Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-99/2024 18.01.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Abbasov Samir Tahir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X13 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.2 və 234.4.3-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işi 28 dekabr 2023-cü il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona görə CM-in 234.4.2 və 234.4.3-cü maddələrilə ittiham irəli sürülmüşdür o, qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib, saxlamış və qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini satmışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 0,706 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Yevlax şəhəri, C.Kərimov küçəsində həmin 0,706 qram narkotik vasitə olan heroini tanışı Şahid1 10 manat müqabilində satmış, Şahid1 xx.xx.2023-cü il tarixdə, saat 12:25 radələrində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə, Yevlax şəhəri, Nizami prospektində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-ya gətirilib, həmin gün orada müdafiəçinin iştirakı və videoçəkilişlə Şahid1 üzərinə saat 13:20 dəqiqədən 13:55 dəqiqəyədək olan müddətdə keçirilmiş şəxsi axtarış zamanı onun üzərində saxladığı bir ədəd şəffaf selofan bükülmüş bükümdə olan Təqsirləndirilən şəxs pul müqabilində aldığı 0,706 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə, cəmi 0,875 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində həmin 0,875 qram narkotik vasitə olan heroini tanışı Şahid2 5 manat müqabilində satmış, Şahid2 xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə, Yevlax şəhəri, C.Kərimov küçəsində Yevlax RPŞ-nın əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-ya gətirilib, həmin gün müdafiəçinin iştirakı və videoçəkilişlə Şahid2 üzərinə saat 18:20-dən saat 18:50-dək olan müddət ərzində keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən Təqsirləndirilən şəxs təkrarən satdığı bir ədəd selofan bükümdə 0,75 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən təkrarən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,147 qram narkotik vasitə olan heroini əldə edərək xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Yevlax şəhəri, C.Kərimov küçəsində həmin 2,147 qram narkotik vasitə olan heroini tanışı Şahid3 50 manat müqabilində satmış, Şahid3 xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, E.Ağayev küçəsində Yevlax RPŞ-nın əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-ya gətirilib, həmin gün orada, saat 10:20-dən saat 10:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı və videoçəkilişlə Şahid3 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərində olan Təqsirləndirilən şəxs təkrarən satdığı bir ədəd selofan bükümdə 2,147 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən, təkrarən istintaqa məlum olmayan mənbəədən, vaxtda və şəraitdə satış məqsədi ilə 0,511 qram narkotik vasitə olan heroini əldə edib saxlamış, Yevlax RPŞ-nın əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi Yevlax şəhəri, C.Kərimov küçəsində 219 saylı evin qarşısında küçədə polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax RPŞ-ya gətirilib, həmin gün müdafiəçinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki şalvarın sağ yan cibindən bir ədəd selofan bükümdə olan 0,511 qram narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılmaqla götürülmüşdür. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı vəsatətlə çıxış edərək bildirmişdir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman müdafiəçisi Fərhad Məmmədov olsa da, 30 avqust 2023-cü il tarixdə o, ərizə ilə müraciət edərək hüquqlarının Fərhad Məmmədov tərəfindən müdafiə edilməsindən imtina etmiş, hüquqlarının Zaur Bərxudarov tərəfindən müdafiə edilməsini xahiş etmiş və həmin tarixdən etibarən Şahid3 müdafiəçisi olmuş X21 Dəvrişovun da hüquqlarını müdafiə etməyə başlamış, Zaur Bərxudarovun iştirakı ilə Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə Şahid3lə üzləşdirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid3 narkotik vasitə satmadığını bildirdiyindən, onların mənafeləri arasında ziddiyyət olmuşdur. Beləliklə, Zaur Bərxudarov mənafeləri arasında ziddiyyət olan iki şəxsin müdafiəçisi olmuşdur. Təqsirləndirilən şəxs müdafiə hüququ pozulduğu üçün cinayət işinin məhkəmə baxışına təyin olunması qeyri-mümkündür. Ona görə də şifahi vəsatət verərək cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi, cinayət işinin baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və kobud prosessual pozuntuya yol vermiş müstəntiq X19 barədə xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Musa Sarıyev vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs vəsatətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirib, ittiham tərəfinin vəsatətini dinləyib və cinayət işinin materiallarını araşdırıb hesab edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə, saat 19:05-də CM-in 234.1-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş (İ cild, i/v 18) və Yevlax RPŞ-nın təhqiqatçısı, polis mayoru Tərxan Allahverdiyevin 29 avqust 2023cü il tarixli qərarı (İ cild, i/v 13) ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ona müdafiəçi təyin olunmuşdur. Şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan (İ cild, i/v 17) müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs vəkil Fərhad Məmmədovun ona müdafiəçi təyin edilməsinə etiraz etməmişdir. 29 avqust 2023-cü il tarixdə şübhəli şəxs kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və həmin gün ilkin izahat verərkən (İ cild, i/v 25-33) üzərindən aşkar olunmuş narkotik maddə olan heroinin özünə məxsus olduğunu, 29 avqust 2023-cü il tarixdə, saat 16-17 radələrində E.Məmmədov küçəsində yerdən tapdığını və şəxsi istifadə məqsədilə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə ərizə ilə (İ cild, i/v 54) müraciət edərək, onun hüquqlarını müdafiə etmək üçün dövlət hesabına təyin olunmuş vəkil Fərhad Məmmədovdan könüllü imtina etdiyini və hüquqlarının müdafiəsini təmin etmək məqsədilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 dövlət hesabına ona müdafiəçi təyin olunmasını xahiş etmişdir. Bu səbəbdən müstəntiq X14 30 avqust 2023-cü il tarixli (İ cild, i/v 55) qərarı ilə vəkil Fərhad Məmmədov cinayət prosesindən kənarlaşdırılmış və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil Zaur Bərxudarov dəvət edilərək 30 avqust 2023-cü il tarixdə şübhəli şəxsə müdafiəçi təyin edilmişdir. Qeyd olunanlarla yanaşı, iş materiallarından görünür ki, Yevlax RPŞ-nın müstəntiqi, polis baş leytenantı Vüsal Musazadənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 14 aprel 2023-cü il tarixli qərarı (İ cild, i/v 55) ilə Şahid1 CM-in 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin qərar təqsirləndirilən şəxsə müdafiəçi Zaur Bərxudarovun iştirakı ilə təqdim olunmuş və Şahid1 həmin gün Zaur Bərxudarovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. 14 aprel 2023-cü il tarixli dindirmə protokolundan (İ cild, i/v 72-74) görünür ki, təqsirləndirilən şəxs Şahid1 ifadəsində narkotik vasitə olan heroini 11 aprel 2023-cü il tarixdə, axşam saatlarında tanıdığı və əvvələr də narkotik vasitə aldığı Yevlax şəhəri, C.Kərimov küçəsində yaşayan “DİDİ” ləqəbli Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında sonuncuya 10 manat pul verərək aldığını bildirmişdir. 30 avqust 2023-cü il tarixli şübhəli şəxsin, 31 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokollarından (İ cild, i/v 87-89, 195-197) isə görünür ki, Təqsirləndirilən şəxs ifadəsində X9 tanıdığını, lakin 11 aprel 2023-cü il tarixdə sonuncuya narkotik vasitə satmadığını bildirir. Bundan əlavə, 31 avqust 2023-cü il tarixli (İ cild, i/v 93-94) üzləşdirmə haqqında protokoldan və ona əlavə edilmiş CD diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxsla Şahid1 arasında müdafiəçi Zaur Bərxudarovun iştirakı ilə üzləşdirmə aparılmış və bu zaman Şahid1 ifadəsində yenə də ondan aşkar edilmiş narkotik vasitə olan heroini 11 aprel 2023-cü il tarixdə, axşam saat 19 radələrində “DİDİ” ləqəbli Təqsirləndirilən şəxs 10 manata aldığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs bu dəfə də Şahid1 ondan narkotik vasitə almasını inkar etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə müdafiəçi Zaur Bərxudarovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən (İ cild, i/v 243-245, İİ cild, i/v 130-132) bildirmişdir ki, o, Şahid3 tanıyır, lakin sonuncuya 05 iyun 2023-cü il tarixdə, saat 17 radələrində 50 manat müqabilində narkotik vasitə satmamışdır. Eyni zamanda, cinayət işinin materiallarından (İ cild, i/v 215) görünür ki, Şahid3 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə Şahid3 hüquqlarını müdafiə etmək üçün Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 ona müdafiəçi təyin olunmuşdur. Şahid3 müdafiəçi Zaur Bərxudarovun iştirakı ilə ilkin izahatında da (İ cild, i/v 224-225) və 06 iyun 2023-cü il tarixdə şübhəli şəxs (İİ cild, i/v 52-53) və təqsirləndirilən şəxs kimi dindirilərkən (İ cild, i/v 233-234) ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında əvvəllər tanıdığı “DİDİ” ləqəbli Yevlax şəhəri “5-ci plan” adlanan ərazidə yaşayan Ömər adlı şəxsdən 50 manat pul qarşılığında narkotik vasitə olan heroini almışdır. Əvvəllər də bir neçə dəfə “DİDİ” ləqəbli Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin almışdır. 21 sentyabr 2023-cü tarixli üzləşdirmə protokolu (İİ cild, i/v 133-135) və ona əlavə edilmiş diskdən isə müəyyən olunur ki, ifadələr arasında ziddiyət olduğu üçün Təqsirləndirilən şəxsla Şahid3 arasında müdafiəçi Zaur Bərxudarovun iştirakı ilə üzləşdirmə aparılmış və üzləşdirmə zamanı Şahid3 Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2023-cü il tarixdə, axşam saatlarında əvvəllər tanıdığı “DİDİ” ləqəbli Yevlax şəhəri “5ci plan” adlanan ərazidə yaşayan Ömər adlı şəxsin ona 50 manat pul qarşılığında narkotik vasitə olan heroin satdığını demiş, lakin Təqsirləndirilən şəxs bunu inkar etmişdir. Beləliklə, cinayət işində olan sübutlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Yevlax şəhəri, C.Kərimov küçəsində 0,706 qram narkotik vasitə olan heroini tanışı Şahid1 10 manata, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində 0,875 qram narkotik vasitə olan heroini tanışı Şahid2 5 manata, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında isə Yevlax şəhəri, C.Kərimov küçəsində 2,147 qram narkotik vasitə olan heroini tanışı Şahid3 50 manata satmaqda, habelə qəsdən və təkrarən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə 0,511 qram narkotik vasitə olan heroini əldə edib saxlamaqda təqsirli bilinərək CM-in 234.2.2 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və ona həmin maddələrlə ittiham irəli sürülmüşdür. CM-in 234.2.2 və 234.4.3-cü maddələrilə Təqsirləndirilən şəxsla bərabər, ona qarşı ifadə vermiş və CM-in 234.1-ci maddəsilə təqsirləndirilən şəxs Şahid1 və CM-in 234.1-1-ci maddəsilə təqsirləndirilən şəxs Şahid3 də müdafiə hüquqlarını Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 həyata keçirmişdir. Göründüyü kimi, həm Şahid1, həm də Şahid3 onlardan aşkar edilmiş narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs aldıqlarını bildirsələr də, Təqsirləndirilən şəxs bunu inkar etmiş və onların mənafeləri arasında ziddiyyət yaranması aşkar bilinmişdir. Belə olan təqdirdə müdafiəçi Zaur Bərxudarov özü-özünə etiraz etməli olduğu və etiraz şərtsiz təmin edilməli olduğu halda bunu etməmiş, nəticədə cinayət prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və mənafeləri arasında ziddiyyət olan üç təqsirləndirilən şəxsə eyni bir vəkil təyin edilmişdir. CPM-in 92-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır (mad. 92.3.11). Bundan əlavə, müdafiəçiyə aşağıdakılar qadağan olunur: - müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq (mad. 92.10.1). - özbaşına müdafiədən imtina etmək və ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək, habelə təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək (mad. 92.10.3). O da nəzərə alınmalıdır ki, müdafiəçiyə, həmçinin zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və ya şahidin nümayəndəsinə etiraz onun cinayət prosesində sonrakı iştirakını istisna edən aşağıdakı hallardan hər hansı biri olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır: - qanuni mənafeyini müdafiə etdyi təqsirləndirilən və ya şübhəli şəxsin, həmçinin təmsil etdiyi zərər çəkmiş şəxs, mülki iddiaçı, yaxud mülki cavabdehin qanuni mənafeyi ilə ziddiyyət təşkil edən şəxsə hüquqi yardım göstərməsi (mad. 114.1.4). CPM-in 303.1-ci maddəsində isə göstərilmişdir ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntusu sayılır və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir (mad. 303.3.1). Məhkəmə kollegiyasının qənaətinə görə, istinad edilən prosessual hüquq normasında göstərilən kobud prosessual pozuntu elə pozuntu hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntunun başqa cür aradan qaldırılması və həmin pozuntu aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyrimümkündür. Hazırki cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı yol verilən nöqsanları qeyd edir və bildirir ki, həm milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin üzərində israrla dayandığı, heç bir halda məhdudiyyətin müəyyən edilmədiyi ən təməl hüquqlardan biri cinayət təqibi zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi, yəni onun müdafiə hüququnun pozulmamasıdır. Həm milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından müdafiə hüququ mütləq hüquq kimi bütöv bir mexanizmi xatırlatsa da, adətən təcrübədə bu hüquq iki formada (halda) təzahür edir: - Birinci halda (formada), şəxsin ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında, daha dəqiq desək ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti haqqında ətraflı məlumatlandırılmaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və şəraitə malik olmaq imkanı kimi; - İkinci halda isə şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi halda belə müdafiəçidən pulsuz istifadə etmək hüququ kimi. Hər iki halda qeyd edilən tələblərə əməl edilməsi cinayət təqibi zamanı vacib hüquqi əhəmiyyət kəsb etdiyindən, bunlardan hər hansı birinin pozulması dolayısı ilə şəxsin təməl hüququ olan müdafiə hüququnun bütövlükdə pozulmasını ehtiva edir. Müdafiə hüququ təməl hüquqlardan biri qismində çıxış etdiyindən, təsadüfi deyil ki, həmin hüququnun təmin olunmasının vacibliyi Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarında da, daha dəqiq Konvensiyanın 6-cı maddəsində, yəni ədalətli məhkəmə araşdırması hüququ çərçivəsində öz əksini tapmış, Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlarda bu hüququn nə dərəcədə əhəmiyyətli olduğu vurğulanmaqla həmin hüququn pozulması halının ümumilikdə məhkəməyədək icraat zamanı, o cümlədən məhkəmə istintaqı zamanı aparılan istintaqın etibarsızlığı üçün əsas ola biləcəyi qeyd edilmişdir. Sözügedən Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “c” yarımbəndində qeyd olunmuşdur ki, cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Göründüyü kimi, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “c” yarımbəndində əksini tapan müdafiə hüququ üç ayrıca hüququ ehtiva edir: özünü şəxsən müdafiə etmək hüququ, özünü seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə etmək hüququ və müəyyən şərtlər çərçivəsində pulsuz hüquqi yardımın təmin edilməsi hüququ. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında göstərmişdir ki, cinayət törətməkdə ittiham olunan hər hansı şəxs məhkəmə icraatının hər mərhələsində 6-cı maddənin 3(c) yarımbəndi ilə qorunmalıdır (İmbrioskia İsveçrəyə qarşı, § 37). Beləliklə, bu müdafiə hətta iş məhkəməyə göndərilməzdən əvvəl vacib ola bilər. Belə ki, bu mərhələdə 6-cı maddənin müddəalarına riayət edilməməsi nəticəsində ədalətli məhkəmə araşdırması əsaslı surətdə pozula bilər (Öcalan Türkiyəyə qarşı [BP], § 131; İmbrioskia İsveçrəyə qarşı, § 36; X15rşı, § 41). Konvensiyanın 6-cı maddəsinin 3 (c) yarımbəndinin məhkəmədən əvvəlki mərhələdə, başqa sözlə ilkin istintaq müddətində tətbiq edilmə qaydası məhkəmə icraatının xüsusiyyətlərindən və məhkəmə işinin hallarından asılıdır (X7rşı, § 45; Berlinski Polşaya qarşı, § 75). 6-cı maddə adətən təqsirləndirilən şəxsə polis tərəfindən dindirilmənin ilkin mərhələsindən etibarən hüquqşünas yardımından yararlanmağa icazə verilməsini tələb edir (X3rşı, § 63; Öcalan Türkiyəyə qarşı [BP], § 131; Salduz Türkiyəyə qarşı [BP], § 54; X8rşı, § 59; X7rşı, § 45; Dayanan Türkiyəyə qarşı, § 31). Lakin bu hüquq ciddi səbəblər olduqda məhdudlaşdırıla bilər (X3rşı, § 63; X15rşı, § 41). Hər bir məhkəmə işində sual bundan ibarət olur ki, məhkəmə icraatına bütövlükdə baxıldıqda, məhdudiyyət təqsirləndirilən şəxsi ədalətli məhkəmə araşdırmasından məhrum edibmi (X3rşı, § 63; X7rşı, § 45). Hətta ciddi səbəblər hüquqşünasa çıxış imkanının rədd edilməsinə müstəsna hal kimi bəraət qazandırdıqda belə, bu məhdudiyyət təqsirləndirilən şəxsin 6-cı maddə çərçivəsindəki hüquqlarına gərəksiz xələl gətirməməlidir (Salduz Türkiyəyə qarşı [BP], § 55). Cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir (Salduz Türkiyəyə qarşı [BP], § 51). Bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyəqədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır (Dayanan Türkiyəyə qarşı, § 31). Ümumiyyətlə, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda iştirak deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir (Lagerblom İsveçə qarşı, § 49). Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin təqsirləndirilən şəxs adlandırılan 91-ci maddəsində təqsirləndirilən şəxsin digər hüquqları ilə yanaşı müdafiə hüququ ilə təmin olunması, daha doğrusu müdafiəçi ilə təmin olunmaq hüququ, öz müdafiəsini istədiyi kimi qurmaq hüququ da öz əksini tapmış və sözügedən maddədə göstərilmişdir ki, təqsirləndirilən şəxsin həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq; müdafiəçinin yardımından pulsuz istifadə etmək; müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək; söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, həmçinin öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək və s. hüquqları vardır. Yuxarıda istinad olunan normalar, o cümlədən beynəlxalq qanunvericiliyin müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri hazırki iş üzrə tətbiq edildikdə məhkəmə kollegiyası bu qənaətə gəlir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuş, belə ki, onun müstəqil olaraq müdafiəçi seçmək, özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və onunla öz müdafiəsini istədiyi kimi qurmaq hüququ təmin olunmamışdır. Bu isə özlüyündə məhkəməyədək icraat zamanı CPM-in 303.3.1-ci maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kimi kobud qanun pozuntusunun baş verməsinə səbəb olmuşdur ki, bu halın özü kifayət edir ki, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilsin və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilsin. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, CPM-in 303.3.1-ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət mühakimə icraatının aparılması şərtləri və prinsiplərinin pozulması hesab edildiyindən, qeyd edilən hallar aradan qaldırılmadan işin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından və bu hallar məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas hesab olunduğundan, Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 18 yanvar 2024-cü il tarixdə bitir. CPM-in 306-cı maddəsindən isə görünür ki, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yevlax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və cinayət işi 28 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. CPM-in 159.7-ci və 159.7.3-cü maddələrinə əsasən, cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq ağır cinayətlər üzrə - 10 aydan artıq ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin ağır cinayətlər kateqoriyasına aid olması, əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həmçinin azadlıqda qalarsa istintaqdan yayınma riski və şahidlərə təsir göstərə bilmə ehtimalları nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir ay, yəni 18 fevral 2024-cü il tarixə kimi uzadılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299-301 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələrilə təqsirləndirilməsinə dair (istintaq nömrəsi 2********) cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 18 fevral 2024-cü il tarixə kimi uzadılsın. Kobud prosessual pozuntuya yol vermiş Yevlax RPŞ-nın müstəntiqi, polis kapitanı X19 barədə xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin icrası X4 həvalə edilsin. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-99/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-99/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver