Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-98/2024 29.04.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X17, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X23, Zərərçəkmiş şəxsin hüquqi varisi X8 iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X11 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs X4 qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər dostluq münasibətində olduğu, lakin 2021-ci ildən etibarən keçmiş sevgilisi Şahid3 Vəliyyəddin qızı ilə sevgi münasibəti qurduğuna görə münasibətləri korlanmış X2 29 sentyabr 2023-cü il tarixdə saat 20:00 radələrində yenidən "xxxx" MMC-yə məxsus “5+ supermarket” adlı ictimai iaşə obyektində ətir piştaxtasında satıcı işləyən sevgilisi Şahid3 sataşıb, daha sonra isə özünə zəng edib kobud ifadələrlə onu təhqir etdiyinə görə artıq 2021-ci ildən etibarən davam edən mübahisəyə son qoymaq məqsədilə yaşadığı mənzildən istintaqa məlum olmayan, lakin ifadələr əsasında əlamətləri müəyyən edilən qəhvəyi rəngli, tutacağı taxta materiallı, tiyəsinin uzunluğu təxminən 8-10 sm olan mətbəx bıçağını götürüb Sönməzbəy Məmmədovun tələbi ilə sonuncu ilə razılaşdırılmış ilkin görüş yerinə, yəni Mingəçevir şəhəri, H.Əliyev prospekti 36 ünvanında yerləşən “Bəxtiyar” adlı aptekin qarşısına getmək istəsə də anası Əmanət İsrəfilovanın onun mübahisəli telefon danışığından xəbərdar olaraq ona mane olması səbəbindən qeyd olunan ilk görüşün baş tutmamasına baxmayaraq, həmin tarixdə saat 20:15 radələrində Mingəçevir şəhəri, M.Maqomayev prospekti 16 ünvanına gəlib orada yerləşən “5+ supermarket” adlı ictimai iaşə obyektində Şahid3 ilə söhbət etdiyi məqamda yenidən Sönməzbəy Məmmədov tərəfindən daxil olmuş telefon zənginə əsasən cinayətkar niyyətini həyata keçirməkdən ötrü qeyd edilən ünvanda olduğunu və oraya gəlməsini ona bildirib onun Mingəçevir şəhəri, M.Maqomayev prospekti 16 ünvanında yerləşən “5+ supermarket” adlı ictimai iaşə obyektinin qarşısına gəlməsinə nail olduqdan sonra həmin ictimai iaşə obyekti ilə “Kontakt Home” adlı ictimai iaşə obyektinin qarşısında yerləşən küçədə görüşüb üzbəüz vəziyyətdə dayandığı zaman aralarında şəxsi münasibətlər zəminində yaranmış eyni məzmunlu mübahisə zamanı Sönməzbəy Məmmədovun endirdiyi yumruq zərbəsindən yayınaraq öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edib, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb, lakin bunları arzu etməsə də belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməklə üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Sönməzbəy Məmmədovun döş qəfəsinin aşağı sol tərəfinə aşağıdan yuxarıya doğru həyat üçün vacib olan ürək nahiyəsi istiqamətində bir ədəd zərbə yetirməklə ona döş qəfəsinin ön səthindən ürəyin zədələnməsi ilə döş boşluğuna dəlib keçən deşici-kəsici əşyanın təsirindən əmələ gəlməyə xarakterik bir ədəd dərəcəsinə görə sağlam şəxslər üçün götürdükdə xəsarət yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə Sönməzbəy Məmmədovun ürəyin açıq zədələnməsi nəticəsində inkişaf edən kəskin qanaxma nəticəsində ölməsinə səbəbiyyət verməklə sonuncunu qısqanclıq zəminində qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edib CM-in 120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, X9 ilə dostluq münasibətləri müddətli hərbi xidmətdə olduqları 2009-cu ildən etibarən yaranmış, Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən "xxxx" MMC-nin “5+” adlı ictimai iaşə obyektinin daxilində ətir piştaxtasında satıcı işləyən Şahid3 Vəliyyəddin qızı ilə tanışlıqları 2018-ci ilin əvvəllərindən etibarən yaranmış, daha sonra həmin tanışlıq sevgi münasibətinə keçmiş və uzun müddət ər-arvad münasibətində yaşamışlar. Şahid3 ilə olan sevgi münasibətindən tanışı Sönməzbəy Məmmədovun da məlumatı olmuş, 2019-cu ildə Şahid3 ilə olan sevgi münasibətinə son qoymuş və bundan sonra Sönməzbəy Məmmədov onun vasitəsi ilə tanış olduğu Şahid3 ilə sevgi münasibəti yaşamağa başlamışdır. Bundan bir müddət sonra 2020-ci ildən etibarən Şahid3 ilə aralarında yenidən sevgi münasibəti yaranmış, buna baxmayaraq, X26 Yolçuyevadan əl çəkməmiş, mütəmadi olaraq sonuncu Sönməzbəy Məmmədov tərəfindən təhqir olunmuş və təzyiqlərə məruz qalmışdır. Bununla bağlı o, dəfələrlə X24 Yolçuyevadan və ondan kənarda dayanmasını və onlara sataşmamasını demiş, lakin sonradan Sönməzbəy Məmmədov onu da hədələməyə və təhqir etməyə başlamış və bununla bağlı sonuncu ilə dəfələrlə aralarında mübahisə yaranmışdır. Təxminən bir il əvvəl X20 Yolçuyevanın arasında baş vermiş mübahisə ilə əlaqədar o, Sönməzbəy Məmmədovla mübahisə etmiş və bu zaman sonuncu ona başı ilə zərbə vurmuşdur. Şahid3 həmin hadisənin şahidi olmuş, lakin o, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmiş, eləcə də xəstəxanaya müraciət etməmişdir. Həmçinin dostu Orxan Abdullayev onunla Sönməzbəy Məmmədovun arasında baş vermiş mübahisələrin şahidi olmasa da həmin hallardan məlumatlı olmuşdur. 2023-cü ilin sentyabr ayının ortalarında yenidən eyni məsələ ilə bağlı aralarında mübahisə yaranmış və bu zaman Sönməzbəy Məmmədov onu təhqir etmişdir. 29 sentyabr 2023-cü il tarixdə istifadəsində olan 050 784-24-17 mobil telefon nömrəsi vasitəsilə Şahid3 istifadəsində olan 050 746-36-03 mobil telefon nömrəsi ilə telefon danışığı aparan zaman bir nəfər şəxsin sonuncunu təhqir etdiyini eşidib nə baş verdiyini soruşmuş, Şahid3 isə təhqir edən şəxsin Sönməzbəy Məmmədov olduğunu bildirmişdir. O, Şahid3 bir qədər sonra işlədiyi “5+” adlı supermarketə gələcəyini demiş, bir müddət sonra isə Sönməzbəy Məmmədov 051 660-66-56 mobil telefon nömrəsi vasitəsilə onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək onu təhqir etmiş və görüşmək üçün onu Mingəçevir şəhərində yerləşən “Bəxtiyar” adlı aptekin qarşısına dəvət etmişdir. Həmin vaxt o, Sönməzbəy Məmmədovla söhbət edib bu mübahisəyə son qoymaq məqsədilə sonuncunun qeyd etdiyi yerə getmək qərarına gəlmiş və əvvəllər bir dəfə Sönməzbəy Məmmədovla mübahisə edən zaman sonuncu ona başı ilə zərbə vuraraq onu döydüyü üçün yenidən sonuncu tərəfindən döyülə biləcəyindən ehtiyat edərək 2-3 gün əvvəl yaşadığı evin mətbəx otağından götürdüyü, qəhvəyi rəngli, tutacaq hissəsi taxta materialdan, tiyəsinin uzunluğu isə təxminən 10 sm olan mətbəx bıçağını da özü ilə götürmüşdür. Bundan sonra o, qeyd edilən ünvana getsə də anası onun mobil telefonda mübahisə etdiyini görüb onun ardınca “Bəxtiyar” adlı aptekin qarşısına gəlmiş və hər hansı hadisə törətməsinin qarşısını almışdır. Həmin vaxt əvvəlcədən tanıdığı İlham adlı şəxsin avtomobillə oradan keçdiyini görmüş, sonuncunun idarə etdiyi avtomobili ilə “5+” adlı supermarketə getmiş və orada Şahid3 ilə söhbət etməyə başlamışdır. Bu zaman Sönməzbəy Məmmədov yenidən istifadəsində olan mobil telefon nömrəsi vasitəsilə onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib harada olduğunu ondan soruşmuş, o da “5+” adlı supermarketdə olduğunu bildirdikdə sonuncu oraya gəldiyini xəbər verdikdə çölə çıxmasını tələb etmişdir. Bundan sonra o, “5+” adlı supermarketin qarşısına çıxıb təxminən 5 dəqiqə orada gözləmiş, həmin vaxtlarda Sönməzbəy Məmmədov istifadəsində olan mobil telefon nömrəsi vastiəsilə yenidən onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib harada olduğunu soruşmuş, o isə sonuncuya “5+” adlı supermarketin qarşısında gözlədiyini bildirmişdir. Təxminən 1 dəqiqə sonra Sönməzbəy Məmmədovun “Kontakt Home” adlı ictimai iaşə obyektindən “5+” adlı supermarket istiqamətində gəldiyini görmüş və sonuncunun gəldiyi istiqamətə getməyə başlamışdır. “Kontakt Home” adlı ictimai iaşə obyektinin giriş qapsının yaxınlığında Sönməzbəy Məmmədovla görüşmüş və həmin vaxt Sönməzbəy Məmmədov onu təhqir edib kənara doğru hərəkət etməsini tələb etmişdir. O, kənara doğru bir-iki addım atdıqdan sonra Sönməzbəy Məmmədov əlini cibinə salıb onu təhdid etmiş, bu zaman o, sonuncunun ona zərbə vuracağını fikirləşmiş və həmçinin Sönməzbəy Məmmədov bıçaq zərbəsi vuracağı ilə onu təhdid etmişdir. Həmin vaxt Sönməzbəy Məmmədov sağ əli ilə onun baş nahiyəsinə yumruq zərbəsi vurmuş, lakin bu vaxt o, sonuncunun ona yumruq zərbəsi vurduğunu bilməmiş, bunu sonradan bilmiş, Sönməzbəy Məmmədov ona bıçaqla zərbə vurduğu halda baş nahiyəsinin yarılmalı olduğunu düşünmüş, hadisə zamanı artıq özündə olmamış və sonuncunun ona yumruq və ya bıçaq zərbəsi vurduğunu müəyyən edə bilməmişdir. Daha sonra o, əvvəlcədən üzərində olan cins şalvarın sağ yan cibinə yerləşdirdiyi taxta tutacaqlı, ucu nazik mətbəx bıçağını sağ əli ilə cibindən çıxarmış və həmin bıçaqla qarşısında dayanan Sönməzbəy Məmmədovun sol yan tərəfinə aşağı hissədən yuxarı hissəyə doğru bir zərbə vurmuşdur. Bu zaman o, ixtiyari olaraq bıçağı mərhuma tərəf istiqamətləndirmiş, Sönməzbəy Məmmədovun ürək nahiyəsinə zərbə vurmaq niyyəti olmamış, bıçağın mərhumun hansı nahiyəsinə dəydiyini bilməmiş, bıçaqla zərbə vurduqdan sonra sonuncu aşağıya doğru əyilmiş və zərbənin təsiri nəticəsində bıçaq əyilmişdir. Əlindəki qatlanan bıçaq olmasaydı bıçağın Sönməzbəy Məmmədovun ürək nahiyəsinə dəyməyəcəyini düşünmüş, hadisə zamanı şok vəziyyətində olmuş, sonuncunun öləcəyini zənn etməmiş və hadisədən sonra bıçağın əlindən sürüşüb mərhumun bədənində daha dərinə getdiyini görmüşdür. Sönməzbəy Məmmədova bıçaqla zərbə vuran zaman niyyəti sonuncunu öldürmək deyil, qorxutmaq və xəsarət yetirmək olmuş, zərbənin təsirindən sonuncunun qeyd olunan nahiyəsindən qanın axdığını görüb hərəkətlərini dayandırmış, orada olan və onları bir-birindən kənarlaşdırmağa çalışan tanımadığı şəxslərdən sonuncuya köməklik etmələrini xahiş etmiş və həmin yeri tərk edib getmişdir. Daha sonra istifadəsində olan mobil telefon nömrəsi vasitəsilə Şahid3 istifadəsində olan mobil telefon nömrəsinə zəng edib Sönməzbəy Məmmədovun səhhəti ilə maraqlanmış, cinayətin aləti qismində istifadə etdiyi bıçağı “Nərgiz” klinikasının yanından yaşayış zonasına girərkən yolun kənarına atmış, daha sonra səhərə qədər piyada şəkildə şəhərdə gəzmiş və 30 sentyabr 2023-cü il tarixdə isə özü könüllü olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gedib təslim olmuşdur. Törətdiyi əməldən peşmandır, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, “Kontakt Home” adlı ictimai iaşə obyektinin giriş qapsının yaxınlığında Sönməzbəy Məmmədovla görüşən zaman sonuncu onu təhqir edib kənara doğru hərəkət etməsini tələb etmişdir. O, kənara doğru bir-iki addım atdıqdan sonra Sönməzbəy Məmmədov sağ əli ilə onun baş nahiyəsinə yumruq zərbəsi vurmağa çalışmış, lakin o, zərbədən yayınıb əvvəlcədən üzərində olan cins şalvarın sağ yan cibinə yerləşdirdiyi taxta tutacaqlı, ucu nazik mətbəx bıçağını sağ əli ilə cibindən çıxarmış və həmin bıçaqla qarşısında dayanan Sönməzbəy Məmmədovun sol yan tərəfinə aşağı hissədən yuxarı hissəyə doğru bir zərbə vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X15 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Sönməzbəy Məmmədov onun övladıdır, sonuncu Təqsirləndirilən şəxsla birlikdə hərbi xidmətdə olmuşlar və əvvəllər Təqsirləndirilən şəxsla oğlu Sönməzbəy Məmmədovun arasında hər hansı mübahisənin olmasından məlumatı olmamışdır. 29 sentyabr 2023-cü il tarixdə Sönməzbəy Məmmədov yaşadıqları evdə olan zaman oğlunun istifadəsində olan mobil telefon nömrəsinə iki dəfə zəng gəlmiş, oğlunun kiminlə danışdığını bilməmiş və həmin danışıqlar zamanı oğlunun bilmədiyi şəxsə gələcəyini dediyini eşitmişdir. Daha sonra həmin tarixdə saat 21 radələrində evdə olduğu zaman oğlu Elgiz Məmmədov ona zəng edib qardaşı Sönməzbəy Məmmədovun öldüyünü demiş və sonradan oğlunun Təqsirləndirilən şəxs tərəfindən bıçaqla zərbə vurulması nəticəsində ölməsi ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı tələbi və şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2017-ci ildən etibarən Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən "xxxx" MMC-nin “5+” adlı supermarketində satıcı işləyir. O, təxminən 3 il əvvəl X9 ilə sevgi münasibətinə başlamış və həmin münasibət təxminən 6 ay davam etmişdir. Bundan sonra o, təxminən 1 il yarım əvvəldən qeyd olunan hadisə baş verənək Təqsirləndirilən şəxs ilə sevgi münasibətində olmuş və qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. O, Sönməzbəy Məmmədovla ayrıldıqdan sonra sonuncu hər dəfə gördükdə onu təhqir etmiş, o da bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Təqsirləndirilən şəxs Sönməzbəy Məmmədovun həmin hərəkətlərinə görə təxminən 3 gün əvvəl “5+” supermarketin yaxınlığında mübahisə etmiş və bu zaman Təqsirləndirilən şəxs qulaq və alın nahiyələrindən xəsarət aldığını görmüşdür. 29 sentyabr 2023-cü il tarixdə saat 19:40 radələrində Sönməzbəy Məmmədov “5+” adlı supermarketdə olan zaman onun ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt o, Təqsirləndirilən şəxsla mobil telefonla danışdığı üçün sonuncu qeyd olunan nalayiq ifadələri eşitmiş və ondan bu barədə soruşmuşdur. O, qeyd olunan ifadələri işlədən şəxsin Sönməzbəy Məmmədov olduğunu demiş və təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs onun işlədiyi yerə gəlmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs Sönməzbəy Məmmədovun nalayiq ifadələri işlətməsi ilə bağlı sonuncu ilə söhbət edəcəyini bildirmiş, bir neçə dəqiqə sonra X25 İsrəfilova zəng etmiş və sonuncu da Sönməzbəy Məmmədova “5+” adlı supermarketin qarşısında görüşməyi təklif etmişdir. Təxminən saat 20:05 radələrində Təqsirləndirilən şəxs marketdən çıxmış və bir az sonra marketin sol tərəfində yerləşən “Kontakt Home” adlı ictimai iaşə obyektinin qarşısına tərəf getmişdir. Həmin vaxt supermarketin yaxınlığından səs-küy gəldiyini eşidib çölə çıxmış və bu zaman tanımadığı şəxslər ona Təqsirləndirilən şəxs Sönməzbəy Məmmədova bıçaqla xəsarət yetirdiyini bildirmişlər. Bundan sonra o, istifadəsində olan ***-***-**-** nömrəsi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə zəng edərək nə baş verdiyini soruşmuş, sonuncu isə Sönməzbəy Məmmədova bıçaqla xəsarət yetirdiyini və hadisə yerindən qaçdığını bildirmişdir. Bundan bir müddət sonra Mingəçevir Şəhər Polis Şöbəsindən zəng olunaraq “5+” adlı supermarketin qarşısına gəlməsi ona bildirilmiş, o da həmin yerə gedərək hadisə ilə bağlı polis əməkdaşlarına məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X16 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və X9 ilə birlikdə hərbi xidmətdə olmuşlar. Əvvəllər Təqsirləndirilən şəxsla oğlu Sönməzbəy Məmmədovun arasında hər hansı mübahisənin olmasının şahidi olmamış, lakin bu barədə eşitmişdir. 29 sentyabr 2023-cü il tarixdə oğlu evi tərk edib bir müddət sonra yenidən evə daxil olduqda nəvəsi Ömərxəyal İsrəfilov atası Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng olunduğunu və həmin zəng zamanı sonuncunun istifadəsində olan mobil telefonun səsgücləndiricisi vasitəsilə Sönməzbəy Məmmədovla uca səslə danışıb mübahisə etdiyini ona bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ardınca evdən çıxmış, sonuncudan evə gəlməsini xahiş etmiş, Təqsirləndirilən şəxs isə “5+” adlı supermarketə gedəcəyini deyib həmin yeri tərk etmişdir. Bundan təxminən 1-2 saat sonra polis əməkdaşları yaşadıqları evə gələrək Təqsirləndirilən şəxs cinayət hadisəsi törətdiyini və bu səbəbdən də sonuncunu axtardıqlarını bildirmişlər. Sonradan araşdırma zamanı oğlu Təqsirləndirilən şəxs Sönməzbəy Məmmədova bıçaqla zərbə vuraraq sonuncunu öldürməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin post-patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 29 sentyabr 2023-cü il tarixdə cədvəl üzrə gündüz növbətçisi olduğundan həmin tarixdə saat 20 radələrində Mingəçevir şəhəri, M.Maqomayev prospektində ictimai asayişin qorunması və əhalinin təhlükəsizliyinin təmin olunması ilə əlaqədar piyada hərəkətdə olarkən qeyd olunan prospektdə yərləşən “Kontakt Home” ictimai iaşə obyektinin qarşısında bir sıra şəxslərin toplaşdığının şahidi olmuş və həmin yerə getdikdə sonradan Sönməzbəy Məmmədov olduğunu bildiyi şəxsin yaralı və hər tərəfi qana bulaşmış vəziyyətdə yərdə uzanmış halda olduğunu görmüşdür. Daha sonra hadisənin kim tərəfindən törədilməsi ila bağlı qeyd olunan əraziyə toplaşmış şəxslərdən soruşmuş və xatırlamadığı şəxs ona həmin hadisənin "xxxx" MMC-nin “5+” adlı supermarketinin girişində yərləşən ətir mağazasında işləyən Şahid3 yanına mütəmadi olaraq gələn şəxs tərəfindən törədildiyini bildirmişdir. Bundan sonra o, orada dayanmış X10 məxsus olan “VAZ 21099” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə X12 Şəhər Mərkəzi Xəstəxanasına göndərmiş, lakin xəstəxanada həkimlər tərəfindən təxirəsalınmaz tibbi yardım göstərilməsinə baxmayaraq sonuncunun orada ölməsi ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsindən telefonla zəng olunaraq X2 “sol qabırğanın kəsilmişdeşilmiş yarası” xəsarətini alaraq ölməsi barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 29 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Mingəçevir şəhəri, M.Maqomayev prospekti 16 ünvanında yerləşən “5+” adlı supermarket ilə “Kontakt Home” adlı ictimai iaşə obyektinin qarşısıdır. “Kontakt Home” adlı iaşə obyektinin giriş hissəsindən 11,7 metr sol tərəf istiqamətində asfaltın üzərində səpələnmiş fomada qanabənzər ləkələr, həmin izlərdən 2,3 metr irəlidə 6,1 uzunluğunda qanabənzər ləkələr, qeyd olunan izlərdən də 5,7 metr sol tərəf istiqamətində səkinin kənarında xeyli sayda qanabənzər ləkələrin olması müşahidə edilmişdir. Hadisə yerində mövcud olan qanabənzər ləkələr 03 ədəd pampığa hopdurulmaqla müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması haqqında 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 126.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 29 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, mərhum X2 meyitində qara rəngli şalvar, qara rəngli kəmər, qara rəngli qolsuz jilet, qara rəngli mayka və alt tumanı vardır. Bütün paltarların ön hissəsi qana bulaşmışdır. Qısaqol köynəyin sol ətəyində yara proyeksiyasına uyğun səviyyədə köndələn istiqamətdə 1,3x0,3 sm ölçüdə kənarları hamar zədə vardır. Gövdə və bədənin arxa səthi qana bulaşmışdır. Meyitin döş qəfəsinin sol ön səthində orta körpücük xətti üzrə 5-6-cı qabırğa arası səviyyədə 1,8x0,4 sm ölçüdə kənarları hamar, bucaqları iti boylama istiqamətində bir ədəd döş boşluğunu dəlib keçən yara, sol dirsək çuxurunda inyeksiyadan sonra infiltratlaşmış yaradan sonrakı 0,8x0,3 sm ölçüdə köhnə çapıq toxuma, sağ bazunun orta ön 1/3-də 5x7 sm sahədə birbirinə bitişik iki ədəd göyümtül-sarımtıl rəngdə qançırlar, sağ saidin orta içəri 1/3-də 6x2 sm ölçüdə həmin xarakterdə qançır aşkar olunmuşdur. Sönməzbəy Məmmədova məxsus qara rəngli cins şalvar, qara rəngli qısaqol köynək və qısaqol jilet müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 29 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, X2 hadisə vaxtı əynində olan qara rəngli cins şalvarın ön hissəsinin diz nahiyəsinə qədər çox hissəsi, diz nahiyəsindən balaq hissəsinə qədər hissəsi az formada səpələnmiş şəkildə qanabənzər ləkələrlə bulaşmış haldadır. Qara rəngli jiletin ön sol cibdən sol arxa nahiyəyə qədər qanabənzər ləkələr müşahidə olunur. Qara rəngli qısaqol köynəyin sol döş nahiyəsinin aşağı hissəsindən ətəyinə qədər üzərində qanabənzər ləkələr vardır. Köynəyin ön hissəsinin sol tərəfində, ətəyin son kənarından 19,5 sm yuxarıda, sol yan tikişdən 15,1 sm sağda 1,6 sm uzunluğunda kəsici-deşici xassəyə malik alətlə yetirilməyə xarakterik olan 01 ədəd zədə izi vardır və həmin zədə izi şəxsin bədəni üzərində olan xəsarətin lokalizasiyası ilə üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmənin aparılması haqqında 29 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, “5+ supermarket” adlı ictimai iaşə obyektində quraşdırılmış videmüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülər 01 ədəd CD diskə köçürülərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 5 mb, 11,8 mb, 15,5 mb, 5,84 mb, 13,6 mb, 19,5 mb, 14,4 mb, 12,8 mb və 9,94 mb həcmində 9 ədəd fayl vardır. “VİD-20231205-WA0009” adı ilə qeydə alınmış birinci videofayldan görünür ki, Təqsirləndirilən şəxs “5+Supermarket” adlı iaşə obyektinə daxil olur, obyektdə piştaxtanın arxasında dayanan Şahid3 ilə görüşdükdən sonra, ətirlərin yığılması üçün nəzərdə tutulmuş dolabdan mobil telefonu götürür və yaxınlıqda olan digər piştaxtaya yaxınlaşaraq mobil telefonla danışır. “VİD-20231206-WA0003” və “VİD- 20231205-WA0012” adları ilə qeydə alınmış ikinci və üçüncü videofayllardan görünür ki, “5+Supermarket” adlı iaşə obyektində müxtəlif ətirlərin alğı-satqısı ilə məşğul olan Yolçuyeva X7 Ceyhun Sahib oğlu ilə piştaxtanın arxasında oturaraq söhbət edirlər. “VİD- 20231205-WA0008” adı ilə qeydə alınmış dördüncü videofayldan görünür ki, “5+Supermarket” adlı iaşə obyektində müxtəlif ətirlərin alğı-satqısı ilə məşğul olan Şahid3 ilə Təqsirləndirilən şəxs piştaxtanın arxasında oturaraq söhbət edirlər. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng daxil olur və sonuncu 5 saniyə ərzində Şahid3 ilə söhbət etdikdən sonra piştaxtanın arxasından duraraq iaşə obyektindən çölə çıxır. “VİD-20231206-WA0004” adı ilə qeydə alınmış beşinci videofayldan görünür ki, “5+Supermarket” adlı iaşə obyektinin çöl giriş hissəsində Təqsirləndirilən şəxs üzərində olan mobil telefona baxdıqdan sonra cibinə qoyur, bundan sonra Şahid3 obyektdən çölə çıxaraq Təqsirləndirilən şəxs yanına gəlib bir neçə saniyə söhbət etdikdən sonra iaşə obyektinə daxil olur, lakin Təqsirləndirilən şəxs obyektin giriş hissəsində dayanır. “VİD- 20231206-WA0005” adı ilə qeydə alınmış altıncı videofayldan görünür ki, Təqsirləndirilən şəxs “5+Supermarket” adlı iaşə obyektinin çöl giriş hissəsində dayanır. VİD-20231205- WA0010” adı ilə qeydə alınmış yeddinci videofayldan görünür ki, videomüşahidə kamerası 2 pəncərəyə bölünür. 5+Supermarket” adlı iaşə obyektində quraşdırılmış soldan birinci videomüşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs həmin obyektin qapısının giriş hissəsində 12 saniyə dayandıqdan sonra “Kontakt Home” iaşə obyektinə doğru hərəkət edir. 5+Supermarket” adlı iaşə obyektində quraşdırılmış ikinci videogörüntüdən görünür ki, şəhərin M.Maqomayev prospektindən hərəkətdə olan istintaqa məlum olmayan gümüşü rəngli “Mercedes” markalı avtomobil həmin obyektin qarşısına doğru hərəkət edib döngənin yaxınlığında saxlayır, həmin nəqliyyat vasitəsi dayanan kimi X9 avtomobilin qabaq sağ oturacağından düşüb iti addımlarla 5+ supermarketin giriş hissəsinə doğru hərəkət edir, digər şəxslər isə avtomobilin arxa sağ və sol oturacağından düşüb nisbətən yavaş addımlarla Sönməzbəy Məmmədovun arxası ilə “5+ supermarket” adlı iaşə obyektinə doğru hərəkət edirlər. Hər iki videogörüntüyə baxış zamanı müəyyən edilir ki, X9 ilə Təqsirləndirilən şəxs “5+ supermarket” adlı ictimai iaşə obyekti ilə “Kontakt Home” iaşə obyektinin arasında müşahidə kamerası mövcud olmayan ərazidə görüşmüşlər. “VİD-20231205-WA0011” adı ilə qeydə alınmış səkkizinci videofayldan görünür ki, videomüşahidə kamerasında şəhərin M.Maqomayev prospektindən hərəkətdə olan gümüşü rəngli “Mercedes” markalı avtomobil “Kontakt Home” iaşə obyektinə doğru hərəkət edir. “5+Supermarket” adlı iaşə obyektində quraşdırılmış ikinci videogörüntüdən görünür ki, şəhərin M.Maqomayev prospektindən hərəkətdə olan istintaqa məlum olmayan gümüşü rəngli “Mercedes” markalı avtomobil həmin obyektin qarşısına doğru hərəkət edib döngənin yaxınlığında saxlayır, həmin nəqliyyat vasitəsi dayanan kimi X9 avtomobilin qabaq sağ oturacağından düşüb iti addımlarla 5+ supermarketin giriş hissəsinə doğru hərəkət edir, digər şəxslər isə avtomobilin arxa sağ və sol oturacağından düşüb, nisbətən yavaş addımlarla Sönməzbəy Məmmədovun arxası ilə “5+ supermarket” adlı iaşə obyektinə doğru hərəkət edirlər. “VİD- 20231205-WA0006” adı ilə qeydə alınmış doqquzuncu videofayldan görünür ki, videomüşahidə kamerasında Təqsirləndirilən şəxs “5+Supermarket” adlı iaşə obyektindən çıxaraq “Kontakt Home” adlı iaşə obyektinin qarşısına doğru hərəkət edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmənin aparılması haqqında 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, “Energy” adlı ictimai iaşə obyektində quraşdırılmış videmüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülər 01 ədəd CD diskə köçürülərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 7,17 mb həcmində 01 fayl vardır. Həmin “VİD-20231206-WA0010” adı ilə qeydə alınmış videofayldan görünür ki, şəhərin M.Maqomayev prospektində hərəkətdə olan dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan gümüşü rəngli taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobil həmin obyektin qarşısına doğru hərəkət edib döngənin yaxınlığında nəqliyyat vasitəsini saxladıqdan sonra X9 avtomobilin qabaq sağ oturacağından düşərək iti addımlarla Təqsirləndirilən şəxs dayandığı istiqamətə doğru hərəkət etmiş, avtomobilin arxa sağ və sol oturacağından adları istintaqa məlum olmayan iki nəfər şəxs Sönməzbəy Məmmədovun arxası ilə “Kontakt Home” iaşə obyektinə doğru nisbətən yavaş addımlarla hərəkət etmişlər. Saat 20:33 dəqiqədə “Kontakt Home” adlı iaşə obyektinin qarşısında Sönməzbəy Məmmədov ilə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, həmin mübahisəni görən adları istintaq məlum olmayan şəxslər hər iki şəxsi birbirindən kənarlaşdırmağa cəhd etsələr də X21 xəsarət yetirdikdən sonra hadisə yerindən qaçmış, sonuncu isə yaralı vəziyyətdə səkinin yanına gəlib orada yerə yıxılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 01 oktyabr 2023-cü il tarixli 54 nömrəli rəyindən görünür ki, X2 meyitində “döş qəfəsinin ön səthindən ürəyin zədələnməsi ilə döş boşluğuna dəlib keçən bir ədəd yara” diaqnozu ilə, 29 sentyabr 2023-cü il tarixdə deşici-kəsici əşyanın (alət(lər)in) təsirindən əmələ gəlmiş, həyati, ölümündən bir qədər əvvəl yetirilmiş, ağırlıq dərəcəsinə görə sağlam şəxslər üçün götürdükdə xəsarət yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid, “sağ bazu və sağ said nahiyələrində qançırlar” diaqnozu ilə, küt əşyanın təsirindən əmələ gəlmiş, müayinədən 4-6 gün əvvəl yetirilməyə uyğun, dərəcəsinə görə yüngül xarakterli xəsarətlər qrupuna aid, “sol dirsək çuxurunda çapıq toxuma” diaqnozu ilə, inyeksiyadan sonra əmələ gəlməyə uyğun, müddətini müəyyən etmək mümkün olmayan xəsarətlər aşkar edilmişdir. Onun ölümünə səbəb ürəyin açıq zədələnməsi nəticəsində baş verən kəskin qanaxma olmuşdur. Ölüm meyitin meyitxanadakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Ona yetirilən xəsarətin istiqaməti aşağıdan yuxarıya və öndən arxaya doğru olmuş, aşkar olunmuş xəsarət mübarizə və özünümüdafiə üçün xarakterik xəsarət olmamış, xəsarət yetirilərkən xəsarət yetirənlə zərərçəkən üzbəüz vəziyyətdə olmuş, meyitdə aşkar edilmiş xəsarət ekspertizaya təqdim olunmuş paltarlardakı zədə ilə üst-üstə düşmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 02 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 681 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman nevrasteniya, nevrotik reaksiyalarla XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyindən əziyyat çəkmişdir. O, ittiham olunduğu ictimai təhlükəli əməli törətdiyi zaman nevrasteniya, nevrotik reaksiyalarla XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətlərinin nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. O, ittiham edildiyi cinayət əməlini törətdikdən sonra va hal-hazırda nevrasteniya, nevrotik reaksiyalarla XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, həmin xəstəlik əlamətlərinin nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək iqtidarındadır. Onun hərəkətləri CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarasında konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Keçirdiyi emosional halın yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. O, cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 01 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/5345 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X5 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X5 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 04 noyabr 2023-cü il tarixli 3/1631 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Zərərçəkmiş şəxs X5 məxsus” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş köynəyin ön hissəsinin sol tərəfində yerləşən və rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə vardır. Zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Həmin zədə X2 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14 Mingəçevir Şəhər Şöbəsi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli 54 nömrəli məhkəmə-tibb ekspertizasının rəyində qeyd olunmuş bədənində olan xəsarətlə üst-üstə düşür. Köynəyin səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya, iti tərəfi zərərçəkmişə nisbətdə yuxarı istiqamətdə olmaqla yetirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 17 noyabr 2023-cü il tarixli 1884 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında 22 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, X2 istifadəsində olan 051 660-66-56 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 050 784-24-17 mobil telefon nömrəsi arasında 29 sentyabr 2023-cü il tarixdə saat 19:39:01-də 17 saniyə, saat 20:01:49-da 24 saniyə danışıq aparılmış, zəng edən şəxs isə X9 olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 02 dekabr 2023-cü il tarixli 672/2023-MTBŞ nömrəli rəyindən görünür ki, ABO sistemi üzrə X2 qan qrupu O(İ), Təqsirləndirilən şəxs qan qrupu isə A(İİ)dir. Ekspertizaya təqdim edilən mərhum X5 məxsus şalvar, qolsuz gödəkçə və qısaqol kofta, Təqsirləndirilən şəxs məxsus şalvarın sağ diz nahiyəsində olan ləkələrdə və 03 ədəd pambıq topasına hopdurulmuş ləkələr üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı. X2 qısaqol koftası üzərində həmçinin alfa və betta aqqlyutininləri də alındı. “H” antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) quplu şəxsə, o cümlədən X5 məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunur. Ekspertizaya təqdim edilmiş X5 məxsus şalvar, qolsuz gödəkçə və qısaqol kofta, Təqsirləndirilən şəxs məxsus şalvarın sağ diz nahiyəsində olan ləkələrdə və 03 ədəd pambıq topasına hopdurulmuş qan ləkələrində sitoloji tədqiqat zamanı hazırlanmış preparatlarda qanın digər regional mənşəyini (ağ ciyər, burun, menustral, ağız, hemorodial və s.) göstərən elementlər aşkar olunmadı. Bu qan ləkələri periferik mənşəlidir. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvarda olan digər ləkələrdə qan, Təqsirləndirilən şəxs məxsus qısaqol kofta üzərində isə qana şübhəli hər hansı ləkə aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 126.3-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilmiş və barəsində CM-in 120.2.2, 221.1 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər X1 daxil olmuş 03 oktyabr 2023-cü il tarixli 629 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2016-cı il tarixdən “orta dərəcəli nevrosteniya, emosional-iradi pozuntularla və özünü kəsmələrlə” diaqnozu ilə həmin dispanserdə psixiatrik müşahidədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 03 oktyabr 2023-cü il tarixli 671 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X4 qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirib həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində özünü CM-in 120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CMin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində baş vermiş hadisədən bir müddət əvvəl Sönməzbəy Məmmədovla mübahisə edən zaman sonuncu ona başı ilə zərbə vuraraq onu döydüyü üçün yenidən Sönməzbəy Məmmədov tərəfindən döyülə biləcəyindən ehtiyat edərək 2-3 gün əvvəl yaşadığı evin mətbəx otağından götürdüyü, qəhvəyi rəngli, tutacaq hissəsi taxta materialdan, tiyəsinin uzunluğu isə təxminən 10 sm olan mətbəx bıçağını da özü ilə götürdüyünü, Sönməzbəy Məmmədovla söhbət edib mübahisəyə son qoymaq məqsədilə sonuncunun qeyd etdiyi yerə getmək qərarına gəldiyini, bu zaman qeyd etdiyi səbəbə görə bıçağı da özü ilə götürdüyünü demiş, hadisənin bundan sonrakı gedişi ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsində “Kontakt Home” adlı ictimai iaşə obyektinin giriş qapsının yaxınlığında Sönməzbəy Məmmədovla görüşən zaman sonuncunun onu təhqir edib kənara doğru hərəkət etməsini tələb etdiyini, kənara doğru bir-iki addım atdıqdan sonra Sönməzbəy Məmmədovun sağ əli ilə onun baş nahiyəsinə yumruq zərbəsi vurmağa çalışdığını, lakin zərbədən yayınıb əvvəlcədən üzərində olan cins şalvarın sağ yan cibinə yerləşdirdiyi taxta tutacaqlı, ucu nazik mətbəx bıçağını sağ əli ilə cibindən çıxarıb həmin bıçaqla qarşısında dayanan Sönməzbəy Məmmədovun sol yan tərəfinə aşağı hissədən yuxarı hissəyə doğru bir zərbə vurduğunu və zərbənin təsirindən Sönməzbəy Məmmədovun qeyd olunan nahiyəsindən qanın axdığını görüb hərəkətlərini dayandırdığını demiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Sönməzbəy Məmmədovla münasibətlərini aydınlaşdıran zaman sonuncu əlini cibinə salıb onu təhdid etdiyi üçün sonuncunun ona zərbə vuracağını fikirləşdiyini, Sönməzbəy Məmmədovun ona bıçaqla zərbə vurmaqla təhdid etdiyini, hadisə zamanı sonuncunun ona yumruq zərbəsi vurduğunu, lakin bu vaxt Sönməzbəy Məmmədovun ona yumruq zərbəsi vurduğunu bilmədiyini, bunu sonradan bildiyini, sonuncu ona bıçaq zərbəsi vurduğu halda baş nahiyəsinin yarılmalı olduğunu düşündüyünü, hadisə zamanı artıq özündə olmadığını, Sönməzbəy Məmmədovun ona yumruq və ya bıçaq zərbəsi vurduğunu müəyyən etməyin mümkün olmadığını, sonuncuya bıçaqla zərbə vuran zaman niyyətinin sonuncunu öldürmək deyil, qorxutmaq və xəsarət yetirmək olduğunu, sonuncunun ürək nahiyəsinə zərbə vurmaq niyyətinin olmadığını, əlindəki qatlanan bıçaq olmasaydı bıçağın mərhumun ürək nahiyəsinə dəyməyəcəyini, ixtiyari olaraq bıçağı Sönməzbəy Məmmədova tərəf istiqamətləndirdiyini, bıçağın sonuncunun hansı nahiyəsinə dəydiyini bilmədiyini və bıçağı vurduqdan sonra sonuncunun aşağıya doğru əyildiyini, zərbənin təsiri nəticəsində bıçağın da əyildiyini, hadisə zamanı şok vəziyyətində olduğunu, Sönməzbəy Məmmədovun öləcəyini zənn etmədiyini və hadisədən sonra bıçağın əlindən sürüşüb sonuncunun bədənində daha dərinə getdiyini gördüyünü və zərbənin təsirindən sonuncunun qeyd olunan nahiyəsindən qanın axdığını görüb hərəkətlərini dayandırdığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bununla bağlı qeyd etmək zəruridir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının (bundan sonra – Qərar) 3-cü bəndinə əsasən, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Bu Qərarın 4-cü bəndinə əsasən, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən ibtidai istintaq vaxtı verdiyi ifadəsindən fərqlənən və daha çox özünü müdafiə xarakterli ifadələr verərək Sönməzbəy Məmmədovla münasibətlərini aydınlaşdıran zaman sonuncu əlini cibinə salıb onu təhdid etdiyi üçün sonuncunun ona zərbə vuracağını fikirləşdiyini, Sönməzbəy Məmmədova bıçaqla zərbə vuran zaman niyyətinin sonuncunu öldürmək deyil, qorxutmaq və xəsarət yetirmək olduğunu, sonuncunun ürək nahiyəsinə zərbə vurmaq niyyətinin olmadığını, əlindəki qatlanan bıçaq olmasaydı bıçağın mərhumun ürək nahiyəsinə dəyməyəcəyini, ixtiyari olaraq bıçağı Sönməzbəy Məmmədova tərəf istiqamətləndirdiyini, bıçağın sonuncunun hansı nahiyəsinə dəydiyini bilmədiyini və bıçağı vurduqdan sonra sonuncunun aşağıya doğru əyildiyini, zərbənin təsiri nəticəsində bıçağın da əyildiyini, hadisə zamanı şok vəziyyətində olduğunu, Sönməzbəy Məmmədovun öləcəyini zənn etmədiyini və hadisədən sonra bıçağın əlindən sürüşüb sonuncunun bədənində daha dərinə getdiyini gördüyünü qeyd etmişdir. Lakin həm cinayət işinin ibtida istintaqı, həm də məhkəmə istintaqı zamanı gəlinən nəticə ondan ibarətdir ki, məhz Sönməzbəy Məmmədovun onu təhqir edib yumruq zərbəsi vurmasına cavab olaraq Təqsirləndirilən şəxs da Sönməzbəy Məmmədova bıçaqla zərbə vurmuş, nəticədə sonuncu ölmüşdür. Bunlarla yanaşı, məhz cinayətin üsulu kimi bıçaqdan istifadə edilməsi, həyat üçün mühüm orqan olan ürək nahiyəsinə zərbə vurulması və baş vermiş hadisədən bilavasitə əvvəl Sönməzbəy Məmmədovun onu təhqir edib yumruq zərbəsi vurmasından sonra sonuncuya bıçaqla zərbə vurulması məhz Təqsirləndirilən şəxs Sönməzbəy Məmmədovu qəsdən öldürməsinə dəlalət edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin niyyəti ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Polis Şöbəsindən Mingəçevir Şəhər Prokurorluğuna daxil olmuş 30 sentyabr 2023-cü il tarixli 2-29928 nömrəli məktubda Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə könüllü olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gəlmişdir. Həmin xüsusat araşdırılan zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs artıq həmin cinayət hadisəsinin məhz onun tərəfindən törədilməsi barədə polis əməkdaşları məlumat əldə etdikdən və o, həmin cinayət hadisəsini törətməsinin ifşa olunduğunu bildikdən sonra polis şöbəsinə gələrək özünü təqdim etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, qeyd olunan hal Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması hesab oluna və CM-in 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, X9 yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən X3 adına tərtib olunmuş doğum haqqında şəhətnamənin surətindən görünür ki, həmin şəxsin atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X13 adına tərtib olunmuş çıxarışdan görünür ki, həmin şəxsin atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və Bakı Hərbi Məhkəməsinin 06 dekabr 2010-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 06 dekabr 2010-cu il tarixli hökmü ilə CM-in 332.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən həmin cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənildiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, məhz cinayətin üsulu kimi bıçaqdan istifadə edilməsini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 120.1-ci maddəsində göstərilən cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 30 sentyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 30 sentyabr 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının rəylərini, habelə Mingəçevir Şəhər X1 daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi müalicə tədbirlərinin, o cümlədən narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq olunmasına zərurət yoxdur, lakin onun qeyd olunan dispanserdə psixiatrik müşahidədə olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Mingəçevir şəhər prokurorluğunda saxlanılan mərhum zərərçəkmiş şəxs X5 məxsus bir ədəd qara rəngli qisaqol jilet, bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd qara rəngli cins şalvar, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli cins şalvar və hadisə yerindən hopdurularaq götürülmüş üzərində qanabənzər ləkələr olan 03 ədəd pambıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 239 (iki yüz otuz doqquz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 239 (iki yüz otuz doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 30 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə maddi sübut olan və Mingəçevir şəhər prokurorluğunda saxlanılan mərhum zərərçəkmiş şəxs X5 məxsus bir ədəd qara rəngli qisaqol jilet, bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd qara rəngli cins şalvar, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli cins şalvar və hadisə yerindən hopdurularaq götürülmüş üzərində qanabənzər ləkələr olan 03 ədəd pambıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 239 (iki yüz otuz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-98/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-98/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver