Məhkəmə qərarları › İş №1(091)-99/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-99/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-99/2020 25.09.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X7 Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxx 1995-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı əvvəllər məhkum olunmamış, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X10 Məhkəməsinin iclas zalında keçirilən məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının əvvəllərində Ağdaş şəhəri Maşad küçəsindən ümumilikdə külli miqdarda təmiz çəkiləri 2,9 qram narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitələri 07 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,042 qram, 0,035 qram, 0,510 qram, 0,597 qram, 0,608 qram, 0,607 qram və 0,501 qram olmaqla bükümlərə bükməklə satış məqsədilə qanunsuz olaraq saxlayıb daşımış, xx.xx.2020-ci il tarixdə saat 1500 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı həmin narkotik vasitələrdən 02 ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,042 və 0,035 qram, ümumi təmiz çəkisi 0,077 qram narkotik vasitə olan heroini Ağdaş şəhəri M.İsayev küçəsində 20 manata şərti alıcı Şahid1 qanunsuz olaraq satmışdır. Həmçinin xx.xx.2020-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs özünə məxsus VAZ-2106 markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əl əyləcinin yanında külli miqdarda satış məqsədilə qanunsuz olaraq saxladığı 05 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.510 qram, 0.597 qram, 0.608 qram, 0.607 qram və 0.501 qram narkotik vasitə olan heroinlər aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayının əvvəllərində Ağdaş şəhərində Maşad küçəsi ilə gedən zaman qarşısına çıxan sellofan bükümü açıb baxdıqda içərisində kağız bükümlərə bükülmüş narkotik vasitə olan heroin olduğunu görmüş, ağrıları olduğu üçün narkotik vasitədən istifadə etdiyinə görə həmin narkotik vasitəni də ağrıları olan zaman istifadə etmək məqsədilə özündə saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayon sakini kimi tanıdığı Şahid1 ona zəng edərək ondan narkotik vasitə istəmiş, saat 15 radələrində Gülsabah Ağdaş şəhəri M.İsayev küçəsinə gəldikdən sonra orada sonuncu ilə görüşüb 20 manat pul aldıqdan sonra Gülsabaha Maşad küçəsindən tapdığı narkotik vasitələrdən 02 ədəd kağız bükümünü vermişdir. Gülsabaha həmin narkotik vasitəni pay vermiş, 20 manatı isə Gülsabahdan borc almışdır. Gülsabah getdikdən sonra Polis Əməkdaşları oraya gələrək ona üzərində, evində və avtomobilində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat olduğuna görə baxış keçirilməsi üçün məhkəmənin qərarı olduğunu bildirdikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs kimi müdafiəçi və iki hal şahidinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd alışqan, qara rəngli gödəkçənin sağ yan cibində altı ədəd 10 manatlıq, bir ədəd 20 manatlıq pul əskinasları və bir ədəd 50 qəpiklik pul əskinasları, gödəkçənin sol iç cibindən ətir və əl dəsmalı, şalvarın sol yan cibindən 04 ədəd 5 manatlıq pul əskinasları aşkar olunmuşdur. Pul əskinaslarının surətləri ilə üzərində olan pul əskinasları eyniləşdirlən zaman Gülsabahın ona verdiyi dörd ədəd 5 manatlıq pul əskinasları ilə eynilik təşkil etmişdir. Sonra özünə məxsus Vaz-2106 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman əl əyləcinin yanından bir ədəd elektron tərəzi və beş ədəd içərisində qəhvəyi rəngli toz halında kütlə olan kağız büküm aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, çəkilərini xatırlamasa da 2 qramdan az olmuşdur. Həmin vaxt stola təpik vurduğundan narkotik vasitə yerə dağılmış, yerdən yığılıb çəkildikdən sonra narkotik vasitənin çəkisi 2 qramdan artıq olmuşdur. Bundan başqa avtomobilinin salonundan narkotik vasitə istifadə etmək üçün saxladığı iki ədəd plastik butulka, bir rulon aliminium falqa, bir ədəd portmanat, bir ədəd Samsung markalı mobil telefon və bir ədəd tiyəsi qara olan bıçaq aşkar edilmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edildikdən sonra həmin protokolu imzalamışdır. Narkotik vasitənin çəkisi ilə razılaşmamış, çünki onun avtomobilində 04 ədəd büküm olmuşdur. Külli miqdarda narkotik vasitə satmaq məqsədi olmamış, onda aşkar olunan narkotik vasitənin çəkisi 2 qramdan az olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəldən tanıdığı Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə sonuncunun cinayət əməlini ifşa etmək qərarına gələrək xx xxxxxx 2020-ci il tarixdə saat 1250-də Rüstəmlə telefonla söhbət zamanı Rüstəmin ona 20 manata narkotik vasitə sata biləcəyini dedikdən sonra Ağdaş rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət edib Rüstəmin narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olması barədə məlumat vermişdir. Bundan sonra Polis Şöbəsində iki hal şahidinin iştirakı ilə dörd ədəd 5 manatlıq olmaqla cəmi 20 manat pul əskinaslarının surətləri çıxarılaraq ona verilmiş, saat 1445–də polis şöbəsindən çıxaraq Rüstəmlə telefonla əlaqə saxlayaraq sonuncu ilə görüşmək üçün Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən artezianın yanına getmişdir. Bir neçə dəqiqə sonra Rüstəm yanına gələrək ona içərisində narkotik vasitə heroin olan iki ədəd kağız büküm vermiş, həmin narkotikin müqabilində Polis Əməkdaşları tərəfindən ona verilmiş 20 manat pulu Rüstəmə vermişdir. Rüstəmdən aldığı kağız bükümləri aparıb Polis Şöbəsində təqdim etmiş, həmin bükümlər iki hal şahidinin iştitakı ilə açılarkən içərisindən qəhvəyi rəngli, toz halında maddə aşkar edilmiş, elektron tərəzidə çəkilən zaman isə hər birinin 0,11 qram, ümumilikdə 0,22 qram olduğu müəyən edilmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra həmin protokolu digər iştirakçılarla birlikdə imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 1430 radələrində Ağdaş rayon Polis Şöbəsinin qarşısından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq hal şahidi qismində iştirak etməsini təklif etmiş, polislərlə razılaşdıqdan sonra Ağdaş rayon Polis Şöbəsində Gülsabah adlı şəxsə dörd ədəd 5 manatlıq olmaqla cəmi 20 manat pul verilərək həmin pulların kserosurətləri çıxarılaraq polis əməkdaşlarında saxlanılmışdır. Gülsabah həmin pulla Rüstəm adlı şəxsdən narkotik vasitə alıb gələcəyini bildirdikdən sonra Polis Şöbəsindən çıxıb getmiş, təxminən 20-25 dəqiqə isə yenidən Polis Şöbəsinə qayıdaraq iki ədəd qara rəngli kağız büküm təqdim etmişdir. Gülsabah həmin bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu və heroini Rüstəm adlı şəxsdən aldığını bildirmişdir. Bükümlər açılan zaman içərisindən toz və kristal halında, qəhvəyi rəngli maddə aşkar edilmiş, həmin maddə elektron tərəzidə çəkilən zaman hər biri 0,11 qram olmaqla, ümumilikdə 0,22 qram olduğu müəyyən edilmişdir. Məhkmədə şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid7 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 1530 radələrində Ağdaş şəhəri H.Aslanov küçəsi ilə piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə keçirilən baxış və şəxsi axtarışda hal şahidi qismində iştirak etməsini təklif etmiş, polis əməkdaşlarına etiraz etməyərək sonuncularla həmin ünvana getmişdir. H.Aslanov küçəsi 2 ünvanında yerləşən evin həyətindəki təmiri sexində digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd alışqan, qara rəngli gödəkçənin sağ yan cibində olan altı ədəd 10 manatlıq, bir ədəd 20 manatlıq pul əskinasları və bir ədəd 50 qəpiklik sikkə, gödəkçənin sol döş iç cibindən ətir və əl dəsmalı, şalvarın sol yan cibindən dörd ədəd 5 manatlıq pul əskinasları aşkar olunmuşdur. Aşkar edilmiş pul əskinasları ilə kağız üzərində surəti çıxarılmış pul əskinaslarının surətləri eyniləşdirilərkən dörd ədəd 5 manatlıq pul əskinasları ilə kağız üzərində olan pul əskinasların surətinin eynilik təşkil etdiyi müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus olan “VAZ 2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin salonundan əl əyləcinin yanında bir ədəd elektron tərəzi, beş ədəd sellofan büküm aşkar edilmişdir. Sellofan bükümlər açılarkən içərisindən toz və kristal şəklində qəhvəyi rəngli narkotik maddələrə oxşar maddələr aşkar edilmiş, həmin beş ədəd sellofan bükümlər elektron tərəzidə çəkilərək çəkiləri müəyyən edilmişdir. Daha sonra həmin avtomobilin salonundan narkotik vasitəni istifadə etmək üçün iki ədəd plastik butulka, bir rulon aliminium falqa, bir ədəd portmanat, bir ədəd mobil telefon və bir ədəd tiyəsi qara rəngli olan bıçaq aşkar edilmişdir. Aşkar edilmiş pul əskinasları, avtomaşından aşkar olunmuş əşyalar, həmçinin sellofan bükümlər zərfdə qablaşdırıldıqdan sonra üzərinə möhür vurularaq götürülmüşdür. Baxışdan sonra tərtib olunmuş protokol iştirakçılarla birlikdə onun tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək Şahid8 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid11 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayonu Dovudlu kənd sakini Şahid1 ərizə ilə rayon Polis Şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması və buna görə həmin şəxsin cinayət əməlini ifşa etmək istədiyini bildirmişdir. Ərizə ilə əlaqədar tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilərək Şahid1 Təqsirləndirilən şəxs 20 manata narkotik vasitə alacağını bildirməsindən sonra iki hal şahidinin iştirakı ilə Şahid1 dörd ədəd 5 manatlıq olmaqla cəmi 20 manat pul verilmiş, həmin pulların kserosurətləri çıxarılaraq özlərində saxlamışlar. Şahid1 Polis Şöbəsindən çıxdıqdan sonra Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid10 və Turan Məmmədəli ilə Şahid1 müşahidəsini həyata keçirmişlər. Saat təxminən 1450-də Şahid1 Ağdaş rayon Polis Şöbəsindən çıxaraq yoldan keçən taksi ilə Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən Humanitar Kollecə tərəf getmiş, orada artezianın yanında dayandıqdan sonra bir nəfər şəxs Gülsabaha yaxınlaşaraq sonuncuya nə isə vermişdir. Gülsabah da həmin şəxsə nə isə verdikdən sonra saat 1505də Polis Şöbəsinə qayıdaraq cibindən 02 ədəd kağız büküm çıxardıb təqdim edərək həmin bükümün içərisində Rüstəmdən aldığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Bükümlər açılan zaman içərisindən qəhvəyi rəngli, toz halında maddələr aşkar edilmiş, həmin bükümlər elektron tərəzidə çəkilən zaman hər biri 0,11 qram olmaqla, ümumilikdə 0,22 qram təşkil etmişdir. Bükümlər zərfə qablaşdırılaraq möhürləndikdən sonra hal şahidləri və iştirakçılar zərfi imzalamışlar. Bundan sonra əməliyyat-istintaq qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 nömrəli ünvana getmiş, Rüstəmi küçəyə çağırıb sonuncuya qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli olduğunu, həmçinin üzərində və evində narkotik vasitə saxladığı barədə məlumat olduğunu bildirdirərək evinə baxış keçirilməsi barədə məhkəmənin qərarını təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya təyin edilmiş müdafiəçinin və iki hal şahidinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd alışqan, qara rəngli gödəkçənin sağ yan cibindən altı ədəd 10 manatlıq, bir ədəd 20 manatlıq pul əskinasları və bir ədəd 50 qəpiklik pul əskinasları, gödəkçənin sol iç cibindən ətir və əl dəsmalı, şalvarın sol yan cibindən dörd ədəd 5 manatlıq pul əskinasları aşkar olunmuşdur. Gülsabaha verilmiş pul əskinaslarının surətləri ilə Rüstəmin üzərindən aşkar edilmiş pul əskinasları eyniləşdirilən zaman Rüstəmin üzərindən aşkar edilmiş dörd ədəd 5 manatlıq pul əskinasları ilə Gülsabaha verilmiş pul əskinaslarının surətlərinin eyni olduğu müəyyən edilmişdir. Daha sonra Rüstəmə məxsus Vaz-2106 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman əl əyləcinin yanından bir ədəd elektron tərəzi və beş ədəd kağız büküm aşkar edilmişdir. Kağız bükümlər açılan zaman içərisindən qəhvəyi rəngli, toz halında kütlə aşkar edilmiş, həmin bükümlər elektron tərəzidə çəkilən zaman müvafiq olaraq 0,66, 0,55, 0,65, 0,67 və 0,59 qram olduğu müəyyən olunmuşdur. Bundan başqa avtomobilin salonundan narkotik vasitə istifadə etmək üçün nəzərdə tutulmuş iki ədəd plastik butulka, bir rulon aliminium falqa, bir ədəd portmanat, bir ədəd Samsung markalı mobil telefon və bir ədəd tiyəsi qara olan bıçaq aşkar edilmişdir. Aşkar edilmiş əşyalar qablaşdırılaraq götürülmüş, baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə heç nə əlavə olunmamış, sonuncu özünü müdafiə üçün ifadəsində o cür göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin rəisi Şahid4, əməliyyat müvəkkili Şahid9 və Şahid10, eyni məzmunlu ifadələr verərək Şahid11 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, sonuncu ilə arasında heç bir söz-söhbət və narazılıq olmadığını, 2019-cu ilin təxminən noyabr-dekabr ayında Rüstəmdən 10 manata 1 ədəd kağız bükümdə narkotik vasitə marixuana aldığını göstərmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 17 saylı rəyində göstərilmişdir ki, təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs istismarında olan VAZ-2106 markalı avtomobildən aşkar edilmiş sözləri yazılmış 05 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,510 qram, 0,597 qram, 0,608 qram, 0,607 qram, 0,501 qram, ümumi təmiz çəkisi 2,823 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş, üzərində Şahid1nun Təqsirləndirilən şəxs satın aldığı narkotik sözləri yazılmış zərfin içərisindəki 02 ədəd gümüşü-qara rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram və 0,035 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş 05 ədəd sellofan bükümlərdə olan heroinlər ilə 02 ədəd gümüşü-qara rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 404 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarına əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 114 nöməli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin vaxt kəmağıllıq xəstəliyi keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı üzvi dissosiativ (konversion) pozuntusu, arabir funksional tutmalarla XTB 10 F06.5 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materiallrı, tibbi sənədlər, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs üzvi dissosiativ pozuntusu, arabir funksional tutmalarla XTB 10 F06.5 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən və əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1530-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, xx xxx 2020-ci il tarixli qərarı ilə həbs müddəti iki ay, yəni xx xxxx 2020-ci il tarixə kimi uzadılmışdır. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X2 Vilayəti Buzulunsk rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli hökmü ilə X5 Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsi ilə 01 (bir) il 06 (altı) ay müüdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmiş, xx xxxxxx 2018-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsi tərəfindən CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx xxxxxx 2018-ci il tarixdə AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 83 nömrəli məktubdan görünür ki, ünvan 4 saylı ünvanda yaşayan Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində “Həşiş narkomaniyası” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər X9 üzrə Nümayəndəsinin təqdim etdiyi xx xxx 2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Məhkəmə Təqsirləndirilən şəxs avtomaşınıda aşkar olunmuş narkotik vasitənin beş deyil dörd büküm olmaqla külli miqdar təşkil edən 2 qramdan az olmasını, eyni zamanda narkotik vasitəni satışı ilə məşğul olmamasını və Şahid1 narkotik 20 manat pulu borc kimi almasına dair ifadəsini özünü müdafiə kimi qiymətləndirir. Belə ki, hal şahidləri də ifadələrində avtomaşımda narkotik vasitə aşkar olunduğunu göstərməklə yanaşı məhkəmə-kimyəvi ekspertizasının rəyində də həmin aşkar olunmuş narkotik vasitələrin tərkiblərinə görə eyni olduğu, eyni zamanda iş üzrə Şahid3 Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə aldığını göstərmiş və Gülsabah Rəslulavanın təqdim etdiyi narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroinlə eyni tərkibə malik olması göstərilmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin qeyd etdiyi kimi iş üzrə şərti alıcı qismində çıxış edən Gülsabah Rəsulava hərəkətləri cinayətə təhrik etmə kimi qiymətləndirilə bilməz. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Vanyan Rusiyaya qarşı” işi üzrə xx.xx.2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan cinayət işləri üzrə ədalətli məhkəmə araşdırmasının tələbləri onu ifadə edir ki, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə sahəsindəki ictimai maraqlar milis tərəfindən pravokasiya nəticəsində əldə edilmiş sübutlardan istifadə üçün əsas ola bilməz. “Əgər cinayət gizli agentlərin hərəkətlərinin ehtimal olunan provakasiyası nəticəsində törədilmişdirsə və şəxsin bu provakasiya olmadan cinayət törədəcəyini təsdiq edən heç bir ehtimal yoxdursa, onda bu gizli agentin fəaliyyəti kimi deyil cinayət törətməyə təhrik etmə kimi hesab olunmalıdır. Bu cür müdaxilə və onun nəticələrinin cinayət prosesində istifadə olunması ədalətli məhkəmə araşdırması prinsipinin bərpa olunmaz dərəcədə pozulmasına gətirib çıxarır”. Lakin, Təqsirləndirilən şəxs təkcə Gülsabah Rəsulavaya satdığı narkotik vasitəyə görə deyil, həmçinin onun satış məqsədilə qanunsuz olaraq saxladığı 2,823 qram narkotik vasitə olan heroinə görə də ittiham elan olunmuş və onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmışdır. Beləliklə, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs “üzvi dissosiativ pozuntusu, arabir funksional tutmalarla XTB 10 F06.5” xəstəliyindən əziyyət çəkməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 102,54 AZN (yüz iki manat, əlli dörd qəpik) ekspertiza xərciTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət törədilərkən istifadə edilən bir ədəd elektron tərəzi iş üzrə xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsində saxlanılan 2,61 qram narkotik vasitə olan heroin, iki ədəd plastik butulka və bir rulon aliminium məhv edilməli, dörd ədəd beş manatlıq pul əskinasları Ağdaş rayon Polis Şöbəsinə təhvil verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 102,54 AZN (yüz iki manat, əlli dörd qəpik) ekspertiza xərciTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ağdaş rayon Polis Şöbəsində saxlanılan 2,61 qram narkotik vasitə olan heroin, iki ədəd plastik butulka və bir rulon aliminium məhv edilsin, dörd ədəd beş manatlıq pul əskinasları Ağdaş rayon Polis Şöbəsinə təhvil verilsin. Cinayət törədilərkən istifadə edilən bir ədəd elektron tərəzi iş üzrə xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X10 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar