Məhkəmə qərarları › İş №1(094)-14/2025

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-14/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-14/2025 08.07.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs hüquqi şəxs “Abşeronneft” NQÇİ-nin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs Ağabəy qızının iştirakları ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Pirallahı rayonu, S.Bağırov küçəsi, ev 87-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Ağabəy qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Ağabəy qızı özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 14 radələrində “Abşeronneft” NQÇİ-nin Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Mədən ərazisində yerləşən strateji obyektinin dəmir çəpərlə əhatə olunmuş, mühafizə olunan istehsalat sahəsinə çəpərin açıq hissəsindən daxil olub həmin sahədə 1077 saylı işlək quyunun yanında yerdə olan “Abşeronneft” NQÇİ-yə məxsus dəyəri 1405,87 manat təşkil edən 01 ədəd “Fırlanğıc VP 50X160 atm” avadanlığını gizli olaraq talayıb “Abşeronneft” NQÇİ-yə cəmi 1405,87 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Ağabəy qızı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində olan “Abşeronneft” NQÇİ-nin Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Mədən ərazisində çənlərin yanında üstü qumlanmış vəziyyətdə olan dəmir metalı götürərək onu idarə etdiyi velosipedin yük daşımaq üçün nəzərdə tutulan hissəsinə qoyaraq yaşadığı ünvanın yaxınlığına aparmışdır. Sonra Darçın adlı şəxsə zəng vuraraq ondan yaşadığı ünvanın yaxınlığına gəlməsini xahiş etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Darçın idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə onun yaşadığı evin yaxınlığına gəlmişdir. O, “Abşeronneft” NQÇİ-nin ərazisindən tullantı olduğunu düşünüb götürdüyü metal parçasını Darçına göstərərək satmaq istədiyini bildirmişdir. Darçın ondan həmin metalı haradan əldə etdiyini soruşmuş, o isə həmin metalı yerdən tapdığını, oğurluq olmadığını ona bildirmişdir. Bundan sonra Darçın ondan şəxsiyyətini təsdiq edən sənədi istəmiş, o, yaşadığı evə gedib şəxsiyyətini təsdiq edən sənədi götürüb Darçına göstərmişdir. Darçın mobil telefonla onun şəxsiyyətini təsdiq edən sənədin şəklini çəkib ona geri qaytarmışdır. Bundan sonra Darçın həmin metalı tərəzi ilə çəkmiş və həmin metalın müqabilində ona 15 manat pul verə biləcəyini bildirmiş, o, onunla razılaşdıqda Darçın ona 15 manat pul vermiş və həmin metalı idarə etdiyi “Qazel” markalı yük avtomobilini yük hissəsinə qoyaraq çıxıb getmişdir. O, metal parçasının tullantı olduğunu, heç kimə lazım olmadığı üçün götürdüyünü, həmin metal parçasını götürərkən onu ətrafda heç kimin görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli özünü təqsirli bilməsi məhkəmədə tədqiq edilmiş, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə göstərdi ki, 22 dekabr 2023-cü ildə işlədiyi “Abşeronneft” NQÇİ-nin strateji obyektindən 1077 saylı işlək quyunun yanından idarələrinə məxsus VP-50X160 markalı yuyucu fırlancağının naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat daxil olmuşdur. Bundan sonra idarənin əməkdaşları idarəyə məxsus VP-50X160 markalı yuyucu fırlancağının Pirallahı rayon sakini Təqsirləndirilən şəxs Ağabəy qızı tərəfindən oğurlandığını müəyyən etmişlər və həmin VP-50X160 markalı yuyucu fırlancağı götürərək idarəyə qaytarılmasını təmin etmişlər. Ümumilikdə “Abşeronneft” NQÇİ-nə məxsus VP-50X160 markalı yuyucu fırlancağının qiyməti 1405,87 manatdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Abşeronneft” NQÇİ-də mühafizəçi işləyir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində “Abşeronneft” NQÇİ-nin QƏYTS-nin rəis müavini Şahid1 ona və növbə yoldaş Şahid3 yaxınlaşaraq mühafizə etdikləri “Abşeronneft” NQÇİ-nin Pirallahı qəsəbəsi, Mədən ərazisindən 1077 saylı quyunun yaxınlığında NQÇN-nə məxsus 01 ədəd “Fırlanğıc VP- 50X160 atm” avadanlığının oğurlanmasını bildirmişdir. Onlar dərhal axtarışa başlamışlar. Bir neçə dəqiqə sonra qəsəbənin yaxınlığında metal qəbul edən “QAZEL” markalı **-XS- *** dövlət qeydiyyat nişanlı avtomobili görüb onun sürücüsünə yaxınlaşmışlar. Sürücüdən “Abşeronneft” NQÇİ-nə məxsus yuyucu fırlancağın oğurlandığını, onun belə bir metal qurğu alıb-almadığını soruşmuşlar. Sürücü həmin metal fırlancağın yük avtomobilinin yük hissəsində olduğunu və 15 manat müqabilində aldığını bildirmişdir. Onlar idarələrinə məxsus yuyucu fırlancağı götürüb sahəyə aparmışlar. Onlar “Abşeronneft” NQÇİ-yə məxsus oğurlanmış 01 ədəd “Fırlanğıc VP-50X160 atm” avadanlığını istifadə etmək üçün “Abşeronneft” NQÇİ-yə təhvil verdiklərini, təhvil verərkən avadanlığın işlək vəziyyətdə olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Abşeronneft” NQÇİ-nin QƏYTS-nin rəis müavini vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində “Abşeronneft” NQÇİ-nin Pirallahı qəsəbəsi, Mədən ərazisində yerləşən strateji obyektinin dəmir çəpərlə əhatə olunmuş, mühafizə olunan istehsalat sahəsində 1077 saylı quyunun yaxınlığında NQÇN-nə məxsus 01 ədəd “Fırlanğıc VP- 50X160 atm” avadanlığının oğurlanmasını aşkar etmişdir. O, dərhal mühafizəçiləri dəvət edib onlarla birlikdə axtarışa başlamış, bir neçə dəqiqə sonra qəsəbənin yaxınlığında metal qəbul edən “QAZEL” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb onun sürücüsünə yaxınlaşmışlar. Sürücüdən “Abşeronneft” NQÇİ-nə məxsus yuyucu fırlancağın oğurlandığını, onun belə bir metal qurğu alıb-almadığını soruşmuşlar. Sürücü həmin metal fırlancağın yük avtomobilinin yük hissəsində olduğunu və 15 manat müqabilində aldığını bildirmişdir. Onlar idarələrinə məxsus yuyucu fırlancağı götürüb sahəyə aparmışlar. Onlar “Abşeronneft” NQÇİ-yə məxsus oğurlanmış 01 ədəd “Fırlanğıc VP-50X160 atm” avadanlığını istifadə etmək üçün “Abşeronneft” NQÇİ-yə təhvil verdiklərini, təhvil verərkən avadanlığın işlək vəziyyətdə olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 göstərmişdir ki, uzun müddətdir ki, etibarnamə əsasında idarə etdiyi “QAZ 330210” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə metal yığıb metal qəbulu məntəqələrinə satmaqla məşğul olur. xx.xx.2024-cüil tarixdə Pirallahı rayonu ərazisində metal yığarkən saat 15 radələrində onun telefonuna zəng gəlmiş, zəng vuran şəxs özünə məxsus metalı satmaq istədiyini və “Tərxan” adlanan yerdə olan zibil yeşiklərinin yanına gəlməyiniistəmişdir. O, həmin yerə getmiş ora çatanda üzdən tanıdığı lakin adını bilmədiyi qadın ona yaxınlaşmışdır. Həmin qadın ona metalı göstərmiş, o, həmin metalı haradan əldə etdiyini soruşduqda həmin qadın metalın özünə məxsus olduğunu və dəniz kənarından tullantı metallar olan yerdən götürdüyünü bildirmişdir. O, metalın 1 kq-nı 15 qəpikdən ala biləcəyini demiş, qadın onunla razılaşmış, o, həmin metalı özündə olan tərəzi ilə çəkmiş, metal 50 kq-dan artıq çəkidə gəlmişdir. Bundan sonra o, həmin qadından şəxsiyyətini təsdiq edən sənədi istəmişdir. O, yaşadığı evə getmiş və bir neçə dəqiqədən sonra şəxsiyyətini təsdiq edən sənədi gətirib gəlmişdir. O, həmin qadına məxsus şəxsiyyəti təsdiq edən sənədi götürərək telefonu ilə şəklini çəkmiş və şəxsiyyəti təsdiq edən sənədi ona geri qaytarmışdır. O, həmin metalın müqabilində qadına 15 manat pul verdiyini, metalı idarə etdiyi avtomobilin yük hissəsinə qoyduğunu və yenidən qəsəbəni gəzərək metal axtarmağa başladığnı qeyd etmişdir. Təxminən saat 16 radələrində 3 nəfər şəxs ona yaxınlaşaraq neft şirkətinin işçiləri olduqlarını, şirkətə məxsus metal alıbalmadığını soruşmuşlar. O, gün ərzində aldığı metalların avtomobilin yük hissəsində olduğunu bildirmişdir. Onlar avtomobilin yük hissəsinə baxanda 1 saat öncə “Tərxan” adlanan ərazidə qadından aldığı metalın onlara məxsus olduğunu bildirmişlər. O, həmin metalı onlara verərək çıxıb getmişdir. O, həmin qadına məxsus şəxsiyyəti təsdiq edən sənədin şəklini telefonu ilə çəkdiyini, həmin qadının adının Fərqanə olduğunu, telefonla çəkmiş olduğu şəkili təqdim edə biləcəyini və həmin qadının “Tərxan” adlanan ərazidə yaşadığını, lazım gələrsə onun yaşadığı evi göstərə biləcəyini bildirmişdir. İş materiallarında olan “Abşeronneft” NQÇİ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “Abşeronneft” NQÇİ-yə məxsus olan 01 ədəd “Fırlanğıc VP-50X160 atm” avadanlığının dəyəri 1405,87 manat təşkil edir. İş materiallarnda olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, “Abşeronneft” NQÇİ-yə məxsus olan 01 ədəd “Fırlanğıc VP-50X160 atm” avadanlığı müəssisənin əməkdaşı Nümayəndə tərəfindən təhvil alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür кi, Təqsirləndirilən şəxs Ağabəy qızı əvvəllər məhкum оlunmamışdır. Bеləliкlə Təqsirləndirilən şəxs Ağabəy qızının törətdiyi cinayət əməli məhкəmə baхışı zamanı araşdırılaraq qiymət vеrilməкlə özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri ilə tam sübuta yеtirilmişdir. Təqsirləndirilən şəxs Ağabəy qızı qеyd еdilən əməlin cinayət оlmasını aradan qaldıran hallar, həmçinin оnun cinayət məsuliyyətindən azad еdilməsi üçün əsaslar yохdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Ağabəy qızı özgənin əmlakını gizli olaraq talamaqla oğurluq faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Ağabəy qızının əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Ağabəy qızının törətdiyi əməli etiraf edərək pehmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləhdirən hal kimi nəzərə alır. Azərbaycan Rеspubliкasının CM-nin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Ağabəy qızının əməlində onun cəzasının ağırlaşdıran halı müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Ağabəy qızına cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Ağabəy qızına Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyihdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Təqsirləndirilən şəxs Ağabəy qızı azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs Ağabəy qızının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs Ağabəy qızına elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs Ağabəy qızına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 20:00dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmalıdır, Təqsirləndirilən şəxs Ağabəy qızına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Ağabəy qızına ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 65 iş saatına görə (ibtidai istintaq zamanı 50 saat və məhkəmə iclaslarında göstərilmiş hüquqi yardıma görə 15 saat) cəmi 715 (yeddi yüz on beş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Ağabəy qızı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağabəy qızı yaşadığı ünvan 1 ünvanı axşam saat 20:00-dan saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs Ağabəy qızının yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Ağabəy qızının cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Ağabəy qızı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Ağabəy qızının hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə 550 (beş yüz əlli) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 165 (on beş) manat, cəmi 715,00 (yeddi yüz on beş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar