Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-14/2024 25.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, Pirallahı rayonu, Zirə qəsəbəsində yerləşən «EKO» parkda bağban işləmiş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə ƏN PX-in 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 395,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı xeyli miqdarda və kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini az miqdarda əldə edib üzərində saxlamaqla 27 mart 2024-cü il tarixdə Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən İşıq İdarəsinin yaxınlığına kimi daşımışdır. Həmin gün orada saat 19:05-də piyada hərəkətdə olarkən Pirallahı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilmiş, həmin gün saat 19:50-də Pirallahı RPİ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibində bir ədəd gümüşü rəngil kağıza bükülmüş təmiz çəkisi 0,098 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış həmin az miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə və əlində olan qara rəngli polietilen bağlamada təmiz çəkisi 395,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana 01 ədəd bükümdə aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, anket məlumatlarımda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təhsilini azərbaycan dilində almış, azərbaycan dilində sərbəst oxumağı bacarır, tərcüməçi və ya mütəxəssisin köməyinə ehtiyacı yoxdur. Təxminən 2 ildir ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitə qəbul etməyi ona heç kim məcbur etmir, narkotik vasitələri könüllü olaraq istifadə edir. O, Üzərindən narkotik vasitənin aşkar oluması ilə əlaqədar bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi C.Cabbarlı küçəsində yerləşən işıq stansiyasının yaxınlığında olarkən polis işçləri ona yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik maddələrin qanunsuz dövriyyəsi, istifadəsi və daşınmasında şübhəli olduğu üçün onlarla birlikdə Pirallahı RPİ-yə getməsini bildirmişlər. Həmin vaxt üzərində və əlində olan sellofan paketdə narkotik maddələr olduğu üçün və polis işçilərinə artıq hər şeyin aydın olduğunu bildiyi üçün qaçmaq istəsə də bunu etməmiş, onlarla birlikdə polis idərsinə gəlmişdir. Polislər yol boyu gözləri ilə ona nəzarət etdikləri üçün cibində olan psixotrop maddəni ata bilməmişdir. O, polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmışdır. Ona Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, siyahı ilə tanış olduqdan sonra siyahıda olan vəkillərdən birnin hüquqlarını müdafiə etməsini ərizə ilə yazıb xahiş etmişdir. Bundan sonra Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunmuş, təhqiqatçı tərəfindən vəkil ona təqdim edilmişdir. Polis şöbəsində video-çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis işçiləri tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edildikdə könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində psixotorp maddə metamfetamin olan bir ədəd bükümü, sol yan cibindən şəxsi əşyaları olan 01 ədəd mobil telefonu, 01 ədəd adaptırı, 01 ədəd alışqanı və içərisində marixuana olan 1 ədəd bağlamanı masanın üzərinə qoymuşdur. Polis işçiləri tərəfindən həmin büküm və bağlama açılıb içərisinə baxış keçirilmişdir. Sorğu zamanı həmin bükümdə olan maddənin metamfetamin, bağlamada olan maddənin isə marixuana olduğunu bildirmişdir. Həmin maddələr polis işçiləri tərəfindən götürülərək ekspertizaya təqdim edilməsi üçün orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf özü və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə marixuana və psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Zığ şossesinin yaxınlığında üzdən şifahi tanıdığı, adnı bilmədiyi şəxsdən özü istifadə etmək üçün 160 manata aldığını, həmin narkotik vasitə və psixotrop maddəni satmaq, eləcə də kiməsə pay vermək niyətinin olmamışdır. O, özü istifadə etmək üçün üzərində saxladığını, göstərilən tarixdə və yerdə üzərindən narkotik vasitə marixuna və psixotrop maddə və aşkarlanan zaman və ya polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Narkotik vasitələrdən istifadə etməsi barədə hər hansı şəxsin xəbərdar olub-olmaması barədə heç nə deyə bilmədiyini, onların qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk etməklə hazırda əməlindən peşmandır. Onun Mobil telefonu olsa da narkotik vasitəni alarkən heç kimlə əlaqə saxlamadığını, sadəcə yolda dayanan zaman onu satan adamlar narkotik vasitə istifadə edənləri tanıdığı üçün yaxınlaşıb narkotik vasitə istəyib-istəməməsi barədə soruşduqda almaq istədiyini onlara dediyini, polis işçiləri onu Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi C.Cabbarlı küçəsində yerləşən işıq stansiyasının yaxınlığında saxladıqlarını bildirmşdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitədən heç kimə satmadığını, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə razı olduğunu, polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli özünü təqsirli bilməsi məhkəmədə tədqiq edilmiş, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, o, əməliyyat qrupunun rəhbəri qismində olmaqla CAŞ-ın əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrnin və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi C.Cabbarlı küçəsidə yerləşən İşıq İdarəsinin yaxınlığında saxlamışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə Pirallahı RPİ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmişdir. Polis İdarəsində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşduqda o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngil kağıza bükülmüş içərisində psixotorop maddə metamfeamin olan bükümü və əlində olan sellofan paketin içərisindəki 01 ədəd bağlamanı masanın üzərinə qoymuşdur. Bağlama və büküm açıldıqda bükümün içərisində psixotrop maddə metamfetaminə, bağlamanın içərisində isə narkotik vasitə marixuanaya bənzər maddələr olması olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin metamfetamin, bağlamadakı maddənin isə marixuana olduğunu, onları xx.xx.2024-cü il tarixdə özü istifadə etmək üçün Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Zığ şossesinin yaxınlığında tanımadığı şəxsdən 160 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr götürülərək Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, sonra protokol və zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Pirallahı RPİ-nin CAŞ-ın əməliyyat müvəkkli, Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında tərtib olunmuş 27 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması protokolun məzmunundan və ona əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən aydın olur ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminin və əlində olan qara rəngli 01 ədəd polietilen bağlamanın içərisindən qurudulmuş marixuananın aşkar edilərək götürülməsi müəyyən edilmişdir. İş vərəqə: 35-36, 61 İş materiallarında iş üzrə təyin edilərək keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 mart 2024-cü il tarixli, 6/1674-7/488 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm…» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə gümüşü-ağ kağız kəsiyi bükümündə təmiz çəkisi 0,098 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, şəffaf yapışqan letlə yapışdırılmış ağ kağız üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş…» yazı və imzalar olan ağ rəngli polietlen bağlamada 1 (bir) ədəd qara rəngli polietlendə təmiz çəkisi 395,0 qram bitki mənşli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixunanadır. Meamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,098 qram, tədqiqata sərf edliən miqdar -0,05 qram, qalıq 0,048 qram. Qeyd: marixuananın təmiz çəkisi 395,0 qram, tədqiqata sərf edilən ümumi miqdar - 0,05 qram, qalıq 394,95 qram. İş vərəqə: 41-46 İş materiallarında Pirallahı RPİ- nin CAŞ-na verilmiş əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuana və psixotrop maddə metamfetaminin ona kim tərəfindən verilməsi, hansı yolla əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin qeyd edilən xüsusatlarla bağlı müsbət nəticənin əldə edilməsi mümkün olmamışdır. İş vərəqə: 138 İş materiallarında Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə 0,098 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 395,0 qram narkotik vasitə marixuana iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalan 0,048 qram psixotrop maddə metamfetamin və 394,95 qram narkotik vasitə marixuana btidai istintaq qurtardıqdan sonra saxlanılması üçün Pirallahı rayon Polis İdarəsinin Saxlanc Yerinə təhvil verilmişdir. İş vərəqə: 142-148; 175 İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2517 nömrəli rəyindən görünür ki: Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimuliyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş vərəqə: 139-140 Bеləliкlə Təqsirləndirilən şəxs törətdiyi cinаyət əməli məhкəmə bахışı zаmаnı аrаşdırılаraq, qiymət vеrilməкlə özünün ifаdəsi, şаhid ifаdələri, екspеrtizа rəyləri ilə tаm sübutа yеtirilmişdir. Təqsirləndirilən şəxs qеyd еdilən əməllərinin cinаyət оlmаsını аrаdаn qаldırаn hаllаr, həmçinin оnun cinаyət məsuliyyətindən аzаd еdilməsi üçün əsаslаr yохdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Salmanov X1 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin həmin cəza Pirallahı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzasını çəkib qurtarmış lakin onun məhkumluğu ödənilməmişdir. iş vərəqə: 118-119 Аzərbаycаn Rеspubliкаsının CM-nin 61.1-ci mаddəsinə əsasən təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlunun məhkumluğunun ödənilməməsi cəzаsının аğırlаşdırаn hаldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-11/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində həbsetmənin əvvəli 27 mart 2024-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 27 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı həhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,048 qram psixotrop maddə metamfetamin və 394,95 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs оğlunun üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş istintaq hərəkəti olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs оğluna Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 70,00 (yetmiş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs оğlundan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs оğluna ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (ibtidai istintaq zamanı iş saatına görə 40 saat, 240 manat və məhkəmə baxışı zamanı 15 saat, 90 manat) ümumilikdə 330,00 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 27 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı həhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,048 qram psixotrop maddə metamfetamin və 394,95 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs оğlunun üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş istintaq hərəkəti olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 70,00 (yetmiş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən həxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı həhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 330,00 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya hikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-14/2024
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-14/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver