Məhkəmə qərarları › İş №1(094)-17/2023

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №1(094)-17/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(094)-17/2023 11.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçi –Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Cəlilabad rayonu Sadatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını talamaq məqsədilə, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 28-ci məhəllə ev 12 mənzil 30-da yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə, ona məxsus, Pirallahı rayonu K.Rzayev küçəsində yerləşən 08 sot torpaq sahəsində qeyri yaşayış binasının tikintisi, bununla bağlı eskiz layihə və zəruri sənədlərin hazırlanması, çıxarışının alınması ilə əlaqədar yalan vəd verib aldadaraq, vahid niyyətlə 2020-ci ilin noyabr ayında Pirallahı rayonunda K.Rzayev küçəsində 1000 manat pulunu, 2021-ci ilin fevral ayında Nərimanov rayonu ərazisində 1000 manat pulunu, 2021-ci ilin aprel ayında Pirallahı rayonu ərazisində 10000 manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək, ümumilikdə 12000 manat pulunu talayaraq, sonuncuya xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, təqsirlləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhər sakini Zərərçəkmiş şəxs 2020-ci ilin oktyabr ayından tanışı Etibar vasitəsilə tanımış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Abşeron rayonu Xırdalan şəhərində fəaliyyət göstərən Şahid3 isə 2007-ci ildən etibarən tanıyır, Rəşad Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 169 ünvanda yerləşən "xxxx" MMC-nin layihəçisi kimi işləyir, əsas işi Bakı şəhəri, Abşeron rayonu və ətraf rayonlardan gələn müştərilərin müraciəti əsasında tikililərin eskiz layihə sənədlərini hazırlamaqdır, o da iş olanda onunla birlikdə işləyirmiş. 2020-ci ilin sentyabr ayının axırlarında Etibar adlı şəxs Rəşada zəng vuraraq Pirallahı rayonu ərazisində dörd mərtəbəli ticarət obyekti tikmək üçün ondan layihə hazırlamağı istəmişdir. Beləliklə o Rəşadla birlikdə əvvəlcə Etibarla görüşmüşlər, sonra isə birlikdə Pirallahı rayonu ərazisində yerləşən torpaq sahəsinə baxış keçirməyə getmişlər. Torpaq sahəsinin sahibi Zərərçəkmiş şəxs onlara torpaq sahəsi barədə məlumat vermişdir. Rəşad Elşənə layihəni hazırladıqdan sonra ona məlumat verəcəyini bildirmişdir. 2020-ci ilin noyabr ayında Elşən Rəşada layihənin hazırlanmasına görə 2000 manat pul verə biləcəyini bildirmiş və beh olaraq Etibar ona 500 manat pulu vermişdir. Layihənin ilkin versiyası hazırlanandan sonra, o Etibarla Bakı şəhəri Nərimanov rayonu ərazisində görüşüb layihəni ona təqdim edərək Etibardan 500 manat pul almışdır. Həmin vaxt Elşən də Etibarın yanında olmuşdur. Sonradan Etibar və Elşən ondan 3D formatında layihə hazırlanmasını istəmişlər. O Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən "xxxx" MMC-yə müraciət edərək, onlardan Rəşadın hazırladığı ilkin layihə əsasında 3D formatında layihə hazırlanmasını istəmişdir. O, 2021-ci ilin fevral ayında 3D formatında işçi layihəsini götürdükdən sonra Etibara bu barədə məlumat vermiş və onlar, yəni o, Etibar və Elşən Nərimanov metrosunun yaxınlığında görüşmüşlər, həmin vaxt Elşən 1000 manat pulu Etibara vermiş, Etibar da 1000 manat pulu Elşənin yanında da ona təqdim etmişdir. O həmin 1000 manat pulu da maddi ehtiyyaclarına xərcləmişdir. 2021-ci ilin mart ayında Elşən torpağına aid sənədləri Nərimanov rayonu Arif Heydərov küçəsində ona vermiş, o, tanışları vasitəsilə Əmlak Məsələləri Dövlət Komitəsindən maraqlandıqda ona torpağın çıxarış məsələsini həll etmək üçün 10000 manat pul lazım olduğunu bildirmişlər. Elşən də bununla razılaşmışdır. Beləliklə, 2021-ci ilin mart ayının sonlarında Elşən yaşadığı evin yanında onunla görüşərək ona 8000 manat pul vermişdir. Pulu alarkən yanlarında başqa heç kim olmamışdır. Elşən ona qalan 2000 manat pulu təxminən 1 həftə ərzində verəcəyini bildirmişdir. O, 8000 manat pulu heç kimə verməmiş, öz şəxsi ehtyaclarına xərcləmişdir. Təxminən 1 həftə sonra, yəni 2021-ci ilin aprel ayında Pirallahı qəsəbəsində Elşən ona 2000 manat pul vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. O, 2000 manat pulu alanda Elşənə məsələnin 2 ay ərzində həllini tapacağını bildirmişdir. Aldığı 10000 manat pulun müqabilində sadəcə həmin torpağa aid sənədin kadastrda kötükçəsi olduğunu öyrənmişdir. Elşən onadan bu məsələnin həlli ilə bağlı kömək istəmiş, o isə Elşənə bu barədə maraqlanacağını bildirmişdir. O, 2021-ci ilin oktyabr ayında məsələnin həlli ilə bağlı Akif adlı tanışından kömək istəmişdir. Akif də ona qeyd edilən işin görülməsi üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. 2021-ci ilin oktyabr ayında o, Elşən və Akif sonuncunun Nərimanov rayonu A.Heydərov küçəsində yerləşən ofisində görüşdürmüşlər. Akif Elşəndən 1 həftə ərzində sənədlərin qəbul etdirilməsi və 20 gün sonra torpağa dair çıxarış alınması üçün ondan 4000 manat pul istəmişdir. Elşən Akiflə razılaşaraq 4000 manat pulu sayıb Akifə vermişdir. Sonradan təkrarən Elşən onunla Akifin yanına gəlmişlər, Akif onlara bildirmişdir ki, torpaq sahəsinin kordinatları üst-üstə düşmür, lakin çalışıb tezliklə layihəni hazırlayacaq. Akif 4000 manat pulu aldıqdan sonra vəd etdiyi vaxtda işi görməmiş və sonradan telefon zənglərinə cavab verməməyə başlamışdır. Bundan sonra Elşənlə onların aralarında narazılıq yaranmışdır. Akiflə telefon əlaqəsi yaratsa da zənglərinə cavab verməmişdir. Elşən ondan da 12000 manat pulunu istəmişdir. O mülki iddianı qəbul etmir, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan şikayəti yoxdur. Bundan başqa, o cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında 3000 (üç min) manat Dövlət Büdcəsinə ödəniş etmişdir. Bunların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayından tanışı Etibar vasitəsilə tanımış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Onun Pirallahı rayonu K.Rzayev küçəsində 08 sot torpaq sahəsi var. 2020-ci ilin sentyabr ayında o, həmin torpaq sahəsində yerləşən ticarət obyektini daha müasir üslubda tikmək qərarına gəlmiş və bu barədə maraqlandıqda ona məlum olmuşdur ki, bələdiyyə sənədinə çıxarış verilmir və o, torpağın layihəsini hazırlamalı, sonra isə həmin layihə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməlidir. O bu məsələlərin həlli üçün tanışı Etibar adlı şəxsdən kömək istədikdə Etibar da ona Atamalı adlı tanışı olduğunu bildirərək birlikdə onunla görüşməyi təklif etmişdir. 2020-ci ilin oktyabr ayında o, Etibar və Atamalı Pirallahı rayonunda görüşmüşlər, Atamalı torpaq sahəsinə və ticarət obyektinə baxdıqdan sonra o, Atamalıya ticarət obyektini müasir üslubda inşa etmək üçün ona 4 mərtəbəli ticarət obyektinin layihəsi lazım olduğunu bildirmişdir. Atamalı da ona həmin işlər üçün ondan 15000 – 16000 manat pul alacağını və ilikin olaraq 2000 manat pul lazım olduğunu bildirmişdir. O da Atamalı ilə razılaşaraq, ilkin olaraq eskiz layihənin hazırlanması üçün 2020-ci ilin noyabr ayında Pirallahı rayonunda K.Rzayev küçəsində Atamalıya 1000 manat, 2021-ci ilin fevral ayında Etibara Nərimanov metrostansiyası yaxınlığında 1000 manat pul vermiş, Etibar da onun yanında həmin pulu Atamalıya təqdim etmişdir. Atamalı da binanın yeni layihəsini ona təqdim edərək qalan işlər üçün təcili 10000 manat pul lazım olduğunu bildirmişdir. O, 2021-ci ilin aprel ayında Pirallahı rayonuna Atamalıya 8000 manat pul vermiş, qalan 2000 manat pulu da bir həftə sonra ona təqdim edəcəyini bildirmişdir. 2021ci ilin aprel ayında o, yenə də Atamalı ilə Pirallahı rayonunda yaşadığı evin qarşısında görüşərək ona 2000 manat pul vermişdir. Atamalı ona sənədlərin arıtq hazır olduğunu sadəcə az bir hissəsi qaldığını bildirmişdir. O, pandemiya dövrü olmasına baxmayaraq dəfələrlə Atamalıya zəng edib işi ilə bağlı maraqlandıqda Atamalı ona hər dəfə pandemiya dövrü olduğu üçün sənədlərin hazırlanmasında yubanmalar olduğunu, amma qısa müddətdə sənədlərin hazırlanacağını bildirmişdir. 2021-ci ilin oktyabr ayında Atamalı ona zəng vurub obyektinin layihə sənədlərində kordinatlarda sürüşmə olduğunu, həmin sürüşməni düzəltmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin inzibati binasının qarşısında çatışmamazlığı düzəldən və layihə tərtib edən şəxslər fəaliyyət göstərdiyini, həmin şəxslərlə danışdığını, onun da ora gəlməli olduğunu bildirmişdir. Əlavə olaraq ona sənədlərin tam hazırlanması üçün üzərində 4000 manat pul götürməsini bildirmişdir. O Atamalının dediyi yerə getmiş, orada Atamalı onu Akif adlı şəxslə tanış etmişdir. Akif ona kordinatlarda sürüşmə olduğunu və digər şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirmiş və əlavə olaraq demişdir ki, həmin işi 3-4 günə ərzində 4000 manata görəcək. O da Akifə və Atamalıya inanaraq, 4000 manat pulu sayıb Akifə təqdim etmişdir. Akifin dediyi müddət onunla əlaqə saxlamış, lakin Akif ona rayonda toyda olduğunu bildirmişdir. Sonralar bir neçə dəfə Akifə zənglər vursada Akif ona müxtəlif bəhanələr və yalan vədlər verərək, qısa müddətdə sənədləri təqdim edəcəyini bildirmişdir. O, artıq tam əmin olmuşdur ki, həm Atamalı, həm də Akif onu aldadırlar, onlar onun sənədlərini hazırlamaq niyyətində deyillər. Bundan sonra o, Atamalıya zəng vurub ondan verdiyi pulları geri qaytarmasını xahiş etmişdir. Həm Atamalı, həm də Akif qısa müddətə pulu qaytaracaqlarına dair yalan vədlər vermişlər. O, bu halı görüb məcburən xx.xx.2022-ci il tarixdə Pirallahı rayon prokurorluğuna müraciət etmişdir. Hazırda Akif və Atamalı tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onlara qarşı şikayəti yoxdur. O Atamalıya verdiyi pulu bankdan kredit götürmüş və həmin kreditə görə də 5115 manat məbləğində banka faiz ödəmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs 5115 manat məbləğində pulun tutulmasına dair mülki iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, "xxxx" MMC-də baş memar vəzifəsində işləyir. İşçisi olduğu MMC əsasən layihə və smeta sənədlərinin hazırlanması işi ilə məşqul olur, Bakı şəhəri, Abşeron rayonu və ətraf rayonlardan gələn müştərilərin müraciəti əsasında tikililərin eskiz layihə sənədlərini hazırlayırlar, fəaliyətləri tam qanunidir və İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərirlər. 2021-ci ilin fevral ayında MMC-də memar işləyən Pərviz Mehdiyev müdirləri Manafa Atamalı adlı şəxsin Pirallahı rayonu ərazisində yerləşən torpaq sahəsində tikiləcək binanın eskis layihəsinin hazılanması üçün müraciət etdiyini demişdir. Manaf da Pərvizə sənədləri ilkin eskis sənədlərini hazırlaması üçün ona təqdim etməsini demişdir. Onu da qeyd edir ki, onlara müraciət edən şəxslərin sifarişi əsasında ilk növbədə ilkin eskiz layihə hazırlanır, sonra sifariş verən şəxs həmin sənədləri Şəhərsalma və Arxitektura komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edir, hər iki qurum tərəfindən sənədlər təsdiq olunandan sonra və həmin qurumlarla müqavilə bağlandıqdan sonra, tərəflərindən işçi layihəsi hazırlanır, sifarişçi bundan sonra layihəyə uyğun binanı tikməyə başlayır. O, bir gün içində ilkin eskiz layihə sənədlərini hazırlamış, layihədə tikiləcək hər mərtəbənin planı, orada otaqların ölçüləri, dam örtüyü və digər tikililərin planlarını hazırlamışdır. Həmin ilkin eskiz layihə sənədlərinin hazılanması üçün heç bir ödəniş olunmamışdır, həmçinin onlar da sifarişçidən ilkin olaraq heç bir ödəniş tələb etmirlər, başa salırlar ki, ilkin layihə təsdiq olunandan sonra işçi layihəsi hazırlananda, ödəniş edilməlidir. Həmçinin, onun tərəfindən ilkin eskiz layihə sənədləri hazırlanandan sonra, Atamalı MMC-yə çağırılmış və ona təqdim edilmişdir, ilkin eskiz layihə sənədləri 3D formatında tərtib edilmişdir, Atamalıya yuxarıda qeyd etdiyi tələblər başa salınmışdır. Lakin Atamalı ilkin eskiz layihə sənədlərini götürdükdən sonra bir daha MMC-yə gəlməmiş, onlarda tərtib etdikləri ilkin eskiz layihə sənədlərinin təsdiq olunub olunmaması ilə bağlı maraqlanmamışlar. Sonradan onları Pirallahı rayon Polis Şöbəsinə dəvət etmişlər, orada ona məlum olmuşdur ki, Atamalı adlı şəxs Zərərçəkmiş şəxs məxsus tikintinin ilkin eskiz layihə sənədləninin 3D formatında hazınlanması üçün pul almışdır, əslində Atamalı onlara heç bir ödəniş etməmişdir. Həmçinin istintaq zamanı ona məlum olmuşdur ki, Atamalı Elşəndən ümumilikdə 12000 manat pul almışdır, amma onun bu hadisələrin heç birindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 göstərdi ki, "xxxx" MMC-nin rəhbəri vəzifəsində işləyir. Rəhbəri olduğu MMC əsasən layihə və smeta sənədlərinin hazırlanması işi ilə məşqul olur, Bakı şəhəri, Abşeron rayonu və ətraf rayonlardan gələn müştərilərin müraciəti əsasında tikililərin eskiz layihə sənədlərini hazırlayırlar, fəaliyətləri tam qanunidir, AR İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərirlər. 2021-ci ilin fevral ayında MMC-də memar işləyən Pərviz Mehdiyev ona Atamalı adlı şəxsin Pirallahı rayonu ərazisində yerləşən torpaq sahəsində tikiləcək binanın eskis layihəsinin hazılanması üçün müraciət etdiyini demişdir. O da Pərvizə sənədləri Cəlala təqdim etməsi barədə göstəriş vermişdir. Sənədlər Cəlala təqdim edildikdən sonra o sənədləri hazırlamağa başlamışdır. Onu da qeyd edir ki, onlara müraciət edən şəxslərin sifarişi əsasında ilk növbədə ilkin eskiz layihə hazırlanır, sonra sifariş verən şəxs həmin sənədləri Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinə təqdim edir, hər iki qurum tərəfindən sənədlər təsdiq olunandan sonra və həmin qurumlarla müqavilə bağlanır, tərəflərindən işçi layihəsi hazırlanır, sifarişçi bundan sonra layihəyə uyğun binanı tikməyə başlayır. Cəlal bir gün içində ilkin eskiz layihə sənədlərini hazırlamış, layihədə tikiləcək hər mərtəbənin planı, orada otaqların ölçüləri, dam örtüyü və digər tikililərin planlarını hazırlamışdır. Həmin ilkin eskiz layihə sənədlərinin hazılanması üçün heç bir ödəniş olunmamışdır, həmçinin onlar da sifarişçidən ilkin olaraq heç bir ödəniş tələb etmirlər, başa salırlar ki, ilkin layihə təsdiq olunandan sonra işçi layihəsi hazırlananda, ödəniş etməlidir. Həmçinin, Cəlal tərəfindən ilkin eskiz layihə sənədləri hazırlanandan sonra, Atamalı MMC-yə çağırılmış və ona təqdim edilmişdir, ilkin eskiz layihə sənədləri 3D formatında tərtib edilmişdir, Atamalıya yuxarıda qeyd etdiyi tələblər başa salınmışdır. Lakin Atamalı ilkin eskiz layihə sənədlərini götürdükdən sonra bir daha MMC-yə gəlməmiş, onlarda tərtib etdikləri ilkin eskiz layihə sənədlərinin təsdiq olunub olunmaması ilə bağlı maraqlanmamışlar. Sonradan onları Pirallahı Rayon Polis Şöbəsinə dəvət etmişlər, istintaq zamanı ona məlum olmuşdur ki, Atamalı Elşəndən ümumilikdə 12000 manat pul almışdır, amma onun bu hadisələrin heç birindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 göstərdi ki, Elşən 2020-ci ilin sentyabr ayında ona zəng vuraraq Pirallahı rayonunda yerləşən torpaq sahəsində 4 mərtəbəli ticarət obyekti tikmək üçün ondan kömək istəmişdir. O, torpaq sahəsinə baxdıqdan sonra Elşənə dörd mərtəbəli bina tikmək üçün eskiz layihə lazım olduğunu bildirmişdir. Bir neçə gün sonra Elşən ona layihəni hazırlamağa tanış tapa bilmədiyini deyərək, layihənin hazırlamaqda ondan köməklik istəmişdir. Bir neçə gün sonra tanışları ona Xırdalan şəhərində layihə hazırlayan Rəşad adlı şəxsin mobil nömrəsini vermişlər, o, Rəşadla əlaqə saxlayaraq torpaq sahəsi barədə ona ətraflı məlumat vermişdir. 2020-ci ilin oktyabr ayında o, Rəşadla Pirallahı rayonuna torpaq sahəsinə baxmağa gəlmişlər. Səhərisi, Rəşad ona zəng vuraraq torpaq sahəsinin və orada tikiləcək ticarət obyektinin layihəsinin hazırlanmasından ötrü 4500 manat pul alacağını bildirmişdir. O, Elşənə bu barədə məlumat vermişdir. Bir neçə gün sonra Elşən ona layihə üçün 2000 manat verə biləcəyini demişdir. 2020-ci ilin noyabr ayında Rəşadla birlikdə Pirallahı rayonuna gəlmişlər, həmin vaxt Atamalı da Rəşadın maşınında olmuşdur. Elşənin torpaq sahəsində söhbət zamanı, Elşən Rəşada layihənin hazırlanmasına 2000 manat pul verə biləcəyini demişdir. Rəşad layihənin hazırlanması üçün beh istəmişdir, Elşən ona Rəşada vermək üçün 1000 manat pul vermişdir. Aralarında razılıq əldə edildikdən sonra, Rəşad o və Atamalı oradan çıxıb getmişlər, o, Rəşaddan pulu kimə verməyi soruşmuş, Rəşad da ona pulu Atamalıya verməyi dedikdən sonra o, 500 manat pulu Atamalıya vermişdir. Layihənin ilkin versiyası hazırlanandan sonra, o, 500 manat pulu Bakı şəhəri Nərimanov rayonu ərazisində Atamalıya vermişdir. Atamalı layihənin ilkin versiyasını onlara təqdim etmişdir. Həmin vaxt Elşən də onun yanında olmuşdur. Onlar layihəyə baxarkən, Elşən 3D formatında layihə istədiyini bildirmişdir. O da Elşənin istəyini Rəşada çatdırdıqdan sonra Rəşad 3D formatında layihə hazırlaya bilmədiyini və qalan 1000 manat pulu Atamalıya verməyi bildirmişdir. Sonradan o və Elşən Atamalıdan 3D formatında layihə hazırlanmasını istəmişlər, Atamalı da razılıq vermişdir. 2021-ci ilin fevral ayında Atamalı ona 3D formatında layihənin hazır olmasını bildirmiş, onlar Nərimanov metrosunun yaxınlığında görüşmüşlər, həmin vaxt Atamalı da orada olmuşdur, Elşən 1000 manat pulu ona vermiş, o da Elşənin yanında həmin pulu Atamalıya təqdim etmişdir. Daha o, Elşənlə danışmamış, lakin Elşən özü ona zəng edərək, sənədləri çıxarış üçün təqdim etməsini və gözlədiyini demişdir. Bir müddət sonra Elşən ona zəng vurub ondan çıxarışın hazırlanması üçün tanışının 10000 manat pul aldığını, hazırda da əlavə 4000 manat pul istədiyini bildirmişdir, o da Elşənə işini etibarlı adamla görməyi məsləhət görmüşdür. 2022-ci ilin aprel ayında o, Eləşənə zəng vurub Atamalı ilə aralarında olan borc məsələsini aydınlaşdırmışdır. Elşən də ona demişdir ki, «mən çıxarışımı ala bilmədiyimi gördükdə, Atamalı mənə yaxınlaşdı, mənə dedi ki, mən sənin torpağının çıxarışını və digər sənədlərinin hazırlanmasını həll edərəm, bunun üçün sən mənə 10000 manat pul verməlisən, mən də üzərimdə 8000 manat pul olduğundan, həmin pulu Atamalıya təqdim etdim, aramızda 2000 manat pul qaldı, Atamalı həmin pulu sənə demişdir, mən Atamalıya inana bilərəm, sən məsləhət görürsən ki, mən Atamalıya 2000 manat pulu verim», o da Elşənə demişdir ki, «2000 manat pulun qalmışdırsa, ver, narahat olma, deyibsə düzəldər». Sonradan həmin gün Elşən ona zəng vurub 2000 manat pulu Atamalıya verdiyini demişdir. 2021-ci ilin oktyabr ayında Elşən ona zəng vurub Atamalı vasitəsi ilə tanıdğı Akif adlı şəxsə torpağa mıxarış almaq üçün 4000 (dörd min) manat verdiyini bildirmişdir. Bir müddət sonra Elşən yenidən ona zəng vurub Akifin ona müxtəlif bəhanələr və yalan vədlər verməsini bildirmişdir. Bundan sonra Elşənin xahişi ilə, o da bir neçə dəfə Elşənlə Akifin işlədiyi ofisə getmiş, orada Akifin aldığı pulu nə vaxt qaytarmasını soruşmuşlar, Akif hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Sonardan ona məlum olmuşdur ki, Elşən xx.xx.2022-ci il tarixdə Pirallahı rayon prokurorluğuna ərizə ilə müraciət edərək Atamalı və Akif tərəfindən aldadılmağını, ona ümumilikdə 16000 manat ziyan vurulduğunu qeyd etmişdir. Elşən 4000 manat pulu Akifə verərkən, 10000 manat pulu Atamalıya verərkən, o orada olmamışdır, sadəcə Elşənin və Atamalının özündən eşitmişdir, 2000 manat pulu layihə üçün verərkən o, orada olmuşdur. Onunla nə Atamalı, nə də Akif arasında əvvəlcədən Elşənin pulunun ələ keçirilməsi ilə əlaqədar razılaşma olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 1 saylı Bakı ərazi idarəsinin inzibati binasının qarşısında yerləşən "xxxx" MMC-nin ofisində mühasib vəzifəsində işləyir. 2021-ci ilin oktyabr ayında Atamalı onun işlədiyi ofisə gələrək ondan Pirallahı rayonunda 08 sot torpağı özəlləşdirmək üçün kömək istəmişdir. O da Atamalıya işin görülməsi üçün 4000 manat pul lazım olduğunu, həmçinin torpağın sənədlərini təqdim etməsini istəmişdir. Atamalı torpağın sənədlərini ona təqdim etmiş, həmin sənədlərin içərisində bələdiyyənin alqı-satqı müqaviləsi və kadastr sənədləri olmuşdur. Səhərisi Atamalı bir nəfər şəxslə onun işlədiyi ofisə gələrək torpaq sahəsinin sahibi Elşənlə onu tanış etmişdir. Həmin vaxt Elşən 4000 manat pulu sayıb ona vermişdir. O, Elşənə sənədlərin hazırlanmasında köməklik edəcəyini bildirmişdir. Sonra Atamalı və Elşən onunla sağollaşıb çıxıb getmişlər. O, həmin torpaq sahəsinin yerləşdiyi əraziyə baxdıqda torpaq sahəsinin başqa əraziyə sürüşməsini görmüşdür. Sonradan təkrarən Elşənlə Atamalı onun yanına gəlmişlər, o, onlara torpaq sahəsinin sürüşməsi barədə məlumat vermişdir. Bir müddət sonra o, yenə də onlara vəd verdiyi işi görməmiş, əldə etdiyi pulu öz maddi ehtiyyaclarına xərcləmişdir, Elşənin də sənədlərini düzəltməmişdir. Bundan sonra Elşən təkrarən Atamalı ilə onun yanına gəlib ona demişdir ki, «əgər düzəldə bilmirsinizsə, mənim pulumu qaytarın». O da Elşənə qısa müddətdə onun pulunu qaytaracağına dair vəd vermişdir. Lakin o, yenə də Elşənin pulunu qaytarmamışdır. Bundan sonra Elşən ona zəng vurduqda o, onun zənglərinə cavab vermiş və hərdəfə vədlər verərək Elşənə pulunu qaytaracığını demiş, lakin qaytarmamışdır. Sonradan Atamalı ona Elşən Pirallahı rayon prokurorluğuna şikayət etdiyini demişdir. 2022-ci ilin fevral ayında o, qohumu Əziz adlı şəxsə 3300 manat pul vermiş, Əziz də həmin pulu Pirallahı rayonunda Elşənə vermişdir. Sonradan 2022-ci ilin aprel ayında oğlu Elməddinə 400 manat pul vermiş, Elməddin də Elşənlə əlaqə saxlayıb onun bank kartına 400 manat pul köçürmüşdür. O, pulu Elşəndən alarkən, onlarnın yanında Atamalı olmuşdur, başqa şəxslər olmamışdır. O, başqa şəxslərdən torpaq sahələrinin layihələrinin hazırlanması ilə bağlı hər hansı bir məbləğdə pul almamışdır. Onunla Atamalı arasında Elşəndən aldığı 4000 manat pulun ələ keçirilməsi və aralarında bölünməsi ilə bağlı razılaşma olmamışdır, sadəcə o, Elşəndən 4000 manat pulu alıb onun sənədlərini hazırlamağa söz vermiş, lakin sənədləri düzəldə bilməmiş, pulunu da öz maddi ehtiyyaclarına xərcləmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 169 ünvanda yerləşən "xxxx" MMC-nin layihəçisi kimi qeyri rəsmi işləyir, MMC-nin rəhbəri vəzifəsində isə Savalan Səmədov işləyir, əsas işi Bakı şəhəri, Abşeron rayonu və ətraf rayonlardan gələn müştərilərin müraciəti əsasında tikililərin eskiz layihə sənədlərini hazırlamaqdır, fəaliyəti tam qanunidir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 2007-ci ildən etibarən tanıyır. 2020-ci ilin sentyabr ayının axırlarında gündüz saatlarında Etibar adlı şəxs ona zəng vuraraq Pirallahı rayonu ərazisində dörd mərtəbəli ticarət obyekti tikməsi üçün ona layihə lazım olduğunu bildirmişdir. 2020-ci ilin oktyabr ayında o, Etibara zəng vuraraq bir neçə günə gəlib torpaq sahəsinə baxacağını bildirmişdir. Həmin vaxt Atamalı onun işlədiyi şirkətin qeyri-rəsmi müdiri vəzifəsində işləyirdi, Atamalı həmin vaxt müraciət edən müştərilərlə görüşüb ödənişləri danışdıqdan sonra onunla gedib ölçmə işlərini aparırmış. Həmin vaxt ona edilən müraciətlə əlaqədar Atamalıya məlumat vermiş, Atamalı ona heç bir işə qarışmamasını, ödəniş söhbətini özü edəcəyini, onun sadəcə ölçmə işlərini aparmasını bildirmişdir. Beləliklə də o, Atamalını götürüb əvvəlcə Etibarla görüşmüş, sonra isə birlikdə Pirallahı rayonu ərazisində yerləşən torpaq sahəsinə baxmağa getmişlər. Pirallahı rayonunda olarkən, torpaq sahəsinin sahibi Zərərçəkmiş şəxs ona torpaq sahəsi barədə məlumat vermişdir. O da Elşənə eskiz layihə hazırlamalı olduğunu bildirmişdir. O, Atamalı ilə birlikdə Elşənin torpaq sahəsində ölçmə işlərini aparmış, foto şəkillər çəkmiş, sonra isə Elşən ondan layihənin hazırlanması xərclərinin nə qədər olacağını soruşmuşdur. O da Elşənə səhərisi gün bu barədəməlumat verəcəyini bildirmişdir. Səhərisi, o, Etibara zəng vurub tikiləcək ticarət obyektinin layihəsinin hazırlanmasından ötrü 4500 manat pul alacağını bildirmişdir. Daha sonra Etibar ona zəng vurub sadəcə 2000 manat pul verə biləcəyini bildirmişdir. O da Etibara birlikdə gedib orada bu barədə söhbət etməyi təklif etmişdir. Bir neçə gün sonra, yəni 2020-ci ilin noyabr ayında o, öz maşını ilə Etibarı götürüb Pirallahı rayonuna gəlmişlər, həmin vaxt Atamalı da maşında olmuşdur. Söhbət zamanı, Elşən ona layihənin hazırlanmasına 2000 manat pul verə biləcəyini demişdir. O da Elşəndən layihənin hazırlanmasına beh verməsini istəmişdir. Elşən Etibara demişdir ki, «mən Rəşada nə qədər pul verim», Etibar da Elşənə demişdir ki, «istədikləri 1000 manat pulun 500 manatını Rəşada ver, layihə tam hazır olanda da, qalan pulu verərsən». Elşən Etibara demişdir ki, «yol uzaqdır, qoy mən 1000 manat pulu sənə verim, sən özün necə istəyirsənsə, elə də et». Aralarında razılıq əldə edildikdən sonra, o, Etibar və Atamalı oradan ayrılmışlar. Layihənin ilkin versiyası hazırlanandan sonra, Etibar ona zəng vurub demişdir ki, «Atamalı mənim yanıma, Bakı şəhəri Nərimanov rayonu ərazisinə gəlib, məndən layihənin hazırlanması ilə əlaqədar ilkin olaraq 500 manat pul istəyir». O da Etibara demişdir ki, «narahatçılıq yoxdur, ver». Sonradan Atamalı onun iş yerinə gəlmiş, ona Etibardan aldığı 500 manat puldan 250 manat vermiş, 250 manat pulu da özünə götürmüşdür. Sonradan o, layihənin ilkin planını hazırlayıb Atamalıya vermişdir. Bir müddət sonra Etibar ona Elşənin 3D formatında layihə istəyini demişdir. O da Etibara 3D formatında layihə hazırlaya bilmədiyini, qalan 1000 manat pulu Atamalıya verməsini və Atamalının onun hazırladığı layihə əsasında onlara 3D formatında layihə təqdim edəcəyini bildirmişdir. Daha o, bilməmişdir ki, Atamalı 1000 manat pulu Etibar və Elşəndən aldı, ya yox, həmçinin Atamalı onlardan aldığı puldan ona heç bir məbləğdə pul verməmişdir. O, sonradan Atamalının layihə sənədlərini hazırlayıb hazırlamamasını, həmçinin Elşəndən nə qədər pul almasını bilməmiş və bu barədə maraqlanmamış, çünki onlar onunla iş görməkdən imtina etdikləri üçün o, işlə maraqlanmamışdır. Sonradan onu istintaqa dəvət etmişlər. Həmçinin istintaq zamanı ona məlum olmuşdur ki, Atamalı Elşəndən ümumilikdə 12000 manat pul almışdır, amma onun bu hadisələrin heç birindən xəbəri olmamışdır. O, sonradan eşitmişdir ki, Atamalı başqa şəxsləri də aldatmış və pulunu ələ keçirmişdir, həmin hadisədən sonra o, Atamalı ilə heç bir iş görməmiş və onunla olan bütün əlaqələri kəsilmişdir, hal-hazırda da Atamalanın nə işlə məşqul olması barədə məlumatı yoxdur. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən yazılan 30 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 12000 (on iki min) manat məbləğində ziyan tam ödənilmişdir və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işnin materiallarından Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və yeni məzmunda ittihamın elan olunması haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmişdir. 25 fevral 2023-cü il tarixli mülki iddiaçı qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs 22013045 saylı cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 18 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza 03(üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir, cəzasını tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan 04 iyul 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 12000 (on iki min) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında 3000 (üç min) manat Dövlət Büdcəsinə ödəniş etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etməsini bildirərək onun Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmasını və barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmadığına görə, bundan başqa, onun cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməli və o, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Mülki iddianın məhkəmə tərəfindən tədqiq edilərək müəyyən edilən halları ondan ibarətdir ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, həmçinin iş materiallarında olan 30 yanvar 2023-cü il tarixli ərizədə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 12000 (on iki min) manat ziyanın tam ödənildiyini, onun Atamalıdan vurulmuş ziyanla bağlı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş üzrə verilmiş mülki iddianın dəlillərini müzakirə edərək, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatları araşdıraraq məhkəmə hesab edir ki, mülki iddia təmin edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 45 (qırx beş) iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 25 saat) ümumilikdə 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Mülki iddia təmin edilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar