Məhkəmə qərarları › İş №1(094)-14/2023

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-14/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-14/2023 04.04.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şarabdunoviçin, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşamış, barəsində ünvan 3oyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 noyabr 2022-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 23 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağları yaşayış massivi, Qaya restoranının yaxınlığında yerləşən, mişar daşı ilə hasara alınmış, eləcə də dəmir darvazası olan fərdi yaşayış evinin həyətinə, darvazanın qapısının açarını sındırmaq yolu ilə qanunsuz olaraq gizli yolla daxil olaraq, oradan 100 manat qiymətində 01 ədəd laqondanı, 100 manat qiymətində 70 metr uzunluğunda mis kabeli, 650 manat qiymətində 12 ədəd 3 metrlik və 2 ədəd 3,70 metrlik şvelleri, ümumi qiyməti 400 manat olan 12 ədəd 3 metrlik üçbucaq, 7 ədəd 2,60 metrlik və 3 ədəd 3 metrlik dördbucaq profili, ümumi qiyməti 225 manat olan 1,50x0,55 metr ölçüdə 3 ədəd dəmir listi, 2 x 0,25 metr ölçüdə dəmir listləri və 10 ədəd nazik dəmiri talayaraq, Zərərçəkmiş şəxs1 1475 manat məbləğində ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını talamaq qərarına gəlib, bu məqsədlə, 05 noyabr 2022-ci il tarixdə saat 11 radələrində, ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağları yaşayış massivində yerləşən, mişar daşı ilə hasara alınmış, eləcə də dəmir darvazası olan fərdi yaşayış evinin həyətinə qanunsuz olaraq gizli yolla daxil olub, orada olan bir ədəd 10 tonluq dəmir konstruksiyalı su çənini və bir ədəd 6 tonluq dəmir konstruksiyalı su çənini talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 5000 manat ziyan vurmaqla, oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhər sakinləri Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, Zərərçəkmiş şəxs1 isə təxminən 4-5 ay olar ki, tanıyır, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Bakı şəhər sakinləri Seymur və qardaşı Teyyubu təxminən 04 ay olar ki, tanıyır, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır, Teyyubun və Seymurun Qazel markalı yük avtomobilləri var, Bakı şəhər sakini Həmzə, Fəxi adlı şəxsləri isə 2022-ci ilin oktyabr ayının axırlarından etibarən tanıyır, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Arifin Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağları yaşayış massivində, Qaya restoranın yanında həyət evi var, həyətdə bir mərtəbəli fərdi yaşayış evi tikilib, həyət daş hasarla hasara alınıb, həyətin dəmir konstruksiyalı darvazası var. Təxminən 4-5 ay əvvəl o, Arifin həyətində fəhlə kimi işləmiş, işlədiyi müddətdə Arifin həyətində dəmir şvellerlərin, nazik dəmirlərin, üçbucaq və dörd bucaq profillərin olduğunu görmüşdür. 2022-ci ilin oktyabr ayının 23-də o, yaşadığı evində olmuş, həmin vaxt onun pula ehtiyyacı olmuşdur, bu səbəbdən də qərara gəlmişdir ki, hər hansı bir həyətdən oğurluq etsin. Belə ki, o, Arifin həyətində işlədiyi vaxt, orada dəmir şvellerlərin, nazik dəmirlərin, üçbucaq və dörd bucaq profillərin olduğunu görmüşdür, qərara gəlmişdir ki, həmin dəmir şvellerləri, nazik dəmirləri, üçbucaq və dörd bucaq profilləri oğurlayıb, aparıb metal qəbulu məntəqəsinə satsın, əldə edəcəyi pulu da maddi ehtiyyaclarına xərcləsin. Həmin dəmir şvellerləri, nazik dəmirləri, üçbucaq və dörd bucaq profilləri həyətdən aparmaq üçün maşına ehtiyyacı olduğunu düşünüb əvvəlcə Seymura zəng vurmuş, o, Seymura demişdir ki, ona maşın lazımdır, belə ki, dəmir tullantıları var, metal qəbulu məntəqəsinə aparmaq lazımdır. Seymur da ona demişdir ki, şəhərdədir, maşını yüklüdür, bu səbəbdən ona Teyyubun nömrəsini verərək onunla əlaqə saxlamağı bildirmişdir. O, Teyyubun nömrəsinə zəng vurmuş, ona demişdir ki, «nömrəni Seymurdan almışam, mənim həyətimdə yüküm var, metal qəbulu məntəqəsinə aparmaq lazımdır». Teyyub da ona demiş ki, «mən evimdəyəm, boşam, hara gəlim». O da Teyyuba demiş ki, «mən səni Zirə qəsəbəsinə dönən yerdə gözləyirəm, çatanda zəng elə». xx.xx.2022-ci il tarixdə saat 12 radələrində o, Bakı şəhəri Pirallahı avtomobil yolundan Zirə qəsəbəsinə gedən avtomobil yolunun dönən yerdə yolun üzərində dayandığı vaxt, Teyyub ona zəng vurmuş və gəldiyini bildirmişdir. Onlar görüşmüşlər, sonra Teyyub hansı istiqamətə gedəcəklərini soruşmuş, o da Teyyuba demişdir ki, Dübəndi bağları istiqamətinə sürsün, Qaya restoranına çatmamış yoldan sağa dönüb, nahamar yolla axıradək getsinlər, orada tullantılar var, maşına yükləyib metal qəbulu məntəqəsinə aparacaq. Teyyub da onunla razılaşmış, onlar birlikdə hərəkət etməyə başlamışlar Arifin həyətinə çatanda, o, Teyyuba maşını saxlmasını bildirmişdir. Teyyub maşını Arifin həyətinin darvazasının yanında saxlamış. O, maşından düşüb həyətin darvazasının yanında olan piyadalar üçün nəzərdə tutulmuş seyf qapını açmaq istəmiş, lakin açar üstündə olmadığı üçün aça bilməmişdir. Sonra Teyyuba yaxınlaşıb demişdir ki, «mənim üzərimdə qapının açarı yoxdur, qoy hasardan həyətə tullanım, sonra isə qapını açım, sən maşını həyətə sal». Beləcə, o, hasardan həyətə tullanmış, vint açanla, qapının açarının vintlərini açmış, lakin qapını aça bilməmişdir. Sonra o, Teyyubdan zubil istəmiş, Teyyub ondan soruşmuşdur ki, «zubili neynirsən, həyət sənindirsə, açarı nə səbəbə üzərində deyil», o, Teyyuba demişdir ki, «açar evdə qalıb, birdə evə getmək istəmirəm, açarın üstündə vint var, açılmır, onu qırmaq istəyirəm». Teyyub ona demişdir ki, «məndə zubil yoxdur». Sonra o, həyətdən dəmir parçası götürüb qapının açarının üzərinə vuraraq, açarı sındırıb qapı açılmışdır. Sonra isə Teyyub maşını həyətə sürərək su çəninin yanında saxlamışdır. O, həyətdə olan nazik dəmirləri, üçbucaq və dörd bucaq profilləri götürüb maşına yükləmiş, sonra isə dəmir şvellerlərin ağır olduğunu görüb Teyyubdan kömək istəmiş, Teyyub ona kömək etmiş, dəmir şvellerləri də maşına yükləmişlər. Sonra o, evin içərisində olan laqondanı və top şəklində olan elektrik kabelini də götürüb maşına yükləmişdir. Sonra Teyyub maşını həyətdən çölə çıxartmış, o, həyətin qapısını bağlayaraq, hasardan çölə tullanmış, maşına oturub hərəkət etmişlər. O, Teyyubla hərəkət etdiyi vaxt, Teyyub ona demişdir ki, «metal tullantıları nə edərsən», o da Teyyuba demişdir ki, «metal qəbulu məntəqəsinə satmaq istəyirəm». Teyyub ona demişdir ki, «dəmir tullantılar mənə lazımdır, mənə sat». O da Teyyuba demişdir ki, «nə qədər pul verərsən», Teyyub ona demişdir ki, «hamısına yol pulu çıxmaq şərtilə 100 manat pul verərəm». O da Teyyubla razılaşmış, Teyyub maşını həyətinə sürmüş, orada dəmir tullantıları həyətinə boşaltdıqdan sonra ona 100 manat pul vermiş, o da laqondanı və top elektrik kabelini götürüb oradan çıxmış, oğurladığı laqondanı və top elektrik kabelini boş bir sahədə gizlətmiş, özü isə yaşadığı evinə gəlmişdir. Teyyubdan aldığı 100 manat pulu maddi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa, 2022-ci ilin noyabr ayının əvvəllərində onun maddi vəziyyəti ağır olmuş, bu səbəbdən də oğurluq etmək qərarına gəlmişdir. O, 2022-ci ilin oktyabr ayının axırlarında Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağları yaşayış masssivində bir həyətdə dəmir çənlər görmüş, fikirləşmişdir ki, həmin çənləri oğurlayıb hər hansı bir şəxsə satsın. Bu səbəbdən Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna bağları yaşayış massivində yerləşən kafenin sahibi, qeyri münasibətdə olduğu Esmiraya bildirmişdir ki, «məndə dəmir çənlər var, istəyən olsa satıram, pula ehtiyyacım var». 2022-ci ilin noyabr ayının 04-də o, kafedə olarkən, Esmira ona demiş ki, «sən çənləri satmaq istəyirdin, bu şəxslər dəmir tullantılar alqı-satqısı ilə məşqul olurlar, istəyirsən, səni onlarla tanış edim». O, razılıq verəndən sonra, Esmira onu həmin şəxslərlə tanış etmiş, o, həmin şəxslərdən birinin adının Həmzə olduğunu öyrənmiş. Bundan sonra o, Həmzəyə yaxınlaşaraq demişdir ki, «mənim Dübəndi bağları yaşayış massivində yerləşən həyətimdə dəmir çənlərim var, satıram, istəmirsən, pula ehtiyyacım var». Həmzə də ondan soruşmuşdur ki, «ölçüsü nə qədərdir», o, Həmzəyə demişdir ki, «biri 10 tonluq, biri də 6 tonluqdur», Həmzə həmin vaxt ona demişdir ki, «mən bu çənlərə 1000 manat verərəm, amma əvvəlcədən gedək baxaq». Bundan sonra o, Həmzə ilə birlikdə çənlərə baxmağa getmiş, orada olan bir ədəd 6 tonluq və bir ədəd 10 tonluq dəmir çənləri Həmzəyə göstərmiş, Həmzə ona demişdir ki, «mən sənə 800 manat pul verərəm, səhər gəlib həmin çənləri götürərəm». O da Həmzə ilə razılaşmış. O, maşına oturub yaşadığı evinə gəlmişdir. Esmira ondan soruşmuşdur ki, «nə oldu, Həmzə alır çənləri, aranızda razılaşa bildiniz». O da Esmiraya demişdir ki, «razılaşdıq, Həmzə sabah çənləri götürməyə gələndə mənə 800 manat pul verəcək». Esmira da ondan soruşmuşdur ki, «bəs burada Həmzə sənə 1000 manat verəcəyini deyirdi, nə oldu ki, pul aşağı düşdü». O da Esmiraya demişdir ki, «bilmirəm, burada elə danışsada, çənlərə baxandan sonra mənə dedi ki, bu çənlərə 800 manat pul verərəm». Esmira ondan soruşmuşdur ki, «Həmzə çənləri nə vaxt aparacaq», o da Esmiraya demişdir ki, «aramızda olan razılaşmaya əsasən, səhər tezdən mənimlə birlikdə gedib çənləri aparacaqlar, pulumuda orada verəcəklər». Səhərisi, saat 11 radələrində o, Esmira ilə evdə olmuş, həmin vaxt o, Esmiraya demişdir ki, «biz Həmzə ilə aramızda razılaşmışdıq ki, bu gün tezdən çənləri götürək, lakin bunlardan xəbər çıxmadı». Esmira da ona demişdir ki, «sən Həmzə ilə əlaqə saxla, gör hardadır». O, Həmzəyə zəng vurub, ondan harada olmasını və nə səbəbə çənləri götürməyə gəlmədiyini soruşmuş, Həmzə isə cavabında artıq çənlərin olduğu həyətin qarşısında olduğunu bildirmişdir. Bundan sonra o, Həmzəyə demişdir ki, «biz belə razılaşmamışdıq axı, sən nə səbəbə məndən xəbərsiz həyətə getmisən», Həmzə də ona demişdir ki, «burdayam, tez gəl, birdə sənə deyim ki, çənlər həyətdən çıxarmaq sənlikdi, mənə problem lazım deyil, yolda isə çənləri aparmaq mənlikdi», o da Həmzə ilə razılaşmış, demişdir ki, «narahatçılıq yoxdur, mən çənləri həyətdən sənə verərəm, sən də maşına yükləyib apararsan, məndən kim soruşsa, çənlər mənimdir, satıram». Sonra o, taksi ilə çənlərin olduğu əraziyə getmiş, həmin vaxt həmzə maşından düşüb, onunla görüşmüşdür. Həmzə ona demişdir ki, «zəng vurmuşuq, evakuator gəlir, gözləyək». Təxminən saat yarım sonra maşın gəlmiş, həmin vaxt maşının təkərləri ağırlıqdan səbəbindən qumsal torpaqda batmış, bundan sonra Həmzənin məllim dediyi şəxsin oğlu başqa bir traktorun sürücüsünə zəng vurmuş ki, gəlib batmış maşını çıxartsın. Bir az sonra traktor gəlmiş, evakuatoru qumluqdan çıxartmışdır. Sonra Həmzə traktorun sürücüsünə yaxınlaşıb demişdir ki, «sən çəni yola tərəf sürüşdür ki, biz həmin böyük çəni maşına rahat yükləyək». Traktorun sürücüsü böyük çəni yola tərəf sürümüş, sonra isə pulunu alıb çıxıb getmişdir. Sonra Həmzə çənləri qaldırıb evakuatora yükləmişdir. Sonra isə Həmzə ona demişdir ki, «sənə 550 manat pul verəcəyəm, 250 manat pulu da saat yarıma sənə çatdıraram». Sonra isə Həmzə çənləri götürüb hövsan yolu ilə çıxıb getmişdir ki, onu yolda polis əməkdaşları görməsinlər. O da oradan çıxıb Esmiranın kafesinə gəlmiş, Esmira ondan soruşmuşdur ki, «nə oldu, çənləri sata bildin», o da Esmiraya demişdir ki, «maşın batmışdı, onu çıxarmaqla əlləşdik, Həmzə də mənə 500 manat pul verdi, dedi ki, qalan 250 manat pulu da bir saata mənə çatdıracaq, mənim pulumdan 50 manatını da Həmzə kəsdiki, çənlərin daşınmasından ötrü maşına vermişəm». Esmira ona demişdir ki, «axı sənə 800 manata Həmzə söz vermişdi, nə oldu», o da Esmiraya demişdir ki, «bir saata 250 manat pulu gətirəcək». Həmin günü Həmzə 250 manat pulu gətirməsini gecikdirmiş, Esmira ondan soruşmuşdur ki, «nə oldu, Həmzə pulu gətirdi», o isə cavabında Esmiraya demişdir ki, «neçə saat keçib Həmzə pulu gətirmədi». Bundan sonra o, Həmzəyə zəng vurub nə səbəbə pulunu çatdırmamasını soruşmaq istəsə də, Həmzə ona demişdir ki, «onsuzda çənlər oğurluqdur, biz çənlərin oğurluq olmasını bilirik, daha sənə pul çatmayacaq», sonra isə onun mobil nömrəsini bloka atmışdır. Bundan sonra Esmira məcbur qalıb öz mobil nömrəsi ilə Həmzəyə zəng vurmuş və ondan nə səbəbə onun pulunu gecikdirməsini soruşmuşdur. Həmzə də Esmiraya demişdir ki, «hələm çənləri təhvil verməmişəm, dərnəgüldəyəm, təhvil verim gəlirəm». Həmin günü axşam saatları olmuş, Həmzə yenə də gəlməmişdir. O, oğurluq etdiyini düşünüb onların verdiyi 550 manat pulla razılaşmış, həmin pulu maddi ehtiyyaclarına xərcləmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyib, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, onun Pirallahı rayonu Dübəndi bağları yaşayış masivində 5 sot torpaq sahəsi var, həmin torpaq sahəsi mişar daşı ilə hasara alınıb, həyətin dəmir darvazası var, həmçinin həyətyanı torpaq sahəsinin çıxarışı da var, həyətdə bir mərətbəli köməkçi bir otaqlı bina tikmiş, orada və həyətdə tikinti materiallarını və tikinti alətlərini saxlayır. Həmçinin, həyətində hasarın dibində müxtəlif dəmir materialları, yəni dəmir profilləri və listləri saxlamışdır ki, lazım olanda istifadə etsin. 2022-ci ilin oktyabr ayında o, həmin həyətyanı torpaq sahəsinə gəlmiş, həyətə daxil olmuş, hər bir əşya yerində olmuş, sonra həyət qapısını bağlayıb çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə gündüz saatlarında o, Pirallahı rayonu Dübəndi bağları yaşayış massivində yerləşən həyətyanı torpaq sahəsinə gəlib orada olan ağaclara baş çəkmiş, əşyalara baxmış, görmüşdür ki, həyətdə olan bir otaqlı tikilinin pəncərəsinin dəmir məhəccəri yerində deyil, bundan sonra şübhələnmişdir ki, kimsə kənar şəxs həyətinə daxil olub. O, həyətinə baxarkən görmüşdür ki, həyətində hasarın dibində qoyduğu dəmir materiallarda yerində deyil. Sonra isə tikilinin içərisinə baxmış, orada qoyduğu top şəklində bir ədəd mis naqil və bir ədəd laqonda yerində deyil, o, bundan sonra tam əmin olmuşdur ki, kimsə onun həyətinə daxil olub oğurluq etmişdir. O, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciə edərək həyətində oğurluq hadisəsinin baş verməsi barədə məlumat vermişdir. Bundan sonra onun həyətinin yerləşdiyi ünvana polis əməkdaşları gəlmiş həyətinə baxış keçirərək, foto şəkillər çəkmişlər. Sonra isə onu Pirallahı rayon polis şöbəsinə dəvət etmişlər, orada o, ərizə ilə müraciət edərək, həyətindən oğurluq hadisəsinin baş verməsini və əşyaların oğurlanmasını bildirməklə, oğurluq hadisəsini törətmiş şəxsin cəzalandırılmasını və ona vurulmuş ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1475 manat ziyan vurulmuşdur. Hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 Şarabdunoviç göstərdi ki, onun Pirallahı rayonu Dübəndi bağları yaşayış masivində 12 sot torpaq sahəsi var, həmin torpaq sahəsi mişar daşı ilə hasara alınıb, sadəcə həyətin giriş qapısı müvəqqəti olmadığından, dəmir torla bağlanmışdır. Həyətyanı torpaq sahəsində mişar daşından iki mərtəbəli fərdi yaşayış evi tikilib, lakin hazırda ev yaşamaq üçün tam hazır vəziyyətdə deyil. O, həmin həyətdə daş hasarın dibində 6 tonluq dəmir materialdan olan su çənini yerləşdirmiş, həmçinin həyətinin çöl hissəsində hasarının dibində 10 tonluq dəmir materialdan olan su çənini qoymuşdur. O, həmin su çənlərindən həyətdə olan ağacların suvarılmasında istifadə edirmiş, çənlərə su boruları birləşdirmişdir. Ona məxsus olan 6 tonluq su çəni kvadrat şəklində düzəldilmiş, dəmirin qalınlığı 05 mm ölçüdə olmuş, digər 10 tonluq su çəninin dəmirin qalınlığı 03 mm-lik olmuş. xx.xx.2022-ci il tarixdə gündüz saatlarında o, həyətinə gəlmiş, orada olan ağaclara baş çəkmiş, əşyalara baxmış, hər bir əşya yerində olmuş, eləcə də dəmir çənlər də yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, yenidən həyətinə baş çəkmək istəmiş, bu səbəbdən də Pirallahı rayonu Dübəndi bağları yaşayış massivində yerləşən həyətyanı torpaq sahəsinə gəlmiş, həyətə daxil olanda, görmüşdür ki, ona məxsus olan, həyətdə hasarın dibində qoyduğu 06 tonluq su çəni yerində yoxdur, sonra o, çöldən həyətinin hasarının dibində qoyduğu 10 tonluq su çəninin də yerində olmadığını müəyyən etmişdir. Sonra o, çənlərin olduğu ərazidə torpaq sahəsinə baxmış, torpaq sahəsində böyük maşının təkərlərinin izinin olduğunu görmüşdür. Bundan sonra ona tam aydın olmuşdur ki, həyətyanı torpaq sahəsində olan 06 tonluq su çəni və çöldən həyətinin hasarının dibində qoyduğu 10 tonluq su çəni oğurlanmışdır. Həmdə, o, maşın təkərlərinin izlərindən müəyyən etmişdir ki, bu dəmir çənlər yük maşınlarına yüklənərək aparılmışdır, çənlər ağır olduğu üçün hər hansı bir şəxsin götürməsi mümkün deyil. Bununla əlaqədar o, Pirallahı rayon polis şöbəsinə gəlmiş və orada ərizə yazaraq, həyətyanı torpaq sahəsində olan iki ədəd su çəninin oğurlanması və ona ümumilikdə 5000 manat ziyan vurulmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə ona məxsus olan həyətyanı torpaq sahəsinə gəlmiş, polis əməkdaşları onun həyətyanı torpaq sahəsinə baxış keçirərək foto şəkillər çəkmişlər. Hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 göstərdi ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin oktyabr ayının 23-dən etibarən tanıyır, əvvəllər heç bir tanışlıqları, həmçinin onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmayıb. Onun Qazel markalı **-HH-*** nömrə nişanlı yük avtomobili var, o, həmin avtomobillə müştəri olanda, yük daşıyıb ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhərindən Qala qəsəbəsi istiqamətində hərəkət edirmiş, həmin vaxt onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, o, zəngə cavab verəndə, danışan şəxs ona bildirmişdir ki, «mənim adım Zaurdur, nömrəni qardaşın Seymurdan götürmüşəm, mənim Dübəndi bağları yaşayış massivində dəmir tullantılarım var, həmin dəmir tullantıları götürmək lazımdır və Xaşaxuna bağları yaşayış massivində yerləşən metal qəbulu məntəqəsinə aparmaq lazımdır, buna görə mənim yükümü neçəyə apararsan». O da Zaura demişdir ki, «Dübəndi bağları yaşayış massivindən dəmir tullantıları Xaşaxuna yaşayış massivində yerləşən metal qəbulu məntəqəsinə aparmaq üçün səndən 25 manat alaram». Zaur da razılıq verəndən sonra, o, Zaura demişdir ki, «sən hardasan, harda görüşək». Zaur ona demişdir ki, «mən hazırda Bakı Pirallahı avtomobil yolunun Qala qəsəbəsi ərazisində yerləşən Xaşaxuna yaşayış massivində yolun kənarında olan təndirxananın yanındayam, gəl məni buradan götür, zəng elə». O da Zaurun dediyi yerə çatanda, Zaurun mobil nömrəsinə zəng vuraraq onu deyilən yerdən götürmüş və Dübəndi bağları istiqamətində hərəkət etməyə başlamışlar. Zaur ona demişdir ki, «Qaya restoranına gedən yola çatmamış avtomobil yolundan sağa yol gedir, həmin yola dön, nahamar yoldur, axıradək gedəcəyik, ev orada yerləşir». O, Zaurun dediyi istiqamətdə hərəkət etməyə başlamış, nahamar yolla axıradək getmiş, Zaur axırda yerləşən daş hasarlı və dəmir darvazası olan evin qarşısında maşını saxlamağını istəmişdir. Həmin tarixdə saat 12 radələrində o, maşını saxlamış, Zaur ona demişdir ki, « qoy mən qapını açım, sən evə daxil ol». Zaur maşından düşmüş, qapını açmaq istəmiş, aça bilməmiş, sonra ona yaxınlaşaraq demişdir ki, «mənim üzərimdə qapının açarı yoxdur, qoy hasardan həyətə tullanım, sonra isə qapını açım, sən maşını həyətə sür». Beləcə, Zaur hasardan həyətə tullanmış, vint açanla, qapının açarının vintlərini açmış, lakin qapını aça bilməmişdir. Zaur ondan zubil istəmiş, o, Zaurdan soruşmuşdur ki, «Zubili neynirsən», Zaur ona demişdir ki, «açarın üstündə vint var, açılmır, onu qırmaq istəyirəm». O da Zaura demişdir ki, «məndə zubil yoxdur». Sonra Zaur əlində olan vint açanla açarı açmış, sonra böyük darvazanın iki tayını da açmıb, ona demişdir ki, «maşını içəri sal», o da maşını həyətə salmışdır. Sonra Zaur həyətdə olan nazik dəmirləri, üçbucaq və dörd bucaq profilləri götürüb maşına yükləmişdir, sonra isə dəmir şvellerlərin ağır olduğunu görüb ondan kömək istəmiş, o da iki ədəd şvellərin maşına yüklənməsinə Zaura kömək etmiş, sonra Zaur evin içərisində olan laqondanı və top şəklində olan elektrik kabelini də götürüb maşına yükləmişdir. Sonra o, maşını həyətdən çıxartmış, Zaur da həyətin qapısını bağlayıb maşına oturmuş, daha sonra isə onlar hərəkət etməyə başlamışlar. Bakı Pirallahı avtomobil yolu ilə Xaşuxona bağları istiqamətində hərəkət etdikləri vaxt o, Zaurdan soruşmuşdur ki, «sən bu dəmir tullantıları hara aparırsan», Zaur da ona demişdir ki, «mən dəmir tullantıları metal qəbulu məntəqəsinə satacam». O, fikirləşmişdir ki, dəmir tullantıları onsuzda satacaq, bəlkə evində təmir zamanı istifadə etsin, ona görə də Zaura demişdir ki, «sən bu metal tullantılarını neçəyə satarsan, çəkisi təxminən nə qədər olar». Zaur ona demişdir ki, «metal tullantıların çəkisi təxminən 200 kq olar, buna görə də mənə 100 manat pul verərlər». O da Zaura demişdir ki, «metal qəbulu məntəqəsinə dəmir tullantılarını satırsansa, qoy elə mən alım, evimdə lazım olar, mən sənə 100 manat pul verərəm». Zaur da ona demişdir ki, «yaxşı razılaşıram, amma yol pulu da məndən almazsan». O, Zaurla razılaşmış, maşını həyətinə sürmüş, həyətində dəmir tullantıları Zaur maşından boşaltdıqdan sonra o da Zaura 100 manat pul vermişdir, Zaur laqondanı və top şəklində olan elektrik kabelini də götürüb onun həyətindən çıxıb getmişdir. Bir müddət sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, orada ona məlum olmuşdur ki, Zaurun ona satmış olduğu dəmir tullantılar oğurluqdur. O, həmin dəmir tullantıların oğurluq olmasını bilsəydi, almazdı, polisə bu barədə məlumat verərdi. O, metal tullantıları həyətində boşaldarkən, onların içərisində 12 ədəd 3 metrlik, 2 ədəd 3,70 metrlik şvellerin, 12 ədəd 3 metrlik üçbucaq profilin, 7 ədəd 2,60 metrlik və 3 ədəd 3 metrlik dördbucaq profilin, 1,50x0,55 metr ölçüdə 3 ədəd dəmir listin, 2 x 0,25 metr ölçüdə dəmir listin, 10 ədəd nazik dəmirin olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin oktyabr ayının 23-dən etibarən tanıyır, əvvəllər heç bir tanışlıqları, həmçinin əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavətim olmayıb. X5 markalı **-SU-*** nömrə nişanlı yük avtomobili var, o, həmin avtomobillə müştəri olanda, yük daşıyıb ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, Şamaxı rayonunda yerləşən heyvan bazarında olmuş, həmin vaxt ona məxsus olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, o, zəngə cavab verəndə, zəng edən şəxs ona demişdir ki, «adım Zaurdur, mənə yük maşını lazımdı ki, həyətimdə olan metal tullantıları metal qəbulu məntəqəsinə aparım». O da Zaura demişdir ki, «mən hazırda Şamaxı rayonundayam, gəlməyim gec olar, istəyirsənsə, qardaşım Teyyubun nömrəsini sənə verim, onun Qazel markalı yük maşını var, o, sənin yükünü istədiyin yerə apara bilər». Zaur onunla razılaşmış, o, Zaura qardaşı Teyubun nömrəsini vermiş, daha bilməmişdir ki, Zaur Teyyubla yükünü aparıb ya yox. Təxminən bir neçə gün sonra o, yaşadığı evinə gəlmiş, Teyyubu görmüşdür, ona demişdir ki, «mən sənin nömrəni bir müştəriyə vermişdim, sənə zəng vurmadılar». Teyyub ona demişdir ki, «xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhərindən Qala qəsəbəsi istiqamətində hərəkət edirdim, həmin vaxt mənim istifadəmdə olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəldi, mən zəngə cavab verəndə, danışan şəxs mənə dedi ki, adı Zaurdur, nömrəni qardaşın Seymurdan götürmüşəm, mənim Dübəndi bağları yaşayış massivində dəmir tullantılarım var, həmin dəmir tullantıları götürüb, Xaşaxuna bağları yaşayış massivində yerləşən metal qəbulu məntəqəsinə aparmaq lazımdır, buna görə mənim yükümü neçəyə apararsan. Mən də Zaura dedim ki, Dübəndi bağları yaşayış massivindən dəmir tullantıları Xaşaxuna yaşayış massivində yerləşən metal qəbulu məntəqəsinə aparmaq üçün səndən 25 manat alaram. Zaur da razılıq verəndən sonra, mən Zaura dedim ki, sən hardasan, harda görüşək. Zaur mənə dedi ki, «mən hazırda Bakı Pirallahı avtomobil yolunun Qala qəsəbəsi ərazisində yerləşən Xaşaxuna yaşayış massivində yolun kənarında olan təndirxananın yanındayam, gəl məni buradan götür, zəng elə». Mən də Zaurun dediyi yerə çatanda, Zaurun mobil nömrəsinə zəng vurdum, onu deyilən yerdən götürdükdən sonra Dübəndi bağları istiqamətində hərəkət etməyə başladıq. Zaur mənə dedi ki, Qaya restoranına gedən yola çatmamış avtomobil yolundan sağa yol gedir, həmin yola dön, nahamar yoldur, axıradək gedəcəyik, ev orada yerləşir. Mən Zaurun dediyi istiqamətdə hərəkət etməyə başladım, nahamar yolla axıradək getdim, Zaur axırda yerləşən daş hasarlı və dəmir darvazası olan evin qarşısında maşını saxlamağımı istədi. Həmin tarixdə saat 12 radələrində mən maşını saxladım, Zaur mənə dedi ki, mən qapını açım, sən həyətə daxil ol. Zaur maşından düşdü, qapını açmaq istədi, aça bilmədi, sonra mənə yaxınlaşaraq dedi ki, mənim üzərimdə qapının açarı yoxdur, qoy hasardan həyətə tullanım, sonra isə qapını açım, sən maşını həyətə sal. Beləcə, Zaur hasardan həyətə tullandı, vint açanla, qapının açarının vintlərini açdı, lakin qapını aça bilmədi. Zaur Məndən zubil istədi, mən Zaurdan soruşdum ki, Zubili neynirsən, Zaur mənə dedi ki, açarın üstündə vint var, açılmır, onu qırmaq istəyirəm. Mən də Zaura dedim ki, məndə zubil yoxdur. Sonra Zaur əlində olan vint açanla açarı açdıqdan sonra böyük darvazanın iki tayını da açdı, mənə dedi ki, maşını içəri sal, mən maşını həyətə saldım. Sonra Zaur həyətdə olan nazik dəmirləri, üçbucaq və dörd bucaq profilləri götürüb maşına yüklədi, sonra isə dəmir şvellerlərin ağır olduğunu görüb məndən kömək istədi, mən də Zaura iki ədəd şvellərin maşına yüklənməsinə kömək etdim, sonra Zaur evin içərisində olan laqondanı və top şəklində olan elektrik kabelini də götürüb maşına yüklədi. Sonra mən maşını həyətdən çıxartdım, Zaur da həyətin qapısını bağlayıb maşına oturdu, daha sonra isə biz hərəkət etməyə başladıq. Bakı Pirallahı avtomobil yolu ilə Xaşaxuna bağları istiqamətində hərəkət etdiyimiz vaxt mən Zaurdan soruşdum ki, sən bu dəmir tullantıları hara aparırsan, Zaur da mənə dedi ki, mən dəmir tullantıları metal qəbulu məntəqəsinə aparıb satacam. Mən fikirləşdim ki, dəmir tullantıları onsuzda satacaq, bəlkə evimdə təmir zamanı istifadə etdim, ona görə də Zaura dedim ki, sən bu metal tullantılarını neçəyə satarsan, çəkisi təxminən nə qədər olar. Zaur mənə dedi ki, metal tullantıların çəkisi təxminən 200 kq olar, buna görə də mənə 100 manat pul verərlər. Mən də Zaura dedim ki, metal qəbulu məntəqəsinə dəmir tullantılarını satarsansa, qoy elə mən alım, evimdə lazım olar, mən sənə 100 manat pul verərəm. Zaur da mənə dedi ki, yaxşı razılaşıram, amma yol pulu da məndən almazsan. Mən Zaurla razılaşdım, maşını həyətimə sürdüm, Zaur həyətimdə dəmir tullantıları maşından boşaltdı, mən də Zaura 100 manat pul verdim, Zaur laqondanı və top şəklində olan elektrik kabelini də götürüb mənim həyətimdən çıxıb getdi». O, həmin vaxt Teyyubun evinin həyətində yerləşən qaraja boşaltdığı dəmir tullantılara baxan zaman onların içərisində şvellerlər, üçbucaq profillər, dördbucaq profillər, dəmir listlər, nazik dəmirlər olduğunu görmüş. 11 noyabr 2022-ci il tarixdə o, yaşadığı evində olmuş, həmin vaxt Teyub da evində olmuş, bu vaxt polis əməkdaşları onların həyətlərinə gəlmişlər, özlərini onlara təqdim etmişlər, onu və Teyyubu polis şöbəsinə dəvət etmişlər. Onlar nə səbəbə polis şöbəsinə çağırılmalarını soruşanda, polis əməkdaşları onlara demişlər ki, Zaur adlı şəxs Teyyubun maşını ilə Dübəndi bağları yaşayış massivindən dəmir materiallar oğurlayıb, həmin materialları da Teyyuba satıb. Bu vaxt Teyyub Zaurdan dəmir materiallar aldığını bildirmiş, sonra isə həyətində olan dəmir materialları öz qazel markalı maşınına yükləyib onunla birlikdə polis şöbəsinə gəlmişlər. X3 aldığı dəmir materialları polis əməkdaşlarına təqdim etmişdir. Polis şöbəsində Teyyub bilmişdir ki, Zaurun ona satmış olduğu dəmir tuldlantılar oğurluqdur, ona görə də Teyyub polis əməkdaşlarına bildirmişdir ki, o, həmin dəmir tullantıların oğurluq olmasını bilsəydi, almazdı, polisə bu barədə məlumat verərdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Bakı şəhər sakini Təqsirləndirilən şəxs bir ildir ki, tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır, o, Zaurla qeyri rəsmi olaraq yaşamışdır. Həmzə adlı şəxsi də iki ildir ki, tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 2022-ci ilin oktyabr ayının axırlarında o, işlətdiyi kafedə olmuş, həmin vaxt Zaur ona demişdir ki, pula ehtiyyacı olduğu üçün həyətində olan dəmir çənləri satır. O da Zaura demişdir ki, “kafeyə həmişə dəmir tullantıları yığan şəxslər gəlir, istəsən səni onlarla tanış edərəm, danışıb satarsan”. 2022-ci ilin oktyabr ayının axırlarında o, kafedə olarkən, tanıdığı Həmzə kafeyə gəlmiş, yanında da taksi sürücüsü olmuşdur. O, Zaura demişdir ki, “Həmzə köhnə metalları yığır, istəyirsənsə ona yaxınlaş, təklif et, razılaşsanız sata bilərsən”. Bundan sonra Zaur Həmzəyə yaxınlaşmış, orada Zaur Həmzəyə demişdir ki, “mənim həyətimdə iki ədəd dəmir çən var, pula ehtiyyacım olduğu üçün onları satıram”, Həmzə də Zaurdan soruşmuşdur ki, “ölçüsü nə qədərdir”, Zaur Həmzəyə demişdir ki, “biri 10 tonluq, biri də 6 tonluqdur”, Həmzə həmin vaxt Zaura demişdir ki, “mən bu çənlərə 1000 manat verərəm, amma əvvəlcədən gedək baxaq”. Bundan sonra Zaur Həmzə ilə birlikdə çənlərə baxmağa getmişlər, bir müddət sonra Zaur kafeyə qayıtmışdır. O, Zaurdan soruşmuşdur ki, «nə oldu, Həmzə alır çənləri, aranızda razılaşa bildiniz». Zaur da ona demişdir ki, «razılaşdıq, Həmzə mənə sabah çənləri götürməyə gələndə 800 manat pul verəcək». O da Zaurdan soruşmuşdur ki, «bəs burada Həmzə sənə 1000 manat verəcəyini deyirdi, nə oldu ki, pul aşağı düşdü». Zaur ona demişdir ki, «bilmirəm, burada elə danışsada, çənlərə baxandan sonra mənə dedi ki, bu çənlərə 800 manat pul verərəm». O, Zaurdan soruşmuşdur ki, «Həmzə çənləri nə vaxt aparacaq», Zaur ona demişdir ki, «aramızda olan razılaşmaya əsasən, səhər tezdən mənimlə birlikdə gedib çənləri aparacaqlar, pulumuda orada verəcəklər». Səhərisi, saat 11 radələrində o, Zaurla evində olmuş, həmin vaxt Zaur ona demişdir ki, «biz Həmzə ilə aramızda razılaşmışdıq ki, bu gün tezdən çənləri götürək, lakin bunlardan xəbər çıxmadı». O da Zaura demişdir ki, «sən Həmzə ilə əlaqə saxla, gör hardadır». Zaur Həmzəyə zəng vurduqdan sonra, ondan harada olmasını və nə səbəbə çənləri götürməyə gəlmədiyini soruşmuş, Həmzə isə cavabında artıq çənlərin olduğu həyətin qarşısında olduğunu bildirmişdir. Bundan sonra Zaur Həmzəyə demişdir ki, «biz belə razılaşmamışdıq axı, sən nə səbəbə məndən xəbərsiz həyətə getmisən», Həmzə də Zaura demişdir ki, «burdayam, tez gəl, birdə sənə deyim ki, çənlər həyətdən çıxarmaq sənlikdi, mənə problem lazım deyil, yolda isə çənləri aparmaq mənlikdi, Zaurda onunla razılaşdı, dedi ki, narahatçılıq yoxdur, mən çənləri həyətdən sənə verərəm, sən də maşına yükləyib apararsan, məndən kim soruşsa, çənlər mənimdir, satıram». Sonra Zaur taksi ilə çənlərin olduğu əraziyə getmiş, daha onun onların arasında nə söhbət olmasından xəbəri olmamışdır. Həmin tarixdə saat 15 radələrində Zaur evə gəlmiş, o, Zaurdan soruşmuşdur ki, «nə oldu, niyə belə gec gəldin», Zaur da ona demişdir ki, «maşın batmışdı, onu çıxarmaqla əlləşdik, Həmzə də mənə 500 manat pul verdi, dedi ki, qalan 250 manat pulu da bir saata çatdıracaq, mənim pulumdan 50 manatı da Həmzə kəsdiki, çənlərin daşınmasından ötrü maşına vermişəm». O da Zaura demişdir ki, «axı Həmzə sənə 800 manat söz vermişdi, nə oldu», Zaur ona demişdir ki, «bir saata 250 manat pulu gətirəcək». Həmin günü Həmzə 250 manat pulu gətirməsini gecikdirmiş, o, Zaurdan soruşmuşdur ki, «nə oldu, Həmzə pulu gətirdi», Zaur isə cavabında ona demişdir ki, «neçə saat keçib Həmzə pulu gətirmədi». Bundan sonra Zaur Həmzəyə zəng vurub nə səbəbə pulunu çatdırmamasını soruşmaq istəsə də, Həmzə onun mobil nömrəsini bloka atmışdır. Bundan sonra o, məcbur qalıb öz mobil nömrəsi ilə Həmzəyə zəng vurmuş və ondan nə səbəbə Zaurun pulunu gecikdirməsini soruşmuşdur. Həmzə ona demişdir ki, «hələm çənləri təhvil verməmişəm, dərnəgüldəyəm, təhvil verim gəlirəm». Həmin günü axşam saatları , Həmzə yenə də gəlməmişdir. Zaur da ona töhmət vurmuşdur ki, «sən məni Həmzə ilə tanış elədin, bu da yalançı çıxdı». O da məcbur qalıb Həmzəyə zəng vurmuş və ona demişdir ki, «mən səni Zaurla tanış etmişəm, indi Zaur məndən əl çəkmir, sən onun pulunu nə səbəbə gecikdirirsən». Həmzə ona demişdir ki, «narahat olma, ziyan eləmişəm, Zaurun pulunu verəcəyəm». Lakin Həmzə yenə də yalan məlumat vermiş, pulu ödəməmiş, o, təkrar Həmzəyə zəng etmək istəsə də, o, onun nömrəsini də bloka atmışdır. Bundan sonra onlar yaxın adamların telefon nömrəsi ilə Həmzəyə zəng vurmaq istəsə də, Həmzə həmin nömrələri də bloka atmışdır. Sonradan onun işlədiyi kafeyə polis əməkdaşları gəlmişlər, onu polis şöbəsinə dəvət etmişlər. O, Polis şöbəsində olarkən, ona məlum olmuşdur ki, Zaur Həmzəyə satdığı çənləri oğurlamışdır, sən demə həmin çənlər Zaura deyil, başqasına məxsusdur. O da bildiyi kimi istintaqa ifadə vermişdir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan 4(094)-47/2022 saylı 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2023-cü il tarixli, 9/129 №-li məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd üzərində “DEWALT 720W” yazıları olan, üzərində istismar xarakterli qüsurlar (cızıqlar, korroziya izləri və s.) olan laqondanın qiyməti 30 (otuz) manat, Zərərçəkmiş şəxs2 məxsus dəmirin qalınlığı 03 mm olan, dairəvi formalı, 10 tonluq dəmir konstruksiyalı su çəninin qiyməti 2000 (iki min ) manat, Zərərçəkmiş şəxs2 məxsus, dəmirin qalınlığı 05 mm olan, kvadrat formalı, 6 tonluq dəmir konstruksiyalı su çəninin qiyməti 1500 (min beş yüz) manat müəyyən edilir. Ekspert rəyinin təsviri hissəsində Zərərçəkmiş şəxs1 məxsus digər qiymətləndirilməyən mallar haqqında kifayət qədər məlumat (markası,modeli, istehsal yeri,istehsal ili,istismar müddəti,əmtəə görünüşü, ölçüləri, çəkisi və.s) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin əlavə dindirilmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-əmtəəşunaslıq ekspertizasının rəyi və rəydə göstərilən qiymətlə razı olmadığını və oğurluq hadisəsi zamanı ona ümumilikdə 5000 (beş min) manat ziyan vurulduğunu bildirmişdir, həmçinin digər Zərərçəkmiş şəxs1 da məhkəmə-əmtəəşunaslıq ekspertizasının rəyi və rəydə göstərilən qiymətlə razı olmadığını və oğurluq hadisəsi zamanı ona ümumilikdə 1475 manat ziyan vurulduğunu bildirmişdir. İbtidai istintaq orqanı da zərərçəkmiş şəxslərin ifadələrində qeyd edilən məbləği əsas götürərək ittiham elan etmişdir. Məhkəmə ibtidai istintaqın gəldiyi nəticəni ona görə qəbul edir ki, həmin nəticə iş materiallarına uyğundur. Belə ki, ekspert rəyində Zərərçəkmiş şəxs1 məxsus digər qiymətləndirilməyən mallar haqqında kifayət qədər məlumat (markası,modeli, istehsal yeri, istehsal ili, istismar müddəti,əmtəə görünüşü, ölçüləri, çəkisi və.s) olmadığı üçün qiymətləndirmə aparmağın mümkün olmadığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 16 dekabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 69.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 52-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixədək ona təyin edilmiş cəzanın 16 (on altı) gününü çəkmiş və üzərində 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) gün çəkilməmiş cəzası qalmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 1(003)-201/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilərək 01 il 02 (iki) ay 07 ( yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərə təyin olunmuş cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 12 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 1(003)-201/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilərək 01 il 02 (iki) ay 07 ( yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə o qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 12 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar