Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-98/2022 13.10.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi – Şahid20, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəs, Sumqayıt Regional Vəkil Bürosunun vəkili - Nümayəndə iştirakları ilə, xx xxxx 2005-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 03 radələrində əvvəldən tanıdığı xx.xx.1968-ci il təvəllüdlü X13 ilə sonuncunun təkbaşına yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə Əli Əliyevin dəvəti ilə gəlmiş, sonuncunun evində spirtli içki qəbul etdikdən sonra, Əli Əliyevin onun haqqında başqa şəxslərin yanında xoşagəlməyən ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında mübahisə yaranmış, həmin gün saat 06 radələrində Əli Əliyevin yaşadığı evin həyət darvazasının qarşısında davam edən mübahisə zamanı Əli Əliyevin üzərindən çıxardığı qatlanan cib bıçağı ilə ona xəsarət yetirmək istədiyini görüb, sonuncunun əlindən həmin soyuq silah hesab edilməyən bıçağı alıb cibinə qoymuş, bundan sonra Əli Əliyevlə yenidən mübahisə edib əlbəyaxa olarkən, sonuncuya sağlamlığa zərər vurmayan sağ almacıq sümüyü proyeksiyasında, yuxarı dodaq haşiyəsində bir qədər sağ tərəfdə, sol-mil bilək oynağı və sol diz oynağının ön hissəsində qansızmalar, sağ əlin İİ barmağının uc falanqasında, sağ əlin İİ-İİİ barmaq falanqaları arası və sol əlüstü nahiyyədə sıyrıq xəsarətləri yetirdikdən sonra, Əli Əliyevin onun ünvanına nalayiq ifadələr işlədərək üzərində olan mətbəx bıçağı ilə onun üzərinə gəlməsindən, həmçinin Əli Əliyevin ona qarşı nalayiq ifadələr işlətməsindən hiddətlənərək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəyə son qoymaq məqsədi ilə sonuncunu öldürmək qərarına gəlmiş, cinayətkar niyətini həyata keçirmək üçün Əli Əliyevin əlindən alaraq cibində saxladığı soyuq silah hesab edilməyən qatlanan tipli cib bıçağı ilə sonuncuya qəsdən ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sonuncunun döş qəfəsinin sol ön tərəfinin döş boşluğuna keçən aortanın (döş şöbəsinin), sağ qarınüstü nahiyyədə qarın boşluğuna nüfuz edən mədənin və qaraciyərin zədələnmələri ilə müşayət edilən 02 ədəd kəsilmiş-deşilmiş və 01 ədəd sağlamlığa zərər vurmayan çənəaltı nahiyyədə yumşaq toxumanın kəsilmiş yarası xəsarətləri yetirməklə Əli Əliyevi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 09 sentyabr 2021-ci il tarixdə ofisiant işlədiyi “Xurma bağı” restoranında olarkən, dostu Nihad ortaq tanışları olan və birlikdə işlədiyi İlkinə zəng etmiş və İlkinin telefonu ilə Nihadla danışmışdır. Nihad Hüseynin də gəldiyini və axşam görüşmələrini demişdir. Saat 12 radələrində İlkinlə birlikdə işdən çıxıb, Göyçay şəhərində yerləşən “Təzə bazarda” çayxanaya getmişlər, həmin vaxt orada Hüseyn, Nihad, İlkin və özü olmuşdur. Nihad ilə Hüseyn çay içmiş, İlkin və özü isə pivə içmişdir. Çayxanada olarkən, Hüseynin telefonu ilə Əlinin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, harada olduğunu soruşmuş və görüşmək istədiklərini demişdir. Əli ona öz evində olduğunu, evə gəlmələrini, evdə hazır yemək olduğunu və spirtli içki alıb onlara gəlmələrini demişdir. Belə ki, bazardan çayxanadan çıxıb, piyada Heydər Əliyev prospektinə,həmin prospektdə olan piyada keçidinin yanına gəlmişlər. Orada İlkin onlardan ayrılmış və evinə getmişdir. Özləri isə piyada “Nar Marketin” yanına getmişlər. Taksiyə minmək istədikdə, əmisi Fizulinin gəldiyini görmüş və əl edib saxlatmışdır. Əmisinə onları “Dördyol” adlanan yerə aparmasını demişdir. Əmisi nə üçün, evə getmədiyini dedikdə, marketdən bazarlıq edib, evə gedəcəyini demişdir. Bundan sonra, Nihadla birlikdə “Dördyol” adlanan ərazidə yerləşən “Anar” marketə girmiş və oradan “Miraj” adlı 750 qramlıq spirtli içki olan araq almış, həmçinin ev üçün bazarlıq etmişdir. Bundan sonra, mağazadan çıxıb, əmisinin maşınına oturmuş və əmisinə onları evə düşürməsini demişdir. Əmisi onları evə gətirib düşürmüş və getmişdir. Ev üçün etdiyi bazarlığı gətirib evlərinə vermiş, bundan sonra, Əlinin evinə getmək üçün taksi axtarmışdır. Həmin vaxt polis əməkaşları onlara yaxınlaşıb, saatın gec olduğunu, nə üçün çöldə olduqlarını soruşmuşlar. Bu zaman, hava almaq üçün çıxdıqlarını və evlərinə getdiklərini demişdir. Bundan sonra, Hüseyn atasının ona zəng etdiyini, evə gedəcəyini demiş və onlardan ayrılıb evinə getmişdir. Bundan sonra, Nihadla “Vaz 2107” markalı ağ rəngli “**-GP-***” dövlət nömrə nişanlı avtomobilə oturmuşlar. Lakin, həmin taksinin sürücüsünü tanımamışdır. Həmin sürücü xarici görünüşcə 60 yaşlarında, ağ saçlı, bir qədər hündür olmuşdur. Taksi ilə Göyçay şəhəri, Nəriman Nərimanov küçəsində “Terrace” restoranının yanındakı Sadiq adlı şəxsin işlətdiyi mağazaya getmiş və ordan içmək üçün su almışlar. Bundan sonra, taksi ilə Əlinin evinə getmişlər. Taksi onları Əlinin evinin qarşısında düşürüb getmişdir. Təxminən, saat 3 radələrində Əlinin evinə çatmışlar. Darvazanın bağlı olduğunu görüb, qapını döymüşlər. Əli gəlib qapını açmış və içəri girmişlər. Evə qalxıb, evin qarşısındakı eyvanda oturmuşlar. Belə ki, Əli yemək üçün hazır “küftə” olduğunu demişlər. Onlar köməkli süfrə açmış və oturub yemək yeməyə başlamışlar. Nihadla birlikdə öz aldıqları arağı içmişlər, Əli isə evdə olan araqdan içmişdir. Birlikdə yemək yeyib, spirtli içki qəbul etmişlər. Əlinin evində olarkən, spirtli içki qəbul etdikdən sonra, Əli onu mətbəx otağına çağırmış, bu zaman mətbəxə keçmiş, Nihat isə eyvanda qalmışdır. Mətbəxdə olarkən, Əli “niyə mənə elə tərs-tərs baxırsan, mənə baxıb gülürsən” demişdir. Bu zaman Əliyə “necə baxıram ki, ümumi danışıb-güldüyünü” bildirmişdir. Bu zaman, Əli “ona pis mənada baxıb gülənə “var-yox” söyüşü işlətmişdir. Sonuncuya söyüşə ehtiyac olmadığını bildirmiş, həmçinin Əlinin içkili olduğunu görüb, eyvana keçmiş və Nihata işarə edərək getmələrini bildirmişdir. Nihat da işə gedəcəklərini deyib, getmələrini bildirmişdir. Eyvandan düşüb getmək istəyərkən, Əli arxalarınca çağırıb gözləmələrini demişdir. Dayandıqda, Əli “siz mənə hörmətsizlik edirsiniz, gəlib çörəyimi yeyib çıxıb gedirsiniz” demişdir. Sonuncuya işə getməli olduqlarını, “sənə nə hörmətsizlik edirik?” demişdir. Bu zaman Əli daha da aqressivləşib, ucadan danışmağa və söyüş söyməyə başlamışdır. Belə ki, Əli ucadan danışdığı üçün, yaxınlıqda yaşayan qardaşı Elson gəlmişdir. Elson həmin vaxt üzərlərinə qışqırmağa başlamışdı və nə üçün gəldiklərini, nə istədiklərini demişdir. Elsona qardaşının onları çağırdığını, ona görə gəldiklərini demişdir. Bundan sonra, Əli Elsonla birlikdə darvazadan çölə çıxıb, bir-biriləri ilə danışmışlar və mübahisə etmişlər. Əli Elsonla danışdığı müddətdə yolun kənarında dayanmışlar. Belə ki, orada olan dəmir borunun üzərində oturmuş, Nihat isə ayaq üstə dayanmışdır. Əli Elsonla bir qədər danışdıqdan sonra, Elson çıxıb getmişdir. Həmçinin, gedərkən onlara “gözləyin paltarımı dəyişib gəlirəm” demişdir. Bu zaman Əli yaxınlaşıb, “İsmayıl bura gəl sənə sözüm var” demişdir. Yerindən qalxıb sonuncunun arxasınca getmiş, Nihat isə arxasınca gəlmişdir. Əli həmin vaxt həyətdən içəri keçib, çölə çıxmış, Əli çölə çıxdıqda, özü darvazanın ağzına çatmışdır. Əli çölə çıxdıqda, sonuncunun əlində bıçaq olmasını görmüş, Əli həmin vaxt “siz mənə hörmətsizlik edirsiniz, gəlib çörəyimi yeyib çıxıb gedirsiniz” demişdir. Əliyə “sənə nə hörmətsizlik edirik, işimiz var ona görə gedirik” demişdir. Əli “sizin nə üçün getdiyinizi bilirəm” demişdir. Nə üçün getdiklərini soruşduqda, sonuncu “var-yox” söyüşü söydüyünü, həmin söyüşü götürə bilmədiyini, buna görə də getmək istədiyini demişdir. Əliyə “artıq sözlər danışma, sən bizi qonaq çağırmısan, qonaq çağırdığın adamlara “var-yox” söyüşü işlədirsən, bu gündən sonra səninlə salamı da kəsirik” demişdir. Həmin vaxt Əli bıçağı açıb üstünə gəlmiş və onunla əlbəyaxa olmuşdur. Əli ona bıçaqla xəsarət yetirmək istəmiş, həmin vaxt bıçaq ona dəyməməsi üçün arxaya çəkilmişdir. Bu zaman, fürsət tapıb tez bıçağı Əlinin əlindən almış və qatlayıb cibinə qoymuşdur. Həmçinin, Əliyə “sən mənim üstümə bıçaq çıxarırsan?” demişdir. Əli "bıçağımı qaytar” dedikdə, qaytarmıram demişdir. Əli də bu zaman darvazadan içəri keçmişdir. Getmək istəyərkən, Əli darvazadan çıxıb, “İsmayıl qaqa, bura gəl” demişdir. Həmin vaxt Əlinin yumşaldığını hiss edib, sonuncuya tərəf getmişdir. Əliyə çatdıqda, sonuncu əli ilə çiynindən yapışmışdır. Bu zaman, Əlinin əlində mətbəx bıçağı olmasını görmüşdür. Əlinin həmin bıçağı haradan götürməsini bilməmiş, belə ki, Əlinin əlindən qatlanan bıçağı alıb getmək istəyərkən, Əli darvazadan içəri girib, sonra çölə çıxmışdır. Əli çiynindən yapışıb, yenidən ona bıçaq ilə xəsarət yetirməyə çalışmış, bu zaman, Əli ilə əlbəyaxa olmuşdur. Həmçinin, Əlinin əlində bıçaq olmasını görüb, zərbədən yayınmaq və Əlinin əlindən çıxmaq istəmişdir. Bu zaman, Əli ilə əlbəyaxa olarkən, ilk əvvəl darvazaya, sonra isə yaxınlıqda olan dirəyə dəymişdir. Əli bu zaman söyüş söyməyə başlamış və onu bıçaqla vurmaq istəmişdir. Əlinin söyüş söyməsindən əsəbiləşmiş, həmçinin sonuncunun bıçaqla onu vurmaq istədiyini görüb, bir qədər əvvəl Əlinin əlində olan və cibində saxladığı qatlanan bıçağı çıxarıb, Əliyə bıçaqla zərbə vurmuşdur. Həmin vaxt əsəbi olduğu üçün, Əliyə neçə zərbə vurmağı və hansı nahiyyəsindən vurmağı yadında qalmamışdır. Bundan sonra, Əlinin əlindən çıxıb, kənara qaçmış, bu zaman Nihatla birlikdə qaçarkən, Əli ilk əvvəl arxalarınca gəlmiş. Sonra isə geri qayıtmışdır. Nihatla birlikdə qaçıb küçənin aşağısına çatarkən, Əlinin əlində taxta parçası ilə ona tərəf gəldiyini görməsini və “sizi sabah tutacam” demisini bildirmişdir. Bundan sonra, Əli geri qayıtmış və darvazanın qarşısında yerə yıxılmışdır. Küçənin aşağısına çatdıqda, Elsonun həyat yoldaşının küçəyə çıxdığını görüb qaçıb getmişlər. İlk əvvəl xəstəxananın qarşısına gəlib, adını bilmədiyi və “Caqo” kimi tanıdığı taksi kimi fəaliyyət göstərən şəxsə onları ana babamsıgilə aparmasını demişdir. Sonuncu onları babamsıgilə apardıqda, qapının bağlı olduğunu görmüşlər. Bundan sonra, Nihatgilə getmişlər, Nihatgilə çatdıqda, Nihatın otağına girmişlər. Həmin vaxt, Nihatın otağı evə girməmiş, çöldə olduğu üçün, sonuncunun evində kimin olmasını görməmişdir. Anasına zəng etmək istədiyi üçün, Nihat anasının telefonunun otağa gətirmişdir. Anası zəng etdikdə, sonuncu hadisədən xəbəri olduğunu, bibisinin ona zəng etdiyini və evə gəlməsini demişdir. Bundan sonra, Nihatla birlikdə evə getmiş, belə ki, Əliyə xəsarət yetirdiyi qatlanan bıçağı özü ilə götürmüşdür. Evə çatdıqda, bıçağın üzəri qanlı olduğu üçün, mətbəxə keçib, orada olan qab yumaq üçün istifadə edilən dəmir tor ilə bıçağın üzərindəki qanı su ilə yumuşdur. Belə ki, bıçağın üzərində qan qalmamışdır. Lakin, anası bıçağı yumağını görməmişdir. Bıçağı yuyub, şkafın üzərinə, dəmir toru isə qab yumaq üçün yerin yanına qoymuşdur. Bundan sonra, polisə gedib, təslim olmaq istəmiş, həmin vaxt, evlərinə polis gəlmiş və polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmiş, oradan isə rayon prokurorluğuna gətirilmişdir. Bir daha bildirmişdir ki, onun Əlini öldürmək kimi fikri olmamış, Əli ona bıçaqla xəsarət yetirmək istədiyi üçün ondan götürdüyü bıçaqla onu vurmuş, yəni özünü müdafiə etmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Şahid20 ifadəsində göstərmişdir ki, X13 onun kiçik qardaşı olmuşdur, onunla qonşuluqda yaşamışdır. xx.xx.2021-ci il tarixdə saat 06 radələrində evdə yatarkən, telefonun saat zənginə oyanmışdır. Oyandıqdan sonra, Əlinin yaşadığı evin, həyət darvazasının qarşısında səsküy gəldiyini görmüş, həmçinin, həyat yoldaşıda Əlinin qışqırıq səsi gəldiyini demişdir. Bundan sonra, tez evdən düşüb küçəyə çıxmış, Əli yaşadığı evin həyət darvazasının qarşısına gəlmişdir. Oraya gəlib çatdıqda, Əlinin İsmayıl və sonuncunun yanında olan, sonradan adının Nihad olduğunu öyrəndiyi cavan oğlanla əlbəyaxa olduğunu və birbirilərinə qarşı nalayiq ifadələr işlətdiklərini görmüşdür. Tez yaxınlaşıb nə baş verdiyini soruşmuş, bu zaman, İsmayıl ona yaxınlaşıb, “əmi məni tanımırsan, Əli mənim dayımdır, biz yaxınıq, yoldaşıq” demişdir. Sonuncuların hərəkətlərindən içkili olduqlarını hiss etmişdir. Bu zaman, Əli də ona yaxınlaşıb, heç bir şey olmadığını, narahat olmamağını və evə getmələrini demişdir. Belə ki, həyat yoldaşı Pərvanə də onunla birlikdə gəlmiş, bundan sonra, həyat yoldaşı ilə geri qayıtmışdır. Belə ki, səs-küyə tez evdən çıxdığı üçün, yataq paltarında olmuş, buna görə də, paltarını geyinmək üçün evə qalxmışdır. Lakin, həyat yoldaşı həmin vaxt evə girməmiş və bağlarının küçəyə açılan qapısının yanında dayanmışdır. Evdə olarkən həyat yoldaşının “Elson” deyə qışqırmasını eşitmiş və tez küçəyə çıxmışdır. Bu zaman, Əlinin üzü onun tərəfə gəldiyini və köynəyinin yaxasını qaldıraraq baxdığını görmüşdür. Əli təxminən 4-5 addım atdıqdan sonra, yerə yıxılmış, bu zaman İsmayılla Nihadın qaçaraq getdiklərini görmüşdür. Bundan sonra, səsküyə qonşuları və qonşuluqda yaşayan bacısıgildə gəlmişlər. Həmin vaxt qonşulardan kimsə təcili tibbi yardıma məlumat vermişdir. Bundan sonra, Əlini təcili tibbi yardımla xəstəxanaya aparmışlar, xəstəxanada olarkən isə Əli vəfat etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və onu bağışlamır, onunla barışmır. Məhkəmədən ona qanunla müəyyən olunmuş qaydada ən sərt cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. İsmayılın Göyçay şəhər sakini Əli adlı şəxslə tanışlığının olmasını 2020-ci ilin yay aylarında öyrənmişdir. Belə ki, İsmayıl bir dəfə evə yeni paltarlarla gəlmiş, İsmayıldan harada olduğunu və həmin paltarları kimin aldığını soruşduqda, sonuncu ona Əli adlı şəxslə Qəbələ rayonuna gəzməyə getdiyini və həmin paltarlarıda Əlinin aldığını bildirmişdir. Əlini tanımadığı üçün, İsmayıla həmin paltarları aparıb Əliyə qaytarmasını demiş, lakin, İsmayıl həmin paltarları özü ilə aparsa da, sonradan paltarları yenidən evə gətirmiş və Əlinin həmin paltarları qəbul etmədiyini bildirmişdir. Həmin gün özü də Əli ilə telefon vasitəsilə danışmış və İsmayıldan uzaq durmasını bildirmişdir. Həmçinin, qardaşından Əlinin kim olmasını soruşduqda, sonuncu ona Əlinin Rusiya Federasiyasında azadlıqdan məhrum edildiyini və azadlığa yeni çıxdığını demişdir. Həmçinin, qardaşı da Əli ilə söhbət etmiş, bu zaman, Əli qardaşına İsmayılı çox istədiyini və buna görə də, həmin paltarları İsmayıla aldığını demişdir. Təxminən, bu hadisədən bir ay sonra İsmayıl evə gəldikdə, sonuncudan spirtli içki iyi gəlməsini görmüş, İsmayılı danlayıb, həmin spirtli içkini harada içməsini soruşduqda, İsmayıl həmin spirtli içkini Əli ilə içdiyini demişdir. Bundan sonra, İsmayıl bir neçə dəfə də spirtli içki qəbul edərək evə gəlmiş, İsmayıldan həmin spirtli içkini harada içməsini soruşduqda, İsmayıl ondan spirtli içkini Əli ilə içməsini gizlətsə də, lakin, sonradan Əli ilə içməyini etiraf etmişdir. Hər dəfəsində Əli ilə bir yerdə gəzməsinə, onlar arasındakı yaş fərqi olduğu üçün, İsmayılı Əli ilə gəzməsinə görə danlamışdır. Bir neçə dəfə isə özüdə Əli ilə telefonla danışıb, sonuncuya İsmayıldan uzaq olmasını demişdir. Həmçinin, bir dəfə İsmayıl Əli ilə spirtli içki içdikdən sonra, içkinin təsirindən “Al” marketin şüşəsini sındırıb, oradan siqaret götürmüşdür. Bundan sonra, İsmayıla Əlidən uzaq durmasını bildirsə də, yenə də Əli ilə görüşmüşdür. Sonradan, İsmayıl Əlinin maşın alveri ilə məşğul olduğunu, Əliyə köməklik edəcəyini və Əlinində ona pul verəcəyini demişdir. Həmçinin, digər oğlu Fuadda onlara kömək etmişdir. Lakin, sonradan Fuad və İsmayıl Əlidən ayrılmışlar. Bu ilin avqust ayının əvvəllərində İsmayıl evə gəldikdə, yenidən spirtli içki qəbul etdiyini görmüş və İsmayılı danlamağa başlamışdır. Bu zaman, qardaşı Xəqanidə orada olmuş, İsmayılı bir qədər danladıqdan sonra, mətbəxə keçmişdir. Bu zaman, İsmayıl qardaşına Əlinin ona pul vermək adı ilə evlərinə çağırdığını, evə girdikdə taxta ilə onu vurduğunu deməsini eşitmişdir. Bundan sonra, özü yenidən Əli ilə danışmış, İsmayıldan uzaq durmasını bildirmişdir. Həmin vaxtdan sonra, Əli ilə İsmayıl heç yerdə görüşməmişdir. Həmçinin, İsmayılda Əli onu vurduğu üçün, Əli ilə görüşməmişdir. İsmayıl, təxminən sentyabr ayının əvvəllərində Göyçay şəhərində yerləşən “Xurma” restoranında ofisiant kimi işə başlamışdır. xx.xx.2021-ci il tarixdə də İsmayıl işə getmişdir. İsmayıl dostu olan İlkin ilə birlikdə işləmişdir. İsmayılın mobil telefonu olmadığı üçün, İlkin vasitəsilə İsmayılla əlaqə saxlamışdır. Həmçinin, həmin gün dəqiq yadında qalmayan saatda tanımadığı nömrədən zəng gəlmiş, telefonu açdıqda zəng edənin İsmayıl olduğunu görmüş. İsmayıl həmin nömrənin dostu Hüseynə məxsus olduğunu demişdir. İsmayıla evə gələrkən çörək almasını demişdir. İsmayıl isə pul verməyini bildirmiş, sonradan evə gəlib pul götürmüş, çörək və su alıb gətirmişdir. Həmin vaxt İsmayılın yanında Nihat və Hüseyn adlı dostları olmuş, İsmayıl aldığı şeyləri alıb evə gətirib verərkən, Nihat və Hüseyn ilə birlikdə olduğunu, bir qədər onlarla söhbət edib gələcəyini demişdir. Lakin, həmin gecə nə qədər gözləsə də İsmayıl evə gəlməmişdir. Belə ki, İsmayılın mobil telefonu sındığı üçün, telefon işlətməmişdir. Bir neçə dəfə İsmayılın onun yanında olub-olmamasını soruşmaq üçün, Əliyə zəng etmək istəmişdir. Lakin, Əli ilə İsmayıl neçə vaxtdır ki, görüşmədikləri üçün zəng etməmişdir. Həmin vaxt Nihata zəng etmiş, lakin Nihatın telefonuna da zəng çatmamışdır. Səhər saat 07 radələrində baldızı Rəxşəndə zəng edərək, Sevdanın zəng etdiyini, “qardaşın uşaqları gəlib, qardaşımı öldürdü” deməsini və uşaqların harada olduğunu soruşmuşdur. Həmin vaxt bir qədər narahat olmuş, bu zaman ona zəng gəlmiş, belə ki, həmin nömrə Nihatın anası Zümrüdə məxsus olmuşdur. Telefonu açdıqda, zəng edənin İsmayıl olduğunu görmüş və sonuncuya tez evə gəlməsini bildirmişdir. Bir qədər sonra, İsmayıl Nihad ilə birlikdə evə gəlmiş, evə gəldikdə, İsmayılın içkili olduğunu görüb, yenidən onu danlamışdır. İsmayıl həmin vaxt Əlinin ona nalayiq ifadələr işlətdiyini, buna görə də, Əlini bıçaqla vurduğunu demişdir. Bu zaman, Nihadla birlikdə mətbəxə keçmiş, İsmayıl mətbəxdə olan zaman baldızı Rəxşəndə zəng edərək Əlinin öldüyünü demişdir. Bir qədər sonra isə, evlərinə polis əməkdaşları gəlmiş və İsmayılla Nihatı polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə əslən Göyçaylı olan, lakin Bakı şəhərində işləyən dostu Şahid2 bir neçə günlük Göyçay şəhərinə gəlmişdir. Həmin gün birlikdə Göyçay şəhərində bir qədər gəzib dolaşmışlar, həmçinin İsmayıla zəng edib, Hüseynin gəldiyini və axşam görüşmələrini bildirmişdir. Daha sonra həmin gün təxminən saat 23 radələrində Göyçay şəhərində olan Təzə Bazarda yerləşən kafedə oturmuşalar. Həmin vaxt orada özü, Bakıdan qonaq gələn dostu Hüseyn, İsmayıl və “Xurma Bağı” restoranında ofisiant işləyən İlkin olmuşdur. Hüseyn ilə birlikdə çay içmiş, İsmayıl isə İlkinlə birlikdə pivə içmişlər. Təxminən saat 01 radələrinədək orada oturmuşlar. Orada olarkən İsmayıl özünün telefonu olmadığına görə ya İlkinin, ya da Hüseynin telefonu ilə Əliyə zəng etmişdir. İsmayıl Əli ilə danışdıqdan sonra, Əlinin onları öz evinə çağırdığını, evdə hazır yeməyi olduğunu və spirtli içki alıb gəlmələrini deməsini bildirişdir. Bundan sonra, oradan qalxmış və piyada şəhər istiqamətində gəlmişlər. Heydər Əliyev prospektində yerləşən keçidin yanına çatarkən, İlkin ayrılıb evinə getmişdir. Bundan sonra, üçü əvvəllər “Nar”, hal-hazırda isə “Seyidlər” adlanan marketin yanına getmişlər. Orada taksiyə minib “Dördyol” adlanan yerdə yerləşən gecə saatlarında da işləyən “Anar” marketə getmək istəmişlər. Bu zaman Heydər Əliyev prospekti istiqamətində bir ədəd maşın gəlmiş, İsmayıl həmin maşının əmisi Fizuli olduğunu deyib, əl eləmiş və əmisi maşını saxlamışdır. Bu zaman, İsmayılın əmisi gecə vaxtı burada nə etdiklərini soruşduqda, İsmayıl mağazaya gedib, evə qayıdacağını demişdir. Birlikdə İsmayılın əmisinin maşını ilə “Dördyol” adlanan yerə gedib, “Anar” marketdən “Miraj” adlı spirtli içki almışlar, həmçinin İsmayıl evləri üçündə nəsə almışdır. Həmin spirtli içki 700 ml həcmdə olmuşdur. Bundan sonra, mağazadan çıxmış və İsmayıl əmisinə onları evlərinə düşürməsini demişdir. İsmayılın əmisi onları İsmayılgilin binalarının yanında düşürüb geri qayıtmışdır. İsmayıl evləri üçün aldığı şeyləri aparıb evə vermiş və aşağı düşmüşdür. Bundan sonra, Əlinin evinə getmək üçün, taksi axtarmışlar. Lakin, həmin vaxt Hüseyn saatın gec olduğunu demiş və getmək istəməmişdir. İsmayılla Hüseynə də getməsini təkid etmişlər, amma Hüseyn atasının onu axtaracağını deyib birlikdə getməkdən imtina etmişdir. Həmin vaxt polis əməkdaşları da yaxınlaşıb, gecə vaxtı nə üçün çöldə olduqlarını soruşmuşlar. Bu zaman hava almaq üçün gəzdiklərini və evlərinə getdiklərini demişlər. Hüseyn atasının da ona zəng etdiyini deyib, aralanıb evlərinə getmişdir. Bundan sonra, “Access Bank”-ın qarşısında dövlət nömrə nişanını xatırlamadığı ağ rəngli “Vaz2107” markalı avtomobilə oturub Əlinin evinə getmiş və təxminən 03 radələrində Əlinin evinə çatmışlar. Qapını döydükdə, Əli qapını açmış və içəri girmişlər. İçəri girib eyvana qalxmış, həmin vaxt Əli hazır yemək olduğunu demiş, sonuncuya süfrə hazırlamağa kömək etmişlər, bundan sonra, birlikdə oturub, yemək yemiş və spirtli içki içmişlər. Əli aldıqları araqdan bir qədəh içdikdən sonra arağı bəyənmədiyini demiş, gedib soyuducudan özünə məxsus təxminən 300ml həcmdə başqa bir araq gətirmiş və içməyə başlamışdır. Təxminən 1 saat yeyib içdikdən sonra Əli üzrxahlıq edib İsmayılla işi olduğunu demiş və İsmayıla “mətbəxə keçək səninlə işim var” demişdir. Sonuncular mətbəxtdə bir qədər söhbət edib, geri qayıtmışlar. Lakin, alçaq səslə danışdıqları üçün, nə barəsində söhbət etdiklərini bilməmişdir. Təxminən 4-5 dəqiqə təklikdə mətbəxdə söhbət etdikdən sonra qayıdıb masada əyləşmişlər. Bu zaman stolun üzərində taxta dəstəkli mətbəx bıçağıda olmuşdur. Həmçinin, Əlinin cibində də bıçaq olmuş, belə ki, İsmayıl və Əli yan-yana oturduqları üçün, İsmayıl Əliyə cibindəki bıçaq nəyə lazımdır demişdir. Əli isə mətbəxə keçərək, bıçağı mətbəxə qoyub gəldiyini bildirmişdir. Bundan sonra, yeyib içməyə davam etmiş və söhbət etməyə başlamışlar. Həmçinin, bir dəfə İsmayıl Əliyə demişdir ki, “gedib şəhərdə camaata nə demisən?”, Əli isə İsmayılın boynundan tutub qulağına nəsə demiş, daha sonra onlar yenədə mətbəxə keçib nəsə danışıb geri qayıtmışlar. Sonuncular mətbəxə keçdikdə nə danışdıqlarını tam olaraq eşitməmiş, lakin bəzi hallarda eşitmişdir ki, Əli söyüş söyərək “elə bir söhbət olmayıb” demişdir. Spirtli içkini içib bitirdikdən sonra təxminən saat 05 radələrində eyvandan həyətə düşüb ayaqyoluna girmiş, daha sonra isə həyətdə fırça ilə ayaqqabısını təmizləmişdir. Həmin vaxt İsmayılla Əlidə aşağı düşmüşlər. İsmayıl səhər işə gedəcəklərini, buna görə də getməli olduqlarını demişdir. Həmin vaxt darvazadan çıxmaq istədikdə, Əlidə arxalarınca gəlmiş və “siz mənə hörmətsizlik edirsiniz, gəlib çörəyimi yeyib çıxıb gedirsiniz” demişdir. İsmayılda işə getməli olduqlarını demişdir. Bundan sonra, Əli qışqırmağa və mübahisə etməyə başlamışdır. Həmin vaxt Əlinin içkili olduğunu görüb, çıxıb getmək istəmişlər, darvazanı açıb çıxmaq istədikdə, həmin vaxt Əlidə arxalarınca gəlmişdir. Çölə çıxdıqda, Əlinin qardaşı olan Elsonda oraya gəlmiş və nə üçün gəldiklərini demiş, həm onlara, həm də Əliyə acıqlanmışdır. İsmayıl isə “qardaşın bizi çağırıb, ona görə gəlmişik” demişdir. Həmin vaxt Əlidə qardaşı Elsonu kənar çəkmiş və nəsə söhbət etmişlər. Həmin vaxt Əlinin yaşadığı ev ilə üzbəüz olan dəmir borunun üzərində oturmuşlar. Əli qardaşına nəsə dedikdən sonra, Elson çıxıb getmiş, Əlidə yaxınlaşıb, “İsmayıl bir dəqiqə bura gəl” demiş və darvazanın ağzına qədər gəlmişdir. İsmayılla Əli bir qədər mübahisə etdikdən sonra, Əli cibindən dəstəyi qəhvəyi rəngli bıçağı çıxarıb uca səslə İsmayılın ünvanına söyüşlər söyərək demişdir ki, “səni məhv edəcəm”, “bu belə qalmayacaq”. İsmayıl isə Əliyə bıçağı qoy yerə təkbətək söhbətimizi edək demişdir. Əli yenə də İsmayıla söyüşlər söyərək, “sənin hünərin çatmaz mənimlə söhbət etməyə”, “sən mənim hesabıma kişi olmusan” demişdir. Bu zaman, Əli əlindəki qəhvəyi rəngli qatlanan bıçağı açmışdır. Təxminən 2 il əvvəl bıçaqlandığı üçün, Əlinin bıçağı çıxardığını görüb, özünü itirmişdir və Əlinin ona da xəsarət yetirəcəyini fikirləşib arxaya tərəf getmişdir. Həmin vaxt Əli əlindəki bıçaqla bir-iki dəfə İsmayılı vurmaq istəmişdir. Bu zaman, İsmayıl cəld tərpənərək Əlinin əlində olan bıçağı sonuncunun əlindən almış və Əlinin üstünə qışqıraraq “bu nə hərəkətdə edirsən, bıçaq nədir mənim üzərimə çıxarırsan?” demişdir. Bu vaxt Əli İsmayılın sinəsindən yumruqla vurub arxaya itələmiş və İsmayıla “bıçağımı qaytar” demişdir. İsmayıl da bıçağı qatlayıb cibinə qoymuş və vermirəm demişdir. Həmin vaxt Əli yenə də darvazadan içəri keçmişdir. Artıq getmək istəmişlər və aralanmaq istəyərkən, Əli darvazanın ağzına çıxıb, onları çağırmış və “İsmayıl, qaqa bura gəl” demişdir. Bundan sonra, İsmayıl yenidən Əlinin yanına qayıtmışdır. Əli həmin vaxt İsmayılın çiynindən yapışmış, cibindən mətbəx bıçağını çıxarmış və ani anda İsmayıla qarşı söyüşlər söyərək, bıçağı İsmayıla tərəf atmış, İsmayıl bu zaman cibindən bir qədər əvvəl Əlinin əlindən aldığı qatlanan bıçaqla sonuncunun qarın nahiyyəsindən vurmuşdur. Əli də həmin vaxt söyüş söyərək İsmayılı bıçaqla vurmaq istədikdə, İsmayıl arxaya çəkilib zərbədən yayınmışdır. Hadisə ani anda olduğu və qorxduğu üçün bir qədər arxaya tərəf addımlamışdır. Buna görə də, İsmayılın Əliyə başqa xəsarət yetirməsini görməmişdir. Eyni zamanda İsmayıl və Əli də arxaya çəkilmişlər, bir birlərinə 1-2 saniyə göz-gözə baxmışlar. Həmin vaxt Əlinin bədənindən qan axmışdır. Bu vaxt Əli İsmayılın nəslinə söyüş söyərək onun üzərinə getmişdir. Bu zaman, Əlinin arxalarınca gəldiyini görüb, qaçmağa başlamışlar. Həmin vaxt Əli də arxalarınca gəlmiş, sonra geriyə dönmüş və öz qapısına tərəf gedib darvazanın qarşısında yerə yıxılmışdır. Bu vaxt küçənin aşağısına tərəf gəlmişlər. İlk əvvəl onların evinə getmiş, İsmayıl anası Zümrüdün mobil telefonu ilə anası Könülə zəng etmişdir. Sonuncu İsmayıla evə gəlməsini dedikdə, İsmayıl ilə birlikdə onların evinə getmişdir. Bir qədər sonra isə, polis əməkdaşları gəlmiş və onları istintaqa dəvət etmişlər. Məhkəmə istintaqı zamanı vəfat etməsi ilə bağlı olaraq dindirilməsi mümkün olmayan X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Sevda Əliyeva həmin ifadəsində göstərmişdir ki, mərhum Əli Əliyev onun qardaşı olmuşdur. Təqsirləndirilən şəxs isə təxminən 1 il olarki tanımış, belə onun qardaşı ilə işləmişdir. Həm də İsmayılın bibisi Rəxşəndə ilə bir yerdə işləmiş və rəfiqə olmuşlar. İsmayılın atası Müşfiq 2009-cu ildə avtoqəzada vəfat etmişdir. Bundan sonra, İsmayılın anası Könül uşaqları ilə birlikdə ata evinə gəlmişdir. İsmayılla Əlinin bir yerdə olmasını gördükdən sonra, dəfələrlə Rəxşəndəyə, İsmayılın anasına və nənəsinə İsmayılı Əlidən uzaqlaşdırmaq üçün söz göndərmiş, lakin, İsmayıl özü Əlidən uzaqlaşmamışdır. Belə ki, özü Şəhriyar küçəsində yaşamış, sonradan Elson öz evinə köçdükdə, Əli tək qaldığı üçün, Xəqani küçəsindən ev almış və Əliyə baxmaqdan ötrü qonşuluğa köçmüşdür. Qardaşı Elson öz evinə köçdükdən sonra, İsmayıl artıq evə gəlib-getmişdir. Bunu eşitdikdə yenədə İsmayılın bibisinə bu barədə məlumat ver və İsmayılın Əlinin yanına gəlməməsini bildirmişdir. Təxminən, hadisədən 10-15 gün qabaq Əli bir dəfə İsmayılı ağacla vurmuşdur ki, İsmayıl evə gəlməsin. Lakin, İsmayıl yenə də evlərinə gəlibgetmişdir. xx.xx.2021-ci il tarixdə saat 06 radələrində qardaşı Elsonun qızı Aytən ona zəng edərək, “Əli əmi ölməyib, gəl” demişdir. İlk əvvəl nə baş verdiyini başa düşməmiş, küçəyə çıxdıqda, ata evlərinin qarşısında adamlar olduğunu görmüşdür. Oraya çatdıqda, Əlinin yerdə uzandığını, qarın nahiyyəsinin qanadığını, sinə hissədə isə yara olduğunu görmüşdür. Bundan sonra, təcili tibbi yardım maşını gəlmiş və Əlini xəstəxanaya aparmışlar. Xəstəxanada isə Əlinin vəfat etdiyini öyrənmişdir. Sonradan qardaşı Elsongilin səs-küyə oyandığını, Elsonun həyat yoldaşı ilə Əli yaşayan evə gəldiyini, bu zaman Əlinin qardaşıgili geri qaytardığını, lakin, Elsonun həyat yoldaşı Pərvanənin evə girmədiyini və bir qədər aralıda dayanıb gözlədiyini, belə ki, X8 vurduğunu və İsmayılın yanında olan digər oğlanında Əli tərəfə gəldiyini görməsini bildirmişdir. Həmçinin, Əli hadisədən bir həftə qabaq Əlinin anası Könülə 1500 manat pul verdiyini və həmin pulu ala bilmədiyini, onu şərləyəcəklərini demişdir. Özü də Əliyə həmin pulun arxasınca getməməsini bildirmişdir. Həmçinin, İsmayılın Əlini həmin 1500 manatı istəməsinə görə öldürməsini fikirləşdiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, Əli ilə İsmayıl arasında münasibətin nə zamandan yaranmasından dəqiq məlumatı olmamışdır. İsmayıldan xoşu gəlmədiyini, sonuncunun yaxşı uşaq olmadığını fikirləşdiyi üçün, qardaşının Əlidən uzaqlaşmasını istəmişdir. Həmçinin, İsmayılın Əlinin pulundan istifadə etməsini eşitmişdir. Əlinin istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Qardaşının ölümü ilə bağlı şikayəti olmuş, həmçinin, İsmayılın qardaşını tək öldürmədiyini, İsmayılın yanında olan oğlanında Əliyə xəsarət yetirdiyini fikirləşmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 06 radələrində evdə yatarkən, oğlu Hüseyni işə yola salmaq üçün oyanmışdır. Oyandıqdan sonra, hava dəyişmək üçün evin pəncərəsini açdıqda, küçədən səs gəlməsini eşitmiş, diqqətlə qulaq asdıqda, həmin səsin Əliyə məxsus olmasını görmüşdür. Bundan sonra, həyat yoldaşına Əlinin küçədə səsi gəldiyini demişdir. Bu zaman, həyat yoldaşı tez küçəyə çıxmış, özüdə sonuncunun arxasınca küçəyə çıxmışdır. Küçəyə çıxdıqda, Əlinin həyət darvazasının qarşısında iki nəfər cavan oğlanla əl hərəkətləri ilə uca səslə söhbət etdiklərini eşitmişdir. Onların hərəkətlərindən spirtli içki qəbul etdiklərini başa düşmüşdür. Belə ki, həyat yoldaşı sonunculara yaxınlaşmış, lakin özü irəli getməmiş və kənarda dayanmışdır. Həyat yoldaşı irəli gedib həmin cavan oğlanlara nə üçün gəldiklərini demişdir. Belə ki, onların birinin İsmayıl olduğunu başa düşmüş, lakin digər uşağın kim olmasını bilməmişdir. Həyat yoldaşım həmin uşaqlara nə üçün gəlmələrini dedikdə, İsmayıl Əliyə “biz dostuq deyə bilmirsən” demişdir. Bundan sonra, Əli Elsonu və onu sakitləşdirmiş, heç bir problem olmadığını və getmələrimi demişdir. Belə ki, həyat yoldaşı yataq paltarında olduğu üçün əynini dəyişməyə getmiş, özü isə evin giriş darvazasından girib, evin birinci mərtəbəsində yardımçı əşyaların yığıldığı otaqdan yem götürüb, həyətyanı sahədə olan toyuqlara yem vermək üçün getmişdir. Belə ki, ev quşlarının saxlandığı yer Əlinin yaşadığı ev ilə özlərinin yaşadıqları evin arasında olan küçəyə çıxış qapısının yanında yerləşmişdir. Toyuqlara yem vermək istəyərkən, ayaq tappıltısının səsini eşitmiş, belə ki, həmin səsdən kiminsə bərk qaçaraq getdiyini başa düşmüş və Təqsirləndirilən şəxs ilə onun yanındakı oğlan Əlinin yanında qaldıqları üçün, onların qaça biləcəyini fikirləşmiş və nə hadisə baş verməsinə baxmaq üçün çölə çıxmışdır. Çölə çıxdıqda, İsmayıl ilə yanındakı oğlanın qaçaraq getdiklərini, Əlinin isə giriş darvazasının qarşısında yerdə uzandığını görmüşdür. Tez Əlinin yanına gəlmiş və Əlinin huşsuz vəziyyətdə yerdə uzandığını, köynəyində qan olduğunu görmüşdür. Tez qonşuları olan Bəstinin evinə gedib, qapısını döymüş, qapını açdıqda, Əlinin yaralı olduğunu və təcili yardım çağırmalarını demişdir. Bundan sonra, Əlinin yanına qayıtmışdır. Bir qədər sonra, həyat yoldaşı, oğlu və qonşularda oraya gəlmişlər. Həmin vaxt Əliyə kömək etməyə çalışmış və üzünə su vurmuşdur. Həmçinin, köynəyi kəsməyə nəsə istəmişdir. Bu zaman Hüseyn bıçaq gətirmiş və həmin bıçağın qanlı olduğunu demişdir. Lakin, Hüseyinin həmin bıçağı haradan götürməsini bilməmişdir. Bir qədər sonra, təcili tibbi yardım maşını gəlmiş və Əlini xəstəxanaya aparmışlar. Sonradan Əlinin xəstəxanada vəfat etdiyini öyrənmişdir. X17 kimin xəsarət yetirməsini görməmişdir, cinayətin Təqsirləndirilən şəxs və digər oğlnın ikisinində törətdiyini fikirləşdiyi üçün, ilkin ifadəsin də və üzləşmə zamanı Əliyə Şahid1da bıçaqla xəsarət yetirdiyini demişdir. Belə ki, onların ikisinində hadisəni törətdiyini fikirləşdiyi üçün, hər ikisinin də cəza almasını istəmişdir. Hal-hazırda hadisənin necə törədilməsini görmədiyini bir daha etiraf etmişdir. Belə ki, ayaq səsini eşitdikdən sonra, küçəyə çıxmış və həmin vaxtda İsmayıl ilə digər oğlan qaçaraq getmişlər. Əli isə giriş darvazasının qarşısında yerdə uzanmışdır. İlkin ifadəsində Əlinin bıçaqla vurulmasını gördüyünü düzgün bildirməmişdir. Küçəyə çıxdıqda İsmayıl ilə Nihat Əlinin evinin qarşısında təxminən 40-50 metr uzaqlaşmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə dayısı Əlini ilk dəfə təxminən 8 ay əvvəl Göyçay şəhəri, Əli Kərim parkının qarşısında görmüşdür. Belə ki, İsmayılı əvvəldən tanıdığı üçün, dayısına sonuncu ilə nə əlaqəsinin olduğunu demiş, lakin dayısı konkret olaraq heç bir şey deməmişdir. Bundan bir müddət sonra, evdə olarkən anası dayısının İsmayıla paltar aldığını, buna görə də, İsmayılın ailəsinin əsəbiləşdiyini demişdir. Həmçinin, anası da dayısı Əlini bu işə görə danlamışdır. 2-3 aydır ki, Xəqani küçəsinə dayısıgillə qonşuluğa köçmüşdür. xx.xx.2021-ci il tarixdə səhər saatlarında anasının səsinə oyanmış, nə baş verdiyini soruşduqda, anası ona dayısını bıçaqla vurduqlarını və xəstəxanaya apardıqlarını demişdir. Bundan sonra, paltarını geyinib xəstəxanaya getmiş, xəstəxanaya çatdıqda, dayısının vəfat etdiyini öyrənmişdir. Hadisə baş verən gün, dayısının evinə girmədən xəstəxanaya getmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Hadisə yerinə baxış” protokolundan görünür ki, həmin tarixdə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 3 ünvanında yerləşən X10 məxsus fərdi yaşayış evidir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşyalar və dəlillər müvafiq qaydada qablaşdırılaraq götürülmüş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 04-20). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli 291 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Müşviq oğlu yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətindədir (cild 01, iş vər. 30). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokolundan görünür ki, həmin tarixdə hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Göyçay şəhəri, Şahid7 pr. bina 87, mən. 36 ünvanına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşyalar və dəlillər müvafiq qaydada qablaşdırılaraq götürülmüş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 83-91). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müdafiəçinin də iştirakı ilə video çəkilişlə ifadəsi yerində yoxlanılan zaman xx.xx.2021-ci il tarixdə baş vermiş cinayət hadisəsini törətdiyi yeri göstərmiş və onun ifadəsində göstərdikləri ilə ifadəsi yerində yoxlanılan zaman göstərdikləri uyğunluq təşkil etmişdir (cild 01, iş vər. 181-185). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 471 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlüstü və sağ dirsək oynağı nahiyələrində sıyrıqlar küt bərk əşyanın (əşyaların) təsirindən, sağ əlin İİİ barmağının uc falanqasında dərinin epidermis qatının səthi kəsiyi iti kəsici kənara malik əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişlər, törənmə müddətləri qərarı təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixinə uyğun gəlirlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Alt çənənin sol yarısında (köhnə) çapıq izinin törənmə müddəti 1 (bir) ildən artıqdır (cild 02, iş vər. 37-38). Cinayət işinin materiallarında olan əhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 18 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Döş qəfəsinin sol ön tərəfinin döş boşluğuna nüfuz edən aortanın (döş şöbəsinin) və sağ qarınüstü nahiyyədə qarın boşluğuna nüfuz edən mədənin və qaraciyərin zədələnmələri ilə müşayət edilən deşilmiş-kəsilmiş yaraları. Çənəaltı nahiyyədə yumşaq toxumanın kəsilmiş yarası. Sağ almacıq sümüyü proyeksiyasında, yuxarı dodaq haşiyyəsində bir qədər sağ tərəfdə, sol mil-bilək oynağı və sol diz oynağının ön hissəsində qansızmalar. Sağ əlin İİ barmağının uc falanqasında, sağ əlin İİ-İİİ barmaq falanqaları arası və sol əlüstü nahiyyədə sıyrıqlar. X2 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- döş qəfəsinin sol ön tərəfinin döş boşluğuna keçən aortanın (döş şöbəsinin) və sağ qarınüstü nahiyyədə qarın boşluğuna nüfuz edən mədənin və qaraciyərin zədələnmələri ilə müşayət edilən deşilmiş-kəsilmiş yaraları iti uclu-iti ülgüclü kənara malik deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, mərhum Ə.Ə.Əliyevin ölümündən az əvvəl baş vermişlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilmiş tarix-şəraitdə əmələ gəlmələri halı inlar edilmir və bu da, canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. X2 meyitinin məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – çənəaltı nahiyyədə yumşaq toxumanın kəsilmiş yarası iti kəsici kənara malik kəsici əşyanın (əşyaların) təsirindən, sağ almacıq sümüyü proyeksiyasında, yuxarı dodaq haşiyəsində bir qədər sağ tərəfdə, sol-mil bilək oynağı və sol diz oynağının ön hissəsində qansızmalar, sağ əlin İİ barmağının uc falanqasında, sağ əlin İİ-İİİ barmaq falanqaları arası və sol əlüstü nahiyyədə sıyrıqlar kütbərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri mərhum Ə.Ə.Əliyevin ölümündən dəqiqələrlə ölçülən vaxt vahidi ilə əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilmiş tarix-şəraitdə əmələ gəlmələri halı inkar edilmir, bu da canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün, dərəcələri təyin edilmir və ölmülə heç bir səbəbli əlaqəsi yoxdur. X2 meyitinin əynində olan paltarların yəni, açıqmavi rəngli, sol döş nahiyyəsində cibi olan köynəyin üzərindəki parça zədələri, yəni, sol döş cibi üzərində 1 (bir) ədəd və qarınüstü nahiyyədə olan 1(bir) ədəd zədələr olan onun bədəni üzərində olan 2 (iki) ədəd, deşilmiş-kəsilmiş daxilə nüfuz edən zədələrlə üst-üstə düşür. X2 meyitinin bədəni üzərində olan xəsarətlərin yəni- döş qəfəsinin sol ön tərəfinin döş boşluğuna keçən aortanın (döş şöbəsinin), sağ qarınüstü nahiyyədə qarın boşluğuna nüfuz edən mədənin və qaraciyərin zədələnmələri ilə müşayət edilən deşilmiş-kəsilmiş yara kanallarının istiqamətləri öndən-arxaya, düz, dərinlikləri 8.5-9 sm-dirlər. X2 meyitinin bədəni və əynində olan paltarlar - (açıq-mavi rəngli sol döş nahiyyəsində cibi olan köynək) üzərində xəsarətlərin yəni - döş qəfəsinin sol ön tərəfinin döş boşluğuna keçən aortanın (döş şöbəsinin), sağ qarınüstü nahiyyədə qarın boşluğuna nüfuz edən mədənin və qaraciyərin zədələnmələri ilə müşayət edilən deşilmiş-kəsilmiş yaraların formaxarakterik xüsusiyyətləri, ölçüləri eynilik təşkil etdiyi üçün, ekspertizaya təqdim edilən, 1(bir) ədəd qatlanan-açılan və dəstəyi qəhvəyi rəngli taxta materialdan bıçaqla yetirilməsi halı daha məqsədəuyğundur. X2 ölümünə səbəb - döş qəfəsinin sol ön tərəfinin döş boşluğuna keçən aortanın (döş şöbəsinin), sağ qarınüstü nahiyyədə qarın boşluğuna nüfuz edən mədənin və qaraciyərin zədələnmələri ilə müşayət edilən daxili qanitirmə olmuşdur. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində, 0.5 %i etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Narkotik və dərman maddələri aşkar edilməmişdir (cild 02, iş vər. 229- 233). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 18/3 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır. Döş qəfəsinin sol ön tərəfinin döş boşluğuna nüfuz edən aortanın (döş şöbəsinin) və sağ qarınüstü nahiyyədə qarın boşluğuna nüfuz edən mədənin və qara ciyərin zədələnmələri ilə müşayət edilən deşilmiş-kəsilmiş yaraları. X2 meyitinin bədəni və əynində olan paltarlar - (açıq-mavi rəngli sol döş nahiyyəsində cibi olan köynək) üzərində xəsarətlərin yəni - döş qəfəsinin sol ön tərəfinin döş boşluğuna keçən aortanın (döş şöbəsinin), sağ qarınüstü nahiyyədə qarın boşluğuna nüfuz edən mədənin və qaraciyərin zədələnmələri ilə müşayət edilən deşilmiş-kəsilmiş yaraların forma-xarakterik xüsusiyyətləri, ölçüləri eynilik təşkil etdiyi üçün, ekspertizaya təqdim edilən, 1(bir) ədəd qatlanan-açılan və dəstəyi qəhvəyi rəngli taxta materialdan bıçaqla yetirilməsi halı daha məqsədəuyğundur (cild 02, iş vər. 234-236). Cinayət işinin materiallarında olan məhkəmə-lifli ekspertizasının 17/693 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkçənin səthi üzərindən tapılmış boz-metallik rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə mərhum X10 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, mərhum X10 məxsus 01 ədəd şalvarın səthi üzərindən tapılmış açıq-qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, mərhum X10 məxsus 01 ədəd köynəyin səthi üzərindən tapılmış qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkçənin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X6 məxsus geyim əşyalarının səthləri üzərində mərhum X10 məxsus geyim əşyalarının tərkib liflərinə uyğun lif mikrohissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş, X6 məxsus 01 ədəd gödəkçənin səthi üzərindən tapılmış qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Babazadə Müşfiq oğluna məxsus 01 ədəd gödəkçənin tərkib liflərinə uyğun gəlirlər (cild 02, iş vər. 144- 150). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 698/2021 nömrəli rəyindən görünür ki, X2 ABO sistemi üzrə qan qrupu-Abeta (H)/İİ/. Təqsirləndirilən şəxs Baba/adə İsmayıl Müşfiq oğlunun ABO sistemi üzrə qan qrupu-Oalfabeta/İ/. Şahid1 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-O/İ/. Ekspertizaya təqdim olunmuş 07 ədəd pambıq tampon, 01 ədəd mətbəx bıçağı, Ə.Əliyevə məxsus şalvar, qısaqol kofta, trusik, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «A» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/İİ qruplu şəxsə, o cümlədən X10 məxsus ola bilər. Hadisə zamanı Oalfa, beta/İ/ qruplu Təqsirləndirilən şəxs və Şahid1 qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə həmçinin onlarında qarışmış qanının olması mümkündür. Tədqiq olunan qatlanan bıçaq və qabyuyan dəmir setka üzərində qan, Ə.Əliyevə məxsus 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus gödəkcə, qısaqol kofta, 01 cüt ayaqqabı Şahid1 məxsus qısaqol kofta, gödəkcə, şalvar və 01 cüt ayaqqabı üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı (cild 02, iş vər. 209-216). Cinayət işinin materiallarında olan kompleks məhkəmə tibbi-kriminalistik və məhkəməkriminalistik ekspertizasının 559-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X10 məxsus qısaqol köynəyin ön səthində solda bir ədəd və ön səthində orta hissədə bir ədəd dəlib-keçən deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və qabırğaları özlərini bir qədər büruzə verən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Ə.Ə.Əliyevə məxsus qısaqol maykada aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş qatlanan tipli bıçağın tiyəsi ilə və ya ona oxşar digər bıçağın tiyəsi ilə törənməsinin mümkünlüyü inkar olunmur, təqdim edilmiş mətbəx tipli bıçağın tiyəsi ilə törənməsi inandırıcı deyil. Ekspertizaya təqdim edilmiş Ə.Ə.Əliyevə məxsus köynəyin ön səthində sağ-ortada bir ədəd və orta-solda bir ədəd cırılma xarakterli zədələr vardır. Bu cırılmalar küt yaranma mexanizminə malikdirlər, müxtəlif şəraitlərdə köynəyin müvafiq nahiyələrinin kəskin dartılması nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Ə.Ə.Əliyevə məxsus idman şalvarı, alt tumanı və bir cüt corabın üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qısaqol köynəyin sol qolu birləşən dairəvi tikişinin aşağı hissəsində məhdud sökülmə vardır. Bu sökülmə küt qüvvə təsiri ilə köynəyin müvafiq nahiyyənin gərilib-dartılması nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarda, bir cüt ayaqqabısında və gödəkçədə əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus şalvarda, köynəkdə, gödəkçədə və bir cüt ayaqqabısında əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Təqdim olunmuş qatlanan tipli bıçaq zavod üsulu ilə hazırlanmış, təsərrüfatməişət təyinatlı bıçaqların əlamətləri arasında müqayisəli tədqiqat aparıldı. Məlum oldu ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş qatlanmayan tipli bıçaq zavod üsulu ilə hazırlanmış mətbəx bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir (cild 02, iş vər. 221-228). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 642/207 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Həmçinin ekspert psixoloq o, nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir), Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (cild 03, iş vər. 82-85). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 120.2.1, 221, 120.2.2, 120.2.5, 120.2.9 və 123-cü maddələrinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin, Şahid1 əməlində CM-in 120.1 və 120.2.1-ci maddələrinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 04, iş vər. 01-59). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Qeyd olunan Plenum qərarında həmçinin göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırkı iş üzrə müdafiə və ittiham tərəfin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə cinayət işinin materialarında yer alan sübutları qarşılıqlı şəkildə araşdıran, yuxarıda istinad olunan Plenum qərarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, X13 xx.xx.2021-ci il tarixdə məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilən bıçaq zərbələri nəticəsində yaranan ağır bədən xəsarəti səbəbindən ölmüşdür. (cinayət işində olan məhkəmə tibbi ekspertizasının rəyi ilə ictimai təhlükəli əməllə baş verən ölüm arasında olan səbəbli əlaqə müəyyən edilmişdir) Mübahisə məqamı zərərçəkmiş şəxsin vəfat etməsinin Təqsirləndirilən şəxs qəsdi, eyni zamanda niyyəti ilə əhatə olunub-olunmaması ilə bağlıdır. Belə ki, müdafiə tərəfi hadisənin özünü müdafiə olduğunu, Təqsirləndirilən şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdiyini bildirərək sonuncu barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmiş, ittiham tərəfi isə əməlin qəsdən adam öldürmə cinayəti kimi ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.1-ci maddəsi ilə tövsif olunduğunu və ona uyğun olaraq ittiham hökmünün çıxarılmasını israr etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, CM-nin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2 və 25.3-cü maddələrinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş, yox əgər şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli Əli Əliyevi dolayı olaraq qəsdən öldürməyə yönəlmiş, o, törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməsə də, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Belə ki, şəxsi münasibətlər zəminində yaranmış mübahisə bir müddət davam edib yekunlaşdıqdan sonra, Təqsirləndirilən şəxs oradan getmək imkanı olsa da, hadisə yerindən getməyərək orada qalıb Əli Əliyevlə başlamış mübahisənin daha da dərinləşməsinə şərait yaratması, daha sonra həmin mübahisənın davamında mərhum zərərçəkmiş şəxs Əli Əliyevin Təqsirləndirilən şəxs əlində olan bıçaqla vurmaq istəməsindən və ona qarşı nalayiq söyüşlər işlətməsindən hiddətlənib sərxoşluğun da verdiyi özünə inamla daha əvvəl mübahisə zamanı sonuncudan almış olduğu və üzərində olan açılıb-qatlanan, həmçinin soyuq silah hesab edilməyən bıçaqla xəsarət yetirmək üçün lazımi şərait yaranan anda Əli Əliyevə qəsdən döş qəfəsi və qarın nahiyəsindən 02 dəfə bədən xəsarəti yetirmişdir ki, xəsarətin yetirildiyi orqan, yəni xəsarətin lokalizasiyası məhz onun niyyətindən xəbər vermişdir. Odur ki, məhkəmə kollegiyası bu halda ibtidai istintaq orqanının gəldiyi qənaətin düzgün olduğu, hadisə baş verən an heç də zəruri müdafiə vəziyyətinin olmadığı nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində gəldikdə isə məhkəmə kollegiyası həmin ifadəyə tənqidi yanaşır və yuxarıda göstərilənləri nəzərə alıb qeyd edir ki, şəxs bu formada ifadə verməklə məhz cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş tərəf mərhum Əli Əliyevin iki nəfər tərəfindən öldürüldüyünü, yəni cinayətin törədilməsində Şahid1 da iştirak etdiyini üçün onun əməlinin CM-nin 120.2.1-ci maddəsinə tövsif olunması və ona həmin maddədə nəzərdə tutulan ən ağır cəzanın təyin edilməsini xahiş etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən işə yalnız verilən ittiham daxilində baxıldığından və yalnız təqsirləndirilən şəxsin əməlinin ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malik olduğundan, nəticə etibarı ilə zərərçəkmiş tərəfin tələbinin isə faktiki olaraq təqsirləndirilən şəxsin vəziyyətinin ağırlaşmasına yönəldiyindən, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin bu hala qiymət verərək irəli sürülmüş ittihamdan kənara çıxmaq səlahiyyəti cinayət prosessual qanunvericiliklə istisna olunur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar mövcuddur ki, həmin qərarla Təqsirləndirilən şəxs əməlində CM-nin 120.2.1, 221, 120.2.2, 120.2.5, 120.2.9 və 123-cü maddələrinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin, Şahid1 əməlində CM-in 120.1 və 120.2.1-ci maddələrinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən isə qeyd edilən qərar mübahisələndirilməmişdir və həmin qərar hazırda qüvvədədir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən yuxarıda qeyd edilənlərlə yanaşı CM-nin 86.1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Qeyd edilən maddənin tələblərinə əsasən yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, həmin şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri, Şahid7 pr. ev 87, mən. 36 ünvanında ailəsi ilə birlikdə yaşayır, yaşayış üzrə müsbət xarekterizə olunur (cild 02, iş vər. 53-55). Cinayət işinin materiallarında olan arayışdan görünür ki, Göyçay şəhəri, Şahid7 pr. ev 87, mən. 36 ünvanında yaşayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ailə başçısını itirməyə görə hər ay 80 manat sosial müavinət alır (cild 02, iş vər. 11). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 243-249, cild 02, iş vər. 111). Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını CM-in 59.1.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda yaşını, yəni yetkinlik yaşına çatmayan şəxs olmasını, həmin şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri, bununla yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin hazırda ondan şikayətçi olmasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. CM-in 85.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrum etmə on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğundan, ona cinayət qanunvericiliyinin yuxarda göstərilən tələbləri nəzərə alınmaqla yalnız doqquz il azadlıqdan məhrum etmə ilə on il azadlıqdan məhrum etmə arasında cəza təyin edilməlidir ki, məhkəmə bu halda ona minimal həddə yaxın müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni və əsaslı hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Göyçay Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarı ilə əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 58-59, 229-231). Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Göyçay rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan mərhum X10 məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd alt paltarı, 01 cüt corab, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş qab yumaq üçün istifadə edilən dəmir tor tələb edilmədiyindən, 07 ədəd bağlamada hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr, hadisə yerindən müvafiq qaydada qablaşdırılaraq götürülmüş 02 ədəd şüşə butulka, cinayət hadisəsinin aləti olan 01 qatlanan bıçaq və hadisə yerindən götürülmüş 01 ədəd mətbəx bıçağı dəyəri müəyyən olunmadığından hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, X10 məxsus “Samsung” markalı mobil telefon onun hüquqi varisi Şahid20, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 cüt ayaqqabı və X6 məxsus 01 ədəd gödəkcə, 01 ədəd şalvar, 01 ədəd köynək və 01 cüt ayaqqabı isə sahiblərinə qaytarılmalıdır. İş üzrə 190,59 AZN (bir yüz doxsan manat, əlli doqquz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Göyçay rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan mərhum X10 məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd alt paltarı, 01 cüt corab, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş qab yumaq üçün istifadə edilən dəmir tor tələb edilmədiyindən, 07 ədəd bağlamada hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr, hadisə yerindən müvafiq qaydada qablaşdırılaraq götürülmüş 02 ədəd şüşə butulka, cinayət hadisəsinin aləti olan 01 qatlanan bıçaq və hadisə yerindən götürülmüş 01 ədəd mətbəx bıçağı dəyəri müəyyən olunmadığından hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, X10 məxsus “Samsung” markalı mobil telefon onun hüquqi varisi Şahid20, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 cüt ayaqqabı və X6 məxsus 01 ədəd gödəkcə, 01 ədəd şalvar, 01 ədəd köynək və 01 cüt ayaqqabı isə sahiblərinə qaytarılsın. İş üzrə 190,59 AZN (bir yüz doxsan manat, əlli doqquz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-98/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-98/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver