Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-98/2025 06.03.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:05 Hakim Əliyev Rafail Əyyub oğlunun sədrliyi ilə, hakimlər Aşurova Günay Raqif qızı (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 nümayəndəsi Nümayəndə, müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla qəsdən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək qəsdən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 direktorunun 19 fevral 2021-ci il tarixli, 84 nömrəli əmri ilə həmin tarixdən “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri vəzifəsinə təyin olunmaqla 21 iyun 2024cü il tarixədək həmin vəzifədə işləyərkən X13 direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən müəssisənin bütün ödənişlərinin uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması, müəssisənin mədaxillərinin, debitor-kreditor borcların uçotunun aparılması və X13 işçilərinin aylıq əmək haqqı ödənişlərini və digər müavinətlərini bank hesablarına köçürülməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar olaraq özündə saxladığı ayrı-ayrı vaxtlarda X13 direktoru olmuş cinayətdən xəbərsiz X5 və Şahid6 məxsus “Asan imza” ilə təsdiqləməklə, həmçinin X13 direktoru vəzifəsini müvəqqəti icra etmiş cinayətdən xəbərsiz X7 tərəfindən sonuncuya məxsus “Asan İmza” ilə təsdiqlənməsinə nail olmaqla müəssisənin "xxxx"ASCnin Zərdab filialında olan ******************** nömrəli hesabına informasiya resursu hesab edilən qeyd olunan bankın “cb.abb-bank.az” internet saytı vasitəsilə daxil olaraq tamah niyyətilə həmin informasiya resursuna avans və ya əmək haqqı ödənilməsi adı ilə bilə-bilə yalan məmulatları daxil etməklə həmin hesabdan xx.xx.2023-cü il tarixdə X13 Arxiv bölməsinin müdiri cinayətdən xəbərsiz Şahid3 "xxxx" ASC-nin Zərdab filialında olan ******************** nömrəli əmək haqqı hesabına 1000 manat, xx.xx.2023-cü il tarixdə özünün "xxxx" ASC-nin Zərdab filialında olan **********849983357 nömrəli əmək haqqı hesabına 2000 manat, xx.xx.2023-cü il tarixdə X13 Təcili və X6 Stansiyasının feldşeri cinayətdən xəbərsiz X1 "xxxx" ASC-nin Zərdab filialında olan ******************** nömrəli əmək haqqı hesabına 5000 manat, xx.xx.2023-cü il tarixdə X13 Təcili və X6 Stansiyasının feldşeri cinayətdən xəbərsiz Şahid7 "xxxx" ASC-nin Zərdab filialında olan ******************** nömrəli əmək haqqı hesabına 2000 manat, xx.xx.2023-cü il tarixdə özünün "xxxx" ASC-nin Zərdab filialında olan **********849983357 nömrəli əmək haqqı hesabına 2200 manat, xx.xx.2023-cü il tarixdə X13 Təcili və X6 Stansiyasının sürücüsü cinayətdən xəbərsiz Şahid5 "xxxx" ASC-nin Zərdab filialında olan ******************** nömrəli əmək haqqı hesabına 2800 manat, xx.xx.2023-cü il tarixdə X13 Anbar bölməsinin müdiri cinayətdən xəbərsiz Şahid10 "xxxx" ASC-nin Zərdab filialında olan ******************** nömrəli əmək haqqı hesabına 1300 manat, xx.xx.2023-cü il tarixdə özünün "xxxx" ASC-nin Zərdab filialında olan **********849983357 nömrəli əmək haqqı hesabına 2000 manat, xx.xx.2023-cü il tarixdə X14 nəzarətçi işləyən cinayətdən xəbərsiz Şahid4 "xxxx" ASC-nin Zərdab filialında olan ******************** nömrəli əmək haqqı hesabına 800 manat, xx.xx.2023-cü il tarixdə X13 Arxiv bölməsinin müdiri cinayətdən xəbərsiz Şahid3 "xxxx" ASC-nin Zərdab filialında olan ******************** nömrəli əmək haqqı hesabına 2500 manat, özünün "xxxx" ASC-nin Zərdab filialında olan **********849983357 nömrəli əmək haqqı hesabına xx.xx.2023-cü il tarixdə 2800 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 440 manat, xx.xx.2024-cü il tarixdə 550 manat, xx.xx.2024-cü il tarixdə 860 manat, xx.xx.2024-cü il tarixdə 1050 manat, xx.xx.2024-cü il tarixdə 570 manat, xx.xx.2024-cü il tarixdə 230 manat, xx.xx.2024cü il tarixdə 870 manat, xx.xx.2024-cü il tarixdə 730 manat, xx.xx.2024-cü il tarixdə 320 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 850 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 1300 manat olmaqla, ümumilikdə 91.270 manat (doxsan bir min iki yüz yetmiş manat) məbləğində pul vəsaitini qanunsuz şəkildə özünün və adları qeyd olunan şəxslərin hesablarına köçürərək, adları qeyd edilən şəxslərin əmək haqqı hesabına köçürülmüş 15.400 manat pul vəsaitinin həmin şəxslər tərəfindən göstərilən tarixlərdə Zərdab rayonu ərazisində nağd şəkildə əlbəəl və ya nağdsız qaydada istifadəsində olan müvafiq bank hesablarına köçürmə yolu ilə özünə təqdim edilməsinə nail olub, özünün əmək haqqı hesablarına köçürülmüş 75.870 manat pul vəsaitini Zərdab rayonu ərazisində müxtəlif bankomatlardan nağdlaşdıraraq və ya nağdsız qaydada müxtəlif hesablara köçürüb, əldə etdiyi həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X16 məxsus olmaqla ona etibar edilmiş cəmi 91.270 manat (doxsan bir min iki yüz yetmiş) məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla qəsdən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi rəsmi informasiya resursuna biləbilə yalan məlumatları vahid tamah niyyəti ilə daxil edərək qəsdən vəzifə saxtakarlığı törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən - Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi üzrə təqsirli bilərək, Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə təqsirli bilməyərək göstərdi ki, o, 21 fevral 2021-ci il tarixdə Zərdab Rayon Mərkəzi Xəstəxanasında maliyyə şöbəsində hesabatlılıq bölməsinin müdiri vəzifəsinə təyin olunmuşdur. İlk işə başladığı vaxtlar Zərdab Rayon Mərkəzi Xəstəxanasında dərman ehtiyatlarının hesabatını aparmışdır. Daha sonra şöbə müdirinin təlimatı əsasında işlədiyi xəstəxananın işçilərinin əmək haqqının hesablanması və həmin əmək haqqlarının hesablara yüklənilməsi işini görmüşdür. Bütün bu işləri şifahi təlimat əsasında icra etmiş, bununla bağlı heç bir akt və sənəd tərtib olunmamışdır. İlk dəfə 2023-cü ilin yanvar ayında şəxsi istifadəsi üçün hesabına avans təyinatı ilə pul vəsaitləri yükləmişdir. Bundan sonra müəyyən vaxtlarda öz hesabına və fərqli işçilərin hesablarına pul vəsaitləri yükləmişdir. İşçilərin hesablarına pulu yüklədikdən sonra onlara zəng edərək texniki səhv olduğunu, həmin pulu xəstəxananın hesabına qaytaracağını deyərək kart göndərmiş, işçilər də pulu həmin karta yükləmişlər. Bəzi işçilərə isə bunu fərqli şəkildə izah edərək öz kartında krediti və gecikməsi olduğundan onların kartına pul göndərəcəyini bildirmiş, həmin pul vəsaitlərini işçilərə nağdlaşdıraraq və ya başqa kart hesabına geri göndərtdirərək mənimsəmişdir. Qalan digər pul vəsaitlərini isə öz hesabına yükləyərək mənimsəmişdir. Külli miqdarda pul vəsaitini mənimsəməkdə özünü tam təqsirli bilir, amma o, vəzifə saxtakarlığı etməmişdir. Gəlirlərlə xərclərin bir-birini bağlamasını, yəni üzləşdirmə aktlarının heç birini o, hazırlamamış, onları şöbə müdiri hazırlayıb təsdiq etmişdir. Üzləşdirmə aktlarında kəsrlər görünmüşdür. Onun işi yalnız işçilərin əmək haqqlarının hesablanmasını, yüklənməsini və xəstəxananın kommunal köçürmələrini icra etməkdən ibarət olmuşdur. Bu işlər ona rəsmi sənədlə, aktla təhvil verilməmiş, sadəcə şifahi təlimatla deyilmişdir. Buna görə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, bütün pul vəsaitlərinin mənimsənilməsini asan imza vasitəsi ilə həyata keçirmişdir. Asan imza direktora məxsus olmuşdur. Fazil həkim istisna olmaqla Ruslan və Emil həkimin direktor olduqları dövrlərdə direktora məxsus asan imza hansı şöbələrə lazım olurmuşsa istifadə üçün götürülmüşdür. Asan imzanın rahat istifadə olunması yalnız Ruslan və Emil həkimin direktor olduğu dövrlərdə mümkün olmuş, Fazil həkim isə asan imzanı istifadə üçün verməmişdir. Fazil həkimin direktor olduğu dövrdə də mənimsəmə halları baş vermişdir. Belə ki, o, Fazil həkimin direktor olduğu dövrdə əvvəldən sistemə girmək üçün ona məlumat vermiş və bu şəkildə pulları mənimsəmişdir. Fazil həkimin bu mənimsəmə hallarından xəbəri olmamış, sadəcə sistemə girib əməliyyatları həyata keçirəcəyini bilmişlər. Pul vəsaitlərini işçilərin hesablarına yüklədikdən sonra onlara pulun yanlışlıqla köçürüldüyünü bildirmişdir. Hesablarına pul vəsaitləri köçürülən şəxslərin mənimsəmə hallarından xəbərləri olmamışdır. İşçilərin hesabına köçürdüyü pul vəsaitlərini tam şəkildə geri almışdır. 2023-cü ilin yanvar ayından 2024-cü ilin aprel ayına qədər öz əmək haqqı kartına 75870 manat pul vəsaiti köçürmüşdür. Bu müddət ərzində külli miqdarda pul mənimsəməsinin nə üçün aşkar olunmadığını bilmir. Üzləşdirmə aktlarını o, hazırlamamışdır. Pulları mənimsəyən zaman bu məsələnin nə vaxtsa aşkara çıxacağını bilmiş, məsələ aşkara çıxanda da hər şeyi etiraf etmişdir. Mənimsədiyi pulun hamısını şəxsi ehtiyaclarına xərcləmişdir. Asan imza ilə sistemə girəndən sonra xəstəxananın hesabında olan pulun miqdarını görmək mümkün olmuşdur. Asan imza olmasa heç bir formada sistemə giriş etmək mümkün olmamış, amma sistemə giriş etdikdən sonra istənilən əməliyyatı etmək mümkün olmuşdur. Sorğunu özü təsdiq etmişdir. Asan imza iki ədəd olmaqla biri maliyyə şöbəsinin müdirinə, digəri isə xəstəxananın direktoruna məxsus olmuşdur. Həmin əməliyyatları icra etmək üçün yalnız direktorun asan imzası lazım olmuşdur. Ona direktorun asan imzasından istifadə etmək üçün rəsmi icazə sənədi verilməmişdir. Asan imzanı direktorun özündən götürmüşdür. Sonuncu dəfə xəstəxanaya direktor təyin olunduqdan iki-üç gün sonra əmək haqlarının hesablara köçürülməsi lazım olduğundan direktorun yanına getmişlər, direktor da asan imzanı vermişdir. Maliyyə müdiri ilə işçilərin əmək haqlarını hesablara köçürdükdən sonra asan imza onlarda qalmışdır. İşçilərin əmək haqqını icbari tibbi sığortaya sifariş etdikdən sonra gün ərzində sistemə nəzarət etmiş və vəsaitin gəldiyini görmüşdür. Əmək haqlarının sifarişini şöbə müdiri etmişdir. Xəstəxananın hesabına pul vəsaiti icbari tibbi sığortadan gəlmişdir. Sistemdə artıq pul vəsaitlərini işçilərin hesablarına avans təyinatı ilə köçürmüşdür. İlk öncə pul vəsaitlərini öz hesabına yükləmiş, daha sonra öz hesabına yükləməkdən çəkinmiş və fərqli işçilərin hesablarına köçürməyə başlamışdır. İşin gedişatında hər hansı problem yaranmadığını görüb, yalnız öz hesabına köçürmüşdür. Hər işçinin hesabına yalnız bir dəfə artıq pul vəsaiti köçürmüşdür. İşçilər ondan bunun səbəbini soruşduqda texniki nasazlıq baş verdiyini, xəstəxananın sistemində ümumi səhv olduğunu, həmin pul vəsaitini onun öz kartına yükləmələrini, onun da həmin pulu xəstəxananın bank hesabına yükləyəcəyini bildirmişdir. Onun rəsmi maaşı 700 manat olmuşdur. Bu əməlləri həyata keçirərkən yanlış hərəkət etdiyini başa düşmüşdür. Onun işçilərin hesabına avans yükləmək hüququ olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Mənimsədiyi pulların dövlət vəsaiti olduğunu dərk edir, ümumi vurulmuş ziyandan 5600 manatı ödəmiş, qalan ziyanı da ödəmək niyyətindədir, amma hazırda maddi imkanı yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı daha ətrafli ifadə verməklə özünü tam təqsirli bilərək göstərmişdir ki, ona istinad edilən cinayət əməllərini törətmişdir və səmimi olaraq peşmançılıq çəkir. 19 fevral 2021-ci il tarixdən 20 iyun 2024-cü il tarixədək “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri vəzifəsində çalışmışdır. Vəzifə təlimatı üzrə işi “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X14 çalışan şəxslərin aylıq əmək haqqı ödənişlərini və digər müavinətlərini "xxxx" ASC-də mövcud hesablarına köçürməkdən ibarət olmuşdur. O, kredit borcları olduğundan və sələmə borc pullar götürdüyü üçün maddi vəziyyətinin ağırlığına görə Zərdab Rayon Mərkəzi Xəstəxanasına məxsus külli miqdarda pul vəsaitini mənimsəmişdir. Belə ki, 06 noyabr 2023-cü il tarixdə “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 təcili yardım sürücüsü Şahid5 hesabına xəstəxanaya aid puldan 2800 manat məbləğində pul vəsaitini köçürmüşdür. 2800 manat Şahid5 "xxxx" ASC-nin bank plastik kartına köçdükdən sonra, sonuncuyla mobil telefon vasitəsilə əlaqə saxlamış və özünə məxsus əmək haqqı kartında nasazlıq olduğu üçün müsahibinin əmək haqqı kartına 2800 manat pul vəsaitinin köçürüldüyü barədə məlumat verərək, göstərilən şəxsdən həmin pulu ona təqdim etməsini xahiş etmişdir. Şahid5 onunla razılaşaraq pul vəsaitini bankomat vasitəsilə nağdlaşdırmış və həmin tarixdə Zərdab Rayon Mərkəzi Xəstəxanasının inzibati binası yaxınlığında görüşərək ona 2000 manat pul vəsaitini təqdim etmiş, 800 manat pul vəsaitini isə onun xatırlamadığı bank kartı hesabına göndərmişdir. Həmin ərəfələrdə bir neçə bank kartından istifadə etdiyi üçün konkret hansı kartına göstərilən vəsaitin köçürüldüyünü xatırlamır. Şahid5 həmin pul vəsaitindən heç bir məbləğdə pul verməmişdir. 17 noyabr 2023-cü il tarixdə “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 büdcəsindən 1300 manatı həmin xəstəxananın anbar bölməsinin müdiri Şahid10 "xxxx" ASC-də olan əmək haqqı hesabına köçürmüşdür. 17 noyabr 2023-cü il tarixdə 1300 manat məbləğində pul vəsaiti Şahid10 "xxxx" ASC-yə məxsus bank plastik kartına köçdükdən sonra sonuncuyla mobil telefon vasitəsilə əlaqə saxlayaraq həmin pul vəsaitinin əmək haqqı kartına səhv köçürüldüyünü demiş və vəsaiti geri qaytarmasını xahiş etmişdir. Şahid10 həmin gün ona məxsus "xxxx" ASC-nin bank plastik kartına 1290 manat pul köçürmüşdür. 10 manat İlkinə borcu olduğu üçün sonuncu ona 1290 manat məbləğində pul vəsaiti köçürmüşdür. 11 dekabr 2023-cü il tarixdə “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 büdcəsindən 800 manatı həmin xəstəxananın nəzarətçisi Şahid4 "xxxx" ASC-də olan əmək haqqı hesabına köçürmüşdür. 11 dekabr 2023-cü il tarixdə 800 manat məbləğində pul vəsaiti Şahid4 "xxxx" ASC-yə aid bank plastik kartına köçdükdən sonra sonuncuyla mobil telefon vasitəsilə əlaqə saxlayaraq, həmin pul vəsaitinin müsahibinin əmək haqqı kartına səhv köçürüldüyünü deyərək həmin pulu geri qaytarmasını xahiş etmişdir. 800 manatı həmin gün Şahid4 ona məxsus "xxxx" ASC-nin plastik bank kartına köçürmüşdür. 14 dekabr 2023-cü il tarixdə “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 büdcəsindən 2500 manatı həmin xəstəxananın arxiv bölməsinin müdiri Şahid3 "xxxx" ASC-də olan əmək haqqı hesabına köçürmüşdür. 14 dekabr 2023-cü il tarixdə 2500 manat pul vəsaiti Şahid3 "xxxx" ASC-yə məxsus plastik bank kartına köçdükdən sonra sonuncuyla mobil telefon vasitəsilə əlaqə saxlayaraq, həmin pul vəsaitinin onun əmək haqqı kartına səhvliklə köçürüldüyünü demiş və pulu geri qaytarmasını xahiş etmişdir. Həmin ərəfədə Şahid3 105 manat borclu olduğu üçün sonuncu borcunu çıxdıqdan sonra onun xahişiylə borclu olduğu dayısı oğlu Şahid4 məxsus 5167....3571 nömrəli karta 700 manat, ona məxsus Unibanka aid 5243.....1793 nömrəli karta 1391 manat, yenə ona məxsus 4169....8969 nömrəli karta 80 manat məbləğində pul vəsaiti göndərmişdir. Həmçinin o, Zərdab RMX PHŞ-in ABB Zərdab filialındakı hesabından özünə məxsus 5167 5133 4203 1606 əmək haqqı kartına xx.xx.2023-cü il tarixdə 2200 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2800 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 440 manat, xx.xx.2024-cü il tarixdə 550 manat, xx.xx.2024-cü il tarixdə 860 manat, xx.xx.2024cü il tarixdə 1050 manat, xx.xx.2024-cü il tarixdə 570 manat, xx.xx.2024-cü il tarixdə 230 manat, xx.xx.2024-cü il tarixdə 870 manat, xx.xx.2024-cü il tarixdə 730 manat, xx.xx.2024cü il tarixdə 320 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 850 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 1300 manat məbləğində pul vəsaitlərini köçürməklə mənimsəmişdir. 2024-cü ilin aprel ayında “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 büdcəsindən suyun istifadəsinə görə "xxxx" ASC-yə pul vəsaiti ödənilməli imiş, lakin, büdcədə pul olmadığı üçün xəstəxananın direktoru Şahid6 maliyyə vəziyyəti maraqlanmış və o, məcburən etdiyi qanunsuz əməllər haqqında sonuncuya məlumat vermişdir. Nəticədə maliyyə yoxlaması aparılaraq mənimsənilmiş vəsait müəyyən edilmişdir. Bundan əlavə 2024-cü ilin may ayının əvvəlində “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X16 4500 manat məbləğində pul vəsaiti ödəsə də, qalan məbləği geri qaytara bilmir. 01 fevral 2023-cü il tarixdə tanışı olan Bəhramın əmək haqqı kartına 1000 manat məbləğində pul vəsaiti köçürüb sonra sonuncuya zəng edərək kartına səhvən köçən pul vəsaitini ona məxsus xatırlamadığı kartına köçürməsini tələb etmişdir. Bəhram da həmin pul vəsaitini onun kartına köçürmüşdür. Daha sonra növbəti aylarda o, həmin vəsaitin 900 manatını hissə-hissə sonuncunun əmək haqqından kəsmiş və özü kəsdiyi pul vəsaitlərini əlbəəl və öz kartından köçürmə yolu ilə Bəhrama vermişdir. Daha sonra 27 fevral 2023-cü il tarixdə avans adı altında 2000 manat pul vəsaitini heç bir sənədləşmə aparmadan öz əmək haqqı kartına köçürərək şəxsi ehtiyaclarına sərf etmişdir. 25 iyun 2023-cü il tarixdə TTTYS-da feldşer işləyən Şahid1 əmək haqqı kartına 5000 manat pul vəsaitini köçürüb sonra həmin şəxsə zəng edərək əmək haqqı kartına səhvən pul vəsaitini köçürdüyünü bildirib, sonuncudan həmin vəsaiti onun kartına köçürməsini tələb etmişdir. Camaləddin də həmin gün göndərdiyi pul vəsaitini onun əmək haqqı kartına köçürmüşdür. O da həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etmişdir. 09 oktyabr 2023cü il tarixdə TTTYS-da feldşer işləyən Şahid7 əmək haqqı kartına 2000 manat pul vəsaitini sənədləşmə aparılmadan köçürüb sonra həmin şəxsə zəng edərək əmək haqqı kartına səhvən pul vəsaitini köçürdüyünü bildirib, sonuncudan həmin vəsaiti onun kartına köçürməsini tələb etmişdir. Nicat da həmin gün göndərdiyi pul vəsaitini nağdlaşdıraraq şəhər ərazisində ona təqdim etmişdir. O da göstərilən pul vəsaitini şəxsi ehtiyaclarına sərf etmişdir. Yuxarıda göstərilən mənimsədiyi vəsaitdən xəstəxananın heç bir vəzifəli şəxsinə heç bir məbləğdə pul verməmişdir. Xəstəxananın heç bir vəzifəli şəxsinin onun həmin pul vəsaitlərini mənimsəməyi barədə məlumatı olmamışdır. “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 hesabında olan pul vəsaiti ilə bağlı hər hansı bir köçürmə və ya digər əməliyyat aparmaq üçün mütləq müəssisənin direktorunun Asan imzasının təsdiqi lazımdır. Belə ki, müəssisənin ABB-nin Zərdab filialında olan bank hesabına daxil olmaq üçün direktorun Asan imzasına sorğu göndərmişdir. Müəssisənin direktorunun Asan imzasının təsdiqindən sonra xəstəxananın bank hesabına daxil oluna və sonra hər hansı bir köçürmə və ya digər əməliyyat icra edilə bilər. Ruslan həkimin və Emil həkimin direktor olduğu dövrlərdə qanunsuz köçürmə əməliyyatlarını aparmaq üçün həmin şəxslərin Asan imzalarının olduğu mobil telefon nömrələrinə sorğular göndərmişdir. Sonuncuların Asan imzalarının olduğu mobil telefonları Elbrus müəllim ona vermişdir. Həmin nömrələrə sorğu göndərib özü də təsdiq etməklə xəstəxananın bank hesabına daxil olmuş və qanunsuz köçürmələri həyata keçirmişdir. Fazil həkim direktor vəzifəsini icra etdiyi müddətdə Asan imzası sonuncunun özündə olmuşdur. Həmin şəxsin dövründə qanunsuz köçürmələri əmək haqlarının və ya digər ödəmələrin aparıldığı dövrlərdə həyata keçirmişdir. Əmək haqları ödənilən ərəfələrdə X15 üzrə Dövlət Agentliyi tərəfindən pul vəsaitlərinin xəstəxananın hesabına köçürülüb-köçürülməməsini yoxlamaq üçün və digər bəhanələrlə xəstəxananın bank hesabına girmək adı altında Fazil həkimin Asan imzasına sorğu göndərmişdir. Sonuncu da göstərdiyi xüsusatlarla bağlı sorğusunu təsdiq etmişdir. Bununla da o, direktoru aldadaraq qanunsuz köçürməni həyata keçirmişdir. O, bu cinayəti törədərkən heç kimlə əlbir olmamışdır. Mənimsədiyi bütün vəsaiti öz şəxsi ehtiyaclarına sərf etmiş və həmin vəsaitdən heç kimə heç bir məbləğdə pul verməmişdir (cild 4, iş vərəqə 79-85). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 nümayəndəsi qismində dindirilmiş Nümayəndə göstərdi ki, hadisə baş verən zaman o, Zərdab Rayon Mərkəzi Xəstəxanasında işləməmiş, həmin müəssisəyə 01 iyun 2024-cü il tarixdə işə qəbul olmuşdur. İbtidai istintaq zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs müəyyən vaxtlarda özünün və iş yoldaşlarının kart hesablarına müəssisənin hesabından pul vəsaitləri köçürərək mənimsəmişdir. Zərdab Rayon Mərkəzi Xəstəxanasına dəymiş ziyandan cəmi 5600 manat ödənilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi olaraq bildirir ki, vurulmuş ziyanı tələb edirlər, müəssisəyə dəymiş ziyan ödənildiyi halda heç bir şikayət və tələbləri olmayacaq. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X14 təcili yardım sürücüsü işləyir. 06 noyabr 2023-cü il tarixdə Natiq ona zəng edərək səhvən əmək haqqı kartına 2800 manat pul vəsaitinin köçürüldüyünü bildirmiş və həmin vəsaiti ona qaytarmalı olduğunu demişdir. O, 2000 manatı bankomatda nağdlaşdıraraq əlbəəl Natiqə vermiş, 800 manatı isə mobil bankçılıq proqramı ilə Natiqin xatırlamadığı kart hesabına köçürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, Zərdab Rayon Mərkəzi Xəstəxanasında Arxiv bölməsinin müdiri vəzifəsində işləyir. 2023-cü ilin əvvəllərində ona əmək haqqı kartına 1255 manat pul köçürülməsi barədə “Azəricard”dan mesaj gəlmişdir. Həmin mesajdan bir neçə dəqiqə sonra Zərdab Rayon Mərkəzi Xəstəxanasının Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri Təqsirləndirilən şəxs ona zəng edərək xəstəxananın maliyyə-elektron sistemində səhvlik olduğundan ona məxsus əmək haqqı kartına əmək haqqından əlavə 800 manat məbləğində pul vəsaitinin köçürüldüyünü bildirmiş və artıq köçürülmüş vəsaiti nağdlaşdıraraq ona verməyini xahiş etmişdir. O, həmin gün 700 manat pul vəsaitini bankomatda nağdlaşdırıb Natiqə vermişdir. Natiqin həmin vaxt ona 100 manat borcu olduğu üçün sonuncunun razılığı ilə 100 manat pulu öz kartında saxlayaraq qaytarmamışdır. Bundan bir müddət sonra 2023-cü ilin sonlarında ona əmək haqqı kartına 2500 manat pul köçürülməsi barədə “Azəricard”dan mesaj gəlmişdir. Həmin mesajdan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs ona zəng edərək xəstəxananın maliyyə elektron sistemində səhvlik olduğundan onun hesabına 2500 manat köçürüldüyünü demiş və həmin pulu geri qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsilə ona bir neçə bank kartları göndərərək 2500 manat pulu həmin kartlara köçürməsini xahiş etmiş, o da pulu həmin kartlara göndərmişdir. 03 iyun 2024-cü il tarixdə TƏBİB-in əməkdaşları onun izahatını aldıqları vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun kartına köçürdüyü həmin pul vəsaitlərini mənimsəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 göstərdi ki, o, “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X14 Anbar bölməsinin müdiri vəzifəsində çalışır. 17 noyabr 2023-cü il tarixdə “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri Təqsirləndirilən şəxs ona zəng edərək kredit borcu olduğundan kartına köçən əmək haqqı bank tərəfindən kredit borcuna çıxıldığı üçün özünə məxsus əmək haqqını onun kartına vuracağını bildirmişdir. Bundan sonra onun əmək haqqı kartına 1300 manat məbləğində pul köçürülmüş, o da 24 noyabr 2023-cü il tarixdə həmin pulu Təqsirləndirilən şəxs dediyi bank kartına köçürməklə qaytarmışdır. Təqsirləndirilən şəxs ona 10 manat borcu olduğundan o, Natiqə 1290 manat qaytarmışdır. Natiq xəstəxananın bütün işçilərinin əmək haqqının köçürülməsini təmin etmişdir. Təqsirləndirilən şəxs əmək haqqının nə qədər olmasını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, o, “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X14 feldşer işləyir. 2023-cü ilin oktyabr ayında onun əmək haqqı kartına 2000 manat əlavə pul vəsaiti daxil olmuşdur. Bundan sonra “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri Təqsirləndirilən şəxs ona zəng edərək xəstəxananın maliyyə-elektron sistemində səhvlik olduğundan onun kartına 2000 manat pul köçürüldüyünü bildirmiş və ondan həmin pul vəsaitini ona qaytarmasını istəmişdir. Natiq həmin pul vəsaitini xəstəxananın hesabına qaytaracağını bildirmişdir. O, Təqsirləndirilən şəxs tələbi ilə razılaşmış və həmin gün X9 filialının bankomatından 2000 manat pul vəsaitini nağdlaşdıraraq Natiqə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin puldan ona hər hansı məbləğdə pul verməmişdir. O, ümumiyyətlə Təqsirləndirilən şəxs qanunsuz əməlindən xəbərdar olmamışdır. İbtidai istintaq zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən həmin pul vəsaiti qanunsuz olaraq onun kartına köçürülərək mənimsənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, Zərdab Rayon Mərkəzi Xəstəxanasında nəzarətçi işləyir. Təqsirləndirilən şəxs onun bibisi oğludur. Təxminən bir il əvvəl onun əmək haqqı kartına 800 manat pul köçürülməsi haqqında telefonuna mesaj gəlmişdir. Həmin mesajdan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs ona zəng edərək xəstəxananın maliyyə-elektron sistemində səhvlik olduğundan ona məxsus əmək haqqı kartına 800 manat məbləğində pul vəsaitinin köçürüldüyünü bildirmiş və həmin pulun geri qaytarılmasını istəmişdir. O, Natiqin xahişi əsasında “ABB Mobile” internet bankçılıq proqramı vasitəsilə 800 manat məbləğində pulu Natiqə məxsus xatırlamadığı bank kartına köçürmüşdür. Natiq xəstəxananın işçilərinin əmək haqqlarının köçürülməsini təmin etmişdir. Natiqin onun əmək haqqı kartına qanunsuz olaraq pul vəsaiti köçürməklə mənimsədiyindən onun məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Zərdab Rayon Mərkəzi Xəstəxanasında feldşer işləyir. 25 iyun 2023-cü il tarixdə Zərdab Rayon Mərkəzi Xəstəxanasının Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri Təqsirləndirilən şəxs ona zəng edərək xəstəxananın maliyyə-elektron sistemində səhvlik olduğundan ona məxsus əmək haqqı bank kartına 5000 manat məbləğində pul vəsaitinin köçürüldüyünü bildirmiş və həmin pulun ona qaytarılmasını xahiş etmişdir. O, da bir neçə dəqiqə sonra “ABB Mobile” internet bankçılıq proqramı vasitəsilə 4958 manat məbləğində həmin pulu Natiqə məxsus bank kartına köçürmüş, 42 manat isə komissiya haqqı kimi kartdan silinmişdir. Təqsirləndirilən şəxs kartına köçürdüyü puldan ona heç bir məbləğdə pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, o, Zərdab Rayon Mərkəzi Xəstəxanasında Maliyyə şöbəsinin müdiri vəzifəsində işləmiş, işi bütün mühasibatlıq işlərinə nəzarət etməkdən ibarət olmuşdur. 2022-ci ilin dekabr ayında ürək əməliyyatı keçirdiyindən, ondan əvvəl isə korona xəstəliyinə yoluxduğundan səhhətində problemlər var. 2023-cü ilin mart ayında idarə rəhbərinin tələbi ilə baş mühasib təyin olunmuşdur. Təqaüdə çıxmağına çox az müddət qalan vaxt idarə rəhbərindən onu başqa bir işlə təmin etməsini xahiş etmişdir. Çünki bundan sonra baş mühasib işləmək imkanı olmamışdır. İdarə rəhbəri “işləyirsənsə işlə, işləmirsənsə başqa iş yoxdur” deyərək onunla razılaşmamışdır. Vaxtından əvvəl təqaüdə çıxmaq onun təqaüdü üçün mənfi olduğundan məcbur olub işləməyə davam etmişdir. Ondan öncə baş mühasib vəsifəsini Təqsirləndirilən şəxs icra etmiş və onun Natiqə çox böyük inamı olmuşdur. Səhhəti ilə bağlı bütün işləri Natiqə həvalə etmişdir. Əmək haqları ilə bağlı X15 üzrə Dövlət Agentliyinə sifariş verəndə Natiqdən gecə xidmətinə görə ödənilən vəsaitin ümumi əmək haqqında nəzərə alınıb-alınmadığını soruşmuş, sonuncu da nəzərə alınmadığını demişdir. Ona görə də gecə xidmətinə dair əmək haqqı vəsaitini yenidən əlavə sifariş kimi bir neçə ay Agentliyə göndərmişdir. Lakin, gecə xidmətinə görə əmək haqqı da ümumi əmək haqqlarının içində nəzərə alındığından bir neçə ay Agentlik tərəfindən xəstəxanaya artıq vəsait göndərilmişdir. Təqaüdə çıxdıqdan sonra direktor onu çağırıb işdə problemlər olduğunu demiş, o da bütün bunlardan xəbərinin olmadığını bildirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, xəstəxananın hesabındakı pullar əsasız olaraq müxtəlif şəxslərin əmək haqqı hesablarına köçürülmüşdür. Mənimsənilən pul vəsaiti 90000 manatdan bir qədər çoxdur. Üzləşdirmə aktlarını o, tərtib etmişdir. Üzləşdirmə aktlarını tərtib edərkən uyğunsuzluqları görmüş, amma həm səhhəti ilə əlaqədar, həm də üzləşdirmə hesabatı çox böyük olduğundan səhvə yol vermişdir. Üzləşdirmə aktları möhürlənməmiş, hər ay elektron formada göndərilmişdir. Üzləşdirmə aktlarını İcbari Tibbi Sığortaya və TƏBİB-ə göndərmişlər. Təqsirləndirilən şəxs xəstəxananın hesabındakı pul vəsaitini mənimsəməsindən onun məlumatı olmamışdır. Natiqə inandığı üçün ondan şübhələnməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, o, 22 noyabr 2023-cü il tarixdən “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 direktoru vəzifəsində işləyir. O, direktor olaraq tibbi xidmətin təşkil edilməsini və xəstəxananın idarə edilməsini həyata keçirmişdir. Direktor təyin ediləndə xəstəxananın maliyyə şöbəsinin müdiri Şahid9, həmin şöbənin Hesabatlılıq bölməsinin müdiri Təqsirləndirilən şəxs olmuşdur. Xəstəxananın maliyyə mühasibatlıq məsələlərinə həmin şəxslər cavabdeh olmuşlar. 2024-cü ilin aprel ayında "xxxx" ASC-nin Ucar Regional İdarəsindən ona zəng edilərək xəstəxana tərəfindən su pulunun ödənilmədiyi bildirilmişdir. Həmin vaxt Şahid9 bir-iki gün olardı ki, pensiyaya çıxmışdır. O, maliyyə şöbəsinin müdirini yanına çağıraraq nə üçün su pulunun ödənilmədiyini soruşmuşdur. Maliyyə şöbəsinin yeni müdiri X17 İbrahimlidən bu barədə soruşduqda, Təqsirləndirilən şəxs xəstəxananın külli miqdarda pul vəsaitini mənimsədiyini bildirmişdir. Bundan sonra Natiq və Əli birlikdə ona bu barədə məlumat vermişlər. Onlar Natiqdən pulun geri ödənilməsini istəmişlər, Natiq də 4500 manat ödəmişdir. Onun göstərişi ilə Əli 2023-cü ilin may ayından etibarən xəstəxananın mühasibatlığını yoxlamışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, direktorun əmri, icra edilmə barədə dərkənar və heç bir digər sənədləşmə olmadan Təqsirləndirilən şəxs tərəfindən öz əmək haqqı kartına və digər şəxslərin əmək haqqı kartlarına əmək haqqı, məzuniyyət pulu, avans verilməsi barədə qeyd aparılmaqla və ya heç bir qeyd edilmədən külli miqdarda pul köçürülmüşdür. Natiqin konkret nə qədər pul mənimsədiyini xatırlamır. İlkin mərhələdə 75000 manata yaxın çatışmazlıq aşkar etmişlər. Bu barədə TƏBİB-ə məlumat verildikdən sonra yoxlama başlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs izahatında həmin vəsaitləri mənimsədiyini etiraf etmişdir. Yoxlamanın nəticələri Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim olunmuşdur. Xəstəxanada pullar adətən ayın axırı sifariş əsasında verilmiş, lakin pul vəsaitləri ayın ortasında köçmüşdür. O, xəstəxanaya yeni təyin olunduğu üçün əvvəlcədən məlumatı olmamışdır. O, 01 dekabr 2023-cü il tarixdə işə başlamış, aprel ayında mühasibatlığa yeni müdir təyin olunduqdan sonra və su pulunun ödənilməməsindən sonra bütün bu məsələlər aşkar olunmuşdur. O, pul köçürmələri ilə bağlı hər hansı bir sənəd imzalamamış, yalnız sifariş aktlarını imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, 2023-cü ildən TƏBİB PHŞ-nin Maliyyə departamentinin Maliyyə Təhlili və Hesabatlılıq şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir. Onun vəzifə səlahiyyətlərinə müəssisələrdən hesabatların alınması, konsolidə olunması və rəhbərliyə təqdim olunması daxildir. O, Zərdab Rayon Mərkəzi Xəstəxanasının maliyyə şöbəsinin fəaliyyətini yoxlamaq məqsədi ilə ezam olunmuşdur. 15 iyul 2024-cü il tarixdən 19 iyul 2024-cü il tarixə kimi həmin xəstəxananın maliyyə şöbəsinin fəaliyyətinin yoxlanmasında iştirak etmişdir. Araşdırma zamanı müəyyən etmişlər ki, xəstəxanada asan imzanı Natiqə vermişlər, o da bundan istifadə edərək pul vəsaitlərini özünün və digər şəxslərin hesablarına köçürmüşdür. Hesablarına əlavə pul köçürülmüş şəxslərdən bunun necə baş verdiyi ilə maraqlandıqda onlara məlum olmuşdur ki, Natiq köçürülmüş pul vəsaitləri ilə bağlı həmin şəxslərə səhvlik olduğunu bildirmiş və həmin pulları geri qaytarmasını istəmişdir. Aparılan yoxlama zamanı xəstəxananın maliyyə şöbəsi tərəfindən 2023-cü il üzrə 30333.4 manat, 2024-cü il üzrə 65485 manat vəsaitin heç bir əsas olmadan xərclənməsi müəyyən edilmişdir. Aparılan yoxlamanın nəticəsinə əsasən 19 iyul 2024-cü il tarixdə akt tərtib edilərək tərəflərindən imzalanmışdır. TƏBİB-ə hansı maliyyə sənədlərinin təqdim edilməsi barədə məlumatı yoxdur. Həmin vaxtlar onlar tərəfindən pul vəsaitlərinin mənimsənilməsini müəyyən etmək mümkün olmamışdır. Çünki xəstəxananın rəhbəri, möhürü, bank hesabı və maliyyəçisi var. Baş idarə olaraq onlar xəstəxananın sifarişi əsasında hər hansı maddəyə əsasən pul ayrılmasını təmin edirlər və yekunda xəstəxana pul vəsaitlərini həmin maddələrə xərclədiyini göstərib onlara göndərir. Yekunda bank hesabını araşdırmışlar və köçürülmə hesablarını almışlar. Köçürülmə rəqəmlərini və əsaslarını araşdırmışlar, hansı köçürmənin əsası çıxmamışdırsa onları mənimsəmə halı kimi müəyyən etmişlər. X13 rəhbərliyi 11000 manat pulu kommunal xərclər üçün almışdır. Kommunal xidmət pulunun ödənilməsi istənildikdə 11000 manat pulun kommunal xərclər üçün deyil, şəxsi hesaba köçürüldüyünü aşkar etmişlər. Pul vəsaitini İcbari Tibbi Sığorta qarşılayır. “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 TƏBİB qarşısında hesabatlılığı var. Pul vəsaitinin üzləşməsində maddənin kənarlaşması olmadığı üçün mənimsəmə halını müəyyən etmək olmamışdır. Əmək haqqı üçün ayrılan pullardan başqa, digər xərclər üçün də həmişə əlavə pul vəsaitləri ayrılır. Hal-hazırda 92 müəssisəyə proqram təminatı tətbiq etmişlər, həmin proqramdan istifadə etməklə məbləği görə biləcəklər. Gələcəkdə bu cür cinayət əməllərini etmək mümkün olmayacaq. Ehtiyat üçün yenə də əlavə pul vəsaiti veriləcək, amma onlar bank əməliyyatlarını proqram vasitəsilə görəcəklər. Zərdab xəstəxanasına ayda bir dəfə vəsait açırlar. Pul köçürülən günə qədər xərci tam dəqiq müəyyən etmək olmur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, o, TƏBİB PHŞ-nin Daxili Nəzarət və Monitorinq departamentinin Monitorinq şöbəsinin əməkdaşı olmaqla planlı monitorinq üzrə müəssələrdə maliyyə təsərrüfatı fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir, müxtəlif rayonlarda ezamiyyətdə olur. 2024-cü ilin iyul ayında Zərdab rayonuna ezam olunmuş və araşdırma nəticəsində əmək haqqı hesablanması ödənişlərini yoxlayarkən bankdan köçürmələr zamanı uyğunsuzluqlar aşkar olunmuşdur. Monitorinq müddətində bacardıqları qədər araşdırmalar aparmışlar və əsas şübhələndikləri məqamları araşdırıb aktlaşdırmışlar. Hazırda nə qədər məbləğdə çatışmazlıq aşkar olunduğunu xatırlamır. Əmək haqqı cədvəlində müəssisənin hər ay işçilər üzrə hesabladığı məbləğdən müəyyən vergilər tutulduqdan sonra işçiyə çatacaq məbləğ işçinin kartına köçürülür. Ödəniş tapşırığının içərisində olan adlı siyahıda işçilərə köçürülən məbləğlərlə əmək haqqı cədvəlində ödəniləcək məbləğ sütununda olan rəqəmlər eyni olmalıdır. Artıq rəqəm olduqda o artıq sual doğurur və onlar bunu müəssisədən araşdırmağa başlayırlar. Tutaq ki, bir işçiyə 500 manat əmək haqqı hesablanırsa, nə üçün 700 manat köçürülməsi ilə bağlı maraqlanırlar. Ola bilər ki, müəssisədə işçinin yaxşı fəaliyyətinə görə daxili əmrlə işçiyə bonus verilir, belə olan halda direktorun əmrini istəyirlər. Əmr varsa və köçürülmə həyata keçirilibsə problem olmur, əgər hesablanmış məbləğdən artıq köçürülmə aşkar olunarsa bu artıq kənarlaşma hesab olunur. Bu halı monitoriq prosesində araşdırıb tam dəqiqliklə müəyyən etmək vaxt baxımından biraz mümkünsüzdür. Əsassız köçürmələri araşdırma zamanı aşkar edə bilirlər. Onun çalışdığı yer monitorinq şöbəsi olduğu üçün illik planlı olaraq müəssisələrdə monitorinqlər həyata keçirirlər. Həmin plana əsasən onlar müəssəyə gedib yerində səyyar şəkildə monitorinq keçirirlər. Ofisdən yoxlayarkən mənimsəmə faktı aşkar oluna da bilər, olunmaya da bilər. Saxtakarlıq edən şəxs onu sənəd üzərində elə formada düzəldib göndərə bilər ki, həmin sənədə baxanda bütün rəqəmlər üst-üstə düşsün. Amma səyyar şəkildə gedib yerində baxanda artıq müəyyən kənarlaşmaların üzə çıxarılması mümkün olur. Monitorinq illik şəkildə planlı təyin olunur, yəni hansı ayda hansı rayonlara gedəcəkləri ilə bağlı planlı monitorinqləri olur, onlar da bu plan üzrə rayonlara ezam olunurlar. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 icraçı direktorunun 15 iyul 2024-cü il tarixli, 18-1/3-1-1298/2024-cü il tarixli əmrinə əsasən “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 01 yanvar 2023-cü il tarixdən 01 iyun 2024-cü il tarixədək olan dövrdə maliyyə və satınalma fəaliyyəti yoxlanılaraq 19 iyul 2024-cü il tarixli akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 əməkdaşlarının əmək haqqı hesablarına 2023-cü il ərzində 30333.4 manat, 2024-cü ilin yanvar-may ayları ərzində 65485 manat olmaqla, yekun olaraq 95818.4 manat məbləğində pul vəsaitləri heç bir əsas olmadan köçürülmüşdür (cild 2, iş vərəqə 52-56). "xxxx" ASC-yə aid hesabdan çıxarışlara baxış keçirilməsi haqqında 09 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 "xxxx" ASC-nin Zərdab filialında olan ******************** nömrəli hesabından xx.xx.2023-cü il tarixdə Şahid3 "xxxx" ASC-nin Zərdab filialında olan ******************** nömrəli əmək haqqı hesabına 1000 manat, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Zərdab filialında olan **********849983357 nömrəli əmək haqqı hesabına 2000 manat, xx.xx.2023-cü il tarixdə X1 "xxxx" ASC-nin Zərdab filialında olan ******************** nömrəli əmək haqqı hesabına 5000 manat, xx.xx.2023-cü il tarixdə Şahid7 "xxxx" ASC-nin Zərdab filialında olan ******************** nömrəli əmək haqqı hesabına 2000 manat, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Zərdab filialında olan **********849983357 nömrəli əmək haqqı hesabına 2200 manat, xx.xx.2023-cü il tarixdə Şahid5 "xxxx" ASC-nin Zərdab filialında olan ******************** nömrəli əmək haqqı hesabına 2800 manat, xx.xx.2023-cü il tarixdə Şahid10 "xxxx" ASC-nin Zərdab filialında olan ******************** nömrəli əmək haqqı hesabına 1300 manat, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Zərdab filialında olan **********849983357 nömrəli əmək haqqı hesabına 2000 manat, xx.xx.2023-cü il tarixdə Şahid4 "xxxx" ASC-nin Zərdab filialında olan ******************** nömrəli əmək haqqı hesabına 800 manat, xx.xx.2023-cü il tarixdə Şahid3 "xxxx" ASC-nin Zərdab filialında olan ******************** nömrəli əmək haqqı hesabına 2500 manat, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Zərdab filialında olan **********849983357 nömrəli əmək haqqı hesabına xx.xx.2023-cü il tarixdə 2800 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 440 manat, xx.xx.2024-cü il tarixdə 550 manat, xx.xx.2024-cü il tarixdə 860 manat, xx.xx.2024-cü il tarixdə 1050 manat, xx.xx.2024-cü il tarixdə 570 manat, xx.xx.2024-cü il tarixdə 230 manat, xx.xx.2024cü il tarixdə 870 manat, xx.xx.2024-cü il tarixdə 730 manat, xx.xx.2024-cü il tarixdə 320 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 850 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 1300 manat məbləğində pul vəsaitləri köçürülmüşdür (cild 4, iş vərəqə 54-55). “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 05/123 nömrəli məktubunun və "xxxx" ASC-yə aid xx.xx.2023-cü il tarixli, 243 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, publik hüquqi şəxs 2023-cü ilin fevral ayı üzrə saxlanma xərci üçün 465371,37 manat vəsaitin açılmasının təmin edilməsi üçün X15 üzrə Dövlət Agentliyinə müraciət etmiş və Agentliyin "xxxx" ASC-nin Səbail filialında olan AZ52AİİB******************** nömrəli hesabından X13 "xxxx" ASC-nin Səbail filialında olan AZ24AİİB******************** nömrəli hesabına həmin vəsait köçürülmüşdür (cild 3, iş vərəqə 5-6). “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 05/300 nömrəli məktubunun və "xxxx" ASC-yə aid xx.xx.2023-cü il tarixli, 958 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, publik hüquqi şəxs 2023-cü ilin iyun ayı üzrə saxlanma xərci üçün 466471,89 manat vəsaitin açılmasının təmin edilməsi üçün X15 üzrə Dövlət Agentliyinə müraciət etmiş və Agentliyin "xxxx" ASC-nin Səbail filialında olan AZ52AİİB******************** nömrəli hesabından X13 "xxxx" ASC-nin Səbail filialında olan AZ24AİİB******************** nömrəli hesabına həmin vəsait köçürülmüşdür (cild 3, iş vərəqə 28-29). “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 380 nömrəli məktubunun və "xxxx" ASC-yə aid xx.xx.2023-cü il tarixli, 1689 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, publik hüquqi şəxs 2023-cü ilin oktyabr ayı üzrə saxlanma xərci üçün 438740,19 manat vəsaitin açılmasının təmin edilməsi üçün X15 üzrə Dövlət Agentliyinə müraciət etmiş və Agentliyin "xxxx" ASC-nin Səbail filialında olan AZ52AİİB******************** nömrəli hesabından X13 "xxxx" ASC-nin Səbail filialında olan AZ24AİİB******************** nömrəli hesabına həmin vəsait köçürülmüşdür (cild 3, iş vərəqə 51-52). “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 05-396 nömrəli məktubunun və "xxxx" ASC-yə aid xx.xx.2023-cü il tarixli, 1834 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, publik hüquqi şəxs 2023-cü ilin noyabr ayı üzrə saxlanma xərci üçün 449204,25 manat vəsaitin açılmasının təmin edilməsi üçün X15 üzrə Dövlət Agentliyinə müraciət etmiş və Agentliyin "xxxx" ASC-nin Səbail filialında olan AZ52AİİB******************** nömrəli hesabından X13 "xxxx" ASC-nin Səbail filialında olan AZ24AİİB******************** nömrəli hesabına həmin vəsait köçürülmüşdür (cild 3, iş vərəqə 76-77). “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 05-500 nömrəli məktubunun və "xxxx" ASC-yə aid xx.xx.2023-cü il tarixli, 1979 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, publik hüquqi şəxs 2023-cü ilin dekabr ayı üzrə saxlanma xərci üçün 467436,09 manat vəsaitin açılmasının təmin edilməsi üçün X15 üzrə Dövlət Agentliyinə müraciət etmiş və Agentliyin "xxxx" ASC-nin Səbail filialında olan AZ52AİİB******************** nömrəli hesabından X13 "xxxx" ASC-nin Səbail filialında olan AZ24AİİB******************** nömrəli hesabına həmin vəsait köçürülmüşdür (cild 3, iş vərəqə 108-109). “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 05-09 nömrəli məktubunun və "xxxx" ASC-yə aid xx.xx.2024-cü il tarixli, 67 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, publik hüquqi şəxs 2024-cü ilin yanvar ayı üzrə saxlanma xərci üçün 568461,67 manat vəsaitin açılmasının təmin edilməsi üçün X15 üzrə Dövlət Agentliyinə müraciət etmiş və Agentliyin "xxxx" ASC-nin Səbail filialında olan AZ52AİİB******************** nömrəli hesabından X13 "xxxx" ASC-nin Səbail filialında olan AZ24AİİB******************** nömrəli hesabına həmin vəsait köçürülmüşdür (cild 3, iş vərəqə 132-133). “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 05-36 nömrəli məktubunun və "xxxx" ASC-yə aid xx.xx.2024-cü il tarixli, 264 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, publik hüquqi şəxs 2024-cü ilin fevral ayı üzrə saxlanma xərci üçün 424115,49 manat vəsaitin açılmasının təmin edilməsi üçün X15 üzrə Dövlət Agentliyinə müraciət etmiş və Agentliyin "xxxx" ASC-nin Səbail filialında olan AZ52AİİB******************** nömrəli hesabından X13 "xxxx" ASC-nin Səbail filialında olan AZ24AİİB******************** nömrəli hesabına həmin vəsait köçürülmüşdür (cild 3, iş vərəqə 151-152). “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 05-58 nömrəli məktubunun və "xxxx" ASC-yə aid xx.xx.2024-cü il tarixli, 314 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, publik hüquqi şəxs 2024-cü ilin mart ayı üzrə saxlanma xərci üçün 518105,24 manat vəsaitin açılmasının təmin edilməsi üçün X15 üzrə Dövlət Agentliyinə müraciət etmiş və Agentliyin "xxxx" ASC-nin Səbail filialında olan AZ52AİİB******************** nömrəli hesabından X13 "xxxx" ASC-nin Səbail filialında olan AZ24AİİB******************** nömrəli hesabına həmin vəsait köçürülmüşdür (cild 3, iş vərəqə 180-181). “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 05-103 nömrəli məktubunun və "xxxx" ASC-yə aid xx.xx.2024-cü il tarixli, 534 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, publik hüquqi şəxs 2024-cü ilin aprel ayı üzrə saxlanma xərci üçün 522228,28 manat vəsaitin açılmasının təmin edilməsi üçün X15 üzrə Dövlət Agentliyinə müraciət etmiş və Agentliyin "xxxx" ASC-nin Səbail filialında olan AZ52AİİB******************** nömrəli hesabından X13 "xxxx" ASC-nin Səbail filialında olan AZ24AİİB******************** nömrəli hesabına həmin vəsait köçürülmüşdür (cild 3, iş vərəqə 200-201). 2023-cü ilin fevral, iyun, oktyabr, noyabr, dekabr və 2024-cü ilin yanvar, fevral, mart, aprel ayları üzrə “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş Kassa limitləri üzrə sifariş və Qarşılıqlı üzləşmə aktlarının surətlərindən qanunsuz köçürülməklə mənimsənilmiş pul vəsaitlərinin əmək haqqı qrafalarında (ancaq 2024-cü ilin aprel ayı üzrə su haqqının ödənilməsi qrafasında) göstərilərək həmin xərc kateqoriyası üzrə sərf edilməsinin əks olunması müəyyən edilir (cild 1, iş vərəqə 5-219). “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 təqdim etdiyi məlumatdan görünür ki, 01 fevral 2023-cü il tarixdə Şahid3 hesabına qanunsuz olaraq köçürülmüş 1000 manat pul vəsaitinin 900 manatı, 09 oktyabr 2023-cü il tarixdə Şahid7 hesabına qanunsuz olaraq köçürülmüş 2000 manat pul vəsaitinin 200 manatı “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 bank hesabına qaytarılmışdır (cild 1, iş vərəqə 103). "xxxx" ASC-yə aid xx.xx.2024-cü il tarixli, BPM**********85 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 bank hesabına 4500 manat məbləğində pul vəsaiti ödənilmişdir (cild 4, iş vərəqə 63). 19 fevral 2021-ci il tarixli, 84 nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir (cild 1, iş vərəqə 194). 21 iyun 2024-cü il tarixli, 398 nömrəli əmrin surətindən görünür ki, “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri Təqsirləndirilən şəxs ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir (cild 2, iş vərəqə 117). “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən xəstəxananın Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri müəssisənin bütün ödənişlərinin uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması, müəssisənin mədaxillərinin, debitor-kreditor borcların uçotunun aparılması təşkilati-sərəncamverici funksiyaları yerinə yetirir (cild 1, iş vərəqə 110). “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Zərdab filialında olan hesabından edilən qanunsuz köçürmələrin əks olunduğu "xxxx" ASC-yə aid hesabdan çıxarışlar ibtidai istintaq orqanının 14 oktyabr 2024-cü il tarixli qərarı ilə maddi sübut hesab edilmişdir (cild 4, iş vərəqə 101-130). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 15 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 4, iş vərəqə 62). Zərdab rayon İcra Hakimiyyəti Başçısının Qoşaoba İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs orta təhsilini Zərdab şəhəri 3 saylı məktəbdə almış, öz davranışı və tərbiyəsi ilə seçilmişdir. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra 2017-ci il tarixdə hərbi xidmətə yollanmış, 2018-ci ilin avqust ayında hərbi xidmətini başa vuraraq Qoşaoba kəndinə qayıtmışdır. Qoşaoba kəndində yaşadığı vaxtlar müxtəlif işlərdə çalışmış, eyni zamanda kənd camaatının xeyir və şər işlərində yaxından köməklik etmişdir. Nümayəndəliyə onun barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs “Yeni Azərbaycan” Partiyasının üzvüdür, dini icma və radikal qrupların üzvü deyil, spirtli içkilərə və narkotik vasitələrə meyilliliyi yoxdur, ictimaiyyət tərəfindən müsbət xarakterizə olunur (cild 4, iş vərəqə 61). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs üzləşdirmə aktlarını özü hazırlamadığına, üzləşdirmə aktlarını şöbə müdiri hazırladığına görə, eləcə də icra etdiyi işlər ona rəsmi şəkildə deyil şifahi şəkildə tapşırıldığına görə vəzifə saxtakarlığı cinayəti üzrə özünü təqsirli bilməməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs vəzifə saxtakarlığı cinayətinə münasibətdə üzləşdirmə aktlarının hazırlaması ilə əlaqədar ümumiyyətlə ittiham irəli sürülməmişdir. Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə irəli sürülmüş ittiham görə o, vəzifəli şəxs kimi rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə daxil etməklə qəsdən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 "xxxx" ASC-nin Zərdab filialında olan hesabına informasiya resursu hesab edilən qeyd olunan bankın “cb.abb-bank.az” internet saytı vasitəsilə daxil olaraq tamah niyyətilə həmin informasiya resursuna avans və ya əmək haqqı ödənilməsi adı ilə bilə-bilə yalan məmulatları daxil etmişdir. Təqsirləndirilən şəxsin icra etdiyi işlərin ona rəsmi şəkildə deyil şifahi şəkildə tapşırılmasına dair iddiası ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materialları təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 direktorunun 19 fevral 2021-ci il tarixli, 84 nömrəli əmri ilə həmin tarixdən Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri vəzifəsinə təyin olunmaqla 21 iyun 2024-cü il tarixədək həmin vəzifədə işləmiş, X13 direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən müəssisənin bütün ödənişlərinin uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması, müəssisənin mədaxillərinin, debitor-kreditor borcların uçotunun aparılması və X13 işçilərinin aylıq əmək haqqı ödənişlərini və digər müavinətlərini bank hesablarına köçürülməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmuşdur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 313-cü maddəsinin sanksiyasında isə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını, onun bu cinayəti öz qulluq mövqeyindən istifadə etməklə törətməsini də nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökmün elan edildiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Zərdab filialında olan hesabından edilən qanunsuz köçürmələrin əks olunduğu "xxxx" ASC-yə aid hesabdan çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia verilməmişdir. Bununla belə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X12 91270 manat məbləğində maddi ziyan vurulmuş, həmin maddi ziyandan 5600 manatı ödənilmiş, qalan 85670 manat ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən mülki iddia verilməsə də Təqsirləndirilən şəxs təqsirli hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi təqsirləndirilən şəxsdən zərərçəkmiş şəxsin xeyrinə tutulmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 07 nömrəli Qərarının 66-cı bəndində göstərilmişdir ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin CPMin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, CPM-in 38.3cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. CPM-in 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X12 vurulmuş 91270 manat məbləğində maddi ziyanın 5600 manatının ödənilməsi nəzərə alınmaqla ödənilməmiş 85670 manat maddi ziyan Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X12 ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə, həm də əsas cəzaya əlavə cəza birləşdirilməklə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 06 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbs edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 yerləşdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X13 Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Zərdab filialında olan hesabından edilən qanunsuz köçürmələrin əks olunduğu "xxxx" ASC-yə aid hesabdan çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ödənilməmiş 85670 (səksən beş min altı yüz yetmiş) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X12 ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rafail Əliyev Hakimlər: Günay Aşurova (məruzəçi) Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-98/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-98/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver