Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-99/2025 11.02.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:55 Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Qəbələ rayonunun Əmirvan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X18 Xidmətinin Qəbələ rayon Dövlət X10 yanğınsöndürmə növbəsinin manqa komandiri vəzifəsində işləmiş, Qəbələ rayonunun Əmirvan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 01 avqust 2024-ci il tarixdə saat 15 radələrində Qəbələ şəhərinin mərkəzində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində daimi yaşadığı ünvan 2 ünvanında yerləşən evinə getdikdə arvadı Şahid2 və oğlu X8 evdə olmadıqlarını görüb onların Qəbələ rayonunun Bılıx kəndində yaşayan qayınatası X15 yaşadığı evdə olduqlarını mobil telefon əlaqəsi əsasında dəqiqləşdirdikdən sonra qayınatası Rafiq Qubatovdan mütəmadi olaraq onun ailə işlərinə müdaxilə etməsi səbəbindən qisas alıb öldürmək məqsədilə yaşadığı mənzildən soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək saat 19:34-də öz istifadəsində olan +994 51 ******* mobil telefon nömrəsindən atası Şahid1 istifadəsində olan +994 50 ******* mobil telefon nömrəsinə zəng edərək öz evində olduğunu, həyat yoldaşı və oğlunun evdə olmadığını, onların icazəsiz X13 evinə getdiklərini, bu səbəbdən əsəbləşdiyini, qayınatası Rafiq Qubatovgilə gedib onu bıçaqlayıb öldürəcəyini, bıçaqla başını kəsəcəyini demiş, daha sonra taksi avtomobili ilə Qəbələ rayonu Bılıx kəndində yerləşən X13 evinə getmiş, taksini yola saldıqdan sonra evin hasarından aşmaqla həyətə daxil olmuş, atası tərəfindən onun arvadı Şahid2 onun Bılıx kəndinə əsəbi halda gələcəyi barədə məlumatın verilməsi səbəbindən evi tərk edən ailə üzvlərinin və qayınatasının orada olmadığını gördükdən sonra həyətdə olan tikilinin içərisində gizlənərək qayınatasının və ailə üzvlərinin evlərinə qayıdıb gəlməsini gözləmiş, həmin gün saat 22 radələrində qayınatası X23, qayınanası X9, arvadı Şahid2, həmçinin övladları Şahid4, Şahid3 və X12 onun qayıdıb evə getməsini güman edib evə gəldikdə gizləndiyi tikilinin içərisindən çıxaraq qayınatasına yaxınlaşıb ona ailə üzvlərini öz evinə dəvət etməsi ilə bağlı irad bildirərək ailə işinə müdaxilə etdiyini demiş, X13 ona ailə üzvləri ilə bağlı yaranmış mübahisə və münaqişələrlə əlaqədar özünün günahkar olmasını və spirtli içki aludəçisi olmasını bildirdikdə aralarında yaranmış mübahisə zamanı qayınanası X2, arvadı Şahid2, həmçinin övladları Şahid4, Şahid3 və X8 orada bu hərəkətləri müşahidə etmələrinə baxmayaraq, onların gözü qarşısında xüsusi iztirab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik göstərib, xüsusi amansızlıq nümayiş etdirməklə, qəsdən öldürmək niyyəti ilə əvvəlcədən özü ilə götürdüyü özünə məxsus olan soyuq silah hesab edilməyən və daha əvvəl şalvarının sağ yan cibinə qoyduğu bıçağı cibindən çıxarıb sağ əlinə alaraq, bıçağın kəsici hissəsi ilə Rafiq Qubatovu qəsdən öldürmək məqsədi ilə onun bədəninin müxtəlif nahiyələrindən o, cümlədən həyati orqanlarının yerləşdiyi döş qəfəsinin ön sol və qarın nahiyəsindən, daha sonra zərbələrin təsirindən yerə yıxılmış Rafiq Qubatova yerdə uzanıqlı vəziyyətdə bədəninin digər nahiyələrindən ümumilikdə 12 dəfə bıçaq zərbələri vurmuş, Rafiq Qubatovun qışqırıqlarını eşidərək oraya yaxınlaşan qayınanası Əsmayə Qubatovanın, arvadı Şahid2, həmçinin övladları Şahid4 və Şahid3 ona aktiv müqavimət göstərib əynində olan köynəkdən tutub arxaya doğru çəkmələri və Rafiq Qubatovun hərəkətsiz olması səbəbindən onun öldüyünü düşündükdən sonra bir az arxaya çəkilmiş, bıçağı özü ilə götürüb evin həyətini tərk edərək küçəyə çıxmış, orada piyada gedərkən atası Şahid1 yenidən zəng edərək “mən keyfim istəyəni elədim, öldürdüm Rafiqi” demiş və bununla da Rafiq Qubatova iki bıçaq zərbəsi həyati orqan hesab edilən qaraciyər və döş qəfəsinin ön yuxarı sol döş sümüyü istiqamətində daxilə nüfuz edən, 10 bıçaq zərbəsi isə bədəninin müxtəlif nahiyələrindən olmaqla cəmi 12 bıçaq zərbəsi vurub ona “daxili qanaxma, qanaxmadan sonrakı şok, sol tərəfli pnevmatoraks, qaraciyərin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön yuxarı sol döş sümüyü kənarı xətt üzrə İV-V qabırğa arası hissədən döş boşluğuna və qarının sağ yuxarı orta körpücük xətti üzrə Vİİİ qabırğa arası hissədən qarın boşluğuna nüfuz edən deşilmişkəsilmiş yaraları, boynunun ön sol orta hissəsinin, döş qəfəsinin ön sağ yuxarı körpücüakaltı nahiyəsinin boşluqlara nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sağ əlin üst səthinin, sol saidin içəri aşağı 1/3-nin, sol mil bilək oynağının ön səthinin, sol saidin bayır orta 1/3-nin, sol saidin arxa yuxarı 1/3-nin, sol baldırın bayır yuxarı 1/3-nin deşilmişkəsilmiş yaraları, qarının ön divarında orta xətt üzərinin, döş qəfəsinin sol arxa qoltuqaltı xətt üzrə Vİ qabırğa səviyyəsinin və sağ qalça çuxuru nahiyəsinin kəsilmiş yaraları, döş qəfəsinin ön sağ və sol yuxarı hissəsinin, döş qəfəsinin ön sağ aşağı hissəsinin, döş sümüyünün xəncərəbənzər çıxıntı nahiyəsinin sıyrıqları kimi ümumilikdə sağlamlığa ağır zərər vurulmasına aid xəsarətlər yetirmiş, nəticədə X15 aldığı xəsarətlərdən müalicə üçün yerləşdirildiyi Qəbələ rayon Mərkəzi Xəstəxanasının PHŞ-nin reanimasiya və intensiv terapiya şöbəsində 03 avqust 2024-cü il tarixdə saat 20:30-da ölümünə səbəb olmaqla onu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, onun qayınatası Rafiq Qubatovu öldürmək niyyəti olmamışdır. O, 2003-cü il tarixdə X11 ilə ailə həyatı qurmuş, birgə nikahdan üç övladı olmuşdur. Hadisə günü o, həyat yoldaşı və oğlu ilə birlikdə kənddə yas yerində olmuşdur. Bundan sonra rayona tikinti materialı dükanına getmiş, daha sonra isə dostu ilə kafedə oturub araq və pivə içmişdir. Saat təxminən 15:00 radələrində arvadı Zümrüdə zəng edərək uşaqların evə gəlib-gəlmədiyini soruşmuşdur. Belə ki, uşaqlar iki gün əvvəl Zümrüdün xalasıgilə getmiş, o isə onların evə gəlməsini tapşırmışdır. Çünki işdə olduğundan uşaqları çox görə bilməmişdir. O, evə gələndə Zümrüdün və uşaqların evdə olmadığını görmüşdür. Zümrüdə və X17 zəng etsə də onlar onun zənginə cavab verməmişlər. Bundan sonra Zümrüdün uşaqlarla birlikdə atasıgilə getdiyini bilmiş və buna görə çox əsəbləşmiş, yenidən evdə araq içməyə başlamışdır. Həmin vaxt içkili vəziyyətdə olduğu üçün bəzi halları xatırlamasa da, istintaq zamanı ona məlum olmuşdur ki, o, həmin gün atası Şahid1 zəng edərək qayınatasını bıçaqlayacağını demişdir. O, evdən mətbəx bıçağı götürmüş və taksi sifariş verərək X13 evinə getmişdir. Evdə heç kim olmadığından hasardan aşaraq həyətə düşmüş və onların gəlməsini gözləməyə başlamışdır. Bir neçə saat sonra X13 avtomobilinin işığından onların evə gəldiyini bilmişdir. Uşaqlar avtomobildən düşərək gəlib keçmişlər, o, həmin vaxt uşaqların qarşısına çıxmamışdır. Bundan sonra o, həyətdə olan X13 və qayınanası Əsmaya Qubatovanın qarşısına çıxaraq onlarla görüşmüşdür. Həmin vaxt qayınanası onu normal qarşılasa da, qayınatası pis qarşılaşmışdır. O, qayınatasına “bizim ailə işlərimizə qarışma. Yoldaşımla aramızda nə olsa özümüz həll edərik” deyə bildirmişdir. Əvvəllər də qayınatası ilə bir neçə dəfə bu məzmunda söhbətləri olmuşdur. O və qayınatası söhbət edə-edə ev tərəfə gəlmişlər. Həmin vaxt qayınatası onun ünvanına bir neçə nalayiq ifadə işlətmiş, o da özündən asılı olmayaraq cibindəki bıçağı çıxarıb qayınatasına vurmağa başlamış və onlar hər ikisi yerə yıxılmışlar. Qayınatasına neçə bıçaq vurduğunu xatırlamır. Qayınatası Rafiq dəsmal istədikdə sanki həmin vaxt ayılaraq pis bir əməl törətdiyi başa düşərək dayanmış və daha onu vurmamışdır. Həmin vaxt Zümrüd də gələrək onun qarşısına uzanmış və “Eldəniz, daha atamı vurma!” demişdir. O da daha qayınatası Rafiqi vurmamış və həyətdən çıxıb getmişdir. Bundan sonra atası Balabəyə zəng edib hadisəni törətdiyini bildirmişdir. Daha sonra isə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək törətdiyi hadisə barədə məlumat vermişdir. Həmin vaxt postda olan polis avtomobilini görüb onların yanına gedərək “102” xidmətinə zəng edən şəxsin o olduğunu bildirmiş və bıçağı polis əməkdaşlarına təhvil verərək təslim olmuşdur. Bundan sonra onu polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, qayınatasıgilə ailəsini gətirməyə getmişdir. O, Zümrüdün və uşaqların nəyə görə X13 evinə getdiklərini bilməmiş, lakin ibtidai istintaq zamanı Zümrüd ona içkili olduğu üçün getdiklərini demişdir. Zümrüd əvvəllər də bir neçə dəfə ondan küsərək atasıgilə getmişdir. Zümrüdlə aralarında söz-söhbət əsasən onun içki içməsinə görə olmuşdur. Belə ki, o, içərkən ağzının danışığını bilmədiyindən Zümrüd onu içkili vəziyyətdə görmək istəməmişdir. Amma o, heç vaxt Zümrüdü döyməmiş, onu evdən qovmamışdır. Hadisə günü həm kafedə içmiş, həm də evdə 0,5 litr araq içmişdir. Sonuncu dəfə qayınatası Rafiq Qubatov onlara gələndə darvazanın yanında onunla uzun söhbəti olmuşdur. Əvvəllər məhkum olunmuş qayınatası Rafiq “sən bilirsən ki, mən oraları görüb gəlmiş adamam, bir də içkili gəlsən məndən incimə” deyərək onu hədələmişdir. O da qayınatasının son xəbərdarlığından sonra həmin gün yenə də içkili vəziyyətdə qayınatasıgilə gəldiyindən özünü müdafiə üçün üstündə bıçaq götürmüşdür. Qayınatasıgildə nə baş verəcəyini bilməmiş, sadəcə qayınatasının xasiyyətini bilmişdir ki, sonuncu onu yaxşı qarşılamayacaq. Onun qayınatası Rafiqi öldürmək fikri olmamış, sadəcə ailəsini evə gətirmək istəmiş, amma qayınatası nalayiq söz işlətdiyinə görə onu bıçaqla vurmuşdur. Hasardan aşandan sonra ev yiyəsini çağırmış, amma heç kim cavab verməmişdir. Həmin vaxt həyətin işığı yansa da, evin işığı yanmamışdır. O, həyətdə təxminən iki saatdan çox gözləmişdir. Hadisə vaxtı qayınatası Rafiq “yenə içib gəlmisən, alkaş?!” deyərək ona qarşı nalayiq ifadə işlətmiş, o da söyüş söydüyünə görə özündən asılı olmayaraq qayınatasını bıçaqla vurmağa başlamışdır. Həmin vaxt arvadı və uşaqları hadisə yerində olmamış, qayınanası Əsmayə Qubatovanın orada olub-olmadığını isə xatırlamır. Onlar yıxılandan sonra arvadı Zümrüd və qayınanası Əsmayə gəlmişlər. O, valideynlərini zərərçəkmiş şəxsin hüquqi varisi olan qayınanası Əsmayə Qubatova ilə barışığa göndərsə də barışıq əldə olunmamışdır. O, özü polis avtomobilinə yaxınlaşaraq polis əməkdaşlarından onlara “102” xidmətindən məlumat gəlib-gəlmədiyini soruşmuş, onlar məlumat gəldiyini bildirdikdə həmin şəxsin özü olduğunu deyərək təslim olmuşdur. Qayınatasına cəmi neçə bıçaq zərbəsi vurduğunu xatırlamır, bıçaq zərbələrindən iki-üç dənəsi dərin olmuş, qalanları çapılma olmuşdur. Onları heç kim aralamamış, qayınatası dəsmal istəyəndə özü zərbə endirməyi dayandırmışdır. Hadisə günü ailəsinin özünün getdiyini, yoxsa qayınatasının onları apardığını dəqiq bilməmiş, bunu aydınlaşdırmaq üçün onlara zəng etsə də heç kim zəngə cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, ailəsi özü çıxıb getmiş, onları qayınatası Rafiq aparmamışdır. Amma daha əvvəl elə hallar olmuşdur ki, qayınatası özü gələrək Zümrüdü və uşaqları öz evinə aparmış, aparandan sonra isə qəti surətdə qaytarmaqdan imtina etmişdir. X13 səhhəti normal olmuş, qayınatasının hər hansı ağır xəstəlikdən əziyyət çəkməsi barədə onun məlumatı olmamışdır. Qayınatası Bakıya müayinəyə gedəndə o, qayınatasına zəng etmiş, həmin vaxt qayınatası ona ciyərində soyuqlama olduğunu və bununla bağlı müalicə olunduğunu bildirmişdir. O, yalnız ibtidai istintaq zamanı qayınatasının onkoloji xəstə olduğunu bilmişdir. Qayınatası Rafiq normal insan olmuş, avtomobil idarə etmiş, həyət-bacada işləmişdir. Hadisə günü arvadı, uşaqları və qayınanası Rafiq Qubatovun idarə etdiyi avtomobillə evə gəlmişlər. Hadisə vaxtı Rafiq Qubatova bıçaq zərbələri yetirərkən sonuncu ona müqavimət göstərmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi olan qayınanası Əsmayə Qubatova ilə barışıq əldə olunmasa da, Zümrüd və uşaqları ilə barışmışdır, ailəsi hazırda ona məxsus evdə yaşayır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında bir sıra ziddiyyətli məqamlar olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 19 ildir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X18 Xidmətinin Qəbələ rayon X18 hissəsində manqa komandiri vəzifəsində işləyir. Qubatov Rafiq qohumu olmaqla onun qayınatası olmuşdur. Belə ki o, 2003-cü il tarixdə X11 Yaralıyeva ilə ailə həyatı qurmuşdur. Arvadı Şahid2 ilə birgə nikahından 3 övladı olmuşdur. Qızı Yaqut 2004, qızı Sima 2005, oğlu Ömər 2011-ci il təvəllüdlüdürlər. Təxminən iki ilə yaxın müddətdir ki qayınatası Rafiq Qubatov ilə münasibəti yaxşı olmamışdır. Buna səbəb sonuncunun onun ailə daxili məsələlərinə qarışması olmuşdur. Belə ki, o özü son vaxtlar spirtli içki aludəçisi olduğu üçün arvadı Zümrüd ilə aralarında ailə münaqişəsi baş verdiyindən qayınatası X27 və uşaqları onun yaşadığı evdən arabir öz evinə aparmışdır. Lakin ailəsinin dağılmaması üçün təkrar arvadı Zümrüdlə barışmış və bir yerdə yaşamağa davam etmişlər. Hadisə haqqıda onu deyə bilər ki, onun iş yeri Qəbələ Beynəlxalq hava limanında olan nəzarət postu olmuşdur. O, 31 iyul 2024-cü il tarixdə saat 09 radələrində həmin nəzarət postuna xidmətə getmiş, 01 avqust 2024-cü il tarixdə postu təhvil verib saat 10-da evə gəlmişdir. Bu zaman arvadı və oğlu Ömər evdə olmuş, ancaq qızları Sima və Yaqut Nohurqışlaq kəndində yaşayan arvadı Zümrüdün xalası oğlu Kamrangilə getmişlər. O, əynini dəyişib iş yoldaşı X14 qonşusu Saslan kişinin yas yerinə getmiş, saat 13 radələrində geri qayıtdıqda evə gəlib yemək yemişdir. Sonra o, usta işləyən dostu Ramil ilə birlikdə tikinti materialı dükanına gedib bir neçə əşya ilə maraqlanmışdır. Həmin tarixdə saat təxminən 14 radələrində Qəbələ şəhərinin mərkəzində olan “Sağlamlıq” adlı kafedə Ramil adlı tanışı ilə hərəsinə bir bakal pivə və 200 qram araq içmişlər. Bundan sonra Ramil çıxıb evinə getmişdir. O isə yenidən özü üçün orada 300 qrama yaxın araq içmişdir. Saat təxminən 17 radələrində oradan çıxıb yaşadığı evə gəlmiş, evə gələrkən arvadı Zümrüdün və uşaqlarının yaşadıqları evdə olmadığını görmüşdür. Buna görə arvadı Zümrüdə, qızı Yaquta və eləcə də qayınatası Rafiqə zəng vurmuş, lakin onlar telefonu açmayaraq cavab verməmişlər. Başa düşmüşdür ki, yenə də qayınatası Rafiq Qubatov onun evinə gələrək arvadı və uşaqlarını öz evinə aparmışdır. Yaşadığı evdə özü tək 500 qrama yaxın araq içdikdən sonra ailə və uşaqlarının nə səbəbə evdən çıxıb getməsini aydınlaşdırmaq üçün Qəbələ rayonunun Bılıx kəndində yaşayan X13 yaşadığı evə getmək qərarına gəlmişdir. Yaşadığı evdən çıxarkən evdən dəstəyi qara rəngli və qırıq formada olan məişət təyinatlı bıçağı özü ilə götürüb əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Evdən çıxıb taksi fəaliyyəti ilə məşğul olan İstək adlı tanışına telefonla zəng vurub onu evə çağırmış və onun idarə etdiyi “Mercedes Benz” minik markalı dövlət nömrə nişanını bilmədiyi avtomobilinə minib X13 yaşadığı Bılıx kəndinə getmişdir. İstək onu düşürüb geri qayıtmışdır. O, qayınatası Rafiqin yaşadığı evin həyətinin qarşısına gəlmiş və giriş qapısının bağlı olduğunu görmüşdür. Buna görə hasardan həyətə tərəf tullanıb irəliyə getmiş, onları səsləmiş, lakin çağırışına heç kim cavab verməmişdir. Evin işıqları da sönülü olmuş, ancaq həyətdəki tək talvarın işığı yanmışdır. Bilmişdir ki, evdə heç kim yoxdur. Təxminən bir saat yarıma kimi qayınatası Rafiqin həyətində onların gəlməsini gözləmişdir. Saat təxminən 22 radələrində qayınatası Rafiq, qayınanası Əsmayə, arvadı Zümrüd, uşaqları Yaqut, Sima və Ömər evə gəlmişlər. O, onları görüb qapıya tərəf gedərək onlara salam verib yaxınlaşmışdır. Sonra qayınatası ilə söhbət edə-edə evin qarşısına gəlmişlər. O, qayınatası Rafiqdən ailəsi və uşaqlarının nə səbəbə evindən onlara gəlməsini soruşduqda, qayınatası Rafiq ona kobud cavab verərək nə səbəbə içki içib həyətinə gəldiyini, çıxıb getməyini dedikdə bundan əsəbləşmişdir. X28 üzərinə gedib əynindəki şalvarın sağ cibinə qoyduğu bıçağı çıxarıb, həmin bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 5-6 dəfə zərbə vurmuşdur. Vurduğu bıçaq zərbələri qayınatası Rafiqə dəyərək ona xəsarətlər yetirmişdir. Zərbədən o yerə yıxılaraq bədənindən qan axmağa başlamışdır. Bıçaq sağ əlində olmuşdur. Qayınatası yerə yıxıldıqdan sonra özü də yerə yıxılmış və yerdə də onu vurmağa davam etmişdir. Bunu görən qayınanası və eləcə də ailə və uşaqları qışqırışmağa və əynində olan köynəyindən tutub dartmağa, onları aralamağa başlamışlar. Bu zaman köynəyi əynindən cırılıb çıxmışdır. O, qayınatası Rafiqdən ayrılaraq onun həyətindən çıxıb hadisə barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub məlumat vermişdir. Daha sonra piyada irəliyə gəldikdə Bılıx kəndi kəndi ərazisində xidmət aparan Post Patrul Xidmətinin polis əməkdaşlarını görüb onlara yaxınlaşaraq törətdiyi hadisəni onlara bildirib qayınatası Rafiqə xəsarət yetirdiyi bıçağı təqdim etmişdir. Az keçmiş olduğu yerə Qəbələ rayon Polis Şöbəsinin növbətçi hissəsinin avtomobili ilə polis əməkdaşları gəlib onu oradan Qəbələ rayon Polis Şöbəsinə gətirmişlər. X17 xəsarət yetirdiyi bıçağı o, evdən özü ilə götürmüş və hadisə yerinə gələrkən bıçaq üzərində olmuşdur. Məqsədi həmin bıçağı hər hala qarşı üzərində götürmək olmuşdur. Qayınatası Rafiq ona kobud cavab verdiyindən, həm də sərxoş olduğu üçün bundan əsəbi olaraq onu bıçaqla vuraraq xəsarətlər yetirmişdir. Onu öldürmək istəməmişdir. Hadisə vaxtı qayınatası Rafiq ona heç bir xəsarət yetirməmişdir. Rafiq Qubatova neçə dəfə xəsarət yetirdiyini dəqiq xatırlamır. Hadisə vaxtı övladının, nəvələrinin və arvadının gözü qarşısında Rafiq Qubatova xəsarət yetirdiyini dərk etmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirir (cild 2, iş vərəqə 154-159). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 göstərdi ki, hadisə axşam saat təxminən 22 radələrində baş vermişdir. Evə gələndə kürəkəni Eldənizin qəflətən həyətdə onun qarşısına çıxdığını görüb qorxmuşdur. Eldənizin bıçaqla gəldiyini görüb uşaqları dalan tərəfə göndərmişdir. Kürəkəni Eldəniz və əri Rafiq bir-birilərini söyməyə başlamışlar. Həmin vaxt Eldəniz bıçaqla X34un boyun nahiyəsindən zərbə endirmiş və əri yerə yıxılmışdır. Bundan sonra Eldəniz Rafiqi dayanmadan bıçaqlamağa başlamışdır. Eldəniz Rafiqi bıçaqladıqca o, “Eldəniz vurma” deyərək dayanmadan qışqırıb haray salmağa başlamış, arxa tərəfdən Eldənizi tutaraq onu dartmış, amma gücü çatmadığına görə yerə yıxılmış, oradakı gül topasından tutaraq ayağa qalxmışdır. Onun qışqırığına hər kəs ora toplaşmışdır. Eldəniz əri Rafiqi onun gözü qarşısında bıçaqlamış, sonra isə çıxıb getmişdir. Rafiqdən xeyli qan tökülmüş, onun özünün də üst-başı, ayaqqabıları qan içində olmuşdur. Rafiqi birtəhər qonşunun avtomobili ilə xəstəxanaya çatdırmışlar. Həkim cərrahlar Rafiqin cəmi 10 faiz qanı qaldığını deyərək onu əməliyyat etmək istəməmişlər, amma o, əri Rafiqin ölməməsi üçün onun əməliyyat olunmasını təkid etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi, hadisə vaxtı o, orada olmuş, Eldəniz əli bıçaqlı gəldiyinə görə qorxudan uşaqları arxa tərəfə qaçırmışdır. O, “Eldəniz vurma” deyərək qışqırarkən Eldəniz öz aləmində olmuş, onun qışqırmasına, harayına əhəmiyyət verməyərək Rafiqi söyə-söyə bıçaqlamağa davam etmiş, Rafiqin atasına, anasına söymüşdür. Rafiqin səhhəti yaxşı olmuş, sadəcə ağciyərində balaca ləkə olduğuna görə arabir Bakıya gedərək müalicə almışdır. Hadisə vaxtı uşaqlar evin içində yox həyətdə olmuşlar, onun qışqırığına gəlmişlər. Eldəniz gedəndən sonra o, Rafiqdən nə baş verdiyini soruşduqda sonuncu “məni doğradı” deyə cavab vermişdir. Qızı Zümrüd və nəvələri hazırda onun evində yox, öz evlərində, yəni Eldənizlə birlikdə yaşadıqları evdə yaşayırlar. O, Eldənizi həmişə çox istəmiş, onun və əri Rafiqin Eldənizlə münasibətləri yaxşı olmuşdur. Rafiq heç vaxt Eldənizin ailə işlərinə qarışmamış, sadəcə olaraq Eldənizə az içməsini demişdir. Həmin günü qızı Zümrüd və nəvələri Eldənizin qorxusundan onlara gəlmişlər. Çünki həmin gün Eldəniz içkili olmuş, içkili olanda evdə dava-dalaş salmışdır. Onlar həmin gün Eldənizin gələcəyini bildikləri üçün birlikdə Sileyli kəndinə getmişlər ki, Eldəniz evə gəlib dava salmasın. Hadisə vaxtı, X22 aralamağa çalışmış, atasının üzərinə uzanaraq “Eldəniz eləmə, məni vur onu vurma” demişdir. Zümrüd gələndən sonra Eldəniz Rafiqi vurmamışdır. Böyük nəvəsi də gəlib babasının üzərinə yıxılmışdır. X34 özünü müstəqil olaraq idarə etmək iqtidarında olmuş, heç bir ağır xəstəlikdən əziyyət çəkməmiş, sadəcə ağciyərində balaca ləkə olduğu üçün bununla bağlı Bakı şəhərinə gedib 5 dəfə kimyaterapiya olunmuş, müalicəsi yaxşı getmiş, özünü yaxşı hiss etmişdir. Rafiq Qubatovun ürəyi sağlam olmuş, heç vaxt ürəyindən şikayət etməmişdir. Rafiq əvvəllər ürəyini yoxlatdırsa da onun ürəyində heç bir problem olmamışdır. Rafiq Qubatovun normal həyat tərzi olmuş, hər işin öhdəsindən gəlmiş, məhəllədə və həyətyanı sahədə əkin işləri ilə məşğul olmuş, əkin sahəsində traktor sürmüş, ev üçün bazarlıq etmiş, yataq xəstəsi olmamış, əsa ilə gəzməmiş, heç bir fiziki qüsuru olmamış, avtomobil idarə etmiş, hadisə günü də evə onun idarə etdiyi avtomobillə gəlmişlər. Rafiq hər kəs kimi normal insan olmuş, köməksiz vəziyyətdə olmamışdır. Rafiq Qubatov hadisə günü Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanarkən ona əlləri ilə müqavimət göstərmiş, buna görə də əlləri kəsikkəsik olmuşdur. Eldəniz Yaraliyevi bağışlamır, ondan şikayətçidir və onun cəzasını çəkməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Rafiq qızı göstərdi ki, o əvvəllər bir neçə dəfə həyat yoldaşı Təqsirləndirilən şəxs küsərək atasıgilə getmiş, sonra Eldəniz zəng etmiş, onlar danışıb barışmışlar və o, yoldaşının yanına qayıtmışdır. Hadisə günü yenə atasıgilə getmişdir. O, Eldənizin atasını bıçaqlamasını görməmişdir. O, hadisə yerinə gələndə atası yerə yıxılmış, Eldəniz isə donub qalmışdır. Həmin vaxt atası Rafiq onlardan dəsmal gətirmələrini istəmişdir. Şahid2 Rafiq qızı məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, Eldəniz təxminən 10-15 dəqiqə sonra çıxıb getmişdir. Hadisə günü uşaqları və valideynləri ilə birlikdə atası Rafiqin idarə etdiyi avtomobillə evə gəlmişlər. Onlar həyətə girəndə Eldəniz həyətdə olmamışdır. Onlar dalanda oturduqları vaxt Eldəniz qapıdan gəlmişdir. O, Eldənizin atasını bıçaqla vurmasını görməmiş, atasının qışqırıq səsini eşidib hadisə yerinə gəlmişdir. Onlar atasının bıçaqlandığı həyətdə olsalar da həyətin digər tərəfində olduqlarından hadisəni görməmişlər. O, qışqıraraq atasının üstünə yıxılmış, Eldəniz də həmin vaxt çıxıb getmişdir. Atası Rafiqlə əri Eldənizin mübahisə etməsini görməmişdir. Eldənizin atası Rafiqə onun ailə işlərinə qarışmamasına dair nəsə deməsini eşitməmişdir. Eldənizi həyətdə görmüş, amma küsülü olduğu üçün onunla danışmasın deyə həyətin o biri tərəfinə getmişdir. O, uşaqlarla birlikdə evin arxa tərəfinə keçmiş, anası Əsmayə isə hadisə yerində qalmışdır. Evin arxa tərəfinə keçəndən təxminən 5-10 dəqiqə sonra qışqırıq səsi eşitmişdir. O, atasının üstünə yıxılanda yoldaşı donub qalmışdır. Böyük qızı Yaqut polisə zəng etmişdir. Polisə zəng olunanda Eldəniz artıq çıxıb getmişdir. Hadisəni təkcə anası Əsmayə görmüşdür. Eldəniz həmişə içki içib onları incitmişdir. Eldəniz həmin gün də içkili olduğu üçün o, uşaqlarla birlikdə atasıgilə getmişdir ki, Eldəniz evdə münaqişə yaratmasın. Eldənizin onun atası Rafiqlə münasibəti həmişə yaxşı olmuş, birbirilərini çox istəmişlər. Eldənizin işlə bağlı problemləri olmuş, buna görə qədərini bilmədən çox içmiş, içəndə də özünü idarə edə bilməmişdir. X29 içməsinə görə ona irad tutmuş, qaydasında içməsini demişdir. Hadisə günü onlar Eldənizin qorxusunda Sileyli kəndinə getmişlər. Atası Rafiq onların ailə işlərinə qarışmamış, özü ailəsində nəsə bir problem olanda atasına zəng edərək bu barədə məlumat vermiş və gəlib onları aparmasını demişdir. İbtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunmuş ifadəsinin, eləcə də Təqsirləndirilən şəxslə aralarında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı verdiyi ifadəsinin hadisəni görməsi ilə bağlı hissəsini təsdiq etmir. İfadəsinin altındakı əlyazma və imza ona məxsusdur, amma o, elə ifadə verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini dəyişərək məhkəmədə bu cür ifadə verməsi üçün heç kim ona təsir etməmişdir. Hazırda əri Eldənizlə müasibəti normaldır, onu bağışlamışdır, uşaqları ilə birlikdə Eldənizin evində yaşayır. Hadisədən əvvəl qayınatası Balabəy onlara zəng edərək Eldənizin atası Rafiqi öldürməyə gəlməsi barədə heç nə deməmiş, o özü hadisədən sonra qayınatası Balabəyə zəng edərək Eldənizin törətdiyi əməl barədə ona məlumat vermişdir. Şahid1 məhkəmədə ifadə verdikdən sonra Şahid2 qayınatası Balabəyin doğru ifadə verdiyini, hadisə günü qayınatasının onlara zəng edərək əri Eldənizin atası Rafiqə öldürməyə gəlməsi barədə onlara məlumat verdiyini, onların da Eldənizin qorxusundan Sileyli kəndinə getdiklərini bildirmişdir. Şahid2 Rafiq qızının məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında bir sıra ziddiyyətli məqamlar olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid2 Rafiq qızı ibtidai istintaq zamanı verdiyi həmin ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onunla 2003-cü il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan Yaqut, Sima və Ömər adlı üç övladı olmuşdur. Əri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X18 Xidmətinin Qəbələ rayon X18 hissəsində işləmişdir. Eldəniz spirtli içki aludəçisi olduğu üçün tez-tez ailədə ailə münaqişələri yaratmışdır. Buna görə o, məcbur qaydada uşaqlarını götürüb Qəbələ rayonunun Bılıx kəndində yaşayan atası Rafiq Qubatovun evinə getmişdir. 30 iyul 2024-cü il tarixdə qızları Yaqut və Sima Qəbələ rayon Nohurqışlaq kəndində yaşayan xalası oğlu Kamrangilə qonaq getmişlər. O, isə oğlu Ömər ilə öz evlərində qalmışdır. 01 avqust 2024-cü il tarixdə əri Təqsirləndirilən şəxs saat 11 radələrində işdən evə gəlmişdir. Evə gəldikdən sonra işinin olduğunu deyərək evdən çıxmışdır. Saat təxminən 15 radələrində Eldəniz ona zəng edərək övladları Yaqut və Simaya zəng etməsini, onların Kamrangildə qalmayaraq evə gəlməsini bildirmişdir. Həmin vaxt ərinin içkili olduğunu başa düşmüşdür. Buna görə ona “yaxşı zəng vurub bu barədə onlara deyərəm” deyə bildirmişdir. Bu səbəbdən Eldənizin evə gələrək evdə münaqişə yaradacağını düşünüb qızı Yaquta zəng edərək özü Kamrangilə gəlib qızlarını götürüb Bılıx kəndinə atası Rafiqgilə gedəcəyini demişdir. Kamran Sima və Yaqutu Qəbələ şəhərinə gətirmiş, oğlu Ömər ilə evdən çıxıb Qəbələ şəhərində Kamranın avtomobili ilə Bılıx kəndinə atası Rafiqin evinə getmişdir. Rafiqin evinə gəldikdən sonra atası Rafiq, anası Əsmayə və uşaqları ilə birlikdə evdən çıxıb qonşu Sileyli kəndinə tərəf getmişlər ki, Eldəniz atası Rafiqgilə gəlib münaqişə yaratmasın. Axşam saat təxminən 22 radələrində birlikdə yenidən atası Rafiqin həyətinə gəlmişlər. Həyətə daxil olduqda əri Təqsirləndirilən şəxs həyətdə olduğunu görmüşdür. Eldəniz atası Rafiqə “sən mənim ailə işlərimə qarışıb nə səbəbə ailəmi dağıdırsan” kimi sözlər demişdir. Cavab olaraq Rafiq Eldənizə heç nə etmədiyini bildirməklə onun içki aludəçisi olduğunu və ailəsini özünün dağıtdığını bildirmişdir. Həmin vaxt evin qarşısında Eldəniz atası Rafiqin üzərinə əlində bıçaq hücum çəkərək ona həmin bıçaqla zərbələr vurmağa başlamışdır. Zərbələrdən atası Rafiq yerə yıxılmış və onun üstbaşının qana bulaşdığını görüb Eldənizi atası Rafiqdən ayırmaq üçün araya girmiş, həmin vaxt Rafiqin üzərinə yıxılmışdır ki, Eldəniz atasını yox onu vursun. Bu an Eldəniz onun saçından tutub dartmış, həmin vaxt qızı Sima atasının qolundan yapışıb onu Eldənizin əlindən almışdır. Bundan sonra Eldəniz əlində olan bıçaqla həyətdən çıxaraq oradan uzaqlaşmışdır. O, Eldənizin üstünə gedərək anası Əsmayə ilə birlikdə onu atasından uzaqlaşdırmaq istəyəndə dartıb onun köynəyini cırmışdır. Eldəniz gedəndən sonra qonşuları çağırmışlar, qonşu Şərafəddin doktorun köməyi ilə atasını xəstəxanaya aparmışlar. Atası iki gün reanimasiyada qaldıqdan sonra ölmüşdür. Atası xəstəxanada olarkən o, Eldəniz onlarda qalan köynəyini yandırmışdır. Qaranlıq olduğundan tam dəqiq bilmir, lakin zənn edir ki, Eldəniz atasına 10-12 bıçaq zərbəsi vurmuşdur. Eldəniz öz atasına zəng edib demişdir ki, onun atasını öldürməyə gəlir. Gəlib dediyini etdikdən sonra atasına zəng etmişdir ki, “ata öldürdüm Rafiqi, deşik-deşik etmişəm”. Eldəniz atasını öldürmək üçün gəlmiş və bunu da edib getmişdir. Əri Eldəniz hadisə zamanı ona qarşı heç bir fiziki zor tətbiq etməmiş və bıçaqla xəsarət yetirməmişdir (cild 1, iş vərəqə 53-55,156- 160). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, hadisə məkanında olsa da hadisə anında olmamışdır. Hadisə günü babası Rafiqin avtomobili ilə evə gəlmişlər, həmin vaxt həyətdə atası Eldənizi görməmişdir. Onlar anası birlikdə ev tərəfə keçmişlər. Atası ilə babasının danışığını eşitmişlər. Səs-küyə hadisə yerinə gələndə atası Eldəniz artıq gedirdi. Yəni o, bıçaqlanma anını görməmişdir. Şahid4 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, o, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, eyni zamanda “103” xidmətinə zəng edərək təcili tibbi yardım çağırmışdı. Atası ilə münasibətləri yaxşı olmuşdur. Atasının babasını niyə öldürdüyü barədə heç bir fikri yoxdur. Həmin gün atası içkili olduğu üçün onlar qorxularından babası Rafiqgilə getmişlər. Qorxmalarının səbəbi odur ki, keçən il də belə bir şey yaşanmışdır. Keçən il nə yaşandığını demək istəmir. Atası Eldənizin babası Rafiqi bıçaqla vurmasını görmədiyi halda nəyə görə ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunmuş ifadəsində “...atam Eldəniz babam Rafiqin üzərinə əlində bıçaq hücum çəkərək ona həmin bıçaqla zərbələr vurmağa başladı. Zərbələrdən babam Rafiq yerə yıxıldı... Bunu görərək biz qışqırmağa başladıq. Anam Zümrüd, nənəm Əsmayə araya girib atam Eldənizi babam Rafiqdən kənarlaşdırdılar...” və sair deməsinin səbəbini bilmir. İfadəsinin altındakı “ifadəmi oxudum, düzgün yazılıb, əlavəm yoxdur, düzgünlüyünu imzamla təsdiq edirəm” əlyazması və imza ona məxsusdur, amma ifadəsini hadisəni görməsi ilə bağlı hissədə təsdiq etmir. Məhkəmədə ifadəsini dəyişərək bu cür ifadə verməsi üçün heç kim ona istiqamət verməmişdir. Onlar hamısı birlikdə atasının qorxusundan Süleyli kəndinə getmişlər. Onlar hadisə günü digər babası Balabəyə zəng edərək babası Rafiqgilə gəldiklərini demişlər, amma həmin gün babası Balabəy onlara zəng edib atası Eldənizin bıçaq götürüb babası Rafiqi öldürməyə gəlməsi barədə heç nə deməmişdir. Şahid1 məhkəmədə ifadə verdikdən sonra Şahid4 babası Balabəyin doğru ifadə verdiyini, hadisə günü babası Balabəy onlara zəng edərək atası Eldənizin babası Rafiqi öldürməyə gəlməsi barədə onlara məlumat verdiyini, onların da atasının qorxusundan Sileyli kəndinə getdiklərini bildirmişdir. Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında bəzi ziddiyyətli məqamlar olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. O anası Şahid2 ilə 2003-cü ildə ailə həyatı qurmuş, həmin nikahdan 2004-cü ildə o, 2005-ci ildə bacısı Sima, 2011-ci ildə isə qardaşı Ömər anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X18 Xidmətinin Qəbələ rayon X18 hissəsində işləmişdir. O, spirtli içkiyə meyilli olduğu üçün tez-tez ailələrində münaqişələr yaranmışdır. Buna görə onlar arabir məcbur olub yaşadıqları evdən çıxıb Qəbələ rayon Bılıx kəndində yaşayan ana babası Rafiqin evinə getmişlər. Hətta münaqişə baş verəndə onlar babaları Rafiqə zəng vurub bu barədə məlumat verdikdə o özü evə gəlib onları öz evinə aparmışdır. 30 iyul 2024-cü il tarixdə o, bacısı Sima ilə birlikdə Qəbələ rayonunun Nohurqışlaq kəndində yaşayan anası Zümrüdün xalası oğlu Kamrangilə bir neçə günlük qonaq getmişlər. Bundan atası Təqsirləndirilən şəxs xəbəri və məlumatı olmuşdur. 01 avqust 2024-cü il tarixdə saat təxminən 17 radələrində atası Eldəniz istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurub kobud danışaraq evlərinə gəlmələrini demişdir. O atasının danışığından hiss etmişdir ki atası sərxoşdur. Ardınca anası Zümrüd zəng vuraraq onlara evə gəlmələrini bildirmişdir. Bu məsələyə görə bilmişlər ki, öz evlərinə getsələr atası Eldəniz onlarla münaqişə yaradacaqdır. Buna görə qərara gəlmişlər ki, Qəbələ rayonunun Bılıx kəndinə babası Rafiq Qubatovun evinə getsinlər. Buna görə bacısı Sima ilə Kamrana məxsus markasını və dövlət nömrə nişanını bilmədiyi avtomobillə Qəbələ şəhərinə gəlib anası Zümrüd və qardaşı Ömər ilə görüşərək Kamranın idarə etdiyi avtomobillə Bılıx kəndinə babası Rafiqin həyətinə gəlmişlər. Sonra babası Balabəy anası Zümrüdə onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurub atasının babasını öldürmək üçün olduqları Blıx kəndindəki babasının evinə gələcəyini demişdir. Onlar da babası Rafiqgilə gəldikdən sonra atası Eldənizin babası Rafiqin həyətinə gəlib münaqişə yaradacağından ehtiyat edərək hamısı evdən çıxıb qonşu kənd Sileyli kəndinə tərəf getmişlər ki, atası Eldəniz oraya gəlib münaqişə yaratmasın. Bir necə saat ərzində orada gəzişdikdən sonra axşam saat təxminən 22 radələrində onlar birlikdə yenidən babası Rafiqin həyətinə qayıtmışlar. Həyətə daxil olduqda atasının həyətdə olmadığını görmüşlər. Bu zaman babası ilə nənəsi tövlə tərəfə getmiş, həmin anda atası tövlənin içində olan samanın üstündən düşüb babasına tərəf gəlmişdir. Atası Eldəniz babası Rafiqə “sən mənim ailəmin işlərinə qarışıb nə səbəbə ailəmi dağıdırsan” demiş. Babası Rafiq isə atası Eldənizə “mən heç nə eləmirəm, sən içki aludəçisisən ailəni özün dağıdırsan” cavabını vermişdir. Bu zaman atası Eldəniz babası Rafiqin üzərinə əlində olan bıçaqla hücum çəkərək ona həmin bıçaqla zərbələr vurmağa başlamışdır. Zərbələrdən babası Rafiq yerə yıxılmış və onun üst-başı qana bulaşmışdır. Bunu görərək onlar qışqırmağa başlamışlar. Anası Zümrüd və nənəsi Əsmayə araya girib atası Eldənizi babası Rafiqdən kənarlaşdırmışlar. Həmin anda bacısı Sima da məsələyə müdaxilə edib atasının üstünə getmişdir. Sonra atası babasının öldüyündən əmin olub çıxıb getmiş, yəni bıçaq əlində darvazadan çölə çıxmışdır. Həmin münaqişə zamanı atasının köynəyi də cırılmış, belə ki onun köynəyi babası uzanan yerdə olmuşdur. Hadisədən sonra babası Rafiq hərəkətsiz qalmışdır. Atası hadisə yerini tərk edərkən babasının sağ qaldığını bilməmişdir. Sonra babası səs çıxarmış, onlar babasına “səbirli ol” dedikdə “yaxşı” cavabını vermişdir. Sonra qonşu Şərafəddin adlı həkimi çağırıb kömək istəmişlər. Davamında isə Şərafəddin həkimin maşını ilə babası Rafiqi Qəbələ şəhərinə həkimə aparmışlar. İki gün sonra isə babası müalicə aldığı xəstəxanada vəfat etmişdir. Hadisə zamanı atası Təqsirləndirilən şəxs babası Rafiq Qubatova ən azı 7-8 dənə bıçaq zərbələri vurmuşdur. Atası hadisə zamanı ona qarşı heç bir fiziki zor tətbiq etməmiş və bıçaqla xəsarət yetirməmişdir. Atası Təqsirləndirilən şəxs babası Rafiqə xəsarət yetirməkdə niyyəti onu öldürmək olmuşdur. Atası Eldəniz hadisədən əvvəl babası Balabəyə zəng edərək babası Rafiqi öldürməyə gəldiyini bildirmişdir. Atası gəlmiş və dediyini də edib atasına zəng edərək “ata öldürdüm Rafiqi, deşik-deşik etmişəm” demişdir. Hadisə zamanı orada o, bacısı Sima, qardaşı Ömər, anası Zümrüd, nənəsi Əsmayə, atası Eldəniz və babası Rafiq olmuşdur (cild 1, iş vərəqə 212-215). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 şahidlər anası Şahid2 Rafiq qızının və bacısı Şahid4 məhkəmədə verdikləri ifadələri ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmiş, atasının babasını bıçaqladığı anı görmədiyini, onlar hadisə yerinə gələndə atasının babasını vurmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini hadisəni görməsi ilə bağlı hissədə təsdiq etmədiyini, atası Eldənizi çox istədiyini, onu bağışladığını, babası Rafiqin ürəyində problem olması barədə heç bir məlumatının olmadığını, babasının təsərrüfat işləri ilə məşğul olduğunu, anası Zümrüdə, bacısı Yaquta və ona ibtidai istintaq zamanı verdikləri ifadələrini dəyişərək məhkəmədə hadisəni görməmələrinə dair ifadə vermələri üçün onlara heç bir təsir olunmadığını, hadisəni görübgörmələrinin hansı hüquqi əhəmiyyət daşıdığını bilmədiyini bildirmişdir. Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında bəzi ziddiyyətli məqamlar olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində anası Şahid2 Rafiq qızının və bacısı Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə oxşar məzmunlu ifadə verərək hadisəni gördüyünü etiraf etmişdir (cild 1, 206-209). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə eyni məzmunlu ifadə verərək göstərdi ki, oğlu Təqsirləndirilən şəxs Qəbələ rayon Bılıx kənd sakini X11 ilə ailə həyatı qurmuş, onların birgə nikahından 3 övladı olmuşdur. Eldəniz ailəsi ilə birlikdə ünvan 2 ünvanında yerləşən evdə yaşamış, 19 ilə yaxın müddətdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qəbələ rayon Dövlət X10 yanğınsöndürmə növbəsinin manqa komandiri vəzifəsində işləmişdir. Eldəniz spirtli içki düşkünü olmuşdur. 01 avqust 2024-cü il tarixdə səhər saat 11 radələrində Eldəniz yoldaşı Zümrüd və oğlu ilə birlikdə yaşadıqları kəndə qonşuluqda yerləşən yas mərasiminə, yas yerindən sonra isə onlara gəlmişlər, təxminən 1 saat sonra çıxıb getmişlər. Həmin gün saat 19:30 radələrində Eldəniz ona zəng edərək evdə olduğunu, yoldaşı Zümrüdün və oğlunun evdə olmadığını, icazəsiz X13 evinə getdiklərini, buna əsəbləşdiyini bildirməklə qayınatasıgilə gedib onun bıçaqlayacağını, bıçaqla başını kəsəcəyini və öldürəcəyini bildirmişdir. O, nə etsə də Eldənizi sakitləşdirə bilməmişdir. Eldəniz ona bıçaq götürüb Bılıx kəndinə qayınatasıgilə gedəcəyini demişdir. O da təcili ya nəvəsi Yaquta, ya da gəlini Zümrüdə zəng edərək Eldənizin oraya gəldiyini bildirmişdir. Bundan sonra axşam saat 22:10 radələrində Eldəniz ona təkrar zəng edərək “mən kefim istəyəni elədim, öldürdüm Rafiqi” demişdir. Bir dəqiqə sonra gəlini Zümrüd ona zəng edərək Eldənizin atası Rafiqi öldürdüyünü bildirmişdir. O, təcili oraya getmiş və öyrənmişdir ki, Rafiqi maşınla xəstəxanaya aparmışlar. Buna görə xəstəxanaya getmiş və Rafiqin vəziyyətinin pis olduğunu öyrənmişdir. Daha sonra isə Rafiq xəstəxanada ölmüşdür. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, axşam üstü Yaquta zəng elədikdə sonuncu “ata içib, biz getmək istəmirik” demiş, o isə “evə getsəniz yaxşıdır” demişdir. Gəlini Zümrüdə zəng etdikdə sonuncu “atamgildəyik, Eldəniz içib, nəsə olar birdən” deyə bildirmişdir. O, Zümrüddən atasıgilə getmək üçün Eldənizdən icazə alıbalmadığını soruşmuş, Zümrüd də icazə almadığını bildirmişdir. O, Zümrüdə “imkan olsa icazə al, özün də evə qayıt, Eldəniz evdə təkdir” demişdir. Bir neçə saatdan sonra Zümrüd ona zəng edərək hadisə barədə məlumat vermiş və təcili gəlməsini istəmişdir. O, gedəndə artıq Rafiq Qubatovu xəstəxanaya aparmışlar, buna görə o da xəstəxanaya getmişdir. Rafiq Qubatov onlar üçün əziz adam olmuş, onlar həmişə mehriban olmuşlar. Onlar xəstəxanaya, yas yerinə getmişlər, imkanları daxilində az da olsa yas xərclərini qarşılamışlar. Hadisə Zümrüd və uşaqlar Eldənizi evdə tək qoyub Rafiqgilə getdiklərinə görə baş vermişdir. Eldənizin qayınatası ilə münasibəti yaxşı olmuş, mehriban olmuşlar, qayınatasıgil Eldənizin xətrini öz uşaqları kimi çox istəmişdir. Eldəniz hadisədən əvvəl ona zəng edərək ailəsinin Rafiqgilə getdiyini, Rafiqi qətlə yetirəcəyini bildirmişdir. O, nə qədər Eldənizə səbrli olmasını, əlindən bir xəta çıxacağını desə də onu sakitləşdirə bilməmişdir. O da gəlini Zümrüdgilə zəng edib bu barədə məlumat vermişdir ki, özlərini müdafiə etmək üçün nəsə bir tədbir görsünlər. Sonradan bilmişdir ki, onlar hamısı evdən çıxıb Sileyli kəndinə getmişlər ki, Eldəniz gəlib onları görməsin. Hadisədən sonra Eldəniz yenidən ona zəng edərək “Mən kefim istəyəni elədim, öldürdüm Rafiqi” demiş və polisə təslim olduğunu bildirmişdir. Eyni zamanda Zümrüd də ona zəng edərək hadisə barədə məlumat vermişdir. O özü də hər ehtimala qarşı Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurmuşdur ki, birdən Eldəniz hər hansı başqa əməl də törədər. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Qəbələ rayon Polis Şöbəsinin məsul növbətçisi Faiq Seyidov tərəfindən yazılmış 01 avqust 2024-cü il tarixli raportdan görünür ki, Şahid4 01 avqust 2024-cü il tarixdə saat 22:04-də ***-***-**-** nömrəli telefonla Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək atasının babasını bıçaqlaması barədə məlumat vermişdir (cild 1, iş vərəqə 4). Qəbələ rayon Polis Şöbəsinin məsul növbətçisi Faiq Seyidov tərəfindən yazılmış 01 avqust 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə saat 22:10 radələrində ***-***-**-** nömrəli telefonla Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək qayınatası Rafiq adlı şəxsi bıçaqlaması barədə məlumat vermişdir (cild 1, iş vərəqə 5). Qəbələ rayon X30 Patrul Xidməti Bölüyünün polis nəfəri Xəyal Hacıyev tərəfindən yazılmış 01 avqust 2024-cü il tarixli raportdan görünür ki, 01 avqust 2024-cü il tarixdə saat 22:15 radələrində Qəbələ rayonu Bılıx kəndi ərazisində polis nəfəri Ülvi Abdulkərimli ilə birlikdə təyin edilmiş dislokasiya üzrə **-AP-*** dövlət qeydiyyat nişanlı “Fiat Dobla” markalı 1 nömrəli avto patrulda xidmət apararkən şöbənin növbətçi hissəsindən onlara rayonun Bılıx kəndi ərazisində Təqsirləndirilən şəxs adlı şəxsin qayınatası Rafiq adlı şəxsi bıçaqlayaraq ona xəsarət yetirməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmətindən məlumat daxil olması və dərhal həmin əraziyə yaxınlaşmaları barədə məlumat verilmişdir. Ülvi Abdulkərimli ilə birlikdə Yenikənd kəndi ilə Bılıx kəndi arasında yerləşən körpünün üzərindən keçib qeyd edilən ünvana yaxınlaşarkən yolda sonradan adını bildikləri Təqsirləndirilən şəxs adlı şəxs onlara əli ilə işarə edərək xidməti avtomobili saxlatdırmış və qayınatasını bıçaqlayan şəxsin o olduğunu, hətta özünün bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdiyini bildirmiş və özünü polisə təslim edərək cinayəti törətdiyi bir ədəd üzərində qanabənzər ləkələr olan bıçağı da onlara təqdim etmişdir. Nəfəsindən gələn kəskin alkoqol qoxusundan və davranışlarından Təqsirləndirilən şəxs sərxoş halda olduğu aydın şəkildə hiss olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt bildirmişdir ki, qayınatası onun ailədaxili məsələlərinə qarışdığı üçün onunla aralarında mübahisə yaranmış və həmin mübahisə zamanı onu bıçaqla vurub xəsarət yetirmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtopatrulda saxlanılaraq hadisəni törətdiyi bıçaqla birlikdə bir neçə dəqiqə sonra hadisə yerinə gələn əməliyyat-istintaq qrupunun üzvlərinə təhvil verilmişdir (cild 1, iş vərəqə 13). Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 01 avqust 2024-cü il tarixli 194 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 23:26-da müayinə olunarkən onun yüngül dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur (cild 1, iş vərəqə 12). Hadisə yerinə baxış keçirilməsi haqqında 01 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Qəbələ rayonunun Bılıx kəndi ərazisində həmin kənd sakini Rafiq Qubatovun yaşadığı həyət evinin qarşısında baş vermişdir. Belə ki, Rafiq Qubatovun yaşadığı həyət Bılıx kəndinin şimal-şərqində kəndin mərkəzinə təxminən 50-60 metr məsafədə yerləşir. Həyətə giriş darvazası yaşıl rəngli dəmir qapıdır. Həmin həyətə daxil olduqda həyətin ümumi sahəsi təxminən 30-40 sota bərabərdir. Giriş qapısından sağ tərəfdə mal tövləsi, təxminən 25-30 metr irəlidə sol tərəfdə, talvarın sağ tərəfində isə yaşayış evi yerləşir. Hadisə yaşayış evindən təxminən 3- 4 metr irəlidə evdən kənarda baş vermişdir. Baş vermiş hadisə yerində qanabənzər izlər aşkar edilmişdir. Hadisə yerinə baxış istintaq hərəkətində iştirak edən Təqsirləndirilən şəxs qızı Şahid4 yerdə aşkar edilən qanabənzər ləkələrin babası Rafiq Qubatova məxsus olduğunu, sonuncunun atası Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması nəticəsində qanın hadisə yerinə axaraq töküldüyünü bildirmişdir (cild 1, iş vərəqə 7-11). Qəbələ rayon mərkəzi xəstəxanasından təqdim edilən 02 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X23 02 avqust 2024-cü il tarixdə saat 00:25 radələrində Qəbələ Rayon Mərkəzi Xəstəxanasına “qarının ön divarında qarına nüfuz edən deşilmiş-kəsilmiş yara, döş qəfəsinin ön divarından döş qəfəsinə nüfuz edən kəsilmiş-deşilmiş yara, boyunun ön divarında deşilmiş-kəsilmiş yara, diskal qanaxma” diaqnozu ilə daxil olmuşdur. Xəstə təcili əməliyyat olunmuş və reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstə süni tənəffüz aparatına qoşulu olduğu üçün dindirilməsi mümkün olmamışdır (cild 1, iş vərəqə 39, 81). Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli şalvara baxış keçirilməsi haqqında protokoldan görünür ki, üstündə “Adverter Lıvıng” yazıları olan həmin göy rəngli şalvarın üzərində heç bir zədə və qana bənzər izlər aşkar edilməmişdir. Lakin şalvarın səthində toz və torpaq izlərinin olduğu müəyyən edilmişdir (cild 1, i vərəqə 93-95). Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 02 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mərhum X19 bıçaqla vurduğu yeri əyani olaraq bilavasitə göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 40-43). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin hüquqi varisi X9 və Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. Həmin istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Əsmayə Qubatova və Şahid2 təqsirləndirilən şəxsin üzünə qarşı onun qara qulplu bıçaqla Rafiqə zərbələr vurduğunu, Rafiqin “ay ana” deyib qışqırdığını, Eldənizin isə zərbələrə davam etdiyini, Rafiqin yerə uzandığını, Eldənizin yerdə ona zərbələr endirməyə davam etdiyini, Eldənizin üst saroçkasından tutub dartdıqlarını, ancaq ayıra bilmədiklərini, Eldənizin əsəbi halda əlində bıçaq Rafiqi söyə-söyə “hə bax gör səni necə öldürdüm” deyərək qapıdan çıxdığını bildirmişlər. Təqsirləndirilən şəxs isə onların dediklərini təkzib etməyərək sadəcə törətdiyi əməldən peşman olduğunu bildirmiş və onu bağışlamalarını xahiş etmişdir (cild 2, iş vərəqə 60-62, 63-65). Təqsirləndirilən şəxs istifadəsində olan və ilkin ibtidai istintaq zamanı götürülmüş “Redmi note 8T” markalı mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, mobil telefonda “WhatsApp” və “Tik-tok” sosial şəbəkələri mövcuddur. Lakin “Tik-tok” sosial şəbəkəsi üzrə heç bir istifadəçi tərəfindən qeydiyyatdan keçirilməmişdir. “WhatsApp” sosial şəbəkəsi üzrə kontaktında olan şəxslərlə yazışmalar olmuş, lakin iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Mobil telefonun daxil olan və çıxan zənglərin “zəng tarixçəsi” bölməsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə saat 15:55, 18:05, 19:09, 19:24, 19:27 və 19:29-da arvadı Şahid2 zəng etmiş, həmin zənglərdən saat 15:55-də edilən zəng zamanı 45 saniyə, 18:05-də edilən zəng zamanı isə 41 saniyə danışmışlar. Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə saat 17:57, 18:00, 19:01, 19:34 və 22:08-də atası Şahid1 zəng etmiş, həmin zənglərdən saat 19:01-də edilən zəng zamanı 19 saniyə, 19:34-də edilən zəng zamanı 3 dəqiqə 20 saniyə, 22:08-də edilən zəng zamanı isə 37 saniyə danışıqları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə saat 19:26, 19:28, 19:29 və 19:32-də qayınatası X5 zəng etmiş, lakin həmin zənglər üzrə danışıq saniyələri qeydə alınmamışdır. Daha sonra Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə saat 19:42-də telefonun kontaktına olan “X35” adlı ***-***-**-** nömrəsinə zəng etmiş və onunla 33 saniyə danışmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə saat 22:09-da “Polis (Police)” adlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək 57 saniyə danışmışdır (cild 1, iş vərəqə 222-232). "xxxx" MMC-dən daxil olmuş texniki məlumatların əks olunduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, məlumatların əks olunduğu diskin üzəri ağ rəngli olub ”Verbatim CD-R 700 MB 52x 80min” və “12884” yazısı qeyd edilmişdir. Diskin içərisində **********38 txt, **********55 txt, **********28 txt, **********52 txt, **********13 txt, 518226838_SMS.txt, 508073255_SMS.txt, 506600428_SMS txt, 506115352_SMS txt, 503441813_SMS txt, antena 12884 xls və abuneciler 12884.xls” adlı fayllar mövcuddur. “+**********55” saylı mobil nömrənin Təqsirləndirilən şəxs rəsmi istifadəsində olduğu müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə arvadı Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 01 avqust 2024-cü il tarixdə saat 15:56:07-də 46 saniyə və 01 avqust 2024-cü il tarixdə saat 18:05:50-də 42 saniyə danışıqlar müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil nömrəsi ilə atası Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 01 avqust 2024-cü il tarixdə saat 18:01:34-də 57 saniyə, saat 19:02:44-də 44 saniyə, saat 19:44:42-də 64 saniyə və saat 22:10:06-da isə 17 saniyə danışıqları qeydə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə taksi sürücüsü İstək Ədilovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 01 avqust 2024-cü il tarixdə saat 19:42:16-da 34 saniyə zəngləşmələri müəyyən edilmişdir (cild 2, iş vərəqə 16). Qəbəblə rayon prokurorluğu tərəfindən verilmiş əməliyyat tapşırığına Qəbələ rayon Polis Şöbəsinin 21 oktyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Qəbələ rayon Əmirvan kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində qayınatası X23 ilə aralarında baş vermiş münaqişə zamanı qayınatasına qəsdən bir neçə bıçaq zərbəsi vurması və sonuncunun ölməsi ilə nəticələnən hadisə barədə polis əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı qayınatası X20 məxsus, Qəbələ rayonu Bılıx kəndində yerləşən həyətdə ona qəsdən bir neçə bıçaq zərbəsi vurması və sonuncunun ölməsi müəyyən edilmişdir. Baş vermiş həmin hadisənin digər şahidlərini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs ilə qayınatası X23 arasında əvvəllər hər hansı bir hadisə və ya dava-dalaş olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs və Rafiq Qubatovun normal həyat tərzi yaşadıqları müəyyən edilmişdir (cild 2, iş vərəqə 72). Məhkəmə-tibbi eskpertizasının 02 sentyabr 2024-cü il tarixli, 16 nömrəli rəyindən görünür ki, X3 meyitində daxili qanaxma, qanaxmadan sonrakı şok, sol tərəfli pnevmatoraks, qaraciyərin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön yuxarı sol döş sümüyü kənarı xətt üzrə İV-V qabırğa arası hissədən döş boşluğuna və qarının sağ yuxarı orta körpücük xətti üzrə Vİİİ qabırğa arası hissədən qarın boşluğuna nüfuz edən deşilmişkəsilmiş yaraları, boynunun ön sol orta hissəsinin, döş qəfəsinin ön sağ yuxarı körpücüakaltı nahiyəsinin boşluqlara nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sağ əlin üst səthinin, sol saidin içəri aşağı 1/3-nin, sol mil bilək oynağının ön səthinin, sol saidin bayır orta 1/3-nin, sol saidin arxa yuxarı 1/3-nin, sol baldırın bayır yuxarı 1/3-nin deşilmişkəsilmiş yaraları, qarının ön divarında orta xətt üzərinin, döş qəfəsinin sol arxa qoltuqaltı xətt üzrə Vİ qabırğa səviyyəsinin və sağ qalça çuxuru nahiyəsinin kəsilmiş yaraları, döş qəfəsinin ön sağ və sol yuxarı hissəsinin, döş qəfəsinin ön sağ aşağı hissəsinin, döş sümüyünün xəncərəbənzər çıxıntı nahiyyəsinin sıyrıqları kimi xəsarəti vardır. Daxili qanaxma, qanaxmadan sonrakı şok, sol tərəfli pnevmatoraks, qaraciyərin deşilmişkəsilmiş yarası, döş qəfəsinin ön yuxarı sol döş sümüyü kənarı xətt üzrə İV-V qabırğa arası hissədən döş boşluğuna və qarının sağ yuxarı orta körpücük xətti üzrə Vİİİ qabırğa arası hissədən qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları, boyununun ön sol orta hissəsinin, döş qəfəsinin ön sağ yuxarı körpücüakaltı nahiyəsinin boşluqlara nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sağ əlin üst səthinin, sol saidin içəri aşağı 1/3-nin, sol mil bilək oynağının ön səthinin, sol saidin bayır orta 1/3-nin, sol saidin arxa yuxarı 1/3-nin, sol baldırın bayır yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici xarakterə malik olan alətin (əşyaların o, cümlədən bıçağın) təsirindən, döş qəfəsinin ön sağ və sol yuxarı hissəsinin, döş qəfəsinin ön sağ aşağı hissəsinin, döş sümüyünün xəncərəbənzər çıxıntı nahiyəsinin sıyrıqları isə küt alətin (əşyaların) təsirindən törənməsinə uyğun gəlir. Bədən xəsarətlərinin ağırlıq dərəcəsinə görə daxili qanaxma, qanaxmadan sonrakı şok, sol tərəfli pnevmatoraks, qaraciyərin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön yuxarı sol döş sümüyü kənarı xətt, üzrə İV-V qabırğa arası hissədən döş boşluğuna və qarının sağ yuxarı orta körpücük xətti üzrə Vİİİ qabırğa arası hissədən qarın boşluğuna nüfuz edən deşilmişkəsilmiş yaraları həyat üçün təhlükəli olan salamlığa ağır zərər vurmanın əlamətlərinə, boynunun ön sol orta hissəsinin, döş qəfəsinin ön sağ yuxarı körpücükaltı nahiyəsinin boşluqlara nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sağ əlin üst səthinin, sol saidin içəri aşağı 1/3-nin, sol mil bilək oynağının ön səthinin, sol saidin bayır orta 1/3-nin, sol saidin arxa yuxarı 1/3-nin, sol baldırın bayır yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə, döş qəfəsinin ön sağ və sol yuxarı hissəsinin, döş qəfəsinin ön sağ aşağı hissəsinin, döş sümüyünün xəncərəbənzər çıxıntı nahiyəsinin sıyrıqları sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Qarının ön divarında orta xətt üzərinin, döş qəfəsinin sol arxa qoltuqaltı xətt üzrə Vİ qabırğa səviyəsinin və qarının sağ aşağı qalça çuxuru nahiyəsinin kəsilmiş yaraları onun üzərində 01 avqust 2024-cü ildə aparılmış cərrahi əməliyyat zamanı yaranmışlar. X15 ölümünə səbəb qarının sağ yuxarı orta körpücük xətti üzrə Vİİİ qabırğa arası hissədən qarın boşluğuna nüfuz edən və qaraciyərin zədələnməsi nəticəsində baş verən daxili qanaxmadan sonrakı şok olmuşdur. Ölümün baş vermə müddəti ilkin inkişaf etmiş meyit əlamətlərinə səviyyəsinə, işə dair toplanmış məlumatlara və adına tərtib edilmiş tibbi sənədlərində qeyd olunanlara əsasən 03 avqust 2024-cü il tarixdə saat 20:30da baş vermişdir. X15 qərarda göstərilən tarixdə və şəraitdə aldığı xəsarətlərdən ölməsi mümkündür (cild 2, iş vərəqə 27-33). Maddi sübutların məhkəmə-tibbi kriminalistik ekspertizasının 23 oktyabr 2024-cü il tarixli 498/MTKŞ-2024 nömrəli rəyindən görünür ki, X5 məxsus qısaqol köynəyin ön səthinin sağ yarısında üç ədəd, ön səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə, şalvarın sol ayağının ön səthində üç ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənməyə uyğun gəlir. X5 məxsus qısaqol köynəyin ön səthinin sağ yarısında üç ədəd kəsilmiş zədə var. Bu zədələr kəsici kənara malik hər hansı bir iti alətin (əşyanın) təsirindən törənməyə uyğun gəlir. X5 məxsus şalvarın sağ ayağının ön səthində bir ədəd, sol ayağının ön səthində bir ədəd, arxa səthinin sağ yarısında bir ədəd və sol yarısında bir ədəd cırılmış zədə var. Bu zədələr küt mexanizmlə törənməyə uyğun gəlir. X5 məxsus qısaqol köynəyin ön səthinin sağ yarısında olan bir ədəd deşilmiş-kəsilmiş zədə ilə, onun bədən səthində olan xəsarətlərdən döş qəfəsinin sağ orta körpücük xətti üzrə Vİİİ qabırğa nahiyəsində olan yara, qısaqol köynəyin ön səthinin sol yarışında olan bir ədəd deşilmiş- kəsilmiş zədə ilə döş sümüyünün sol yan kənarı üzrə Vİ-V qabırğa səviyyəsində olan yara, şalvarın sol ayağının ön səthində olan bir ədəd deşilmiş-kəsilmiş zədə ilə bədən səthində olan sol badırın bayır yuxarı 1/3-də olan yara yerləşməsinə görə uyğunluq təşkil edir. X3 bədən səthində olan digər deşilmiş-kəsilmiş xəsarətlər təqdim edilmiş qısaqol köynəklə örtülü olmayan bədənin açıq nahiyələrində (boynunun ön sol orta hissəsində, döş qəfəsinin ön sağ yuxarı körpücüakaltı nahiyəsində, sağ əlin üst səthində, sol saidin içəri aşağı 1/3-də, sol mil-bilək oynağının ön səthində, sol saidin bayır orta 1/3-də və sol saidin arxa yuxarı 1/3-də) yerləşdiyindən, bədən səthində olan digər xəsarətlər isə xarakterindən (döş qəfəsinin sağ ön yuxarı hissəsində, döş qəfəsinin ön sol yuxarı hissəsində, döş qəfəsinin ön sağ aşağı hissəsində və döş sümüyünün xəncərəbənzər çıxıntısı hissəsində olan sıyrıqlar) asılı olaraq qısaqol köynəyin üzərində əks olunmamışdır. X3 döş qəfəsinin sol arxa qoltuqaltı xətt üzrə Vİ qabırğa səviyyəsində, qarının ön divarında orta xətt üzrə və sağ qalça çuxuru nahiyəsində olan yaralar aparılmış cərrahi əməliyyatla əlaqədardır. Bununla belə, təqdim edilmiş qısaqol köynəyin ön səthinin sağ yarısında və şalvarın üzərində olan digər zədələrə uyğun, X3 bədən səthində xəsarətlər aşkar edilməmişdir. Bu da hadisənin baş vermə şəraitindən asılı olaraq paltarlar üzərində olan həmin zədələrin yaranma mexanizmi, xarakteri (kəsilmiş zədələr), zədənin yerləşmə nahiyyəsi, zədə yetirilərkən iz törədən alətin yalnız paltarı zədələməsi və şalvar üzərində olan bəzi zədələrin cırılmış xarakterli olması ilə izah oluna bilər. Bundan başqa təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində zədə aşkar edilməmişdir (cild 2, iş vərəqə 85-90). Maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizasının 21 oktyabr 2024-cü il tarixli 706/2024-MTBŞ nömrəli rəyindən görünür ki, X15 ABO sistemi üzrə qan qrupu A (ll)-dir. Təqsirləndirilən şəxs şəxsiyyəti vəsiqəsinin kserosurətinə əsasən qan qrupu A /İİ/-dir. Məhkəmə-bioloji ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, X20 məxsus şalvar, köynək və Təqsirləndirilən şəxs məxsus şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız A antigeni alınmışdır. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə A (İİ) qruplu şəxsə, o cümlədən də X20 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim olunmuş bıçağa əvvəl vizual sonra isə kölgəsiz lampanın yandan düşən çəp istiqamətli işığı və K/D-L lampası ultrabənövşəyi şüaları altında baxılmışdır. Üzərində digər bioloji izlər, ləkələr və hissəciklər aşkar olunmamışdır (cild 2, iş vərəqə 78-84). Daktiloskopik, ballistik və trasoloji ekspertizanın 16 sentyabr 2024-cü il tarixli 3/1313;3/1314;3/1349 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthindəki papılyar naxış izləri müqayisəli tədqiqat üçün yararsız olduğundan Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş geyim əşyalarından Rafiq Qubatova məxsus paltarların üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bir predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Təqdim edilmiş Rafiq Qubatova məxsus paltarların üzərində olan zədələrin zərərçəkmiş şəxslə təqsirləndirilən şəxslərin hansı qarşılıqlı vəziyyətdə olmalarını istintaq eksperimenti aparmaqla cavab vermək olar. Aparılmış tədqiqatın dəyəri 192 manat müəyyən edilmişdir (cild 2, iş vərəqə 22-26). Materialların məhkəmə ekspertizasının 13 sentyabr 2024-cü il tarixli 6/4198 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X20 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyaları səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş X20 məxsus olduğu qeyd edilən geyim əşyaları səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən əşyaların tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyasının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X20 məxsus olduğu qeyd edilən əşyaların tərkib liflərindən yoxdur. Aparılmış tədqiqatın dəyəri 89 manat müəyyən edilmişdir (cild 2, iş vərəqə 73-77). Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 10 oktyabr 2024-cü il tarixli 748 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən və ondan sonra hər hansı bir ruhi əsəb xəstəliyi (xroniki psixi xəstəlik), psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir və keçirmir. O, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur və hal-hazırda da hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik keçirmədiyindən onun tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən patoloji və yaxud fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlər aşkar olunur (cild 2, iş vərəqə 42-45). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 oktyabr 2024-cü il tarixli 1664 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 66). Məhkəmə-tibbi eskpertizasının 09 avqust 2024-cü il tarixli, 397 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ əlin İİİ barmağının dırnaq falanqasının ovuc səthinin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarət küt alətin (əşyaların) təsirindən 01 avqust 2024-cü ildə törənə bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Təqsirləndirilən şəxs bədəni üzərində qeyd olunan xəsarətin - sağ əlin İİİ barmağının dırnaq falanqasının ovuc səthinin sıyrığının qərarda göstərilən tarixdə və şəraitdə, yəni 01 avqust 2024-cü ildə törənməsi mümkündür (cild 1, iş vərəqə 96-98). Cinayət işinin materiallarından görünür ki, hadisə yerindən götürülmüş hadisə vaxtı zərərçəkmiş şəxs X15 əynində olmuş bir ədəd üzərində “Crestance” yazısı olan qısaqol yay köynəyi və bir ədəd qara rəngli şalvar, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş üzərində “Adverter Living” yazısı olan göy rəngli şalvar, bir ədəd bıçaq, Təqsirləndirilən şəxs əl-barmaq izi daktiloxəritəsi 06 noyabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq Qəbələ rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (cild 2, iş vərəqə 111-128). “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X26 12 avqust 2024-ci il tarixli, 18-1-52/2- 2168/2024 nömrəli məktubundan görünür ki, Qəbələ rayon Əmirvan kənd sakini Təqsirləndirilən şəxs və Bılıx kənd sakini X6 rayon Mərkəzi Xəstəxanasında və poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyata deyildir. X23 xx.xx.2024-cü il tarixdə kardioloq həkim-X33: İ10 “Essensial (birincili) hipertenziya”, xx.xx.2024-cü il tarixdə kardioloq həkim - X33: İ10 “Essensial (birincili) hipertenziya”, xx.xx.2024-cü il tarixdə kardioloq həkim - X33: R00.0 “Dəqiqləşdirilməmiş taxikardiyası”, İ49.8 “Ürək ritminin digər dəqiqləşdirilmiş pozğunluqları”, İ25 “Ürəyin xroniki işemik xəstəliyi”, İ05.9 “Mitral qapağın dəqiqləşdirilməmiş xəstəliyi”, xx.xx.2024-cü il tarixdə TTYŞ-Dz:34.4 “Drenaj üçün interkostal kateterin taxılması”, 50.61 “Qaraciyərin cırılmasının qapadılması”, S21.7 “Döş qəfəsinin divarının çoxsaylı açıq yararları”, S81.0 “Diz oynağının açıq yarası”,S51.7 “Saidin çoxsaylı açıq yarası”, S11 “Boyunun açıq yararsı”, S31.1 “Qarın divarının açıq yarası” diaqnozu ilə müraciət etmişdir (cild 1, iş vərəqə 187-204). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X18 Xidmətinin Qəbələ rayon Dövlət X10 02 avqust 2024-cü il tarixli 3-18-251\2-258/24 nömrəli məktubundan və məktuba əlavə edilmiş əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2005ci il tarixdən Yanğından Mühafizə orqanlarında, 21 noyabr 2007-ci il tarixdən Fövqəladə Hallar Nazirliyi X18 Xidmətinin Qəbələ rayon Dövlət X10 yanğınsöndürəni, 29 aprel 2016cı ildən hissənin böyük yanğınsöndürəni, 15 may 2019-cu il tarixdən hissənin manqa komandiri vəzifəsində xidmət etmişdir. Xüsusi rütbəsi daxili xidmət baş çavuşu olmaqla hərbi qulluqçu statusuna malik olmamışdır (cild 1, iş vərəqə 44-45). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət X10 rəisi tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, daxili xidmət baş çavuşu Təqsirləndirilən şəxs 30 dekabr 2005-ci il tarixdən Yanğından Mühafizə orqanlarında, 15 may 2019-cu il tarixdən isə Qəbələ rayon Dövlət X10 manqa komandiri vəzifəsində işləyir. Xidmətə başladığı ilk gündən etibarən özünün işgüzar və bacarıqlı əməkdaş olduğunu göstərmiş, tutduğu vəzifəsini layiqincə icra etmiş, rəhbərliyin tapşırıqlarını, əmr və göstərişləri, eləcə də nizamnamənin tələblərini sözsüz və vicdanla yerinə yetirmişdir. Fiziki cəhətdən sağlam və hazırlıqlıdır. Öz müsbət keyfiyyətləri ilə şəxsi heyət arasında daim fərqlənmişdir. İntizamlı və səliqəli olmuşdur. Yanğından mühafizə orqanlarının işi ilə yaxından tanış olmuş və bu sahədə bilik və bacarığını artırmağa daim səy göstərmişdir. Xidmət etdiyi müddətdə cəzalandırılmamışdır. Bir neçə dəfə rəhbərlik tərəfindən mükafatlandırılmışdır (cild 1, iş vərəqə 234). Qəbələ rayon İcra hakimiyyəti Başçısının Əmirvan kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Qəbələ rayonu əmirvan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs evlidir, üç uşağı var. Uşaqlarından Yaqut və Sima tələbədir, Ömər isə orta məktəbdə oxuyur. Təqsirləndirilən şəxs adi vaxtlarda çox sakit və səmimi bir insandır. İstər qonşuları, istərsə də kənd sakinləri ilə səmimi və mehriban münasibətdə olmuşdur. Kəndin xeyir və şər işlərində iştirak etmişdir. Təqsirləndirilən şəxs özünə və ailəsinə qarşı kənddə heç bir təhqiredici və alçaldıcı hərəkət olmamışdır Kənd sakinləri arasında gedən bəzi söz-söhbətlərə görə içkili vaxtı həyat yoldaşı ilə aralarında ailə münaqişəsi zəminində müəyyən münaqişələr yaşanmışdır. Lakin bu barədə nümayəndəliyə heç bir şifahi və ya yazılı məlumat daxil olmamışdır. Ruhi cəhətdən sağlamdır və heç bir dini cərəyana üzv deyil (cild 1, iş vərəqə 219). Qəbələ rayon İcra hakimiyyəti Başçısının Əmirvan kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən 15 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X12 adında bir azyaşlı uşağı var. Təqsirləndirilən şəxs digər uşaqları 2004 və 2005-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmışlar (cild 1, iş vərəqə 218). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 221). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın məzmunundan görünür ki, “o, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Qəbələ şəhərinin mərkəzində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində daimi yaşadığı ünvan 2 ünvanında yerləşən evinə getdikdə arvadı Şahid2 və oğlu X8 evdə olmadıqlarını görüb onların Qəbələ rayonunun Bılıx kəndində yaşayan qayınatası X15 yaşadığı evdə olduqlarını mobil telefon əlaqəsi əsasında dəqiqləşdirdikdən sonra qayınatası Rafiq Qubatovdan mütəmadi olaraq onun ailə işlərinə müdaxilə etməsi səbəbindən qisas alıb öldürmək məqsədilə yaşadığı mənzildən soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək saat 19:34-də öz istifadəsində olan +994 ********* mobil nömrəsindən atası Şahid1 istifadəsində olan +994 50 ******* mobil nömrəsinə telefonla zəng edərək öz evində olduğunu, həyat yoldaşı və oğlunun evdə olmadığını, onların icazəsiz X13 evinə getdiklərini, bu səbəbdən əsəbləşdiyini, qayınatası Rafiq Qubatovgilə gedib onu bıçaqlayıb öldürəcəyini, bıçaqla başını kəsəcəyini demiş, daha sonra taksi avtomobili ilə Qəbələ rayonu Bılıx kəndində yerləşən X13 evinə getmış, taksini yola saldıqdan sonra evin hasarından aşmaqla həyətə daxil olmuş, atası tərəfindən onun arvadı Şahid2 onun Bılıx kəndinə əsəbi halda gələcəyi barədə məlumatın verilməsi səbəbindən evi tərk edən ailə üzvlərinin və qayınatasının orada olmadığını gördükdən sonra həyətdə olan tikilinin içərisində gizlənərək qayınatasının və ailə üzvlərinin evlərinə qayıdıb gəlməsini gözləmiş, həmin gün saat 22 radələrində qayınatası R.H.Qubatovun, qayınanası X2, arvadı Şahid2, həmçinin övladları Şahid4, Şahid3 və X8 onun qayıdıb evə getməsini güman edib evə gəldikdə gizləndiyi tikilinin içərisindən çıxaraq qayınatasına yaxınlaşıb ona ailə üzvlərini öz evinə dəvət etməsi ilə bağlı irad bildirərək ailə işinə müdaxilə etdiyini demiş, qayınatası R.Qubatovun ona ailə üzvləri ilə bağlı yaranmış mübahisə və münaqişələrlə əlaqədar özünün günahkar olmasını və spirtli içki aludəçisi olmasını bildirdikdə aralarında yaranmış mübahisə zamanı qayınanası X2, arvadı Şahid2, həmçinin övladları Şahid4, Şahid3 və X8 orada bu hərəkətləri müşahidə etmələrinə baxmayaraq, onların gözü qarşısında xüsusi iztirab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik göstərib, xüsusi amansızlıq nümayiş etdirməklə, qəsdən öldürmək niyyəti ilə əvvəlcədən özü ilə götürdüyü özünə məxsus olan soyuq silah hesab edilməyən və daha əvvəl şalvarının sağ yan cibinə qoyduğu bıçağı cibindən çıxarıb sağ əlinə alaraq, bıçağın kəsici hissəsi ilə, “essensial (birincili) hipertenziya”, “ürək ritminin digər dəqiqləşdirilməmiş pozğunluqları”, “ürəyin işemik xəstəliyi”dən və “mitral qapağın dəqiqləşdirilməmiş xəstəliyi”dən əziyyət çəkən, xəstəliyinə və qocalığına görə özünü real olaraq müdafiə etmək imkanı olmayan, buna görə də köməksiz vəziyyətdə olan xx.xx.1957-ci il təvəllüdlü qayınatası Rafiq Qubatovu qəsdən öldürmək məqsədi ilə onun bədəninin müxtəlif nahiyələrindən o, cümlədən həyati orqanlarının yerləşdiyi döş qəfəsinin ön sol və qarın nahiyəsindən, daha sonra zərbələrin təsirindən yerə yıxılmış Rafiq Qubatova yerdə uzanıqlı vəziyyətdə bədəninin digər nahiyələrindən ümumilikdə 12 dəfə bıçaq zərbələri vurmuş, Rafiq Qubatovun qışqırıqlarını eşidən oraya yaxınlaşan arvadı Z.R.Qubatovanın, qayınanası Ə.A.Qubatovanın, həmçinin övladları Şahid4, Şahid3 ona aktiv müqavimət göstərib əynində olan köynəkdən tutub arxaya doğru çəkmələri və R.Qubatovun hərəkətsiz olması səbəbindən onun öldüyünü düşündükdən sonra bir az arxaya çəkilərək bıçağı özü ilə götürüb evin həyətini tərk edib küçəyə çıxmış, orada piyada gedərkən atası Şahid1 yenidən zəng edərək “mən keyfim istəyəni elədim, öldürdüm Rafiqi” demiş və bununla da Rafiq Qubatova 2 bıçaq zərbəsi həyati orqan hesab edilən qaraciyər və döş qəfəsinin ön yuxarı sol döş sümüyü istiqamətində daxilə nüfuz edən, 10 bıçaq zərbəsi isə bədəninin müxtəlif nahiyələrindən olmaqla cəmi 12 bıçaq zərbəsi vurub ona “daxili qanaxma, qanaxmadan sonrakı şok, sol tərəfli pnevmatoraks, qaraciyərin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön yuxarı sol döş sümüyü kənarı xətt üzrə İV-V qabırğa arası hissədən döş boşluğuna və qarının sağ yuxarı orta körpücük xətti üzrə Vİİİ qabırğa arası hissədən qarın boşluğuna nüfuz edən deşilmiş kəsilmiş yaraları, boynunun ön sol orta hissəsinin, döş qəfəsinin ön sağ yuxarı körpücüakaltı nahiyəsinin boşluqlara nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sağ əlin üst səthinin, sol saidin içəri aşağı 1/3-nin, sol mil bilək oynağının ön səthinin, sol saidin bayır orta 1/3-nin, sol saidin arxa yuxarı 1/3-nin, sol baldırın bayır yuxarı 1/3-nin deşilmişkəsilmiş yaraları, qarının ön divarında orta xətt üzərinin, döş qəfəsinin sol arxa qoltuqaltı xətt üzrə Vİ qabırğa səviyyəsinin və sağ qalça çuxuru nahiyəsinin kəsilmiş yaraları, döş qəfəsinin ön sağ və sol yuxarı hissəsinin, döş qəfəsinin ön sağ aşağı hissəsinin, döş sümüyünün xəncərəbənzər çıxıntı nahiyəsinin sıyrıqları kimi ümumilikdə sağlamlığa ağır zərər vurulmasına aid xəsarətlər yetirmiş, nəticədə sonuncu aldığı xəsarətlərdən müalicə üçün yerləşdirildiyi Qəbələ RMX PHŞ-nin reanimasiya və intensiv terapiya şöbəsində 03 avqust 2024-cü il tarixdə saat 20:30-da ölümünə səbəb olmaqla xüsusi amansızlıqla özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir”. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.9-cü maddəsi ilə ittiham elan etməklə bağlı nəticəyə gələrkən bu mövqeyini zərərçəkmiş şəxsin qoca və xəstə olması ilə əsaslandırmışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə ittiham verilmişdir ki, o, “essensial (birincili) hipertenziya”, “ürək ritminin digər dəqiqləşdirilməmiş pozğunluqları”, “ürəyin işemik xəstəliyi”dən və “mitral qapağın dəqiqləşdirilməmiş xəstəliyi”dən əziyyət çəkən, xəstəliyinə və qocalığına görə özünü real olaraq müdafiə etmək imkanı olmayan, buna görə də köməksiz vəziyyətdə olan xx.xx.1957-ci il təvəllüdlü qayınatası Rafiq Qubatovu, yəni özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmüşdür. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə kimi qiymətləndirərkən mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına qiymət verib hesab edir ki, təqsirləndirilən şəxsin əməli özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürməyə yönəlməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə kimi tövsif edərkən səhvə yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirli bilinməsi üçün onun əməlində həmin maddənin tərkib əlamətləri olmamışdır. Məhkəmə təqsirləndirilən şəxs Eldəniz Yaraliyevin əməlini tövsif edərkən “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının tələblərini də nəzərə alır. Belə ki, həmin Qərarın 13-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyət o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs bunu dərk edir. Məsələn, köməksiz vəziyyətdə olma dedikdə zərərçəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəstəliyə tutulma, eləcə də özünə qarşı edilən hərəkətlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və s. bu kimi hallar başa düşülür. Göründüyü kimi Ali Məhkəmənin Plenumu istənilən qocalığı və istənilən xəstəliyi yox, məhz zərərçəkmiş şəxsin müqavimət göstərə bilməməsinə səbəb olan qocalığı və ağır xəstəliyi köməksiz vəziyyətdə olma kimi nəzərdə tutmuşdur. Hazırki vəziyyətdə isə zərərçəkmiş şəxs X23 1957-ci təvəllüdlü olmaqla hadisə vaxtı 66 yaşında olmuş (67 yaşı tamam olmamış) və onun təqsirləndirilən şəxsə müqavimət göstərmək imkanını məhdudlaşdıran hər hansı ağır xəstəlikdən əziyyət çəkməsi müəyyən olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi olan arvadı X9 məhkəmədə ona verilən suallara cavab olaraq X34un özünü müstəqil olaraq idarə etmək iqtidarında olduğunu, heç bir ağır xəstəlikdən əziyyət çəkmədiyni, sadəcə ağciyərində balaca ləkə olduğu üçün bununla bağlı Bakı şəhərinə gedib orada müalicə olunduğunu, müalicəsinin yaxşı getdiyini, ürəyinin sağlam olduğunu, heç vaxt ürəyindən şikayət etmədiyini, əvvəllər ürəyini yoxlatdırsa da ürəyində heç bir problem olmadığını, normal həyat tərzi keçirdiyini, hər işin öhdəsindən gəldiyini, məhəllədə və həyətyanı sahədə əkin işləri ilə məşğul olduğunu, əkin sahəsində traktor sürdüyünü, ev üçün bazarlıq etdiyini, yataq xəstəsi olmadığını, əsa ilə gəzmədiyini, heç bir fiziki qüsuru olmadığını, avtomobil idarə etdiyini, köməksiz vəziyyətdə olmadığını, hadisə günü Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanarkən ona əlləri ilə müqavimət göstərdiyini, buna görə də əllərinin kəsik-kəsik olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən suallara cavab olaraq X13 səhhətinin normal olduğunu, qayınatasının hər hansı ağır xəstəlikdən əziyyət çəkməsi barədə onun məlumatının olmadığını, qayınatası Bakıya müayinəyə gedəndə ona zəng etdikdə qayınatasının ona ciyərində soyuqlama olduğunu və bununla bağlı müalicə olunduğunu dediyini, yalnız ibtidai istintaq zamanı onun onkoloji xəstə olduğunu eşitdiyini, qayınatası Rafiqin səhhətinin normal olduğunu, avtomobil idarə etdiyini, həyət-bacada işlədiyini, hadisə günü ailəsinin və qaynanasının Rafiq Qubatovun idarə etdiyi avtomobillə evə gəldiklərini, hadisə vaxtı Rafiq Qubatova bıçaq zərbələri yetirərkən sonuncunun ona müqavimət göstərdiyini bildirmişdir. İbtidai istintaq orqanı isə zərərçəkmiş şəxs Rafiq Qubatovun “essensial (birincili) hipertenziya”, “ürək ritminin digər dəqiqləşdirilməmiş pozğunluqları”, “ürəyin işemik xəstəliyi”dən və “mitral qapağın dəqiqləşdirilməmiş xəstəliyi”dən əziyyət çəkdiyinə və qocalığına görə özünü real olaraq müdafiə etmək imkanı olmayan, buna görə də köməksiz vəziyyətdə olan şəxs olduğunu israr edərək Təqsirləndirilən şəxs əsassız olaraq Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə ittiham irəli sürmüşdür. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı 06 avqust 2024-cü il tarixli məktubla Qəbələ rayon Mərkəzi Xəstəxanasına müraciət edərək Təqsirləndirilən şəxs və X15 həmin xəstəxanada narkoloji və ya ruhi əsəb kabinetlərində hər hansı xəstəliklə bağlı qeydiyyatda olub-olmaması, olmuşsa hansı diaqnozla olması, hansı xəstəxanalarda müalicələr alması və müraciətlər etməsi barədə məlumat verilməsini xahiş etmişdir (cild 1, iş vərəqə 162). Qəbələ rayon Mərkəzi Xəstəxanası həmin məktuba cavab olaraq Təqsirləndirilən şəxs və X15 həmin xəstəxanada narkoloji və ya ruhi əsəb kabinetlərində qeydiyyatda olmadıqlarını bildirmiş, əlavə olaraq göstərmişdir ki, X23 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə “Essensial (birincili) hipertenziya”, xx.xx.2024-cü il tarixdə “Dəqiqləşdirilməmiş taxikardiya”, “Ürək ritminin digər dəqiqləşdirilmiş pozğunluqları”, “Ürəyin xroniki işemik xəstəliyi”, “Mitral qapağın dəqiqləşdirilməmiş xəstəliyi” ilə xəstəxanaya müraciət etmişdir. İbtidai istintaq orqanı həmin məktubu əsas tutaraq hesab etmişdir ki, X15 qeyd olunan xəstəliklərdən əziyyət çəkməsi onun özünü real olaraq müdafiə etmək imkanı olmamasına, buna görə də köməksiz vəziyyətdə olmasına dəlalət edir. Buna görə də Təqsirləndirilən şəxs qeyd edilən xəstəliklərdən əziyyət çəkən və qoca olan Rafiq Qubatovu öldürməsi onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adam öldürmə kimi qiymətləndirilmiş və onun əməli Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə tövsif edilmişdir. Halbuki, həmin məktubla qeyd olunan xəstəliklərin ağırlıq dərəcəsini təyin etmək, xəstəliyin X15 normal həyat tərzinə hansı dərəcədə təsir göstərdiyini, təqsirləndirilən şəxsə müqavimət göstərmək imkanından məhrum edən xəstəlik olub-olmadığını, zərərçəkmiş şəxsin səhhətində hər hansı narahatçılığa səbəb olub-olmadığını müəyyən etmək mümkün deyil. Hətta məktubun özündə də xəstəliklərin bir qisminin “dəqiqləşdirilməmiş” olması vurğulanmışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd olunanlarla bağlı hər hansı ekspertiza təyin etməmiş, həmin xəstəliklərin xarakteri, mahiyyəti və ağırlıq dərəcəsi ilə bağlı professional tibbi rəy almamış, yalnız öz şəxsi mülahizələri ilə xüsusi biliyə zərurət olan məsələ üzrə qənaətə gələrək həmin xəstəliklər səbəbindən X1 vəziyyətdə olduğunu israr etmişdir. Halbuki, şəxsin həmin xəstəliklərdən əziyyət çəkməsi özü-özlüyündə köməksiz vəziyyətdə olma kimi qiymətləndirilə bilməzdi. Bundan başqa, ibtidai istintaq orqanı zərərçəkmiş şəxs Rafiq Qubatovun qeyd olunan xəstəlikdən əziyyət çəkməsi barədə Təqsirləndirilən şəxs məlumatının olubolmadığını müəyyən etməmiş, istintaq müddəti ərzində təqsirləndirilən şəxsə ümumiyyətlə bu barədə sual verilməmiş, zərərçəkmiş şəxsin köməksiz vəziyətdə olub-olmaması, ona müqavimət göstərib-göstərməməsi ilə bağlı onun mövqeyi öyrənilməmişdir. Eyni zamandan ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Əsmayə Qubatovadan da X34un səhhətinin necə olması, köməksiz, çarəsiz vəziyyətdə olub-olmaması, hadisə vaxtı təqsirləndirilən şəxsə müqavimət göstərib-göstərməməsi soruşulmamışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı yuxarıda qeyd olunan məsələləri araşdırmağa zərurət görməmiş, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə ittiham vermək üçün Qəbələ rayon Mərkəzi Xəstəxanasının qeyd olunan məktubunun kifayət etdiyini düşünmüşdür. İbtidai istintaq orqanının məntiqi ilə yanaşılsa belə qənaətə gəlmək olar ki, bütün 66 yaş və daha yuxarı yaşlı insanlar qoca olmaqla köməksiz vəziyyətdədirlər, eyni zamanda hər hansı ürək xəstəliyindən əziyyət çəkən şəxs xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən asılı olmayaraq köməksiz vəziyyətdə olan şəxsdir. Məhkəmə kollegiyası ibtidai istintaq orqanının belə qiymətləndirməsi ilə razılaşmır və qeyd edir ki, qanunvericilikdə ümumi şəkildə şəxsin köməksiz vəziyyətdə olması onun bir qayda olaraq fizioloji və psixoloji vəziyyəti ilə əlaqələndirilir. Cinayət qanunu normalarına görə şəxsin aşkar surətdə köməksiz vəziyyətdə olması dedikdə, onun elə psixi və ya fiziki vəziyyəti başa düşülür ki, o, bu vəziyyətdə özünü ona edilmiş cinayətkar qəsdlərdən müdafiə etmək, yaxud da qəsd edən şəxsə müqavimət göstərmək imkanlarından məhrum olsun və onun belə qəsdlərdən müdafiəsi üçün kənar qüvvələrin müdaxiləsinə ehtiyac yaransın. Hüquq nəzəriyyəsinə görə şəxsin köməksiz vəziyyətdə olmasına səbəb olan hallara obyektiv və subyektiv hallar aiddir. Subyektiv hallara görə köməksiz vəziyyətdə olan şəxslərə sağlamlığında müəyyən fiziki və ya psixi qüsurları olan, ağır xəstəlikdən əziyyət çəkən, ümumiyyətlə baş verən hadisələrin mahiyətini qavraya bilməyən, belə qüsurların olması səbəbindən özlərini müdafiə etmək üçün imkanları ümumiyyətlə olmayan və ya məhdud imkanlara malik olan şəxsləri, azyaşlı uşaqları, qocaları aid etmək olar. Obyektiv hallara görə isə köməksiz vəziyyətdə olan şəxslərə elə şəxslər aiddir ki, onlar kənar qüvvələrin və ya amillərin təsiri nəticəsində yenə də özlərini onlara edilmiş qəsdlərdən müdafiə etmək və ya qəsd edənə müqavimət göstərmək imkanından məhrum olurlar. Belə vəziyyətdə olan şəxslərə alkoqol və narkotik sərxoşluğu, hipnoz, huşsuz, yatmış, əlləri bağlanmış vəziyyətdə və ya hərəkətləri başqa cür məhdudlaşdırılmış şəxsləri aid etmək olar. Köməksiz vəziyyətdə olan adamı ölürmək dedikdə zərərçəkmiş şəxsə əlavə, xüsusi əzab və iztirab verilməsi başa düşülməlidir. Zərərçəkmiş şəxs başa düşür ki, onu indi və tezliklə öldürəcəklər, lakin özünün fiziki vəziyyəti ilə əlaqədar heç bir müqavimət göstərə bilmir, heç kimi köməyə çağıra bilmir və qatil qarşısında köməksiz vəziyyətdə qalır. İşin hallarından məlum olur ki, mərhum Rafiq Qubatovun hər hansı fiziki və ya psixi qüsuru olmamış, ona qarşı edilən hərəkətləri dərk etmiş, özünü müdafiə etmək imkanında olmuş və ona qarşı edilən qəsdlərə müqavimət göstərə bilmişdir. Cinayət qanunverciliyinin tələbinə görə Təqsirləndirilən şəxs əməlinin təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan qəsdən adam öldürmə kimi qiymətləndirilməsi üçün zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olması müəyyən edilməlidir. Lakin, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin zərərçəkmiş şəxs Rafiq Qubatovu təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə qəsdən öldürməyə yönəlməsi sübuta yetirilməmişdir. Belə ki, ittiham aktında da göstərildiyi kimi Təqsirləndirilən şəxs qayınatasına yaxınlaşıb ona ailə üzvlərini öz evinə dəvət etməsi ilə bağlı irad bildirərək ailə işinə müdaxilə etdiyini demiş, X13 ona ailə üzvləri ilə bağlı yaranmış mübahisə və münaqişələrlə əlaqədar özünün günahkar olmasını və spirtli içki aludəçisi olmasını bildirdikdə aralarında yaranmış mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrindən ümumilikdə 12 dəfə bıçaq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərdən yalnız 2 ədədi sağlamlığa ağır dərəcəli zərər vurmanın əlamətlərinə malik deşilmiş-kəsilmiş xəsarətlərdir. Kürəkəninin onun həyatına qəsd etdiyini başa düşən zərərçəkmiş şəxsin aktiv müqavimət göstərdiyini təsdiq edən digər xəsarətlər - sağ əlin üst səthinin, sol saidin içəri aşağı 1/3-nin, sol mil bilək oynağının ön səthinin, sol saidin bayır orta 1/3-nin, sol saidin arxa yuxarı 1/3-nin yaraları və digər xəsarətlər sağlamlığa yüngül zərər vuran və sağalamlığa zərər vurmayan xəsarətlərə aiddir. İş üzrə müəyyən edilmiş bütün bu xüsusatlar isə Təqsirləndirilən şəxs qəsdinin zərərçəkmiş şəxsin müqavimətini qıraraq onu öldürməyə yönəlməsinə dəlalət edir. Eyni zamanda işin bu halları zərərçəkmiş şəxsin hüquqi varisi Əsmayə Qubatovanın hadisə vaxtı X34un əlləri ilə Təqsirləndirilən şəxs müqavimət göstərməsi, buna görə Rafiq Qubatovun əllərinin kəsik-kəsik olması barədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, ittiham tərəfindən təqdim olunmuş sübutlarla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Rafiq Qubatovu köməksiz vəziyyətdə öldürməsi öz təsdiqini tapmır, bu halın sübut olunmasında əsaslı şübhələr mövcuddur və ittiham tərəfindən təqdim olunmuş hər hansı bir sübutla həmin şübhələrin aradan qaldırılması mümkün deyil. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Rafiq Qubatovu köməksiz vəziyyətdə qəsdən öldürməsi heç bir mötəbər sübutla təsdiq olunmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinin xaric edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamından xaric edilməli, o məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd edilən normaların tələbləri baxımından məhkəmə ittiham tərəfindən təqdim olunmuş sübutlarla Təqsirləndirilən şəxs qəsdinin özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Rafiq Qubatovu qəsdən həyatdan məhrum etməyə yönəlməsinin sübut olunmasında əsaslı şübhələr mövcud olmasını və ittiham tərəfindən təqdim olunmuş hər hansı bir sübutla həmin şübhələrin aradan qaldırılmasının mümkün olmamasını qeyd edir. Beləliklə, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxə qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə irəli sürülmüş ittiham sübuta yetirilmədiyindən, bu barədə ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr mövcud olduğundan Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi Təqsirləndirilən şəxs ittihamından çıxarılmalı, onun əməli yalnız Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Rafiq Qubatovu öldürmək niyyətində olmamasına, Rafiq Qubatova bıçaqla xəsarət yetirdiyini arvadı Şahid2 və uşaqlarının görmədiyinə, qayınanası Əsmayə Qubatovanın görüb-görmədiyini bilməməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi xüsusilə ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qayınatası Rafiq Qubatovu öldürmək niyyətində olmamasına dair ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, onun zərərçəkmiş şəxs Rafiq Qubatovu qəsdən öldürmək niyyətində olması cinayət işi üzrə sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs atası Şahid1 zəng edərək qayınatasını öldürəcəyini deməsi, qayınatasıgilə gedərkən evdən mətbəx bıçağı götürüb cibinə qoyaraq özü ilə aparması, hadisə zamanı Rafiq Qubatova 12 ədəd bıçaq zərbəsi yetirməsi, xəsarətlərin lokalizasiyası, hadisədən sonra atası Şahid1 təkrar zəng edərək “mən keyfim istəyəni elədim, öldürdüm Rafiqi” deməsi onun niyyətinin birbaşa Rafiq Qubatovu qəsdən öldürməyə yönəldiyini göstərir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Rafiq Qubatova bıçaqla xəsarət yetirməsini arvadı Şahid2 və uşaqlarının görmədiyinə, qayınanası Əsmayə Qubatovanın görüb-görmədiyini bilməməsinə dair, eyni zamanda iş üzrə şahidlər Şahid2, Şahid3 və Şahid4 məhkəmədə hadisəni görməmələrinə dair verdikləri ifadələrinə tənqidi yanaşır. Zərərçəkmiş şəxsin hüquqi varisi Əsmayə Qubatova həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı hadisənin bilavasitə şahidi olduğunu, Təqsirləndirilən şəxs X34u onun gözləri önündə bıçaqladığını bildirmişdir. İş üzrə şahidlər Şahid2, Şahid3 və Şahid4 isə ibtidai istintaq zamanı verdikləri ifadələrində hadisəni görüdüklərini bildirsələr də, məhkəmə istintaqı zamanı bunu inkar etmişlər. Məhkəmə istintaqı ilə müqayisədə hadisənin baş vermə tarixinə daha yaxın vaxtlarda alınmış həmin ifadələrdə şahidlərin hadisəni bilavasitə görmələrinə dair göstərdikləri kifayət qədər dəqiq məlumatların sonradan danılması bağlı məhkəmədə səsləndirilmiş mülahizələri məhkəmə həqiqət hesab etmir, həmin mülahizələri yaxın qohumları olan və barışdıqları Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qəbul edir. Buna görə də məhkəmə həmin şahidlərin məhkəmədə verdikləri ifadələrinin hadisəni görməmələrinə dair hissəsini sübut kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, şahid Zümrüd Yaralıyevə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxslə üzləşərkən onun üzünə qarşı verdiyi ifadəsində hadisəni gördüyünü israr etmiş, Təqsirləndirilən şəxs isə bunu təkzib etməyərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirildikdə isə Şahid2 ziddiyyətli ifadələr verərək ilkin olaraq evin həyətinə girərkən Təqsirləndirilən şəxs görmədiyini, sonuncunun sonradan qapıdan içəri daxil olduğunu bildirmiş (halbuki, işin faktiki hallarından Eldəniz Yaraliyevin evin hasarından aşaraq həyətə daxil olduğu müəyyən olunmuşdur), sonra isə Təqsirləndirilən şəxs həyətdə gördüyünü, ancaq onunla küsülü olduğu üçün onunla danışmasın deyə həyətin digər tərəfinə keçdiyini bildirmişdir. Bundan başqa, Şahid2 və Yaqut Yaralıyevə ilkin ifadələrində Şahid1 onlara zəng edərək Eldənizin Rafiqi öldürməyə gəlməsi barədə məlumat vermədiyini bildirsələr də, Şahid1 məhkəmədə bu halı təsdiq edən ifadə verdikdən sonra həmin şahidin dediklərinin həqiqət olduğunu, hadisə günü Şahid1 onlara zəng edərək Eldənizin Rafiqə öldürməyə gəlməsi barədə məlumat verdiyini, onların da Eldənizin qorxusundan Sileyli kəndinə getdiklərini bildirmişlər. Bütün bunlar onu göstərir ki, həmin şahidlər məhkəməyə səmimi ifadə verməmişlər, yaxın qohumları olan Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirməyə cəhd etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs hadisə vaxtı övladının, nəvələrinin və arvadının gözü qarşısında Rafiq Qubatova xəsarət yetirdiyini dərk etməsinə dair, şahidlər Şahid2, Şahid3 və Şahid4 hadisə günü Təqsirləndirilən şəxs əlində bıçaqla Rafiq Qubatovun üzərinə hücum çəkərək ona həmin bıçaqla zərbələr vurmasın görmələrinə dair ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla adam öldürmə cinayətinə görə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri və iş yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 59.1.10-ci maddəsində (şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə) nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra könüllü gəlib təqsirini boynuna alsa da Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında daha ciddi cəza növü kimi ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin cəza təyin etməyə dair müddəası ona şamil oluna bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qəbələ Rayon Məhkəməsinin 03 avqust 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 02 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Amma cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki 01 avqust 2024-cü il tarixdən məhdudlaşdırılmışdır. Belə ki, 01 avqust 2024-cü il tarixli raportdan görünür ki, polis nəfərləri 01 avqust 2024-cü il tarixdə saat 22:15 radələrində Qəbələ rayonu Bılıx kəndi ərazisində “Fiat Doblo” markalı avto patrulda xidmət apararkən Təqsirləndirilən şəxs onlara əli ilə işarə edərək xidməti avtomobili saxlatdırmış və qayınatasını bıçaqladığını deyərək özünü polisə təslim etmişdir (cild 1, iş vərəqə 7, 13, 103-104). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 01 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Qəbələ Rayon Prokurorluğunda saxlanılan, hadisə vaxtı X15 əynində olmuş bir ədəd üzərində “Crestance” yazısı olan qısaqol yay köynəyi və bir ədəd qara rəngli şalvar, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd üzərində “Adverter Living” yazısı olan göy rəngli şalvar, bir ədəd bıçaq və Təqsirləndirilən şəxs əl-barmaq izi daktiloxəritəsi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 281 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 01 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Qəbələ Rayon Prokurorluğunda saxlanılan, hadisə vaxtı X15 əynində olmuş bir ədəd üzərində “Crestance” yazısı olan qısaqol yay köynəyi və bir ədəd qara rəngli şalvar, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd üzərində “Adverter Living” yazısı olan göy rəngli şalvar, bir ədəd bıçaq və Təqsirləndirilən şəxs əl-barmaq izi daktiloxəritəsi məhv edilsin. Təqsirləndirilən şəxs 281 (iki yüz səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-99/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-99/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver