Məhkəmə qərarları › İş №1(091)-97/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-97/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-97/2022 04.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Yevlax şəhəri C.Mustafayev küçəsi mənzil 99-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədilə bir ədəd sellofan bükümdə cəmi 0,284 qram narkotik vasitə olan heroini əldə edərək saxlamış, 31 iyul 2021-ci il tarixdə saat 11 radələrində satış məqsədilə əldə etdiyi bir ədəd sellofan bükümdə cəmi 0,284 qram narkotik vasitə olan heroini Yevlax şəhəri F.Əmirov küçəsi ev 5-də yaşayan tanışı X3 fərdi yaşayış evində Şahid1 və Şahid2 15 (on beş) manat məbləğində pula satmış, 31 iyul 2021-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində Şahid1 qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək saat 18:00-dan 18:20-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan Təqsirləndirilən şəxs aldığı həmin 1(bir) ədəd sellofan bükümdə cəmi 0,284 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədilə bir ədəd sellofan bükümdə cəmi 0,331 qram narkotik vasitə olan tiryəki əldə edərək saxlamış, təkrarən 19 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində bir ədəd sellofan bükümdə cəmi 0,331 qram narkotik vasitə olan tiryəki ünvan 1 ünvanının qarşısında Şahid8 8 (səkkiz) manat məbləğində pula satmış, 19 oktyabr 2021-ci il tarixdə Yevlax şəhəri C.Mustafayev küçəsində Şahid8 qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək saat 18:05-dan 18:25-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan Təqsirləndirilən şəxs aldığı həmin 1(bir) ədəd sellofan bükümdə cəmi 0,331 qram miqdarında xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Şahid1 tanımır. Şahid2 isə tanıyır. Onunla münasibəti yaxşı olmuşdur. Belə ki, onunla Gəncə istintaq təcridxanasında və 5 saylı cəzaçəkmə müəssəsində bir yerdə cəza çəkmişdir. Daha sonra o azadlıqda olan zaman Sənanla bir neçə dəfə görüşmüşdur. Hal-hazırda vəfat etmiş Elçin Nəcəfovla da 7 saylı cəzaçəkmə müəssisəsində tanış olmuş. Onunla da azadlıqda olan zaman bir neçə dəfə görüşmüşdür. 31 iyul 2021-ci il tarixdə o, Elçin Nəcəfovla birlikdə onun yaşadığı Yevlax şəhəri F.Əmirov küçəsindəki evdə olmuşdur. Elçin Nəcəfovla birlikdə olan zaman əvvəllər tanıdığı Şahid2 Elçinin yaşadığı evə gəlmiş, lakin həmin vaxt o, Şahid2 narkotik vasitə satmamışdır. Sənan Elçinin evində Elçinlə söhbət edən zaman o, həmin evdən çıxıb öz yaşadığı evə getmiş, daha sonra Sənanı görməmiş və onunla münasibəti olmamışdır. Şahid8 tanıyır. Onunla münasibəti normal olmuşdur. 19 oktyabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində Elbəy istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və istifadə etmək üçün ondan narkotik vasitə olan tiryək istəmiş, o da Elbəyə 8 manat müqabilində narkotik vasitə olan tiryək sata biləcəyini və Elbəyə yaşadığı ünvan 1-un qarşısına gəlməyini demiş, biraz sonra o qapılarının qarşısında gözləyən zaman Elbəy idarə etdiyi VAZ-21074 markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evin qarşısına gəlmiş, avtomobildən düşmüş və onunla salamlaşdıqdan sonra ona 8 manat pul vermiş, o da həmin 8 manatın müqabilində Elbəyə sövdələşdikləri kimi narkotik vasitə olan tiryək vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Şahid2 vasitəsi ilə Şahid1 narkotik vasitə satmamışdır. Ona polis əməkdaşları tərəfindən güc tətbiq olunmuş, lakin bu barədə heç kimə, o cümlədən müdafiəçiyə bildirməmiş, heç bir orqana müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 19 oktyabr 2021-ci il tarixdə Bərdə rayonu Samux kəndində qeydiyyatda olmaqla yaşayan Şahid8 hal-hazırda Yevlax şəhəri ərazisində olması və onun üstündə narkotik vasitə olan tiryək olması barədə məlumat daxil olmuş, bu barədə rəhbərliyə məlumat verildikdən və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra polis əməkdaşları ilə birlikdə təxminən saat 16:10 radələrində Yevlax şəhəri C.Mustafayev getmiş, Şahid8 idarə etdiyi VAZ-2107 markalı avtomobili saxlatdıqdan sonra Şahid8, avtomobildə sərnişin qismində əyləşmiş Şahid10 və Şahid11 Sadiq oğluna polis şöbəsinə getməsini bildirmiş, onlar da etiraz etməyib onlarla polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkil dəvət edilmiş, Şahid8 hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid8 əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülü aşkar olunmuş, sorğu-sual zamanı Elbəyin özü həmin 1 ədəd bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu, həmin tiryəki 19 oktyabr 2021-ci il tarixdə Anar adlı şəxsdən 8 manata aldığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu bildirmiş, bundan sonra Şahid8 üzərindən aşkar olunmuş həmin kütlə qablaşdırılaraq götürülmşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 19 oktyabr 2021-ci il tarixdə Bərdə rayonu Samux kəndində qeydiyyatda olmaqla yaşayan Şahid8 hal-hazırda Yevlax şəhəri ərazisində olması və onun üstündə narkotik vasitə olan tiryək olması barədə məlumat daxil olmuş, bu barədə rəhbərliyə məlumat verildikdən sonra təxminən saat 16:10 radələrində Yevlax şəhəri C.Mustafayev getmiş, Şahid8 idarə etdiyi VAZ-2107 markalı avtomobili saxlatdıqdan sonra Şahid8, avtomobildə sərnişin qismində əyləşmiş Şahid10 və Şahid11 Sadiq oğluna polis şöbəsinə getməsini bildirmiş, onlar da etiraz etməyib onlarla polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkil dəvət edilmiş, Natiqə hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Natiqin əynindəki tünd rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü aşkar olunmuş, sorğu-sual zamanı Natiqin özü həmin 1 ədəd bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu həmin tiryəki 19 oktyabr 2021-ci il tarixdə Bərdə şəhərindən tapdığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu bildirmiş, bundan sonra Şahid10 oğlunun üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq götürülmüşdür. O, Elbəy Qədirovun saxlanılmasında iştirak etsə də, onun üzərində şəxsi axtarışda iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 01 iyul 2021-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şahid1 hal-hazırda Yevlax şəhəri ərazisində olması və onun üstündə narkotik vasitə olan heroin olması barədə məlumat daxil olmuş, barədə rəhbərliyə məlumat verildikdən sonra polis əməkdaşları ilə birlikdə təxminən saat 17:15 radələrində Yevlax şəhəri H.Əliyev prospektinə getmiş, Nicadı Yevlax şəhəri H.Əliyev prospektində görmüş, ona yaxınlaşaraq özünü təqdim etmiş, Nicada onlarla polis şöbəsinə getməsini bildirmiş, o da etiraz etməyib onlarla polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkil dəvət edilmiş, Nicada hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə video çəkilişlə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Nicadın əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülü aşkar olunmuş, sorğu-sual zamanı Nicadın özü həmin 1 ədəd bükümün içərisində narkotik vasitə olan heroin olduğunu həmin heroini 31 iyul 2021-ci il tarixdə saat 16:30 radələrində Sənan adlı şəxsin vasitəsilə Anar adlı şəxsdən 10 manata aldığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu bildirmiş, bundan sonra Şahid1 üzərindən aşkar olunmuş həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 2015-ci ildən etibarən narkotik vasitə olan marixuana istifadə edir. O anasını Oğuz rayonuna yola salmaq üçün xalası oğlu Elbəy ilə birlikdə Elbəyə məxsus olan “Vaz 21074” markalı avtomobillə onu Yevlax rayon avtovağzalına aparmış, kəndin içərisi ilə gedən zaman dostu Orxanın da yolda olduğunu gördüyü üçün Orxana onunla birlikdə Yevlax şəhərinə getməsini demiş, Orxan da onunla birlikdə Yevlax şəhərinə gəlmiş, o anasını avtovağzaldan yola saldıqdan sonra avtomobilə əyləşdikdə Elbəy şəhərdə işi olduğunu dediyi üçün Yevlax şəhərində tanımadığı küçəyə daxil olmuş, Elbəy həmin küçədə onun da tanıdığı Anar adlı şəxslə görüşmüş, Elbəy Anara pul vermiş, o, pulun miqdarını bilməmiş, lakin Anarın ona nə verdiyini bilməmiş, bundan sonra küçə ilə hərəkətdə olarkən polis əməkdaşları onları saxlamış və polis şöbəsinə dəvət etmiş, Yevlax Rayon Polis Şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən, yəni əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitə-marixuana aşkar edilərək götürülmüş, sorğu zamanı o üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəmarixuananı 19 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində Bərdə şəhər Güloğlular kəndində yerləşən avtovağzalda olarkən yerdən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 Sadiq oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 19 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı Bərdə rayon Samux kəndində yolun kənarında dayanan zaman dostu Şahid10 Şahid8 avtomobilindən onu çağıraraq onunla birlikdə Yevlax şəhərinə getməyini demiş, o da bekar olduğu üçün Natiq ilə razılaşmış və Elbəyin avtomobilinə əyləşərək Yevlax şəhərinə getmiş, həmin vaxt Natiqin anası Ulduz xala da avtomobildə olmuş, onlar birlikdə Yevlax rayon avtovağzalına getmiş, orada Natiq anası Ulduzu yola saldıqdan sonra Elbəy Yevlax şəhərində işi olduğunu deyərək şəhərin içərisində onun tanımadığı bir küçəyə girmiş və həmin küçədə tanımadığı bir adamla görüşmüş, o həmin vaxt avtomobildə arxa sol oturacaqda əyləşmiş və Elbəyin həmin şəxsə pul verməyini görmüş, lakin həmin şəxsin ona nə isə verməsini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 19 oktyabr 2021-ci il tarixdə səhər saat 10 radələrində Samux kəndində xalası Baharənin evində olan zaman Ulduz xalanın oğlu Natiq ona anası Ulduzu Yevlax şəhərindən Oğuz rayonuna göndərmək lazım olduğunu dediyi üçün xalası Ulduzanı Yevlax rayon avtovağzalına aparmaq üçün Natiq ilə birlikdə ona məxsus olan “Vaz 21074” markalı avtomobilə əyləşərək evdən çıxmış, kəndin içərisi ilə gedən zaman Natiq dostu Orxanın da yolun kənarında dayandığını gördüyü üçün Natiq Orxana onunla Yevlağa getməsini dediyi üçün Orxan da avtomobilə əyləşmiş və onlar Yevlax rayon avtovağzalına getmiş, avtovağzalda Natiq xalası Ulduzanı yola salan zaman o Anarın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Anar ilə danışmış və Anara Yevlax şəhərində olduğunu və ona narkotik vasitə-tiryək lazım olduğunu demiş, Anar ona özünün yaşadığı Yevlax şəhər C.Musatafayev küçəsinə gəlməyini bildirmiş, Natiq xalası Ulduzanı yola saldıqdan sonra o, Natiq ilə Orxana Yevlax şəhərində qısa müddətlik işi olduğunu deyərək Anarın yaşadığı küçəyə getmiş, Anarın yaşadığı evin qarşısında avtomobili saxlamış və Anar avtomobilə yaxınlaşmış, avtomobilin qapısının şüşəsindən Anar ilə salamlaşaraq ona 8 manat pul verdikdən sonra Anar ona bir bükümdə olan narkotik vasitə-tiryək vermiş, o, Anardan tiryəki aldıqdan sonra əynindəki gödəkçənin sağ yan cibinə qoymuş, avtomobili işə salıb küçə ilə hərəkət edərkən polis əməkdaşları onu saxlatmış və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmiş, bu zaman polis əməkdaşlarından biri ön sağ oturacağa digəri isə arxa oturacaqda əyləşmiş və ona polis şöbəsinə sürməyini demiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən, yəni əynimdəki qara rəngli gödəkçənin sol cibindən Anardan almış olduğu bir ədəd bükümdə olan narkotik vasitə-tiryək aşkar edilərək götürülmüş, sorğu zamanı o, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə-tiryəki 19 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Yevlax şəhər Ceyhun Mustafayev küçəsində yaşayan tanışı Anar adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 31 iyul 2021-ci il tarixdə Sənan ona zəng edərək onu avtomobillə banka aparmağı xahiş etdiyindən, onunla razılaşmış və onu Yevlax şəhərinə aparmışdır. Sənan onun avtomobilindən düşdükdən sonra bir qədər irəli getmiş və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxtı avtomobildən şpris aşkar olunmuşdur. Lakin avtomobildə narkotik vasitə aşkar olunmamışdır. Sonradan polis əməkdaşları onun üzərinə narkotik vasitə qoymuşdur. O, Sənan vasitəsi ilə Anardan narkotik vasitə almamış və ya götürməmişdir. Özü narkotik vasitə alüdəçisi olmuş, Sənanla dəfələrlə birlikdə narkotik vasitə qəbul etmişdir. Sənanla avtomobildə gedən ərəfədə aralarında narkotik vasitə ilə bağlı söhbət olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının 31-də saat təxminən 14 radələrində o istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əvvəllər tanıdığı Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ondan heroin narkotik vasitəsi istəmiş, Şahid2 mobil telefon vasitəsilə ona özündə narkotik vasitə olan heroin olmadığını, lakin pul qarşılığında Yevlax şəhər sakini Anar adlı şəxsdən narkotik vasitə olan heroin ala biləcəyini bildirmiş, 31 iyul 2021-ci il tarixdə saat 16:30 radələrində sövdələşdikləri kimi o, Sənanı atasına məxsus olan etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz” 190 markalı avtomobillə Yevlax rayon Aran qəsəbəsindən götürüb Yevlax şəhərinə gəlmiş, avtomobili Anarın daimi olaraq qaldığı Elçinin yaşadığı evin qarşısına aparmış, Sənana narkotik vasitə olan heroin almaq üçün 10 manat pul vermiş, Sənan da üzərində olan 10 manat pulu həmin pulun üzərinə qoyub Anargilə getmiş, bir müddət sonra geri qayıtmış və ona 1 (bir) bükülüdə narkotik vasitə olan heroin vermiş, narkotik vasitə olan heroinin qalan hissəsini yəni 1 (bir) bükümünü isə özündə saxlamış, Sənanın ona vermiş olduğu 1 (bir) bükülüdə narkotik vasitə olan heroini istifadə etmək üçün cibinə qoyaraq saxlamış, bundan sonra Yevlax şəhəri H.Əliyev prospektində polis əməkdaşları onları görüb onlara yaxınlaşmış, polis əməkdaşları onlara yaxınlaşan zaman Sənan avtomobildən düşüb qaçmış, həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmiş, o polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları əynindəki boz rəngli şalvarının sağ yan cibindən özü qəbul etmək üçün saxladığı 1 (bir) bükümdə narkotik vasitə olan heroini aşkar edib götürmüş, sorğu zamanı o həmin narkotik vasitə olan heroini almaq üçün 31.07.2021-ci il tarixdə Sənana 10 manat pul verdiyini, Sənanın da Anardan narkotik vasitə olan heroin alaraq ona verdiyini bildirmiş, polis işçiləri vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş içərisində narkotik vasitə olan heroini zərfə qoyaraq möhürləmiş, sonra isə polis işçiləri bu barədə protokol tərtib etmiş, həmin protokolla tanış olmuş, düzgün tərtib olunduğuna görə o da digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid3, Şahid7 və Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin şəxslərin uyğun olaraq şahidlər Şahid9 və Şahid5 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahidlər Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 31 iyul 2021-ci il tarixdə saat təxminən 11 radələrində Nicad istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, o telefonu aça bilməmiş, bu səbəbdən istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Nicadın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə geri zəng etmiş, danışdıqları zaman Nicad ona onunla görüşmək istədiyini və ona təcili olaraq heroin narkotik vasitəsi lazım olduğunu bildirmiş, o, Nicada üzərində narkotik vasitə olan heroin almaq üçün 4 manat pulunun olduğunu bildirmiş, Nicad da ona qalan pulu özünün düzəldəcəyini demiş, o, Nicadla danışdığı kimi Yevlax rayon Aran 2 qəsəbəsində görüşmüş, Nicad onu özünə məxsus olan “Mersedes” markalı avtomobili ilə Yevlax şəhərinə gətirmiş və ona 11 manat pul vermiş, o üzərində olan 4 manat pulu da həmin pulun üzərinə qoyub 15 manat pul düzəltmiş, Nicada avtomobili Yevlax şəhəri 2 nömrəli orta məktəbin yaxınlığında yerləşən Anarın daimi olaraq qaldığı, Elçinin yaşadığı evin qarşısına sürməsini demiş, Nicad həmin evi tanıdığı üçün avtomobili Anarın daimi olaraq olduğu evin qarşısına sürmüş, Nicad və o evin qarşısında avtomobildən düşüb Anarın qaldığı evə girmiş, evə daxil olan Anarın və Elçinin orada olduğunu görmüş, o, və Nicad evə daxil olduqdan sonra üzərində olan 15 manat pulu Elçinin və Anarın yanında olan stolun üstünə qoymuş və onlardan narkotik vasitə olan heroin istəmiş, Anar çıxarıb stolun üstünə 1 büküm narkotik vasitə olan heroin, heroini damara iynə ilə vurmaq üçün şpris, limon duzu və ampula qoymuş, o, Anarın stolun üstünə qoyduğu 1 büküm narkotik vasitə olan heroini götürmüş, həmin heroinin bir hissəsini hazırladıqdan sonra 1 şprisdə heroini Nicada vermiş, digər şprisdə olan heroini isə özü istifadə etmək üçün götürmüş, qalan narkotik vasitə olan heroini isə Nicada vermiş, Nicad qalan narkotik vasitə olan heroini cibinə qoyaraq saxlamış, o və Nicad həmin evdə narkotik vasitə olan heroini damarına vurduqdan təxminən yarım saat sonra evdən çıxmış və Yevlax şəhərində o, Nicadın avtomobilindən düşüb Yevlax şəhərinə oradan da yaşadığı Yevlax rayon Aran qəsəbəsinə qayıtmış, 01 avqust 2021-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onu Aran 2 qəsəbəsində görüb, polis şöbəsinə dəvət etmiş, o da polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Cinayət işinin materiallarında olan 31.07.2021-ci il tarixli “Raport”dan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan Şahid1 narkotik vasitə heroin əldə etməsi, saxlaması və istehlakı barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 06). Cinayət işinin materiallarında olan 31.07.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Şahid1 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan 31.07.2021-ci il tarixli “Şəxsi axtarış aparılması və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Şahid1 üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Şahid1 əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,46 qram olması müəyyən olunmuş, daha sonra sözügedən kütlə müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, şifahi sorğu-sual zamanı Şahid1 həmin kütlənin heroin olduğunu və tanışı Sənan vasitəsi ilə Anar adlı şəxsdən 10 manat pulun müqabilində aldığını bildirmiş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 13-21). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının 01 avqust 2021-ci il tarixli 17/564 saylı rəyindən görünür ki, Şahid1 üstündən aşkar edilmiş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,284 qram olan maddə kustar üsulla hazırlanmış, narkotik vasitə - heroindir (cild 01, iş vər. 25-28). Cinayət işinin materiallarında olan “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Şahid1 ilə Şahid2 videoçəkiliş vasitəsilə üzləşdirilmiş, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdikləri öz təsdiqini tapmışdır. Şahid1 oğlu ilə Şahid2 üzləşdirilməsini özündə əks etdirən CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 47-50). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması” istintaq hərəkətinin protokolundan görünür ki, Şahid2 ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanması zamanı Şahid2 ifadəsində göstərdiklərini əyani olaraq göstərmiş, bu istintaq hərəkəti protokol tərtib olunmaqla və foto şəkillər çəkilməklə rəsmiləşdirilərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 84-86). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması” istintaq hərəkətinin protokolundan görünür ki, X4 ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanması zamanı Nicad Nəsibov ifadəsində göstərdiklərini əyani olaraq göstərmiş, bu istintaq hərəkəti protokol tərtib olunmaqla və foto şəkillər çəkilməklə rəsmiləşdirilərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 80-83). Cinayət işinin materiallarında olan 20.11.2021-ci il tarixli qərardan görünür ki, HK- 1/2173, 2175 və 2176 saylı material ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrə altında istintaqın davam etdirilməsi qərara alınmışdır (cild 01, iş vər.96). Cinayət işinin materiallarında olan 19.10.2021-ci il tarixli “Raport”dan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə Bərdə rayonu, Samux kəndində qeydiyyatda olmaqla yaşayan Şahid8 narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 99). Cinayət işinin materiallarında olan 19.10.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Şahid8 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 100). Cinayət işinin materiallarında olan 19.10.2021-ci il tarixli “Şəxsi axtarış aparılması və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilıə video çəkilişlə Şahid8 üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin şəxsi axtarış və götürmə zamanı Şahid8 əynində olan gödəkcənin sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 0,36 qram olması müəyyən edilmiş və qanuna müvafiq qaydada qablaşdırılaraq götürülmüş, şifahi sorğu-sual zamanı Elbəy Qədirov həmin kütlənin narkotik vasitə tiryək olduğunu bildirərək 8 manat pulun müqabilində Anar adlı şəxsdən aldığını qeyd etmiş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 122-128). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının 20.10.2021-ci il tarixli 17/758 saylı rəyindən görünür ki, Şahid8 üstündən aşkar edilmiş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,331 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə - tiryəkdir. (cild 01, iş vər. 193-195). Cinayət işinin materiallarında olan 01.11.2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 250-251). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli 1475 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələ olan kannabiodlərdən və heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 106). Cinayət işinin materiallarında olan 01.12.2021-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Yevlax RPŞ-dən daxil olmuş 11.12.2021-ci il tarixli cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə Şahid1 və Şahid2 15 manata narkotik vasitə olan heroin satmışdır. Onun həmin narkotik vasitə olan heroni kimdən, haradan və hansı şəraitdə əldə etməsini müəyyən etmək mümkün olmamışdır.Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə Şahid8 8 manata narkotik vasitə olan tiryək satmışdır. Onun həmin narkotik vasitə olan tiryəki kimdən, haradan və hansı şəraitdə əldə etməsini müəyyən etmək mümkün olmamışdır.Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olsa da, qeyd edilən şəxslərdən başqa onun kimlərə, harada və nə vaxt narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır (cild 02, iş vər. 87). Cinayət işinin materiallarında olan arayışlardan görünür ki, Təqsirləndirilən şəxs 29.03.2008-ci il tarixdən Yevlax rayon narkoloji Kabinetdə qeydiyyatda durur, Yevlax rayon psixo-nevroloji kabinetində isə dispanser müşahidədə dayanmır (cild 02, iş vər. 55). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 31.07.2021-ci il tarxdə Yevlax Rayon Polis Şöbəsinə Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan Şahid1 narkotik vasitə heroin əldə etməsi, saxlaması və istehlakı barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs həmin günü şübhəli şəxs qismində saxlanılaraq vəkil ilə təmin edilməklə üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, şifahi sorğu sual zamanı həmin kütlənin narkotik vasitə heroin olduğunu və onu tanışı Sənan vasitəsi ilə Anar adlı şəxsdən aldığını bildirmiş, bundan başqa 19.10.2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Bərdə rayonu, Samux kəndində qeydiyyatda olmaqla yaşayan Şahid8 narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, vəkil ilə təmin edilməklə üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə tiryəkə bənzər kütlə aşkar olunmuş, şifahi sorğu sual zamanı həmin kütlənin narkotik vasitə tiryək olduğunu və onu tanışı Anar adlı şəxsdən aldığını bildirmiş, qeyd edilən məlumatlar əsasında 01.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl həyata keçirilən əməliyyat axtarış tədbirləri zamanı, o cümlədən narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, Şahid1 və Şahid2 ibtidai istintaq zamanı veridiyi ifadələri, digər şahid ifadələri, habelə ekspert rəyləri, cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Şahid2 və Şahid1 narkotik vasitə satmaması barədə, o cümlədən polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə hesab edir və vurğulayır ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cinayət məsuliyyəti nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını bildirsə də, ibtidai istintaq zamanı bu barədə heç nə bildirməmiş, heç bir orqana müraciət etməmiş, müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən göstərdiyi xüsusatla bağlı heç nə qeyd etməmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də məhkəməyə bu barədə bildirməmişdir. Həmçinin, Şahid2 və Şahid1 narkotik vasitə satmaması barədə qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iş üzrə hər iki şahid ibtidai istintaq zamanı verdikləri ifadələrində, habelə sərbəst şəkildə bir-biri videoçəkiliş vasitəsi ilə üzləşdirilərkən ibtidai istintaq orqanın Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamla üst-üstə düşən ifadə vermiş, narkotik vasitə heroini məhz Təqsirləndirilən şəxs pul müqabilində aldıqlarını bildirmişlər. Odur ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, o cümlədən Şahid2 və Şahid1 narkotik vasitə satmaması ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmadığından, məhkəmə şəxsin məhkəmə istintaqı zamanı həmin xüsusatla bağlı qeyd etdiklərinə tənqidi yanaşır. Eyni zamanda, məhkəmə kollegiyası iş üzrə Şahid1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşaraq bildirir ki, Şahid1 təqsirləndirilən şəxsi tanımadığını bildirsə də, onunla eyni rayon sakinidir və özü də narkotik vasitə istifadəçisidir. Bu hal onun məhkəmədə təqsirləndirilən şəxsi müdafiə edən ifadə verməsini anlaşılan edir. Ona görə də, məhkəmə Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini əsaslı saymır və Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına məhz onun heç bir təsir və təzyiq altında qalmadan vəkil iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan, doğum haqqında şəhadətnamələrin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı və 2015, 2017-ci il təvəllüdlü iki azyaşlı uşağı ilə) birlikdə ünvan 2 ünvanında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 191-192). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Yevlax Rayon Məhkəməsinin 04.12.2006-cı il tarixli hökmünə əsasən CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 08.06.2007-ci il tarixdə Amnistiya qərarı ilə cəzadan azad edilmiş, Yevlax Rayon Məhkəməsinin 04.03.2008-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 13.01.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Yevlax Rayon Məhkəməsinin 19.08.2015-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 23.12.2015ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 23 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, 16.05.2016-cı il tarixdə cəzasını çəkib qurtardığından, qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilmişdir, hazırda məhkumluğu yoxdur (cild 01, iş vər. 224-225). Odur ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda şəxsin əvvəllər də eyni cinsli cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunduğunu, məhkumluğu ödənilsə də, islah olunmayaraq yenidən qəsdən ağır cinayət əməli törətməsini nəzərə alaraq, cəzanın məqsədinin təmin edilməsi üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu 01.11.2021ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,224 qram narkotik vasitə olan heroin, 0,231 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 05 (beş) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 01.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,224 qram narkotik vasitə olan heroin və 0,231 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 05 (beş) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar