Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-12/2024 09.07.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Yardımlı rayonu, Yardımlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Pirallahı rayonu, 28-ci məhəllə yeni sahə, nömrəsiz ünvanda yaşayan, barəsində «başqa yerə getəmmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sərxoş halda nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət vurmasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-cü bəndinin tələblərinə zidd olaraq sərxoş halda nəqliyyat vasitəsini idarə etmək hüququ verən «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə ilə idarə etdiyi **-FB-*** dövlət qeydiyyat nişanlı, «Opel» markalı, «Astra Minik» modelli, «Xetçbek» tipli nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsində S.Vurğun küçəsi ilə həmin küçənin Abşeron NQÇ İdarəsi istiqamtəində 2 hərəkət zolağından ibarət yolun sol zolağı ilə təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vuramamalı olduğu halda bunları etməyib mövcud şəraitdə yol-hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan idarəetməni itirərək həmn yolun sağ kənarında olan ağaca çırpılmış və həmin yol-nəqliyyat hadisəsi ilə nəqliyyat vasitəsində arxa sağ oturacaqda sərnişin olan xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasındə anadan olmuş, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi 29-cu məhəllə, nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs sol bazu sümüyünün kondiluslardan keçən qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almasına səbəb olub yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə Pirallahı rayonu Pirallahı qəsəbəsi 28-ci məhəllədə yerləşən adsız kafedə tanışı Rəvan ilə oturub bir qədər spirtli içki qəbul etmiş, bu zaman Rəvan atasının zəng vuraraq evə gələrkən qatıq almasını dediyi və həmin vaxt da taksi olmadığı üçün Rəvan onu mağazaya aparmasını xahiş etmişdir. Onu mağazaya 5 manata aparacağı ilə razılaşdıqdan sonra təxminən saat 02:00 radələrində etibarnamə əsasında idarə etdiyi «Opel» markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sükanı arxasına əyləşərək Rəvan ilə birgə kafedən çıxmışlar. Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi ilə üzü Abşeron NQÇ İdarəsi isitqatmətində yolun sol zolağı ilə təxminən 60 km/saat sürətlə hərəkətlə olarkən anidən idarəetməni itirirək yolun sol kənarında olan ağaca çırpılmışdır. Bundan sonra o huşunu itirdiyi üçün olanları xatırlamır. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə heç bir yük olmamışdır. Spirtli irçki qəbul etdiyi üçün avtomobili düzgün idarə edə bilməmiş, hadisə də anidən olduğü üçün hadisənin qarşısını ala bilməmişdir. İdarə etdiyi avtomaşını etibarnamə əsasında idarə etmiş, nəqliyyat vasitəsi ona məxsus olmuşdır. O, avtomaşını etibarnamə ilə idarə etsə də həmin maşını Şahid adlı şəxsdən pulunu hissə-hissə olmaqla ödəməklə almış, göstərilən tarixdə və yerdə yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl Pirallahı rayonunda yerləşən kafedə tanışı Rəvan ilə oturub bir qədər təxminən 2 bakal pivə içmişdir. Lakin o heç bir narkotik və ya psixotrop maddələrdən istifadə etmir və etməmişdir. Hadisə zamanı yol ilə hərəkətdə olan bir çox nəqliyyat vasitəsi olsa da hər hansı şəxs və ya şəxslərin məlum yol-nəqliyyat hadisəsinin şahidi olub-olmaması haqqında heç nə deyə bilmir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli özünü təqsirli bilməsi məhkəmədə tədqiq edilmiş, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda valideyiləri ilə birlikdə yaşayır. Azərbaycan dilində sərbəst yazıb-oxuya bilir. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsində yerləşən 168 saylı orta məktəbdə 8-ci sinfiə qədər azərbaycan dilində təhsil almış, hazırda təhsilini davam etdirmir. Hadisə ilə bağlı bildirdi ki, 18 yanvar 2024-cü il tarixdə gecə saatlarında yaşadığı məhlədə yerləşən kafedə tanışı Əli ilə birlikdə oturub yeyib bir qədər spirtli içki qəbul etmişlər. Həmin vaxt atası ona zəng vurub evə gələrkən qatıq almasını bildirmiş, artıq saat 01 rədələri olduğu üçün taksi tapa bilməmiş və Əli onu mağazaya aparmaq üçün 5 manat istəmişdir. Əli ilə razılaşdıqdan sonra ona məxsus «Opel» markalı nəqliyyat vasitəsinin arxa oturacağında əyləşmiş, Əli maşını normal idarə etmişdir. Hərəkətdə olarkən Əli anidən idarəetməni itirmiş, maşın yol kənarında olan ağaca çırpılmışdır. Zərbənin təsirindən o huşunu itirdiyi üçün sonra nə baş verməsindən məlumatı olmamışdır. Ayıldıqda artıq xəstəxanaya aparıldığını, xəstəxanada sol qolu sınıdığı üçün həkimlər ona tibbi yardım göstərib evə buraxmışlar. Qabaq oturacaqda oturmaqdan qorxduğu üçün arxa oturacaqda oturmuşdur. Maşında başqa heç kim olmamışdır. Hadisənin Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi ilə həmin küçənin Abşeron NQÇ İdarəsi istiqamtəində baş verdiyini və maşının yolun sol tərəfində olan ağaca çırpılıb dayanmışdır. O, Təqsirləndirilən şəxslə barımış ona qarşı heç bir maddi tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid göstərmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. 2023-cü ilin iyul ayında özünə məxsus **-FB-*** dövlət qeydiyyat nişanlı, «Opel» markalı, «Astra Minik» modelli, «Xetçbek» tipli nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs ilkin ödəniş 4500 manat olmaqla hər ay 750 manat ödəmək şərti ilə ümumilikdə 9000 manata satmışdır. Aralarında olan razılığa əsasən Əli pulu tam ödədikdən sonra ona nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibanramə (baş etiranamə) verməli olmuşdur. Bu səbədən Təqsirləndirilən şəxs sürmək üçün etibarnamə vermişdir. Əli pulu 2024-ci ilin yanvar ayında tam olaraq ödəmiş, lakin vaxtı olmadığı üçün ona baş etibarnəmə verə bilməmişdir. xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar bildirmişdir ki, **-FB-*** dövlət qeydiyyat nişanlı, «Opel» markalı, «Astra Minik» modelli, «Xetçbek» tipli nəqliyyat vasitəsini ona məxsus deyil, onu Təqsirləndirilən şəxs satmış, məlum yol-nəqliyyat hadisəsi ilə əlaqədar avtomobilin müəyyən hissələrinin zədələnməsi nəticəsində ona maddi ziyan dəyməmişdir. Bunula bağlı heç bir şikayəti və tələbi yoxdur. İ.v. 93-94 İş materiallarında aparılmış istintaqla Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi S.Vurğun küçəsində baş verməsi aydın olur. İ.v. 5-12 İş materiallarında iş üzrə təyin edilmiş xx.xx.2024- ci il tarixli 1/518 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsini törədən zaman o, yügül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İ.v. 16 İş materiallarında iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 05 fevral 2024-cü il tarixli, 03 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər sol bazu sümüyünün kondiluslardan keçən qapalı sınığı–xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin salonunun qabarıq hissələrinin təsirindən törənməsi istisna olunmur və dərəcələrinə görə sağıamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddirlər. İ.v. 35-37 İş materiallarında iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 23 yanvar 2024-cü il tarixli, 05 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara smüvafiq olaraq onun bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İ.v. 29-31 İş materiallarında iş üzrə verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli 16/2-54814/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək müddətə etibarlı olan) BC 359302 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İ.v. 95 İş materiallarında cinayət işi üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 14 mart 2024-cü il tarixli, 8/4410 saylı rəyindən görünür ki, “Opel” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İ.v. 55-58 İş materiallarında iş üzrə sorğu edilərək əldə edilmiş Təhlükəsiz Şəhər Xidmətinin TŞ 12-020 vidomüşahidə qurğusunun 2-ci kamerasnın xx.xx.2024-cü il tarixli saat 01:45dən 04:45-dək olan müddətdəki görütüləri əks olunmuş 02 ədəd dikskə tərəfimdən baxış keçirilmiş və 2-ci diskdə olan 01:44:59 dəqiqəlik görüntünün 01:37 dəqiqəsindən 01:44 dəqiqəsinədənk olan müddətdə məlum yol-nəqliyyat hadisəsinin baş verməsi aydın olur. Belə ki, qeydə alınmış görüntüdən aydın olur ki, nəqliyyat vasitəsi yolun sağ zolağı ilə hərəkətdə olarkən anidən idarəetməni itirərək həmin yolun sağ kənarında olan ağaca ön tərəfi ilə çırpılır və dayanır. Baxış zamanı 1-ci diskdə iş üzrə əhəmiyyət kəsb edən hər hansı fakt aşkar edilməmişdir. İ.v. 32-34 Bеləliкlə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhкəmə baхışı zamanı araşdırılaraq, qiymət vеrilməкlə özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmədə elan olunmuş şahid ifadəsi, екspеrtiza rəyi ilə tam sübuta yеtirilmişdir. Təqsirləndirilən şəxs qеyd еdilən əməllərinin cinayət оlmasını aradan qaldıran hallar, həmçinin оnun cinayət məsuliyyətindən azad еdilməsi üçün əsaslar yохdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs sərxoş halda nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət vurmasına səbəb olması faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahidin məhkəmədə elan olunmuş ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək pehmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləhdirən hal kimi nəzərə alır. İş materiallarında Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin tələbnaməsində görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-soğu kartotekasında heç bir məlumat yoxdur, o, cinayət törətməyə görə əvvəllər məhkum edilməmişdir. İ.v. 91 Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş materiallarında – DİN-nin NHİX-də daxil olmuş TŞ 12-020 2 2024 nömrəli kameranın qeydə aldığı görüntülərin olduğu 02 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarında aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (ibtidai istintaq zamanı iş saatına görə 30 saat, 180 manat və məhkəmə baxışı zamanı 20 saat, 120 manat) ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş materiallarında – DİN-nin NHİX-də daxil olmuş TŞ 12-020 2 2024 nömrəli kameranın qeydə aldığı görüntülərin olduğu 02 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 85,00 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən həxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı həhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-12/2024
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-12/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver