Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-15/2024 11.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cabbarova Jalə Surxay qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 410,0 qram narkotik vasitə olan marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, Pirallahı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Pirallahı rayonu, Gənclik küçəsinin yaxınlığında saxlanılaraq Pirallahı RPİ-nə gətirilmiş, idarədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əlində olan sellofan paketin içərisində yapışkan lentlə yapışdırılmış 01 ədəd bükümün içərisində təmiz çəkisi 410.0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, anket məlumatlarında göstərilən ünvanda valideynləri ilə birlikdə yaşaymış, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Heç yerdə işləməmiş, uzun müddətdir ki narkotik vasitə qəbul etmişdir. Bakı şəhəri ərazisində tanımadığı müxtəlif şəxslərdən narkotik vasitə alaraq istifadə edib. xx.xx.2024-cü il tarixdə yenidən şəxsi istifadəsi üçün narkotik vasitə almaq qərarına gələrək Sabunçu rayonu Maştağa qəsəbəsinə getmiş və orada tanımadığı şəxsdən 100 manata marixuana alaraq Pirallahı rayonuna gəlmişdir. Pirallahı rayonunda Gənclik küçəsi ilə hərəkət edərəkn iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onu polis idarəsinə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birgə polis idarəsinə getməyə etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada ona hüquq və vəzifələri izah edilərək ona dövlət hesabına öz xahişi ilə vəkil təyin edilmişdir. Otaqların birində ona təyin edilmiş vəkilin iştirakı ilə üzərində olan qanunsuz əşya və predmet varsa könüllü təqdim etmək təklif edilmiş, o, əlində olan skoçla bağlanmış sellofan paketi maasanın üzərinə qoymaqla, təqdim etmişdir. Oradakı İştirakçıların iştirakı ilə həmin paket açılmış marixuanaya oxşar maddə aşkar edilmişdir. Sonra kütlə qablaşdırılmış, onun və digər iştirakçıların tərəfindən imzalanaraq möhürlənmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün Sabunçu rayonu Maştağa qəsəbəsində 100 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitədən heç kimə satmadığını, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə razı olduğunu, polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması, barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ rəhbərliyindən müvafiq icazə alınmışdır. Pirallahı RPİ-nin NMQ-ın əməkdaşı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır, qrupun rəhbəri o, olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21:30 dəqiqədə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Gənclik küçəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək Pirallahı RPİ-nin inzibati binasına getmək təklif edilmiş, Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına gəlmiş və müdafiəçi ilə təmin edilmişdir. Sonra videoçəkilişlə onun və RPİ-nin NMQ-ın əməkdaşı Şahid2, eləcə də dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əlində olan 01 ədəd sellofan paketi masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını qeyd etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman başqa heç bir əşya aşkar edilmədiyini, aşkar edilmiş 01 ədəd sellofan paketin içərisində olan yapışqan lentlə yapışdırılmış büküm açıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş 01 ədəd bükümün içindəki narkotik vasitə marixuana olduğunu və ona məxsus olduğunu və həmin narkotik vasitəni Sabunçu rayonu Maştağa qəsəbəsində tanımadığı şəxsdən 100 manat əldə etdiyini dediyini bildirmişdir. Şəxsi axtarış zamanı aşkar olunan içində narkotik vasitə marixunaya bənzər kütlə olan 01 ədəd bağlama zərfdə qabaşdırılmış və 237 saylı möhürlə möhürlənmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalanmış, o, da öz növbəsində protokolu və zərfi imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə Pirallahı rayon polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əlində olan sellofana paketin içərisində yapışqan lentlə yapışdırılmış 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə aşkar olunaraq götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Sabunçu rayonu Maştağa qəsəbəsində tanımadığı şəxsdən 100 manata aldığını bildirmişdir. i.v. 35-36 İş materiallarında Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı protokola əlavə olunmuş CD formatlı diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə üzərində şəxsi axtarış aparılarkən əlində olan sellofan paketin icərisində yapışkan lentlə yapışdırılmış 01 ədəd bükümün icərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi müəyyən edilmişdir. i.v. 57 İş materiallarında iş üzrə təyin edilərək keçirilmiş məhkəmə fiziki-bioloji ekspertizasının 10 mart 2024-cü il tarixli, 3-16-16/2-7/402 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən …» yazı və imzalar olan 01ədəd kağız paketdə təmiz çəkisi 410,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. i.v. 42-45 İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1893 saylı ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimuliyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. i.v. 91-92 Qeyd: Marixuananın təmiz çəkisi 410,0 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq 409,95 qram. İş materiallarında Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş quru vəziyyətdə 410,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq hissəsi 409,95 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Pirallahı RPİ-nin Saxlama Yerinə təhvil verilmişdir. i.v. 83 Bеləliкlə Təqsirləndirilən şəxs törətdiyi cinаyət əməli məhкəmə bахışı заmаnı аrаşdırılаraq, qiymət vеrilməкlə özünün ifаdəsi, şаhid ifаdələri, екspеrtizа rəyləri ilə tаm sübutа yеtirilmişdir. Təqsirləndirilən şəxs qеyd еdilən əməllərinin cinаyət оlmаsını аrаdаn qаldırаn hаllаr, həmçinin оnun cinаyət məsuliyyətindən аzаd еdilməsi üçün əsаslаr yохdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs оğlunun törətdiyi əməli etiraf edərək pehmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləhdirən hal kimi nəzərə alır. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs оğlu Pirallahı rayon Məhkəməsinin xx.xx.2022-ci il il tаriхli höкmü ilə Аzərbаycаn Rеspubliкаsının CM-nin 234.1-ci mаddəsində nəzərdə tutulаn cinаyəti törətməкdə təqsirli bilinərəк 01 (bir) il 03 (üç) аy müddətə аzаdlıqdаn məhrum еtmə cəzаsınа məhкum оlunmuş, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 (bir) ay 05 (beş) gün vaxtından əvvəl şərti azad olunmuş, cəzasını çəkib qurtarmış lakin onun məhkumluğu ödənilməmişdir. İş vərəqə: 69, 75-76. Аzərbаycаn Rеspubliкаsının CM-nin 83.3.3-cü mаddəsinə əsаsən аz аğır cinаyət törətməyə görə аzаdlıqdаn məhrum еtməyə məhкum еdilmiş şəхs cəzаnı çəкib qurtаrdığı gündən iki il кеçdiкdə məhкumluq ödənilmiş hеsаb оlunur. Təqsirləndirilən şəxs оğlu cəzаsını çəкib qurtаrdıqdаn sоnrа iki il кеçmədən yəni, xx.xx.2024-cü il tаriхdə yenidən qəsdən cinаyət törətdiyindən məhкumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratdığındаn оnun əməlində cinаyətin rеsidivi vаrdır. Аzərbаycаn Rеspubliкаsının CM-nin 61.1.1-ci mаddəsinə əsasən cinayətlərin təkrar törədilməsi nəzərdə tutulаn qaydada cinayətin residivi təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlunun cəzаsını аğırlаşdırаn hаldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2024-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-10/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində həbsetmənin əvvəli 09 mart 2024-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 09 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı həhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 409,95 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs оğlunun üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş istintaq hərəkəti olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs оğluna Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 72,00 (yetmiş iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs оğludan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs оğluna ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (ibtidai istintaq zamanı iş saatına görə 50 saat, 300 manat və məhkəmə baxışı zamanı 10 saat, 60 manat) ümumilikdə 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 09 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı həhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 409,95 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs оğlunun üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş istintaq hərəkəti olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 72,00 (yetmiş iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən həxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı həhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya hikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-15/2024
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-15/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver