Məhkəmə qərarları › İş №1(094)-11/2024

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-11/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-11/2024 25.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X2 Tərcüməçi – X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Pirallahı rayonu, C.Cabbarlı küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə ƏN PX-in 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə qəsdən tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 02 radələrindən saat 03 radələrinədək olan müddət ərzində X2 yaşadığı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, fərdi yaşayış evinin giriş qapısını həyətdən götürdüyü taxta parçası ilə sındırmaqla qanunsuz daxil olaraq, əvvəlcə həmin fərdi yaşayiş evinin yataq otağında paltar dolabının içərisində asılmış paltonun iç cibindən 20000 manat pulu, həmçinin paltonun çöl cibindən və girişdə yerləşən otaqdakı stolun üstündə olan qızıl qabının içərisindən 1 ədəd 600 manat dəyərində 583 əyarlı Rusiya istehsalı qadın üzüyünü, 1 ədəd 500 manat dəyərində 583 əyarlı Rusiya istehsalı qadın üzüyünü, 1 cüt 1600 manat dəyərində 583 əyarlı Rusiya istehsalı olan qızıl sırğanı, 1 ədəd 1800 manat dəyərində 583 əyarlı Rusiya istehsalı olan qızıl boyunbağını, 1 ədəd 500 manat dəyərində 583 əyarlı Rusiya istehsalı olan qızıl qolbağı, 1 ədəd 1600 manat dəyərində “LG” markalı televizoru, 1 ədəd 500 manat dəyərində “Samsung A51” markalı mobil telefonu, 1 ədəd 110 manat dəyərində TV aparatı, 1 ədəd 140 manat dəyərində “Seruti” markalı ətiri, 1 ədəd 170 manat dəyərində “Pako rabani” markalı ətiri, 1 ədəd 40 manat dəyərində qulaqlığı, 1 ədəd 50 manat dəyərində “FLY” markalı mobil telefonu göturərək yaşayiş evini tərk etmişdir. O, oğurladığı yuxarıda qeyd olunan əşyaları yaşadığı evində gizlətdikdən sonra yenidən talama cinayət əməlini törətdiyi evə qayıdaraq oradan 1 ədəd 80 manat dəyərində “Bosch” markalı su qızdırıcısını vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb ələ keçirməklə, zərərçəkmiş Lolita Mirzoyevaya 27690 manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2020-ci ildə AR CM-nin 177.2.3-cü maddəsi ilə 2 il müddətində azadlığın məhdudlaşdırılması cəzası almış, bir ilə yaxındır ki, narkotik vasitə olan marixuananı çəkmək yolu ilə qəbul etdir. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində bədədnimdə ağrılar olduğundan narkotik vasitə almaq üçün oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxmış, bir neçə dəqiqə gəzdikdən sonra qonşuluqda yerləşən evin işıq sayğacının qırmızı işığının yandığını və evdə heç kimin olmadığını müəyyən etmişdir. O, həyətin darvazasına yaxınlaşanda darvazanın açıq olduğunu görmüş, darvazanı açaraq həyətə daxil olmuşdur. Həmin vaxt qonşu həyətdən səs gəlmiş, o, evə söykənmiş vəziyyətdə olan nərdivan vasitəsi ilə yuxarı qalxıb qonşunun həyətinə baxmışdır. Orada heç kimin olmadığını müəyyən etdikdən sonra evin giriş qapısına yaxınlaşmışdır. Evin giriş qapısının bağlı olduğunu gördükdə qapını sındırmaq üçün bir şey axtarmağa başlamış, həyətdə olan kolluğun arasından taxta parçası taparaq qapının arasına keçirtmiş, güc tətbiq edərək qapının yuxarı hissəsini sındırmış, qalan hissəsini isə əli ilə sındırmışdır. Bundan sonra əlində olan telefonun işığı ilə ətrafa nəzər salmış, giriş hissədə stolun üstündə olan qızıl qabının içərisində qızıl-zinət əşyalarının olduğunu görmüş və götürərək cibinə qoymuşdur. Bundan sonra o, yataq otağına keçmiş, yataq otağının girişində olan çantaların, yüklərin arasına, çarpayının altına baxmış heç nə tapmadığı üçün paltar şkafının içərisini axtarmağa başlamışdır. Paltar şkafının içərisində olan paltonun iç cibində zərf olduğunu görmüş, həmin zərfi acıb içərisində çoxlu pul olduğunu müəyyən etmiş və həmin zərfi əynində olan gödəkçənin cibinə qoymuş və paltonun digər cibində qızıl-zinət əşyalarının olduğunu görmüş, həmin qızılları da əynində olan gödəkçənin çibinə qoymuşdur. Bundan sonra evin giriş otağında olan televizoru və onun üçün nəzərdə tutulan aparatı götürərək evdən çıxmışdır. Oğurladığı əşyaları yaşadığı evə aparmış, yaşadığı evə çatanda cibində olan zərfin yolda düşdüyünü aşkar etmiş və zərfi tapmaq məqsədi ilə gəldiyi yollara baxmağa başlamış, oğurluq etdiyi evin həyətinə də diqqətlə baxmış lakin zərfi tapa bilməmiş, bundan sonra evdə olan su qızdırıcısını götürərək onu da yaşadığı evə aparmışdır. Yaşadığı evdə qızıllara baxış keçirtmiş, 01 cüt sırğa, 02 ədəd üzük, 01 ədəd boyunbağı və 01 ədəd qolbağı oğurladığını müəyyən etmişdir. Səhər saat 10 radələrində 02 ədəd üzüyü, 01 cüt sırğanı götürərək evdən çıxmış və yolda dostu Qurbana zəng vurmuş, Qurbanla Pirallahı rayonu ərazisində yerləşən “İşıqlı” marketin yaxınlığında görüşmüş, o, Qurbana qızılların anasına məxsus olduğunu, satıb borclarını ödəmək üçün ona verdiyini və onları satmaq lazım olduğunu bildirmişdir. Qurban onunla razılaşmış və onlar bir yerdə taksi ilə Qala yoluna getmış, Qalada düşüb 136 saylı avtobusa minərək Mərdəkəna getmişlər. Mərdəkanda, “stansiya” adlanan ərazidə yerləşən lombarda daxil olub, qızılları satıcıya göstərərək satmaq istədiklərini bildirmişlər. Bundan sonra satıcı həmin qızılları yoxlmış və qızılları 700 manata ala biləcəyini bildirmiş, onlar razılaşdıqdan sonra satıcı onlardan şəxsiyyəti təsdiq edən sənəd istəmiş, onun şəxsiyyətini təsdiq edən sənəd üzərində olmadığından satışı Qurbanın şəxsiyyətini təsdiq edən sənədlə rəsmiləşdirmişlər. Pulu götürdükdən sonra yenidən Pirallahı rayonu ərazisinə qayıtmışlar. O, həmin puldan 200 manatını borclarını vermiş, 40 manatına isə marixuana almışdır, qalan pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Saat 20 radələrində 01 ədəd qızıl boyunbağını və 01 ədəd qızıl qolbağı satmaq məqsədi ilə cibinə qoyaraq yaşadığım evdən çıxmış, yolda qəsəbə sakini kimi tanıdığı Afanın yaşadığı evin qabağında dayanıb siqaret çəkdiyini görmüş və ona yaxınlaşaraq salamlaşmışdır. O, Afana anasının vəziyyətinin ağır olduğunu, dərman almağa pulunun olmadığını və bu səbəbdən ona borc pul lazım olduğunu bildirmiş, Afan ona pulunun olmadığını bildirmiş, o, cibindən 01 ədəd boyunbağını və 01 ədəd qolbağı çıxardaraq həmin qızılların anasına məxsus olduğunu, anasının həmin qızılları ona satıb dərman almaq və evin komunal borclarını ödəmək üçün verdiyini, həmin qızılları satmaq üçün şəxsiyyəti təsdiq edən sənəd lazım olduğunu bildirmişdir. Afan ondan şəxsiyyət vəsiqəsinin harada olduğunu soruşmuş o isə lombarda girov qoyduğunu bildirmiş, bundan sonra Afan ondan anasının şəxsiyyət vəsiqəsinin harada olduğunu soruşmuş, o, isə anasının şəxsiyyət vəsiqəsini dəyişmək üçün Asan xidmətə verdiyini bildirmişdir. Afan ona imtina etdikdə o, həqiqətən də ailə vəziyyətinin ağır olduğunu və təcili pula ehtiyacı olduğunu bildirmiş, bundan sonra Afan yaşadığı evdən şəxsiyyət vəsiqəsini götürüb çölə çıxmış və ondan hara gedəcəklərini soruşmuş, o, isə şəhərə getmək lazım olduğunu bildirmiş və onlar birlikdə Koroğlu metro stansiyasına getmış, Koroğlu metro stansiyasından metro ilə Qara Qarayev metro stansiyasına getmişlər. Qara Qarayev metro stansiyasının yaxınlığında olan lombarda girərək qızılları lombard işçisinə verib satmaq istədiyini bildirmiş, orda işləyən qadın qızılları yoxladıqdan sonra 1000 manat pul verə biləcəyini bildirmiş, o, razılaşmış və Afanın şəxsiyyət vəsiqəsini ona vermiş, o, pulu götürdükdən sonra onlar həmin yerdən çıxıb Pirallahı rayonuna qayıtmışlar. O, əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2024-cü il tarixdə saat 05:45 dəqiqədə 186 saylı məktəbin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq onun oğurluqda şübhəli olduğunu bildirərək polis idarəsinə dəvət etmişlər. O, oğurluğu tək törətdiyini, oğurluq edərkən onu heç kimin görmədiyini, oğurluq etməsindən heç kimin xəbərinin olmadığını, həmin evə 1-ci dəfə saat 02 radələrində daxil olub, oradan konvertin icərisindəki pulları, 01 cüt qızıl sırğa, 02 ədəd qızıl üzük, 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl qolbağ, 01 ədəd LG” markalı televizor, 01 ədəd TV aparat və 01 ədəd “FLY” markalı mobil telefonu oğurladı, əşyalar ağır olduğu və yaşadığı ev yaxın olduğu üçün o həmin əşyaları yaşadığı evə apardıqdan sonra gəlib su qızdırıcısını aparmaq qərarına gəlmiş, ona görə də oğurladığı əşyaları yaşadığı evə apardıqdan sonra təxminən saat 03 radələrində həmin evə qayıdaraq su qızdırıcısını da oğurlayıb yaşadığı evə apardığını, zərfin içərisində olan pulları isə yolda itirdiyindən içərisində nə qədər pul olduğunu bilməmişdir. “Samsung A51” markalı mobil telefonu, qulaqlığı və 02 ədəd ətirləri isə həmin evdən oğurlamamışdır. O, oğurladığı əşyalar ağır olduğu üçün su qızdırıcısını sonra gəlib götürdüyünü, təxminən bir ilə yaxındır ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, həmin marixuananı Arif adlı şəxsdən pul müqabilində əldə etdiyini, həmin şəxsin telefon nömrəsini və ünvanını bilmədiyi, polis idarəsinə gətirilərkən ona polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli özünü təqsirli bilməsi məhkəmədə tədqiq edilmiş, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X6 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 07:30 dəqiqədə qeyri rəsmi yaşadığı X4 ilə birlikdə yaşadıqları ünvan 2 ünvanından çıxaraq işə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 09:30 dəqiqədə yaşadığı evə qayıtdıqda evin giriş qapısının sındırıldığını, içəri daxil olduqda isə evin dağınıq olduğunu gördüyünü, dərhal şəxsi əşyalarına baxış keçirtdiyini və yataq otağında paltar dolabının içərisindəki paltonun iç çibində olan 20000 manat pulunun, çöl cibindən qutunun içindən və girişdə yerləşən otaqda olan stolun üstündə olan qızıl qabının içərisindən 1 ədəd 600 manat dəyərində 583 əyarlı Rusiya istehsalı qadın üzüyünün, 1 ədəd 500 manat dəyərində 583 əyarlı Rusiya istehsalı qadın üzüyünün, 1 cüt 1600 manat dəyərində 583 əyarlı Rusiya istehsalı qızıl qadın sırğasının, 1 ədəd 1800 manat dəyərində 583 əyarlı Rusiya istehsalı qızıl qadın boyunbağının və 1 ədəd 500 manat dəyərində 583 əyarlı Rusiya istehsalı qızıl qadın qolbağının, bir ay bundan öncə aldığı 1600 manat dəyərində “LG” markalı 139 ekran televizorunun, 3 il bundan öncə aldığı 500 manat dəyərində ekranı sınmış “Samsung A51” markalı mobil telefonunun, 110 manat dəyərində TV aparatının, 140 manata aldığı Seruti markalı ətirinin, 170 manata aldığı Bakorabani markalı ətirinin, 2 il bundan öncə 40 manata aldığı qulaqlığın və hamam otağında olan 80 manat dəyərində “Bosch” markalı su qızdırıcısının oğurlandığını aşkar etmiş, o, hadisədən sonra evi yığışdırarkən ona məxsus 50 manat dəyərində “FLY” markalı mobil telefonunun da oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə axşam saat 18 radələrində yaşadığı evin qarşısında dayanıb siqaret çəkirmiş, həmin vaxt tanışı Nəsir ona yaxınlaşaraq anasının vəziyyətinin ağır olduğunu, dərman almağa pullarının olmadığını və bu səbəbdən ona borc pul lazım olduğunu demiş, o, Nəsirə pulunun olmadığını bildirmiş, Nəsir cibindən 01 ədəd boyunbağı və 01 ədəd qolbağı çıxardaraq həmin qızılların anasına məxsus olduğunu, anasının həmin qızılları ona satıb dərman almaq və evin komunal borclarını ödəmək üçün verdiyini, həmin qızılları satmaq üçün şəxsiyyəti təsdiq edən sənəd lazım olduğunu bildirdimişdir. O, Nəsirdən onun şəxsiyyətini təsdiq edən sənədin harada olduğunu soruşduqda, lombarda girov qoyduğunu bildirdiyini, bundan sonra o, anasının şəxsiyyətini təsdiq edən sənədin harada olduğunu soruşduğunu, Nəsir isə anasının şəxsiyyətini təsdiq edən sənədin Asan xidmətdə olduğunu bildirdiyini, o, imtina etdikdə Nəsir and-aman edərək həqiqətən ailə vəziyyətlərinin ağır olduğunu və təcili pula ehtiyacının olduğunu bildirdimişdir. O, yaşadığı evdən şəxsiyyət vəsiqəsini götürüb çölə çıxdığını və Nəsirdən hara gedəcəklərini soruşmuş, Nəsir isə şəhərə getmək lazım olduğunu bildirmişdir. Onlar Socar yanacaq doldurma məntəqəsinin yaxınlığında taksiyə əyləşib Koroğlu metro stansiyasına getdiklərini, Koroğlu metro stansiyasından metro ilə Qara Qarayev metro stansiyasına getdiklərini, metrodan çıxandan sonra bir neçə dəqiqə ayaqla məhəllələrin arasına getdiklərini, məhəllələrin arasında yerləşən lombarda girdiklərini, Nəsir lombard işçisinə qızılları verib satmaq istədiyini bildirmişdir. Lombarda işləyən qadın qızılları yoxladıqdan sonra 1000 manat pul verə biləcəyini bildirmişdir. Nəsir onunla razılaşdığını və ondan şəxsiyyətini təsdiq edən sənədi götürüb ona verdiyini, Nəsir pulu götürdükdən sonra onlar həmin yerdən çıxıb Pirallahı rayonuna qayıtdıqlarını, onun qızılların oğurluq olduğunu bilmədiyini, Nəsirin ona oğurluq edəcəyi ilə bağlı heç bir məlumat vermədiyini, ona vəziyyətinin pis olduğunu dediyinə görə qızılları onun şəxsiyyətini təstiq edən sənədlə satmasına icazə vermişdir. Nəsirin əldə etdiyi puldan ona heç nə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birgə yaşayır, xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində tanışı Nəsir onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. Onlar Pirallahı rayonu ərazisində yerləşən “İşıqlı” marketin yaxınlığında görüşdüklərini, Nəsir cibindən 2 ədəd üzük və 1 cüt sırğanı çıxardaraq həmin qızılların anasına məxsus olduğunu, satıb borclarını ödəmək üçün ona verdiyini bildirdiyini, bundan sonra onlar birlikdə taksiyə əyləşərək Qala qəsəbəsinə getdiklərini, orada 136 nömrəli avtobusla Mərdəkan qəsəbəsinə getmişlər. Mərdəkan qəsəbəsində Lombarda yaxınlaşdıqlarını, Nəsir lombard işçisinə qızılları göstərərək satmaq istədiyini bildirdi, lombard işçisi qızılları yoxladığını və tərəzidə çəkdikdiyini, sonra qızılların müqabilində 700 manat pul verə biləcəyini bildirdi. Nəsir onunla razılaşdığını sonra lombard işçisi ondan şəxsiyyəti təsdiq edən sənəd istədi, Nəsirin sənədinin olmadığından ondan sənədinin üzərində olub-olmadığını soruşmuş, o, şəxsiyyətini təsdiq edən sənədin sürətini ona verdiyini və kağızın üzərində qızılların oğurluq olmadığı barədə yazı yazaraq imza etdiyini, Nəsirin pulu götürdükdən sonra onların Pirallahı rayonu ərazisinə qayıtmışlar. Bundan sonra o, Nəsirlə sağollaşaraq öz yaşadığı evə getdiyini, Nəsirin satdığı qızılların oğurluq olduğunu bilmədiyini, əldə olunan puldan ona heç nə vermədiyini həmin pula borclarını verəcəyini dediyini, Nəsirin oğurluq edəcəyi ilə bağlı ona heç nə demədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində dostu Zaurun işlədiyi lombarda getmiş, Zaurun ona şəhərdə işlərinin olduğunu bir neçə saat onu əvəz etmək lazım olduğunu bildirmişdir. O, Zaurla razılaşdığını, saat 12 radələrində tanımadığı iki nəfər şəxsin lombarda gəldiyini, həmin şəxslər qızıl satdıqlarını bildirərək ona 02 ədəd üzük və 01 cüt sirğa verdiklərini, o bu barədə Zaura zəng vuraraq bildirmiş, Zaurun ona həmin qızılların həqiqi olub olmadığını yoxlamağı sonra tərəzi ilə çəkməyi tapşırmış, o qızılları yoxlamış və tərəzidə çəkmiş, qızılların çəkisinin 13,58 qram etdiyini və Zaura bu barədə məlumat vermişdir. Zaurun isə qızıllara görə ən çoxu 700 manat verə biləcəyini bildirdiyini, onlarla razılaşdıqdan sonra, Zaur ona həmin şəxslərdən hər hansınınsa şəxsiyyətini təsdiq edən sənədə baxmağını və sürətini götürməyini tapşırmışdır. O, onlardan sənəd istədiyini, həmin şəxslərdən biri ona şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etdiyini, bundan sonra o, həmin şəxslərə 700 manat pul verdiyini və onların çıxıb getdilərini, saat 16 radələrində Zaur gəlib həmin qızılları götürüb getdiyini, onun qızılların oğurluq olduğunu bilmədiyini, qızıl satan şəxsin şəxsiyyət vəsiqəsinin sürətini aldığını, həmin lombard da işləmədiyini, yalnız dostu Zaura köməklik etdiyini bildirdi. İş üzrə şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş X5 göstərmişdir ki, 2017-ci ildən qızıl alış-satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə axsam saat 20 radələrində tanımadığı iki nəfər şəxs onun müqavilə əsasında işlətdiyi ünvan 3 ünvanda yerləşən qızıl mağazasına daxil olaraq qızıl satmaq istədiklərini bildirdirərək bir ədəd boyunbağını və bir ədəd qolbağı ona göstərdiklərini, o, həmin boyunbağını və qolbağı yoxlayaraq həmin qızılların 375 əyyarlı Rusiya istehsalıdır və ümumi çəkiləri 17 qram olmasını müəyyən etmişdir. Bundan sonra o, həmin qızılların müqabilində onlara 1000 manat pul verəcəyimi bildirmiş və onlar razılaşmışlar. Bundan sonra o, onlardan şəxsiyyəti təstiq edən sənəd istəmiş, onlar ona Şahid1 məxsus şəxsiyyəti təstiq edən sənədi təqdim etmişlər. O, şəxsiyyəti təstiq edən sənədin həmin şəxsə məxsus olduğunu dəqiqləşdirmiş və qızıl və brilyantların alışının akt kitabında müvafiq qeydlərimi aparmış, qızılları satan şəxslər qızılların onlara məxsus olduğunu bildirmiş və şəxsiyyəti təstiq edən sənədin sahibi həmin kitaba öz imzasını atmışdır. O, qızılları götürmüş və onlara 1000 manat pul vermişdir. Bundan sonra həmin şəxslər çıxıb getmiş, saat 21 radələrində tanımadığı zərgər gələrək qızıl almaq istədiyini bildirmiş, ayın axırı olduğu üçün o, əlində olan bütün qızılları həmin zərgərə satmışdır. O, qızılların oğurluq olduğunu bilmədiyini, qızılları satdığı şəxsi tanımadığını və ona həmin qızılları neçəyə satdığını bilmədiyini bildirmişdir. İ.v 56-57 İş materiallarında Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, istintaqa verdiyi ifadəsini hadisə yerində əyani olaraq göstərməklə bir daha təsdiq etmiş və bu barədə protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İ.v 63 İş materiallarında Şahid2 və Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə zamanı Şahid2 və A. Mikayılov verdikləri ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdirlər. İ.v 106-109 İş materiallarında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 3-16-16/2- 9/1672/2024 saylı, 29 mart 2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə yəni 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3562,9 manat müəyyən olunur. İ.v 152-155 İş materiallarında əməliyyat tapşırıqlarına verilmiş cavab məktublarından görünür ki, həmin tapşırıqda qeyd edilən xüsusatların yoxlanılması ilə əlaqədar tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmiş və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində X2 yaşadığı Pirallahı rayonu, C.Cabbarlı küçəsi, ev 7-də yerləşən evin qapısını sındıraraq qanunsuz daxil olmaqla evdən oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilərək Pirallahı RPİ-nin İB-nə təhvil verilmişdir. Bundan başqa sözü gedən evdən oğurlanmış əşyalardan “FLY” markalı mobil telefon tapılaraq İB-nə təhvil verilmişdir. İ.v 19, 113 İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 690 saylı ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. i.v. 110-111 Bеləliкlə Təqsirləndirilən şəxs törətdiyi cinаyət əməli məhкəmə bахışı zаmаnı аrаşdırılаraq, qiymət vеrilməкlə özünün ifаdəsi, zərərçəkmiş şəxsin ifadəsi, şаhid ifаdələri, екspеrtizа rəyi ilə tаm sübutа yеtirilmişdir. Təqsirləndirilən şəxs qеyd еdilən əməllərinin cinаyət оlmаsını аrаdаn qаldırаn hаllаr, həmçinin оnun cinаyət məsuliyyətindən аzаd еdilməsi üçün əsаslаr yохdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs оğlunun törətdiyi əməli etiraf edərək pehmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləhdirən hal kimi nəzərə alır. İş materillarında Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu Pirallahı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Pirallahı rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılıb. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış lakin məhkumluğu ödənilməmişdir. İ.v 144-145 Аzərbаycаn Rеspubliкаsının CM-nin 61.1-ci mаddəsinə əsasən təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsi onun cəzаsının аğırlаşdırаn hаlı kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2024-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-5/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli qərarı ilə onun barəsində həbsetmənin əvvəli 01 fevral 2024-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 01 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs оğludan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs оğluna ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (ibtidai istintaq zamanı iş saatına görə 80 saat, 480 manat və məhkəmə baxışı zamanı 20 saat, 120 manat) ümumilikdə 600,00 (altı yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə əldə olunmuş maddi sübutlar zərərçəkmiş şəxsə qaytarılmışdır. İş üzrə əmlak müsadirəsi və mülki iddia yoxdur. İş üzrə aparılmış məhkəmə xərci 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs оğlundan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 01 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə əldə olunmuş maddi sübutlar zərərçəkmiş şəxsə qaytarılmış hesab olunsun. İş üzrə əmlak müsadirəsi və mülki iddia yoxdur. Maddi sübut - Təqsirləndirilən şəxs оğlunun üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş istintaq hərəkəti olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən həxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı həhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 600,00 (altı yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya hikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar