Məhkəmə qərarları › İş №1(094)-16/2023

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-16/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-16/2023 30.05.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçi –Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Şirvan şəhəri H.Əliyev küçəsində kirayə yaşamış, barəsində Şirvan Şəhər Məhkəməsinin 4(032)- 365/2022 saylı 18 noyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 noyabr 2022ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə və əmlak hüquqlarını əldə etməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə, tamah niyyətilə qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlak hüquqlarını əldə etmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 “Azneft” İstehsalat Birliyi 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində maşinist kimi işləməsini, həmin idarədə tanışlarının olmasını və sonuncunu həmin idarədə fəhlə kimi işə düzəltdikdən sonra hər ay 1800 manat məbləğində əmək haqqı alacağana inandırmaqla, yalan vədlər verib aldadaraq və etibarından sui istifadə edərək, 2022-ci ilin aprel ayının 22-də vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 məxsus 7000 manat dəyərində “VAZ 21012” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyət hüququnu arvadı İlahə Həsənovanın adına Şirvan şəhəri H.Əliyev prospektində yerləşən Şirvan Notariat Kontorunda baş etibarnamə almaqla əldə edib, həmin avtomobili 3000 manat pula sataraq, Zərərçəkmiş şəxs1 7000 (yeddi min) manat xeyli miqdarda ziyan vurub özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs3 “Azneft” İstehsalat Birliyi 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində maşinist kimi işləməsini, həmin idarədə tanışlarının olmasını və sonuncunu həmin idarədə fəhlə kimi işə düzəltdikdən sonra hər ay 1800 manat məbləğində əmək haqqı alacağana inandırmaqla, yalan vədlər verib aldadaraq və etibarından sui istifadə edərək, 2022-ci ilin aprel-may aylarında vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs3 Şirvan şəhərində 5000 ( beş min) manat pulunu ələ keçirib, onu aldadaraq həmin məbləğdə ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa o, öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlak hüquqlarını əldə etmək məqsədi ilə Sabirabad rayon sakini Zərərçəkmiş şəxs2 “Azneft” İstehsalat Birliyi 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində maşinist kimi işləməsini, həmin idarədə tanışlarının olmasını və sonuncunu həmin idarədə fəhlə kimi işə düzəltdikdən sonra hər ay 1800 manat məbləğində əmək haqqı alacağana inandırmaqla, yalan vədlər verib aldadaraq və etibarından sui istifadə edərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2022-ci ilin fevral ayının 19-da Zərərçəkmiş şəxs2 Şirvan şəhərində 5000 manat pulunu və 2022-ci ilin iyun ayında Pirallahı rayonunda yerləşən “Azneft” İstehsalat Birliyi 1 saylı İxtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarəsinin qarşısında 1000 manat pulunu ələ keçirib, verdiyi vədə əməl etməyərək, onu aldadaraq, Zərərçəkmiş şəxs2 ümumlikdə 6000 (altı min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, təqsirlləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər “Azneft” İstehsalat Birliyi 1 saylı İtxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində maşinist vəzifəsində işləmişdir. 2022-ci ilin mart ayının sonlarında o, icarəyə götürdüyü avtomobilini Zərərçəkmiş şəxs3 atası Novruza məxsus təmir sexində təmir etdirərkən, həmin vaxt Novruz Şahpələngov ona oğlu üçün iş yeri axtardığını bildirərək, oğlu Orxanın işə düzəlməsində ondan kömək istəmişdir. O da onunla razılaşaraq kömək edəcəyini bildirmişdir. Həmin vaxt Novruz oğlu Orxana zəng edərək, onu sexə çağırmışdır. Bir müddət sonra Orxan və Tural sexə gəlmişlər. O, Orxan və Turala onları işlədiyi “Azneft” İstehsalat Birliyi 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində fəhlə kimi işə düzəldə biləcəyini və aylıq maaşlarının 1800 manat olacağını bildirmiş və onlara hər birinin işə düzəlmələri üçün 5000 manat pul verməli olduqlarını bildirmiş və əlavə olaraq demişdir ki o da həmin pulları işlərin düzəlməsi üçün idarəyə verəcək. Tural və Orxan onunla razılaşmışlar, lakin Tural demişdir ki, onun hal hazırda pulu yoxdur, idarə etdiyi “VAZ 21012” markalı ** BJ *** d.q.n-lı avtomobilini satıb yaxın vaxtlarda ona 5000 manat pulu verəcək. O isə Turala demişdir ki, ona avtomobilinə dair baş etibarnamə versin, avtomobili satıb və əldə olunan puldan həmin işin pulunu verəcək, qalan pulu ona qaytaracaq. Həmin vaxt Tural onunla razılaşaraq avtomobilinin qiymətinin 7000 manat olduğunu bildirmişdir. 2022-ci ilin aprel ayının 22-də o, Turalla şəhərin H.Əliyev prospektində yerləşən Şirvan Notariat Kontorunda görüşmüş, həmin vaxt orada o, arvadı İlahə Həsənova, Tural və Orxanda olmuşlar. Həmin vaxt Tural özünə məxsus “VAZ 21012” markalı ** BJ *** d.q.n-lı avtomobilə dair baş etibarnaməni onun şəxsiyyət vəsiqəsi itdiyi üçün arvadı İlahə Həsənovanın adına vermişdir. O da həmin “VAZ 21012” markalı ** BJ *** d.q.n-lı avtomobilə alıcı taparaq, avtomobili 3000 manat pula Sumqayıt şəhər sakininə satmış, lakin avtomobili 3000 manata satması barədə Turala bir söz deməmişdir. 2022-ci ilin aprel ayının 23-də Orxandanda ilkin olaraq 2500 manat pulu almışdır. Qalan 2500 manat puluda sonuncudan hissə hissə bir ay yarım müddətində yəni, aprel-may aylarında almışdır. Həmin vaxt Tural və Orxana bildirmişdir ki, 2-3 ay müddətində işləri həll olacaq. O, həmin əldə etdiyi 8000 manat pulu başqa şəxslərə olan borclarına sərf etmişdir. Sonra da o, Tural və Orxanın işlədiyi idarədə işə düzəlməsinə dair maraqlansa da, onların işlərini həll edə bilməmişdir. Bundan başqa, tanışı Nəsimi zəng vuraraq qardaşı Asifi işə düzəltməsi üçün onunla görşmək istədiyini bildirmişdir. Asif, qardaşı Nəsimi və o onun yaşadığı Şirvan şəhəri H.Əliyev küçəsində yerləşən mənzildə görüşmüşlər. Həmin vaxt o, Asifə bildirmişdir ki, onu “Azneft” İstehsalat Birliyi 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində işə düzəldə bilər, bunun üçün Asiflə birlikdə müvafiq orqanlardan arayış və digər sənədləri almışlar. 2022-ci ilin fevral ayının ortalarında o, Asifin mobil nömrəsinə zəng edərək, işinin düzəlməsi üçün 6000 manat pul lazım olduğunu bildirmişdir. Asifdə onunla razılaşaraq, həmin pulun 5000 manatını ona Nəsiminin yanında həmin ilin fevral ayının 19-da Şirvan şəhərində yerləşən evində vermişdir. O da həmin vaxt 5000 manat pulu Asifdən almış və Asifə demişdir ki, işi bir-iki ay ərzində həll olacaq. O, Asifdən aldığı pulu öz maddi ehtiyyaclarına xərcləmiş, Asifin işinin həlli ilə əlaqədar heç bir iş görməmişdir, ona yalan vəd verərək, onu aldatmışdır. Asif hər dəfə ona zəng edərkən, işin nə yerdə qaldığını maraqlanan zaman, o, ona işinin yaxın vaxtlarda düzələcəyini demişdir. 2022-ci ilin iyul ayında Asif ona zəng etmiş, o, Asifə demişdir ki, qalıq qalan 1000 manat pulu özü ilə götürərək və onunla birlikdə Bakı şəhərinə işlədiyi İdarəyə getməyi təklif etmişdir. Asif də razılaşaraq onunla birlikdə Pirallahı rayonunda yerləşən 1 saylı İxtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarəsinə gəlmişdir. Həmin vaxt Asif İdarənin çölündə dayanmış, o, idarəyə girmiş və bir neçə dəqiqə sonra geri qayıdaraq Asifə işə düzəlməyinə dair sənədə imza etdirmiş və həmin vaxt Asif 1000 manat pulu əlbəəl vermişdir. Həmin vaxt orada yanlarında heç kim olmamışdır. O, Asifdən 1000 manat pulu aldıqdan sonra idarəyə getmiş, təxminən 20-25 dəqiqə sonra geri gəlmişdir daha sonra onlar birlikdə Şirvan şəhərinə gəlmişlər. Bu söhbətdən sonra Asif dəfələrlə ondan işinin nə yerdə qalması barədə soruşsa da, o, Asifə işinin yaxın vaxtlarda həll olacağını bildirmişdir. Daha sonra 2022-ci ilinin payız aylarında o, Asifin zaminliyi müqabilində onun həmkəndlisi və tanışı Şahid3 11 baş quzunu pulunu qısa zaman ərzində qaytarmaq şərti ilə nisyə alaraq aparıb satmış və o pulu da digər borclarına sərf etmişdir. Hazırda törətdiyi əməldən peşmandır, həmçinin himayəsində yetkinlik yaşına çatmayan bir uşaq var. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Aydını onunla tanışı Zərərçəkmiş şəxs3 tanış etmişdir. 2022-ci ilin mart ayında Orxan ona demişdir ki, Təqsirləndirilən şəxs “Socar”ın Nəqliyyat Departamentinin 3 saylı Nəqliyyat İdarəsində onu işə düzəldə biləcəyini və əlavə də başqa şəxsləri düzəldə biləciyini bildirmişdir. O da iş axtardığı üçün Orxanla razılaşmışdır. Sonra onlar Aydınla görüşmüşlər və Aydın bildirmişdir ki, onları “Socar”ın Nəqliyyat Departamentinin 3 saylı Nəqliyyat İdarəsində işə düzəldə bilər, bunun üçün onlar ona ayrı-ayrılıqda 5000 manat pul verməlidirlər. Onlar Aydınla razılaşmışlar. Həmin vaxt o Aydına demişdir ki, nağd pulu yoxdur, öz avtomobilini satıb, satışdan əldə olunan puldan ona 5000 manat verə bilər. Aydın isə demişdir ki, 10000 manat pulu həmin gün çatdırmalıdırlar. O Aydına nağd pulunun olmadığını, pul üçün avtomobilini satacağını bildirmişdir. Aydın isə avtomobili onun tanışının yanında girov qoyub, avtomobilin dəyərində pul götürməyi təklif etmiş. O avtomobilinin qiymətinin 7000 manat olduğunu bildirmiş, Aydın da pulun 2000 manatını ona verəcəyini bildirmişdir. O da Aydının bu təklifi ilə razılaşaraq həmin günü səhəri, Aydın və arvadı İlahə Həsənova ilə birlikdə Şirvan Notariat kontoruna gedərək avtomobilini baş etibarnamə ilə Aydının arvadı İlahə Həsənovaya vermişdir. Sonralar o dəfələrlə Aydından işi barədə, həm də ki, qalan 2000 manat pul barədə soruşanda Aydın ona yaxın vaxtlarda həll edəcəyini bildirmiş, sonradan Aydının onu aldatdığını və ona qarşı dələduzluq etdiyini bilmişdir. Həmin vaxt Tural “VAZ 21012” markalı ** BJ *** d.q.n-lı avtomobilinə dair verdiyi baş etibarnaməni ləğv elətdirmişdir, lakin sonradan öyrənmişdir ki, o avtomobili başqa şəxsə satmışdır, bundan sonra o, avtomobilə axtarış verdirmiş və onun barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər qismən yəni 460 manat ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, lakin ona vurulmuş zərərin tam ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, 2022-ci ilin mart ayında tanışı Turalla görüşən zaman ona demişdir ki, Təqsirləndirilən şəxs “Socar”ın Nəqliyyat Departamentinin 3 saylı Nəqliyyat İdarəsində onu və əlavə də başqa şəxsləri işə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt Tural onun təklifi ilə razılaşmış daha sonra o, Turalla birlikdə Aydınla görüşmüşlər, Aydın onları “Socar”ın Nəqliyyat Departamentinin 3 saylı Nəqliyyat İdarəsində işə düzəldə biləcəyini və bunun üçün onların ona ayrı-ayrılıqda 5000 manat pul verməli olduqlarını demişdir. O və Tural Aydının təklifi ilə razılaşmışlar. Həmin vaxt Tural Aydına nağd pulunun olmadığını, öz avtomobilini satıb, satışdan gələn puldan ona 5000 manat pul verə biləcəyini demişdir. Aydın isə Turala onların ona verəcəyi 10000 manat pulu həmin gün çatdırmalı olduqlarını bildirmişdir. Tural da Aydına pul üçün avtomobilini bazara çıxarmalı olduğunu bildirmişdir. Aydın isə Turala avtomobili onun tanışının yanında girov qoyub, avtomobilin dəyərində pul götürməyi təklif etmişdir. Tural da Aydına avtomobilinin qiymətinin 7000 manat olduğunu bildirmiş, Aydın isə girovdan alınacaq puldan həm onun işin həll edəcəyini həmdə ki, pulun ona aid olan 2000 manatını qaytarıb ona verəcəyini bildirmişdir. Həmin vaxt o, Aydına ilkin olaraq 2500 manat pul vermişdir. Həmin günü səhəri, o, Tural, Aydın və sonuncunun arvadı İlahə Həsənova birlikdə Şirvan Notariat kontoruna getmişlər, orada Tural avtomobilini baş etibarnamə ilə Aydının arvadına vermişdir. O qalan 2500 manat pulu mart ayından may ayına qədər müddət ərazində Aydına vermişdir. O, dəfələrlə Aydından iş barədə soruşanda sonuncu ona yaxın vaxtlarda həll edəcəyini bildirsə də, sonradan Aydının onu aldatdığını və ona qarşı dələduzluq etdiyini bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilməyib. Təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, lakin ona vurulmuş zərərin tam həcmdə ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Təqsirləndirilən şəxs qardaşı Nəsiminin vasitəsi ilə tanımışdır, belə ki, qardaşı ona demişdir ki, Aydın müəyyən şəxsləri işlədiyi idarədə işə düzəltmiş. O, qardaşından Aydınla onu görüşdürməyi istəmiş, sonra o, qardaşı ilə birlikdə Aydınla Şirvan şəhəri H.Əliyev küçəsində yerləşən mənzildə görüşmüşlər. Həmin vaxt Aydın onu “Azneft” İstehsalat Birliyi 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində işə düzəldə biləcəyini və bunun üçün 6000 manat pul lazım olduğunu demişdir. O da Aydınla razılaşmış və həmin pulun 5000 manatını həyətində olan iribuynuzlu mal qaranı satmaqla və bankdan kredit götürməklə düzəldib həmin ilin fevral ayının 19-da Şirvan şəhərində qardaşı Nəsiminin yanında əlbəəl Aydına vermişdir. Aydında 5000 manat pulu ondan almış və qalan 1000 manat pulu da yaxın vaxtlarda düzəldib ona verməsini demişdir. Aydın işinin bir iki ay ərzində həll olacağınıı demişdir. O, pulu Aydına verəndən sonra müəyyən müddət keçməsinə baxmayaraq, sonuncudan xəbər çıxmamışdır. O, Aydına zəng edərək, işin nə yerdə qaldığını maraqlanan zaman sonuncu işinin yaxın vaxtlarda düzələcəyini demişdir. 2022-ci ilin iyul ayında Aydınla telefonla danışan zaman sonuncu 1000 manat pulu özü ilə götürüb onunla birlikdə Bakı şəhərinə işlədiyi İdarəyə getməyi təklif etmişdir. O da Aydınla birlikdə Pirallahı rayonuna 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə getmişdir. Həmin vaxt o, idarənin çölündə dayanmış, Aydının İdarəyə girmiş və bir neçə dəqiqə sonra geri qayıdıb ona işə düzəlməyinə dair sənədə imza etdirmiş və daha sonra Aydın 1000 manat pulu ondan alıb idarəyə getmiş, təxminən 20-25 dəqiqə sonra Aydın geri gəlmiş və onlar birlikdə Şirvan şəhərinə qayıtmışlar. Bu söhbətdən sonra o dəfələrlə Aydından işinin nə yerdə qalması barədə soruşsa da, sonuncu işinin yaxın vaxtlarda həll olacağını demişdir. Daha sonra 2022-ci ilinin payız aylarında Aydın ona xırda buynuzlu heyvan almaq istədiyini bildirərək ondan quzu satan tanışının olub-olmamasını soruşmuşdur. Bundan sonra o Aydınla birlikdə tanışı Şahid3 mal-qara saxladığı yatağa getmişlər, qiymətini razışdıqdan sonra Aydın Turaldan ümumi dəyəri 2300 manat olan 11 baş quzunu pulunu bir neçə gün müddətində ödəmək şərtilə almış, o isə Turala bildirmişdir ki, Əgər Aydın onun pulunu verməsə 2300 manatı o verəcək. Daha sonra Aydın 11 baş quzunun pulunu vermədiyi üçün o məcbur qalıb həmin 2300 manatı Turala ödəmişdir. 2022-ci ilin noyabr ayında o, televizorda Aydının cinayət məsuliyyətinə cəlb edilməsini görmüş və onun barəsində şikayət etmək qərarına gəlmişdir. Bundan sonra o, Şirvan şəhər PŞ-nə getmiş və bu barədə ərizə ilə şikayət etmişdir. O, 2022-ci ilin fevral ayının 19da Aydına 5000 manat, 2022-ci ilin iyul ayında Pirallahı rayonunda 1000 manat pul vermiş, 2022-ci ilin payızında isə Aydının əvəzindən Şahid3 2300 manat ödəmişdir, ümumilikdə Aydın ona 8300 manat ziyan vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilməyib. Təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, lakin ona vurulmuş zərərin tam həcmdə ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 göstərdi ki, Aydm Həsənovu məktəb illərindən tanıyır, elektrik işlədiyi təmir sexinə gələn Təqsirləndirilən şəxs telefon vasitəsi ilə danışarkən işə düzəltmək barədə söhbətlər apardığını eşitmiş, danışığını bitirdikdən sonra qardaşı Asifı də işə düzəldə bilməsini soruşarkən Aydın heç bir problem olmadığını və düzəldə biləcəyini demişdir. Sonra qardaşı Asiflə birgə Aydının yaşadığı Şirvan şəhəri H.Əliyev prospektində yerləşən evinə getmişlər, orada söhbət zamanı Aydın işin 6000 manata düzələcəyini bildirmişdir. 2022-ci ilin fervral ayının 19-da qardaşı Asiflə birgə Aydının yaşadığı Şirvan şəhəri H.Əliyev prospektində yerləşən evinə getmişlər, orada qardaşı işə düzəlməsi üçün Aydına 5000 manat pul vermişdir. Qalan pulun verilməsində o iştirak etməyib. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, 2022-ci tarixdə iyun ayında o Sumqayıt bazarına özü üçün avtomobil almağa getmiş, həmin vaxt bazarda avtomobil alqı-satqısı edən Hamlet adlı şəxsdən “Vaz 21012” markalı ** BJ *** d.q.n-lı avtomobili şifahi qaydada razılıq əsasında baş etibarnamə ilə almışdır. Həmin vaxt o avtomobilə dair mülkiyyət sənədi almamış və həmin avtomobili baş etibarnamə ilə idarə etmişdir. Təxminən 2 ay sonra ona məxsus mobil nömrəyə Zərərçəkmiş şəxs1 zəng gəlmiş və o, avtomobilin mülkiyyətçisi olduğunu, avtomobilə dair verdiyi baş etibarnaməni ləğv etdiyini və avtomobilə saxla verildiyini bildirmişdir. Sonradan o bilmişdirki, avtomobili Zərərçəkmiş şəxs1 alan şəxs ona qarşı dələduzluq etmişdir. Onun, həmin “VAZ 21012" markalı ** BJ *** d.q.n-lı avtomobilə dair dələduzluq edilməsinə dair heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış 4(032)- 365/2022 saylı 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023cü il tarixli cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Pirallahı RPİ-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023cü il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış ifadəsində qeyd etdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış 4(094)- 9/2023 saylı 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay 20 gün yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxslər üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə onları aldatmalarını bildirmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023cü il tarixli cinayət əməlinin tövsif olunması barədə qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi və yeni məzmunda ittihamın elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 29 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Həsənov X2 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016cı il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən islah işləri cəzasından azad edilmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, Zərərçəkmiş şəxs1 vurmuş olduğu ziyanı qismən, yəni 460 (dörrd yüz altmış) manat ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 25 saat) cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 16 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar