər ləkələrlə dolu olduğu və həmin gödəkçənin arxa tərəfində kəsik izlərinin olması, həmçinin qara rəngli cins şalvar və qara rəngli qış koftasının üzərinin də çox sayda qanabənzər ləkələrə bulaşdığı müəyyən edilmişdir. Baxış və götürmə zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir (cild 01, iş vər. 14-18). Cinayət işinin materiallarında olan 24.10.2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə Şahid2 ifadəsi hadisə yerində yoxlanılmış və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində qeyd etmişdir. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 52-53). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25.10.2021-ci il tarixli 351 nömrəli rəyindən görünür ki, Şahid2 müəyyən edilmiş xəsarət – sol çənə altında sıyrıq-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 23.10.2021-ci ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 01, iş vər. 137). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25.10.2021-ci il tarixli 353 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət olmadı (cild 01, iş vər. 140). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26.10.2021-ci il tarixli 383 nömrəli rəyindən görünür ki, Şahid3 müəyyən edilmiş xəsarət – sağ göz altında qançır-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 23.10.2021-ci ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 01, iş vər. 143). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28.10.2021-ci il tarixli 354 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilən xəsarətlər a) Döş qəfəsinin arxa aşağı səthindən daxilə keçib dalağın zədələnib cərrahi yolla götürülməsinə və diafraqmanın zədələnməsinə səbəb olan bir ədəd yara; b) Döş qəfəsinin sol yan səthində ortada bir ədəd yara; c) Sol orta kürək nahiyəsində 03 (üç ədəd) yaralar; d) Sağ mil biləyin arxa səthində bir ədəd yara. Vət. Süleymanovda yuxarıda qeyd edilmiş xəsarətlər –iti əşyanın-əşyaların (aləti-alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 23.10.2021-ci ildə yetirilməyə uyğun olub, dərəcələrinə görə, a) bəndində göstərilən onun həyatı üçün təhlükəli olan sağlamlığa ağir zərər vurmaya, b) c) d) bəndində göstərilənlər isə birlikdə və ayrı-ayrılıqda onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. 3. Vət. Süleymanovda yuxarıda qeyd edilmiş xəsarətlər bıçağın (bıçaqların) kəsici hissələri ilə yetirilməyə uyğun gəlirlər (cild 01, iş vər. 156-157). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 09.12.2021-ci il tarixli 384 nömrəli rəyindən görünür ki, Şahid1 bədəni üzərində aşakr edilmiş xəsarətlər- Sol saidində dirsək əzələsinin və sinirinin kəsilməsi ilə müşayiət olunan yara-iti əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, 23.10.2021-ci ildə bıçağın kəsici hissəsinin təsirindən əmələ gəlməyə uyğun olub, dərəcəsinə görə, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olan sağlamlığa az ağir zərər vurmaya aid edilir (cild 02, iş vər. 39-42). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 30.11.2021-ci il tarixli 011-11233-1221 nömrəli məktubdan görünür ki, Balakən RPŞ-nin İB-də istintaq aparılan ********* №li cinayət işi materialları üzrə hadisə yerindən götürülmüş 08 ədəd qan nümunəsi və Şahid1 oğlundan götürülmüş bioloji nümunələr (Balakən RPŞ-nin 24.10.2021-ci il tarixli, 109-25630-1221 №-li məktubu ilə) eləcə də Zərərçəkmiş şəxs götürülmüş bioloji nümunələr (Balakən RPŞnin 11.11.2021-ci il tarixli, 109-27097-1221 №-li məktubu ilə) tədqiqata təqdim edilmişdir. Aparılmış müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatı nəticəsində müəyyən olundu ki, təqdim edilmiş 03 ədəd qan nümunəsi Şahid1 (xx.xx.1995 Balakən r) və 05 ədəd qan nümunəsi Zərərçəkmiş şəxs (05\07\1996 Balakən r.) məxsusdur (cild 02, iş vər. 14). Cinayət işinin materiallarında olan kompleks məhkəmə-tibbi bioloji və məhkəmətrasoloji ekspertizasının 06.12.2021-ci il tarixli 732-2021/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol yarısının aşağı hissəsində 02 (iki) ədəd, arxa səthinin yuxarı hissəsinin ortasında 02 (iki) ədəd və arxa səthinin orta hissəsindəç 01 (bir) ədəd, şalvarın sol ayaqlığının ön səthinin yuxarı hissəsində 01 (bir) ədəd və gödəkçənin arxa səthinin sol yarının aşağı hissəsində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və özünü kafi dərəcədə büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus gödəkçənin arxa səthinin ortasının aşağı hissəsində 01 (bir) ədəd kombinə olunmuş deşilmiş-kəsilmiş və sökülmüş zədə aşkar olundu. Bu zədə əvvəlcə yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən, daha sonra gödəkçənin müvafiq nahiyəsinin kəskin dartılması zamanı sökülməsi nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol qolunun qoltuqaltı nahiyəsində küt yaranma mexanizminə malik və gödəkçənin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlmiş 01 (bir) ədəd sökülmə zədəsi vardır. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş 1 №-li bıçağın və ya ona oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçaqların tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş yaraların 2 №-li bıçağın tiyəsinin təsirindən törənməsi inandırıcı deyildir. Ekspertizaya təqdim edilmiş və Şahid1 məxsus puloverin arxa səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və kafi dərəcədə büruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Şahid1 məxsus pulover üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş 1 №-li bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçaqların təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş və Şahid1 Ramazan oğluna məxsus pulover üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilən 2 №-li bıçağın tiyəsinin təsirindən törənməsi inandırıcı deyildir. Ekspertizaya təqdim olunmuş 1 №-li bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı, qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Təqdim edilmiş 1 №-li bıçaq hazırki vəziyyətində istifadəyə yararlıdır. Ekspertizaya təqdim edilmiş 2 №-li bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim edilmiş 2 №-li bıçaq hazırki vəziyyətində istifadəyə yararlıdır (cild 02, iş vər. 15- 32). Cinayət işinin materiallarında olan kompleks məhkəmə-tibbi bioloji və məhkəmətrasoloji ekspertizasının 07.12.2021-ci il tarixli 828-2021/MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ). Şahid1 ABO sistemi üzrə qrup göstəricisi: Oalfa, beta (İ). Ekspertizaya təqdim edilmiş 02 ədəd bıçaqların,Zərərçəkmiş şəxs məxsus gödəkçə, köynək, cins şalvar, Şahid1 məxsus bir ədəd pulover üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Abeta/H/ qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin O alfa,beta (İ) qruplu Şahid1 qarışmış qanının olması da inkar olunmur (cild 02, iş vər. 33-38). Cinayət işinin materiallarında olan 26.01.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 221.3, 29,120 və 126.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin Şahid2 barəsində CM-in 127.1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. (cild 01, iş vər. 82-113) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, CM-in 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Həmçinin CM-in 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə (milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) cinayət əməli sayılır və cinayət məsuliyyətinə səəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə - dalaşma zamanı Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayının əvvəllərində Balakən rayon bazarından satın alaraq əldə edib üzərində gəzdirdiyi deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı, qatlanan tipli ov bıçağı ilə qəsdən zərbələr vurub sonuncuya həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid (işdə olan məhkəmə-tibbi və kompleks məhkəmə-tibbi bioloji və məhkəmə-trasoloji ekspertizasının rəylərinə əsasən) edilən xəsarət yetirmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri, habelə ekspert rəyləri və cinayət işinin materiallarında olan biri digərini tamamlayan dəlillər vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1 və 228.4-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilərək özünü müdafiə etmək üçün bıçaqdan istifadə etdiyini, əslində zərərçəkmiş şəxsə xəsarət yetirmək kimi bir qəsdinin, fikrinin olmadığını bildirməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiaları ilə müəyyən olunur ki, mübahisə qarşılıqlı dava-dalaşla müşaiət olunub və hər iki şəxs bir-birilərinə qarşılıqlı xəsarət yetirdiyini dəqiq bilib, təqsirləndirilən şəxs isə bu şəraitdə üzərində olan bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirərək hadisə yerindən qaçıb. Odur ki, onun özünü qismən təqsirli bilməsi, yəni özünü müdafiə etməsi ilə bağlı qeyd etdikləri məhkəmə kollegiyası tərəfindən müdafiə xarakterli ifadələr kimi qəbul olunur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə (atası, anası və iki bacısı ilə) Balakən rayon Qazma kəndində yaşayır. Onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (cild 01, iş vər. 178-179) Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 167). Cinayət işinin materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs 14.11.2021-ci il tarixdə istintaqa ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən müalicə xərcləri də daxil olmaqla dəymiş ziyanın tamamilə ödənildiyini və Təqsirləndirilən şəxs qarşı şikayətinin və maddi tələbinin olmadığını bildirmişdir (cild 01, iş vər. 230). Cinayət işinin materiallarına əlavə olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını CM-nin 59.1.12ci maddəsinə əsasən, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin xəstəxana xərclərinin könüllü olaraq ödənilməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda şəxsin şəxsiyyətini nəzərə alaraq, həmçinin CM-in 60-cı maddəsinin tələblərini əsas götürərək ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını və həmin cəzanın real olaraq çəkilməli olmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Cinayət işinin materiallarında olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 24.10.2021 il tarixdə şübhəli şəxs qismində tutulmuş və 26.10.2021ci il tarixdə əvvəli 24.10.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 209-210). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 24.10.2021-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Balakən RPŞ-də saxlanılan iş üzrə Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd gödəkçə, iş üzrə Təqsirləndirilən şəxs məxsus bir ədəd qatlanan tipli ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid1 hadisə vaxtı əynində olmuş bir ədəd puloverin, Şahid2 məxsus bir ədəd qatlanan cib bıçağının isə hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınmalıdır. İş üzrə mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar tam toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 24.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Balakən RPŞ-də saxlanılan iş üzrə Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd gödəkçə, iş üzrə Təqsirləndirilən şəxs məxsus bir ədəd qatlanan tipli ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Şahid1 hadisə vaxtı əynində olmuş bir ədəd puloverin, Şahid2 məxsus bir ədəd qatlanan cib bıçağının isə hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar