Məhkəmə qərarları › İş №1(094)-13/2023

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-13/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-13/2023 11.04.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ hakim Qasımov Faiq Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X5 və X10, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, 1) xx.xx.1992ci il tarixdə Bakı şəhərində şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, ünvan 3-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 noyabr 2022-cı il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və 2) xx.xx.1994-cü il tarixdə Bakı şəhərində şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)- 46/2022 saylı 04 noyabr 2022-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 noyabr 2022-cı il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən əlbir olan bir qrup şəxs halında cinayət törətmələri ilə əlaqədar razılıq əldə etdikdən sonra, 23 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində, Zərərçəkmiş şəxs1 məxsus, ünvan 6 ünvanında yerləşən, mişar daşı və dəmir torla hasara alınmış, eləcə də dəmir darvazası olan həyətyanı torpaq sahəsinə qanunsuz olaraq gizli yolla daxil olaraq, oradan hər birinin uzunluğ 2,5 metr, ümumi uzunluğu 20 metr olan, 30 mm diametrli dəmir boruları talayaraq, zərərçəkmiş şəxs X7 400 manat məbləğində ziyan vurmaqla, oğurluq etmişlər. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən əlbir olan bir qrup şəxs halında cinayət törətmələri ilə əlaqədar razılıq əldə etdikdən sonra, 31 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində, ünvan 7 ünvanında yaşayan X12 məxsus, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq gizli yolla daxil olub, orada olan bir ədəd 1000 manat qiymətində Samsung markalı 82 düyümlük plazma televizoru, bir ədəd 70 manat qiymətində telekanalların istifadəsi üçün aparatı, bir ədəd 35 manat qiymətində internet modem aparatını, bir ədəd 250 manat qiymətində mikseri, 650 manat qiymətində iki ədəd ət çəkən maşını, 115 manat qiymətində bir ədəd saç ütüsünü, bir ədəd 230 manat qiymətində mikrodalğalı sobanı, 150 manat qiymətində bir ədəd tosteri talayaraq, zərərçəkmiş şəxs X12 ümumilikdə 2500 manat ziyan vurmaqla, oğurluq etmişlər. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, təqsirlləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri Pirallahı rayonu ünvan 9 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, himayəsində bir azyaşlı uşağı var, heç bir yerdə işləmir, əvvəllər xx.xx.2017-ci il tarixdə Pirallahı rayon məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ona təyin edilmiş cəza 03 ay azaldılaraq, 3 il 9 ay saxlanılmışdır, xx.xx.2020-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə çəkilməmiş qalan 08 ay 11 gün azadlıqdan məhrumetmə cəzası vaxtından əvvəl şərti cəza ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Bakı şəhər sakinləri Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, Zərərçəkmiş şəxs1 isə məhəllə sakini kimi tanımış, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 isə çoxdandır ki, məhəllə sakini kimi tanıyır, onunla da əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində ünvan 6 ünvanında yerləşən X7 məxsus həyətyanı torpaq sahəsinin yanından keçirmişlər, İsmayıl da onunla olmuşdur. Həmin vaxt onun və İsmayılın maddi vəziyyəti ağır olduğundan, pula ehtiyyacları olmuşdur, aralarında qərara gəlmişlər ki, hər hansı bir həyətə daxil olub, oradan oğurluq etsinlər, əldə edəcəkləri əmlakı satdıqdan sonra pulu aralarında bölsünlər. Onlar həmin vaxt məhəllə sakini Gennadinin həyətinin yaxınlığında olduqları üçün, elə Gennadinin həyətinə daxil olub, oradan oğurluq etmək qərarına gəlmişlər. Bu vaxt onlar ətrafa baxmışlar, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra o və İsmayıl çəpərdən Gennadinin həyətinə tullanmışlar və orada əşyalar axtarmağa başlamışlar. Bu vaxt onlar həyətdə küçə tərəfə olan çəpərin dibində bir neçə ədəd dəmir borunun olduğunu görmüşlər, qərara gəlmişlər ki, həmin dəmir boruları oğurlasınlar. O və İsmayıl çoxda hündür olmayan çəpərin üzərindən dəmir boruları sakitcə çöl tərəfə qoymuşlar. Sonra özləri də həyətdən çıxmaq üçün çəpərdən çölə tullanmışlar. Daha sonra isə dəmir boruları ikisi birlikdə məhəllələrinə aparmışlar, orada olan ağaclıqda gizlətmişlər ki, səhərisi sata bilsinlər, həmin vaxt görmüşlər ki, onlar Gennadinin həyətindən 8 ədəd dəmir boru oğurlamışlar. Səhəri də məhəllədə olan metal tullantıları qəbul edən Qazel markalı yük maşının gəldiyini görüb onun sürücüsünə yaxınlaşaraq pula ehtiyyacları olduğundan dəmir boruları satdıqlarını bildirmişlər. Sürücü də onlardan dəmir boruların oğurluq olub olmamasını soruşmuş, onlarda sürücüyə dəmir boruların həyətlərində olduğunu və pula ehtiyyacları olduğundan satdıqlarını bildirmişlər. Sürücü 8 ədəd dəmir boruya görə onlara 50 manat pul vermiş, onlarda həmin pulu öz aralarında bölmüşlər, o, əldə etdiyi pulu maddi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa, o İsmayılla xx.xx.2022-ci il tarixdə saat 03 radələrində ünvan 10 ünvanında olan iki mərtəbəli evin yanından keçirmişlər. Həmin vaxt onun və İsmayılın pula ehtiyyacları var idi. Aralarında qərara gəlmişlər ki, hər hansı bir həyətə daxil olub, oradan oğurluq etsinlər, əldə edəcəkləri əmlakı sataraq aralarında bölsünlər. Onlar həmin iki mərtəbəli evə nəzər yetirmişlər, görmüşlər ki, həmin evin dəmir darvazası, hündür hasarı var, evin işıqları yanmır, fikirləşmişlər ki, evdə heç kəs yoxdur, əgər evdə kimsə olsaydı, işıq yanardı. Ona görə də aralarında razılaşmışlar ki, elə bu həyətə daxil olsunlar və oradan oğurluq etsinlər. Bu vaxt onlar ətrafa baxmışlar, ətrafda gələn olmadığını görüb o və İsmayıl çəpərdən həmin həyətə tullanmışlar və orada ətrafa baxmışlar, həyətdə diqqət çəkən əşya olmadığı üçün qərara gəlmişlər ki, mənzilə daxıl olsunlar. Həmin vaxt evin birinci mərtəbəsinin pəncərələrini yoxlamağa başlamışlar, bu zaman evin birinci mərtəbəsinin bir plastik pəncərəsinin yarı açıq olduğunu görüb, pəncərəni təkanlayıb açılmışlar. Sonra o, İsmayılla birlikdə mənzilə daxil olduqdan sonra mənzilin birinci mərtəbəsinə baxmağa başlamışlar, həmin vaxt o, plazma televizoru götürüb orada olan adayala bükərək və kənara qoymuş, sonra isə mətbəx hissəsindən iki ədəd ət çəkən maşını selofan paketin içərisinə qoyub sonradan götürmək üçün kənara qoymuşdur. İsmayıl da mənzilin birinci mərtəbəsində olan bir ədəd kanalların idarə edilməsi aparatını, bir ədəd internet modem aparatını, mətbəxdən bir ədəd mikseri, bir ədəd mikrodalğalı sobanı, bir ədəd tosteri, bir ədəd saç ütüsünü götürüb selofan paketin içərisinə qoymuşdur. Sonra isə oğurladıqları əşyaları pəncərədən mənzilin həyətinə çıxartmışlar. Oradan tez uzaqlaşmaq üçün o, hasarın üzərinə çıxmış, İsmayıl oğurladıqları əşyaları ona vermiş, o da ehmalca küçə tərəfə qoymuşdur, sonra isə İsmayıl özü də hasardan çölə tullanmışdır. Daha sonra isə onlar oğurladıqları əşyaları götürüb oradan uzaqlaşmışlar, həmin əşyaları İsmayılın məhəlləsinə aparmışlar, sonra satmaq üçün İsmayılın evində gizlətmişlər, aralarında razılaşmışlar ki, səhərisi həmin əşyaları satıb əldə edəcəkləri pulu bölərlər. O, həmin vaxt yaşadığı evinə gəlmiş, səhəri saat 11 radələrində məhəllədə İsmayılla görüşmüş, İsmayıl ona demişdir ki, oğurladıqları əşyalardan televizordan başqa qalan bütün əşyaları məhəllədə yaşayan Solmaza sataraq əvəzində 100 manat pul almışdır. İsmayıl ona 50 manat pulu vermiş, 50 manat pulu özünə götürmüşdür. Daha o, televizorun kimə satması ilə maraqlanmamış, əldə etdiyi pulu maddi ehtiyyaclarına xərcləmişdir. Sonradan ona məlum olmuşdur ki, İsmayıl ondan xəbərsiz televizoru Solmaza 100 manata satmış, lakin ona bu barədə deməmişdir. xx.xx.2022-ci il tarixdə günortadan sonra o, yaşadığı evində olarkən, polis əməkdaşları onun yaşadığı evinə gəlib, ona bildirmişlər ki, «siz oğurluq etməkdə şübhəlisiniz, ona görə də sizi polis şöbəsinə dəvət edirik», o da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı qismən ödəyərək onlarla barışıq əldə etmişlər və hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində 1 azyaşlı uşağı var. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 özünü ona ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, subaydır, heç bir yerdə işləmir, əvvəllər xx.xx.2021-ci il tarixdə Pirallahı rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 69.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, lakin cəzasını tam çəkib qurtarmamışdır. Bakı şəhər sakinləri Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, Zərərçəkmiş şəxs1 isə məhəllə sakini kimi tanıyır, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 isə çoxdandır ki, məhəllə sakini kimi tanıyır, onunla da əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində ünvan 6 ünvanında yerləşən X7 məxsus həyətyanı torpaq sahəsinin yanından keçirmiş, Vadim də onunla olmuşdur. Həmin vaxt onun və Vadimin pula ehtiyyacları var idi, aralarında qərara gəlmişlər ki, hər hansı bir həyətə daxil olub, oradan oğurluq etsinlər, əldə edəcəkləri əmlakı satdıqdan sonra pulu aralarında bölsünlər. Onlar həmin vaxt Gennadinin həyətinə daxil olub oradan oğurluq etmək qərarına gəlmişlər. Bu vaxt onlar ətrafa baxmışlar, ətrafda gələn olmadığını görüb, o və Vadim çəpərdən Gennadinin həyətinə tullanmışlar və orada əşyalar axtarmağa başlamışlar. Bu vaxt onlar həyətdə küçə tərəfə olan çəpərin dibində bir neçə ədəd dəmir borunun olduğunu görüb həmin dəmir boruları oğurlamışlar. O və Vadim çoxda hündür olmayan çəpərdən dəmir boruları sakitcə çöl tərəfə qoymuşlar. Sonra özləri də həyətdən çıxmaq üçün çəpərdən çölə tullanmışlar. Sonra isə dəmir boruları ikisi birlikdə məhəllələrinə aparmışlar, orada olan ağaclıqda gizlətmişlər ki, səhərisi satsınlar. Bu zaman görmüşlər ki, onlar Gennadinin həyətindən 8 ədəd dəmir boru oğurlamışlar. Səhəri də məhəlləyə metal tullantıları qəbul edən Qazel markalı yük maşının gəldiyini görüb onun sürücüsünə yaxınlaşmışıb pula ehtiyyacları olduğundan dəmir boruları satdıqlarını bildirmişlər. Sürücü də onlardan dəmir boruların oğurluq olub olmamasını soruşmuş, onlarda sürücüyə dəmir boruların həyətlərində olduğunu və pula ehtiyyacları olduğundan satdıqlarını bildirmişlər. Sürücü 8 ədəd dəmir boruya görə onlara 50 manat pul vermiş, onlarda həmin pulu öz aralarında bölmüşlər, o, əldə etdiyi pulu maddi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində o Vadimlə birlikdə ünvan 10 ünvanında olan iki mərtəbəli evin yanından keçirmiş. Həmin vaxt onun və Vadimin pula ehtiyyacları var imiş, aralarında qərara gəlmişlər ki, hər hansı bir həyətə daxil olub, oradan oğurluq etsinlər, əldə edəcəkləri əmlakı satdıqdan sonra pulu aralarında bölsünlər. Onlar S.Bağırov küçəsi döngə 7 ev 6 mənzil 2 ünvanında olan iki mərtəbəli evə nəzər yetirmişlər, həmin evin dəmir darvazasının və hündür hasarı olduğunu, həmçinin evin işıqlarının yanmadığını görmüşlər. Fikirləşmişlər ki, evdə heç kəs yoxdur, əgər evdə kimsə olsaydı, işıqlar yanardı. Bu səbəbdən də bu həyətə daxil olub oğurluq etmək qərarına gəlmişlər. Bu vaxt onlar ətrafda gələnin olmadığını görüb Vadimlə çəpərdən həmin həyətə tullanmışlar. Onlar ətrafa baxmışlar, həyətdə maraqlı bir əşya olmamış, ona görə də Vadimlə qərara gəlmişlər ki, mənzilə daxıl olsunlar. Həmin vaxt evin birinci mərtəbəsinin pəncərələrini yoxlamağa başlamışlar, bir plastik pəncərənin yarı açıq olmasını görüb, pəncərəni təkanlayıb açmışlar. Sonra o, Vadimlə birlikdə mənzilə daxil olmuşlar, mənzilin birinci mərtəbəsinə baxmağa başlamışlar, həmin vaxt Vadim plazma televizoru götürüb orada olan adayala bükmüş və kənara qoymuşdur. Sonra isə mətbəx hissəsindən iki ədəd ət çəkən maşını selofan paketin içərisinə qoyub sonradan götürmək üçün kənara qoymuşdur. O da mənzilin birinci mərtəbəsində olan bir ədəd kanalların idarə edilməsi aparatını, bir ədəd internet modem aparatını, mətbəxdən bir ədəd mikseri, bir ədəd mikrodalğalı sobanı, bir ədəd tosteri, bir ədəd saç ütüsünü götürüb selofan paketin içərisinə qoymuş, sonra isə oğurladıqları əşyaları pəncərədən mənzilin həyətinə çıxartmışlar. Oradan da tez uzaqlaşmaq üçün Vadim hasarın üzərinə çıxmış, o da oğurladıqları əşyaları Vadimə vermiş, Vadimdə ehmalca küçə tərəfə qoymuş, sonra isə o, özü də hasardan çölə tullanmışdır. Sonra isə onlar oğurladıqları əşyaları götürüb oradan uzaqlaşmışlar, həmin əşyaları onun məhəlləsinə aparmışlar, həmin əşyaları sonradan satmaq üçün onun evində gizlətmişlər, aralarında razılaşmışlar ki, səhərisi həmin əşyaları satıb əldə edəcəkləri pulu aralarında bölərlər. O, həmin vaxt yaşadığı evə gəlmiş, səhəri saat 11 radələrində onunla bir məhəllədə yaşayan Solmaza yaxınlaşaraq demişdir ki, «mənim evimdə elektrik əşyaları vardır, anam xəstədir, satıram, dərman almalıyam, almaq istəyirsən», Solmazda ona demişdir ki, «gətir əşyalara baxım, xoşuma gəlsə, alaram». O da oğurladıqları əşyaları Solmazın evinə aparmış, Solmaz əşyalara baxıb, ona demişdir ki, «bu işlək vəziyyətdə olan əşyalardır, birdən oğurluq olar», o da Solmaza demişdir ki, «xeyir, nə oğurluq, evimin əşyalarıdır, pula ehtiyacım var, ona görə satıram». Solmaz ona demişdir ki, «neçəyə satırsan», o da Solmaza demişdir ki, «nə qədər verə bilərsən», Solmaz ona demişdir ki, «gətirdiyin əşyalara ümumilikdə 100 manat verərəm». Bundan sonra o, Vadimlə oğurladıqları əşyaları 100 manata Solmaza satmışdır. Sonra isə məhəllədə Vadimlə görüşmüş, o, Vadimə demişdir ki, «oğurladığımız əşyalardan televizordan başqa qalan bütün əşyaları məhəllədə yaşayan Solmaza satdım, 100 manat pul aldım», sonra isə o, 50 manat pulu Vadimə vermiş, 50 manat pulu özünə götürmüşdür. Sonradan televizoru da yenidən Solmazın evinə aparmış, Solmaz televizora baxmış, ona demişdir ki, «bu işlək vəziyyətdədir, birdən oğurluq olar», o da Solmaza demişdir ki, «xeyir, nə oğurluq, evimin əşyasıdır, pula ehtiyyacım var, ona görə satıram». Solmaz ona demişdir ki, «neçəyə satırsan», o da Solmaza demişdir ki, «nə qədər verə bilərsən», Solmaz ona demişdir ki, «televizora 100 manat verərəm». Bundan sonra o, Vadimlə oğurladığı televizoru 100 manata Solmaza satmış, lakin Vadimə bu barədə deməmiş, əldə etdiyi pulu maddi ehtiyyaclarına xərcləmişdir. xx.xx.2022-ci il tarixdə günortadan sonra o, yaşadığı evində olarkən, polis əməkdaşları onun yaşadığı evinə gəlmişlər, ona bildirmişlər ki, «siz oğurluq etməkdə şübhəlisiniz, ona görə də sizi polis şöbəsinə dəvət edirik», o da polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Hazırda törətdiyi cinayət əməllərindən peşmandır, zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir və zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Bakı şəhəri ünvan 11 ünvanda yaşasada, əlavə olaraq Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Bağırov keüçəsi 7/6/2 ünvanında da bağ evi var, yay aylarında həmişə həmin bağ evində yaşayır, qış aylarında isə Nəsimi rayonunda yerləşən evində olur, amma ayda bir-iki dəfə gəlib bağ evinə baş çəkir. Onun bağ evinin həyəti mişar daşı ilə hasara alınıb, həyətin dəmir konstruksiyalı giriş qapısı var. Həyətdə meyvə ağacları əkmiş, həyətin mərkəzində taxta konstruksiyalı fin proyektli evi var, ev beş mişar daşı üzərində inşa edilib, yəni bir mərtəbəlidir, evin giriş qapısı taxta konstruksyalı olmaqla, bir taylıdır. Bağ evinin pəncərələri plastik və taxta konsruksiyalıdır, evinin 4 ədəd plastik konstruksiyalı və 3 ədəd taxta kontruksiyalı pəncərəsi var. Bağ evinin içərisində yaşamaq üçün hər bir şərait var, yəni yataq dəstləri və məişət əşyaları var. O, həyətində sensor işıqlar quraşdırmış, yəni qaranlıq düşəndə həyətdə işıqlar yanır, hava aydınlananda isə işıqlar sönür. O, xx.xx.2022-ci il tarixdə bağ evinə gəlmiş, evdə bəzi təmir və təmizlik işlərini görmüş, həmin vaxt evində və həyətində olan əşyalar yerində olmuş, hər hansı bir narahatçılıq olmamışdır. Sonra o, yenidən evin qapılarını bağlamış, həyətin dəmir darvazasını açarlamış, sonra isə çıxıb Bakı şəhəri Nəsimi rayonunda yerləşən evinə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, yaşadığı evində olarkən, Pirallahı rayonunda yaşayan qonşusu Tolik adlı şəxs ona zəng vurmuş və demişdir ki, “qonşu axşam həyətinə baxanda, həyətdə olan işıqlar yanmırdı, sən söndürmüsən”. O da Tolikə demişdir ki, “xeyr söndürməmişəm, yanıqlı olmalı idi, bəlkə nəsə olub, gəlib baxaram”. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, Pirallahı rayonunda yerləşən bağ evinə gəlmiş, dəmir darvazanın açarını açıb həyətə daxil olmuşdur. Həyətdə hər şey normal olmuş, sonra isə bağ evinin giriş qapısını açıb, içəri daxil olunda görmüşdür ki, evində olan əşyalar dağınıq haldadır. Şübhələnmişdir ki, evinə kənar şəxs daxil olub. Bundan sonra o, diqqətlə evinə nəzər yetirməyə başlamış, bu vaxt görmüşdür ki, qonaq otağında divara bərkidilmiş bir ədəd Samsung markalı 82 düyümlük plazma televizoru, bir ədəd telekanalların ayarlanması üçün istifadə edilən aparat, televizorun yanında qoyduğu bir ədəd internet modem aparatı yerində yoxdur. Sonra o, mətbəxə baxmış, mətbəxdə də qoyulan bir ədəd mikser, iki ədəd ət çəkən maşın, bir ədəd mikrodalğalı soba, bir ədəd toster yerində yoxdur. Sonra o, yataq otağına baxmış, orada da bir ədəd saç ütüsünün yerində olmadığını görmüş, o, sonra yataq otağına baxanda, yataq otağının plastik pəncərəsinin açıq olduğunu görmüş. Bundan sonra ona tam aydın olmuşdur ki, kənar şəxslər yataq otağının plastik pəncərəsindən evə daxil olub, oradan qeyd etdiyi əşyaları oğurlamışlar. O, oğurlanmış əşyaların qiymətini müəyyən etmiş, baş vermiş hadisə nəticəsində ona 2500 manat ziyan dəydiyini müəyyən etmişdir. Bundan sonra o, Pirallahı rayon polis şöbəsinə gəlmiş və orada ərizə yazaraq, onun bağ evində oğurluq hadisəsinin baş verməsi nəticəsində ona 2500 manat ziyan vurulduğunu, hadisəni törətmiş şəxs və ya şəxslərin cəzalandırılmasını və ona vurulmuş ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Sora polis əməkdaşları onun yaşadığı evinə gəlmişlər, evinə və həyətinə baxış keçirmişlər, foto şəkillər çəkilmişlər. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir, təsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslərə cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X9 göstərdi ki, ünvan 13 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Onun fərdi yaşayış evi 186 saylı orta məktəbin giriş darvazası ilə üzbəüz yerləşir. O həyətində divarın dibində dəmir borular qoymuşdur, məqsədi həmin dəmir borulardan dəmir torlarla hasar çəkilməsində istifadə etmək idi. Onun bağ evinin həyəti mişar daşı ilə hasara alınıb, həyətin dəmir konstruksiyalı giriş qapısı var. Həyətdə meyvə ağacları əkmiş, həyətin mərkəzində taxta konstruksiyalı fin proyektli evi var, ev beş mişar daşı üzərində inşa edilib, yəni bir mərtəbəlidir. O, həyətinin qabaq hissəsində işıqlar quraşdırmış, yəni qaranlıq düşəndə həyətin qabaq hissəsini görür, həyətində müşahidə kamerası quraşdırılmayıb. O, xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı evində olmuşdur, həmin vaxt da həyətdə olanda dəmir borular yerində yəni hasarın yanında olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, yuxudan oyanıb, həyətə düşmüş, həyətdə gəzərkən, dəmir boruların yerində olmadığını görmüşdür. Əvvəlcə fikirləşmişdir ki, bəlkə qonşulardan kiminsə ehtiyyacı olub, götürüb, ona görə də polisə müraciət etməmişdir. Sonradan soraqlaşanda, ona məlum olmuşdur ki, qonşulardan heç kimin dəmir borulardan xəbəri yoxdur. Həmin vaxt ona tam aydın olmuşdur ki, onun həyətinə naməlum şəxs və ya şəxslər daxil olub, həyətində hasarın dibində qoyduğu dəmir boruları oğurlamışlar. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Pirallahı rayon polis şöbəsinə gəlmiş, orada ərizə yazaraq, xx.xx.2022-ci il tarixdə gecə saatlarında həyətinə kənar şəxslərin daxil olmasını və oradan dəmir boruların oğurlanmasını, cinayət əməlini törətmiş şəxs və ya şəxslərin cəzalandırılmasını bildirmişdir. Sonradan onun həyətinə polis əməkdaşları gəlmişlər, həyətinə baxış keçirmişlər, foto şəkillər çəkmişlər. Onun bağ evində baş vermiş oğurluq hadisəsi zamanı dəmir boruların oğurlanması nəticəsində ona 400 manat ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan ödənilməyib, lakin onun təsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslərə cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 23 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində, X7 məxsus, ünvan 6 ünvanında yerləşən, mişar daşı və dəmir torla hasara alınmış, eləcə də dəmir darvazası olan həyətyanı torpaq sahəsinə qanunsuz olaraq gizli yolla daxil olaraq, oradan hər birinin uzunluğ 2,5 metr, ümumi uzunluğu 20 metr olan, 30 mm diametrli dəmir boruların oğurlanması və ünvan 7 ünvanında yaşayan X12 məxsus, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq gizli yolla daxil olaraq, orada olan bir ədəd Samsung markalı 82 düyümlük plazma televizoru, bir ədəd telekanalların istifadəsi üçün aparatı, bir ədəd internet modem aparatını, bir ədəd mikseri, iki ədəd ət çəkən maşını, bir ədəd saç ütüsünü, bir ədəd mikrodalğalı sobanı, bir ədəd tosterin oğurlanması ilə bağlı Pirallahı RPŞ-nə X6 və X11 müraciətləri daxil olmuşdur. Daxil olmuş müraciətlə əlaqədar tərəflərindən əməliyyat –axtarış tədbirləri həyata keçirilmiş, keçirilmiş tədbirlər zamanı müəyyən edilmişdir ki, X6 həyətindən və X11 fərdi yaşayış evindən oğurluq hadisəsini törətmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dindirilmələrindən ötrü istintaqa təqdim edilmiş və onlar ifadələrində törətdikləri cinayət əməllərini etiraf etmişlər. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 oğurluq hadisəsi zamanı Təqsirləndirilən şəxs1la birlikdə X11 evindən oğurladıqları məişət əşyalarının Pirallahı rayon sakini X1 barədə əməliyyat məlumatı daxil olmuş, X14 Əliyevdən almış olduğu məişət əşyaları ilə birlikdə dindirilməsindən ötrü istintaqa təqdim edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa cinayət əməllərini törətmələri, X6 həyətindən və X11 fərdi yaşayış evindən oğurladıqları əşyaları satmaq istəmələri, həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 X6 həyətindən oğurladıqları dəmir boruları satmış olduqları Qazel markalı avtomobilin nömrə nişanının və sürücüsünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat – axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 və Şahid4 Oktay oğlu da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Təqsirləndirilən şəxs2 təxminən 10 ildir ki, tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, yaşadığı evində olmuş, həmin vaxt İsmayıl onun yaşadığı evinə gəlmiş, ona demişdir ki, «mənim evimdə elektrik əşyaları vardır, anam xəstədir, satıram, dərman almalıyam, almaq istəyirsən?», o da İsmayıla demişdir ki, «gətir əşyalara baxım, xoşuma gəlsə, alaram». İsmayıl bir az sonra onun yaşadığı evinə gəlmiş, əlində bir neçə əşya olmuşdur. O, əşyalara baxmağa başlamış, görmüşdür ki, İsmayılın gətirdiyi əşyaların içərisində bir ədəd telekanalların istifadəsi üçün aparat, bir ədəd internet modem aparatı, bir ədəd mikser, iki ədəd ət çəkən maşın, bir ədəd saç ütüsü, bir ədəd mikrodalğalı soba, bir ədəd toster var, həmin əşyalar işlənmiş vəziyyətdə olmuşdur. Həmin vaxt o, İsmayıldan soruşmuşdur ki, «sən bu əşyaları haradan gətirmisən, sənə yaxşılıq olsun deyə alıram, birdən oğurluq olar, məni zibilə salarsan». İsmayıl ona demişdir ki, «ayıb deyil, evimin əşyalarıdır, sadəcə dərman almaq üçün pula ehtiyyacım var, yoxsa satmazdım». Bundan sonra o, İsmayıldan soruşmuşdur ki, «sən bu əşyaları neçəyə satırsan». İsmayıl ona demişdir ki, «nə qədər verə bilərsən», o da İsmayıla demişdir ki, «mənim belədə imkanım yoxdur, gətirdiyin əşyalara ümumilikdə 100 manat verə bilərəm.». Bundan sonra İsmayıl onunla razılaşmış, 100 manat müqabilində həmin əşyaları satmağa razılıq vermişdir. O, İsmayıla 100 manat pul vermiş və İsmayılın gətirdiyi əşyaları almışdır. Sonradan İsmayılın hara getməsini və pulu hara sərf etdiyini bilməmişdir. İsmayıl gedəndən sonra təkrarən onun evinə gəlmiş, əlində televizor olmuş, ona demişdir ki, televizoru da satır. O, televizora baxmış, görmüşdür ki, gətirdiyi bir ədəd Samsung markalı 82 düyümlük plazma televizordur. O, İsmayıla demişdir ki, «bu işlək vəziyyətdədir, birdən oğurluq olar», İsmayıl da ona demişdir ki, «xeyir, nə oğurluq, evimin əşyasıdır, pula ehtiyyacım var, ona görə satıram». O da İsmayıla demişdir ki, «neçəyə satırsan?», İsmayıl da ona demişdir ki, «nə qədər verə bilərsən», o da İsmayıla demişdir ki, «televizora 100 manat verə bilərəm.». Bundan sonra İsmayıl onunla razılaşmış, ondan 100 manat pulu almış, bir ədəd televizoru ona satmışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı evində olarkən, onun yaşadığı evinə polis əməkdaşları gəlmişlər və ona demişlər ki, İsmayıl adlı şəxs saxlanılıb, oğurladığı əşyaları ona satması müəyyən edilmişdir. O da polis əməkdaşlarına bildirmişdir ki, «bəli mən İsmayıldan bir ədəd Samsung markalı 82 düyümlük plazma televizor, bir ədəd telekanalların istifadəsi üçün aparat, bir ədəd internet modem aparatı, bir ədəd mikser, iki ədəd ət çəkən maşın, bir ədəd saç ütüsü, bir ədəd mikrodalğalı soba, bir ədəd toster almışam, həmin əşyaların oğurluq olmasını bilməmişəm». Sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə getməyə etiraz etməmiş, həmçinin gedərkən özü ilə İsmayıldan aldığı əşyaları da polis şöbəsinə aparmışdır. Polis şöbəsində olarkən, ona məlum olmuşdur ki, İsmayıl Vadim adlı şəxslə Pirallahı rayonu ərazisində iki ünvandan oğurluq etmişlər, həmin ünvanlardan birindən oğurladıqları bir ədəd Samsung markalı 82 düyümlük plazma televizoru, bir ədəd telekanalların istifadəsi üçün aparatı, bir ədəd internet modem aparatını, bir ədəd mikseri, iki ədəd ət çəkən maşını, bir ədəd saç ütüsünü, bir ədəd mikrodalğalı sobanı, bir ədəd tosteri İsmayıl öz evinin əşyası kimi ona satmış, İsmayıl həmin əşyaları ona satarkən, həmin əşyaların oğurluq olması barədə məlumat verməmişdir. O da İsmayılı tanıdığından ona inanmış və almışdır. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. O, İsmayılın Vadimlə birlikdə ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən məişət əşyalarını və ünvan 6 ünvanında yerləşən həyətdən dəmir boruları talamalarını və oğurluq cinayət əməllərini törətmələrini bilməmiş, bu barədə polis şöbəsində bilmiş, hətta polis əməkdaşları ondan soruşanda, demişdir ki, bəli onlar ona satmışlar. O, İsmayılın ona satmış olduğu bir ədəd Samsung markalı 82 düyümlük plazma televizoru, bir ədəd telekanalların istifadəsi üçün aparatı, bir ədəd internet modem aparatını, bir ədəd mikseri, iki ədəd ət çəkən maşını, bir ədəd saç ütüsünü, bir ədəd mikrodalğalı sobanı, bir ədəd tosterin oğurluq olmasını bilməmiş, bilsəydi almazdı. O, İsmayılın və Vadimin bir ədəd Samsung markalı 82 düyümlük plazma televizoru, bir ədəd telekanalların istifadəsi üçün aparatı, bir ədəd internet modem aparatını, bir ədəd mikseri, iki ədəd ət çəkən maşını, bir ədəd saç ütüsünü, bir ədəd mikrodalğalı sobanı, bir ədəd tosteri başqa şəxslərə satmaq istəmələrindən xəbəri olmayıb. İsmayıl ona bir ədəd Samsung markalı 82 düyümlük plazma televizor, bir ədəd telekanalların istifadəsi üçün aparatı, bir ədəd internet modem aparatı, bir ədəd mikser, iki ədəd ət çəkən maşını, bir ədəd saç ütüsü, bir ədəd mikrodalğalı soba, bir ədəd tosterdən başqa, hər hansı bir əşyanı satmamış. O, İsmayıldan satmaq istədiyi əşyaları alarkən soruşmuşdur ki, həmin əşyaları haradan əldə etmişdir, İsmayıl ona demişdir ki, həmin əşyalar evinindir, anasının səhəti pisdir, dərman almalıdır, pula ehtiyyacı olduğundan satırlar. O, İsmayıldan almış olduğu məişət əşyalarını istintaqa təqdim etmişdir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin dəqiqliyini yoxlamaq üçün onların ifadələri yerində yoxlanılmış və onlar, ifadələrində qeyd etdikləri xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişlər. İş materiallarında olan 03 noyabr 2022-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, X2 01 ədəd 82 düyümlük Samsunq markalı televizor, 01 ədəd telekanalların istifadəsi üçün aparat, 01 ədəd internet modem aparatı, 01 ədəd mikser, 02 ədəd ətçəkən maşın, 01 ədəd saç ütüsü, 01 ədəd mikrodalğalı soba, 01 ədəd toster götürülmüşdür. İş materiallarında olan tutma protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan 4(094)-45/2022 saylı 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 4(094)-46/2022 saylı 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Pirallahı Rayon Məhkəməsinin 1(094)-13/2023 saylı 21 fevral 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2023-cü il tarixli, 9/71 №-li məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən Zərərçəkmiş şəxs2 məxsus malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 510,00 manat, X7 məxsus hər birinin uzunluğu 2,5 metr, ümumi uzunluğu 20 metr olan, 30 mm diametrli dəmir boruların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu təxminən 80,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin əlavə dindirilmə protokollarından görünür ki, zərərçəkmiş şəxs X8 məhkəmə-əmtəəşunaslıq ekspertizasının rəyi və rəydə göstərilən qiymətlə razı olmadığını və oğurluq hadisəsi zamanı ona ümumilikdə 400 (dörd yüz) manat ziyan vurulduğunu bildirmişdir, həmçinin digər zərərçəkmiş şəxs X15 da məhkəmə-əmtəəşunaslıq ekspertizasının rəyi və rəydə göstərilən qiymətlə razı olmadığını və oğurluq hadisəsi zamanı ona ümumilikdə 2500 (iki min beş yüz) manat ziyan vurulduğunu bildirmişdir. İbtidai istintaq orqanı da zərərçəkmiş şəxslərin ifadələrində qeyd edilən məbləği əsas götürərək ittiham elan etmişdir. Məhkəmə ibtidai istintaqın gəldiyi nəticəni ona görə qəbul edir ki, həmin nəticə iş materiallarına uyğundur. Belə ki, ekspert rəyində tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən qiymətləndirmənin nəzəri qaydada fotoşəkillərə əsasən aparıldığı qeyd edilmişdir. İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X3 istintaqa təqdim etdiyi 01 ədəd 82 düyümlük Samsunq markalı plazma televizoru, 01 ədəd telekanalların istifadəsi üçün aparat, 01 ədəd internet modem aparatı, 01 ədəd mikser, 02 ədəd ətçəkən maşın, 01 ədəd saç ütüsü, 01 ədəd mikrodalğalı soba, 01 ədəd toster maddi sübut qismində tanınmış və ibtidai istintaq qurtarmaqla tərəflər iş materialları ilə tanış olduqdan sonra göstərilən əşyalar Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2015-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan bir uşaq var. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 dekabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı illə çəkilməmiş qalan 08 (səkkiz) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl azad olunmuş və xx.xx.2021-ci l tarixdə cəzasını tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 69.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyündən cəza müddəti 01 il azaldılmış, 02 noyabr 2022-ci il tarixədək üzərində 28 (iyirmi səkkiz) gün çəkilməmiş cəzası qalmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq cinayətlərini törətmələri onların özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərdən peşman olmasını, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı tamamilə ödəmələrini, zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, zərərçəkmiş şəxslərin onlardan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını, Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə əvvəllər analoji cinayətlər törətməyə görə məhkum olunmasını, zərərçəkmiş şəxs X7 dəymiş maddi ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 02 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə əvvəllər analoji cinayətlər törətməsinə görə məhkum olunmasını və məhkumluğunun ödənilməməsini, zərərçəkmiş şəxs X7 dəymiş maddi ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 52-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyündən cəza müddəti 01 il azaldılmış, 02 noyabr 2022-ci il tarixədək üzərində 28 (iyirmi səkkiz) gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərində qalan 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 02 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutlar - 01 ədəd 82 düyümlük Samsunq markalı plazma televizorun, 01 ədəd telekanalların istifadəsi üçün aparatın, 01 ədəd internet modem aparatının, 01 ədəd mikserin, 02 ədəd ətçəkən maşının, 01 ədəd saç ütüsünün, 01 ədəd mikrodalğalı sobanın, 01 ədəd tosterin sahibinə - Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın qismən ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 23 iş saatına görə 138 (yüz otuz səkkiz) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 30 iş saatına görə 180,00 (yüz səksən) manat, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 55 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 30 saat) 330,00 (üç yüz otuz) manat olmaqla, ümumilikdə 646,00 (altı yüz qırx altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 02 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 08 oktyabr 2021ci il tarixli 1(094)-30/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilərək 14( on dörd ) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə o qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 02 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 01 ədəd 82 düyümlük Samsunq markalı plazma televizorun, 01 ədəd telekanalların istifadəsi üçün aparatın, 01 ədəd internet modem aparatının, 01 ədəd mikserin, 02 ədəd ətçəkən maşının, 01 ədəd saç ütüsünün, 01 ədəd mikrodalğalı sobanın, 01 ədəd tosterin sahibinə - Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 23 iş saatına görə 138 (yüz otuz səkkiz) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 30 iş saatına görə 180,00 (yüz səksən) manat, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 55 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 30 saat) 330,00 (üç yüz otuz) manat olmaqla, ümumilikdə 646,00 (altı yüz qırx altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar