Məhkəmə qərarları › İş №1(094)-12/2023

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-12/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-12/2023 11.04.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 1(094)-12/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 14 mart 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd siqaretin gümüşü kağız bükümündə, təmiz çəkisi 0,233 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək, əynində olan boz rəngli cins şalvarın sol arxa cibində saxlamaqla, daşımış, 08 oktyabr 2022-ci il tarixdə saat 13:25 dəqiqədə Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtanş tədbirləri nəticəsində Bakı şəhəri Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən “Socar" yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq, polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən təmiz çəkisi 0,233 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən bir il yarım-iki ildir ki, narkotik vasitə qəbul edir, narkotik vasitənin heroin növündən ineksiya yolu ilə qəbul edir. Heroini qəbul etməkdə məqsədi bədənində olan ağrılardır, heroini əvvəllər Bakı şəhəri ərazisində müxtəlif ünvanlardan almış və qəbul etmişdir. 08 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində onun bədəni ağrımış, ona görə də qərara gəlmişdir ki, narkotik vasitə alıb qəbul etsin. Həmin vaxt o, saat 13 radələrində Bakı şəhəri Pirallahı rayonu ərazisində yerləşən Socar yanacaq doldurma məntəqəsi istiqamətində piyada hərəkət etməyə başlamış, bu zaman yanacaq doldurma məntəqəsinin yaxınlığında dayanmış Pirallahı rayon sakini Sanyok kimi tanıdığı şəxslə rastlaşmış, ona bədəninin ağradığını bildirməklə, ondan narkotik vasitə olan heroin istəmişdir. Sanyok adlı şəxs də ona, onda heroin olmasını bildirərək ondan nə qədər istədiyini soruşmuşdur. Bundan sonra o, Sanyok adlı şəxsdən bir büküm narkotik vasitə heroin istəmiş və əlavə olaraq neçəyə satmasını soruşmuşdur. Sanyok adlı şəxs istədiyi kütləyə görə ondan 10 manat pul istəmiş, o da Sanyok adlı şəxslə razılaşaraq ona 10 manat verməklə, ondan bir ədəd siqaretin gümüşü kağızı bükümündə narkotik vasitə heroin almış, aldığı kütləni əynində olan boz rəngli cins şalvarın sol arxa cibində saxlamış, fikri də o olmuşdur ki, əldə etdiyi narkotik vasitəni qəbül etsin. 08 oktyabr 2022-ci il tarixdə saat 13:25 radələrində Bakı şəhəri Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən Socar yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduğu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, həmin şəxslər özlərini ona təqdim etdikdən sonra onların polis əməkdaşı olduğunu bilmişdir. Polis əməkdaşları onu Pirallahı RPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməyə etiraz etməmiş, onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki, əynində olan boz rəngli cins şalvarının sol arxa cibində bir ədəd siqaretin gümüşü kağızı bükümündə narkotik vasitə heroin var, daha sonra o, əynində olan boz rəngli cins şalvarın sol arxa cibində saxladığı bir ədəd siqaretin gümüşü kağızı bükümündə narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis əməkdaşlarıı tərəfindən onun təqdim etdiyi bükümə baxış keçirilərkən, içərisində qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddənin olması aşkar edilmişdir. Həmin üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun, müdafiəçi və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtanş zamanı üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o polis əməkdaşlarına, üzərindən aşkar edilmiş bir ədəd siqaretin gümüşü kağızı bükümündə narkotik vasitə olan heroini 08 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Pirallahı rayonu ərazisində yerləşən Socar yanacaq doldurma məntəqəsinin yaxınlığında üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi Sanyok adlı şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını, aldığı kütləni satış məqsədilə əldə etmədiyini, aşkar edilmiş kütlələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. O. üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olduğunu, özü qəbul etmək üçün 10 manata aldığını, alan zaman narkotik vasitənin çəkisi barədə məlumatının olmamasını bildirmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən heç kimə satmamış. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O, həmin şəxsi tanımır, onun harada yaşamasını deyə bilməz, lakin ilk gördüyündə həmin şəxs orta kök bədənli, orta boylu olmuş, saçları rəngi yadında deyil, əynində ağ köynək və ağ cins şalvar olmuş, o, həmin şəxsdən əvvəllər narkotik vasitə almamış, birinci dəfə olmuşdur ki, rastlaşmışdır, həmin şəxsin Sanyok olmasını rayonda eşitmişdir. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Pirallahı RPŞnə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur, həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar şöbə rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yerinin müəyyən edilməsi üçün tərəflərindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, əməliyyat - axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkət etməsini müəyyən etdikdən sonra, ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra Təqsirləndirilən şəxs bildirmişlər ki, barəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur, həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar polis şöbəsinə dəvət olunur. Təqsirləndirilən şəxs da onlarla polis şöbəsinə gəlməyə etiraz etməmiş və birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin xidməti otaqlarının birində, əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtanş keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək hansı səbəbə PŞ-nə gətirildiyi, üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulmuş və əgər varsa həmin qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, 08 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Pirallahı rayonu S. Vurğun küçəsində yerləşən “Socar" yanacaq doldurma məntəqəsinin yaxınlığında üzdən tanıdığı, yaşadığı yerini bilmədiyi Sanyok adlı şəxsdən 10 manata özünün istifadəsi üçün bir ədəd gümüşü siqaret kağızma bükülmüş bükümdə narkotik vasitə heroin almışdır, həmin kütləni əynində olan boz rəngli cins şalvarın sol arxa cibindədir, həmin kütləni təqdim edə bilər. Sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol arxa cibində saxladığı bir ədəd siqaretin gümüşü kağızma bükülmüş narkotik vasitə heroini təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən bükümə baxış keçirilərkən, içərisində qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddənin olması aşkar edilmişdir, aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun, müdafiəçi və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd siqaretin gümüşü kağız bükümündə narkotik vasitə heroini 08 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin yaxınlığında üzdən tanıdığı, yaşadığı yeri bilmədiyi Sanyok adlı şəxsdən 10 manata özünün istifadəsi üçün aldığını, aldığı kütləni satış məqsədilə əldə etmədiyini, aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır, sadəcə Təqsirləndirilən şəxs narkotik vasitələri özünün istifadəsi üçün əldə etməsi və gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Pirallahı RPŞnin NMQ-nin əməliyyat müvəkkili X1 elan edilmiş ifadəsi ilə onun da Şahid2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 oktyabr 2022-ci il tarixli 6/5811 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Azərbaycan Respublikası DİN Zərflər üçün №237» dairəvi möhür əksi, «Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəyə bənzər kütlə...» sözləri və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,233 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: təmiz çəkisi -təmiz çəkisi 0,233 qram olan narkotik vasitə heroinin 0,05 qramı tədqiqata sərf edilmiş, 0,183 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55,00 (əlli beş) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, 6146 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomiyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli sübutların qiymətləndiriliməsi haqqında Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,233 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut qismində tanınmış və ekspert tədqiqatından sonra qalıq çəkisi 0,183 qram narkotik vasitə heroin saxlanılması üçün Pirallahı RPİ-nin Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 4(094)-42/2022 saylı 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və o məhkəmə zalından dərhal azad edilmişdir. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 1(094)-12/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış 16 mart 2023-cü il tarixli 3-16-17/40/2-1311/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə Pirallahı RPİ-nin əməkdaşları tərəfindən tutularaq 16 mart 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 noyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını çəkməsinin əvvəli həbsə alındığı 14 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 0,183 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 55,00 (əlli beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 20 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 14 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 0,183 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar