Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-15/2023 23.05.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi “Ədalət” Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx.xx.1989cu il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-48/2022 saylı 16 noyabr 2022-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-50/2022 saylı 30 noyabr 2022-cı il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1və 177.2.4-cü maddələri ilə və 2) xx.xx.1988ci il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu Yuxarıbaş kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.1və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyətilə etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını talamaq məqsədilə, "Tap.az" internet səhifəsində "Professional Mətbəx və Market avadanlıqları"nın quraşdırılması ilə əlaqədar reklam yerləşdirmişlər, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 28-ci məhəllə ev 17də yaşayan Zərərçəkmiş şəxs həmin reklam səhifəsini gördükdən və onlara müraciət etməsindən sonra, Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən qeyri yaşayış obyektində ticarət avadanlıqlarının, yəni rəflərin və südlük suyuducunun quraşdırılması ilə əlaqədar aralarında razılıq əldə edildikdən sonra, o, Zərərçəkmiş şəxs ona məxsus ticarət obyektində rəflərin və südlük suyuducunun quraşdırılması ilə əlaqədar yalan vəd verib aldadaraq ümumi işin görülməsi üçün 26000 manat pul alacaqlarını, ilkin olaraq qeyd olunan məbləğin yarısının ödənilməsinin zəruri olduğunu bildirib bununla əlaqədar aralarında razılaşma olduğu üçün, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus ticarət obyektinin kabinetində görüşərək ilkin olaraq sonuncudan 10000 manat, həmin tarixdə axşam saatlarında 3000 manat pulunu alıb vahid niyyətlə ələ keçirdikdən sonra, vəd verdiyi öhdəliyi icra etməyərək, ümumilikdə 13000 manat pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə 13000 manat pulunu talayaraq, dələduzluq etmişlər. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 2000-ci ildə ünvan 3 ünvanında yerləşən obyekti əldə etmişdir. 14 dekabr 2016-cı ildə həmin obyektin xüsusi mülkiyyətində olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. 2019-cu ilin dekabr ayında həmin obyekti market qismində işlətmək qərarına gəlmiş, lakin həmin qeyri yaşayış binasını market kimi istifadə etmək üçün orada rəflər və digər avadanlıqlar quraşdırmağa ehtiyac olmuşdur. O da bu yönümdə maraqlanmağa başlamış, 2020-ci ilin yanvar ayında "Tap.az" internet səhifəsində "Professional Mətbəx və Market avadanlıqları" adı altında reklam yerləşdirildiyini və həmin reklam səhifəsində ***-***-**-** saylı mobil nömrənin və Roman adı qeyd olunduğunu görmüşdür. Həmin səhifədə ticarət avadanlıqlarının, vitrinlərin və soyuducuların quraşdırılması ilə əlaqədar xidmət göstərilməsi təklif olunurdu. O ***-***-**-** saylı mobil nömrə vasitəsilə Romanla əlaqə saxlayaraq onun marketində rəflər və digər avadanlıqları quraşdırmağı istəmişdir. Roman qısa müddət ərzində onunla əlaqə saxlanılacağını bildirmişdir. Təxminən bir həftə sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş, zəng edən şəxs adının Rəşad olduğunu qeyd edərək Roman müəllimin onu istiqamətləndirdiyini bildirmişdir. Daha sonra Rəşad Pirallahı rayonuna gələrək ona məxsus obyektdə ölçü işlərini aparmışdır. Bir neçə gün sonra Rəşad yenidən Pirallahı qəsəbəsinə gələrək ölçülər götürmüş, dükana dizayn vermiş, özü ilə gətirdiyi 3D formatda şəkilləri ona göstərmişdir. O da şəkillərə baxaraq həmin formada rəfləri quraşdırmağı ondan istədiyini bildirmişdir. Beləcə Rəşad bir neçə dəfə ona məxsus olan qeyri yaşayış sahəsinə gəlib orada ölçü işləri aparmışdır. Rəşad ona Yasamal rayonu ərazisində yerləşən "Araz Market" dükanında da vitrinlər quraşdırdığını bildirərək ona həmin vitrinlərə baxmağı təklif etmişdir. 2020-ci ilin yanvar ayının sonlarında onlar Yasamal rayonu ərazisində yerləşən "Araz Market" dükanındakı vitrinlərə baxmışlar, o orada gördüyü vitrinləri bəyəndiyini bildirərək Rəşada onun da marketində həmin vitrinlərdən quraşdırmağı istəmişdir. Rəşad həmçinin ona onların Milli Təhlükəsizlik Akademiyasının arxasında sexləri olduğunu, vitrinləri əsasən orada hazırladıqlarını bildirmişdir. Sonra Rəşad yenə də Pirallahı rayonuna gələrək görüləcək işlər üçün ondan ümumilikdə 26000 manat pul ödəməsini istəmişdir. O da Rəşada o qədər pulunun olmadığını bildirərək , hissə-hissə ödəniş edə biləcəyini və ilkin olaraq da 10000 manat pul verə biləcəyini bildirmişdir. Rəşad ilkin olaraq ondan görüləcək işlər üçün 13000 manat ödəməyi, qalan pulu da işi təhvil verdikdən sonra ödəməsini istəmişdir. xx.xx.2020ci il tarixdə BTB Bankın Səbail filialından 60000 manat kredit götürdükdən sonra xx.xx.2020-ci il tarixdə günorta saatlarında Pirallahı rayonunda ona məxsus qeyri yaşayış sahəsinin içərisindəki kabinetdə ilkin olaraq 10000 manat, axşam saatlarında 3000 manat pulu Rəşada vermiş, Rəşad isə ondan 13000 manat qəbul etdiyini və görüləcək işləri 25 fevral 2020-ci il tarixdə ona təhvil verəcəyini təsdiq edən öz xətti ilə yazılmış və imzalanmış firmenni blank təqdim etmişdir. xx.xx.2020-ci il tarixədək olan müddət ərzində o, ara-sıra Rəşadla əlaqə saxlayaraq işinin nə yerdə olmasını soruşmuşdur. Rəşad hər dəfə ona işlərdə heç bir problem olmadığını və söz vediyi tarixdə onun işini təhvil vərəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə o, Rəşadla əlaqə saxlayaraq nə səbəbə vediyi sözə əməl etməməsini soruşmuşdur. Rəşad isə ona pandemiya ilə əlaqədar Türkiyə Respublikasından gələn vitrin və rəflərin Gürcüstan sərhəddində saxlanıldığını bildirmiş və əlavə olaraq 25 mart 2020-ci il tarixədək obyektində görüləcək işlərin təhvil veriləcəyinə dair ona söz vermişdir. O, 15 mart 2020-ci il tarixdə Nərimanov rayonu ərazisinə gedərək Rəşadın icarəyə götürdüyü ofisdə onunla görüşmüş, görüş zamanı Rəşad Türkiyə Respublikasında yerləşən «Osman Rəf» şirkətinin nümayəndəsinə zəng edib danışmışdır, nümayəndə 3 gün ərzində, yəni 18 mart 2020-ci il tarixdə avadanlıqları hazır edəcəyini bildirmişdir. Sonra Rəşad yük maşının sürücüsü ilə danışmışdır, sürücü ona avadanlıqları 22 mart 2020-ci il tarixdə Bakı şəhərinə gətirəcəyini bildirmişdir. 23 mart 2020-ci il tarixdə Rəşad ona zəng edərək malların gömrükdə olduğunu, lakin gömrükdən çıxartmaq üçün pulunun olmadığını bildirmişdir. O isə Rəşada “pulu verirəm, gedib gömrükdən birlikdə çıxaraq” demişdir. Onun bu təklifi Rəşadın xoşuna gəlməmiş və həmin tarixdən sonra Rəşad onun zənglərinə cavab verməmişdir. O, Rəşadın onu aldatdığını hiss etmişdir. Bu səbəbdən o, Milli Təhlükəsizlik Akademiyasının arxa tərəfində yerləşən sexə getmişdir, hansı ki, vaxtı ilə Rəşad həmin sexin ona məxsus olduğunu demişdir. Sexdə İlham adlı şəxslə tanış olmuş, İlhamdan Rəşadın burada işləyib-işləmədiyini soruşmuş, İlham həmin sex özünə məxsus olduğunu, Rəşadın həmin sexə ara-sıra müştəri gətirdiyini bildirmişdir. O, İlhama Rəşad və Romanın ona 13000 manat borcu olduğunu bildirmiş, daha sonra İlhama onun mağazasında da vitrinlər quraşdırmağı və görüləcək işin pulunu Roman və Rəşaddan almasını təklif etmişdir. İlham onun təklifi ilə razılaşmayaraq onların ona 9000 manat borcu olduğunu bildirmişdir. Sonrakı tarixlərdə o, telefon vasitəsilə Roman və atası Hörmətlə danışıqlar apararaq, pulunun qaytarılmasını tələb etmişdir. Onun səyləri nəticəsində 01 aprel 2020-ci il tarixdə Roman ona 2700 manat, bir həftə sonra isə 1390 manat olmaqla 4090 manat pul qaytarmışdır. Əlavə olaraq Roman ona demişdir ki, “bizim İsmayıllı rayonunda torpaq sahəmiz var, onu satıb qalan puluverərik”, o isə Romanın bu təklifi ilə razılaşmışdır. Bir müddət sonra o, yenidən Romanla əlaqə saxlayan zaman Roman ona torpaq sahəsini hələ sata bilmədiklərini demişdir. O isə Romana torpaq sahəsini qarantiya üçün onun adına keçirtməyi təklif etmişdir. Sonradan Roman da telefonunu söndürdüyü üçün, o, məcbur qalıb Romanın atası ilə əlaqə saxlayaraq olanlar barədə ona məlumat vermişdir. Ataları Hörmət ona pulu ödəyəcəklərini bildirmişdir. Lakin axırıncı dəfə Hörmətlə danışarkən, Hörmət ona demişdir ki, «mən artıq bezmişəm, o Rəşad, o da sən, get tutdur». Bu söhbətdən sonra Roman əlavə olaraq 2475 manat pulu onun kartına göndərmişdir, o da həmin pulu Rəşadın ona verməli olduğu 9000 manatın banka olan borcunun bank faizlərinin bir hissəsinin bağlanmasına sərf etmişdir. Hazırda təqsirləndirilən şəxslərdən müştərək qaydada 12493,65 manat məbləğində zərərin və 128 manat məbləğində dövlət rüsumunun tutulmasına dair mülki iddia tələbinin təmin edilməsini xahiş etmiş, təqsirləndirilən şəxslərə cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi “Ədalət” Vəkil Bürosunun vəkili Nümayəndə da məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən yəni Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək göstərdi ki, qardaşı Roman "Tap.az" internet səhifəsində "Professional Mətbəx və Market avadanlıqları" adı altında reklam yerləşdirmişdir, həmin səhifədə ticarət avadanlıqlarının, vitrinlərin və soyuducuların quraşdırılması ilə əlaqədar xidmət göstərilməsi təklif olunurdu. 2020-ci ilin yanar ayında Roman ona zəng vurub Pirallahı qəsəbəsində olan Nadir adlı şəxsin onların xidməti ilə maraqlandığını bildirmiş. Təxminən bir həftə sonra, o Nadirlə telefon vasitəsi ilə əlaqə saxlamış daha sonra Pirallahı rayonuna gələrək Nadirlə görüşmüşdür. Sonra onlar birlikdə Nadirə məxsus olan qeyri yaşayış sahəsinə gəlmişlər, Nadir istədiyi rəfləri və südlük suyuducusunun yerini ona göstərmiş, o, ölçü işlərini aparıb özündə qeyd etmiş, bir neçə gün sonra o, həmin yerə gəlib, təkrar ölçülər götürmüş, dükana dizayn vermiş, özü ilə gətirdiyi 3D formatda şəkilləri Nadirə göstərmişdir. Nadir də şəkilləri bəyəndiyini bildirərək, obyektində belə formada rəflərin quraşdırılmasını istədiyini bildirmişdir. Beləcə o, bir neçə dəfə Nadirə məxsus olan qeyri yaşayış sahəsinə gəlib orada ölçü işləri aparmışdır. Bundan başqa o, Nadirə Yasamal rayonu ərazisində yerləşən "Araz Market" dükanında vitrinlər quraşdırdığını bildirərək, birlikdə gedib orada baxmağı təklif etmişdir. Nadir də ona razılıq vermiş, beləcə 2020-ci ilin yanvar ayının sonlarında onlar Yasamal rayonu ərazisində yerləşən "Araz Market" dükanına baxmağa getmişlər, Nadir orada vitrinlərə baxmış, xoşuna gəldiyini bildirərək onun marketində də bu vitrinlərdən quraşdırılmasını istədiyini bildirmişdir. O, hətta Nadirə Milli Təhlükəsizlik Akademiyasının arxasında sexləri olduğunu, əsasən vitrinləri orada hazırladıqlarını demişdir. Sonra o, yenə də Pirallahı rayonuna gələrək yenidən ölçmə işləri aparmış sonra, Nadirə marketdə onun istədiyi vitrin və südlük suyuducunun quraşdırılması üçün ümumilikdə 26000 manat pul ödəməli olduğunu bildirmişdir. Nadir də ona həmin məbləği hazırda ödəmək imkanı olmadığını bildirərək ona hissə-hissə ödəniş etməyi təklif etmişdir. O Nadirə ümumi məbləğin heç olmasa 13000 manatını hazırda ödəməli olduğunu bildirmişdir. Nadir də onunla razılaşmış, xx.xx.2020-ci il tarixdə Nadir ona ilkin olaraq 10000 manat pul vermiş, o da Nadirdən pulu qəbul etmiş, lakin ona günün sona kimi 3000 manat pulu da çatdırmasını istəmişdir. Nadir də həmin tarixdə axşam saatlarında Pirallahı rayonunda ona 3000 manat pul vermişdir. O, onlara məxsus, marketdə görüləcək işlərin siyahısı, ölçüləri, növləri, ədədləri və qiymətləri qeyd olunmuş firmenni blankı Nadirə təqdim etmişdir. həmin blankda, ödəniləcək 26000 manat pulun 13000 manatını qəbul etdiyini imza etmiş, həmin işləri də xx.xx.2020-ci ildə təhvil verəcəyini də qeyd etmişdir. O, Nadirdən aldığı pulun 7000 ( yeddi min) manat hissəsini marketdə quraşdırılacaq vitrinlərin sifarişi üçün Türkiyə Respublikasında əvvəllər də iş gördüyü şirkətin hesabına köçürmüş, lakin şirkət onun göndərdiyi 7000 ( yeddi min) manat pulu onun əvvəlki borcuna çıxmışdır. Nadirdən aldığı pulun qalıq hissəsini yəni 6000 (altı min ) manatı isə başqa işlərindən yaranan borclarına sərf etmişdir. xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Nadir ara-sıra onunla əlaqə saxlamış və işinin nə yerdə olmasını soruşmuş, o da hər dəfə Nadirə yalan məlumatlar verərək, demişdir ki, “narahat olma, hər şey yaxşıdır, bəzi materillar gəlməlidi, onu gözləyirəm ki, sənin işini tam başa çatdıraram”. xx.xx.2020-ci il tarixdə Nadir onunla əlaqə saxlayaraq nə səbəbə işinin gecikdiyini soruşmuşdur. O da Nadirə Türkiyə Respublikasından gələn malların pandemiya ilə əlaqədar Gürcüstan sərhəddində saxlanıldığını bildirmiş, əlavə olaraq Nadirə söz vermişdir ki, 25 mart 2020-ci il tarixədək dükanı təhvil verəcəkdir. 15 mart 2020-ci il tarixdə Nadirlə Nərimanov rayonu ərazisində icarəyə götürdüyü ofisində görüşmüşdür. Söhbət zamanı rəfləri Türkiyə Respublikasında yerləşən şirkətdən aldığını bildirmiş, sonra o, Nadirin yanında Türkiyə Respublikasında yerləşən «Osman Rəf» şirkətinin nümayəndəsinə zəng edərək danışmış və həmin nümayəndə bildirmişdir ki, 3 gün ərzində, yəni 18 mart 2020-ci il tarixdə avadanlıqları hazır edəcək. Sonra o, yük maşınının sürücüsü ilə danışmış və sürücü bildirmişdir ki, avadanlıqları 22 mart 2020-ci il tarixdə Bakı şəhərinə gətirəcək. 23 mart 2020-ci il tarixdə o, Nadirə zəng edərək malların gömrükdə olduğunu, lakin gömrükdən çıxartmaq üçün pulu olmadığını bildirmişdir. Nadir isə ona malları gömrükdən çıxarmaq üçün lazım olan pulu verməyə hazır olduğunu bildirmişdir. Sonradan o, Nadirin işini alındıra bilmədiyi üçün onun zənglərinə cavab verməmişdir. Sonrakı tarixlərdə Nadir Romana zəng etmiş, onunla və atası Hörmətlə danışıqlar apararaq, pulunun qaytarılmasını tələb etmişdir. Roman 01 aprel 2020-ci il tarixdə Nadirə 2700 manat, bir həftə sonra isə 1390 manat olmaqla ümumilikdə 4090 manat pul qaytarmışdır. Daha sonra Roman əlavə olaraq 2475 manat pulu Nadirin kartına göndərmişdir. Sonra onu Pirallahı rayon polis şöbəsinə çağırmışlar, orada ona məlum olmuşdur ki, Nadir ərizə ilə müraciət edərək, onun tərəfindən aldadıldığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Nadirə vurmuş olduğu ziyanın qalıq qalan 6435 manat hissəsi Bakı şəhər Baş Polis İdarəsinin depozit hesabına köçürülmüşdür. O, Nadiri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində yerləşən Qismət şadlıq sarayının yaxınlığındakı Araz marketə aparmışdır ki, Nadir orada onun gördüyü işlərə baxsın və tanış olsun, ona görə də birlikdə həmin marketə getmişlər, Nadir orada olan vitrinlərə baxmış, gördüyü iş xoşuna gəlmiş, ona görə də işi ona gördürməyə razılıq vermişdir. O, İlhamla həmişə birlikdə işləmişdir, yəni İlham özü həmin vitrinlərin satışını və hazırlanmasını həyata keçirir, onun Bakmil tərəfdə sexi var, o, sifarişləri müştərilərdən qəbul etdikdən sonra İlhamla danışıb onun sexində həmin sifarişləri icra edirmiş, həm İlhamın mallarının satışını həyata keçirmiş, həm də özü pul qazanmış, həm də ona sifariş verən müştərilərin sifarişlərini icra edirmiş. Roman ümumiyyətlə onun işində iştirak etməyib. O da Nadirin işini xx.xx.2020-ci il tarixdə başa çatdırmalı imiş, lakin çətinliklər olduğundan, Nadir hər dəfə ona zəng edəndə, o, ona yalan məlumatlar verərək, gah pandemiya olduğunu, malların gömrükdə qaldığını, gah da malların artıq Bakıda gömrükdə olmasını, malların gömrükdən çıxarılması üçün əlavə ödənişlər edilməsini bildirmişdir, lakin o, Nadirdən pul istəməmiş, Nadir özü ona demişdir ki, “lazımdırsa, mən özüm gəlim, birlikdə gömrüyə gedək, malları çıxardaq”, o da imtina edərək Nadirə demişdir ki, “özüm çıxararam”, onun bundan artıq Nadirlə ünsiyyəti olmamışdır və ondan pul istəməmişdir. O, "xxxx" MMC-nin həm təsisçisi həm də direktoru olmuşdur, həmin şirkət 2017-ci ildə təsis edilmiş, hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır, həmin şirkətin adından o, müxtəlif sifarişlər icra etmiş, indiyədək heç bir narahatçılıq olmamışdır, sonradan 2020-ci ilin mart ayında pandemiya ilə əlaqədar işlərin çətinləşdiyini görüb şirkəti fəaliyyətini dondurmuş, bundan sonra özü fərdi olaraq sifarişlər qəbul etməyə başlamış, həmçinin onun şirkətinin ofisi Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən TECH plazanın 3-cü mərtəbəsində yerləşmişdir, hazırda həmin yerdən çıxmış, ofisin fəaliyyətini dayandırmışdır. Hesab edir ki onun əməlində cinaytə tərkibi yoxdur, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmişdir, bu səbəbdən də mülki iddianı qəbul etmir. Bunların nəzərə alınaraq ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla təqsirli bilməyərək göstərdi ki, kiçik qardaşı Təqsirləndirilən şəxs1 təxminən 2012-ci ildən market-mətbəx avadanlıqlarının satışı ilə məşğul olur. 2010-cu ilin aprel ayından 2020-ci ilin mart ayınadək o da onunla işləmişdir. X1 market üçün rəflər sifariş edirmiş, həmçinin “Uyğun"' MMC-nin zavodunda marketlər üçün soyuducular sifariş etmiş, o isə həmin avadanlıqları market və şadlıq saraylarında quraşdırmaqla məşğul olmuşdur. 2020-ci ilin yanvar ayında o, "Tap.az" internet səhifəsində "Professional Mətbəx və Market avadanlıqları" adı altında reklam, yerləşdirmiş, həmçinin həmin reklam səhifəsində əlaqə nömrəsi olaraq şirkətin ***-***-**-** saylı və digər xatırlamadığı iki ədəd mobil nömrəni qeyd etmişdir, həmin səhifədə ticarət avadanlıqlarının, vitrinlərin və soyuducuların quraşdırılması ilə əlaqədar xidmət göstərilməsi təklif olunurdu, 2020-ci ilin yanvar ayında istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, həmin şəxs özünü Pirallahı rayon Zərərçəkmiş şəxs kimi təqdim edib onların internetdə yerləşdirdiyi xidmətlərlə maraqlandığını bildirərək, vitrinlərin qiymətlərini soruşmuşdur. O da Nadirə vitrinlərin qiyməti barədə məlumat vermişdir. Sonra o, qardaşı Rəşada bu barədə məlumat vermişdir. Daha o, Rəşadın Nadirlə əlaqə saxlayıbsaxlamamasından xəbəri olmamışdır. Həmin vaxtdan təxminən 20 gün keçəndən sonra Nadir ona zəng vurub malının gəlmə vaxtını soruşmuş, əlavə olaraq Rəşadın ondan 13000 manat pul aldığını bildirmişdir. O da Nadirə Rəşadla onun arasında olan razılaşmadan xəbəri olmadığını bildirmişdir. Daha sonra qardaşı Rəşada zəng vuraraq Nadirin zəngi barədə ona məlumat vermişdir. Rəşad da ona Nadirdən görüləcək işlər üçün 13000 manat aldığını təsdiq etmiş və əlavə olaraq sifariş verdiyi malların Gürcüstan Respublikası ərazisində olduğunu, gömrük bağlandığı üçün, malların gəlməsinin gecikdiyini bildirmişdir. Təxminən 10 mart 2020-ci il tarixdə İsmayıllı rayonunda olan zaman Nadir yenə ona zəng vuraraq ondan bu işlə məşğul olan başqa tanışının olubolmamasını soruşmuşdur. O da Nadirə DTX-nın akademiyasının arxasında fəaliyyət göstərən Uyğun MMC-nin də bu işlə məşqul olduğunu bildirmişdir. 2020-ci ilin mart ayının sonlarında Nadir həmin ünvandan ona zəng edərək bildirmişdir ki, «mən dediyin yerdəyəm, sizə sifariş verdiyim mallardan burada da var, oradan əldə edirəm, sən mənim pulumu qaytararsan». O da Nadirə demişdir ki, «mən səndən pul almamışam, pulu səndən Rəşad alıb, lakin qardaşım olduğundan sənin pulunu hissə-hissə qaytararam, amma gərək burada olan mallarımızı sataq, hazırda mənim üzərimdə pul yoxdur». Nadir də onunla razılaşmışdır. Daha sonra Nadir ona demişdir ki, «sən İlhamla danış, mənə qiymətdə münasib etsin», o da İlhamdan qiymətləri münasib etməyi xahiş etmişdir. O, 01 aprel 2020-ci il tarixdə 2700 manat, bir həftə sonra isə 1390 manat olmaqla ümumilikdə Nadirə 4090 manat pul qaytarmış, sonra isə Nadirin kartına əlavə olaraq 2475 manat pul göndərmişdir. X5 Yasamal rayonu ərazisində yerləşən Araz marketə aparmasından xəbəri olmamışdır, sadəcə onu deyə bilər ki, onlar Yasamal rayonu ərazisində Araz marketdə vitrinlər və südlük suyuducular quraşdırmışlar. X3 heç bir verəcəyi yoxdur, ziyan tam ödənilmişdir. X4 pul almasından xəbəri olmamış, həmçinin Rəşad Nadirdən aldığı puldan 1 manat da olsun ona verməmişdir, onun işi avadanlıqları quraşdırmaqdan ibarət olmuşdur. Yuxarıda qeyd etdiyi səbəblərdən də özünü təqsirli bilmir, mülki iddianı qəbul etmir, buna görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Rəşad təxminən 2012-ci il tarixdən market-mətbəx avadanlıqlarının satışı ilə məşğul olurdu. 2010-cu ilin aprel ayından 2020-ci ilin mart ayınadək oğlu Romanda Rəşadla işləmişdir. X1 market üçün rəflər sifariş edir, “Uyğun"' MMC-nin zavodunda marketlər üçün soyuducular sifariş etmişdir, Roman isə həmin avadanlıqları marketlərə və şadlıq saraylarının mətbəxlərinə aparıb quraşdırmaqla məşğul olmuşdur. 2021-ci ilin payız aylarında o, İsmayıllı rayonunda yaşadığı evində olan zaman, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, zəng edən şəxs özünü Pirallahı rayon sakini Nadir kimi təqdim edərək bildirmişdir ki, «sənin oğlun Rəşadla mənim aramda marketdə vitrinlərin quraşdırılması barədə razılıq olmuşdur, lakin Rəşad həmin vitrinləri quraşdırmır, Rəşad mənim mallarımı gətirmir, mən aramızda olan razılaşmadan imtina etmişəm, lakin Rəşad mənim verdiyim pulumu da qaytarmır». O da Nadirə demişdir ki, «sizin aranızda nə razılaşma olmasından xəbərim yoxdur, lakin mən Rəşadla danışıb sizə zəng edərəm». O, Rəşada zəng vuraraq ondan bu barədə soruşmuş, Rəşad da ona demişdir ki, «narahat olma, mən özüm Pirallahı rayonuna gedib Nadirlə görüşəcəm və onun işini həl edəcəyəm». Sonra o, Nadirə zəng vurub demişdir ki, «oğlum Rəşadla danışdım, sənin işini həll edəcəkdir». Bundan sonra Nadirlə sağollaşmış, daha Rəşadla Nadir arasında olan münasibətin nə yerdə qalmasından xəbəri olmamışdır. Sonradan ona Pirallahı rayon polis əməkdaşı zəng vurub Rəşadı soruşmuşdur, o da Rəşadın mobil nömrəsini polis əməkdaşına vermiş, daha Rəşadı nə səbəbə çağırdıqlarını maraqlanmamışdır. 2022-ci ilin sentyabr ayında ona yenə də Pirallahı rayon polis şöbəsindən zəng vurmuşlar, Rəşadın barəsində cinayət işinin başlanmasını və polis şöbəsinə gəlməyinin zəruri olmasını, eləcə də Romanın da polis şöbəsinə gəlməyinin zəruri olmasını bildirmişlər. O da bu barədə həm Rəşada, həm də Romana məlumat vermişdir. O, daha onların polis şöbəsinə gedib-getməmələri barədə maralanmamışdır. Sonradan 2022-ci ilin noyabr ayında Rəşad Pirallahı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. O, İsmayıllı rayonundan Pirallahı rayonuna gəlmiş, polis şöbəsində maraqlananda ona məlum olmuşdur ki, Rəşad Nadiri aldadaraq onun 13000 manat pulunu ələ keçirdiyinə görə barəsində cinayət işi başlanmışdır, Rəşad polisin çağırışına gəlmədiyindən, barəsində axtarış elan edilmiş və tutulmuşdur. O, Nadirin ziyanın ödənilməsi ilə əlaqədar maraqlananda, hətta Rəşad və Roman bu barədə soruşanda, Roman və Rəşad ona demişlər ki, polis şöbəsində ilkin araşdırma zamanı, Nadirə bir dəfə 4090 manat, bir dəfə 2475 manat pul ödənilmişdir, Nadirə 6435 manat ödənilməmiş məbləğ qalmışdır. O da məcbur qalıb həmin 6435 manat pulu düzəldib Nadirə ödənilməsi üçün polisə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs1 2016-cı ildən etibarən tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Onun Bakı şəhəri Nərimanov rayonu Ə.Qayıbov küçəsində yerləşən Dövlət Təhlükəsizlik Xidmətinin akademiyasının arxa tərəfində sexi var, orada o, müştərilərin sifarişlərini qəbul edib icra edir. Rəşad özü də dəfələrlə onun sexinə gəlib sifarişləri ona təqdim etmişdir. Rəşad menecer kimi fəaliyyət göstərmiş, ona vitrinlər və südlük suyuducular quraşdırılması ilə əlaqədar sifariş verən müştərilər olduqda, Rəşad ona müraciət edirmiş, o da həmin sifarişçinin sifarişini icra edirmiş. Romanın fəaliyyəti isə əsasən Rəşadın sifarişi əsasında hazırlanmış avadanlıqların fəhlələr tərəfindən müştərinin obyektinə aparılmasına nəzarət etməkdən və müştərinin obyektində həmin avadanlıqıların quraşdırmaqdan ibarət olmuşdur, həmiçinin müştərinin tapılmasında, pulun müştəridən alınıb ona verilməsində Roman iştirak etməmişdir. 2020-ci ilin mart ayında o, sexdə olan zaman o bir nəfər şəxs gələrək ondan soruşmuşdur ki, «bu sex Rəşadındır», o da həmin şəxsə sexin özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxs də ona Rəşadla aralarında olanlar barədə məlumat vermişdir. O da Nadir adlı şəxsə sexin özünə məxsus olduğunu, Rəşada heç bir aidiyyəti olmadığını bildirmişdir. Bundan sonra Nadir adlı şəxs ona demişdir ki, «sən mənim mağazamda vitrinləri quraşdır, pulunu mən danışaram, Roman və Rəşad sənə ödəyərlər. O, Nadirlə razılaşmamışdır. Əlavə olaraq ona demişdir ki, işinin həlli ilə əlaqədar Romanla danışsın, Roman ona kömək edər, o düz uşaqdır. Nadir onun yanında Romana zəng vurub danışmış daha sonra Roman ona təklif etmişdir ki, «sən Nadirin vitrinlərin ver, istəyirsənsə mən sənin pulunu hissə-hissə ödəyim», o da Romanla razılaşmamışdır. Daha sonra Nadir marketində avadanlıqları quraşdırmağı ona təklif etmiş o da razılaşmış, bir neçə gün sonra Nadir ona zəng vuraraq onu Pirallahı rayonuna dəvət etmiş, o da həmin rayona gedib, orada müvafiq ölçmə işlərini aparmışlar, aralarında olan razılaşmaya əsasən, divar vitrinlərinin hər metrəsini 250 manata, orta vitrinlərin hər metrəsini 350 manata, südlük suyuducuların hər metrəsini 2500 manata hazırlayaraq qısa müddətdə vitrinləri marketdə quraşdırmışdır. X7 arasında olan mübahisənin nə yerdə qalmasından xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış cinayət işinin başlanması haqqında qərardan görünür ki, 25 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış şəxs barəsində axtarış elan olunması haqqında qərardan görünür ki, 01 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, 01 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 tutulub istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tutularaq istintaqa təqdim edildiyindən iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış 4(094)- 48/2022 saylı 16 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 01 ay 26 gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış 4(094)- 50/2022 saylı 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış 4(094)- 1/2023 saylı 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 02 ay yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış 15 yanvar 2023-cü il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış ifadəsində qeyd etdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 üzünə onu aldatmalarını və 13000 manat pulunu ələ keçirmələrini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış pul vəsaitinin maddi sübut qismində tanınması və depozit hesabına təhvil verilməsi haqqında qərardan görünür ki, 5755 manat və 400 ABŞ dolları məbləğində vəsait məhkəmə hökmü qanuni qüvvəsini alana və ya digər qanuni qərar qəbul olunanadək saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə və Plan Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış 24 fevral 2023-cü il tarixli cinayət əməlinin tövsif olunması barədə qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif olunmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 tutulmadan azad edilərək onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış 4(094)- 12/2023 saylı 07 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 20 gün uzadılmışdır. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs2 ittihamın elan edilmiş hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli hesab etməyərək bildirmişdir ki, qardaşı Rəşad marketlərdə və ticarət obyektlərində soyuducuların və vitrinlərin quraşdırılması işi ilə məşğul olurmuş, o isə qardaşı tərəfindən görülən iş və xidmətlərlə bağlı internet səhifələrində elanlar yerləşdirirmiş, qeyd edilən avadanlıqların ticarət obyektlərində quraşdırılmasında usta kimi iştirak edirmiş, qardaşı Rəşadla Zərərçəkmiş şəxs arasında olan pul haqq-hesabından sonradan məlumatı olmuşdur, yəni qardaşı tərəfindən Zərərçəkmiş şəxs qarşı dələduzluq cinayətinin törədilməsində o, iştirak etməmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxslərin ifadələrindən - Zərərçəkmiş şəxsin ifadəsindən - Şahid ifadələrindən - üzləşdirmə protokollarından ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı da vermiş olduğu ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini qeyd etmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərərçəkmiş şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, zərərçəkmiş şəxs iş üzrə marağı olan şəxsdir və o yalnız dəymiş ziyanın ödənilməsində maraqlıdır, onun ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəməyə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Şahid1 məhkəmə istintaqı zamanı Romanın fəaliyyətinin əsasən Rəşadın onun sexindən sifariş verdiyi malların fəhlələr tərəfindən müştərinin obyektinə aparılmasına nəzarət etməkdən və müştərinin obyektində həmin avadanlıqıların quraşdırmaqdan ibarət olduğunu, həmiçinin müştərinin tapılmasında, pulun müştəridən alınıb ona verilməsində Romanın iştirak etmədiyi məzmunda vediyi ifadəsinə qiymət verərkən hesab edir ki, Şahid1 vediyi ifadə Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiahmda sübüt kimi qiymətləndirilə bilməz. Məhkəməyə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Şahid2 məhkəmə istintaqı zamanı Romanın fəaliyyətinin əsasən Rəşadın sifarişi ilə internet səhifələrində reklam yerləşdirməkdən, həmçinin müşətrilər tərəfindən sifariş verilmiş avadanlıqları marketlərə və şadlıq saraylarının mətbəxlərinə aparıb quraşdırmaqdan ibarət olduğu məzmunda vediyi ifadəsinə qiymət verərkən hesab edir ki, Şahid2 vediyi ifadə Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda sübüt kimi qiymətləndirilə bilməz. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş 22 yanvar 2023cü il tarixli üzləşdirmə protokoluna qiymət verərkən, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Romanın ondan pul almadığını, lakin Rəşadla işlədiyini və Rəşadı onun qapısına göndərdiyini bildirməsini və Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 bu işə aidiyyatı olmadığını bildirməsini nəzərə alaraq hesab edir ki, bu sübutun Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihama heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” “İnsan Hüquqları haqqında Ümumi Bəyənnamə”nin 3-cü maddəsinə görə hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsinin birinci bəndinə əsasən hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq proseduralara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Medvedev və digərləri Fransaya qarşı (№ 3394/03) iş üzrə 29 mart 2010-cu il tarixli qərarında bildirmişdir ki, Konvensiyanın 5-ci maddəsi azadlıq və toxunulmazlıq hüququnu müdafiə edir. Konvensiyanın tələbinə görə bu hüquq demokratik cəmiyyətdə ən mühüm əhəmiyyət kəsb edir. Hər kəsin bu hüququnun müdafiəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə isə Azərbaycan Respublikasının CPM-nin 39-cu maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nə əsasən dələduzluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə həmin məcəllənin 178.2.1-ci maddəsinin tərkibi yaranır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 14 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək həbsdə olduğu və 30 noyabr 2022-ci il tarixdən 23 may 2023cü il tarixədək ev dustaqlığında olduğu 6 (altı) ay 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və onun barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - İsmayıllı rayonu İsmayıllı kəndində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 20:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddianın dəlillərini araşdıraraq məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Qeyd olunan Məcəllənin 183.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Mülki iddianın məhkəmə tərəfindən tədqiq edilərək müəyyən edilən halları ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyətilə etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını talamaq məqsədilə, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus ticarət obyektinin kabinetində görüşərək ilkin olaraq sonuncudan 10000 manat, həmin tarixdə axşam saatlarında 3000 manat pulunu alıb vahid niyyətlə ələ keçirdikdən sonra, vəd verdiyi öhdəliyi icra etməyərək, ümumilikdə 13000 manat pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək, xeyli miqdarda ziyan vurmaqla, ümumilikdə 13000 manat pulunu talayaraq, dələduzluq etmişlər. Zərərçəkmiş şəxs iş üzrə mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, ona dəymiş ziyanın 6565 manat hissəsi Təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilmişdir, həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 000118 saylı qəbzlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs ödənilməsi üçün təqdim olunmuş 5755 manat və 400 ABŞ dolları məbləğində vəsait maddi sübüt kimi tanınmış və hazırda Bakı şəhər Baş Polis İdarəsinin depozit hesabında saxlanılır. Mülki iddiaçı Zərərçəkmiş şəxs hazırda məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12493,65 manat maddi ziyanın tutulmasını xahiş edərək, iddiasını onunla əsaslandırır ki, cavabdehlərə vermiş olduğu pul vəsaiti onun tərəfindən bank təşkilatından götürülmüş, həmin borca görə faiz ödənişləri həyata keçirilmişdir. İş üzrə verilmiş mülki iddianın dəlillərini müzakirə edərək, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçıya zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edilmədiyindən, işdə olan sübutlarla iddiaçıya maddi zərər vurulması ilə cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqə sübuta yetirilməmişdir. Mülki iddiaçı öz iddiasına bank ödənişlərinin həyata keçirilməsi barədə sənədlər əlavə etsə də, həmin ödənişlərin məhz təqsirləndirilən şəxsə verilən pul vəsaiti ilə bağlılığını, dəymiş ziyanın həmin kredit borcu əsasında verilməsinə dair öz dəlillərini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmiş, öz iddiasını kifayət qədər əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mülki iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs ödənilməsi üçün təqdim edilmiş və hazırda Bakı şəhər Baş Polis İdarəsinin depozit hesabında saxlanılan 5755 manat və 400 ABŞ dolları məbləğində vəsait hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 30 iş saatına görə 180,00 (bir yüz səksən) manat, Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 30 iş saatına görə 180,00 (bir yüz səksən) manat olmaqla, ümumilikdə 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 177.2.4-cü maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs2nın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs1 14 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək həbsdə olduğu və 30 noyabr 2022-ci il tarixdən 23 may 2023-cü il tarixədək ev dustaqlığında olduğu 6 (altı) ay 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən fərdi yaşayış evni axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhər Baş Polis İdarəsinin depozit hesabında saxlanılan 5755 manat və 400 ABŞ dolları məbləğində vəsait Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 180,00 (bir yüz səksən) manat, Təqsirləndirilən şəxs2nın hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 180,00 (bir yüz səksən) manat olmaqla ümumilikdə 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Mülki iddia təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-15/2023
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-15/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver