Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-99/2021 31.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X4 oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi Nümayəndə iştirakı ilə xx xxxx 1985-ci ildə Ağcabədi rayonu, Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş və cəzası çəkilməmiş, Ağcabədi rayonu, Hacılar kəndində pasport qeydiyyatda olan və həbs edilənə kimi ünvan 1 ünvanında yaşamış, xx xxxxxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə və təkrar keçmiş qayınanası Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla qəsdən öldürməyə, bununla da onları qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə, saat 14 radələrində yaşadığı ünvan 1 ünvandakı evin yataq otağında faktiki birlikdə yaşadığı keçmiş arvadı Zərərçəkmiş şəxs1 həmin evin onlara qardaşı Şahid1 tərəfindən alındığını, onunla birgə yaşaya bilmədiyini, müxtəlif bəhanələrlə dəfələrlə evdə mübahisələr yaratdığını, dəfələrlə onu döyməsini, məhkəmə qaydasında boşandıqlarını, buna görə də evi tərk edib getməli olduğunu bildirməsi ilə bağlı ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlmişdir. Cinayətkar niyyətini həyata keçirmək məqsədilə əvvəlcə onunla mübahisə etdikdən sonra yaşadıqları evin həyətyanı sahəsinə çıxmış Zərərçəkmiş şəxs1 hər iki əli ilə boğazından tutub sıxaraq boğmağa başlamış, daha sonra boğazından tutmağa davam edərək evin qarşısına gətirib orada onu havaya qaldırıb pilləkənlərdəki yüksəklikdən yerə çırpmışdır. Qəsdini davam etdirməsinə heç kəsin mane olmaması üçün evin həyətinin darvazasını arxadan bağlamış, həmin anda evin yataq otağına qaçıb gedən Zərərçəkmiş şəxs1 arxasınca evə daxil olub mətbəxdən məişət təyinatlı bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağını götürüb yataq otağına gəlmiş və qəsdinin davamı olaraq əvvəlcə əli ilə Zərərçəkmiş şəxs1 boğazından tutub sıxaraq otaqdakı çarpayının üstünə yıxmış, sonuncunun ona sakitləşməsi, vurmaması üçün yalvarmasına məhəl qoymadan, həmçinin sonuncunun anası Zərərçəkmiş şəxs2, azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü Şahid2 və xx.xx.2012-ci il təvəllüdlü Şahid3 yataq otağında bu hərəkətləri müşahidə etmələrinə baxmayaraq, onların gözləri qarşısında xüsusi iztirab və əzab verdiyini dərk edərək, müstəsna dərəcədə rəhmsizlik göstərib, xüsusi amansızlıq nümayiş etdirməklə əlindəki mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 boyun nahiyəsinə bir dəfə, döş qəfəsinin sol ön tərəfinə bir dəfə vuraraq ona həyat üçün təhlükəli olan bir ədəd boynun ön səthinin qırtlağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası xarakterli sağlamlığa ağır zərərvurmaya aid olan, bir ədəd döş qəfəsinin ön sol yan səthinin, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası xarakterli sağlamlığa yüngül zərərvurmaya aid olan ümumilikdə iki ədəd bıçaq xəsarətləri və iki ədəd sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən sol kürəkaltı nahiyənin və sol budun döyülmə zamanı əmələ gəlməyə uyğun olan sıyrılmış yaraları xəsarətləri yetirmişdir. Bu zaman otaqda Təqsirləndirilən şəxs hərəkətlərini müşahidə edən xx.xx.1947-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 cinayətkar qəsdən xilas etmək niyyəti ilə ictimai borcunu yerinə yetirməyə çalışaraq həmin otaqda olan odun sobasının yanındakı maşanı götürərək Təqsirləndirilən şəxs baş nahiyəsinə vuraraq ona sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən başın ənsə nahiyəsinin əzilmiş-sıyrılmış yarası xəsarəti yetirməklə Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsinə mane olmağa çalışmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 çarpayıya yıxılaraq hərəkətsiz qalmasını, boynundan qan axdığını görüb öləcəyini düşünərək arxaya çevrilmiş, onun cinayətkar əməlinə ictimai borcunu yerinə yetirməsi ilə bağlı olaraq mane olmağa çalışan Zərərçəkmiş şəxs2 qızı Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsinin qarşısını almağa çalışdığını dərk edərək bununla əlaqədar təkrar qəsdən öldürmək məqsədilə sonuncununu qızı Zərərçəkmiş şəxs1, azyaşlı nəvələri Şahid2 və Şahid3 gözləri qarşısında xüsusi iztirab və əzab verdiyini dərk edərək, müstəsna dərəcədə rəhmsizlik göstərib, xüsusi amansızlıq nümayiş etdirməklə, ona aşkar sürətdə xüsusi ağrılar yetirdiyini dərk edib, bunu arzulayaraq əlindəki bıçaqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq Zərərçəkmiş şəxs2 qarnın ön divarının sol qabırğaaltı nahiyədə iki ədəd daxilə qarın boşluğuna keçən, piylikdə bir ədəd, nazik bağırsaq müsariqələrində bir ədəd, nazik bağırsağın treys bağının yaxınlığında nazik bağırsağın bir ədəd deşilmiş-kəsilmiş yaraları və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları xarakterli dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid cəmi iki ədəd, qarnın ön divarının peritonarxası sahəyə nüfuz edən üç ədəd deşilmiş-kəsilmiş yarası xarakterli dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid cəmi üç ədəd, qarnın ön divarının iki ədəd boşluğa nüfuz etməyən kəsilmiş yarası, başın təpə və alın-təpə nahiyəsinin deşilmiş-kəsilmiş yarası xarakterli dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid cəmi üç ədəd, sol əlin ikinci barmağının kəsilmiş yarası xarakterli sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən cəmi bir ədəd olmaqla ümumilikdə doqquz bıçaq xəsarətləri yetirmiş, həmin anda onun öldüyünü düşünmüş, Zərərçəkmiş şəxs1 isə özündə güc taparaq çətinliklə də olsa hadisə yerindən qaçdığını bilərək qəsdini başa çatdırmaq məqsədilə sonuncunu axtarmış, bu məqsədlə həmin yaşayış evinin bir neçə otağına və qonşuluqda yaşayan şəxslərin həyətinə baxmış, lakin həmin vaxt Zərərçəkmiş şəxs1 evdən qaçaraq küçədə olan şəxsləri qışqırıb səsləməklə yardıma çağırmasına görə oraya polis, təcili tibbi yardım əməkdaşları və digər şəxslərin gəlməsi, habelə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi-cərrahi yardım göstərilməsi nəticəsində həyatları xilas edildiyindən Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə və Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla təkrar qəsdən öldürməyə, yəni onları qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs oğlu məhkəmədə Azərbaycan Respublikası CM-nın 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailədə münaqişə olmuş, mübahisə zamanı Rəvanə yüksək səslə danışdığı üçün onun sifətinə bir dəfə şillə ilə vurmuşdur. Qayınanası Ceyhun da arxadan maşa ilə onun başının arxa nahiyəsinə vurmuş, o da əsəbləşib mətbəxə keçib orada olan stolun üstündəki mətbəx bıçağını götürüb yenidən otağa qayıtmış, qaynanasını vurmaq istəyəndə arvadı Rəvanə aralarına keçmiş, həmin vaxt bıçaqla qayınanasına zərbə vurmaq istəyəndə bıçaq arvadı Rəvanənin boyun nahiyəsinə dəymişdir. Rəvanə əli ilə boğazını tutmuş, az sonra Rəvanənin boğazından qan axdığını görmüş, onun qolundan tutub çəkib çarpayının üstünə yıxmış, sonra nə etdiyini və nə baş verdiyini xatırlamır. Karvansarayın yanında polis əməkdaşları onu saxlayıb polis Şöbəsinə gətirmiş, arvadına və qaynanasına xəsarət yetirdiyi bıçağı təqdim etmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla vuraraq xəsarətlər yetirməkdə onları öldürmək məqsədi və niyyəti olmamışdır. Zərərçəkmiş şəxs1 məhkəmədə ifadəsində göstərmişdir ki, aralarında oaan münaqişələrə görə 2016-cı ilin oktyabr ayında Rəcəblə rəsmi boşanmış, məhkəmədən sonra Rəcəbdən evinə gəlməməsini çıxıb getməsini tələb etsə də Rəcəb həmin evdən getməmiş, həmin evdə bir yerdə yaşamışlar. 2019-cu ildən anası Zərərçəkmiş şəxs2 onlarla birlikdə yaşayır. xx.xx.2020-ci ildə saat 10 radələrində Rəcəblə bir evdə çox yaşaya bilməməsini, özünə bir iş tapmasını, pul qazanmasını, evdən çıxmasını bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, həmin vaxt Rəcəb əsəbiləşərək əgər çıxıb gedirsə, anası Ceyhunun da çıxıb getməsini bildirmiş və onunla mübahisə etmişdir. Rəcəbi sakitləşdirmək üçün özü çıxmasını, sonra anası da çıxıb gedəcəyini bildirmişdir. Anası getməyə hazırlaşanda birdən Rəcəb anasının alt paltarlarını götürüb anasına demiş ki, “tez olub evdən çıxsın, paltarları aparıb küçəyə atacaq”. Sonra anasının ünvanına nalayiq söyüşlər söymüş, o da Rəcəbə demişdir ki, paltar atılacaqsa, onun paltarları küçəyə atılmalıdır. Bundan sonra şkafdan sellofan torbada olan Rəcəbin paltarlarını götürüb evdən çıxmış, yaşadığı evin darvazasının arxasına çataraq darvazadan çölə boylandıqda Rəcəb ona yaxınlaşıb evin həyətinə doğru onu arxadan dartaraq hər iki əli ilə boğazından tutub sıxaraq onu boğmağa başlamış və orada onu yerə çırpmış, daha sonra Rəcəb onu boğazından tutub qaldırmış və boğazından tutmağa davam edərək evin qarşısına gətirib orada onu havaya qaldırıb, yüksəklikdən yerə çırpmış, başı yerdəki betona dəymiş, buna görə də bir anlıq huşunu itirsə də, özünü tez toparlayıb ayağa qalxmışdır. Həmin vaxt böyük qızı Aylin də onların yanlarında, çöldə olmuşdur. Ayağa qalxanda Rəcəbin darvazanı arxadan bağladığını bilmiş, anası həmin vaxt yaşadıqları evin həyətində olmuş və baş verənləri görmüşdür. Yerdən qalxandan sonra evə keçmiş, qapıdan içəri girən kimi, evin giriş qapısının yanında Rəcəb də arxasınca evə girmiş və bir əli ilə onun boğazının qabaq hissəsindən, bir əli ilə isə arxa hissəsindən tutub sıxaraq onu boğmuş, həmin vaxt otaqda uşaqlar və anası olmamışdur. Rəcəb yenə boğazından tutub onu havaya qaldırıb yan üstə yerə çırpmış, bir anlıq özünü itirmiş, huşunu toplayıb ayağa qalxan zaman Rəcəbin mətbəxdən üstünə doğru əlində bıçaq gəldiyini görmüş, Rəcəb ona yaxınlaşanda qızlarının evin içində olduğunu görmüş, qızları atalarından dayanmasını xahiş etmiş, həmin vaxt özü Rəcəbdən sakitləşməsini bir neçə dəfə xahiş etmiş, lakin Rəcəb onun dediklərinə məhəl qoymayaraq yaxınlaşıb sol əli ilə boğazından tutub onu aparıb evin küncündəki taxta çarpayının üstünə yıxmış, ayaqları çarpayıdan sallanan vəziyyətdə olmuş, həmin vaxt bir əliylə dəmir çarpayının baş hissəsindən yapışıb qalxmaq istəyəndə Rəcəb bıçaqla onun sol ayağının bud hissəsindən bir dəfə vurmuş, Rəcəb həmin vaxt bıçaqla onun qarın nahiyəsinə xəsarət yetirmək istəsə də, müqavimət göstərdiyi üçün ayağını qaldıran zaman bıçaqla onun ayağına xəsarət yetirmiş, əlləri və ayaqları ilə Rəcəbə müqavimət göstərmişdir. Daha sonra Rəcəb bıçaqla onun kürək nahiyəsinin sol yan hissəsinə, həmçinin döş qəfəsinin ön sol yan hissəsindən vurmuşdur. Rəcəbə yalvararaq vurmamasını, buraxmasını desə də Rəcəb onu buraxmamış, bu zaman azyaşlı qızı Nurgünün ona baxdığını görmüşdür. Rəcəbə yalvarmış ki, “uşaqlar görür, qorxacaqlar, buraxsın, bıçaqla onu vurmasın”. Nurgünün qorxduğunu hiss edib ona “qızım üzünü çevir, baxma” deyəndə boğazının sağ hissəsinə Rəcəbin bıçaqla vurduğunu hiss etmiş, həmin vaxt uşaqlarına səslənərək getmələrini söyləmiş, bu zaman Rəcəb bıçağı artıq onun boğazına soxmuşdur. Rəcəb bıçaqla boğazının qırtlaq hissəsini kəsməyə çalışmışdır. Rəcəb onun boğazından xəsarət yetirdiyi və artıq qan gəldiyi üçün onun öldüyünü zənn etdiyinə görə onu buraxmış, Rəcəb onun üstündən qalxandan sonra, bir az özünə gəlib ayağa qalxanda görmüşdür ki, Rəcəb anasını dəmir çarpayının üstünə yıxıb bıçaqla dəfələrlə sol böyür hissəsinə vurur. Anası ona demiş ki, “qaç, canını qurtar”. Qızlarına qaçıb qonşuları çağırmalarını demiş, lakin qızları onun dediklərini başa düşmədikləri üçün özü küçəyə çıxmış, küçədə, yaşadıqları evin qarşısında qonşulardan heç kim olmamış, fikirləşmişdir ki, birdən Rəcəb arxasınca gələr, ona görə çox çətinliklə, ayaqyalın vəziyyətdə aşağı düşüb evdən təxminən 50 metr aşağıda yerləşən mağazaya getmiş, həmin mağazanın satıcısına demiş ki, “mən Rəcəbin arvadıyam, Rəcəb bıçaqla məni vurub”, polis çağırın. Sonra küçədən keçən bir avtomobili saxladıb həmin avtomobilin sürücüsünə əri Rəcəbin bıçaqla onu vurub xəsarət yetirdiyini demiş, polis çağırmasını xahiş etmiş, həmin avtomobildə azyaşlı uşaq olduğundan sürücüyə demiş ki, getsin, uşaq qorxa bilər. Daha sonra yol ilə yuxarı tərəfə gedən zaman avtobus dayanacağı tərəfdə avtomobil onu görüb saxlamış, həmin avtomobilin sürücüsü polis əməkdaşı olmuş, sürücüyə demiş ki, əri Rəcəb onu bıçaqla vurub, polis çağırsın. Həmin şəxs kiməsə zəng vurmuş, bir az sonra polis və təcili tibbi yardım əməkdaşları gəlmişdir. Xəstəxanadan evə buraxıldıqdan sonra azyaşlı qızlarıyla söhbət edən zaman ona məlum olmuşdur ki, Rəcəb onu bıçaqla vurduqdan sonra onun evdən qaçıb getməsinə baxmayaraq Rəcəb yaşadıqları evin otaqlarında onu axtarmış, küçəyə çıxaraq onu tapmağa çalışmışdır. Azyaşlı qızı Aylin ona demişdir ki, hadisə vaxtı Rəcəb ona bıçaqla xəsarətlər yetirdikdən və o, yaşadığı evdən qaçdıqdan sonra Rəcəb Aylindən onun harada olduğunu, hansı tərəfə getdiyini soruşmuş, Aylin atasına onun harada olduğunu bilmədiyini dedikdə Rəcəb evin otaqlarında, qonşu evlərdə onu axtarmışdır. Rəcəbin bıçaqla onlara xəsarət yetirməkdə məqsədi onu və anasını öldürmək olmuş, Rəcəb onu və anasını bıçaqla vurub xəsarət yetirən zaman qızlarının hər ikisi də evdə olmuş, Rəcəbin onlara bıçaqla vurub xəsarət yetirdiyini görmüşlər. Təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki. təqsirləndirilən şəxsdən şikayətçidir. Azyaşlı Şahid2 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə atası anası və nənəsini vuran zaman görmüşür. Azyaşlı Şahid3 məhkəmədə azyaşlı Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Şahid4 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə saat 14:30 radələrində, nahar fasiləsindən sonra yaşadığı evdən çıxıb öz şəxsi avtomobiliylə Şəki ŞRŞPŞ-nə qayıdarkən Şəki şəhəri, Giləhli küçəsinə çatdıqda avtobus dayanacağına tərəf qaçan bir nəfər qadın görmüş, həmin şəxs onun maşınına tərəf qaçmış, qadının əllərinin və boğaz nahiyəsinin qanlı olduğunu görmüş, dərhal maşından düşüb həmin qadından nə baş verdiyini soruşmuş və dərhal Şəki ŞRPŞ-nin Növbətçi Hissəsinə və 103 xidmət mərkəzinə də zəng edərək hadisə barədə məlumat vermiş, yaralı qadını yolun kənarına çəkərək polis və təcili tibbi yardım əməkdaşlarının gəlməsini gözləmişdir. Hadisə yerinə gələn polis əməkdaşlarına hadisə baş verən evi göstərmiş və həmin vaxt həmin evdə üzərində ədyal olan qanlı vəziyyətdə yaşlı qadın görmüş və həmin qadının küçədə qarşılaşdığı qadının anası olduğunu bilmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə saat 16 radələrində əmisi qızı Gülər Mustafayeva ona zəng edərək bacısıgilin evində polis əməkdaşları olmasını bildirmişdir. Evə gəldikdə bacısı Rəvanə və anası Ceyhunun kürəkəni Rəcəb tərəfindən bıçaqlandığını bilmişdir. Şahid qismində dindirilmiş X1 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə, günorta saatlarında tanımadığı bir nəfər qadın yaralı vəziyyətdə onun işlədiyi dükanın qarşısına gələrək polisə zəng etməsini xahiş etmiş, həmin qadının boğaz nahiyəsinin və əllərinin qanlı olduğunu görmüş, nə hadisə baş verdiyini bilmədiyindən qadına demişdir ki, ilk öncə təcili tibbi yardıma zəng etsin, tibb işçiləri gələrək ona ilkin tibbi yardım göstərsinlər. O, qadını görən zaman düşünmüşdür ki, evdə iş görən zaman xəsarət almışdır. Həmin qadın bir daha xahiş etmiş ki, o, ilk öncə təcili olaraq polisə zəng etsin. Elə bu vaxt marketin qarşısında bir taksi dayanaraq sərnişin düşürən kimi həmin qadın tanımadığı taksi sürücüsünə tərəf qaçaraq həmin sürücüdən polisə zəng etməsini xahiş etmiş, taksi sürücüsü təcili olaraq onu xəstəxanaya çatdırsın deyə qadına maşına minməsini xahiş etmiş, qadın həmin taksi sürücüsündən də ilk əvvəl polisə zəng etməsini xahiş etmiş, qadın həmin taksi sürücüsünə də fikrini izah edə bilmədiyi üçün yuxarı istiqamətdə olan avtobus dayanacağına tərəf qaçmış və həmin vaxt eyni istiqamətdən gələn maşını saxlatmış, həmin maşının içindən polis geyim formasında olan bir nəfər düşmüş, qadının vəziyyətini görən kimi polisə və təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Biraz sonra polis və təcili tibbi yardım əməkdaşları gələrək həmin qadına ilkin tibbi yardım göstərmiş, həmin qadın təcili tibbi yardım maşınına əyləşdikdən sonra qadının yaşadığı evə tərəf getmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin qadının həyat yoldaşı onu və anasını bıçaqlamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağıdır, hadisə yerindən bir ədəd odeyal, bir ədəd uşaq gödəkçəsi, bir ədəd ağ rəngli parça, bir ədəd yastıq üzü, bir ədəd dəsmal, bir ədəd qadın plaşı, bir ədəd yorğan, bir ədəd maşa, bir ədəd X7 2 plus markalı mobil telefon və bir ədəd Xiaomi Redmi M2003J15SS modelli mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq ağ rəngli metaldan olmaqla dəstəyi qara rəngli ebonitdəndir. Bıçağın ümumi uzunluğu 23,7 sm, tiyənin uzunluğu 13,7 sm, dəstəyi isə 10 sm-dir. Tiyənin eni 1,8 sm, dəstəyin eni isə 2 sm-dir. Tiyənin bir tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Dəstəyin əsas hissəsinə qara rəngli ebonit hissə bərkidilmişdir. Tiyənin ucundan 4 sm məsafədə 0,4 sm diametrdə deşik vardır. Bıçağın tiyəsinin üzərində dairənin içərisində üç ədəd 6 rəqəmi, həmçinin “SANLİU” sözləri həkk olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 494 №-li rəyindən görünür ki, “Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: boynun ön səthinin qırtlağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş, döş qəfəsinin ön sol yan səthinin, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol kürəkaltı nahiyənin və sol budun sıyrılmış yaraları. Bu xəsarətlərdən boynun ön səthinin qırtlağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş, döş qəfəsinin ön sol yan səthinin, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası iti kəsici əşyanın və ya alətin (əşyaların və ya alətlərin) təsirindən əmələ gəlmişdir, maddi sübut qismində təqdim olunmuş bıçağın təsirindən əmələ gəlməsi istina edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2020-ci il tarixdə uyğundur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər; sol kürəkaltı nahiyənin və sol budun sıyrılmış yaraları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən xx.xx.2020-ci il tarixinə uyğundur, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 495 №-li rəyindən görünür ki, “Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: qarnın ön divarının sol qabırğaaltı nahiyədə 2 (iki) ədəd daxilə qarın boşluğuna keçən, piylikdə bir ədəd, nazik bağırsaq müsariqələrində bir ədəd, nazik bağırsağın treys bağının yaxınlığında nazik bağırsağın bir ədəd deşilmiş-kəsilmiş yaraları və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları, qarnın ön divarının peritonarxası sahəyə nüfuz edən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yarası, qarnın ön divarının iki ədəd boşluğa nüfuz etməyən kəsilmiş yarası, başın təpə və alın-təpə nahiyəsinin deşilmiş-kəsilmiş yara, sol əlin İİ barmağının kəsilmiş yarası iti kəsici əşyanın və ya alətin (əşyaların və ya alətlərin) təsirindən əmələ gəlmişdir, maddi sübut qismində təqdim olunmuş bıçağın təsirindən əmələ gəlməsi istisna edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2020-ci il tarixə uyğundur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.” Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 16/494 №-li rəyindən görünür ki, “Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: boynun ön səthinin qırtlağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş, döş qəfəsinin ön sol yan səthinin, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol kürəkaltı nahiyənin və sol budun sıyrılmış yaraları. Bu xəsarətlərdən boynun ön səthinin qırtlağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası iti kəsici əşyanın və ya alətin təsirindən əmələ gəlmişdir, maddi sübut qismində təqdim olunmuş bıçağın təsirindən əmələ gəlməsi istina edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2020-ci il tarixdə uyğundur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir; döş qəfəsinin ön sol yan səthinin, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası iti kəsici əşyanın və ya alətin təsirindən əmələ gəlmişdir, maddi sübut qismində təqdim olunmuş bıçağın təsirindən əmələ gəlməsi istina edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2020-ci il tarixdə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; sol kürəkaltı nahiyənin və sol budun sıyrılmış yaraları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən xx.xx.2020-ci il tarixinə uyğundur, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Bu xəsarətləri aldıqdan sonra zərərçəkmiş yeriyə bilər və məqsədyönlü hərəkətlər etməsi mümkündür”. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 15/495 №-li rəyindən görünür ki, “Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: qarnın ön divarının sol qabırğaaltı nahiyədə 2 (iki) ədəd daxilə qarın boşluğuna keçən, piylikdə bir ədəd, nazik bağırsaq müsariqələrində bir ədəd, nazik bağırsağın treys bağının yaxınlığında nazik bağırsağın bir ədəd deşilmiş-kəsilmiş yaraları və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları, qarnın ön divarının peritonarxası sahəyə nüfuz edən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yarası, qarnın ön divarının iki ədəd boşluğa nüfuz etməyən kəsilmiş yarası, başın təpə və alın-təpə nahiyəsinin deşilmişkəsilmiş yara, sol əlin İİ barmağının kəsilmiş yarası iti kəsici əşyanın və ya alətin (əşyaların və ya alətlərin) təsirindən əmələ gəlmişdir, maddi sübut qismində təqdim olunmuş bıçağın təsirindən əmələ gəlməsi istisna edilmir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2020-ci il tarixə uyğundur. Bu xəsarətlərdən; qarnın ön divarının sol qabırğaaltı nahiyədə 2 (iki) ədəd daxilə qarın boşluğuna keçən, piylikdə bir ədəd, nazik bağırsaq müsariqələrində bir ədəd, nazik bağırsağın treys bağının yaxınlığında nazik bağırsağın bir ədəd deşilmiş-kəsilmiş yaraları və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər; qarnın ön divarının peritonarxası sahəyə nüfuz edən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, qarnın ön divarının iki ədəd boşluğa nüfuz etməyən kəsilmiş yarası, başın təpə və alın-təpə nahiyəsinin deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; sol əlin İİ barmağının kəsilmiş yarası sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Bu xəsarətləri aldıqdan sonra zərərçəkmişin hər hansı bir hərəkət etməsi dəqiqələrlə ölçülən vaxt vahidi ərzində mümkündür”. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 496 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: başın ənsə nahiyəsinin əzilmiş-sıyrılmış yarası bərk-küt əşyanın təsirindən törənmişdir, dəmir maşa ilə vurulması zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd edilən xx.xx.2020-ci il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Kompeks məhkəmə-bioloji, məhkəmə-trasoloji və məhkəmə soyuq silahlar ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 921/2020-MTBŞ №-li rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstərici: A/H(İİ) 2. Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi:A/H/(İİ) 3. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi:A/H/(İİ) 4.Ekspertizaya təqdim olunmuş ədiyal, uşaq gödəkçəsi, ağ rəngli parça, yastıq üzü, dəsmal, qadın plaşı, yorğan, Zərərçəkmiş şəxs2 məxsus kofta, şalvar, kalkotqa, Zərərçəkmiş şəxs1 məxsus mayka, şalvar, kofta və bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Belə olan halda bu qan ləkələri A beta/H/(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs məxsus ola bilər. 5. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvar, pulover üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Kompeks məhkəmə-bioloji, məhkəmə-trasoloji və məhkəmə soyuq silahlar ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 592-MTKŞ/2020 №-li rəyindən görünür ki, İ.1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus plaşın ön sol yaxalığında on ədəd, plaşın kapüşonun ön sol səthində bir ədəd, plaşın sol qolunun ön səthində üç ədəd; köynəyin ön orta nahiyəsindən bir ədəd; lasinin ön sol ayağının bayır səthində bir ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus mayka üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus plaşın ön sol yaxalığında, köynəyin ön orta nahiyəsindən aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin ön sol yan səthində olan deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Plaşın kapüşonun ön sol səthində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin boynun ön səthinin deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. 4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus sviterin ön sol aşağı hissəsində altı ədəd; şalvarın ön sol yuxarı səthində üç ədəd; kalqotkanın ön sol yuxarı hissəsində aşkar edilmiş dörd ədəd deşilmiş-kəsilmiş zədələr, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. 5. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus sviterin ön sol aşağı hissəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin qarnın ön divarının sol qabırğaaltı nahiyədə olan deşilmiş-kəsilmiş yaraları ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Şalvarın ön sol yuxarı səthində və kalqotkanın ön sol yuxarı hissəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin qarnın ön divarının peritonarxası sahəyə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. 6. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 bədəninin başın təpə və alın-təpə nahiyəsində, sol əlin İİ barmağında olan kəsilmiş yaralar onun paltarı üzərində öz əksini tapmamışlar. Bu da, həmin nahiyələrin paltarların örtülməməsi ilə izah oluna bilər. 7. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və pulover üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 8. Ekspertizaya təqdim edilmiş uşaq gödəkçəsi, parça, yastıq üzü, odeyal, yorğan üzü və dəsmal üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. İİ.1. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Kompleks məhkəmə-daktiloskopik və lifli materialların ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 6/67, 13/43 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin, 01 ədəd kalqotkanın; Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd maykanın, 01 ədəd köynəyin; Təqsirləndirilən şəxs məxsus qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd poliverin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən 01 ədəd koftanın səthi üzərində tapılmış bozumtul qara rəngli təbii pambıq lifləri cins əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərində tapılmış bozumtul qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş bıçağın dəstəyinin və tiyəsinin səthi üzərində əl-barmaq və papilyar naxış izləri aşkar edilmədi”. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 643 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmur. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, psixiatriya müəssisələrində qeydiyyatda durmaması, istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun az ifadəli olması əsas verir. Məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 11 nömrəli rəyindən görünür ki, Şahid3 hadisə baş verdiyi tarixdə baş vermiş cinayət hadisəsini iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətindədir, baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Şahid3 baş vermiş hadisə ilə bağlı yalan danışmağa və özündən uydurmağa meylli deyildir. Şahid3 fərdi və yaş xüsusiyyətlərini, hadisənin baş verdiyi konkret şəraiti nəzərə alaraq, yoxlanılan iş üçün vacib olan halları düzgün qəbul edə və dərk edə bilmişdir. Məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 12 nömrəli rəyindən görünür ki, Şahid2 hadisə baş verdiyi tarixdə baş vermiş cinayət hadisəsini iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətindədir, baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Şahid2 baş vermiş hadisə ilə bağlı yalan danışmağa və özündən uydurmağa meylli deyildir. Şahid2 fərdi və yaş xüsusiyyətlərini, hadisənin baş verdiyi konkret şəraiti nəzərə alaraq, yoxlanılan iş üçün vacib olan halları düzgün qəbul edə və dərk edə bilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasından, eləcə də hökmdən görünür ki, xx.xx.1985-ci il tarixdə Ağcabədi rayonu, Hacılar kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə Şəki ŞRPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 128 (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ********* cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunmuş, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə aylıq qazançının 20% -i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə hökm qanuni qüvvəyə minmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Şəki rayonu üzrə İcra və probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 110/10 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(075)-105/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs islah işləri cəzasını çəkməmişdir. Azərbacan Respublikası CM-nin 84-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət işləri üzrə hökmlər 2 il müddətinə icra edilmədikdə onun icra müddəti keçmiş olur. CM-nin 128-ci maddəsində göstərilən cinayətlər isə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilir. Odur ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın icra müddəti keçdiyindən yeni hökm ilə cəza təyin edilən zaman nəzərə alınmır. Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.2011-ci il tarixli nikah pozulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının - xx.xx.2011-ci il təvəllüdlü Şahid2 və xx.xx.2012-ci il təvəllüdlü Şahid3 olması məsuliyyətini yüngülləşdirən hallar hesab edilir. Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti qoca şəxsə, yəni xx.xx.1947-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qarşı törətməsi məsuliyyətini ağırlaşdıran hal hesab edilir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, onun zərərçəkmiş şəxsləri öldürmək fikri olmamışdır. Lakin iş materiallarından, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs çoxsaylı bıçaq zərbələri vurmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürmək istəmiş, lakin iradəsindən asılı olmayaraq niyyətini başa çatdıra bilməmişdir. Odur ki, məhkəmə bu hissədə təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ifadəsini səmimi, həqiqi və obyektiv ifadə kimi qəbul etmir. Eyni zamanda, məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29, 120.2.3cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələri ilə maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Cəza təyini zamanı isə CM-nin 63-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələri olması müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq edilməməlidir. Azərbaycan Respublikası CM-nin 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddəlrində nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğundan, CM-nin 56.1.3- cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə şübhəli şəxs kimi tutulmuş, xx xxxxxx 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablamalıdır. Ekspertiza xərci 104 manat 16 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: X8 oğlu Azərbaycan Respublikası CM-nin 29, 120.2.3-cü, 29, 120.2.4-cü və 29, 120.2.10-cu maddələri ilə təqsirli bilinib 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət həmin cəzaya hesablansın. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 12 noyabr 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 104 ( yüz dörd) manat 16 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Şəki Rayon Prokurorluğunda saxlanılan 1 ədəd bıçaq, bir ədəd odeyal, bir ədəd uşaq gödəkçəsi, bir ədəd ağ rəngli parça, bir ədəd yastıq üzü, bir ədəd dəsmal, bir ədəd qadın plaşı, bir ədəd yorğan, bir ədəd maşa, bir ədəd qolsuz mayka, bir ədəd şalvar və bir ədəd kofta, “X10 9 M2003J15SS” markalı mobil telefon Zərərçəkmiş şəxs1, bir ədəd qollu kofta, bir ədəd şalvar və bir ədəd kalqotka, Samsung SM-G350E X9” markalı mobil telefon Zərərçəkmiş şəxs2, bir ədəd şalvar və bir ədəd poliver, “X10 7 M1901F7G” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Əlbarmaq izləri və tük nümunələri məhv edilsin. Hökm çıxarıldığı, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-99/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-99/2021
31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver