Məhkəmə qərarları › İş №1(091)-98/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-98/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-98/2021 16.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, xx xxx 1959-cu il tarixdə Şəki rayonunun İnçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyət ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki rayonunun İnçə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 19:45 radələrində yaşadığı Şəki rayonunun İnçə kəndində yerləşən evin yataq otağında oğlu Zərərçəkmiş şəxs ondan borc pul istəməsinə görə qolundan tutub onunla birgə yaşamaq istəmədiyini bildirərək yataq otağından evin həyət hissəsinə çıxartmaq istəyərkən sonuncu ilə aralarında yaranmış mübahisə zamanı o, evin yataq otağında olan masanın üzərindən soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vurmaqla ona qarnın ön divarının qarın boşluğuna nüfuz edən, qara ciyərin kəsilməsi, daxili qanitirmə və posthemorragik İİ dərəcəli şokla müşayiət olunan deşilmiş-kəsilmiş yara kimi insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə nəticələnən xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərərvurma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini müdafiə etdi və ona uyğun ifadə verərək göstərdi ki, oğlu olan Zərərçəkmiş şəxs Bakı şəhərində yaşayırdı, fəhləçiliklə məşğul idi. Lakin spirtli içkiyə qurşanmışdı və özünə heç fikir vermirdi. Hadisədən bir neçə gün əvvəl Bakı şəhərindən onun yanına gəlmişdi. Onun qeydinə qaldıqdan sonra onu kəndə işə düzəltmiş, oğlu bir neçə gün işə gedib-gəlmişdir. Hadisə günü, yəni xx xxxxxxx 2020-ci il tarixdə onunla yaşadığı evin yataq otağında oturub söhbət etmişdir. Söhbət zamanı Katıf mobil telefonu ilə böyük qardaşına zəng edib ona pul göndərməsini xahiş etmişdir. Lakin oğlu Xəqan hazırda üzərində pul olmadığına görə göndərə bilməyəcəyini, bir neçə gün sonra 50 manat pul verə biləcəyini bildirmişdir. Katıf qardaşı ilə danışıb qurtardıqdan sonra ondan borca pul istəmişdir. Lakin ona heç bir yerdən köməkliyin olmadığını, gündəlik dolanmaq üçün güc-bəla ilə pul qazandığını, həmin pulu da gündəlik zəruri tələbatlarına xərclədiyini, indiki dövrdə işin çətin tapıldığını, onsuzda işlədiyinə görə bir neçə gün sonra maaşının veriləcəyini bildirmişdir. Lakin dedikləri oğlu Katıfın xoşuna gəlmədiyi üçün o, pulu necə alacağını bildirmişdir. Bu vaxt onunla aralarında sözlə mübahisə yaranmışdır. Katıfın qaldığı müddət ərzində şıltaqlığından bezib ayağa qalxaraq onun yanına gedib qolundan tutaraq çölə çıxarmaq istəyərək “çıx, get, səninlə yaşamaq istəmirəm daha” demişdir. Bu vaxt isə Katıf onun qolundan tutmağına görə boğazından tutmuşdur. Bu vaxt aralarında olan mübahisə daha da qızışmış, həmçinin oğlu boğazından tutduğu üçün əsəbiləşib sağ tərəfindən stolun üzərində olan çörək doğramaq üçün istifadə etdiyi mətbəx bıçağını götürüb oğlu Katıfın qarın boşluğuna vurmuşdur. Bu vaxt Katıf “ata, sən neynədin, məni niyə vurdun?” dedikdə o, artıq etdiyi əməldən peşman olub bıçağı həmin stolun üzərinə qoymaqla Katıfa qanın kəsməsinə köməklik etməyə başlamışdır. Belə ki, elə həmin otaqda olan ipin üzərindən dəsmalı götürüb yarasının üzərinə qoymuş və təcili tibbi yardıma zəng etmişdir. Lakin oradan təcili tibbi yardım maşınının digər çağırışda olduğu və gec gələcəyi deyilmişdir. Buna görə də, həmkəndlisi Səbuhi adlı taksiyə zəng edib gəlməsini xahiş etmişdir. Bir müddət keçdikdən sonra Səbuhi gəlmiş və onunla birlikdə Katıfı xəstəxanaya aparmışdır. Daha sonra isə Katıfın yanında gözləmək olmadığını, həmçinin üzərində pul olmadığını görüb evə qayıtmışdır. O, evə qayıtdıqdan bir müddət sonra isə polis əməkdaşları gəlib evə, iki nəfər hal şahidi ilə birlikdə baxış keçirmişdir. O isə polislərin gəlməsini görüb səmimi olaraq etiraf etmişdir. Hazırda oğlu olan zərərçəkmişlə barışmışdır, zərərçəkmişin ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən bu halların, o cümlədən yaşının çoxluğunun nəzərə alınmasını və barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini müdafiə edərək ona uyğun ifadə verdi və göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olmaqla özünü dolandırır. Uzun müddətdir ki, Bakı şəhərində fəhlə işləməklə pul qazanır. Təxminən xx.xx.2020-ci il tarixdə Bakı şəhərindən Şəki rayonunun İncə kəndində olan evimizə gəlmişdir. Anası uzun müddətdir ki, vəfat etmişdir. 2 qardaşı və 1 bacısı vardır. Onların atası İsmayıl ilə münasibətləri yaxşı deyildir. Bakıdan atasının yanına gəlib bir müddət onunla qalmaq istəmişdir. Bakı şəhərindən gəldikdən sonra fındıq bağında işləməyə başlamışdır. Hadisə günü evdə atasının telefonunu götürüb qardaşı Xəqaniyə zəng edib bir neçə günlük borca pul istəmişdir. Lakin həmin vaxt qardaşı hazırda üzərində pul olmadığını deyib, bir neçə gün sonra pul verə biləcəyini bildirmişdir. Bundan sonra qardaşı ilə sağollaşmış və daha sonra atasından özü üçün 10 manat pul istəmişdir. Lakin atası İsmayıl pulunun olmadığını bildirmişdir. Bundan sonra isə atasına onun pulunun olduğunu bildiyini, ondan başqa heç kimdən borca pul istəmək istəmədiyini, həmin pulu özündən götürə biləcəyini demişdir. Bundan sonra atası İsmayıl ayağa qalxıb yanına gələrək qolundan tutub “çıx çölə, səninlə yaşamaq istəmirəm” deyib çölə çıxarmaq istəmişdir. Həmin vaxt aralarında mübahisə yaranmış, atası əsələbləşərək yaxınlıqdakı bıçağı götürüb qarın boşluğundan bir dəfə vurmuş, qarın nahiyəsində istilik hiss etmiş və əlini qarnına vurduqda orada qan olduğunu görmüşdür. Bundan sonra atası kəndçisi Səbuhiyə zəng edib çağırmışdır. Bir müddət keçdikdən sonra Səbuhi evə gəlmiş və onlar birlikdə xəstəxanaya getmişlər. Hazırda atası ilə barışdığını, ondan heç bir şikayətinin və tələbinin olmadığını, məhkəmədən atasına həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini müdafiə edərək ona uyğun ifadə verdi və göstərdi ki, özünəməxsus Vaz-2106 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə kənddə taksi kimi fəaliyyət göstərir. xx xxxxxxx 2020-ci il tarixdə axşam radələrində həmkəndlisi İsmayıl dayı zəng edib şəhərə getmək lazım olduğunu bildirmişdir. Bundan sonra isə özünəməxsus avtomobil ilə onun yaşadığı evə getmişdir. Onun evinə getdikdən sonra oğlu Katıfın evin orta hissəsində olan yatağa uzandığını, qarın nahiyəsinin qan olmasını görmüşdür. Həmin vaxt İsmayıl dayıdan nə baş verməsini soruşduqda o, oğlu Katıfın yıxılmasına görə xəsarət aldığını, buna görə xəstəxanaya aparmaq lazım olduğunu bildirmişdir. Bundan sonra onun polisə məlumat verməsini və Katıfı aparmaq üçün təcili tibbi yardıma demək lazım olduğunu demiş və İsmayıl öz mobil telefonu ilə 103-ə zəng etmişdir. Lakin həmin vaxt oradan təcili tibbi yardım maşınının çağırışda olduğu bildirilmiş yaxın müddət ərzində köməyin gələcəyi bildirilmişdir. Bundan sonra isə avtomobilin gec gələcəyini düşünüb İsmayılla birlikdə Katıfı köməkli avtomobilin arxa hissəsinə əyləşdirmişdir. Bundan sonra isə Şəki Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini müdafiə edərək ona uyğun ifadə verdi və göstərdi ki, hazırda Şəki Şəhər Rayon X10 üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edirdi. Həmin gün xidməti ərazilərindən olan İnçə kəndində cinayət hadisənin baş verməsi barədə Növbətçi Hissədən məlumat daxil olduqdan sonra Şəki rayon İnçə kəndinə getmişdir. Ora getdikdən sonra həmin evə baxış keçirilməsindən ötrü iki nəfər yaxınlıqda yaşayan qonşulardan hal şahidi dəvət etmişlər. Bundan sonra isə baxışın keçirilməsinə başlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs baş verən hadisə barədə məlumat vermişdir. Daha sonra müvafiq protokol tərtib olunmuş və hadisə yerinə aid fotoşəkillər çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatı təsdiq etdi. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.2020-ci il tarixdə Şəki rayonunun İnçə kəndində yaşayan 1997-ci il təvəllüdlü X3 atası xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs ilə ailə-məişət münasibətlərinin pozulması zəminində aralarında mübahisə baş vermiş, mübahisə zamanı sonuncu oğlu Katib Gülməmmədlini bıçaqla vuraraq “qarın boşluğunun deşilmiş-kəsilmiş” yarası ilə nəticələnən xəsarət yetirmişdir. (cild 01, iş vər. 4) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 21:25-də Şəki MRX-nin Qəbul Şöbəsindən həkim N.Səmədov telefonla məlumat verərək bildirdi ki, Şəki rayonunun İnçə kəndində yaşayan 1997-ci il təvəllüdlü X2 “qarın boşluğunun deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə tibbi yardım göstərilmişdir. Həkimin deməsinə görə bıçaqlanıb. (cild 01, iş vər. 5) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “arayış”dan görünür ki, Şəki rayonunun İnçə kəndində yaşayan, 1997-ci ildə anadan olmuş X3 xx.xx.2020-ci il tarixdə Şəki RMX-yə müraciət etmişdir. Diaqnozu: Qarın boşluğuna nüfuz edən kəsilmişdeşilmiş yara, qaraciyərin zədələnməsi ilə. Xəstə hemorragik şokda olduğu üçün atasının deməsinə görə evdə təsadüfən oğlunun əlində olan mətbəx bıçağı yıxılıb qarın boşluğuna daxil olmuşdur. (cild 01, iş vər. 6) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq xx.xx.2020-ci il tarixdə oğlu Katibə yaşadığı evdə bıçaqla xəsarət yetirdiyini və evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. (cild 01, iş vər. 7) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verməsini ətraflı olaraq bildirməklə göstərmiş, xəsarət yetirdiyi bıçağı təqdim etmiş, baxış zamanı Zərərçəkmiş şəxs məxsus 07 ədəd qan nümunəsi, həmçinin 02 ədəd bıçaq, 01 ədəd mobil telefon, 01 ədəd yorğan üzü, 01 ədəd xalçanın kəsilmiş hissəsi və Təqsirləndirilən şəxs hadisə zamanı əynindəki olan paltarlar iş üçün əhəmiyyət kəsb etdiyinə görə müvafiq qaydada götürülmüşdür. (cild 01, iş vər. 8-28) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “Təqdim olunan geyim əşyalarına baxış keçirilməsi” protokolundan görünür ki, Şəki RMX-dan Zərərçəkmiş şəxs məxsus geyim əşyaları, yəni 01 ədəd şalvar, 01 ədəd gödəkçə, 02 ədəd mayka və 01 ədəd alt paltarı götürülmüşdür. Baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyinə görə geyim əşyalarının fotoşəkilləri çəkilmişdir. Daha sonra isə həmin geyim əşyaları sellofan torbaya yığılmaqla müvafiq qaydada qablaşdırılmışdır. (cild 01, iş vər. 64-74) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı ifadəsinin düzgünlüyü təsdiq etmiş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 78-84) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş bıçaqların içərisindən Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağı tanımışdır. (cild 01, iş vər. 144-146) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki rayon Psixiatriya Xəstəxanasından daxil olan xx.xx.2020-ci il tarixli 664 nömrəli məktubdan görünür ki, Şəki rayonunun İnçə kəndində yaşayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdurlar. (cild 01, iş vər. 175) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəki Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2020-ci il tarixli 2770 nömrəli məktubundan görünür ki, Şəki rayon İnçə kənd sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs “Şəki RMX” X11 Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdurlar. (cild 01, iş vər. 176) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X11 xx.xx.2020-ci il tarixli 493 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: qarının ön divarının qarın boşluğuna nüfuz edən, qaraciyərin kəsilməsi, daxili qanitirmə və posthemorragik İİ dərəcəli şokla müşayiət olunan deşilmiş-kəsilmiş yara iti kəsici əşyanın və ya alətin (əşyaların və ya alətlərin) təsirindən əmələ gəlmişdir, bıçağın təsirindən əmələ gəlməsi istisna edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2020-ci il tarixinə uyğundur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. (cild 01, iş vər. 177-179) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 xx.xx.2020-ci il tarixli 893/2020-MTBŞ nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A/H/İİ/-dir. 2. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu AB/H/İV-dir. 3. Ekspertizaya təqdim edilmiş 07 ədəd çubuqlu pambıq topası, qara dəstəkli bıçaq, xalça, mələfə Zərərçəkmiş şəxs məxsus sviter, şalvar, 02 ədəd mayka və tuman, Təqsirləndirilən şəxs məxsus şalvar və jaket üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrupu AB0 sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alındı. Bu qan ləkələri AB0 sistemi üzrə A/H/İİ qruplu şəxs, o, cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. 4. Ekspertizaya təqdim edilmiş digər 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus mayka, Zərərçəkmiş şəxs məxsus kəmər üzərində qana şübəli ləkə aşkar edilmədi. (cild 01, iş vər.212-220) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 xx.xx.2020-ci il tarixli 573-2020/MTKŞ nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarından bir ədəd sviterin ön səthinin sol səthinin aşağı hissəsində bir ədəd və 1№-li maykanın ön səthinin sol yarısının orta hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə kafi itilikli ülgücü,kafi itilikli ucu və özünü zəif dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus sviter və mayka üzərində aşkar olunmuş deşilmişkəsilmiş zədənin tədqiqata təqdim olunmuş şərti olaraq 1№-li (Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman sonuncu hadisə zamanı oğlu Zərərçəkmiş şəxs xəsarət yetirdiyi) bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus sviter və mayka üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədənin tədqiqata təqdim olunmuş şərti olaraq 2№-li (Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman iş üzrə gələcəkdə əhəmiyyət kəsb edəcəyi ehtimalı ilə götürülmüş) bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus sviter və mayka üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədə və onun bədəni üzərində olan qarnın ön divarının qarın boşluğuna nüfuz edən və qara ciyərin kəsilməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yara xəsarəti yerləşməsinə görə birbiri ilə nisbi olaraq uyğunluq təşkil edir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarından bir ədəd şalvar, bir ədəd kəmər, bir ədəd tuman və 2№-li maykanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində qarşılıqlı mübarizə ilə əlaqədar fiziki qüvvənin (dartılma, sökülmə, cırılma, qoparılma, qırılma) təsirindən yaranmağa xarakterik heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus geyim əşyaları olan bir ədəd mayka, bir ədəd şalvar və bir ədəd gödəkçənin üzərində əhəmiyyət kəsb edən, o cümlədən, qarşılıqlı mübarizə ilə əlaqədar fiziki qüvvənin (dartılma, sökülmə, cırılma, qoparılma, qırılma) təsirindən yaranmağa xarakterik heç bir zədə aşkar olunmadı. (cild 01, iş vər. 221-231) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx xxxxxx 2020-ci il tarixli 634 №-li məhkəməpsixiatrik ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 01, iş vər. 242-243) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı oğlu Zərərçəkmiş şəxs qəsdən mətbəx bıçağı ilə bir dəfə qarın nahiyəsinə vurmaqla qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarasına və qaraciyərin zədələnməsinə səbəb olan ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonunun İnçə kəndində yaşayır və İnçə ərazisində yaşadığı müddətdə nümayəndəliyə onun haqqında heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. (cild 01, iş vər. 171-172) Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Xalq Məhkəməsinin xx.xx.1976-cı il tarixli hökmü ilə AZSSR CM-nin 213-cü maddəsi ilə 06 ay müddətinə azadlıqdan mərhum edilmiş, xx.xx.1977-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Şəki rayon Xalq Məhkəməsinin xx.xx.1980-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 2-ci hissəsi ilə 05 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.1985-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Şəki RDİŞ tərəfindən 52678 nömrəli material üzrə CMnin 106 M 1 HİS AZSSR, maddəsi ilə xx.xx.1989-cu il tarixdə xitam edilmişdir. (cild 01, iş vər. 142-143) Məhkəmə kollegiyası cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərəri azaltmasını CM-nin 59.1.11-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamaqla onunla barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələnməsini, etdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsini, 62 yaşının olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd edilən halları, həmçinin cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CMnin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ata-oğul olmaqla yaxın qohumluq münasibətində olmalarını, əvvəllər aralarında hər hansı ədavətin və düşmənçiliyin olmamasını, barışmalarını, hazırda heç bir ədavətlərinin olmamasını əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, belə mövqe mövcud məhkəmə təcrübəsi ilə də üst-üstə düşür. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 39-40) Cinayət işinin materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(075)-101/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə məhkəmə iclas zalında həbsdən azad edilmişdir. (cild 01, iş vər. 121-123) Cinayət işinin materiallarında olan istintaq orqanının xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 124-125) Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Şəki rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi ziyanın, mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-nin Təminat Hissəsinə təhvil verilmiş 07 ədəd qan nümunəsi, Təqsirləndirilən şəxs xəsarət yetirdiyini bildirib təqdim etdiyi 01 ədəd bıçaq, 01 ədəd yorğan üzü, 01 ədəd xalçanın kəsilmiş hissəsi dəyəri olmadığından, Zərərçəkmiş şəxs məxsus sviter, şalvar, 02 ədəd mayka və tuman, Təqsirləndirilən şəxs məxsus şalvar və jaket tələb edilmədiyindən CPM-nin 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 30,60 AZN (otuz manat, altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Şəki rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-nin Təminat Hissəsinə təhvil verilmiş 07 ədəd qan nümunəsi, Təqsirləndirilən şəxs xəsarət yetirdiyini bildirib təqdim etdiyi 01 ədəd bıçaq, 01 ədəd yorğan üzü, 01 ədəd xalçanın kəsilmiş hissəsi dəyəri olmadığından, Zərərçəkmiş şəxs məxsus sviter, şalvar, 02 ədəd mayka və tuman, Təqsirləndirilən şəxs məxsus şalvar və jaket tələb edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 30,60 AZN (otuz manat, altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar