Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-97/2025 12.03.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1960-cı ildə Ucar rayonunun Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ucar rayonunun Qaradağlı kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı digər şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı Ucar rayonunun Qaradağlı kəndində yerləşən evin həyətində qardaşı oğlu Zərərçəkmiş şəxs həmkəndlisi Şahid2 döydüyünə görə irad tutarkən, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq söyüşlər söyməsindən əsəbiləşib sərxoş vəziyyətdə qisas almaq məqsədilə yaşadığı evin həyətindəki çardağın altında olan stolun üzərindən götürdüyü tiyəsi gümüşü rəngli metaldan, dəstəyi isə qara rəngli plastik lövhələrdən ibarət olan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə 4 zərbə vuraraq, ona sol orta körpücük xətti üzrə İV qabırğarası sahənin, sol kürəküstü nahiyənin və sol qoltuqaltı nahiyənin daxilə nüfuz etməyən yaraları ilə müşayiət olunan, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, həmçinin qarnın sol yan divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan və yetirilən anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək və məhkəməyədək icraat zamanı verdiyi ifadələrini qismən təsdiq edərək ifadəsində göstərmişdir ki, qardaşının oğlu Zərərçəkmiş şəxs digər qonşu ilə mübahisə etdiyi üçün o, sonuncunu danlamış və bu zəmində aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı bir-birilərinin yaxasından tutmuşlar və həmin vaxt o, qardaşının oğlunu qorxutmaq məqsədilə bıçağı çıxarmış, lakin bıçaq zərbəsinin qardaşının oğluna dəyib-dəymədiyini bilməmiş və sonuncunun xəsarət almasını hiss etməmişdir. Latın qrafikalı Azərbaycan əlifbasını oxuya bilmədiyi üçün ibtidai istintaq zamanı ifadəsi müstəntiq tərəfindən ona oxunmuş və o da bundan sonra ifadəsinə imza etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır, hadisədən sonra zərərçəkmiş şəxslə barışmışdır, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşının oğludur. 29 iyul 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı Ucar rayonunun Qaradağlı kəndində yerləşən fərdi yaşayış evində olan zaman Zərərçəkmiş şəxs oraya gələrək qonşusu Şahid2 küçədə döydüyünü və sonuncunun şikayət etməməsi üçün məsələni yoluna qoymasını demiş, o isə Şahid2 yaşadığı evə gedib sonuncunun anası Gülcahan Əzizovaya bu barədə xahiş etdiyini və sonuncunun onun xahişini nəzərə alıb şikayət etmədiyini demişdir. Həmin günü doğum günü olduğu üçün təxminən 1 saat əvvəl evdə təkbaşına 500 qram araq içmiş, Gülcahan Əzizova ilə danışdıqdan sonra evin həyətində yerləşən çardağın alt hissəsində olarkən Zərərçəkmiş şəxs ondan məsələnin həll olunub-olunmadığını soruşmuş, o isə Gülcahan Əzizova ilə danışıb məsələni yolun qoyduğunu demiş və bu məsələyə görə Zərərçəkmiş şəxs danlamağa başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs ona söyüş söyüb dalaşmağa başlamış, ardınca onun əynində olan köynəyi dartıb cırmış və bədəninin müxtəlif nahiyələrinə təpik və yumruq zərbələri vuraraq onu döymüşdür. Bundan sonra Zərərçəkmiş şəxs həmin yeri tərk edib evə getmiş, o isə orada qalmışdır. Bundan təxminən 2-3 dəqiqə sonra Zərərçəkmiş şəxs mətbəxdə işlətdikləri bıçaqla ona tərəf gəlmiş, o, bunu görüb qaçmaq istədikdə Zərərçəkmiş şəxs badalaq fəndi işlədib onu yerə yıxmış və bu zaman o, xəsarət almışdır. Daha sonra yerdə uzanmış vəziyyətdə olan zaman Zərərçəkmiş şəxs onun sol qabırğa nahiyəsinin üst hissəsinə təpiklə bir neçə zərbə vurmuş, ardınca isə bıçaqla ona zərbə vurmaq istəyərkən əli ilə sonuncunun sağ bilək nahiyəsindən yapışıb biləyini sıxmış, bıçaq əlindən yerə düşdükdən sonra Zərərçəkmiş şəxs əli ilə onu boğmağa başlamış, bu zaman məcbur olub bıçağı yerdən götürüb bir neçə dəfə sonuncuya zərbə endirmiş, lakin neçə zərbə vurmasını xatırlamamışdır. Zərbənin təsirindən Zərərçəkmiş şəxs ondan kənarlaşmış və bundan sonra o, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməyi dayandırmışdır. Bundan sonra bıçağı qabın alt hissəsində gizlətmiş, həyətdə olan otluq sahədə yatmış və səhər vaxtı Ucar Rayon Polis Şöbəsinə gedərək özünü təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. 29 iyul 2024-cü il tarixdə qonşusu Şahid2la aralarında mübahisə olmuş, lakin sonuncu ilə dalaşması və sonuncuya hər hansı xəsarət yetirməsi xatirində qalmamışdır. Həmin tarixdə saat 21 radələrində yaşadığı evə gələrək əmisi Təqsirləndirilən şəxs Şahid2la dalaşdığını və sonuncunun şikayət etməməsi üçün məsələni həll etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs isə Şahid2 yaşadığı evə getmiş, bir müddət sonra qayıdaraq şikayətlərinin olmadığını bildirmiş və ardınca isə onu danlamağa başlamışdır. Həmin gün Təqsirləndirilən şəxs doğum günü olduğu üçün onunla birlikdə 500 qram araq içmiş və o, əlavə olaraq pivə də içmişdir. Əmisi Təqsirləndirilən şəxs onu danlayan zaman sonuncuya qarşı hər hansı nalayiq ifadə işlətməsi xatirində qalmasa da, sonuncu ilə həyətdə yerləşən çardağın alt hissəsində mübahisə etməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan köynəyi cırmasını qismən xatırlasa da, əmisinə yumruq və təpiklə zərbələr vurmamışdır. Mübahisə zamanı əmisi stolun üzərində olan, tutacağının çox hissəsi qara, az hissəsi isə ağ rəngdə olan və kəsici hissəsinin yuxarı sağ tərəfində balaca dəlik olan bıçağı götürərək həmin bıçaqla onun qarın nahiyəsinə xəsarət yetirmiş, lakin nə qədər xəsarət yetirməsi xatirində qalmamış və yalnız bıçaqla bir xəsarət yetirməsini xatırlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs kənarlaşmış, sonradan xəstəxanaya aparılmış, lakin kim tərəfindən aparılması xatirində qalmamışdır. Bir müddət sonra isə əmisi Şahid1 evə gələrkən onu bıçaqlanmış vəziyyətdə görüb təcili tibbi yardım xidmətinə zəng etməsi və sonuncunun onun xəstəxanaya aparılmasında kömək etməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə onun qardaşı Nail Həşimovun oğludur. 29 iyul 2024cü il tarixdə saat 21 radələrində yaşadığı evə qayıtmış və bu zaman Zərərçəkmiş şəxs yarım oturmuş vəziyyətdə olduğunu görüb yaxınlaşdıqda sonuncunun sol çiyin nahiyəsində və sol qarın boşluğunda qan ləkələrinin olmasını görmüşdür. Bundan sonra o, dərhal Təcili və X3 Xidmətinə zəng edərək məlumat vermiş, daha sonra isə Zərərçəkmiş şəxs xəstəxanaya çatdırmaq üçün magistral yola tərəf aparmış, lakin sonuncu orada huşunu itirmişdir. Bu səbəbdən də o, su gətirərək Zərərçəkmiş şəxs sifətini və qollarını su ilə yumuş, təxminən 20 dəqiqə sonra Təcili və X3 Xidmətinin əməkdaşları oraya gələrək Zərərçəkmiş şəxs Ucar Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 29 iyul 2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs digər şəxs ilə mübahisə etdiyini görüb yaxınlaşaraq mübahisə etmələrinin səbəbini soruşmuş, bu zaman sonuncu mübahisə etdiyi həmin şəxslə mübahisəni dayandırıb onunla mübahisə etməyə başlamış və sonuncunun yanında olan tanımadığı şəxs isə çıxıb getmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun sifətinə yumruqla və başı ilə zərbələr vurmuş, o isə özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs kənara doğru itələmiş, lakin sonuncuya zərbə vurmamışdır. Həmin vaxt Zərərçəkmiş şəxsla aralarında olan səs-küyə anası Gülcahan Əzizova oraya gəlmiş və onu evə aparmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 29 iyul 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən Zərərçəkmiş şəxs “sol qarın nahiyəsinin deşilmiş yarası, qarının digər dəqiqləşdirilməmiş hissəsinin açıq yarası” xəsarətləri ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdimetmə və götürmə barədə 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş paltarlara baxış keçirilmiş və bu zaman əynində olmuş qısaqol köynəyin üzərində qanabənzər ləkələr və kəsilmə-deşilmə izləri aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 30 iyul 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs qeyd olunan xəsarətləri 29 iyul 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı Ucar rayonunun Qaradağlı kəndinin ərazisində yerləşən evlərinin həyətində əmisi Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncu tərəfindən qəsdən bıçaqla 4 zərbə vurulması nəticəsində alması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş könüllü gəlmə haqqında 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21 radələrində Ucar rayonunun Qaradağlı kəndində yerləşən evinin həyətində qardaşının oğlu Zərərçəkmiş şəxs bıçaqla zərbə vurub xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Ucar rayonunun Qaradağlı kəndində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evidir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs çardağın alt hissəsində olan beton döşəmənin üzərini göstərərək 29 iyul 2024-cü il tarixdə saat 21 radələrində qardaşının oğlu Zərərçəkmiş şəxs ilə həmin yerdə mübahisə etdiyini və nəticədə sonuncunun onunla mübahisə edərək onu döydüyünü, daha sonra yaşadıqları evə gedib əlində bıçaqla ona tərəf gəlib onu döyərək boğmağa başladığını, bu zaman əlində olan bıçağı alaraq sonuncuya bir neçə dəfə bıçaqla xəsarət yetirdiyini, ardınca Zərərçəkmiş şəxs ondan kənarlaşıb evin girişində olan ağacın alt hissəsinə gedib orada əyləşdiyini, özünün isə evin arxa tərəfində yerləşən dizel yanacağı tökülən göy rəngli plastik qabı qaldırıb Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı orada gizlətdiyini qeyd etmişdir. Hadisə yerinə baxış keçirilən zaman həmin plastik qabın alt hissəsinə baxış keçirilən zaman orada üzərində qana bənzər ləkə olan bıçaq aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdimetmə və götürmə barədə 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş qısaqol köynəyə baxış keçirilmiş və bu zaman qısaqol köynəyin üzərində zədə izi aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 30 iyul 2024-cü il tarixli 158 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 30 iyul 2024-cü il tarixli 265 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onda “qarının sol yan divarının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası” diaqnozu ilə, 29 iyul 2024-cü il tarixdə deşici-kəsici alətin, ekspertizaya təqdim edilmiş və ya ona bənzər digər bıçağın tiyəsinin təsirindən əmələ gəlmiş, adətən kənar şəxs tərəfindən yetirilmə nəticəsində törənməyə uyğun və yetirilən anda həyat üçün təhlükəli olduğu üçün dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid, habelə “sol orta körpücük xətti üzrə İV qabırğaarası sahənin, sol kürəküstü nahiyənin və sol qoltuqaltı nahiyənin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları” diaqnozu ilə, 29 iyul 2024-cü il tarixdə deşici-kəsici alətin, ekspertizaya təqdim edilmiş və ya ona bənzər digər bıçağın tiyəsinin təsirindən əmələ gəlmiş, adətən kənar şəxs tərəfindən yetirilmə nəticəsində törənməyə uyğun və səhhətin qısa müddətə pozulmasına səbəb olduğu üçün dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 29 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış və bu zaman o, hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 09 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və bu zaman o, hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik və trasoloji ekspertizasının 18 sentyabr 2024-cü il tarixli 3/1333, 3/1366 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin, üzərində “Təqsirləndirilən şəxs məxsus....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus....” yazıları olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan alətin (bıçaq və ya bənzər xassəli alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Təqdim edilmiş “Təqsirləndirilən şəxs məxsus....” yazıları olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin səthində olan zədə isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim edilmiş materialların məhkəmə ekspertizasının 18 sentyabr 2024-cü il tarixli 6/4233 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənaf lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyasının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyasının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyasının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyasının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim edilmiş maddi sübutların müayinəsinə dair 03 oktyabr 2024-cü il tarixli 543/2024- MTBŞ nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu O (İ)-dir. Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu A (İİ)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin, Təqsirləndirilən şəxs məxsus köynəyin üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda A və H antigenləri alınmışdır. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə A/H/(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (əgər onun qanında müşayiətçi H antigeni varsa). Lakin bu qan ləkələrinin bir neçə şəxsin qarışmış qanı hesabına yaranma ehtimalını nəzərə alsaq, həmin ləkələrdə ABO sistemi A(İİ), A/H (İİ) və O (İ) qruplu şəxslərin qanlarının olması mümkündür və bu halda ləkələrdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qarışmış qanının olması inkar olunmur. Təqdim olunmuş bıçağın üzərində qan aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim edilmiş maddi sübutların ekspertizasının 07 oktyabr 2024-cü il tarixli 404/MTKŞ- 2024 nömrəli rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qısaqol koftanın ön səthinin sol yarısında, arxa səthinin sağ yarısında və sol qolunun arxa səthində cırılmış və cırılmış-sökülmüş zədələr var. Bu zədələr küt mexanizmlə, paltarın həmin nahiyələrinin dartılması nəticəsində törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın ön səthinin sol yarısında və arxa səthinin sol yarısında çoxsaylı deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, o cümlədən ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın tanınması haqqında 25 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 04 ədəd bıçaqdan 02 rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək hadisə vaxtı Təqsirləndirilən şəxs ona həmin bıçaqla xəsarət yetirdiyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 126.2.3, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavələr olunması və ona yenidən ittiham elan edilməsi haqqında 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirib CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə vaxtı sonuncunun sol qabırğa nahiyəsinin üst hissəsinə təpiklə bir neçə zərbə vurmasından sonra bıçaqla ona zərbə vurmağa çalışdığını, bu zaman əli ilə sonuncunun sağ bilək nahiyəsindən yapışıb biləyini sıxdığını, bıçağın sonuncunun əlindən yerə düşdüyünü, bundan sonra Zərərçəkmiş şəxs əli ilə onu boğmağa başladığını, bu zaman məcbur olub bıçağı yerdən götürüb bir neçə dəfə sonuncuya zərbə endirdiyini, lakin neçə zərbə vurmasını xatırlamadığını, zərbənin təsirindən Zərərçəkmiş şəxs ondan kənarlaşdığını və bundan sonra Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməyi dayandırdığını desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qardaşının oğlu Zərərçəkmiş şəxs digər qonşu ilə mübahisə etməsi səbəbindən sonuncunu danladığını, bu zəmində aralarında mübahisə yarandığını, mübahisə vaxtı bir-birilərinin yaxasından tutduqlarını, həmin vaxt qardaşının oğlunu qorxutmaq məqsədilə bıçağı çıxardığını, lakin bıçaq zərbəsinin qardaşının oğluna dəyib-dəymədiyini bilmədiyini və sonuncunun xəsarət almasını hiss etmədiyini, latın qrafikalı Azərbaycan əlifbasını oxuya bilmədiyi üçün ibtidai istintaq zamanı ifadəsinin müstəntiq tərəfindən ona oxunduğunu və bundan sonra ifadəsinə imza etdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, Zərərçəkmiş şəxs ifadəsi ilə də Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi həmin xüsusatlar təkzib olunmuşdur. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə hadisənin baş vermə şəraiti ilə bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünümüdafiə xarakterli ifadə hesab edir. Əksinə zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb birinin digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadənin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı digər şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş notariat qaydasında təsdiq edilmiş 30 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonunun Qaradağlı kəndində qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Ucar rayonunun Qaradağlı kəndində qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını və cinayətin açılmasına fəal kömək etməsini CM-in 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, hadisənin baş vermə mexanizmini, onun hadisədən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxslə barışmasını, hadisə nəticəsində təqsirləndirilən şəxsin qardaşının oğlunun xəsarət almasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, eyni zamanda CM-in 60-cı maddəsinin tələblərini və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmənin bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələnməsi, hadisə nəticəsində qardaşının oğİunun xəsarət alması, zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmaması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Qeyd olunanlara əsasən, məhkəmə şərti məhkum etmənin Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməli olmasını məqsədəmüvafiq hesab edir. Habelə CM-in 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə müəyyən vəzifələri qoya bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişdirməmək vəzifələri qoyulmаlıdır. Həmçinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – CİM) 179-cu maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sınаq müddəti dövründə Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Ucar Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilməlidir. Eləcə də CİM-in 181-ci maddəsinə əsasən, sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 30 iyul 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. CPM-in 507.3-cü maddəsinə əsasən, hökm elan edildikdən sonra hakimin göstərişi ilə şəxs azadlıqdan məhrum etməyə şərti məhkum edildikdə təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdаn məhrum etmə növündə cəza şərti olaraq tətbiq edildiyindən onun hökm çıxarılanadək həbsdə olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı, habelə barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında itizam qətimkan tədbiri ilə dəyişdirilməli, o, dərhal həbsdən azad edilməli və barəsində seçimiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 30 avqust 2024-cü il tarixli 2804/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 07 avqust 2024-cü il tarixli 18-1-77/2-1029/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 avqust 2024-cü il tarixli 590 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ruhi xəstəliyin əlamətləri müəyyən olunmur. O, cinayət əməlini törədərkən öz hərəkətlərinə cavab verə bilmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun törətmiş olduğu əməl CM-in 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 07 avqust 2024-cü il tarixli 18-1-77/2-1029/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanınma haqqında 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs üzərində olmuş bir ədəd qısaqol köynək və Təqsirləndirilən şəxs üzərində olmuş bir ədəd qısaqol köynək həmin tarixdə maddi sübut hesab edilmiş və saxlanılması üçün Ucar Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs üzərində olmuş bir ədəd qısaqol köynək və Təqsirləndirilən şəxs üzərində olmuş bir ədəd qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 153 (yüz əlli üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınаq müddəti ilə şərti hesаb edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə dəyişdirilsin, o, dərhal həbsdən azad edilsin və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Ucar Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cinayət işi üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs üzərində olmuş bir ədəd qısaqol köynək və Təqsirləndirilən şəxs üzərində olmuş bir ədəd qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 153 (yüz əlli üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova
Məhkəmə qərarları › İş №1(091)-97/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-97/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver