Məhkəmə qərarları › İş №1(094)-10/2024

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-10/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-10/2024 09.07.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Pirallahı rayonu, Əzizbəyov küçəsi, ev 7, mənzil 13-də qeydiyyatda olan, ünvan 1 ünvansız evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tamah niyəti ilə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Pirallahı rayonu, K.Rzayev küçəsi 2-ci sahə dəniz kənarında yerləşən Azərbaycan Respublikası Zərərçəkmiş şəxsnə məxsus Baş Təmizləyici Qurğusunu işıq enerjisi ilə qidalandıran hava xəttinin hər bir metri 20 manat olan, ümumi dəyəri 1400 manat təşkil edən 75 mm-lik, 70 metr uzunluğunda mis naqilini gizli olaraq talayıb Azərbaycan Respublikası Zərərçəkmiş şəxsnə 1400 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tamah niyəti ilə xx.xx.2024-cü il tarixdə saat 00-01 radələrində Bakı şəhəri, Pirallahı rayonu, K.Rzayev küçəsi 2-ci sahə dəniz kənarında yerləşən Azərbaycan Respublikası Zərərçəkmiş şəxsnə məxsus Baş Təmizləyici Qurğusunu işıq enerjisi ilə qidalandıran hava xəttinin hər bir metri 20 manat olan, ümumi dəyəri 1600 manat təşkil edən 75 mmlik, 80 metr uzunluğunda mis naqilini gizli olaraq talayıb Azərbaycan Respublikası Zərərçəkmiş şəxsnə 1600 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidin ifadəsi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2023-cü ilin dekabr ayının əvvəllərində Pirallahı rayonu, K.Rzayev küçəsi 2-ci sahədə dəniz kənarında piyada hərəkətdə olan zaman yüksək gərginlikli elektrik xətlərini keçdiyi dirəkləri görmüş, həmin dirəklərə yaxınlaşmış, elektik naqillərinin mis olduğunu müəyyən etmişdir. O, maddi ehtiyacı olduğundan həmin xətləri kəsərək satmaq qərarına gəlmişdir. Bu məqsədlə 2023-cü ilin dekabr ayının sonlarında saat 23 radələrində yaşadığı evdən dəmir kəsən mişarı götürərək Pirallahı rayonu, K.Rzayev küçəsi 2-ci sahədə dəniz kənarında olan elektrik dirəkləri olan yerə getmiş, orada yüksək gərginlikli elektrik xətti ona xəsarət yetirməsin deyə mişarın tutacağına taxta parçası bağlayaraq elektrik dirəyinə qalxmış, elektrik naqilini kəsdikdən sonra aşağı düşmüş və naqilin digər hissəsini kəsmişdir. Bundan sonra o kəsmiş olduğu elektrik naqilini götürüb yol kənarının yaxınlığında olan təpənın arxasında gizlətmiş, həmin gün gecə saatları olduğuna görə onları aparmaq üçün maşın tapa bilməmiş və evə getmişdir. Təxminən saat 10 radələrində naqilləri gizlətdiyi yerdən çıxardıb yol kənarına qoymuş, yoldan keçən “Toyota Prius” markalı taksiyə əl edib saxladaraq Zirə qəsəbəsində yerləşən Azad adlı şəxsin işlətdiyi metal qəbulu yerinə aparıb Azada çəkisinə görə 140 manata satmışdır. Bundan başqa 2024-cü ilin yanvar ayının əvvəllərində maddi sıxıntıları çox olduğuna görə pulu qurtardığı üçün yenidən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə Pirallahı rayonu, K.Rzayev küçəsi 2-ci sahədə dəniz kənarında əvvəllərdə oğurluq etdiyi üçün saat 00-01 radələrində yaşadığı evdən dəmir kəsən mişarı götürərək orada elektrik naqilləri ola biləcəyini fikirləşib həmin yerə getmişdir. O, qarşısına çıxan elektrik dirəyinə qalxaraq elektrik naqilini kəsmiş, dirəkdən düşüb naqilin digər hissəsini kəsərkən elektrik cərəyanı onu vuraraq 3-4 metr kənara tullamış və o, huşunu itirmiş, bir neçə saat keçdikdən sonra özünə gəlmişdir. Kəsmiş olduğu naqili götürərək eyni qayda üzrə əvvəlki naqili gizlətdiyi yerə apararaq orada havanın işıqlanmasını gözləmiş, hava açıldıqdan sonra naqilləri sürüyərək yol kənarına çıxartmış, yol kənarında yoldan keçən göy rəngli “Mersedez” markalı avtomobilə əl edib saxladaraq Zirə qəsəbəsində yerləşən Azad adlı şəxsin işlədiyi metal qəbulu yerinə aparıb Azada çəkisinə görə 170 manata satmışdır. O, əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmiş, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı ünvanın yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq oğurluqda şübhəli olduğunu bildirib onu Pirallahı RPİ-nə gətirmişlər. O, oğurluq edərkən tək olduğunu, elektrik naqillərini daşıdığı avtomobillərin dövlət qeydiyyat nişanlarını bilmədiyini, taksi sürücülərinə oğurluqla bağlı heç nə deməmişdir. Mis naqilləri satdığı Azad adlı şəxsin ondan şəxsiyyətini təsdiq edən sənəd istəmiş, onun isə ad, soyad və yaşadığı yer barədə ona məlumat vermiş, ailə üzvlərinin onun oğurluq etməsindən xəbərləri olmamışdır. Azad adlı şəxsə o zəng etməmiş, ümumiyyətlə onun mobil nömrəsini bilmədiyini, polis idarəsinə gətirilərkən və ya polis idarəsində olarkən ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli özünü təqsirli bilməsi məhkəmədə tədqiq edilmiş, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidin ifadəsi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə göstərdi ki, 24 dekabr 2023-cü ildə işlədiyi Zərərçəkmiş şəxsnə idarənin balansında olan BTQ-nin işıq enerjisi ilə qidalandıran hava xəttinin mis naqilinin naməlum şəxs tərəfindən kəsilərək oğurlanması barədə məlumat daxil olmuşdur. İdarə işçiləri ilə birlikdə o da hadisə yerinə getmiş, orada Pirallahı Rayon Sukanal İdarəsinin balansında olan BTQ-nin işıq enerjisi ilə qidalandıran hava xəttinin mis naqilinin K.Rzayev küçəsi 2-ci sahədə dəniz kənarında olan hissəsinin 70 metrlik mis naqilinin kəsildiyini aşkar edilmişdir. Oğurluq nəticəsində idarəyə 1700 manat dəyərində ziyan dəymiş təxmini müəyyən edilmişdir. Bundan sonra, 07 yanvar 2024-cü ildə yenidən işlədiyi Zərərçəkmiş şəxsnə idarənin balansında olan BTQ-nin işıq enerjisi ilə qidalandıran hava xəttinin mis naqilinin naməlum şəxs tərəfindən kəsilərək oğurlanması barədə məlumat daxil olmuş, o, idarə işçiləri ilə birlikdə hadisə yerinə getmiş, orada Pirallahı Rayon Sukanal İdarəsinin balansında olan BTQ-nin işıq enerjisi ilə qidalandıran hava xəttinin mis kabelinin K.Rzayev küçəsi 2-ci sahədə dəniz kənarında olan hissəsinin 80 metrlik mis naqilinin kəsildiyini aşkar edildi. Oğurluq nəticəsində idarəyə təxmini 2100 manat dəyərində ziyan dəyməsi müəyyən edilmişdir. Əlavə olaraq bildirdi ki, qeyd olunan tarixlərdə idarənin mis naqillərinin oğurlanması ilə bağlı idarəyə 3000 manat maddi ziyan dəymişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə idarənin 1 metri 20 manat olan 70 metr uzunluğunda 75 mm-lik elektrik naqili, xx.xx.2024-cü il tarixdə isə 1 metri 20 manat olan 80 metr uzunluğunda 75 mm-lik elektrik naqili oğurlanmışdır. Nəticədə birinci dəfə baş vermiş oğurluq hadisəsi zamanı idarəyə 1400 manat, ikinci dəfə isə 1600 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/1128/2024 №-li rəyi ilə razı deyil Zərərçəkmiş şəxsnə dəymiş maddi ziyanın 3000 manat olmasını nəzərə alınmasını xahiş etmişdir. ilkin müraciət və təqdim olunana arayışda oğurlanmış naqillərlə birlikdə həmin naqillərin dəyişdirilməsi, texniki xərcləri, işçi xərcləri və s hesablanmaqla nəzərə alındığı üçün dəymiş ziyan təxminən 3800 manat kimi göstərildiyini, lakin sonradan tərəflərindən müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə idarənin 1 metri 20 manat olan 70 metr uzunluğunda 75 mm-lik elektrik naqili, xx.xx.2024-cü il tarixdə isə 1 metri 20 manat olan 80 metr uzunluğunda 75 mm-lik elektrik naqili oğurlanmışdır. Nəticədə birinci dəfə baş vermiş oğurluq hadisəsi zamanı idarəyə 1400 manat, ikinci dəfə isə 1600 manat dəyərində maddi ziyan dəymişdir. Həmin oğurlanmış mis naqillər Zərərçəkmiş şəxs Baş Təmizləyici Qurğusunu işıq enerjisi ilə qidalandıran enerji xəttidir. Həmin mis naqillərin Zərərçəkmiş şəxsnə məxsus olduğunu bildirdi. İş üzrə şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid göstərmişdir ki, 2023-cü ilin dekabr ayının sonlarında üzdən tanıdığı şəxs onun işlətdiyi obyektə gələrək mis naqilləri satmaq istədiyini bildirdiyini, o, mis kabeli həmin şəxsdən 140 manata aldığını, bundan sonra 2024-cü ilin yanvar ayının əvvəllərində həmin şəxsin yenidən onun işlətdiyim obyektə gələrək yenidən mis naqil gətirdiyini, o mis naqilin müqabilində ona 170 manat pul vermiş və həmin şəxsin çıxıb getmişdir. O, 5-6 il olar ki, metal alış-satışı ilə məşğul olduğunu, o mis naqilləri alarkən həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etməsini bildirdiyini, həmin şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını lakin adının xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu və Pirallahı rayonu, Kaveroçkin küçəsində ünvansız evdə yaşadığını demişdir. Təqsirləndirilən şəxs həmin elektrik naqillərinin özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir, bu səbəbdən onda mis naqillərin oğurluq olması ilə bağlı şübhə yaranmamışdır. Təqsirləndirilən şəxs ona mis naqilləri birinci dəfə 2023-cü ilin dekabr ayının sonlarında səhər saatlarında ikinci dəfə isə 2024-cü ilin yanvar ayının əvvəllərində səhər saatlarında satdığını, mis naqilləri satarkən onun yanında heç kimin olmadığını bildirmişdir. İ.v 97-98 İş materiallarında istintaq zamanı aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı Şahid istintaqda verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs onun dedikləri ilə razılaşaraq Şahid mis naqilləri satdığını etiraf etmişdir. İ.v 105-106 İş materiallarında cinayət işinin materiallarına əlavə edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 3-16-16/2-9/1128/2024 saylı, 18 mart 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxsnə məxsus uzunluğu 150 metr, diametri 75 mm, çəkisi 135 kq olan mis naqilin 1 metrinin hadisə baş verən tarixə, yəni 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti 13,00 manat, 150 metri nəzəri qaydada təxminən 1950,00 manat müəyyən edilir. İ.v 111-113 İş materiallarında cinayət işi üzrə, 08 fevral 2024-cü il tariхdə, Pirallahı RPİ-nin əməliyyat aparatına cinayət işi üzrə müvafiq tapşırığ vеrilmiş, 01 mart 2024-cü il tariхdə Pirallahı RPİ-dən daхil оlmuş əməliyyat tapşırığna cavab məкtubunda, əməliyyat tapşırığnda qеyd еdilən хüsusatların yохlanılması ilə əlaqədar əməliyyat-aхtarış tədbirlərinin кеçirilməsinə baхmayaraq, Təqsirləndirilən şəxs oğurladığı mis naqilləri apardığı taksi maşınları və onların sürücülərinin şəхsiyyətini müəyyən etmək mümkün olmamışdır. Gələcəкdə, hər hansı istintaq üçün maraqlı məlumatlar əldə оlunarsa, bu barədə istintaqa məlumat vеriləcəyi qеyd оlunmuşdur. İ.v 91-92, 110 Bеləliкlə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhкəmə baхışı zamanı araşdırılaraq, qiymət vеrilməкlə özünün ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, məhkəmədə elan olunmuş şahid ifadəsi, екspеrtiza rəyi ilə tam sübuta yеtirilmişdir. Təqsirləndirilən şəxs qеyd еdilən əməllərinin cinayət оlmasını aradan qaldıran hallar, həmçinin оnun cinayət məsuliyyətindən azad еdilməsi üçün əsaslar yохdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidin elan olunmuş ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək pehmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləhdirən hal kimi nəzərə alır. İş materiallarında cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür кi, Təqsirləndirilən şəxs cinayət törətməyə görə əvvəllər məhкum оlunmamışdır. İ.v 90 Azərbaycan Rеspubliкasının CM-nin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs əməlində onun cəzasının ağırlaşdıran halı müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2024-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-3/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.1 və 177.2.2-ci maddələri ilə onun barəsində həbs edilərək, həbs etmənin əvvəli 18 yanvar 2024-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 18 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş materiallarında iş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (ibtidai istintaq zamanı iş saatına görə 60 saat, 360 manat və məhkəmə baxışı zamanı 25 saat, 150 manat) ümumilikdə 510,00 (beş yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, əmlak müsadirəsi və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, əmlak müsadirəsi və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən həxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı həhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 510,00 (beş yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ013501******00001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya hikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar