Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-97/2024 05.03.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X7, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 15A, mənzil 28-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29, 149.1 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə fəhlə kimi işlədiyi "xxxx" MMC– dən gecə növbəsindən çıxıb səhər saatlarında evə gəlib gün ərzində bir qədər spirtli içki qəbul edərək yüngül dərəcəli sərxoş vəziyyətdə yaranmış cinsi ehtirası təmin etmək məqsədi ilə bir neçə dəfə yaşadıqları binanın həyətində gördüyü və qiyabi tanıdığı qonşuları, yəni Təbriz küçəsi 15A №li binanın 1-ci mərtəbəsində yerləşən 31 saylı mənzildə yaşayan Zərərçəkmiş şəxs əri Şahid1 03 sentyabr 2023-cü il tarixdə axşam saatlarında avtomobilini binanın qarşısında görməyərək onun evdə olmadığını yəqin edib Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq məqsədi ilə həmin gün saat 23:30 radələrində qanunla müəyyən edilmiş əsaslar olmadan sonuncunun iradəsinə zidd olaraq yaşadığı mənzilin pəncərəsindən mənzilə daxil olmaqla mənzil toxunulmazlıq hüququnu pozmuş, Zərərçəkmiş şəxs hamamdan çıxdığını görüb onunla cinsi əlaqədə olmaq istədiyini bildirdikdə, sonuncu qorxaraq mənzilin qonaq otağına keçib qapını bağlamağına baxmayaraq, əlində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, məişət təyinatlı turist bıçağı ilə qapının kilidini açmaq niyyəti ilə qapının pənçərəsini və qapı tutacağını (açar yuvacığını) sındıraraq qapı üzərinə müxtəlif forma və ölçüyə malik qopma, sürtünmə, batıq zədələri yetirib əlindəki bıçağı nümayiş etdirməklə zor tətbiq etmə hədəsi ilə onunla cinsi əlaqədə olmağı təkid etdiyindən Zərərçəkmiş şəxs onun qarşısını ala bilməyəcəyindən qorxaraq qışqırıb qonşuları köməyə çağırdığı üçün mənzili tərk edib öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs zorlamağa, yəni zor tətbiq etmə hədəsi ilə onunla cinsi əlaqədə olmağa cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 29,149.1 və 157.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün spirtli içkinin təsiri altında olmaqla öz evinə getmiş, harada və kiminlə görüşməsini xatırlamamışdır. Əlvan Qadaşovanın yaşadığı evə getməmiş, sonuncunun evinə girməmişdir. Onun barəsində Mingəçevir şəhər məhkəməsində inzibati qaydada işə baxılarkən tanımadığı polis əməkdaşlarından biri ona zərərçəkmişə bağışla deməsini və bu zaman onu buraxacaqlarını dediyinə görə məhkəmədən onu bağışlamasını xahiş etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 03 sentyabr 2023-cü il tarixdə işlədiyi "xxxx" MMC-də növbəsini təhvil verdikdən sonra gün ərzində bir çox miqdarda spirtli içki qəbul etdiyinə görə həmin içkinin təsiri altında olmuş, həmin gün harada, nə ilə məşğul olmasını xatırlamamışdır. Artıq sentyabrın 3-dən 4-nə keçən gecə evdə çarpayıda yatdığı zaman anası onu yuxudan oyadaraq qonşuluqda yaşayan Şahid1 evinə daxil olmasını və bununla əlaqədar bir neçə polis əməkdaşının gəlməsi barədə məlumat vermiş, bu zaman evinin qarşısına gələn polis əməkdaşları ilə şöbəyə getmişdir. Şöbədə olarkən sərxoşluğu yoxlanıldıqdan sonra şöbənin saxlama yerində 24 saatdan çox qalaraq şəhər məhkəməsinə aparılmış, məhkəmədə inzibati qaydada barəsində olan işə baxılarkən hakimin qarşısında olanların heç birini xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 sentyabr 2023-cü il tarixdə saat 2330 radələrində övladlarını yataq otağında yatızdırdıqdan sonra qapını bağlayaraq yuyunmaq üçün hamam otağına keçmiş və bir neçə dəqiqə sonra hamam otağından çıxıb dəsmala bükülərək qonaq otağına keçərkən yataq otağının qapısının açılmasını görmüşdür. Həmin vaxt yataq otağında yatan azyaşlı uşaqlarından birinin oyanmasını zənn etmiş, lakin yataq otağına keçmədən qonşusu Təqsirləndirilən şəxs dəhlizdə əlində bıçaqla durduğunu görmüşdür. İsmayıldan yüksək səslə evində nə etdiyini soruşduqdan sonra qonaq otağının qapısını üzünə dərhal bağlayaraq içərdən qapını kilidləmiş, həmçinin İsmayıldan dərhal evini tərk etməsini tələb etmişdir. Təqsirləndirilən şəxs sözlərinə heç bir məhəl qoymaraq qapını əlləri və ayağları ilə vuraraq “aç qapını, səni istəyirəm, aç qapını” deyə ifadələr işlətmiş, qapını aça bilmədiyini görüb əlində olan bıçaqla qapının tutacaq yerini zədələyərək sındırmışdır. Həmçinin bıçağın tutacaq yeri ilə qapının şüşəsinə də bir neçə dəfə vuraraq şüşəni çatlatmış, həmin anda İsmayıl Şükurov onunla cinsi əlaqədə olmaq istədiyini təkid edərək, nə etsə də xeyri olmadığını, onunla cinsi əlaqədə olacağını demişdir. Bundan sonra o, qorxudan və həyacandan qışqıraraq qonşuları köməyə çağırmağa başlamış, onun səsini eşidən Təqsirləndirilən şəxs qaçaraq evi tərk etmişdir. Uşaqları onun səsinə oyanaraq ağlamağa başladıqdan sonra qonaq otağının qapısını açaraq uşaqlarını sakitləşdirmək üçün yataq otağına keçmiş, həmin vaxt eyvanda olan əşyaların dağınıq olmasını aşkar etmişdir. Evlərinin quruluşuna görə yataq otağının pəncərəsi eyvana, eyvandan isə pəncərə artıq binanın arxa həyətyanı sahəsinə açıldığından Təqsirləndirilən şəxs həmin pəncərə vasitəsi ilə evə daxil olaraq eyvandan yataq otağına keçmiş, orada onu görmədiyi üçün səssiz olaraq yataq otağının qapısını açaraq dəhlizə keçmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2023-cü il senyabr ayının 3-dən 4-nə keçən gecə evdə yatdığı zaman binanın dəhlizindən Zərərçəkmiş şəxs yüksək səslə kiminləsə danışmasını eşidib mənzildən çıxıb Zərərçəkmiş şəxs evinə keçib orada sonuncunun valideynlərini və qaynatasını görüb nə baş verməsini soruşduqda Zərərçəkmiş şəxs ona hamam otağından çıxdığı zaman qonşusu Təqsirləndirilən şəxs yataq otağının pəncərəsindən mənzilinə daxil olmasını bildirmişdir. Bundan sonra qışqırıb qonşuları köməyə çağıraraq 102 xidmətinə zəng etdiyi üçün Təqsirləndirilən şəxs evi tərk etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 03 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs gecə növbəsindən evə gəldiyi zaman artıq içkili olmuş, evdə bir neçə saat vaxt keçirtdikdən sonra Təqsirləndirilən şəxs həmişəki kimi evdən çıxıb gedərək saat 00 radələrində geri dönmüşdür. Təqsirləndirilən şəxs evə gələrkən birbaşa öz otağına keçərək qapını bağlamış, təxminən 20 dəqiqə sonra evinin qarşısına şəhər polis şöbəsinin əməkdaşları gələrək Şahid1 Təqsirləndirilən şəxs şikayət etməsini bildirmişlər. Təqsirləndirilən şəxs yuxudan oyadaraq nə baş verməsini soruşmüş, lakin oğlu heç nə bilmədiyini və məsələyə aydınlıq gətirmək məqsədi ilə çarpayıdan qalxaraq həyətə düşdükdən sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. X5 evinə gedəndə sonuncu ona oğlunu tutduracağını bildirmiş, evə girərkən orada şüşə qırıqları görməmişdir. İsmayıl şöbəyə aparıldıqdan sonra qonşulardan Təqsirləndirilən şəxs pəncərədən Zərərçəkmiş şəxs evinə daxil olması ona məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2023-cü il tarixdə axşam saatlarında xidmətdə olduğu zaman saat 2340 radələrində arvadı Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək ağlamağa başlamış və həyəcanla ona saat 2330 radələrində hamam otağından çıxaraq qonaq otağına saçını qurutmağa keçdiyi zaman yataq otağından dəhlizə Təqsirləndirilən şəxs əlində bıçaqla çıxmasını gördüyünü, İsmayıldan evində nə etdiyini yüksək səslə soruşaraq dərhal qonaq otağının qapısını bağlayaraq içərdən kilidlədiyini, Təqsirləndirilən şəxs arvadı ilə cinsi əlaqədə olmaq istədiyini bildirərək sonuncuya “səni istəyirəm” deyə ifadələr işlətdiyini, qapını açmaq məqsədi ilə əlində olan bıçaqla qapı tutacağını və qapı şüşəsini sındırdığını, qorxusundan qışqırdığını və qonşuları köməyə çağırmağa başladığını, bunu eşidən Təqsirləndirilən şəxs cəld evi tərk etdiyini bildirmişdir. Arvadı ilə danışdıqdan sonra anası Anaxanım Qadaşovaya zəng edərək atası ilə birlikdə onlara getməsini xahiş etmiş, həmin günün səhər saatlarında evə gəldiyi zaman mənzilin binanın arxa hissəsinə çıxan pəncərə torunun yerindən çıxarıldığını və eyvanda olan əşyaların dağınıq olduğunu, habelə qonaq otağının qapısının tutacaq yerinin sındığını və üzərində kəsik zədələrinin olmasını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 03 sentyabr 2023-cü il tarixdə saat 2330 radələrində qardaşı Şahid3la yataq otağında yatdığı zaman anası Zərərçəkmiş şəxs qışqırığına oyanan zaman onlar qorxularından ağlamağa və anasını çağırmağa başlamışlar. Anaları yanına gəldikdən sonra birlikdə eyvana çıxarkən orada əşyaların dağılmasını, o cümlədən aynabəndin torun yerində olmamasını görmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid7 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2023-cü il tarixdə saat 2340 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmət mərkəzinə müraciət edərək bir nəfər şəxsin sonuncunun mənzilinə qanunsuz daxil olması və ünvanına nalayiq ifadələrin işlətməsi barədə verdiyi məlumat əsasında yaradılmış əməliyyat-istintaq qrupu ilə birlikdə həmin ünvana getmiş, Zərərçəkmiş şəxs hadisənin baş vermə mexanizmini danışarkən onlar eyvana keçdikdə orada saxlanılan əşyaların dağınıq olmasını və eyvandan binanın arxa tərəfinə açılan pəncərənin torunun yerindən çıxarılıb kənara qoyulmasını aşkar etmişlər. Zərərçəkmiş şəxs həyacanlı vəziyyətdə həmin torun Təqsirləndirilən şəxs tərəfindən çöl tərəfdən çıxarılaraq kənara qoyduqdan sonra səssiz formada mənzilə daxil olmasını, 10-15 dəqiqə əvvəl hamam otağından çıxıb saçlarını qurutmaq məqsədi ilə qonaq otağına keçdiyi zaman yataq otağının qapısının sakit açılaraq dəhlizə qonşusu Təqsirləndirilən şəxs keçməsini gördüyünü, İsmayıldan evində nə etdiyini soruşaraq həyəcanlandığını və qorxduğu üçün cəld olaraq qonaq otağının qapısını bağlayaraq kilidlədiyini, Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməklə Əlivanla cinsi əlaqədə olmaq istədiyini deyərək həmin qapını açmağa çalışdığını və əlində olan bıçaqla qapının kilidini sındırdığını, bundan sonra isə o, qışqırmağa başladığından Təqsirləndirilən şəxs evi təcili tərk edərək eyvanda olan əşyalarının hamısını dağıtdığını bildirmişdir. Həmin vaxt qonaq otağına keçdikdə qonaq otağının qapısının tutacaq yerinin və şüşəsinin sınmış olduğunu aşkar etmişlər. Bundan sonra Zərərçəkmiş şəxs bilavasitə evinə girən şəxsi göstərdiyindən Təqsirləndirilən şəxs mənzilinə getmiş və qapını açan anasına İsmayılın barəsində şikayət olduğunu və sonuncunu çağırmasını tələb etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs otaqdan çıxaraq gəlmiş, Təqsirləndirilən şəxs baş verənləri izah edərək Mingəçevir ŞPŞya aparmışlar. Şəhər polis şöbəsində Təqsirləndirilən şəxs barəsində inzibati tutma haqqında protokol tərtib olunmuş və üzərinə baxış keçirilərkən bir ədəd cib bıçağı aşkar olunaraq müvəqqəti saxlanılması üçün götürülmüşdür. Polis şöbəsində Təqsirləndirilən şəxs sorğu-sual etdikləri zaman sonuncu gün ərzində xeyli miqdarda içki qəbul edərək sərxoş olduğundan heçnə xatırlamadığını bildirərək izahat verməkdən imtina etmişdir. Sərxoşluğu yoxlanıldığı zaman sonuncunun yüngül dərəcəli sərxoş olduğu müəyyən edilmiş, növbəti gün barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə şəhər məhkəməsinə göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid6 eyni məzmunlu ifadə verərək Şahid7 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmətrasoloji və məhkəmə soyuq silah ekspertizasının 15 noyabr 2023-cü il tarixli 3/1677- 3/1678 №li rəyinin məhkəmə soyuq silah ekspertizası üzrə nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan təyinatını dəyişən əlavə və ya dəyişiklik edilməmişdir. Həmin rəyin məhkəmə-trasoloji ekspertizası üzrə nəticə hissəsindən görünür ki, təqdiqata təqdim edilmiş bir ədəd otaq qapısının səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş müxtəlif forma və ölçüyə maik qopma, sürtünmə, batıq zdələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Qapı üzərində olan zədələr ümumi əlamətlərinə əsasən təqdim edilən bıçağın təsirindən yaranması mümkündür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 13 oktyabr 2023-cü il tarixli 703 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən üzərində hər hansı xəsarət yoxdur. Sonuncunun cinsiyyət orqanında cinsi əlaqədə olmağa maneəçilik törədə biləcək hər hansı bir anadangəlmə və ya qazanılma qüsur aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasın 06 dekabr 2023-cü il tarixli 1993 № li rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqoldan epizodik istifadə edərək narkotik vasitələrdən istifadə etmir. Alkoqolizm və narkomaniya xəstəliyindən əzab çəkmir. Alkoqolizm və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 769 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, pisix fəaliyyətinin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. Həmçinin Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, ona şamil edilən ictimai təhlükəli əməli törətdiyi zaman psixi xəstəlik keçirtmədiyindən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və ya onu idarə edə bilmişdir, yəni cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməlləri CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törətdikdən sonra, yəni hal-hazırda psixi xəstəlikdən əziyyət çəkmir. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarındadır. Onun hərəkətləri CM-in 21.3-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş 04 sentyabr 2023-cü il tarixdə saat 0120 radələrində tərtib edilmiş 915 nömrəli qulşoxrəs˝ hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə˝ protokoldan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-701/2023 №li inzibati icraata xitam verilməsi haqqında qərardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib əlamətlərinin olub-olmaması barədə icraata baxılarkən sonuncunun əməlində CM-in 157.1-ci maddəsinin cinayət tərkib əlamətləri olduğundan həmin tarixdə MN1859030№-li inzibati xəta protokolu ilə başlanmış inzibati iş üzrə icraata xitam verilərək materiallar hüquqi qiymət verilməsi üçün şəhər prokurorluğuna göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs inzibati qaydada tutularkən üzərinə baxış keçirilmiş və üzərində 01 ədəd bıçaq aşkar olunmaqla götürülmüş, sonuncunun əynində qara rəngli qısaqol köynək, tünd göy rəngli cins şalvar, qara rəngli ayaqqabı olmuşdur. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdə saat 1645-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 27 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər 9 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli 655 nömrəli arayışdan görünür ki, Şükürov X3 şəhəri Təbriz küçəsi ev 15A mənzil 28-dğ yaşamaqla himayəsində 2012-ci ildə doğulmuş Aysu Şükürlü adlı bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 29,149.1 və 157.1-ci maddələri ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Əlvan Qadaşovanın evinə ümumiyyətlə daxil olmaması, sonuncu ilə cinsi əlaqəyə girməyə cəhd etməməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsində videoçəkilişlə aparılan məhkəmə iclası zamanı özünü törədilmiş inzibati xətada təqsirli bilərək məhkəmədən onun bağışlanmasını xahiş etmiş, eyni zamanda zərərçəkmiş şəxsin ifadəsi ilə də hal öz təsdiqini tapmışdır. Bu hissədə məhkəmə tərkibi Təqsirləndirilən şəxs Əlvan Qadaşovanın evinə ev sahibinin icazəsi olmadan daxil olmasını qəbul edir. Təqsirləndirilən şəxs Əlvan Qadaşova ilə sonuncunun iradəsinin əleyhinə onunla cinsi əlaqədə olmağa cəhd etməsinə gəldikdə isə məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-in 149.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri mövcuddur. Təqsirləndirilən şəxs Əlvan Qadaşovanın evinə daim gedib-gələn şəxs olmadığına görə həmin evə gecə vaxtı, şəxsin ərinin olmadığına əmin olduqdan sonra gizli şəkildə pəncərədən daxil olmasının səbəbi məhz Əlvan Qadaşova ilə cinsi əlaqədə olmaq istəməsi olmuş, bunun üçün real hərəkətlər edərək qapının tutacaq yerini əlindəki bıçaqla sındırmış, qapının şüşələrini sındırmış, həmin vaxt zərərçəkmiş şəxs ona müqavimət göstərdiyinə və səs-küy saldıqdan sonra qonşuların gələcəyini görüb öz iradəsindən asılı olmayan səbəblərdən öz niyyətini həyata keçirə bilməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda CM-in 157.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsinə görə isə həmin maddənin sanksiyası həddində nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 56.1.2-ci maddəsində əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 25 oktyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 128 AZN (yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə qazancından 20 faiz dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.3-cü maddələrinə əsasən təyin olunmuş islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 06 (altı) ay islah işləri cəzası 01 (bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əvəz olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 25 oktyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Prokurorluğunda saxlanılan bir ədəd turist bıçağı məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 128 AZN (yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-97/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-97/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver