Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-13/2024 25.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olnmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Nizami raonu, Ş.Mirzəyev küçəsi, ev, 71də qeydiyyatda olan, Bakı şəhəri, Pirallahı rayonu, Xanlar küçəsi, ev 39 B-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 435,0 qram narkotik vasitə olan marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, Pirallahı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 27 fevral 2024-cü il tarixdə saat 13:30 radələrində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Pirallahı RPİ-nə gətirilmiş, idarədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin yaxasının iç hissəsindən təmiz çəkisi 435,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, anket məlumatlarında göstərilən ünvanda anası ilə birlikdə yaşayır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə Pirallahı Məhkəməsinin hökmü ilə 1 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib, heç yerdə işləmir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında narkotik vasitə almaq üçün yaşadığı evdən çıxaraq Sabuncu rayonu, Ramana qəsəbəsinə getmiş, orada narkorik vasitələrin aludəçisini görüb ona yaxınlaşmış və ona narkotik vasitə olan marixuana lazım olduğunu və bunun müqabilində ona 100 manat pul verəcəyini bildirdi. Həmin şəxs ondan gözləməyini istəmiş və çıxıb getmişdir. Bir neçə dəqiqə keçdikdən sonra həmin şəxs qayıdaraq boz rəngli sellofanı ona vermişdir. O, həmin sellofanı əynində olan qara rəngli gödəkcənin yaxa hissəsinə qoymuş və Pirallahı rayonuna qayıtmışdır. Pirallahı rayon məhkəməsinin qarşısında iki nəfər şəxs ona yaxınlaşmış və onu Pirallahı rayon polis idarəsinə dəvət etmişlər. Pirallahı rayon polis idarəsində ona hüquqları izah olunmuş və onun istəyi ilə ona vəkil təyin edilmişdir. Vəkilin iştirakı ilə ondan üzərində olan əşyaları təqdim edilməsi istənilmiş, o, əynində olan qara rəngli gödəkçənin yaxasını acaraq boz rəngli sellofana bükülmüş narkotik vasitə marixuananı çıxardaraq masanın üzərinə qoymuşdur. Onun razılığı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən başqa qeyri qanuni heç nə aşkar edilməmişdir. Həmin bağlama açılaraq içərisindəki kütlə bütün iştirakçılara göstərilmiş, sorğu zamanı o, bildirmişdir ki, həmin kütlə marixuanadır və onu tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata almışdır. Sonra həmin bağlama qablaşdırılaraq götürülmüş, möhürlənmiş və tərəflərindən imzalanmışdır. Bu barədə protokol tərtib olunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərində olan narkotik vasitədən heç kimin xəbərinin olmadığını, həmin narkotik vasitədən heç kimə istfadə üçünn təmənnasız vermədiyini və satmadığını, polisə gətirilərkən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitədən heç kimə satmadığını, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə razı olduğunu, polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli özünü təqsirli bilməsi məhkəmədə tədqiq edilmiş, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAB-ın əməliyyat müvəkkli Şahid1 göstərdi ki, xx.xx.2024-cü il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması, barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil oldu. Bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ rəhbərliyindən müvafiq icazə alındı. Pirallahı RPİ-nin CAŞ-ın əməkdaşı Zaur Həsəsnov və ondan ibarət əməliyyat qrupu yaradıldı, qrupun rəhbəri o, olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13:30 dəqiqədə ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs Bernar onlar tərəfindən saxlanılmış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək Pirallahı RPİ-nin inzibati binasına getmək təklif edildi. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına gəlmiş və müdafiəçi ilə təmin edilmişdir. Sonra videoçəkilişlə onun və RPİ-nin ÇAŞ-ın əməliyyat müvəkkili Şahid2, eləcə də dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs əynində olan qara rəngli görəkcəsini yaxasını acaraq 01 ədəd boz rəngli sellofan bükümü çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman başqa heç bir əşya aşkar edilmədiyini, aşkar edilmiş 01 ədəd büküm açıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə marixuanaya bənzər maddə aşkar edildi. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş 01 ədəd bükümün içindəki narkotik vasitə marixuana olduğunu və ona məxsus olduğunu və həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında, Bakı şəhəri, Sabuncu rayonu, Ramana qəsəbəsində tanımadığı şəxsdən əldə etdiyini dediyini bildirmişdir. Şəxsi axtarış zamanı aşkar olunan içində narkotik vasitə marixunaya bənzər kütlə olan 01 ədəd bağlama zərfdə qabaşdırılmış və 237 saylı möhürlə möhürlənmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalanmış, o, də öz növbəsində protokolu və zərfi imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Pirallahı RPİ-nin CAŞ-ın əməliyyat müvəkkli, Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında xx.xx.2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə Pirallahı rayon polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin yaxalığından 01 ədəd boz rəngli sellofan bükümündə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə aşkar olunaraq götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Sabuncu rayonu, Ramana qəsəbəsində tanımadığı şəxsdən 100 manata aldığını bildirmişdir. İ.v. 35-36 İş materiallarında Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı protokola əlavə olunmuş CD formatlı diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin yaxalığında 01 ədəd sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi müəyyən edilmişdir. İ.v. 64 İş materiallarında təyin edilərək keçirilmiş məhkəmə fiziki-bioloji ekspertizasının 28 fevral 2024-cü il tarixli, 3-16-16-2-7/321 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində « Təqsirləndirilən şəxs üzərindən …» yazı və imzalar olan sellofan bağlamadakı 01ədəd polietilen bağlamada təmiz çəkisi 435,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 435,0 qram, tədqiqata sərf edildi -0,1 qram, qalıq 434,9 qram. İ.v. 41-44 İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1941 saylı ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimuliyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İ.v. 103-104 Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd polietilin bağlamada quru vəziyyətdə 435,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq hissəsi 434,9 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Pirallahı RPİ-nin Saxlama Yerinə təhvil verilmişdir. İ.v. 80 Bеləliкlə Təqsirləndirilən şəxsn törətdiyi cinаyət əməli məhкəmə bахışı zаmаnı аrаşdırılаraq, qiymət vеrilməкlə özünün ifаdəsi, şаhid ifаdələri, екspеrtizа rəyləri ilə tаm sübutа yеtirilmişdir. Təqsirləndirilən şəxs qеyd еdilən əməllərinin cinаyət оlmаsını аrаdаn qаldırаn hаllаr, həmçinin оnun cinаyət məsuliyyətindən аzаd еdilməsi üçün əsаslаr yохdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsn satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsn əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsn törətdiyi cinayəti etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 06 mart 2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmuşdur. Yeni cinayət əməlini törətdiyi zaman, yəni 27 fevral 2024-cü il tarixdə çəkilməmiş 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası vardır. Göründüyü kimi, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə olan cinayət əməlinə görə, cəza çəkir. İ.v.88-89 Аzərbаycаn Rеspubliкаsının CM-nin 61.1-ci mаddəsinə əsasən təqsirləndirilən şəхs Təqsirləndirilən şəxsn məhkumluğunun ödənilməməsi cəzаsının аğırlаşdırаn hаlıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd edildiyi kimi Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə yenidən cinayət törətdiyinə görə ona CM-nin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. 67.1-ci maddəyə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəyə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. 69.3-cü maddəyə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli, çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir gününə iki gün hesabı ilə hesablamaqla, çəkilməmiş 1 il 6 ay azadlığın məhdudlaşdırılması 9 ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli və hökümlə təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-7/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarı ilə onun barəsində həbsetmənin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 27 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 434,9 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxsn üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsn Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 78 (yetmiş səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsn dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (ibtidai istintaq zamanı iş saatına görə 50 saat, 300 manat və məhkəmə baxışı zamanı 15 saat, 90 manat) ümumilikdə 390,00 (üç yüz doğsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki çəkilməmiş 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1-ci maddəsi əsasən azadlıqdan məhrumetmə cəzasının bir gününə iki gün hesabı ilə hesablamaqla, 9 (doqquz) ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsn barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 434,9 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxsn üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən həxs Təqsirləndirilən şəxsn hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı həhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 390,00 (üç yüz doğsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-13/2024
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-13/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver