Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-97/2023 05.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qax Rayon İcra Hakimiyyətinin yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu işləyən Qanuni nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X25, Zərərçəkmiş şəxsin hüquqi varisi – X6, Tərcüməçi – X3 iştirakları ilə, xx xxxxx 2007-ci il tarixdə Qax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, milliyyətcə gürcü, subay, natamam orta təhsilli, işləməyən, Qax rayonu, Xələftala kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30-da bacısı X4 kirayə yaşadığı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş münaqişədən sonra X20nin pozğun həyat şəraiti keçirdiyinə görə, yəni sonuncunun ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olmasına görə ondan qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gələrək cinayətkar niyyətinə nail olmaq məqsədilə onun yaşadıqları evin qonaq otağında yerləşən divanda uzanıb yatmaq istədiyini görüb, divanın baş tərəfində yerləşən kresloda əyləşərək saat 14 radələrində sonuncunun yatdığına əmin olduqdan sonra ona fiziki müqavimət göstərə bilməyəcəyini dərk edib sonuncunu qəsdən həyatdan məhrum etmək məqsədilə köməksiz vəziyyətdə olmasından istifadə edib evin mətbəx otağından zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, tiyəsinin bir tərəfi iti, digər hissəsi küt, uc hissəsi deşici olan soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək Albina Papiaşvilinin yatdığı divanın qarşısına gələrək sol əli ilə onun üzərindəki yorğanı ayaqlarına qədər çəkib cinayətkar niyyətini həyata keçirmək üçün mətbəx bıçağını sağ ilə sonuncunun əvvəlcə sol çiyin nahiyəsinə və belinə, daha sonra Albina Papiaşvili yuxudan ayılaraq müqavimət göstərdiyinə baxmayaraq ona xüsusi əzab və iztirab verdiyini dərk etməklə sonuncuya ard-arda qəddarcasına zərbələr vurmağa davam edərək cəmi 21 ədəd kəsilmiş-deşilmiş yaralar, belə ki, kürək nahiyəsində 2 (iki) ədəd, sol bazuda 2 (iki) ədəd, sağ bazuda 2 (iki) ədəd, sağ saidin 4 (dörd) ədəd, sağ əlində 1 (bir) və sağ budunda 1 (bir) ədəd deşilmiş yaralar ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmaqla zərərçəkmiş şəxsə xüsusi iztirablar verən ümumilikdə 12 (on iki) ədəd, kürək nahiyəsində 4 (dörd) ədəd, bel nahiyəsində 1 (bir) ədəd, qarın divarında 3 (üç) ədəd və ayrı-ayrılıqda və sol bazunun yuxarı 1/3-nin ön səthindən kəsilərək dərialtından gedərək döş qəfəsinin sol tərəfində 3-4cü qabırğa arasından keçərək döş boşluğuna nüfuz etmiş 1 (bir) ədəd yaralar ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olmaqla, ümumilikdə 09 ədəd xəsarət yetirərək X4 hər iki ağciyərlərin, ürək kisəsinin, ürəyin, magistral aortanın, mədənin, mədəaltı vəzin və sağ böyrəyin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə nəticəsində ölməsinə səbəbiyyət verməklə sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin və mütəxəssisin (müəllimin) iştirakları ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Alioşa Papiaşvili 2016-cı ildə vəfat etmişdir. 2017-ci ildə anası X19 Musayevlə qeyri-rəsmi nikaha daxil olmuş və atasının Qax rayonu, Xələftala kəndində yerləşən evində yaşamağa başlamışlar. Özündən yaşca 2 yaş böyük Albina Papiaşvili adlı 1 bacısı vardır. X20 ilə anası Züleyxa arasında yaranmış mübahisə nəticəsində sonuncu onu 2020-ci ilin may ayında evdən çıxarmışdır. Anası Albinanı pul qazanmadığına, maddi vəziyyətinin çətin olduğuna görə evdən qovmuşdur. Hətta bundan sonra anası ilə bacısı arasında bir neçə dəfə münaqişə olmuş, buna görə də bacısı Albina nənəsi X12 rayonu, Xələftala kəndində yerləşən evinə gedib orada yaşamağa başlamışdır. 2022-ci ilin yanvar ayında anası Züleyxa onu da pul qazanmadığına görə evdən qovmuş, buna görə o da nənəsi X2 kəndində yerləşən evinə gedib orada yaşamağa başlamışdır. 2022-ci ilin yanvar ayından bacısı Albina ilə Qax şəhərinə gəlib “Mehdinin dönərxanası” adlı yerin yaxınlığında ev tutub kirayədə yaşmağa başlamışdır. Bəzən də Albinanın rəfiqəsi Xələftala kəndindən olan Şahid4 gəlib onlarla qalmışdır. Şahid4 gələndə o, Xələftala kəndinə gedib nənəsi ilə, Albina isə Lyüdmila ilə qalmışdır. Həmin vaxt Albina Qax şəhəri, İmam Mustafayev küçəsində yerləşən “Şirin həyat” restoranında ofisiant işləmiş, sonuncunun Qax rayonu, İbaxlı kəndində yaşayan X17 ilə sevgi münasibətləri olmuşdur. 2022-ci ilin aprel ayında Ramazan Qaçayev Bakı şəhərinə işləməyə getdiyindən Albina da onunla birlikdə Bakı şəhərinə getmiş, özü isə nənəsi B.Əhmədovanın Xələftala kəndində yerləşən evinə qayıtmışdır. Albina 5-10 gün sonra Bakı şəhərindən Qax rayonu, Xələftala kəndinə qayıdaraq nənəsinin yanına gəlmişdir. Albina Ramazanın yanında qalmağa yer olmadığına görə Xələftala kəndinə geri qayıtdığını demişdir. Ramazan da Bakıdan 1-2 ay sonra Qax şəhərinə qayıtmış və Albina ilə Qax şəhərində bilmədiyi ünvanda 1 gün qalmışdır. 2022-ci ilin iyun ayında Qax şəhərində Vaqif Eyvazov küçəsində 2 mərtəbəli bina evinin 1-ci mərtəbəsində 3 otaqlı evi 150 manata kirayə tutmuşlar və orada yaşamağa başlamışlar. Evin pulunu Albina vermişdir. Atalığın itirilməsinə görə Albina pensiya almış və bəzən də nənəsi onlara köməklik göstərmişdir. Ramazan Qaçayev hər gün onlara gəlmişdir. Ramazan gələn kimi Albina onu parka göndərmiş və ona zəng edəndə evə qayıtmasını tapşırmışdır. Onların ilk əvvəl nə ilə məşğul olduğunu başa düşməsə də, sonradan cinsi əlaqədə olduqlarını anlamağa başlamışdır. Belə ki, bacısı ona hamiləlik testi aldırmağa başladığından onların cinsi əlaqədə olduğunu başa düşmüşdür. 2 ay həmin evdə qaldıqdan sonra evin kirayə haqqı baha olduğundan, yəni ayda 150 manat verdiklərindən həmin evdən çıxıb Xələftala kəndinə qayıtmışlar. 2022-ci ilin sentyabr ayında Albina ilə ünvan 4 ünvanında yerləşən həyət evini 100 manata kirayə tutmuşlar. Həmin evdə Albina ilə sonuncunun rəfiqəsi Qax rayonu, Qaşqaçay kəndində yaşayan Şahid7 yaşamışdır. Şahid7 Qaşqaçay kəndinə gedəndə isə Albina ona zəng etmiş və buna görə də Qax şəhərinə kirayə tutduqları evə gəlib bacısı Albina ilə qalmışdır. Albina ilə kirayədə yaşadığından həmin evdə onun alt və üst geyim paltarları olmuşdur. Albina həftənin 2-3 günü onunla, qalan günlərdə isə Şahid7 ilə kirayə tutduqları evdə qalmışdır. Həmin müddətdə də Ramazan Albinanın yanına gəlib-getmiş və hər dəfə gələndə qeyd etdiyi kimi Albina onu parka göndərmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə Ramazan kirayə yaşadıqları evə gəlmiş, yenə də Albina onu parka göndərmişdir. 1 saat sonra Albina zəng edib onun evə gəlməyini bildirmişdir. Evə gələrkən Ramazan artıq getməyə hazırlamış, evin qonaq otağında isə sınmış stəkan şüşələri olmuşdur. Həmin vaxt Ramazan ondan Şahid7 sevgilisi Arifi evə gətirməsindən xəbəri olub-olmamasını soruşmuş, Albina həmin vaxt onun xəbəri olduğunu demiş, buna görə də o da həmin məlumatı başı ilə təsdiqləmişdir. Bundan sonra Ramazan Albinaya artıq onunla münasibətinin bitdiyini deyərək evdən çıxmış, daha sonra o da Ramazanın ardınca çıxaraq evin darvazasını bağlayıb geri qayıtmışdır. 30 oktyabr 2022-ci il tarixdə bacısı Albina ilə birlikdə Qax rayonu, Şotavar kəndinə dayısı Şahid3gilə getmişdir. Albina Nünhan dayısıgildə olduğu müddətdə kiminləsə telefonla danışmış və whatsapp vasitəsilə yazışmışdır. xx.xx.2022-ci il tarixdə saat 08:15 radələrində Albina ilə birlikdə Şotavar kəndində marşruta minmiş və saat 09 radələrində Qax şəhərində yerləşən evlərinə gəlmişlər. Səhər yeməyi yemədiklərinə görə saat 10 radələrində yemək yeməyə başlamışlar. Belə ki, Nünhan dayısıgil onlara kələm dolması qoymuş, Albina həmin dolmanı qızdırıb gətirmiş və birlikdə yemək yemişlər. Albina saat 11 radələrində saçını yumaq üçün hamama getmiş, 10-15 dəqiqə sonra hamamdan çıxaraq otağa gəlmişdir. Təxminən saat 11:30-da hamamda borudan su axdığına görə Albina ona hamama gedən boru xəttinin üzərində olan krantı bağlamağı tapşırmış, Albinaya “özün hamamdan gəlmisən, niyə özün bağlamamısan” deyə cavab vermişdir. Bundan sonra Albina onun üzərinə qışqırmış və təkidlə ondan krantı bağlamağı tələb etmişdir. Krantı bağlayacağını bildirməyinə baxmayaraq Albina yenidən təkid etmiş, o da həmin krantı bağlayaraq evə qayıtmışdır. Evə gəldikdən sonra bacısı Albinanın qonaq otağındakı divanda oturduğunu və çay içmək üçün stəkanı yanına qoyduğunu görmüşdür. Həmçinin divanın qarşısında döşəmədə Albinanın qaşına sürtmək üçün ilan yağı kremi olmuşdur. Həmin vaxt Albinanın əynində qara rəngli dəri şalvar, ağ rəngli üzərində qarışıq rənglər olan kofta, öz əynində isə boz rəngli cins şalvar və qara rəngli çiyinləri ağ rəngli yun materialdan olan köynək olmuşdur. Həmin vaxt Albinanın pozğun həyat şəraiti keçirdiyindən onu öldürmək qərarına gəlmiş, buna görə də onun yatmağını gözləmişdir. Albina qonaq otağında girişdən sağ tərəfdəki divanın üzərinə sol çiyni üstə uzanmış, onun başı mətbəx istiqamətində, ayaqları isə çöl qapıya istiqamətli olmuşdur. Həmçinin Albina üzərinə çəhrayı rəngli yorğan örtmüşdür. Albina sol çiyni istiqamətində üzü divar tərəfə, sağ çiyni balışın üzərində olmaqla uzanmışdır. Saat 12:30 radələrinədək Albina telefonda kiminləsə yazışmış və sosial şəbəkələrdə nəyəsə baxmışdır. Albinanın onunla mübahisə etməsindən əsəbiləşmiş, həmçinin Albinanın pozğun həyat şəraiti keçirdiyinə görə onu öldürmək qərarına gəlmişdir. Buna görə də onun yatmağını gözləmiş, çünki Albina oyaq olsa idi onu öldürə bilməyəcəyini başa düşmüşdür. Ona görə də Albina uzandığı divanın baş tərəfində yerləşən kresloda oturub onun yatmağını gözləmiş, sonuncu saat 13:30-da telefonla danışığını qurtardıqdan sonra telefonunu yanına qoyub mürgüləməyə başlamışdır. Yarım saat sonra, yəni saat 14 radələrində Albinanın yatdığını görmüş, buna görə də mətbəxə keçib stolun üzərində olan tutacağı qara rəngli kauçuk materialdan olan mətbəx bıçağını götürmüşdür. Həmin bıçağın tiyəsi təxminən 20 sm olmuş, bıçağı sağ əlinə götürüb Albinanın yanına, divanın qarşısına gəlmişdir. Albinanın üzərində olan yorğanı sol əli ilə ayaqlarına qədər çəkmiş və sağ əlində olan bıçaqla Albinanın sol çiyin nahiyəsinə və belinə bir neçə, təxminən 6-7 zərbə vurmuşdur. Albina həmin vaxt oyanıb çevrilmiş və sağ əli ilə özünü qorumaq istəyəndə onun sağ ovucunun içərisinə, bilək nahiyəsinə, sinəsinin sol tərəfinə, qarın nahiyəsinə bıçaqla zərbə vurmuşdur. Bu zaman Albina yenidən çevrilmiş və onun sağ budunun yan tərəfinə bıçaqla zərbə endirmişdir. Bundan sonra ona bıçaqla bir neçə dəfə də vurmuş, həmin bıçaqların onun hansı nahiyəsindən dəydiyini xatırlamamışdır. Bıçaq zərbəsini vurduqdan 3-4 dəqiqə sonra Albinanın artıq nəfəs almadığını və öldüyünü hiss etmişdir. Bundan sonra Albinanın əllərindən tutub divandan yerə salmış və qapı istiqamətində onu çölə çıxarmaq istəmişdir. Albinanı döşəməyə uzatmış, həmin vaxt onu başı giriş qapısı istiqamətində, ayaqları isə mətbəx istiqamətində olmuşdur. O Albinanı həyətdə basdırmaq istəmiş, ona görə də sonuncunu divandan döşəməyə uzatmışdır. Lakin sağ tərəfdəki qonşuda fəhlələrin tikinti işləri apardığını görmüş və Albinanın meyitini görəcəklərindən ehtiyat edib onu basdırmaq fikrindən daşınmışdır. Fəhlələr Albinanın meyitini çöldən baxdıqda evin içərəsində görməsinlər deyə onun divanda uzandığı zaman istifadə etdiyi çəhrayı rəngli yorğanı üzərinə örtmüşdür. Albinanın meyiti qonaq otağının mərkəzində döşəmədə yarı uzanaqlı, yəni sağ əli başının altında, sol əli sağ əlinin yanında, sağ ayağı qatlanmış vəziyyətdə, sol ayağı isə düz vəziyyətdə olmuşdur. Bundan sonra həyətdəki yardımçı tikilidən çəkic gətirərək qonaq otağında mətbəxin giriş qapısının qarşısında Albinanı öldürdüyü zaman istifadə etdiyi bıçağı qırmış, bu zaman qırılmış hissələr evin içərisinə səpələnmişdir. Bıçağın qırılmış hissələrini taparaq toplamış və yumadan bıçağın tutacağı ilə birlikdə evin həyətyanı giriş darvazasından daxil olduqda 3-4 metr qarşıda yardımçı tikilinin önündə yerdəki qumu əli ilə qazaraq orada basdırmışdır. Çəkici isə evin giriş qapısının solunda olan stolun üstünə qoymuş, bundan sonra əlini darvazadan girişdə sağ tərəfdə əl-üz yumaq üçün olan krantın altında yumuşdur. Daha sonra şalvarının sol tərəfində qan izləri olduğundan şalvarını və köynəyini yataq otağında dəyişmişdir. Şalvarını və köynəyini yataq otağına daxil olduqda girişdən sağ tərəfdən qapının yanında yerləşən kardon qutunun içərisinə atmış, əyninə ağ rəngli cins şalvar, göy rəngli kofta və qara rəngli parça materialdan gödəkçə geyinmişdir. Bundan sonra qapını örtüb küçəyə çıxmışdır. Həmin vaxt küçədə heç kim olmamışdır. Oradan Qax şəhər avtovağzalına gəlmiş və təxminən saat 14:30-da Qax-Üzümlü marşrutuna minib Xələftala kəndinə getmişdir. Xələftala kəndində nənəsi Bayramxatın Əhmədova onun nə səbəbə gəldiyini soruşduqda Albinanın Ayşənlə qalacağını bildirmişdir. X10 nə onun telefonuna, nə qonşuları Manunun telefona cavab vermədiyini bildirmiş, 10-15 dəqiqə sonra əmisi Şahid1 (kənddə hər kəs onu Mişa adı ilə tanıyır) nənəsi Bayramxatıngilə gəlmiş və o da Albinaya zəng etmiş, lakin sonuncunun cavab vermədiyini bildirmişdir. Onlara Albinanı öldürməyi barədə heç bir söz deməmişdir. Sonra əmisi Şahid1 ilə birlikdə Xələftala kəndində küçədə armud ağacının altında olan çardağa getmişlər. Əmisi dostları ilə stolüstü oyunlar oynamağa başlamış, o da əmisinin yanında dayanmışdır. Saat 18 radələrində nənəsi Bayramxatın həmin çardağa gəlib əmisindən Albinaya zəng etməyini xahiş etmiş, əmisi Şahid1 (Mişa) Albinaya zəng etsə də sonuncunun telefona cavab vermədiyini bildirmişdir. Həmin vaxt Qax rayonu, Qımır kəndində yaşayan Şahid9 idarə etdiyi ağ rəngli BMW markalı avtomobillə onların yanından keçərkən nənəsi avtomobili saxlatdırmış və Şahid9 onları Qax şəhərinə aparmağı xahiş etmişdir. Nənəsi ilə birlikdə Bekarinın avtomobilinin arxa oturacağında əyləşmişdir. Bekarinın avtomobilinin ön oturacağında Şahid11 əyləşmişdir. Bekari və Sandro onları kirayə yaşadıqları evin yaxınlığında olan avtoyuma məntəqəsinin yanında düşürmüşdür. Nənəsi Bayramxatınla birlikdə kirayə qaldıqları evə gəlmiş, nənəsi mənzilə daxil olmub Albinanın meyitini aşkar etmişdir. Bundan sonra nənəsi Bayramxatın qışqır-bağır salmış, bundan sonra əmisi Şahid1 (Mişa) telefonunu aldığına görə həmin mobil telefonla təcili yardım xidmətinə və polisə zəng edərək məlumat vermişdir. Daha sonra polis əməkdaşları və təcili yardım xidmətinin həkimləri gəlmiş, həkimlər bacısı Albinanın öldüyünü demişlər. İlk öncə qorxduğu üçün polis əməkdaşlarına bacısı Albinanı öldürməyi barədə məlumat verməmiş, sonra törətdiyi cinayət əməlini etiraf etmək qərarına gəlib səmimi etiraf etmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, Alioşa Papiaşvili böyük oğlu olmuş, sonuncunun Züleyxa Papiaşvili ilə nikahından 2 övladı vardır. Oğlu Alioşa 2016-cı ildə vəfat etmişdir. 2017-ci ildə gəlini X19 Musayevlə qeyri-rəsmi nikaha daxil olmuş və oğlunun Qax rayonu, Xələftala kəndində yerləşən evində yaşamağa başlamışdır. X13 anası və qeyri-rəsmi yaşadığı Kərimlə bilmədiyi səbəbdən mübahisələri olduğuna görə 2020-ci ilin may ayında evdən çıxaraq onunla birlikdə yaşamağa başlamışdır. 2022-ci ilin yanvar ayında anası Züleyxa Joranı bilmədiyi səbəbdən evdən qovmuşdur. Bundan sonra Jora onunla birlikdə Xələftala kəndində yerləşən evdə, 2022-ci ilin yanvar ayından isə nəvəsi Albina və Jora birlikdə Qax şəhərində “Mehdinin dönərxanası” adlı yerin yaxınlığında ev tutub kirayədə yaşamağa başlamışdır. Bəzən də ora Albinanın rəfiqəsi Xələftala kəndindən Şahid4 gəlib onlarla birlikdə qalmışdır. Lyüdmila gələndə Jora Xələftala kəndinə gəlib onunla, Albina isə Lyüdmila ilə qalmışdır. Həmin vaxt Albina Qax şəhəri İmam Mustafayev küçəsində yerləşən “Şirin həyat” restoranında ofisiant işləmiş, sonuncunun Qax rayonu, İbaxlı kəndində yaşayan Ramazan Qaçayevlə sevgi münasibətləri olmuşdur. 2022-ci ilin aprel ayında Ramazan Bakı şəhərinə işləməyə getdiyindən Albina da onunla birlikdə Bakı şəhərinə getmiş, həmin vaxt Jora onun yaşadığı Xələftala kəndində yerləşən evə qayıtmışdır. Albina 5-10 gün sonra Bakı şəhərindən Qax rayonu, Xələftala kəndinə qayıdaraq onun yanına gəlmişdir. Ramazan da bir müddət sonra Bakıdan Qax şəhərinə qayıtmışdır. 2022-ci ilin iyun ayında Albina Qax şəhərində Vaqif Eyvazov küçəsində 2 mərtəbəli bina evinin 1-ci mərtəbəsində, 3 otaqlı evi kirayə tutmuş, Jora ilə birlikdə orada yaşamağa başlamışdır. Bu zaman Albinanın yaşadığı evə sevgilisi Ramazan da gəlibgetmişdir. Bir müddət həmin evdə qaldıqdan sonra evin kirayə haqqı baha olduğundan Jora və Albina həmin evdən çıxıb Xələftala kəndinə qayıtmışdır. 2022-ci ilin sentyabr ayında Albina ünvan 4 ünvanında yerləşən həyət evini kirayə tutmuş, həmin evdə Albina ilə onun rəfiqəsi Qax rayonu, Qaşqaçay kəndində yaşayan Şahid7 ilə yaşamışdır. Ayşən Qaşqaçay kəndinə gedəndə isə Albina Jora ilə qalmışdır. Həmin müddətdə də Ramazan Albinanın yanına gəlib-getmişdir. Albinanın ölümündən təxminən 5 gün öncə Jora ona Ramazanla Albina arasında mübahisə baş verdiyini, bu zaman Ramazananın Albinanı döydüyünü və evdəki əşyaları sındırdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Jora ilə Albina dayısı Nünhangilə Qax rayonu, Şotavar kəndinə getmişdir. Həmin müddətdə o, hər gün Albina ilə telefonla danışmış, belə ki, nəvəsi Albinanın ürəkgetməsi olduğundan hər gün sonuncu ilə telefonla əlaqə saxlamışdır. Albina ilə danışarkən, sonuncu xx.xx.2022-ci il tarixdə Jora ilə birlikdə Qax şəhərində kirayə yaşadıqları evə qayıdacaqlarını bildirmişdir. xx.xx.2022-ci il radələrində saat 14:30-da oğlu Laşanın istifadəsində olan telefonla Albinanın istifadəsinə olan xatırlamadığı mobil telefon nömrəsinə zəng vursa da sonuncu cavab verməmiş, bundan sonra Laşa evdən çıxaraq harasa getmişdir. O, Albina ilə əlaqə saxlamaq üçün qonşusu Manunun yaşadığı evə gedərək, sonuncunun istifadəsində olan telefonla Albinaya bir neçə dəfə zəng etmiş, lakin o yenə də zənglərə cavab verməmişdir. Saat 15 radələrində Qax rayonu, Xələftala kəndində yaşadığı evin yaxınlığında yerləşən bulaqda oğlu Laşanın əl-üzünü yuduğunu görərək, onun yanına gəlib Albinanın istifadəsində olan mobil telefon nömrəsinə Manunun telefonu ilə dəfələrlə zəng vurduğunu, lakin Albinanın telefona cavab vermədiyini bildirmişdir. Bu zaman Joranın Qax şəhəri istiqamətindən onlara tərəf gəldiyini görmüşlər. O, Laşanın yanından uzaqlaşaraq Joranın qarşısına getmiş, sonuncudan Albinanın harada olması barədə maraqlandıqda, X14cağını bildirmiş, buna görə də özünün geri qayıtdığını demişdir. Joraya Albinanın istifadəsində olan mobil telefon nömrəsinə Manunun və Laşanın telefonu ilə zəng vurduğunu, lakin Albinanın cavab vermədiyini bildirdikdə Jora Albinanin telefon nömrəsini təzəlikcə dəyişdiyini, bu səbəbdən yəqin ona zəng çatmadığını bildirmişdir. Bundan sonra Laşa Albinaya zəng vursa da, sonuncu zəngə cavab verməmişdir. Həmin vaxt Jora Laşadan hara getdiyini soruşduqda sonuncu Qax rayonu, Xələftala kəndinin mərkəzinə kənd sakinləri ilə stolüstü oyunlar oynamağa getdiyini bildirmişdir. Bu zaman Jora da onunla getmək istədiyini demiş, Laşa etiraz etməmişdir. Əvvəlcə Jora onunla birlikdə evə gedərək əynində olan ağ rəngli cins şalvarı və qara rəngli gödəkçəni dəyişib, idman paltarı geyinib geri Laşanın yanına qayıtmış, sonunsu həmin vaxt gödəkçəsinin sepini sonuna qədər bağladığı üçün əynində nə rəngdə köynək olmasını görməmişdir. Jora Laşa ilə birlikdə Xələftala kəndində küçədə armud ağacının altında olan çardağa getmişlər. Bundan sonra o, yenə də dəfələrlə Manunun telefonu ilə Albinayla əlaqə saxlamağa çalışsa da sonuncu zənglərə cavab verməmişdir. Buna görə də saat 18 radələrində o, Jora ilə Laşanın olduğu çardağa gedib oğlundan Albinaya zəng etməsini xahiş etmişdir. Laşa Albinaya zəng etsə də sonuncu telefona cavab verməmiş, bu zaman o, Joraya bacısı Albinanın yaşadığı evə getməsini bildirdikdə sonuncu tək getməyə qorxduğunu demişdir. Bir qədər sonra yaşadıqları evin yaxınlığından Qax rayonu, Qımır kəndində yaşayan Şahid9 idarə etdiyi ağ rəngli BMW markalı avtomobillə keçərkən avtomobili saxlatdırmış və sonuncuya nəvəsi Albina ilə əlaqə saxlaya bilmədiyini, buna görə də çox narahat qaldığını deyib, Şahid9 onu və Joranı Qax şəhərinə aparmasını xahiş etmişdir. Şahid9 razılaşmış və o, Jorayla birlikdə Bekarinin idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdir. Bekarinin avtomobilinin ön oturacağında Şahid11 əyləşmişdir. Bu zaman Laşa istifadəsində olan mobil telefonu, lazım olarsa əlaqə saxlmaq üçün Bekariyə vermiş, daha sonra onlar Qax şəhəri istiqamətində getmişlər. Təxminən saat 18:30 radələrində Albinanın kirayə yaşadığı evin yaxınlığında yerləşən avtoyuma məntəqəsinin qarşısına çatmışlar və Şahid9 avtomobili orada saxlamışdır. Jora ilə birlikdə Albinaya baxmaq üçün avtomobildən düşüb sonuncunun yaşadığı evə getmişdir. Albinanın yaşadığı evin darvazasının qarşısına gəlib, daşla darvazanı döyüb, Albinanı çağırmaq istədikdə Jora əli ilə qapını açmışdır. Onlar həyətə daxil olduqda evin işiqları yanmamış, Jora və o, evin qapısına yaxınlaşdıqda evdən şırıltı səsləri gəlmişdir. Bu zaman Jora qazın açıq olduğunu deyərək içəri girib qazı bağlamışdır. Sonuncunun ardınca da o, otağa girmişdir. Həmin vaxt Jora yataq otağına doğru getdiyi zaman, o qonaq otağında döşəmədə çəhrayı rəngli yorğan olduğunu, divanda isə qan ləkələrinin olduğunu gördüyü üçün qışqırmışdır. Həmin vaxt otağın işıqları sönülü olsa da həyətdə olan işıqları yandırdıqları üçün qonaq otağının içərisi aydın görünmüşdür. O, qışqırdığı zaman Jora yataq otağı tərəfdən geri qayıdıb, döşəmədə olan çəhrayı rəngli yorğanı qaldırmış və Albinanın meyitini aşkar etmişlər. Albinanın meyiti qonaq otağının mərkəzində döşəmədə yarı uzanaqlı, yəni sağ əli başının altında, sol əli sağ əlinin yanında, sağ ayağı qatlanmış vəziyyətdə, sol ayağı isə düz vəziyyətdə olmuşdur. Bu zaman o, Albinanın meyitini arxası üstə çevirmiş, qışqıraraq Joradan kömək çağırmasını bildirmişdir. Bundan 15 dəqiqə sonra təcili tibbi yardım və polis əməkdaşları gəlib, Albinanın öldüyünü demişlər. Sonradan Albinanın qardaşı Jora tərəfindən öldürüldüyünü öyrənmiş, başqa hər hansı məlumatı olmamışdır. Jora ilə Albinanın münasibətləri hər zaman mehriban olmuş, Təqsirləndirilən şəxs bacısı Albinanı Papiaşvilini hansı səbəbdən öldürməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayətçi olmadığını bildirərək, ədalətli qərarın qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı Alioşa Papiaşvili təxminən 2016-cı ildə vəfat etmiş, Albina Papiaşvili isə həmin vəfat etmiş qardaşı Alioşanın qızı olmuşdur. 2017-ci ildə Albina Papiaşvilinin anası X19 Musayevlə qeyri-rəsmi nikaha daxil olmuş və qardaşı Alioşa Papiaşviliyə məxsus Qax rayonu, Xələftala kəndində yerləşən evdə birlikdə yaşamağa başlamışdır. 2020-ci ilin xatırlamadığı ayında Albina Papiaşvili, bir müddət sonra isə Təqsirləndirilən şəxs anası ilə ona məlum olmayan səbəbdən mübahisə etdiyinə görə Züleyxa ilə birlikdə yaşamaqdan imtina etmiş, anası Bayramxatın və onunla birlikdə Qax rayonu, Xələftala kəndində yerləşən evdə birlikdə yaşamağa başlamışdır. 2022-ci ilin yanvar ayından Albina Qax şəhərində kirayə ev tutaraq orada Jora ilə birlikdə yaşamışdır. Jora anası Bayramxatın və onunla birlikdə Qax rayonu, Xələftala kəndində yerləşən evə gəldiyi zaman Albina kirayə tutduğu evdə rəfiqəsi Şahid4 ilə birlikdə qalmışdır. Joranın dediyinə görə Albinanın kirayə yaşadığı evə onunla aralarında sevgi münasibəti olan Ramazan Qaçayev də gəlibgetmişdir. Daha sonra Albina və Jora bir müddət sonra Qax rayonu, Xələftala kəndinə geri qayıdaraq onlarla birlikdə yaşasa da, sonradan yenidən Qax şəhərinə gedib orada bilmədiyi ünvanlarda kirayədə yaşamışdır. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayında Albina ünvan 4 ünvanında yerləşən həyət evini kirayə tutaraq, həmin evdə rəfiqəsi Qax rayonu, Qaşqaçay kəndində yaşayan Şahid7 ilə yaşamış, Ayşən Qaşqaçay kəndinə gedəndə isə Albina qardaşı Jora ilə birlikdə qalmışdır. Həmçinin, Albinanın sevgilisi Ramazan Qaçayev də həmin evə gedib-gəlmişdir. Anası Bayramxatın hər gün nəvəsi Albina ilə əlaqə saxlamış, belə ki, sonuncunun ürəkgetməsi olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 14:30-da anası bir neçə dəfə onun telefonu ilə Albinanın istifadəsində olan mobil telefon nömrəsinə zəng vursa da cavab verməmişdir. Bundan sonra o, evdən çıxmış, saat 15 radələrində Qax rayonu, Xələftala kəndində yaşadığı evin yaxınlığında yerləşən bulaqda əl-üzünü yuduğu zaman anası Bayramxatın oraya gəlmişdir. Sonuncu ona Albinanın istifadəsində olan mobil telefon nömrəsinə Manunun telefonu ilə dəfələrlə zəng vurduğunu, lakin Albinanın telefona cavab vermədiyini bildirmişdir. Bu zaman Joranın Qax şəhəri istiqamətindən onlara tərəf gəldiyini görmüşlər. Anası onun yanından uzaqlaşaraq Joranın qarşısına getmiş, Joradan Albinanın harada olması barədə maraqlandıqda, X14cağını bildirmiş, buna görə də özünün geri qayıtdığını demişdir. Bundan sonra özü də Albinaya zəng vursa da, sonuncu zənginə cavab verməmişdir. Daha sonra Jora ondan hara getdiyini soruşduqda Qax rayonu, Xələftala kəndinin mərkəzinə kənd sakinləri ilə stolüstü oyunlar oynamağa getdiyini bildirmiş, Jora da onunla gəlmək istədiyini dedikdə etiraz etməmişdir. Əvvəlcə Jora anası ilə birlikdə evə gedərək əynində olan ağ rəngli cins şalvarı və qara rəngli gödəkçəni dəyişib, idman paltarı geyinib geri qayıtmış, həmin vaxt Jora gödəkçəsinin sepini sonuna qədər bağladığı üçün əynində nə rəngdə köynək olmasını görməmişdir. Bundan sonra o, Jora ilə birlikdə Xələftala kəndində küçədə armud ağacının altında olan çardağa getmişdir. O, dostları ilə stolüstü oyunlar oynamağa başlamış, Jora da yanında dayanmışdır. Saat 18 radələrində anası Xatın həmin çardağa gəlib ondan Albinaya zəng etməyini xahiş etmiş, o, Albinaya zəng etsə də sonuncu telefona cavab verməmişdir. Bir qədər sonra yaşadıqları evin yaxınlığından Qax rayonu, Qımır kəndində yaşayan Şahid9 idarə etdiyi ağ rəngli BMW markalı avtomobillə keçərkən anası Xatın avtomobili saxlatdırmış və Şahid9 onları Qax şəhərinə aparmasını xahiş etmişdir. Bekari razılaşmış və Jora anası ilə birlikdə Bekarinin idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdir. Bekarinin avtomobilinin ön öturacağında Şahid11 əyləşmiş, bu zaman istifadə etdiyi telefonu nə isə lazım olarsa əlaqə saxlamağı üçün Joraya versə də, sonuncu lazım olarsa Bekarinin telefonundan istifadə edəcəyini deyərək telefonu götürməmişdir. Buna görə də o, telefonu Bekariyə vermişdir. Daha sonra onlar Qax şəhəri istiqamətində getmiş, təxminən 1 saat sonra Albinanın yaşadığı evdə bıçaqlanaraq öldürülməsi ona məlum olmuş və təcili Albinanın kirayə yaşadığı evə getmişdir. Orada sonuncunun yaşadığı evin qonaq otağında döşəmədə meyitinin olduğunu görmüşdür. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Qax şəhərindən Qax rayonu, Xələftala kəndinə geri qayıtdıqdan sona ona yaxud anası Bayramxatına bacısı Albinanı öldürməsi ilə bağlı məlumat verməmiş, həmçinin onun hərəkətlərində şübhəli məqam hiss etməmişdir. xx.xx.2022-ci il tarixdə Albinanın qardaşı Jora tərəfindən öldürüldüyünü öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Albina Papiaşvili ilə təxminən 1 ildir ki, sevgili olmuş, müxtəlif vaxtlarda Albina ilə ünvan 1 ünvanında cinsi əlaqədə olmuşdur. Belə ki, əvvəl Albinanın qardaşı Ramillə münasibəti olmuş, bundan sonra o Albina ilə danışmağa başlamışdır. Albina ilə ilk vaxtlar danışdığı zaman Albina Qax rayonu, Xələftala kəndində nənəsi Bayramxatın ilə birlikdə, qardaşı Jora isə anası Züleyxa ilə birlikdə yaşamışdır. Bir müddət sonra bilmədiyi səbəbdən Jora ilə anası arasında mübahisə olduğundan Jora da gəlib nənəsi ilə birlikdə yaşamağa başlamışdır. 2022-ci ilin yanvar ayından Albina qardaşı Jora ilə Qax şəhərinə gəlib “Mehdinin dönərxanası” adlı yerin yaxınlığında ev tutub kirayədə yaşmağa başlamış, bəzən də Albinanın rəfiqəsi Xələftala kəndindən olan Şahid4 gəlib onunla birlikdə qalmışdır. Şahid4 gələndə Jora Xələftala kəndinə gedib nənəsi ilə, Albina isə Lyüdmila ilə qalmışdır. Həmin vaxt Albina Qax şəhəri İmam Mustafayev küçəsində yerləşən “Şirin həyat” restoranında ofisiant işləmişdir. Bu zaman o, həm Albina evdə tək olan zaman, həm də Lyüdmila olan zaman həmin evə gedib-gəlmişdir. 2022-ci ilin aprel ayında Bakı şəhərinə işləməyə getmiş və Mərdəkanda yerləşən “Qoşaqala” adlı restoranda ofisiant işləyərək, orada qalmışdır. Təxminən 1 həftə, 10 gün sonra Albina da ona görə Bakı şəhərinə gəlmiş, lakin Bakı şəhərində Albina onunla birlikdə qalmamışdır. Təxminən 10 gün sonra Albina qalmağa yeri olmadığından Qax rayonu, Xələftala kəndinə qayıdaraq nənəsinin yanına getmişdir. O, 1-2 ay qaldıqdan sonra işdən çıxdığı üçün Qax şəhərinə qayıtmış və gəldiyi gün Qax rayonu, Qaxbaş kəndində xatırlamadığı ünvanda bir günlük kirayə ev tutaraq orada 1 gün qalmışdır. Növbəti gün Albina Qax rayonu, Xələftala kəndinə geri qayıtmışdır. Sonuncu 2022-ci ilin iyun ayında Qax şəhərində Vaqif Eyvazov küçəsində 2 mərtəbəli bina evinin 1-ci mərtəbəsində 3 otaqlı evi kirayə tutub qardaşı Jora ilə orada yaşamağa başlamış, evin pulunu Albina vermişdir. Təxminən 1 ay Albina həmin evdə qalmış, bu müddətdə o, həmin evə gedib-gəlmiş və orada Albina ilə cinsi əlaqədə olmuşdur. Oraya gedən zaman Albina qardaşı Joranı parka göndərmiş, onlar cinsi əlaqədə olduqdan sonra isə Joraya zəng vuraraq sonuncunu geri çağırmışdır. Təxminən 1 ay sonra Albina kirayə haqqını ödəyə bilmədiyi üçün həmin evdən çıxıb Xələftala kəndinə qayıtmış, 2022-ci ilin sentyabr ayında Albina ünvan 4 ünvanında yerləşən həyət evini kirayə tutub, qardaşı Jora ilə birlikdə yaşamağa başlamışdır. Həmin evi 100 manata kirayə tutmuş, evdə Albina ilə sonuncunun rəfiqəsi Qax rayonu, Qaşqaçay kəndində yaşayan Şahid7 ilə yaşamışdır. Ayşən Qaşqaçay kəndinə gedəndə isə Albina Jora ilə qalmışdır. Albina ilə arasında qısqanclıq zəminində çox mübahisələri olmuş, sonuncu dəfə Albina ilə mübahisəsi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 19- 20 radələrində Albinanın kirayə yaşadığı evə getmiş, bu zaman Jora da evdə olmuş, yemək yedikdən sonra Albina Joranı evdən göndərərək, öz telefonunu ona vermiş və zəng vuracağı zaman geri qayıtmasını bildirmişdir. Həmin gün Albina ilə cinsi əlaqədə olmuş, daha sonra Albina Joraya zəng vuraraq geri qayıtmasını bildirmişdir. Bir qədər sonra Albina ilə arasında mübahisələr başlamış, belə ki, mübahisələri Albina ilə birlikdə qalan Ayşənin sevgilisi Arif və digər şəxsləri Albinanın yaşadığı evə gətirməsi barədə olmuşdur. Lakin Ayşənin həmin şəxslərlə cinsi əlaqədə olub-olmaması barədə məlumat olmamışdır. Mübahisə zamanı əli stolun üzərində olan stəkana dəyərək yerə düşüb sınmış və bu zaman Jora evə girmişdir. O, Joradan Ayşənin sevgilisi Arifi evə gətirməsindən xəbəri olub-olmamasını soruşduqda Albina həmin vaxt Joranın xəbərinin olduğunu demiş və Jora da bunu başı ilə təsdiqləmişdir. Bundan sonra o, Albinaya artıq onunla münasibətlərinin bitdiyini deyərək evdən çıxmış, onun ardınca Jora çıxaraq evin darvazasını bağlamışdır. Bundan sonra Albina ilə telefonla danışıb barışmışlar. xx.xx.2022-ci il tarixdə Albina qardaşı Jora ilə birlikdə Qax rayonu Şotavar kəndinə dayısı Nühangilin yaşadığı evə getmiş, xx.xx.2022-ci il tarixədək orada qalmışdır. Həmin müddətdə o, Albina ilə danışmışdır. Albina ilə danışdıqları zaman sonuncu xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Qax rayonu, Şotavar kəndindən qardaşı Jora ilə birlikdə Qax şəhərinə geri qayıtdığını, saat 09 radələrində Qax şəhərində yerləşən kirayə qaldıqları evə çatdıqlarını bildirmişdir. Saat 13:30-dək whatsapp proqramı vasitəsilə Albina ilə əlaqə saxlamış, 13:30 radələrində Albina ona yatacağını deyərək sağollaşmışdır. Bundan sonra dəfələrlə Albinaya yazıb, zəng etməyinə baxmayaraq sonuncu zənglərinə cavab verməmiş, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Albina Papiaşvilinin yaşadığı evdə bıçaqlanaraq öldürülməsini eşitmişdir. Albinanın sonuncu istifadəsində olan mobil telefon nömrəsi ***-***-**-** olmuş, həmin nömrəni ölümündən təxminən 1 həftə əvvəl dəyişmişdir. Bundan əvvəl Albinanın istifadəsində olan mobil telefon nömrələrini xatırlamamış, çünki Albina tez-tez mobil telefon nömrələrini dəyişmişdir. Albina rəfiqələrinin onun nömrəsini tanışlıq üçün oğlanlara verdiyi üçün dəyişdiyini bidirmişdir. Albina Papiaşvili ilə ilk dəfə cinsi əlaqədə olduqları zaman sonuncu bakirə olmamış, lakin Albinanın kimlə cinsi əlaqədə olması barədə məlumatı olmamışdır. Belə ki, o, Albinadan bu barədə soruşduqda sonuncu cavab verməkdən yayınmışdır. Albina 2022-ci ilin aprel-may aylarında hamilə olduğunu bildirmiş, lakin uşağın ondan olmasına şübhə etdiyi üçün abort etdirməsini istəmişdir. Belə ki, Albinanın müxtəlif şəxslərlə intim münasibətinin olması, pozğun həyat tərzi keçirməsi barədə sözlər eşitmişdir. Albina ev şəraitində adını dəqiq xatırlamadığı dərman qəbul edərək uşağı saldığını bildirmişdir. Təqsirləndirilən şəxs Albina Papiaşvilinin hansı səbəbdən öldürməsini bilməmişdir. Albina ona xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Qax şəhərində yaşadığı evə qayıdacağını demiş, həmin gün saat 10 radələrində Albina ilə yenidən əlaqə saxlayan zaman Qax şəhərində yerləşən evlərinə gəldiyini, saçını yuduğunu bildirmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində Albina ilə whatsapp proqramı vasitəsilə yazışmış, sonuncu ona yatacağını demişdir. Daha sonra Albinaya whatsapp proqramı vasitəsilə zənglər edib mesajlar yazsa da sonuncu zənglərinə və mesajlarına cavab verməmiş, həmin gün saat 22 radələrində Qax rayon polis şöbəsinə dəvət olunduqda Albina Papiaşvilinin öldürüldüyünü öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Albina Papiaşvili baldızı Züleyxa Papiaşvilinin qızı olmuş, Albinanın atası Alioşa Papiaşvili 2016-cı ildə vəfat etmişdir. Təxminən 2017-ci ildə X19 Musayevlə qeyri-rəsmi nikaha daxil olmuş və Alioşa Papiaşviliyə məxsus Qax rayonu, Xələftala kəndində yerləşən evdə birlikdə yaşamağa başlamışdır. 2020-ci ilin xatırlamadığı ayında Albina Papiaşvili, bir müddət sonra isə Təqsirləndirilən şəxs anası ilə ona məlum olmayan səbəbdən mübahisə etdiyinə görə Züleyxa ilə birlikdə yaşamaqdan imtina etmiş, nənəsi Bayramxatın ilə birlikdə Qax rayonu, Xələftala kəndində yerləşən evdə birlikdə yaşamağa başlamışdır. 2022-ci ilin yanvar ayında Albina Qax şəhərində kirayə ev tutaraq orada Jora ilə birlikdə yaşamış, Jora nənəsi Bayramxatın ilə birlikdə Qax rayonu, Xələftala kəndində yerləşən evə gəldiyi zaman Albina kirayə tutduğu evdə rəfiqəsi Şahid4 ilə birlikdə qalmışdır. Albinanın kirayə yaşadığı evə onunla aralarında sevgi münasibəti olan Ramazan Qaçayev də gəlibgetmişdir. Daha sonra Albina və Jora bir müddət Qax rayonu, Xələftala kəndinə geri qayıdaraq nənəsi ilə birlikdə yaşasa da sonradan yenidən Qax şəhərinə geri qayıdaraq orada bilmədiyi ünvanlarda kirayədə yaşamışdır. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayında Albina ünvan 4 ünvanında yerləşən həyət evini kirayə tutaraq, həmin evdə rəfiqəsi Qax rayonu, Qaşqaçay kəndində yaşayan Şahid7 ilə yaşamış, sonuncu Qaşqaçay kəndinə gedəndə isə Albina qardaşı Jora ilə birlikdə qalmışdır. Həmçinin Albinanın sevgilisi Ramazan Qaçayev də həmin evə gedib-gəlmişdir. Kənd camaatı arasında Albinanın pul müqabilində müxtəlif şəxslərlə görüşməsi barədə söz-söhbət olmuş, bu barədə Albinadan soruşduğu zaman sonuncu həmin şəxslərlə yalnız telefon vasitəsilə əlaqə saxladığını, görüşmədiyini bildirmişdir. Lakin həmin şəxslərin kim olması barədə məlumatı olmamışdır. Albina yalnız Ramazan Qaçayevlə aralarında cinsi əlaqənin olduğunu, hətta 18 yaşı tamam olan zaman sonuncu ilə evlənəcəyini demişdir. Bundan başqa Albina hamilə olduğundan şübhələndiyi üçün Joraya dəfələrlə hamiləlik testi aldırmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Albina ilə whatsapp proqramı vasitəsi görüntülü danışdığı zaman sonuncu darıxdığını, onlara gəlmək istədiyini demiş, o da onlara gəlmələrini bildirmişdir. Bu zaman Albina onunla sağollaşaraq gəlmək üçün hazırlaşmağa başlamışdır. Təxminən saat 20 radələrində Jora ilə Albina onların yaşadıqları evə gəlmişlər. Hər gün səhər saat 08 radələrində işə gedib saat 18 radələrində işdən qayıtdığı üçün Albina və Jora evdə qaynanası Şahid10 ilə birlikdə qalmışlar. Albina onlarda qaldığı müddətdə mütəmadi olaraq telefonda kimləsə yazışmış, yaxud sosial şəbəkələrdə olmuş, lakin Albinanın kimlə yazışdığı barədə məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 08:15 radələrində Albina ilə Jora onların yaşadıqları Şotavar kəndində marşruta minib Qax şəhərində kirayə qaldıqları evə getmişdir. Həmin gün saat 09 radələrində Albina whatsapp proqramında onun, xalası Tünzalənin olduğu qrupa səs göndərərək evə çatdıqlarını, Joranı isə hamiləlik testi almağa göndərdiyini demişdir. Bundan sonra Albina görüntülü zəng vursa da işləri olduğu üçün zəngə cavab verə bilməmiş, lakin xalası Tünzalə ilə danışmışdır. Saat 10:24-də Albinanın istifadəsində olan mobil telefon nömrəsinə gödəkçə şəkili göndərərək, harada görsə ona xəbər verməsini xahiş etmiş, sonuncu saat 10:49-da səs göndərərək şəhərə 1-2 günə gedəcəyini, bu zaman baxacağını demişdir. Bundan sonra Albina ilə əlaqə saxlamamışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində baldızı Tünzalə istifadəsində olan mobil telefona zəng vuraraq Albinanın yaşadığı evdə öldüyünü demiş, Albinanın ürək getmələri olduğu üçün onlar həmin səbəbdən öldüyünü düşünmüş, təcili olaraq həyat yoldaşı Nünhan ilə birlikdə Albinanın kirayə yaşadığı evə getmiş, bu zaman sonuncunun bıçaqlanaraq öldürüldüyünü öyrənmişlər. Joranın istifadəsində mobil telefon nömrəsi olmamış, Albinanın istifadəsində müxtəlif vaxtlarda ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** rəqəmli mobil telefon nömrələri olmuşdur. Sonuncu istifadə etdiyi nömrə ***-***-**-** olmuşdur. Albina Papiaşvili tez-tez mobil telefon nömrələrini dəyişdirdiyi üçün əvvəl istifadəsində olan digər nömrələri xatırlamamış, sonuncunun istifadəsində olan mobil telefon nömrələrini hansı səbəbdən tez-tez dəyişdirməsi barədə məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə Albina Papiaşvili və Təqsirləndirilən şəxs onların yaşadıqları evdən çıxaraq Qax şəhərinə getdikləri zaman Jora onunla görüşmədiyi üçün Joranı görməmiş, onlarda qalmağa gələn zaman dəyişmək üçün özü ilə paltar gətirməmişdir. Yalnız əynində boz rəngli cins şalvar, qara rəngli, çiyinləri ağ rəngdə olan uzunqol köynək olmuşdur. Albina onların yaşadıqları evdən çıxdığı zaman əynində dəri materialdan olan qara şalvar, sarı rəngli kurtka olmuş, kurtkanı öndən yuxarıya kimi tamamilə bağladığı üçün əynində hansı köynəyin olduğunu görməmişdir. xx.xx.2022-ci il tarixdə Albinanın qardaşı Jora tərəfindən öldürüldüyünü öyrənmiş, lakin hansı səbəbdən öldürülməsini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Qax rayonu, Şotavar kəndində oğlu Nünhan və sonuncunun ailəsi ilə birlikdə yaşayır. Onun 3 övladı olmuş, Albina Papiaşvili böyük övladı Züleyxa Papiaşvilinin qızıdır. Albinanın atası Alioşa Papiaşvili 2016-cı ildə vəfat etmişdir. Təxminən 2017-ci ildə X19 Musayevlə qeyri-rəsmi nikaha daxil olmuş və Alioşa Papiaşviliyə məxsus Qax rayonu, Xələftala kəndində yerləşən evdə birlikdə yaşamağa başlamışdır. 2020-ci ilin xatırlamadığı ayında Albina Papiaşvili, bir müddət sonra isə Təqsirləndirilən şəxs anası ilə ona məlum olmayan səbəbdən mübahisə etdiyinə görə Züleyxa ilə birlikdə yaşamaqdan imtina etmiş, nənəsi Xatın ilə birlikdə Qax rayonu, Xələftala kəndində yerləşən evdə birlikdə yaşamağa başlamışdır. 2022-ci ilin yanvar ayında Albina Qax şəhərində kirayə ev tutaraq orada Jora ilə birlikdə yaşamış, Albinanın kirayə yaşadığı evə onunla aralarında sevgi münasibəti olan Ramazan Qaçayev də gəlib-getmişdir. Daha sonra Albina və Jora bir müddət sonra Qax rayonu, Xələftala kəndinə geri qayıdaraq nənəsi ilə birlikdə yaşasa da sonradan yenidən Qax şəhərinə geri qayıdaraq orada bilmədiyi ünvanlarda kirayədə yaşamışdır. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayında Albina ünvan 4 ünvanında yerləşən həyət evini kirayə tutaraq, həmin evdə rəfiqəsi Qax rayonu, Qaşqaçay kəndində yaşayan Şahid7 ad-soyadlı qadınla yaşamışdır. Ayşən Qaşqaçay kəndinə gedəndə isə Albina qardaşı Jora ilə birlikdə qalmışdır. Həmçinin, Albinanın sevgilisi Ramazan Qaçayev də həmin evə gedib- gəlmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Albina ilə whatsapp proqramı vasitəsi görüntülü danışdıqları zaman sonuncu darıxdığını, onlara gəlmək istədiyini demiş, gəlini Yasəmən Albina və Joranın onlara gəlmələrini bildirmişdir. Bu zaman Albina sağollaşaraq onlara gəlmək üçün hazırlaşmağa başlamışlar. Təxminən saat 20 radələrində Jora ilə Albina yaşadıqları evə gəlmiş, gəlini hər gün səhər 08 radələrində işə gedib axşam 18 radələrində işdən qayıtdığı üçün Albina və Jora evdə onunla birlikdə qalmışlar. Albina onlarda qaldığı müddətdə bəzən ev işlərinə kömək etmiş, bəzən telefonla danışmışdır. xx.xx.2022-ci il tarixdə Albinanın istifadəsində olan mobil telefon nömrəsinə tez-tez zəng gəlmiş, bu zaman zəng edənin kimin olması barədə soruşduqda onun Ramazan olduğunu bildirmiş və yaşları çatdığı zaman evlənəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə nəvəsi Albina ilə danışdıqları zaman o, Joranın bir neçə gün onunla qalmasını xahiş etmiş, bu zaman Albina Ayşənlə aralarında mübahisə olduğunu, sonuncunu qovduğunu, artıq onunla qalmayacağını, tək qala bilmədiyi üçün Jora ilə birlikdə qalacağını demiş və Joranın onunla qalmasına razılaşmamışdır. Lakin, hansı səbəbdən Ayşənin Albina ilə qalmaması barədə məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 08:15 radələrində Albina ilə Jora yaşadıqları Şotavar kəndində marşruta minib Qax şəhərində kirayə qaldıqları evə getmişdir. Bundan sonra həmin gün Albina ilə əlaqə saxlamamış, təxminən axşam saat 20 radələrində gəlini anasıgilə getdiyini bildirərək oğlu Nühanla birlikdə evdən çıxmış, onlar xəstə olduğu üçün nəvəsi Albinanın öldürülməsi barədə hər hansı məlumat verməmişlər. xx.xx.2022-ci il tarixdə nəvəsi Albinanın kirayə yaşadığı evdə öldürülməsi xəbərini eşitmişdir. xx.xx.2022-ci il tarixdə Albina Papiaşvili və Təqsirləndirilən şəxs onların yaşadıqları evdən çıxaraq Qax şəhərinə getdikləri zaman əynində hansı paltarların olmasını dəqiq xatırlamamış, xx.xx.2022-ci il tarixdə Albinanın qardaşı Jora tərəfindən öldürüldüyünü öyrənmiş, lakin hansı səbəbdən öldürülməsini bilməmiş, başqa hər hansı məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Albina Papiaşvili qeyri-rəsmi nikahda olduğu Züleyxa Papiaşvilinin qızıdır. Təxminən 2 il öncə Albina anası Züleyxa və onunla ailə daxili mübahisə zamanı nənəsi ilə yaşayacağını bildirmişdir. Həmin vaxtdan etibarən Albina nənəsi Bayramxatınla birlikdə Qax rayonu, Xələftala kəndində yaşamış, həmçinin Qax şəhərində müxtəlif yerlərdə işlədiyinə görə Qax şəhərində də yaşamışdır. Təxminən 2 ildir ki, nə o, nə də qeyri-rəsmi nikahdan olan arvadı Züleyxa Albina ilə danışmamışdır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Qax rayon polis şöbəsinə dəvət olunduqda Albina Papiaşvilinin öldürüldüyünü öyrənmişdir. Albina Papiaşvilinin anası Züleyxa və onunla münasibəti uzun zamandır yaxşı olmamış, son 2 ildir ki, nə o, nə də Züleyxa Albina ilə heç bir əlaqə saxlamamışlar. Təxminən 6 ay öncə Albina anası Züleyxanın Qax rayonu, Xələftala kəndində yerləşən evindən oğurluq etmiş, həmin vaxt mənzildən evin və torpağın sənədlərini, ailəvi fotoşəkilləri, həmçinin pul və bjüteriyaları götürdüyünə görə Züleyxa Albina barəsində Qax RPŞ-ə şikayət etmişdir. Albinanı da həmin vaxtlarda Qax RPŞ-yə gələrkən görmüşdür. Albinanın digər şəxslərlə hər hansı münaqişəsinin və ya ədavətinin olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Albina Papiaşvilini təxminən 2022-ci ilin sentyabr ayından tanımışdır. Belə ki, Albina Papiaşvilini onun işlədiyi Qax şəhərində yerləşən “Lalə” adlı gözəllik salonuna gəlmiş, onun dırnaqlarını düzəltmiş və bu zaman sonuncu ilə söhbət etmişdir. Növbəti günlərdə bir neçə dəfə də Albina onun işlədiyi salona gəlmiş və birlikdə yaşamağı təklif etmişdir. Albina ilə artıq münasibəti yarandığı üçün sonuncunun təklifini qəbul etmiş, bundan sonra həftədə təxminən 3-4 gün gedib Albinanın yaşadığı evdə qalmışdır. Albina Qax şəhəri, Cavanşir küçəsində yerləşən evdə qardaşı ilə birlikdə yaşamışdır. Lakin o Albina ilə birlikdə yaşadığı günlərdə qardaşı Qax rayonu, Şotavar kəndində yaşayan nənəsinin yaşadığı evə gedib orada qalmışdır. Albinanın kirayə yaşadığı evə bəzən sevgilisi Qax şəhər sakini Şahid5lə birlikdə getmiş və sonuncu da onlarla birlikdə orada qalmışdır. Albina Papiaşvili heç bir yerdə işləməmiş, evin kirayə haqqını müxtəlif kişilərlə cinsi əlaqə müqabilində aldığı pul vasitəsilə ödəmişdir. Bu barədə Albina özü ona məlumat vermiş, lakin o Albinanın yaşadığı evə Qax rayonu, İbaxlı kənd sakini Ramazan Qaçayevdən başqa kiminsə gəlib-getdiyini görməmişdir. Belə ki, Albina ilə Ramazan arasında 1 ildir sevgi münasibəti olmuş, Ramazan Albinanın yaşadığı evə gedib-gəlmiş, onlar cinsi əlaqədə olmuşlar. Albinanın başqa kişilərlə münasibətinin olması barədə Ramazanın məlumatı olduğu üçün tez-tez onların arasında qısqanclıq zəminində mübahisələr baş vermişdir. Bundan başqa, təxminən 2022-ci ilin oktyabr ayının sonlarında Albinanı qardaşı Şahid12 ilə tanış etmiş, bundan sonra onlar əvvəlcə dost kimi, daha sonra isə sevgili kimi yazışıbdanışmağa başlamışlar. Onların arasında münasibət yarandıqdan sonra Albina qardaşına onunla Arif arasında münasibətin olması barədə məlumat vermişdir. Bundan sonra qardaşı bu barədə valideynlərinə məlumat vermiş və ailəsində böyük problem yaranmışdır. Həmin vaxtdan sonra valideynləri Albinanın yaşadığı evdə qalmağına etiraz etmişlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Albinanın yaşadığı evdə qalmış, belə ki, sonuncu həmin gün kəndə gedəcəyini bildirdiyi üçün o da Qax rayonu, Qaçqaçay kəndində yerləşən evlərinə getmişdir. Lakin Albina həmin gün kəndə getməmişdir. Çünki həmin gün axşam saatlarında Albina kirayə yaşadığı evdə yerə qırılıb-tökülmüş şüşə qırıntılarının şəklini ataraq onu qardaşı Sahibə göstərməyini xahiş etmişdir. O bunu kimin etməsi barədə soruşduqda üzbəüz danışacağını demiş, daha sonra bunu Ramazanın edib-etməməsi barədə soruşduqda sonuncunun etmədiyini bildirmişdir. Lakin, o qardaşına problem yaranmaması üçün bu barədə məlumat verməmişdir. Daha sonra isə həmin şüşənin kimin qırması barədə maraqlanmamışdır. Növbəti gün Albina ona mesaj yazaraq bibisigilə getdiyini bildirmiş, bundan sonra Albinanı görməmişdir. xx.xx.2022-ci il tarixdə, səhər 10 radələrində Albina ona mesaj yazaraq harada olması barədə soruşduqda, özünün kənddə olduğunu, şəhərə gələcəyini demişdir. Bundan sonra Albina ilə danışmamış, axşam saatlarında Albinanın yaşadığı evdə öldürülməsi xəbərini eşitmişdir. Albinanın kimləsə ədavət, yaxud düşmənçiliyi olmamış, ona qarşı hədə-qorxu gəlmə və amansız rəftar etmə halları baş verməmiş, bəzən Ramazanla aralarında qısqanclıq zəminində mübahisələr baş vermişdir. Albina Papiaşvilinin pul müqabilində cinsi əlaqədə olduğu şəxslərin kimliyi barəsində məlumatı olmamış, belə ki, Albina telefonla danışdıqdan sonra evdən çıxaraq bilmədiyi şəxslərlə müxtəlif ünvanlarda görüşmüşdür. Hətta bir dəfə təxminən 2022-ci ilin oktyabr ayında Albina görüşüb, cinsi əlaqəyə daxil olduğu şəxsdən 200 manat pul aldığını bildirmişdir. Qardaşı Şahid12 Albina Papiaşvilinin kirayə yaşadığı evə 2 dəfə gəlmiş və sonuncu gəldiyi vaxtlarda özü də evdə olmuşdur. Sahib onlarla söhbət etdikdən sonra çıxıb getmişdir. Sahib ilə Albina arasında cinsi əlaqə olmamışdır. Albina özü telefon nömrəsini müxtəlif şəxslərə verdiyi üçün tez-tez dəyişmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, bacısı Şahid7 Qax şəhərində yerləşən “Lalə” adlı gözəllik salonunda işləyir. Evləri Qaşqaçay kəndində yerləşdiyindən və yaşadıqları evlə Ayşənin işlədiyi salon arasında məsafə uzaq olduğundan sonuncunun işdən çıxdıqdan sonra evə gəlməsində çətinlik yaranmışdır. Buna görə də 2022-ci ilin sentyabr ayından başlayaraq Ayşən ünvan 10 ünvanında Albina ilə birlikdə kirayə yaşamağa başlamışdır. 2022-ci ilin təxminən oktyabr ayının əvvəllərində bacısı onu Albina ilə tanış etmiş, daha sonra sonuncu ilə sevgili kimi danışmağa başlamışlar. Albina ilə münasibətə başladığı zaman sonuncu əvvəllər Ramazan Qaçayevlə münasibətinin olduğunu, lakin 2022-ci ilin avqust ayında ayrıldıqlarını bildirmişdir. Albina, həmçinin Ramazanla ayrılmasına baxmayaraq sonuncunun ona tez-tez zəng edərək nalayiq ifadələrlə təhqir etdiyini, kirayə yaşadığı evə gələrək onu döydüyünü bildirmişdir. Təxminən oktyabr ayının sonlarında Albina bacısı Ayşənin Qax şəhər sakini Arif ilə münasibətinin olduğunu, onun kirayə yaşadıqları evə gələrək Ayşənlə görüşdüyünü demişdir. Bundan sonra valideynlərinə də bu barədə məlumat vermiş, valideynləri bu söhbətdən sonra Ayşənin orada qalmasına narazılıq etsələr də bacısı orada qalmışdır. Təxminən xx.xx.2022-ci il tarixdə Albina ona yaşadığı kirayə evdən şəkil atmış, həmin şəkildə döşəmənin üzərində şüşə qırıntıları olmuş və bunun bacısı Ayşənə görə olduğunu bildirmişdir. Belə ki, ona zəng etdiyi zaman Albina ona Ayşənin Arifi evə gətirdiyi üçün bu hadisənin baş verdiyini bildirmiş, lakin nə qədər soruşsa da onu kimin etdiyini deməmişdir. Bu hadisədən sonra Albina ondan uzaqlaşmış, sonuncuya dəfələrlə yazıb, zəng etsə də onunla danışmaq istəmədiyini bildirmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər 10 radələrində whatsapp vasitəsilə o, Albinanın istifadəsində olan hazırda xatırlamadığı mobil telefon nömrəsinə mesaj yazmış, sonuncu mesajı oxumuş, lakin cavab verməmişdir. Saat 11 radələrində yenidən Albinaya mesaj yazmış, lakin Albina mesajını ümumiyyətlə oxumamışdır. Həmin axşam saat 20 radələrində Albinanın yaşadığı evdə öldürülməsi xəbərini eşitmişdir. Albinanın kirayə yaşadığı evə 2 dəfə getmiş, həmin vaxt orada Ayşən də olmuş, onlarla 15-20 dəqiqə söhbət etdikdən sonra çıxıb getmişdir. Albina ilə cinsi əlaqədə olmamışdır. 2022-ci ilin oktyabr ayının sonlarında kənd camaatından Albinanın müxtəlif şəxslərlə münasibətinin olduğunu eşitmiş, bu barədə Albinadan maraqlandığı zaman sonuncu ona deyilənlərin yalan olduğunu bildirmişdir. Albina Papiaşvilinin pul müqabilində müxtəlif şəxslərlə görüşməsi barədə yalnız Albina öldürüldükdən sonra eşitmiş, Albinanın müxtəlif şəxslərlə sevgili kimi danışdığını eşitmiş, lakin həmin şəxslərin kim olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Albina Papiaşvilini təxminən 2022-ci ilin sentyabr ayından tanımış, belə ki, onun təxminən 3 ildir ki, Qax rayonu, Qaşqaçay kənd sakini Şahid7 ilə münasibət olmuşdur. 2022-ci ilin sentyabr ayında Ayşən istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq görüşmək istədiyini və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlməyini bildirmişdir. Həmin vaxtadək təxminən 1 aydır ki, Ayşənlə arasında mübahisə olduğuna görə bir-biri ilə danışmamışlar. İlk dəfə həmin gün Ayşənin dediyi ünvana getmiş, bu zaman orada Albina da olmuşdur. X18 rəfiqəsi olaraq təqdim etmiş və sonuncunun həmin ünvanda kirayə yaşadığını demişdir. Ayşən həmçinin iş yeri ilə evi arasında məsafə uzaq olduğuna görə bəzən özünün də Albina ilə birlikdə burada qaldığını bildirmişdir. Bundan sonra o, bir neçə dəfə Ayşəni görmək üçün həmin ünvana getmiş, təxminən 2022-ci ilin oktyabr ayının ortalarında Ayşənlə telefon vasitəsilə danışdığı zaman, Ayşən onların kirayə qaldığı evə gəlməyini bildirmiş, bu zaman Albina onun yanında qışqıraraq onun evə gəlməyini istəmədiyini demişdir. Bu zaman o, Albinanın ünvanına söyüş işlətmiş, həmin vaxt Ayşənin telefonu mikrofonda olduğundan Albina söyüşü eşitmiş və Ayşən telefonu söndürmüşdür. Bu hadisədən təxminən 1-2 gün sonra axşam təxminən 21 radələrində Ayşən ona zəng vuraraq kirayə yaşadıqları evə gəlməyini bildirmiş, həmçinin gələrkən Albinaya pizza almağını xahiş etmişdir. Ora getdiyi zaman Albina heç bir şey olmamış kimi onunla salamlaşıb görüşmüş, bir neçə saat orada olduqdan sonra axşam evinə qayıtmışdır. Bundan bir neçə gün sonra Ayşən ona zəng vuraraq münasibətləri barədə Albinanın qardaşı Sahibə məlumat verdiyini və bu səbəbdən evlərində problem yarandığını demiş, o, bundan sonra Sahiblə danışaraq məsələni yoluna qoymuşdur. Qardaşının onların münasibətindən xəbəri olduqdan sonra artıq Ayşənlə görüşmək üçün Albinanın kirayə yaşadığı evə getməmiş, xx.xx.2022-ci il tarixdə Albinanın kirayə yaşadığı evdə öldürülməsi xəbərini eşitmişdir. Albina Papiaşvilinin onunla Ayşən arasında münasibətin olması barədə sonuncunun qardaşı Sahibə məlumat verdikdən sonra Albina ilə bu barədə danışmamış, sonuncunun hansı səbəbdən onun kirayə yaşadığı evə getməyinə etiraz etməsi barədə məlumatı olmamışdır. Yalnız bir dəfə Ayşən zənglərinə cavab vermədiyi üçün whatsapp proqramı vasitəsilə Albinaya mesaj yazaraq Ayşəni soruşmuşdur. Albina Papiaşvilinin kirayə yaşadığı evə getdiyi zaman yalnız bir dəfə Joranı evdə görmüş, evə gedərkən Jora evdən hazırlaşıb çıxdıqda bu zaman Joradan hara getdiyini soruşmuş, sonuncu «playstation» oynamağa gedəcəyini demişdir. Joraya onu aparmağı təklif etmiş, sonuncu bununla razılaşmış və Joranı özünəməxsus “LADA 012” markalı, “** CE ***” dövlət nömrə nişanlı avtomobil ilə H.Əliyev küçəsində yerləşən playstationa aparıb düşürmüş və özü geri qayıtmışdır. Albina Papiaşvilinin yaşadığı evə getdiyi zaman həmin ünvanda başqa heç kim olmamışdır. Sadəcə Ayşənin dediyindən Albinanın münasibətdə olduğu Ramazan adlı şəxs oraya gedib-gəldiyini bilmişdir. xx.xx.2022-ci il tarixdə Albinanın qardaşı Jora tərəfindən öldürüldüyünü öyrənmiş, başqa hər hansı məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Albina Papiaşvilini təxminən 4 ildir ki, tanıyır. Lakin həmin vaxt Albina ilə arasında hər hansı münasibət olmamış, yalnız qonşu kənd sakini kimi tanımışdır. 2021-ci ilin avqust-sentyabr ayında Albina Papiaşvili istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsinə hazırda xatırlamadığı nömrədən “Whatsapp” proqramı vasitəsilə mesaj yazaraq özünü təqdim etmiş, bundan sonra onlar danışmağa başlamışlar. Albina ilə danışan zaman sonuncu Qax rayonu, Xələftala kəndində yaşayan nənəsi Bayramxatın ilə birlikdə, qardaşı Təqsirləndirilən şəxs isə anası ilə birlikdə yaşamışdır. Albina Papiaşvili ilə 1-2 ay danışdıqdan sonra sonuncu ilə münasibəti bitirmiş, bundan sonra Albina Papiaşvili qardaşı Ramazan Qaçayevlə münasibəti olmuşdur. xx.xx.2022-ci il tarixdə Albina Papiaşvilinin kirayə yaşadığı evdə öldürülməsi xəbərini eşitmişdir. Albina Papiaşvili ilə görüşməmiş, yalnız telefon vasitəsilə əlaqə saxlamış, sonuncu ilə araların cinsi əlaqə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayında Albina Papiaşvili onun işlədiyi Qax şəhərində yerləşən “Şirin Həyat” adlı restoranda ofisiant olaraq işləməyə başlamış, Albina orada işləməyə başladıqdan 2 gün sonra sonuncu ondan xoşu gəldiyini bildirmiş və onlar telefon vasitəsilə danışmağa başlamışlar. Onunla danışmağa başladığı zaman X27 rayonu, İbaxlı kənd sakini Ramazan Qaçayev ilə əvvəllər münasibətinin olduğunu, lakin ayrıldığını bildirmişdir. Həmin vaxt Albina “Mehdinin dönərxanası” adlı yerin yaxınlığında ev tutub kirayədə yaşamış, lakin onunla kimin qalması barədə məlumatı olmamışdır. Albina ilə danışmağa başladıqdan 4 gün sonra Ramazan Qaçayev onun işlədiyi kafeyə gələrək Albinanın onun sevgilisi olduğunu və ayrılmadıqlarını bildirmiş, bundan sonra Albina ilə münasibəti bitirmişdir. Bir neçə gün sonra isə Albina Papiaşvili işdən çıxmış, bundan sonra isə sonuncu ilə hər hansı əlaqəsi olmamışdır. 2022-ci ilin noyabr ayında isə Albina Papiaşvilinin kirayə yaşadığı evdə öldürülməsi xəbərini eşitmişdir. Albina Papiaşvili ilə cinsi əlaqədə olmamış, sonuncunun istifadəsində olan nömrəni xatırlamamışdır. X16 “Şirin Həyat” restoranında işlədiyi zaman onun arxasınca avtomobil gəldiyini və sonuncunun həmin avtomobilə getməsi barədə Ramazan Qaçayevə məlumat vermiş, belə ki, Albina işdən çıxdığı zaman qırmızı rəngli VAZ 2107 markalı avtomobilə əyləşib getdiyini görmüşdür. Lakin həmin avtomobilin üzərində taksi işarəsi olmuş, avtomobilin dövlət qeydiyyat nişanını xatırlamamış, avtomobili kimin idarə etməsi barədə məlumatı olmamışdır. Albina Papiaşvili həm onunla, həm də Ramazanla eyni zamanda münasibət qurduğundan Albinanın həmin avtomobili idarə edən şəxslə münasibətinin olduğunu düşünüb Ramazana bu barədə məlumat vermişdir. Albina Papiaşvilinin başqa kimlə münasibətinin olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində qohumu Bekariyə məxsus “BMW” markalı, “NN 583-PP” gürcüstan seriyalı avtomobil ilə Qax rayonu, Kötüklü kəndində yerləşən mağazaya getmək üçün Albina Papiaşvilinin nənəsi Xatının ünvan 13ində yerləşən evinin yaxınlığından keçərkən sonuncu avtomobili saxlatmış, Xatın Bekariyə nəvəsi Albinanın istifadəsində olan mobil telefon nömrəsinə dəfələrlə zəng vurduğunu, lakin sonuncunun zənglərə cavab vermədiyini bildirərək, onu Qax şəhərində yerləşən Albinanın kirayə yaşadığı evə aparmağını, nəvəsini gördükdən sonra Xələftala kəndinə geri qaytarmağını xahiş etmişdir. Bundan sonra Xatın Joranı çağırrmış, onlar avtomobilin arxa oturacağında əyləşmişlər. O isə avtomobilin ön oturacağında əyləşmişdir. Həmin vaxt Mişa istifadəsində olan mobil telefonu Bekariyə verərək, nə isə lazım olarsa, həmin telefonla əlaqə saxlamağını bildirmişdir. Təxminən saat 18:30 radələrində X21 rayonu, Cavanşir küçəsi, ev.5 ünvanında yerləşən kirayə yaşadığı evin yaxınlığında olan avtoyuma məntəqəsinin qarşısında Bekari avtomobili saxlamış, Jora və nənəsi Albinaya baxmaq üçün avtomobildən düşüb sonuncunun yaşadığı evə getmişlər. Təxminən 10 dəqiqə sonra Jora ora geri qayıdaraq bacısı Albinanın yaşadığı evdə kiminsə onu bıçaqladığını bildirmiş və əmisinin telefonu ilə təcili tibbi yardıma və polis şöbəsinə məlumat vermişdir. 5 dəqiqə sonra polis və təcili tibbi yardım xidmətinin əməkdaşları gəlmiş və ona məlum olmuş ki, Albina Papiaşvili kirayə Yaşadığı evdə öldürülmüşdür. Bundan sonra onlar Qax rayonu, Qımır kəndinə geri qayıtmışdır. Sonradan ona məlum olmuş ki, Albinanı Təqsirləndirilən şəxs öldürmüşdür. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağıdır. Fərdi yaşayış evi darvazadan daxil olduqda sağ tərəfdə 10 metr məsafədə yerləşir. Fərdi yaşayış evinin giriş qapısının sol tərəfində taxtadan hazırlanmış, üzərinə ayaqqabıların qoyulduğu kiçik masa vardır. Fərdi yaşayış evi qonaq otağı, yataq otağı və mətbəxdən ibarətdir. Qapıdan daxil olan kimi qarşıda iki metr məsafədə qazla işləyən dəmir soba vardır. Giriş qapısından daxil olduqda 2.20 metr məsafədə divanın qarşısında döşəmənin üzərində Albina Papiaşvilinin meyiti vardır. Meyit arxası üstə, baş nahiyəsi giriş qapısı istiqamətində uzanmış vəziyyətdədir. Baxış iştirakçısı Bayramxatın Əhmədova evə daxil olduqları zaman üzü üstə və üzəri yorğanla örtülmüş vəziyyətdə olduğunu, yorğanı götürdükdən sonra onu arxası üstə çevirdiyini bildirmişdir. Meyitin ətrafında və paltarlarında qanabənzər ləkələr vardır. Meyitin sağ tərəfində kiçik şüşə qırıntısı vardır. Meyitin ayağının yanında çəhrayı rəngli yorğan və yorğanın üzərində qanabənzər ləkələr vardır. Giriş qapısından daxil olduqda 3 metr məsafədə qarşı divara bitişik üzəri qəhvəyi rəngli örtüklə örtülmüş divan, onun sağ və sol tərəfində isə üzərləri qəhvəyi rəngli örtüklə örütlmüş kreslo vardır. Divanın üzərindəki örtükdə qanabənzər ləkələr var. Divanda həmçinin üzərində kəpənək şəkli olan ağ rəngli yastıq vardır, yastığın üzərində qanabənzər ləkələr vardır. Divanın qarşısında döşəmənin üzərində ağ rəngli üzərində qızılı rəngli naxışların olduğu içində çay olan stəkan, kiçik şüşədə ilan yağı və onun qutusu, həmçinin divanın ayaq hissəsinin yanında bıçaq hissəsinə oxşar kiçik bir dəmir parçası vardır. Mətbəxə daxil olan zaman üzbəüz divara bitişik qaz peçi, onun yanında ağ rəngli iki qapılı üzərində müxtəlif çirkli qabların olduğu, onun sağ tərəfində isə tünd qəhvəyi rəgli, qabların yığılması üçün istifadə edilən şkaf vardır. Mətbəxə daxil olan zaman sol divarın bitişdiyi hissədə küncdə üzərində “level” yazılan araq butulkası, onun sağ tərəfində axımlı su qazdırıcı, onun qarşısında qabların yuyulması üçün istifadə edilən içində çirkli qabların olduğu “moydadır” vardır. Yataq otağı qonaq otağına girişdən 4 metr məsafədə üzbəüz yerləşir. Yataq otağına daxil olan zaman siyirmələri olan dolab yerləşir. Dolabın üzərində müxtəlif bəzək əşyaları, üzərində “sildenafil” yazılan dərman qutusu, üzərində qəhvəyi rəngli ləkələr olan ağ rəngli köynək vardır. Yataq otağına daxil olduqda qapının arxa tərəfində içinə kirli paltarların yığıldığı kardon materialdan olan qutu vardır. Baxış zamanı 1 nömrə ilə işarələnmiş meyitin yanında kovralit üzərindəki qanabənzər ləkələrdən nümunə, sağ əlindən tükəbənzər nümunələr, 2 nömrə ilə işarələnmiş şüşə qırıntısı, 3 nömrə ilə işarlənmiş divan örtüyü, 4 nömrə ilə işarələnmiş yastıq, 5 nömrə ilə işarələnmiş stəkan, ilan yağı və onun qutusu, 6 nömrə ilə işarələnmiş bıçaq tiyəsinə oxşar dəmir parçası, 7 nömrə ilə işarələnmiş yorğan, 8 nömrə ilə işarələnmiş stolun üzərindəki dəftər, 9 nömrə ilə işarələnmiş telefon qutusu, 10 nömrə ilə işarələnmiş araq butulkası, 11 nömrə ilə işarələnmiş tullantılardan götürülmüş əşyalar, 12 nömrə ilə işarələnmiş üzərində qəhvəyi rəngli ləkələr olan köynək, 13 nömrə ilə işarələnmiş dərman qutusu, Albina Papiaşviliyə məxsus 01 ədəd “HONOR” markalı mobil telefon baxış zamanı götürülmüşdür. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşyalar və dəlillər müvafiq qaydada qablaşdırılaraq götürülmüş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 05-22). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müdafiəçinin, mütəxəssisin və qanuni nümayəndənin iştirakı ilə video çəkilişlə ifadəsi yerində yoxlanılan zaman xx.xx.2022-ci il tarixdə baş vermiş cinayət hadisəsini törətdiyi yeri göstərmiş və onun şübhəli şəxs qismində verdiyi ifadəsində göstərdikləri ilə ifadəsi yerində yoxlanılan zaman göstərdikləri uyğunluq təşkil etmişdir (cild 01, iş vər. 91-96). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “İfadənin əlavə yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müdafiəçinin, mütəxəssisin və qanuni nümayəndənin iştirakı ilə video çəkilişlə ifadəsi yerində yoxlanılan zaman xx.xx.2022-ci il tarixdə baş vermiş cinayət hadisəsini törətdiyi yeri göstərmiş və onun təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərdikləri ilə ifadəsi yerində yoxlanılan zaman göstərdikləri uyğunluq təşkil etmişdir. Həmçinin, cinayətin aləti olan bıçağı gizlətdiyi yeri göstərmiş, sözü gedən bıçaq qırılmış vəziyyətdə aşkar olunaraq, müvafiq qaydada götürülmüş, foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 02, iş vər. 28-37). Cinayət işinin materiallarında olan “telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, mərhum X4 istifadəsində olmuş “Honor” markalı, “Xamelyon” rəngli telefona baxış keçirilmiş, ilkin olaraq “whatsapp” proqramına daxil olduqda “Ömrüm” adı ilə qeyd edilmiş “***-***-**-**” rəqəmli mobil telefon nömrəsi danışıqları nəzərdən keçirən zaman “ömrüm” adı ilə qeyd edilmiş şəxsin Ramazan Qaçayev olduğu, sonuncu ilə Albina Papiaşvili arasında sevgi münasibətlərinin olduğu, aralarında cinsi əlaqənin olduğu, hətta əvvəl A.Papiaşvilinin Şahid14 hamilə qaldığı, lakin abort etdirdiyi, qısqanclıq zəminində aralarında tez-tez mübahisənin baş verdiyi, hətta xx.xx.2022-ci il tarixdə saat 22:02-də aralarında baş verən mübahisə zamanı Şahid14 A.Papiaşviliyə “səni öldürüb tullayacam ora” məzmunda mesaj yazdığı, xx.xx.2022-ci il tarixdə axşam saatlarından etibarən aralarında münasibətin düzəldiyi, A.Papiaşvilinin növbəti gün yəni xx.xx.2022-ci il tarixdə Şotavar kəndində yaşayan dayısıgildən Qax şəhərinə geri qayıdacağını bildirdiyi, xx.xx.2022-ci il tarixdə saat 09:00-da sonuncunun Qax şəhərində yerləşən evdə olduğunu, Joranın da evdə olduğunu bildirdiyi, 13:29 radələrinədək mesajlaşdıqları, 13:29-da A.Papiaşvilinin Şahid14 yatacağını bildirərək sağollaşdığı, daha sonra Şahid14 dəfələrlə zəng edib, mesaj yazmasına baxmayaraq A.Papiaşvilinin cavab vermədiyi müəyyən edilmişdir. Həmçinin “Whatsapp” proqramında digər yazışmalara baxış keçirilərkən Albina Papiaşvilinin xx.xx.2022-ci il tarixdə müxtəlif şəxslərə mesaj yazaraq mobil telefon nömrəsini dəyişdiyi, yeni nömrəsini qeyd etmələrini xahiş etdiyi müəyyən edilmişdir. Daha sonra “WA Business” proqramına daxil olduqda +7963919-96-69 rəqəmli mobil telefon nömrəsi ilə telefon danışıqları nəzərdən keçirilən zaman həmin mobil nömrəni istifadə edən şəxsin Albina Papiaşvilinin kirayədə birlikdə yaşadığı Şahid7 qardaşı Şahid12 olduğu, sonuncu ilə A.Papiaşvili arasında münasibətin olduğu, xx.xx.2022-ci il tarixdə saat 22:21-də A.Papiaşvilinin döşəmənin üzərində şüşə qırıntıları olan şəkil göndərərək, hadisənin Şahid12 bacısına görə baş verdiyini, mübahisənin səbəbi olaraq “bacın evə lotu gətirir” olaraq qeyd etdiyi, lakin şüşənin kim tərəfindən qırılması barədə məlumat vermədiyi müəyyən edilmişdir. Daha sonra Albina Papiaşvili ilə münasibətlərin soyuduğu, sonuncunun axırıncı dəfə xx.xx.2022-ci il tarixdə saat 21:58-də “danışmaq istəmirəm” yazaraq bundan sonra mesaj və zənglərə cavab vermədiyi müəyyən edilmişdir. Baxış zamanı telefonda olan şəkillər bölməsinə, instagram digər proqramlara baxış keçirilmiş, lakin onlarda iş üçün əhəmiyyətli hər hansı bir məlumat aşkar edilməmişdir (cild 01 iş vər. 181-183) Cinayət işinin materiallarında ola “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarının əks olunan 1 ədəd CD formatlı diskə baxış zamanı disk açıldıqda “1” ədəd qovluq və onun içində 16 ədəd fayl aşkar edilmişdir. Albina Papiaşvilinin sonuncu istifadəsində olan ***-***- **-** rəqəmli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə, mesaj mətnlərinə baxış keçirilmiş, həmin telefon nömrəsinin Bayramxatın Əhmədovanın adına olduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mobil telefon nömrəsindən istifadə olunduğu müəyyən edilmişdir. Nömrəyə baxış keçirilən zaman qeyd edilən nömrə ilə Ramazan Qaçayevin istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsi arasında dəfələrlə telefon zənglərinin olduğu, xx.xx.2022-ci il tarixdə aralarında mübahisə baş verdiyi üçün Şahid14 “Sen telesme sene o sozleri yedirtmiyen kisi oglu deyil serefsiz olaram men o sozleri sene yedirticem” məzmununda mesaj yazdığı, bundan başqa qeyd edilən ***-***-**-** rəqəmli telefon nömrəsinə çox sayda müxtəlif mobil telefon nömrələrindən zəng daxil olduğu müəyyən edilmişdir. Daha sonra Albina Papiaşvilinin istifadəsində olmuş ***-***-**-** nömrəsinə daxil olan və çıxan zənglərə, mesaj mətnlərinə baxış keçirilmiş, həmin telefon nömrəsinin Bayramxatın Əhmədovanın adına olduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mobil telefon nömrəsindən istifadə olunduğu müəyyən edilmişdir. Nömrəyə baxış keçirilən zaman qeyd edilən nömrə ilə Ramazan Qaçayevin istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsi arasında dəfələrlə telefon zənglərinin, mesajların olduğu, aralarında qısqanclıq zəminində mübahisələrin baş verdiyi, bundan başqa qeyd edilən ***-***-**-** rəqəmli telefon nömrəsinə çox sayda müxtəlif mobil telefon nömrələrindən zəng daxil olduğu müəyyən edilmişdir. Daha sonra Albina Papiaşvilinin istifadəsində olmuş ***-***-**-** rəqəmli nömrəsinə daxil olan və çıxan zənglərə, mesaj mətnlərinə baxış keçirilmiş, həmin telefon nömrəsinin Bayramxatın Əhmədovanın adına olduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mobil telefon nömrəsindən istifadə olunduğu müəyyən edilmişdir. Nömrəyə baxış keçirilən zaman qeyd edilən nömrə ilə Ramazan Qaçayevin istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsi arasında dəfələrlə telefon zənglərinin, mesajların olduğu, aralarında qısqanclıq zəminində mübahisələrin baş verdiyi, bundan başqa, qeyd edilən nömrəyə ***-***-**-** rəqəmli mobil telefon nömrəsindən “İnsan kimi geldim dansdm dedim dosd kimi münasibet qalsn yaxşı dedin instada blokdan çıxar dedim” məzmunda mesaj və çox sayda müxtəlif mobil telefon nömrələrindən zəng daxil olduğu müəyyən edilmişdir (cild 02 iş vər. 58-59). Cinayət işi materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarının əks olunan 1 ədəd CD formatlı diskə baxış zamanı “1” ədəd qovluq və onun içində 04 ədəd fayl aşkar edilmiş, Ramazan Qaçayevin istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə, mesaj mətnlərinə baxış keçirilmiş, həmin telefon nömrəsinin Aygün Qaçayevanın adına olduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mobil telefon nömrəsindən istifadə olunduğu müəyyən edilmişdir. Nömrəyə baxış keçirilən zaman qeyd edilən nömrə ilə Albina Papiaşvilinin istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** rəqəmli mobil telefon nömrələri arasında dəfələrlə telefon zənglərinin, mesajların olduğu, aralarında qısqanclıq zəminində mübahisələrin baş verdiyi müəyyən edilmişdir (cild 02 iş vər. 166). Cinayət işinin materiallarında olan “Maddi sübutlara baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli proktoldan görünür ki, Albina Papiaşviliyə məxsus olan köynəyə baxış keçirildiyi zaman həmin köynəyin ağ rəngli qarışıq materialdan hazırlandığı, qısaqol olduğu, köynəyin ön səthində çəhrayı, sarı, mavi, qırmızı və açıq yaşıl rəngli zolaqlar və “Don`t” yazısının həkk olunduğu, köynəyin demək olar ki, bütün səthinin tünd qəhvəyi rəngli qanabənzər ləkələrə bulaşdığı, köynəyin üzərində xəsarət izlərinin müəyyən olunmuşdur. Albina Papiaşviliyə məxsus olan şalvara baxış keçirildiyi zaman həmin şalvarın qara rəngli dəriyəbənzər materialdan hazırlandığı, şalvarın bel hissəsi və ayaqlarının sərbəst uclarının rezintipli manjetşəkilli olduğu, bel hissəsinə eyni materialdan qaytan keçirildiyi, şalvarın üzərində tünd qəhvəyi rəngli ləkələr və xəsarət izi aşkar olunmuşdur. Albina Papiaşviliyə məxsus olan büstqalterə baxış keçirildiyi zaman həmin büstqalterin bej rəngli qarışıq materialdan hazırlandığı, üzərində tünd qonur-qəhvəyimtil rəngli ləkələr və zədə aşkar olunmuş, Albina Papiaşviliyə məxsus olan tumana baxış keçirildiyi zaman həmin tumanın qara rəngli qarışıq materialdan olduğu, üzərində tünd qəhvəyi rəngli ləkələr olduğu müəyyən olunmuş, üzərində zədə aşkar olunmamışdır. Bundan başqa, yataq otağından götürülmüş ağ rəngli qısaqol köynəyə baxış keçirildiyi zaman həmin köynəyin üzərində zədə aşkar edilməmiş, köynəyin üzərində fasiləli yerləşən açıq narıncı rəngli maddə ləkələri olduğu aşkar olunmuşdur. Hadisə yerindən götürülmüş ağ rəngli pambıq materialdan olan yastıq üzü, çəhrayı rəngli yorğan üzü və qəhvəyimtil rəngli divan örtüyünə baxış keçirildiyi zaman qəhvəyimtil rəngli maddə ləkələrinin olduğu aşkar olunmuşdur (cild 02 iş vər. 200). Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 03 dekabr 2022-ci il tarixli 08 nömrəli rəyindən görünür ki, X4 meyitində qarın divarında daxilə nüfuz edərək mədə və mədəaltı vəzi zədələyən 2 (iki) ədəd, qarın divarında daxilə nüfuz edən,lakin daxili orqanları zədələməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralar, kürək nahiyəsindən daxilə nüfuz edərək ağciyərləri zədələyən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaralar, kürək nahiyəsindən daxilə nüfuz edərək magistral aortanı və ağciyəri zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, kürək nahiyəsində daxilə nüfuz etməyən 2 (iki) ədəd deşilmişkəsilmiş yaralar, bel nahiyəsindən daxilə nüfuz edərək sağ böyrəyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, sol bazunun yuxarı 1/3-nin ön səthindən kəsilərək dərialtından gedərək döş qəfəsinin sol tərəfində 3-4-cü qabırğa arasından keçərək döş boşluğuna nüfuz edərək sol ağciyəri, ürək kisəsini və ürəyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, sol bazuda 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaralar, sağ bazuda 2 (iki) ədəd deşilmişkəsilmiş yaralar, sağ saidində 1 (bir) ədəd dəlib-keçən yara, sağ saidində 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaralar, sağ əlin ovuc səthində 1 (bir) ədəd ədəd deşilmiş-kəsilmiş yara və sağ budunda 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, daxilə və xaricə kəskin qanaxma. Həmin xəsarətlərin hamısı eyni xüsusiyyətə malik olduğuna görə, eyni deşici-kəsici alətin, ola bilsin, təqdim edilən bıçaqla vurulmaqla əmələ gəlmişdir. Xəsarətlər müxtəlif istiqamətlidir. Qeyd edilmiş xəsarətlərin hamısı ilk məlumatda göstərilən xx.xx.2022-ci il tarixdə yetirilməyə uyğundur. Həmin xəsarətlərdən kürək nahiyəsində 4 (dörd) ədəd, bel nahiyəsində 1 (bir) ədəd, qarın divarında 3 (üç) ədəd və ayrı-ayrılıqda və sol bazunun yuxarı 1/3-nin ön səthindən kəsilərək dərialtından gedərək döş qəfəsinin sol tərəfində 3-4cü qabırğa arasından keçərək döş boşluğuna nüfuz etmiş 1 (bir) ədəd yaralar ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Kürək nahiyəsində 2 (iki) ədəd, sol bazuda 2 (iki) ədəd, sağ bazuda 2 (iki) ədəd, sağ saidində 4 (ədəd), sağ əlində 1 (bir) və sağ budunda 1 (bir) ədəd deşilmiş yaralar isə ümumilikdə və ayrı-ayrılıqda dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Həmin xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişlər, ekspertizaya təqdim olunmuş bıçaqla,eləcə də ona oxşar bıçaqla yetirilməsi mümkündür. Mərhum X4 bədən səthində aşkar edilmiş xəsarətlərin ekspertizaya təqdim olunmuş bıçaqla, eləcə də ona oxşar bıçaqla yetirilməsi mümkündür. Xəsarət yetirilmiş alət (deşici-kəsici) (bıçaq) 5 (beş) hissədən ibarətdir. Sınmış hissələri birləşdirdikdə hissələr bir-birlərini tamamlayır və bir ədəd bıçaq bərpa olunur. Bıçağın ümumi uzunluğu 30 sm, dəstəyinin uzunluğu 14.5 sm-dir. Dəstək hissəsi qara plastik materiala dəmirlə bərkidilmişdir. Dəstəyin plastik hissəsi tiyənin küpcüyünün birləşdiyi yerdən 3.0x2.5 sm ölçüdə sınaraq ayrılmışdır. Bıçağın tiyə hissəsinin uzunluğu 15.5 smdir. Tiyənin bir tərəfi iti, digər hissəsi isə kütdür. Tiyə 3 (üç) yerdən sınmışdır. Sınmış hissələrinin ölçüləri 8.5 sm, 3.0 sm və 2.0 sm-dir. Tiyənin sonuncu hissəsi dəstəyə 4 sm uzunluqda bitişikdir. Tiyənin eni orta hissədə 2.5 sm, uc hissədə isə 0.1 sm-dir. Göstərilən yaralar həyati olub, ölümündən az əvvəl deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişlər, ölüm zədələr yetirildikdən bir neçə dəqiqə sonra baş verə bilərdi. Mərhum X4 meyitində aşkar edilmiş zədələrin yetirilmə intervalı az olduğuna görə həmin xəsarətlərin ardıcıllığını dəqiq təyin etmək mümkün deyildir. Döş və qarın boşluğuna nüfuz edən xəsarətlərin hər biri, daxilə və xaricə kəskin qanitirmə onun ölümünə səbəb olmuşdur. Meyitdə aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş paltarlardakı zədələr uyğun gəlir. Mərhum X4 meyiti üzərində olan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Mərhum X4 meyiti üzərində olan xəsarətlər ekspertizanın təyin edilməsi haqqında qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Mərhum X4 cinsiyyət orqanlarında hər hansı bir xəsarət, həmçinin zorlamaya xarakterik əlamətlər aşkar edilmədi. Mərhum X4 bəkarət pərdəsi çoxdan pozulmuşdur, cinsi həyat sürmüşdür, hamilə deyildir. Mərhum X8dan götürülmüş qanda məhkəmə-kimya tədqiqatı zamanı etil spirti, narkotik vasitələr və psixotrop maddələr aşkar edilməmişdir. Mərhum X4 ölümünün səbəbi – hər iki ağciyərlərin, ürək kisəsinin, ürəyin, magistral aortanın, mədənin, mədəaltı vəzin və sağ böyrəyin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 18-20 saat əvvələ uyğun gəlir (cild 02 iş vər. 82-88). Cinayət işinin materiallarında olan məhkəmə-lifli ekspertizasının xx.xx.2022-ci il tarixli 17/855 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Albina Papiaşviliyə və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının və həmin şəxslərə məxsus dırnaq kəsintilərinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Albina Papiaşviliyə məxsus 01 ədəd qısaqol köynəyin səthi üzərindən aşkar edilmiş tünd-göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş boz-metallik rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Albina Papiaşviliyə məxsus 01 ədəd qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Albina Papiaşviliyə məxsus sol əlin dırnaq kəsintilərinin səthi üzərindən aşkar edilmiş tünd-göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 1 ədəd uzunqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus dırnaq kəsintilərinin səthi üzərindən Albina Papiaşviliyə məxsus geyim əşyalarının tərkib liflərinə uyğun lif mikrohissəcikləri aşkar edilməmişdir (cild 02 iş vər. 66-70). Cinayət işinin materiallarında olan kompleks məhkəmə psixioloji və psixiatriya ekspertizasının 23 noyabr 2022-ci il tarixli 712/253 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hazırki ekspertiza zamanı da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən patoloji və yaxud fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (cild 02 iş vər. 72-75). Cinayət işinin materiallarında olan məhkəmə daktiloskopik ekspertizasının 22 dekabr 2022-ci il tarixli 3/1697 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üç ədəd bıçaq hissələrinin səthində əl-barmaq və papilyar naxış izləri yoxdur. Tədqiqata təqdim edilmiş üç ədəd bıçaq hissələrinin səthində əl-barmaq və papilyar naxış izləri aşkar olunmadığından Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmamışdır (cild 02 iş vər. 124-125). Cinayət işinin materiallarında olan maddi sübutların məhkəmə tibbi bioloji tədqiqinə dair 17 yanvar 2023-cü il tarixli 767/2022-MTBŞ nömrəli ekspert rəyindən görünür ki: Zərərçəkmiş X4 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu – A/İİ/. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu – O/İ/. Ekspertizaya təqdim olunan 02 ədəd pambıq tampon, yastıq üzü, yorğan üzü, divan örtüyü, yataq otağından götürülmüş qısaqol ağ mayka, bıçağın tiyəsinin ayrılmış 01 ədəd fraqmenti ( 6 №li paketdəki), X5 məxsus kofta, şalvar, büstqalter, trusik, dırnaq nümunələri, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda <<A>> və <<H>> antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta (H) /İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X5 məxsus ola bilər. Həmçinin hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə onun da qarışmış qanının olması inkar edilmir. Tədqiqata təqdim olunan digər bıçaq franqmentləri və Təqsirləndirilən şəxs dırnaq kəsikləri yağında qan aşkar olunmadı. Tədqiq olunan Təqsirləndirilən şəxs və X4 baş tük nümunələrində və Təqsirləndirilən şəxs məxsus gödəkçə üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Tədqiqata təqdim edilmiş <<meyitin sağ əlindən götürülmüş>> 05 ədəd obyektlər insanın baş tükləridir, rənglənməyə məruz qalmışdılar. Həmin tüklər öz aralarında, X4 və Təqsirləndirilən şəxs baş tük nümunələri ilə morfoloji xüsusiyyətlərinə görə müqayisə olundular. Bu zaman, əsas morfoloji əlamətlərə görə tədqiq olunmuş tüklər öz aralarında və X4 baş tükləri ilə böyük oxşarlıq aşkar olundu və morfoloji əlamətlərinə görə ona məxsus ola bilər. Həmin tüklər ilə Təqsirləndirilən şəxs baş tükləri arasında morfoloji əlamətlərinə görə fərq aşkar olundu, bu tüklərin ona məxsus olması inkar olunur. X5 və Təqsirləndirilən şəxs məxsus geyim əşyaları üzərində isə tükəbənzər hər hansı bir obyekt aşkar olunmadı (cild 02 iş vər. 169-177). Cinayət işinin materiallarında olan maddi sübutların məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizalarının tədqiqinə dair 19 yanvar 2023-cü il tarixli 608- 2022/MTKŞ nömrəli ekspert rəyindən görünür ki: Ekspertizaya təqdim edilmiş və mərhum X5 məxsus olmuş köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, ön səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd, arxa səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd, arxa səthinin orta nahiyəsində 01 (bir) ədəd, arxa səthinin yuxarı hissəsinin orta nahiyəsində 01 (bir) ədəd və arxa səthinin sağ yarısının yuxarı hissəsində 04 ( dörd ) ədəd, sol qolunun ön hissəsində 02 (iki) ədəd, sol qolunun arxa səthində 01 ( bir) ədəd, sağ qolunun arxa səthində 01 (bir) ədəd və sağ qolunun üst hissəsində 01 (bir) ədəd (cəmi 14 (on dörd) ədəd); şalvarın ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd və sağ ayaqlığının ön səthinin yuxarı hissəsində 01 (bir) ədəd (cəmi 02 (iki) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və mərhum X5 məxsus olmuş şalvarın arxa səthinin sağ yarısının yuxarı hissəsində iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (predmetin) təsirindən əmələ gəlməyə xarakterik 01 ədəd səthi kəsilmiş zədə vardır. Ekspertizaya təqdim edilmiş və mərhum X5 məxsus olmuş büstqalterin sol bel hissəsində iti kənarı olan alətin (əşyanın) təsirindən əmələ gəlmiş 01 (bir) ədəd kənarı kəsilmiş zədə vardır. Ekspertizaya təqdim edilmiş və mərhum X5 məxsus olmuş geyim əşyalarının üzərində qarşılıqlı mübarizə ilə əlaqədar fiziki qüvvənin (dartılma, sökülmə, cırılma, qoparılma, qırılma) təsirindən yaranmağa xarakterik heç bir zədə yoxdur. Ekspertizaya təqdim edilmiş və mərhum X5 məxsus olmuş köynək, şalvar və büstqalterin üzərində olan zədələrin eyni növ alətin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və mərhum X5 məxsus olmuş geyim əşyaları üzərində olan zədələrin lokalizasiyalarına görə demək olar ki, zədələr yetirilən anda mərhum X8 zədə yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətdə olmaqla, iz törədən alət geyim əşyalarında olan zədə nahiyələrinə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim edilmiş və mərhum X5 məxsus olmuş geyim əşyalarının ön səthində aşkar olunmuş zədələrin istiqaməti öndən arxaya, arxa səthində aşkar olunmuş zədələrin istiqaməti isə, arxadan önə doğru yönəlmiş vəziyyətdə olmuşlar. Ekspertizaya təqdim olunmuş bıçaq tamamilə deformasiyaya uğradığı, yəni bıçağın tiyəsi 04 ədəd ayrı hissə (parça) halında təqdim edildiyi üçün müqayisəli tədqiqat aparmaq və ekspertizaya təqdim olunmuş geyim əşyalarının üzərində olan zədələrin təqdim edilmiş bıçağın təsirindən əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş və mərhum X5 məxsus olmuş köynəyin üzərində olan bütün zədələr onun meyiti üzərində olan qarın nahiyəsinin sol yuxarı bayır şöbəsində 01 ədəd, qarın nahiyəsinin sol yuxarı iç hissəsində 01 ədəd, kürək nahiyəsinin sol yuxarı iç hissəsində 01 ədəd, kürək nahiyəsinin sol orta şöbəsinin iç hissəsində 01 ədəd, kürək nahiyəsinin sol orta şöbəsində 01 ədəd, kürək nahiyəsinin sağ yuxarı iç hissəsində birbirinə paralel yerləşmiş ara məsafəsi 1,0 sm olan 02 ədəd, kürək nahiyəsinin sağ yuxarı bayır hissəsində 01 ədəd, bel nahiyəsinin sağ yuxarı iç hissəsində 01 ədəd, sol bazunun yuxarı 1/3-nin ön səthində 01 ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthində 01 ədəd, sol bazunun yuxarı 1/3-nin bayır səthində 01 ədəd, sağ bazunun yuxarı 1/3-nin bayır səthində 01 ədəd eyni xarakterli yaralarla; şalvarın ön səthinin sağ yarısının yuxarı hissəsində olan deşilmiş-kəsilmiş zədə onun mayitinin bədəni üzərində müəyyən olunmuş qarın nahiyəsinin sağ aşağı bayır hissəsində olan 01 ədəd, şalvarın sağ ayaqlığının ön səthinin yuxarı hissəsində aşkar olunmuş 01 ədəd deşilmiş-kəsilmiş zədə isə, onun meyitində müəyyən olunmuş sağ budun yuxarı 1/3-nin bayır hissəsində 01 ədəd eyni xarakterli yaralarla yerləşmə nahiyələrinə görə, nisbi olaraq, üst-üstə düşürlər. Mərhum X4 meyitinin bədəni üzərində aşkar olunmuş sağ saidin yuxarı 1/3-nin arxa səthində, sağ saidin orta 1/3-nin ön səthində, sağ saidin orta 1/3-nin arxa səthində, sağ saidin aşağı 1/3-nin arxa səthində, sağ əlin ovuc səthində olan deşilmiş-kəsilmiş yaraları onun meyitinin paltarlarla örtülməyən nahiyələrində yerləşmədiyi üçün ona məxsus olmuş və ekspertizaya məxsus geyim əşyalarının üzərində öz əksini tapmamışlar. Ekspertizaya təqdim edilmiş və mərhum X5 məxsus olmuş şalvarın arxa səthinin sağ yarısının yuxarı hissəsində olan səthi kəsilmiş zədə onun meyitinin üzərində öz əksini tapmamışdır, bu da, yalnız şalvarın həmin nahiyəsinin zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş və mərhum X5 məxsus olmuş tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə yoxdur. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus olmuş gödəkçə, şalvar və köynəyin üzərində əhəmiyyət kəsb edən heç bir zədə yoxdur. Ekspertizaya təqdim edilmiş və hadisə yerindən götürülmüş köynək üzərində əhəmiyyət kəsb edən zədə yoxdur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın 02 ədəd fraqment halında təqdim edilmiş dəstəyi və 1 №-li fraqmentdə qalıq qalmış, o cümlədən əlavə 03 ədəd fraqment halında təqdim edilmiş tiyəsi eyni bir tamın (bıçağın) hissələridir. Bıçağın tiyəsi və dəstəyi küt mexanizmlə qarşılıqlı təsirdən sınmışdır. Ekspertizaya 05 (beş) ədəd fraqment şəkildə təqdim edilmiş 01 ədəd bıçağın tiyəsində aşkar edilmiş çıxsaylı sınmalar müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, lakin mərhum X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı skeletinin sümüklərində hər hansı travmatik dəyişikliklər, yəni sınmalar, çat və s. aşkar edilmədiyindən, həmin bıçağın meyitə zərbələr endirilən zaman sınaraq hissələrə bölünməsi inandırıcı deyildir (cild 02 iş vər. 180-198). Cinayət işinin materiallarında olan “Sübutları qiymətləndirilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 29, 186, 296, 126.3 və 128-ci maddələrinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin, X9 əməlində CM-in 32,4, 120.1 və 120.2.1-ci maddələrinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 04, iş vər. 217-250). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qəsdən adam öldürmə xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə, şəxsin əməli CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilir. Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə CM-in 120.2.9-cu maddəsi ilə cinayət məsuliyyəti yaradır. Eyni zamanda, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin qərarda həmçinin göstərilmişdir ki, CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Beləliklə, cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs X20ni xüsusi iztirаb və əzаb vеrdiyini dərk еdərək, yatmış vəziyyətdə, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Albina Papiaşvilini xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən yuxarıda qeyd edilənlərlə yanaşı CM-nin 86.1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Qeyd edilən maddənin tələblərinə əsasən yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, həmin şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs anası ilə birlikdə ünvan 13i ünvanında qeydiyyatdadır, yaşayış üzrə müsbət xarekterizə olunur (cild 02, iş vər. 118- 120). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 113-114). Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını CM-in 59.1.2ci maddəsinə əsasən, zərərşəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin onunla barışmasını isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-nin 85-ci maddəsinə uyğun olaraq CM-nin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. CM-in 85.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrum etmə on ildən çox olmayan müddətə təyin edilir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda yaşını, yəni yetkinlik yaşına çatmayan şəxs olmasını, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, bununla yanaşı zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin hazırda onunla barışmasını və ondan şikayətçi olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulsa da, cinayət qanunvericiliyinin tələblərindən görünür ki, yetkinlik yaşına çatmayan şəxsə ən çox on il müddətə azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər. Göründüyü kimi, cinayət qanunu ilə Təqsirləndirilən şəxs üçün təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi on illə məhdudlaşdırılmışdır. Belə olan halda, onun barəsində hazırki halda CM-in 60-cı maddəsi tətbiq edilməklə cəza təyin olunması üçün əsaslar yarandığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində on ilin dörddə üçündən çox olmayan həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Qax Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarı ilə əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 45, 228-232). Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğu üçün CM-in 85.5.1-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Qax rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus cins şalvar, köynək, mərhum X5 məxsus köynək, şalvar, tuman, büstqalter, 01 ədəd bıçaq tiyəsinə oxşar dəmir parçası, bıçaq tutacağı və onun hissələri, yastıq üzü, yorğan üzü, divan örtüyü, yataq otağından götürülmüş 1 ədəd köynək, dırnaq nümunələri və digər götürülmüş nümunələr hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 133,23 AZN (bir yüz otuz üç manat, iyirmi üç qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qax rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus cins şalvar, köynək, mərhum X5 məxsus köynək, şalvar, tuman, büstqalter, habelə 01 ədəd bıçaq tiyəsinə oxşar dəmir parçası, bıçaq tutacağı və onun hissələri, yastıq üzü, yorğan üzü, divan örtüyü, yataq otağından götürülmüş 01 ədəd köynək, dırnaq nümunələri və digər götürülmüş nümunələr hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 133,23 AZN (bir yüz otuz üç manat, iyirmi üç qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Xaliq Məmmədov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-97/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-97/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver